«magиstratura mяrkяzи»


Müasir şəraitdə Azərbaycanda büdcə-vergi siyasəti və onun



Yüklə 0,6 Mb.
səhifə3/8
tarix09.12.2016
ölçüsü0,6 Mb.
1   2   3   4   5   6   7   8

2.2. Müasir şəraitdə Azərbaycanda büdcə-vergi siyasəti və onun

dövlət gəlirlərinə təsirinin təhlili

İnteqrasiya şəraitində makroiqtisadi sabitliyin əldə olunmasında çevik və məqsədyönlü si­ya­sətinin aparılması həlledici rol oynayır. Ona görə də, ilk növbədə məhz büdcə-vergi siyasətinin ta­razlaşdırılmış şəkildə aparılması ölkədə makroiqtisadi sabitliyin vəziyyətinə həl­l­edi­ci təsir göstərir. Yeni iqtisadi sistemin forma­laş­ma­sına xidmət edən iqti­sa­di siyasət sistemli şəkildə həyata keçirilərək ölkədə maliyyə sabitliyinə nail olmağa yö­nəl­dilməlidir.

Respublika iqtisadiyyatında əldə edilmiş nailiyyətlər içərisində aparılan iqtisadi is­la­hat­ların avanqardı kimi çıxış edən büdcə-vergi sistemi özünəməxsus yer tu­tur. Maliyyə sistemində aparılan islahatlar təkcə hökumətin fiskal siyasətini de­yil, eyni zamanda bu sistemin daxili strukturunu da əhatə etmişdir.

Hazırda Ümumi Daxili Məhsulun tərkibində qeyri-dövlət sektorunun xüsusi çəki­si­nin artdığı, ölkəmizdə bazar iqtisadiyyatına keçidin getdikcə daha da sürətləndiyi bir şəraitdə dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsinin əsas alət­ləri olan fiskal siyasətlə monetar siyasətin düzgün nisbəti xüsusi rol oy­namışdır. Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tərkibi ciddi dəyi­şik­liklərə məruz qalmışdır. Fiskal siyasətdə xərclərin tərkibində sosial sfera xərclərinin, investisiya və əsaslı xərclərin xüsusi çəkisi artırılmış, dövlət büd­cə­sin­dəki əmək haqqı, pensiya və təqaüdlər üzrə olan borclar minimuma en­di­ril­miş, dövlət büdcəsi ilə yerli büdcələr arasında, həmçinin sosial müdafiə büd­cəsi və digər büdcədən kənar fondlar ilə münasibətlər və qarşılıqlı əlaqə­lər prinsipi üzərində qurulmuşdur .İqtisadiyyatın sabitləşməsi müasir dünyada iqtisadi pro­se­slərin sürət­lən­diyi və iqtisadi təhlükəsizliyin qorunmasının gücləndiyi bir şə­raitdə ma­liyyə siyasətinin, o cümlədən, onun tərkib hissəsi olan büdcə-vergi siyasətinin təkmil­ləş­di­ril­mə­si və səmə­rə­li­liyinin artırılması üçün geniş imkanlar yaradır. Büdcə-vergi siyasəti büdcə gəlirlərinin formalaşmasının kəmiy­yət parametrlərinin və əsas vəzifələrinin müəyyənləşdirilməsi üzrə dövlətin məqsədyönlü fəaliyyəti kimi iqtisadi si­ya­sətin əsas alətləri kimi qiymətləndirilir.

Büdcə gəlirlərinin formalaşması, büdcə öhdəliklərinin yerinə yetirilməsi, büdcə kəsirinin idarə olunması büdcə-vergi siyasətinin mühüm istiqamətləri olduğu üçün bu siyasətin səmərəliliyi göstərilən istiqamətlər üzrə icraedici hakimiyyət orqanla­rı­nın fəaliyyəti kimi dəyərləndirilir. Dövlətin büdcə-vergi siyasəti inflya­siyanın aşağı tempinin, kredit bazarında nisbətən ucuz faiz dərəcələrinin saxlanılmasını tə­min edən dövlət xərclərinin məhdudlaşdırılmasına əsaslanmalıdır.

Büdcə-vergi siyasətinin səmərəli həyata keçirilməsi real iqtisadiyyata güclü tə­sir göstərir. Buna görə də əsas makroiqtisadi göstəricilərin dinamikası həyata keçirilən büdcə-vergi siyasətinin səmərəlilik meyarı kimi çıxış edir.

Müasir şəraitdə mülkiyyətin ye­ni formalarının yarandığı, təsərrüfat subyektlərinə və idarəetmə orqanlarına so­sial-iqtisadi dəyişikliklərin həyata keçirilməsində geniş hüquqlar verildiyi üçün büd­cə-vergi siyasətinin səmərəli istiqamətləndirilməsinin aktuallığı və əhəmiyyəti daha da artır.

Büdcə gəlirlərinin artırılması mən­bələrinin, dövlət xərclərinin idarə edilməsinin və ona nəzarətin təkmil­ləş­di­ril­mə­si, göstərilən problemlərin həlli üçün geniş imkanlar yaradır.

Dövlət büdcəsinin gəlirləri iqtisadiyyatda fəaliyyət göstərən bir sıra qanunlar, iq­ti­sadi kateqoriyalarla yanaşı qarşılıqlı əlaqə, təsir və asılılıq şəklində fəaliyyət gös­tərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan - maliyyə münasibətlərinin müəy­yən bir tərəfini ifadə edir. Büdcə-vergi münasibətləri dövlətlə müxtəlif müəs­si­sə­lər, idarə və təşkilatlar və əhali arasındakı əlaqələri ifadə etməklə bərabər, həmin mü­nasibətlərin məcmusu kimi çıxış edir.

Son vaxtlarda iqtisadi ədəbiyyatda ÜDM-in adambaşına düşən həcmi ilə hesablanan iqtisadi in­ki­şaf səviyyəsi ilə ÜDM-də dövlət xərclərinin xüsusi çəkisi arasında əlaqənin xa­rak­­terini adambaşına düşən ÜDM-in həcmi ilə ÜDM-də dövlət xərc­lə­ri­nin xüsusi çəkisi arasında sabit bir asılılığın olduğunu müəyən etmək üçün cəhdlər göstərilməkdədir. Aparılan tədqiqatların əksəriyyətindən belə məlum olur ki, bu iki göstərici arasında pozitiv korrelyasiya əlaqəsi mövcuddur.

Vergi daxilolmaları özəl bölmənin dövlətə transfert ödəmələridir. Dövlətin özəl bölməyə transfertləri xərclər kimi qeydiyyata alınır. Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nəticəsində ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi 2007-ci ildəki 30%-dən 2014-cü ildə 73,3%-ə, 2014-cü ildə isə 84%-ə çatmışdır (Bax: cədvəl 2.1.).

Cədvəl 2.1.



Ümumi Daxili Məhsulda qeyri-dövlət bölməsinin payı, % -lə





2007

2008

2009

2010

2011

2012

2013

2014

Ümumi Daxili Məhsul

70,8

71,8

73,0

73,3

73,5

77,8

81,0

84,0

O cümlədən:

























Sənaye

48,4

51,2

61,0

66,7

68,5

84,5

87,5

88,4

Tikinti

63,5

60,4

95,8

97,0

97,6

90,4

81,8

71,9

Kənd təsərrüfatı

99,0

99,0

98,0

99,3

98,4

97,8

96,9

99,8

Ticarət və restoranlar

98,3

98,4

98,9

98,5

97,8

97,8

99,3

99,2

Nəqliyyat

62,6

63,6

60,3

36,7

42,1

37,5

46,1

71,4

Rabitə

57,8

62,8

71,4

90,9

81,7

80,2

79,6

78,3

Sosial və sair xidmətlər

78,8

84,2

59,0

52,0

47,7

33,5

43,8

48,2

Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə