Maili 5 ulduz 25. Saquli intervalin qazilmasi ucun qazima kemerinin asagi hisseleri



Yüklə 26,04 Kb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü26,04 Kb.
#44426
  1   2   3   4   5   6   7   8   9
Maili 5 ulduz


Maili 5 ulduz

25.Saquli intervalin qazilmasi ucun qazima kemerinin asagi hisseleri

Qazma kəmərinin aşağı hissəsi (QKAH) qazıma prosesində ən məsuliyyətli hissələrdən biridir. Hal-hazırda şaquli quyuların və maili (üfüqi) quyuların şaquli intervallarının qazılması zamanı lülənin təbii əyilməsinin qarşısını almaq üçün “sərt” qazıma kəmərinin aşağı hissəsi (QKAH) geniş tətbiq edilir. Bu özündə quyudibi mühərriki, mərkəzləşdirici-dayaq ünsürlər (qəlibləyici, mərkəzləşdirici, stabilləşdirici, genişləndirici) və ağırlaşdırılmış qazıma borularını (AQB) birləşdirir

Ağırlaşdırılmış qazıma boruları (AQB) QKAH-in sərtliyini və çəkisini artırmaq üçün onun tərkibinə daxil edilir. AQB-nin hesabına qazıma prosesində baltada oxboyu yük yaranır.

Dayanıqsız horizontların qazılması zamani QKAH-də eyni ölçülü dayaq-mərkəzləşdirici ünsürlərin olması belə aşağı hissənin dayanıqlılığını təmin edə bilmir.

2-3 der. zenit bucağına malik olan əyilmiş lülədə “sərt” QKAH ilə qazımanı davam etdirsək zenit bucağının sabit qalması və ya hətta artması baş verə bilər.

Quyu lüləsində əyilmənin başlanması aşkar edilsə “rəqqas” tipli QKAH-in tətbiq edilir. Yeni “Sərt” – quyuların əyilməsinin qarşısını almaq üçündur, “rəqqas tipli” – quyuların əyilməsi ilə mübarizə və ya zenit bucağının azaldılması üçündur. Şaqul ( rəqqs tipli ) QKAH – şaqulilik effekti və ya rəqqaslılıq prinsipinə əsaslanır və onunla fərqlənir ki, bütün uzunluq boyu alətin oxu quyu oxu ilə üst – üstə düşmür, effektlilik isə quyunun zenit bucağının artması ilə artır.

Bir çox hallarda bu iki tip QKAH tətbiqi lazım olan müsbət nəticəni vermir buna gore de şaquli intervalların əyilməsinin qarşısını alan və onlarla mübarizə etmək üçün universal tipli pilləli QKAH-dən istifadə edilir.

(: reqqas tipli aletde balta ile stabillesdirici arasinda bir ve ya 2 agirlasdirilmis qazima borusu olur.Balta ile stabilləşdirici arasındakı məsafəde AQB-nin sərtliyindən asılı olur. AQB balta ilə stabilləşdirici arasında quyu divarına toxunanda Rəqqas effekti ləğv olunur.)




Yüklə 26,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin