MaliYYƏ plani



Yüklə 14,63 Kb.
tarix01.01.2022
ölçüsü14,63 Kb.
#50635

MALİYYƏ PLANI

Maliyyə menecmentinin funksiyalarından biri maliyyə planlarının tərtib edilməsidir. Maliyyə planı müəssisənin bütövlükdə maliyyə fəaliyyətini özündə əks etdirir. Maliyyə planı əsasən üç sənəddən ibarətdir:

1) Müəssisənin balansı.

2) Pul vəsaitlərinin hərəkət planı.

3) Mənfəət planı.

Maliyyə planlarının işlənməsi zamanı hesabat məlumatlarından istifadə olunması vacibdir. Çünki, hər günə bu müəssisənin maliyyə vəziyyətini təhlil etmək vacibdir. Maliyyə − hesabat sənədləri formasında müəssisənin balansı, maliyyə nəticələri, bəyannamələr çıxış edir.

Bundan sonra isə, gələcək dövr üçün müəssisənin maliyyə fəaliyyəti planlaşdırılır. Bu plan sənədi gəlirlər və xərclərlə əlaqədardır. Gəlirlərə satışdan əldə edilən gəlirlər və digər daxilolmalar, xərclərə isə məhsulun istehsalına çəkilən məsrəflər aiddir.

Maliyyə planları rentabellilik göstəricilərinin hesablanmasında əhəmiyyət kəsb edir. Bu isə müəssisənin strategiyasının müəyyən olunmasında mühüm rol oynayır. Rentabellilik göstəricisi ilə müəssisədə həyata keçirilən ayrı-ayrı fəaliyyət sahələrinin hansının daha səmərəli olmasını müəyyən etmək olar.

Maliyyə menecmenti idarəetmənin fəaliyyətinin bütün tərəflərini əhatə edir və maliyyə münasibətlərini idarə edir. Maliyyə menecerləri maliyyə menecmentinin həyata keçirilməsindən irəli gələn funksiya və vəzifələri icra edən şəxslər hesab edilir. Maliyyə menecerləri təkcə yüksək biliyə deyil, həmçinin yüksək təfəkkürə, intuisiyaya və uzaqgörənliyə malik olmalıdırlar. Çünki onlar bu sahədə tədqiqatların araşdırılması, planların tərtib olunması, bir sıra problemlərin qabaqcadan müəyyən olunması və aradan qaldırılması, proqnozların verilməsi və s. bu kimi fəaliyyətlə məşğul olurlar.

Maliyyə menecerləri müəssisənin maliyyə nəticələrində maraqlıdırlar. Çünki onlar maliyyə planının tərtibatçısı kimi nəticələrin əldə olunmasında məsuliyyət daşıyırlar.

Maliyyə menecmentini əsas vəzifələrindən biri də maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək və aidiyyəti orqanlara təqdim etməkdir.

Maliyyə hesabatlarının tərtib olunması mühasibatlığın funksiyalarına aiddir. Mühasibatlıq mühasibat uçotunu aparır və uçotun əsasında maliyyə hesabatlarını hazırlayır. Müəssisə rəhbəri isə həmin sənədləri təsdiq edirlər. Maliyyə hesabatlarına maliyyə nəticələri, aksiz vergisi, əlavə dəyər vergisi, əmlak vergisi, torpaq vergisi, mənbədən vergi və s. vergilər haqqında hesabat sənədləri, müəssisənin balansı və digər hesabat sənədləri aiddir. Hesabat sənədləri müvafiq olaraq Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.



Hesabat sənədlərindəki göstəricilərin düzgünlüyünə görə müəssisənin rəhbəri və baş mühasibi məsuliyyət daşıyır. Maliyyə hesabatlarında göstəricilərin azaldılmasına, nağd hesablaşmaların aparılması qaydalarının pozulmasına, hesabatların təqdim edilməsinin gecikdirilməsinə görə müəssisə və təşkilatlara maliyyə sanksiyaları tətbiq edilir. Vergi və tədiyyələrin ödənilməsinin gecikdirilməsinə görə isə müəssisəyə cərimə hesablanır.

Yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gələ bilərik ki, müəssisə rəhbərləri iqtisadi, xüsusilə, maliyyə sahəsinə aid olan bütün qanunvericilikləri, o cümlədən, vergi məcəlləsini, mülki məcəllənin müvafiq müddəalarını və s. dərindən bilməli və özünün əməli fəaliyyətində onları lazımi səviyyədə tətbiq etməlidir. Çünki əks təqdirdə müəssisə rəhbəri maliyyə sahəsinə nəzarət edə bilməz, bu da həmin sahədə bir sıra pozuntulara, müəssisə üçün ağır nəticələrə gətirib çıxara bilər.
Yüklə 14,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə