Manaf süleymanov



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Rəssamlıq. Müəllimimiz rəssam Əmir Əfəndi Hacıyev nəql edirdi ki, 
rus  və  Avropa  mədəni-ictimai  təsiri  nəticəsində  Bakıda  yeni  dövr  rəssamlıq 
sənəti, realist rəsmlər yarandı. Əlibəy Hüseynzadənin «Bibi-heybət məscidi» və 
«Çeşmə başında»kı əsərləri bu cəhətdən xüsusi yer tutur. Əzim Əzimzadə isə o 
zamanlar  deyildiyi  kimi,  Azərbaycanın  yeganə,  peşəkar  rəssamı  idi, 
Azərbaycanda karikatura şarj məktəbinin banisi idi. 
Əzim Əzimzadə hələ rus-tatar məktəbinin şagirdi ikən şəkil çəkməyə 
böyük  meyl  göstərir.  Milyonçu  Ağa  bala  Quliyevin  dəyirmanında  kuryer 
işləyəndə,  tale  üzünə  gülür,  sahibkarın  Persidski  (Poluxin),  Karantini  (Həzi 
downloaded from KitabYurdu.org

108 
 
Aslanov)  və  Gimnazist  (L.  Tolstoy)  küçəsində  tikdirdiyi  təmtəraqlı  mülkün 
interyerini bəzəyən rəssam Durovla tanış olur. 
Durov  sahibkarın  istəyinə,  zövqünə  uyğun  divarları  İstambul 
mənzərələri, Ərəbistan səhnələri,   qədim memarlıq ornamentləri ilə bəzəyirdi. 
Əzim ilk dəfə idi ki, yağlı boya ilə işləyən rəssama rast gəlirdi. Durov eşidəndə 
ki,  Əzim  az-çox  akvarellə  işləməyi  bilir,  başlayır  ondakı  rəssamlıq  həvəsini 
artırmağa, hərtərəfli kömək etməyə. Əzim də öz növbəsində Azərbaycan, şərq 
və  müsəlman  xalqlarının  bir  sıra  etnoqrafiyasına,  adət-ənənələrinə  xas  olan 
cəhətləri  rəssama  başa  salır,  rəsmlərin  realist  səpkidə  yaranmasına  köməklik 
göstərir. 
Əzim  yorulmadan sevimli sənətini davam etdirir: «Molla Nəsrəddin» 
jurnalına  şəkillər  göndərir  və  karikatura  janrına  xüsusi  fikir  verir.  Mətbuatda 
ardıcıl  çıxış  edir,  əsərləri  «Zənbur»  jurnalında  dərc  olunur.  Məktəblərdə 
rəsmdən dərs deyir; eyni zamanda tarixi mövzularda rəsmlər çəkməkdə davam 
edir,  portretlər  yaradır.  Bakıda  çıxan  «Kəlniyyət»,  «Baraban»,  «Məzəli», 
«Babayi-Əmir»,  «Tuti»  jurnallarında  fəaliyyət  göstərir.  Bəzən  həftədə  10-15 
rəsm  əsəri  işləməyə  məcbur  olur.  Rəsm  etdiyi  karikaturaları  bəzən  özgə  adla 
imzalayır. O, bütün mənfi cəhətləri satira qamçısı ilə döyür, yumor gülüşü ilə 
lağa qoyurdu. 
Şerimizin,  ədəbiyyatımızın  seçilmiş  əsəri  «hop-hopnamə»  kitabının 
ilk  rəsmləri  Əzimzadənindir.  O,  jurnal,  məcmuə  və  kitablara  da  illüstrasiyalar 
çəkmişdir. 
1919-cu ildən 1926-cı ilə qədər təşviqat-təbliğat məqsədilə konsert və 
teatr tamaşalarına karikatura və şarjlar çəkirdi. 
* * * 
Cahana gəlmədən məqsəd nədir insana, bilməm ki?  
Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?  
Mən idrak etmədim dünyaya gəlməkdən nədir hikmət,  
Yaratmaqdan nədir məqsəd bizi sübhanə,  bilməm ki? 
M. Hadi 
 
Romantik  şairimizin  faciəsi.  Böyük  söz  ustadı  Məhəmməd  Hadinin 
həyatı əvvəldən axıra qədər təlatümlü dəniz təki dalğalanmışdı. Qırx illik ömrü 
əzab  və  əziyyətlərlə  sona  çatmışdı.  Yaradıcılığının  ən  coşqun  dövrü  Bakıda 
keçdiyindən bu şairi xatırlamamaq mümkün deyil. Kitablarına, şerlərinə verdiyi 
adlar,  sərlövhələr:  «Firdovsülhamat»,  «Eşq      möhtəşəm»,  «Şükufeyi-hikmət», 
«Təraneyi  qəmpərvəranə»,  «Dünya  səhneyi  qəmdür»,  «Cins  lətif»,  «Zavallı 
könlüm»,  «Ulduzlara  doğru»  və  sairə  onun  nə  qədər  xəyalpərvər  olduğunu 
göstərir. 
Hadi  şairlər  məskəni  Şamaxıda  anadan  olmuş,  uşaq  ikən  atasını 
itirmişdir.  Uşaqlıq  və  gənclik  illəri  ehtiyac  içərisində,  ağır  keçmişdir.  Dərd-
downloaded from KitabYurdu.org

109 
 
qəmini  dağıtmaq  üçün  tez-tez  ətraf  dağlarda,  meşələrdə  gəzir,  güllərdən, 
çiçəklərdən,  quşların  təranələrindən  təsəlli  tapmağa  çalışır...  Aylı  gecələrdə 
sükuta  dalmış  aləmi,  asimanə  səpələnmiş  saysız-hesabsız  səyyarələri,  göy 
üzünü  bəzəyən  ayın  hüsnünü  seyr  edə-edə  xoşbəxt,  asudə,  kədərsiz  aləm 
axtarır.  Çox  güman  ki,  təbiətlə  bu  bağlılıq  Hadinin  gələcək  şerlərinə  zəmin 
yaradır, insan həyatını öyrənməyə, müəmmalı aləmin, kainatın sirrini anlamağa 
çalışır.  Şamaxıda  yaşadığı  vaxtlarda  qiraətxanada  Azərbaycan,  ərəb,  fars,  rus 
dillərində  olan  qəzetləri,  jurnalları,  kitabları  mütaliə  edir.  İlk  təhsilini  Abbas 
Səhhətin  atası  Molla  Əliabbasın  məktəbində  alır.  Sonra  Sarı  torpaq 
məhəlləsində,  məscid  hücrəsində,  şair  Suxtə  təxəllüslü  Əhməd  Əfəndinin 
şagirdi  olur.  Hadi  sonralar  bu  müəllimindən  tez-tez  söhbət  salarmış.  Mütaliə 
etdiyi məcmuə, kitab və qəzetlərin təsiri altında da hürriyyət aşiqi olur, istibdad 
və  mütləqiyyətə  nifrət  edir,  düşmən  kəsilir.  Tanınmış  müəllimlərdən 
Əliməmməd Mustafayev nəql edirdi ki, Şamaxıda bir dəfə adamlar usta Sarinin 
dükanına  yığışıb  Hadinin  söhbətinə  maraqla  qulaq  asırdı.  Çox  şirin  danışırdı. 
Türkiyə  soltanı  Əbdülhəmidi  başladı  pisləməyə  ki,  cəlladdır,  zalımdır,  qan 
içəndir.  Qəssab  Hacı  Nemət  çapacağı  götürüb  Hadiyə  hücum  edir;  Hadi 
çapacağı  onun  əlindən  alıb,  tullayır  dama.  Hadi  olan  yerdə  ruhani  və  alimlar 
danışmağa  çox  da  cəsarət  etmirdilər.  Quranı  əzbərdən  bilirdi  və  oxuya-oxuya 
mənasını  deyirdi,  tərcümə  edirdi.  «Şahnamə»dən  çoxlu  şer  bilirdi.  Firdovsi, 
Nizami,  Xəyyam,  Hafiz,  Sədi  və  başqa  dahi  şairlərin  şerlərindən  bəzilərini 
tərcümə  etmişdi.  Fransa  şair  və  alimlərindən  Valter,  Russo,  Hüqo  və  başqa 
sənətkarların  əsərlərindən  xəbərdar  idi.  Rus  demokratik  ədəbi  cərəyanını 
izləyirdi. Hadi şerlə yanaşı ədəbi, ictimai, siyasi və elmi məqalələr də yazırdı. 
Cəhalətdən  xilas  yolunu  maariflənməkdə,  savadlanmaqda  görürdü.  Bu 
mövzuya  xeyli  şer  və  məqalə  həsr  etmişdi.  Mülkədar  zülmündən  və  aclıqdan 
şəhərə  qaçmış  ac-yalavac,  kasıb  kəndlilərin  bir  loxma  çörək  üçün  küçələrdə 
sərgərdan  gəzdiklərindən,  gecələr  meydanlarda,  soyuqda,  küləkdə,  yağışda 
qalmalarından,  qarda-şaxtada  üşümələrindən  ürək  ağrısı  ilə  yazırdı.  Gənc 
yaşlarında  gözəl  bir  qızla  sevişir,  qızı  varlı  bir  tacirə  ərə  verirlər.  Şair  isə 
məhəbbətinə ömrünün axırına qədər sadiq qalır, evlənmir. 
Dövlətli  qohumlarına  yalvarır  ki,  məni  İstambula,  ya  da  Tehrana 
oxumağa göndərin. Xahişini rədd edirlər, arzusu da, eşqi kimi puç olur. Məyus 
şair dərdini şerlə belə ifadə edir: 
 
Varmı bundan yuxarı uçmağa istedadım,  
Qabiliyyət pərimə zəxm vurub ustadım.  
Oxumaqçün  nə  qədər  dadü-fəğan  etdimsə,  
Olmadı zərrə əsərbəxş şu istimdadım,  
Dağa dersən, eşidir, sonra verir əksi-səda,  
Daşa dönmüşlərə kar eyləmədi fəryadım.  
downloaded from KitabYurdu.org

110 
 
Olmadan naili didar əməl qəbrə girər,  
Eşqi-şirini-ümid ilə yazıq Fərhadın.  
Acizəm tərcümeyi-halimi təhrirə, səbəb  
Doludur təlxi-həqiqətlə dili-naşadım. 
 
Bu şer Hadinin qanlı göz yaşları ilə yazılmış tərcümeyi-halıdır. 
1902-ci ildə, şaxtalı bir qış günündə, Şamaxı zəlzələdən dağılır. 
Xarkov  şəhərində  texnoloji  institutu  bitirmiş  ilk  Azərbaycanlı 
mühəndislərdən və texniki təhsil müəllimlərindən biri dosent Hacıbaba Əliyev 
nəql edirdi ki, zəlzələ olanda  on bir-on iki  yaşım  vardı. Yer titrəyəndə nənəm 
məni  qamarlayıb  keçdi  eyvana.  Zəlzələdən  dağılan  evlərin  gurultusu,  yerdən 
qalxan  toz  dumanı,  azca  ara  sakitləşəndə  adamların  qışqırıq,  ağlaşma 
səslərindən,  ah  və  fəryadlarından  az  qalırdı  adamın  bağrı  yarılsın.  Məhəllələr 
yerlə yeksan idi. Torpaq altında çoxlu adam qalmışdı, ölən və yaralanan da çox 
idi.  Salamat  qalanlar  canını  götürüb  şəhərin  kənarına  qaçırdı.  Çox  çətinliklə 
çadır,  alaçıq  qurdular.  Tonqal  qalayıb  azyaşlı  uşaqları  dövrələmə  oturtdular. 
Adamlar  əllərində  bel,  külüng  torpaq  altında  qalanları  xilas  edirdi.  Ətraf 
kəndlərdən  keməyə  xeyli  adam  gəlmişdi...  Üçüncü  gün  bir  nəfəri  zirzəmidən 
çıxardanda  qardaşına  deyirdi  ki,  «Sən  yuxarıdan  qışqırıb  məni  çağırırsan, 
eşidirəm, hay verirəm, səsim sənə çatmırdı». Dördüncü gün Bakı kömək əlini 
uzadır: ərzaq, çadır, yorğan-döşək, pal-paltar gəlib çıxdı. Karvanda yüzdən çox 
dəvə  vardı.  Səksənə  qədər  furqon  da  şey-şüy  gətirmişdi.  Bütün  Bakıda 
zəlzələdən xəsarət çəkənlərə 5 manatdan 500 manata qədər kömək yığmaq elan 
edilib. 
Hökumət dairələri isə yalnız doqquzuncu gün hərəkətə gəldi. 
Qarlı,  şaxtalı  havada  adamlar  çöllərə  düşür,  doğma  yurdunu  tərk 
etməyə vadar olurlar... Hadi də bu sərgərdan adamlarla Kürdəmirə gəlir, balaca 
bir  məktəb  açır.  Yazdığı  şerləri  qəzetlərə  göndərir.  Sonra  Bakıya  köçür. 
Hindistandan  «Həblül  mətin»,  Krımdan,  Baxçasaraydan  «Tərcüman», 
İstambuldan  «Sabah»,  Daşkənddən,  Tehran  və  Təbrizdən  qəzet,  jurnal  və 
kitablar gətizdirir. 
1903-cü  ildə  ölkədə  inqilabi  hərəkat  genişlənir.  Rusiyanın  bütün 
sənaye şəhərlərində olduğu kimi Bakıda da izdihamlı tətil və nümayişlər şəhəri 
lərzəyə  salır.  Mədən,  zavod,  gəmi  tərsanələrinin  fəhlələri,  nəqliyyat  işçiləri 
əllərində  Qızıl  bayraqlar  küçələri  dolaşır,  mütləqiyyəti  lənətləyir,  hürriyyət 
tələb edirlər. 
Meydanlarda  natiqlər  çıxış  edir:  «Hürriyyəti-kəlam»,  «Hürriyyəti-
əməl», «Hürriyyəti-nisvan» istəyirlər. 
Azərbaycan fəhlə sinfinin genişlənən inqilabi mübarizəsi azadlıq aşiqi 
Məhəmməd  Hadinin  yaradıcılığına  böyük  təsir  edir.  Birinci  Rusiya  inqilabı 
downloaded from KitabYurdu.org

111 
 
illərində  Hadi  mətbuatda,  bolşevik  qəzetlərində  çıxış  edir.  O,  bolşevik 
«Təkamül» qəzetində hürriyyətə şerlər həsr edir: 
 
Azadə gərək şəxs, süxən, fikr ilə xamə,  
Hər kəs gələ hürriyyət ilə şövqə, xuramə.  
Ta kim ola insan qədəməndaz məramə... 
 
«Yoldaş» qəzetində çap edilmiş başqa bir şerində deyir: 
 
Minlərlə binəva quru yerlərdə can verir,  
Beş-on ləin naili dəryayi nemətin....  
Hər kəs gərək bərabər ola, hər hüquqda,  
Ehsanidir bu örz bizə dəst-qüdrətin... 
 
Digər şerində isə: 
Qaldıq əlində bir sürü ərbabı vəhşətin, 
Olduq əsiri pencəyi-qəhri-müsibətin,  
Hər səmtdən atılmadadır tiri-cangüdaz,  
Yoxdur önün alan bu xədənki-fəlakətin. 
 
Hadi  köçüb  Həştərxana  gedir,  orda  qəzet  mühərriri  olur,  ümidləri 
orada da boşa çıxır, yenə Bakıya qayıdır. 
Türkiyədə  Soltan  Əbdülhəmidi  taxtdan  salırlar.  «Gənc  türklər» 
hakimiyyət  başına  keçir.  Çarizmin  irticasından  xilas  olmaq  arzusilə 
Məhəmməd  Hadi  1910-cu  ilin  əvvəlində  İstambula  gedir.  «Tənin»  qəzetində 
şərq dilləri tərcüməçisi işləməyə başlayır. «Rübab», «Şahübal», «Mahitab» və 
«Hilal»  qəzetlərində  əsərlərini  dərc  etdirir.  O  zaman  İstambulda  belə  bir 
vəzifədə  çalışmaq  və  o  cür  qəzetlərdə  əsər  dərc  etdirmək  o  qədər  də  asan 
deyildi. Müəllifdən dərin  məlumat, kamil bilik,  mükəmməl savad və iti qələm 
tələb  olunurdu.  Xəyalpərvər  şair  Türkiyədə  gördüklərindən  dəhşətə  gəlir. 
Axtardığı  mücərrəd  həqiqəti,  utopik  hürriyyəti  burada  da  tapa  bilmir...  Onun 
məqalələri  qaragüruhçuları  duyuq  salır.  Qadın  hüququ,  qadın  azadlığı  barədə 
yazdığı şerlər səs-küyə səbəb olur. 
Böyük  ümidlərlə  getdiyi  İstambulda  başına  olmazın  müsibətlər  gəlir. 
Yüksək  rütbə  sahibini  təhqir  etmək  üstündə  onu  həbsə  alırlar  və  Salonik 
şəhərinə  sürgün  edirlər.  Yunanlar  Hadinin  əlinin  incə  və  ağ  olmasından, 
nəzakət  və  rəftarından  onu  türk  casusu  hesab  edir,  öldürmək  istəyirlər.  Bir 
yunan  keşişi  onu  himayəsinə  alıb,  xilas  edir.  Salonikdə,  sürgündə  olanda  çox 
ağır  və  acı  həyat  keçirir.  Günlərlə  ac  qalır.  Sürgündən  qayıdandan  sonra 
İstambulda  qalmır,  vətənə  -  Bakıya  dönür.  Məğrur  şair  sarsılır,  ağır  iztirab, 
cismani  zəiflik,  ehtiyac  onu  üzür,  axırda  ruhi  xəstəliyə  tutulur.  Ruhi 
downloaded from KitabYurdu.org

112 
 
xəstəxanada  yatır.  Müalicə  olunub  xəstəxanadan  çıxdığı  vaxt  Birinci  dünya 
müharibəsi  başlayır.  Məhəmməd  Hadi  Səlib  Əhmər  (qırmızı  xaç)  dəstəsilə 
cənub-qərb cəbhəsinə (könüllü) gedir. 
İmperialist  müharibəsinin dəhşətlərinin  canlı şahidi olur. Viran qalan 
mülkləri,  tar-mar  olan  kənd  və    şəhərləri,  doğma  ev-eşiyindən  sərgərdan 
düşmüş yüz minlərlə  fəqir-füqəranın, qoca, uşaq və qadınların fəlakətini, min 
bir xəstəliyə mübtəla olanları, insanların bir-birini qırmasını görür. Müharibəni 
lənətləyir.  «Meydani  hərb  xatirələrindən»  sərlövhəsi  altında  Bakıya  şerlər 
göndərir. Şair «Karpat lövhələri» silsiləsindən Lehistanın kənd və şəhərlərində 
gördüyü  şairanə  mənzərələri,  sadə  insanların  səmimiyyətini  ustalıqla  qələmə 
alır. «Hərb müsəlləs» şerində müharibə törədənləri qəzəblə ifşa edir: 
 
Dəryada hərb, yerdə də hərb, asimanda hərb,  
Ey aləmin ilahi, nədir bunca hərbü zərb.  
Dünyada hərb al yazılı bir kitabdır,  
Son bayrağında son sözü: «hökmi-limən qələb».  
Həp dalğalı dənizlərə bənzər həyatımız,  
Başdan-ayağa qan yeridir kainatımız. 
 
Böyük şair müharibə dəhşətlərini təsvir edərkən axırda heyrətlə yazır: 
 
Yağmırmı? Xeyr! Göyün odlar saçır yerə,  
Mövtün üqabi balü pər açmış səmalara.  
Buldum bir ad bu torpağa-səyyarə məqbərə,  
Səyyarə məqbərin dönüyor indi məhşərə... 
 
Məhəmməd  Hadi  1918-ci  ildə  cəbhədən  Gəncəyə  qayıdır,  baş  verən 
dəyişiklikləri  görür,  əsrdən  geri,  hadisələrdən  kənarda  qaldığımızı  kədərlə 
yazır: 
 
İmzasını  qoymuş  miləl  evraqi-həyatə,  
Yox  millətimin xətti bu imzalar içində. 
 
O, müsəlman alayına imam təyin edilir. Görənlər nəql edirdi ki, Hadi 
əynində çərkəzi çuxa, belində şəmşir, papağının dövrəsində nazik sarğı, yəhərli 
atın üstündə uzaqdan nəzərə çarpırdı. 
...Həmin  ilin  payızında  Hadi  Bakıya  gəlir,  ədəbi  fəaliyyətə  başlayır, 
qəzet  və  məcmuələrdə  məqalə  və  şerlər  dərc  etdirir.  Şerlərində  Vətəndən  ayrı 
düşəndən sonra sanki Azərbaycanı bağrına basıb, oxşayır, əzizləyir: 
 
Ey Vətən, ey  beşik həyatım üçün.  
downloaded from KitabYurdu.org

113 
 
Yenə sən aç qucaq məmatım üçün.  
Mədfənim səndə, məqbərim səndə,  
Ölməyim səndə, son yerim səndə.  
Səndə pək çox təbii sərvət var,  
Bizdə də bilik yox, cəhalət var.  
Cəhlimiz çox, kəmalimiz yoxdur. 
Uçmağa şahbalımız yoxdur.  
Seyr üçün asimani ürfani  
Görməyə kainat rəhmani,  
Pərubalu kəmal lazımdır... 
 
Məhəmməd  Hadi  get-gedə  bədbinləşir,  mühit  ona  daha  da  yadlaşır. 
Ümidini  hər  şeydən  üzür.  Şerlərini  gah  Səməd  Mənsurun  «Turan»,  gah  Hacı 
Zeynalabdin  Tağıyevin  «Kaspi»,  arabir  Qafur  Rəşadın  «Məktəb»,  ya  da  ki, 
Orucov qardaşlarının «Elektrik» mətbəələrində mürəttib və fəhlələrin köməyilə 
uzun vərəqələrdə dərc edib, küçələrə düşüb biri iki şahıdan, bir abbasıdan satıb 
ruzu pulu qazanır, heç kəsə boyun əymir. 
Müəllim  Əliməmməd  Mustafayev  nəql  edirdi  ki,  Hadi  artıq  taqətdən 
düşmüşdü,  əynində  nimdaş  çuxa,  qara  şalvar,  ayaqlarında  köhnə  çəkmə 
gəzərdi.  On  doqquzuncu  ildə  Nikolayevski  (Kommunist)  küçəsində 
durmuşduq.  Bu  vaxt  bizdən  aralı  bir  maşın  dayandı.  Avtomobildən  Müsavat 
hökumətinin  baş  naziri  düşdü,  şairə  yaxınlaşıb  salam  verdi  və  dedi:  «Hadi 
əfəndi, xahiş edirəm, buyurun maşına, bərabər gedək. Siz bizə lazımsız». Şair 
onu dərin, mənalı tərzdə süzüb, məğrur bir səslə dedi: «Gedin! Şairinki nazirlə 
tutmaz!» 
Əliməmməd  Mustafayev  başqa  bir  əhvalat  da  danışırdı:  «On 
doqquzuncu  ildə,  Novruz  bayramı  münasibətilə  qadınları  təbrik  etmək  üçün 
təntənəli, böyük bir yığıncaq düzəldirlər. Bütün ziyalılar - müəllimlər, artistlər, 
musiqiçilər,  şair  və  yazıçılar  iştirak  edəcəkdi.  Qocaman  maarif  xadimi 
Əlicabbar  Orucəliyevlə  mən  «İsmailiyyə»nin  qabağında  Məhəmməd  Hadiyə 
rast  gəldik.  Əlicabbar  şairi  məclisə  dəvət  etdi:  «Hadi  əfəndi,  sabah,  qadınlara 
həsr  ediləcək  yığıncağımız  olacaq.  Bədəlbəy  məktəbində.  Xahiş  edirik  təşrif 
gətirin».  Hadi  soruşdu:  «Üstünüzdə  kağız-qələm  varmı?»  Əlicabbar  kağız-
qələm  verdi.  Kağıza  bir  beyt  yazıb  Orucəliyevə  qaytardı:  «Əlicabbar,  bu  şeri, 
qadınlar məclisində mənim adımdan oxuyarsan» dedi. Beyt belə idi: 
 
Üzünə, haqqına çəkir pərdə  
Olmuş ikən südünlə pərvərdə. 
 
downloaded from KitabYurdu.org

114 
 
Təkid  etdikdə  ki,  gəl  məclisə,  məyus  bir  tərzdə  dedi:  «Əlicabbar 
əfəndi, bu üst-başla, bu libasda, bu qiyafətdə mən ora gələ bilərəmmi?! Dəvət 
üçün çox sağ olun. Şeri oxuyarsız, elə o bəsdir». 
Saç-saqqalı ağarmışdı. İldırım vurmuş, qol-budaqları vaxtsız qırılmış, 
şaxələri  sınmış,  yarpaqları tökülmüş palıd ağacına  oxşayırdı.  Hərəkətləri ağır, 
özü yorğun, üzüntülü bir görkəmi vardı... Amma gözlərindən hələ də zəka  və 
qürur yağırdı. Polad kimi sınmağa razı idi, əyilmək niyyətində deyildi». 
Şerlərindən  birində  bir  loxma  çörək  üçün  heç  kimə  baş  əyməməyi 
məsləhət görürdü: 
 
Kimsəyə   qılmaz   təməllüq   haqpərəstan   nan   üçün,  
Caki-ismat eyləməz alicənaban naç üçün,  
Ab-neyabi-əfvani tökməz insan, nan üçün,  
Tərk məslək eyləməz ərbab ürfan, nan üçün. 
 
Əliməmməd  Mustafayev  nəql  edirdi  ki,  iyirminci  il  may  ayının  ilk 
günlərində  «Çanax  Qala»  kafesində  oturub,  Hadi  ilə  bərabər  qayğanaq  yedik, 
kofe  içdik.  Birlikdə  çıxıb  Nikolaysk  küçəsinə  tərəf  gedəndə  xalq  ədliyyə 
komissarı  Əliheydər  Qarayevə  rast  gəldik.  Ayaq  saxlayıb  bizimlə  görüşdü, 
Hadidən hal-əhval xəbər aldı. Hadi: «Belə inqilabi kəbirdən sonra mən də hamı 
kimi  xoşbəxt,  azad  dünyaya  qədəm  qoymuşam,  -  dedi.  –  Ağakərim  oğlu 
Əliheydər, tarix bəşərdə  baş vermiş bütün qovğa,  məğlubiyyət  və  qələbələrdə 
heç  bir  zaman,  heç  kəs  şərabı  qadağan  etməmişdi.  Siz  bolşeviklər  qadağan 
etdiniz. Bəşəriyyəti bu bəladan da, bu faciədən də xilas edə bilsəniz, alqış sizə. 
- Azca fikirləşib əlavə etdi. - Heç yerdə şərab tapılmır. Amma - əlini qoltuğuna 
salıb araqla dolu balaca bir şüşə çıxartdı, - amma mən tapmışam. Mənzilə gedib 
içəcəyəm,  hər  şeyi  unudacağam.  Mənzil  dedikdə,  güman  etmə  ki,  sizin 
burjuylardan  müsadirə  etdiyiniz  təm-təraqlı  kaşanalardandır.  Xeyr!  Quba 
meydanında,  karvansaranın  bir  küncündəki  «qapıdan»  zorla  yanakı  keçə 
bildiyim kahadır». 
Qarayevdən  ayrıldıq.  Məhəmməd  Hadi  nə  fikirləşdisə,  astadan  şer 
oxumağa başladı: 
 
Ey ol vəqti görən məsud, unutma, bizləri yad et,  
Bu yolda həsrət ilə can verən əhbabi tədad et,  
Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et.  
Oxu bu şeri qəbrimdə ələttəkrar övrad et,  
Dur, ey zindani-nisyanda yatan, azad olub  aləm,  
Sürurabad - hürriyyət  gəlib, dilşad olub aləm. 
 
downloaded from KitabYurdu.org

115 
 
Memarlıq abidələri. Bakının inkişafı ilə yanaşı şəhərdə teatr binaları, 
kino salonları, əyləncə evləri də artırdı. Azərbaycanda ilk milli teatrın binasını 
Hacı  Zeynalabdin  Tağıyev  1883-cü  ildə  tikdirir.  Layihənin  müəllifi  memar 
Koqnovitski  idi.  Qadınları  teatra  buraxmazdılar,  kişilər  başlarında  papaq 
oturardılar.  Sonralar  qadınlar  üçün  lojaların  bir  neçəsində  cunayi  pərdələr 
çəkdilər ki, üzləri görünməsin; pərdə arxasından səhnəyə tamaşa edirdilər. 
Bu  binada  ən  fövqəladə  tamaşa  1908-ci  il  yanvarın  25-də  «Leyli  və 
Məcnun» operası olub. Üzeyir Hacıbəyovun bu əsəri təkcə Azərbaycanda yox, 
bütün  Şərqdə,  bütün  müsəlman  aləmində  ilk  opera  idi.  Bu,  mədəniyyət 
tariximizə qızıl hərflərlə yazılmış şanlı, fərəhli bir səhifə idi. 
«Leyli  və  Məcnun»  tamaşasının  rejissoru  Hüseyn  Ərəblinski, 
Məcnunun rolunu məşhur sənətkər, xanəndə Hüseynqulu Sarabski ifa edirdi. 
Müsəlman  teatrı  binasında  erməni  truppası  da  həftədə  bir  dəfə  öz 
dillərində  tamaşa  verirdi.  Tağıyev  özü  icazə  vermişdi  və  heç  bir  kirə  haqqı 
almırdı. 
Opera  teatrı  üçün  tikilən  binanın  tarixi  çox  maraqlıdır.  1910-cu  ildə 
Bakıya  məşhur  bir  xanəndə  qadın  gəlir,  səsinin  ahəngi,  özünün  gözəlliyi, 
qəşəngliyi  ilə  Bakı  milyonçularının  diqqətini  cəlb  edir,  başlarını  gicəllədir. 
Milyonçu Mailov qardaşlarından böyüyü bu xanıma bərk vurulur, ona əlindən 
gələn  «hörməti»  edir.  Brilyant  üzüklər,  sırğalar,  zərli-zibalı  parçalar,  libaslar, 
boyunbağılar, bilərziklər, qolbaqlar bağışlayır. 
Mailov qardaşları balıq-kürü taciri idilər. Kür qırağında vətəgə icarəyə 
götürmüşdülər. Balıq-kürü hazırlayan sexləri vardı. 
Professor S. M. Apresov deyirdi ki, müğənni  xanıma  vurulan Mailov 
yekəpər, cüssəli bir kişi idi. 
Xanəndə xanım gah Birja (Üzeyir Hacıbəyov) küçəsində, gah da ağac 
və  taxtadan  tikilmiş  «Sirk»  binasında,  gah  da  «Qış»  klubunda  konsert  verirdi. 
Böyük  də  müvəffəqiyyət  qazanırdı.  Qastrol  başa  çatanda  xanəndə  xanımın 
şərəfinə «Kazino»da təntənəli vida ziyafəti düzəldirlər. 
Söhbət  zamanı  xanımdan  soruşurlar  ki,  «bizim  şəhərə  bir  də  nə  vaxt 
gələcəksiniz?» 
Xanım başını bulayıb cavab verir ki, «yəqin ki, heç haçan. Çünki mən 
sirk  və  kazino  salonlarında  oxumağa  adət  etməmişəm.  Sizin  bu  gözəl,  zəngin 
Bakıda,  səxavətli  cəngavərlər  yaşayan  dövlətli  şəhərdə  münasib  bir  opera 
binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin» 
Mailov xəbər alır: «Xanım, indi hara gedirsiz, nə qədər müddətə?» 
Müğənni  xanım  Yaponiyaya  qastrola  getdiyini  və  bir  ildən  sonra 
qayıdacağını bildirir. 
Mailov deyir ki, bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır 
olacaq və onu siz açacaqsınız. 
Razılaşırlar. 
downloaded from KitabYurdu.org

116 
 
Mailov  opera  binasını  layihələşdirməyi  arxitektor  Bayeva  tapşırır  və 
deyir  ki,  bu,  Tiflisdəki  opera  binasına  oxşamaqla  yanaşı  ondan  daha  gözəl, 
daha üstün olmalıdır. 
Hacı  Zeynalabdin  Tağıyev  həmin  əhvalatı  eşidir  və  Mailova  rast 
gələndə,  söhbət  əsnasında  teatr  binasının  tikilməsini  xəbər  alır.  Mailov  cavab 
verir  ki,  memar  Bayev  Tiflisdəki  opera  teatrının  çertyojları  ilə  tanış  olub 
qayıdıb,  indi  gecə-gündüz  bizim  layihə  üzərində  işləyir.  Hacı  Zeynalabdin 
deyir ki, ağlım kəsmir, o boyda binanı bir ilə tikib başa çatdırmaq olsun! Mən 
özüm bənna, sonra da podratçı olmuşam, çox da ev tikmişəm. Hər şeyi bilirəm. 
Çətin işdi. 
Mailov  gülümsəyib  deyir:  «Hacı,  gəl  mərcləşək.  Əgər  bina  bir  ilə 
hazır olmasa, mən onu başa çatdırıb verərəm sənə, olar səninki, xərci məndən. 
Yox, əgər başa çatdırsam, çəkdiyim xərci sən ödəyərsən, bina qalar mənə». 
Razılaşırlar. Mailov binanı bir il əvəzinə səkkiz aya tamamlatdırır. 
Səs  bayıra  yayılmasın,  içəridə  qalsın  deyə  tavana  başdan-başa  ikiqat 
qalın məxmər, onun üstündən də keçə döşəyiblər... 
Mailov xanəndə xanıma teleqram vurur; o da Bakıya gəlir və operanın 
açılışında iştirak edir və birinci mahnını oxuyur. Şəhərin varlı adamları, musiqi 
və  teatr  ustaları  açılışda  iştirak  edirlər.  Xanəndə  xanım  ariyanı  qurtaranda 
başına pul yağır. Səhnə başdan-başa gül-çiçək içində idi. 
 Mailov  xanıma  çiçəklər  və  güllər  şəklində  pullardan  -  beş  yüz 
manatlıq,  yüz  manatlıq,  əlli  manatlıq  və  iyirmi  beş  manatlıqdan  düzəldilmiş 
böyük bir çələng göndərir. Bu barədə şəhərdə uzun-uzadı söhbət gedir. 
«Cəmiyyəti-xeyriyyə»  üçün  «İsmailiyyə»  binasının  tikilməyinin  də 
maraqlı tarixi var. 
Musa Nağıyevin oğlu Ağa İsmayıl vərəm azarına tutulmuşdu. Şəhərdə 
məşhur bir həkim Bakı milyonçularının ailələrini müalicə edirdi. Ağa İsmayılı 
müayinədən keçirəndən sonra həkim Musa Nağıyevə deyir ki, oğlanın halı çox 
ağırdır, tez  tədbir görülməsə,  tələf ola  bilər. Əlli  min  manata  qədər xərci  var. 
Ağa  İsmayılı  özüm  İsveçrəyə  aparıb,  bir  il  ərzində  müalicə  etdirib  gətirrəm. 
Musa  Nağıyev  deyir  ki,  on  min  manat  verərəm.  Söhbət  bununla  bitir.  Ağa 
İsmayılın  halı doğrudan da  gündən-günə  ağırlaşır.  Axırda  Ağa  Musa  oğlunun 
müalicəsi  üçün  əlli  min  manat  verməyə  razı  olur.  Həkim  xəstəni  yoxlayandan 
sonra  xəbər  verir  ki,  iş-işdən  keçib,  indi  heç  onu  yüz  min  manatla  da  xilas 
etmək mümkün deyil. 
Doktor  Məhəmməd  Rza  Vəkilov  xəstə  oğlanı  İsveçrəyə  aparır, 
müalicədən sonra halı yaxşılaşır. Lakin o, çox yaşamır. 
Milyonçuların  Novruz  bayramı  münasibətilə  ziyafət  məclislərinin 
birində  söhbət  əsnasında  Ağa  Musanın  oğlu  Ağa  İsmayılın  cavan  yaşında 
vaxtsız  vəfat  etməsindən  təəssüflə  danışırlar.  Ağa  Musanın  gözləri  yaşarır. 
Milyonçulardan  biri  bu  məqamdan  istifadə  edib  soruşur:  «Ağa  Musa,  oğlun 
downloaded from KitabYurdu.org

117 
 
Ağa  İsmayılın  xatirəsini  əbədiləşdirmək  istəyirsən?  Adı  həmişə  yad  edilsin, 
unudulmasın?..»  Ürəyi  kövrəlmiş  ata  titrək  bir  səslə  deyir:  «Əlbəttə  istərəm. 
Var-yox bir oğul idi...» sualı verən milyonçu məclisdə olan qaziyə göz vurur və 
deyir:  «Qazi ağa, xeyir-dua  ver, Ağa  Musa  oğlunun xatirəsini  əbədiləşdirmək 
istəyir.  Odur,  qız  məktəbindən  aşağıdakı  «Qapan  dibi»  boşdur.  Orda 
«Cəmiyyəti-xeyriyyə» üçün Ağa İsmayıl adına bir bina tikdirər.» 
Qazi o saat dua oxuyur... Məclisdə olanlar Ağa Musanı təbrik edirlər. 
Səhəri  gün  Ağa  Musa  başılovlu  gəlir  dostunun  evinə,  başlayır  giley-
güzara: «Ay qardaş, bu nə işdir sən mənim başıma gətirdin... Məni müflis edib, 
boynuma torba taxıb, küçələrə salmaq istəyirsən? sınıq çıxartmaq istəyirsən!» 
Dostu soruşur: «Nə olub axı, açıq danış». 
«Atam,  atam,  daha  nə  olacaq,  o  bina  bir  neçə  yüz  min  manata  başa 
gələcək... Məndə o tanxa hardan?» 
Dostu deyir: «Ağa Musa, varidatına iki milyon verirəm. Sat, alım». 
Ağa Musa soşur: «Atam, atam, mənim əlli milyon manatlıq varidatımı 
iki milyona almaq istəyirsən?» 
«Yox,  almaq  istəmirəm.  Sən  deyirsən  ki,  oğluvun  yolunda,  adını 
ucaltmaq üçün xərcin öhdəsindən gələ bilmirsən». 
Sabahı  gün  dostu  «Kaspi»  qəzetində  elan  verdirir  ki,  Ağa  Musa 
Nağıyevin  gələcəkdə  bankda  pulu  olmasa  «İsmailiyyə»  binasının  xərcini 
ödəməyi boynuma alıram. 
Layihəçilər  binaya  xərclənəcək  vəsaitin  miqdarını  smetada  qəsdən  az 
göstərirlər ki, Ağa Musa fikrindən dönməsin. 
Binanı  tikmək  üçün  «Qapan  dibi»ni  münasib  yer  hesab  edirlər. 
«Qapan dibi» gur bir meydan idi. Şamaxıdan, Ağdaşdan, Göyçaydan, Şəkidən, 
Qubadan  və  başqa  qəza  və  kəndlərdən  gələn  kəndlilər  buraya  ərzaq,  meyvə, 
xalça,  palaz,  mal-qara,  qoyun-quzu  və  başqa  şeylər  gətirib  satardılar.  «Qapan 
dibi»nin xalis bir Şərq mənzərəsi vardı. Nə vaxt gəlsəydin görərdin ki, dəvələr 
gövdələrini yerə sərib, boyunlarını dik qaldıraraq gövşəyə-gövşəyə iri gözlərini 
uzaqlara  dikib  dincəlir.  Başqa  bir  tərəfdə  yan-yana  bağlanmış  kəhər,  kürən, 
səmənd atlar boyunlarından asılmış torbalardan arpa-saman yeyə-yeyə fınxırır. 
Başqa  bir  yerdə  isə  iri  buynuzlu,  qızılı,  qara,  qaşqa-təpəl  öküzlər  ayaq  üstə 
durub...  Birdən  uzaqda  qopan  zəng-zınqırov  sədaları  «Qapan  dibi»nə  dəvə 
karvanının  yaxınlaşdığını  xəbər  verər,  hər  karvanda  yüz,  yüz  əlli  dövə  bir-
birinin dalınca  yeriyər, keçmiş Şərq ehtişamını  xatırladardı... Bir də  görərdin, 
gəl arabaları bir-birinin dalınca «Qapan dibi»nə yaxınlaşır... Araba təkərlərinin 
cırıltısı  ətrafa  yayılır,  toz  göyə  qalxırdı.  Gecələr  isə  «Qapan  dibi»nin  qəribə 
mənzərəsi olardı. Kəndlilər dəvələrə, kəllərə, atlara  yem tökər,  yaxında tonqal 
qalayıb,  dövrəsində  yığışıb  söhbət  edərdilər.  Ayrı-ayrı  ləhcələr  eşidilərdi. 
Qurban  bayramı  zamanı  alverçilərin  əlindən  tərpənmək  olmurdu;  dükançılar 
müştəri çağırar, dərvişlər qəsidə oxuyardılar. 
downloaded from KitabYurdu.org

118 
 
Novruz və qurban bayramı münasibətilə şəhərdə şənliklər başlardı. 
Şəhər  idarəsi  «Qapan  dibi»ni  köhnə  qəbiristanlıq  əvəzinə,  cümə 
məscidi  tikmək  üçün  müsəlmanlara  vermişdi.  Milyonçular  İstambulda, 
Təbrizdə, İsfahanda, Bağdadda, Qahirədə olduğu kimi Bakıda da bir dəbdəbəli, 
əzəmətli  məscid  tikdirmək  fikrində  idilər.  Nəzərdə  tutulduğuna  görə  bu 
məscidin bir neçə qübbəsi və qoşa eyvanlı altı minarəsi olmalı idi. Dövrəsində 
bağ  salınacaqdı,  hovuzlar  gecə-gündüz  fəvvarə  vuracaqdı.  Bu  iş  bir  az  təxirə 
düşür,  Bələdiyyə  idarəsi  «Qapan  dibi»ni  müvəqqəti  xırda  alış-verişçilərə 
icarəyə  verir.  Böyük  qapan  isə  yenə  yerində  qalırdı.  Burada  alverçilər 
birmərtəbəli dükanlar, taxtadan budkalar tikdirmişdilər. «Qapan dibi»nin adını 
dəyişdirib, eləyirlər «Şeytan bazar». 
Xaçpərəst ruhanilər «Qızıllı» kilsənin yaxınlığında belə bir təmtəraqlı 
məscidin  tikilməsinə  mane  olurlar.  «Cəmiyyəti-xeyriyyə»  binası  tikdirmək 
istəyəndə  isə  şəhər  Dumasında  böyük  mübahisə  düşür.  Dumanın  bəzi  üzvləri 
iddia  edirlər  ki,  o  yerdə  şəhər  bağı  salınmalıdır.  Doktor  Məhəmməd  Rza 
Vəkilov  çıxış  edib,  elə  bir  nitq  söyləyir  ki,  başqaları  daha  danışmağa  cürət 
etmirlər və yeri müsəlman «Cəmiyyəti-xeyriyyəsinə» verirlər. 
«İsmailiyyə»nin  layihəsi  1907-ci  ildə  hazırlanmışdı.  Bu  yer 
planlaşdırma baxımından çox əlverişli idi. Polşalı memar Ploşko əlindən gələni 
edir, əsər üzərində xüsusi səylə çalışır, imkanlardan ustalıqla istifadə eləyir. 
1908-ci  ildə  Mövludi  Nəbi  bayramı  münasibətilə  müsəlman  qız 
məktəbinin  «Ərəbkari»  böyük  salonunda,  «Cəmiyyəti-xeyriyyə»nin  düzəltdiyi 
məclisdə  «Şeytan  bazar»da  cümə  məscidi  əvəzinə  tikiləcək  binanın 
nəqşələrinin hazır olduğunu xəbər verirlər və gətirib divardan asırlar. 
Binanın  müsəlman  cəmiyyəti-xeyriyyəsi  olduğunu  gözə  çarpdırmaq 
üçün  əsas  və  yan  fəsadlarının  yuxarısındakı  haşiyələrdə  gözəl  xətlə,  iri,  qızılı 
hərflərlə müdrik, dərin mənalı sözlər yazılmışdı: «İnsan yalnız zəhmətlə ucalıb 
istədiyinə  nail  ola  bilər».  Başqa  birində:  «İnsanı  insan  edən  zəhmət  olub». 
Üçüncüdə müraciət edilirdi: «Müsəlmanlar, əsriniz sizinlə ölür, övladlarınızı öz 
əsrləri üçün hazırlayın». Dördüncüdə: «İnsan beşik evindən qəbir evinə qədər 
oxumalıdır».  Beşincidə:  «Elm  Çin  ölkəsində  olsa  belə,  dalınca  gedin».  Bu 
qiymətli  kəlamları  məşhur  xəttat  Mirzə  Əsədulla  Xiləli  hüsn-xətlə  yazıb 
hazırlamışdı.  Xəttat  Mirzə  Əsədulla  kasıb  və  böyük  külfət  sahibi  idi. 
Xeyriyyəçi  gənc  ziyalılar  ona  kömək  məqsədilə  iki-üç  aylıq  xəttat  kursu 
düzəldər, tez-tez sümük üzərində müxtəlif millətlərin aforizmlərini həkk etdirər 
və dövlətlilərə baha qiymətə satıb, xəttatın güzəranını asanlaşdırardılar. 
Layihənin  müəllifi  arxitektor  Ploşko  «İsmailiyyə»nin  nəqşlərini 
məclisdə  olanlara  göstərib  izahat  verir.  Etirafına  görə,  onun  ən  böyük 
arzularından  biri  də  Bakının  mərkəzində,  Azərbaycanın  milli  ornamentləri  ilə 
bəzədilmiş əzəmətli bir imarətin layihəsini işləmək imiş. 
downloaded from KitabYurdu.org

119 
 
Arzusuna  çatdığına  görə  sevincini  izah  edə  bilmirdi.  Ağa  Musa 
Nağıyevə öz minnətdarlığını bildirirdi. 
Divarlara asılmış nəqşələr tamaşaçıları valeh etmişdi. 
«Şeytan bazarı» hasara alıb, köhnə budkaları, bir mərtəbəli dükanları 
sökdülər.  Torpaq  işləri  qurta-randan  sonra  özül  qoymaq  mərasimi  başlandı  və 
bu  çox  təntənəli  keçdi.  Şəhər  camaatının  əksəriyyəti  burada  idi.  Şəhərin  adlı-
sanlı adamları, neftxudalar, bələdiyyə rəisi, Bakı qalabəyi, Bakı valisi, mülki və 
hərbi  məmurlar,  ruhanilər,  ziyalılar  mərasimdə  iştirak  edirdilər.  Nitqlər 
söyləndi,  təbriklər  deyildi,  arzular  dinləndi.  Bakı  qazısı  Ağa  Mirməhəmməd 
Kərim ruhani ədası ilə bir Quran ayəsi oxudu, sonra imperator xanədanının sağ-
səlamətliyinə  dua  və  Musa  Nağıyevin  ata-anasına  rəhmət  oxudu.  Binanın 
tikildiyi tarix yazılmış sicili də polad qaba qoyub qapağı qaynaqladılar və onu 
bünövrəyə qoydular. 
Dəvə  karvanı,  at  arabaları  sübh  açılandan  axşam  qaralanadək  «Qızıl 
qaya»dan  daş  daşıyırdı.  Daş  çapan  kim,  palçıq-sement  qarışdıran  kim,  divar 
hörən  kim...  İstedadlı  memarın  kağız  üzərində  cızdığı  bəzəkləri  mahir  ustalar 
divarlarda  canlandırırdılar;  sərt  daşlar  onların  kələ-kötür  barmaqlarının 
hərarətiylə  sənət  abidəsinə  çevrilir,   əsl memarlıq simfoniyasına dönürdü. 
Binanın  birinci  mərtəbəsi  hazır  olanda  onun  üçün  nəzərdə  tutulmuş 
pul qurtarır, buna görə də  Ağa Musaya  müraciət edirlər. Deyir:  «Atam, atam, 
mənə deyilən xərci ödəmişəm. Bir qəpik də artıq verə bilmərəm». Bir müddət 
bina  yarımçıq  qaldı.  Axırda  milyonçulardan  biri  Musanın  baş  işlər  müdiri 
Fətullabəy  Rüstəmbəyova  tapşırır  ki,  məqama  sal,  xərcin  qalan  hissəsini  də 
Musanın boynuna qoy. Musa işlər müdirinə çox inanırmış, hətta qara gün üçün 
onun  adına  bankda  on  min  manat  qoyubmuş.  Deyirmiş  ki,  dünyanın  işini 
bilmək  olmaz,  birdən  var-yoxum  əlimdən  çıxar  qalaram  quru  yurdda.  Dar 
məqamda adama heç kəs əl uzatmır. Adamlar vara gəlir. 
Günlərin  birində  Fətullabəy  məqama  salıb  deyir  ki,  Ağa  Musa,  Ağa 
İsmayılın adına tikdirdiyimiz o gözəl bina qalıb yağışın, qarın altında, xarabaya 
dönür,  hər  halda  onu  başa  çatdırmaq  lazımdır,  dost  var,  düşmən  var...  Ağa 
Musa əllərini havaya qaldırıb deyir: «Atam, atam, get, necə bilirsən, elə də elə. 
Amma mənə o barədə bir də söz demə...» 
Fətullabəy əvvəldən hazırladığı bank sənədlərini imzalamaq üçün ona 
uzadır.  Ağa Musa  pulun  miqdarını  görməmək üçün  gözlərini  yumub bir  neçə 
cızma-qaradan ibarət qolunu sənədlərə çəkir. 
Bundan sonra binanın inşasını davam etdirirlər. 
O  zamanlar  mahir  barmaqlarının  təmasından  sərt  daşlar  gülə-çiçəyə, 
butaya,  qəşəng  bəzək  və  nəqşlərə  çevrilən  bənnalardan  usta  hənifə,  usta  Hacı 
Abbas, usta Hacı Xeyrulla, Kərbəlayı Mirzə soltan, Səlman Ata kimilərin adları 
dillər əzbəri idi. 
downloaded from KitabYurdu.org

120 
 
Milyonçuların  bağları.  Qara  qızılın  qüdrəti  sayəsində  dünənki 
arabaçı,  meyxanaçı,  arpa-saman  satanlar,  başında  palçıq  çanağı  daşıyanlar 
Avropa  paytaxtlarına  səyahət  edirdilər,  dünyanın  ən  məşhur  kurort  və 
sanatoriyalarında  müalicə  olunurdular,  ən  bahalı  mehmanxanalarda 
əylənirdilər.  Kislovodsk  -  Yesentukini  bəyənmirdilər.  sərvətlərinə  və 
imkanlarına  uyğun  bağ-bağat  salmaq,  Bakıda  olduğu  kimi,  şəhərdən  kənarda, 
dəniz  qırağında  da  saraylar,  fəvvarə  vuran  hovuzlar  düzəltdirib  şənlənirdilər. 
Mərdəkan  və  Şüvəlanda  meyvə  və  bəzək  ağacları,  ətirli  kollar  əkdirib, 
çiçəkliklər  saldırmışdılar,  istirahət  etmək  və  əylənmək  üçün  köşklər 
qurmuşdular. 
Başdan-başa  qayalıq, daş-kəsəkdən ibarət,  susuz, dəmir  yoldan uzaq, 
adi araba yolu olmayan bir ərazidə bu möcüzələri yaratmaq o qədər də asan iş 
deyildi. Bu işlər üçün gərək bir ətək qızıl pul xərclənəydi. 
Belə ağır, ağıla sığmayan işin öhdəsindən yalnız və yalnız neftxudalar 
gələ bilərdilər. 
Bağların  məhz  Mərdəkanda  salınmasının  əsas  səbəblərindən  biri  də 
oranın  qismən  şəhərə  yaxınlığı  və  havanın  saf,  şirin  suların  dayaz  olması  da, 
əlbəttə, şərt idi. 
Darvazasının  üstündəki  mərmərdə:  «1894  г.  27  сент-јабрја.  В 
тсарствовании  императора  Александра  III-го  при  министре  земледелја  и 
государственных  имушеств  была  заложена  школа  садоводства  при 
содејствии и участии Бəкинского губернатора В. П. Рогге, бакинским I-ој 
гилди  куптсом  Гаджи  Зејналабдиным  Тагијевым»  sözləri  yazılmış 
bağbanlıq  məktəbinin  qurulması  da  Abşeronda  bağ-bağçanın  gündən-günə 
artmasına böyük təkan verdi. 
Bağçılıq  məktəbinin,  təcrübə  bağının  layihəsini  Bakının  baş 
arxitektoru Qoslavski tərtib etmişdi. 
Başdan-başa  qayalıq,  daşlıq  və  kəsəklik  olan  sahədə  bağ  salmaq 
böyük  əmək,  çoxlu  xərc  və  əzm  tələb  edirdi.  Qayalıq  və  kəsəkləri  qazıb 
hamarlamaq, yararlı hala salmaq lazım idi. Münbit torpaq daşınmalı idi. Ərazi 
hamarlanandan sonra oraya qara münbit torpaq gətirildi. Gecə-gündüz iş davam 
edirdi. Böyük zəhmət və xərcdən sonra məktəb binası, təcrübə bağı hazır oldu. 
Hacı  Zeynalabdin  Tağıyevin  təşəbbüsüylə  təşkil  olunan  bağbanlıq 
məktəbi  Abşeronda  bağ  salmağa  böyük  imkan  yaratdı.  Susuz,  qumsal  sahədə 
ağaclar əkildi, bağçalar yaşıl donları ilə gözləri oxşamağa başladı. Yovşanlıqlar 
üzümlüyə  çevrildi.  Bağlardakı  uca  ağacların  qalın  kölgələrində  əzəmətli  və 
yaraşıqlı binalar tikildi.  Susuz, kəsəkli,  daşlıq  yerlər  günəşin alovundan  sanki 
xilas oldu. 
Çiçəklik və güllüklər göz oxşayırdı. Çarhovuzlardakı büllur qədər saf, 
şəffaf  sularda  cürbəcür  balıqlar  üzürdü,  qu  quşları,  ördək  və  qazlar  nazlana-
nazlana  suya  baş  vururdular.  Talvardakı  tovuz  quşları  insanı  valeh  edirdi,    
downloaded from KitabYurdu.org

121 
 
qəfəslərdə  bülbüllər  cəh-cəh  vurur,  qulaq  asanların  ruhunu  oxşayırdı. 
Neftxudaların bağlarında marallar, ceyranlar mələşirdi. 
İldən-ilə  böyüyən,  genişlənən,  gündən-günə  gözəlləşən  bağça  və 
bağlarda  yeni-yeni  meyvə  və  bəzək  ağacları,  təzə  gül-çiçək  növləri  əkilirdi. 
Çarhovuzlarının  ortasını,  kənarlarını  əsl  sənət  inciləri  ilə  bəzəyirdilər.  Bu 
hovuzlarda  bəzəkli,  əlvan  rəngli  qayıqlarda  üzən  neftxudalar,  zavod  sahibləri, 
tacirlər, onların xanımları, uşaqları, əziz qonaqları və dostları əylənirdilər. 
Hovuzlarda fontanlar gecə-gündüz fəvvarə vururdu. 
Bağların  içərisindəki  yollar  iki  tərəfində  əkilmiş  ağacların  adını 
daşıyırdı:  «Çinarlı  yol»,  «Baldırlı  söyüd»,  «Məcnuni  söyüd»,  «Şamlıq», 
«Sərvlik»,  «Palıdlıq»  və  s.  Günəş,  ağacların  saldığı  qalın  kölgəliklərin 
arasından yerə şəfəq saça bilmirdi. 
Bu  bağlarda  payız  və  qış  aylarında  da  bahar  təravəti,  yaz  havası 
duyulurdu. 
Zənginlərin  bağ  və  malikanələrinin  darvazaları,  hasarların  daş, 
darvazaların dəmir dilləri bu aralarda adı məşhur adamların yaşadığından xəbər 
verirdi. Darvazaların üstündəki mərmərlərin və daşların üstündə bağ sahibinin 
adı, salındığı tarix həkk edilirdi. 
Bağlarda  ucaldılan  binalar  bir-birinə  oxşamırdı,  hərəsinin  özünə  xas 
hüsnü, gözəlliyi və memarlıq üslubu vardı. 
Mərdəkanda  salınan    ilk    bağlardan    biri  Muxtarovunku  idi.  Buraya 
minlərlə  kubmetr  münbit  qara  torpaq  daşıyıb  tökmüşdülər.  Bağ  1890-cı  ildə 
salınmışdı.  Münbit  torpağı  barjlarla  gətirib  dəniz  sahilinə  tökmüşdülər  və 
oradan  da  arabalar  və  dəvə  karvanı  ilə  bağa  daşımışdılar.  Bağdakı    ağacları, 
çiçəklik və güllükləri, hovuzları və  fəvvarələri gecə-gündüz su ilə təmin etmək 
üçün  beş  yerdə  sal  daş  təbəqəsini  40  metr  dərinlikdə  qazıb  xüsusi  anbarlar 
düzəltmişdilər.  Bu  anbarların  hər  birisinin  eni  beş,  uzunluğu  on  metr  idi. 
Buraya güclü su nasosları qoymuşdular, Nasoslar çirklənib xarab olmasın deyə 
süzgəclər  qoyulmuşdu.  Yay  aylarının  cəhənnəm  istisində,  boğanaqdan  yaxa 
qurtarıb asudə dincəlmək xatirinə qırx metr dərinliyi olan balaca  meydançaya 
pilləkənlə  enərdilər,  dondurma,  meyvə  yeyər,  şərbət,  qəhvə,  şərab  içərdilər, 
vaxtlarını xoş keçirərdilər. 
Bağa qonaq gələn ailələr buradakı şəraitə məftun olardılar. Hovuzların 
gözəlliyinə  heyran  qalardılar.  Dördkünc  hovuzun  eni  otuz  beş,  uzunluğu  əlli, 
dərinliyi isə otuz metr idi. 
Bu  hovuzda  bəzəkli,  naxışlı  qayıqlarda  seyrə  çıxıb  şənlənərdilər. 
Sazəndələr çalar, xanəndələr oxuyardılar. 
Dördkünc böyük hovuzdan  girdə hovuza  gecə-gündüz şırıltı sala-sala 
su  axardı.  Hovuzların  divarları  bayır  tərəfdən  bağ  səthindən  üç-dörd  metr 
ucalardı; onları sarmaşıq və ətirli bal çiçəyi bəzəyərdi
downloaded from KitabYurdu.org

122 
 
Şəmsi  Əsədullayevin  beş  il  ərzində  (1897-1901)  saldığı  on  beş 
hektarlıq bağın gözəllikdə, bəzəkdə, əzəmətdə tayı-bərabəri yox idi. 
Nobel  qardaşlarının  Ağşəhərdəki  bağının  sahəsi  on,  Muxtarov  və 
Tağıyevinki səkkiz, Aşurbəyovlarınkı isə yeddi hektar idi. 
Şəmsi  Əsədullayevin  təkcə  xidmət  məqsədi  üçün  tikdirdiyi  binaların 
uzunluğu  dörd  yüz  metrə  bərabər  idi.  İri  darvazaların  naxış  və  görkəmi, 
hasarların ucalığı insanı vahiməyə salırdı. 
Bağın  tən  ortasında  düzəltdirdiyi  diametri  otuz  beş  metr  olan 
çarhovuzun  hündür  divarları  ətrafında  dövrələmə  gilas,  albalı,  hulu,  şaftalı, 
zoğal, gavalı, alça ağacları əkdirmişdi; min bir diyardan gətirilmiş alma, armud, 
heyva, nar ağacları bağı bəzəyər, bahar ətri isə insanı məst edərdi. 
Bu  geniş  bağı  təsvir  etmək  mümkün  deyil.  Bağdakı  imarət  xüsusi 
səliqə və zövqlə bəzədilmişdi. Bu dəb-dəbəli bağın tərifi dillər əzbəri idi. 
Bakıda  bələdiyyə  idarəsi  (doxsan  il  ərzində)  on  bir  hektar  ağaclıq, 
yaşıllıq saldığı halda, neftxudalar az müddətdə yetmiş hektardan çox bağ sahəsi 
salmışdılar. 
Dahi  şairin  sərvət  sahiblərini  qamçılaması.  Mirzə  Ələkbər  Sabir 
Tahirzadə ədəbiyyatımızda fəhlə həyatının ağır güzəranını, Bakı proletariatının 
kapital  istismarından  xilas  olmaq  üçün  mübarizəsini  böyük  ustalıqla  təsvir 
etmişdir.  Balaxanı  kəndində  müəllim  işləyərkən  neft  fəhlələrinin  ağır, 
acınacaqlı  həyatını,  məşəqqətli  dolanacağını  gözləri  ilə  görmüş  şair  bu 
mövzuda maraqlı şerlər yazmışdır. Onun o şerləri dillər əzbəri olmuş, füqəranı 
mübarizəyə çağırmış, ilhamlandırmışdır. 
Tətillər.  Rusiyada  çarizmin  irticası  başlandığı  ilk  günlərdə  Bakı 
proletariatı  mübarizəni  davam  etdirirdi.  Çarizm  terror  üsulilə,  tindən  güllə 
atmaqla, gecə qaranlığında pusquda durub, xəlvəti və qəflətən fəal mübarizləri 
aradan çıxardırdılar. 
Xanlar  Səfərəliyev  də  mübariz  fəhlə  başçılarından  biri  kimi 
Bibiheybət  mədənlərinda  ad  çıxarmışdı.  Onun  işlədiyi  mədənin  müdirm 
Abuzərbəy  jandarm  və  polisin  razılığı  ilə  Xanlara  qarşı  sui-qəsd  hazırlayır  və 
1907-ci il sentyabrın 19-da ikinci növbədən çıxıb evə qayıdanda Zəfər Rəcəbov 
adlı  sanının  açdığı  atəşdən  yaralanır.  Xanların  həmyerlisi  Əsəd  Qarayev  onu 
xəstəxanaya çatdırır, lakin  yara ağır olduğundan  Xanları  xilas etmək  mümkün 
olmur, dörd gündən sonra vəfat edir. 
Bu  qara  xəbər  şəhərə,  zavod  və  mədənlərə  ildırım  sürətilə  yayılır, 
şiddətli  hiddət,  qəzəb  və  təəssüfə  səbəb  olur,  dəfn  mərasimi  izdihamlı  siyasi 
nümayişə çevrilir; 20.000 adam cənazəni son məkanına müşayiət edir, dəstələr 
şəhərin  mərkəzindən Şıx kəndinə  tərəf sel  təkin axışır.  Bu qeyri-adi izdihama 
200 atlı kazak və güclü polis dəstəsi nəzarət edirdi. 
downloaded from KitabYurdu.org

123 
 
Bibiheybətə  çatanda  zavod  və  mədənlərdən  qalxan  matəm  fiti  aləmə 
yayılır.  Tərsanə  və  körpülərdəki  gəmilər  də  onlara  qoşulur,  uzun-uzadı  kədər 
fitləri verirlər. 
Sərmayədarlar,  hökumət  məmurları,  sahibkarlar  lərzəyə  gəlirlər. 
Matəm  iştirakçılarından  Xanların  silahdaşı  İvan  Vastek  yazırdı  ki, 
«Proletariatın yekdil gur səsindən jandarmlar lərzəyə düşmüşdülər». 
Qəbiristanda  izdihamlı  matəm  mitinqi  keçirilir.  S.  M.  Əfəndiyev 
«Qudok»  qəzetində  yazırdı:  «Xanlar  ölmüşsə  də  onun  kşi  yaşayır,  xatirəsi 
fəhlələr  içərisində  uzun  müddət  yaşayacaq,  fəhlələrin  parlaq  idealı  olan 
sosializmin  əldə  edilməsi  və  həyata  keçirilməsi  üçün  müsəlmanlar  içərisində 
yeni-yeni mübarizlər yetişməsinə səbəb olacaqdır». 
1918-ci  ildə  kommunanın  maarif  komissarı  N.  Kolesnikova  yazırdı: 
«Xanların  dəfni  mənə  1905-ci  ilin  oktyabrında  Moskvada  Baumanın  dəfnini 
xatırlatdı;  orada  olduğu  kimi,  burada  da  nizamla  addımlayan  izdiham  bütün 
nəqliyyatı  dayandırmışdı...  Polis  səkilərin  qarşısında  düzülərək  sakit  və 
dinməzcə mərasimi müşayiət edirdi». 
Bu qanlı divan proletariatı susdura bilmədi, əksinə mübarizəni daha da 
genişləndirdi. 
1908-ci  ildə  Bakı  fəhlələri  tez-tez  siyasi  və  iqtisadi  tətil  edirdilər. 
Onları bu mübarizəyə əsasən bolşeviklər sövq edir, ilhamlandırırdı. Onlar Bakı 
proletariatını  səfərbər  etmək  üçün  coşqun  fəaliyyət  göstərirdilər.  Həmin  ildə 
tətil  dalğaları  Nobel  qardaşları,  Adamov,  Kokorev,  Mirzəyev,  Musa  Nağıyev, 
Kukasov,  Şəmsi  Əsədullayev,  Rotşild  və  başqa  şirkətləri,  şəxsi  mədən  və 
zavodları,  başqa  müəssisələri  əhatə  etmişdi.  Bu  tətillər  neftxudalara  və  zavod 
sahiblərinə çox baha tamam olmuşdu. Ziyan milyonlarla manatı aşmış, yüz min 
saatlarla  iş  günü  hədər  getmişdi.  Çıxarılan  neftin  miqdarı  qat-qat  azalaraq 
hasilat çox aşağı düşmüşdü. Tətilçi ordusunun sayı 47 minə çatmışdı. 
1913-cü  ilin  yazında  Bakı  proletariatı  çarizmə  və  kapitalizmə  qarşı 
qəti  mübarizəyə  qalxır.  Tətil  mədən  və  zavodları,  Xəzər  dənizçilərini  əhatə 
edir.  Bolşeviklər  Azərbaycan  və  rus  dillərində  intibahnamələr  çap  edərək, 
fəhlələrin mübarizəsinə rəhbərlik edir. 
Bakı proletariatının 1914-cü ildə yay tətili bütün Rusiya proletariatının 
diqqətini  özünə  cəlb  etmişdi.  Ay  yarım  davam  eləyən  bu  tətildə  50  min  fəhlə 
iştirak etmişdi. Bu, Bakı proletariatının möhtəşəmliyindən xəbər verirdi. 
May ayının 27-də bolşeviklər fəhlələrin tələblərini Azərbaycan və rus 
dilində  çap  etdirib  camaata  paylamışdı.  Tətilin  birinci  günü  təkcə  Balaxanı  - 
Sabunçu mədənlərində 12 mindən çox fəhlə işi dayandırmışdı. 
Tətilin  üçüncü  günü  (mayın  30-u)  Bakı  qalabəyinin  müavini  Qafqaz 
canişininə  belə  bir  teleqram  göndərir:  «Demək  olar  ki,  bütün  mədənlər  tətil 
edir.  Tətil  edən  neft  sənayesi  fəhlələrinin  sayı  26.000-ə  çatır.  Tətilçilərin 
zorakılığı da get-gedə artır...». 
downloaded from KitabYurdu.org

124 
 
Tətil  və  nümayişlər  zamanı  polislə  baş  zerən  toqquşmalarda  ölən  və 
yaralananlar da olur. Tətilçilər həbs edilirdi. 
Peterburq,  Moskva,  Xarkov,  Tiflis  və  sair  şəhərlərin  fəhlələri 
bakılılarla  həmrəy  oldular.  «Pravda»  qəzeti  Bakı  proletariatının  qəhrəmanlıq 
çıxışını təbrik edirdi. 
Birinci  dünya  müharibəsinin  başlanması  bütün  ölkədə  olduğu  kimi, 
Bakıda da yüksələn inqilabi mübarizəni, tətili dayandırdı. 
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə