Marali getmə



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix29.05.2017
ölçüsü2,38 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

 
1
 
 
SƏDNĠK PAġA PĠRSULTANLI 
 
 
KƏPƏZĠN KƏKLĠYĠ,  
 
MARALI GETMƏ 
 
 
 
 
 
 
                      Gəncə 2013 

 
2
 
 
Şeirləri toplayanlar: Sədnik Paşa Pirsultanlı və                
Qəmbər Şəmşir oğlu Qurbanov 
 
Tərtib edən və ön sözün  
müəllifi:  Sədnik Paşa Pirsultanlı 
 
Redaktor: Qəmbər Şəmşir oğlu 
 
“Kəpəzin kəkliyi, maralı getmə”  354  səh. 
 
Bu  kitab  müasirlərinin  və  özündən  sonra 
gələn  aşıqların,  el  şairlərinin  yaradıcılığına  güclü 
təsir  göstərən,  yüksək  sənətkarlıq  nümunələri  ilə 
Azərbaycan  aşıq  şeirinin  inkişafında  əhəmiyyətli  rol 
oynayan  Ağdabanlı  Qurbanın  yaradıcılığından  bəhs 
edir.  Kitabın  2-ci  nəşridir.  Burada  müqəddimə 
genişləndirilmiş  və  bədii  tərtibatına  xüsusi  diqqət 
yetirilmişdir. 
 
A    470206201 
qrif nəşri 
   M653(07) 200 
ISB N 5-8020-1530-6 
 
II nəşr 
Kitabın birinci nəşri 2000 
Kitabın ikinci nəşri 2013 

 
3
 
 
               Ağdabanlı şair Qurban 
 
Qurban  Məşədi  Məmmədalı  oğlu  1859-
cu  ildə  Kəlbəcərin  Dəmirçidam  kəndində 
anadan 
olmuşdur. 
Dəmirçidam 
kəndi 
Göyçənin  gədiyində  yerləşir.  Bu  kəndlə 
aşıqlar  vətəni  olan  Göyçə  kəndləri  arasında 
məsafə  o  qədər  də  uzaq  deyildir.  Qocaların 
dediyinə görə, ən yaxşı Göyçə aşıqları tez-tez 
bu  kəndə  gələr,  dəmirçidamlıların  xeyir 
işlərində  özlərinin  sazları  və  sözləri  ilə  el-
camaatın zövqünü oxşayarmışlar. 
Aşıq  Qurban  həyata  göz  açarkən  ana 
laylası  ilə  birlikdə  sazın  ecazkar  səsini,  aşıq 
zəngulələrini, 
guşələrini 
də 
beşikbaşı 
nəğmələr,  oxumalar 
yerində  eşitmişdir.  
Məhz  buna  görə  də    çox  erkən  yaşlarından 
şifahi  xalq  ədəbiyyatının  xeyirxah  təsiri  ilə 
hələ  ləçəkləri  bərkiməmiş  qönçə  nisbətli 
poetik  sözünün  ilk  misralarını,  bəndlərini 
düzümləməyə başlamışdır. 
Qurbanın  uşaqlıq  illəri  Dəmirçidam 
kəndində keçmişdir. Aşığın atası Məmmədalı 
kişi,  əsasən,  əkinçiliklə  məşğul  imiş.  Ancaq 

 
4
 
 
onun  dülgərlik  peşəsində  də  səriştəsi  varmış. 
Məmmədalı  kişi  hər  iki  halal  peşəsi  ilə 
ailəsini 
birtəhər 
dolandırırmış. 
Lakin, 
bununla  belə,  o,  elmə,  savada  can  atan, 
övladlarının  gələcəyinin  qayğısına  qalan 
uzaqgörən bir adam imiş. 
Məmmədalı  kişinin  özünün  də  şeirə-
sənətə  xüsusi  marağı  olub.  O,  çoxlu  el 
bayatısı, aşıq qoşması, xüsusilə,  ulu babaları 
Miskin  Abdaldan  şeirlər  və  rəvayətlər 
bilirmiş. 
Vaxtında  toplanmadığı  üçün  Miskin 
Abdalın irsi itib-batmışdır. Lakin, bu el şairi 
haqqında  onu  məhəbbətlə  yad  edən 
rəvayətlər,  nağıllar,  əhvalatlar  indi  də 
ağızlarda,  dillərdə  gəzməkdədir.  Aşıqlar  indi 
də  onun  adını  ustad  sənətkarlar  sırasında 
çəkirlər. 
Miskin  Abdalın  şah  əsəri  olan  “Dağlar” 
adlı  dörd  bəndlik  qoşması  onun  adını  aşıq 
poeziyasında  əbədiləşdirmişdir.  Həmin  şeiri 
nümunə veririk: 
 Məğribdən məşriqə səf çəkib durub
 Qüdrətdən çəkilib baş-başa dağlar. 

 
5
 
 
 İtaət boynuna həmayıl vurub, 
 Misli-pəsənd, xotkar, xan, paşa dağlar. 
 
 
*** 
Baxıb hökmü yey, dal dürey dükafa, 
Gah kükrəyib, gah gəlirsən insafa. 
Dey peykarə çəkib, bəyazil əffafə, 
Pərvərdin geydirir qumaşa dağlar. 
 
 
*** 
Ağ çeşmən sərindən car eylər seli, 
Yaşıl tirmə qurşar alaca beli. 
Zabitə kölgəsi, Dağıstan yeli, 
Sədrin səfasıdı həmişə dağlar. 
               
*** 
 Nəhs illərdən satın aldın nəhs günü, 
 Çağırdın dumanı, tökdün çiskini. 
 Gözü yaşlı qoydun Cüda Miskini, 
 Eylə gülə-gülə tamaşa, dağlar. 
 
Bəlkə  də  Azərbaycan  şifahi  və  yazılı 
ədəbiyyatında  sonrakı  dövrlərdə  onlarla 
“Dağlar” 
rədifli 
 
gözəl 
qoşmaların 
yaranmasına həmin şeir təkan vermişdir. 
XIX  əsrin  ikinci  yarısının başlanğıcından 
etibarən  Miskin  Abdalın  şeirləri  Göyçədə 

 
6
 
 
geniş  yayılmağa  başlayır.  Bu,  hər  şeydən 
əvvəl,  Göyçənin  Sarıyaqub  kəndində  olan 
“Miskin  Abdal  ocağı”nın  həmin  dövrdə 
molla məktəbinə çevrilməsi ilə əlaqədar olur. 
Hətta,  bu  dövrdə  Miskin  Abdalın  üstündə 
mollalarla  aşıqların  böyük  mübahisəsi 
başlanır.  Mollalar  onu  xalqa  məşhur  din 
xadimi kimi, aşıqlar isə istedadlı el şairi kimi 
tanıtmağa səy göstərirlər. 
Bu  illərdə  Miskin  Abdalın  yaradıcılığını 
öyrənən 
və 
hətta 
ondan 
təsir 
alan 
sənətkarlardan  biri  də  Aşıq  Ələsgər  olub. 
Bizcə, Aşıq Ələsgər: 
 
Ələsgərəm,  Abdal ollam, 
Eşqin girdabında qallam- 
 
-deyərkən,  bir  tərəfdən  də  məhz  elə  Miskin 
Abdalı  öz  məsləkindən  dönməyən  bir  sənət 
aşiqi kimi tanıdığını bildirmək istəmişdir. 
 
Həsənnənə, Həsənbaba qoşadı, 
Xoşbulaq yaylağı xoş tamaşadı- 
 

 
7
 
 
-deyən 
Aşıq  Ələsgər  Miskin  Abdalın 
“Dağlar”  şeirindən  gələn  “tamaşa”  ifadəsini 
çox  yerində,  həm  də  özünəməxsus  bir 
ustalıqla,  sezilməz  bir  şəkildə  işlədə 
bilmişdir. 
Demək  olar  ki, Aşıq Ələsgərin qardaşı 
oğlu  olan  məşhur  Növrəs  İman  da  bütün 
varlığı  ilə  Miskin  Abdal  yaradıcılığının 
vurğunu idi: 
 
Yaxşı bəyənmişəm Miskin Abdalı, 
Cəm imiş başında huşu-kamalı- 
 
-deyən    gənc  Növrəs  İman  onun təsiri ilə bir 
çox şeirlər yaratmışdır. 
Miskin  Abdalın  şəxsiyyətini,  bütün 
çətinliklərinə 
baxmayaraq, 
öyrənməkdə, 
həyat  və  yaradıcılığını  araşdırmaqda  bizim 
yalnız bir məqsədimiz var idi. 
Biz  öyrənib  bilmək  istəyirdik  ki, 
Ağdabanlı  Qurbanın  öz  şeirlərində  tez-tez 
adını çəkdiyi, eyni zamanda, ulu babası kimi 
tanıdığı  və  təqdim  etdiyi  Miskin  Adbal, 
doğrudanmı,  tarixi  şəxsiyyət  olmuşdur? 

 
8
 
 
Bütün  bunları  araşdırıb  dəqiqləşdirmək  həm 
də ona görə vacibdir ki, Ağdabanlı Qurbanın 
şairlik  nöqteyi-  nəzərindən  nəsil  şəcərəsinin 
hansı  əsrdən  başlanması  da  bizim  üçün 
maraqlıdır. 
Miskin  Adbdalın,  doğrudan  da,  XV-
XVI  əsrlərdə  yaşamış  istedadlı  bir  el 
sənətkarı 
olduğu,  əldə  olan  imkanlar 
daxilində  həm  özünün  şeirləri  ilə,  həm  də 
Səfəvi  dövlətinin  başçısı  Şah  İsmayıl 
Xətainin ona verdiyi rəsmi  yazılı sənədlə az-
çox aydınlaşdırılmışdır. 
Məmmədalı  kişinin  öz  babası  şair 
Miskin  Abdaldan  etdiyi  söhbətlər,  danışdığı 
rəvayətlər,  əzbər  dediyi  qoşmalar  gənc 
Qurbana  güclü  təsir  göstərmişdir.  Nəhayət, 
bunlar  öz  bəhrəsini  vermiş,  Qurbanın 
Göyçənin  Sarıyaqub  kəndindəki  Miskin 
Adbal  məktəbinə  oxumağa  getməsinə  səbəb 
olmuşdur.  Beləliklə,  XIX  əsrin  görkəmli  el 
sənətkarı olan Ağdabanlı Qurbanın sənət yolu 
Göyçədən  başlanır.  Başqa  sözlə,  onu  da, 
Ələsgəri  də  Göyçə  mühiti  yetişdirmişdir. 
Yuxarıda  xatırladıq  ki,  gənc  Qurban 

 
9
 
 
Kəlbəcərin  Dəmirçidam  kəndindən  Göyçəyə 
ruhani  təhsili  almağa  gəlmişdi.  Həqiqətən  də 
o,  iki  il  Sarıyaqub  kəndində  molla 
məktəbində  oxuyur.  O  zaman  Göyçə  mühiti 
çox qəribə  idi.  Molla  məktəbində dərs deyən 
mollalarla  aşıqlar  arasında  ciddi  mübarizə 
başlamışdı. 
Akademik  Mirzə  İbrahimov  Aşıq 
Ələsgərin  yaşadığı  dövrün  sosial-siyasi 
mənzərəsini  elmi-nəzəri  baxımdan  belə 
səciyyələndirir:  “Aşıq  Ələsgərin  yaşadığı 
dövr 
Azərbaycan 
tarixinin 
siyasi 
mübarizələrlə  dolu  olan  dönüş  dövrü  idi. 
Köhnəliklə yeniliyin, orta əsr feodal həyatı və 
vəziyyəti ilə yeni mütərəqqi görüşlər arasında 
mübarizələr qızışmışdı”.
1
 
Bu 
mübarizə 
cəmiyyətin 
digər 
sferalarında  olduğu  kimi,  köhnəliyin  rəmzi 
olan 
mollalarla, 
yeniliyin, 
mütərəqqi 
ideyaların  carçısı  olan  aşıqlar  arasında  da 
getdikcə 
kəskinləşirdi. 
Mollalar 
el 
sənətkarlarını  xalqın  gözündən  salmaq  üçün 
                                                           
1
 Mirzə İbrahimov. Aşıq poeziyasında realizm. Bakı. 1966, səh 
52 

 
10
 
 
onları  dinin  düşməni,  milli  musiqi  alətimiz 
olan sazı isə “şeytan əməli” adlandırırdılar. 
Aşıqlar  da  öz  növbələrində  hər 
məclisdə fırıldaqçı mollaları ifşa edir, onların 
həqiqi  simasını  xalqa  tanıdırdılar.  O  dövrdə 
Aşıq  Musanın  “Telli  sazın”  adlı  gəraylısının 
hər  misrası  güclü  bir  sillə  kimi  yalançı  din 
xadimlərinin ağzının üstünə dəyirdi. 
 
Ay həzərat, gəlin sizə söyləyim, 
Bu dünyanın xəyanatı çıxıbdı.  
İnsaflar azalıb, mürvət gödəlib, 
Qazıların mazarratı çıxıbdı.  
 
 
*** 
Əlimizi aparıbdı sərt ayaz, 
Ruzumuz olubdu gündən-günə az.  
Molla şeytan olub, axund şeyitbaz, 
Məşədi, kalvayı lotu çıxıbdı.  
 
 
*** 
Qoçular, quldurlar qatar taxırlar, 
Fəqir-füqəraya yan-yan baxırlar.  
Kimi istəsələr vurub yıxırlar, 
Beşatanın çataçatı çıxıbdı.  
 
 
*** 

 
11
 
 
Pristav, naçalnik gələndə kəndə, 
Obanı, oymağı vururlar bəndə, 
Xərc üstə çoxları düşdü kəməndə, 
Qamçıda belinin qatı çıxıbdı.  
 
 
*** 
Gəzirlər havalı ağalar, bəylər, 
Çalışır qan-tərdə naxırçı, nökər. 
Müxtəsərin deyir Aşıq Ələsgər, 
Kovxanın, kattanın zatı çıxıbdı.- 
 
-deyən  Aşıq  Ələsgər  də  ikiüzlü  din 
xadimlərinə  divan  tuturdu.  Burada  bir  incə 
mətləbi  də  nəzərdə  saxlamaq  lazımdır.  Nə 
Aşıq Ələsgər, nə də onun sələfi olan saz-söz 
ustaları  dinin  əleyhinə  çıxmayıblar.  Onlar 
dindən  öz  mənafeyi  üçün  istifadə  edən 
yalançı  ruhaniləri  tənqid  atəşinə  tutublar. 
Klassik aşıq yaradıcılığının, eləcə də, XIX əsr 
el 
sənətkarlarının 
yaradıcılığı  müəyyən 
məqamlarda dini-fəlsəfi fikirlərlə bağlıdır. 
Əldə  olan  məlumata  görə,  Qurban 
Sarıyaqubda  oxuduğu  zaman  əmizadələri 
Molla Hüseyngildə qalırmış. 

 
12
 
 
Bütün  xəbərdar  olanların,  tanıyan  və 
şəxsən  görənlərin  dediklərinə  görə,  Molla 
Hüseynin evində tez-tez aşıqlar məclis qurub, 
çalıb-çağırıb, şadlıq edərmişlər. Bunun qəribə 
sirri orasında imiş ki, Molla Hüseynin arvadı 
Bəsti  böyük  xalq  sənətkarı  Aşıq  Ələsgərin 
qızı olmuşdur. 
Molla  Hüseynin  evi  ilə  Miskin  Adbal 
məktəbi  bir-birinə  çox  yaxın  idi.  Molla 
məktəbində oxuyan uşaqlar gündüzlər ruhani 
təhsili  alır,  gecələr  isə  aşıq  məclislərində 
saza-sözə  qulaq  asırmışlar.  Onlar  müəyyən 
edə  bilmirdilər  ki,  ruhanilərin  yolu  ilə  gedib 
mollamı,  yoxsa  Məmmədhüseynin,  Ağ 
Aşığın,  Aşıq  Alının,  Aşıq  Musanın,  Aşıq 
Ələsgərin  yolu  ilə  gedib  aşıqmı  olsunlar? 
Belə  gənclərdən  biri  də  gələcəyin  istedadlı 
şair-aşığı  Ağdabanlı  Qurban  idi.  Qurbanın 
mollaxanadakı  tələbəlik  illəri  haqqında  olan 
xatirələrdə söylənir: 
“...Bir  gün  Qurban  xəlvətə çəkilib  şeir 
əzbərləyirmiş.  Bunu  dərs  verən  molla  görür. 
Üstünü  vurmayıb  keçir.  Qurban  məktəbə 
gələndə Molla acıqlı-acıqlı soruşur: 

 
13
 
 
-Mənə  de  görüm,  Sarıyaqubda  oxuyub 
molla olmağa gəlibsən, yoxsa aşıq? 
-Molla  əmi,  hər  ikisinə  nabələdəm. 
Hansı  yaxşı  olsa  onun  da  dalınca 
gedəcəyəm”.
2
 
Molla  Hüseynin  evindəki  ilk  görüşdən 
etibarən  Qurban  Aşıq  Ələsgərə  heyran  olur. 
Bu  qüdrətli  sənətkarın  müdrikliyi,  əvəzsiz 
ustalığı  Qurbanı  gecə-gündüz  düşündürür. 
Müqayisəmiz  bir  qədər  mübaliğəli  olsa  da, 
Mirzə  Şəfi  Vazehin  ağıllı  kəlamları  gənc 
Mirzə  Fətəli  Axundovu  dini  yoldan  ayırıb 
həqiqi  sənətə  qovuşdurduğu  kimi,  Aşıq 
Ələsgərin  saz  çalan  mahir  barmaqları,  şirin 
ləhcəsi  də  gənc  Qurbanın  həyat  yolunu 
həmişəlik olaraq dəyişir. 
Molla  məktəbində  aldığı  təhsil  onu 
ruhanilərin  arxasınca  apara  bilməmişdir. 
Məmmədhüseyn,  Aşıq  Musa,  Ağ  Aşıq,  Aşıq 
Alı və Aşıq Ələsgər kimi məşhur söz ustaları 
yetişdirmiş Göyçə mühiti gənc Qurbanı başqa 
                                                           
2
 Xatirə 1966-cı ildə Göyçənin Sarıyaqub kəndində Aşıq 
Ələsgərin qızı Bəstidən öyrənilib yazılmışdır. 

 
14
 
 
səmtə  çəkmiş,  aşıq  sənətinin  qüdrətli  təsiri 
ona daha doğma, daha munis görünmüşdür. 
Qurban 
öz 
arzusuna 
görə 
Aşıq 
Ələsgərlə  çox  yaxından  tanış  ola  bilmişdir. 
Onunla dəfələrlə görüşüb, ağıllı nəsihətlərini, 
hikmətli sözlərini dinləmişdir. 
Qurbanın  Zodlu  Abdulla  ilə  ilk 
dostluğu da Sarıyaqub kəndindən başlamış və 
bu dostluq sonralar daha böyük məzmun kəsb 
etmişdir.  Gənc  Qurban  yaradıcılığa  da  ilk 
dəfə 
Göyçənin 
Sarıyaqub 
kəndində 
başlamışdır.  Ustad  aşıqların  söz  çeşməsi 
ondan ötrü ilham mənbəyi olmuşdur. 
Molla  məktəbində  aldığı  təhsilin, 
öyrəndiyi savadın da Qurbana böyük köməyi 
dəymişdir. Şəxsi mütaliə yolu ilə Azərbaycan 
və  fars  dillərini  yaxşı  öyrənən  sənətkar 
klassik  Şərq  ədəbiyyatını  oxumaq  imkanı 
əldə 
etmiş, 
Əbdürrəhman 
Caminin, 
Nizaminin,  Firdovsinin,  Sədinin,  Hafizin, 
Ömər 
Xəyyamın, 
Nəsiminin,  Xətainin, 
Füzulinin,  Vaqifin  və  başqa  sənətkarların 
yaradıcılıqları ilə tanış olmuşdur. Deyilənlərə 
görə, Qurban Ə.Caminin “Yusif və Züleyxa” 

 
15
 
 
əsərinə  ürəkdən  vurulubmuş.  Yaradıcılığında 
isə Qurban böyük söz ustadı Füzulinin poetik 
dühasını  təqdir  edirmiş.  “Şeir  elmsiz  olarsa, 
özülsüz divara bənzər”-deyirmiş. 
Qurbanın  savadlı  olmasını  avtoqraf-
əlyazmaları  da  təsdiq  edir.  Onun  öz  əli  ilə 
yazdığı  iki  böyük  şeir  dəftəri  oğlu  Aşıq 
Şəmşir 
tərəfindən 
mühafizə 
olunub 
saxlanmışdır. 
Qurbanın 
saza-sözə 
meyl 
göstərməsində,  onda  bu  təsirin  oyanmasında 
Aşıq  Ələsgərin  xidməti  əvəzsizdir.  Lakin 
sonralar bu təsir qarşılıqlı olmuşdur. Belə ki, 
Qurban Aşıq Ələsgəri, Aşıq Bəstini, Sənətkar 
Abdullanı,  Növrəs  İmanı  və  başqalarını  
klassik  ədəbiyyat  xəzinəsi  ilə  yaxından  tanış 
etmiş,  dilimizdə  işlənən  ərəb-fars  mənşəli 
sözləri  onlara  yeri  düşdükcə  izah  etmişdir. 
Aşıq Ələsgərlə Qurbanı ömrü boyu bir-birinə 
bağlayan,  dost  edən  də  bu  mənəvi  yaxınlıq 
olmuşdur. 
Məlumdur  ki,  Aşıq  Ələsgər  dövrünün 
elmli,  bilikli,  qabaqcıl  adamları  ilə  əlaqə 
saxlayırdı.  O,  həm  də  onların  savadını, 

 
16
 
 
bacarıqlarını  yüksək  mənalandırırdı.  Qurban 
da  böyük  sənətkarın  diqqət  mərkəzində 
dayanmışdı. 
Qurbanın  istedadı,  zəkası,  yaddaşı, 
biliyi  Aşıq  Ələsgəri  heyran  etmişdi.  Təhsil 
illərindən  sonra  da  Aşıq  Ələsgər  Qurbanı 
unutmamış,  onların  şəxsi  yaxınlığı  ailəvi 
dostluğa çevrilmişdir. Aşıq Ələsgər onda olan 
qabiliyyəti qabaqcadan görə bilmişdi. 
Ağdabanlı Qurban özünün söy-kökünü 
böyük  el  sənətkarı  azman  ozan  Miskin 
Abdala  bağladığından  vaxtı  ilə  Miskin 
Abdalın  Dağıstanı  gəzib  dolaşdığı  üçün 
doğma  kəndi  Dəmirçidamı  “Bala  Dağıstan”, 
özünü  isə  “Bala  Dağıstanlı”  adlandırmış  və 
bu təxəllüslə bir neçə qoşma da yazmışdır. 
Dəmiçidam  kəndinin  yaşlı  adamları 
indi  də  onu  Qurbanın  qoyduğu  adla-“Bala 
Dağıstan”  adlandırırlar.  Nəsil-nəcabətinin 
doğma  elindən  ayrı  düşməsi,  ulu  babası 
Miskin  Abdalın  taleyi  və  s.  bəzən  Qurbanın 
kədərinə  səbəb  olur.  Bu  hiss  onun  “Bala 
Dağıstanlı”  təxəllüsü  ilə  yazdığı  şeirlərdə 
özünü daha qabarıq büruzə verir: 

 
17
 
 
 
Ayrı düşən mahalınan, elinən, 
Həsrət qalan aylarınan, ilinən, 
Qəm-vərəmdən bağrı şan-şan dəlinən, 
Bala Dağıstanlı Qurban mənəm, mən. 
 
Lakin, 
Qurban  yaradıcılıqda  bir 
nöqtədə  dayanıb  durmur,  dövrün  təhsil 
görmüş  bu  istedadlı  sənətkarı  addım-addım 
irəliləyir,  böyük  klassikləri  oxuyur.  Molla 
Pənah  Vaqifin  məhəbbət  lirikasını,  xüsusilə, 
sevir və onlardan böyük ustalıqla sənət şirəsi 
çəkir. 
Qurban  bir  tərəfdən  folklora,  o  biri 
tərəfdən də yazılı ədəbiyyata bağlı idi. Hər iki 
yaradıcılıq  qaynağı  onun  dünyagörüşünün 
formalaşmasında  və  yüksək  sənətkarlıq 
bacarığına 
yiyələnməsində 
böyük 
rol 
oynamışdır. 
Çox 
keçmir 
ki, 
Qurban 
bitkin 
gəraylılar  və  qoşmalar  müəllifi  kimi  şöhrət 
qazanır.  Onun  sevgilisi  Səlbiyə  həsr  etdiyi 
“Getmə” qoşması, “Üstündən” gəraylısı dillər 

 
18
 
 
əzbəri olur. Qurban təkcə bu iki şeirlə özünə 
çoxlu pərəstişkarlar tapır. 
“Getmə” 
qoşması 
sözün 
həqiqi 
mənasında  aşıq  poeziyasının  ən  qiymətli  və 
nadir incilərindəndir: 
 
Gözəllər karvanı yola düzüldü, 
Kəpəzin kəkliyi, maralı, getmə. 
Gözlərin süzüldü, canım üzüldü, 
Məni qoyub yaslı, yaralı getmə. 
   
 
*** 
Bir dərd ürəyimdə var üzdü canım, 
Bir də qəsd eylədi yar, üzdü canım.  
Bülbüləm, gül üstə xar üzdü canım, 
Bir qönçəsən səni xar alı, getmə.  
   
 
*** 
Qurban deyər, dərdin azarım üstə, 
Bir də güzar eylə güzarım üstə, 
Mən öləndə bir gəl məzarım üstə, 
Sən Allah, yar, ötüb aralı getmə. 
 
Qurban  sənətdə  sözün  yerini  bilən, 
bədii  ifadələrlə  yadda  qalan,  insan  qəlbini 
həyəcana  və  ehtizaza  gətirən  lövhələr 

 
19
 
 
yaradan  bir  sənətkardır.  Bu  qüdrətli  el 
sənətkarının  sözləri,  obrazlı  və  poetik 
qəlibləri  necə  böyük  sərraflıqla  şeir  boyunda 
yerbəyer  etdiyini  “Üstündən”  gəraylısında 
daha aydın görmək olur: 
 
Usta Kərim o qaşları, 
Qara çəkib ağ üstündən, 
Gözəl yaradıb saçları, 
            Çin-çin, tağı-tağ üstündən. 
 
Usta  Kərim  kimdir?  El  arasında 
“Kərim  Allah”,  “Böyük  Allah”  deyilir. 
Burada  Kərim  olan  Allah  rəssam  kimi 
obrazlaşdırılmış,  ona  insani  sifət  verilmişdir. 
Usta  Kərimin  yaratdığı  gözəl  belədir.  Bənizi 
ağdır, lakin o ağın üstündən qara çəkib bir cüt 
gözəl  qara  qaş  yaradıb,  elə  saç  ki,  çin-çin, 
tağı-tağ  üstündədir. Burada hansısa  bir  sözü, 
misranı  yerindən  tərpətsən,  aşığın  yaratdığı 
tabloya 
xələl 
gələr, 
nəticədə, 

öz 
cazibədarlığını itirər. 
Qurban  epitetlərlə  gözəlin  simasını 
daha parlaq verir: 

 
20
 
 
 
Zənəxdanda qoşa xal var
Cəmalında nə cəlal var, 
Ləblərində şirin bal var, 
Süzülüb qaymaq üstündən. 
 
Şeirin 
hər 
bəndi, 
hər 
misrası 
sənətkarlıqla  yaradıldığı  üçün  böyük  bədii 
dəyərə malikdir. 
 
Sənsiz bu Qurban sızıldar, 
Cismi ağlar, can sızıldar, 
Arı görsə şan, sızıldar, 
Olmaz ayırmaq üstündən. 
 
Burada  sözlərin  düzülüşü  təbii  və 
gözəldir.  Şeir  dili  rəvan  və  axıcıdır.  Lirik 
qəhrəman  şan  üstündən  ayrılmış  arı  kimi 
sızıldayır.  Onun  bu  vəziyyəti  oxucuda  bədii 
zövq  yaradır.  Sənətkarın  orijinal,  təbii 
təşbihlərinə, 
şairlik  məharətinə  heyran 
qalırsan.  Bu  təbii  və  bədii  boyalar  arxasında 
məhəbbətlə dolu bir ürək çırpınır. 

 
21
 
 
Qurban  hansı  mövzuda,  hansı  janrda 
yazırsa yazsın, onun şeirlərinin mərkəzindəki 
baş  leytmotiv  və  ana  xəttindəki  aparıcı 
mətləb  insan,  insana  məhəbbətdir.  Onun 
şeirlərində  iki  gözəlllik:  təbiət  və  insan 
gözəlliyi,  təcrid  olunmuş  halda  deyil, 
əlaqədə,  vəhdətdə  verilir.  Sanki  böyük 
sənətkar  hər  dəfə  təbiətin  seyrinə  çıxanda 
əlinə  qələm  əvəzinə  rəssam  fırçası  götürüb 
çiçəklərdən,  güllərdən  rəng  alaraq  insana 
zövq  verən,  onu  vəcdə  gətirən  lirik  kənd 
lövhələri  yaratmışdır.  Bu  doğmalığa  və 
təbiətin 
təbiiliyini 
şeirlərində  qoruyub 
saxladığına görə aşıq Qurbanın şeirləri bizdə 
təbiətə  qarşı  böyük  bir  maraq  və  dərin 
məhəbbət hissi oyadır. 
Məmmədalı  kişi  hər  ilin  yaz-yay 
aylarında 
yaylağa, 
Ağdaban 
kəndinin 
Çayqovuşan  adlanan  hissəsinə  gəlirmiş, 
Ağdaban  kəndi  Dəmirçidama  nisbətən 
təbiətcə  çox  zəngindir.  Onun  quşkeçməz 
meşələri,  buz  kimi  bulaqları,  hər  tərəfdən 
kəndi  əhatə  edən  dağları  vardır.  Həm  də 
buranın  Dəmirçidamla  müqayisədə  çox 

 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə