Marali getmə



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix29.05.2017
ölçüsü2,38 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

               
 
       
KƏM OLAR 
 
Mərdə möhtac olsan mətləbin bitər
Namərd, nakəs saxavətdən kəm olar. 
Müxənnəs həmişə baş kəsmək istər, 
Rəhmi-insaf, həm mürvətdən kəm olar. 
   
 
***
 
Kal qarpız yaxşıdı, kamalsız başdan, 
Yumşalmaz o bərkdi poladdan, daşdan, 
Xain, xəbis kəsər qohum-qardaşdan, 
Daş ürəkli məhəbbətdən kəm olar. 
   
 
*** 
 

 
177
 
 
Kamil ustad öz isbatın itirməz, 
Əsli olan, əsli zatın itirməz, 
Əhli səxa, xoş sifətin itirməz, 
Xoryat, xənnas bu adətdən kəm olar. 
   
***
 
Sərraf seçər, ləli-gövhər tanıyar, 
Naşı təbib dəymə yaram qanıyar. 
Bədnəzər də qonşu malın sanıyar, 
Ha çalışsa camaatdan kəm olar. 
   
***
 
Arığın, yoxsulun olmaz qüvvəti, 
Ac, yalavac nəynən etsin hörməti? 
Təzə bəyin qeyzi, qəhri, töhməti, 
Zülm eyləyər, ədalətdən kəm olar. 
   
***
 
Tamahkar dünyaya çox inanmasın, 
Tərəqqiyə çatan lovğalanmasın, 
Hər kim bu mənadan qanmasın, 
İnsanlıqda şəfahətdən kəm olar. 
   
***
 
Qurbanam, bu qəmdən gözlərim ağlar, 
Məclisdə ar bilər, sözlərim ağlar. 
Fikrim, zikrim budur əzbərim ağlar, 
Dilim, meylim, şikayətdən kəm olar. 

 
178
 
 
           
YETĠġƏ 
 
Ola mərhəməti, kərəm kanının, 
İnsan nə qəzaya, dilə yetişə. 
Mərd iyid olmaya namərdə möhtac, 
Qisməti qeyibdən gələ yetişə. 
   
***
 
Fəhminən-fərasət, ağılnan-kamal, 
Kəsb eyliyə halal dövlət, halal mal, 
Yaxşı arvad, saleh övlad, xoş xilas,  
Yaxşı əsil, yaxşı əslə yetişə. 
   
***
 
Dilərəm bu mətləb hədər qalmıya, 
Qədrini bilməyən gövhər almıya. 
Səxalı kişilər yoxsul olmuya, 
Qisməti qeyibdən gələ yetişə. 
   
***
 
Qurban axır işin oyun, kələkdir, 
Ariflər anlayır bu nə deməkdir? 
Dünyanın dövləti nəyə gərəkdir, 
İstər başlı, istər silə yetişə. 
   
***
 
 
 

 
179
 
 
        
 XƏSTƏNĠ 
 
Olsa yüz min canı, biri sağalmaz, 
Sahibi nəzərdən sala xəstəni. 
Rəsul eylər dua, bağışlar xuda, 
Hər kim  bumərgidən ala xəstəni. 
   
*** 
Bulunmaz mərizin yoxdur əlacı, 
Qohumun xəbisi, dostun oğracı. 
Hər sözü həlahil-zəhərdən acı, 
İstəyir mar kimi çala xəstəni. 
   
*** 
Beyvəfalıq müxənnəsin peşəsi, 
İlqardır imanın fərqi pişəsi. 
Bu möhnət baltası, bu qəm tişəsi, 
Salıb fürqət daldan-dala, xəstəni. 
   
*** 
Şərq eylədik bir ilqarı qəribə, 
Dəyməsin qəribə, gül əndəlibə. 
Ustadı təbibdən, naşı təbibə, 
Dəyişdirmə haldan-hala xəstəni. 
   
*** 
Qurban tərəqili bəxt ola bidar, 
Çəkə dəryalardan ləli-abidar. 
Diləsən nə mətləb, nə desən olar, 
Qoymaz hərgiz belə qala xəstəni. 

 
180
 
 
          OLA 
 
Kərəm qılıb xudam bir də yarada, 
Sən kimi dərdimənd bir zənən ola. 
Canı sər yolunda eylərəm fəda, 
Şirin dil, xoş ilham, həm zəban ola. 
 
 
***
 
Belə yar yetirə bəxtin kokəbi, 
Dəsti qana, könlündəki mətləbi. 
Nə lazım danışmaq, tərpətmək ləbi, 
Nə keçsə könlümdən düz qanan ola. 
   
***
 
Sonanı, kəkliyi alan sar oldu, 
Tər qönçəni qucaqlıyan xar oldu. 
Bu dərd ürəyimdə payidar oldu, 
Daha mən ölürəm, yüz dərman ola. 
   
***
 
Qurban, qəmi-möhnət çəkmək adətin, 
Can üzülüb qalmayıbdı taqətin. 
Gözəllər əlindən var şikayətin, 
Şahi mərdan kimi bir divan ola. 
   
***
 
 
 

 
181
 
 
         
YOXSULUN  
 
Fürsət əyrinindi, qismət zalımın, 
Açıram, bəd gəlir falı yoxsulun. 
Danışmağa yoxdur nitqi-ixtiyar, 
Laldı bu dövranda dili yoxsulun. 
   
 
***
 
Heç divan yox, üz görürlər yamana, 
Cir tüccar xələl vurar imana. 
Nə bic əyyam olub, nə bic zəmanə, 
Nə varı var, nə də pulu yoxsulun. 
   
 
***
 
Kasıblar malından yeyib doyanlar, 
Füqaranın dərisini soyanlar. 
Qurban biçarəni ağlar qoyanlar, 
Bilin, belə getməz halı, yoxsulun! 
1913 
 
          
  
 
 
 

 
182
 
 
        YAZILMIġ 
 
Bu namədə həkk olunmuş mətləbə, 
Taleyim kür, bəxtim qara yazılmış. 
Tərsən bu bir ani cana, mətləbi, 
Çox-çox həsrət intizara yazılmış. 
 
 
***
 
Əlif ilə əyib, beynən bəlali, 
Teynən təhrə çəkib nəzm edib hali. 
Seynən səy eyliyib cimnən cəlali,  
Heynən hey-hey deyib nalə yazılmış. 
 
 
***
 
Xeynən xədna gözəl, dalnan dürr kimi, 
Zalnan zərdi, reynən zillət harasan. 
Ayın ümman, cain-qərqən axan qan, 
Feynən fikrin dal cikara yazılmış. 
 
 
***
 
Qafnan Qurban, kafnan gülməz, lamnan-lal, 
Mimnən meylim, nundan neylim, heynən hal. 
Vovnan verdim, laməlifla dalbadal, 
Yeynən yaro, cismi yara yazılmış. 
1905 
 
 

 
183
 
 
        ÜRƏYĠM 
 
Dostu-mehribanım, cismidə canım, 
Dolub laxda-laxda, qandı ürəyim. 
Sənsiz sağlığıma yoxdu gümanım, 
Bəlkə daşdı,nə dayandı ürəyim. 
 
 
***
 
Mən danışım, diqqət elə, qulaq as, 
Dərdindən ağlaram, saxlayaram yas. 
Neçə ki, can sağdı, müxtəsər, xilas, 
Zənbur xanəsi tək, şandı ürəyim. 
 
 
***
 
Mərd iyidlər qəm badəsin içmiyə, 
Yar yolunda başı-candan keçmiyə. 
Heç müsəlman eşq oduna düşməyə, 
Alışıb cəsətim, yandı ürəyim. 
 
 
***
 
Gözüm baxmağınan gözündən doymaz, 
Nə gəlməz ədalət, divan qurulmaz. 
Qurban, meylin dönməz, könül yorulmaz, 
Eşqim sönüb, nə ovsandı ürəyim. 
1890 
 
 

 
184
 
 
 
             MƏNĠ 
 
Nəinsaf, sitəmkar, bimürvət fələk, 
Həsrət qoydu gözəl marala məni. 
Dost-dostun başına gətirməz kələk, 
Bu qəmi-möhnətdən arala məni. 
   
 
***
 
Dolansın gərdişin tərsə ruzigar, 
Canansız gözlərim qoymusan ağlar. 
Tərlanın yerinə bağlanmışam sar, 
Sən də az dərd ilə yarala məni. 
   
 
***
 
Qurban gəzir bu diyarı tapılmaz, 
Ha dolandı, ha axtardı tapılmaz. 
Əvvəlki vəfalı yarı tapılmaz, 
Yazma, poz dəftərdən qarala məni. 
   
 
***
 
 
 
 
 
 

 
185
 
 
          ZAMANIMDA 
 
Dözərdim,nə qədər edərdin cəfa, 
Nazına, qəmzənə çağ zamanımda. 
Rəhmi-mürvət elə mən binəvaya, 
Insafa gəl, xətti ağ zamanımda. 
   
 
***
 
Tökülüb zülflərin tağı-tağ üstən, 
Çilənib gərdənə solu-sağ üstən. 
Çəkmə gəl sinəmə dağı-dağ üstən, 
Təzə düyün vurma, dağ zamanımda. 
   
 
***
 
Gah bivəfa, gah məcazı deyirsən, 
Firqətindən büküb qəddim əyirsən. 
Sındırırsa, sən qəlbimə dəyirsən, 
Bilsənə qədrimi, sağ zamanımda. 
   
 
***
 
Bağla ləhnə, gəlib arxa dolu su, 
Aç bir üzün baxım gözüm dolusu. 
Qurbanı döyübdü qəhrin dolusu, 
Bostan tək saraldım, tağ zamanımda. 
   
 
***
 
 
 

 
186
 
 
      GÖZÜMNƏN 
 
Olmadı bir kəsim mənim dilimcə, 
Deyə ərzim, baxa, yara gözümnən. 
Nə danışdım dərdi-dilim doyunca, 
Nə bir baxdım mən füqəra gözümnən. 
   
 
*** 
Nə hala düşmüşəm gözümdən iraq, 
Olmuşam dərdindən divanə sayaq, 
Gecə-gündüz adətimdi ağlamaq, 
Ağlamaqdan getdi qara gözümnən. 
   
 
*** 
Sənə canım qurban, sadağa sərim, 
Yazmaqdan vəsfini doldu dəftərim. 
Qopur qiyamətim, olur məşhərim, 
Sən gedəndə bir kənara gözümnən. 
   
 
*** 
Sevdiyim, sən üçün bəlaya düşdüm
Pünhan-pünhan yandım, yandım alışdım. 
Nə bir fürsət oldu deyib danışdım, 
Nə qandırdım bir işarə gözümnən. 
   
 
*** 
Ayrılıq həsrətin, dərdi bəd tapım, 
Öldür barı bu zillətdən qurtarım. 
Qurbanın ümidi, elim, tutarım, 
Sənsiz baxmam bu diyara gözümnən. 

 
187
 
 
 
 
YAZIQ CANIM 
 
Bülbül kimi ahü-fəqan eylərəm, 
Görmədin nobahar, yaz yazıq canım. 
Kim gəlir mürvətə, insaf eyləyir, 
Ağlayıb sızılda, az yazıq canım. 
   
 
*** 
Bir düz ilqar, şux qaməti minarə, 
Getdi bir də ələ gəlməz dübarə. 
Tərlan baxtım daha çıxmır şikara, 
Ovlamır heç quba-qaz yazıq canım. 
   
 
*** 
Qərq olmuşam möhnət dəryalarına, 
Qayıtmaz xəyalım, düşüb dərinə. 
Sinəm varlığında, qəm dəftərinə, 
Göz yaşınla dərdim, yaz yazıq canım. 
   
 
*** 
Yaranıb pərvanə yara sevgili, 
Kərəm, Fərhad bəxti qara sevgili. 
Qaldı həsrət olan yara sevgili, 
Sən də bu möhnətə döz, yazıq canım. 
   
 
*** 
Qurban meylin özgə yara bağlanır, 
Görən deyir sınıq yara bağlanır. 
Köhnə dost yad olub, ara bağlanır, 
Bir dərdin olubdu, yüz yazıq canım. 

 
188
 
 
            GƏLĠR 
 
Pirilər, sözümə bir qulaq verin, 
Keçən gündən yada bir xəyal gəlir. 
Yazın bir-bir hər diyara göndərin, 
Sözümdə var mətləb, dalbadal gəlir. 
   
 
***
 
İyidlər ad üçün düşdülər bəhsə
Xələt verirdilər sözə, təcnisə, 
Çay, samavar, aşıq olan məclisə, 
Gah görürdün qaymaq, üstə bal gəlir. 
   
 
***
 
Zəfəranlı pilov, üstü qaralı, 
Soğanlı, sumaxlı, hər bir ədvalı. 
Mürəbbə məzəli, şəhdi-zülallı, 
Düzülüb xonçalar, bu misal gəlir. 
   
 
***
 
Deyim vəsfin bir yaraşıq içində, 
Arif məclisində, aşıq içində. 
Həsi-qındı, hörrə qaşıq içində, 
Sevgili qonağa indi yal gəlir. 
   
 
***
 
On dörd il vayna oldu, axdı qan, 
Töküldü libaslar, soyuldu yorğan. 

 
189
 
 
 
Dağda boran qırıldı, qurtardı aran, 
Yazmağa bu nəzmi, bu kamal gəlir. 
   
 
***
 
Sümüklər sərilib, ağartdı dağı, 
Yazıram dastana bu qəm-fərağı. 
Tapmadıq ölənə bükülə ağı, 
Al geyənlər örtüb, çul-çuval gəlir. 
   
 
***
 
Vardı Binəxarov, Səndil, Marozov, 
Ənsim yəlagin gəlirdi top-top. 
Muzban, Barnus, Kişmir, Divanov, 
Xocalar yük tutub, qumaş-al gəlir. 
   
 
***
 
Bəzənirdi gözəl yüz əlli təhər, 
Nazı qəmzəsinə yer həsrət çəkər. 
Qaşı cəvahirat, qızıldan kəmər, 
Ziy-ziy səda çəkir, nə cəlal gəlir. 
 
 
 
***
 
Ey dünya bostanın, bağın var idi, 
Yanırdı fanusun, yağın var idi. 
Qurban yazıq cavan çağın var idi, 
Daha görən deyir, xətti çal gəlir. 
1919 

 
190
 
 
              BAX-BAX 
 
Başına döndüyüm can alan canlar, 
Yatıb gur taleyim, açıla, bax-bax. 
Hərdən pərvaz edir, qalxır havaya, 
Istər ki, sərimdən dağıla, bax-bax. 
 
 
***
 
Əcəl quşu solu-sağa düşüncə,  
Ölüm yeydi can irağa düşüncə, 
Mərd igidlər yoxsulluğa düşüncə, 
Qarışa torpağa, ağıla, bax-bax. 
 
 
***
 
Ver təsəlli, sən özünə, bir dayan, 
Dərdin dərd bilməzə eyləməz bəyan. 
Sən ki, şah olmazsan, a yazıq Qurban, 
Sinən dağlarına, ağıla bax-bax. 
 
 
***
 
 
 
 
 
 
 
 

 
191
 
 
           DÜNYADA 
 
Yığılan məclisə piri cavanlar, 
Deyin kimdi qalan fani dünyada? 
Neçə dövran keçib, zamana gəlib, 
Neçə şahi cavan hanı dünyada? 
 
 
***
 
Qafil olanlar bu nə deyib gülməkdi, 
Ömrünün axırı bir gün ölməkdi, 
Bixəbərsən fəxri kar eyləməkdi, 
Yaşasan zülfünün sanı dünyada. 
 
 
***
 
Gəl sən ver, guşini, bu nəsihətə, 
Gül olma cavanda mala, dövlətə, 
Salma füqaranı zülmə, zəhmətə, 
Yaxşını, yamanı tanı dünyada. 
 
 
***
 
Söylədim sözümü, mən dedim nəsə, 
Ariflər bəyənib, rəhimət desə, 
Iltimasım budur duran məclisə, 
Unutmayın siz Qurbanı dünyada. 
 
 
***
 
 
 

 
192
 
 
                
ÇƏTĠNDĠ 
  
Təbib yox, cərrah yox, bürünməz əlac, 
Sağalmaz, qurtarmaz, yara çətindi. 
Zülmdü mərd ola, namərdə möhtac, 
Yamandı ayrılıq, ara çətindi. 
 
 
***
 
Hələ var dağlarda Məcnun naləsi
Gəlir qulağıma kəsilmir səsi, 
Qırılsa sağalmaz könül şüşəsi, 
Bitməz olsa para-para, çətindi. 
 
 
***
 
Ağlaram gözümdən tökərəm yaşı, 
Sinəmi yandırır möhnət atəşi. 
Sərrafa yükləmək gövhərsiz daşı, 
Həmdəm olmaq səhlənkara çətindi. 
 
 
***
 
Bəxtəvərdi öz bəxtindən yarıyan, 
Xoş gün görüb, yarla qoşa qarıyan. 
Axır qanım, yoxdur yaram sarıyan, 
Müşkül dərdə ola çara çətindi. 
 
 
***
 
 
 

 
193
 
 
     
YERƏ DÜġMƏSĠN 
 
Cavanların sözü yerə düşməsin, 
Müştağam onların xoş dillərinə. 
Arvadların yamanının, yaxşısın, 
Yazım tərifini söz dəftərinə. 
 
 
*** 
İki neyvət gəlin bir evdə olar, 
Ev sahibi, yəni mətləb buyurar. 
Baxar göz altından görüm kim durar, 
Dursa zülmət çox ərinə-ərinə. 
 
 
*** 
Belə gördüm mən həyalı gəlini, 
Aləm bilər onun fitnə-felini. 
Çıxardır dilini, silkir əlini, 
Yəni gəlin qaynanadan bürünər? 
 
 
*** 
Yatar çeştə kimi, durar qaşını, 
Nə şərm eylər, nə qonaqdan yaşını. 
Xoş dindirsən şaqqıldadar dişini, 
Sərt it kimi zəngildəyər ərinə. 
 
 
*** 
Ağ bənizi lovğalanıb öyünər, 
Üç sabunla axşam-sabah yuyunar. 
Çıxar çölə, oyan, bu yana dönər
Xəyalı düşübdü eşq əsərinə. 

 
194
 
 
 
 
*** 
Çərşənbə, adına yatar naz eylər, 
Bazar günü cəhrə-daraq saz eylər. 
Bu qaydayla üç ay qışı yaz eylər, 
Yazda bax çözdənmiş dükçələrinə. 
 
 
*** 
Layiqdən, mərifətdən uzaq yaranmaz, 
Özün naməhrəmdən pünhan eləməz. 
Yazda kəsmik içər, yayda körəməz, 
Bar tutar, qurd düşər eymələrinə. 
 
 
*** 
Gedir su gətirsin bulağa onlar, 
Yığılıb su üstə məclis qurarlar. 
Qarşılaşıb sənək altda durarlar, 
Şirin söhbət edər biri-birinə. 
 
 
*** 
Ay bacı: yun almır yaz mənim ərim, 
Yaxşı kəbə toxuyandı əllərim. 
Mən də filankəs tək kəmərə verim, 
Qurşaq bağlamışam kəmər yerinə. 
 
 
*** 
Müxtəsərin deyim baş bilən arvad, 
İşarə anlayıb, qaş bilən arvad. 
Doğru yolda düzgün huş bilən arvad, 
Qurban deyər: mən dolanım sərinə. 
   
*** 

 
195
 
 
           
AĞLAMAZMI? 
 
Eşidəndə mən Məcnunun sədasın, 
Tutub nalə dağı, daş ağlamazmı? 
Açıb görsə bu sinəmi yarasın, 
Kafər olsa bağrı daş ağlamazmı? 
   
 
***
 
Yanar bağrım, kabab şişdə köz ağlar, 
Həsrət qalan gözlərinə göz ağlar. 
Saatda min, dəqiqədə yüz ağlar, 
Töküb rüxsarına yaş ağlamazmı? 
   
 
***
 
Qurban gah ah çəkər, gah da nalandı, 
O nazlı, qəmzəli, gözəlllər hanı? 
Uçurub əlindən səyyad tərlanı, 
Görəndə ovlağı boş ağlamazmı? 
   
 
***
 
 
 
 
 
 
 
 

 
196
 
 
          
OLMADI 
 
Söylədim həkimə, təbib, loğmana, 
Mənim bu dərdimi bilən olmadı. 
Ağladım nə müddət, xeyli zəmanə, 
Barı bir göz yaşım silən olmadı. 
   
 
***
 
Qoyuldum qəm kamanında atıldım. 
Axıb sel tək dəryalara qatıldım, 
Qul oldum, qəm bazarında satıldım, 
Arayıb, axtarıb gələn olmadı. 
   
 
***
 
Bir görmədim yaralarım sarına, 
Həsrət qaldım ağ sinənin qarına. 
Çox sevgili yetişmədi yarına, 
Axır məni kimi qalan olmadı. 
   
 
***
 
Bəd gəldi dövrümdə çərxi-zəmanə, 
Döndərdi üzünü hərə bir yana. 
Dərd üz verdi, bu biçarə Qurbana, 
Heç sınıq könlümü alan olmadı. 
1919 
 
 

 
197
 
 
             MƏNĠ 
 
Nə töhmət etməyin, nə də məzəmmət, 
Söyləyim olmasın qınayan,məni. 
Balalı möhübbət, yaralı möhnət, 
Eşq oldu, adlara qalayan məni. 
   
 
*** 
Bu dünya fanidi, bir kəsə qalmaz, 
Getməz candan, dil yarası sağalmaz. 
Dərdi-qəm çəkməyən, vaxtsız qocalmaz, 
Qocalmışam yoxdu tanıyan, məni. 
   
 
*** 
Arif olub kim bu dərdi bilməsin, 
Deyin barı məclisimə gəlməsin, 
Hərcayı danışıb, hədər gülməsin, 
Xoş gün görüb, yardan yarıyan məni. 
   
 
*** 
Qul edib qəm məni, sata axtarır, 
Verəcəkdi nə qiymətə axtarır, 
Ovçu var marıxda ata axtarır, 
Baxanlar görməsin barı yan məni. 
   
 
*** 
Fikrim, zikrim, nitqim, sözüm, əzbərim, 
Yəquti-əhmərim, gövhərim, zərim. 
Qurban, qaf qismində ağlar gözələrim
Oxusun dəftərim arıyan məni. 

 
198
 
 
 
 
 DƏRDĠMĠ 
 
Köks ötürüb danışdanda yaralı, 
Eylədin köhnəsə, təzə dərdimi. 
Əsdi xəzan, qızıl güllər saraldı, 
Qışa deyim, yoxsa yaza dərdimi? 
   
 
***
 
Eşqindən divanə, mənəm əqli kəm, 
Ağlayan görəndə qan ağlar didə. 
Bir katib lazımdı əlində qələm, 
Söylüyəm dəftərə yaza dərdimi. 
   
 
***
 
Arif bilər nə çəkmişəm dünyada, 
Bilinməz hesabı, həddən ziyada, 
Sındı kəmim, qərq olmuşam dəryada, 
Yoxsa ki, sanırsan aza dərdimi. 
   
 
***
 
Səyyadam, əlimdən getdi tərlanım, 
Ləzzətim, işrətim, gözəl dövranım. 
Qurbana deyirsən: qərib mehmanım, 
Döndəribsən sən Araza dərdimi. 
1920 
              
 

 
199
 
 
 POZULDU 
 
Fəsli xəzan gəldi köçhaköç oldu, 
Eyşi işrət, il növrağı pozuludu. 
Gözəl seyrə çıxmaz, bülbül lal oldu, 
Süsən, sünbül, gül növrağı pozuldu. 
   
 
***
 
Bəzəkli dağların döndü löyünü, 
Nalə çəkər, salar aləmə ünü. 
Vurub sinəm üstə dağı-düyünü, 
Əridi ürəyin yağı pozuldu. 
   
 
***
 
Qurbanam, yar sevdim, yara yetmədim, 
Cəhd elədim, güllü vara yetmədim, 
Bağban oldum, bağda bara yetmədim, 
Ömrümün bağçası, bağı pozuldu. 
1905 
 
 
 
 
 
 

 
200
 
 
          
ÇÜRÜDÜ 
 
Ey-vay düçar oldum, nəsli-xəbisə, 
Heyif cavan ömrüm, canım çürüdü. 
Bəxtim bada gəldi, iqbalım nəsə, 
Nildə qaldı gövhər-kanım çürüdü. 
   
 
***
 
Vaxtsız cavanlıqda ağardı xəttim, 
Pəncə şeş sinində büküldü qəddim. 
Kitablar vəsf edib, nə tərif dedim, 
Zaya getdi, çox dastanım çürüdü. 
   
 
***
 
Bivəfadı xaki mülkü-virana, 
Qalmadı İskəndərə, nə Süleymana. 
Qurban axır köç eylədi məkana, 
Şirin ləhcəm, xoş zəbanım çürüdü. 
   
 
***
 
 
 
 
 
 
 

 
201
 
 
    QOCA KÖNLÜM 
 
Gəldi bahar, dağlar oldu laləzar, 
Sən də yarı yada sal qoca könlüm. 
Təbim coşa gəlib, nəzm edir aşkar, 
Bir o desin, bir sən, al, qoca könlüm. 
   
 
***
 
Cavanlıqda çatar, mətləbə çatan, 
Yoxdu xiridarın nə alıb, satan. 
Çəkil dur pünhanda, şərm eylə utan, 
Olubdu saqqalın çal, qoca könlüm. 
   
 
***
 
Qurbanı tanıyıb dərdi-qəm seçdi, 
Möhnət ürəyimi, bağrımı deşdi. 
Dost gəldi sallandı kənardan keçdi, 
Ağlaya-ağlaya qal, qoca könlüm. 
   
 
***
 
 
 
 
 
 
 
 
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə