Mark Tven. Tom Soyyerin macəraları" (Bakı, Yazıçı, 1989) və "Mark Tven



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix19.06.2017
ölçüsü3,46 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   38

_________________Milli Kitabxana_________________ 

 



 

_________________Milli Kitabxana_________________ 

 



 

MARK TVEN 

 

 

 



 

 

 



 

 

 



SEÇİLMİŞ ƏSƏRLƏRİ 

 

 



 

 

 



 

 

 



 

"ÖNDƏR NƏŞRİYYAT" 

BAKI-2005 


_________________Milli Kitabxana_________________ 

 



 

 

 



 

  

Bu kitab "Mark Tven. Tom Soyyerin macəraları" 



 (Bakı, Yazıçı, 1989) və "Mark Tven. Heklberri Finnin macəraları"  

(Bakı, Gənclik, 1975) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 

 

 



Tərcümə edənlər: 

Şəfiqə Ağayeva 

Həmid Qasımzadə 

 

Ön sözün müəllifi: 



Zeydulla Ağayev 

 

 

 



813.52 - dc 21  

AZE 

Mark Tven. Seçilmiş əsərləri. Bakı, "Öndər nəşriyyat", 2005, 464 səh. 

 

Bu kitabda Amerika ədəbiyyatının klassiklərindən olan Mark Tvenin iki romanı: 



"Tom Soyyerin macəraları" (1876) və "Heklberri Firmin macəraları" (1885) əsərləri 

Azərbaycan oxucusuna təqdim olunur. 

Birinci romanda - balaca Tomun macəralarında Amerika təhsil sistemi əsas gülüş 

hədəfinə çevrilir; burada böyük məharətli yazıçı dünyaya uşaqların gözü ilə baxır. 

“Tom Soyyerin macəraları”nın davamı kimi işlənmiş “Heklberri Finnin 

macəraları”nda isə  zənci Cim obrazını romana gətirməklə müəllif irqi ayrı-seçkiliyə öz 

nifrətini bildirmişdir ki, bu da əsəri ictimai məzmunlu roman səviyyəsinə qaldırmışdır. 

İrqi ayrı-seçkiliyin tüğyan elədiyi illərdə bu cür ifşaedici mahiyyətli bir əsər yaratması 

Mark Tvenin vətəndaş  cəsarətinin parlaq ifadəsi idi. XX əsrin tanınmış yazıçısı, Nobel 

mükafatı laureatı Ernest Heminquey heç də  təsadüfi olaraq demirdi ki, bütün Amerika 

nəsri “Heklberri Finnin macəraları” romanından törəmişdir. 

 

 



 

 

 



 

ISBN 9952-416-47-3 

© "ÖNDƏR NƏŞRİYYAT", 2005 

  


_________________Milli Kitabxana_________________ 

 



 

_________________Milli Kitabxana_________________ 

 



 

 

 



GÜLÜŞLƏ, QƏHQƏHƏYLƏ ÖLDÜRƏN SƏNƏTKAR 

 

Amerika Birləşmiş  Ştatlarının  ədəbiyyatını  Səmuel Lənqhom Klemens -Mark Tven 



(1835-1910) olmadan təsəvvür etmək mümkün deyil. O, doğma xalqının təkcə tanınmış 

satira və yumor ustası deyil, həm də ABŞ ədəbiyyatının gələcək inkişafının strategiyasını 

müəyyənləşdirən bir sənətkardır. XX əsrin tanınmış ABŞ yazıçısı, Nobel mükafatı laureatı 

Ernest Heminquey heç də tssadüfən deməmişdir ki, "Bütün Amerika nəsri "Heklberri 

Finnin macəraları" romanından törəmişdir". 

Düzdür, "Heklberri Finnin macəraları" romanı 1885-ci ildə çapdan çıxana qədər də 

Mark Tven artıq ABŞ  ədəbiyyatının  ən parlaq simalarından hesab olunurdu. Lakin bu 

roman yazıçının yaradıcılıq zirvəsidir. Burada onun əvvəlki bütün əsərlərinin  ən yaxşı 

cəhətlərinin didaktik vəhdəti vardır və ondan sonrakı ABŞ nəsri "Heklberri..."ni öz şərəfli 

sələfi hesab etmişdir. 

30 noyabr 1835-ci ildə Missuri ştatındakı  Hənnibal qəsəbəsi yaxınlığında, kiçik 

Florida kəndində anadan olmuş Mark Tven erkən uşaqlığından ehtiyacın minbir 

labirintindən keçmişdir. Yaşadığı mühitin "dibindəki" bütün eybəcərlikləri və çirkabları 

öz gözü ilə görmüş  sənətkar sonrakı uzun və  məhsuldar yaradıcılığı  ərzində kapital 

aləminin üfunətini özunün gülüş və qəhqəhə hədəfınə çevirmişdir. 

Mark Tven öz erkən yaradıcılığı ilə bütün ABŞ  ədəbiyyatının istiqamətini 

dəyişmişdir! Bu, hər bir sənətkara qismət olmayan taledir. Ədəbi yaradıcılıqda ilk 

addımlarını atan M.Tven həm özünəqədərki romantik ədəbiyyatın səviyyəsi, həm də 

bütün qəzet və jurnallarda tüğyan edən "qara yumor"la barışa bilmirdi. Daha çox ingilis 

realist ədəbiyyatının ənənələrinə istinad edən yazıçı ABŞ ədəbiyyatı üçün tamamilə yeni 

olan yumor yarada bildi. 

Yerli hindu tayfalarının silah gücünə  sıxışdırılması, müxtəlif lokal müharibələr 

M.Tven dövrü Amerikası üçün çox xarakterik idi. Belə doyüşlərin təmas xətlərri "frontir" 

(sərhəd) adlanırdı  və amerikan "qara yumor"u məhz həmin frontirlərdə yaranır və 

yayılırdı. Daha çox başqasının  şəxsi ləyaqətini və milli mənliyini məsxərə obyektinə 

çevirən həmin yumor Mark Tvenin realist yaradıcılıq aləminə zidd idi və onun ədəbi 

novatorluğu da məhz bu məqamdan başlayır. 

Mark Tven ədəbi yaradıcılığa başlayanda satira və yumor qəzet və jurnalların aparıcı 

janrı kimi diqqəti cəlb edirdi. Qəzet yumoristlərinin əksəri professional yazıçı olmasa da, 

onların yaradıcılığı Anıerika ədəbiyyatının sonrakı inkişafında ciddi iz buraxmışdu. Onlar 

ilk dəfə olaraq yerli folklorun müxtəlif janrlarının potensial imkanlarını görüb 

qiymətləndirə bilmiş, onları  şifahi xalq yaradıcılığından  ədəbiyyata gətirmişdilər. Bu, 

onların tarixi xidməti idi. Lakin 

  


_________________Milli Kitabxana_________________ 

 



bu yumoristlərin  əksəri bir qayda olaraq cənub  ştatlarındakı torpaq sahiblərinin, qul istismarından 

varlananların tərəfində dayanırdı. Bu məhdudluq onları ucuz gülüşə meylləndirir, komik vəziyyət 

yaratmaq üçün aşağı  təbəqə nümayəndələrinin,  əksər hallarda isə yerli hinduların gülünc vəziyyətə 

düşməsinə aid bir-birinə  bənzəyən və tezliklə unudulan "əsərlər" yaratmaqdan yuxarı qalxmağa 

qoymurdu. Mark Tvenin ilk əsərləri isə öz kəskinliyi, ifşaedici mahiyyəli ilə diqqəti cəlb edirdi. 

Sonrakı sabit və həmişə inkişafda olan məhsuldar yaradıcılıq yolu isə onu təkcə yumorist kimi deyil, 

həm də kəskin satira ustası kimi dünya ədəbiyyatına bəxş etmişdir. 

O, ucuz, bayağı komik effekt axtarmır, yalnız cəmiyyət üçün xeyirli olan ciddi gülüşə üstünlük 

verirdi. M.Tveni öz sələflərindən və müasirlərindən fərqləndirən əsas cəhətlərdən biri də budur. O, 

dəbdə olan "İfrat qəddarlıq" yolu ilə getməyərək "kobud yumor" materialı olan sərxoşluq, 

xoşagəlməz qoxular, qətl, meyit və s. kimi süjet çalarlarından qaçmış, dərin humanist xarakterli 

əsərlər yaratmışdır. Erkən yaradıcılıq dövrünün məhsulları olan "Daç Nikdə  qətl", "Təzə cinayət", 

"Şöhrət çələngli qatillər" və başqa yumoristik skeçlər -- birpərdəli komediyalar məhz yazıçının 

ictimai-faydalı iş görmək inancının nəticəsi kimi qiymətlidir. Kobud yumor mövzusuna gəlincə isə, 

qeyd etmək lazımdır ki, bu, M.Tvenin qanlı  səhnələrə olan meylindən deyil, pisliyi, nadanlığı, 

yamanlığı gülüşlə öldürmək kimi humanist məqsədindən irəli gəlirdi. 

Mark Tvenin yaradıcılığını üç dövrə bölmək olar. Onun bir yazıçı kimi formalaşıb ümumxalq 

məhəbbəti qazanması yaradıcılığının birinci düvrünə  təsadüf etsə  də, yazıçıya  əsl  şöhrəti ikinci 

dövrdə - XIX əsrin 70-80-ci illərində  qələmə aldığı iri həcmli  əsərləri gətirmişdir. "Tom Soyyerin 

macəraları" (1876), "Avara adam xaricdə" (1880), "Şahzadə və dilənçi" (1882) və "Heklberri Finnin 

macəraları" (1885) əsərlərində müəllif hadisələri incə, zərif yumor hissi ilə qələmə alsa da, oxucunun 

mühakiməsinə verilən problemlər qlobal mahiyyəti, dağıdıcı, məhvedici gücü ilə yadda qalır. 

Burada belə bir haşiyə qoymağa ehtiyac duyulur ki, ailə qurandan sonra M.Tvenin yaradıclığında 

ictimai mahiyyətin güclənməsi, reallığın daha parlaq ifadəsi, qabardılan məsələlərin bəşəri çəkisinin 

artması birbaşa olaraq onun həyat yoldaşı Oliviyanın adı ilə bağlıdır. Oliviya təkcə  sədaqətli həyat 

yoldaşı, övladlarını ifrat dərəcədə sevən qayğıkeş ana deyildi, o həm də yazıçı ərinin ilk oxucusu, ilk 

məsləhətçisi və tənqidçisi idi. Ziyalı ailəsindən çıxmış, həm yüksək ailə tərbiyəsi, həm də mükəmməl 

təhsil almış Oliviyanın bədii zövqü ərini tam qane edir, mövzu seçimində, bu və ya digər hadisənin 

ədəbi həllində onunla hesablaşmağa vadar edirdi. İlk iri həcmli əsər olan "Tom Soyyerin macəraları" 

romanının uğurlu alınması və sonrakı əsərlərinin oxucu auditoriyasına daha dərin təsiri məhz həyat 

yoldaşı Oliviyanın fəal və yaradıcı müdaxiləsi nəticəsində mümkün olmuşdur.  

Mark Tven insan hüquqlarının tapdanmasını, hindulara divan tutulmasını, irqi ayrı-seçkiliyi, 

xalqın böyük əksəriyyətinin ehtiyac içərisində yaşamasını sakit qarşılaya bilmirdi. O, bütün 

yaradıcılığı boyu əzilən milyonların tərəfində dayanmışdır. 

Ona xas olan ən xarakterik xüsusiyyətlərdən biri də öz vəzifəsini təkcə  ədəbi  əsər yazmaqla 

bitirməməsi idi. M.Tven fəal həyat mövqeyi tutan ziyalı idi. 1885-ci ildə ABŞ prezidentinə yazdığı 

məktubunda o, qərbdə yaşayan hindulara qarşı hakimiyyət dairələrinin vəhşi münasibətinə ciddi 

etirazını bildirmiş, bu özbaşınalığa son qoyulmasını  tələb etmişdir. M.Tvenin bu mübariz əhvalı, 

humanist mövqeyi qələmə aldığı əsərlərin hamısını vahid leytmotivdə birləşdirir. 

ABŞ yazıçısının iki romanı bir kitab halında Azərbaycan oxucusuna ilk dəfə təqdim edilir. "Tom 

Soyyerin macəraları" və xüsusilə "Heklberri Finnin macəraları" romanları Mark Tvenin şah əsərləri 

hesab edilir. Balaca Tomun macəralarında Amerika təhsil sistemi əsas gülüş obyektinə çevrilir, 

burada yazıçı dünyaya böyük məharətlə uşaqların gozü ilə baxır. Bu romanın davamı kimi işlənmiş 

"Heklberri Finnin macəraları"  əsərində isə  zənci Cim obrazının romana gətirilməsi ilə irqi ayrı-

seçkiliyə müəllif nifrəti əsəri sosial roman səviyyəsinə yüksəldir. İrqi ayrı-seçkiliyin tüğyan etdiyi bir 

dövrdə bu cür ifşaedici mahiyyətli  əsərin ortaya çıxması Mark Tvenin vətəndaş  cəsarətinin parlaq 

ifadəsi idi. 


_________________Milli Kitabxana_________________ 

 



Bu romanda M.Tven öz oxucusunu yenidən "Tom Soyyerin macəraları"  əsərindəki sevimli 

qəhrəmanları ilə görüşdürür. Lakin illər ötmüş, əvvəlki uşaqların yerini sosial mühitin get-gedə daha 

çox sıxışdırdığı dərdli-ələmli yeniyetmələr və gənclər tutmuşdur. 

Seçdiyi macəra janrı Tvenin doğma Amerika torpağını misilsiz bir məhəbbətlə sevməsi, 

Missisipi vadisinin gözəlliklərini vəsf etməsi, habelə müəllifin insan və  təbiət probleminə didaktik 

baxışını aydınlaşdırmaq üçün gözəl imkanlar açmışdır. Zənci Cimlə daha təhlükəsiz yerlərə qaçan 

Heklberri həm əsrarəngiz təbiəti, həm də onun qoynunda baş verən qanlı hadisələri görür, addımbaşı 

insan hüquqlarının pozulduğunun, insan şəxsiyyətinin alçaldığımn  şahidi olur. Birinci romandakı 

balaca dindar Heklberrinin yerini get-gedə dörd tərəfdəki hadisələrə ayıq gözlə baxan, ziddiyyətlərin 

əsl mahiyyətini anlamağa çalışan Heklberri tutur. 

Qəhrəmanın mənəviyyatındakı mürəkkəb dəyişiklik,  əvvəlki Hekin əvəzində xaraktercə yeni 

olan dolğum obrazın dayanması prosesi, həqiqətin və reallığın daha dərindən dərk edilməsi, Amerika 

dünyasında gördüklərindən dəhşətə gələrək sərbəst və azad həyat haqqında düşüncələri Mark Tvenin 

ozünün gəldiyi nəticələrin bədii ifadəsi idi. Hər iki əsərdəki Amerika yalanlar, saxtakarlıq və 

zorakılıq Amerikasıdır. Belə Amerikada nə Tom və Heklberri kimi kimsəsizlərə, nə  də  zənci Cim 

kimi qaçqınlara yer vardır. 

Ən çətin mətləbləri incə gülüşün ifşaedici qəhqəhəsi ilə oxucuya çatdıran Mark Tven belə bir 

inamı  təlqin edirdi ki, əclaflar, qaniçənlər öz əcəlləri ilə ölüb getməzdən  əvvəl onları  məsxərəyə 

qoyub alçaltmaq, məhv etmək lazımdır. Özünün məşuır "Sirli naməlum  şəxs" povestində 

qəhrəmanının dili ilə dediyi kimi, "gülüşün hücumuna qarşı heç nə tab gətirə bilməz". 

Mark Tvenin dünya ədəbiyyatı qarşısındakı xidmətlərinin böyüklüyü bir də orasındadır ki, onun 

ifşaedici, dağıdıcı satirası fövqəladə  gərginliyi ilə seçilən tarixi mərhələdə yaranırdı. Dünya 

kapitalizmi düşərgəsində siyasi və iqtisadi, sinfi və milli ziddiyyətlər kəskinləşir, kapitalist 

ölkələrinin daxili və xarici siyasətində irtica mahiyyəti aparıcı mövqeyə keçirdi. M.Tvenin gözləri 

önündə konstitusiya qanunları bir-bir pozulur, Amerika tədricən demokratik respublikadan "taxt-

tacında respublikaçıların oturduğu monarxiyaya" çevrilirdi. 

Yazıçının biganə qaldığı bircə  dənə  də olsun problem yox idi. O, ABŞ-ın Havay adalarındakı 

özbaşınalığını  məsxərəyə qoyurdu: budur, ABŞ Qrenada kimi kiçik bir adanı oz süngüsünə 

keçirmişdir; Tven Avropanın amerikanlaşdırılması təhlükəsindən narahat olurdu: budur, dünyanın bir 

çox regionunda ABŞ  hərbi bazaları ölüm və  qırğın simvollarına çevrilmişdir,  İraqda başlanmış 

mənasız müharibə minlərlə adamın həyatına son qoymuş, bir ölkəni xarabazarlığa çevirmişdir... 

Təəssüf ki, belə paralellər çoxdur. Bütün bunlar həm Mark Tvenin sənətkar dühasının böyüklüyünü 

bir daha təsdiq edir, həm fövqəlgüclü dövlətlərin yırtıcı xisləti haqqında inamımızı gücləndirir, həm 

də bizi belə bir təbii qənaətə  gəlməyə vadar edir: nə  qədər ki, yer üzündə  təpədən-dırnağa 

silahlanaraq dişlərini başqasına qıcayan fovqəldövlətlər vardır, no qədər ki, vəhşi xislətini terror və 

vahimə vasitəsilə yeridən ünsürlər vardır. nə qədər ki, pislik yaxşılığa meydan oxuyur, Mark Tvenin 

satirasının ifşaedici mahiyyəti də var olacaqdır. Əslində bu, onun əsərlərinin həmişəyaşarlığıdır! 

Onun yaradıcılığına hələ yazıçının sağlığında dünyəvi maraq var idi. Müəllifin əsərləri fransız, 

alman, türk, rus... dillərinə  tərcümə olunurdu. Tvenin gülüş obyektinin təkcə Amerika olmadığını 

görən, bu gülüşü həm də öz dərdlərinə  məlhəm bilən, bu gülüşün gücü ilə öz xalqlarının yaşayış 

tərzində və məişətində çevriliş etməyə ümid bəsləyən mütərcimlərhələ XIX əsrin axırları, XX əsrin 

əvvəllərində onun zəngin yaradıcılığına müraciət edirdilər. 

Mark Tvenin Azərbaycana ilk "gəlişi" türk dili vasitəsilə olmuşdıır. 1910-cu ildə Bakıda Orucov 

qardaşlarının mətbəəsində Amerika yazıçısının "İyirmi beş milyonluq çek" kitabı çapdan çıxmışdır. 

Əsəri məşhur teatr tənqidçisi Hacı  İbrahim Qasımov türkcədən dilimizə çevirmişdir (İngiliscədən 

türk dilinə isə Məhəmməd Xalid tərcümə etmişdi). 

Sonralar respublikamızda Mark Tvenin yaradıcılığına maraq heç vaxt səngiməmişdir. 

Oxucularımızın diqqətinə  təqdim edilən bu iki roman keçən  əsrin 30-cu illərində A.Əfəndizadənin 



_________________Milli Kitabxana_________________ 

 



tərcüməsində çapdan çıxmış, böyük maraqla qarşılanmışdır. 1947-ci ıldə İ.Nəfisi tərəfindən tərcümə 

olunmuş  "Şahzadə  və dilənçi"  əsəri ayrıca kitab halında çap edilmişdir. Bir neçə ildən sonra 

"Azərnəşr" onun on beş əsəri toplanmış "Seçilmiş hekayələr" kitabını oxucularımızın mühakiməsinə 

vermişdir (tərcümə edənlər Cabbar Məcnunbəyov və  İslam  İbrahimov. Bakı, 1953). Bundan sonra 

"Gənclik" nəşriyyatı "Şahzadə və dilənçi"ni ikinci dəfə nəşr etmişdir. 

Bu kitabda oxucuya təqdim olunan "Tom Soyyerin macəraları" və "Heklberri Finnin macəraları" 

romanları keçən əsrin əllinci illərinin axırlarında yenidən tərcümə edilmiş və müvafiq olaraq 1958-

59-cıı illərdə çapdan çıxmışdır. Birinci əsəri Şəfiqə Ağayeva, ikincini isə Həmid Qasımzadə tərcümə 

etmişdir ("Gənclik" nəşriyyatı ikinci romanı 1975-ci ildə təkrar nəşr etmişdir). Nəhayət, 1961-ci ildə 

"Uşaqgəncnəşr" M.Tvenin on bir hekayəsinin toplandığı "Milyon funt sterlinqlik bank bileri" kitabım 

Rafael Nağıyevin tərcüməsində çapdan buraxmışdır. 

...Mark Tvenin uşaqlığının keçdiyi doğma Hənnibal qəösəbəsindəki təpənüı üstündə bir-birilə 

şirin söhbət edən iki oğlanın heykəli uzaqdan diqqəti cəlb edir. Bu, Tvenin qəhrəmanları Tom və 

Heklberrinin heykəldir. Onlar sanki şirin-şirin söhbət edə-edə ayaqlarının altından axan Missisipi 

çayına tərəf addımlayırlar. 

Təxminən yüz otuz il bundan qabaq Hənnibal qəsəbəsində ayaq açmış Tom və Heklberri indi də 

yol gedir, dünyanı dolaşır, qələmindən çıxdıqları  məşhur yazıçının, satira və yumor ustasının — 

dünya ədəbiyyatının korifeylərindən olan Mark Tvenin şöhrətini, xoş sorağını dönə-dönə bütün yer 

üzünə yayırlar... 

 

Zeydulla Ağayev 



filologiya elmləri doktoru 

_________________Milli Kitabxana_________________ 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

_________________Milli Kitabxana_________________ 

10 


 

 

_________________Milli Kitabxana_________________ 

11 


 

BİRİNCİ FƏSİL 

 

MƏSƏLƏ VURUŞMADAN BAŞLÄNIR 

 

-     Tom! Cavab gəlmir. 

-    Tom! 

Cavab eşidılmır. 

-

 

 Çox qəribədir, görəsən bu uşaq harada itib-batıb!.. Tom! 



Cavab gəlmir. 

Polli xala cynəyini burnunun ucuna endirdi və onun üstündən bütün otağı 

gözdən keçirtdi; sonra eynəyi alnına qaldırdı, onun altından otağı gözdən 

keçirtdi. O, uşaq kimi xırda bir şey axtardıqda çox nadir hallarda eynəkdən 

baxardı, demək olar ki, heç baxmazdı; bu eynək onun bəzəyi və fəxri idi. Onu 

zəruriyyətdən deyil, yarışıq üçün almışdı, gözünə taxanda heç bir şeyi görə 

bilmirdi. O, bir dəqiqəliyə özünü itirdi, sonra yavaşcadan - elə yavaşcadan ki, 

yalnız otağın mebeli onun səsini eşidə bilərdi - dedi; 

- Bir 

dayan, 


əlbət əlimə keçərsən!.. 

Sözünü qurtarmamış  əyildi, döşəmə  şotkası ilə çarpayının altını axtarmağa 

başladi.  Şotkanı  hər dəfə çarpayının altına uzatdıqdan sonra dayanıb nəfəsini 

dərirdi. Orada pişikdən başqa heç bir şey çıxara bilmədi. 

- Belə də uşaq olar! Ömrümdə belə nadinc görməmişəm! 

O, taybatay açılmış qapıya yanaşaraq kandarda dayandı və öz bostanını - alaq 

basmış pomidor ləklərini gözdən keçirtdi. Tom orada da görünmürdü. Onda Polli 

xala uzaqlarda eşidilsin deyə mümkün qədər səsini qaldıraraq qışqırdı: 

- To-o-om, 

haradasan? 

Onun arxa tərəfində yüngül bir xışıltı  eşidildi, dönüb baxdı, qapıdan çıxıb 

əkilmək istəyən uşağın lap elə vaxtındaca aşırmasından yapışdı. 

- Belədir ki, var! Anbara baxmaq heç ağlıma gəlməyib. De görüm, sən 

orada nə edirdin? 

- Heç 

bir 


şey. 

- Heç 


bir 

şey? Bir əllərinə, ağzına baxsana. Bu nədir belə? 

- Bilmirəm, xala. 

- Amma 


mən bilirəm. Bu mürəbbədir, bildinmi, mürəbbədir. Yüz dəfə 

sənə demişəm ki, mürəbbəyə əl vurma, döyüb öldüirərəm. O çubuğu ver mənə. 



_________________Milli Kitabxana_________________ 

12 


 

  

Çubuq yuxarı qalxdı, deyəsən bu müsibətdən yaxa qurtarmaq mümkün 



olmayacaqdı. 

Xala, bir ora baxın, o arxa tərəfinizdəki nədir? 



Xala özünü təhlükədən qorumaq üçün tumanının balağını  yığışdıraraq geri 

döndü. Uşaq isə bir anda uca hasarı aşıb gözdən itirdi. 

Polli xala ilk dəqiqədə özünü itirdi, sonra mülayimcəsinə qaqqanaq çəkib 

güldü: 


Di, bacar görüm onunla, necə bacarırsan! Mən də ki, bircə ağıllanmıram 

da... Məgər o, başıma az kələk açıb! Mənim yerimə ayrı adam olsaydı, indi 

ağıllanmışdı. Qocanın axmağı ələ düşməz! Yaxşı deyiblər ki. "qoca köpəyə təzə 

oyun öyrətmək olmaz". Aman yarəb, axı o hər gün təzə bir kələk düzəldir, mən 

bunları haradan başa düşə bilərəm! Elə bil ki, məni nə qədər təngə gətirməyi də 

bilir. Bilir ki, bircə anlığa məni güldürsə  və ya diqqətimi yayındırsa qollarım 

boşalacaq, daha ona bircə kötək də ilişdirə bilməyəcəyəm. Təqsirimi niyə 

gizlədim! Mən öz borcumu yerinə yetirə bilmirəm. Axı müqəddəs kitablarda 

yazılıbdır ki, uşağa rəhmi gələn adam onu məhv edir. Bundan heç bir şey 

çıxmayacaqdır, nahaq yerə günaha batıram. Onun qəlbinə cin-şeytan girib, mən 

bunu bilirəm, ancaq nə edə bilərəm, tifil rəhmətlik bacımın balasıdır, ona əl 

qaldırmağa ürəyim gəlmir! Elədiyi işlərə göz yumuram, vicdanım mənə  əzab 

verir, cəzalandırıram, ürəyim davam gətirmir. Daha nə etrnək olar, müqəddəs 

kıtablarda da yazılıbdır ki, insanın dərdi çox, ömrü isə qısa olur; məncə elə belə 

də var. Bu gün tənbəllik edib məktəbə getmir, gərək sabah onu yaxşıca 

cəzalandıram, bir iş tapşıram ki, evdən bayıra çıxa bilməsin. Bütün uşaqlar 

bayram etdiyi bir vaxtda onu işləməyə  məcbur etmək insafdan deyil, onunçün 

işləmək hər  şeydən ağırdır, ancaq nə edim, mən gərək öz vəzifəmi yerinə 

yetirəm, yoxsa uşağı bədbəxt edərəm. 

Tom məktəbə getmədi, öz vaxtını çox gözəl keçirdi. Axşam yeməyinə qədər, 

sabah üçün odun mişarlamaq və gözlük qamqalaq qayırmaqda zənci uşaq Cimə 

kömək etmək üçün ancaq evə qayıda bildi. Hər halda Cim öz işlərinin dörddə üç 

hissəsini görüb qurtarana qədər Toa macal tapıb sərgüzoştlərini ona nağıl edə 

bildi. Tomun kiçik, ögey qardaşı Sid, ona tapşırılan işin hamısını görüb 

qurtarmışdı (o, qamqalağı, odun talaşalarını yığıb evə daşıyırdı). Sid sözəbaxan 

və dəcəlliklə işi olmayan dinc bir uşaq idi. 

Tom axşam yeməyini yediyi və fürsət düşdükcə  qənddandan qənd 

çırpışdırdığı müddətdə Polli xala ona cürbəcür ağıllı və hiyləgər suallar 

  


_________________Milli Kitabxana_________________ 

13 


 

yağdırırdı ki, bəlkə Tom çaşıb, ağzından bir söz qaçıra. Bir çox sadəlövh adamlar 

kimi o da özünü söhbətdə  ən incə  və  məharətli bir diplomat hesab edir və elə 

zənn edirdi ki, onun bütün sadə hiylələri - böyük hiyləgərlik və diribaşlıq 

nümunəsidir. O, Tomdan soruşdu: 

Tom, bu gün məktəbdə sənə çox isti deyildi ki? 



- Bəli, xala. 

- Bəlkə çox isti idi? 

- Bəli, xala. 

- Bəs nə yaxşı çimmək həvəsinə düşməmisən, Tom? 

Tomun ürəyi qopdu, nə isə pis bir iş baş veracəyini hiss etdi. O, şübhəli-

şübhəli Polli xalanın üzünə baxdı, lakin elə bir şey görə bilmədi. Ona görə  də 

dedi: 



Yox, xala, o qədər də ürəyim istəmədi. 



Polli xala əlini uzadaraq Tomun köynəyini yoxlayıb dedi: 

- Hə, Tom, heç tərləməmisən. 

Tomun köynəyinin quru olub-olmadığını  bəhanə ilə yoxlaya bildiyini və 

bunun nə məqsədlə edildiyi heç kəsin ağlına gəlməyəcəyini düşünmək ona ləzzət 

verirdi. 

Ancaq Tom küləyin hansı tərəfdən əsdiyini o saatca başa düşüb, tez xalasını 

qabaqladı: 

Yox, biz orada quyu suyu ilə başımızı islatmışdıq. Başım indi də 



yaşdır, bir baxın! 

Polli xala belə mühüm bir sübutu nəzərdən qaçırdığına görə çox bikeflədi. 

Lakin həmin dəqiqə yenə də ruhlandı: 

- Tom, 


başını islatmaq üçün köynəyinin yaxalığını sökmək lazım 

gəlmədi, elə deyilmi? Gödəkcənin yaxasını aç görüm! 

Tomun sir-sifəti açıldı. O, gödəkcəsinin yaxasını açdı, köynəyinin yaxalığı 

möhkəm tikilmişdi. 

-Ay sənə  nə deyim! Dur rədd ol buradan! Düzü, mən elə bilirdim ki, sən 

dərsdən qaçıb çimməyə getmisən. Yaxşı, bu dəfə  səni bağışlayıram. Görünür, 

mən yanılıram, sən o qədər də pis uşaq deyilsən. 

Polli xala fəndgirliyinin bu dəfə baş tutmadığına bikeflədisə də, Tomun heç 

olmasa təsadüfən özünü yaxşı aparmasına sevindi. 

Lakin Sid məsələyə qarışdı: 

- Mənə elə gəlir ki, siz onun yaxalığını ağ sapla tikmişdiniz, ancaq 

indi tikişin sapı qaradır. 

Əlbəttə, mən ağ sapla tikmişdim! Tom! 



 

    


_________________Milli Kitabxana_________________ 

14 


 

  

Lakin Tom söhbətin axırını gözləmədi. Özünü qapıdan bayıra salaraq 



qışqırdı: 

- Yaxşı, Siddi, gör sənin başına nə oyun gətirəcəyəm! 

Tom xəlvət bir yerə çəkilib gödəkcəsinin yaxasını qaldırdı, astar tərəfə saplı, 

iki yoğun iynə sancılmışdı, iynələrin birinin sapı ağ, o birininki isə qara idi. 

- Sid 

olmasaydı, Polli xala heç bir şey başa düşməyəcəkdi. Lənətə gəlmiş! 



Xalam da gah ağ sapla tikir, gah da qara. Heç olmasa, həmişə bir cür sapla 

tiksəydi, adam da çaşbaş düşməzdi, hər dəfə sapı necə yadda saxlayasan. Amma 

Sidi nə kötəkləyəcəyəm - ömrü boyu yadından çıxmayacaqdır! 

Tom  şəhərin  ən nümunəvi uşaqları deyildi. Bununla belə o, ən nümunəvi 

uşağı çox yaxşı tanıyir və ondan zəhləsi gedirdi. 

İki dəqiqə keçməmiş o özünün bütün bədbəxtliklərini unutdu. Ona görə yox 

ki, onun bədbəxtliyi yaşlı adamların bədbəxtliyi kimi ağır və  kədərləndirici 

deyildi, xeyr, ona görə ki, yeni və maraqlı bir fikir onun bütün dərd-qəmini bir 

anlığa qəlbindən sıxışdırıb çıxarmışdı. Yaşlılar da belə olurlar. Onlar yeni bir işə 

başladıqda öz dərdlərini unudurlar. Bu yeni iş ondan ibarətdir ki, Tom bayaq bir 

zəncidən xüsusi tərzdə fit çalmağı öyrənmişdi, indi arxayınçılıqda bunu məşq 

etmək istəyirdi. 

Bu tamamilə xüsusi quş  cəh-cəhi idi, hərdən civildəyib ucadan cəh-cəh 

vurmaq lazım idi. Fitdə belə bir cəh-cəh çıxsın deyə dili tez-tez üst damağa 

vurmaq lazım gəlirdi - əgər oxucu bir vaxt uşaq olmuşsa, bunun necə edildiyi 

yəqin ki, yadında qalmış olar. Tom bütün diqqəti və səyi ilə işə girişib tezliklə 

müəyyən vərdiş  əldə etdi və küçədə daha sürətlə addımlamağa başladı. O, 

ağzında musiqi çalırdı, qəlbi isə minnətdarlıq hissi ilə dolu idi. O, özünü yeni bir 

planet kəşf etmiş astronom kimi hiss edirdi, lakin onun bu sevinci astronomun 

sevincindən daha dərin, qüvvətli və coşqun idi. 

Yay axşamları çox uzun olur. Hələ hava qaralmamışdı. Tom birdən fiti kəsdi. 

Qarşısında, özündən azca böyük olan, tanımadığı bir oğlan durmuşdu. Sent-

Pitersburq kimi balaca və ucqar bir şəhərdə hər hansı yaşda və cinsdən yeni bir 

adamın görünməsi çox nadir təsadüf idi. O oğlan həm də yaxşı geyinmişdi, işə 

bir bax, adi gündə o, yaxşı geyinmişdi! Lap qəri yağına çəkmə geyinmişdi. 

Çəkmə, özü də cümə günü! Hətta boynunda al-əlvan lentdən qalstuku da var idi. 

Ümumiyyətlə, onda Tomun ən çox zəhləsi gedən bir şəhərli görünüşü var idi. 

Tom bu 


    

_________________Milli Kitabxana_________________ 

15 


 

parlaq möcüzəyə baxdıqca  şıq geyinmiş  oğlanın qarşısında özünü sındırmır, 

burnunu daha dik tuturdu. Lakin öz yoxsul paltarı ona daha acınacaqlı 

görünürdü. Uşaqların heç biri dinmirdi. Biri yana bir addım atdıqda, o biri də 

həmin dairədə yana bir addım atırdı. Onlar bir-birinin gözünün içinə baxaraq 

uzun müddət üz-üzə durdular. Nəhayət, Tom dedi: 

İstəyirsən səni möhkəmcə əzişdirim? 



- Hünərin var, əzişdir! Ancaq bu, sən bacaran iş deyil. 

- Dedim 


əzişdirərəm, bil ki, əzişdirərəm. 

Əzişdirə bilməzsən. 



- Bilərəm. 

- Yox, 


bilməzsən! 

- Bilərəm. 

Ağır bir sükut çökdü. Sonra Tom yenidən düləndi: 

- Sənin adın nədir? 

- Sənə qalmayıb. 

İstəsəm, mənə qalar. 



- Hə, nə oldu, bəs niyə vuruşmursan? 

- Bircə kəlmə də danış, gör payını alırsan, ya yox! 

- Bah, 

qorxdum 


səndən, buyur görüm neynəyəcəksən! 

Özünü çox dartma, istəsəm, səni bircə əlimlə şil-küt edərəm! 



- Bəs niyə eləmirsən? Elə dilin var... 

- Dilini 

kəsməsən gör eləyirəm, ya yox! 

- Yox 


əşi, sənin kimiləri çox görmüşük! 

- Necə də bazənibdir! Çox böyük adamsan! Bunun bir şlyapasına bax! 

Əgər xoşuna gəlmir, vur başımdan düşsün. Hünərin var buyur, onda 



görərsən.. 

-      Yalan deyirsən! 

- Yalançı sən özünsən! 

Əşi, səndən vuruşan olmaz! Səndə o hünər hanı! 



- Deyəsən baş apardın ha! 

- Bir 


də səsin çıxsın, gör kərpiclə vurub başını necə əzirəm! 

- Bəs niyə əzmirsən? Əz də! 

Əzərəm, canını da alaram. 



- Deyirsən, amma yerindən tərpənmirsən. Dil pəhləvanısan! Bəs niyə 

vuruşmursan? Qorxursan? 

- Yox, 

qorxmuram. 



- Qorxursan! 

 

 



_________________Milli Kitabxana_________________ 

16 


 

Yenə sükut çökdü. Onlar bir-birlərinə çəp-çəp baxa-baxa yenə de yerlərində 

hərləndilər. Nəhayət, çiyin-çiyinə gəldikdə Tom dedi:  

-      Rədd ol burdan! 

- Özün 

rədd ol! 



- Mən rədd olmuram. 

- Mən də olmuram. 

Onların hər ikisi yerlərini möhkəmlətmək üçün ayağının birini irəli atıb, 

nifrətlə bir-birlərinə baxa-baxa, var güclərilə çiyin-çiyinə itələşirdilər. Ancaq heç 

biri ustun gələ bilmədi. Nəhayət, mübarizədən qızışmış  və  qıpqırmızı  qızarmış 

halda bir-birlərini buraxıb yana çəkildilər. Tom dedi: 

Qorxaq küçük. Dayan, böyük qardaşıma deyərəm, o sənin öhdəndən 



yaxşı gələr. Səni çeçələ barmağıyla yıxar. 

- Allah 


vurmuşdu sənin böyük qardaşım! Mənim qardaşım səninkindən 

də böyükdür. Sənin qardaşını götürüb hasarın o üzünə atar! 

Onların heç birisinin qardaşı yox idi. 

- Hamısını yalan deyirsən. 

Heç biri yalan deyil. Sənə qalsa çox söz deyərsən! 



Tom ayağının baş barmağı ilə tozda cızıq çəkib dedi: 

- Hünərin varsa, bu xətdən bircə addım o tərəfə keç, səni o qədər 

əzişdirərəm ki, adın da yadındın çıxar. Di buyur görək! 

Yad uşaq o saatca xətti keçərək dedi: 

Vur görüm, necə vurursan! 



İtələmə, yoxsa bu saatca payım alarsan! 

- Görərik, vur də, bəs nəyi gözləyirsən? 

İkicə sent



1

 ver, gör vururam, yoxsa yox! 

Yad uşaq cibindən iki qara pul çıxarıb istehza ilə Toma uzatdı. Tom yumruq ilə onun 

əlindən vurub pulları yerə saldı. Elə o saatca uşaqlar pişik kimi bir-birlərinə sarılaraq 

torpağın içində  eşələmməyə başladılar. Onlar bir-birinin saçını yolur, paltarını  cırır, üz-

gözünü cırmaqlayır, bir-birini yumruqlayırdılar, toza batsalar da şöhrət qazanmağa cəhd 

edirdilər. Bir azdan qarışıqlıq içərisindən Tomun yad oğlanı altına basıb kötəklədiyi 

aydınca göründü. 

Tom dedi: 

- Üzr 


istə! 

Oğlansa dartınır, birtəhər Tomun əlindən çıxmaq istəyirdi. O, ağrının  şiddətindən 

deyil, çoxu acığından ağlayırdı. 

    


                                                            

1

Sent -xırda pul, dolların yüzdə biri 



 

_________________Milli Kitabxana_________________ 

17 


 

Tez ol, üzr istə, - deyib Tom yumruqlannı yeno də işə saldı. 



Nəhayət, yad oğlan boğuq bir səslo Toradan üzr istədi. Tom onu buraxıb 

dedi: 


- Bu 

sənə dors olsun. Bundan sonra bil ki, kimə əl qaldırırsan. 

Şıq geyinmiş  oğlan, paitaraıın tozunu çırpa-çırpa gedir, hıçqırıb burnunu 

çəkə-çəkə: "Əlbət gələn dəfə  əlimə düşərsən, gör sənin başına nə oyun 

gətirəcəyəm" – deyə Tomu uzaqdan-uzağa hədələyirdi. 

Tom ona istehza ilə gülüb, kefi kök, damağı çağ, evlərinə  tərəf yollandi. 

Lakin Tom üzünü o tərəfə çevirən kimi yad uşaq yerdən bir daş götürüb düz 

onun kürəyinin arasına ilişdırdi və dağ keçisi kimi qaçıb bir an içərisində gözdən 

itdi. 

Tom düz evlərinə qədər onun dalınca qaçıb harada yaşadığını öyrəndi. O, bir 



müddət darvazanın yanında keşik çəkərək düşmənini döyüşə çağırdı, lakin yad 

oğlan ağız-burnunu əyə-əyə pəncərədən ona acıq verərək, evdən bayıra çıxmadı. 

Nəhayət, düşməııin anası göründü. Tomu  yaramaz, kobud və  tərbiyəsiz kiiçə 

uşağı adlandırarıq, rədd olub getməyi ona əmr etdi. Tom çıxıb getdi və gedərkən 

oğlanın anasını  xəbərdar etdi ki, oğlu bir daha onun gözünə görünməsin,  əgər 

görünsə, əlindən qurtara bilməyəcəkdir. 

Tom evlərinə çox gec qayıtdı, yavaşca dırmaşaraq pəncərədən içəri girdikdə 

Polli xalanın gizlənib onu güddüyünü gördü. Polli xala Tomun kostyumunun nə 

kökə düşdüyünü gördükdə, şənbə günü onu istirahətdən məhrum edərək ağır bir 

iş tapşıracağına özünə möhkəm söz verdi. 

 

İKİNCİ FƏSİL 



 


Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə