Mark Tven. Tom Soyyerin macəraları" (Bakı, Yazıçı, 1989) və "Mark Tven



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix19.06.2017
ölçüsü3,46 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   38

YENƏ DƏ MƏHƏBBƏT VƏ 

ÜRƏK ÇIRPINTILARI 

 

Tom nə  qədər diqqətini cəlb etmək istəyirdisə, o qədər də fikri dağilır və 



parçalanırdı. Nəhayət, o, köksünü ötürdü, əsnədi və oxumaqdan əl çəkdi. Ona elə 

gəlirdi ki, böyük tənəffüs heç bir zaman gəlib çatmayacaq. Hava tamamilə 

hərəkətsizdi, heç meh də əsmirdi. Bu, cansıxıcı günlərin ən cansıxıcısı idi. Sələ 

dərsi  əzbərləməkdə olan lyirmi beş  şagirdin yuxugətirici mızıltısı arı  vızıltısı 

kimi adama elə bil layla çalırdı. Pəncərədən bayırda, isti günəşin  şəfəqində, 

bürkü dumanı arasından göyümsov görünən havada Kardif dağının qıvrım 

yamaclarının yaşılıqları gözə çarpırdı; iki-üç quş qanadlarını  gərərək, göyün 

üzuüdə lap yuxarılarda tənbəl-tənbəl uçurdu; küçədə heç kəs görünmürdü, yalnız 

bir neçə inək gözə çarpırdı ki, onlar da mürgüləyirdilər. 

Tomun ürəyi azadlığa çıxmağa və bu sıxıntılı saatları  qısaltmaq üçün 

əyləncəli bir şey tapmağa can atırdı. O, əlini cibinə saldı, o saat üzü güldu, 

sifətində sevınc parladı. Yavaşca piston qutusunu cibindən çıxardı, gənəni 

götürüb, uzun, hamar partanın üstünə buraxdı. Yəqin ki, 

  


_________________Milli Kitabxana_________________ 

52 


 

bu işə  gənə  də sevinmişdi, lakin onun sevinci vaxtından qabaq idi; o razılıqla 

yola düşüb getmək istəyən kimi Tom əlindəki sancaqla onun yolunu kəsdi və 

başqa tərəfə getməyə məcbur etdi. 

Tomun yanında onun ayrılmaz dostu oturmuşdu; bir az əvvəl Tomun çəkdiyi 

əzabı o da çəkirdi; indi isə, o bu əyləncə ilə çox maraqlanıb. böyük razılıq hissi 

ilə onun iştirakçısı oldu. Bu ayrılmaz dost Co Qarper idi. Bu uşaqlar adətən 

bütün həftəni dostluq edər, bazar günləri isə bir-birlərilə döyüşərdilər. Co da 

pencəyini yaxasından sancaq çıxarıb, əsirə təlim verməyə başladı. Oyun get-gedə 

daha maraqlə olurdu. Bir azdan Toma elə  gəldi ki, ikilikdə onlar bir-birlərinə 

mane olurlar və heç biri gənədən həqiqi həzz ala bilmir. O, Co Qarperin qrifel 

taxtasını skamyanın üstünə qoydu və yuxarıdan aşağıya doğru bir xətt çəkərək, 

onu iki hissəyə bölüb dedi: 

- Bax, 


necə ki gənə  sənin tərəfindədir, sən onu sancaqla qova bilərsən, 

mən əl vurmayacağam. Ancaq sən onu əldən buraxsan və o keçib 

mənim tərəfimə gəlsə, onda daha sən ona dəymə, mən özüm qovacağam. 

- Yaxşı, ötür gəlsin! 

Gənə çox tezliklə Tomu tərk edərək ekvatoru keçdi. Co bir qədər ona əzab 

verdi, sonra gənə onun tərəfindən qaçıb yenə sərhədi keçdi. O, elə hey o tərəfdən 

bu tərəfə, bu tərəfdən o tərəfə keçirdi. Uşaqlardan biri məşğələyə  bərk uyaraq 

gənəni marala qovduğu müddətdə, o birisi eyni maraqla ona tamaşa edirdi. Hər 

ikisinin başı taxtanın üzərinə əyilmişdi, bundan başqa dünyada heç bir şey onlar 

üçün mövcud deyildi. Axıra yaxın elə bil ki, Co Qarperə xoşbəxtlik üz vermişdi. 

Gənə gah o tərəfə, gah bu tərəfə qaçırdı və görünür ki, uşaqların özlərindən az 

həyəcanlanmırdı. Qələbə az qala Tom tərəfində olanda və gənəni itələmək üçün 

Tomun  əli gicişəndə  Co  Qarper  cəld tərpənərək, o saat sancaqla gənənin 

istiqamətini dəyişdi və onu öz tərəfində saxlaya bildi. Nəhayət, Tomun səbri 

tükəndi. Bu oyun onu cəlb etmişdi. O, əlini uzadıb sancaqla gənəni öz tərəfinə 

itələdi. Co tez özündən çıxdı. O, Toma dedi: 

- Tom, 

gənəni rahat burax! 



- Mən bir az onu hərəkətə gətirmək istəyirdim. 

Yox, ser, bu namuslu hərəkəi deyil! Onu rahat buraxm! 



- Axı, mən bir azca qovmaq istəyirəm! 

- Sənə dedilər ki, gənədən əl çək! 

Əl çəkməyəcəyəm! 



- Gərək əl çəkəsən, çünki o mənim tərəfimdədir! 

    


_________________Milli Kitabxana_________________ 

53 


 

 - 


Bura bax, Co Qarper, bu gənə kimindir? 

Kimin olur olsun, bunun mənə  dəxli yoxdur! Bir halda ki, məninı 



tərəfimdədir, sən ona əl vurmamalısan. 

- Lap 


yaxşı  əl vuracağam. Öz gənəmdir, kefim nə istəyir, onu da 

edəcəyəm! 

Tomun çiyninə dəhşətli bir zərbə endirildi, beləcə bir zərbə də Conun çiyninə 

endi. Düz iki dəqiqə onların gödəkcələrindən qalxan toz ətrafdan çəkilmədi, 

şagirdlər onlara baxır, gülməkdən ölürdülər. 

Uşaqların başı oyuna elə qarışmışdı ki, müəllimin xəlvətcə otağın o başından 

bu başına gəlib onların arxasında dayandığını  və başqa  şagirdlərin birdən-birə 

səslərini kəsdikləri hiss etməmişdilər. Müəllim tamaşada bir qədər dəyişiklik 

əmələ gətirməzdən əvvəl uzun müddət səssiz dayanıb baxmışdı. 

Məktəblilər böyük tənəffüsə buraxılanda Tom, Bekki Tetçerin yanına 

qaçaraq pıçıltı ilə ona dedi: 

Şlyapanızı başınıza qoyun, guya ki, evinizə gedirsiniz, tinə çatdıqda 



birtəhər o biri qızlardan dala qalın, döngəyə burulun, sonra isə yenə  də geri 

qayıdarsınız. Mən də elə edəcəyəm - bundan başqa yolla gedəcəyəm, sonra da 

yoldaşlarımdan ayrılıb qaçacağam. 

Onlar dedikləri kimi də etdilər: Tom bir dəstə məktəbli ilə getdi, qız isə başqa 

bir dəstə ilə. Bir neçə  dəqiqədən sonra hər ikisi döngənin axırında görüşüb, 

məktəbə qayıtdılar. Məktəbdə onlardan başqa heç kim qalmamışdı. Hər ikisi bir 

skamyada  əyləşib, qrifel taxtasını da qarşılarına qoydular. Tom Bekkinin əlinə 

bir qrifel verdi, özü isə  qızın  əlindən tutub taxtanın üzərındə gəzdirməyə,  şəkil 

çəkməyi öyrətməyə başladı. Bu qayda ilə yenə  də gözəl bir ev şəkli çəkdilər. 

Bundan sonra incəsənətə olan maraqları bir qədər zəiflədi, onlar söhbət etməyə 

başladılar. Tom səadət dəryasında üzürdü. O, Bekkidən soruşdu: 

- Sizin 


siçovullardan 

xoşunuz gəlirmi? 

Yox, heç görməyə gözüm yoxdur. 



Əlbəttə, dirilərindən elə  mənim özümün də  zəhləm gedir. Mən 

ölülərindən danışıram ki, quyruğuna ip bağlayıb başının üstündə fırladasan. 

- Yox, 


siçovulları o qədər də sevmirəm. Mən hər  şeydən artıq rezın 

çeynəməyi sevirəm. 

- Onu 

sevməmək olar? Elə  mən də sevirəm. Kaş indi bir az olaydı, 



çeynəyəydik. 

  


_________________Milli Kitabxana_________________ 

54 


 

İstəyirsinizmi? Məndə bir az var. Verim çeynəyin, ancaq sonar özümə 



qaytarın. 

Tom razı oldu, onlar kefiköklükdən ayaqlarını yellədə-yellədə növbə ilə 

rezini çeynəməyə başladılar. Tom xəbər aldı: 

- Siz 


heç 

sirkdə olmusunuzmu? 

- Hə, atam deyib ki, özümü yaxşı aparsam, hələ yenə aparacaq. 

- Ancaq 


mən getmişəm. Üç dəfə, hələ desən, dörd dəfə. Sirkin yanında 

kilsə bir zibil deyil. Sirkdə həmişə müəyyən bir şey göstərirlər. 

Yekələndə mən də sirkə gedib kloun olacağam. 

- Doğrudan? Lap yaxşı olar! Onlar elə  qəşəngdirlər ki... Paltarları da 

başdan-ayağadək al-əlvan olur. 

- Elədir. Nə  qədər də desən pul qazanırlar. Ben Rocers deyir ki, guya 

gündə düz bir dollar alırlar. Bura baxın, Bekki, siz heç adaxlanmısınızmı? 

-      O nə deməkdir ki? 

- Necə yəni nə deməkdir? Əvvəlcə adaxlanırlar ki, sonra ərə getsinlər. 

- Yox, 


mən heç adaxlanmamışam. 

- Adaxlanmaq 

istardinizmi? 

- Bəlkə də. Düzü, heç bilmirəm. O nəyə oxşayır? 

- Nəyə oxşayır! Nəyə oxşayacaq, heç bir şeyə. Siz sadəcə olaraq oğlana 

deyirsiniz ki, ömrünüzdə ondan başqa heç kimə ərə getməyəcəksiniz, sonra isə 

öpüşürsünüz, vəssalam. Bunu kim istəsə edə bilər. 

- Öpüşürük? Öpüşmək nə üçün? 

-      Bilirsinizmi... ona görə ki... ona görə ki... qaydadır, hamı belə edir. 

- Hamı? 


Əlbəttə, bir-birini sevənlərin hamısı. Taxtaya yazdığım sözlər 

yadınızdadırmı? 

-       Hə... 

- Nə deyirsiniz? 

Bir söz deyə bilmərəm. 



- Bəlkə mən sizə deyəm? 

- Yaxşı, ancaq başqa bir vaxtda. 

- Yox, 

mən indi istəyirəm. 



İndi yox, yaxşı olar ki, sabah deyəsiniz. 

Yox, indi yaxşıdır. Bekki, razı olun, nə olar! Mən lap yavaşcadan, pıçıltı 



ilə deyərəm. 

    


  

_________________Milli Kitabxana_________________ 

55 


 

Bekki tərəddüd etdiyindən Tom bunu razılıq əlaməti kimi başa düşdü, onun 

çiyinlərini qucaqladı, ağzını az qala qulaqlarına yapışdıraraq incə bir səslə 

pıçıldadı: "Mən səni sevirəm!" 

Sonra isə əlavə etdi: 

İndi həmin sözləri sən də mənə pıçılda. 



Qız bir qədər müqavimət göstərdikdən sonra dedi: 

Üzünüzü yana çevirin ki, heç bir şey görməyəsiniz, onda pıçıldaram. 



Ancaq ki, heç kəsə danışmayın, heç kəsə, yaxşımı, Tom? Heç kəsə 

danışmazsınız ki? 

Yox, heç kəsə bir söz demərəm. Hə, Bekki, de görək! 



Tom üzünü yana çevirdi. Qız o qədər yaxına gəldi ki, onun nəfəsindən 

Tomun başının tükləri tərpəndi. O, pıçıltı ilə dedi: 

-

 

Mən sizi... sevirəm! 



Bunu dedikdən sonra qız sıçrayıb yerindən qalxaraq skamyalarm ətrafında 

qaçmağa başladı. Tom da onun ardınca qaçırdı, sonra qız bir küncə sıxılaraq, ağ 

döşlüyü ilə üzünü örtdü. Tom Bekkinin boynunu qucaqlayıb onu dilə tutmağa 

başladı: 

- Hə, Bekki, daha hər  şey qurtardı, bircə öpüşmək qalır. Sən lap nahaq 

yerə qorxursan, bu, çox sadə bir şeydir. Xahiş edirəm, Bekki, başla görək! - Tom 

bunu deyib, qızın əlindən və döşlüyündən çəkməyə başladı. 

Qız yavaş-yavaş yumşaldı, əllərini aşağı salıb qaçmaqdan qıpqırmızı qızarıb 

pörtmüş üzünü Toma tərəf tutdu. Tom düz onun qırmızı dodaqlarından öpüb 

dedi: 


- Vəssalam, bunda nə var ki, Bekki! Bilirsən, daha bundan sonar sən heç 

kəsi sevməməlisən və  məndən başqa heç kəsə  ərə getməməlisən. Bu daha 

həmişəlik, ömürlük bir şey oldu. Yaxşını, Bekki? 

- Hə, Tom, bundan sonra heç kəsi sevməyəcəyəm,  ərə  də  səndən 

başqasna getməyəcəyəm, ancaq sən də məndən başqası ilə evlənmə. 

- Bəs necə,  əlbəttə. Belə  də olmalıdır. Məktəbə  də birlikdə  gələcəyik, 

görən olmayanda evə  də bir yerdə gedəcəyik. Oyun oynayanda da həmişə  sən 

məni seçəcəksən, mən də  səni. Qayda beləlir, nişanlı  oğlanla qız həmişə belə 

edirlər! 

- Nə yaxşıdır! Mən heç bilmirdim. 

Eh, bu elə ürəkaçan işdir ki! Biz Emi Lourens ilə... 



Tom qızın geniş açılmış gözlərini gördükdə başa düşdü ki, ağzından söz 

qaçırmışdır, pərt olaraq susdu. 

  


_________________Milli Kitabxana_________________ 

56 


 

Ah, Tom! Demək mən sənin ilk sevgilin deyiləm? Sənin bir dəfə 



nişanlın olub? 

Bekki ağladı. Tom dedi: 

- Bekki, 

ağlama! Mən onu daha sevmirəm. 

Yox, Tom, sevirsəm, özün bilirsən ki, sevirsən! 



Tom onu qucaqlamaq istədi, lakin qız onu itələdi, üzünü divara çevirərək 

ağlamaqda davam etdi. Tom bir də onu sakitləşdirməyə təşəbbüs etdikdə qız onu 

yenə itələdi. Bunu görən Tom özünü sındırmaq istəməyərək, Bekkidən üz çevirdi 

və sinifdən çıxıb getdi. O, çöldə durub uzun müddət tərəddüd və həyəcan içində 

gözlərini qapıya dikdi ki, bəlkə Bekki peşman olub onun dalınca çıxdı. Ancaq 

qız gəlmirdi ki, gəlmirdi. Tomun ürəyindən qara qanlar axdı, qorxdu ki, birdən 

qız onu bağışlamaz.  İlk addım atmaq üçün özü ilə uzun müddət mübarizə 

etdikdən sonra, nəhayət, qərara gəlib sinfə girdi. Bekki hələ  də küncdə üzü 

divara tərəf duraraq hıçqırırdı. Tom vicdan əzabı  çəkdi. Ona yaxınlaşaraq 

dayanıb durdu, bilmədi işə necə girişsin. Sonra çəkinə-çəkinə dedi: 

- Bekki, 

mən ... mən səndən başqa heç kəsi sevmirəm. 

Cavab gəlmədi, qızın yalnız hıçqırıq səsləri eşidilirdi. 

Tom yalvarmağa başladı: 

- Bekkı, heç olmasa bırgə kəlmə soz de! 

Qız hələ də nonkururdu. 

Tom qiymotli şeylərinin  ən qiymətlisi oian mis kürəciyini cibindən çıxarıb 

çiyni üzərindən Bekkiyə uzatdı ki, qız onıı görə bilsİn və dedi: 

- Bekki, 

istəyİrsən götür, qoy sənin olsun! 

Qız yumruqla Tomun əlinin üstündən vurdu, kürəcik yerə düşüb di-yirləndj. 

Bu zaman Tom qəti addımlarla məktobdən çıxdı, həmin gün bir də geri 

qayıtmamaq üçün baş alıb getdi. 

Bir azdan Bekkinin dalağı sancdı. O, qapıya tərəf qaçdı, lakin Tom heç yerdə 

görünmürdü; Bekki evin ətrafını fırlandı, həyəti gəzdi, Tom oralarda da yox idi. 

Qız onu çağırmağa başladı: 

- Tom! 

Qayıt, Tom! 



Bekki qulaq verdi, cavab yox idi. 

O, tamamilə  tək qaldı.  Ətraf sükut içində idi. Bekki oturdu və özünü 

məzəmmət edə-edə yenə ağlamağa başladı. 

Bu zaman artıq başqa uşaqlar da məktəbə toplaşmağa başladılar. O, öz 

dərdini gizlətməli və qəlbini susduraraq bütün o cansıxıcı ağır gün ərzində əzab 

çəkməli oldu. Ətrafda hamı ona yad idi, o öz dərdini heç kəslə bölüşə bilməzdi. 

    


_________________Milli Kitabxana_________________ 

57 


 

  

SƏKKİZİNCİ FƏSİL 



 

DƏNİZ QULDURLARI VƏ SOYĞUNÇULAR 

HAQQINDA 

 

Tom  əvvəlcə döngədən-döngəyə buruldu ki, məktəblilərin adətən gedib-

gəldikləri yoldan kənara çıxsın, sonra isə  məyus-məyus baş alıb getdi. Balaca 

çayı müxtəlif yerdə iki-üç dəfə o tərəf-bu tərəfə keçdi, çünki uşaqların arasında 

belə bir söz yayılmışdı ki, guya çayı bu qayda ilə keçən adamın izini tapmaq 

olmaz. Yarım saatdan sonra o artıq Kardif dağının təpəsində yaşayan dul qadın 

Duqlasın evinin yanından buruldu. Oradan dərənin dibindəki məktəb binası 

güclə görsənirdi. Tom yolla deyil, dümdüz gedərək, qalın meşəyə girdi, ağacların 

ən sıx yerinə soxularaq, qollu-budaqlı palıd ağacının altındakı yosunluqda 

oturdu. 


Azca da olsun külək  əsmirdi; günortanın bərk istisində  hətta quşlar da 

susmuşdular. Təbiət elə durğundu ki, azacıq səs-səmir belə onun bu sükutunu 

pozmurdu. Ara-sıra haradansa çox uzaqlardan ağacdələnin tıqqıltısı  eşidilirdi, 

lakin bu tıqqıltı ətrafın sükutunu və kimsəsizliyi daha artıq hiss etdirirdi. Uşağın 

qəlbi kədərlə dolu idi, onu əhatə edən aləm də əhvalına uyğun gəlirdi. O, əllərini 

üzünə qoyub, dirsəkləri ilə dizinə söykənərək, uzun müddət fikrə daldı. Ona elə 

gəlirdi ki, həyatda sevinc yoxdur, onun insanlara bəxş etdiyi yalnız qəmdir, 

kədərdir. Tom hətta bu yaxınlarda vəfat etmiş Cimmi Xocesə  həsəd apardı. 

Adam torpaqda uzanıb  əbədi xəyala dala, külək ağacların təpəsi ilə  pıçıldaşa, 

qəbrin üstündə bitmiş  əlvan çiçəklərlə oynaşa... Bundan gözəl nə ola bilər! 

Omürlük olaraq adam heç bir şeyin dərdini çəkməz və heç bir şey üçün narahat 

olmaz. Heç olmasa o, bazargünü məktəbində yaxşı oxuyaydı! Yox, Tom 

məmnuniyyətlə ölər, onda hər  şeyə son qoyulardı. Lap elə o qızı götürək. Axı 

Tom ona nə etmişdi? Heç bir şey. O, qıza yaxşılıq etmək istəyirdi, qız isə onunla 

ən yaramaz bir itlə olduğu kimi rəftar etdi! Bir zaman gələcək ki, Bekki öz 

hərəkətindən peşman olacaq, lakin onda bəlkə də gec oldu. Ah, həmişəlik deyil, 

müvəqqəti ölmək mümkün olsaydı! 

Lakin gənc ürək kövrək olur, o, uzun müddət sıxıntılı  və qapalı  vəziyyətdə 

qala bilməz. Tezliklə özü belə hiss etmədən Tomun xəyalları Yer üzərindəki 

həyata qayıtdı. Görəsən, naməlum bir yerə baş götürüb getsə, necə olar? 

Dənizlərdən keçib uzaq-uzaq ölkələrə, tanınmaz-bilinməz bir yerə gedib bir daha 

qayıtmasa, görəsən qız nə düşünər? 

    

  


_________________Milli Kitabxana_________________ 

58 


 

Məzhəkəçi olmaq fikri yenə onun ağlına gəldi, lakin indi bu fikir onda yalnız 

nifrət oyadırdı. Yüngül-yüngül danışmaq, lağlağı etmək, ala-bəzək  şalvar 

geymək - onun yüksəklərə meyl edən qəlbinə indi təhqir kimi görmürdü. Yox, 

yaxşısı budur ki, o müharibəyə gedib, bir çox illərdən sonra bədəni başdan-ayağa 

qılınc yerləri ilə örtülü halda şan-şöhrət içərisində qayıdıb gəlsin. Daha yaxşısı 

isə odur ki, hindilərə qoşulub vəhşi öküz ovuna getsin, Uzaq Qərbin uca 

dağlarında və ya insan ayağı  dəyməmiş çöllərində  hərbi yola qədəm qoysun, 

məşhur bir qəbilə rəhbəri kimi geri qayıtsın. O, başdan-ayağa qartal lələkləri ilə 

bəzənmiş, bədəni al-əlvan rənglərlə boyanmış balda günlərin bir günü, sakit bir 

yay səhəri cəngavər hindilərə  məxsus müdhiş  vəhşi qışqırıqla bazargünü 

məktəbinə soxulardı. Onda paxıllıqdan yoldaşlarının gözü çıxardı. Bir də ki, yox, 

bundan daha təmiz bir peşə tapmaq olar. O, dəniz qulduru ola bilər! Bəli, o, 

dəniz qulduru olacaqdır. 

İndi gələcək onunçün aydın oldu, gözqamaşdırıcı bir parıltı ilə onun 

qarşısında geniş yollar açıldı. Onun adı bütün dünyada məşhur olacaq, insanların 

canına vəlvələ salacaqdır! O, dor ağacında yellənən qara bayrağı adamları 

dəhşətə gətirən "Tufan ruhu" adlı ensiz, uzun qara gəmisində coşqun dənizləri və 

okeanları boyük şöhrətlə gəzəcəkdir! 

Bir gün o, şöbrətinin ən yuksək zirvəsində ikən küləkdən və günəşdən yanıb 

qaralmış,  əynində qara məxmər gödəkcə  və boynunda qırmızı  şərf, belində 

tapança və qandan paslanmış  qısa xəncər,  şlyapasının lələkləri yellənə-yellənə 

üzərində insan kolləsi və iki çarpaz sümük şəkli olan geniş açılmış qara bayraq 

altında birdən-birə öz doğma şəhərlərinə gəlib çıxacaq, kilsəyə daxil olacaq, bu 

vaxt fərəhdən donaraq müxtəlif pıçıltılar eşidəcəkdir: "Bu, məşhur dəniz qulduru 

Tom Soyyerdir! İspaniya Dənizlərinin Qara İntiqamçısıdır!" 

Bəli, qət olundu; o, özünə həyat yolu seçmişdir, Evlərindən qaçıb yeni həyata 

qədəm qoyacaqdır. Lap günü sabahdan. Demək, indidən hazırlaşmaq lazımdır. 

Bütün var-yoxu bir yerə toplamaq lazımdır. 

O, yaxınlığında düşüb qalmış çürük ağac kötüyünün yanına gedib bıçaqla 

onun altını qazımağa başladı. Bir azdan bıçaq ağaca toxundu, məlum olurdu ki, 

ağacın altı boşdur. Tom əlini çalaya salaraq uzada-uzada belə bir ovsun oxudu: 

- O şey ki burada deyildi, qoy zahir olsun! O şey ki, burada əvvəldən olub

yerində qalsın! 



_________________Milli Kitabxana_________________ 

59 


 

  

Sonra o, əli ilə torpağı  çəkib qırağa tökdü: şam ağacından qopmuş enli bir 



talaşa göründü. Tom onu dartıb çıxartdı, buranın balaca, xudmani bir lağım 

olduğu aydınlaşdı. Lağımın dibi və divarları  şam talaşaları ilə hörülüb 

düzəldilmişdi.  İçərisində isə bir kürəcik vardı. Tomun təəccübünün həddi-

hüdudu yox idi. O, özünü itirmiş halda peysərini qaşıya-qaşıya dedi: 

- Belə şey ola bilməz, bu lap ağ oldu! 

O acıqla kürəciyi bir tərəfə tulladı və fikirləşməyə başladı. Məsələ burasında 

idi ki, onun və onun kimi başqa uşaqların inandıqları bir ovsun yalan çıxmışdı. 

Uşaqlar  əmindirlər ki, kürəciyi yerə basdırıb, lazım olan ovsunu oxuduqda iki 

həftədən sonra, yerindən asılı olmayaraq indiyə  qədər itirdiyin bütün başqa 

kürəciklər buraya toplanacaq. İndi məlum oldu ki, bunların hamısı başdan-ayağa 

uydurma şeylərdir, bu haqda heç danışmağa dəyməz. Tomun indiyədək inandığı 

hər nə varsa kökündən sarsıldı. Başqalarının buna müvəffəq olduqlarını o çox 

eşitmişdi, lakin bircə  nəfərin belə bu sahədə müvəffəqiyyət qazanmadığını o 

ömründə eşitməmişdi. Özünün bu işi dəfələrlə sınaqdan keçirməsi və bircə dəfə 

də olsun kürəcik gizlətdiyi yeri tapa bilməməsi heç ağlına da gəlmədi. O, bir 

müddət bu məsələnin həlli üzərində baş  sındırdı, nəhayət, belə  qərara gəldi ki, 

burada ifritənin  əli var, işləri korlayan odur. Tom bunu yoxlamağı  qərara aldı, 

ətrafi gəzib qumluqda qıf  şəkilli balaca bir deşik tapdı. O, yerə uzanıb 

dodaqlarını həmin deşiyə yaxılaşdıraraq çağırmağa başladı: 

- Pələng çıx! Pələng çıx! Hər nə varsa, xəbər var! Pələng çıx! 

Pələng çıx! Hər nə varsa, xəbər ver! 

Qum tərpəndi, onun pələng dediyi böcək bir anlığa görünüb, o saatsa da 

qorxusundan quma cumdu. 

- Deməyə qorxur! Elədir ki var, ifritənin işidir! Mən bilirdim elə! 

O yaxşı bilirdi ki, ifritələrlə bacarmaq olmaz. Bunun üçün zəhmət çəkməyə 

belə  dəyməz, ona görə  də bu işdən vaz keçdi. Bununla belə fikirləşdi ki, heç 

olmasa, tulladığı kürəciyi tapmaq lazımdır. Tez axtarışa başladı, lakin heç bir şey 

tapa bilmədi. Onda Tom lağımın yanına gəldi, orada dayanıb, ikinci kürəciyi 

cibindən çıxartdı və bayaqkı istiqamətdə tullayaraq dedi: 

- Qardaş, get gəz, öz qardaşını tap! 

O kürəciyin hara düşdüyünü gördü, qaçıb oranı axtarmağa başladı. yəqin ki, 

kürəcik əvvəlkindən çox yaxına və yaxud da çox uzağa düş- 

 

 

    



  

_________________Milli Kitabxana_________________ 

60 


 

müşdür. O, bunu iki-üç dəfə  təkrar etdi. Axırıncı  sınaq müvəffəqiyyətli oldu: 

kürəciklər bir-birindən ikicə addım aralıda idi. 

Elə  həmin bu dəqiqədə  sıx meşənin yaşıl örtüyü altından tənəkə oyuncaq 

şeypurun zəif səsi eşidildi. Tom cəld gödəkcəsini və şalvarını əynindən çıxarıb 

atdı, aşırmalarından özünə  kəmər düzəltdi, qopub böyrü üstə  yıxılmış  ağacın 

dibindəki çır-çırpını eşələyib oradan əldəqayırma ox-yay, ağac, qılınc və tənəkə 

şeypur çıxartdı; bircə anda bütün bu şeyləri götürüb ayaqyalın, köynəyi küləkdə 

yellənə-yellənə qaçmağa başladı. 

Tezliklə, uca qarağacın altında ayaq saxlayıb, cavab siqnalı çaldı. Sonra 

pəncələri üstündə qalxaraq ağacın dalından ehtiyatla boylanmağa başladı. 

Xəyalən təsəvvuründə canlandırdığı yoldaşlarını  təhlükədən qoruyurmuş kimi 

dedi: 

- Dayanın, igidlər! Mən boru çalana kimi heç kəs pusqudan çıxmasın! 



Əynində yüngül kostyumu olan və Tom kimi təpədən-dırnağadək silahlanmış 

Co Qarper ağacların arasından çıxdı. Tom onu səslədi: 

- Dayan! 

Mənim icazəm olmadan Şervud meşəsinə girməyə kim cəsarət 

etmişdir?

1

 



Qay Qispomun heç kəsin icazəsinə ehtiyacı yoxdur. Sən kimsən ki... sən 

kimsən ki... 

- ...Mənimlə bu cür danışmağa cürət də edirsən? - deyə Tom cümləsinin 

gerisini onun yadına saldı. Onlar kitabdan oxuluqlarını əzbər danışırdılar. 

- Sən kimsən ki, mənimlə bu cür danışmağa cürət edirsən? 

- Mən kiməm? Mən Robin Qudam, tezliklə sənin o iyrənc cəsədin buna 

inanar. 


- Sən doğrudanmı o şöhrətli quldursan? Nə eybi var, səninlə 

vuruşacağıma çox şadam.  İndi, gözəl meşədən keçən yollara kimin sahib 

olacağını biz qət edərik. Çıx qabağa! 

Onlar bütün silahlarını bir tərəfə atıb, taxta qılıncdan yapışdılar, ayaqlarını 

daban-dabana qoyaraq, müdafiə vəziyyəti aldılar və təkbətək vuruşmanın bütün 

qayda-qanunlarına riayət edərək, ciddi döyüşə baş 

 

                                                            



1

 

Tom və Co Qarper Robin Qudu təqlid edirdilər. Robin Qud məşhur quldur, ingilis xalq mahnısı 



və  rəvayətlərinin məşhur qəhramanıdır. Robin Qud öz yoldaşları ilə birlikdə  Şervud meşəsində 

yaşamışdır. O yalnız varlıları  və  məşhur adamları soyur, əlinə keçenləri isə yoxsullara paylayırdı. 

Uşaqlar Robin Qudun qəhrəmanlıqları haqqında kitablarda oxumuşdular, indi onun igid Qay Qisborn 

ilə görüşünün oyununu çıxarırdılar. 

 


_________________Milli Kitabxana_________________ 

61 


 

ladılar. İki zərbə yuxarıdan, ikisini isə aşağıdan vururdular. Birdən Tom dedi: 

İndi əgər məsələnin nə yerdə olduğunu anladmsa əl-ayaq elə! 



Onlar elə  qızğın "əl-ayaq eləməyə" başladılar ki, hər ikisi tövşədi, qan-tərə 

batdı. 


Nəhayət, Tom bağırdı: 

- Yixıl! Yıxıl demirəm! Bəs niyə yıxılmırsan? 

-Mən istəmirəm! Yıxılmaq yaxşıdır, bəs sən özün niyə  yıxılmırsan? Sən 

məndən də çox yara almısan. 

- Nə olsun ki? Bunun heç bir əhymiyyəti yoxdur. Kitabda belə 

yazılmayıb, necə  yıxıla bilərəm! Orada aydınca yazılmışdır ki, "o, kürəyindən 

qüdrətli bir zərbə endirərək bədbəxt Qay Qisburnu yerə sərdi". 

Sən gərək çevriləsən ki, mən sənin kürəyindən zərbə endirəm. 

Kitabla mübahisəyə girişmək olmazdı, ona görə  də Co Qarper kürəyini 

çevirdi və ağır bir zərbə alıb yerə döşəndi. Sonra isə Co ayağa qalxaraq dedi: 

İndi də gəl, mən səni öldürüm. Yoxsa bu, vicdansızlıq olar. 



Yox, elə şey olmaz. Kitabda belə deyil. 

- Bax, 


bu 

yoldaşlıq olmadı. 

- Yaxşı, Co, sən rahib Tuk və ya dəyirmançının oğlu olub, məni 

dəyənəklə əzişdirə bilərsən. Yaxud da Nottingem şərifi olum, sən də 

Robin Qud ol, məni öldür. 

Belə bir qərar hər ikisinin ürəyindən oldu. Bütün bu igidliklər həyata 

keçirildi. Bundan sonra Tom yenə  də Robin Qud oldu, satqın Rahibə onun 

yarasını qəsdən sarımadı ki, qanı axıb getsin. Nəhayət, başlı-başına qalmış bütün 

bir quldur dəstəsini təkcə  təqlid edən Co acı göz yaşları axıda-axıda onu bir 

tərəfə sürüyüb, ox-yayı onun gücdən düşmüş  əllərinə verdi. Tom dedi: "Bu ox 

haraya düşsə, bədbəxt Robin Qudu orada dəfn edərsiniz!". Sonra ox atıb, arxası 

üstə yıxıldı və öləcəkdi ki, gicitkən bədənini daladığından ölüyə yaraşmayan bir 

cəldliklə sıçrayıb ayağa qalxdı. 

Uşaqlar paltarlarını geyindilər, silahlarını gizlədərək evlərinə  tərəf 

yollandılar. Onlar artıq dünyada quldur olmadığına ürəkdən təəssüflənirdilər və 

düşünürdülər ki, belə bir itki üçün müasir həyat onları  nə ilə mükafatlandıra 

bilər? Onlar bir-birlərinə deyirdilər ki, bütün ömrüm boyu Birləşmiş  Ştatların 

prezidenli olmaqdansa, bir il Şervud meşəsində quldurluq etmək daha yaxşıdır. 

  


_________________Milli Kitabxana_________________ 

62 


 

DOQQUZUNCU FƏSİL 

 


Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə