Mattanin nəql etd y müJDƏ g r ş «Mattanın nəql etdiyi Müjdə»



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix19.06.2017
ölçüsü0,51 Mb.
1   2   3   4   5   6   7   8

16 

Fariseylərin və sadukeylərin mayası  

(Mat. 12:38-39; Mark 8:11-21; Luka 12:54-56)  

1 *


Fariseylər və sadukeylər yaxınlaşıb  sanı sınamaq üçün xahiş etdilər ki, 

onlara göydən gələn bir əlamət göstərsin. 

Amma  sa onlara cavab verdi: 



«Axşam olanda siz deyirsiniz: “Hava yaxşı olacaq, çünki göy qırmızıdır”, 

səhər çağı “bu gün fırtına qopacaq, çünki göy qırmızıdır, tutqundur” 



deyirsiniz. Göyün

e

 görünüşünü seçə bilirsiniz, ancaq zamanın əlamətlərini 



seçə bilmirsiniz? 

4 *


Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona 

                                                 

 

*

16:1 Luka 11:16 



 

e

16:3 Göyün – bəzi əlyazmalarda Ey ikiüzlülər, göyün. 

 

*

16:4 Luka 11:29 



 

34 


Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək».  sa onları tərk 

edib getdi.  

Ş

agirdlər o taya keçəndə çörək götürməyi yaddan çıxarmışdılar. 



6 *

sa 


onlara dedi: «Ehtiyatlı olun! Fariseylərin və sadukeylərin mayasından 

özünüzü gözləyin». 

Ş

agirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu 



çörək götürmədiyimiz üçün deyir». 

sa bunu bilərək dedi: «Ey imanı az 



olanlar! Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? 

9 *


Hələ dərk 

etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı 

xatırlamırsınızmı? 

10 


Dörd min nəfər üçün yeddi çörəyi və neçə səbət 

yığdığınızı da xatırlamırsınızmı? 

11 

Necə anlaya bilmirsiniz ki, Mən sizinlə 



danışanda çörəyi nəzərdə tutmamışdım? Fariseylərin və sadukeylərin 

mayasından özünüzü gözləyin». 

12 

O zaman onlar anladılar ki,  sa çörək 



mayasından yox, fariseylərin və sadukeylərin təlimindən qorunmağı nəzərdə 

tutmuşdu.  



Peterin Məsihi tanıması  

(Mark 8:27-30; Luka 9:18-21)  

13 


sa Filip Qeysəriyyəsi bölgəsinə gəldiyi zaman Öz şagirdlərindən 

soruşdu: «Adamların dediyinə görə Bəşər Oğlu kimdir?» 

14 *

Onlar da 



dedilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları  lyas, digərləri isə deyirlər ki, 

Yeremya yaxud peyğəmbərlərdən biridir». 

15 

sa onlara dedi: «Bəs siz nə 



deyirsiniz? Sizcə Mən kiməm?» 

16 *


Ş

imon Peter cavab verdi: «Sən var olan 

Allahın Oğlu Məsihsən». 

17 


sa ona cavab verib dedi: «Nə bəxtiyarsan, ey 

Yunus oğlu Şimon! Çünki bunu sənə bildirən ət və qan

f

 deyil, göylərdə olan 



Atamdır. 

18 


Mən sənə deyirəm ki, sən Petersən

g

 və Mən cəmiyyətimi bu 



Qayanın

h

 üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ 



bilməyəcək. 

19 *


Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm. Yer üzündə 

bağlayacağın hər şey göylərdə bağlanmış olacaq və yer üzündə açacağın hər 

ş

ey göylərdə açılmış olacaq». 



20 

Bu sözlərdən sonra  sa şagirdlərə qadağan 

etdi ki, Onun Məsih olduğunu heç kəsə danışmasınlar.  

                                                 

 

*

16:6 Luka 12:1 



 

*

16:9-10 Mat. 14:17-21; 15:34-38 

 

*

16:14 Mat. 14:1-2; Mark 6:14-15; Luka 9:7-8 



 

*

16:16 Yəh. 6:68-69 

 

f

16:17 Ət və qan – yəni insan. 



 

g

16:18 Peter – yunan mətnində Petros sözü olub daş deməkdir. 

 

h

16:18 Qaya – Xilaskar Rəbbin bir rəmzi. Bax: Qanun. 32:4; 2Şam. 22:47; 



Zəb. 89:26; Yeş. 26:4; 1Kor. 10:4. 

 

*



16:19 Mat. 18:18; Yəh. 20:23 

 

35 


sa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir  

(Mark 8:31-9:1; Luka 9:22-27)  

21 *


Bundan sonra  sa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə 

getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab 

çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. 

22 


Peter Onu bir kənara 

çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin 

başına gəlməyəcək!» 

23 


Amma  sa dönüb Peterə dedi: «Çəkil qarşımdan, 

Ş

eytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan 



ə

məlləri barəsində fikirləşirsən».  

24 *

Sonra  sa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək 



istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin. 

25 *


Kim 

canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını 

itirirsə, onu qoruyacaq. 

26 


nsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə 

xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər? 

27 *

Çünki Bəşər 



Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz 

ə

məlinə görə əvəzini verəcək. 



28 

Sizə doğrusunu deyirəm: burada 

duranlardan bəzisi Bəşər Oğlunun Padşahlığı ilə gəldiyini görmədən 

ölməyəcək».  



17 

sanın görünüşü dəyişir  

(Mark 9:2-13; Luka 9:28-36)  

1 *


Altı gündən sonra  sa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı 

götürüb hündür bir dağa çıxdı. 

Onların qarşısında görünüşü dəyişdi. Üzü 



günəş kimi parladı və libası işıq kimi ağ oldu. 

O an Musa və  lyas onlara 



göründü. Onlar  sa ilə söhbət edirdi. 

Peter sözə başlayıb  saya dedi: «Ya 



Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum 

– biri Sənin, biri Musa, biri də  lyas üçün». 

5 *

Peter hələ danışan zaman 



parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: 

«Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» 

Ş

agirdlər 



                                                 

 

*



16:21 Mat. 17:22-23; 20:19; 27:62-63 

 

*



16:24 Mat. 10:38; Luka 14:27 

 

*



16:25 Mat. 10:39; Luka 17:33; Yəh. 12:25 

 

*



16:27 Zəb. 62:12; Mat. 25:31; Rom. 2:6; Vəhy 2:23 

 

*



17:1-5 2Pet. 1:17-18 

 

*



17:5 Qanun. 18:15; Zəb. 2:7; Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 1:11; Luka 

3:21-22 


 

36 


bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. 

sa 



gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. 

Onlar da başını 



qaldıranda  sadan başqa kimsəni görmədilər.  

Dağdan enərkən  sa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından 



dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin». 

10 *


Ş

agirdlər Ondan 

soruşdu: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə  lyas gəlməlidir?» 

11 


sa onlara cavab verdi: «Düzdür,  lyas gəlib hər şeyi yoluna qoymalıdır. 

12 *


Lakin sizə deyirəm: artıq  lyas gəldi və onu tanımadılar, lakin nə 

istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən 

ə

zab çəkəcək». 



13 

Ş

agirdlər o zaman başa düşdülər ki,  sa onlara bu sözləri 



Vəftizçi Yəhya haqqında söyləyirdi.  

Oğlandan cin çıxarılır  

(Mark 9:14-29; Luka 9:37-43)  

14 


Onlar xalqın yanına gələndə bir adam gəlib  sanın qarşısında diz çökərək 

dedi: 


15 

«Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. 

Tez-tez gah oda, gah da suya düşür. 

16 


Onu Sənin şagirdlərinin yanına 

gətirdim, lakin ona şəfa verə bilmədilər». 

17 

sa cavab verərək dedi: «Ey 



imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta 

qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin». 

18 

sa cinə qadağan 



etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı.  

19 


O zaman şagirdlər  saya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu 

qova bilmədik?» 

20 *

sa da onlara dedi: « manınız az olduğu üçün. Çünki sizə 



doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa 

“buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç 

bir şey olmaz». 

21 i


  

sa ölüb-diriləcəyi barədə yenə xəbər verir  

(Mark 9:30-32; Luka 9:43-45)  

22 


Qalileyada yığılarkən  sa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə 

təslim ediləcək 

23 

və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». 



Onlar çox kədərləndilər.  

Məbəd vergisi  

                                                 

 

*

17:10 Mal. 4:5 



 

*

17:12 Mat. 11:14 

 

*

17:20 Mat. 21:21; Mark 11:23; Luka 17:5-6; 1Kor. 13:2 



 

i

17:20-21 Olmaz – bəzi əlyazmalarda olmaz. 

21 

Bu cür ruhlar yalnız dua və 

orucla çıxar 

(Mark 9:29). 



 

37 


24 *

Kefernahuma gəldikləri zaman məbəd vergisini

j

 yığanlar Peterə 



yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?» 

25 


Peter «ödəyir» 

dedi. Evə gələndə  sa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə 

düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz 

övladlarındanmı, yoxsa kənar adamlardan?» 

26 

Peter Ona «kənar 



adamlardan» söylədikdə  sa ona dedi: «Belə isə, övladlar sərbəstdir. 

27 


Lakin 

bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı 

götür. Onun ağzını açanda bir gümüş pul

k

 tapacaqsan. Onu götür, həm 



Mənim, həm də öz əvəzinə ver».  

18 

Ə

n böyük kimdir?  



(Mark 9:33-37; 42-48; Luka 9:46-48; 17:1-2)  

1 *


Həmin vaxt şagirdlər  sanın yanına gəlib dedilər: «Səmavi Padşahlıqda 

ə

n böyük kimdir?» 



2 *

sa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin 

arasına qoydu. 

O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan 



dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz. 

Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən 



böyük odur. 

Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul 



edər.  

Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə,



l

 öz 


boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq 

onun üçün daha yaxşı olar. 

nsanları pis yola çəkən şeylər üçün vay bu 



dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalınmazdır, amma vay o 

adamın halına ki, bunlar onun vasitəsilə gəlir! 

8 *

Ə

gər əlin və ya ayağın səni 



pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil 

olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır. 

9 *

Ə

gər gözün 



səni pis yola çəkərsə, onu çıxart at. Sənin tək gözlə əbədi həyata daxil 

olmağın iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır.  

                                                 

 

*



17:24 Çıx. 30:13; 38:26 

 

j



17:24 Məbəd vergisi – yunan mətnində didraxmon, yəni iki dirhəm. 

 

k



17:27 Bir gümüş pul – yunan mətnində statir, yəni dörd dirhəm. 

 

*



18:1 Luka 22:24 

 

*



18:2-3 Mark 10:15; Luka 18:17 

 

l



18:6,7,8,9 Pis yola çəkmə– hərfi tərcümədə büdrətmək. 

 

*



18:8 Mat. 5:30 

 

*



18:9 Mat. 5:29 

 

38 


tmiş qoyun məsəli  

(Luka 15:3-7)  

10 


Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: 

onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür. 

11 m

  

12 



Siz necə deyirsiniz? Bir adamın yüz qoyunu varsa və onlardan biri 

yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu 

axtarmağa getməzmi? 

13 


Sizə doğrusunu deyirəm: əgər onu tapa bilərsə, 

yolunu azmayan doxsan doqquz qoyun üçün sevindiyindən artıq onun üçün 

sevinər. 

14 


Beləcə bu kiçiklərdən birinin belə, həlak olması göylərdə olan 

Atanızın iradəsi deyil.  



Qardaş günah işlədəndə  

15 *


Ə

gər qardaşın sənə qarşı günah işlədərsə, get, onun günahını ona göstər. 

Qoy hər şey yalnız ikinizin arasında qalsın. O sənə qulaq asarsa, qardaşını 

qazandın. 

16 *

Amma qulaq asmazsa, özünlə bir və ya iki nəfər götür ki, “hər 



iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin”. 

17 


Ə

gər o bu adamların da 

sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə bildir. Əgər 

cəmiyyətin də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan 

hesab et.  

18 *


Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə 

bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq. 

19 

Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri 



hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların 

istəklərini yerinə yetirəcək. 

20 

Çünki harada iki və ya üç nəfər Mənim adımla 



yığılarsa, Mən də orada, onların arasındayam».  

nsafsız qul məsəli  

21 *


O zaman Peter gəlib  saya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah 

işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» 

22 

sa ona 


dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi.  

23 


Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir 

padşaha bənzəyir. 

24 

Hesablaşmağa başladığı zaman onun yanına on min 



                                                 

 

m



18:10-11 Görür – bəzi əlyazmalarda görür. 

11 


Çünki Bəşər Oğlu itmişləri 

xilas etməyə gəlmişdir 

(Luka 19:10). 

 

*

18:15 Luka 17:3 



 

*

18:16 Qanun. 19:15 

 

*

18:18 Mat. 16:19; Yəh. 20:23 



 

*

18:21-22 Luka 17:3-4 



 

39 


talant

n

 borcu olan biri gətirildi. 



25 

Amma onun ödəməyə bir şeyi olmadığı 

üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu 

ödəsin. 


26 

Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! 

Mən hamısını ödəyəcəyəm”. 

27 


Ağasının o qula rəhmi gəldi, onu buraxdı və 

borcunu bağışladı.  

28 

Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. 



Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. 

29 


Yoldaşı yerə 

qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı. 

30 

O isə 


istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı. 

31 


Ağanın digər 

qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı 

ağalarına nəql etdilər.  

32 


Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə 

bağışladım, çünki mənə yalvardın. 

33 

Mən sənə mərhəmət etdiyim kimi sən 



də yoldaşına mərhəmət etməli deyildinmi?” 

34 


Ağası qəzəblənib bütün 

borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. 

35 

Hər biriniz 



qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».  

19 

Boşanma haqqında  

(Mark 10:1-12)  

sa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb Yəhudeyanın  ordan 



çayının o biri tayında yerləşən bölgəsinə getdi. 

Böyük bir izdiham Onun 



ardınca gəldi.  sa orada onlara şəfa verdi.  

Bəzi fariseylər  sanın yanına gəlib Onu sınamaq üçün belə bir sual 



verdilər: « nsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» 

4 *


sa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi 

və qadın olaraq yaratdı” və dedi: 

5 *

“Buna görə də kişi ata-anasını tərk edib 



arvadına qovuşacaq və ikisi bir bədən olacaq”? 

Artıq onlar iki deyil, bir 



bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın». 

7 *


Fariseylər  saya belə dedilər: «Onda Musa nə üçün bir talaq kağızı verərək 

arvadını boşamağı əmr etdi?» 

sa onlara dedi: «Ürəyinizin inadkar 



olduğuna görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma 

başlanğıcdan belə deyildi. 

9 *

Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan 



                                                 

 

n



18:24 Talant – ən böyük ölçü, 34,5 kiloqram qızıl və yaxud gümüş. 

 

*



19:4 Yar. 1:27; 5:2 

 

*



19:5 Yar. 2:24 

 

*



19:7 Qanun. 24:1-4; Mat. 5:31 

 

*



19:9 Mat. 5:32; Luka 16:18; 1Kor. 7:10-11 

 

40 


başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs 

zina edir».

o

  

10 



Ş

agirdləri  saya dedilər: «Əgər ərlə arvad arasındakı münasibət belə isə, 

deməli, evlənməmək daha yaxşıdır». 

11 


Amma  sa onlara dedi: «Hər adam bu 

sözü qəbul edə bilməz, ancaq bu qabiliyyətin verildiyi adamlar qəbul edə 

bilər. 

12 


Çünki elələri var ki, anadangəlmə xədimdir, elələri var ki, insanlar 

tərəfindən xədim ediliblər, elələri də var ki, Səmavi Padşahlıq uğrunda 

özlərini xədim sayırlar. Bunu qəbul edə bilən qəbul etsin».  

sa uşaqlara xeyir-dua verir  

(Mark 10:13-16; Luka 18:15-17)  

13 


O zaman uşaqlar  sanın yanına gətirildi ki,  sa onların üzərinə əllərini 

qoyub dua etsin. Şagirdlər isə onlara qadağan etdilər. 

14 

Amma  sa dedi: 



«Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! 

Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur». 

15 

sa onların üzərinə 



ə

llərini qoyub oradan getdi.  



Var-dövlət və Səmavi Padşahlıq  

(Mark 10:17-31; Luka 18:18-30)  

16 


Bir adam  sanın yanına gəlib dedi: «Müəllim,

p

 mən nə yaxşılıq 



etməliyəm ki, əbədi həyata malik olum?» 

17 


sa ona dedi: «Nə üçün Məndən 

yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır.

q

 Əgər sən əbədi 



həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et». 

18 *


O adam  sadan 

«Hansı əmrlərə?» deyə soruşdu.  sa da dedi: «“Qətl etmə. Zina etmə. 

Oğurluq etmə. Yalandan şahidlik etmə. 

19 


Ata-anana hörmət et”. Həmçinin 

“qonşunu özün kimi sev”».  

20 

Cavan adam  saya dedi: «Bunların hamısına riayət etmişəm,



r

 daha nəyim 

çatışmır?» 

21 


sa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat 

və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim 

ardımca gəl». 

22 


Lakin cavan adam bu sözü eşitdikdə kədərlənib getdi, çünki 

                                                 

 

o

19:9 Zina edir – bəzi əlyazmalarda zina edir. Ərindən boşanmış qadınla 



evlənən də zina edir 

(Luka 16:18). 

 

p

19:16 əllim – bəzi əlyazmalarda Ey yaxşı Müəllim. 



 

q

19:17 Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri 



vardır 

– bəzi əlyazmalarda Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa 



yaxşısı yoxdur 

(Mark 10:18; Luka 18:19). 

 

*

19:18-19 Çıx. 20:12-16; Qanun. 5:16-20; Lev. 19:18 



 

r

19:20 Riayət etmişə– bəzi əlyazmalarda Gəncliyimdən bəri riayət edirə

(Mark 10:20; Luka 18:21). 


 

41 


var-dövləti çox idi.  

23 


sa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi 

Padşahlığa daxil olması çətindir. 

24 

Yenə sizə deyirəm ki, dəvənin iynə 



gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından 

asandır». 

25 

Bunu eşidən şagirdlər çox təəccüblənərək dedilər: «Elə isə, kim 



xilas ola bilər?» 

26 


sa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-

mümkündür, amma Allah üçün hər şey mümkündür».  

27 

Bundan sonra Peter cavab verərək Ona dedi: «Bax biz hər şeyi qoyub 



Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?» 

28 *


sa onlara dedi: «Sizə 

doğrusunu deyirəm: hər şey yeniləşəndə, Bəşər Oğlu izzətli taxtına oturanda 

Mənim ardımca gələn sizlər də  srailin on iki qəbiləsinə hökm etmək üçün 

on iki taxt üzərində oturacaqsınız. 

29 

Mənim adım uğrunda ya evlərini ya 



qardaşlarını ya bacılarını ya atasını ya anasını

s

 ya uşaqlarını və yaxud 



tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs 

olaraq alacaq. 

30 *

Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa 



birinci olacaq.  


Kataloq: text -> ntnorth
text -> Законные основания и моральные нормы пересадки внутренних органов в современной России
text -> In advanced industrial countries prenatal testing in order to
text -> Infectious diseases and pediatrics
text -> Defensive & competitive bidding overcalls (Style; Responses; 1/2 level; Reopening) Style
text -> History of Mosquito-Borne Disease Modeling, 1897-1969
text -> The patient can be very anxious and fearful of their condition and of death
text -> O’zbekiston respublikasi sog’liqni saqlash vazirligi toshkent tibbiyot akademiyasi «Teri va tanosil kasalliklari»
text -> Tarım ve Köyişleri Bakanlığından : Organik Tarımın Esasları ve Uygulanmasına İlişkin Yönetmelik
ntnorth -> Yazır ki, sa «fəqirlərə müjdəni bildirmək üçün»
ntnorth -> Peter n k nc məktubu g r

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə