Maya Qurbanova‎ для



Yüklə 13,85 Kb.
tarix02.01.2022
ölçüsü13,85 Kb.
#35509
qozu qurd nece yeyir desir


Maya Qurbanova‎ для ÇAĞDAŞ AZƏRBAYCAN

8 декабря в 07:58

BUNU OXUMAĞA DƏYƏR!

Qoz qurdu bir növ özünün girə biləcəyi qədər dəlik açar və qozun içinə girər. Qozun içi insan beyninə bənzəyir, qurd onu yeməyə başlayar. Buraya qədər hər şey normaldır, amma doymaq bilməyən qurd durmadan yeyər və yedikcə kökələr, böyüyər.

Nəhayət yeyib bitirdikdən sonra, qozun içindən çıxmaq istəyər, amma açdığı dəlik balaca olduğundan ordan çıxa bilməz. Ən pisi də odur ki, yeyilmiş qoz qurumuş və sərtləşmişdir, buna görə də o dəliyi genişlətmək artıq imkansızdır.

Dəlikdən çıxmağın bir yolu vardır, o, da arıqlamağı gözləməkdir. Qurd ac qaldıqca arıqlayar və əvvəlki zəif, cılız halına dönər. Sonunda bir gün çıxar, amma çıxdığında zaman keçmiş və onun fəsli bitmişdir. Ortada ac və cılız bir qurd ilə içi boş sərt bir qoz qalmışdır...



Bəzi insanlardakı pul, mal-mülk ehtirası və bağlılığı da bu qurdunkuna bənzəyir. Doymaz, özünü elə itirər ki, qazandıqca qazanmaq və daha yaxşısını, çoxunu əldə etmək istəyər. Çünki xoşbəxt olmaq üçün hər dəfə daha artığına ehtiyac duyar.

Ta ki, gözü doyub, başını qaldırıb artıq bəsdir dediyində baharlar və yaylar bitmiş, zamansa keçmiş olacaqdır. Geriyə sadəcə ömrünün sonbaharı, bəlkə də müxtəlif xəstəliklər, dərmanlar və pəhrizlərlə keçirmək məcburiyyətində qalacağı çox böyük bir "qara qış" qalmış olacaq...
Yüklə 13,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin