Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 297,45 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix28.04.2022
ölçüsü297,45 Kb.
#56594
1   2   3   4   5   6   7   8
07 NuriyevaM
Fiziki-və-kolloid-kimya-2, C fakepathMühazir toplusu-1,2,3, (1), 11 SUS DEKORATIV MATERIALLAR, 58 iag3fvw1nv, 58 iag3fvw1nv, Office party planning, 2.-Metodichka-po-GIM 2015
4(60)2017 

 

 



50 

kənd  təsərrüfatında  tətbiqi  yollarını  öyrətməkdən  ibarətdir.  Duzların  istehsalını 

şagirdlərə  tədris  etdikdə    qeyd  edilməlidir  ki,  “İnsan  bədənində  olan  duz-  su 

ehtiyatlarının saxlanılmasını və çürümə bakteriyalarının aktivləşməsinin qarşısını 

alır”. Duzun insan orqanizmində əhəmiyyəti ilə bağlı belə bir maraqlı fakta toxuna 

bilərik:  “Hollandiyada  bir  vaxtlar  cəza  vasitəsi  kimi  məhbusları  ancaq  duzsuz 

çörək və su ilə qidalandırıblar”. Bu cür misallar üzərində aparılan dərs şagirdlərdə 

dərsin gedişi zamanı gümrah əhval-ruhiyyə yaratmaqla yanaşı,dərsin keyfiyyətini 

yaxşılaşdırır. 

Hər  bir  kimya  müəllimi  qeyri-üzvi  maddələrin  istehsalatının  öyrədilməsi 

prosesini aşağıda göstərilən qruplar üzrə şagirdlərə mənimsətməlidir: [3] 

 

Əsas  qeyri-üzvi  sintez:  turşuların,qələvilərin,duzların  və  mineral  məhsulların 



sintezi; 

  Zərif  qeyri-üzvi  sintez:  qeyri-üzvi  preparatların,  reaktivlərin,  dərman 

maddələrin sintezi 

  Metallurgiya: qara və əlvan metallurgiya 

  Silikat  sənayesi:  yapışdırıcı  materialların,keramika  məmulatlarının,şüşə 

istehsalı. 

Kimyadan  sinifdənxaric  dərslərin  təşkili  zamanı  xlorid  turşusunun 

istehsalını  tədris  etdikdə  mövzunu  daha  maraqlı  qaydada  şagirdlərə  aşılamaq 

məqsədilə  başlıca  olaraq  digər  fənlərə  inteqrasiya  yaradarıq:  Məsələn,  biologiya 

fənninə  sərbəst  inteqrasiya  ederək  xlorid  turşusu  haqqında  şagirdlərə  ümumi 

məlumat  verir  və  qeyd  edirik  ki,  “Qəribə  səslənsədə  HCl  canlıların  çoxunun 

mədəsində  vardır  və  onun  mədədəki  funksiyası  həzm  etməkdə  oynadığı  roldur, 

əgər  mədədəki  turşunun  pH-ı  1  dən  aşağı  və  ya  turşunun  pH-ı  2  dən  çoxdursa  

mədədə  problemlərin  yaranması  qaçılmaz  olacaqdır.  Daha  sonra  şagirlərə 

çardırılmalıdır  ki,  “Dərilərdə  yanıqlara  səbəb  ola  biləcəyindən  laboratoriyada 

işləyərkən  belə  əlcəklərdən  istifadə  edilməlidir.  Hər  hansı  təbəqəyə  tətbiq 

edildikdən  sonra  bir  müddət  gözlənilməli  və  daha  sonra  bol  miqdarda  su  ilə 

yuyulmalıdır.  Həmçinin  gözlərə  qarşı  allergik  xüsusiyyətləri  vardır.  Günümüzdə 

plastik  sənayedən  qida  sektoruna  qədər  bir  çox  sahələrdə  tətbiq  edilir.  Xlorid 

turşusunun sənaye əhəmiyyətini bu cür qeyd edirik ki, “HCl dəmir məmulatlarının 

səthinin  dəmir oksidlərindən təmizlənməsini təmin edir. Daha sadə şəkildə ifadə 

etsək,  HCl  oksid  təbəqəsini  yuyur,  çünki  oksid  təbəqəsi  olan  yerdə  dəmir 

yapışmır, xlorid turşusu ilə təmizlənir sonra yapışdırılır. Qeyd edilir ki, hidrogen-

xlor  qazının  suda  məhluluna  xlorid  turşusu  və  ya  duz  turşusu  deyilir.  Bununla 

əlaqədar olaraq əvvəlcə hidrogen-xlor qazının laboratoriya şəraitində istehsalı ilə 

şagirdləri  tanış  edirik.  Biz  bunu    həm  nümayiş,  həm  laboratoriya  təcrubələri, 

həmdə ki, praktiki məşğələlər əsasında şagirdlərə aşılayırıq. İlk öncə biz nümayiş 

təcrübələri  əsasında  şagirdlərə  hidrogen-xloridin    alınmasını  izah  edirik.  Qeyd 

etməliyik ki, nümayiş təcrübələrinin keçirilməsində fəal şagirdləridə təcrübələrin 



Kimya məktəbdə 

 

51



 

gedişinə  müdaxilə  etmələrinə  şərait  yaradırıq  və  xlorid  turşusunun  alınmasını 

aşağıdakı  üsulla  həyata  keçiririk.  Nəzəri  cəhətdən  qeyd  edirik  ki,  turşuların 

alınmasında    ən  çox  istifadə  edilən  üsul  duzların  turşularla  qarşılıqlı  təsiridir. 

Turşuların  bu  üsulla  alınması  zamanı  götürülən  başlanğıc  duz  kifayət  qədər  həll 

olan,  götürülən  turşu  isə  daha  qüvvətli  və  az  uçucu  olmalıdır.[4]  Bu  zaman 

şagirdlərin “daha qüvvətli və az uçucu olan turşular” haqqında fikirlərini öyrənirik 

və  şagirdlərlə  birlikdə  müəyyənləşdiririk  ki,sulfat  turşusu  daha  qüvvətli  və  az 

uçucudur. Ona görə də başqa turşuların alınmasında adətən ondan istifadə edilir. 


Yüklə 297,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə