Mədə lat ventriculus (yun gaster ) həzm kanalının ən geniş hissəsini təşkil edir. Mədə



Yüklə 189,79 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix02.01.2022
ölçüsü189,79 Kb.
#42012
  1   2   3
Mədə — Vikipediya



Mədə

Mədə lat. ventriculus (yun. 

gaster


) həzm

kanalının ən geniş hissəsini təşkil edir.




Mədə

Həzm sistemi (sxematik)



Mədənin quruluşu:

1. Mədə cisimi 2. Mədə dibi 3. Ön divar 4.

Böyük əyrilik 5. Kiçik əyrilik 6. Kardial ya

girəcək hissə 9. Mədə çıxacağı qapağı 10.

Çıxacaq hissə 11. Çıxacaq mağarası 12.

Bucaq oyması 13. Mədə yolu 14. Büküşlər

Latınca

Ventriculus



Yunanca

Gaster

İltihabı


Gasteritis

Qrey


subyekt 247 1161

Aparat


Həzm aparatı

Arteriya


lat. art. gastrica

sinistra et dextra, art.

gastroepiploica

sinistra et dextra, art.

gastricae breves

Vena


Einiadlı venalarla qapı

venasına acılır

Sinir

Günəş kələfi



 - lat.

ganglia coeliaca; azan

sinir - lat. n.vagus

Limfa

lat. nodi lymphaciti



gastrici sinistri et

dextri, nodi lymphaciti

pancreaticolienales


Yaşlı adamlarda uzunluğu 21-25 sm,

diametri ən geniş hissəsində 12-14 sm və

tutumu 3 litrdir, bəzi hallarda yemək

adətindən asılı olaraq 5-10 litrə çatır.

Mədənin forması çox müxtəlifdir. Daha

doğrusu, onun forması içərisindəki qida

MeSH

Stomach

Dorlands/Elsevier



Stomach

bax · 

müzakirə

 · redaktə

Ümumi məlumat



İnsanın mədəsi


maddələrinin miqdarından asılıdır. Boş

olduqda bağırsaq şəklini alır, əksər

hallarda retortaya, ya armuda bənzəyir.

İnsan ölən zaman mədə hansı həzm

formasında olarsa elə də qalır. Mədə

divarı üç qatdan: xarici birləşdirici

toxumadan(epitel qatından), əzələli və

daxili selikli qişadan ibarətdir. Selikli

qişada çoxlu vəzlər yerləşir və onlar

mədə şirəsi ifraz edir. Mədədə qidalı

maddələrin parçalanması prosesi mədə

şirəsinin təsiri altında davam edir. Həzm

olunmaqda olan bir neçə saat şirənin

təsirinə məruz qalır.Sonra qida nazik

bağırsağın onikibarmaq bağırsaq

hissəsinə keçir.




Həzm kanalının ən genişlənmiş

torbayabənzər hissəsi olub, həcmi 1,5 – 3

litrə bərabərdir. Mədə qarın boşluğunun

sol tərəfində diafraqmanın altında

yerləşir.

Həzmin gedişi mədədə 3 – 10 saat

davam edir. Mədənin divarı 3 qatdan –

xaricdə birləşdirici toxumadan, ortada

əzələ toxumasından və daxildə selikli

qişadan qurulmuşdur.

Mədənin yuxarıda kiçik girəcəyi, aşağıda

böyük əyriliyi və çıxacaq hissəsi var.

Qida borusunun mədəyə açılan hissəsinə

onun girəcəyi, onikibarmaq bağırsağa

keçən hissəsinə çıxacağı deyilir. Mədə



şirəsinin tərkibində fermentlər, xlorid

turşusu, seliyəbənzər maddələr vardır.

Mədə divarının yığılması sayəsində qida

mədə şirəsi ilə daha yaxşı qarışır, bu isə

onun həzm olunmasını asanlaşdırır.

Mədədə selik ifraz edən əlavə hüceyrələr

də vardır. Selik mədənin divarını pepsin

fermentinin və xlorid turşusunun dağıdıcı

təsirindən qoruyur. Mədənin onikibarmaq

bağırsağa açılan hissəsində olan sfinktor

açılaraq yarım qarışdırılmış qida

möhtəviyyatı-nı hissə-hissə bağırsağa

ötürür.

Mədədə həzm mədə şirəsinin təsiri

altında gedir. Sutkada 2 litr mədə şirəsi

ifraz olunur. Əvvəlcə mədə divarının




hərəkəti sayəsində qida qarışır və həll

olunur. Zülallar pep-sin fermentinin

təsirindən albumoz və peptonlara qədər

parçalanır, ximozin süd zülalları-nı

çürüdür və süd yağlarını emulsiya halına

salır. Mədə şirəsində karbohidratları

parçalayan fermentlər olmur. Lakin ağız

boşluğundan daxil olan qidanın içində

olan tüpürcək fermentinin hesabına

sulukarbonların parçalanması müəyyən

müddət, yəni xlorid turşusu ilə qarışana

qədər davam edir. Mədə mühiti turş

mühitdir. Ağız boşluğu-nun mühiti zəif

qələvidir. Sulukarbonlar qələvi, zülallar

turş mühitdə fermentlərin təsirilə

parçalanır. Mədə şirəsinin əmələ gəlməsi

və ifrazı sinir və humoral yolla baş verir.



Mədə şirəsi ifrazının sinir tənzimi. Mədə

şirəsi də ağız suyu kimi reflektor yolla

ifraz olunur. Bunu qida borusu boyun

nahiyəsində kəsilib xaricə çıxarılmış və

boynun dərisinə tikilmiş it üzərində

öyrənmək olar. İti bu cür qidalandırdıqda

qida mədəyə düş-mək əvəzinə boyun

nahiyəsindəki kəsikdən xaricə tökülür və

belə qidalanma yalançı qidalanma

adlanır. Yalançı qidalandırma təcrübəsi

təmiz mədə şirəsi almağa imkan verir. Bu

məşhur təcrübə mədə şirəsi ifrazının

reflektor təbiətli olmasını sübut edir.

Mədə şirəsi ifrazının humoral tənzimi.

Şərti və şərtsiz reflekslərə yanaşı

mədənin selikli qişasında əmələ gələn




bioloji fəal maddələr, qida maddələri və

onların parçalanma məhsulları, bişmiş ət,

balıq, tərəvəz suyunda olan hazır bioloji

fəal maddələr də şirə ifra-zına səbəb olur.

Reflektor mədə şirəsi ifrazı isə ancaq iki

saat davam edir.

Mədə şirəsinin ifrazı 3 fazaya ayrılır:

birinci, beyin fazası, yəni mürəkkəb

şərtsiz və şərti reflekslərin, məsələn, ağız

boşluğunda udlaqda, qırtlaqda olan

reseptorların, həmçi-nin görmə, eşitmə,

qoxu analizatorları reseptorlarının

qıcıqlanması vasitəsilə başlayır. İkinci,

mədə fazası adlanır və sinir-humoral

yolla baş verir. Mədəyə daxil olan qida

mədənin selikli qişasında olan




reseptorların mexaniki və kimyəvi yolla

qıcıqlanması nəti-cəsində yaranan

qastrin hormonu qana keçir, mədə

divarının hərəkətinə və şirə ifrazına səbəb

olur. Üçüncü, bağırsaq fazası xlorid

turşusunun təsirilə bağırsağın selikli qişa-

sından qana ifraz olunan bioloji fəal

maddələrin hesabına baş verir. Həmçinin

ət və balıq bulyonları, tərəvəz məhsulları

mədə-bağırsaq reseptorlarını

qıcıqlandırıb şirə ifrazına səbəb olur.

Mədədən qana az miqdarda qlükoza, su,

həll olmuş duzlar və bir sıra mad-dələr

sorulur.


Mədədə horra halına salınmış qida nazik

bağırsağın başlanğıc şöbəsi olan




onikibar-maq bağırsağa hissə-hissə daxil

olur.


Mədənin divarı bir neçə qişadan təşkil

olunmuşdur.




Yüklə 189,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin