Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında



Yüklə 465,52 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix29.05.2017
ölçüsü465,52 Kb.
  1   2   3

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli 

istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə 

bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

 



 

AZƏRBAYCAN 

RESPUBLİKASI 

NAZİRLƏR 

KABİNETİNİN 

QƏRARI


 

 

 



Azərbaycan  Respublikası  Prezidentinin  “Mədəni  bitkilərin  genetik 

ehtiyatlarının  mühafizəsi  və  səmərəli  istifadəsi  haqqında”  2011-ci  il  13 

dekabr  tarixli  273-IVQ  nömrəli  Qanununun  tətbiqi  barədə”  2012-ci  il  7 

fevral  tarixli  576  nömrəli  Fərmanının  1.4-1.8-ci  bəndlərinin,  “Mədəni 

bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  tətbiqi  ilə  bağlı  əlavə  tədbirlər 

barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9-

cu  yarımbəndlərinin  icrasını  təmin  etmək  məqsədi  ilə  və  1.1-ci  bəndinə 

uyğun  olaraq  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti QƏRARA 

ALIR:

 

1.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  milli  kolleksiyalarının 



formalaşdırılması,  mühafizəsi  və  istifadəsi  Qaydaları”  təsdiq  edilsin  (1 

nömrəli əlavə).

 

2.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsinə  və  səmərəli 



istifadəsinə  dövlət  nəzarətinin  təşkili  Qaydaları”  təsdiq  edilsin  (2  nömrəli 

əlavə).


 

3.  “Azərbaycan  Respublikasına  məxsus  ənənəvi  mədəni  brend 

bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə).

 

4.  “Azərbaycan  Respublikasına  məxsus  ənənəvi  mədəni  brend 



bitkilərinin  yayıldığı  areallarda  bu  cür  bitkilərin  becərilməsinin  davam 

etdirilməsi  və  sahələrin  genişləndirilməsi  Qaydası”  təsdiq  edilsin  (4 

nömrəli əlavə).

 

5.  “Ölkə  daxilində  genetik  modifikasiya  olunmuş  bitkilərin 



mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5 

nömrəli əlavə).

 

6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların 



genetik  ehtiyat  nümunələrinin  Azərbaycan  Respublikasının  gömrük 

ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə).

 

7.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli 



istifadəsi  üzrə  idarəetmə  sisteminə  daxil  olan  Elmi-Texniki  Şuranın 

Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə).

 


8.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli 

istifadəsi  üzrə  idarəetmə  sisteminə  daxil  olan  ixtisaslaşdırılmış  ekspert 

şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə),

 

9.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli 



istifadəsi  üzrə  idarəetmə  sisteminə  daxil  olan  prioritet  fəaliyyət 

istiqamətləri  üzrə  işçi  qruplarının  Əsasnaməsi”  təsdiq  edilsin  (9  nömrəli 

əlavə).

 

10.  “Mədəni  bitkilərin  genetik  ehtiyatları  banklarının  hüquq  və 



vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə).

 

11.  “Azərbaycan  Respublikasının  Milli  Genbankının  Əsasnaməsi” 



təsdiq edilsin (11 nömrəli əlavə).

 

12.  “Genetik  modifikasiya  olunmuş  bitkilərin,  eləcə  də  müasir 



biotexnoloji  və  gen  mühəndisliyi  metodları  ilə  yaradılmış  kənd  təsərrüfatı 

bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə 

Azərbaycan  Respublikasına  idxalı  Qaydası”  təsdiq  edilsin  (12  nömrəli 

əlavə).


 

13. 


Azərbaycan 

Milli 


Elmlər 

Akademiyasının, 

Azərbaycan 

Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin,  Azərbaycan  Respublikası 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  və  Azərbaycan  Respublikası 

Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsinin  iştirakı 

ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi 

üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın.

 

14.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Genetik  Ehtiyatlar 



İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

 



 

Bakı şəhəri, 13 noyabr 2012-ci il

 

               259



 

 

 



Azərbaycan Respublikası Nazirlər

 

Kabinetinin 2012-ci il 13 noyabr



 

tarixli 259 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

  



12 nömrəli əlavə

 

 



 

Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji 

və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki 

materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə 

Azərbaycan Respublikasına idxalı

 

 

 

QAYDASI

 

 



 

1.  Bu  Qayda  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və 

səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi 

ilə  bağlı  əlavə  tədbirlər  barədə”  Azərbaycan  Respublikası  Prezidentinin 

2012-ci  il  17  iyul  tarixli  690  nömrəli  Fərmanının  2.1.9-cu  yarımbəndinin 

icrasını  təmin  etmək  məqsədi  ilə  hazırlanmışdır  və  genetik  modifikasiya 

olunmuş  bitkilərin,  eləcə  də  müasir  biotexnoloji  və  gen  mühəndisliyi 

metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, 

sınaq  və  sərgilərdə  nümayiş  etdirmək  məqsədi  ilə  Azərbaycan 

Respublikasına idxalı qaydasını müəyyən edir.

 

2. Genetik modifikasiya olunmuş bitkilər, eləcə də müasir biotexnoloji 



və  gen  mühəndisliyi  metodları  ilə  yaradılmış  kənd  təsərrüfatı  bitki 

materialları  (bundan  sonra  -  GMOB)  -  genomunda  müasir  biotexnoloji  və 

gen  mühəndisliyi  metodları  ilə  dəyişikliklər  edilmiş,  hər  hansı  geni  və  ya 

gen fraqmenti dəyişdirilmiş (başqası ilə əvəz edilmiş) bitkilər, o cümlədən 

onların toxumları, tingləri, şitilləri, kök materiallarıdır.

 

3.  GMOB-ni  elmi  tədqiqat,  sınaq  və  sərgilərdə  nümayiş  etdirmək 



məqsədi ilə Azərbaycan Respublikasına idxal edilməsini planlaşdıran elmi 

tədqiqat müəssisəsi və ya dövlət orqanı (bandan sonra - idxalatçı) nəzərdə 

tutulmuş idxal əməliyyatı ilə bağlı mədəni bitkilərin genetik ehtiyatlarının 

mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-

Texniki  Şuraya  (bundan  sonra  -  Elmi-Texniki  Şura)  rəsmi  yazılı  müraciət 

edir.


 

4.  Müraciətdə  idxalı  nəzərdə  tutulan  GMOB-ni  göndərən  ölkənin  adı, 

GMOB-ni  göndərən  və  qəbul  edən  təşkilatların  adları,  tabeçilikləri, 

fəaliyyət  növləri,  ünvanları,  idxal  edilməsi  nəzərdə  tutulan  bitkinin  latın 

dilində  adı,  hansı  hissəsinin  gətirilməsi,  miqdarı  (kütlə  və  ya  sayı)  və 

qablaşdırılma forması göstərilməlidir.

 

5. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:



 

5.1.  nümunələrin  gətirilməsi  nəzərdə  tutulan  ölkənin  müvafiq 

orqanları tərəfindən verilmiş fitosanitar sertifikatı;

 

5.2.  göndərən  və  qəbul  edən  tərəflər  arasında  bağlanmış  müqavilənin 



surəti;

 


5.3.  idxal  edilən  nümunələrin  siyahısı.  Siyahıda  minimum  deskriptor 

məlumatları  cədvəl  şəklində  göstərilməlidir:  nümunənin  kataloq  nömrəsi, 

bitkinin elmi (latın) adı, nümunənin (sortun, formanın, seleksiya xəttinin və 

s.) adı;


 

5.4. nümunələrin kommersiya dəyəri haqqında sənəd;

 

5.5.  elmi  tədqiqat  müəssisəsi  və  ya  dövlət  orqanı  tərəfindən 



hazırlanmış  elmi-texniki  əsaslandırma.  Bu  sənəddə  planlaşdırılan  idxalın 

elmi  və  ictimai  əhəmiyyəti  əsaslandırılmalı  və  mümkün  nəticələri 

göstərilməlidir;

 

5.6.



 

GMOB-ni  göndərən  ölkənin  dövlət  orqanlarında  qeydiyyatdan 

keçmiş  rəsmi  qurum  tərəfindən  verilmiş  və  GMOB  üzərində  aparılmış 

genetik dəyişikliklər barədə məlumatları əks etdirən qeydiyyat sertifikatı.

 

6. GMOB-nin idxalı ilə bağlı müraciətə Elmi-Texniki Şurada 10 (on) iş 



günü  müddətində  idxalatçı  da  cəlb  edilməklə  baxılır  və  bu  Qaydanın  1 

nömrəli  əlavəsində  göstərilmiş  formada  Milli  Əlaqələndirici  İnstitutun 

rəsmi blankında çap edilmiş qərar qəbul edilir.

 

7. GMOB-nin idxalı ilə bağlı Elmi-Texniki Şurada qəbul edilmiş qərarın 



surəti 5 (beş) iş günü müddətində idxalatçıya təqdim edilir.

 

8.  GMOB-nin  idxalı  ilə  bağlı  müraciətə  müsbət  rəy  olduqda  Elmi-



Texniki  Şuranın  qərarı  idxalatçının  müraciətinin  və  ona  əlavə  edilən 

sənədlərin  surətləri  ilə  birgə  5  (beş)  iş  günü  müddətində  Azərbaycan 

Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinə  və  Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilir.

 

9.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi 



Elmi-Texniki  Şuranın  qərarına  əsaslanaraq,  10  (on)  iş  günü  müddətində 

GMOB-nin  idxalına  Nazirliyin  rəsmi  blankında  nazirin  və  ya  onu  əvəz 

edən  şəxsin  imzası  ilə  bu  Qaydanın  2  nömrəli  əlavəsində  göstərilmiş 

formada rəsmi icazə verir.

 

10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 



GMOB-nin  idxalına  verilmiş  rəsmi  icazəni  və  idxalatçının  Elmi-Texniki 

Şuraya müraciətinə əlavə edilən sənədlərin surətlərini, GMOB Azərbaycan 

Respublikasının  gömrük  ərazisinə  daxil  olmazdan  əvvəl  Azərbaycan 

Respublikasının 

Dövlət 

Gömrük 


Komitəsinə 

və 


Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir.

 

11. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 



GMOB-nin  idxalına  verilmiş  rəsmi  icazə  sənədinin  surəti  5  (beş)  iş  günü 

müddətində idxalatçıya təqdim edilir.

 


12.  İdxalına  rəsmi  icazə  verilməmiş  GMOB-nin  Azərbaycan 

Respublikasına idxal edilməsi qəti qadağandır.

 

13. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən bitki 



nümunələri  bu  Qaydanın  3  nömrəli  əlavəsində  göstərilmiş  GMOB-nin 

beynəlxalq  miqyasda  tanınan  siyahısı  ilə  tutuşdurulur.  Həmin  siyahıda 

olmayan  nümunələrin  GMOB  ola  biləcəyi  ilə  bağlı  şübhə  yaranarsa, 

nümunələr gömrük laboratoriyaları vasitəsilə yoxlanılır.

 

14.  Hər  növbəti  ilin  yanvar  ayının  3-cü  ongünlüyündə  GMOB-nin 



beynəlxalq  miqyasda  tanınan  siyahısına  Elmi-Texniki  Şurada  baxılır  və 

dəyişikliklər tələb olunduğu təqdirdə təkliflər hazırlanır.

 

15.  İdxalatçı  idxal  edilən  GMOB-ni  təyinatı  üzrə  istifadə edir və onun 



Azərbaycan Respublikası ərazisində yayılması ilə bağlı hər hansı təhlükəyə 

görə məsuliyyət daşıyır.

 

16.  İdxalına  icazə  verilməmiş  GMOB-nin  Azərbaycan  Respublikasına 



idxal  edilməsinə  cəhd  göstərildikdə,  həmin  bitki  nümunələri  gətirildiyi 

ölkəyə  idxalatçının  hesabına  geri  qaytarılır.  İdxalına  icazə  verilməmiş 

GMOB-ni  Azərbaycan  Respublikasına  idxal  etməyə  cəhd  göstərən  şəxslər 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  məsuliyyət 

daşıyırlar.

 

 



 

 

 



“Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də 

müasir biotexnoloji və gen mühəndisliyi metodları 

ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının 

elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi 

ilə Azərbaycan Respublikasına idxalı Qaydası”na

 

 

 

1 nömrəli əlavə

 

 



 

Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen 

mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi 

tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan 

Respublikasına idxalına icazə verilməsi haqqında

 

 

 

QƏRAR

 

 



 

Siyahısı  hazırkı  qərara  əlavə  edilən  genetik  modifikasiya  olunmuş  bitkilərin, 

eləcə  də  müasir  biotexnoloji  və  gen  mühəndisliyi  metodları  ilə  yaradılmış  kənd 

təsərrüfatı bitki materiallarının (GMOB) ______________________________________

 

                                                               (nümunələri göndərən ölkənin 



 

_________________________________________________________________________

 

və təşkilatın bütöv və qısa adları, ünvanı)



 

gətirilməsi (idxalı) ilə bağlı_________________________________________________

 

                                                 (nümunələri idxal edən təşkilatın adı və ünvanı)



 

________________________________________________________________________

 

tərəfindən  “___”  ____________  201  _______il  tarixində  edilmiş  müraciətə  Elmi-



Texniki Şurada baxılmış və müvafiq qərar qəbul edilmişdir.

 

Qərar:  Elmi-Texniki  Şura  müvafiq  sənədləri  araşdıraraq,  hazırkı  qərara  əlavə 

edilmiş  siyahıda  göstərilən  GMOB-nin  Azərbaycan  Respublikasına  idxalına 

_________________________________________________________________________.

 

(icazə verir, icazə vermir, təkrar müraciət edilməsi tələb olunur)



 

İdxal edilməsi planlaşdırılan GMOB-nin siyahısı əlavə edilir (cəmi ____ səhifə). 

Siyahıda  idxal  edilməsi  planlaşdırılan  bitkilərin  latın  və  Azərbaycan  dillərində  adı 

(adları),  bitkinin  hansı  hissəsinin  gətirilməsi  (meyvə,  toxum,  şitil,  ting  və  s.)  və 

miqdarı göstərilməlidir.

 

Elmi-Texniki Şuranın sədri:___________________________________________



 

                                                              (adı, atasının adı və soyadı)

 

 

 



İmza:

 

 



 

M.Y.


 

 

 



 

 

 



 

 

 



 

 

“Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də 



müasir biotexnoloji və gen mühəndisliyi metodları 

ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının 

elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi 

ilə Azərbaycan Respublikasına idxalı Qaydası”na

 

 

 

2 nömrəli əlavə

 

 

 



Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 

GMOB-nin idxalına verilmiş icazə sənədinin ümumi forması

 

 



 

Siyahısı  bu  sənədə  əlavə  edilmiş  genetik  modifikasiya  olunmuş  bitkilərin 

(GMOB) 

__________________________________________________________________məqsədi 



ilə

 

___________________________________________________________________________



_

 

(nümunələri göndərən ölkənin adı)



 

___________________________________________________________________________



_

 

(nümunələri idxal edən təşkilatın adı)



 

tərəfindən Azərbaycan Respublikasına gətirilməsinə (idxalına) icazə verilir.

 

Əsas: Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi 

üzrə  idarəetmə  sisteminə  daxil  olan  Elmi-Texniki  Şuranın  “___”  _______  201__  il 

tarixli qərarı.

 

İdxal edilməsi planlaşdırılan GMOB-nin siyahısı əlavə edilir (cəmi ____səhifə).



 

Siyahıda  idxal  edilməsi  planlaşdırılan  bitkilərin  latın  və  Azərbaycan  dillərində  adı 

(adları),  bitkinin  hansı  hissəsinin  gətirilməsi  (meyvə,  toxum,  şitil,  ting  və  s.)  və 

miqdarı göstərilməlidir.

 

İcazənin qüvvədə olma müddəti _________________________ tarixinə kimidir.



 

 

 



Nazir:

 

 



 

M.Y.


 

 

 



 

 

“Genetik modifikasiya olunmuş bitkilərin, eləcə 



də müasir biotexnoloji və gen mühəndisliyi 

metodları ilə yaradılmış kənd təsərrüfatı bitki 

materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə 

nümayiş məqsədi ilə Azərbaycan Respublikasına 

idxalı Qaydası”na

 

 

 

3 nömrəli əlavə

 

 



 

GMOB-nin beynəlxalq miqyasda tanınan siyahısı

 

 



 

Araxis (Arachis hypogaea L.)

 

 

 



Sıra

 

№-si

 

Sortun adı

 

İstehsalçı

 

1

 



Flavr Runner

 

Mycogen Seeds



 

 

 



Argentina rapsı (Brassica napus L.)

 

 



 

Sıra

 

№-si

 

Sortun adı

 

İstehsalçı

 

1

 

2

 

3

 

1.



 

23-18-17


 

Monsanto Company

 

2.

 



23-198

 

Monsanto Company



 

3.

 



45A37

 

Pioneer Hi-Bred İnternational



 

4.

 

46A40



 

Pioneer Hi-Bred İnternational

 

5.

 



46A12

 

Pioneer Hi-Bred İnternational



 

6.

 



46A16

 

Pioneer Hi-Bred İnternational



 

7.

 



GT200

 

Monsanto Company



 

8.

 



GT73

 

Monsanto Company



 

9.

 



RT73

 

Monsanto Company



 

10.


 

HCN10


 

Aventis CropScience

 

11.


 

HCN92


 

Bayer  CropScience  (Aventis 

CropScience (AgrEvo)

 

12.



 

MS1


 

Aventis CropScience

 

13.


 

RF1=>PGS1

 

Aventis CropScience



 

14.


 

RF1=>PGS2

 

Aventis CropScience



 

15.


 

MS8xRF3


 

Bayer  CropScience  (Aventis 

CropScience (AgrEvo)

 

16.



 

NS738


 

Pioneer Hi-Bred İnternational

 

17.


 

NS1471


 

Pioneer Hi-Bred İnternational

 

18.


 

NS1473


 

Pioneer Hi-Bred İnternational

 

19.


 

OXY-235


 

Aventis CropScience

 

20.


 

PHY14


 

Aventis CropScience

 

21.


 

PHY35


 

Aventis CropScience

 

22.


 

PHY36


 

Aventis CropScience

 

23.


 

T45(HCN28)

 

Bayer  CropScience  (Aventis 



CropScience (AgrEvo)

 

24.



 

Liberator pHue6/Ac

 

Bayer  CropScience  (Aventis 



CropScience (AgrEvo)

 

25.



 

GS40/90pHoe6/Ac

 

Bayer  CropScience  (Aventis 



CropScience (AgrEvo)

 

26.



 

MSxRF3xGT73

 

Bayer  CropScience  (Aventis 



CropScience (AgrEvo)

 

27.



 

Laurical


 

Calgene, LLC

 

28.


 

Roundup Ready

 

Monsanto Company



 

29.


 

LibertyLink

 

Bayer  CropScience  (Aventis 



CropScience (AgrEvo)

 

30.



 

InVigor


 

Bayer  CropScience  (Aventis 

CropScience (AgrEvo)

 

31.



 

Nexera


 

DOW AgroSciences LLC

 

 

 



Badımcan (Solanum melongena L.)

 

 



 

Sıra

 

№-si

 

Sortun adı

 

İstehsalçı

 


1.

 

MT6/08



 

Mohico (İndia)

 

 

 



Balqabaq, boranı (Cucurbita pepo L.)

 

 



 

Sıra

 

№-si

 

Sortun adı

 

İstehsalçı

 

1.

 



CZW-3

 

Asgrow 



(USA); 

Siminis 


Vegetable İnc. (Canada)

 

2.



 

ZW20


 

Upjohn 


(USA); 

Siminis 


Vegetable İnc. (Canada)

 

 



 

Buğda (Triticum aestivum L.)

 

 

 



Sıra

 

№-si

 

Sortun adı

 

İstehsalçı

 

1.

 



AP205CL MUTANT

 

BASF İnc



 

2.

 



AP602CL

 

BASF İnc.



 

3.

 



AP602CL MUTANT

 

BASF İnc.



 

4.

 



1 AP95CL

 

BASF İnc.



 

5.

 



BW238-3

 

BASF İnc.



 

6.

 



BW255-2

 

BASF İnc.



 

7.

 



BW255-2, BW238-3 MUTANT

 

BASF İnc.



 

8.

 



BW7

 

BASF İnc.



 

9.

 



BW7 MUTANT

 

BASF İnc.



 

10.


 

MON71800


 

Monsanto Company

 

11.


 

SWP965001

 

Cyanamid Crop Protection



 

12.


 

Teal 11A


 

BASF İnc.

 

 

 



Çəltik - düyü (Oryza sativa L.)

 

 



 


Kataloq: docs -> pdf
pdf -> Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu
pdf -> Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və
pdf -> Dərman bitkilərinin və təbiət müalicə amillərinin təbii ehtiyatlarını qorumaq tədbirləri haqqında
pdf -> Health problems related to breeding
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Damazlıq heyvandarlıq haqqında
pdf -> “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə
pdf -> Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi Qaydası

Yüklə 465,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə