«Mədəni Maarif». 2011.№1. S. 24-26. Müzikl janrının tarixinə qısa baxış (1920-70-ci illər) Pikə FƏtullayeva



Yüklə 145,17 Kb.
Pdf görüntüsü
tarix16.06.2017
ölçüsü145,17 Kb.

«Mədəni Maarif».-2011.-№1.-S.24-26.

Müzikl janrının tarixinə qısa baxış (1920-70-ci illər)

Pikə FƏTULLAYEVA, Bakı Musiqi Akademiyasının əməkdaşı

Müzikl incəsənətin sintetik biri kimi özündə teatrı, dramanı, musiqini, operanı, xoreoqrafiyanı, parlaq səhnə

effektlərini, ümumilikdə dram və opera incəsənətinin rəngarəng ifadə vasitələrini cəmləşdirməkdədir. Artıq bu janr

bir neçə onilliklərdir ki, musiqili teatrın ən məşhur və tələb olunan janrlarından birinə çevrilib. Lakin müzikl teatr

incəsənətinin ayrıca bir janrı kimi uzun müddət qəbul edilməyib.

Məlum  olduğu  kimi  müzikl  səhnə  quruluşu  verilən  çətin  və  bahalı  janrdır.  Bu,  quruluş  mövzusunun

rəngarəngliyində, mənzərəliliyində, aktyorların özlərini ifadə etmələri üçün seçilən üsullarda, çərçivəsizlikdə özünü

göstərir. Lakin bu məqama qədər müzikl bir sıra inkişaf mərhələlərindən keçmişdir.

Bu  janr  öz  əsasını XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  anqlo-amerikan  balladalı  operadan  və  musiqili

komediyadan götürsə də onun sələfləri kimi ilk olaraq müzik-holl (ing.music hall) və ya varyete (frans. variete) və

vodevillər (fr.vaudeville) göstərilir.

Belə  ki,  müzik-holl  və  ya  varyete  -  1850-60-cı  illərin  dəbdə  olan  əyləncəvi  janrıdır.  Bu  termin  əyləncə

formasının  özünə,  tamaşanın  baş  verdiyi  teatra,  bu  anlayışla  bağlı  olan  populyar  musiqi  növünə  aiddir.  Lakin

müzik-hollar 1830-cu ildə salun və pablarm inkişaf proseslərinin nəticəsində yaranıb.

Burdan  aydın  olur  ki,  müzik-holl  öz  əsasını  pab  və  salunlardan  götürür.  Pab  (ing.  Pub  -  public  house  -

sözünün  qısaldılmış  formasıdır)  əsasən  alkoqol  içkilərinin  satıldığı  yer  olub.  Lakin  əvvəllər  pabların  daxilində

yerləşən  və  salun  adlanan  otaqlarda  yüksək  giriş  məbləğinin  ödənilməsi  ilə  rəqs  quruluşu,  mahnı  oxumaları,

dramatik və komik quruluşları seyr etmək olardı.  Məhz bu məqam quruluşların və əyləncələrin müxtəlif  növlərini

təqdim edən müzik-holların əsasını qoydu.

Bəzi  pablarda  tamaşaların  quruluşlarını  göstərmək  üçün  səhnələr  də  var  idi.  İlk  müzik-holl  -  C. Morton

tərəfindən tikilən Conterbery Mucis Hall sayılır.

Burlesk isə müzikl, kabare və vodevilə yaxın olan əyləncəvi teatrlaşdırılmış şou növüdür. Belə şouların əsas

elementləri  -  mətnaltı  zarafatyana  dialoq,  monoloq  və  rəqslərdir.  Əyləncəvi  şou  kimi  burlesk  ABŞ-da  XIX  əsrin

ortalarında uğur qazandı.

Belə  aydın  olur  ki,  bu  janrların  müziklin  əsasının  qoyulmasında  çox  böyük  təsiri  olsa  da  onlar  sərbəst  və

müstəqil üslub və istiqamətlər kimi də inkişaf etməkdə idilər.

Vodevil isə komik pyes, mahnı və rəqslərlə müşahidə olunan, XVIII əsrin II yarısında Fransada yaranan kiçik

teatr  pyesləri  idi.  Vodevillərin  inkişafı daha  sonra  Rusiyada  da  öz  əksini  tapdı.  Bir  müddət  bu  üslub  dəbdə  olan

janrlardan  birinə  çevrildi.  Lakin  60-cı  illərin  sonlarında  teatr  səhnəsinə  operetta  janrının  daxil  olması  vodevil

janrına olan marağı azaltdı.

Ümumiyyətlə  müziklin  ən  çox  müqayisə  edildiyi  və  qaynaqlandığı  janr  olan  operettanın  kökü  əsrlərin

dərinliklərinə qədər gedir. Müziklin operetta ilə müqayisə edilməsi də təsadüfi deyil. Belə ki, operettada dialoqlar

musiqisiz bir-biri ilə növbələşir, musiqi nömrələri operadakından qısa və yüngüldür, məzmunu əsasən komik süjetə

yazılır, akademik ənənələr isə birbaşa izlənilir.

Maraqlıdır  ki,  operettanın müxtəlif  ölkələrdə  inkişaf  tarixi  fərqli  olmuşdur.  Belə  ki,  bu  janrın  rəsmi  açılışı

1855-ci  ilə  təsadüf  edir.  Bu  ildə  J.Offenbax  Parisdə  özünün  "Buff-Parizyen"  adlı kiçik  teatrını açaraq  burada  89

operetta  səhnələşdirdi.  Bura  "Orfey  cəhənnəmdə"  (1858),  "Jenevyeva  Brabantskaya"  (1859),  "Gözəl  Yelena"

(1864),  "Paris  həyatı" (1866)  və  s.  aid  etmək  olar.  Bu  sahədə  J.Offenbaxın  davamçıları kimi  Ş.Lekok,  E.Odran,

F.Erve, A.Messaje, R.Plankett və s. göstərilə bilər.

İngiltərədə  operettaların  çiçəklənməsi  isə  U.Qilbertin  və  A.Sallivenin  iş  birliyi  nəticəsində  14  operettanın

yaranması  ilə  başlanır.  Bura  "Prisyvjnılar  məhkəməsi"  (1874),  "Penzansın  piratları"(1880),  "Mikado"  (1885),

"Qondolyerlər" (1889) və s. nümunələri aid etmək olar. Bu bəstəkarların yolunu isə E. Cerman, İ. Cons və s. davam

etdirmişlər.  Avstriya  klassik  operettalarının  parlaqlığı  İ. Ştrausun  yaradıcılığı  və  onun  1874-cü  ildə  yazdığı

"Yarasa" əsəri ilə bağlıdır.

Bəstəkar  bu  əsərlə  operetta  janrında  şedevr  yaratdı.  Avstriya  operettalarının  digər  klassiki  K.Millekyor  da

hesab edilir. XX əsrin əwəllərində operetta janrında əsərlər yaradan bəstəkarlar sırasında isə ilk növbədə F.Leqar,

İ.Kalman,  O.Ştraus,  E.Kyunneke,  E.Eysler  və  s.  adları  çəkilir.  N.Stelnikov  "Xolopka"  (1929),  İ.Dunayevski

"Dağlarda çayxana" (1930) əsərləri ilə Rusiyada ilk milli operettanın baniləri sayılırlar.

Azərbaycanda bu janrın ilk dəfə təşəkkül tapması isə Ü.Hacıbəylinin 1913-cü ildə ərsəyə gətirdiyi "Arşın mal

alan"  musiqili  komediyası  ilə  bağlıdır.  Lakin  bununla  yanaşı  Azərbaycan  musiqi  mədəniyyətinin  banisi  olan

Ü.Hacıbəylinin "Ər və arvad" (1909), "O olmasın, bu olsun" (1910) musiqili komediyaları da var.

Qeyd  etmək  lazımdır  ki,  "Arşın  mal  alan"  bəstəkara  və  Azərbaycan  musiqi  mədəniyyətinə  dünya  şöhrəti

gətirsə  də  Ü.Hacıbəylinin  1909-cu  ildə  yazdığı  "Ər  və  arvad"  bu  janrın  ilk  nümunəsidir.  Ü.Hacıbəyli  tərəfindən

qoyulan  bu  yolu  Z.Hacıbəyov,  R.Hacıyev,  T.Quliyev,  Z.Bağırov,  Ə.Abbasov,  S.Ələsgərov,  V.Adıgözəlov  və  s.

davam etdirmişlər.


XX əsrdə isə Avropanın hərbi və milli konfliktləri ona gətirib çıxardı ki, operetta janrında fəaliyyət göstərən

bir çox istedadlı bəstəkarlar I dünya müharibəsi illəri ərəfəsində müxtəlif  səbəblərdən ABŞ-da məskunlaşmağa  və

işləməyə başladılar. Artıq bu dövr üçün ABŞ-da musiqili komediyanın öz ənənələri mövcud idi. Məhz bu məqam

Amerikada  müziklin  aktiv  inkişafı  üçün  təkan  oldu.  20-30-cu  illərdə  isə  C.Körn,  C.Qerşvin,  K.Porter  kimi  yeni

Amerika bəstəkarlarının gəlişi ilə müzikl həqiqi amerikasayağı üslubunu əldə edir.

Beləliklə, bu janrın o dövrdə meydana çıxan caz üslubu ilə uzlaşması XX əsrin II yarısından musiqili teatrın

yeni növünün yaranmasına gətirib çıxardı. Bununla da librettolar mürəkkəbləşdi, ritmlərdə caz və reqtaymın təsiri

hiss edildi, mahnılarda tipik amerikan dönmələri yarandı.

Bu janrın ilk klassikləri isə R.Friml və C.Körn olmuşlar. Bu sırada R.Frimlin "İşıldaquş" (1912), "Roz Mari"

(1924),  "Dilənçilər  padşahı" (1925),  C.Körn  "Üzən  teatr"  (1927),  "Roberta"  (1933)  və  s.  əsərlərini  misal  çəkmək

olar.  30-40-cı  illər  ərəfəsində  isə  C.Qerşvin-K.Porter  "Ket  məni  öp",  V.Gerbert-Z.Romberq  "Şahzadə  tələbə",

R.Rocers-II Xammerstayn "Oklaxoma" və s. kimi əsərlər yazıldı.

II  dünya  müharibəsindən  sonra  yaranan  yeni  populyar  teatrlar,  müzikllar  və  kino  müziklları bu  janra  yeni

nəfəs gətirdi və ümumilikdə müzikl janrının fabulası daha da ciddiləşdi.

50-60-cı illərdə isə F.Lou "Mənim gözəl xanımım" (1956), L.Bernstayn "Vestsayd tarixi" (1957), R.Rocers-II

Xammerstayn  "Musiqinin  səsləri"  (1959),  L.Bart  "Oliver"  (1960),  C.Bok  "Skripkaçı  damda"  (1964),  Şerman

qardaşları "Meri Poppins" (1964), C.German "Hello, Dolli" (1964) və s. əsərlər yaratdılar ki, bu da müzikl janrının

tarixində  ən  önəmli  əsərlər  oldu.  Adı  çəkilən  nümunələr  bu  janra  uğur  gətirən,  populyarlıq  qazandıran  Brodvey

müzikllarını və buna müvafiq olaraq özündə parlaq əyləncəvi şounu təcəssüm etdirirdi.

Lakin 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindən rok operalar yaranmağa başlayır ki, bunun da nəticəsində

ənənəvi  operetta  və  müzikl  janrında  yazılan  tamaşaların  sayı azalır.  Lakin  müzikl  janrı üçün  bu  durğunluq  uzun

sürmədi. Belə ki, 1971-ci ildə E.L.Uebberin müzikl yaradıcılığının ərsəyə gəlməsi bu janr üçün bir növ yeni dirçəliş

mərhələsi  oldu.  Qeyd  etmək  lazımdır  ki,  E.L.Uebber  yuxarıda  adları çəkilən  müəlliflər  sırasında  müasir  musiqili

teatr sahəsində sözsüz ki, yaradıcılıq baxımından ən uğurlu və aktiv müəllif və parlaq fiqur sayılır.

E.L.Uebber hal-hazırda 14-ə yaxın müziklların müəllifidir. Ümumiyyətlə, ingilis müəllifinin bu üslubda əldə

etdiyi  heyrətləndirici  uğuru  bir  çox  məqamlarda  gözlənilməz  idi.  Belə  ki,  o  dövrdə  müziklların  mərkəzi  ənənəvi

olaraq Amerika Brodveyi sayılırdı.  Amerikada Brodvey müzikllarının geniş vüsət aldığı bir ərəfədə İngiltərədə bu

janra qarşı bir qədər etinasızlıq vardı.

Britaniya  teatrının  ən  parlaq  nümayəndələrin-  dən  olan  N.Kovard  isə  qeyd  edirdi  ki,  britaniyalılar  yüngül

musiqini  heç  vaxt  yetərincə  ciddi  qəbul  etmirdilər.  E.L.Uebberin  fəaliyyəti  isə  mövcud  vəziyyətin  tamamilə

dəyişilməsinə  gətirib  çıxardı və  "İsa  Məsih  superulduz"  (1971)  və  "Evita"  (1978)  müzikllarının  premyeralarından

sonra Londonun Uest-Endi Brodveydən az avtoritet qazanmadı.

Nəticədə  İngiltərə  və  Avropada  klassik  üslubdan  fərqli  olan  "romantik"  və  ya  "Avropa"  adı  altında  yeni

müzikl  üslubunun  yayılması  vüsət  aldı.  Bəstəkarlar  bu  yeni  növdə  danışıq  epizodlarından  daha  tez-tez  imtina

etməyə  başladılar  və  onları  birbaşa  musiqi  inkişafı  ilə  əvəz  edərək  mövzu  və  obrazların  diapazonlarını

genişləndirdilər, komediya öz yerini lirik-dramatik və hətta dramatik sujetlərə verdi.

Tədricən  musiqi  dili  mürəkkəbləşdi,  quruluş  səviyyəsinə  və  tamaşa  aktyorlarına  qarşı  tələblər  artdı.  Bütün

bunlar  E.L.Uebberin  yaradıcılığında  da  duyulurdu.  Lakin  müziklin  mərkəzi  Brodvey  hesab  edilsə  də,  o  müxtəlif

ölkələrdə də mövcud idi. Belə ki, keçən əsrdə dünya şöhrəti qazanan fransız bəstəkarı R.Koççantonun "Notr dam de

Pari" əsəri bir növ bu dövlətin simvoluna çevrildisə, Rusiya üçün bu A.İvaşşekonun "Nord-Ost" müzikli oldu. Belə

bir nümunə Azərbaycan musiqi mədəniyyətində də mövcuddur.

Belə  ki,  1973-cü  ildə  Azərbaycanın  görkəmli  bəstəkarı  Q.Qarayev  "Çılğın  Qaskoniyalı"  qəhrəmanlıq

müziklini yazır. Bu əsər Azərbaycan musiqi mədəniyyəti üçün ilk və hələlik ki, yeganə nümunədir. Ümid edək ki,

teatr musiqisinin bu janra məxsus olan parlaq növləri müxtəlif ölkələrlə yanaşı Azərbaycanda da parlayacaqdır.



Ədəbiyyat

1. Kərimova N. Teatr və musiqi. B., 1982.

2. Брехт Б. О театре. М-Л, 1960.

3. Qasımova S., Bağırov N. Azərbaycan sovet musiqi ədəbiyyatı. B.,1984.

4. Saxarova A. "Ендрю Ллойд Уэббер: Британский король мюзикла" "Музыкальный театр" jumalı, 2007.

5. Fətullayeva P. "Teatr musiqisi müasir teatr prosesləri kontekstində". "Musiqi dünyası" jurnalı, №3-4, 2009.

6. ru.wikipedia.orq/wiki/Мюзикл.

РЕЗЮМЕ

Один  из  синтетических  жанров  в  театральной  музыке  -  мюзикл.  В  предлагаемой  вниманию  стат ье

говорится  об  историческом  развитии  мюзикла  в  разных  странах  мира.  В  статье  всесторонне  ох вачены

общие  периоды  развития  разных  жанров  повлиявших  на  мюзикл  и  связанные  с  ними  мно госторонние



течения.

SUMMARY

Musicl - is one an of the sintetic janre of the theater music. This article show the general history of the mu



sic janre in different countries. Article also tell the about different janre affecting this music form.

Təqdim etdi: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrası. 

Elmi rəhbər: sənətşunaslıq doktoru, professor Gülzar Mahmudova.

Kataloq: docs -> JURNAL
JURNAL -> Roza eyvazova
JURNAL -> Naxçivan tariXİNƏ VƏ MƏDƏNİYYƏTİNƏ daiR Əlyazma mətnləRİ SƏbuhi İbrahimov
JURNAL -> «Türkologiya».–2011.№1.–S. 69-75. TÜRk diLLƏRİNDƏ ortaq terminologiyanin yaradilmasi cəMİLƏ babayeva
JURNAL -> İnsan qrupunu qəSDƏn məhv etmək siyasəTİ Nəsir Məmmədov, амеа-nın İnsan Hüquqları İnstitutu Açar sözlər
JURNAL -> Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası Sədnik Paşa Pirsultanlı
JURNAL -> AZƏrbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ ƏDLİYYƏ naziRİ aslan bəy səFİKÜrdskiNİn həyati və FƏALİYYƏTİ Rauf rzayev
JURNAL -> DÜnya azərbaycanlilarinin III qurultayi: Güclü Azərbaycan üçün güclü diaspor Vüsalə Kərimova
JURNAL -> Milli-mənəvi dəyərlərin şagird şəxsiyyətinin formalaşmasına təsiri İsfəndiyar Novruzlu
JURNAL -> «Q a n u n ç u lu q». 2 0 1 № S. 3 2 3 7
JURNAL -> “Qanun”. 2013.№11. S. 58-66. CİNayətkarliq haqqinda

Yüklə 145,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə