Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
Mehdiyeva Səadət Fazil qızı

Cədvəl 3.1.  

Abşeron yarımadası ərazisində daimi su aynasına malik  

olan göllərə daxil olan çirkab suların həcmi  

Sıra 


nömrə

si 


 

Göllər 


 

Sahəsi, ha 

Daxil olan çirkab suların 

həcmi, min m

3

/gün 


Böyük-Şor gölü 

1300 

23,4 


Qırmızı göl 

700 

47,3 


Bülbülə gölü 

300 

25,0 


Hacı-Həsən gölü 

175 

24,7 


Zığ gölü 

20 

5,2 


Qızıl-Nohur gölü 

91 

3,0 


Mirzələdi gölü 

20 

3,5 


Masazır gölü 

833 

8,6 


 

Göllərin  çoxu  çirkab  mənbəyinə  çevrilmiş,  sahil  zonaları  tamamilə 

bataqlıqlaşmış  və  su  mühiti  müxtəlif  inqrediyentlərlə  çirkləndirilərək  yararsız 

vəziyyətə düşmüşdür [13]. 

Abşeron landşaftının səciyyəvi cəhətləridən biri də burada çoxlu duzlu göllərin 

və şoranlıqların olmasıdır. Çox da böyük olmayan göllər yarımadanın şimal və şimal-

şərq  hissəsində  yerləşirlər.  Bunlar:  Masazır  (10  km

),  Böyük-Şor  (9,9  km



), 


Mirzələdi  (6,5  km

2

),  Kürdəxanı  (2,6  km



2

),  Hacı-Həsən  gölləri  (2.004  km

2

)  və 


başqalarıdır. Təbii göllərin əsas qidalanma mənbəyini atmosfer çöküntüləri və qrunt 

suları  təskil  etsə  də,  bir  sıra  göllərin  qidalanmasında  antropogen  təsirlərin  rolu  çox 

böyükdür.  Belə  ki,  ətraf qəsəbələrdə  mərkəzləşmiş  kanalizasiya  xətti olmadığından, 

yaxınlıqdakı  yaşayış  massivlərində  formalaşan  çirkab  sular  həmin  təbii  göllərə 

axıdılır. Bundan başqa, bəzi təbii göllərin rejiminin kəskin dəyişməsinə iri istehsalat 

müəssisələrində  formalaşan  çirkab  suların  axıdılması  da  səbəb  olur  (Zığ,  Qırmızı, 

Böyük-Şor, Hacı-Həsən, Binəqədi, Puta gölləri və s.). Göllərdə ümumi minerallaşma 

dərəcəsi  10-100  q/l-ə  qədərdir.  Kimyəvi  tərkibçə  natrium-xlorlu,  xlorlu-sulfatlı, 

natrium-maqneziumludur.  Göllərin  içərsində  nisbətən  böyükləri  Masazir  və  Böyük-

Şor gölləridir [11,13]. 

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli 



 

 

42 



Sərəncamı  ilə  təsdiq  edilmiş  “2014-2016-cı  illərdə  Bakı  şəhərinin  və  onun 

qəsəbələrinin  sosial-iqtisadi  inkişafına  dair  Dövlət  Proqramı”  çərçivəsində  Abşeron 

yarımadasının 9 gölünün (Xocahəsən, Böyük-Şor, Binəqədi, Qırmızı, Lökbatan, Qu, 

Zığ, Zabrat, Bülbülə gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar 

verilmişdir.  Sərəncama  əsas  göllərin  bərpası  üzrə  işlərin  birinci  icraçısı  qismində 

İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilmişdir. Dövlət proqramı çərçivə-sində 

bərpa edilməsi nəzərdə tutulan ilk göl Böyük-Şor gölü olmuşdur [13]. 

Böyük-Şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin şimal-şərq 

hissəsində,  Binəqədi,  Sabunçu  və  Nərimanov  rayonlarının  sərhəddində  yerləşir. 

Bərpaya  qədər  oval  formalı  gölün  sahəsi  1195  ha,  uzunluğu  şimal-qərbdən  cənub-

şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 2 km-dir. Böyük-Şor 

erozion-abrazion-tektonik  mənşəlidir.  Gölün  təbii  rejmi  atmosfer  yağıntılarının 

miqdarından,  havanın  temperaturunun  illik  gedişindən  asılı  olmuş  və  yaranmasının 

ilkin dövrlərində əsas yeraltı və yağıntı suları hesabına qidalanmışdır. Göl akvatori-

yasının açıq yerlərində dərinliklər 3,40-3,95 m,  maksimal dərinlik isə 4,20 m təşkil 

etməklə, sahilə yaxın hissələrində 0,50-1,70 m arasında dəyişir. Gölün su səthi 1300 

ha, suyunun həcmi isə 45 mln.kub metr olmuşdur. 

“Təmiz  şəhər”  ASC-nin  məlumatlarına  görə  Böyükşor  gölünün  bərpası  2 

mərhələdə  həyata  keçirilmişdir  [11,12,13].  2014-2015-ci  illəri  əhatə  edən  1-ci 

mərhələ çərçivəsində gölün şərq hissəsində 300 hektar ərazinin təcrid edilməsi, gölü 

bölən  yol  bəndinin  inşası,  dib  çöküntülərinin  təmizlənməsi,  suyun  keyfiyyətinin 

yaxşılaşdırılması,  bulvar  və  parkın  salınması  işləri  həyata  keçirilmişdir  [11,12,13] 

(şəkil 5). Layihə ərazisinin təcrid edilməsi məqsədi ilə aşağıdakı işlər görülmüşdür. 

Şərq  hissədə-çirklənmiş  qrunt  sularının  gölə  axıdılmasının  qarşısının  alınması 

üçün  təcridedici  metal  lövhələr  və  drenaj  sistemi  qurulub;  şimal  hissədə-sahilindən 

daxil olan neft axınlarının qarşısının alınması üçün xüsusi bənd inşaa edilib: uzunluğu 

1850 metr, eni isə 5.5 metr (üst), 12 metr (alt); qərb hissədə-inşaa edilmiş yol bəndi 

gölü  iki  hissəyə  ayırır  və  layihənin  mərhələli  icrasına  şərait  yaradır.  Bu  bənd 

gələcəkdə  Ziya  Bünyadov  prospekti  ilə  Balaxanı  şossesini  birləşdirəcək  8  xətli 

magistral yolun özülü olacaq. Bəndin uzunluğu 1570 metr, eni 32 metr (üst), 92 metr  




 

 

43 



şəkil 5 

 

 




 

 

44 



(alt), hündürlüyü 4.5 metr (gölün dibindən), 1,5 metr (su səthindən); cənub hissədə-

layihə ərazisinin cənub sahili boyunca gölə axıdılan çirkab suların qarşısının alınması 

üçün kanalizasiya xətti inşaa edilib.  

Gölün təmizlənməsi zamanı aşağıdakı işlər görülmüşdür. 

-  Gölün  dibinin  təmizlənməsi  üçün  Niderlandan  gətirilən  xüsusi  avadanlıqlar  (1.5 

MVt gücə malik ) istifadə edilmişdir

- Çöküntülərin nəqli üçün 5220 metr uzunluğunda (üzən və yerüstü borular vasitəsilə) 

boru xətləri quraşdırılmışdır; 

-  Gələcəkdə  dib  çöküntülərinin  zərərsizləşdirilməsi  üçün  100  hektar  ərazidə 

müvəqqəti saxlama anbarı inşaa edilmişdir; 

- Gölün dibindən 2.8 mln. m

3

 çirklənmiş dib çöküntüsü kənarlaşdırılmışdır ; 



- Su səviyyəsini tənzimləyən 3 ədəd su keçid hidrotexniki qurğusu quraşdırılmışdır ; 

- İki çökdürmə hovuzuna malik mexaniki təmizləmə sistemi qurulmuşdur. 

Gölün  ərazisində  aşağıdakı  landşaft  və  abadlıq  işləri  görülmüşdür.  Bulvar  və 

park  ərazisində  neftlə  çirklənmiş  torpaqlar  təmizlənib,  gölün  Olimpiya  stadionu 

tərəfində ümumi uzunluğu 7200 metr olan 2 neft, 2 qaz və 2 su borusu yeraltı dəhlizə 

köçürülmüşdür.  Sahilboyu  gəzinti  zolağının  uzunluğu  2,5  km  (o  cümlədən  bulvar 

gəzinti ərazisi 1 km, eni 15-20 m), bulvar sahəsinin ümumi eni 94 m, parkın ümumi 

sahəsi 15,5 ha, fəvvarələrin hündürlüyü 60 m təşkil edir.  

Göldə suyun səviyyəsi və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış 

nəzarət-monitorinq  sistemi  quraşdırılıb.  20  dəqiqəlik  intervalla  suyun  temperaturu, 

qələvilik turşuluq, oksigenin miqdarı, yosunların növü və miqdarı, bulanıqlığı barədə 

məlumatlar əldə edilib. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi 

üçün  xüsusi  avadanlıqlar  tətbiq  edilib,  mühafizə  zonasında  11  ədəd  mühafizə 

məntəqəsi  quraşdırılıb  bərk  tullantıların  atılması  və  əraziyə  kənar  müdaxilələrin 

qarşısı tam alınıb. 

Əldə  edilmiş  ilkin  nəticələrə  görə  gölü  səciyyələndirən  göstəricilər  layihədən 

öncə  və  sonra  müsbət  istiqamətə  dəyişmişdir.  Gölə  axıdılan  çirkab  su  mənbələrinin 

sayı  76-dan  20-yə  düşmüşdür,  gölün  dibində  lil  qatının  qalınlığı  1,3m-dən  0,08m-ə 

qədər azalmışdır (yol verilən hədd 30 sm). Suyun tərkibində neftin miqdarı 306 mq/l-



 

 

45 



dən  107  mq/l-ə  qədər,  yəni  3  dəfə,  gölün  dibində  121077  mq/kq-dan  86  mq/kq-a 

qədər, yəni 1400 dəfə azalmışdır (yol verilən hədd 1000 mq/kq). Növbəti mərhələdə 

göl tamamilə bərpa ediləcək, öz tarixi məcrasına qaytarılacaq, su tənzimlənəcək [13]. 

Hüseynova  L.M.  göstərir  ki,  Böyük-Şor  gölünün  təmizlənməsi,  Balaxanı 

zibilxanasının ləğv olunması, gölün ətrafında olimpiya stadionunun tikilməsi, parkın 

salınması,  geniş  abadlıq  işləri,  antropogen  təsirin  zəifləməsi  suyun  keyfiyyət 

göstəricilərinə də müsbət təsir göstərmişdir [11]. 

Beləliklə,  məlumatların  araşdırılması  göstərir  ki,  Abşeron  yarımadasında  ətraf 

mühitə mövcud olan güclü antropogen (texnogen) təsirlər təbii göllərin çirklənməsinə 

və  süni  çirkli  göllərin  əmələ  gəlməsinə  səbəb  olmuşdur  ki,  bu  da  ərazidə  landşaftın 

digər  elementlərinə,  bütövlükdə  ekosistemin  ekoloji  tarazlığına  mənfi  təsir  göstərir. 

Bu baxımdan Dövlət proqramı çərçivəsində Böyük-Şor gölünün bərpası və gələcəkdə 

digər göllərin də təmizlənməsinin nəzərdə tutulması təqdirə layiq haldır

“Azərbaycan  Respublikasında  ekoloji  cəhətdən  dayanıqlı  sosial-iqtisadi 

inkişafa  dair”  Milli  Proqram,  2004-2008-ci  illəri  əhatə  edən  “Regionların  Sosial-

İqtisadi  İnkişafına  dair”  Dövlət  Proqramı  qəbul  edilmiş  və  artıq  onların  həyata 

keçirilməsinə  başlanılmışdır.  Hər  iki  proqram  üzrə  Respublikanın  ayrı-ayrı 

regionlarında tarixən formalaşmış ekoloji problemlərin aradan qaldırılması siyasətin 

başlıca  istiqaməti  kimi  qəbul  edilmiş,  iqtisadi  inkişafla  ekoloji  tələbin  vəhdətinin 

təmin edilməsi isə perspektiv inkişafın həlledici amili kimi müəyyənləşdirilmişdir. 

Qəbul  olunmuş  Milli  Proqramların  tələblərini,  həmçinin  tarixi  inkişaf 

nəticəsində  formalaşmış  ekoloji  problemlərin  Abşeron  yarımadasında  həlli  üçün 

dövlət səviyyəsində aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edilir: 

-  Abşeron  yarımadası  ərazisində  ekoloji  tarazlığın  təmin  edilməsi  sahəsində 

həyata  keçirilməsi  ilk  növbədə  zərurət  tələb  edən  problemlərin  müəyyən  edilməsi, 

onların mərhələləri həlli strategiyasının işlənib hazırlanması; 

-  Ərazinin  çirklənmə  dərəcəsini  tam  müəyyənləşdirmək  məqsədi  ilə  əlaqədar 

təşkilatların (Torpaq Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ARDNŞ və 

s.)  birgə  səyi  nəticəsində  tam  inventarlaşma  işlərinin  aparılması  və  Abşeron 

yarımadasının böyük miqyaslı (1:50000, 1:100000) ekoloji xəritələrinin hazırlanması; 




 

 

46 



-  ARDNŞ-nin  köməyi  ilə  “Bibi-Heybət”,  “Balaxanıneft”,  “Suraxanıneft”, 

“Binəqədineft”,  “Ə.Əmirov”  adına,  “H.Z.Tağıyev”  adına  NQÇİ-nin  fəaliyyət 

zonalarında neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər 

istehsal tullantıları ilə çirklənmiş ərazilərin tam həcmini müəyyənləşdirərərk, onlarda 

rekultivasiya  işlərinin  aparılmasını  özündə  əks  etdirən  mərhələli  bərpa  proqramının 

hazırlanması; 

-  Bəzi  iqtisadi  çətinlikləri,  xüsusən  maliyyə  çatışmazlıqlarını  nəzərə  alaraq 

Abşeron  torpaqlarının  yaxşılaşdırılması  istiqamətində  ayrı-ayrı  böhranlı  ekoloji 

zonalarda, xüsusən Bakı şəhərinin mərkəzi yaşayış  massivləri yaxınlığında yerləşən 

ərazilərdə  (“Bibi-Heybət”,  “Balaxanıneft”,  “Suraxanıneft”,  “Binəqədineft”, 

“H.Z.Tağıyev” adına NQÇİ-nin fəaliyyət zonalarında) xarici sərmayədarların, Dünya 

Bankının, Avropa İttifaqının TACİS Proqramının və digər maliyyə qurumlarının cəlb 

edilməsi yolu ilə pilot layihələrinin hazırlanaraq həyata keçirilməsi

-  Ekoloji  vəziyyətin  yaxşılaşdırılması  üçün  ARDNŞ-nin  Abşeron  yarımadası 

ərazisində fəaliyyət göstərən və fəaliyyətin son mərhələsində olan neft yataqlarının, 

yerləşdiyi  zonalarda landşaftın  ilkin vəziyyətinin bərpa  olunması şərti ilə  xarici neft 

şirkətlərinə icarəyə verilməsi; 

-  Abşeron  yarımadası  ərazisində  fəaliyyət  göstərən  bütün  müəssisə,  təşkilat, 

xarici hüquqi və  fiziki şəxslər,  neft şirkətləri  cəlb  olunmaqla  ərazinin  ekoloji bərpa 

tədbirlərinin  həyata  keçirilməsi  məqsədi  ilə  “Abşeron  Ekoloji  Fondunun” 

yaradılması, onun Əsasnaməsinin hazırlanması; 

-  “Bibi-Heybət”,  “Balaxanıneft”,  “Binəqədineft”,  “Suraxanıneft”,  NQÇİ-nin 

fəaliyyət  zonalarında  yerləşən  yataqların  hasilatın  son  mərhələsində  olduğunu, 

yataqların  ümumi  sulaşma  faizinin  (95-98)  artdığını  və  bütün  bunlarla  əlaqədar 

formalaşan lay sularından yod-brom istehsalında xammal kimi istifadə imkanlarının 

texnoloji cəhətdən təhlil edilərək həyata keçirilməsi; 

-  Hövsan  kanalının  ümumi  çirklənmə  yükünün  azaldılması  məqsədilə  əvvəllər 

Suraxanı və Balaxanı yod zavodları əsasında yaradılmış Bakı yod zavodunun bərpa 

layihəsinin hazırlanaraq ümumi fəaliyyətinin təmin edilməsi

-  Ərazidə  formalaşan  lay  sularının  zərərli  təsirinin  azaldılması  məqsədi  ilə 




 

 

47 



ARDNŞ-nin “Bibi-Heybət”, “Balaxanıneft”, “Binəqədineft” və digər neftqazçıxarma 

idarələrinin  fəaliyyətdə  olan  ümumi  quyu  fondunun  mühəndis-texniki  cəhətdən  tam 

təhlil edilərək, yüksək sulaşma meylinə malik olan, neft perspektivliliyi qeyri-məqbul 

qiymətləndirilən quyularının ümumi ləğvi proqramının hazırlanıb həyata keçirilməsi; 

-  “Azneft”  İB-nin,  ARDNŞ-nin,  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii 

Sərvətlər  Nazirliyinin  fəal  müdaxiləsi  ilə  Abşeron  yarımadası  ərazisində  fəaliyyət 

göstərən  neft-qazçıxarma  idarələrində,  hasilatın  sabitliyinin  təmin  edilməsi  məqsədi 

ilə geoloji laylarda aparılan bütün mühəndis-texniki işlərin qapalı sistem proqramının 

hazırlanması  həyata  keçirilməsi,  təbii  mühit  kompleksinə  atılan  tullantıların  ümumi 

həcminin əhəmiyyətli dərəcədə azaldılması; 

-  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  fəal 

dəstəyi ilə ARDNŞ-nin köhnə yataqlarda bərpa proqramı həyata keçirən, ətraf mühitə 

tullantıların azaldılması məqsədi ilə öz vəsaiti hesabına təmizləyici sistemlərin, dövri 

su  təchizat  sisteminin  tikintisini  aparan  və  digər  ekoloji  tədbirləri  genişləndirən 

neftqazçıxarma  idarələri  üçün  güzəştli  ödəniş  tənzimləmə  və  stimullaşdırma 

mexanizmi layihəsinin hazırlanması; 

- Yarımada ərazisində bərk məişət və sənaye tullantıları ilə çirklənmiş ərazilərin, 

zibilxanaların  (qanunsuz  tullantı  yerlərinin)  inventarlaşdırılmasının  aparılması  və 

onların  ləğv  edilməsi  üçün  Bakı  şəhəri  İcra  Hakimiyyətinin,  yerli  bələdiyyə 

orqanlarının  və  ərazidə  yerləşən  dövlət,  özəl  qurumların  fəal  maliyyə  dəstəyi  ilə 

mərhələli tədbirlər proqramının hazırlanıb həyata keçirilməsi; 

-  Bərk  Məişət  Tullantılarından  müxtəlif  komponentlərin  (qara  metalı,  qalay 

tərkibli 

lingləri, 

allüminiumu,  makulatura  fraksiyasını)  mexanikləşdirilmiş 

çıxarılması üçün yeni texnlogiya tətbiqinin genişləndirilməsi

-  Abşeron  yaımadası  ərazisində,  praktiki  olaraq  “ölü  zonalara”  çevrilən 

zolaqlarda  radionuklidlərlə  güclü  çirklənmiş  ərazilərin  inventarlaşdırılmasının 

aparılması,  torpaqların  radioaktiv  çirklənmə  dərəcəsinin  dezaktivləşmə  üsulları  ilə 

müəyyənləşdirilməsi,  torpaqların  rekultivasiyası,  prosesdə  formalaşan  tullantı 

torpaqların radioaktiv tullantı məntəqələrinə daşınmasının təmin edilməsi; 

-  Yarımada  ərazisində  tikinti  materialları,  xüsusən  əhəngdaşı  və  qum 




 

 

48 



yataqlarının  istismarı  nəticəsində  yararsız  vəziyyətə  düşmüş,  onların  tullantıları  ilə 

çirklənmiş  torpaq sahələrinin  rekultivasiyası  və  tullantıların  azaldılması  məqsədi ilə 

təbii xammaldan kompleks istifadə olunması tədbirlərinin həyata keçirilməsi; 

-  Abşeron  yarımadası  ərazisində  yaşayış  massivlərində  formalaşan  təsərrüfat-

məişət  sularının  relyefə  axıdılmasının  qarşısının  alınması  üçün  onların  kanalizasiya 

şəbəkəsinə  yönəldilməsinin  təmin  edilməsi,  mövcud  kanalizasiya  şəbəkəsinin 

yenidənqurulması,  kanalizasiya  sularının  tam  təmizlənməsi  üçün  Hövsan  Aerasiya 

Stansiyasında 

və 

Qaradağ, 



Mərdəkan-Şüvəlan 

təmizləyici 

sistemlərində 

yenidənqurma-bərpa işlərinin apaılması; 

-  Sənaye  müəssisələrində  formalaşan  çirkab  axıntı  sularının  həcminin 

azaldılması  məqsədi  ilə  dövri  və  ardıcıl  su  təchizatı  sistemi  şəbəkəsinin 

genişləndirilməsi; 

-  Sənaye  müəssisələrinin  ərazilərində,  onların  sanitar-mühafizə  zonalarında, 

yolların kənarlarında yaşıllıqların artırılması; 

-  Sumqayıt  şəhərində  civə  texnologiyasına  əsaslanan  kaustik  soda  və  xlor 

istehsalının ekoloji tələblərə cavab verən yeni texnologiyalarla əvəz edilməsi; 

- Tullantı sularının su hövzələrinə və daxili sututarlarına axıdılmasının qarşısının 

alınması və göllər ətrafı qəsəbələrin kanalizasiya sistemi ilə təmin edilməsi

- Neft məhsulları ilə çirklənmiş göl və gölməçələrin ləğv edilməsi üçün müvafiq 

tədbirlərin həyata keçirilməsi;  

-  Təbii  və  antropogen  təsirlər  nəticəsində  əmələ  gəlmiş  süni  gölməçə  və 

bataqlıqların qurudulması və torpaq sahələrinin münbitləşdirilməsi; 

-  Qrunt  sularının  yer  səthinə  yaxın  olan  sahələrində  drenaj  sisteminin 

yaradılması məqsədilə mühəndis-layihələndirmə işlərinin aparılması [11,12]. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə