Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   2   3   4   5   6   7   8   9   ...   40
Mehdiyeva Səadət Fazil qızı

Mövzunun  aktuallığı.  Son  zamanlar  Abşeron  yarımadası  və  Xəzər  dənizinin 

karbohidrogen  ehtiyatlarının  mənimsənilməsinin  səviyyəsi  xeyli  artmışdır.  Odur  ki, 

neft  və  təbii  qaz  hasilatının  gələcək  inkişaf  perspektivləri  ekoloji  vəziyyətin 

əhəmiyyətli dərəcədə hərtərəfli tədqiqinin vacib və zəruri olduğunu göstərir.  

Ədəbiyyatlarda göstərildiyi kimi Abşeron yarımadasında 160 ildən artıq bir dövr 

ərzində  neft-qazçıxarma  sənayesinin  inkişafı  ətraf  mühitin  çirklənməsi  nəzərə 

alınmadan həyata keçirilmiş, bu isə təbii mühitin, eləcə də, landşaftların özünübərpa 

prosesini  pozmuş,  onun  bir  sıra  deqradasiyaedici  təsirə  malik  olan  inqridiyentlərlə 

çirklənməsinə səbəb olmuşdur. 

Statistik  məlumatlara  görə  hazırda  Abşeron  yarımadasında  neftlə  çirklənmiş 

ərazilərin ümumi sahəsi 33,3 min ha təşkil edir. Ən çox çirklənmiş sahələr Balaxanı, 

Bibiheybət, Suraxanı, Sabunçu, Ramana və Binəqədi ərazilərində yerləşir ki, onların 

da təmizlənməsinə, rekultivasiyasına böyük ehtiyac vardır. 

Abşeron  yarımadasının  müasir  ekoloji  şəraiti  böhranlı  vəziyyətdədir.  Belə  ki, 

yarımada  100  ildən  artıqdır  ki,  kəskin  antropogen  təzyiqə  məruz  qalmışdır.  Təbii 

ehtiyatların  kütləvi  istifadəsi,  hasil  edilən  xammalın  emalı,  çoxsahəli  sənaye 

obyektlərinin ekoloji baxımdan yanlış yerləşdirilməsi, nəqletmə üçün kommunikasiya 

xətlərinin qənaətbəxş  vəziyyətdə olmaması, bərk və  maye  halında  tullantıların  geniş 




 

 



yayılması yarımadanı başdan-başa ekoloji cəhətdən gərgin əraziyə çevirmişdir [7]. 

Sənaye istehsalının miqyasına görə Abşeron Azərbaycan Respublikasının ən iri 

sənaye  rayonudur.  Onun  payına  bütün  respublikanın  sənaye  istehsalı  məhsullarının 

70%-dən  çoxu,  quruda  neft  çıxarmanın  60%-i,  neft  emalının  hamısı,  bütün  neft-

kimya, maşınqayırma və metallurgiyanın 80%-dən çoxu, elektrik enerjisi istehsalının 

30%-i,  meşə  və  ağac  emalının  75%-dən  çoxu,  yeyinti  sənayesinin  40%-dən  çoxu, 

yüngül sənayenin 50%-i, tikinti materialları sənayesinin 70%-i düşür. 

Bütün  bunlar  göstərir  ki,  Abşeron  yarımadası  ekosisteminin  təxirəsalınmaz 

bərpa işlərinə böyük ehtiyac vardır. 

Abşeron  yarımadasında  yuxarıda  qeyd  olunan  antropogen  təsirlərə  məruz 

qalaraq texnogen pozulmuş və çirklənmiş torpaqların torpaqların ekoloji vəziyyətinin 

öyrənilməsi  və  onun  yaxşılaşdırılması  istiqamətində  kompleks  tədbirlər  planının 

işlənməsi  və  həyata  keçirilməsi  bu  günün  aktual  problemlərindən  biridir.  Magistr 

dissertasiyasının mövzusu da həmin aktual ekoloji problemlərin araşdırılmasına həsr 

edilmişdir. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə