Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   2   3   4   5   6   7   8   9   ...   40
Mehdiyeva Səadət Fazil qızı

Tədqiqatın məqsədi. Tədqiqatın əsas məqsədi Abşeron yarımadasının texnogen 

çirklənmiş  torpaqlarının  ekoloji  vəziyyətini  araşdırmaqdan  və  bərpası  üsullarını 

müəyyənləşdirməkdən  ibarətdir.  Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün 

aşağıdakı məsələlərə baxılması nəzərdə tutulmuşdur: 

-  Abşeron  yarımadasının  təbii-ekoloji  şəraitini  və  müasir  ekoloji  vəziyyətini 

araşdırmaq; 

-  Abşeron  yarımadasında  sənaye  tullantıları  ilə  çirklənmiş  torpaqlar  haqqında 

məlumatların toplanması; 

-Abşeron  yarımadasında  sənaye  sahələrinin  fəaliyyəti  nəticəsində  pozulmuş  və 

çirklənmiş torpaqların hazırki ekoloji vəziyyətini araşdırmaq; 

-Abşeron 

yarımadasında  neftlə  çirklənmiş  torpaqların  torpaq-ekoloji 

parametrlərinin öyrənilməsi; 

-  Yararsız  hala  düşmüş  torpaqların  fiziki,  fiziki-kimyəvi,  aqrokimyəvi, 

xassələrini müəyyənləşdirmək; 

-  Abşeron  yarımadasında  sənaye  tullantıları  ilə  çirklənmiş  torpaqların 




 

 



yaxşılaşdırılması tədbirlərinin araşdırılması; 

-  Neft-qaz  hasilatı  ilə  əlaqədar  Abşeron  yarımadasında  çirklənmiş  ərazilərdə 

aparılmış rekultivasiya tədbirləri və görülən işlərin təhlili.  

-  ARDNŞ-in  “Ekologiya  idarəsi”  və  “Ekol  mühəndislik  xidmətləri”  QSC 

tərəfindən  ərazidə  aparılan  bərpa  işlərinin  araşdırılması,  MS-1  səyyar  qurğusu  ilə 

neftlə çirklənmiş torpaqların təmizlənmə texnologiyasının izahı. 

Qarşıya  qoyulan  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  yerinə 

yetirilməsi nəzərdə tutulmuşdur: 

-Abşeron yarımadası torpaqlarının müasir torpaq-ekoloji şəraitini öyrənmək; 

-Abşeronun  ekosisteminin  müasir  vəziyyətini  tədqiq  etməklə  antropogen 

amillərin bölgəyə olan çoxillik təsirini səciyyələndirmək;  

-Ərazi torpaqlarının ekoloji qiymətləndirilməsini aparmaq. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə