Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı



Yüklə 163,23 Kb.
Pdf görüntüsü
tarix06.06.2020
ölçüsü163,23 Kb.
#31648
9236924321134eaf969c10ef7c61d962


Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:

Sədrlik edən hakim Həmid Həmidov imzaladı



Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi

Sənədin elektron yüklənmə ünvanı:

https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=9236924321134eaf969c10ef7c61d962



Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən

elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə

təsdiq edilmiş əl imzasına bərabər tutulur.

Azərbaycan Respublikası adından

Qərar

Bakı Apelyasiya Məhkəməsinin



İnzibati-İqtisadi Kollegiya

Bakı şəhəri

2-1(103)-1584/2019

12.12.2019

Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), 

Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə,

Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi,

İddiaçı Hadi Mircəlal Mirşamil oğlunun,

Cavabdehin nümayəndəsi Hüseynov Rasim Əfsər oğlunun iştirakları ilə, 

 

İddiaçı Hadi Mircəlal Mirşamil oğlunun cavabdeh Azərbaycan Respublikasının Təhsil



Nazirliyinə qarşı «diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında

şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi»  tələbinə dair 2 saylı Bakı

İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2-1(82)-191/2019 saylı qərarından

cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya

Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

İddiaçı Hadi Mircəlal Mirşamil oğlu cavabdeh Azərbaycan Respublikasının Təhsil



Nazirliyinə (bundan sonra Təhsil Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,

təqdim edilmiş sənədlər üzrə Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və

Hüquq  Universitetini bitirməsi ilə əlaqədar xarici ali təhsil ixtisasının  Azərbaycan Respublikası

ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi  vəzifəsinin cavabdeh Təhsil

Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini  xahiş etmişdir.

İddiaçı Hadi Mircəlal Mirşamil oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə

müraciət edərək, Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq

 Universiteti tərəfindən adına verilmiş 10 iyul  2017-ci il  tarixli, 133124 3159810 nömrəli

(qeydiyyat nömrəsi 1-00597-03) bakalavr diplomununAzərbaycan Respublikası ərazisində

tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsil

Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata

qəbul edilmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə Rusiya Federasiyasının

Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq  Universitetinin hüquq fakültəsinə daxil olmuş,

2017-ci ildə alitəhsiliniuğurlabaşavurduqdansonraona 10 iyul  2017-ci iltarixli 133124 3159810

nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı elektron ərizə ilə cavabdeh Təhsil Nazirliyinə

müraciət edərək, qeyd olunan diplomun ölkə ərazisində tanınmasını və ekvivalentliyin müəyyən


Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:

Sədrlik edən hakim Həmid Həmidov imzaladı



Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi

Sənədin elektron yüklənmə ünvanı:

https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=9236924321134eaf969c10ef7c61d962



Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən

elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə

təsdiq edilmiş əl imzasına bərabər tutulur.

edilməsini xahiş etmiş, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin 12 iyun

2018-ci il tarixli, 23-04-455/ANİ nömrəli məktubu ilə xahişi təmin edilməmiş və bildirilmişdir

ki,Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq  Universitetinin tədris

normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət

ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-

mümkündür.

Cavabdeh inzibati orqan iddiaya yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki,

Nazirlik tərəfindən iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun Azərbay-

can Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq

olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin

müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi ekspert qrupu tərəfindən

müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq

şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində bildirilmişdir ki,

Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq  Universitetinin normativi

üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa

müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi

qeyri-mümkündür.

“Xarici

dövlətlərin



ali

təhsil


sahəsində

ixtisasların

tanınması

ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” nın 1.6-cı bəndinə görə, xarici



dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin

verilməsi bu Qaydalar əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali

təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu

Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Təhsil Nazirliyi

tərəfindən verilir. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında

Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsil

məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq

sahə üzrə tərəfdar çıxdığı beynalxalq müqavilələr, eyni zamanda  sənədi verən ölkədə və

Azərbaycan Respublikasında təhsilin müvafiq sturukturlarına qoyulan tələblərin uyğunluğu

olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə

mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola

bilər.


2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2-1(82)-191/2019

saylı qərarı ilə iddia təmin edilərək Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat

və Hüquq Universiteti tərəfindən Hadi Mircəlal Mirşamil oğluna verilmiş 10 iyul  2017-ci il  tarixli,

133124 3159810 nömrəli (qeydiyyat nömrəsi 1-00597-03) bakalavr diplomunun Azərbaycan

Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi

vəzifəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv

edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayəti cavabdehin yazılı etirazının məzmununa uyğun əsaslandırılmışdır.

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Hüseynov Rasim

Əfsər oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunması və birinci instansiya

məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi, apellyasiya şikayətinin

məzmununa uyğun izahat verdi.

Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Hadi Mircəlal Mirşamil oğlu

apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının

dəyişdirilmədən saxlanılmasını xahiş etdi,  iddia tələbinin məzmununa uyğun izahat verdi.

Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən tərəflərin izahatlarını

dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq

hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə


Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:

Sədrlik edən hakim Həmid Həmidov imzaladı



Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi

Sənədin elektron yüklənmə ünvanı:

https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=9236924321134eaf969c10ef7c61d962



Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən

elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə

təsdiq edilmiş əl imzasına bərabər tutulur.

məhkəmə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

İşin faktiki hallarından görünür ki, Hadi Mircəlal Mirşamil oğlu Rusiya Federasiyasının

Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq  Universitetinin 40.03.01 “hüquqşünaslıq” ixtisası

üzrə proqramı mənimsəmiş və dövlət yekun attestasiyasını uğurla keçmiş, 10 iyul  2017-ci il

tarixdə 133124 3159810 nömrəli (qeydiyyat nömrəsi 1-00597- 03) bakalavr diplomu verilmişdir.

Diploma əlavədən görünür ki, Hadi Mircəlal Mirşamil oğlu həmin Universitetin “hüquqşünaslıq”

ali peşə istiqaməti üzrə təhsil aldığı zaman proqram fənlərindən kafi, yaxşı, əla və məqbul

qiymət almış, tədris təcrübəsini keçmiş, 5 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını

vermişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək diplomun tanınması və ekvivalentlik

haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir və cavabdeh orqan onun müraciətini təmin

etməkdən imtina etmişdir. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki,  Rusiya

Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq  Universitetinin tədris normativi

üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət

ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-

mümkündür. İddiaçı həmin imtina ilə razılaşmayaraq məhkəmədə iddia qaldırmışdır.

Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə mövcud

qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş

Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud

olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya

şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçı

Hadi Mircəlal Mirşamil oğlunun diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır.

Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal

kimi qiymətləndirilməlidir.

Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını,

həmçinin apellyasiya şikayətinin dəlilini iddiaçının universitetin normativi üzrə orada təhsil almaq

üçün tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında qısa müddət ərzində olması

təşkil etmişdir. İddiaçının məhkəmə kollegiyasının iclasına təqdim etdiyi xəstəlik tarixindən

çıxarış həmin hallara yenidən qiymət verilməsi üçün əldə edilmiş sübut olduğundan məhkəmə

kollegiyasının 28 avqust 2019-cu il tarixli aralıq qərardadı ilə inzibati iş üzrə materiallar təqdim

edilmiş iddiaçı Hadi Mircəlal Mirşamil oğlunun xəstəlik tarixindən çıxarışla birlikdə yenidən

araşdırılması üçün cavabdeh inzibati orqana qaytarılmışdır. 03 noyabr 2019-cu il tarixdə

cavabdeh orqanın 31 oktyabr 2019-cu il tarixli, № 18-18-129/12 saylı məktubu daxil olmuşdur.

Həmin məktubdan görünür ki, məhkəmə qərardadının icrası məqsədilə Hadi Mircəlal Mirşamil

oğluna Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq  Universiteti

tərəfindən verilmiş 07 iyul 2017-ci il tarixli, 1331243159810 nömrəli diplom üzrə aldığı ixtisasın

tanınması məsələsi araşdırılmış və sözügedən diplom üzrə aldığı ixtisasın ölkə ərazisində

tanınmaması barədə yekun qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati

orqana sorğu göndərərək həmin yekun qərarın təqdim edilməsini xahiş etmişdir. Cavabdehin

nümayəndəsi məhkəmə kollegiyasının iclasında sözügedən yekun qərarı təqdim etmişdir.

Həmin sənəddən görünür ki, iddiaçı Hadi Mircəlal Mirşamil oğlu 2012-2017-ci illərdə Rusiya

Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetində hüquqşünaslıq

ixtisası üzrə qiyabi təhsil almışdır. Həmçinin qərarın məzmunundan o da müəyyən edilir ki,

iddiaçının diplomunun tanınması məsələsi üzrə dörd ekspert: Nicat İlyasov, Xalidə Şabanova,

Xəyalə Gumbatova və Turan Topalova mənfi rəy vermişlər və Həsən Həsənli diplomun

tanınmasının mümkün hesab olunmaması haqqında qərarı imzalamışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 13.05.2003-cü il tarixli, 64 saylı

Qərar ilə“Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin

müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"təsdiq edilmişdir.

Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar "Avropa regionunda ali təhsil



Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:

Sədrlik edən hakim Həmid Həmidov imzaladı



Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi

Sənədin elektron yüklənmə ünvanı:

https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=9236924321134eaf969c10ef7c61d962



Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən

elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə

təsdiq edilmiş əl imzasına bərabər tutulur.

sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan

Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan

Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə

əsasən hazırlanmışdır.

Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının

tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan

Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində

ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə

tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil

Nazirliyi tərəfindən verilir.

Həmin Qaydaların 3.3.-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına

uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin

elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert

qrupu yaradılır.

Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun

Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan

uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan

Respublikasının Təhsil Nazirliyinə təqdim olunur.

Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara

əsasən verilir: təhsil sahəsində  ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun

uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə

tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan

Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi

rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər.

Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün

təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında

nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların

sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin

verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya

peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər

(ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin

istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

Məhkəmə kollegiyası qeyd edir ki, sərhədkeçmə məlumatından və iddiaçının

ümumvətəndaş pasportundan məlum olduğu kimi, iddiaçı Hadi Mircəlal Mirşamil oğlu təhsil

müddətində yəni, 2012-ci ildə 24 gün, 2014-cü ildə 6 gün, 2015-ci ildə 11 gün, 2016-cı ildə 35

gün, 2017-ci ildə 45 gün Rusiya Federasiyasının ərazisində olmuşdur. İddiaçı 05 aprel 2014-cü

il tarixdən 20 may 2014-cü il tarixdə poliklinikada həkim müşahidəsində olması ilə bağlı

ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış təqdim etmiş və cavabdeh orqan həmin

sənədi mötəbər sübut kimi qəbul etməyərək onun ikinci ildə sessiyalara getmədiyi nəticəsinə

gəlmiş, buna görə də mənfi rəy vermişdir. Göründüyü kimi, qeyd olunan ali təhsil müəssisəsinin

təhsil sənədində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir.

Məhkəmə kollegiyası müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara

əsaslanaraq hesab edir ki, iddiaçı Rusiya Federasiyası Belqorod Kooperasiya, İqtisadiyyat və

Hüquq  Universitetində “hüquq” ixtisası üzrə qiyabi formada təhsil almasını bildirsə də, o qeyd

olunan müddət ərzində dərslərdə və imtahanlarda iştirak etməmişdir. İddiaçı 2013-cü ildə

ümumiyyətlə tədris prosesindən kənarda qalmışdır. Bu cür vəziyyətdə təhsil alan şəxsin özünün

tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, semestr imtahanlarını verməsi

və sonradan diplom işi yazaraq müdafiə etməklə ali məktəb məzunu olması mümkün deyildir.



Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:

Sədrlik edən hakim Həmid Həmidov imzaladı



Məhkəmənin adı: Bakı Apelyasiya Məhkəməsi

Sənədin elektron yüklənmə ünvanı:

https://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=9236924321134eaf969c10ef7c61d962



Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən

elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə

təsdiq edilmiş əl imzasına bərabər tutulur.

Azərbaycan

Respublikası

İnzibati


Prosessual

Məcəlləsinin

73.1-ci

maddəsinin



mənasından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul

edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati

aktın qəbul edilməməsi qanuna zidd  olsun və iddiaçının hüquqlarını pozmuş olsun.

Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci

instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya

ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin

qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin

gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyildir, bu səbəbdən

apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə

yeni qərar qəbul olunmaqla iddia tələbi rədd edilməlidir.

Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual

Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

 

Q Ə R A R A    A L D I:

 

Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya



şikayəti təmin edilsin.

Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2-

1(82)-191/2019 saylı qərarıləğv edilsin.  İş üzrə yeni qərar qəbul olunsun.

 İddiaçı Hadi Mircəlal Mirşamil oğlunun cavabdeh Azərbaycan Respublikasının Təhsil

Nazirliyinə qarşı «diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında

şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi»  tələbinə dair iddiası təmin

olunmasın.

 Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya

Məhkəməsinin

İnzibati-İqtisadi

Kollegiyası

vasitəsilə

Azərbaycan

Respublikasının

Ali

Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh.



AZ1025) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən:

Hakimlər:

Düzdür:


Sədrlik edən: H.Ü.Həmidov

Yüklə 163,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə