MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə11/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   75

Efemer tipli dinamika. Dərin depressiyalı, kəskin qeyri-sabit saylı olub, «kütləvi artma» partlayışı ilə seçi-

lir və hərdən populyasiyanın sayı yüz dəfələrlə çoxalır. Minimum və maksimum arası artım pillələri olduqca tez 

(bəzən bir mövsüm ərzində); sayın azalması (enməsi) da olduqca tez baş verir, belə halda o, «populyasiyanın 

iflası» adlanır. Dinamika dövriliyinin (tsikl) ümumi uzunluğu adətən 4-5 il sürür, bu dövr ərzində 

populyasiyanın say «zirvəsi» çox vaxt bir ildən artıq olmur; bəzi heyvanlarda (məs. xırda gəmiricilər) bu kiçik 

tsikllərdə uzunmüddətli (10-11 il) «böyük dalğalar» öz partlayışı ilə geniş əraziləri əhatə edir. Fərdlərin bolluğ-

unun mövsümi dəyişkənliyi kəskin təzahür olunur.  

Efemer tipli dinamika qısaömürlü (3 ildən artıq olmayan) fərdi adaptasiyanın qeyri-mükəmməl 

mexanizminə və ona uyğun yüksək ölüm normasına malik olan növlər üçün xasdır, bu iri olmayan heyvanlar 

yüksək nəsilverməsi (törəmə) ilə seçilirlər. Belə dinamika tipi xırda gəmiricilər və  qısa inkişaf dövrlü 

həşəratların bir çox növləri üçün səciyyəvidir.  

S.A.Seversov tərəfindən işlənib hazırlanmış sxem say dinamikası tipinin ayrı-ayrı növ və qrupların bioloji 

xüsusiyyətləri ilə  əlaqəsini yaxşı göstərir və sayın dəyişməsi növün, mühitin abiotik və biotik faktorlarla 

qarşılıqlı  təsirinin bütün formalarının inteqral effektini əks etdirdiyini aydın nümayiş etdirir. Dinamikanın 

müxtəlif tipləri faktiki olaraq müxtəlif həyati strategiyaları  əks etdirir. Bu fikir R.Mak-Artur və E.Uilsonun 

(K.Mac. Authur, E.Wilson, 1967) ekoloji strategiyasının konsepsiyasının  əsasını  təşkil edir və müasir ekolo-

giyada geniş vüsət almışdır. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, növün müvəffəqiyyətlə yaşaması və 

təzələnməsi ya orqanizmələrin adaptasiya olunmasının və  rəqabət qabiliyyətinin təkmilləşməsi (yaxşılaşması) 

yolu ilə, yaxud da fərdlərin yüksək ölümünü və kritik vəziyyətdə sayını tezliklə  bərpa olunmasını 

müvazinətləşdirən intensiv çoxalma yolu ilə mümkündür. Birinci yol «K-strategiya» adlanır; bu tipin 

nümayəndələri uzunömürlü çox vaxt iri formalardır; onların sayı xarici faktorlarla limitlənir. K-strategiya 

«keyfiyyətinə görə seçmə» - adaptasiya və möhkəmliyin (sabitliyin) yüksəlməsini ifadə edir, r-strategiya isə 

«miqdara görə seçmə» - böyük itkinin yüksək reproduksiya potensialı ilə kompensasiya (bərpa olunması) 

olunmasıdır. Bu strategiya tipi yüksək ölüm norması və yüksək törəyib artan xırda heyvanlar üçün daha xarakte-

rikdir. r- strategiyasına daxil olan növlər qeyri-stabil şəraiti olan əraziləri tez mənimsəyir və reproduksiyaya 

yüksək səviyyədə enerji sərf edir.  

Tamamilə analoji həyati strategiya bitkilərə xasdır. Hələ 1938-ci ildə L.Q.Ramenski üç strategiya tipi ayırır: 

Violent (lat. düc. zor) tipi – yüksək həyatiliyə malik, ərazini tez mənimsəmək qabiliyyətli, rəqabətə dözümlü 

növlər;  patiyent (lat. dözümlülük) tipi – əlverişsiz təsirlərə dözümlü və onunda əlaqədar digər növlər üçün 

əlçatmaz (çətin) olan yerləri mənimsəmək qabiliyyəti olan növlər: və eksplerent (lat. doldurmaq) tipi – tez çox-

alma qabiliyyətinə malik, aktiv yayılaraq pozulmuş assosiasiyalar olan yerləri mənimsəyən növlər (Ramenski, 

1938, Mirkin, 1985).  

Bu konsepsiya sonralar ingilis botaniki D.Qraym (Y.Çrime, 1979)  tərəfindən inkişaf etdirilərək onu «r» və 

«K» strategiyasının mövqeyi ilə yaxınlaşdırdı. D.Qraym aşağıdakı strategiyaları ayırır:  konkurent optimal 

şəraitli yerlərdə yüksək sıxlığa çatmaq (L.Q.Ramenskinin violent tipinin analoqu); strestolerant (patiyentə 

oxşar) tip – nisbətən az əlverişli yerləri tutan əlverişsiz faktorlara qarşı dözümlü, lakin az məhsuldar növlər və 

ruderal tip – yüksək reproduktiv potensialı və tez böyüməsi ilə fərqlənən növlər; pozulmuş ilkin bitki örtüyü 

olan sahələri tutur; xassələrinə görə eksplerenti xatırladır.        



 

58

Cədvəl 3.1.  



Bitkilərdə populyasiya strategiyasının  

inteqrallaşmış sxemi 

(V.T.Ovçinnikova görə , 1991) 

 

 

 

 



3.9.2. Say dinamikası faktorları. Müasir ekologiyada heyvanların sayının müntəzəm dəyişməsinə məsul 

faktorların iki qrupa bölünməsi qəbul edilmişdir: orqanizmlərin sıxlığından asılı olmayan faktorlar və sıxlıqdan 

asılı olan faktorlar.  

Orqanizmlərin sıxlıq dərəcəsindən asılı olmayan faktorlara kompleks abiotik faktorlar daxildir, onların 

heyvanlara təsiri iqlim və hava vasitəsilə  həyata keçirilir. Bu faktorların bioloji təsiri orqanizm səviyyəsində 

təsir göstərməsi ilə  səciyyələnir, məhz buna görə  də onların təsir effekti orqanizmlərin say və  sıxlığı kimi 

spesifik populyasiyası parametrləri ilə  əlaqədar deyildir. Bu faktorların təsiri birtərəflidir: orqanizmlər onlara 

uyğunlaşa bilər, lakin onların əksinə təsir göstərmək vəziyyətində deyildir.  

İqlim faktorlarının populyasiyasının say səviyyəsinə  və onun dəyişməsi istiqamətinə  təsir effekti ilk 

növbədə təsir edən faktorun gücünün optimal ölçüdən sapması (kənara çıxması) ilə əlaqədar ölüm dərəcəsinin 

artması ilə həyata keçir. Bu zaman ölüm və yaşayıb qalma dərəcəsi orqanizmin adaptasiya olunma mümkünlüyü 

və mühitin bəzi xarakteristikasını  nəzərə alaraq yalnız təsir göstərən faktorun gücü ilə  təyin olunur: əlverişli 

şəraiti olan sığınacağın mövcüdluğu, eyni zamanda faktorların yumşaldıcı  təsiri və b. populyasiyanın sayının 

səviyyəsi (orqanizmlərin sıxlığı) onun dəyişməsinin ümumi istiqamətini müəyyən etmir. Belə ki, əgər qış şəraiti 

qeyri-adi aşağı temperatur və qar örtüyünün qalınlığının az olması ilə  fərqlənərsə, hətta qışın başlanğıc 

dövründə populyasiyanın sayı və sıxlığı yüksək olduqda belə, xırda gəmiricilərin yazda say səviyyəsi olduqca 

aşağı olacaqdır. Analoji qanunauyğunluğu qarın altında sərt  şaxtalardan yuvalarda xilas olunan toyuq 

fəsiləsindən olan meşə quşları üçün də səciyyəvidir.  

Bu faktorlar qrupu bəzi  şəraitdə,  əsas etibarilə yem şəraitinin dəyişməsi ilə, dolayısı ilə  nəsilvermənin 

dəyişməsi ilə də təsir göstərə bilər. Məs., bitkilərin vegetasiyası üçün əlverişli olan abiotik faktorların kompleksi 

fitofaq heyvanların yaxşı artmasına  şərait yaradır.  Əksinə, ot məhsulu çox aşağı olduqda və ya yemin 

əlçatmazlığı  sıxlıqdan asılı olmayaraq ölüm faizini artırır. Dırnaqlı heyvanların uzun müddət aclıqdan kütləvi 

qırılması hadisəsi də məlumdur.  

Orqanizmlərin sıxlığından asılı olmayaraq say dinamikası tsiklinin formalaşması iqlimin və hava tipinin 

çoxillik dəyişməsinin tsiklik (dövrlük) xarakteri ilə bağlıdır.  

Ümumiyyətlə, bir sıra ekoloqların fikirləri bu nəticəyə gəlməyə imkan verir ki, iqlim faktorları, şübhəsiz, 

say artımının nəzərə çarpacaq dərəcədə dəyişməsinə səbəb ola bilər. Lakin bu faktorlarla yanaşı, say artımının 

dəyişməsi bir sıra digər faktorlarla da müəyyən olunur. Bununla yanaşı, iqlim faktorları sabit müvazinətin 

yaranmasına səbəb olmur: bu faktorlar sıxlığın dəyişməsinə cavab vermək (reaksiya vermək), yəni  əks  əlaqə 



 

59

prinsipi ilə  təsir etmək qabiliyyətinə malik deyil. Q.A.Viktorovun (1967) say dinamikasının xarakterinin 



formalaşmasında faktorların roluna əsaslanan təsnifatına əsasən meteoroloji şərait modifikasiyalaşma faktorları 

kateqoryiasına aid edir.  



Orqanizmlərin sıxlığından asılı olan faktorlara (endogen faktorlara) həmin növün sayının səviyyəsinə və 

dinamikasına təsir göstərən onun qidası, yırtıcıları, xəstəlik törədiciləri və b. aiddir. Sıxlıqdan asılı olan 

faktorların təsir xarakteri prinsip etibarilə yuxarıda göstərilən faktorlardan fərqlənir: populyasiyanın digər 

növlərinin say artımına təsir göstərdikdə özləri də o növlərin təsirini hiss edir (sınaqdan keçirir). Beləliklə, bu 

halda biosenozun tərkibindəki müxtəlif növlərin populyasiyalarının qarşılıqlı təsirindən söhbət gedir, onlar hər 

iki növün say artımının biosenotik tənzimləyicisi rolunu oynayır. Bu cür əlaqənin nizamlayıcı effekti qarşılıqlı 

təsir göstərən populyasiyada orqanizmlərin sıxlığından asılıdır.  

Say dinamikası faktorlarının  əsaslı konsepsiyasının yaradıcısı Q.A.Viktorov (1967) populyasiyanın həm 

fərdi sıxlığına, həm də digər növlərin populyasiyalarının sıxlığına (trofik və ya digər qarşılıqlı  əlaqə ilə bağlı  

olan) reaksiya etmək (cavab vermək) qabiliyyətinə əsaslanaraq biotik qarşılıqlı təsiri tənzimləyici (nizamlayıcı) 

faktorlar kateqoriyasına aid edir.  

Say artımı tsikllərinin formalaşmasında biotik qarşılıqlı  əlaqələrin mühüm forması – «İstehlakçı» (sərf 

edici) və onun qidasının əlaqəsi hesab olunur.  

Qidanın induksiya tsiklinin faktoru kimi rolunun ən sadə variantı – qida ilə yüksək təmin olunma doğumun 

inkişafına və istehlakçı-populyasiyada ölümün azalmasına səbəb olmasıdır. Bunun nəticəsində onların sayı 

çoxalır, bu isə qidanın güclü yeyilməsinə və bununla əlaqədar onun sayının (biokütlənin) azalmasına səbəb olur. 

Sonuncu isə istehlaçının həyat şəraitinin pisləşməsinə, doğumun aşağı düşməsinə, ölümün artmasına və sayın 

azalmasına səbəb olur.  

Trofik yaranan say tsiklləri daha aydın şəkildə növ cütlüyünün – «yırtıcı»- «şikar» tipinin qarşılıqlı əlaqəsi 

şəraitində əmələ gəlir.  

«Yırtıcı»-«şikar» əlaqəsinin ümumiləşmiş effektinin əsası ondan ibarətdir ki, hər iki qarşılıqlı təsir göstərən 

populyasiya bir-birinin say artımına və sıxlığına təsir göstərir. Belə qarşılıqlı təsirin ən yüksək nəticəsi hər iki 

növün sayının təkrarən qalxması  və enməsinin formalaşmasıdır, həm də belə  tərəddüd sistemində  yırtıcının 

sayının dəyişməsi fazaya görə  «şikarın» populyasiyasının dinamikasından geri qalır. Bu ilk növbədə 

ixtisaslaşmış yırtıcılara aiddir. Onlar əsas yem növünün miqdarı azaldıqda digər qida növünə keçə bilmir.      

 

3.9.3. Senopopulyasiyanın dinamikası  

Bitkilər üçün say dinamikası anlayışından praktiki olaraq istifadə olunmuş populyasiya tsiklinə hər şeydən 

əvvəl müəyyən növün populyasiyasının strukturunun və fotosenetik funksiyasının dəyişməsi mövqeyindən 

baxılır. Heyvanlarda say artımının dinamikası anlayışı birbaşa populyasiyanın hesab vahidi – fərdlərin sayı ilə 

ifadə olunur. Bitki populyasiyalarında isə strukturun bu aspekti mürəkkəb şəkildə göstərilir; qeyd edildiyi kimi 

populyasiya elementi kimi həm fərdlər (toxum və vegetativ mənşəli fərdlər bioloji baxımdan eyni 

qiymətləndirilmir), həm də vegetativ mənşəli fərdlər (klonlar) birliyi və fərdlərin hissələri (fitoölçülər,yarpaq və 

s.) çıxış edə bilər.  

Senopopulyasiyanın strukturuna bir neçə aspektdə baxıla bilər:  populyasiyanın tərkibi (elementlərin 

kəmiyyətcə nisbəti), quruluşu (sahədə elementlərin qarşılıqlı yerləşməsi, ərazi quruluşu), fəaliyyəti (elementlər 

arasındakı  əlaqələrin məcmusu). Populyasiyanın dinamikasına strukturun bütün aspektlərinin vaxta görə 

dəyişməsi daxildir. Bu zaman populyasiya parametrlərinin dəyişən sırasına miqdar (elementlərin sayı), biokütlə, 

toxum məhsuldarlığı, yaş spektri və  fərdlərin yaş  tərkibi (təqvim yaşı üzrə) daxildir. Senopopulyasiya 

elementlərinin sayı  və  sıxlığı doğum və  məhv olmanın nisbətindən asılıdır; bu göstəricilərin dəyişməsində 

emiqrasiya və immiqrasiya böyük rol oynaya bilər. Məhvolma ilk növbədə ekoloji faktorların kompleksi ilə 

müəyyənləşdirilir.  

Çiçəkli bitkilərdə məhsuldarlıq (çoxalma qabiliyyəti) anlayışı potensial toxum məhsuldarlığına uyğun gəlir, 

bu fərdlərin toxum başlanğıcının, yaxud da zoğun sayına görə təyin olunur. Faktiki toxum məhsuldarlığı (zoğ  

və  fərdə görə tam yetişmiş toxumun sayı) populyasiyanın təkrar artması  səviyyəsini  əks etdirir. Məhz bu 

göstəricinin tərəddüdü (potensial toxum məhsuldarlığının 80%-dən 0,5%-ə kimi) populyasiyanın özünü saxlama 

(özünü qoruma) ekoloji proseslərini  əks etdirir. Toxum məhsuldarlığını  məhdudlaşdıran və onun faktiki 

səviyyəsini təyin edən əsas  faktorlar tozlanmanın kifayət qədər olmaması, resursların çatışmazlığı, fitofaqların 

və xəstəliklərin təsiri hesab edilir.  

Bitki populyasiyalarının təkrar artması (təzələnməsi) və özünü qoruması (saxlaması) prosesində vegetativ 

çoxalma böyük əhəmiyyət kəsb edir. Bu proses kifayət qədər mürəkkəb yolla senopopulyasiyanın yaş spektri ilə 

əladədardır: vegetativ çoxalma bir tərəfdən yaşdan asılıdır, digər tərəfdən isə cavanlaşmaya səbəb olur. Aşağıda 

vegetativ çoxalmanın dörd tipini nəzərdən keçirək.  

1.  Senil partikulyasiyası (lat. senilis – qoca, partis – hissə, qismən), yəni qoca yaşında partikulun 

(vegetativ mənşəli fərdlərin) ayrılması. Partikulyasiyanın bu tipi bir çox milköklü çoxilliklərə xasdır. 

Uzunömürlü olmadığından və partikulun aşağı həyatiliyinin olması ilə əlaqədar populyasiyanın vegetativ özünü 


 

60

saxlama baxımından bu tip effektli sayılmır. Belə tipdə çoxalma enerjisi böyük deyil: vegetativ gələcək nəsil 



ümumi sayın 0,4-4,0%-i qədərdir.  

2. Cavanlaşmayan və ya az cavanlaşan yetişmiş partikulyasiya – zəif vegetativ çoxalma səciyyəvidir. 

Çimli taxılotları, cillər, xırda kökümsov otlara, geoksil kollara xasdır. Partikulun aşağı həyat qabiliyyəti olması 

(ömrü bir qədər uzun olsa da) ilə əlaqədar populyasiyanın özünü saxlaması üçün bu üsul da az effektlidir. Belə 

partikulyasiya tipində enerji az, yəni ümumi miqdara görə vegetativ gələcək nəslin 10-80%-ə qədəri ola bilər. 

3. Səthi (dərin olmayan) cavanlaşan və aktiv böyüyən yetişmiş partikulyasiya – uzun kökümsovlu otlar 

və kollar üçün səciyyəvidir.  

4.  Dərin cavanlaşma gedən generativ partikulyasiya intensiv böyümə ilə  səciyyələnir. Kökdən 

pöhrəverən çoxillik bitkilər üçün xarakterikdir.  

Axırıncı iki partikulyasiya tipi özünü saxlamanın (qorumanın) yüksək effektivliyi ilə səciyyələnir. Bu çoxlu 

pöhrələrin (cücərtilərin, ildə bir ana ağacdan 20-100 pöhrə)  əmələ  gəlməsi ilə (cavanlaşması)  əlaqədardır. 

Bunun hesabına populyasiya yüksək sıxlığa çata bilər.  

Nəsilvermə  və  məhvolmanın səviyyəsinin dəyişməsi müvəqqəti struktur dinamikasını, biokütləni və 

bütövlükdə senopopulyasiyanın fəaliyyətini formalaşdırır. Bu dəyişmələrin effektivliyinin həyata keçirilməsində 

populyasiyanın sıxlığı  əhəmiyyətli rol oynayır. Sıxlıq qanunauyğun olaraq bitkinin böyümə intensivliyinə, 

toxumun məhsuldarlığının və vegetativ böyümənin vəziyyətinə  təsir göstərir: bununla yanaşı, sıxlığın artması 

çarpaz tozlanmanın ehtimalını yüksəldir. Bunun nəticəsində  sıxlıq yenidən bərpa prosesinin nizamlanması 

faktoru kimi çıxış edir. V.N.Sukaçov (1941) göstərmişdir ki, sıxlıq inkişafın intensivliyinə və ona uyğun olaraq 

ömrün uzunluğuna təsir göstərir. Birillik bitkilərdə sıxlıq inkişafı tezləşdirir, çoxilliklərdə isə onu yavaşıdır.  

Sıxlığın böyük nizamlayıcı əhəmiyyəti onun məhvolma (ölüm) səviyyəsinə təsirində təzahür olunur: sıxlıq 

artdıqda məhv olma çoxalır. Sıxlıqdan asılı olan məhv olma (ölüm) dərəcəsi həyat şəraiti yaxşılaşdıqda daha da 

yüksəlir (Sukaçov, 1928).  

Geniş daipazonlu sıxlıqda onun məhvolmağa (ölümə) təsiri parabolik əyrisi üzrə gedir: aşağı sıxlıqda xarici 

faktorların birbaşa təsir göstərməsi nəticəsində ölüm çoxalır, sıxlıq artdıqda «qrup effektliyi» formalaşır, bu 

öldürücü təsiri yumşaldır, sıxlıq müəyyən həddi keçdikdə fərdlər bir-birinə məhvedici təsir göstərdiyindən ölüm 

yenidən artır.  

Sıxlıqdan asılı olan ölüm (məhvolma) bitkilərdə populyasiya tsikllərini nizamlayıcı yeganə mexanizm 

deyildir. Bir sıra hallarda nizamlanma sıxlıqdan asılı olan reproduksiya və ya hər iki mexanizmin birliyi 

(əlaqəsi) vasitəsilə yerinə yetirilir. Biokütlənin səviyyəsi sıxlıqdan asılı olan böyümə və inkişafla nizama salınır. 

Son nəticədə nizamlayıcı mexanizmlərin ümumi cəmi müəyyən növün senopopulyasiyasında yerini və rolunu 

çoxnövlü bioloji sistemin – biogeosenozun strukturunda və funksiyasında müəyyənləşdirir.  

 

3.9.4. Populyasiyanın homeostazı 

Populyasiyanın sabitliyi və nisbi sərbəstliyi onun struktur və daxili xassələrinin dəyişən yaşayış  şəraiti 

fonunda uyğunlaşma xüsusiyyətlərini saxlanmasından asılıdır. Məhz mühitlə dinamik tarazlığın saxlanması 

bütöv bioloji sistem kimi populyasiyanın homeostazı prinsipindən ibarətdir.  

Populyasiya funksiyalarının təzahürünün bütün aspektlərində onların sabitliyinin saxlanması çox böyük 

əhəmiyyət kəsb edir; populyasiya homeostazının çoxtərəfli mexanizmləri  əsasında onları üç mühüm fəaliyyət 

kateqoriyasına bölmək olar: 1) ərazi strukturunun adaptasiya xarakterini saxlaması; 2) genetik strukturun 

saxlanması; 3) orqanizmlərin sıxlığınn nizamlanması. 

Homeostatik funksiyalar canlı orqanizmlərin bütün qruplarına xasdır, lakin o, heyvanlar üçün kifayət qədər 

yaxşı öyrənilmişdir. Ali heyvanlar bu funksiyaların yerinə yetirilməsində yalnız fizioloji proseslər deyil

həmçinin mürəkkəb sinir fəaliyyəti də  iştirak edir. Odur ki, populyasiya homeostazı problemini müzakirə 

edərkən əsasən onurğalı heyvanlar haqqında danıışılacaq.  

Populyasiyaların  ətraf mühitlə qarşılıqlı  təsir formaları  və ümumi populyasiya funksiyalarının yerinə 

yetirilməsi ayrı-ayrı fərdlərin fizioloji reaksiyaları vasitəsilə ifadə olunur.  

 

Ərazi strukturunun saxlanması 

Qidanın növ xüsusiyyətləri, çoxalmanın biologiyası, abiotik faktorlara münasibət hər bir növə xas olan 

ərazidən istifadənin ümumi xarakteri və sosial münasibətləri tipini formalaşdırır. Bu, son nəticədə 

populyasiyanın  ərazi (ərazi-etoloji) strukturunun növ tipini təyin edir, bunun ən səciyyəvi (tipik) meyarları 

(kriteri) növə uyğun məskunlaşma yeri, əraziyə bağlılıq dərəcəsi, fərdlərdə aqreqasiyanın mövcudluğu və 

xarakteri və  məkanda (ərazidə) onların dispersliyi sayılır.  Ərazi strukturunun növ tipinə  həm də göstərilən 

parametrlərin qanunauyğun, dövri təkrar olunan (məs. mövsümi) dəyişməsi daxildir.  

Yuxarıda qeyd edildiyi kimi, hətta bir növ daxilində populyasiyada fərdlərin ərazidə yerləşməsinin konkret 

forması qida obyektlərinin (qida elementlərinin) miqdar və paylanması dinamikasından, mikroiqlimin mövsümi 

və dövri olmayan dyişməsindən və s. nəzərə çarpacaq dərəcədə  dəyişə bilər. Göstərilən faktorlar tərəfindən 

yaradılan fərdlər və onların qruplaşmaları arasındakı məsafə fərdi, qruplaşmaların ölçüsü (böyüklüyü), ərazidə 


 

61

yerdəyişmə (yayılma) xarakteri populyasiyanın ərazi strukturunun növ tipinin biologiyasının daha çox ümumi 



xüsusiyyətləri ilə müəyyən olunur.  

Ərazinin «fərdiləşdirilməsi» mexanizmləri.  Daimi bir sahədə  məskunlaşmanın bioloji üstünlüyü yalnız 

ərazinin «fərdiləşdirilməsi»  şəraitində, oranın ancaq daim yaşayan fərdlər və ya qruplaşmaların istifadəsi 

şəraitində reallaşa (həyata keçə) bilər. Qeyd edildiyi kimi, rezident fərdlər  ərazinin sahəsinə tanış oriyentir 

(istiqamət) sistemi ilə bağlıdır, oriyentir sistemindən kənara çıxdıqda isə oriyentir reaksiyası baş verir, bu isə 

sahəyə geri dönməyə stimul yaradır. Lakin davranışın belə stereotipi rezidentə  həmin növdən olan fərdlərin 

onun ərazisinə daxil olmasına zəmanət vermir. Belə zəmanət resurslardan intensiv istifadə edən oturaq növlər 

üçün xas olan ərazi davranışı kompleksi ilə müəyyən olunur.  

Ərazi təcavüzkarlığı.  Ərazi qarşılıqlı  əlaqəsinin birbaşa forması genetik təcavüz davranışı olub öz 

növünün fərdlərinin sahəyə daxil olmasıdır. Bu və ya digər formada ərazi təcavüzü yaşama sahəsi olan bütün 

növlərə, o cümlədən onurğasızlara (bəzi həşəratlar, xərçəngkimilər və b.) da xasdır.  Ərazi konfliktində 

əksəriyyət hallarda qarşılaşma zamanı  fərd rezidentin – həmin sahənin «sahibi»nin qalib çıxması bioloji 

baxımdan mühüm sayılır. Bu qanunauyğunluğun təsdiqi təbii populyasiyalarda müşahidə olunmuşdur. Belə ki, 

təbii şəraitdə uzun müddət fərdi nişanlanmış kiçik sünbülqıranlar üzərində aparılan müşahidələr göstərmişdir ki, 

öz sahəsində yemlənən sünbülqıran gözlə görünməyən, lakin ciddi mühafizə olunan sahədə sərhədi keçən digər 

vəhşi heyvanın üzərinə (hətta tanıdığı qonuşusu olduqda belə) atılır. Bu zaman bir qayda olaraq yad (gəlmə) 

qaçmağa üz tutur, «sahib» onu sərhədinə kimi qovur. Bəzi halda «sahib»in qovmağa başı qarışaraq özü yad 

əraziyə keçir. Bu zaman vəziyyət dəyişir, qorxub qaçan heyvan öz sahəsinə çatdıqda hücuma keçərək onu təqib 

edəni qovmağa başlayır (Soldatova, 1967).  

Kompleks  ərazi davranışı birbaşa hücum, döyüş, təqiblə bitmir. Halbuki belə  sərt mühafizə formalarına 

nisbətən az rast gəlinir. Praktiki olaraq birbaşa təcavüz çox vaxt davranışın ritual formaları ilə (hədə-qorxu 

pozaları (vəziyyəti)), spesifik səs siqnalları, fiziki kontakta (toqquşmağa) çatdırılmayan hücum nümayiş 

etdirmək və s. müşayiət olunur.  

 

Ərazinin nişanlanması 

Sahənin fərdləşdirilməsinin  ən «yumşaq» üsulu olub təcavüzlə  əlaqəsi yoxdur. Nişanlama üsulları 

müxtəlifdir. Görmə qabiliyyəti yaxşı inkişaf etmiş növlərdə  ərazinin vizual nişanlanması müşahidə olunur. 

Məs., yaxşı görünmə  şəraitini tutan mərcan balıqlarının nəzəri cəlb edən cizgiləri ilə parlaq rəngi  ərazinin 

tutulmuş olduğunu göstərən kifayət qədər gözə çarpan siqnaldır. 

Quşlarda sahənin nəğmə oxuma və başqa səs siqnalları şəklində akustik nişanlanması aydın təzahür olunur. 

Quşların səsində həmişə fərdilik çalarlar müşahidə olunur. Nəğmənin mürəkkəb cizgisində ərazi siqnalı daşıyan 

konkret hissəni seçmək olar. Bütün bunlar qonşulara qonşu sahənin nişanlanmış  sərhədini müəyyən etməyə 

imkan yaradır.  

Ərazinin səslə nişanlanması başqa heyvanlara da xasdır. Məs., suitinin yaşlı erkəkləri öz sığınacağının ərtaf 

sualtı sahəsini tez-tez çıxardığı trelin (cəh-cəhin) köməyi ilə nişanlayır. Cənubi Amerika meymunu revun 

Aluatta və bəzi digər primatlar sahəni səsləri ilə nişanlayır. Amerika burundik dələləri Tamiasciurus və digər 

məməlilər də ərazinin tutulmuş olduğunu səs siqnalları ilə bildirirlər; amfibiya və bir sıra onurğasız heyvanlarda 

da səs nişanlanmasına rast gəlinir.  

Əksəriyyət məməlilərdə ərazinin nişanlanmasında iy (qoxu) nişanlanması, mühüm əhəmiyyətə malikdir, bu 

həmin heyvanların həyatında iybilməni mənimsəmək kimi aparıcı rola uyğun gəlir.  İy «daşıyıcı» kimi sidik, 

ekskrement və bir çox ərazi növlərinə xas olaraq müstəsna  əhəmiyyət daşıyan xüsusi vəzilərin sekretləri 

(şirələri) hesab olunur. Öz sahələrini sidik və peyinlə nişanlamaq praktiki olaraq bütün məməlilərə xasdır. Bir 

çox növlərdə spesifik dəri vəziləri olur, bu vəzilər dayanıqlı iyli sekret (şirə) ayırır. Belə  vəzilər bir sıra çöl 

sicanları, qum siçanları  və digər siçanabənzər gəmiricilərə xasdır, onlar həmçinin kisəli uçar mişovullarda, 

panqolinlərdə, dırnaqlılarda və başqa növlərdə  təsvir edilmişdir. Bu vəzilərin ayrılmasından iy siqnalının 

məlumatlığını artıraraq nişanlamada istifadə olunur. Spesifik vəzilərdən istifadə iy nişanlarını  təmiz  ərazi 

siqnalından mürəkkəb populyasiyadaxili kommunikasiyaya (ünsiyyət vasitəsinə) çevirir.  



Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə