MƏMMƏdov qəRİb xəLİlov mahmud


Biosenozda orqanizmlərin əlaqələri



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə13/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   75

4.2. Biosenozda orqanizmlərin əlaqələri 

Biosenozların yaranması  və mövcudluğunun  əsası orqanimzlərin eyni biotopda yerləşərək bir-birilə 

əlaqəsindən ibarətdir. Bu əlaqələr növlərin qruplaşmasında  əsas yaşama  şəraitini, qida əldə etməsini və yeni 

ərazilər zəbt etməsini müəyyənləşdirir.  

V.N.Beklemişevin təsnifatına  əsasən növün biosenozda müəyyən ekoloji sığınacaq tapması  əhəmiyyətinə 

görə bilavasitə və dolayı vasitəli əlaqələr  dörd tipə bölünür: trofik, topik, forik və fabrikasiya əlaqələri.  

Trofik əlaqələr. Bir növün digər növun fərdinin hesabına (ya diri halda, ya ölü qalıqları, yaxud da həyat 

fəaliyyəti məhsulu ilə)  qidalanması zamanı baş verir. İynəcənin digər həşəratı uçan halda tutması, peyin qurdu 

böcəyinin iri dırnaqlıların peyini ilə qidalanması, arının bitkinin nektarını toplaması onlara qida olan növlə 

bilavasitə trofik əlaqəyə girməsi deməkdir.  



Topik əlaqələr – bir növün həyat fəaliyyəti nəticəsində digər növün yaşayış şəraitinin istənilən fiziki və ya 

kimyəvi dəyişməsi ilə xarakterizə olunur. Bu əlaqələr  olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün 

mühit yaratması (məsələn, daxili parazitizmi və ya yuva kommensalizmi), substratın formalaşdırması ilə 

əlaqədar digər növün nümayəndələri ya bura köçür, yaxud da əksinə suyun, havanın hərəkətinin təsiri, tempera-

turun, ətraf sahənin işıqlanmasının dəyişməsi, ayrılma (ifrazat) məhsulları ilə mühitin doyması və s. səbəbdən 

köçməkdən çəkinir (imtina edir). Milçək sürfələrinin inək peyinində  məskunlaşması, ağacın gövdəsindəki 

şibyələr, onlar üçün substrat və ya yaşama mühiti sayılan orqanizmlərlə bilavasitə topik əlaqədə olurlar. Digər 

orqanizmlər üçün mühit yaratmaq və ya mühiti dəyişməkdə bitkilər xüsusən böyük rola malikdir. Bitki örtüyü 

enerji mübadiləsi xüsusiyyətinə görə yer səthində isitiliyin paylanması, mezo və mikroiqlimin yaranmasında 

güclü faktor hesab olunur. Meşə çətiri altında meşəaltı kollar, ot örtüyü, həmçinin heyvanat aləmi, az dəyişən 

(sabit) temperatur və yüksək rütubətlik şəraitində olur.  

Ot örtüyü ətraf ərazinin rejimini az da olsa dəyişdirir. Bozqır şəraitində çim örtüyünün yanında ot olmayan 

yerə nisbətən torpağın səthində temperatur 8-12

0

 aşağı olur. Burada çoxlu xırda həşəratlar toplanır. Mənfi və ya 



müsbət topik qarşılıqlı  əlaqələr nəticəsində növun biri biosenozda digərlərinin yaşamasını  təyin edir və ya 

kənarlaşdırır.  



 

67

Topik və tropik əlaqələr biosenozda olduqca böyük əhəmiyyət daşıyaraq onun mövcudluğunun  əsasını 



təşkil edir. Məhz bu əlaqə tipləri müxtəlif növdən olan orqanizmləri bir-birinin yanında saxlayır və onları 

müxtəlif miqyasda kifayət dərəcədə sabit qruplaşmada cəmləşdirir.  



Forik əlaqələr. Bir növün digər növün yayılmasında iştirakı deməkdir. Nəqletmə (daşıma) rolunda heyvan-

lar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması  zooxoriy

digər daha xırda heyvanları daşıması  foreziya adlanır. Daşıma (nəqletmə) adətən xüsusi və müxtəlif 

uyğunlaşmalar vasitəsilə həyata keçirilir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla tutub saxlaya 

bilər. Passiv tutmaq (ilişib qalmaq) heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin tox-

umu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) 

ilişərək aparılır. Toxumların belə yayılması ən çox məməli heyvanlarda (məs. qoyun) müşahidə olunaraq kifayət 

qədər uzaq məsafələrə aparılır. Aktiv ilişmək üsulu – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə 

və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə ayırır. Göbələk 

sporlarının aparılmasında həşəratların rolu böyükdür. Görünür göbələklərin meyvə gövdəsi yayıcı  həşəratlar 

üçün cəzbedicidir.  

Fabrikasiya  əlaqələri.  Biosenotik  əlaqənin belə tipində növ iştirak edərək öz tikintisində (fabrikasiya) 

ayrılma məhsulları, yaxud ölü qalıqlar, yaxud da hətta digər növün canlı fərdlərindən istifadə edir. Məs., quşlar 

yuvasını qurmaq üçün ağacların budaqlarından, məməlilərin tükündən, ot, yarpaq, başqa quş növünün tükü və 

lələyindən istifadə edirlər.  



Fizioloji optimum – növ üçün bütün abiotik faktorlar birliyi əlverişli olub, böyümə  və çoxalmanın daha 

sürətlə getməsi mümkündür.  



Sinekoloji optimum – elə biotik əhatədir ki, növ düşmənləri və rəqibi tərəfindən ən az təzyiqə məruz qalır, 

bu isə onun müvəffəqiyyətlə artmasına imkan yaradır. Sinekoloji və fizioloji optimumlar çox vaxt uyğun gəlmir. 

Əgər uyğun biotopda ekoloji sığınacaq olduqca güclü rəqib tərəfindən zəbt olunubsa və yırtıcı və parazitlərin 

təsiri güclüdürsə, növ orada yaşamır. Biosenozu formalaşdıran növarası  əlaqələr orada məskunlaşan növlərin 

qanunauyğun münasibətinə, onların ekoloji xüsusiyyətlərinə, sayına, məkanda paylanmasına  şərait yaradır, 

başqa sözlə biosenozun müəyyən strukturunu yaradır.  



4.3. Yırtıcı – şikar, parazit-sahib əlaqələri. Canlılar arasında olduqca müxtəlif qarşılıqlı əlaqələr arasında müxtəlif sis-

tematik qrupların orqanizmləri üçün ümumi olan müəyyən əlaqə tiplərini ayırmaq olar.  

Yırtıcı-şikar, parazit-sahib əlaqələri bilavasitə qida əlaqəsi olub, partnyorlardan biri üçün müsbət, digəri 

üçün mənfi nəticə verir. Ekoloji qida əlaqələrinin bütün variantlarını, o cümlədən çəməndə otlayan inəyi də bu 

əlaqə tipinə aid etmək olar. İstənilən hoterotrof orqanizm qruplaşmada digər heterotrofu və ya avtotrofu 

yeməyin hesabına yaşayır.  

 

Øÿêil 4.3. Ëîòêè - Âîëòåð (Â.Âîëòåððà) ìîäåëèíÿ ýþðÿ «éûðòûúû – 

øèêàð» ñèñòåìèíäÿ ìèãäàðûí ãàðøûëûãëû ÿëàãÿëè òÿðÿääöäö Í

1

 - 

øèêàð, Í

2

 - éûðòûúû 

Digər heyvanlarla (ovlayıb) qidalanan heyvan yırtıcı adlanır. Yırtıcılar üçün xüsusi ovlama davranışı 

səciyyəvidir. Həşəratların çoxluğu və kiçik ölçüdə olması və asan əldə olunması fəaliyyəti ətyeyən heyvanları 

(adətən quşları) yırtıcıya çevirir. Onlar ovunu sadəcə «toplama» («yığma») ilə  əldə edərək (quşlar toxumları, 

dəni yığaraq) onunla qidalanırlar. Həşəratyeyən yırtıcılar qidanı əldə etmək üsuluna görə otyeyən heyvanların 

otlamasına bənzəyir. Ekoloji baxımdan belə qidalanma üsulu həm çəməndə otlayan dırnaqlı sürülər, həm də 

ağacın çətirində yarpaqlarını yeyən tırtıl üçün səciyyəvidir. Bəzi quşlar həm həşəratla, həm də toxumla 

qidalanır.  



Parazitlik (parazitizm) – növlər arasında qida əlaqə forması olub, partnyor orqanizm (konsument) canlı 

sahibinin bədənindən həm qidalanma mənbəyi, həm də məskunlaşma (yaşama) yeri (daim və ya müvəqqəti) ki-

mi istifadə edir. Parazitlər öz sahibindən xeyli kiçik olur. Parazitizm yırtıcılardan fərqli olaraq növlərin dar 

çərçivədə ixtisaslaşması ilə  səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroiqlim, 

mühafizə və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə nə qədər yaxşı uyğunlaşarsa, onun 

orada çoxalmaq və nəsilvermək ehtimalı da artar.  

Parazitlik əlaqələri ziyanverici həşərat və bitki, qansoran həşərat, heyvan və s. ola bilər. Parazit həşəratlar 

çox vaxt epidemiyanın yayıcısı ola bilər (bitlər-tif, gənələr-ensefalit xəstəliyi və s.). 



 

68

Parazitin sahiblə  sıx təmasda olması iki cür seçmə  nəticəsidir. Parazitlərin çoxları tam və uzun müddət 



sahibindən istifadə edərək onun tez ölümünə  səbəb olmur və özünün daha yaxşı yaşamasını  təmin edir. Öz 

növbəsində sahibinin orqanizminin müqavimət gücünə görə seçmə onun üzərində parazitlik edənin vurduğu 

ziyan getdikcə az hiss olunur. Təkamül gedişində sahib və parazit arasındakı kəskin əlaqələr neytral hala, daha 

sonra isə iki növ arasındakı əlaqə hər ikisinə faydalı əlaqəyə çevrilir.  

Parazitlər tərəfindən vurulan fəlakətli ziyan əksəriyyət halda əlaqələrin uzunmüddətli təbii seçmə yolu ilə 

hələ sabitləşməsi zamanı müşahidə olunur. Odur ki, təsadüfi başqa yerdən gətirilən ziyanvericilər kənd 

təsərrüfatı bitkilərinə və heyvanlara yerli parazitlərdən daha çox zərər yetirir. Y.Odum (1975) qeyd edir ki, «ye-

ni mənfi qarşılıqlı təzyiqin yaranmasından qaçınmaq və əgər o, baş verərsə, mümkün qədər onun qarşısını almaq 

lazımdır». 

Yırtıcılıq, parazitizm və digər qida əlaqələri variantlarının əsas ekoloji rolu canlı orqanizmlərin ardıcıl ola-

raq bir-biriləri ilə qidalanaraq maddələrin dövranına  şərait yaratmaqdır, məlumdur ki, onsuz həyatın 

mövcudluğu qeyri-mümkündür. Bu əlaqələrin digər mühüm rolu növlərin sayının qarşılıqlı tənzimlənməsidir.  

Bir yırtıcının məhv etdiyi şikarın ümumi sayı əvvəlcə onun istifadə etdiyi növün sayına mütənasib sürətdə 

artır. Buna yırtıcının şikara qarşı funksional reaksiyası deyilir. Lakin istifadəçinin (yırtıcının) fiziki imkanından 

irəli hüdudu vardır. Yırtıcılar tam doyduqdan sonra adətən qurbana (şikara) qarşı reaksiyası  zəifləyir.  Şikarın 

sonrakı artımı yaxşı yem bazası əsasında yırtıcının sayının çoxalması ilə baş verir.  

Yırtıcı  və  şikarın sayının tərəddüdü nisbətən daimidir, onların amplitudası isə mühitin digər faktorlarının 

təsiri ilə  əlaqədar olaraq geniş hüdudda dəyişə bilər. Say tərəddüdü müxtəlif səbəblərdən (çox vaxt təsadüfi) 

partnyorlardan birinin sayı sıfıra enənə qədər davam edir. Belə tərəddüdlər xüsusilə, növarası əlaqələr müxtəlif 

olmayan kasıb qruplaşmalarda (tundra və qütb səhralarında, bir ağac cinsi hakimlik edən meşədə, mədəni bağda 

və s.) aydın görünür.  

Y.Odum (1975) kommensalizm, kooperasiya və mutualizmi (simbiozu) qarşılıqlı  təsirin müsbət 

növünə aid edir. Ekoloqların çoxunun fikrincə sabit (stabil) ekosistemlərdə mənfi və müsbət qarşılıqlı təsirlər 

tarazlıqda olmalıdır.  

Kommensalizm, kooperasiya və mutualizmə  təkamül gedişində müsbət qarşılıqlı  təsirin ardıcıl 

mükəmməlləşmə mərhələsi kimi baxmaq olar.  



4.4. Kommensalizm – müsbət qarşılıqlı  təsirin daha sadə tipi sayılır.  İki növ arasında gedən qarşılıqlı 

təsirin bu formasında növün biri öz fəaliyyəti ilə (kommensala) qida və ya sığınacaq verir. Başqasının yaşayış 

yerinə köçən orqanizmlər (kommensallar) «ev yiyəsinə» heç bir ziyan yetirmir. Sığınacaq kimi ya tikintidən 

(yuva), yaxud digər növün bədənindən istifadə olunur. Ağacların gövdə qabıqlarında epifit bitkilərin 

məskunlaşması da kommensalizm sayılır. Quş  və  gəmiricilərin yuvalarında buğumayaqlıların olduqca çoxlu 

növləri məskunlaşır və orada parçalanmış (çürümüş) üzvi qalıqların və ya digər birgə sakinlərinin qalıqları 

hesabına qidalanırlar. Bir çox növlər yalnız yuvalarda yaşayır və oradan kənara çıxmırlar, belə növlər nidikol 

adlanır.  

Kommensalizm  əlaqə tipi təbiətdə olduqca mühüm hesab edilir. Belə  əlaqə növlərin daha sıx birgə 

yaşamasına, mühitdən, qida resurslarından daha tam istifadə etməyə şərait yaradır.  

Lakin bəzən kommensalizm başqa əlaqə tipinə keçir. Məsələn, qarışqa yuvasında çoxlu qarışqalarla birlikdə 

stafilinid böcəyinin növlərinə rast gəlinir. Onların yumurtaları, sürfə və pupları qarışqa balaları ilə birlikdə olur. 

Bu balalar böcəyin yumurta, sürfə  və baramasına qulluq edir, onları yalayır və xüsusi kameralara daşıyırlar. 

Bəzən qarışqalar iri böcəyi də qidalandırır.  



 

4.5. Mutualizm (simbioz) – Təbiətdə növlərin geniş yayılan qarşılıqlı faydalı əlaqəsi müfualizm adlanır. 

Mutualistik əlaqələr əvvəlki parazitizm və ya kommensalizmin əsasında baş verə bilər. Qarşıqlıqlı faydalı birgə 

yaşayışın inkişaf dərəcəsi olduqca müxtəlif ola bilər – müvəqqəti qeyri-məcburi əlaqələr və partnyorların iştirakı 

hər ikisinin həyatı üçün mühüm mütləq şəraitə çevrilən əlaqələr. İki növün belə ayrılmaz faydalı əlaqəsi simbioz 

adını almışdır.  

Simbiotik əlaqənin klassik misalı kimi şibyəni göstərmək olar. Şibyə göbələk və yosunun sıx birgə yaşayış 

tərzidir. Şibyələrin tərkibinə göbələklərin üç sinif nümayəndəsi (aksomiset, bazidiomiset və fikomiset) daxildir.  

Təbiətdə sərbəst vəziyyətdə ehtimal ki, şibyəli göbələyə rast gəlinmir. Göy-yaşıl, sarı-yaşıl, yaşıl və qonur yo-

sunlar şöbəsində 28 cinsin nümayəndələri aşkar olunmuşdur. Onların çoxuna sərbəst yaşama vəziyyətində rast 

gəlinir. Simbioz (şibyə) çox güman ki, yosunun üzərində göbələyin parazitizmi ilə  əmələ  gəlmişdir. Təbiətdə 

20000 növdən artıq belə simbiotik orqanizmlər mövcuddur, bu belə yaşamağın (mövcudluğun) müvəffəqiyyətli 

olmasını göstərir. Y.Odum (1975) obrazlı surətdə qeyd edirdi ki, yosunun parazitliyi ilə iki müxtəlif növün har-

monik qarşılıqlı təsirə doğru keçdiyi yol – «lişay modeli» insan üçün simvolik yol olmalı, təbiətlə mutalistik 

əlaqə yaratmalıdır, çünki insanın özü heterotrofdur və mövcud resurslardan asılıdır.  

Çoxhüceyrəli heyvan və bitkilərdə mikroorqanizmlərlə birgə simbioz çox geniş yayılmışdır. Bir çox ağac 

növlərinin mikoriza göbələkləri ilə birgə yaşayışı, havadakı molekulyar azotu fiksasiya edən kökyumru bakte-

riyalar Rhizobium məlumdur. Azot fiksasiya edən simbiontlar 200 növ digər örtülütoxumlu və çılpaqtoxumlu 


 

69

bitkilərin köklərində aşkar edilmişdir. Mikroorqanizmlərlə simbiozun tarixi bəzən çox uzaq keçmişə gedir, ona 



görə simbiotik bakteriya koloniyalarına çoxhüceyrələrin xüsusi orqanları kimi baxmaq olar.  

Sibir sidr şamı ilə, sidr ağaclarında yuva quran quşlar (sidrquşu, sitta quşu və kukşa) arasındakı mutualistik 

əlaqələr mütləq olmasa da, olduqca zəruridir. Bu quşlar Sibir sidrinin toxumları ilə qidalanaraq, yem toplamaq 

instinktinə  də malikdir. Onlar xırda toxumları (qozaları) hissə-hissə mamır qatının və  meşə töküntüsünün 

altında gizlədirlər. Bu «ehtiyatın» çox hissəsini quşlar tapa bilmir və toxumlar cücərir. Beləliklə, bu quşların 

fəaliyyəti sidr şamının təbii bərpasına kömək edir, belə ki, toxumlar torpaqla əlaqəni kəsən qalın meşə 

döşənəyinin səthində cücərə bilmir. Qarğaların qoz ağacının toxumlarını gizlətməsi də buna uyğun misaldır. 

Şirəli meyvəsi olan bitkilərlə quşlar arasında da qarşılıqlı faydalı  əlaqələr vardır, onlar bu bitkilərin 

meyvələri ilə qidalanır və adətən həzm oluna bilməyən toxumları əraziyə yayırlar.  

Məsələn, Türyançay qoruğunda ardıc ağacları bol toxumverən illəri meşəlikdə çoxlu miqdarda qaratoyuq və 

digər quşlar qışlayır. Onlar ardıcın toxumları ilə qidalanır və peyinləri ilə Bozdağ  ərazisində bu toxumların 

yayılmasında böyük rol oynayır. Ədəbiyyat məlumatına əsasən 1 m

2

 sahəyə quşlar orta hesabla 12-15 ədəd ardıc 



toxumu yayır. Cücərtilərin əmələ gəlməsində də quşların digər müsbət rolu vardır. Onlar onurğasız heyvanları 

axtarıb taparkən mamır örtüyünü eşir və bununla da ardıcın toxumlarını torpağın üzərinə çatdırır.  

Qaraçöhrə ağacının bütün orqanları (iynələri, gövdəsinin qabığı və s.) zəhərli olsa da, toxumları həm dadlı, 

şirin, həm də parlaq qırmızı rəngə malik olub quşların diqqətini özünə cəlb edir, onun yayılmasında böyük rol 

oynayır. Belə ki, quşlar bu toxumlarla qidalanır, onları mədələrində «stratifikasiya» edir, «səpinə» hazırlayır və 

ərazilərdə yayırlar.  

Bir çox qarışqaların da bitkilərlə mutualistik əlaqələri formalaşır: 3000-dən artıq bitki növünün qarışqaları 

özünə cəlb etmək qabiliyyəti vardır.  



4.6. Neytralizm – biotik  əlaqələrin bir forması olub iki növ bir ərazidə  məskunlaşaraq (yaşayaraq) bir-

birlərinə nə müsbət, nə də mənfi təsirləri olmur. Neytralizmdə növlərin bir-birilə bilavasitə əlaqələri olmur, la-

kin hər ikisi qruplaşmanın vəziyyətindən asılıdır. Məsələn, dələ ilə  sığın, yaxud fil ilə meymun bir meşədə 

yaşasalar da, praktiki olaraq bir-biri ilə  əlaqəsi olmur. Lakin uzunsürən quraqlığın təsirindən meşənin məhv 

olması, yaxud zərərvericilərin kütləvi çoxalaraq ağacları «çılpaqlaşdırması» (yarpaqsızlaşdırması) eyni dərəcədə 

olmasa da hər iki növə təsirini göstərir. Neytralizm əlaqəsi tipi xüsusilə ekoloji baxımdan müxtəlif üzvlər daxil 

olan zəngin növlü qruplaşmalarda inkişaf etmişdir.  

4.7. Amensalizm. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsir göstərən növlərdən birinə birgə (bir yerdə) 

yaşamaq mənfi nəticə göstərir, digəri isə ondan nə fayda alır, nə  də  zərər çəkir. Belə qarşılıqlı  əlaqə  təsirinə 

əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü 

kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə «qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə  bəzən birinin 

ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və anti-

bioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə 

məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır.  

Amensalizm su mühitində də yayılmışdır. Məsələn, göy-yaşıl yosunlar suyun çiçəkləməsinə səbəb olur, bu-

nunla da su faunası, bəzən suvata (su içməyə) gələn heyvanları (mal-qaranı) da zəhərləyir. Digər yosun növləri 

də bu xassəyə malikdir, onların ayırdığı peptid, xinon, antibiotiklər və digər maddələr hətta kiçik dozada da 

zəhərlidir. Bu zəhərlər ektokrin maddələr adlanır.  



4.8. Rəqabət (konkurensiya). Oxşar ekoloji tələbatı olan növlər arasında baş verən qarşılıqlı əlaqə rəqabət 

adlanır. Y.Oduma (1975) görə  rəqabət-eyni məqsədə can atan iki orqanizmin mənfi qarşılıqlı  təsiridir. Belə 

növlər bir yerdə məskunlaşdıqda biri digərinin qida ehtiyatını, sığınacaq yerini azaldır (daraldır). Rəqabət – eko-

loji əlaqələrin qarşılıqlı təsir göstərdiyi hər iki partnyora mənfi təsir göstərir. Rəqabət qarşılıqlı təsir forması ol-

duqca müxtəlif – birbaşa fiziki mübarizədən sülh vəziyyətində yaşamağa qədər ola bilər. Bununla belə, eyni 

ekoloji tələbata malik olan iki növ bir qruplaşmada məskunlaşırsa, əvvəl-axırı rəqiblərdən biri digərini sıxışdırıb 

çıxarmalıdır. Rəqib növlərin birgə olmağının qeyri mümkünlüyü (uyuşmazlığı) hələ Ç.Darvin tərəfindən qeyd 

olunmuşdur. O, rəqabəti növlərin təkamülündə böyük rol oynayan, yaşamaq uğrunda mübarizənin mühüm 

tərkib hissəsi hesab etmişdir.  

Rəqabət mübarizəsində bir qayda olaraq həmin ekoloji vəziyyətdə digərinə nisbətən üstünlüyə malik olan, 

yəni ətraf mühit şəraitinə daha çox uyğunlaşan növ qalib çıxır.  

Qruplaşmanın daxilində müxtəlif növlər arasında  ən çox qida (yem) uğrunda rəqabət gedir. Güclü qida 

rəqabəti bütövlükdə biosenoz üçün sərfəli deyil, ekosistemin təkamülündə növlərin bir hissəsi qruplaşanın 

tərkibindən ya sıxışdırılıb çıxarılıb, yaxud da növarası rəqabət formalaşaraq rəqabətin gücünü zəiflətmişdir.  

Qida rəqabətinin zəifləməsi mümkünlüyü daha çox rəqabətin həcm və gərginlik göstəriciləri ilə təyin olunur 

(Şorıqin, 1952). Rəqabətin həcmi rəqiblər üçün ümumi qida növünün sayı ilə müəyyən olunur. Bu aspektdə 

rəqabətin zəifləməsi bir və ya bir neçə rəqib növün qida spektrini genişləndirməklə – yem obyektlərinin yığınını 

çoxaltmaqla rəqabəti nisbətən azaltmaq olar. Rəqabətdən çıxmağın ən effektiv yolu onun həcmini azaltmaqla – 

qidada yüksək ixtisaslaşma apararaq yem spektrinin ayrılması gedir.  


 

70

Rəqabətin gərginliyi – rəqib növlər üçün müəyyən yem növünə olan tələbatın onun təbiətdəki bolluğuna 

nisbəti ilə müəyyənləşdirilir. Məsələn, su kənarında yaşayan gəmiricilər (qunduz, ondatra, su siçanı) üçün ən 

mühüm qida yeri qamış və cilotu sayılır. Bu bitkilər isə təbiətdə başdan-başa cəngəllik yaradaraq yüksək bioloji 

kütləyə və məhsuldarlığa malikdir. Odur ki, belə şəraitdə məskunlaşan növlərin qidaya ehtiyacı praktiki olaraq 

ödənilir, onların rəqabəti formal xarakter alır və real neqativ qarşılıqlı əlaqə yaranmır.  

Rəqabətin həcmi və gərginliyi onun ümumi gücünü təyin edir: bu parametr rəqabət aparan növlər arasında 

müxtəlif qarşılıqlı əlaqə formalarının konkret baş verməsinin əsasını təşkil edir. 

Bitkilərdə  rəqibin boğulması kök sisteminin mineral qida maddələrini, torpaq nəmliyini və yarpaqlarla 

günəş şüasını tutub saxlaması, həmçinin toksik birləşmələri ayırması nəticəsində baş verir. Məsələn, iki yonca 

növünün qarışıq səpinində Trifolium repensin növünün yarpaq çətiri tez əmələ gəlir, lakin sonra onu daha iri 

saplağı olan T.Fragiferum kölgə altına alır.  

Bitkilərin maddələr mübadiləsi məhsulu vasitəsilə qarşılıqlı kimyəvi təsiri allelopatiya adlanır. Bir-birinə 

belə üsulla təsir heyvanlara da xasdır. Q.F.Qauze və Parkın apardığı  təcrübələr göstərir ki, rəqibəlrin 

sıxışdırılması əsasən mühitdə mübadilənin toksik məhsullarının toplanması nəticəsində baş verir, növlərdən biri 

digərinə nisbətən toksik maddələrə daha həssasdır.  

Azota az tələbkarlıq göstərən bitkilər dincə qoyulmuş torpaqları ilk növbədə  zəbt edir, kök ayırmaları 

vasitəsilə paxlalılarda kök yumrularının əmələ gəlməsini  və sərbəst yaşayan azot fiksasiya edən bakteriyaları 

sıxışdırır. Bununla da torpağın azotla zənginləşməsinin qarşısını alaraq azota çox ehtiyacı olan bitkilərlə 

rəqabətdə üstünlük təşkil edir. Ciyən otu su hövzəsində digər su bitkilərinə nisbətən allelopatik aktiv olduğun-

dan rəqabətsiz təmiz su hövzələrini basır.  

Heyvanlarda rəqabət mübarizəsində bir növün digərinə bilavasitə hücumu hallarına da rast gəlinir. Məsələn, 

yumurtayeyənlərin (Diachasoma tryoni və Opius humilis) sürfələri bir sahibin yumurtasında olduqda 

qidalanmağa başlamazdan qabaq əlbəayaq olaraq rəqibini öldürür.  

İri çəmən qarışqaları Formica pratensis torpaq təpəsi yuvası düzəldir (tikir) və onun ətrafındakı  ərazini 

mühafizə edir. Daha xırda qarışqanın (F.Cunicularia) yuvası isə torpaq təpəciyi şəklində kiçik olur. Onlar tez-tez 

çəmən qarışqalarının yuvaları ərazisinin kənarlarında yerləşərək onların yem sahələrində ova çıxırlar.  

4.9. Ekoloji sığınacaq (ekoloji məskən, ekoloji nişa).  Ekoloji sığınacaq konsepsiyası növlərin birgə 

yaşamaq qanunlarını dərk etmək üçün əlverişli oldu. Ekoloji sığınacaq haqqında anlayışı ilk dəfə Amerika zoo-

loqu C.Qrinnel (J.Çrinnell, 1914) irəli sürmüşdür. O, bu anlayışa  əsasən növ populyasiyasının  ərazidə 

yerləşməsi və müəyyən dərəcədə növün bioloji tələbatı mövqeyindən yanaşmışdır.  

«Ekoloji nişa» anlayışının professğor Q.T.Mustafayev «ekoloji mövqe» kimi işlətməyi təklif edir. 

Ekoloji sığınacaq haqda Ç.Eltonun (Ch.Elton, 1927) konsepsiyası daha məhsuldardır. O, «ekoloji 

sığınacaq» anlayışı dedikdə növün qidalanmasını, yəni onun trofik zəncirdə tutduğu yeri nəzərdə tutmuşdur. 

Trofik sığınacaq haqqında müasir təsəvvür (anlayış) məhz Ç.Eltonun şərhi ilə bağlıdır.  

Ekoloji sığınacaq problemi daha tam şəkildə Ç.Hatçinson (Ç.Hatchinson, 1957) tərəfindən işlənmişdir. O, 

«ekoloji sığınacaq» anlayışını ilk dəfə olaraq müəyyən növün orqanizmlərinin mühitin abiotik şəraiti və canlı 

orqanizmlərin digər növləri ilə əlaqələrinin məcmusu kimi formalaşmasını gəstərmişdir.  

Ekoloji sığınacaq konsepsiyası haqqında Y.Odumun (1975) mövqeyi xüsusi yer tutur.  

Y.Odumun sığınacaq anlayışında üç hissədən ibarət məna qoyulur: növ populyasiyasının fiziki ərazisi, xarici 

faktorlar qradiyenti sistemində növün yeri və onun ekosistemdə funksional rolu. Y.Oduma görə bəzi orqanizmin 

ekoloji sığınacağı onun yalnız harada məskunlaşmasından (yaşamasından) deyil, həmçinin onun nə etməsindən – 

fəaliyyətindən (o enerjini necə dəyişir, onun davranışı necədir, o, fiziki və bioloji mühitə necə münasibət göstərir), 

asılıdır və o, digər növlərlə necə məhdudlanır. Y.Odum ekoloji sığınacağı növün qruplaşmada «sahibi» kimi canlı 

surətdə təyin etmişdir. Belə mövqe ekoloji sığınacaqda anlayışı növün biosenozda yerini inteqrasiya ifadəsi kimi 

daha dəqiq təyin edir.  

«Ekoloji sığınacaq biliyi (məlumatı) növün nə ilə qidalanması, onun kimin şikarı olduğu, nə tərzdə və hara-

da istirahət etməsi və çoxalması suallarına cavab tapmağa imkan verir» (Dajo, 1975).  

Ekoloji sığınacaq növün təbəitdə, əksəriyyət halda biosenozda yerini, eyni zamanda həm ərazidə vəziyyətini, 

həm də qruplaşmada fəaliyyət rolunu, abiotik şəraitə münasibətini göstərir (Xrustalyev, Matişov, 1996). «Ekoloji 

sığınacaq» anlayışını  məskunlaşma (yaşama) yerindən) ayırmaq lazımdır. Məskunlaşma yeri dedikdə növün 

yayıldığı və onun mövcudluğu üçün vacib olan abiotik şəraitə malik olduğu yer nəzərdə tutulur. Növün ekoloji 

sığınacağı yalnız mühitin abiotik şəriatindən deyil, həm də onun biosenotik ətraf  şəraitindən asılıdır. Ekoloji 

sığınacağın xarakteri həm növün ekoloji imkanları, həm də  həmin imkanların konkret biosenozlarda nə  qədər 

həyata keçməsi ilə müəyyən edilir. 

Növün qidalanmaya, ərazidən istifadəyə, aktivlik dövrünə və digər şəraitə görə ixtisaslaşması, həm ekoloji 

sığınacağın daralması, həm də  əks proseslər – onun genişlənməsi ilə xarakterizə olunur. Qruplaşmada ekoloji 

sığınacağın daralması  və ya genişlənməsinə  rəqiblər böyük təsir göstərir. Ekoloji cəhətdən yaxın olan növlər 

üçün Q.F.Qauzenin formalaşdırdığı  rəqibliyin istisnası qaydası belə ifadə oluna bilər: iki növ bir ekoloji 

sığınacaqda keçinmir. Rəqabətdən çıxmaq mühitin tələblərinin ayrılması, yaşayış  tərzinin dəyişməsi, başqa 


 

71

sözlə növün ekoloji sığınacağının məhdudlaşdırılası ilə həyata keçirilə bilər. Bu halda onlar (növlər) bir biose-



nozda yaşamaq qabiliyyəti əldə edir. Bir yerdə yaşayan yaxın qohum növlərdə adətən ekoloji sığınacağın çox 

incə  məhdudlaşması müşahidə olunur. Belə ki, Afrika savannalarında otlayan dırnaqlılar otlaq yemindən 

müxtəlif cür istifadə edir: zebrlər əsasən otların üst hissəsini yeyir, qnu antilopu müyyən ot növlərini seçərək 

zebrdən sonra qalan yemlə qidalanır, ceyranlar ən alçaq boylu otları didişdirir, antilop topi isə digər otyeyən 

heyvanlardan sonra qalan hündür boylu quru gövdələr ilə kifayətlənir.  

Təbii  şəraitdə qarışqaların çoxnövlü assosiasiyaları mövcuddur, onların üzvləri həyat tərzinə görə 

fərqlənirlər. Moskvaətrafı meşələrində tez-tez aşağıdakı növlər aşkar edilir: Dominant növ (Formica rufa, 

F.aquillonia və ya Lasius fuliginosus) bir neçə yarusu tutur, torpaqda L.Flavus, meşə döşənəyində – Myrmica 

rubra, torpaqüstü yarusu L.Niger və F.Fusca mənimsəyir, ağaclarda isə Camponotus herculeanus məskunlaşır. 

Qarışqalar ərazidə ayrılması ilə (paylanması ilə), həm də qida əldə etmək və sutkalıq vaxt aktivliyinə görə də 

fərqlənirlər (Çernova, Bılova, 1988). 

Səhralarda ən çox torpaq səthindən qida toplayan qarışqalar kompleksi inkişaf etmişdir (herpetobiontlar). 

Onların arasında üç tropik qrupun nümayəndələri ayrılır: 1) gündüz zoonekrofaqlar – ən isti vaxtlarda aktiv 

olurlar, həşəratların cəsədləri və gündüz aktiv olan xırda həşəratlarla qidalanırlar; 2) gecə zoofaqları – torpaq 

səthinə yalnız gecə çıxan yumşaq  örtüklü yavaş hərəkətedən həşəratları və tüklərini dəyişən buğumayaqlıları 

ovlayır; 3) karpofaqlar (gündüz və gecə) – bitki toxumlarını yeyirlər.  

Bir trofik qrupdan bir neçə növ birgə yaşaya bilər. Belə vəziyyətdə rəqabətdən çıxmaq və ekoloji sığınacağı 

məhdudlaşdırmaq mexanizmi aşağıdakı kimidir:  



Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə