MƏMMƏdov qəRİb xəLİlov mahmud


Çay  axımının  nizamlanması (su anbarları)



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə27/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   75

9.6. Çay  axımının  nizamlanması (su anbarları) 

Hər  hansı  bir  ərazidə  suya  olan  ehtiyac  çay  axımının  dayanıqlı  həcmini  keçirsə  və  digər  su  ehtiyat-

ları  mənbəyi (öncə  yeraltı su ) olmadıqda  və  ya  ondan  istifadə  mümkün  olmursa  çay axımının nizamlan-

masına , yaxud  bəndin çəkilməsinə  və  ona  uyğun  su  anbarının  yaradılmasına zərurət yaranır.Bəndin  və  su 

anbarının  yaradılması  bərpa  olunan  su  ehtiyatı  həcminin  artırılmasında  mühüm  üsul  sayılır. 

Ş.V.Xəlilovun (2003)  məlumatına  əsasən  dünyada  ilk  su  anbarları  5 min  ildən də çox  əvvəl  yaradıl-

mışdır.Qədim  Misirdə  eramızdan  3 min  il  əvvəl  Menes  fironu  dövründə  hündürlüyü  15m, uzunluğu  450  

m  olan  Koşiş  bəndi  yaradılmışdır.Təxminən  eramızdan  2800 – 2500 il  əvvəl  Qahirədən  30 km  cənubda  

hündürlüyü  12m, uzunluğu  108  m  olan (Sadd – al – Kafara ) yeni  bir  bənd  tikilmişdir.Eramızdan  2300 il  

əvvəl  Qahirədən  80  km  cənubi – qərbdə  Fayyun  çökəkliyində  o  dövr  üçün  bövük  sayılan  həcmi  1 km

3

  

olan  tarpağı  suvarmaq  məqsədilə  Meris  su  anbarı  yaradılmışdır.Təxminən  3500  il  eramızdan  əvvəl  Tiqr  



çayı  üzərində  böyük  Nimrod  tikilmiş  və  o,1800  ilə  qədər , yəni  eramızın  VII  əsrinə  qədər  qalmışdır.Bu 

su  anbarı  Naxran  su  kanalının  köməyilə  400  km  uzunluğunda   əraziləri  suvarmışdır. 

Eramızın  ilk  əsrlərində  Mesopotomiya , İran , Roma  İmperiyası, Çin , Yaponiya, Hindistan, Şri – Lanka  

və  b. regionlarda  yeni  su  anbarları  yaradılmışdır. 

Eramızdan  əvvəl  VI  əsrdə  İranda  suvarma  məqsədilə  Caraxı  çayı  üzərində  9  bənd  çəkilmişdir.III – 

VII  əsrlərdə  tikilən  Gər – gər  bəndi  indi  də  durur.1000 il  əvvəl  İsfahan  və  Şiraz  arasında  yaradılan  Ban-

da – əmir  su  anbarı  hazırda  da  istismar  edilir. 

Avropanın  ilk su anbarları  da  eramızdan  əvvəl  peyda  olmuşdur. İspaniyada  Albarreqas  çayı  üzərində  

eramızdan  əvvəl  II  əsrdə  həcmi  10  mln  m

3

    olan  Karnalbo su anbarı  hələ  indiyə  qədər  mövcuddur. Bü-



tün  qədim  su  anbarları  əsasən  irriqasiya  su  təchizatı  məqsədilə yaradılmışdır. Eramızın  I minilliyində, xü-

susilə VII əsrdən  sonra  kütləvi  surətdə  dəyirman  su  anbarları  tikilməyə  başlandı. 

Məs., fransız  şəhəri  Arl  yaxınlığında  16  dəyirman  su  anbarının  qalıqları  durur. Sonralar  faydalı  qazın-

tıların  çıxarılmasının  genişlənməsinin və sənayenin  inkişafı  ilə  əlaqədar  çoxlu  böyük  su  anbarları  yaradıl-

dı. XIX  əsrdən  başlayaraq  inkişaf etmiş ölkələrdə yeni bəndlər və su anbarları  tikildi. 

XX  əsrdə ,xüsusilə  1950 – ci  ildən  başlayaraq  bəndlərin  tikilməsi  işi  artmışdır. Hazırda  dünyada  mil-

yona  qədər  insan  tərəfindən  yaradılmış  müxtəlif  ölçülü (təbii  göllərlə  müqayisə  ediləcək  böyüklükdən  ən  

kiçik   gölə  (nohura) kimi ) su  anbarları  mövcuddur.Onların  ümumi  həcmi  6000 km

3

 – keçir, faydalı  həcmi  



isə  3000 km

3  


təşkil  edir.Həcmi  1 mln km

3

 – i  keçən  iri  su  anbarlarının  sayı  30 000 – ə  qədərdir. Onlardan  



ən  böyükləri  Anqara  çayında  Bratski (169 km

3

 ) , Zambezidə – Karib ( 160 km



3

 ) , Nildə – Nasir (157km

3

 ), 


Voltada – Volta (148km

3

 )  su  anbarlarıdır.Su  anbarları  səthinin  ümumi  sahəsi  600000 kv.km təşkil  edir. 



Su  anbarlarının  səthindən  240 km

3

 – a  qədər  su  buxarlanır. Afrika  kontinenti  üçün  belə  su  sərfinin  



miqdarı  suvarma  suyundan  sonra  ikinci  yeri  tutur  və  sənayedə  istifadə  olunan  suyun  mütləq  ölçülərin-

dən  5  dəfə  çoxdur. 

Rusiyadakı  su  anbarlarının  hamısı  düzən  ərazidə  yerləşir. Bunun  nəticəsində  subasarında  və  çay  ter-

raslarındakı  kənd  təssərrüfatı  üçün ən qiymətli  torpaq  sahələri  itirilir.Bundan  başqa  su  anbarları  bir  sıra  

ekoloji  problemlər  yaradır: əhalinin  köçürülməsi, təsərrüfatın  ənənəvi  istiqamətinin  pozulması, suyun key-

fiyyətinin  pisləşməsi, bəndin  aşağı  byefində  dayanıqsız – əlverişsiz  hidroloji  rejimin  yaranması, axımın  bi-

ogen  elementlərinin  (fosfor  və  azot) tutulub (çöküb) saxlanması  və  buna  müvafiq  dənizlərin  bioloji  məh-

suldarlığının  azalması, qrunt  sularının  səviyyəsinin  qalxması  və  onunla  əlaqədar  təbii  və  antropogen  land-

şaftların  məhsuldarlığının  dəyişməsi, balıq  sənayesi  üçün  şəraitin  pisləşməsi  və  s. 

Su anbarlarının  müsbət  cəhəti – hidroelktrik  stansiyaları  ətraf mühiti  çirkləndirmir.Onlar  həm də  energe-

tika sistemlərində mühüm  rol  oynayır.Dünyanın  bir  çox  rayonlarında  su  anbarları yaratmadan həyat  qeyri 

mümkündür.İri  çaylarda  su  anbarları naviqasiya  şəraitini (gəmilərin  hərəkətini ) yaxşılaşdırır. 

 


 

160


 

Şəkil 9.2. Su anbarları yaradılmasının ekoloji nəticələri 

 

 



Bəndlər, onunla  əlaqədar  qurğularla  (su anbarları, irriqasiya  sistemləri, hidroelektrostansiyalar, şlüzlər və 

s. ) birlikdə  inkişaf  etməkdə  olan  ölkələrin  strategiyasının  mühüm  hissəsini təşkil edir. Tropik  şəraitdə  mü-

layim  iqlimli  ölkələrlə  müqayisədə  çay  axımının  nizamlanması  əlavə  problemlər  yaradır.Belə  ki, su  an-

barlarının  rejimi  və  onların  ətraf  mühitə  təsiri  yüksək  dərəcədə  təbii  şəraitdən  asılıdır. Tropik  regionda  

hər  yeni  su  anbarı  yaradıldıqda  xəstəlik  və  ölüm  hadisələrinin  səviyyəsi  kəsgin  yüksəlir: su  mubadiləsi-

nin  yavaş (zəif) olması, su  biokütləsinin  çoxalması  ilə  əlaqədar  su  anbarlarının  suyunun  keyfiyyəti  çay  

sularına nisbətən  adətən  pis  olur. Bu  isə  xəstəliklərin  artmasına  səbəb  olur.Malyariya, şistosomatoz  kimi   

xəstəliklərin  yayıcıları  əvvəlkinə  nisbətən  su  anbarlarının  suyunda  yaşamaq  üçün  əlverişli  şərait  tapır, bu  

isə  xəstəliklərin  kəsgin  artmasına  səbəb  olur.  

Son  illər  rütubətli  ekvatorial  meşə  zonasında  da  su  anbarları  tikilir.Bu  isə  yuxarıda  göstərilənlərdən  

başqa  əlavə yeni  ekoloji  problemlər  yaradır.Bu  zonada  ilk  su  anbarı  və  8  mln  kvt.  gücündə  SES  Brazi-

liyada  Tukurui hesab  olunur.Burada  daim  yüksək  dərəcədə  istiliyin  olması  şəraitində  su  bitki  örtüyü ol-

duqca  yaxşı  inkişaf  etdiyi  üçün  su  anbarında  suyun  səthi  praktiki  olaraq  görünmür. Ölü  su  biokütləsinin  

sonrakı  çürüməsi  həll  olmuş  oksigeni  sudan  tam  udaraq  nəhayət  qalan  biokütlənin  anaerob  çürüməsinə  

və  oldluqca  zəhərli  hidrogen  sulfidin ayrılmasına  gətirib  çıxarır. Burada  ölümlə  nəticələnən  ensofalit  xəs-

təliyinin  bir  növü  də  daha  çox  müşahidə  olunmağa  başladı.Belə  vəziyyət  Surinamda  da  mövcuddur, bu-

rada  o  qədər  də  böyük  olmayan  Brokopondo  su  anbarında  hidrogen – sulfidin  iyi  o  dərəcədə  kəsgindir  

ki , SES – də  operatorlar  işlədiyi  zaman  əleyhqazdan  istifadə  edirlər. 



 

161


Ümumiyyətlə  böyük  bənd  və  su  anbarlarının  iqtisadi, ekoloji – iqtisadi  effektini  qiymətləndirmək  mü-

rəkəbdir: Su  anbarları  öz  vəzifəsini  yerinə  yetirərək  su  ehtiyatlarını  artırır, digər  tərəfdən  isə  bir  çox  əl-

verişsiz  nəticələr  yaradır. 

Bəndlərin  və  su  anbarlarının  tikilməsinin  bir  çox  mənfi  nəticələri  onların  gələcəkdə  inkişaf  etdirilmə-

məsinə  əsas  verir.Lakin  yaddan  çıxarılmamalıdır  ki, su  anbarları  bərpa  olunan  su  ehtiyatlarının  həcminin  

artırılması  üçün  mühüm  vasitədir. 

RAN – ın  xarici  üzvü (ABŞ) Q.Yayt  Misirdə  Nil  çayı  üzərindəki  Asuan  bəndinin  tikilməsinin  ekoloji  

nəticələrinin  dərin  təhlilinə  eynimənalı  qiymət  vermir.Yay (iyun-sentyabr) yağışları  nəticəsində  hər  il  daş-

qınlar  baş  verərək  həmişə  Misirin  inkişafında  və  sivilizasiyasında  səmərəli (faydalı) rol  oynayır.Belə  ki, 

daşqınların  münbit  lilli  suyu  ilə tarlalar  suvarılırdı.Hazırda  isə  münbit  lil  bənd  tərəfindən  tutulub  saxlanı-

lır, odur  ki, torpağın  münbitliyi  mineral  gübrələr  verməklə  bərpa  olunur.Digər  tərəfdən  isə  Nil  çayının  

suyu  su  anbarında  toplanaraq  mümkün  su  ehtiyatının  həcmini  nizamlayır , sonra  isə  ondan  suvarmada  və  

elektrik  enerjisi  almaqda  istifadə  olunur.1970 – ci  illərin  sonlarında  Asuan  su  anbarı  bir  neçə  olduqca  

yüksək  və  çox  təhlükəli  daşqınların  suyunu  özündə  saxladı.Əksinə, 1980 – ci  illərdə  yeddi  il  dalbadal  

Nilin  daşqınlarının  həcmi  orta  həcmdən  də  aşağı  olmuşdur.Bu  zaman  az  yağıntılı  illərdə  su  qıtlığı  za-

manı  Misirdə  tarlaların  suvarılmasında  Asuan  su  anbarının  suyundan  istifadə  edilmişdir.Beləliklə,  su  an-

barı  dəhşətli  təhlükənin  qarşısını  almışdır.Ölkə  aclıqdan, iqtisadi  çətinliklərdən  və  siyasi  qeyri  sabitlikdən  

xilas  edilmişdir. 

Böyük  hidrotexniki  sistemlərin, o  cümlədən  su  anbarlarının  yaradılması  1970 – ci  illərdən  sonra  özü-

nün  gərgin  vəziyyətinə  çatdı. Hazırda  onun  azalmağa  doğru  meyli  artmışdır.Bununla  yanaşı  Çində  Yans-

zısyan  çayı  üzərində  dünyada  ən  böyük  SES  və  Türküyədə  Yefrat  və  Tiqr  çayında  22  bənd  və  19  SES  

olan  və  1,7  mln  ha  ərazidə  suvarma  sistemi  nəzərdə  tutulan  kompleksin  yaradılması  layihəsi  həyata  ke-

çirilir. 

Dünyada  su  anbarlarının azadılmasının  müxtəlif  səbəbləri  vardır. Bir  çox  ölkələrdə  bənd  tikiləsi  yerlər-

dən  artıq  istifadə  olunmuş , qalan  yerlər  isə  iqtisadi  və  siyasi  baxımdan sərfəli  hesab  edilmir.ABŞ – da 

son  25  ildə  su  anbarı  tikilməmişdir.1995 – ci  ildə  ABŞ – da  su  anbarlarının  tikilməsini  dayandırmaq  haq-

qında  qərar  qəbul  olunmuşdur. 

Dünyada  su  anbarlarının  yaradılmasının  təxirə  salınması  haqqında  aşağadakı  səbəbləri  də  göstərmək  

olar: Tikintinin  baha  başa  gəlməsi , əhalinin  su  altında  qalan  zonadan  köçürülməsi, yüksək  keyfiyyətli  tor-

paq  sahələrinin  itirilməsi, ciddi  və  qabaqcadan  məlum  olan  pis  ekoloji  nəticələr, bəndin  yuxarı  və  aşağı  

byefində  hidroloji  rejimin  kəsgin  dəyişməsi, təyin  olunmuş  həyat  tərzinin  və  təsərrüfatın  pozulması və s. 

 

9.7. Azərbaycanda  çay  axımının  nizamlanması 



(Azərbaycanın  su  anbarları  və  gölləri) 

 

Məlum  olduğu  kimi  Azərbaycan  qədim  əkinçilik  ölkəsidir. Burada  əkinçilik  yaranandan  bəri  suvarma-



dan  istifadə  olunmuşdur. Ş.V.Xəlilov (2003) qeyd edir ki, təxminən 3000  il  əvvəl  yarandılan  irriqasiya  ka-

nallarının  izləri  indiyə  kimi  qalmışdır. Məs., VI –VII  əsrlərdə  tikilən  Gərər  kanalından  hazırda  da  istifadə  

olunur. Muğan və Mil düzlərində IV-VIII  əsrlərə aid olan suvarma sistemlərinin izləri aydın bilinir. 

1890 – 1880 – ci  illərdə  yalnız  Yelizavetpol (Gəncə) quberniyasında  890 – a qədər  suvarma  kanalı he-

saba alınmışdır, 1914 – cü ildə onların sayı 1200 –ə  çatmışdır. Kənd  təsərrüfatı  sahələrinin  suvarılması  üçün  

çay  sularından  başqa  kəhriz , bulaq , yağış  və  qar  sularından  da  istifadə  olunmuşdur.Yağış  və  qar  suları-

nı, həmçinin çay  daşqın  sularını  toplamaq  üçün  böyük  olmayan  bəndlər  tikilmiş  və  su  anbarları  yaradıl-

mışdır.Təkcə  Lənkəran  qəzasında  1883- cü  ildə əsasən  düyü  tarlalarını  suvarmaq  məqsədilə  123  su   anba-

rı  olmuşdur. 

Muğan  düzündə  Kürün  sağ sahilində  Qaracala  stansiyasının  yanında  tikilən  su  anbarı  daşqın  suları  ilə  

doldurularaq  xanın  500  desyatin  düyü  sahəsini  suvarmaqda  istifadə  olunmuşdur. 

Naxçıvan  qəzasında  daha  iri  su  anbarları  tikilmişdir.Burada  XVI – əsrin  sonunda  dəniz  səviyyəsindən  

2000 m  yüksəklikdə  mövcud  olan  Qanlı Gölün  yerində  eyni  adlı  su  anbarı  yaradıldı, 200 – 250  il  istis-

mar  olunduqdan  sonra  bu  su  anbarı  öz  əhəmiyyətini  itirmiş, 1853 – cü  ildə  isə  Kəlbalı  xan  tərəfindən 

həcmi  artırılaraq  yenidən  bərpa  edilmişdir. 

 

 



   

Su  

anbarını

n  adı 

İstifad

əyə  

verildi

yi  il 

Qidalan

ma  

mənbəyi 

Dəniz  

səviyyəs

indən  

hündürl

ük 

Sahəsi

, km

2

 

Həcmi, mln. 

m

3

 - la 

Tam Faydalı 

 

162


Mingə-

çevir


1953 Kür 

83 


625  1607

0

7410 



Şəmkir 1980 Kür  158  116 2677 

1425 


Varvara 1956  Kür 

18,5  22,5 60  10 

Ağstafa 1969 Ağstafa  

479,5 6,3  120 

109 

Yenikənd 2000  Kür 



78,0  158,

1

136,3 


«Araz »su    1971 

Araz 


777,7 

145,0 


1350  1150 

Mil – 


Muğan 

1971 Araz  . 

4,5  12 . 

Xaçınçay 1964  Xaçın 

509,5 1,76 23 20 

Nohur-


qışlaq 

1951 Dəmirap

aranVən-

dam   


700 1,96 

16 


10 

Bolqarçay 1965  Bolqarça

65 2,00 

12 


11 

Pirsaat 1964 Pirsaat 

 

80 2,34 


16,9 

11,9 


Axıncaçay 1965 

Axınçaça 585 0,92 

14 

12 


Ceyranbat 1958 Samurça

28 


13,9 180 150 

Aşağı 


Könd. 

1980 Köndələn

çay 

. 0,12 


2,1 

1,7 


Sərsəng 1976 Tərtər 726  13,85 

560 


500 

Madagiz 1975  Tərtər . 

0,80 5,5 3 

Xanbulanç 1976 Bəşəru 74 

2,74 52 45 

Lovain 1970 Lovayşar

d

. 1,27 


6,3 

6,2 


Uzunoba 1961  Naxçıva

. 1,20 


9,0 

8,3 


Nəhrəm 

(

i)



1965 

Əlincəça


. 0,85 



Sirab 1979 

Naxçıva


. 1,54 

12,7 


11,6 

Arpaçay 1977  Arpaçay 955 

6,3  150 140 

Qalacux 1986  Qaraçay . 

1,20  7  6 

Viləşçay 1989  Viləşçay . 

2,50  46  38 

Candargöl  . 

Göl  su  

anbarı 


288 12,5 

52 


Yekəxana 1962  Dəvəbata

nçaydan 

- 3.70 


1,9 

1,8 


 

Sovet  dövründə  bu  su  anbarı  yenidən tikilərək  həcmi  3  dəfə  böyüdülmüşdür.Qanlı – Göl  XIX əsrdən  158  

su  anbarından  qalan  yeganə  su  anbarı  olub  indi   də  fəaliyyət  göstərir.(Ş.Xəlilov ,2003). 

Respublikamızda  1950 – ci  ildən  sonrakı  dövrlərdə  il  ərzində  və  ərazi  üzrə  qeyri – bərabər  paylanan  

çay  su  ehtiyatından  səmərəli  istifadə  etmək  məqsədilə  su  anbarları  yaradıldı.Bu  su  anbarlarından  suvar-

ma  kanalları  vasitəsilə  şoran  torpaqların  meliorasiyası  və  suvarılması  yerinə  yetirilmişdir. Bu  məqsədlə  

respublikamızda  50- yə  qədər  su  anbarı  tikilmiş, bir  çox suvarma  kanalları  və  kollektorları  istifadəyə  ve-

rilmişdir. 

1953- cü  ildə  Kür  çayı  üzərində  həcmi  16  km

3     


olan  Mingəçevir  su  anbarının  tikilməsi  respublikada  

suvarma  və  energetika  problemlərinin  həllində  mühüm  rol  oynayır.Bu  su  anbarından  suvarma  məqsədilə  

ayrılan  iki  iri  kanal  (yuxarı  Qarabağ  - su  buraxma  həcmi  - 130 m/

3

  s. və  Yuxarı  Şirvan  - 78 m



3

 / s  ) ha-

zırda  550  mln. hektar  əkin  sahəsinin  suvarılmasına  imkan  verir. 

1982 – ci  ildən  Şəmkir  su  anbarı , 2000 – ci  ildə  isə  Yenikənd  su  anbarı  istifadəyə  verildi.Bu  iki  iri  

su  anbarı  Kür  çayının  çoxillik  axımını  tənzimləməyə  şərait  yaratdı. 

Kür  çayının  axım  rejimini  tənzimləməkdə  onun  qolları  üzərində  tikilən  su  anbarları  da  az  rol  oyna-

mır.Onlardan  ən  böyükləri Sərsəng, Ağstafa, Xaçınçay, Axıncaçay  su  anbarlarını  göstərmək  olar. 

Bir  sıra  su  anbarları  bilavasitə  Xəzərə  tökülən  çaylar  üzərində  yaradılmışdır.Onlardan  ən  irisi  Ceyran-

batan  su  anbarı  olub  1958- ci  ildə  Abşeron  yarımadası  ərazisindədir.Samur – Abşeron  kanalı  ilə  qidala-


 

163


nan  bu  su  anbarı  Bakı  və  Sumqayıt  şəhərlərinin  su  təchizatınıda  istifadə  olunur, 16 min  ha  torpaq  sahəsi  

suvarılır. 

1964 – cü  ildə  Pirsaatçay  üzərində  sahəsi  2,34km

2

   olan  su  anbarı  istismara  verildi  , hazırda  o , tam  



lillənmə  mərhələsindədir. 1965 – ci  ildə  tikilən  Bolqarçay  su  anbarı  da  eyni vəziyyətdədir.1976 –cı  ildə  

Başaryuçay hövzəsində (Lənkəran  təbii vilayyətində) sahəsi  2,46 km

2

, həcmi  45 mln  m



olan


  

 Xanbulançay  

su  anbarı  yaradıldı. 

1971 – ci  ildə  Araz  çayı  üzərində «Araz» su  qovşağı  yaradıldı.Su  qovşağından  aşağı  Araz  çayının  axı-

nının  həcmi  sol  qolları -  Əlincəçay, Qaradərə, Gilgilçay, Meğriçay, Oxçuçay, Həkəri, Bazarçay, Quruçay, 

Köndələnçay  və  İran  tərəfdən  axan  sağ  qolların  hesabına  artır. Əgər  su  qovşağına  qədər  illik  axımın  

həcmi  6007  mln m

3  


- dursa  layihələşdirilən  Xudafərin  su  qovşağının  stvorunda  bu  rəqəm  8306  mln  

 

m



3

 – 


a,  mənsəbində  isə  8990  mln  m

3  


- a  çatır. «Araz»  su  qovşağından  Xudafərin  su  qovşağına  qədər  axımın  

artımı  2299  mln  m

3

  təşkil  edir. ( Ş.Xəlilov, 2003). 



Araz  çayının  sol  qollarının  sularından  Naxçıvan  MR – nin  ərazisində  suvarmada  istifadə olunur. Arpa-

çay  üzərində  2  su  anbarı  tikilmişdir. Arpaçay  su anbarı (1980) və  Reçut  su  anbarı  ( Ermənistanda ) . Arpa-

çay  su anbarı (150 mln m

) Şərur  rayonunda  30  min  ha  torpaq  sahəsini  suvara   bilərdi. Lakin  Keçumçay  



su  anbarından  xüsusi  kanala  Arpaçayın  suyunun  40 % -nin  Göyçə  gölünə  axıdılmasilə  əlaqədar  MR – i 

nəzərdə  tutulan  qədər  suvarma  suyu  ilə  təmin  etmək  mümkün  olmadı. (Ş.Xəlilov, 2003 ). 

Naxçıvançay  üzərində  8 su  anbarı  tikilmişdir.Onlardan  4-ü  çayın  yuxarı  axınında  yaradılmışdır: 3 Bata-

bat  su  anbarları ( ümumi  həcmi  3,6 m

3    

) və  su  anbarına  çevrilən  Qanlı – Göl  gölü ( 1,6  mln m



3   

), 4 su  

anbarı  da  subasardan  kənarda ( doldurulan ) hövzənin  aşağı  hissəsində  tikilmişdir: Uzunoba ( 9 mln m

3

 ) , 



Nehrəm – yeni ( 6 mln .m

3

) , köhnə  Nehrəm ( 2,4  mln.m



3

) və  Qahab  su  anbarı  (1,1 mln.m

3

). 


  

9.8. Su  anbarlarının  ekoloji  vəziyyəti 

Su anbarlarında suyun keyfiyyəti  ora  tökülən  çayların  çirklənmə  dərəcəsindən, onların  yatağının  səhiyyə 

– gigiyena  vəziyyətindən  asılıdır. Alimlərin  tədqiqatları  göstərir  ki, çayların  intensiv  çirklənməsi  fonunda  

yaradılan  su  anbarları  antropogen  evtrofikasiya  nəticəsində  suyun  keyfiyyəti  kəsgin  pisləşir. Əvvəllər kiçik 

su hövzələri  antropogen  evtrofikasiyaya  məruz  qalırdısa, indiki  dövrdə iri su anbarlarında , xüsusilə  kaskad-

la  tənzimlənən  çaylar  üzərində tikilən su anbarlarında «suyun çirklənməsi»  baş  verir. 

Son on illərdə evtrofikasiya prosesi Dneprovodsk və Volqa kasakadlı su anbarlarında, iri göllərdə (Ladoqa, One-

qa, Pskov – Çud), daxili  dənizlərdə (Baltik, Xəzər, Qara) və kiçik çaylarda baş vermişdir. Müxtəlif  su  anbarlarında  

antropogen  evtrofikasiya  prosesi  müxtəlif  səbəblərdən  baş  verir.Ladoqa  gölünün  çirklənməsi  alüminium  səna-

yesi, Pskov – Cud  gölünki  isə  sahələrin  çirkab  sularilə  əlaqədardır.Belorusiya və Baltikyani  ölkələrdə su hövzələ-

rinin  evtrofikasiyası  kənd  təsərrüfatı  çirklənməsi  ilə  bağlıdır. 

Azərbaycanda  səth  sularının  çirklənməsində  bir  çox  sənaye  və  kənd  təsərrüfatı  iştirak  edir. Əsas su 

anbarları qonşu  dövlətlərdə  güclü  çirklənməyə məruz  qalan  iri  çayların  Kür  və  Araz  çaylarının  üzərində  

yaradılmışdır.Kür , Araz  çaylarının  və  onların  qollarının  çirklənməsi  haqda  məlumat  yuxarıda  müvafiq fə-

sildə verilmişdir. Qonşu  dövlətlərdə  güclü  çirklənən  Kür  çayı  respublikamızın  ərazisinə  daxil  olarkən  sü-

rəti  azaldığından  daha  iri  və  ağır  asılı  hissəciklər  zibil  halında  çayın  dibinə  çökmüş , qalanları  isə  Şəm-

kir  su  anbarına  keçir.Bunun   nəticəsində  çöküntülərin  və  su  anbarının  dibi  çirklənir, suda  həll  olan  zərər-

li  maddələr , xüsusilə  biogen  elementlər  bütün  su  hövzələri  kaskadında  su  anbarının  antropogen  evtrofi-

kasiyaına  səbəb  olur. Bununla  yanaşı  Mingəçevir  və  Şəmkir  su  anbarının  dibi  bitki  örtüyündən ( meşə, 

kol ,lianlar  və  s,) təmizlənmiş  və  onların  tədricən  çürüməsi  suyun  keyfiyyətinə , oksigen  rejiminə  və  su  

hövzəsinin  heyvanat  aləminə (balıqlara) mənfi  təsir  göstərir (Ş. Xəlilov , 2003). 

Ş. B. Xəlilovun (2003)  apardığı  çoxsaylı  müşahidələr  göstərir  ki, Mingəçevir  su  anbarı  sahillərində  mə-

işət  zibilləri  və  sənayenin  müxtəlif  sahələrinin  tullantıları  başdan – başa  zolaq  əmələ  gətirir. Güclü  fırtı-

nadan  sonra, daşqın  sularının  axdığı  dövrdə  külək  axını  vasitəsilə  çoxlu  zibillər  su  anbarının  şərq  sahili-

nə  gətirilir  və  Mingəçevir  şəhər  çimərliyi  dəfələrlə  zibilin  təmizlənməsi  üçün  bağlanır.1982 – ci  ildə  

Şəmkir  su  anbarı  istifadəyə  verildikdən  sonra  belə  mənzərəni onun sahillərində müşahidə etmək olar. Su an-

barının  ölçüləri, o cümlədən  sahil  xətti  Mingəçevir  su  anbarından  kiçik  olduğu  üçün  burada  zibil  zolağı-

nın  eni  və  qalınlığı  daha  çox  olur. 

Sutka  ərzində  Gəncə  şəhərindən  Gəncəçaya  300  min  m

3

  çirkab  suları  axıdılır, 25  km – dən  sonra  isə  



Kürə  qarışır. 

Mingəçevir  şəhərindən  Varvara  su  anbarına  sutkada  150 min  m

3

 çirkab  suyu  axıdılır. 



Araz  çayı  və  qolları  Ermənistan  ərazisində  güclü  çirkləndiyindən (çirkab  sularının  miqdarı  sutkada  2,1 

mln  m


3

 təşkil  edir). 

«Araz» su  qovşağı  respublikimızın  su  anbarlarının  hamısından  daha  çirklidir . Bunun  nəticəsində  

«Araz»  su  anbarında  suyun « çirklənməsi» və balıqların kütləvi  qırılması  baş  verir. 

 «Araz»  su  qovşağı  sutka  ərzində  Naxçıvan  şəhərinin  70  min m

3

 – çirkab  suyu  ilə  çirkləndirilir, onun 



47 min m

3

 - i  Naxçıvan  çayından  daxil olur, 23 m



3

 – i   bilavasitə  su  anbarına  axıdılır. 



 

164


İnkişaf etmiş ölkələrdə (ABŞ, İngiltərə, Fransa, Almaniya) su  anbarlarında  suyun  keyfiyyətini  yaxşılaşdır-

maq  üçün  su  süni  yolla  aerasiya  edilir. Bu  məqsədlə  suyu  qarışdırmaq  və  atmosfer  oksigeni  ilə  zəngin-

ləşdirmək  üçün  xüsusi  hidropnevmatik  qurğudan  istifadə  olunur  və  ya  sualtı oksigen  rezervuarlarından is-

tifadə olunur .Belə tədbirdən  son  vaxtlar  Dneprovodski  və  Kaxovski  su  anbarlarında  da  istifadə  olunması  

planlaşdırılır. Bu  su  anbarlarında  suyun  «çiçəklənməsi»  böhranlı  ekoloji  vəziyyət  yaratmışdır, yayda  göy  

yaşıl  yosunlar  parçalanandan  sonra  suda  amonium  azot  və  mineral  fosforun  miqdarı  10 – 15  dəfə , üzvi  

azot  50 – 200  dəfə  və  ona uyğun  toksik  maddələr ( fenollar , sionidlər  və s. ) də  artır. Ona  görə  yay  döv-

ründə  balıqlar  və  digər  canlılar  məhv  olur. 

Antropogen  evtrofikasiya  Volqa  kaskadında  və  Rusiyanın, Orta  Asiyanın, Qazaxıstanın və  Qaraqum  ka-

nalının  su  anbarlarında  da  təhlükəli  ekoloji  vəziyyət  yaratmışdır.  

Azərbaycanda  su  anbarında  suyun  aerasiyası üçün  heç bir  qurğu  və  texniki  vasitələrdən  istifadə  olun-

mur. 


Mingəçevir  su  anbarı  əsas  təyinatından  başqa  Mingəçevir  şəhərini  içməli  su  ilə  təmin  edir.Gələcəkdə  

perspektivdə  onun  suyunun  Abşeron  yarımadasına  gətirilməsi  nəzərdə  tutulur, suyun  təmiz  saxlanması  

üçün  Ş.V.Xəlilov (2003)  su  anbarının  sahillərində  Ceyranbatan  su  anbarında  olduğu  kimi  sanitar  zona  

yaradılması  tədbirini  təklif  edir. 

Azərbaycanda  olan  56  su  anbarından  yalnız  ikisi (Pirsaat  və  Ağsu  çayından  doldurulan  Cavanşir  su  

anbarları) demək  olar  ki, tam  lillənməyə  məruz  qalmışdır. 

 

Ş

əkil 9.3. Dü

n

yan

ın 

ən ir

i su anbarlar

ı 


 

165


 

1. Abu Dibis 

2. Aqua Vermeyla 

3. Əsəd (Tabka) 

4. Baykal  

5. Ban Çao-Nen 

6. Bratsk 

7. Brokopondo 

8. Buxtarmin 

9. Bxumifol 

10. Vadi-Tar-tar 

11. Viktoriya 

12. Vilyuy 

13.Vinnipeq 

14. Volqoqrad 

15. Volta 

16. Qarrison 

17. Qordon 

18. Qordon M.Xrum 

19. Qrand Rapids 

20. Quri 

21. Daniel Conson 

22. Danszyankou 

23. Zeysk 

24. İlya Solteyra 

25. İtaypu 

26. İtumbiara 

27. Kabora – Bassa 

28. Kainci 

29. Kama (Perm) 

30. Kanyapisko 

31. Kapivara 

32. Kapçaqay 

33. Qərib 

34. Kaxobsk 

35. Keban 

36. Kalım 

37. Kosu 

38. Krasnoyarsk 

39. Kremençuq 

40. Kuybışev 

41. La-Qrand 2 

42. La-Qrand 3 

43. La-Qrand 4 

44. Lak kasse

45. Manantali 

46. Manikuaqan – 3 

47. Mid (Quver) 

48. Mika 

49. Mingəçevir 

50. Missa 

51. Naqarcunasaqar 

52. Naser 

53. Neçako 

54. Nijnikamsk 

55. Nipiqon 

56. Nureksk 

57. Oaxe 

58. Ontario 

59. Pauel 

60. Reyndir 

61. Rixand 

62. Rıbinsk 

63. Sanmınsya 

64. Sao Simao 

65. Saratov 

66. Sayan 

67. Seros-Kolorados 

68. Sinanyan 

69. Sinfınyan 

70. Sirikit 

71. Sobradinyo 

72. Suapiti 

73. Supxun 

74. Tarbela 

75. Toktoqulsk 

76. Tres-Marias 

77. Tuin-Keyne 

78. Ust-İlimsk 

79. Fort-Pek 

80. Franklin-Ruzveld 

81. Furnas 

82. Funman 

83. Xantay 

84. Simlyansk 

85. Çebokarsk 

86. Çerçil 

87. El-Çokon 



Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə