MƏMMƏdov qəRİb xəLİlov mahmud


 Yer qabığının mineralları və süxurları



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə34/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   75

11.3. Yer qabığının mineralları və süxurları 

 

Yer qabığı  olduqca  mürəkkəb  kimyəvi  tərkibə  malik  olub  təbiətdə  rast  gəlinən  bütün  kimyəvi  ele-

mentlərə  təsadüf  etmək  olar.Amerika  alimi  Klark  Yer  qabığında  geniş  yayılmış  50 kimyəvi  elementin  or-

ta  miqdarını  göstərmişdir.Litosferdə ən  geniş  yayılan  kimyəvi  elementlər  aşağıdakılardır.(% - lə). 

 

Oksigen-  49,42 



Silisium-  33,0 

Alüminium- 7,13 

Dəmir-3,80 

Kalsium-  1,37 

Natrium-  0,60 

Kalium – 1,36 

Hidrogen-  0,01 

Titan- 0,61 

Karbon-  2,0 

Xlor-  0,02 

Fosfor-  0,08 

Kükürd-  0,08 

Azot-  0,01 

 

Yer  qabığı  kütləsinin  99,95% - ni  25  element, 0,05 % - ni  isə  qalan  elementlər  təşkil  edir.Bu  kimyəvi  



elementlərdən  Yer  qabığını  yaradan  aşağıdakı  minerallar  əmələ  gəlmişdir. 

Minerallar.    Yer  qabığı müxtəlif süxurlardan təşkil olunmuşdur. Hər süxur isə özü mineraldan ibarətdir. 

Bəsit süxurun tərkibinə yalnız hər hansı bir mineral daxil olur. Mürəkkəb  süxur  isə  bir  neçə  müxtəlif  mine-

raldan  ibarətdir. 

Kimyəvi cəhətdən eyni olub tərkibi  dəyişməyən və müəyyən  fiziki  xüsusiyyətlərə malik olan cisimlərə 



mineral deyilir.Mənşəyinə görə minerallar 3 qrupa bölünür: maqmatik, çöküntü və metomorfik. 

Maqmatik  (ilk)  minerallar  maqmada  yüksək  temperatur  və  təzyiq  şəraitində  əmələ  gəlir. 

Çöküntü  süxurların  mineralları  (törəmə)  aşınma  nəticəsində  yaranır. 

Metamorfik  süxurların  mineralları  süxurda  yüksək  temperatur  və  təzyiq  şəraitində  baş verən  fiziki – 

kimyəvi  proseslər  nəticəsində  əmələ  gəlir. 



 

203


Minerallar  əsasən siniflərə, siniflər  isə  qruplara  bölünür. 

I sinif  -  Saf  elementlər, bura təbii  halda  olan bütün  bəsit  minerallar  daxildir: qızıl, gümüş, platin , me-

talloidlərdən: kükürd, qrafit, almaz. 



II  sinif  -  Sulfidlər: pirit  və  ya  dəmir, kükürd  kolçedanı, halqopirit  və  ya  kolçedanı 

III  sinif  -  halloidlər:  halloid turşuların  duzları: kalit  və  ya  daş  duz,karnallit, kainit. 

IV  sinif - Oksidlər  və  hidroksidlər: kvars, çaxmaq  daşı, boksit, qematit  və  ya  qırmızı  dəmir  filizi, 

maqnetit 



V  sinif  -  Oksigen  turşularının  duzları: sulfatlar  -  mirabilit, gips, karbonatlar – soda, maqnezium, kalo-

it, dololit, sidert  və  ya  dəmir  şpatı; fosfatlar- ftorapatiat, fosforitlər – vivianit; silikatlar – olivin, çöl  şpatları: 

ortoqlaz, albit, inortit, gil  mineralları – törəmə  minerallar  montmorillonit, kaolinit. 

VI  sinif  -  üzvi  birləşmələr: neft, dağ  yağı, dağ  mumu, asvalt, yantar  və  s. 

Dağ  süxurları   (ana  süxurlar). Yer  üzərində  müəyyən  massiv  qaya  və  ya  təbəqə  şəkilində  minerallar  

birləşmiş  halda  süxurları  yaradır.Dağ  süxurları  torpaqəmələgətirən  süxurlar  üçün  əsas  sayılır, onların  üst  

qatlarından  torpaq  yaranır.Süxurların  xüsusiyyətləri  torpağın  kimyəvi  və  fiziki  xassələrinə  müəyyən  qədər  

təsir  göstərir.Qranit  üzərində  əsasən  az  münbit  torpaqlar  əmələ  gəlir.Bazalt  süxurlar  isə   münbit  torpağın  

yaranması  üçün  qiymətli  material  hesab  olunur.Landşaftın, hidroqrafiyanın  və  bitki  örtüyünün  xüsusiyyəti  

dağ  süxurlarının  xarakteri  və  formasından  asılıdır. 

Mənşəyinə  görə  massiv – kristial (püskürmə  və  ya  maqmatik), çöküntü  və  metamorfik  süxurlar  ayrı-

lır.Massiv – kristal  süxurlar  yerin  dərinliklərindən  püskürüb  çıxan  və  soyuyan  maqmadır. Bu  süxurlar  ilk  

olaraq  yerin  bərk  qabığını  yaratdığı  üçün  ilkin  süxurlar  adlanır. 

Çöküntü  süxurlar  ilkin  süxurların  parçalanmasından, parçalanan  süxurların  külək, su  və  ya  buz  vasitə-

silə  aparılaraq  yer  səthində  və  ya  su  hövzələrində  çökməsindən  yaranır. Bunlar  törəmə  (təkrar)  süxurlar  

da  adlanır. 

Metomorfik  süxurlar  yerin  daxilində  olduğu  yerdəcə  çöküntü  süxurlarından  yaranmışdır.Yüksək  tem-

peratur  və  təzyiq  nəticəsində  çöküntü  süxurlar  sıxılmış, bir  hissəsi  ərimiş  və  sementləşmişdir.Çöküntü  sü-

xurların  belə  dəyişmə  prosesi  birlikdə  metomorfizləşmə  adlanır. 

Göstərilən  bu  3  qrup  süxurlar  bir – birindən  kimyəvi, mineroloji  və  fiziki  xüsusiyyətlərinə  görə  ayrılır. 

Çöküntü  süxurlar  Yerin  üst  səthini  demək  olar  ki, bütövlüklə  örtür.Bəzən  onların  qalınlığı  kilometrlər-

lə, bəzən  metrlərlə, hətta  santimetrlərlə  ölçülür, çöküntü  süxurların  yayılma  forması  təbəqələrlədir.(qat - 

qat). 

I. Massiv – kristallik  püskürmə  süxurlar  iki  böyük  qrupa – effuziv  və  intruziv  süxurlara  bölünür. 

Maqma  püskürüb  yer  səthinə  çıxaraq  aşağı  temperatur  və  təzyiq  şəraitində  soyuduqda  bu  süxura  ef-

fuziv  (püskürmə)  süxur, maqma  yer səthinə  çatmayıb  yüksək  təzyiq  şəraitində  müəyyən  dərinlikdə  yavaş 

– yavaş  soyuyub  kristallaşarsa  buna  intruziv  (dərinlik)  süxurları  deyilir. 



Maqmatik  süxurların  xarakteristikası 

Qranit – dərinlik  (intruziv)  süxuru  olub  boz,  çəhrayı, qırmızımtıl – qonur  və  hətta  tünd  qırmızı  rəngdə  

ola  bilər. 

Siyenit – tam  kristallaşmış  dərinlik  süxuru  olub  ortoqlaz, biotit  və  piroksenitdən  ibarətdir. 

Traxit – Siyenit  tərkibli  süxurdur, lakin  kiçik  dənəvaridir. 

Qabbro – dərinlik  süxuru  olub  qara, boz  və  yaşılımtıl  rənglidir. 

Diabaz  - plaqioqlazdan  təşkil  olunub, tərkibində  avqit  də  iştirak  edir. 

Andezit – effuziv  süxuru  olub  plaqioqlaz  və  biotitdən  ibarətdir. Rəngi  açıq – boz  və  ya  qonur – qırmı-

zıdır. 

Bazalt – Effuziv süxur  olub  qabbronun  analoqudur, tünd – boz  və qara rənglidir. Tərkibi plaqioqlaz, avqit  



və olivindən  ibarətdir. 

 

Cədvəl 11.2.  

 

Çöküntü  süxurların  təsnifatı 

 

Qırıntılardan  əmələ  gələn (mex.) 

Yumşaq Sementləşmiş Kimyəvi Orqanogen 

Çaqıl daşları  və 

daş qırıntıları 

Konqlomerat, 

brekçiya 

Karbonatlı sü-

xurlar 


Əhəng daşları 

diatomit 

Çınqıl Xırda  dənəvər 

konqlomerat 

Sulfat - 

Qum Qumlucalar  - 

Silisiumlu 

şist-


lər 

 

204


Gil  və  gillicə Gilli 

 

şistlər Holloidlər Daş  kömür 



Lös Gilli 

 

şistlər Dəmir  oksidi 



Vulkanik  kül 

Vulkanik tuflar 

Olit    dəmir kül-

çəsi 

Neft 


 

II – Çöküntü  süxurlar.  Bu  süxurların  əmələ  gəlməsində  4  mərhələ  ayrılır: 1) aşınma  nəticəsində  materi-

alların  toplanması, 2) Aşınmış  materialın aparılması, 3) Onların  çökməsi, 4) Daşlaşması. 

Çöküntü  süxurlar  püskürmə  süxurlarından  tərkib  və  quruluşlarına  görə  fərqlənirlər. Onlar  yumşaq, sə-

pələnən  və  sementləşmiş  olur.Çöküntü  süxurların  tərkibində  dəmir  oksidi çox olur, ümumi  kalium  natriu-

ma  nisbətən  üstünlük  təşkil  edir. 

Çöküntü  süxurlar  mexaniki, kimyəvi  və  orqanogen  olur  (cədvəl 11.2). 

Genetik  xüsusiyyətlərinə  görə  çöküntü  süxurları  elüvial, delüvial, prolüvial, alüvial  və  kolüvial  süxurla-

ra  bölünür. 

Elüvi və ya elüvial  çöküntü  aşınmış  dağ  süxurlarının  aşındığı  yerində  qalmasıdır. 

Delüvi  - xırda  hissəciklərin  yamacların  aşağı  hissələrində  toplanmasına  deyilir. Belə  çöküntülərin  xa-

rakterik  cəhəti  onun  təbəqə – təbəqə  olmasıdır. 

Prolüvi – yamac  su  axınlarının  gətirmə  konuslarında  topladığı  materiala  deyilir. 

Allüvial  çöküntülər  nisbətən  az  sürətlə  axan  böyük  və  kiçik  çayların  gətirdiyi  çöküntülərdir.Yaxşı  çe-

şidləşmiş  və  yuvarlanıb  hamarlanmış  xırda  hissəciklərdən  ibarətdir.Çaybasar  sahələrdə  tipik  allüvi  çökün-

tüləri  toplanır. 

Kolyuvi – dağlıq  ərazidə  yamacların  aşağı  hissəsində  öz  ağırlığı  ilə  və  ya  şaxtaların  təsirilə  toplanan  

qırıntı  (parçalanmış)  materiala  deyilir. 

Aşınma  məhsullarının  külək  vasitəsilə  bir  yerdən  başqa  sahəyə  aparılması  aşınma  məhsulunun  xüsu-

siyyətlindən  və  küləyin  sürətindən  asılıdır. Süxurların  külək  vasitəsilə  uzaq  məsafələrə  daşınması  səhra  

və  yarımsəhra  şəraitində  daha  intensiv  gedərək  eol  mənşəli  çöküntülər  əmələ  gətirir. 

Respublikamızın  ərazisində  torpaqəmələgətirən  süxurlardan  əsasən  karbonatlı  löslər, lösəbənzər  gillicə-

lər, karbonatsız  gillicələr, allüvial  gillicələr, qumlar, duzlu  süxurlar  və  başqalarını  göstərmək  olar.  

 


 

205


11.4. Süxurların aşınması 

 

Massiv - kristal süxurların aşınması.  

Süxur və ya minerallar əmələ gəldiyi yerdəki şəraitdən kəskin ayrılan şəraitə düşdükdə dəyişikliyə uğrayır. 

Massiv-kristal, çöküntü və metamorfik süxurlar səthə çıxarkən mexaniki surətdə xırdalanmağa məruz qalır, kim-

yəvi və bioloji dəyişikliyə uğrayır. Yer qabığının üst səthində gedən bu proseslərin cəminə aşınma deyilir. 

Aşınma zamanı temperatur, su, karbon qazı, oksigen, həmçinin orqanizmlərin fəaliyyəti nəticəsində gedən 

biokimyəvi hadisələr böyük rol oynayır. 

3 aşınma tipi müəyyən edilmişdir: fiziki, kimyəvi və bioloji. Bunlar praktiki olaraq eyni vaxtda baş verir. 

Müxtəlif şəraitlərdə gah bir, gah da digər aşınma tipi üstünlüyə malik olur. 



Fiziki aşınma zamanı süxurlar mexaniki surətdə müxtəlif ölçülü hissələrə parçalanır, lakin onların kimyəvi 

tərkibi dəyişmir. 



Kimyəvi aşınmada isə ilkin mineralların kimyəvi tərkibi dəyişir, yeni minerallar əmələ gəlir, çox vaxt yeni 

yaranan mineralların kimyəvi tərkibi ilkin minerallardan sadə olur. 



Bioloji aşınma – canlı orqanizmlərin təsiri nəticəsində süxur və mineralların xırdalanması prosesinə və onla-

rın kimyəvi tərkibinin dəyişməsinə bioloji aşınma deyilir. 



Fiziki aşınma. Fiziki aşınmanın əsas səbəbi yer səthində sutkalıq və mövsümi temperaturun dəyişməsidir. 

Günəş şüası altında süxurun üst qatları güclü qızır, alt qatları isə istiliyi yaxşı keçirməməsilə əlaqədar öz əvvəlki 

temperaturunu saxlayır. Qızmış üst təbəqə genişlənir, onda gərginlik yaranır və çatlar əmələ gəlir. 

Günəş süxuru qızdırmadığı vaxt isə süxurun üst təbəqəsi şüaları buraxaraq tez soyuyur və sıxılmağa başlayır, 

süxurun daxili hissəsi isə öz temperaturunu saxlayır, həcmi isə dəyişmir. Belə olduqda, süxurun səthində yaran-

mış gərginlik nəticəsində radial istiqamətdə çatlar əmələ gəlir. Bu çatlara dolan su donarkən öz həcmini böyü-

dür, bunun nəticəsində çatların həcmi də genişlənir. 

Süxurda üfüqi və şaquli çatların sayı get-gedə artır və nəticədə yumşaq süxur əmələ gəlir, yəni süxurun müx-

təlif ölçülü qırıntıları və xırda hissələri yaranır. 

Müxtəlif mineralların genişlənməsi əmsalı eyni olmadığı üçün mürəkkəb süxurlar, bəsit (sadə) süxurlara nis-

bətən sürətlə aşınır. Fiziki aşınma prosesində xırdalanan hissələrin ölçüsü yəqin ki, 0,001 mm-dən kiçik olmur. 

Torpaqəmələgəlmə prosesində fiziki aşınma böyük əhəmiyyətə malikdir, o, kimyəvi və bioloji aşınmanın in-

tensiv getməsinə şərait yaradır. Bu onunla aydınlaşdırılır ki, hissələr xırdalandıqca onun xüsusi səthi böyüyür  

və bununla da aşınmanın kimyəvi və bioloji amilləri ilə daha asan əlaqə yaranır. 



Kimyəvi aşınma – Kimyəvi aşınma zamanı minerallar parçalanmaya və sintezə məruz qalır. Bunun nəticə-

sində ilkin süxurda olmayan yeni minerallar yaranır. Kimyəvi aşınmanın əsas amilləri – su, oksigen, karbon qazı 

və temperaturdur. 

Qranitin tərkibinə kvars, çöl şpatı, avqit, slyuda və digər minerallar daxildir. Kvars (SiO

2

) yer səthində çox 



davamlı mineral olduğu üçün planetimizdə olduqca çox toplanmışdır. Çöl şpatı kimyəvi təsirə qarşı az davamlı-

dır. 


Kimyəvi aşınma prosesinin intensivliyinə görə iki əsas tip ayrılır: sialit və allit. Sialit aşınma tipi mülayim 

iqlimi və orta miqdarda atmosfer yağıntıları olan ərazi üçün xarakterikdir. Bu zaman aşınma zamanı əsasən alü-

mosilikatlar və ferrisilikatlar yaranır. 

Allit tipli aşınma rütubətli və isti iqlimi olan ərazi üçün xarakterikdir. Belə şəraitdə süxurda intensiv hidroliz 

gedərək alüminium, dəmir və silisium hidroksidləri əmələ gəlir. 

Bioloji aşınma. – Minerallara bitkinin kökləri, həmçinin mikrobların, bitkinin və heyvanat aləminin fəaliy-

yəti nəticəsində ayrılan və onların çürüməsindən alınan məhsullar təsir göstərir. 

Orqanizmlər davamlı məhsulların aşınmasına böyük təsir göstərir. Akademik V.İ.Vernadski canlı orqanizm-

lərin aşınma prosesində böyük əhəmiyyətini qeyd edərək, belə hesab edir ki, kaolin abiotik şəraitdə davamlıdır. 

Lakin o, orqanizmlərin bilavasitə iştirakilə, yəni bioloji olaraq parçalanır. Bəzi yosunlar silisium turşuları  ayıra-

raq kaolini parçalayır. Belə parçalanma yosunlar tərəfindən ayrılan və tərkibində pektin maddələri olan seliyin 

təsirilə gedir.  

Yağlı-turşu və nitrifikasiya mikroorqanizmləri ayırdığı maddələrlə apatit və silikatları sürətlə parçalayır. Sü-

xurların səthinə göy-yaşıl yosunlar da böyük təsir göstərir. Belə yosunlar və nitrifikasiya bakteriyaları qranitə 

böyük təsir göstərir. 



Çöküntü süxurların aşınması.- Yer səthində çöküntü süxurları  daha geniş yayılmışdır. Bu süxurlar müxtə-

lif torpaqların formalaşmasında çox iştirak edir. 

Çöküntü süxurlar törəmə (təkrar) süxurlar hesab olunur. Bu süxurların tərkibində həm ilkin minerallar, həm 

də massiv kristallik və metamorfik süxurların aşınması nəticəsində əmələ gələn davamlı minerallar vardır. Çö-

küntü süxurların aşınması xüsusiyyəti onun quruluşundan və kimyəvi tərkibindən asılı olaraq gedir. Məsələn, 

konqlomerat və brekçiya əsasən ilkin süxurlardan təşkil olunub, ancaq sementləşmiş maddəsində aşınma prose-

sində yaranan törəmə minerallar iştirak edir. Belə halda çöküntü və ilkin süxurların aşınması prosesində az fərq 


 

206


ola bilər. Əhəng daşları və gil şistlərinin aşınması isə başqa cürdür. Bu süxurlar ilkin süxurların aşınmasından 

əmələ gələn minerallardan ibarət olub, həmin termik şəraitdə özünü davamlı göstərir.   

Aşınma nəticəsində belə süxurlar az-çox dəyişkənliyə uğraya bilən mineralların hesabına gedərək fiziki xır-

dalanır və kimyəvi tərkibi dəyişir. 

Əhəng daşı aşınma prosesində aşağıdakı dəyişikliyə düçar olur. Onun tərkibinə karbon qazı, kaolin, krem si-

lisium turşusu, kvars, dəmir hidratı, alüminium, marqans, az miqdarda fosfat, xlorid, sulfat və digər birləşmələr 

daxil olur. Bu mineralların çoxu kimyəvi dəyişkənliyə uğramır. Belə ki, xloridlər, sulfatlar və qismən fosfatlar 

suda həll olaraq dəyişkənliyə uğramayaraq ayrılırlar. Kaolin – davamlı mineral olub qismən mikroorqanizmlər 

tərəfindən parçalanır. Odur ki, süxur bu mineralla zənginləşir. Onun tərkibindəki kalsitin karbon qazının miqdarı 

kəskin dəyişəcək. Bu duz havadakı karbon qazı və su ilə asan reaksiyaya uğrayır. 

Bu zaman suda həll olan iki kalsium-karbonat əmələ gəlir. Aydındır ki, belə reaksiya nəticəsində əhəng daşı 

kalsiti itirəcək, eyni zamanda həll olmayan davamlı minerallarla (gil, silikat turşusu, dəmir və alüminium oksidi) 

nisbətən zənginləşəcəkdir. Əhəng daşı ağımtıl boz rəngdən qırmızımtıl və qonur rəngə çevriləcəkdir. Onun aşın-

ma məhsulu çox xırda hissəciklərdən ibarət olur. Məhz buna görə də əhəng daşları üzərində aşınma zamanı gilli 

torpaqlar yaranır.  

Aşınma nəticəsində əhəng daşlarının yerində mergellər – karbonatlı gillər və hətta təmiz, yəni karbonatsız 

gillər yaranır. Sonralar onların üzərində gilli torpaqlar əmələ gəlir.  

Gilli şistlər də göstərildiyi kimi aşınmaya məruz qalır. 



 

11.5. Torpaqəmələgətirən amillər 

Hələ 1875-76-ci illərdə Həsənbəy Zərdabi ilk dəfə olaraq öz əsərlərində əsas 4 faktorun torpaqəmələgəlmə 

prosesində rolunu göstərmişdir: ana süxur, bitki və canlı orqanizmlər, iqlim və insanın təsərrüfat fəaliyyəti. On-

dan 8 il sonra V.V.Dokuçayev 5 amili (torpaqəmələgətirən süxurlar, bitki və heyvan orqanizmləri, iqlim, relyef 

və ərazinin (ölkənin) geoloji yaşı) torpağın əmələgəlməsində rolunu daha geniş izah etmişdir. Sonralar V.R.Vil-

yams torpaqəmələgətirən amillərə insan fəaliyyətini də daxil etmişdir. İndiki torpaqşünas tədqiqatçılar torpaqə-

mələgəlmə prosesində qrunt sularının da böyük rol oynadığını göstərirlər. 

İqlim torpaqəmələgətirən amil kimi. Atmosfer yağıntılarının miqdarı torpaqda nəmlik, yəni bitki və mikro-

orqonizimlərin həyatı üçün şərait yaradır. Yağıntıların bir hissəsi buxarlanır, bir hissəsi yamac boyu axır, bir his-

səsini isə torpaq özündə saxlayır. Torpağın rütubəti onun səthi ilə axan və buxarlanan su torpaqəmələgəlmə pro-

sesində iştirak edir. Torpaqdakı su mineral maddələri həll edərək torpaq profili boyu paylayır (qarışdırır): səth 

su axınları mineral və üzvi hissəcikləri yamac boyu paylayaraq, ya hissəcikləri aparır, yaxud da toplayır, buxar-

lanan su isə ətraf havanı rütubətləndirərək torpağı sərinlədir. 

Qar torpağı bərkidərək mikroorqanzimlərin fəaliyyət dövrünü uzadır.  

Qrunt suları duzlu olduqda torpağı şoranlaşdıra bilər. O səthə yaxın yerləşdikdə bataqlaşmaya səbəb olur. 

Havanın və torpağın temperatur şəraiti torpaqdakı kimyəvi və biokimyəvi reaksiyanın sürətinə təsir göstərir. 

Temperatur rütubətin buxarlanma intensivliyinə və torpağın nəmliyinə təsir göstərir. Temperatur 20…35

0

 oldur-


da mikroorqonizm və bitkilərin fəaliyyəti artır. Torpağın temperaturu 40

0

- dən yüksək olduqda isə mikroorqoni-



zimlərin fəaliyyəti zəifləyir və yaxud dayanır. Temperatur sıfra endikdə də orqanizmlər fəaliyyətdə olmurlar. 

Səhra, step (çöl, bozqır)  və tundrada küləyin rolu xüsusilə böyükdür. Külək torpağın səthində toz və qum 

hissəciklərini sovurub apararaq torpağın  profilini dəyişir, torpaq ilkin genetik xassələrini itirir. 

Relyef torpaqəmələgətirən amil kimi  

Yer səthində istiliyin və rütubətin paylanması relyefdən çox asılıdır. Relyef küləyin istiqamətinə və gücünə, 

günəşin torpaq səthini işıqlandırılmasına və bitki örtüyünün   formalaşmasına təsir göstərir. 

Torpaqəmələgəlmə prosesinə nəinki makrorelyef, hətta mikro və nano relyef də öz təsirini göstərir. Səthin 

çökəklik və hündürlük hissəsində torpaq ətrafındakı torpaqdan müəyyən dərəcədə fərqlənir. Nanorelyef torpaq-

da olan heyvanat aləminin təsirilə də yaranır. (siçan, köstəbək, sünbülqıran və s.).  

Torpaqəmələgəlmə prosesində relyefin forması və cəhəti xüsusi rol oynayır, torpağın temperaturu və nəmliyi 

yamacın dikliyi və istiqamətindən asılıdır. Cənub yamaclar isti, quru, şimal yamaclar isə soyuq və rütubətli olur. 

Dik cənub yamaclarda eroziya prosesi daha çox müşahidə olunur. Şimal yamaclar çox vaxt az meyilli olur: ora-

da qar daha uzun müddət qalır ki, bu da torpaqəmələgəlməyə öz təsirini göstərir. 



Ana süxur torpaqəmələgətirən amil kimi. Səthə çıxan dağ süxurları torpağın əmələgəlməsində əsas mine-

ral materialı hesab olunur. Süxurun tərkibində kalsium-karbonatın mövcudluğu torpaqda zəif qələvi reaksiyanın 

olmasına  şərait yaradır. Karbonatsız gillicəli və qumlu torpaqda isə turş reaksiya yarana bilər. Qum üzərində 

əmələ gələn torpaqlar gillicəli süxurlar üzərindəki torpaqlara nisbətən qida maddələrilə az zəngin olur.  

Ana süxurun fiziki xassələri, yəni onun bərk və ya yumşaq olması, məsaməliyi, suyu və havanı keçirmə qabi-

liyyəti torpaqəmələgəlmə prosesində böyük rol oynayır. Belə ki, hava və suyu özündən pis keçirən gilli süxurda 

kimyəvi və bioloji proseslər, üzvi qalıqların parçalanması zəif gedir. 

Torpaqəmələgəlmə prosesində qrunt sularının da rolu az deyildir. Bu prosesə suyun minerallıq dərəcəsi, kim-

yəvi tərkibi, dərinliyi böyük təsir göstərir. Qrunt suyu yer səthindən çox dərində yerləşmirsə torpağı kimyəvi 


 

207


maddələrlə zənginləşdirir, onun su və hava rejimini dəyişdirir. Qrunt suları səthə yaxın yerləşərsə torpağı hədsiz 

rütubətləndirir, onun şorlaşmasına və bataqlaşmasına səbəb olur. 



Ölkənin (ərazinin) yaşı (vaxt) torpaqəmələgətirən amil kimi.  Hər hansı torpaq tipinin yaranması üçün 

müəyyən vaxt lazımdır. Burada torpağın mütləq və nisbi yaşını ayırmalıdır. Məlum olduğu kimi keçmiş SSRİ-

nin şimal hissəsi yaxın vaxtlarda buzlaqlardan azad olmuşdur. Cənubi Rusiya və Qazaxıstan çölləri (stepləri), 

Türkmənistan və Özbəkistan səhraları, Sibirin və Uzaq Şərqin bir hissəsində buzlaq olmamışdır.  

Tundra torpaqlarını şərti olaraq ən cavan, podzol torpaqları orta yaşlı, qaratorpaq və şabalıdı torpaqları isə 

yetişmiş yaşlı torpaqlar hesab etmək olar. Ən cavan torpaqlar  çayların  gətirmə konuslarında, müasir allüvial 

çöküntülər üzərində inkişaf edən torpaq hesab olunur. 

Beləliklə, torpağın mütləq yaşının başlanğıcı qurunun buzlaqdan, dəniz, göl, okean altından azad olması vax-

tı hesab olunur. Torpağın nisbi yaşı dedikdə isə onun vaxta görə formalaşması sürəti (müddəti) nəzərdə tutulur. 

H. Bennetə görə ana süxurdan 2-3 sm torpağın yaranması üçün 200-1000 il vaxt lazımdır.  



Orqanizimlər və torpaqəmələgəlməsi. 

Torpaq orqanizmləri. Torpağın münbitliyinin yaranmasında canlı orqanizmlər və torpağın üzvi maddələri 

əsəs amil sayılır.  

Torpaqda və onun səthində bakteriyalar, göbələklər, aktinomisetlər, yosunlar, şibyələr, ali bitkilər (mamırlar, 

ayıdöşəyilər, otlar, ağac bitkiləri), ibtidailər, soxulcanlar, həşəratlar və məməlilər yaşayır. 

Əgər edofonu torpaqəmələgəlmə prosesində əhəmiyyətinə görə cərgələrə bölüşdürəsi olsaq, onda birinci cər-

gədə bakterialar, ikincidə –aktinomisetlər, üçüncüdə isə göbələklər durur. İbtidailərə, amyöblərə  və yosunlara 

torpaqda az rast gəlinir.  

Y.H.Mişustinə görə kasıb torpağın (məsələn podzolun) 1qramında 0,3-0,6 milyard, münbit qaratorpaqda –2-

3 milyard mikrob vardır. Suvarılan səhra boz torpağının 1 qramında da mikroorqanizimlərin miqdarı 3milyarda 

çatır.  


Bakteriyalar torpaqda olan mikrocanlıların  ən çoxunu təşkil edir. Bakteriyasız torpaq yoxdur. Onun çox 

miqdarı torpağın üst, əsasən şum qatında yerləşir. 

Oksigenə tələbinə görə bakteriyalar aerob, anaerob, və fakültətiv bakteriyalara bölünür. Aerob bakteriyalar yal-

nız havanın oksigeni şəraitdə, anaerob bakteriyalar havasız şəraitdə, fakültətiv bakteriyalar isə həm havalı, həm də 

havasız şəraitdə fəaliyyət göstərir. 

Çöpşəkilli bakteriyalar batsilla, kürəşəkilli bakteriyalar-kokki, bükülmüş bakteriyalar-spiril, çox bükülmüş 

bakteriyalar isə spiroxetlər adlanır. Bakteriyalar bitki aləminə daxil olanda hüceyrələrində xlorofil olmur.  

Hərəkətli və  hərəkətsiz bakteriyalar mövcuddur. Qidalanmasına görə bakteriyalar avtotrof  və  heterotrof 

bakteriyalara bölünürlər. Avtotrof bakteriyalar karbon qazını mənimsəyərək və karbondan istifadə edərək üzvi 

maddələr yaratmaq qabiliyyətinə malikdir. Heterotrof bakteriyalar isə karbonu yalnız hazır üzvi birləşmələrdən 

mənimsəyir.  

Energiyadan istifadəsinə görə bakteriyalar fotoavtotrofhemoavtotrof və heterotrof bakteriyalara bölünür. 

Fotoavtotroflar günəş işığından, hemoavtoqraflar-mineral birləşmələrin oksidləşməsi zamanı ayrılan energi-

yadan, heteroqraf bakteriyalar isə üzvi birləşmələrin oksidləşmələrindən alınan energiyadan istifadə edirlər.  

Torpaqda hemotraf  bakteriyalar geniş yayılmışdır. Bunlardan dəmir bakteriyaları böyük maraq doğurur. On-

lar dəmirin aşağı oksidli birləşməsini dəmir oksid formasına çevirir: 

2FeCO

3

+3H



2

O+O=2Fe(OH)

3

+2CO


2

+121.2 coul 

Təbiətdə azotun dövranında bilavasitə iştirak edən bakteriyalar xüsusi yer tutur. Bunlar torpaqda nitrifikasi-


Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə