MƏMMƏdov qəRİb xəLİlov mahmud


 Pestisidlərdən istifadənin ekoloji problemləri



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə37/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   75

12.5. Pestisidlərdən istifadənin ekoloji problemləri 

Məhsulun çox hissəsi tarlada və ya sonra anbarlarda zərərvericilər tərəfindən və xəstəliklər nəticəsində məhv 

olur. Kənd təsərrüfatı zərərvericilərilə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə  əsas mübarizə istiqamətlərin-

dən biri pestisidlər adlanan kimyəvi maddələrdən istifadə etməkdir. Pestisidlər aşağıdakı əsas siniflərə bölünür: 

akarisidlər – gənələrlə mübarizədə istifadə edilən maddələr; antifidinqlər – cücüləri onların qidalandığı şeydən 

qorxub çəkindirən maddələr; insektisidlər – zərərli cücüləri məhv edən maddələr; herbisidlər – alaq bitkilərinə 

qarşı mübarizədə istifadə edilən preparatlar; zoosidlər – zərərli onurğalı heyvanları məhv edən zəhərlər; bakteri-

sidlər, virusosidlər, funqisidlər – bitkilərlə viruslu və göbələk xəstəliklərilə mübarizə aparmaq üçün istifadə edi-

lən maddələr; nematosidlər – bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparat-

lar; molyuskosidlər – zərərli ilbizləri məhv edən maddələr. 

ABŞ-da 160 növdə patogen göbələk və bakteriyalarla, 250 virus növləri, 8000 həşərat və gənə növləri, 2000 

alaq otları ilə mübarizə aparılması lazım gəlir. 

Dünyada 180 pestisid növündən və bir neçə min preparat formasından istifadə edilir. 

Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr 

olmalarından irəli gəlir. 



 

223


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi qiymətə görə bütün dünyada pestisidlərin istifadəsindən hər 

il 20000 adam ölür və 1 milyona yaxın adam zəhərlənərək sağlamlığını itirir. Əgər dünyada pestisidlərdən istifa-

də çoxalarsa ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar. 

Øÿêèë 12.4. Ïåñòèñèäëÿðèí ÿòðàô ìöùèòäÿ 

ñèðêóëéàñèéàñû (Í.Í.Ìåëíèêîâ, 1977) 

 

Pestisidlər təbiətə də ciddi təsir göstərir. Adətən, istifadə olunan pestisidlərin yalnız bir faizindən istənilən 



məqsəd əldə etmək olur, qalan 99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirir, biotanı zəhərləyərək çox 

vaxt gözlənilməz nəticələr verir. Torpağın münbitliyində torpaq biotası böyük rol oynayır. Zərərvericiləri pesti-

sidlərlə məhv edərkən torpaq orqanizmlərin, o cümlədən torpaq soğulcanlarının sayını azaldır.Bununla  əlaqədar 

qara torpaqlarda torpaq soğulcanlarının miqdarı on və yüz dəfələrlə azalıb.  

Müxtəlif pestisidlər landşafta və onun komponentlərinə mənfi təsir göstərir. Pestisidlərlə daha çox zərər çə-

kən heyvan qrupları çoxa doğru sıra ilə  aşağıdakı kiidir: onurğasızlar, balıqlar, quşlar, məməlilər, mikroorqa-

nizmlər. 

Ətraf mühitə düşən pestisid bioakkumulyasiya prosesinə qoşulur, bu zaman pestisid qida zənciri ilə hərəkət 

etdikcə onun konsentrasiyası dəfələrlə (yüz min dəfəyə qədər) arta bilər.  

Kanserogen xassəli olduğu üçün DDT pestisidinin (dust) istifadəsi 1970-1973-cü ildən etibarən dünyanın de-

mək olar ki, hər yerində qadağan olunmuşdur. 

Ekspertlərin hesablamalarına əsasən istifadə olunan pestisidlərin çoxu həşaratları məhv etməyə sərf olunur. 

Məsələn, son 25 ildə (1982-ci il məlumatı) dünyada istehsal olunmuş 4,5 mln. ton DDT-nin 1 mln. tonu Yer kü-

rəsində parçalanmadan paylanmışdır.(Qasımov, 2003). Pestisidlərdən istifadə olunmayan ərazilərdə də hətta ona 

rast gəlinir. Məsələn, Antarktidada morjların piy qatında. 

Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin çökməsi üçün 4 il lazımdır. Torpaqda 

isə o, 20 ilə qədər qala bilər. Bu, DDT-in suda pis həll olması, yüksək temperatura davamlılığı, yağlarda və lipid-

lərdə yaxşı həll olması ilə əlaqədardır. 

M.Avazovanın (2003) apardığı müşahidələr göstərir ki, respublikamızda  ən böhranlı ekotoksikoloji şərait 

keçmiş pambıq və taxıl yetişdirilən rayonların ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır. 

Respublikamızda 1980-cı ilin ortalarına qədər pestisidlərdən istifadə olunmuşdur, hələ indiyə kimi Göyçay 

və Türyançay hövzəsində torpaqlarda qalıq pestisidlərə rast gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra əv-

vəllər pambıq bitkisində müşahidə olunmayan digər pambıq biti, pambıq sovkası, gənə, mənənə və s. cücülərin 

çoxalması baş verdi. K.Edvardsa görə T

50

 DDT-nin torpaqda qalma müddəti torpağın nəmliyindən çox asılıdır. 



Belə ki, mülayim qurşaq rayonlarında o, 2,5 il, subtropik və tropik ölkələrin torpaqlarında isə cəmi 3-9 ay qala 

bilir. 


Tədqiqat materialları və çoxillik müşahidələr göstərir ki, DDT-in yüksək qalıq miqdarı ən çox gilli torpaqlar-

da rast gəlinir. Bu torpaqlarda profil boyu dərinə getdikcə qalıq miqdarı azalır. Yüngül gillicəli və qumsal tor-

paqlarda isə bunun əksi müşahidə olunur (X.M.Qasımov, 2003). 

Pestisidlərdən istifadənin digər ciddi problemi ziyanvericilərin ona alışmasıdır, bu alışma sonrakı nəsillərə də 

keçərək pestisidlərin effektivliyini aşağı salır və yeni-yeni kimyəvi maddələrdən istifadəyə məcbur edir. Rezis-

tentlik adlanan bu hadisədə həşaratların onlarla kütləvi növlərinin istifadə olunan əsas birləşmə siniflərinə qarşı 

hissiyyat göstərmir. Bura ev milçəyi, tarakan, Kolorado  kartof böcəyi, kələm güvəsi və s.-ni misal göstərmək 

olar. İstifadə olunan pestisidlərdə rezistentlik 10-30 nəsildən sonra baş verir. Odur ki, yaxın gələcəkdə pestisid-

lərdən istifadənin hazırkı strategiyasında bütün əsas ziyanvericilər rezistent ola bilər. 

Pestisidlərdən istifadənin problemlərini ümumləşdirsək belə nəticəyə gəlmək olar ki, əsas təhlükə ekosferin 

həyat təmin edici xassələrinin pozulması və insanların sağlamlığının pisləşməsidir. 



 

224


Gələcək perspektiv planda istifadə olunan kimyəvi maddələr qadağan olunmalı və bioloji mübarizə üsulları 

ilə əvəz edilməlidir. Lakin təcili olaraq qadağan mümkün deyil. Keçid dövründə bəzi qaydalara riayət etmək la-

zımdır. Pestisidlərdən lazım olmadıqda istifadə etmək olmaz, zərərvericiləri başdan-başa qırmağa çalışmaq la-

zım deyil, onun sayını  aşağı  səviyyədə saxlamaq kifayətdir. Pestisidlərdən istifadə üçün xüsusi mütəxəssislər 

hazırlanmalıdır. 

 

12.6. Torpağın radionuklidlərlə çirklənməsi 



 

M.A.Abdullayev və C.Ə.Əliyev (1998) qeyd edir ki, Azərbaycanın torpaqlarında Çernobıl AES-dəki qəzaya 

qədər stronsium – 90 və sezium 137-in konsentrasiyası Ukrayna və Belorusiyanın torpaqlarına nisbətən iki-üç 

dəfə yüksəkdir. Lakin onların bitkilərə daxil olması isə iki-üç dəfə azdır. Bu, respublikamızın torpaqlarında 

stronsium –90 və sezium –137-in qeyri mübadilə (mütəhərrik) formasında olması ilə bağlııdır, torpaqda mütə-

hərrik kalsium və kaliumun miqdarının yüksək olması da bu radionuklidlərin bitkiyə az daxil olmasına şərait ya-

radır. 

Çernobıl AEC-dəki qəzadan sonra respublikamızın torpaqlarında stronsium 90-ın konsentrasiyası təxminən üç 



dəfə artdı, bu hal Lənkəran zonası torpaqlarında daha çox müşahidə olundu. Bu, burada atmosfer yağıntılarının 

miqdarının çox olmasilə aydınlaşdırılır. 

M.A. Abdullayev və C.Ə. Əliyevin (1998) tədqiqatları göstərir ki, respublika torpaqlarının ümumi radioak-

tivliyini təbii radionuklidlər yaradır. Süni radionuklidlər torpağın ümumi radioaktivliyinin 2-dən 10% -ə qədəri-

ni təşkil edir. 

Torpağa (səpin altına) optimal miqdarda və ya yüksək dozalarda mineral gübrələrin verilməsi süni və təbii 

radionuklidlərin bitkinin tərkibinə daxil olmasını zəiflədir. 

Torpağa (səpin altına) optimal və ya yüksək dozalarda mineral gübrələrin verilməsi məhsuldarlığın artması 

ilə bərabər, həm də süni və təbii radionuklidlərin taxıl və dənli-paxlalı bitkilərin dəninə və kövşəninə keçməsini 

azaldır. Bu əsasən fitokütlənin çoxalması hesabına olur. (Abdullayev, Əliyev, 1998) 

Torpağın təbii radiasiya fonu (TRF) Ra, Ac, Th, K40 elementləri ilə təyin olunur. Bu elementlər öz-özünə ar-

dıcıl çevrilmələrə məruz qalaraq radioaktiv elementlərin olduqca müxtəlif dövrlərdə yarımparçalanan fəsilələrini 

yaradır. Mədən qazıntılarında yüksək göstəricilərlə təsbit olunur, yer səthinin hər yerində və bütün dağ süxurla-

rında, torpaqda və sularda, təbii  radioaktiv elementlər (TRE) aşağı göstərici ilə təsbit olunur. 

Torpaqda TRE-in konsentrasiyası ana (dağ) süxurun tərkibindən və torpaqəmələgəlmə prosesi nəticəsində 

aşınma dərəcəsindən asılıdır. Turş dağ süxurlarının parçalanması məhsulları üzərində formalaşan torpaqlarda ra-

dioaktiv elementlər və izotoplar, əsaslar və ultraəsaslı süxurlar üzərində  əmələ  gələn torpaqlara nisbətən çox 

olur. Ağır mexaniki tərkibli torpaqlarda, yüngül mexaniki tərkibli torpaqlara nisbətən TRE-in miqdarı çox olur. 

TRE-in miqrasiyası landşaftdan da çox asılıdır: 

Süni radioaktiv fon əsasən atom və istilik – nüvə parlayışı zamanı yaranır. Bu zaman torpaqda radioaktiv ele-

mentlər və izotoplar toplanır. Torpaqda yığılan uzunömürlü radioaktiv elementlərə Sr-90, Cs-137, Ru 106, Cl-

144, Mn-54 və s. aiddir. Onlardan daha ciddi təhlükəli Cr-90 və Cs-137 hesab olunur, onlar torpağa mübadilə 

vəziyyətində intensiv hoparaq, bitkilərin kök sistemi tərəfindən udulur və kənd təsərrüfatı zəncirinə qoşulur. Mi-

neral qida elementlərinin miqrasiyasına daxil olur. (B. Şakuri, Ş. Şakuri, 2000). 

TRE-lə çirklənmiş torpaqlarda kənd təsərrüfat bitkiləri yetişdirdikdə, onlar bitki kökləri vasitəsilə sorulur və 

bitki qida məhsullarında toplanır.  Tədqiqatlar göstərir ki, Sr-90 Cs-137-yə nisbətən bitkiyə intensiv daxil olur. 

Kalsiumsevər bitkilər Sr-90-nı nisbətən çox udur. Paxlalı bitkilər Sr-90-ı daha çox, kökümeyvəlilər nisbətən az, 

dənli (taxıl) bitkiləri daha az toplayır. Tərkibində kalium çox olan bitkilər Cs-137-i də çox udur. 

Yüngül mexaniki tərkibli və humusla kasat olan torpaqlarda radioaktiv elementlər, ağır mexaniki tərkibli və 

humusla zəngin torpaqlara nisbətən bitkilərə çox daxil olur. Becərilən torpaqlara əhəng və gübrə verildikdə Sr-

90-ın bitkiyə daxil olması azalır, qələvi metal fosfatlar verdikdə isə onun bitkiyə daxil olması ləngidilir. (B. Şa-

kuri, Ş. Şakuri, 2000). 

Tərkibində sronsium-90 və sezium-137 radionuklidləri olan radioaktiv tullantıların əsas mənbəyi nüvə reak-

torları və şüalandırılmış yanacaq materiallarını yenidən istifadə edən müəssisələrdir. (Abdullayev, Əliyev, 1998) 

Atmosferdən tökülən süni radioaktiv bölünmə  məhsulları yerin üst qatında qeyri-bərabər surətdə  səpələnirlər. 

Radioaktiv çöküntülərin maksimum miqdarı 40-45 dərəcə şimal və cənub en dairələrində təsadüf edilir. Bu hava 

kütləsinin atmosferdə hərəkət xüsusiyyəti ilə əlaqədardır. 

Tədqiqatçılar aşkar etmişlər ki, şimal en dairəsi torpaqlarında stronsium –90 radionuklidinin miqdarı cənub 

en dairəsi torpaqlarına nisbətən orta hesabla 5 dəfə artıqdır. Onun səbəbini eksperimental nüvə partlayışlarının 

əksərinin şimal yarımkürəsinin ərazisində keçirilməsi ilə izah edirlər. 

Radionuklidlər yer səthinə əsasən atmosfer yağıntıları vasitəsilə daxil olur və onların maksimum çöküntüləri 

yaz-yay fəsillərinə təsadüf edir. Bu qanunauyğunluq atmosferdə gedən meteoroloji proseslərlə əlaqədardır. 

Su mühitində atmosferin radionuklidləri suspenziya şəklində həll olur, bu vəziyyətdə də onlar torpağa hopur, 

qrunt sularına daxil olur. 



 

225


Qeyd etmək lazımdır ki, radionuklidlər əsas biotoplarda və su obyektləri biotasının komponentlərində miqra-

siya edir, toplanır və transformasiya olunaraq maddənin biotik dövranına cəlb olunur. 

Təmiz su hövzələrində və su axarlarında radionuklidlərin böyük hissəsi dib çöküntüləri və ali su bitkiləri tə-

rəfindən sorbsiya olunur. Az miqdarda radionuklidlər az-çox bərabər miqdarda həll olunmuş halda suda qalır. 

Radioaktiv çirklənmiş su obyektlərində ən çox miqdarda stronsium –90 və sezium –137 radionuklidləri olur. 

Onlar uzun yarımparçalanma dövründə və yüksək toksikliyə malik olduğu üçün təhlükəlidir. 

 

Şəkil 12.5. Radionuklidlərin «qida cəncirinə» və insanın 

orqanizminə daxil olma mənbələri 

 

Respublikamızda radionuklidlər Ukrayna, Belorus və Rusiyanın bir sıra vilayətlərində olduğu kimi ciddi 



problemlər yaratmasa da, bütövlükdə bu maddələrin fonunda baş vermiş  dəyişikliklər göz qabağındadır. 

Respublikamızda torpaqların və  kənd təsərrüfatı bitkilərinin radionuklidlərlə çirklənməsinin ekoloji 

problemlərinin həlli kompleks tədbirlərin görülməsini tələb edir. Bunlar aşağıdakılardan ibarətdir: 

1.  Aqrokimyəvi tədbirlər.  Əkinçiliyin kimyalaşdırılması (torpağa onun fiziki-kimyəvi xassələrini 

yaxşılaşdıran və onun münbitliyini artıran gübrə  və meliorantların verilməsi) radionuklidlərin torpaqdan kənd 

təsərrüfatı bitkilərinə  və sonra da heyvandarlıq məhsullarına daxil olmasının qarşısını alan ən səmərəli 

vasitələrdən biridir. Mineral gübrələrin tətbiqi nəticəsində  məhsulda radionuklidlərin konsentarsiyasının aşağı 

düşməsi bir sıra səbəblərlə izah edilə bilər: 

a. Bitkinin qida şəraitinin yaxşılaşması  nəticəsində biokütləsinin artması  və bununla da radionuklidlərin 

həcminin ümumi kütləyə nisbətdə azalması; 



b. Torpaqda mübadiləli kationların, ilk növbədə kalium və kalsium kationlarının konsentrasiyasının 

artması; 



c. Radionuklid ionları ilə torpağa verilmiş gübrələrin (duzların) ionların arasında antoqonizmin güclənməsi 

və nəticədə bitki tərəifndən radionuklidlərin mənimsənilməsinin çətinləşməsi; 



d. Mineral gübrələrin təsiri altında radionuklidlərin bitki tərəfindən çətin mənimsənilən formalara transfor-

masiya olunması.  

Üzvi gübrələrin tətbiqi də torpaqda radionuklidlərin toplanmasının və onların bitkiyə keçməsinin qarşısını 

alır. Üzvi gübrələrin səmərəliliyi yüngül qranulometrik tərkibli torpaqlarda özünü daha yaxşı göstərir. Belə ki, 

aşağı münbitli torpaqlarda yüksək dozada peyinin verilməsi taxıl və arpanın məhsulunda 

90

Sr 80% azaldır. Digər 



kateqoriyadan olan təbii və süni radionuklidlərin üzvi və mineral gübrələrin təsiri altında torpaq və bitkidə 

azalmasına dair məlumatlar vardır (A.N.Ratnikov, 1991).  



2. Xüsusi aqrotexniki tədbirlər. Bir çox hallarda atmosferdən torpağa daxil olan radionuklidlər torpağın 

səthində (0-2 sm) toplanır. Torpağın şumlanması radionuklidlərin konsentrasiyasının azalmasına gətirib çıxarır. 

Şum qatı artdıqca radionuklidlərin paylanma sahəsi də genişlənir.  Əkin qatının 30 sm olduğu hallarda 

radionuklidlərin bitkilər tərəfindən mənimsənilməsi 20-30% azalır (A.N.Ratnikov, 1991).  



3. Kənd təsərrüfatı bitkilərinin seçilməsi. Kənd təsərrüfatı bitkilərinin radionuklidləri müxtəlif konsetra-

siyada özündə toplamaq qabiliyyəti məhsulda radionuklid maddələrin miqdarını idarə etməyə imkan verir. Belə 

ki, radionuklidlərin normadan artıq miqdarının müşahidə edildiyi ərazilərdə  əkin zamanı konsentrasiya etmə 

qabiliyyəti zəif olan bitkilərə daha çox üstünlük verilməlidir.  

Kənd təsərrüfatı bitkilərində radionuklidlərin konsentrasiyasının azalma sırası aşağıdakı kimidir.  

 

a. taxılkimilər və paxlalılar: 


 

226


acı paxla > yulaf > qarabaşaq > noxud > arpa > buğda > qarğıdalı > soya 

b. tərəvəz və kartof:     

kələm > kartof > çuğundur > kök > xiyar > pomidor  

Kənd təsərrüfatı bitkilərində radionuklidlərin konsentrasiyasını azaltmaq məqsədilə onların düzgün seçilib 

əkin dövriyyəsində yerləşdirilməsi yuxarıda verilmiş tədbirlər fonunda daha yüksək səmərə verə bilər.  



4. Radionuklidlərlə çirklənmiş torpaqların fitomeliorasiyası. Məlum olduğu kimi, bir sıra təbii və kənd 

təsərrüfatı bitkiləri kimyəvi elementləri və radionuklidləri özündə toplamaq qabiliyyətinə malikdir. Bu 

maddələrin bitkidəki konsentrasiyası torpaqdan, adətən, bir neçə  dəfə çox olur. Bunu nəzərə alaraq bitkilərin 

toplamaq qabiliyyətindən istifadə etməklə onların vasitəsilə (vegetasiya dövrünün sonunda sahədən 

çıxarılmaqla) torpaqların bioloji təmizlənməsini həyata keçirmək mümkündür. Bu üsul torpaqların 

fitomeliorasiyası adlanır. Adətən, bu tədbirlər AES qəzalarından sonra və digər səbəblərdən müəyyən 

ərazilərdə radionuklidlərlə çirklənmə baş verərkən tətbiq edilir.  

Radionuklidlərlə çirklənmiş torpaqların ekoloji problemlərinin həllində aqrotexniki, aqrokimyəvi, fitomeli-

orativ və digər tədbirlərin  əhəmiyyəti böyük olsa da, onların  ətraf mühitdə yayılmasına qarşı profilaktik 

tədbirlərin görülməsi daha önəmlidir. Bunlar içərisində Respublika ərazisinə daxil olan sənaye və  kənd 

təsərrüfatı  məhsulları üzərində ekoloji nəzarətin gücləndirilməsi, transsərhəd zonalarda, xüsusən də AES və 

onun tullantıları ilə problemi olan Ermənistan Respublikası ilə sərhəddə daimi ekoloji monitorinqin qoyulması 

təxirəsalınmazdır. 



 

12.7. Suvarmanın ekoloji problemləri 

 

Yüksək və sabit məhsul əldə etmək məqsədilə suvarmadan çox qədimdən istifadə olunur. Dünyada suvarı-



lan torpaqların sahəsi 250 mln. hektara çatır. Bu əkin sahələrinin yalnız 17%-ni təşkil etməsinə baxmayaraq 

əkinçiliyin bütün məhsulunun 1/3-ni təmin edir.  

Qədim sivilizasiyanın əksəriyyəti suvarılan əkinçiliyə əsaslanmışdır. Lakin irriqasiya işləri XX əsrdə genişlə-

nərək dünyada suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxaldı. XX əsrin əvvəlində dünyada suvarılan torpaqların 

sahəsi 40 mln. ha-dan az idi. Suvarılan torpaqların intensiv artımı 1950-1960-cı illərdə baş verdi, sonralar isə 

azalmağa başladı. 

Suvarmanın inkişaf tempinin azalmasına səbəblər bunlardır.  

-   Yeni layihələrin qiymətinin yüksək, orta hesabla ABŞ dollarılə 1 ha-ra 1000-2000 dollar olması; 

-

 

Su resurslarının qıtlığı; 



-

 

Əlverişli (münasib) torpaqların qıtlığı; 



-

 

Şoranlaşma, şorakətləşmə, bataqlaşma nəticəsində suvarılan ərazilərin itirilməsi; 



-

 

Suvarma sistemlərinin deqradasiyası. 



Söz yox ki, suvarma işləri bəşəriyyət üçün xeyirlidir, lakin, o, hər şeydən öncə ekoloji problemlər yaradır. 

Təbii landşaftların aqroekosistemlərə çevrilməsi ərazinin vəziyyətini və rejimi dərin dəyişikliyə uğradır. 

Aparıcı proseslər kökündən dəyişir: quru vilayətlər üçün xarakterik olan az miqdarda atmosfer yağmurlarının 

suları əvəzinə tarla çox miqdarda su qəbul edir. Bunun nəticəsində torpağın əsas su rejimi, o cümlədən kimyəvi 

birləşmələrin miqrasiya şəraiti, sonra isə torpağın fiziki xassələri dəyişir.  

İrriqasiyanın yüksək inkişafı zamanı ayrı-ayrı tarlaların və ya suvarma sistemlərinin dərin ekoloji dəyişkən-

liyə uğraması ilə yanaşı, bu proses eyni zamanda çay hövzələrini, o cümlədən iri çay hövzələrini (məs. Nil, Ko-

lorada, Amurdarya, Kür) də əhatə edir.  

Təcrübələr göstərir ki, suvarma təsiri altında olan bütün ərazilər – su (göl) hövzəsi, suvarma sistemi və ya 

tarlalar deqradasiyaya məruz qalır, ona görə daim onların davamlığına yönəldilən tədbirlərin aparılması və nəza-

rət tələb olunur. Təbiət heç nəyi havayı vermir: o, nə qədər pozulmağa məruz qalarsa, əvəzinə bir o qədər haqqı-

nı ödəməyi tələb edir. 

İrriqasiyanın əsas vəzifəsi torpaq qatında bitkinin inkişafı üçün labüd olan optimal rütubətliyi saxlamaqdır. 

Suvarma dünyada əsas su istifadəçisi olub, bütün istifadə olunan suyun 80%-ni təşkil edir. 

Əsas problemlərdən biri istifadə edilən su resursunun az effektli olmasıdır. Tarla və ya suvarma sistemi üçün 

faydalı təsir əmsalı (f.t.ə.) bitkinin istifadə etdiyi suyun verilən suya olan nisbətidir. Bu vahid bir çox şəraitdən 

asılı olaraq çox dəyişir, f.t.ə. adətən 0,4-0,6 arasında, bəzən hətta daha aşağı olur.  

Sudan effektsiz istifadənin bir çox səbəbləri var. Onlardan ən  əsası sudan istifadə qiymətinin (əgər varsa) 

onun sosial qiymətindən çox aşağı  olmasıdır. Bir çox ölkələrdə suvarma üçün istifadə olunan su pulsuzdur və 

ya suvarma sistemini saxlamaq üçün sərf olunan dəyərdən dəfələrlə azdır. Bunun nəticəsində su resursu qorun-

mur və dünyanın bir çox suvarma sistemində sudan hədsiz istifadə edilir.  

Bitki üçün sudan tələb olunan qədər deyil, qeyri mütənasib yüksək istifadə olunması əlverişsiz ekoloji prob-

lemlər yaradır. Bunun əsas səbəbi drenajın kifayət qədər effektli olmaması və ya yoxluğu şəraitində həddən artıq 

suyun verilməsi nəticəsində qrunt suyunun səviyyəsinin qalxmasıdır. Bu isə ərazini su basmasına və ya bataq-

laşmaya səbəb olur. Bundan başqa torpaqdan yuyulub aşağı qatlara aparılan duzlar qrunt suyunun tərkibindəki 


 

227


duzlarla birlikdə torpaq profili boyu qalxaraq əkinçilik üçün olduqca əlverişsiz proses sayılan – torpağın  təkrar 

şorlaşması baş verir.  

Əgər tarla və suvarma sistemi səviyyəsində irriqasiyanın əsas ekoloji problemi bataqlaşma və şorlaşmadırsa, 

çay hövzəsi səviyyəsində həll olmuş duzların axınının çoxalmasıdır. N.F. Qlazovskiyə görə dünyada suvarılan 

torpaqlardan drenaj suları vasitəsilə axıdılan duzların cəmi ildə 2 milyard ton təşkil edir. Müqayisə üçün qeyd 

edək ki, dünyanın təbii çay axınları ilə aparılan həll olan maddələrin miqdarı ildə 3 mld. ton təşkil edir.  

Suvarmanın inkişafı xüsusilə tropik ölkələrdə adətən bir sıra sosial problemlərlə də nəticələnir. Onlardan ən 

mühüm problem malyariya, şistomatoz və onkoserkoz xəstəliklərinin daşıyıcılarının artmasıdır. Suvarılan mas-

sivlərin effektsiz idarə olunmasının digər nəticəsi içməli suların keyfiyyətinin pisləşməsi və yaşayış məntəqələ-

rini su basması (bataqlaşma) sayılır.  

Suvarmanın ekoloji problemləri irriqasiyanın tam dəyərinin uçotunun aparılmasını tələb edir. Bura yalnız su-

varma sisteminin tikilməsinə və istismarına çəkilən xərclər deyil, həm də ətraf mühitin vəziyyətinin pisləşməsi-

nə, ekoloji məsələlərin və sosial-iqtisadi problemlərin həllinə çəkilən xərclər daxil edilməlidir. İrriqasiyanın belə 

tam dəyərini hesablamaq çətin olsa da suvarma sistemi layihələrinin həqiqi effektivliyini qiymətləndirməyə kö-

mək edərdi.  

Torpağın vəziyyətini dəyişdirən antropogen faktorların və dünya torpaq sahələrinin istifadəsinin analizi, Ye-

rin canlı maddələrinin əsasını, sürətlə artan dünya əhalisinin ərzaq məhsullarının əsas mənbəyi sayılan pedosfe-

rin təhlükə qarşısında qaldığını göstərir.  

Pedosferin deqradasiyası dünyanın ən ciddi, uzunmüddətli ekoloji problemlərindən biri hesab olunur, çünki 

Yerdə həyatın mövcudluğunu təmin edən bu sistemin dağılması geniş miqyas almışdır. Nəzərə daha tez çarpan 

ümumdünya problemləri də mövcuddur, olduqca kəskin lokal problemlərə də rast gəlinir və onlar diqqəti daha 

çox cəlb edir. Lakin təəssüf ki, pedosferin deqradasiyası hələ layiqincə qiymətləndirilmir. 

Bu baxımdan, əsas narahatlıq doğuran kənd təsərrüfatı sahəsi hesab olunur. Burada vəziyyəti yaxşılaşdırmaq 

və baş verəcək böhranı müvəqqəti aradan qaldırmaq üçün gübrə və pestisidlərdən istifadə olunur, süni suvarma 

tətbiq olunur və ya yeni maşınlardan istifadə olunur.  

Kənd təsərrüfatı resurs bazasının təhlükəli vəziyyəti dünyanın ən varlı və ən kasıb dövlətlərində müşahidə 

olunur. Belə vəziyyəti hətta ən inkişaf etmiş ABŞ –da da görmək olar. Amerika kənd təsərrüfatının müvəffəqiy-

yətləri əsasən torpaq resurslarının itirilməsi hesabına baş verir. Məlumdur ki, Ayova ştatının torpaq qatının yarı-

sı eroziya nəticəsində son 150 il ərzində itirilmişdir.  

Dörd ən böyük dövlət sayılan ABŞ, Çin, Hindistan və keçmiş SSRİ dünyada əkin sahəsinin yarısından azını 

istifadə edir, lakin dünyada eroziya və şorlaşma nəticəsində itirilən torpaqların 50%-dən çoxu bu dövlətlərin pa-

yına düşür. 

Kənd təsərrüfat ehtiyat bazasının deqradasiyasının davam etməsinə baxmayaraq, dünyada əhali artımını ər-

zaqla təmin etmək lazımdır. Ona görə ekoloji cəhətdən dayanaqlı kənd təsərrüfatına keçmək vacibdir.  

Bunun üçün təsərrüfatın təşkili ekoloji əlverişli metodlarla aparılmalıdır. Bu metodlar təbiət üçün yad olan 

pestisid və mineral gübrələrin tətbiqi kimi aqrotexniki üsulların minimuma endirilməsinə əsaslanır. Bu üzvi, bi-

oloji və ya ekoloji əkinçilik də adlanır. Təsərrüfatın bu metodla aparılması nəticəsində orta hesabla az məhsul 

əldə edilsə də yüksək qidalığı ilə fərqlənir. Üzvi əkinçiliyin məhsulu baha olduğu üçün əldə olunan qazanc yük-

sək texnoloji kənd təsərrüfatından da çox olur.  

Lakin üzvi əkinçiliyin tətbiqi ilə istifadə olunan torpaq  sahələri olduqca az olub bir neçə faiz təşkil edir, az 

da olsa onun get-gedə artımı müşahidə olunur. Keçid və ya kompromis strategiya kimi kimyəvi maddələrin 

(gübrə və pestisidlər) miqdarının azaldılması, onların daha effektiv istifadəsi, suvarma sistemlərinin daha effek-

tiv idarə olunması, az vaxt ərzində ağır olmayan maşınlardan istifadə və s. nəzərdə tutula bilər.  

Gübrə və pestisidlərdən istifadənin azadılması həm də ətraf mühitin (torpaq, su) çirklənmə səviyyəsini aşağı 

salır. 

 


Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə