MƏMMƏdov qəRİb xəLİlov mahmud


Azərbaycan respublikasının



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə42/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   38   39   40   41   42   43   44   45   ...   75

12.15. Azərbaycan respublikasının  

aqroekoloji rayonlaşması 

Torpaq örtüyünün bonitirovka göstəriciləri ilə birgə Azərbaycan ərazisinin aqro və meşəekoloji rayonlaşdı-

rılması taksonomik vahidlərin iyerarxiyası üzrə təbii-kənd təsərrüfatı rayonlaşdırmasının ümumi sxemi ilə əla-

qədə aparılır. Taksonomik vahidləri biz qısaca aqroekoloji adlandırırıq: aqroekoloji sinif – aqroekoloji vilayət – 

aqroekoloji rayon – aqroekoloji yarımrayon – aqroekoloji qrup (cədv.12.10). Bu bölgülər kompleks ərazi –isteh-

sal törəmələridir. Onlar bir sıra təbii və təsərrüfat əlamətlərinə görə fərqlənirlər. Ancaq təbiətlə təsərrüfatın qar-

şılıqlı əlaqəsini nəzərə alaraq bu və ya başqa bölgünün ayrılması zamanı bütün əlamətlər toplusundan istifadə et-

məyə ehtiyac yoxdur. Yalnız ən mühüm əlamətləri nəzərə almaq kifayətdir. 

Aşağıda rayonlaşdırma sisteminin taksonomik vahidlərinin təyini və onları ayırmaq üçün istifadə edilən ən 

səciyyəvi ekoloji parametrlər, əlamətlər verilir. 



Aqroekoloji sinif – əsas zonal torpaq tipinin və bir neçə tipin üstünlüyü ilə səciyyələnən eninə və ya şaquli 

yayılmış ərazidir. Azərbaycan Respublikası hüdudlarında 2 sinif ayrılır – bünövrədən soyuq hissəyə (yerin hün-

dürlüyündən asılı olaraq) qədər şaquli qurşaqlığın bütün sistemi ilə qurşağa daxil olan dağlıq ərazilər və günəş 

istisinin müəyyən məcmu miqdarı və i.a. ilə səciyyələnən ərazilər. Düzənlik üfüqiliynin ümumi sxeminə uyğun 

olaraq anlaşılır. 

Aqroekoloji vilayət – aqroekoloji sinfin (dağlıq və düzənlik) şaquli və ya üfiqi zonallıqla təzahür edən iri 

oroqrafik elementlə ayrılmış bir hissəsidir. Aqroekoloji vilayətlərin ayrılması zamanı istilik, nəmlik, əsas torpaq 

tiplərinin yayılma xüsusiyyətləri və onların kənd təsərrüfatında istifadəsi və başqa göstəricilərlə yanaşı, vilayət-

lərin daha iri planda götürülmüş fiziki-coğrafi fərqləri də nəzərə alınır. 



 

251


Aqroekoloji rayon – becərilən bitkilərin tərkibi üzrə kənd təsərrüfatı istehsalının rayon fərqlərini müəyyən 

edən aqroekoloji şərtlərin kompleksi (torpaq örtüyünün strukturu, onun relyef üzrə paylanması, mezo və mikro-

iqlimin xüsusiyyətləri, iri yaşayış məntəqələrinə yaxınlıq və s.), daha dar ixtisaslaşması, becərilən bitkilərin tər-

kibi ilə səciyyələnən aqroekoloji vilayət hissəsidir. Rayonların əsas əlaməti yerli aqroekoloji və aqronomik şərt-

lərlə müəyyən olunan kənd təsərrüfatı istehsalının ixtisaslaşması və aparılma üsullarıdır. Aqroekoloji rayonlar 

adətən bir neçə inzibati rayonun ərazisini əhatə edirlər. 



Aqroekoloji yarımrayon – ayrı-ayrı mədəni bitkilərin becərildiyi, eynicinsli yem və meşə sahələrindən is-

tifadə edildiyi rayon hissəsidir. Başqa sözlə, burada istehsalın dar ixtisaslaşması özünü göstərir. 



Aqroekoloji qrup – yaxın qiymət balına malik olan torpaq taksonomik vahidlərini birləşdirən rayon və ya 

yarımrayon hissəsini əhatə edir. Torpaqların aqroekoloji qrupu iki yarımtipə: kompleks və ixtisaslaşmış tiplərə 

ayrılır. 

Torpaqların kompleks aqroekoloji qrupu – aqrosenozların, yem və meşə sahələrinin becərilməsinə im-

kan verən torpaq taksonomik vahidlərinin kompleks xassələri üzrə birləşməsidir. 



Torpaqların ixtisaslaşmış aqroekoloji qrupu – torpaq taksonomik vahidlərinin aqrosenozların, yem və 

meşə sahələrinin mövcudluğunu təmin edən hər hansı torpaq xassələrinə və əlamətlərinə görə birləşməsidir. Bu 

torpaq qrupu həm də hər hansı mənfi torpaq xassəsi və əlamətini, məsələn, şorlaşma, şorakətləşmə,bataqlaşma 

və s. aradan qaldırmaq üçün ayrılır. 



 

252


Cədvəl 12.10. 

Azərbaycan Respublikasının aqroekoloji  

rayonlaşdırılması  

     

Aqroeko


loji si-

niflər 


Aqroekoloji 

vilayətlər 

Aqroekoloji 

 rayonlar 

Aqroekoloji 

yarımrayonlar 

Aqroekol

oji qrup-

laşma 

I. Dağlıq 



 

 

 



 

 

 



 

 

 



 

 

 



II 

Düzənlik 

A. Böyük 

Qafqaz 


 

 

 



 

 

B.Kiçik 



Qafqaz 

 

 



 

 

C. Naxçıvan 



MR 

 

Ç.Talış 



 

 

 



 

 

 



D. Kür-Araz 

ovalığı 


4 Üzümçülük 

 



Tərəvəzçilik 

 

 



 

6 Meyvəçilik 

 

8 Taxılçılıq 



 

 

3 Tütünçülük 



 

7 Subtropik 

bitkilər 

2 Çayçılıq 

 

 

9 Otlaqlar 



10 Meşə 

 

 



Pambıqçılıq 

Ağ şanı, qara 

şanı və b. 

Kələm, pomi-

dor, xiyar və b. 

 

 

Alma, armud 



və b. 

Bərk buğda, 

yumşaq buğda 

və b. 


«Trabzon» və 

s. 


 

Nar, feyxoa, 

əncir və b. 

Çin çayı və b. 

 

Yay və qış 



Palıd, vələs, 

fıstıq və b. 

 

Zərif lifli və b. 



I. Çox 

yaxşı tor-

paqlar. 80 

baldan 


yuxarı 

 

 



 

 

 



II. Yaxşı 

torpaqlar 

60-80 bal 

 

III. Orta 



torpaqlar 

40-60 bal 

IV. Aşağı 

keyfiyyətl

i, 20-40 

bal 


 

 

 



 

V. Şərti 

yararsız 

torpaqlar 

20 baldan 

aşağı 


 

Qeyd: torpaqların xassəsinə görə hər rayon və ya yarımrayon beş qrupa bölünür 

Aqroekoloji rayonlaşdırma üçün çıxış materialları kimi aşağıdakı Azərbaycan xəritələrindən istifadə edil-

mişdir: 1) torpaq-eroziya və yerlərin mühafizəsi xəritəsi – M1:600000 (1980); 2) iqtisadi xəritə – M 1:600000; 

3) landşaft tipləri və fiziki-coğrafi rayonlaşdırma xəritəsi (kənd təsərrüfatı üçün) – M 1:600000 (1972); 4) tor-

paq bonitetləri kartoqramı – M 1:600000 (1985, 1991); 5) aqroiqlim rayonlaşdırma xəritəsi (1968); 6) ən yeni 

torpaq xəritəsi (1991) və Azərbaycan MEA Torpaqşünaslıq və Aqrokimya  İstitutunun başqa nəşr olunmuş fond 

materialları. 

Aqroekoloji rayonlaşdırmanın son məqsədi – qeyd edilən regionları onların sərhədlərində üzə  çıxarmaq, 

yəni onları  xəritəyə köçürmək və lazımi xarakteristika ilə  təmin etməkdir. Bu baxımdan, rayonlaşdırma 

Azərbaycan torpaqlarının bonitet kartoqramı əsasında aparılmışdır. Xəritədə aqroekoloji rayonlaşdırmanın tak-

sonomik bölgülərinin sərhədləri göstərilmişdir. Ancaq onlar yalnız aqrar təyinata deyil, həm də başqa 

məqsədlərə, məsələn, ərazinin gigiyenik məqsədlərlə rayonlaşdırılmasına xidmət edə bilər. 



 

12.16. Azərbaycan torpaqlarının  

aqroistehsal qruplaşması 

Kənd təsərrüfatı və meşə sahələri torpaqlarının aqroistehsal qruplaşması Azərbaycan torpaqlarının bonitet 

balı əsasında aparılmışdır. Bu tədqiqatların nəticəsində 5 aqroistehsal qrupu üçün sahələr, onların torpaqlarının 

orta qiymət balı və nisbi dəyərlilik əmsalları müəyyən edilmişdir. Bütün bunlar torpaqlardan səmərəli istifadə və 

onaların keyfiyyət uçotu üçün əsas rolunu oynayacaqdır. Dövlət Torpaq Kadastrında da bu cür yanaşmadan ge-

niş istifadə olunur. 



 

253


Qeyd olunduğu kimi, Azərbaycan bir çox ekoloji proseslərin nəticəsində əmələ gəlmiş özünəməxsus və mü-

rəkkəb torpaq örtüyünə malikdir. Azərbaycanın ümumi-coğrafi şəraiti həm üfüqi, həm də şaquli istiqamətlərdə 

dəyişir. Ekoloji şəraitin mürəkkəbliyi öz əksini bir sıra torpaq tiplərinin, yarımtiplərinin və daha kiçik torpaq va-

hidlərinin əmələgəlməsində tapır.  

Torpaqların aqroistehsal qruplaşması – torpaqlardan səmərəli istifadə və onların münbitliyinin artırılması ilə 

bağlı olan müxtəlif məsələlərin uğurlu həlli üçün ən mühüm vasitələrdən biridir. Torpaqların aqroistehsal qrup-

laşması – müəyyən yaxın xassələrə malik olan, hər hansı kənd təsərrüfatı bitkisinə, bitkilər qrupuna və ya ümu-

mi bitkilik keyfiyyətlərinə münasibətdə aqronomik xassələrinə görə yaxın torpaq qruplarının təsnifat birləşməsi-

dir. Bu cür qruplaşma kənd təsərrüfatı istehsalının torpaq şəraiti qarşısında irəli sürdüyü müəyyən tələblərə ciddi 

uyğunluq şəraitində aparılmalıdır. Torpaqların aqroistehsal qruplaşması 2 yarımtipə bölünür: kompleks və ixti-

saslaşmış. 

Torpaqların aqroistehsal qruplaşması üzrə indiyədək ölkədə aparılmış işlərin təhlili göstərir ki, onların qrup-

laşması zamanı başlıca olaraq torpaq münbitliyinə müəyyən təsir göstərən torpaqların genetik xassələrinin və tə-

bii şəraitin yaxınlığı nəzərə alınmışdır. Ölkədə torpaqların qruplaşması 3 növbədə aparılır: 1) ayrı-ayrı kənd tə-

sərrüfat bitkilərinin tələbləri üzrə; 2) kənd təsərrüfatı bitkilərinin müəyyən ekoloji qruplarının və ya torpaqlar-

dan istifadə tiplərinin tələblərinə görə; 3) hər hansı müəyyən bitki üçün nəzərdə tutulmadan mədəni bitkilər 

üçün mühit kimi müəyyən olunmuş torpaqların xassələri əsasında qurulmuş ümumi qruplaşmalar.  

Bizim fikrimizcə, torpaqların aqroistehsal qruplaşması – aqrosenozların, yem və meşə sahələrinin bioməh-

suldarlığını təmin edən torpaq taksonomik vahidlərinin yaxın ballar üzrə birləşməsidir. Bu planda aparılmış əv-

vəlki işlərdən (R.Q.Məmmədov, 1962, 1981; Volobuyev, Salayev, Kostyuçenko, 1967; Bulqakov 1981 və b.) 

fərqli olaraq, bizim aqroistehsal qruplaşmamız torpaqların bonitet şkalası üzrə aparılmışdır (Q.Ş.Məmmədov, 

1978, 1979, 1981, 1987; R.Ə.Əliyeva, Q.Ş.Məmmədov, Vəliyev, Piriyeva, 1985; S.Z.Məmmədova, 2002, 2003 

və b.). Ancaq  bunu da qeyd etmək lazımdır ki, bu qruplaşma əsas etibarilə genetik-istehsal əsasından uzaqlaş-

mamışdır. Halbuki, torpaqların əvvəlki qruplaşdırmaları zamanı qrupların eynicinslik səviyyəsini müəyyən et-

məyə imkan verən konkret miqdar göstəriciləri, demək olar ki, heç yerdə göstərilməmişdir. Torpaq növlərinin 

aydın birləşmə meyarlarının olmaması torpaq növlərinin aqroqruplarda qaydasız birləşdirilməsinə səbəb olmuş-

dur. Fikrimizcə, bu cür yanaşma həqiqi vəziyyəti əks etdirmir, belə ki, bu zaman torpaq növlərinin birləşdirilmə-

si zamanı dəqiq meyarlar olmur. Məsələn, yem sahələrinin adi boz torpaqlarda, zəif şorlaşmış boztorpaqlarda və 

güclü şorlaşmış boz torpaqlarda yayıldığı Azərbaycanda torpaqlar uyğun 100, 87, 63 və 25 bal almışdır. (Cədvəl 

12.11.). 

Torpaqların bonetirovkası barədə elmi-tədqiqatlar inkişaf etdikcə torpaqların aqroistehsal qruplarında bir-

ləşdirilməsi daha konkret və dəqiq xarakter almışdır: qruplara uyğun bonitet balı olan torpaqlar daxil edilmişdir.  

Bu cür qruplaşma zamanı torpaqların münbitlik xarakteri və əsas aqrotexniki tədbirlərə münasibət nəzərə 

alınır. Qruplaşma zamanı münbitlik göstəriciləri üzrə üzə çıxarılmış bonetet balları torpaqların aqroistehsal də-

yərinin ən mühüm ümumi göstəricisi kimi torpaq növlərinin genetik oxşarlığından çıxış edirlər. Bonitet balının 

aşkar edilməsi zamanı səmərəli və potensial münbitlik göstəricisi kimi torpaqların mədəniləşməsi, bioiqlim po-

tensialı (BİP) şəklində iqlim, torpaqların su-hava və texniki xassələrini müəyyən edən qranulometrik tərkib, tor-

paqların şorlaşması və eroziyası nəzərə alınmışdır. 

Məlum olduğu kimi, torpaqların ballarla ifadə olunmuş bonitirovkası əkinçiliyin müqayisə edilən intensiv-

lik səviyyələri zamanı kənd təsərrüfatı bitkilərinin məhsulverimi ilə korrelyasiya edən xassələrinə görə münbit-

lik qiymətini göstərir. Torpaq münbitliyinin keyfiyyət ifadəsi – torpağı xarakterizə edən miqdar göstəricisidir. 

Torpaqların münbitliyini xarakterizə edən göstəricilər əsasında tərtib olunmuş torpaqların aqroistesal qrup-

laşması, bizim fikrimizcə, dəqiq, düzgün, kənd və meşə təsərrüfatında daha çox qəbul edilə bilən bir üsuldur. 

Torpaqların bonitirovkası əsasında qruplaşma torpaqların səmərəli istifadəsinə və onların keyfiyyət uçotuna xid-

mət edəcəkdir. O, öz geniş tətbiqini Dövlət Kadastrında da tapmıışdır. 

Azərbaycan torpaqlarının tərtib olunmuş bonitet şkalaları və sinifləri əsasında (Q.S.Məmmədov, 1985,1991, 

1998) onların aqroistehsal qruplaşması aparılmışdır. Torpaqlar 5 aqroistehsal qrupunda birləşdirilmişdir. Onla-

rın hər birinə 20 bal hüdüdlarında və iki bonitet sinfində qiymətləndirilmiş torpaqlar daxil olmuşdur. 



 

 

254


Cədvəl 12.11. 

 

Azərbaycan torpaqlarının aqroistehsal qruplaşması 

Torpaql


arın 

key-


fiyyət 

qrupları 

Qrupa daxil olan torpaqlar 

Balla


Sahəsi  


a % 

1 2 3 


I qrup, 



yüksək 

keyfiyy


ətli tor-

paqlar 


100-81 

bal 


Yuyulmuş dağ qaratorpaqlar 

Mədəniləşmiş dağ qaratorpaqlar 

Torflu dağ-çəmən 

Podzollu-sarı-qleyli 

Qaratorpağabənzər dağ-çəmən 

Mədəniləşmiş qəhvəyi dağ-meşə 

Çimli dağ-çəmən 

100 


100 

95 


94 

90 


90 

89 


14400 

19170 


27370 

57440 


63570 

61140 


218440 

0,17 


0,22 

0,32 


0,66 

0,74 


0,71 

2,53 


 Bozqırlaşmış qonur dağ-meşə 

Tipik qonur dağ-meşə 

Çimli karbonatlı dağ-meşə 

Karbonatlı qəhvəyi dağ-meşə 

Dağ-meşə-çəmən 

Karbonatlı dağ qaratorpaqlar 

Tipik dağ qaratorpaqlar 

Tipik qəhvəyi dağ-meşə 

Çəmən-qəhvəyi 

Yuyulmuş qəhvəyi dağ-meşə 

Tünd şabalıdı 

Tünd boz 

88 

87 


87 

87 


86 

86 


85 

85 


85 

84 


84 

82 


19170 

37720 


9000 

61410 


54920 

8100 


31870 

310970 


432150 

235260 


57710 

93980 


0,22 

0,44 


0,10 

0,75 


0,64 

0,09 


0,37 

3,60 


5,00 

2,72 


0,67 

1,09 


 Qrup 

üzrə orta bal 

86 

181479


21,00 


 

II qrup, 

yaxşı 

torpaq-


lar 80-

61 bal 


Lessivajlı qonur dağ meşə 

Adi şabalıdı 

Podzollu sarı dağ-meşə 

Çəmən-boz (QSS 1,5-3m) 

Sarı-podzollu 

Qədimdən suvarılan şabalıdı 

Qalıq karbonatlı qonur dağ-meşə 

 

Yuyulmuş subasar çəmən-meşə 



Qədimdən suvarılan çəmən-

şabalıdı 

Dağ-çəmən-bozqır 

Yuyulmuş çəmən-bataqlı (subasar 

daxil) 

Mergelləşmiş çəmən-



bataqlı(subasar daxili) 

Qalıq karbonatlı dağ-çəmən 

Suvarılan çəmən-boz (QSS 1,5-

3m) 


Karbonatlı subasar çəmən-meşə 

Bozqırlaşmış qəhvəyi dağ-meşə 

Tünd dağ-boz-qəhvəyi 

Tipik sarı dağ-meşə 

Çəmənləşmiş boz (QSS 3-6m) 

Suvarılan çəmənləşmiş boz (QSS 

3-6m) 

Yuyulmuş çəmən-bataqlı (sub-



asar) 

80 


80 

79 


79 

78 


77 

76 


 

75 


 

74 


72 

 

71 



 

71 


70 

 

70 



70 

69 


69 

68 


68 

 

68 



 

67 


291160 

437550 


34570 

126950 


28170 

368840 


4500 

 

234440 



 

9900 


76640 

 

87660 



 

22770 


24300 

 

532920 



32410 

100850 


148850 

36910 


491840 

 

159510 



 

1800 


3,37 

5,06 


0,40 

1,47 


0,33 

4,27 


0,05 

 

2,71 



 

0,11 


0,86 

 

1,01 



 

0,26 


0,28 

 

6,17 



0,38 

1,17 


1,72 

0,43 


5,69 

 

1,85 



 

0,02 


 

255


Tipik boz 

Suvarılan boz 

Tünd dağ-şabalıdı 

Adi dağ-boz-qəhvəyi 

Subasar-çəmən (allüvial-çəmən) 

66 


66 

65 


63 

63 


331430 

380310 


27740 

189990 


671670 

3,84 


4,40 

0,32 


2,20 

7,77 


 Qrup 

üzrə bal 

71 

4843680  56,06 



III 

qrup, 


orta 

keyfiy


yətli 

tor-


paqlar 

41-60 


bal 

Adi dağ-şabalıdı 

Açıq dağ-şabalıdı 

Çəmən şabalıdı 

Açıq şabalıdı 

Açıq dağ-boz-qəhvəyi 

Açıq boztorpaqlar 

60 


59 

56 


53 

45 


44 

299420 


125250 

261850 


87420 

33040 


61670 

 

 Qrup 



üzrə orta bal 

56 


868850 

10,05 


IV 

qrup,a


şağı 

keyfiy


yətli 

torpaql


ar 21-

40 


Boz-qonur 40 

166500 


1,93 

 Qrup 


üzrə orta bal 

40 


166500 

1,93 


qrup, 


şərti 

yarar-


sız tor-

paqlar 


20 

baldan 


aşağı 

İbtidai dağ-çəmən 

İnkişaf etməmiş dağ qaratorpaq-

lar  


İnkişaf etməmiş şabalıdı 

İnkişaf etməmiş  qəhvəyi dağ-

meşə 

İnkişaf etməmiş dağ-şabalıdı 



Delüvial şoranlıqlar 

Allüvial şoranlıqlar 

Təpəli şoranlıqlar 

Şorakətlər 

Takırlar 

Dalğalı qumluqlar 

Təpəli qumluqlar 

Neft mədənlərinin pozduğu tor-

paqlar 

Dağ-mədən işlərinin pozduğu 



torpaqlar 

Dağlı-cınqıllı çay yataqları 

Çılpaq qayalar 

Səthə çıxmış duzlu-gilli  süxurlar 

İbtidai boztorpaqlar 

 

20 



 

 

24 



 

19 


17 

12 


10 

10 


10 

10 


10 

10 


 

10 


 

10 


10 

10 


 

10 


150980 


 

2700 


47440 

 

7200 



105600 

32040 


1800 

6570 


7470 

2000 


36270 

109350 


 

11700 


 

5400 


59040 

156510 


 

47700 


148110 

1,75 


 

0,03 


0,55 

 

0,08 



1,22 

0,37 


0,02 

0,08 


1,09 

0,02 


0,42 

0,26 


 

0,14 


 

0,06 


0,68 

1,81 


 

0,55 


1,71 

 

 



Qrup üzrə orta bal 

12 947880 10,96 

 

Cəmi: 

66 8641500 

100 

I qrup – yüksək keyfiyyətli torpaqlardan ibarətdir. Bu qrupa optimal ekoloji xassələrə və kənd təsərrüfatı 

bitkilərinin və meşələrin uğurlu yetişdirilməsi üçün əlverişli şəraitə malik olan torpaqlar aiddir. Azərbaycanın bu 

torpaqları müqayisəli keyfiyyət göstəricilərinə görə yüksək bonitet balları (81-dən artıq) və sinflərilə (IX-X) 

qiymətləndirilmişdir. Bütün bunlar onları birinci aqrosenoz qrupunda birləşdirməyə imkan vermişdir. 



I aqroistehsal qrupuna daxil olan torpaqlar başqa yayılmış torpaqlarla müqayisədə kifayət qədər qalın 

humus horizontuna malikdirlər. Bu torpaqların qranulometrik tərkibi gilli və ya gillicəlidir, onlar yaxşı 

strukturlaşmış və əlverişli su-hava rejiminə malikdirlər.  


 

256


Bu qrupun kənd təsərrüfatı istifadəsi zamanı əlavə yaxşılaşdırmalara ehtiyac olmur. Onlardan əsasən dənli 

bitkilər, üzüm və (mühüm dərəcədə) çay, pambıq, meyvə və tərəvəz bitkilərinin becərilməsi üçün istifadə olu-

nur. Zəruri şəraitin təmini zamanı onlardan yüksək məhsul almaq mümkündür. Göstərilən torpaqların təbii mün-

bitliyini qorumaq üçün meşə-meliorativ, eroziyaya qarşı  tədbirlərə  və  kənd təsərrüfatı bitkilərinin becərilməsi 

üçün aqrotexniki qaydalara riayət edilməsi vacibdir. 

II qrup yaxşı keyfiyyətli torpaqları birləşdirir. Bu qrupa daxil olan torpaqlar birinci qrupa nisbətən bir qə-

dər pis xassələrə və yatım şəraitinə malikdirlər. Bu torpaqların qranuloietrik tərkibi  əlverişli su-hava rejiminə 

malik olan gilli və gillicəlidir. Bu torpaqlardan istifadə zamanı əkin dövriyyəsi qaydalarına,eroziyaya qarşa  təd-

birlərə əməl etmək, suvarma sularından və üzvi mineral gübrələrindən səmərəli i stifadə etmək lazımdır. 



III qrupda orta keyfiyyətli torpaqlar birləşir. Buraya adi dağ-şabalıdı (60 bal), açıq dağ-şabalıdı (59 bal), çə-

mən-şabalıdı (56 bal), açıq dağ-boz-qəvəyi (45 bal), açıq boztorpaqlar (44 bal) aiddir. 

Münbitliyinə görə Azərbaycanın bu torpaqları 41-60 balla qiymətləndirilmiş  və V-VI bonitet sinifinə aid 

edilmişdir. III aqroistehsal qrupu torpaqları ölkənin əsas əkin torpaqları fondunu təşkil edir; onların geniş mas-

sivlərində pambıq, üzüm, çay və tərəvəz bitkiləri yetişdirilir. 

Yüksək məhsul almaq üçün bu torpaqlarda dəqiq meliorativ tədbirlər keçirmək – suvarma qaydalarına əməl 

etmək, təkrar şoranlaşmaya yol verməmək, üzvi və mineral gübrələrdən geniş istifadə etmək lazımdır. 

IV qrupa aşağı keyfiyyətli torpaqlar aiddir. Onlara örnək kimi boz-qonur torpaqları (40 bal) və müxtəlif 

dərəcədə şorlaşma, şorakətləşmə, eroziya nəticəsində münbitliyi xeyli pisləşmiş bəzi torpaq növlərini göstərmək 

olar. Torpaqların bonitet şkalasında bu torpaqlar 21-40 bal hüdudlarında qiymətləndirilmiş və III-IV bonitet si-

niflərə aid edilmişdir. 

Bu torpaqların aşağı ekoloji dəyərliliyi kənd təsərrüfatında onlardan istifadə zamanı  fərqli yanaşma tələb 

edir: mürəkkəb və bahalı meliorativ tədbirlərin tətbiqi, suvarma, üzvi-mineral gübrələrdən istifadə, aqro- və me-

şə-meliorativ tədbirlərə və aqrotexniki qaydalara əməl edilməsi zəruridir. 

Bitki örtüyünün seyrəkləşdiyi və az qala yox olduğu bu torpaqlardakı otlaq sahələrində süni ot səpini apar-

maq və onların düzgün suvarılmasına əməl etmək lazımdır. Ağac və kol əkilməsi yolu ilə dərələrin bəkidilməsi 

də tövsiyə edilir. 



Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə