MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə61/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   57   58   59   60   61   62   63   64   ...   75

Qoruğun vəzifələri   

Qoruqların vəzifələri olduqca müxtəlif olub, onun yaradılmasının məqsədi, yerləşdiyi landşaft zonası və qo-

ruğu əhatə edən ərazinin vəziyyətilə əlaqədardır. Qoruğun əsas vəzifəsi onun ərazisindəki zənginlikləri qoruyub 

ilkin (təbii) halında saxlanılmasıdır. Bunun üçün qoruğun ərazisi hərtərəfli öyrənilməlidir. 

Bütün qoruqlar üçün təbiətin salnaməsi işlənib hazırlanır və o, dövri olaraq təzələnir. 



 

349


Təbiətin salnaməsi

Təbiətin salnaməsi qoruğun əsas sənədi olub təbii proseslərin və hadisələrin müşahidələrinin əsas nəticələrini 

özündə cəmləşdirir. Salnamədə qoruğun elmi fəaliyyətinin xronikası əks olunur. 

Təbiətin salnaməsini tərtib etmək üçün elmi və mühafizə işçilərinin gündəlikləri, zooloji, botaniki və fenoloji 

kartotekalar, yerli meteoroloji stansiya və məntəqələrin materialları, meşə quruluşu işlərinin materialları, qoru-

ğun illik hesabatları və yerli ovçuluq təşkilatlarının məlumatlarından istifadə edilir. İl ərzində toplanan bitki və 

heyvanat aləminin kolleksiyaları da salnamə üçün qiymətli sayılır. Həmin ili qoruq ərazisində tədqiqat aparan 

digər təşkilatların əməkdaşlarının materiallarından da istifadə edilir. 

Təbiətin salnaməsi qarşıdakı ilin əvvəlində tərtib olunur və orada ötən ilin hadisələri əks olunur. Belə olduq-

da qış aylarının materiallarından tam istifadə etmək olmur. Odur ki. təbiətin salnaməsi üçün yeni il mart ayı he-

sab edilməsi daha məqsədə uyğundur və ilin sonu fevral ayı sayılmalıdır. 

Salnamənin tərtibatında obyektlərin, heyvan və bitkilərin şəkillərilə yanaşı, həm də dinamiki proseslərin şəkilləri 

də böyük əhəmiyyətə malikdir. Məsələn, qarın əriməsi, suyun qalxması və enmə səviyyəsi, su daşğını, vegetasiyanın 

gedişi və s. 

Təbiətin salnaməsinin tərtibi metodikasına uyğun olaraq salnamədə aşağıdakı başlıqlar olmalıdr. 

1. Qoruğun ərazisi. Salnamənin I kitabında qoruğun sahəsinin bitki örtüyü  və s-yə görə bölünməsi cədvəli, 

qoruq ərazisində və onun əhatəsində yerləşən yaşayış məntəqələrinin yerləşməsi sxemi, mühafizə kortonları və 

daxmaları, əsas yollar və cığırlar göstərilir. 

2. Landşaft, relyef və torpaq. Bu hissədə geomorfoloji dəyişilmələr, torpağın temperaturu, nəmliyi və s. gös-

tərilir. 

3. Hava. Salnamənin bu hissəsində il ərzində aylar üzrə. mümkün olsa kiçik vaxtlar ərzində havanın  əsas 

göstəriciləri verilir. Adi hava proseslərilə yanaşı biotaya təsir göstərən normadan kənara çıxan iqlim göstəriciləri 

də verilir. Əsas aylar üzrə elementlərin (havanın temperaturu, yağmurlar, qar örtüyü) çoxillik və ekstremal rə-

qəmlərlə müqayisə olunur. Qoruğun müxtəlif yerlərində, xüsusən dağın müxtəlif qurşaqları üçün orta aylıq ( və 

ya dekada) havanın temperaturu, mütləq maksimum və mütləq minimum temperatur, şaxtalı və şaxtasız keçən 

günlərin sayı, yağmurlu günlərin sayı və miqdarı, qar örtüyünün hündürlüyü və sıxlığı verilir. 

4. Sular. Qoruqda olan əsas su hövzələrində hidroloji rejimin qısa xronoloji təsvirlərinin verilməsi məsləhət 

görülür. yaz daşğınlarının vaxtı və gedişi qeydə alınır, suyun səviyyəsi və eni ölçülür. Bunula yanaşı suyun tem-

peraturu, buzun qalınlığı, quraqlıq ərazilərdə isə qrunt suyunun səviyyəsi verilir. 

5. Təbiətin təqvimi. Bu hissədə canlı aləmdə gedən fenoloji fəzaların qeydləri verilir. 

Fitofenoloji hadisələr eyni obyektlərdə, eyni sahələrdə və ya uyğun bitmə şəraitlərində öyrənilməlidir ki, əldə 

edilən materialları həm  həmin qoruqda, həm də digər qoruqlardakı materiallarla müqayisə etmək mümkün ol-

sun. 

Təbiətin salnaməsinin təqvimində aşağıdakılar mütləq olmalıdır: 



a) Marşrutların və müşahidə  məntəqələrinin adı, yerləşməsi planı  və onların qısa təsviri (dəniz səthindən 

yüksəkliyi, yamacın cəhəti, dikliyi və s.). Bu təsvirlər salnamədə marşrutlar və məntəqələr dəyişərsə və ya yeni-

dən salınarsa, bu dəyişikliklər sonrakı ilin kitabında qeyd olunur; 

b) Cari ildə aparılan fenoloji müşahidələrin illik cədvəli və çoxillik müşahidələrlə müqayisəsi; 

v) Mövsüm üzrə fenoloji hadisələrin qısa təsviri və onların orta illik rəqəmlərdən kənara çıxması; 

q) Ayrı-ayrı bitki və heyvan növləri üzrə dövri hadisələrin cədvəli. 

6. Flora və bitki örtüyü. 

Qoruqda bitki örtyündə gedən dəyişikliklər qeyd edilir, bu dəyişikliklərin heyvanat aləminə təsiri verilir. Ma-

teriallar verildikdə zonallığı və şaquli qurşaqlıq nəzərə alınmalıdır. Floranın dəyişilməsi qabaqlar burada yayılan 

həmin rayon üçün aborigen (yerli)  bəzi bitki növlərinin sıradan çıxması və qoruğa yeni yabançı (yad) kənardan 

gətirilən bitki növlərinin peyda olması istiqamətində gedə bilər. Bu dəyişilmə bu və ya digər bitki növünün aza-

lıb-artması və arealının dəyişilməsi istiqamətində də gedə bilər. Bu dəyişilmələrdə edifikator və dominant, həm-

çinin relikt və endem bitkilər üçün daha vacibdir. 

Ayrı-ayrı növlərin toxumvermə intensivliyinin öyrənilməsinin də böyük əhəmiyyəti vardır. 

Bitkilərin yaşının ötməsi, yanğın, bəzi heyvan növünün çoxalması, iqlimin  dəyişməsi, insan fəaliyyətinin təsirilə 

əlaqədar bitki örtüyünün suksesssiyasının müşahidə olunması böyük maraq doğurur. 

Qoruqda bitki örtüyünün dinamikası daimi təcrübə sahələrində öyrənilməlidir. Onların təsviri geobotanika 

üzrə olan standart  metodika ilə aparılır. Bütün təcrübə sahələrinin yeri naturada nişanlanır və qoruğun planına 

qeyd edilir. Hər təcrübə sahəsinin bitki örtüyü xəritələşdirilir və orada edifikator, dominant, az rast gəlinən və 

digər qiymətli bitki nümayəndələri dəqiq qeydə alınır. Təcrübə sahələrində müxtəlif bitki qruplarının  əlaqəsi, 

yaş tərkibi. mövsümi və illik dəyişməsi aydınlaşdırılır. 

7.Fauna və heyvanat aləmi. Bu hissədə heyvanat aləminin növlər üzrə yaşayış tərzi haqqında məlumat verilir. 

Salnamədə heyvanat aləminin miqdarca uçotu əsas tədbir sayılır. Belə uçot ayrı-ayrı heyvan növünün miqdarı-

nın dinamikası üzrə material toplamağa imkan verir. 



 

350


8. Elmi tədqiqatlar. Bu hissədə il boyu aparılan tədqiqatların qısa hesabatı və nəticələri verilməlidir. Hesaba-

tın sonunda çap olunan elmi və elmi-papulyar əsərlərin siyahısı  verilir. 

 

Xarici antropogen amillərin qoruq ekosistemlərinə təsiri 

Qoruq ekosistemlərinə antropogen təsiri, onun mənbəyinə görə  şərti olaraq iki qrupa bölmək olar. Birinci 

qrupun mənbələri qoruğun özünün fəaliyyətilə əlaqədardır. Bura qoruqda mühafizəni təşkil etmək üçün görülən 

tədbirlər. qoruqda təşkilatı-təsərrüfatı tədbirlərlə əlaqədar, həmçinin daxili ehtiyacı ödəmək üçün təbii sərvətlər-

dən istifadə edilməsilə (ot biçini, otlaq, əkin sahəsi, bağ) əlaqədar olan təsirlər daxildir. 

İkinci qrupa aid olan mənbələr qoruğa qonşu (yaxın) olan ərazilərdən baş verir. 

Xarici antropogen təsirləri insanın fəaliyyət növü ilə əlaqədar olaraq aşağıdakı təsnifata bölmək olar: sənaye, 

kənd təsərrüfatı, su təsərrüfatı, nəqliyyat, rekreasiya və təşkilatı tikinti işləri. 

 

Sənayenin təsiri. 

Qoruq komlekslərinə bilavasitə və dolayı  təsir göstərən sənaye sahələrindən ədəbiyyatda ən çox metallurgi-

ya, kimya, tikinti, sellüloz-kağız, istilik enerjisi,  faydalı qazıntı və neft  çıxarma sənayesini göstərmək olar. 

 

Su təsərrüfatı sənayesi. 

Qoruqlar üçün mənfi təsir göstərən su təsərrüfatı istehsalını artıqmaq məqsədilə görülür. Məsələn, qoruğa qon-

şu olan meliorativ işlər (qurutma, suvarma kanalları, hidrotexniki qurğular və s.). 



Kənd təsərrüfatı istehsalı sahələrinin təsiri. 

Əsasən əkinçilik, heyvandarlıq və arıçılığın inkişafı ilə əlaqədardır. 

Qoruqda və onun ərazisinə yaxın yerlərdə mal-qara otarılması bitki örtüyünün pozulmasına, torpaq eroziyasının 

inkişafına, vəhşi heyvanların sıxışdırılıb didərgin düşməsinə və ev heyvanları tərəfindən xəstəliyə yoluxmasına səbəb 

olur. 

Brakonyerlik, itlə vəhşi heyvanların izlənməsi, canavarların çoxalması və mal-qara otarılmasilə əlaqədardır. 



Bizim  dağ qoruqlarımızda, məsələn Göygöl, Zaqatala, həm də dağətəyi rayonlardakı qoruqlarda mal-qara 

otarılması səthi və qobu eroziyasının inkişafına, nadir bitki növlərinin sıradan çımasını, zərərli və zəhərli otların 

artmasına səbəb olur. 

Bu qoruqlarda və qonşu sahələrdə qanunsuz arı da saxlanılır. Burada arıların çox vaxt qoruqdakı həşəratlarla 

yem üçün rəqabətə girməsi müşahidə olunur. Həm də yerli həşarat populyasiyalarının arıçılıq təsərrüfatının arı-

larilə infeksiya və parazitlərlə yoluxması da labüddür. 

 

Meşə və ovçuluq təsərrüfatının təsiri 

Qoruğa qonşu ərazilərdə meşənin yox edilməsi qoruğu «meşə adasına» çevirir və qoruqda heyvanat aləminin 

tərkibinin və sayının dəyişməsinə səbəb olur. 

Qoruğa bitişik ərazidə meşənin kəsilməsi və mal-qara otarılması qoruğun bütün komponentlərinin pozulma-

sına gətirib çıxarır. Buna Bəsitçayın dərəsində yerləşən çinar qoruğunu misal göstərmək olar. Burada qoruğa bi-

tişik yamaclarda ağacların kəsilməsi, ilboyu mal-qaraya otarılması səthi su axımını gücləndirir və sel hadisələri-

nə səbəb olur. Bu da Bəsitçay dərəsində çinarlar bitən sahələrin bitmə şəraitinə mənfi təsir göstərir. 

Qoruqda  ov etmənin intensiv aparılması, yaxud normadan az aparılması orada heyvanların bir yerə toplan-

masına səbəb olur. 

 

Nəqliyyatın təsiri 

Qoruq daxilində və ona yaxın yerlərdə magistral nəqliyyat yollarının çəkilməsi təbiət koplekslərinin element-

lərini pozur və ya dağıdır, heyvanat aləmini narahat edir, mühitin çirklənməsi və mexaniki zədələnmə nəticəsin-

də orqanizmlərin xəstəliyə və ziyanvericilərə qarşı davamlılığını  aşağı salır, brokonyerliyə şərait yaradır, yan-

ğın təhlükəsini artırır. Yollarda heyvanat aləmi tələf olur, onların populyasiyaları ayrı düşür (bölünür), qoruğa 

xas olmayan növlər peyda olur. 

 

Rekreasiya və tikintinin  təsiri 

Qoruq  ərazisi  ətrafında  əhalinin artması  sənaye tullantıları,  kommunal təsərrüfatı    tərəfindən təbii mühiti 

çirkləndirir və qoruq ərazisinə xas olmayan növlərin daxil olmasına şərait yaradır. 

Ekskursiyalar və turizmin inkişafı da təbiət kompleksinə və elmi işlərə zərər gətirir. 

Daxili və xarici  antropogen təsirlər, xüsusən tikinti işləri, nəqliyyat və kənd təsərrüfatı işləri qoruğun flora və 

faünasının tərkibinə ikinci dərəcəli, yəni insan fəaliyyətinin təsirilə yaranan sinantrop  növlər daxil olur və qoruğun 

etalon əhəmiyyəti itməyə başlayır. 

Qeyd etmək lazımdır ki, insan fəaliyyətinin müxtəlif formalarının təsirilə qoruğun təbiətinin pozulması həm 

də layihəçilərin və təsərrüfatçıların ekologiya elminə az yiyələnməsi, qoruğun vəzifələrini başa düşməməsi ilə  

də əlaqədardır. 


 

351


Mövcud və gələcək qoruqlarda təbiətin antropogen deqradasiyasının qarşısını almaq üçün tədbirlər sistemini 

hazırlamaq məqsədilə antropogen təsirlərin  əlaqələrini öyrənmək vacibdir. 

Yeni qoruqlar təşkil edərkən həmin regionda antropogen təsirlərin inkişafı perspektivlərinin nəzərə alınması 

xüsusilə vacibdir. 

 

Qoruqlarda olan pozuntular 

Qoruq rejiminin pozulmasına  daxildir: 

Qanunsuz ovetmə (xüsusi brakonyerlik); meşə qanun pozuntuları (ağac və kolun kəsilməsi, göbələk, meyvə, 

giləmeyvə və s. yığılması, nadir və qiymətli bitkiləri satmaq üçün yığılması); özbaşına mal-qara otarılması; yan-

ğın təhlükəsi qaydasının pozulması; qoruq ərazisində buraxılış vərəqəsinin olmaması və s. 

Qoruq rejiminin pozulmasına aşağıdakılar da aiddir: 

təbii sərvətlərdən istifadə edilməsi, məsələn  ot hazırlığı, meşənin qırılması, mal-qara otarılması, bağçılıq, 

arıçılıq və s. 

Qoruq rejiminin optimallaşdırılması  tədbirlərinə aiddir: - qoruğu layihələşdirdikdə onun ərazisi mümkünat 

daxilində iri magistral yollardan, yaşayış məntəqələrindən uzaqda olmalı, qoruq daxilində onlar olmamalıdır. 

-

 

Qoruğun sərhədləri təbii relyef elementlərilə aparılmalıdır; 



-

 

Qoruq daxilində olan yaşayış məntəqələrini, kənd təsərrüfat sahələrini qoruqdan çıxarmalı, bəzi yollar 



kəsilməlidir; 

-

 



Layihələşdirilən bütün qoruqlar üçün qoruyucu zona (bufer) təşkil edilməlidir. 

-

 



Qoruğun material-texniki bazası möhkəmləndirilməli; yegerlərin iqtisadi marağını artırmalı. 

-

 



Qoruq daxilində olan turist komplekslərini sabitləşdirməli, onların fəaliyyətini qəti reqlamentləşdirməli-

dir. 


-

 

Xüsusi yoxlama xidməti təşkil etməlidir. 



-

 

Qoruq rejimini hüquqi cəhətdən möhkəmləndirməli; 



-

 

Qoruq rejimini pozmuş təşkilat və ayrı-ayrı şəxslərin məsuliyyətini aşkar etməli, qoruq xidməti işçiləri-



nə təbiəti mühafizə dövlət müfəttişliyi hüquqları verməli və onlara, qanunu pozanlara qarşı inzibati cəza tədbir-

ləri görmək ixtiyarı da verməlidir. 

-

 

Qorunan təbiət obyektlərinə müəssisə  və ayrı-ayrı  şəxslər tərəfindən vurulan ziyanların ödənilməsi 



nırxları (məzənnələri) işlənib hazırlanmalıdır. 

-

 



Qoruq ərazisində təsərrüfat fəaliyyətinin nizama salınması üzrə yüksək səviyyədə qərar hazırlanmalıdır. 

 

Qoruq ərazilərində ekosistemlərin nizamlanmas. 

Qoruqlar haqqında olan əsasnaməyə görə dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı və qoruq-

da mütləq qoruma rejimi həyata keçirilməlidir. 

Lakin qeyd etmək lazımdır ki, mütləq qoruq rejimini bütün qoruqlara şamil etmək düzgün deyildir. Belə ki, 

bir sıra qoruqların əraziləri qoruq rejiminə başlamaqdan  əvvəl bu və ya digər dərəcədə insan fəaliyyətinin mənfi 

təsirinə  məruz qalmışdır. Belə sahələr tipik ekosistemlərin insanın təsirilə transformasiyaya uğramasına səbəb 

olmuşdur. Belə sahələrdə ekosistemlərin nizamlanması üzrə tədbirlər görülməsi məqsədə uyğundur. 

Bir sıra qoruqlarda  bəzi illər dırnaqlı heyvanların sayı həddindən çox artır.  Bu hal biotopların deqradasiya-

sına, meşə sahələrinin pisləşməsinə səbəb olur. Dırnaqlı heyvanlar tərəfindən torpağın pozulması qonşu ərazilər-

dən qoruğa alaq və ya yad  ot növlərinin gətirilməsinə səbəb olur. 

Qoruqda maral və digər dırnaqlı heyvanların sayını artırmaq və qonşu yaşayış məntəqələrində mal-qaranı qo-

rumaq məqsədilə qoruqda canavarlar məhv edilərək sayı azaldılmalıdır. Qış dövründə heyvanların ot və gilə-

meyvə ilə təmin olunması və duzlaqların düzəldilməsi də qoruqda dırnaqlı heyvanların çoxalmasına səbəb olur. 

Təcrübələr göstərmişdir ki, canavarlarla dövri olaraq mübarizə aparmaq lazım gəlir. Belə olmadıqda onun sayı 

qısa dövr ərzində normanı keçir və onlar dırnaqlı vəhşi heyvanları tələf edir, qonşu kəndlərdəki mal-qaraya hü-

cum edir. 

Qoruqda vəhşi dırnaqlı heyvanların sayının nizama salınması ovçuların köməyi ilə yerinə yetirilməməlidir, 

çünki ovçu həmişə yaxşı heyvan seçib ovlamağa çalışır. Bu məsuliyyətli işi qoruğun öz işçiləri görməlidir, bu 

zaman əsasən zəif  və  xəstə heyvanlar ovlanmalıdır. 

Qoruqda ekosistemlərin nizamlanması tədbirləri çox ehtiyatla  yerinə yetirilməlidir. Hər bir düşünülməmiş 

tədbir xeyir əvəzinə çox pis nəticə ilə qurtara bilər. 

Əgər qoruq, kompleks qoruq deyilsə və orada əsas məqsəd itmək təhlükəsi olan hər hansı bir növü qorumaq-

dırsa ilk vaxtlarda o növün bərpa olunması istiqamətində müəyyən tədbirlərin aparılması vacibdir. 

Qoruqlarda ekosistemlərin deqradasiyasına təsir edən amillərdən biri də nizama salınmamış turizmdir. (Mə-

sələn, respublikamızda Göygöl və Pirqulu qoruqlarında) Odur ki, qoruqlarda kütləvi turizm işi ümumiyyətlə qa-

dağan olunmalıdır. turizm üçün əsasən milli parklar xidmət göstərməlidir. 

Qorunan müxtəlif ekosistemlərin ayrı-ayrı komponentlərinin planlaşdırılmasına  yönəldilən nizamlayıcı təd-

birlər aşağıdakılardan ibarət ola bilər: 


 

352


1.

 

Torpaq. Qoruqlar təşkil olunana qədər insan fəaliyyətinin təsirilə baş vermiş torpaq  eroziyasının qarşı-

sını almaq üçün eroziyaya qarşı mübarizə tədbirləri görülməlidir. Bu tədbirlərin görülməsi yad bitki növlərinin 

kənardan daxil olmasının və landşaftın transformasiyasının qarşısını alır; əgər qoruq ərazisində insanın təsirin-

dən dağılmış sahələr varsa, rekultivasiya işi də aparılmalıdır; 



2.

 

Sular. Su hövzələrində insan fəaliyyətinin təsirilə əlaqədar pozulmuş suyun səviyyəsi və rejimi bərpa 

edilməlidir. Kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalıdır; 



3.

 

Flora və bitki örtüyü. 

Qoruq  ərazisində floranın tərkibinə qoruğa xas (məxsus) olmayan bitki növlərinin daxil olmasının qarşısı 

alınmalı, yad bitki növləri kənar edilməlidir. Bitki qruplarının tərkib və davamlılığını yoxlamaq məqsədilə meşə 

yanğınlarının qarşısı alınmalı, qoruq ərazisində  və  ətrafında entomoloji zərərvericilərin kütləvi artmasına yol 

verməməlidir; 

Qoruq üçün xas olan nadir və kökü kəsilmək təhlükəsi olan bitki növlərinin saxlanılması və bərpası üçün təd-

birlər görülməlidir; 

4.

 

Fauna və heyvanat aləmi. 

Qoruq ərazisi üçün xas olmayan heyvan növlərinin qoruğa daxil olmasının qarşısını almaq və onları qoruq-

dan kənar etmək lazımdır.  

Qoruq ərazisi üçün xas olan nadir və kökü kəsilmək təhlükəsi olan heyvan növlərini saxlamaq və bərpa et-

mək tədbirləri həyata keçirməlidir; 

- İnsan fəaliyyətinin təsiri nəticəsində məhv edilmiş, lakin qoruq üçün xas olan heyvan növləri bərpa edilmə-

li; 

- Ekoloji balansı bərpa etmək və qoruq ekosistemlərinin əsas komponentlərinin saxlanılması üçün ayrı-ayrı 



heyvan növlərinin sayını və sıxlığını nizama salmalıdır. 

Yuxarıda göstərilən tədbirlər sisteminin təsnifatı bəzi hallarda dəyişdirilə və dəqiqləşdirilə bilər. 

 

18.2. Yasaqlıqlar 

Yasaqlıq  təbiətin ən qədim mühafizə forması hesab olunur.  Qoruqdan fərqli olaraq yasaqlıqlar hansı təşkila-

tın ərazisində yerləşirsə həmin təşkilata baxır, məsələn, fermer, meşə təsərrüfatı və s. Yasaqlıqlar daimi və mü-

vəqqəti (10 ilə qədər) ola bilər. Yasaqlıq ərazisində qoruq rejimi qoruqlara nisbətən zəif olur və orada elmi-təd-

qiqat işi aparılmır. 

Əgər qoruqlarda mütləq qoruma rejimi tətbiq olunursa, yasaqlıqlarda istirahət evləri, turist bazaları tikilir. 

Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla 

davranmalıdır. Yasaqlıqlarda ovetmə, balıq tutmaq, yer şumlama, meşə qırma işi, mal-qara otarma, giləmeyvə, 

göbələk yığma  ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbiət komp-

leksi deyil, onun ayrı-ayrı komponentləri qorunur. Keçmiş SSRİ-də qiymətli və relikt bitki növlərini, landşaftı 

qorumaq üçün meşə, botaniki, zooloji, ornitoloji, balıqçılıq, ovçuluq,  botaniki- geoloji və s. yasaqlıqlar yaradıl-

mışdır. Yasaqlıqlar ərazisinə görə çox böyük olub iri təbiət kompleksini qorumaq üçün yaradıla bilər. O, ayrı-

ayrı quş kaloniyası, qiymətli bitki sahəsi, qarışqa sahəsini qorumaq məqsədilə yaradıldıqda sahəsi çox kiçik ola 

bilər. Ən iri yasaqlıq Alka-ata yasaqlığı olub sahəsi 800 min hektardır. Bir neçə misal gətirək. 

1.

 

Çelyabinski vilayətində kompleks «Karaqaysk bor» yasaqlığı. Sahəsi 16 min ha-dır. Burada sığın, tülkü, 



dovşan, Sibir xoruzu, tetra quşunun ovlanması qadağan olunur. 

2.

 



Litvanın şərqində kəpənək yasaqlığı. Burada məktəblilər sədəfli kəpənəklər kaloniyası müşahidə edərək 

Litva Akademiyasının Zoologiya institutuna xəbər vermiş və ora yasaqlıq elan edilmişdir. 

3.

 

Novqorod vilayətinin Okulov meşəçiliyində qarışqa yasaqlığı. 



4.

 

Qiymətli, relikt, nadir ağac, ot bitkilərindən ibarət meşə və bozqır sahələrində botanika yasaqlıqları vardır. 



Son vaxtlar müalicə otlarından ibarət yasaqlıqlar da yaradılmışdır. Burada müalicə otları ilin müəyyən vaxtlarında 

və yalnız xüsusi icazə ilə yığıla bilər. 

5.

 

Geoloji paleontoloji yasaqlıqlar nadir mağaralar, qazıntı flora və faunanın qalıqları, səthə çıxan dağ sü-



xurları, qəribə qayalıq formaları və s. Keçmiş SSRİ- ərazisində 3 mindən çox yasaqlıq olub sahəsi 20 mln hekta-

ra yaxındır. 

 

18.3. Milli parklar (MP) 

Hazırda milli parklar dünyada təbii ərazilərin qorunmasının ən əsas forması sayılır. 

İlk dövrlərdə bir sıra ölkələrdə MP-lar yalnız təbiəti mühafizə məqsədi daşıyırdı və bu sahədə onlar olduqca 

böyük rol oynamışlar. Belə ki, Afrika, Şimali və Cənubi Amerika, Asiya və Avstraliyada iri heyvanlar, quşlar və 

qiymətli bitki növləri MP-ların yaradılması nəticəsində xilas edilərək indiyə kimi qalmışlar. 

Lakin son 50 ildə turizm formasında rekreasiya adlanan istirahət forması bütün dünyada inkişaf edərək bö-

yük əhəmiyyət daşıyır. Mövcud MP-ra il ərzində yüz milyonlarla  adam axışıb gəlir. Məsələn, Amerikanın MP-

rına il ərzində bir neçə yüz milyon, Afrikanın MP-rına isə 10 milyonlarla adam gəlir. Milli Park termini ilk dəfə 

1872-ci ildə ABŞ-da konqresdə qəbul olunmuşdur. MP  Cənubi Amerikada 1903, Braziliyada 1919, Fransada 


 

353


1913, İsveçrədə 1914, İspaniyada 1915-ci illərdə və s. ölkələrdə təşkil olunmuşdur. Hazırda dünyada 3000 –dən 

arıq MP mövcuddur. Bəzi  MP-rın  sahəsi 1mln ha-rı keçir. Ən böyük MP «Qrenlandiya» MP-ı hesab edilir, sa-

həsi 7,5 mln ha-dır. 

ABŞ-ın MP-rından ildə 10 milyarddan artıq,  Keniyanın MP-ından isə ildə 100 milyon dollardan artıq gəlir 

əldə edilir. İnsanların MP-ra güclü axımı təbii ekosistemlərin dağılmasına («turizm eroziyası») gətirib çıxarır, 

MP-rın iki vəzifəsi- təbiəti mühafizə və rekreasiya arasında kəsgin qarşıdurma yaranır. 

Buna baxmayaraq MP düzgün təşkil olunduqda olduqca böyük təbiəti mühafizə əhəmiyyəti daşıyır. MP-ın 

təbiəti mühafizə funksiyalarını yerinə yetirməsi üçün orada təbii landşaftların, bitki örtüyünün, heyvanat aləmi-

nin və digər obyektlərin qorunub saxlanılması üzrə bir sıra tədbirlərin görülməsi  təmin olunur, bu tədbirlər həm 

də MP-a gələnlər üçün cəzbedici olmalıdır, bunun üçün iki mühüm şərtə diqqət yetirməlidir: park üçün yerin 

düzgün seçilməsi və mühəndis- bioloji vəzifənin həlli. MP-ların yaradılması işində mühəndis-bioloji  vəzifələr 

çoxcəhətli və mürəkkəb olub xeyli vaxt tələb edir. Bu vəzifələr aşağıdakılardır: 

3) MP-ın ərazisinin zonaları (hissələri) elə ayrılmalıdır ki, (qoruq, yasaqlıq, ekspozisiya nümayiş  və məişət 

xidməti təsərrüfat sahələri və s.) landşaftların və müxtəlif obyektlərin qorunub saxlanılmasına  qarant verilsin, 

həm də parka gələnlər üçün maksimum  əyanilik və rahatlıq yaransın. 

Kütləvi istirahət üçün ayrılmış  şəhərətrafı istirahət zonasından fərqli olaraq MP-a qrupla və  fərdi gələnlər 

ciddi reqlamentlə qəbul olunur. 

MP-ın ərazisində gəzintini təşkil edərkən rekreasiya yükü əsas təsərrüfat norması sayılır, ona riayət edilməsi 

parkın təbii landşaftlarının yaxşı qorunub saxlanılmasına qarant verir. Bu yük (norma) parkın rejiminə riayət 

edərək vahid sahədə maksimum miqdarda gələnlərin müəyyən ərazidə qalmasına imkan yaradaraq parka heç bir 

ziyan yetirmir. rekreasiya yükü yol-cığır şəbəkəsinin sıxlığı və ayrı-ayrı sahələrin qəbuletmə qabiliyyəti (dərəcə-

si) ilə müəyyənləşdirilir. 

MP-ın ərazisində gəzinti qadağan edilən qoruq sahələri, yasaqlıqlar ayrılmalıdır. 

Qoruqlar canlı  təbii laboratoriya sayılır. Qoruq ərazisində yalnız elmi-tədqiqat işlərinin aparılmasına icazə 

verilir. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol  sahələrdə mü-

rəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir.  Əldə olunan nəticələr təbii mühitin pozulma 

dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır. 

Milli  Park daxilində yasaqlıqların başlıca vəzifə və funksiyaları ərazinin təbii heyvan, quş və bitkisini qoru-

yub saxlamaqdan ibarətdir. Burada adətən yalnız MP-ra gələn piyadalara (mühərriksiz) az vaxt ərzində kiçik 

marşrutlarla gəzintisinə icazə verilir. 

Azad hərəkət (gəzinti) icazə verilən zonada park növlü xidmət sahələrinin təşkilinə icazə verilir. Bu zonada 

bir tərəfli torpaq yolu, dayanacaq yeri, baxış (nümayiş) meydançaları və s. ayrılır. 

Parkın girişində yol kənarında kiçik miqyaslı məişət xidməti mərkəzi yaradılaraq  içki çadırları qurmağa, ma-

şın dayanacağına icazə verilir. Kapital tikintilər, o cümlədən mehmanxana kompleksləri, motellər və s. adətən 

parkdan kənarda yerləşdirilir. Böyük MP-ın ərazisində gecələmək üçün yerlər (çadır qurmaq üçün yerlər, ocaq 

qalamaq üçün sahə, odun ehtiyatı və s.) ayrıla bilər. 

Beləliklə MP nə mədəniyyət və istirahət parkı, nə kütləvi istirahət zonası, nə də zooloji, botaniki park deyil-

dir. Bununla belə MP-ın azad gəzinti zonasında yerli flora və fauna nümunələrini nümayiş etdirmək məqsədilə 

kiçik zooparklar və botanika bağları salına bilər. 

Azərbaycan Nazirlər Soveti 1982-ci ildə dövlət qoruqlarının və MP-ın yaradılması haqqında qərar qəbul edə-

rək Azərbaycanda ümumi sahəsi 213 min ha olan  4 MP-ın (Şahdağ, Murovdağ, Burovar və Qobustan M. P.-rı) 

yaradılmasını irəli sürmüşdür. 

 


Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə