MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə63/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   59   60   61   62   63   64   65   66   ...   75

18.4.2. Yasaqlıqlar 

 

Şəki yasaqlığı 

Şəki yasaqlığı, Əyriçayın hövzəsində Yevlax-Şəki  və Şəki-Oğuz şose yollarının arasında yerləşir. Yasaqlı-

ğın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusən qırqovul və turacı, qonur ayı və qabanı qoru-

maqdır. 


Ərazidəki meşəliklərdə uzunsaplaq palıd, qızılağac, adi qoz və tut ağacı bitir. Çay dərələrində ağaclarla bir-

likdə yemişan, böyürtkan, əzgil, alça, sarmaşıqlar  keçilməz cəngəlliklər yaradır. Burada şabalıdı, boz-qəhvəyi 

və qəhvəyi-meşə torpaqları yayılmışdır. 

Yasaqlıqda qonur ayı, qaban, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, 

sincab və b. heyvanlar, qırqovul, turac, meşə göyərçini, alabaxta, meşə cüllütü, bekas, bildirçin, boz kəklik, ya-

şılbaş ördək, cürələr, ağvağ, boz vağ və s. quşlar vardır. 

 

İsmayıllı yasaqlığı 

1969-cu ildə İsmayıllı, qismən Qəbələ rayonları ərazisində yaradılmışdır. Yasaqlıq şimaldan Böyük Qafqazın 

Baş silsiləsi, şərqdən Girdmançay, qərbdən Vəndamçay, cənubdan Qanıx-Həftaran vadisi ilə sərhədlənir, 3629m 

yüksəkliyə qədərki ərazini əhatə edir. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunma-

sı və sayının artırılmasıdır. Sahəsi 34400ha-dır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkiliyindən iba-

rətdir. Burada əsasən dağ-çəmən qonur və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. 

Yasaqlıqda təkə, cüyür, maral, qaban, canavar, vaşaq, çaqqal, tülkü, porsuq, dovşan, dələ, meşə pişiyi, quş-

lardan kəklik, qırqovul, turac, alabaxta, bildirçin, ular və s. vardır. 



 

Qusar yasaqlığı  

1964-cü ildə Qusar rayonunda yaradılmışdır. Məqsəd buradakı bir sıra ov əhəmiyyətli heyvan və quşları qoruyub 

artırmaqdır. Samur və Qusar çaylarının arasında yerləşən yasaqlıq öndağ və alçaq dağlıq sahələri (Qusar düzü) əhatə 

edir. Ərazidə qaban, cüyür, canavar, çaqqal, meşə pişiyi, tülkü, dovşan, kəklik, qırqovul vardır. 



 

Qızılca yasaqlığı 

1984-cü ildə Gədəbəy rayonunda Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Məqsəd ərazinin təbiət kompleksini 

qorumaqdır. Sahəsi 5135ha-dır. Ərazi 1500-2000m yüksəklikdə yerləşir, dağ silsilələri və dərin dərələrlə parçalanmış-

dır. Burada 1340ha fıstıq, 1240ha vələs, 900ha palıd meşəsi  mövcuddur. Qonur dağ-meşə, bozqırlaşmış dağ-çəmən və 

qaratorpaqlar yayılmışdır. Yasaqlıqda  cüyür, qonur ayı,  qaban, dovşan və müxtəlif quşlar məskunlaşmışdır. 

 

Laçın yasaqlığı 

1961-ci ildə Laçın rayonunun  ərazisində yaradılmışdır. Məqsəd buradakı heyvan(qayakeçisi, qaban və s.) və 

quşları (turac, kəklik və s.) qoruyub saxlamaqdır. Sahəsi 21370ha-dır. Orta və dağlıq əraziyə xas olan relyefə 

malikdir. Ən yüksək zirvəsi Qırxqızdır (2852m).  Şəlvə, Piçənis, Qorçuçay, Dambulaq və s. çayların dərələrilə 

kəskin parçalanmışdır. Heyvanlardan yalnız qayakeçisi, cüyür və qaban ov əhəmiyyətli sayılır. 

 

Qubadlı yasaqlığı 

1969-cu ildə Qubadlı, qismən  Laçın rayonlarının ərazisində yaradılmışdır, məqsəd ərazidəki heyvanlar alə-

mini, xüsusilə cüyür. qaban, qırqovulu qorumaqdır. Sahəsi 20 min ha-dır. Ərazi alçaq dağlıq sahələrin yuxarı 

hissələrini  əhatə edir, dərələrlə güclü parçalanmışdır. Burada qaban, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, 

dovşan, porsuq yayılmışdır. 

 

Zuvand yasaqlığı 

1969-cu ildə Lerik və Yardımlı rayonları ərazisində 15 min ha sahədə yaradılmışdır. Lənkəran və Viləş çaylarının 

hövzəsinin yuxarı hissəsində, 1400-2500m yüksəklikdə yerləşir. Qoruğun yaradılmasında məqsəd dağ quru bozqır şərai-

tində bezoar keçisi və kəkliyin qorunmasıdır. Burada dağ şabalıdı torpaqlar yayılmışdır. 



 

Qarayazı-Ağstafa yasaqlığı 

1964-cü ildə Qarayazı meşələri sahəsində yaradılmışdır. Sahəsi 11970 ha-dır. Burada maral, qaban, qunduz, 

canavar, çaqqal, meşə pişiyi, tülkü, porsuq, dovşan, quşlardan qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, 

qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin və s. vardır. 

 

Şəmkir yasaqlığı 

1964-cü ildə Şəmkir rayonu ərazisində 10 min ha sahədə yaradılmışdır, məqsəd buradakı quşları və heyvan-

ları, xüsusilə qaban, kəklik, turac, qırqovul, və ördəkləri qorumaqdır. Şəmkir su anbarının yaradılmasilə əlaqə-


 

359


dar sahəsinin 5 min ha-ya qədəri  su akvatoriyasına çevrilmişdir. Yasaqlıqda tuqay və yarımsəhra bitki formasi-

yaları yayılmışdır. 

Torpaq örtüyü allüvial çəmən-meşə, adi və açıq şabalıdı torpaqlardan ibarətdir. Burada qaban, dovşan, canavar, 

çaqqal, tülkü, meşə pişiyi, quşlardan kəklik, turac, qırqovul, müxtəlif su quşları vardır. 



Bərdə yasaqlığı  

1966-cı ildə Bərdə və Ağdaş rayonları ərazisində 7500 ha sahədə yaradılmışdır. Yasaqlıq Kürün hər iki sahi-

lində meşə sahəsini, Əyricə qırqovul  yetişdirmə məntəqəsinin ərazisini və  Kür çayının yatağını əhatə edir. Ya-

saqlığın yaradılmasında məqsəd Kürqırağı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. 

Ərazidə allüvial çəmən-meşə, boz-çəmən və qismən bataqlıq torpaqlar yayılmışdır. Burada qaban, çaqqal, tülkü, 

meşə pişiyi, qamışlıq pişiyi, porsuq, dovşan, meşə dələsi, qunduz və s. heyvanlar, qırqovul, turac, fitçi cücə, qır-

mızıbaş ördək, qarabatdağ, alabaxta, meşə cüllütü, bəzdək, vağ və s. quşlar məskunlaşmışdır. 

 

Korçay yasaqlığı 

1961-ci ildə Xanlar və Goranboy rayonları ərazisində 15000 ha sahədə yaradılmışdır, məqsəd ərazidəki ov 

əhəmiyyətli heyvan və quşları qorumaqdır. Ərazi yovşanlı-şoranlı yarımsəhradan ibarətdir. Torpaq örtüyü müx-

təlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən allüvial-çəmən torpaqlarından ibarətdir. Burada heyvanlar-

dan ceyran, dovşan, tülkü, çaqqal, canavar, quşlardan kəklik, turac və s.vardır 

 

Bəndovan yasaqlığı 

1961-ci ildə Salyan və Qaradağ rayonları ərazisində Cənub-Şərqi Şirvan düzünün Xəzər dənizinə qovuşduğu 

yerdə Bəndovan burnu ətrafında 22 min ha sahədə yaradılmışdır, məqsəd bu ərazidəki ceyranları,  köçəri və otu-

raq su və quru quşlarını qoruyub saxlamaqdır. Ərazi heyvanlar aləmi ilə zəngindir. Burada ceyran, qunduz, dov-

şan, canavar, çaqqal, tülkü, qamışlıq pişiyi, çöl pişiyi, porsuq və s. heyvan yaşayır, 70 növə qədər, o cümlədən 

10-dan çox yırtıcı quş qeydə alınmışdır.  

 

Gil adası yasaqlığı 

1964-cü ildə Bakıdan 60 km cənubda Xəzər dənizinin Gil adasında 400 ha sahədə yaradılmışdır. Əsasən ada-

dakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur. Burada qağayıların sayı bəzən 10 minə ça-

tır. 


Abşeron yasaqlığı 

Yasaqlıq 1969-cu ildə Abşeron yarımadasının cənub-qərb qurtaracağında – Şahdilində yerləşir. Yasaqlığın 

yaradılmasında məqsəd ceyranların, Xəzər suitisinin və su quşlarının qorunub artırılmasını təmin etməkdir. Sa-

həsi 815 ha-dır. Burada dənizsahili qumluqlar, şoranlıqlar, qamışlıq və digər torpaqlar vardır. Yasaqlıq heyvan-

lar aləmilə çox zəngin deyildir. Quru ərazisində ceyran, çaqqal, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və 

müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıdöş qazlar, bizquyruq, yaşılbaş, 

ördəklər, ağ vağ, qumluq cüllütü, qaşqaldaq və s. köçəri quşlar məskən salmışdır. 

Kiçik Qızılağac yasaqlığı 

1978-ci ildə Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır, 

məqsəd buradakı su, bataqlıq və quru ərazilərin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi  10700 ha olub 

əsasən su akvatoriyasıdır. Körfəz balıqlarla zəngindir. 



Daşaltı yasaqlığı 

1968-ci ildə  əsasən  Şuşa şəhəri ətrafında «Topxana» adlanan yerdə 460 ha sahədə  təşkil olunmuşdur. Ya-

saqlığın ərazisi zəngin meşə, kol və ot bitkiləri ilə zəngindir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, ye-

mişan, itburnu, zoğal, əzgil, alma, armud, alça, və s. ağac və kol cinsləri yayılmışdır. Yasaqlıq Qarqar çayının 

hövzəsində yerləşir. Burada cüyür, qaban, dələ, dovşan, canavar, tülkü, çaqqal və s. heyvan, onlarla quş növü 

məskunlaşmışdır. 



Qəbələ yasaqlığı 

1993-cü ildə  Qəbələ rayonunun əsasən dağlı, qismən düzən hissəsində 39700 ha ərazidə yaradılmışdır. 

Yasaqlığın yaradılmasında məqsəd dağla düzən meşə landşaftlarını və heyvanat aləmini qoruyub saxlamaqdır. 

Qax yasaqlığı 

2003-cü ildə rayonun vadi və öndağ hissəsində 36836 ha ərazidə bitki örtüyü və heyvanat aləminin 

mühafizəsi məqsədilə təşkil olunmuşdur. 


 

360


18.4.3. Milli parklar 

 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli 1249 №-li sərəncamı ilə Ordubad Milli 

Parkı, 2003-cü il 5 iyul tarixli 1298 №-li sərəncamı ilə Şirvan və Ağgöl Milli Parkları, 2004-cü il 9 fevral tarixli 

1281  №-li sərəncamı ilə Hirkan Milli Parkı  və 2004-cü il 31 avqust tarixli 365№-li smərəncamı ilə Altıağac 

Milli Parkı yaradılmışdır. 

 

Şirvan milli parkı 

Kür-Araz ovalığında təbii landşaftlar başdan-başa antropogen landşaftlarla əvəz olunması ilə əlaqədar bura-

da ilkin bitki örtüyü və heyvanat aləminin yoxa çıxmasını nəzərə alaraq az-çox təbii halını saxlamış Şirvan qo-

ruğu və  Bəndovan yasaqlığında qoruq rejimini gücləndirmək, düzgün təşkil etmək  şərtilə  ərazidən rekreasiya 

məqsədilə istifadə etmək, kiçik zooparklar və botanika bağları salaraq fauna və flora növlərini nümayiş etdirmək 

üçün 2003-cü ilin oktyabrında adı çəkilən qoruq və yasaqlıq birləşdirilərək 54374 ha sahədə «Şirvan milli par-

kı» yaradıldı. 

Şirvan qoruğu respublikanın böyük qoruqlarından biri idi. Həmin ərazinin bir hissəsində 1961-ci ildə ilk dəfə 

Bəndovan yasaqlığı yaradıldı. O vaxt burada cəmi 77 baş ceyran var idi. 8 ildən sonra 1969-cu ildə ceyranların 

sayı 400-ə çatdırıldıqda 17745 ha ərazidə  Şirvan dövlət qoruğu təşkil olundu., 1982-ci ildə qoruğun sahəsi 

25761 ha-ya çatdırıldı. 

Şirvan milli parkının ərazisində relyefin, bitki örtüyü və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii 

landşaft sahəsinin mövcudluğuna imkan yaradır. Ərazidə düzən və xırda təpəli yovşanlı yarımsəhra və düzən və 

xırda təpəli şoranotlu yarımsəhra landşaft tipləri üstünlük təşkil edir. Bu ladşaft tipləri ceyranlar üçün çox sərfəli 

sahələr hesab edilir. Az sahə tutan dənizkənarı qum bitkiliyi sahəsi isə ceyranlar üçün aşağı keyfiyyətli yerlər 

sayılır. 

Şirvan milli parkı yarımsəhra zonasında yerləşdiyi üçün bulaq və çay yoxdur. Lakin mövcud su mənbələri – 

parkı şərqdən əhatə edən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru və digər kollektorlar, Çala gölü ceyranla-

rın və digər heyvanat aləminin suya olan tələbatını tamamilə ödəyir. Milli park sərhədində  Xəzər suyunun duz-

luluğu 12 promilə çatır, temperaturu qışda 6

0

, yayda 26



0

 arasında dəyişir. Kollektorların və Çala gölünün suyu 

qışda donmur, bu isə ceyranlar və quşlar üçün çox əlverişlidir. 

Şirvan milli parkının ərazisində əsasən yovşanlı yarımsəhra, şoranotlu yarımsəhra, yovşanlı-şoranotlu yarım-

səhra, qismən səhra, çəmən-çala, dəniz sahili-qumlu, su-bataqlıq bitki qruplaşmaları yayılmışdır. (Ağaquliyev 

2000)  


Şirvan milli parkı yarımsəhra zonasında yerləşsə  də heyvanat aləmi ilə  zəngindir. Məməlilərdən ceyran, 

qunduz, qaban, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq, qamışlıq pişiyi və s., sürünənlərdən tısbağa 

növləri, zolaqlı kərtənkələ, su koramalı; suda-quruda yaşayanlardan- qurbağa növlərinə rast gəlinir. Çalagöldə 

və kanallarda 12 növ balıq yaşayır. 

Milli park ərazisində – göldə, Xəzərin sahillərində, 3500 hektardan artıq su-bataqlıq sahəsində 65 növdən ar-

tıq quş növünə rast gəlinir. Burada turac, ördək və qaz növləri, qaşqaldaq məskunlaşmışdır. Adı qırmızı kitaba 

düşən çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, coltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısılda-

yan və kiçik qu kimi oturaq və köçəri quşlar qorunur. 

Milli parkda qorunan əsas məməli heyvan ceyran sayılır, onun çəkisi 35 kq-a qədər, bədəninin uzunluğu 95-

115, hündürlüyü 60-75sm-ə çatır. Olduqca çevik heyvan olub, saatda 50-60 km sürətlə qaça bilir.  

Şirvan qoruğunda ceyranların sayı artmışdır. 1990-cı ildə Bəndovan yasaqlığı ilə birlikdə Şirvan qoruğunda 

ceyranların sayı 10900-ə çatmışdır. 

İndiyə qədər Şirvan qoruğunda heyvanat aləminin qorunmasında bir sıra maneələr və nöqsanlar mövcud ol-

muşdur. Qoruqda Kəlbəcər, Qusar və Salyan rayonlarının onlarla mal-qara fermaları yerləşdirilirdi. Qoyun sürü-

ləri ceyranların təbii yemini yeyir, ferma itləri onların təbii sakitlik rejimini pozur, ferma işçiləri brokonyerlik 

edirdilər. 2004-cü ildə Ekologiya və  Təbii Sərvətlər Nazirliyinin gərgin fəaliyyəti nəticəsində fermalar qoruq 

ərazisindən çıxarılmışdır. Lakin milli parkın yasaqlıq ərazisində Xəzər dənizinin sahilində 3 balıq vətəgəsi yerlə-

şir. Geniş ərazidə neft sənaye obyektləri mövcuddur. Qoruğun xüsusiyyətlərinə uyğun elmi-tədqiqat işləri lazımi sə-

viyyədə aparılmamışdır. 

Hazırda Şirvan milli parkının fəaliyyətini canlandırmaq məqsədilə Nazirlik bir sıra əsaslı tədbirlərin yerinə 

yetirilməsini planlaşdırır. 

 

Ağgöl milli  parkı 

Ağgöl milli parkı 2003-cü ilin oktyabrında Ağgöl dövlət qoruğunun (5182 ha) və Ağgöl yasaqlığının (3690  

ha) əsasında yaradılmışdır. Mövcud qoruğun və yasıqlığın ətrafındakı sahələr də əlavə olunaraq milli parkın sa-

həsi 18000 ha-ra  çatdırılmışdır. Onun 2,1 min ha-nı su akvatoriyası, çox hissəsini qamış cəngəlliyi tutur, yerdə 

qalan sahə isə şoranotlu yarımsəhradan ibarətdir, cəmi 20 ha sahəni isə adalar tutur.  



 

361


Ağgöl respublikanın iri göllərindən biri sayılır. Gölə axıdılan suyun miqdarından asılı olaraq sahəsi tez-tez dəyişir,  

maksimum dərinliyi 1,5-2 m, orta dərinliyi 0,6 m-dir. Yayın sonuna qədər gölün suyu xeyli aşağı enir. Gölə cənubdan 

bir kollektor qovuşur, şərqdən isə o digər kollektor vasitəsilə Sarısu gölü ilə birləşir.  

Ağgöl milli parkının bitki ortüyündə əsasən cənub qamışı üstünlük təşkil edən su-bataqlıq bitki növlərindən 

ibarətdir, onlardan sünbüllü su lələyi, su qaymaqçiçəyi, qamış və s.-ni göstərmək olar. Adalarda əsasən yulğun 

kolları bitir, şorəngələrə və dənli bitkilərə də təsadüf olunur. 

Milli parkın quru hissəsində şorlaşmış torpaqlarda çəmən-halofit bitkisi geniş yayılmışdır, burada birillik şo-

ran otlarından duzlaq coğanı, çərən, qışotu,sirkan, həmçinin qamış bitir. Təpəcikli şoranlı sahələrdə yarımsəhra 

halofit bitkiləri yayılmışdır, burada efemerlərlə yanaşı Xəzər şahsevdisi, sarıbaş, qaraşoran üstünlük təşkil edir. 

Quru  şoran və şorəkət torpaqlarda yarımsəhra kserofit-halofit bitkiləri yayılmışdır, yovşan, xostək, qismən də 

qırtıc və şorangə üstünlüq təşkil edir.  

Ağgöl milli parkı respublikamızın düzən rayonlarında köçəri və yerli quşların, heyvanların çox məskunlaşdı-

ğı su hövzələrindən biridir. Bu göldə və onun ətrafında 140-dan artıq quş növü məskunlaşmışdır, burada 87 quş 

növü yumurta qoyub bala verir. Milli parkın ərazisində boz, qızıl, qaşqa, qırmızıdöş və başqa qaz növləri, haray-

çı və fısıldayan qu quşları, yaşılbaş, bizquyruq, ala, qırmızı, kəkilli qara və boz ördəklər, fitçi və mərmər cürələr, 

enliburun, marek, qırmızıdimdik, qızılbaş, ağgöz dalğıclar, qaşqaldaq, sultan toyuğu, böyük su fərəsi, ərzindim-

dik, qaravay, böyük ağ, kiçik ağ, boz, sarı və Misir vağları, qarıldağ, əyridimdik, böyük və kiçik qarabatdağlar, 

qıvrımlələk qutan, bizdimdik, çökükburun, bəzgək, çobanaldadan və s. quşlar yaşayır. Burada belibağlılar (ba-

taqlıq, çəmən və tarla), ağquyruq, qartallar, dəniz və çay yırtıcı quşlar (bildirçinqapan və s.) da vardır. Quşlardan 

turac, sultan toyuğu, qızılqaz, çay qaranquşu, dəniz qartalı, mərmər cürə, vəhşi qaz, bəzgək, qara leylək, çəhrayı 

qutan, ərsindimdik və s.-nin adları «Qırmızı kitab»a düşmüşdür. 

Ağgölün ətrafında məməli hyevanlardan qaban, qunduz, dovşan, canavar, tülkü, porsuq, qamışlıq pişiyi və s. 

olur. Suda-quruda yaşayanlardan yaşıl qurbağa, göl qurbağası, Suriya sarımsaq qurbağası, sürünənlərdən-Xəzər 

və bataqlıq tısbağası, adi və su koramallarını göstərmək olar. Ağgöl və onu əhatə edən sularda 20-yə yaxın balıq 

növü vardır, onlardan yastıqarın, xəşəm, çəki, tingə, qırmızıpullu, durna balığı, naxa, sıf və b. göstərmək olar. 

Milli park yaradılarkən heyvanat aləmini daha da zənginləşdirmək üçün bir sıra tədbirlərin gücləndirilməsi 

nəzərdə tutulur: Milli parkın ərazisində ovçuluğa yol verməmək, müşahidə vışkalarının tikilməsi, yırtıcı heyvan-

ların sayını normada saxlamaq, sərt qış aylarında quşları dənli yemlə təmin etmək və s. 



 

Hirkan milli parkı 

Hirkan qoruğu üçüncü dövrün relikt hirkan florasını  və burada məskunlaşan faunanı qorumaq məqsədilə 

1936-cı ildə yaradılmışdır. Qoruq Lənkəran və Astara rayonları  ərazisində  şərqdə  Xəzər dənizi yaxınlığında 

22m-dən  başlayıb, qərbdə 980m-ə qədərki yüksəklikləri əhatə edir. Qoruq 2 hissədən ibarətdir: dağ yamacların-

dakı meşəliklər (2815ha)və Lənkəran ovalığındakı «Moskva meşəsi»  sahəsi (91ha). Qoruğun düzən və dağətəyi 

hissəsində şabalıdyarpaq palıd, dəmirağac və vələsin üstünlük təşkil etdiyi meşəliklər yayılmışdır, onlara ipək 

akasiyası, Xəzər lələyi, Hirkan ənciri, qafqaz xurması, azatağac, yalanqoz və s. qarışır, yüksəkliyə qalxdıqca bu 

meşələr tədricən fıstıq ağacları ilə əvəz olunur. 

Qoruq ərazisində fıstıq meşələri meşə ilə örtülü sahənin 52%-ni, şabalıdyarpaq palıd, 25%-ni, vələs isə 14%-

ni təşkil edir. Dəmirağac, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, xəzər lələyi, ipəkakasiyası, Qafqaz 

xurması, ürəkyarpaq qızılağac, Hirkan bigəvəri Azərbaycanın Qırmızı kitabına salınmışdır. 

Rütubətli şəraitdə palıd, fıstıq və vələs meşələri altında qonur dağ-meşə torpaqlarının podzollaşmış yarımtipi inki-

şaf etmişdir. Dəniz səviyyəsindən 100-600 (700)m yüksəklikdə dəmirağac və palıd meşələri altında sarı dağ-meşə 

torpaqları yayılmışdır. Ərazidə bu torpaqların tipik və podzollaşmış yarımtipləri mövcuddur. 

Hirkan qoruğunda vaxtilə çoxlu pələngə, bəbirə, Qafqaz maralına, cüyürə, tülküyə, yüzlərlə quş növlərinə 

rast gəlinirdi. Hazırda isə onların sayı xeyli azalmış, bəzilərinin nəsli kəsilmişdir. Respublikanın Qırmızı kitabı-

na adı düşən Talış qırqovulu, Hirkan arıquşu qorunur. Adları qırmızı kitaba yazılan toğlugötürən, qıvrımlələk, 

qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, laçın, turac kimi quşlara da təsadüf olunur. 

2004-cü ildə Hirkan qoruğu ərazisində 21min ha sahədə Hirkan milli parkı yaradıldı. 

 

Ordubad milii parkı 

Ordubad yasaqlığı 1969-cu ildə Ordubad və Culfa rayonları ərazisində yaradılmışdır. O, aşağı, orta və yuxarı 

dağlıq qurşaqların landşaft sahələrini  əhatə edir. Qoruğun yaradılmasında məqsəd  ərazidəki nadir və qiymətli 

heyvanları (qayakeçisi) və quşları (turac, qırqovul və kəklik) qoruyub artırmaqdır. Sahəsi 40min ha-dır. 

Yasaqlıq Zəngəzur dağlarının cənub-qərb yamacında yerləşir. 1000-3900m hündürlükləri əhatə edir.  Bitki 

örtüyü subnival, qaya, alp, subalp və dağ kserofit bitkilərindən ibarətdir. Burada ibtidai, çimli və torflu dağ-çə-

mən, bozqırlaşmış  dağ-qəhvəyi torpaqlar yayılmışdır. 2004-cü ildə Ordubad yasaqlığı ərazisinin bir hissəsində 

12 min ha sahədə Ordubad Milli Parkı  yaradıldı. 

 

Altıağac Milli Parkı 



 

362


Altıağac qoruğu Ataçay hövzəsində (Xızı rayonu) 1990-cı ildə yaradılıb, sahəsi 4438ha-dır. Qoruq Böyük 

Qafqazın  Şimal-Şərq yamacının  şərq qurtaracağında meşə örtüyünün şərq sərhədində    pozulmuş  təbii meşə 

landşaft kompleksinin mühafizəsini gücləndirmək yolu ilə ilkin bitki örtüyünü və heyvanat aləmini bərpa etmək, 

torpağın eroziya prosesinin qarşısını almaqdır. 

Ərazinin 3585ha-rı meşə ilə örtülü olub iberiya palıdı, qafqaz vəliəsi və şərq fıstığının üstünlüyü ilə təşkil 

olunmuşdur. Bu meşələrə adi göyrüş, ağcaqayın növləri, ağrıovunduran quşarmudu, yabanı meyvə cinsləri (al-

ma, armud və s.) qarışır. 

1940-50-ci illərdə bu meşələrdə qırıntı aparılmış, onlar seyrəkliklərə və kolluqlara çevrilmişdir. Sonralar yer-

li əhalinin  rayondan köçüb  getməsilə əlaqədar meşələr bərpa olunmağa başlamışdır. Hazırda meşələrin çoxu 

törəmə mənşəlidir. 

Qoruq ərazisində əsasən qonur dağ-meşə, çürüntülü karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə və s. torpaq tip-

ləri yayılmışdır. 

Altıağac qoruğu ərazisində digər qonşu regionlara nisbətən heyvanat aləmi azdır. Bunun əsas səbəbi qanunsuz ovçu-

luq olmuşdur. 

Qoruğun ərazisində hazırda cüyür, qonur ayı, qaban, vaşaq, yenot, dovşan, dələ, canavar və s.-yə, quşlardan isə 

qırqovul, alabaxta, qaratoyuq, bildirçin, çöl qartalı və s.-yə rast gəlmək olar.  

2004-cü ildə Altıağac qoruğu bazasında qoruğun ətraf ərazisindəki meşə ilə örtülü sahələri də daxil etməklə 

11035 ha sahədə Altıağac MP yaradıldı. 

 

18.4.4. Planlaşdırılan milli parklar 

 

Şahdağ milli parkı 

Şahdağ Milli parkının Böyük Qafqazın şimali-şərq yamacı və cənub yamacının orta və şərq hissəsində təşkil 

olunması layihələşdirilir. Bura əsasən Quba, Qusar, Dəvəçi, Qəbələ, İsmayıllı, Şamaxı rayonlarının bir hissəsi 

daxil olur. Quba və Qusar rayonlarının aşağı və orta dağ qurşaqlarında yaşayış məntəqələri sıx yerləşdiyindən 

Milli parka daxil edilmir. Dəvəçi rayonunun dağlıq yaşayış məntəqələri olmayan hissəsi və qismən Xızı rayonu-

nun ərazisi Milli parka daxil edilir. Bu zona arxeoloji, arxitektura və tarixi abidələrlə zəngindir. Burada mineral 

və termal sular (Qalaaltı, Xaltan, Cimi, Xaşa və b.) vardır. Bu massiv həmçinin sənaye şəhərləri-Bakı və Sum-

qayıta yaxın yerləşib 1-2 saata asvalt yolla əlaqə saxlamaq mümkündür. Ərazidə yüksək dağlıq zonada turistlər 

üçün maraq doğuran Xınalıq və Çarı kəndləri yerləşir. 

Geniş flora və fauna növlərinin qorunması üçün Şahdağ Milli parkının ərazisinə Böyük Qafqazın Cənub ya-

macının Qəbələ, İsmayıllı və Şamaxı rayonlarının dağlıq meşə, alp və sualp kompleksləri də daxil edilmişdir. 

Bu ərazidə özünəməxsus valehedici biokomponentlərlə yanaşı, müalicəvi termal mineral suyu, çoxlu qədim qa-

lalar, xanagah, qəbirstanlıqlar, movzoleylər, həmçinin orta əsrlər görünüşünü saxlamış Lahıc və Baskal kəndləri 

yerləşir. Bu kəndlərdə daş plitələr döşənmiş qədim küçələr, evlər, XVII əsrin yadigarı hamamlar, 400 il ömrü 

olan kanalizasiya indi də fəaliyyət göstərir. Özünəməxsus bu nadir kəndlərdə miskərlər yaşayır, onların düzəlt-

dikləri məmulatlar Amerika və Avropa muzeylərini bəzəyir. Burada ipək kələğayı və xalçatoxuyan emalatxana-

lar da mövcuddur. Bütün bunlar cazibədar təbiətlə və müxtəlif abidələrlə yanaşı, Basqal-Lahıc zonasını turistlər 

və istirahət üçün maraqlı edir. 

Milli parkın turistlər üçün ən maraqlı yerləri Baş Qafqaz silsiləsinin daim qarlı zirvələri – Bazar düzü 

(4484m), Tufandağı (4206m), Şahdağ (4251m), Qızılqaya (3739m), Babadağ (3632 m) hesab olunur.  

Milli parkın ərazisi Böyük Qafqazın hər iki yamacını – Şimali-Şərq yamacdakı Quba, Qusar, Dəvəçi, Xaç-

maz rayonlarını, Cənub yamacın Qəbələ,  Şəki,  İsmayıllı,  Şamaxı, Ağsu rayonları ilə birləşdirir.  Şahdağ Milli 

parkının ərazisi seçilərkən onun bütün şaquli landşaft qurşaqlarını, nadir biokomleksləri, həmçinin arxeoloji və 

tarixi –memarlıq abidələri  əhatə etməsini, onun ərazisinin rekreasiya üçün əlverişliliyi, istifadəsi və magistral 

nəqliyyat yollarına, iri və sənaye şəhərlərinə  yaxın olması nəzərə alınmışdır. Beləliklə, Şahdağ Milli parkının 

yaradılmasında məqsəd canlı və cansız təbiət abidələrini, dağ meşələrini, alp və subalp çəmənlərini, mineral və 

termal suları, dağ göllərini, şəlalələri, paleontoloji qazıntıları, tarixi-memar abidələri mühafizə etməklə yanaşı, 

onlardan rekreasiya məqsədilə istifadə edərək turizmi inkişaf etdirməkdir.  

Şahdağ Milli parkının ərazisinə 3 dövlət qoruğu – İsmayıllı qoruğu (5778 ha), Pirqulu qoruğu (1520 ha) və 

Altıağac qoruğu (4438 ha), 2 dövlət yasaqlığı – İsmayıllı yasaqlığı (34400 ha), və Qusar yasaqlığı (15000 ha) 

daxil edilir.  

Milli parkın ərazisində çoxlu relikt populyasiyalar, bitki qruplaşmaları, məs: Axoxçay danayalı qaraçöhrəli-

yi, Həmzəli qaraçöhrəliyi və şabalıd meşəliyi, Vəndam şabalıd meşəliyi, Vəlvəliçayın yüksək dağlıq hissəsində 

(2000-2400 m) 620 ha sahədə tozağacılıq, bir sıra nadir və məhv olma təhlükəsi olan ağac və kol növləri möv-

cuddur. (Cədvəl. 18.1.)   

 

1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə