MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə65/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   61   62   63   64   65   66   67   68   ...   75

Gəlmə turizmi – başqa ölkədə yaşayan vətəndaşların Azərbaycan Respublikasına (nümunə kimi göstə-

rilir) gəlməsi və ölkə daxilində səyahətidir. 

Turizmin növləri. Əlamətlərinə görə turizm aktiv və passiv növlərinə ayrılır. 

Xarici turistlərin ölkəyə gəlişi və ya ölkə vətəndaşları olan turistlərin həmin regiona gəlişi aktiv turizmdir. 

Aktiv turizm – ölkəyə və ya regiona pul (valyuta) gətirməsi ilə müəyyən edilir. 



 

369


Şə

kil 19.1

. B

eyn

əlxalq turizmin inki

şaf dinamikas

ı 

Bir ölkə vətəndaşının digər ölkəyə səyahəti və ya həmin regiondan olan turistlərin başqa yerlərə səfərləri pas-

siv turizmdir. Passiv turizm ölkədən və ya regiondan pul (valyuta) çıxarılması ilə müəyyən edilir. 

Rekreasiya turizmi – istirahət və müalicə məqsədi ilə həyata keçirilən səyahətdir. Turizmin bu növü dünyada 

geniş yayılmışdır. 

 

Məqsədinə görə turizm növlərinin təsnifatı 

Ekskursiya – dərketmə məqsədi ilə həyata keçirilən səyahətdir. 

Müalicə məqsədli səfərlər – turizmin digər növlərindən xüsusilə fərqlənir. İlk növbədə bu olduqca fərdi səya-

hət növüdür. 

İstirahət etmək, əylənmək, idmanla məşğul olmaq məqsədi ilə istirahət günlərində hər hansı yerə hərəkət et-

mək «həftə sonu turizmi» adlanır.  

Elm və ya konqress turizmi. Müxtəlif konqreslərdə, simpoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi 

daşıyan səyahətləri özündə birləşdirən turizmin bu növü müasir beynəlxalq turizmdə böyük yer tutur. 

İşgüzar turizm. İşgüzar məqsədlə edilən səfərlərə, müasir turiszm mübadiləsinin mühüm tərkib hissəsi kimi 

baxılır. Bu cür səyahətlər ən perspektivli turizm növlərindən biri hesab edilir. Çünki o, beynəlxalq əmək bölgü-

sünün obyektiv qanunauyğunluqlarına əsaslanır.   

Etnik və ya nostalji turizm – beynəlxalq turizmdə əhəmiyyətli yer tutan, qohumlarla görüşmək və ya vali-

deynlərin anadan olduqları ata-baba yurduna səyahət etməklə bağlı olan turizm növüdür. Turistlərin bu kateqori-

yası ekskursiyaçı adlanır. 


 

370


Macəra turizmi – fiziki cəhətdən ağır, çox vaxt isə həyat üçün təhlükəli olan anlayışdır. Belə turların təşkili 

zamanı «macəralar kompleksi» çox vaxt öncədən, xüsusi olaraq hazırlanmaqla yanaşı eyni zamanda turistlərin 

təhlükəsizliyi üçün bütün mümkün vasitə və  imkanlardan istifadə olunur. 

Kənd turizmi – turistlərin kənd yerlərinə müvəqqəti səfəridir.  

Kəndli-fermer turizmi – fəaliyyətdə olan fermaları (ranço, plantasiya) turizm fəaliyyətininin ayrı-ayrı növlə-

rindən (yerləşdirmə, qidalanma, fermada işə  cəlb edilmə)  əlavə  gəlir götürmək məqsədi ilə, özlərində turizm 

bölmələri yaratmasıdır.  

Ekoturizm – təbiət turizmin xüsisi forması kimi, ətraf mühitə qayğı ilə bağlı turizmdir.  

Xüsusi məqsədli turizm – ictimai tədbirlərdə iştirak etmək üçün həyata keçirilən səyahətdir.  

Məqsədli turizm – müxtəlif kütləvi tədbirlər təşkil olunan səyahət. 

Dini turizm – hər hansı bir dini mərasimlərin, missiyaların, ibadətlərin yerinə yetirilməsi məqsədi ilə həyata 

keçirilən səyahətdir. 

Ritual turizm- qohumların, həlak olan döyüşçülərin məzarını ziyarət edilməsi məqsədi ilə həyata keçirilən 

səyahətdir. 



Karavaninq turizm- təkərlər üzərində olan kiçik, mobil evlərdə həyata keçirilən səyahətdir. 

Su turizmi – çayda, kanallarda, göllərdə, dənizlərdə üzən  teploxodda, yaxtada və çay, dəniz gəmilərinin di-

gər növlərində səyahətdir. 



İxtisaslaşmış turizm – hər hansı bir yerin spesifik xüsusiyyətini  öyrənmək, fərdi təcrübəsini artırmaq, idman 

normalarını yerinə yetirmək, fəal istirahət və digər ixtisaslaşmış tur alan turistləri müəyyən etmək üçün istifadə 

olunan termindir. İxtisaslaşmış turlarda ərazinin təbii şəraitinin, eyni zamanda səyahətçinin professional (peşə) 

və müxtəlif idman turist maraqları ilə bağlı geniş diapazonlu məsələlərin öyrənilməsinə diqqət veir. Bu turizm 

çox zaman özfəaliyyət və ya idman turizmi adlandırılır. 

 

Turizm formalarının başqa növləri 



Safari – ovçuluq və ya fotoovçuluq balıq ovu, heyvanları müşahidə etmək məqsədilə təbiət qoynuna edilən 

səyahət. 



İdman – idman tədbirlərində iştirak etmək üçün səyahət. 

Trofi – avtomobillə müəyyən marşrut üzrə çətin keçilən ərazilərdən təşkil olunmuş tur. 

Şop – bazarlıq etmək məqsədi ilə səyahət. 

Müəmmalı – (sirli) məkanı və məqsədi öncədən elan edilməyən səyahət. Macəra turizminin növlərindən biri-

dir. 


Şəhərətrafı – məzuniyyət dövründə və ya istirahət günlərində sakinlərin şəhər ətrafına səyahəti. 

Piyada – nəqliyyatdan istifadə edilməyən səyahət (turizmin şəhərətrafı, kənd, dini, ritual və s. formalarının 

növ müxtəlifliyi.) 



Zamana (müddətə) görə turizm növlərinin təsnifatı. Turizm müxtəlif tərzdə təsnif oluna bilər. Ən mühüm 

əlamətlər – mövsümilik, hadisələrlə bağlılıq və müştərinin səyahətə ayırdığı vaxtdır. Turist regionlara müntəzəm 

olaraq, il boyu davam edən turist axını, daimi turizm adlanır. 

Bir sıra regionlar turistləri əsasən ilin müəyyən mövsümündə özünə cəlb edir. Bu, mövsümi turizmdir. Tu-

ristlərin regiona gəlişinin intensivlik dərəcəsinə görə:  

a) qızğın (turistlərin ən çox olduğu); b) sakit (turistlərin sayının orta səviyyədə olduğu); v) ölü (turistlərin ən 

az olduğu və ya olmadığı) mövsümə ayırmaq olar: qısa müddətli və uzun müddətli. Qısa müddətli turizmdə sə-

yahət 3 gündən artıq davam etmir. Uzun müddətli (davamiyyətli) turizmdə isə səyahət müddəti 3 gündən artıq 

olur. Səyahətin müddətindən asılı olaraq, turizmin tələbatı da əsaslı surətdə dəyişir. 

Tələbatına görə turizm növləri. 

Müştərilərin bir hissəsi öz səyahəti üçün ənənəvi marşrutlar seçirlər. 

«Müştərilərin fərdi sorğusu» əlamətinə görə turagent, müştərinin arzusu kimi aşağıdakı sorğulara hazır olma-

lıdır: 

-

 



səyahətin marşurutu haqqında: 

-

 



səyahətin vaxtı haqqında: 

-

 



əyləncə proqramının hazırlanması haqqında: 

-

 



Nəqliyyat vasitələrinin, xüsusi ləvazimatların icarəsi, eyni zamanda yemək rejiminə və ya pəhrizə fərdi 

tələbə uyğun olaraq qidalanmasının təşkili: 

-

 

Müştərinin maliyyə imkanlarının  nəzərə alınması: 



Bundan başqa, müştərinin maliyyə vəziyyəti səyahətin vəziyyətinə də təsir edə bilər. Bu əlamətə görə turiz-

min aşağıdakı növlərini ayırmaq olar. 

Qrup halında, işlənmiş marşrutlar üzrə – digər bərabər şərtlər daxilində səyahətin daha ucuz forması. 

Fərdi, işlənmiş marşrutlar üzrə qrup halında – qrupun optimal sayı toplandığı təqdirdə (məsələn turist avto-

busundakı yerlər tam satıldıqda) və ənənəvi istirahət yerləri fərdi marşrutlara daxil edildikdə güzəştlər verilə bi-

lər.  


 

371


Fərdi marşrutlar üzrə, fərdi qaydada – səyahətin ən bahalı formasıdır, yuxarıda qeyd edilən endirim güzəştlə-

rinin heç biri bu səyahətlərə şamil edilmir. 

Üçüncü minilliyin əvvəllərində turizmin yeni sahəsi – Kosmik turizm meydana gəlmişdir. İnsanlar öz maraq 

dairələrini daha da genişləndirmək, əvvəllər məlum olmayan yeni hiss və duyğular keçirmək məqsədilə çox ba-

ha qiymətə başa gələn kosmik səfərdə iştirak etməyə can atırlar. 2001-ci ilin aprelində kosmosa uçmuş ilk turist, 

ABŞ vətəndaşı Denis Titoya bu səyahət 20 mln. dollara başa gəlmişdir.  

Kosmik turizm inkişaf yolundadır. Rusiyanın kosmonavtlar hazırlayan mərkəzi «Kosmik məcaralar» adlı te-

leşou keçirmək barədə Avstraliya və ABŞ-la müqavilə imzalayıb. Bu uçuşa 13 ölkədən 26 nəfər hazırlaşır. 

 

q)  Beynəlxalq turist marşrutları. 

İstənilən hər hansı bir səyahətin (müvəqqəti qalma, turlar) öncədən seçilmiş marşrutu, gecələmək proqramı, 

müəyyən davamiyyət və məqsədi olur. 

Marşrut – siyahı üzrə qeyd olunmuş bütün coğrafi məntəqələrə və yerlərə gedilməsi nəzərdə tutulan və səya-

hət müddətində dayanacaqdan-dayanacağa qədər turistlər tərəfindən gedilən yoldur. Səyahətin başlanğıcı və so-

nu marşrutun çıxış və son nöqtələri hesab olunur. Marşrutun başlanğıcı – müqavilədə nəzərdə tutulduğu kimi, 

turistə ilk, sonu isə axırıncı turist kimi xidmət göstərən məntəqədir. 

Marşrut üzrə gedilən istiqamətdə yerdəyişmədən asılı olaraq, marşrutun xətti, dairəvi, radial (radius istiqa-

mətli) və kombinasiyalı (quraşdırılmış) növləri vardır.  

 

 Xətti marşrut – başlanğıcı  və sonu müxtəlif coğrafi məntəqələrdə olan marşrut, məsələn, Bakı-Şəki-



Sumqayıt-Tiflis (Sxem1). 

 

Sxem 1. Xətti marşrut 

 

Dairəvi marşrut – başlanğıcı və sonu eyni coğrafi məntəqədə olan marşrut, məsələn «Türkiyə turu» (İstanbul 

– İzmir – Quşadası – Pamakqala – İstambul) (Sxem 2). 



 

Sxem 2. Dairəvi marşrut 

 

Radial marşrut – başlanğıcı və sonu eyni coğrafi məntəqədə olan marşrut. 

Dairəvi marşrutdan fərqli olaraq, başlanğıc nöqtəsində yerləşən turist, həmin nöqtədən müxtəlif istiqamətlərə 

səyahət edərək yenidən başlanğıc nöqtəsinə qayıdır. Məsələn, Bakı-Şamaxı-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Şəki-

Bakı, Bakı-Nabran-Bakı (Sxem 3). 

 


 

372


Sxem 3. Radial marşrut 

 

Kombinasiyalı marşrut  – xətti, dairəvi və radial marşrut elementinin ixtiyari kombinasiyasını özündə 

birləşdirən marşrut. Məsələn, Bakı-Şəki-Qəbələ-Zaqatala-Qax-Zaqatala-Tiflis (Sxem 4.) 

 

Sxem 4. Kombinasiyalı marşrut 

 

Marşrut üzrə hərəkət zamanı marşrutdaxili adlanan müxtəlif nəqliyyat vasitələrindən istifadə edilə bilər. 



Turizm təsərrüfatı və onun iqtisadiyyatın digər sahələrinin inkişafına təsiri 

a) Turizmin maddi-texniki bazası 

Turizm təsərrüfatı ilə  məşğul olan subyektlər öz fəaliyyətini daimi etmək üçün müxtəlif əmək vasitələrinə 

malik olmalıdır. Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi –texniki bazasının əsasını 

təşkil edir. 

Turizmin maddi-texniki bazasına turizm tikintiləri (binaları), onun texniki təhcizatı (avadanlıq), nəqliyyat va-

sitələri və digər əsas fondlar daxildir. Maddi-texniki baza mütəşəkkil turizmin inkişafının əsasını təşkil edir. Be-

lə ki, turistlər tam kompleks xidmət göstərilməsi (yerləşdirmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) 

üçün bütün zəruri şərait yaradır. 

Turizmin maddi-texniki bazasının tərkibinə – turist firmaları (turopedratorlar və turagentlər), mehmanxana-

lar, turist bazaları, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığın kirayə məntəqələri, turist 

yollayışının (putyovka) satış büroları, nəzarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir. 

Xidmət növlərinə görə turizm müəssisələrinin aşağıdakfı tipləri mövcuddur: 

-

 



turistləri bütün xidmət kompleksi ilə təmin edən müəssisələr (öz mehmanxanaları olan turist firmaları); 

-

 



turizmin təşkili məqsədi ilə təsis edilən müəssisələr (turagentlər, səyahət və ekskursiya, yollayış satışı, turist qəbu-

lu büroları); 

-

 

turistlərin yerləşdirilməsi, daha doğrusu yaşaması  və gecələməsi məqsədi ilə  təsis edilmiş müəssisələr 



(mehmanxanalar, turbazalar və s.); 

-

 



yeyinti, ərzaq müəssisələri (restoranlar, barlar və s.); 

-

 



nəqliyyat xidməti  müəssisələri; 

-

 



turistlərə mədəni xidmət obyektləri (teatrlar, konsert zalları və s.) və ekskursiya xidmətini (ekskursiya bü-

roları) təmin edən müəssisələr. 

Maddi-texniki bazaya aid olan obyektlər mülkiyyət növünə görə xüsusi (turist təsərrüfat subyektin özünə məxsus 

olan) və bu subyektin digər subyekt (məsələn, şəhər tabeliyindəki mehmanxanalarda yerlərin icarəsi) və fiziki şəxslər-

dən icarəyə götürdüyü (mənzillər, evlər) obyektlərdir. (Məmmədov, Soltanova, Rəhimov, 2002). 

Turizmin hər hansı bir regiondakı maddi – texniki bazası tərkibinə, gücünə, miqdarına və keyfiyyətinə görə 

turistlərin tələbatına uyğun olmalıdır. Əks təqdirdə, əhaliyə turist xidmətinin səviyyəsi və keyfiyyəti kəskin su-

rətdə pisləşir. Bu da öz növbəsində turist məhsulunun satışı həcminin azalmasına səbəb olur. 

Turistin yerləşdirilməsi (yaşaması  və gecələməsi) məqsədi ilə  təsis olunmuş müəssisələrə mehmanxanalar 

(otellər), turist bazaları, motellər, kempinqlər və s. aid edilir. Marşrut zamanı qrupların, bir gecə dayanacaqları 

üçün turist bazalarının düşərgələr və ya komalarda yerləşdirmə obyekti ola bilər. 


 

373


Yerləşdirmə – turizmin ən mühüm elementidir. Yerləşdirmə yoxdursa, turizm də yoxdur. Yerləşdirmə vasi-

tələrinin yaradılması turist qəbulundan və turizm resurslarının istismarından böyük gəlir götürməyə can atan hər 

hansı bir turist regionu və ya mərkəzinin iqtisadiyyatı üçün qəti və sərt tələbdir. 

Ümumdunya Turizm Təşkilatının tövsiyyələrinə görə bütün yerləşdirmə vasitələrini iki qismə ayırmaq olar: 

kollektiv və fərdi surətdə yerləşdirmə. Turistlərin kollektiv surətdə yerləşdirilməsi vasitələrinə mehmanxanalar 

və ona müvafiq müəssisələr, ixtisaslaşmış müəssisələr, kollektiv yerləşdirməyə imkanı olan digər müəssisələr a-

iddir. 

C

ədv

əl 19.2.  

  Beyn

əlxalq turizmd

ən 

əld

ə olunan 



lirl

ər 

(mlrd. AB

Ş

 dollar

ı il

ə)

 

Turistlərin yerləşdirilməsi ilə məşğul olan müəssisələr tutum (yerlərin sayı), komfortluq (rahatlıq) və fəaliy-

yət dövrünə görə üç qrupa bölünür. 

Bir çox ölkələrdə mehmanxanaların komfortluq səviyyəsi dərəcələrlə göstərilir, bu dərəcələr «ulduz» anlayış 

ilə ifadə edilir. Mehmanxanalar üçün ulduzların beş dərəcəsi müəyyən edilmişdir. Bir ulduzdan (ən aşağı dərə-

cə) beş ulduza (ən yüksək dərəcə) qədər. Mehmanxanaların (otellərin) dərəcələrinin müəyyən edilməsi, turizm 

biznesinin mühüm vəzifəsidir. 

Dərəcələrə ayırmaq barədə ÜTT-min tövsiyyələri mövcud olsa da, əfsuslar olsun ki, hər bir ölkə bu tövsiyyə-

ləri özünə məxsus surətdə şərh edir. 

b) Beynəlxalq, regional və milli turizm 

Müasir dövrdə, bütün dünyada xarici turizmin inkişaf problemləri ilə bu və ya digər səpkidə  məşğul olan 

300-dən artıq beynəlxalq təşkilat fəaliyyət göstərir. İlk öncə qeyd etmək lazımdır ki, beynəlxalq turist mübadilə-

si məsələləri ilə məşğul olmaq, BMT-nin fəaliyyətində də müəyyən yer tutur. 



 

374


Beynəlxalq turizm  xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına, başqa dövlətlərin müxtəlif sahələrdə qa-

zandıqları nailiyyətlərlə tanış olmağa, o cümlədən iqtisadi, sosial və mədəni inkişafa töhvə verdiyini, turizmin 

inkişafı ilə iqtisadiyyatın digər sahələrində görülən tədbirlər arasında qarşılıqlı əlaqələri etiraf etməklə, həm fər-

di, həm də kollektiv əsaslarla turizmin inkişafını həvəsləndirmək niyyətini ifadə edir. 

Qeyd etmək lazımdır ki, ötən əsrin 50-ci illərinin əvvəllərində ayrı-ayrı ölkələr yardım almaq üçün sifarişlə 

beynəlxalq təşiklatlara müraciət edirdilərsə, 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində bütöv regionlardan yar-

dım üçün sifariş daxil olmağa başlamışdı. Bu da turizmin inkişafında və beynəlxalq turizm əlaqələrində yeni 

dövrün başlanması demək idi. 

Turizmin regionlar sistemi, həmçinin regional əlaqələndirmənin, təşkil etmənin və nəzarətinin olması, ayrı-

ayrı ölkələrə, ümumi problemlərin həllinə birgə yanaşmaq, ümumi inkişafdan istifadə etmək aə birgə mövqedən 

çıxış etmək üstünlüyü verir. 

 

 



Şə

kil 19.2

. T

u

rist q

əbulu üzr

ə apar

ıc

ı dünya ölk

əl

əri 

Regional yanaşma, ətraf mühitin mühafizəsi və bioloji tarazlıq yeni rayonların mənimsənilməsi, mədəni irsin 

qorunması, turizm sahəsində ümumi siyasətin formalaşmasının əsasları kimi rayonların (region) ya onların ayrı-

ayrı hissələrinin ümumi xarakteristikasının müəyyən edilməsi kimi böyük problemlərin müvəffəqiyyətlə  həll 

olunmasına, eyni zamanda turizmin fəaliyyətində standartların, norma və qaydaların təsdiq edjilməsinə imkan 

yaradır. 

Müxtəlif ölkələrdə milli turizmin inzibati strukturlarının rəsmi adı və funksiyaları müxtəlifdir.  


 

375


ç) beynəlxalq turizmin müasir vəziyyəti və inkişafı

Turizm, texnika, texnologiya və ictimai elmlərin sürətli inkişaf əsri olan XIX əsrin sonunda yaranmış, təşək-

kül tapmış, sonradan «XX əsrin fenomeni» titulunu qazanmışdır. 

Dünya üzrə ümumi daxili məhsulun dəyərcə 10 faizə qədərini təşkil edən turizm böyük əmək ehtiyatlarının 

çalışdığı, əsas vəsait və kapitalın cəlb edildiyi inkişaf etmiş dünya sənayesidir. Başqa sözlə desək, bu nəhəng biznes, 

böyük həcmdə vəsait və qlobal səviyyəli ciddi siyasət deməkdir. 1997-1998-ci illərdə Asiyada baş vermiş maliyyə böh-

ranı ilə əlaqədar fəallığın nisbi azalmasına baxmayaraq 1985-1999-cu illərdə ümumiyyətlə səyahət edənlərin daimi sabit 

artımı (ildə orta hesabla 3,5 faiz) müşahidə edilmişdir. Dünya regionları üzrə beynəlxalq turizmin inkişaf dinamikası 

19.3 saylı cədvəldə göstərilir. 

ÜTT-nin hesabatına görə, 1999-cu ildə turist səyahətlərində iştirak edənlərin sayı 657 mln. nəfər olmuşdur. 

Beynəlxalq turizmdən  əldə olunan gəlir 455, beynəlxalq nəqliyyat daşınmasından  əldə olunan gəlir 93 mlrd. 

ABŞ dollarına bərabər olmuşdur.  

Bütün planet üzrə hərəkət edən bu qədər insana xidmət göstərmək, turizm sənayesi və infrastrukturunu təşkil 

edən əlaqədar sahələrdə çalışmaq üçün milyonlarla işçi qüvvəsinin cəlb olunması tələb olunur. Qeyd etmək la-

zımdır ki, turizm böyük miqdarda iş yerlərinin yaradılmasını təmin edir. XX əsrin sonları üçün Yer kürəsində 

yaşayan hər 16 nəfərdən biri turizm və onunla əlaqədar sahələrdə çalışır.  

Hər hansı sosial-iqtisadi proses kimi beynəlxalq turizm də cəmiyyət qanunlarına uyğun olaraq inkişaf edir. 

Beynəlxalq turizm axınının formalaşmasına və istiqamətlərinin müasir mənzərəsi, bir sıra amillərin fəaliyyətinin 

nəticəsi kimi yaranmışdır. Tədqiqatçıların əksəriyyəti dörd amilə istinad edirlər: 

- sosial-iqtisadi amillər (ilk öncə ərazinin sosial-iqtisadi səviyyəsi, siyasi stabillik və s.); 

- ehtiyat – rekreasiya potensialına aid edilən amillər (həm təbiət, həm də antropogen mənşəli); 

- infrastruktur xaraktekrli amillər; 

- coğrafi mövqe amili (xüsusilə, əsas turist bazalarına münasibətdə). 

Tarixi baxımdan dünya miqyasında formalaşmış turist regionlarını nəzərdən keçirək. Ən çox inkişaf etmiş 

regionlara: Avropa, Şimali və Cənubi Amerika, Şərqi Asiya-Sakit okean bölgələri aid edilir. Xatırladaq ki, bu 

regionlar ÜTT-nin göstəricilərinə əsasən ayrılır. Əlbəttə, gələcəkdə buraya yeni regionlar da daxil edilə bilər. 

1998-ci ildə bütün turist səfərlərinin 92,9 (və ya 591,1 mln. turist), dünya turizm gəlirinin 94,7 faizi yuxarıda 

adı çəkilən üç regionun payına düşür. Bu üçlüyün arasında əsas rol Avropaya məxsusdur (səfərlərin 60 %-i, 122 

mln. turist, pul mədaxilinin 27,2%-i). Üçüncü yer Asiya və Sakit okean regionuna məxsusdur. 87,2 mln. turist 

(13,7%) qəbul etmiş və dünya turizm biznesi gəlirinin 16,6%-ni yarada bilmişdir. 

Planetimizin əhalisinin 1/3 yaşadığı digər üç regionda – Afrika, Yaxın Şərq və Cənubi Asiyada cəmi 45,5 

mln. turist (7,1%) qəbul olunmuş və dünya üzrə turizm gəlirinin 5,7%-i bu regionların payına düşür. Turizm sa-

həsinin inkişafındakı bu qeyri-bərabərlik, əsasən sosial-iqtisadi amillərin nəticəsidir. 

Beynəlxalq turizmin inkişaf səviyyəsinə görə Avropa başlıca regiondur, çünki burada daha əlverişli sosial-iq-

tisadi, siyasi, mədəni-tarixi və nəqliyyat – rabitə şəraiti mövcuddur. Bütün əsas göstəricilər üzrə üstünlüyə malik 

olan Avropa regionu gərgin turist axını ilə də digər regionlardan seçilir. Avropanın müxtəlif subregionlarında 

(əsasən ölkələrində) turizm-rekreasiya sahəsinin inikşaf səviyyəsi qeyri-bərabərdir. Bu sahədə kommersiya ef-

fektliyi baxımından aparıcı subregionlar – Qərbi, Cənubi və Şimali Avropadır. Avropanın ondan artıq dövlətinin 

ərazisinə daxil olmaq üçün Şengen sazişinə əsasən, ümumi viza rejiminin tətbiq edilməsi ilə bu qeyri-bərabərliyi 

daha da dərinləşdirmişdir. Avropaya turist göndərən əsas bazar, Şimali Amerikadır (270-280 mln. nəfər), Avro-

pa hüdudlarından kənardan gələn turistlərin 34,9%-i ABŞ, Kanada və Meksikanın payına düşür. Qitə çərçivəsin-

də turist axınının əsas mənbələri, «isti dənizlərə» çıxışı olmayan, inkişaf  etmiş dövlətlərdir. 

Beynəlxalq turizm üzrə  ən yüksək xərclər bu ölkələrin payına düşür. Məsələn, Skandinaviya ölkələrində 

adam başına bu xərclər 500-1100, Almaniyada 460, Benilüks ölkələrində 600 dollardan artıq təşkil edir. Yuxarı-

da göstərilənlərdən bəlli olur ki, turist axını  şimaldan cənuba doğru hərəkət edərək, turist qəbulu üzrə böyük 

dövlətlər sayılan Fransa (73 mln.), İspaniya (52 mln.) və İtaliyada (36,1  mln.) başa çatır. 



Amerika regionu  beynəlxalq turizmin inkişafına görə yalnız Avropadan geri qalır. Bu regionda turizm 

sənayesinin ən yüksək inkişaf etdiyi ölkələr ABŞ, Kanada və Meksikadır. 62 mln. turist qəbulu, turist axınının 51,3 

faizi və Qərb yarımkürəsində beynəlxalq turizmdən əldə olunan gəlirin 75 faizi bu üç ölkənin payına düşür. Xarici 

turist qəbulu üzrə dünya reytinqində ABŞ üçüncü (48,5 mln. nəfər, 1999-cu il), buradan səyahətə çıxanların sayına 

görə (56,1 mln. nəfər, 1999-cu il) isə birinci yeri tutur. 

Cənubi Amerika üzrə turist səfərlərində iştirak edən 17,5 mln. nəfər (1999) 12,5 mln.-u, yəni 68,5 faizi re-

gionun sosial-iqtisadi inkişaf səviyyəsinə görə qabaqcıl olan dörd aparıcı ölkəsinə – Argentina, Braziliya, Uruq-

vay və Çiliyə səyahət edənlərdir. 

ASR regionu  Asiya - Sakit okean regionu,  1990-cı ildə 54,6 mln. nəfər turist qəbul etmişdirsə, 1999-cu ildə 

bu rəqəm 88,2 mln.-a qədər artmışdır. Təbii ki, turizm fəaliyyətindən əldə olunan gəlir də müvafiq olaraq 39,2 

mlrd.-dan 75,7 mlrd. ABŞ dollarına qədər artmışdır. 

ASR-da  beynəlxalq turizmin inkişafında canlanma, bir sıra səbəblərlə izah olunur. Əsas səbəb qabaqlayıcı 

iqtisadi yüksəlişin uzun müddətli olmasıdır. Regionun dinamik iqtisadi artımı, turizm sənayesinə investisiya 


 

376


qoyuluşuna və ümumilikdə turizmin inkişafına təsiri olmuş, adam başına düşən gəlirin və asudə vaxtın artması 

ilə müşahidə edilmişdir. Bundan əlavə, siyasi gərginliyin zəifləməsi və region daxili inteqrasiya prosesinin 

genişlənməsi beynəlxalq turizmin inkişafının sürətlənməsinə kömək etmişdir. 

 

1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə