MƏNFƏƏT VERGİSİ
BAKI – 2021
MƏNFƏƏT VERG
İSİ
Mənfəət vergisinin hesablanması,
ödənilməsi və faiz dərəcəsi barədə
l
Azərbaycan Respublikasında və respublikadan kənarda əldə olunan
gəlir (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərc
arasındakı fərqdən
20 faiz
dərəcə ilə vergi hesablanmalı;
l
Rüb başa çatdıqdan sonrakı
ayın 15-dən gec olmayaraq
vergi
orqanına “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”
təqdim edilməli və həmin müddətədək vergi ödənilməli;
l
Hesablanmış vergi məbləği cari vergi ödəmələri nəzərə alınmaqla
hesabat ilindən sonrakı ilin
mart ayının 31-dən gec olmayaraq
“Mənfəət vergisinin bəyannaməsi” ilə bəyan edilməlidir.
l
Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə
balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən
30 gün
müddətində
mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim
etməyə borcludur.
Cari vergi ödəmələri barədə
İl ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin
aşağıdakı iki mümkün metodundan biri seçilməli və hər il
aprel ayının 15-
dək
bu barədə vergi orqanına məlumat verilməlidir:
u
Birinci metod:
Hər ödəmənin məbləği əvvəlki vergi ilində
hesablanmış
vergi məbləğinin 1/4 hissəsini
təşkil etməklə;
u
İkinci metod:
Bu rübdəki gəlirin həcmini onun keçən ilin ümumi
gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin
xüsusi çəkisini göstərən əmsala vurmaqla.
1
TAXES.GOV.AZ | E-TAXES.GOV.AZ
MƏNFƏƏT VERG
İSİ
İkinci metod seçildikdə hər rüb başa çatdıqdan sonra
15 gün ərzində
hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim
edilməlidir. Əks halda vergi orqanı tərəfindən birinci metod tətbiq edilir.
Cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq edilən
metod barədə məlumat verilmədiyi halda vergi orqanı birinci metodu
tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.
Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət
göstərən hüquqi şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən
vergi ödəyicilərinin cari vergi ödəmələri aşağıda göstərilən qaydada
həyata keçirilir:
l
Cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla
müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanmalı;
l
Rüb başa çatdıqdan sonra
15 gün ərzində
cari vergi ödəmələri
aparılmalı və rüb ərzində hesablanmış cari vergi məbləği barədə vergi
orqanına arayış təqdim edilməli;
l
Cari vergi ödəmələrinin məbləği mənfəətdən verginin məbləğinin
Dostları ilə paylaş: |