8. Ata iki oğul birlikdə safərə çixdı. Yolda onların qabağına sahilində sal olan çay çıxır. Bu sal ya atanı, ya da iki oğulu saxlaya bilir. Əgər bir keçid 3 dəqiqəyə başa gəlirsə, ata və oğullar çayın o biri sahilinə neçə dəqiqəyə keçər?
A) 10 B) 20 C) 15 D) 25 E) 30
9. 20 kq çəkisi olan qarpızın 99%-i sudan ibarətdir. Qarpız biraz quruduqdan sonra onun 98%-ni su təşkil edir. Indi qarpızın çəkisi neçə kq-dır?
A) 18 B) 15 C) 14 D) 12 E) 10
10. Əhmədin iki avtomobili, dörd ayı balası və üç topu var. O, bu oyuncaqlardan bir avtomobil, bir ayı balası və bir top seçmək istəyir. Onun neçə seçim variantı var?
A) 6 B) 24 C) 120 D) 720 E) 5760
11. Çevrə şəklində olan bir yolda, eyni nöqtədən əks istiqamətdə iki velosipedçi eyni anda yola düşür. Birinci velosipedçinin sürəti 12 km/saat, ikincisinin sürəti isə 6 km/saat-dır. Yolun uzunluğu 36 km olarsa, 10 saat müddətində bu iki velosipedçi neçə dəfə qarşılaşmış olar?
A ) 2 B ) 3 C ) 5 D) 6 E) 8
12. O dağa qalxır-Kİ MASA MEZA, Biz dağdan enirik- BE MAXU LUZANA, Oğlanlar rəsmə baxırlar- KETANA FESA QAZANA, O dağlara baxır- ?
A) KE TA QAZA MAXU
B) Kİ MAXUQA SAZA
C) BE XUQASA TAZA
D) Kİ MANASA QAZA
E) KE ZASA QAXUSA
13. Mətn redaktoru : mətn
?
A) kitab : məzmun
B) fabrik : təyyarə
C) qazan : xörək
D) qəlb : sevgi
E) tozsoran : zibil
14. Həyətdə toyuqlar və dovşanlar qaçır. Onların birlikdə 35 başı və 94 ayağı var. Həyətdə neçə dovşan var?
A ) 23 B ) 12 C ) 15 D) 35 E)21
15. Sahəni 6 traktor 10 günə şumlayır. Sahəni 6 günə şumlamaq üçün neçə traktor lazımdır?
A ) 8 B ) 12 C ) 10 D) 14 E) 16
16. Azər öz puluna 8 qoğal və 7 qutab və ya 5 qoğal və 8 qutab ala bilər. Azər öz puluna ən çoxu neçə qoğal ala bilər?
A ) 26 B ) 29 C ) 28 D) 31 E) 30
17. 2 pişik 2 siçanı 2 dəqiqəyə yeyərsə, 4 pişik 4 dəqiqəyə neşə siçan yeyər?
A) 4 B) 6 C) 8 D) 10 E) 12
18. Dəniz suyunun tərkibində 5% duz var. 40 dəniz suyunaneçə litr şirin su əlavə etmək lazımdır ki, alınan suyun duzluluğu 2% olsun.
A) 20 B) 40 C) 60 D) 80 E) 100
19. A bir işin ni 3 gündə, B eyni işin 3 gündə yerinə yetirir. A və B birlikdə 6 gün işlədikdən sonra A işi buraxır. B qalan işi neçə günə bitirir?
A) 1 B) 2 C) 3 D) 4 E) 5
20. Sevil, Zərəngiz, Qənirə və Telli çiçək şəkli çəkirdilər. Biri qırmızı, digər üçü – göy karandaşlarla çəkirdilər. Qənirə və Zərəngiz müxtəlif rəngli karandaşlarla çəkirdilər, Zərəngiz və Telli də - həmçinin. Onların ikisi lalə, qalan ikisi isə, zanbaq çəkirdi. Əgər Zərəngiz və Telli eyni çiçəklər, Zərəngiz isə lalə çəkirdisə göy karandaşla lalə şəkli çəkən kim idi?