MƏRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix27.09.2019
ölçüsü2,94 Mb.
#29266
  1   2   3   4   5   6   7   8   9   ...   12
mersiyeler-1509550192


 

 
 
 
 
 
 
MƏRSİYƏLƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ƏBDÜLHÜSEYN AXUNDZADƏ 
 
 
 
 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 
 
 
 
....................:باتک مان
................
..
.......
.
...
...
یثآرم
.
 
هدنروآ درگ
.......
.......
..
....
....
 .
نیسحلادبع
 
نوخآ
هداز
 
رشان
...................:
......
..
....
......
.....
 
ایرهش.
ر
 
رات
ی
خ
 
پاچ
............:
.
...................
1384
 
اچ تبون
لوا...............................:پ
 
..:ژاریت
..............
.
.....
000
3
 
 
 
 
 
Kitabın adı:…………..………….Mərsiyələr 
Toplayan:…..….Əbdülhüseyn Axundzadə 
Nəşr edən:…………….……………Şəhriyar 
Çap tarixi:……………………………..…2006 
Çap növbəsi:………………………....Birinci 
Tiraj:…………………………………….3000 
 
964-5934-54-0 
 

 

 
BİSMİLLAHIR RƏHMANİR RƏHİM 
Münacat 
İlahi asiyəm,
1
 vardır günahım, 
Gözümdə əşk,
2
 deldə
3
 söz ahım,   
 
Mənə rəhm eylə, qovma  qapından, 
Yoxum səndən sora ayrı pənahım. 
 
Ey kane
4
-lütfü rizq
5
 verən qovme-kafirə, 
Lazımdı səcdə sən kimi bir bəndəpərvərə
6

Ey hifzi abru eliyən ömrlər boyu, 
Biabru gətirmə məni səhne-məhşərə
7

 
Münacat 
Ey gözəl Allahım, bəndeye nalanam, 
Əbre-baharan
8
 tək hər gecə giryanam
9

Başa çatır ömrüm matam və heyranam, 
Etdiyim işlərdən indi pəşimanam.  
Gəlmişəm gecəylə mən dərgahüvə, 
Bir nəzər qıl indi xatir xahüvə. 
Əfv eylə bu bipənahı, ey Xuda, 
Düz yolu nişan ver öz gümrahına
10
 
                                                
1
 Üsyankar 
2
 Yaş 
3
 Ürəkdə 
4
 Mənbə 
5
 Ruzi 
6
 Bəsləyənə 
7
Məhşər səhnəsinə 
8
 Bahar buludu 
9
 Ağlaram 
10
 Azğın düşənə 

 

Mən bir əbdi
1
-zəliləm, dərgahüvə dəxiləm. 
Etdiyim ə`malə
2
 indi gözüm ağlar, 
Atəşe-həsrət və ahı-sinəmi çox dağlar, 
Kim bu günahkarı həşrə kimin saxlar. 
 
Ya ərhəmər-rahimin! 
Ey açan bəndələrə süfreyi-ehsan Allah!  
Bizi et süfreyi-ehsanüvə mehman, Allah!  
Xatire-xatəme- Peyğəmbər əmire-sələvat, 
Bizi Qur`andan ayırma səni Qur`an, Allah!  
 
And verrəm səni xeybər qapısın qalxızana,  
Bizə hər müşkülü eylə özün asan, Allah!  
 
Səni Zəhranın o sınmış qolu, yanmış qapısı, 
Eylə biçarələrin dərdinə dərman, Allah!  
 
Cü`də
3
 məsmumi İmam Həsənin xatirinə, 
Gəl bizi qovma qapından, sənə qurban Allah! 
 
Yovme-aşirdə
4
 Hüseynin dağılan xeyməsinə, 
Alma tofiqi
5
 bir ləhzə və bir an Allah!  
 
Həzrəte-seyyide-Səccadidəki tabo-təbə
6

Hamı bimarə
7
 şəfa lütf elə,sübhan Allah!  
                                                
1
 Bəndə 
2
 Əməllərə
 
3
 Imam Həsəni (ə) zəhərləyən həyat yoldaşı 
4
Aşura günü 
5
 Uğuru 
6
 Dözümə 
7
 Xəstələrə 

 

 
Həzrət Baqirə həm Sadiqə xatir, ya Rəbb, 
Öz qapından bizi qaytarma pəşiman, Allah! 
 
Musa Ale-Mühəmməd ləqəbi Kazəme- ğeyz
1

On bir il saldı ayaqdan onu zindan,Allah! 
 
Bə`zi zindanilərin halinə vaqifsən
2
 özün, 
Ver nicatın ola ta şad və xuraman, Allah! 
 
Dolduran şöhrəti Iranı Rza hörmətinə, 
Eylə hər il bizi züvvare-Xorasan,Allah! 
 
Keç Təqinin uzəme-şə`ninə
3
 təqsirimizi 
Eylə üsyanımızı şamile-ğüfran
4
, Allah! 
 
Samiranı eliyən cənnət Əliyyən-Nəqiyə, 
Xaneye-qəbri bizə eylə çırağan, Allah! 
 
Bar İlaha, Həsən Əsgərənin xatirinə, 
Həşridə halımızı etmə pərişan,Allah! 
 
Höccətibnil-Həsənil- Əsgəri Məhdiye əmin, 
Eylə tə`cil zuhurunda köməkan, Allah! 
 
Bizə eylə bu on dörd nəfərin hörmətinə, 
Ey kərəm sahibi,ey xaliqe-Rəhman,Allah! 
 
                                                
1
 Əsəbini udan 
 
2
 Xəbərdarsan 
3
 Uca məqamına 
4
 Bağışlanma
 

 

Əlləri ki, ucalıb dərgəhe-ba izzətivə, 
Naümid eyləmə ey Qadirü-Mənnan, Allah!  
 
Mən Kərimi üzü qarə, əli boş, dərbədərəm
1
 
Naümid eyləmə,ey sahibi-sultan, Allah!  
 
Münacat (Ramazan ayı) 
Allah, Allah, nə gözəl aydı bu ay, 
Rusiyəh
2
 bəndələrə paydı bu ay. 
Açılıb süfrə-e-ehsani-Xuda, 
Süfrəye-rəhmət və ğüfrane
3
-Xuda, 
Göz dikilib aləme-imkan Səmədə
4
 
Hamı mehmandı Xudaye-Əhədə. 
Açılıb eşqilə rəhmət qapısı, 
Xar olan bəndəyə izzət qapısı. 
Yatma ey aşiqi-şeyda
5
 gecələr, 
Səni gözlər həqqe yekta
6
 gecələr. 
Üzünü torpağa qoy nimə-şəb
7

Sidqilə səslə ürəkdən “ya Rəbb!”. 
Yenə də Rəbb,düşüb eşqin başıma, 
Gecənin aləmi gəldim qapına. 
Qəlbimin qanı dolubdur gözümə, 
Bağlanıb çox qapı əl`an
8
 üzümə. 
Sinəmə eşq oxunu sancmadılar, 
                                                
1
 
Avara 
 
2
 Üzü qara 
3
 Bağışlanma 
4
 Allahən adı (yə`ni ehtiyacsız) 
5
 Eşqə vurğun 
6
 Yeganə Allah 
7
 Gece yarısı 
8
 Indi
 

 

Vurdum hər bir qapını açmadılar. 
Günahım çox, keçib ömrüm yarıdan, 
Var ümidim yenə sən tək tanrıdan. 
Ömrümü gör nə təbah
1
 eyləmişəm, 
Hər tərəfdən günaha amacam
2

Kərəm və lütfüvə mən möhtacam. 
Qalmışam tək,necə bidadrəsəm
3

Tabeye nəfs və əsire-həvəsəm. 
Mənə rəhm eylə sən ey həyyi-qədim
4

Əməlim yox görürsən boşdur əlim. 
Meye ğəflət
5
 məni məğrur eləyib,  
Gör necə gözlərimi kor eləyib. 
Çatdı ömrüm başa, ğərqe-günaham 
Əlim əldən üzülüb rusiyaham 
O qaçan bəndəyəm ey ruzi verən, 
Daimən öz-özünə zülm eliyən. 
Gərək eşqündə Xudaya, almışam, 
Yenə gəldim gecə vəqti barışam. 
Mən nə qədər elədim cürm və xəta
6

Ondan artıq elədin lütf və əta. 
Atəşe-şərmidə
7
 yandım gəldim, 
Özüm axırda utandım gəldim. 
Aləmin əfvivə səlahiyyəti var, 
Cahili əfv eləsən ləzzəti var. 
Bilirəm məndə ləyaqət yoxdur, 
Sənin amma kərəmin çox-çoxdur. 
                                                
1
 Puç  
2
 Hədəf 
3
 Köməksizəm 
4
 Həmişə var olan 
5
Qəflət şərabı  
6
 Günah və səhv 
7
 Xəcalət alovunda 

 

Mən Hüseyn eşqinə del-bağlamışam, 
Hər zaman adı gəlib, ağlamışam. 
Etmişəm aləmə bu rütbədə naz, 
Ona xatir adımı dəftərə yaz. 
 
Imam Hüseynin (ə) eşqinə aid 
Canım Hüseyn (ə) 
Çıxanda canım, Hüseyn, bir dəqiqə lütf edəsən, 
Bir ömür səsləmişəm can verəndə baş çəkəsən. 
Ölən zamanda Ağa, gözlərim qalar qapıda, 
O qədər gözləyərəm başım üstünə gələsən. 
 
Kimin Hüseyn kimi aləmdə izzəti vardır? 
Cəlal və mənziləti, şan və şövkəti vardır? 
Hüseyn damənini boşlama, Hüseyn ağadır, 
Hüseynə ağlamağın ayrı ləzzəti vardır. 
 
Himmət şalın siz bağlayız belizə, 
Qibtə edər hamı sizin elizə,  
Hüseynə siz olun vəfalı nökər, 
Qurban ollam Hüseyn deyən dilizə. 
 
Əməl-e-xeyridə faiq deyiləm, 
Bilirəm aşiqe-sadiq deyiləm, 
İki aləmlərə sən şahsan, Hüseyn,  
Mən gədayam
1
, sənə layiq deyiləm. 
 
                                                
1
 Yolçu 

 

Salam olsun İmam Hüseynə  
Salam olsun   o susuz ləblərə
1
 axan qanına! 
Salam olsun   nigaran halilə çıxan canına! 
Salam olsun   yaralı sinədə yatan balana! 
Salam olsun   qanını qanına qatan balana! 
Salam olsun   ürəyində qurtarmayan qəminə! 
Salam olsun qəmi dərya əzalı Zeynəbinə! 
Salam olsun  ürəyin tire-qəm
2
 bölən ağama! 
Salam olsun   su yanında susuz ölən ağama! 
Salam olsun   qəm və ənduhu çox olan ağama! 
Salam olsun   uca boy qardaşı ölən ağama! 
Salam olsun   saralan gülşənə, solan bağına! 
Salam olsun  ürəyində neçə cavan dağına! 
 
Hüseyndir iftixarım 
İki dünyada Hüseyndir iftixarım, 
Gözəl adı olub daim şüarım, 
Nə mal, nə sərvət və nə şöhrətim var, 
Vəli getsəm hara, var e`tibarım. 
 
Hüseyn ibn Əli şəmse-hüdadı
3

Peyğəmbərzadədi
4
 nure-Xodadır
5

Ətibba
6
 naümid etsə mərizi
7

                                                
1
 Dodaqlar  
3Qəm oxu  
 
 
3
 Hidayət-günəşi 
4
 Peyğəmbər övladıdır  
5
 Allah nurudur 
6
 Həkimlər 
7
 Xəstəni 

 
10 
Hüseynin dərgahi
1
 darüş-şəfadır
2

 
Hüseynə xidmət eylə aşiqanə, 
Nəziri
3
 gəlməyib, gəlməz cahanə 
Öz oğlundan qulamın seçməyibdir, 
Odur adı qalıbdır cavidanə
4

 
Eşq olsun! 
Səni ziba
5
 yaradan davərə
6
 eşq olsun, Hüseyn! 
Zate pakında olan gövhərə eşq olsun, Hüseyn! 
Səni ərşə aparan şəhpərə
7
 eşq olsun, Hüseyn! 
Ya Hüseyn zikr eyliyən dillərə eşq olsun, 
Hüseyn! 
 
And ola qızlarının dildəki
8
 nisgillərinə, 
Zeynəbin Kərbu-bəlada çox olan qəmlərinə,  
Əkbərin gözlərinə, Qasımın tellərinə, 
Ucaboy qardaşının məşki tutan əllərinə, 
Dini sən hifz elədin yeksərə
9
, eşq olsun, Hüseyn!  
 
Aşiqə fərq eləməz Kə`bə və bütxanə və deyr
10

Harda yad olsa, ora qiblədi üşşaqə
11
 nə ğeyr, 
                                                
1
 Qapısı 
2
 Şəfa evidir 
3
 Oxşarı 
4
 Əbədi 
5
Gözəl 
6
 Allaha 
7
 Qanad, lələk 
8
 Ürəkdəki
 
9
 
Başdan-başa
 
10
 Kilsə 
11
 Aşiqlərə 

 
11 
Şüzəb, Hənzələ və Cündəb və Hürrilə Büreyr
1

Şühəda şeyxi Həbib ibn Məzahirlə Zühəyr, 
Müslim Övsəcə və amirə eşq olsun, Hüseyn! 
 
Dərmanım Hüseyn (ə) 
Rəsmidir şanə
2
 deyər zülfi-pərişanə sözün, 
Andırar rəmzilə ta bilməyə biganə sözün. 
Bu məlahət, bu lətafət ki, sənin var, cana, 
Yeri vardır yazalar səfhəi-Qur`anə sözün. 
 
Naz edəndə mənə nazında nələr var demirəm, 
Açmaram özgələrə nərgise-məstanə sözün. 
 
Hər zaman dərdin olanda de təbibin özünə, 
Demədi mur
3
 o zə`filə Süleymanə sözün. 
 
Müftiyi-ə`zəm eşqin bizə fitvası budur: 
Zülmdür kim deyə aqillərə divanə sözün. 
 
Zəhra əzizi 
Bir gün olar yollara çox baxarsan, 
Sinənə sən qəm oxunu taxarsan, 
Qəbrin xarab olar, yaddan çıxarsan, 
Hüseyn əzasındakı rəhmət qalar. 
 
İltafidə
4
 kimsə Hüseynə çatmaz, 
                                                
1
 İslam fədailərinin adları 
2
 Daraq 
3
 Qarışqa 
4
 Lütf etməkdə 

 
12 
Aləm səni gözdən ata, o atmaz, 
Yaddan o şah nökərini çıxarmaz, 
Onu Allah edib kərəmdə dərya, 
Odur Mövla, odur əzize-Zəhra.  
 
Hüseyn həbibidir Pərvərdigarə, 
Hüseyndi ərş və fərşə güşvarə
1

Hüseyn tək sahibe-fəzlo-kəramət, 
Cahana gəlməyib gəlməz dübarə. 
 
Növhə 
Mənzil-mənzil getmiş karvan, 
Ya Hüseyn getdi əldən cəvani, 
Heyf ola görmədim Kərbü-bəlani, 
Ya Hüseyn, ya Hüseyn, ya Hüseyn can! 
 
Ey şəhidi- rəhe-din və Qur`an, 
Ayrılıqdan ürək oldu al-qan, 
Mən dedim qəbrinə zair ollam, 
Altıguşə gözəl qəbrinə qurban! 
 
Ya Hüseyn can, gözü yolda qaldım, 
Hey xəbər aşnalərdən aldım, 
Sən anan canı bir bizlərə bax, 
Getdi əldən cavanlıq, qocaldım. 
 
Ya Hüseyn can, səni yada sallam,  
Qara bayraqdan ətrivi allam, 
Qəbrinə zair olsam mən ölsəm, 
                                                
1
 Sırğa 

 
13 
Həşrə tək orda asudə qallam. 
 
Şur 
Dünyaya sərvər ya Hüseyn!         Ya Əba 
Əbdullahil-Hüseyn!  
Dillərə əzbər ya Hüseyn !              Ya Əba 
Əbdullahil-Hüseyn! 
Qurban mərame-eşqinə!               Ya Əba 
Əbdullahil-Hüseyn! 
Azadə rəhbər ya Hüseyn !            Ya ƏIba 
Əbdullahil-Hüseyn! 
Əldə susuz ölən Hüseyn!        Ya Əba  Əbdulla 
Hüseyn!                           Dinə fəda verən Hüseyn! 
Ya Əba      Əbdullahil-Hüseyn! 
Ey şahe-Kərbəla Hüseyn               Ya əba  
Əbdullahil-Hüseyn 
Ey nure Neynəva Hüseyn!            Ya Əba 
Əbdullahil-Hüseyn! 
Dəryaye rəhmətdur qapın,            Ya Əba 
Əbdullahil-Hüseyn! 
Biz etdik iltica Hüseyn!                  Ya Əba 
Əbdullahil-Hüseyn!  
Kəsmə inayətin ağa,                        Ya Əba 
Əbdullahil-Hüseyn! 
Bizdən xəta səndən əta,                  Ya Əba 
Əbdullahil-Hüseyn! 
Hicrunda yandı şiələr,                    Ya Əba 
Əbdullahil-Hüseyn! 
Dərdə gəlibdir sinələr.                    Ya Əba 
Əbdullahil-Hüseyn! 

 
14 
Ey şahe məhşər və mina!                Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ey dərdməndanə dəva!                   Ya Əba 
Əbdullahil-Hüseyn! 
Lütf eylə bu aşiqlərə,                      Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ağa bərate-Kərbala!                       Ya Əba 
Əbdullahil-Hüseyn! 
Hüseyn behiştin zinəti,                  Ya Əba 
Əbdullahil-Hüseyn! 
Hüseyn cəhanın izzəti,                   Ya Əba 
Əbdullahil-Hüseyn! 
Xune-Xudadır bu ağa,                    Ya Əba  
Əbdullahil-Hüseyn! 
Dillərdə var məhəbbəti,                  Ya Əba  
Əbdullahil-Hüseyn! 
Çıraği-asimanidir,                            Ya Əba  
əbdullahil-Hüseyn! 
Mərizlərə dərmanidir,                    Ya Əba 
Əbdullahil-Hüseyn! 
Sahibe izzo cahidir,                         Ya Əba 
Əbdullahil-Hüseyn! 
Iki cahana şahidir,                           Ya Əba 
Əbdullahil-Hüseyn! 
Aşiqlərə ətası var,                            Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ürəklərə səfası var,                         Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ürəklərə dolub nəva,                      Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ürəkdə çün yarası var,                   Ya Əba 
Əbdullahil-Hüseyn! 

 
15 
Hüseyndi qəlbe-Fatimə,                Ya Əba     
Əbdullahil-Hüseyn! 
Cahan batıbdı matəmə,                Ya Əba 
Əbdullahil-Hüseyn! 
Gəl ağlayaq yarasına,                     Ya Əba 
Əbdullahil-Hüseyn! 
Səfa verək əzasına,                         Ya Əba  
Əbdullahil-Hüseyn! 
Ziyaye-çeşme Mustafa,                 Ya Əba 
Əbdullahil-Hüseyn! 
Müsibətində ağlayın,                     Ya Əba 
Əbdullahil-Hüseyn! 
Alın mərizizə şəfa.                         Ya Əba 
Əbdullahil-Hüseyn! 
 
Şur 
Dərgəhinin dəxiliyik ,                  Ya    Hüseyn 
yəbnə-Zəhra! 
Dinə fəda olan Hüseyn!               Ya Hüseyn 
yəbnə-Zəhra! 
Zülmün əlilə qəlbinə,                   Ya   Hüseyn 
yəbnə-Zəhra! 
Qırmızı qan dolan Hüseyn!         Ya   Hüseyn 
yəbnə-Zəhra!                        
Dərdimizə dəva elə,                      Ya       Hüseyn 
yəbnə-Zəhra! 
Mərizlərə şəfa elə.                          Ya Hüseyn 
yəbnə-Zəhra! 
Başa qara bağlamışıq,                   Ya Hüseyn 
yəbnə-Zəhra! 

 
16 
Sinəmizi dağlamışıq,                     Ya Hüseyn 
yəbnə-Zəhra! 
Sən bil Əliyyü Əkbərin,                 Ya Hüseyn 
yəbnə-Zəhra 
Qanına qəltan Əsğərin.                  Ya Hüseyn 
yəbnə-Zəhra 
Dərdimizə dəva elə,                       Ya         Hüseyn 
yəbnə-Zəhra 
Mərizlərə şəfa elə.                          Ya Hüseyn 
yəbnə-Zəhra! 
Dəhridə hər qədər varıq,                Ya Hüseyn 
yəbnə-Zəhra! 
Damənivi buraxmarıq,                   Ya Hüseyn 
yəbnə-Zəhra! 
Biz yolunu bağlamarıq,                    Ya Hüseyn 
yəbnə-Zəhra! 
Milləte Kufə olmarıq.                       Ya Hüseyn 
yəbnə-Zəhra! 
Qoyma yanaq şəmatətə,                   Ya Hüseyn 
yəbnə-Zəhra! 
Biz də şataq səadətə,                        Ya Hüseyn 
yəbnə-Zəhra! 
Kəmininə batanların,                         Ya Hüseyn 
yəbnə-Zəhra! 
Qəlbinə ox atanların,                         Ya Hüseyn 
yəbnə-Zəhra! 
Əlləri şil olaydı kaş,                           Ya Hüseyn 
yəbnə-Zəhra! 
Xeyməvə od vuranların.                   Ya Hüseyn 
yəbnə-Zəhra! 
Dərd oturub ürəklərə,                       Ya Hüseyn 
yəbnə-Zəhra! 

 
17 
Xəbər yetib Peyğəmbərə.                  Ya Hüseyn 
yəbnə-Zəhra! 
Tutubdu ərş əza sənə,                        Ya Hüseyn 
yəbnə-Zəhra! 
Eşqidə mərhəba sənə!                        Ya Hüseyn 
yəbnə-Zəhra! 
Sahib-əzadı xuncigər,                        Ya Hüseyn 
yəbnə-Zəhra! 
Ürəkdə Mustafa sənə.                       Ya Hüseyn 
yəbnə-Zəhra! 
Qara çəkiblər göylərə,                       Ya Hüseyn 
yəbnə-Zəhra! 
Yetibdi qəm mələklərə.                     Ya Hüseyn 
yəbnə-Zəhra! 
Qur`ana can verən Hüseyn,              Ya Hüseyn 
yəbnə-Zəhra! 
Ləbteşnə can verən Hüseyn.            Ya Hüseyn 
yəbnə-Zəhra! 
Dərdimizə dəva elə,                           Ya Hüseyn 
yəbnə-Zəhra! 
Dolubdu qəm ürəklərə.                     Ya Hüseyn 
yəbnə-Zəhra! 
 
“Şiələr, namaz!” 
Hüseynə ağlamağın vardı yaxşı bir səməri, 
Xamuş edər bəli duzəxdəki yanan şərəri. 
Fəqət bu şərtilə ey aşiqane şahi-hicaz, 
Hüseyn özü buyurub “Şiələr, namaz, namaz!” 
Hüseyn namaza görə eliyubdir cəngü-cədəl, 
Hüseyn namaza görə çəkdi itrətindən əl. 

 
18 
Hüseyn namaza görə teşnə baş və qan verdi, 
Hüseyn namaza görə Əkbəre-cavan verdi. 
Namazın ərzişinə bu işarəsi bəsdi: 
Yazıllar Şümre-ləin səcdədə başın kəsdi. 
 
Şiələrin müqtədası 
Hüseyndir Xaliqi ə`zəm fədası, 
Hüseyndir dine-İslamın bəqası, 
Hüseyndir aləmin zibo-səfası, 
Hüseyndir şiəyanın müqtədası, 
Hüseyndir ənbiyanın dilrübası. 
 
Gözəldir çöhrəi-izəd nüması, 
Cəmi kainatın rəhnüması, 
Atasi Mürtəza şiri-Xudadı, 
Anası Fatimə xəyrun-nisadı, 
İki dünyanın olmuş pişvası. 
 
O dəm ki, məqtələ sultan yıxıldı, 
Gəlib səs höccəte-Rəhman yıxıldı, 
Sütune-xanei-iman yıxıldı, 
Səfa öldü, yerə irfan yıxıldı, 
Olar həşrə kimi bərpa əzası. 
 
Sərasər cismi olmuşdu qızıl qan, 
Baxıb səmte-səmayə şahe-xuban, 
Dedi sən şahid ol, ey həyyi-sübhan, 
Hüseyn eliyib vəfayi-əhdo-peyman, 
Minayi-eşq olubdur Kərbəlası. 
 

 
19 
İlahi üzmüşəm əl Əkbərimdən, 
Ləb ətşan şirxarə Əsğərimdən, 
Bəlalı itrətimdən yavərimdən, 
Nənəm Zəhraya bənzər xahərimdən, 
Mənə minnətdi eşqin hər bəlasə. 
 
Sənin eşqində sərməstəm Xudaya, 
Tərəktul-xəlqə turrən fi həvaka, 
Və əytəmtul əyalə kulli əraka, 
Və ləv qəttə`təni fil-həbbi irba 
Ola qanilə möhkəm din binası.  
 
Qərəz ərşe-Xuda qudalə düşdü, 
Rüxe-zibaya qandan halə düşdü, 
Yaralı Kə`bəyi-amalə düşdü, 
Dilim gəlmir deyim nə halə düşdü, 
Çıxıb əndazədən xəncər yarası. 
 
Axardı yarəsindən qan sərasər, 
Duranmazdı ayaq üstə o sərvər, 
Gəlibdi naləyə yeksər mələkər,  
Boyandı qanına Zəhra balası. 
 
Həqiqi Kə`bə Kərbəladı 
Ey dərdmənd, dərdə dəva Kərbəladədi, 
Qorxma mərizin olsa, şəfa Kərbəladədi. 
 
Əqlim dedi ki, beyti təvaf eylə hacı ol, 
Eşqim dedi ki, beyti-Xuda Kərbəladədi. 
 

 
20 
Əqlim dedi şəbi-ərəfatın səfası var, 
Eşqim dedi ki, şəbi ürəfa Kərbəladədi. 
 
Əqlim dedi Minadə dua müstəcabidi, 
Eşqim dedi həqiqi mina Kərbəladədi.  
 
Əqlim dedi ki, sə`yi-Səfa qəlbi saf edər, 
Eşqim dedi səfayi-səfa Kərbəladədi.  
 
Əqlim dedi ki, zəmzəmin abi-həyatı var, 
Eşqim dedi ki, abi-bəqa Kərbəladədi.  
 
Əqlim dedi yəmin Xudavəndidir həcər, 
Eşqim dedi cəmali-Xuda Kərbəladədi.  
 
Çıx təlli Zeynəbiyyəyə,bax xeyməgahinə, 
Insan elə bilir üsəra Kərbəladədi.  
 
İllər qara geyib vurasan başə, sinəyə, 
Allah bilir ki, əsli-əza Kərbəladədi. 
 
Hansı ürəkdi titrəməsin qətligahidə, 
Xəncər əlində Şümri-dəğa Kərbəladədi. 
 
Min həccidən gözəldi Hüseynin ziyarəti, 
Miqati-seyyidiş-şühəda Kərbəladədi. 
 
Əqlim dedi nə sözdü ələstu bi rəbbikum, 
Eşqim dedi bu qövlə bəla Kərbəladədi. 
 
Oğlun rəva görənmədi qurbanlığa Xəlil, 
Yetmiş iki xəzibe-dəma Kərbəladədi. 

 
21 
 
 
Əqlim dedi Xuda deyib Ud`uni əstəcib, 
Eşqim dedi məqame-dua Kərbəladədi. 
 
Əqlim dedi ki, Məkkənin ali həvası var, 
Eşqim dedi o halü həva Kərbəladədi 
 
Ya rəbb nəsib elə bütün həsrət çəkənlərə, 
İndi tufaqilə rüfəqa Kərbəladədi. 
 
Ərş əksi-Kərbəla ilə afaqə fəxr edər, 
Misbahi-xəmsətun-nücəba Kərbəladədi. 
 
Babül-həvaic həzrət Əbbasi-namdar, 
Əl`an əlində qanlı liva Kərbəladədi. 
 
Həllale-müşkül oğludur səqqayi-teşnələb, 
Hər günə hacət olsa rəva, Kərbəladədi. 
 
Qalmaz Kəriminin dəxi qəlbində həsrəti, 
Görsə ki, hey`əti-şüəra Kərbəladədi. 
 
Şirkət edər əimmə Hüseyn ərbəininə, 
Hər ərbəin İmam Rza Kərbəladədi. 
 
Zəhranı sən Bəqidə axtarma ey bacı, 
Gəl Kərbəlayə, xeyrün-nisa Kərbəladədi. 
 
Əqlim dedi yer üstə hanı bir gözəl məkan, 
Eşqim dedi ki, Kərbübəla Kərbəladədi. 
 

 
22 
Qalmaz Kərimin dəxi qəlbində həsrəti, 
Görsə bu hey`əti- şüəra Kərbəladədi. 
 
 
 
Aşiqəm, düşmüşəm yaman günə mən, 
Bənzərəm dağ başındakı günə mən, 
Gülşən və gül əgər həvəsdi mənə, 
Tək Hüseynin əzası bəsdi mənə. 
               *            *               *                  
Mən Kərbəlasız aləmi-imkanı neylirəm, 
Eşq və məhəbbət olmasa, dünyanı neylirəm. 
Ruze-cəzada rövzeyi-rizvana getmərəm, 
Ali-Muhəmməd olmasa rizvanı neylirəm. 
               *            *               *                  
Eşqi-Hüseyni rövzeyi-rizvanə vermərəm, 
Bəzmi-əzanı bağe-gülüstanə vermərəm, 
Xaki-məzarı möhre namazımdı sübh və şam, 
Bu möhrü mən negini- Süleymanə vermərəm. 
               *            *               *                  
Göz yaşını mən tamami-dünyayə vermərəm, 
Ərzeşlidi bu gövhəri yəğmayə vermərəm, 
Bir qətrə ki, behişt ala billəm bəhasına, 
Allah bilir bu qətrəni dəryayə vermərəm. 
               *            *               *                  
Mərize- eşqəm əlac və davanı axtarıram, 
Nişan verin mənə darüş-şəfanı axtarıram, 
Hacı gedib Ərəfata Xuda ziyarətinə, 
Hüseyn Hüseyn deyirəm mən Xudanı axtarıram. 
               *            *               *                  
 
 

 
23 
 

Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin