MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix29.11.2016
ölçüsü0,72 Mb.
#445
  1   2   3   4   5   6   7   8   9

 

 

 



 

 

 



 

 

 



 

 


 

 

 



 

 

 

 

 

 

 

 

MEŞƏLİ KƏNDİNİN  

 

        YAY GÜNLƏRİ      

                                   

                                      

 

                                  (KOMİK-DRAMATİK FRAQMENTLƏR) 



 

                                                  

          

              

 

              “MEŞƏLİ KƏNDİNİN 

     

 

 

 

 

       QƏRİBƏ ƏHVALATLARI 

 

 

 

 

         fraqmental  povesti əsasında

"


 

 

 



  

                    İÇTİRAKÇILAR: 

YAZIÇI 


QARPIZ SATAN ARVAD 

SƏMƏ GEROY 

ALİK 

ZIRPI HƏTƏM 



GÖYGÖZ VEYSƏL 

MİRZƏ MÜXBİR 

HURAMAN 

TAYQULAQ USUF 

QANCIQ FATMANİSƏ 

FISTIQ SƏFTƏR 

CUPPULU QƏŞƏM 

HƏSƏNQULU KİŞİ 

MOLLA PİRVƏLİ 

XƏSTƏ QASIM 

AMBARDAR FƏRZƏLİ 

JURNALİST 

GÖRÜŞOV 

KƏNDLİLƏR 

GƏNCLƏR 

“Tamaşaçıxardanlar”ın AKTYORLARI 

“Konsertverənlər”in MUSİQİÇİLƏRİ 

 

 



HADİSƏLƏR XX ƏSRİN SONLARINDA, 

UCQAR BİR AZƏRBAYCAN KƏNDİNDƏ 

BAŞ VERİR. 

 

 

 

 

 



 

 

         

 

 

 

 

 

 

                           S Ə H N Ə: 

 

Uzaqlarda bəyaz gövdəli qovaqlar, nəhəng palıdlar, yaşıl söyüdlər, 



talalar, kiçik ot tayaları, təpəciklər, mavi göl. 

 

Öndə yaşıllığa qərq olmuş kənd meydanı. 

 

Telefon dirəyində vedrə-reproduktor. Dirəyin aşağısında taxta lövhə. 

Lövhəyə yapışdırılmış divar qəzetinin “M E Ş Ə L İ” sərlövhəsi aydınca 

oxunur. 

 

Sol tərəfdə qurşaq boylu taxt üstə düzəldilmiş səhnəcik. Ucuz, köhnə 

parçalardan fiqurla asılmış bir plan kulis və poduqa. Səhnənin üstündən 

çəpəki çəkilmiş məftildən rəngli, xırda lampalar sallanıb. Səhnənin bir 

küncündə yeşik taxtalarından hazırlanmış tribuna, üstündə mikrofon. 

 

Səhnənin künclərində rəngli kağızlardan düzəldilmiş fırfıralar. 

 

Sağ tərəfdə divarına “XORUZQUYRUĞU” sözü yazılmış çayxana binasının 

giriş qapısı. 

 

Yay olduğundan çayxananın stol və stulları çölə çıxardılıb, həyətdəki 

alçaq boylu ağacların altında üzü səhnəciyə tərəf düzülüb. Oturacaqlar, 

masalar müxtəlif çeşiddədir. Burda son dəbli ağ plastmass kreslo və 

stollardan tutmuş əldə düzəldilmiş taxta taburetlərə, kötük skamyalara 

qədər hər şeyə təsadüf etmək olar... Budaqları stolların üstə sallanmış 

ağaclardan da rəngli lampalar asılıb. 

 

Meydanın dərinliyində, arxa tərəfdə üstünə ot, saman, ağac budaqları 

atılmış böyük qarpız topası. Yanında yatacaq. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

BIRINCI FRAQMENT 

 

Quşlar oxuyur. 

Xoruzlar banlayır. 

Pərdə açılır. 

Sübh alatoranıdır. 

 

REPRODUKTOR - 

(Ritmik, şux bir melodiya. Kişi səsi.)  Quq-qu, 

quq-qu... 



(Qadın səsi.) Quq-quuu...  

(Kişi səsi.) Danışır Meşəli radiosu.    Sabahınız xeyir, əziz 

meşəlilər. 



(Qadın səsi.) Bu gün 21 iyul cümə günüdür. 

(Kişi səsi.) Başlanmış təzə gün qoy sizə uğur və sevinc 

gətirsin. 

 

Bütün danışıqlar musiqi fonunda gedir. Boşluqlarda musiqi güclənir, mətn 

qurtarınca  tədricən azalır, sönür. 

 

Iki nəfər oğlan telefon dirəyinə yaxınlaşır. Taxta lövhədəki divar qəzetini 

qopardıb yerinə təzəsini vurur. 

 

 

REPRODUKTOR –

 

“Meşəli” divar qəzetinin növbəti nömrəsi artıq 

vitrində sizi gözləyir.     (Qadın səsi.) Mühüm bir elanı 

nəzərinizə çatdırmaq istəyirik. Kim kolxoz sədri olmaq 

istəyir? Bildiyiniz kimi, nə müddətdir zırpı Hətəm istefa 

ərizəsi yazıb. Lakin rayon rəhbərləri hələ ki, onun istefasını 

qəbul etməyiblər. “Yerinə bir adam tap, sonra baxarıq” 

deyiblər. Bu axşam yay səhnəsində kəndin ümumi iclası 

olacaq. Rayondan hətta Görüşov cənabları özü sizin 

görüşünüzə təşrif  buyuracaq. Zırpının ərizəsi müzakirə 

ediləcək. Hamının iştirakı vacibdir. (Kişi səsi.)  İndisə 

“Meşəli” qəzetinin  bu günki sayında getmiş bəzi yazılardan 

parçalar... (Qadın səsi.)  Meşəli kəndinin hayd-park  kürsüsü 

dünəndən fəaliyyətə başlayıb. Tamaşaçıxardanların və 

konsertverənlərin öz qüvvələrilə kənd camaatı üçün 

hazırladıqları üstü fırfıralı yay səhnəsində yerləşmiş bu 

kürsüdə mikrofon da quraşdırılıb. Həmin mikrofona deyilmiş 

sözlər həm qarşı tərəfdəki çayxanada  oturmumuş adamlara 

çatdırılır, həm də radiomuz vasitəsilə bütün kəndə yayılır.  

 

 

 

 

 



 

 

Kimin ürəyi doludursa, buyursun, çəkinməsin, desin dişinin 



dibindən çıxanları, boşaltsın içini. 

(Kişi səsi.)  Sağ tərəfdəki düyməni basaraq mikrofonu işə 

salmağı unutmayın. İşıq yoxdur deyə ehtiyat etməyin. 

Mikrofon həmişə işləyəcək. Bir-iki günə Əzəmməd kişinin su 

dəyirmanında quraşdırılmış generatordan bura elektrik xətti 

çəkiləcək. Axşamlar səhnənin işıqları da daim yanacaq. 

 

Musiqi davam edir. 



 

 

(Qadın səsi.)   Kənd xəbərləri... 

Dünən Şərəbanı qarının axsaq hinduşkasını maşın vurub 

öldürüb. Dərdinə şərik oluruq, Şərəbanı nənə. Amma vallah 

adamı maşın vurub öldürəndə də bu qədər qarğış 

qarğamırlar. 

(Kişi səsi.)   Daha bir kədərli xəbər. Dərin hüznlə bildiririk ki, 

saqqal Şabanın növbəti arvadı da əbədi olaraq gözlərini 

yumdu. Mərhumun ailəsinə başsağlığı verir, dərdinə şərik 

oluruq. Və böyük Allahdan diləyirik ki, arvad itkisi dağı bir 

daha Şaban kişinin qəlbini yandırıb yaxmasın. 

(Qadın səsi.)   Fıstıq Səftərin qancıq iti küçükləyib. Bu dəfə 

küçüklərin hamısı quyruğu və qulağı kəsik doğulub. Fıstıq 

həmişəkitək dişi küçüyü bir quzuya, erkək küçüyü iki quzuya 

dəyişir. Amma bu dəfə yeni şərt: küçüyü gərək siz bəri 

başdan götürəsiniz, quzuları isə mal-qara tövləyə çəkilən 

vaxtlar verəsiniz. 



(Kişi səsi.)  İndi də şad bir xəbər. Kənd cavanlarının 

nəzərinə. Çaqqal Mirzəlinin şəhərdə yaşayan ögey qızı gözəl-

göyçək Huraman xanım hər yay olduğu kimi yenə də kəndə 

dincəlməyə gəlib. Əziz dostlar, təzə sevdalar, eşq 

macəraları, kolluqlarda, meşəliklərdə xəlvəti görüşlər, intim 

əhvalatlar mövsümünün başlanması münasibətilə sizi 

ürəkdən təbrik edir, işinizdə uğurlar arzulayırıq. 

 

Elə bu vaxt hardasa bərkdən anqıran eşşəyin səsi radioya düşür. 



 

Oy, üzr istəyirik, əziz dinləyicilər. Yenə qıllı Qulamın ulağı   

zəngulə vurmağa başladı. Saatlarınızı düzəldə bilərsiniz. 

(Eşşəyə acıqlnır.)  Hoç! Hoç! A köpəyoğlunun heyvanı, get 

bir az o tərəfdə anqır da. Başımıza oyun açdı da bu Qıllı... 



 

Səsləri həzin musiqi əvəz edir. 

 

 

 

 

 



 

 

 



 

 

 

 

İKİNCİ FRAQMENT 

 

Səliqəli geyimli, orta yaşlarında bir nəfər təbəssümlə səhnə önündə 

görünür. 

 

YAZIÇI -  

 

 O yay tale yenidən məni doğulduğum, qoynunda 

uşaqlığımı keçirtdiyim kəndimizə gətirib çıxartmışdı. Hamı 

dost idi, tanış idi, qohum idi, lakin bununla belə, nədənsə, 

məndən qaçırdılar, qaynayıb-qatışa bilmirdik. 

Ev-eşikləri, güzəranları dəyişsə də  - düzdü, o ili xeyli 

ağırlaşmışdı – özləri heç dəyişmirdilər. Həmişəki zarafatcıl, 

söyüşün birini bir qəpik bilən, hərəsi bir zırpı ləqəb daşıyan, 

deyib-gülən, keyfcil adamlar olaraq qalırdılar 

O yay kənd cavanlarının çıxardıqları qəribə oyunlar, 

gördüyüm əhvalatlar, sözün əsil mənasında, çox gülməli bir 

tamaşa idi. Kənd radiosunda nələr söyləmirdilər? Divar 

qəzetində nələr yazmırdılar? Hər səhər kənd sakinləri inəyini, 

camışını qabağına salıb malqatana gətirəndə bu qəzetin 

önünə toplaşar, bir-birinin çiyni üstən boylanaraq ləzzətlə, 

gülə-gülə məzəli, zarafatyana bir üslubda yazılmış kəndin ən 

son, təzə xəbərlərini, əhvalatlarını oxuyardılar və başlarını 

bulayaraq uğuna-uğuna dağlıb gedərdilər. Ən  maraqlısı bu 

idi ki, “Meşəli” qəzeti demək olar ki, hamıya sataşırdı. Lakin 

heç kim bundan incimirdi, özündən çıxmırdı, uzaqbaşı 

“Yalançının anası-dədəsi belə-belə olsun” deyə yağlı bir 

söyüş söyüb aralanırdı. Nömrələrin birində hətta mənə də 

toxunmuşdular. 

Yazıçı bir an fikrə dalır. Qəzetdə getmiş sözlər sanki yenidən səslənir. 

REPRODUKTOR –

  

   “Əgər səhərlər kəndin kənarlarında əynində   

“Nayk” idman kostyumu, gözündə eynək, qoltuğunda bir 

qalaq kağız olan şübhəli şəxs görsəniz onu xarici ölkə şpionu 

hesab edərək polisə xəbər verməyin. “Azadlıq” radiosunun 

verdiyi məlumata görə, o adam şpion yox, yazıçıdır, özü də 

əslən bizim kənddəndir.  Əvvəlki yaylarda olduğu kimi yenə 

gəlib ki, meşələri gəzib zoğal yığsın, araq çəksin və şəhərə 

qayıdarkən yaxın dostları, yaxın mamlı-matan xanımlarla 

oturub kəndimizin şərəfinə badə qaldırsın. Çox təəssüf ki, bu 

il amansız quraqlıq zoğalları ağacdaca qurudub, yazıçının işi 

müşkülə düşüb.



        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

        

 

 

YAZIÇI -



 

 (Təbəssümə başını bulayır.) Və təbii ki, mən də bina



 

 heç məhəl qoymadım. 

 

Bu vaxt “Dırrr-dırrr...” səsləri çıxardaraq əynində tör-töküntü paltar bir 

nəfər qaça-qaça səhnəyə gəlir, əlində bir qırıq rul tutaraq maşın 

sürürmüş kimi meydanda o üzə-bu üzə dövrə vurur. 

 

Bu isə Meşəlinin dəlisidir. Səmə Geroy deyirlər adına. Igid 

oğlan imiş. Qarabağda qoçaqcasna vuruşurmuş. Döyüşlərin 

birində beləcə başı pozulub. 



 

Səmə Geroy “siqnal verə-verə maşınını” çayxananın stolları arasından 

keçirdib qarpız topasının qabağında saxlayır. Təəccüblə qarpızlara baxır. 

Belindən asdığı telefon dəstəyini qulağına tutub sirli bir tərzdə həyəcanla, 

pəltək-pəltək danışır. 

 

SƏMƏ GEROY -

    Alo! Alo, alo! Cənab qa-qa-qamandir! Tu-tu-   

 

tumuşam! Dü-dü-düz bit topa top! 



 

Bax, bu-bu-bu boyda! Top-top-top! Bir şəhəri da-da-dağıdar!   

Top-top-top! (Atılıb düşür.)

   

 

Yazıçı hiss olunmadan səhnədən çəkilib. 

 

Qarpız topasının yanındakı qatlama çarpayıda bayaqdan tərpənməzcə 

uzanmış kök, gombul qarpız satan arvad yuxulu-yuxulu  arxası üstə 

çevrilir. Üstü açılır. 

 

Səmə onu görüncə donub qalır. Sonra çox maraqla qadına yaxınlaşır, 

üstündən o üzə-bu üzə hoppanır. Qorxa-qorxa iri döşlərinə əl vurmaq 

istəyir. 

 

SƏMƏ GEROY -   

(Aralanır, həyəcanlı pıçıltılarla dəstəyə.)  

Qa-qa-qamandir! To-oooo-opçu da burda! İçində iki-iki-iki 

top. Bi-bi-ri sənin, bi-bi- biri mənim. Pardayar? Çıxardım o-

o-onda! (Yaxınlaşıb ehtiyatla qadının döşlərini  tutub 



dartmaq istəyir.) 

 

Qarpız satan arvad yuxudan ayılır, bərkdən qışqırır. Səmə qaçıb 

“maşınına oturur, onu işə salır”, sürətlə meydanda dövrə vurub uzaqlaşır.                           

 

QARPIZ SATAN ARVAD –

 (Onun ardınca söyür.) İt oğlu! Eşşəy 

oğlu! Səmə donuz oğlu! Neynəmək istiyirdin, qancıq qarnın- 

dan çıxan! (Oturub ağlamsınır.) Aman Allah! Bu nə bəladı 

düşdüm? Haçan satıb qurtaracağam bu zəhrimarları? Haçan  

 

çıxıb  gedəcəyəm  bu cəhənnəmdən? 



 

10 

 

 

 



SƏMƏ GEROY -

      (Qayıdıb gəlir, aralıda dayanıb    ağlayan   

arvada  baxır.Yaxınlaşır.)  N-n-n-niyə ağlayırsan? Pu-uu-lun 

yoxdu? A-a-ağlama, gəl pul verim sə-əə-nə. (Boynundan 



aşırdığı dolu çantadan bir neçə ovuc kağız pul çıxardıb qarpız 

satanın qabağına atır, “maşınını sürüb” gedir.) 

 

QARPIZ SATAN ARVAD -

     (Bir müddət gözlərinə inanmırmış     

 

kimi pullara baxa-baxa qalır, cəld ayağa qalxıb sevinclə         

onları yığır. Sonra bərkdən çağırır.) Səmə huy! Ədə qayıt 

gəl, sənə qarpız verim. (Oturub pulları sayır.) Vay, başıma 

xeyir, bunların hamısı təklik imiş ki. Beş paçka olsa heç bir 

neçə qarpızın pulu eləmir. Səmə köpəyoğlu,  qancıq oğlu 

məni dolamaq istəyib. Görəsən bu ölü pulları hardan ələ 

keçirdib donuz oğlu? Yəqin kimsə də onu dolayıb. Tfu!.. 



(Pulları göyə atır, əskinaslar xəzan yarpaqları kimi yağır. 

Birdən qarnı sancılanır deyəsən. O üzə-bu üzə boylanıb 

səhnədən çıxır.) 

 

İki oğlan uşağı əyilə-əyilə qarpız topasına yaxınlaşır. Yan-yörəni gözdən 

keçirdib tələsik hərəsi bir qarpız götürüb qaçır. 

 

 

 

 

 

 

                                  ÜÇÜNCÜ  FRAQMENT 

 

Aralıdan inək, camış maaltıları, böyürtüləri  eşidilir. Əlində çomaq, çubuq 

tutmuş kəndlilər tək-tək, iki-bir qəzet önünə yığılır, maraqla oxumağa 

başlayırlar. 

 

I KƏNDLI - 

 Hə, baxaq görək bu gün nədən yazırlar? (Oxuyur.)  



 

Xırman   xəbərləri. Əziz buğda oğruları, sizin nəzərinizə! 

Xəbər verdiyimiz kimi, oğruluğun qarşısını almaq məqsədilə 

kolxoz sədri zırpı Hətəm xırman qarovulçularının sayını üç 

nəfərdən on üç nəfərə qaldırıb. Ehtiyatı əldən verməyin. 

II KƏNDLI -  

On  üç nəfərin qabağında daa ora yaxınlaşmaxmı 

olar?   

I KƏNDLI - 

(Oxuyur.)   Bir neçə gecədir ki, bizim igid oğrular 

xırmanın həndəvərində  dolaşsalar da əliboş qayıdıblar 

evlərinə. O qədər silahlının qabağında nə etmək olar? 

III KƏNDLI - 

Genə də arada bir-iki səhləm çırpışdırırdıq, onnan 

da olduxmu? 

I KƏNDLI - 

 Hər halda uşaxlar genə nəsə fikirləşib tapacaxlar. 



 

 

 

 

 

11 

 

 

Məncə, bu oğruluğa görə dölü. Deyirlər, Zırpının oğlu 



qumarda uduzub neçə tonsa... 

II KƏNDLI -   

Düz deyirsən, vallah, elə ona görə gücləndirib 

oxrananı. 

IV KƏNDLI -  

Bu nəyin reklamıdı belə? (Oxuyur.)  Hə, X.-gildə 

(İt-qurd əlinə düşməsin deyə adını yazmırıq, onsuz da lazım 

olan adamlar onu yaxşı tanıyırlar.) bu ilki tutdan yeni 

“məhsul” hazırdır. Ikinci dəfə çəkilərkən qazana kömür də 

atılıb, limon yarpağı da, gül suyu da. Qiyməti 

“zavodskoy”lardan bir məmməd artıqdır. Bu bir məmmədə 

özünü öldürsən bir çörək düşür, o da onun zakuskası. Amma 

X-gildəki “məhsula” zakuska lazım gəlmir, bir dəfə dərindən 

ovucunu iyləsən bəs edir.   



II KƏNDLI -  

Bəh-bəh, gərək bu gün özümü verəm ora. Görəsən 

nisyə  buraxır? 

III KƏNDLI - 

 Buraxmayıb neyləyəsidi ?  Hamısını özü içəsi dölü 

ki. Hindi nağdı kimdə var? 

I KƏNDLI - 

(Oxuyur.) Dükançı oçki Vəli xəstələnib. Xəstəyə baş 

çəkmək istəyənlər gündüz də gedə bilər, axşam da. Kişinin 

kəsilmiş çolpaları da var,təzə çəkilmiş əl arağı da.    

II KƏNDLI - 

Gəlsənə, elə burdan birbaşa gedək Oçkinin yanına. 



I KƏNDLI - 

 Vallah, düz deyirsən, bir azdan kəndin lotu-potusu 

hamısı orda olacaq. 

III KƏNDLI - 

Aha, bu nədir belə? (I Kədliyə.)  Ə Cəfər, sənin 

gözün yaxşı görür, atovun goru bunu bir oxu görək dollar 

Vahid neyləyib yenə? 



I KƏNDLI - 

 Xəbərin yoxdu, öyünü yıxıblar kişinin. (Oxuyur.)  

Dollar Vahidin əyri qozun yanındakı kuza budkasını qarət 

ediblər. Budka sahibinin uçastkovı göygöz Veysəllə apardığı 

ilkin yoxlamadan sonra məlum olub ki, oğrular kəndin 

komersantına əməlli-başlı ziyan vurublar. Qarətçilər nə az-

nə çox, düz on iki saqqız, bir “Fanta” bankası, bir şüşə pivə, 

üç “Bakuş” və iki biskivit    aparıblar. Hə, bir dənə də ağzı 

açıq “Astra” qutusu... 

IV KƏNDLI - 

Bah səni, yazığa əməlli-başlı ziyan dəyib ki!.. 



I KƏNDLI - 

 Dayanın, dayanın... yenə bir oğruluq hadisəsi. 



(Oxuyur.) Molla Pirvəlinin həyətində oğruluq baş verib. 

Oğrular da, oğurlanmış mal da hələ ki gizli qalır. Bu barədə 

məlumatı olan redaksiyamıza müraciət etsin. Göygöz Veysəl 

 

 

 

 

 

12 

 


 

 

 



vəd edib ki, bu hadisə haqqında ətraflı və dolğun informasiya 

verən adamı böyük bir sürpriz gözləyir. 



IV KƏNDLI - 

Ə, görəsən nəyini aparıblar şeyxin? Uşaqları 

tutdurmasa  əl çəkən dölü keşiş oğlu. 

II KƏNDLI - 

Sus... Şeyxin özü gəlir deyəsən. 

 

Sol tərəfə boylanırlar. 

 

IV KƏNDLI -  

Bəlkə özündən soruşaq bir. 



I KƏNDLI - 

 Olmaz. Görmürsən, hələ gizli saxlayırlar hər şeyı... 

 

Sən ölmüyəsən, burda nəsə bir sirr var. 



IV KƏNDLI -  

Bu nədi əə, kənddə oğruluq baş alıb gedir. 

Əvvəllər Meşəlidə belə şeylər olmazdı ee heç. 

Molla Pirvəli salam verib tələsik keçib getmək istəyir. 

 

 

 



 

A molla, səhər-səhər hara belə tələsirsən? Xeyir ola? 



 

MOLLA PIRVƏLI -

     Xeyirdi, ay oğul. Şabangildə yas düşüb,

 

tez gərək özümü ora yetirəm. (Dayanmadan gedir.) 



 

Ardınca baxıb xəlvəti gülüşürlər. 

 

IV KƏNDLI - 

 

Dayanın ee, Şabanın nəyi ölüb ki? 



III KƏNDLI - 

Xəbərin yoxdu? Dünən gecə arvadı başını qoydu 

da yerə.  

IV KƏNDLI - 

 Sən Allah, düz deyirsən? Ədə, bu Saqqal bunnan 

neçəsinin başını yiyir? 

III KƏNDLI - 

 Vallah, mən biləni bu diyəsən on ikincidi. 



IV KƏNDLI -  

 Bah səni... On ikisinin dadına baxıbmı yəni bu 

dünyada. 

II KƏNDLI -  

 Tələsmə, bir də eşidəcəksən ki, on üçüncünü də 

prob iliyir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin