[Skriv text]
www.achiq.info
[Skriv text]
1
Pərvanə Məmmədli
MƏŞRUTƏ İNQİLABI İLLƏRİNDƏ DEMOKRATİK
ƏNƏNƏLƏRİN FORMALAŞMASI (1905-1911
)
[Skriv text]
www.achiq.info
[Skriv text]
2
MƏŞRUTƏ İNQİLABI İLLƏRİNDƏ DEMOKRATİK ƏNƏNƏLƏRİN
FORMALAŞMASI (1905-1911)
Məşrutə inqilabının mətbuatın inkişafına təsiri «Əncümən» qəzeti Təbrizdə Məşrutə inqilabı zamanı
nəşrə başlayan (1906) ilk mətbu orqanı kimi. Qəzetin nəşri tarixi, onun ölkədə baş verən siyasi-ictimai
hadisələrin güzgüsü olması. Cənubi Azərbaycanda 50-yə yaxın qəzet və jurnalın nəşri. H.Ədalətin
redaktorluğu ilə çap olunan qəzetlər: «Əl-hədid», «Söhbət», «Ana dili». Urmiyə, Xoy, Ərdəbil, Səlmas
şəhərlərində nəşr olunan demokratik məzmunlu qəzetlər.
Cənubi Azərbaycanda yeni tipli məktəblərin yaranması. M.H.Rüşdiyyənin Təbrizdə acdığı məktəbdə
(üsuli-cədid) təhsilin yeni üslubda ana dilində aparılması «hümmətçilikdən – millətçiliyə» keçid
mərhələsinin başlanması. Bu proseslərdə mətbuatın rolu.
Məşrutə inqilabının anadilli mətbuatın yaranmasına və inkişafına təkan verməsi. M.Ə.Möcüz,
M.Qənizadə, Ə,Qilani, R.Sərraf kimi şairlərin anadilli mətbu orqanlarında çıxışları. Sabirin İranda
davamçıları.
Anadilli mətbu orqanları «Şəbnamə», «Ana dili», «Azərbaycan» və s.qəzetlər və jurnallar və orada
işıqlandırılan əsas məsələlər.
«Molla Nəsrəddin» jurnalının İranda və Cənubi Azərbaycandakı yaradıcı mühitə təsiri. Cənubi
Azərbaycanda satirik tipli jurnalların yaranması prosesi. Ə.Səfərovun redaktorluğu ilə çap olunan
«Azərbaycan» jurnalında Mirzə Cəlilin və M.Ə.Sabirin təsirinin duyulması.
«Həşəratül ərz» və «Sure-usrafil» qəzetlərinin nəşri tarixi. Qəzetin aparıcı əməkdaşlarından biri olan
Ələkbər Dehxudanın «Cərənd-pərənd» (Ordan-burdan) rubrikası ilə İranda siyasi felyetonun və qısa
hekayə janrının əsasının qoyulması.
[Skriv text]
www.achiq.info
[Skriv text]
3
XIX əsrin sonlarından kortəbii sıçrayışlar şəklində təzahür edən xalq nümayişləri artıq 1905-ci ilin
sonunda şüurlu, nizamlı formalar almağa başladı.
Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911)
adı ilə daxil oldu. İnqilab iştirakçılarının əsas tələbi konstitusiyanın qəbul edilməsi, məclis çağırılması, xarici
məmurların ölkədən qovulması və s. ibarət idi. Xalq hərəkatının genişlənməsindən qorxuya düşən şah
hökuməti 1906-cı ilin avqustun 5-də qanuni əsasi verilməsi və həmin ilin sentyabrın 9-da Şura Məclisinin
təsis edilməsi haqqında fərmanı təsdiq etməyə məcbur oldu.
Beləliklə, İran konstitusiyalı şah ölkəsinə çevrildi. Tezliklə bütün əyalət və vilayətlərdə məclisə
nümayəndələrin seçilməsi başladı.
Tehranda «Milli məclis» açılan günü paralel olaraq Təbrizdə «Azərbaycan milli məclisi» quruldu.Lakin
1907-ci ilin əvvəlində taxta çıxan Məhəmmədəli şah atasının imzaladığı konstitusiyanı tanımaq istəmirdi.
Bu xəbər Təbrizdə hərəkatın genişlənməsinə təkan verdi. Fevral ayının 8-də Təbrizdə «Gizli Mərkəz»in
başçılığı ilə Məşrutə inqilabı dövründə ilk silahlı üsyan baş verdi. Son nəticədə isə Təbriz şəhərində real
hakimiyyət əyalət şurasının əlinə keçdi. İnqilabın ağırlıq mərkəzi tədricən Təbrizə keçməyə, İran inqilabının
taleyi bu şəhərdə həll olunmağa başlamışdı. 1908-ci il iyunun 23-də şahın göstərişi ilə İrandakı rus kazak
hərbi dəstəsi Məşrutəyə zərbə endirmək məqsədi ilə Məclisin və paytaxtdakı Azərbaycan şurasının binalarını
top atəşinə tutdu.
Mərkəzi hökumət Azərbaycana ordu göndərsə də xalq tərəfindən müqavimətə rast gəlmişdi. Bundan
sonra Təbriz 11 ay mühasirədə qalmışdı. Xalq aclıq və bir çox başqa çətinliklərlə üzləşsə də təslim
olmamışdı. Təbriz döyüşlərində Səttarxan öz yaxın silahdaşları ilə misilsiz döyüş şücaəti göstərmişdilər.
Təbriz İran məşrutə inqilabının mərkəzinə çevrilmişdi. İranın qüvvələri üzərində qələbənin qazanılmasında
böyük xidmətləri olan Səttar xan və Bağır xanı xalq məhəbbətlə «Sərdare-milli» və «Salare-milli» (milli
sərkərdə mənasındadır – P.M.) adlandırmışdı.
1909-cu ildə Cənubi Azərbaycanın bütün qərb vilayətləri (Maku istisna olmaqla) əksinqilabçılardan
təmizlənmiş, demokratik hakimiyyət bərqərar edilmişdi.
1906-cı ildə «Molla Nəsrəddin» jurnalı İran və Cənubi Azərbaycan mövzusuna geniş yer ayırırdı.
«Molla Nəsrəddin»in elə bir sayı yox idi ki, orada bu mövzu M.Cəlilin, M.Ə.Sabirin və jurnalın Təbriz
müxbirləri – M.S.Ordubadinin, Mirzə Ələkbər Məmmədquluzadənin (Cəlil Məmmədquluzadənin qardaşı –
P.M.) İskəndər Qəffari Sərxpuşun qələmi ilə felyeton, şeir, xəbər və s. şəklində getməsin. Bakıda nəşr
edilən «İrşad», «Həyat», «Təzə həyat» kimi mətbu orqanları da İrandakı məşrutə inqilabına böyük mənəvi
dəstək olurdular. Əgər XIX əsrin sonlarında Cənubi Azərbaycanda yalnız Türkiyənin nəşr nümunələri ilə
tanış idilərsə, artıq XX əsrin əvvəllərində daha çox Bakı və Qafqazda Azərbaycan dilində çıxan mətbu və
nəşlər izlənilirdi. Bu o dövrdə Cənubi Azərbaycan oxucuları uzun fasilədən sonra (1891-1904) çap olunan
«İrşad» (bu qəzetin Sadıq xan Fərəhani tərəfindən İrandakı azərbaycanlılar üçün fars dilində xüsusi əlavəsi
hazırlanırdı), xüsusilə «Molla Nəsrəddin» və digər mətbu orqanlarından, öz ölkələri ilə bağlı bilgilər alırdılar
[8, 215].
Ailəsini dolandırmaq və çörəkpulu qazanmaq üçün bütün Qafqaz boyu səpələnmiş Cənubi
azərbaycanlılar İrana geri qayıdarkən özləri ilə istiqlal mücadiləsi ideyalarını da gətirirdilər.
M.Rəsulzadə yazırdı ki, iranlıların Bakıda qurulan ilk inqilabi cəmiyyəti Tehran və Təbrizə mürşidlər,
fədailər, bombalar və sair məvaddi-infilaqiyyə göndərirdilər.
[Skriv text]
www.achiq.info
[Skriv text]
4
M.Rəsulzadə İranda inqilab və azadlıq hərəkatını izhar edən alimlərin toplandığı mərkəzin Bakı və
İstanbul olduğunu qeyd edirdi [34, 124].
O, yazırdı ki, «Məşrutə dönəmində İstanbulda əsasən iranlı türklərdən təşkil olunmuş «Səadət
əncüməni» adlı komitə təşkil olunmuşdu. Bu komitə bir tərəfdən nəşr etdiyi bəyannamlərlə İranda əfkari-
ixtilal pərvərənəyi iqaze, vurduğu teleqraflarla Avropa Əfkari- ümumisini tənvirə çalışıyor, digər tərəfdən
də mərakizi ixtilaliyə beynində mübadilə-məlumat və əxbər mərkəzliyi vəzifəsini ifadə ediyordu» [34, 124].
Qeyd edək ki, o illərdə İstanbulda «Səadət əncüməni» tərəfindən həftəlik «Siruş» (1909-1910) adlı qəzet
də dərc olunurdu. Onun yaradıcı heyətinə Seyid Məhəmməd Tofiq, Əli Əkbər Dehxuda («Sure-İsrafil»
qəzetinin aparıcı müxbiri) Əhməd bəy Ağaoğlu və Yəhya Dövlətabadi daxil idilər.
O illərdə Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm də fəal iştirakçısı olan M.Ə.Rəsulzadə Təbrizi
müdafiə edən mücahidlərin və onların rəhbəri Səttar xanın qəhrəmanlığını «İran məktubları»nda xüsusi qeyd
edirdi. Məşrutə hərəkatı sonda məğlubiyyətə uğrasa da, Rəsulzadə İranda XX əsrin əvvəllərində yeniləşmə
prosesini Səttar xanın adı ilə bağlayır, onun İran tarixində bir dirçəliş rəmzinə çevrildiyini qeyd edirdi.
M.Rəsulzadəyə görə bu Məşrutə dövrü Cənubi azərbaycanlıların milli-mədəni hərəkatdan milli haqlar
uğrunda siyasi mübarizəyə bir keçid mərhələsi olmuşdu.
O dövrdə İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə ən çox oxunan və ən
nüfuzlu qəzet sayılan «İran-nou» gündəlik qəzeti nəşr olunurdu. Qəzetin redaktoru M.Ə.Rəsulzadə idi.
M.Ə.Rəsulzadənin sözləri ilə desək, «İran-noy» İran Demokratik firqəsinin fikirlərini yayırdı, yaradıcı
heyəti də Azəri türklərindən təşkil olunmuşdu.
O, 1908-ci ildə Bakı Sosial Demokrat komitəsi tərəfindən Gilan inqilabına nəzarət üçün Rəşt şəhərinə
gəlib həmin il mücahidlərlə birlikdə Tehrana gedərək Məşrutə hərəkatına qoşulmuşdu. Tehranda qısa bir
vaxt ərzində Məşrutə liderlərinin diqqətini çəkmiş və Demokrat Partiyasının qurulması və proqramının
yazılmasında iştirak etmişdir. Rəsulzadə Seyid Həsən Tağızadə başda olmaqla Avropa təhsili görmüş bir
qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat partiayasının əsasını qoyur. İran
Demokrat Partiyasının orqanı kimi fəaliyyətə başlayan «İran-nou» qəzeti Məşrutə inqilabının ikinci
dövründə Avropa standartlarına cavab verən ən məşhur qəzet idi. Məhəmməd Əmin Rəsulzadə buradakı
fəaliyyəti ilə yeni qəzet üslubunu – İrana gətirdi. O, «İran-nou»da Azərbaycanın rus işğalından qurtulması
və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt məqalələr yazırdı. M.Ə.Rəsulzadə qəzetdə bəzən
Niş təxəlüsü ilə çıxış edirdi.
«İran-nou» adətən ölkədə baş verən siyasi hadisələri işıqlandırır, çatışmazlıqları açıb göstərirdi. Ona
görə də tez-tez nüfuzlu şəxslərin həmləsinə məruz qalırdı. Səhifələrindən birində Krılovun «Heyvanların
konserti» təmsilinə iqtibas çap edən qəzet bir dövlət məmurunun qəzəbinə tuş gəlmişdi. 1911-ci ildə
fəaliyyətini «İran-novin» adı altında davam edən qəzetdə siyasi məsələlər daha kəskin verilirdi. Belə ki, bu
mətbu orqanı İranda olan əcnəbilərin pərdə arxası işlərinin üstünü açmağa nail olurdu. Sədr Haşiminin
qeyd etdiyinə görə Tehranın Milli Məclis nümayəndələri öz nitqlərində qəzetdə dərc olunan yazılardan
istifadə edirdilər [61,65].
O illərdə Səttarxan Mərkəzi hökumətə belə bir müraciət göndərmişdi: «Bizim şahla, onun taxt-tacı ilə
işimiz yoxdur. Biz azadlıq, hüquq və konstitusiyanın şərtlərinə əməl olunmasını istəyirik. Şah bizim
istəyimizi bizə verməlidir, yoxsa biz cümhuriyyət elan edəcəyik».
[Skriv text]
www.achiq.info
[Skriv text]
5
Cənubi Azərbaycanda demokratik hakimiyyətin bərqərar edilməsinə baxmayaraq, İngiltərə və Rusiya
hökumətlərinin təhriki ilə bundan sonra da Təbrizə qarşı əksinqilabın yeni hücumları davam edirdi. 1911-ci
ildə rus qoşunlarının Təbrizə hücumu və şəhərin tutulması inqilabın yatırılması ilə nəticələndi.
1905-1911-ci illər İran burjua inqilabında Cənubi Azərbaycan aparıcı rol oynamışdı. Tarixə Məşrütə
inqilabı kimi daxil olan bu inqilab Azərbaycan xalqının ictimai-siyasi və milli şüurunun inkişafı üçün şərait
yaratdı.
Məşrutə (konstitusiya) qanunların qəbul olunması ölkədə demokratiyanın yaranmasına və siyasi
fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan aparılması, ədalətin və müstəqilliyin
bərpası devizi altında başlanmış xalqhərəkatı iştirakçılarının əsas; tələbi qanunlara söykənən bir hökumətin
yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunması idi.
Çünki xalq mədəniyyət və təfəkkür tərzi baxımından əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail
olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər
mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda nəşriyyat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif
qəzetlər yayılmağa başladı. İnqilabi hərəkat ölkənin ədəbi mühitində əks olunduğuna görə tezliklə bir çox
şair və yazıçılar da azadlıq aşiqlərinə qoşularaq qələmləri ilə mübarizəyə atıldılar. Nəticədə xalqın
informasiya qıtlığı aradan qalldırıldı.
Mətbuat kütləni gündən-günə yeniləşən siyasi cərəyanlara doğru istiqamətləndirildi. Bu nəşriyyələrin
yeni ədəbi-mədəni mühitin formalaşmasında günün tələbindən doğan əsərlərin yaradılmasında, həcv və
tənqidin köməyilə xalqın əsrlərdən bəri davam edən qəflət yuxusundan oyadılmasında böyük rolu olmuşdur.
Onların çoxu burjuaziya ilə bağlı olan ziyalıların fikirlərini təbliğ edirdi. Bir hissəsi cəmiyyətin yuxarı,
bəzisi isə aşağı təbəqəsinin – şəhər və kənd zəhmətkeşlərinin arzu və istəklərini, fikirlərini çap etməklə ölkə
əhalisinin mədəniyyətini özlərində əks etdirirdi [64, 15].
Hələ illər öncə, Nəsrəddin şah Qacarın dövründə nəşriyyə və tərcümə işləri nazir, Etimadüssəltənətinin
rəhbərliyi altında «Senzura idarəsi» adlı təşkilat mövcud idi və bütün mətbu orqanları bu idarədən
keçdikdən sonra nəşrinə icazə verilirdi. Aydındır ki, bu qurumun varlığı ilə mətbuat azadlığı tam anlamda
olmamışdır. Çünki istənilən qəzetin yazılarındakı dövlət siyasətilə uyğunsuzluq onun sonluğu demək idi.
İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra
Azərbaycanlı millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edilərək 86 məclis nümayəndəsinin iştirak
etdiyi toplantıda 76 faiz səs çoxluğu ilə yeni mətbuat qanunu qəbul olundu. Beləliklə, mətbuat tam azadlığa
qovuşaraq istədiyi qəzeti senzurasız çap etmək hüququna malik oldu. Bu qanun 52 maddəni ehtiva edən 6
bölümdən ibarət idi. Onun müqəddiməsində deyilirdi: «Konsititusiyanın 20-ci bəndinə müvafiq olaraq yanlış
və dinə qarşı zərər törədə biləcək kitab və yazılardan başqa bütövlükdə mətbuata senzura tətbiq etmək
qadağandır. Lakin onlarda mətbuat qanunlarına zidd bir şey olarsa, nəşriyyatçı və ya qələm sahibi həmin
qanunlar çərçivəsində cəzalandırılır. Yazıçı məşhur İran əhlindən olduqda isə nəşriyyatçı cəzadan azaddır.
Qərara alınır ki, cəmiyyətin hüquqlarının qorunması, habelə, qələm sahiblərinin və mətbuatın basqılarını
zərərsizləşdirilməsi məqsədilə, qanunlar çərçivəsində, kitab, qəzet, elan və müxtəlif layihələrin nəşri azaddır.
Bu kimi işlər və mətbuatın satışı ilə məşğul olmaq arzusunda olan şəxslər əvvəlcədən maarif nazirliyi
yanında şəri öhdəçiliklərlə mükəməliyyətləndirilməlidir [64,96].
Bu mütərəqqi qanunun əhəmiyyətinin lazımınca işıqlandırılması üçün qəbul edilməsindən əvvəl və
sonra nəşr olunan qəzetlərin müqayisəsinin aparılması zəruridir. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr
[Skriv text]
www.achiq.info
[Skriv text]
6
olunan qəzetlər haqqında Ə.Kəsrəvi yazırdı ki, «doğrüdür, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi.
Lakin onların çoxu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi. Ölkədə
aparılan işlər və baş verən proseslərin tənqidindən söhbət gedə bilməzdi. Sankı buradakı məmurlar bütün
işlərdən uzaq idi. Zəkaulmülk (Məhəmməd Hüseyn) «Tərbiyət» adlı bir qəzetdə bəzən fransızcadan etdiyi
tərcüməsində çarəsizlikdən «qanun» sözünün əvəzinə «qayda» kəlməsini işlətmişdir».
Yuxarıda şeyd olunduğu kimi qəzetlər nəinki Qacarın məmurları tərəfindən senzuradan keçirilirdi, hətta
azadlıq o dərəcədə boğulurdu ki, ən kiçik ictimai və siyasi məsələlərə toxunmamaq üçün yazıçılar və naşirlər
arasında bir növ özünü nəzarət də mövcud idi.
Lakin haqqında söhbət gedən qanun qəbul olunduqdan sonra mətbuat bütün ölkədə azad şəkildə nəşr
edilməyə başladı. Qələm sahibləri tam qüvvə ilə xalqı informasiya ilə təmin etmək üçün səfərbər oldular.
İstər siyasi, istər ictimai, istərsə də iqtisadi baxımdan bütün məsələlər qəzet səhifələrində şərh və analiz
olunmağa başladı. Saray, hətta şəxsən Məhəmmədəli şah belə tənqid edildi. «Müsavat» qəzeti şahın və onun
sarayının əməlləri haqqında daha çox yazırdı. Əhməd Kəsvərinin yazdığına görə «Sultanul üləma Xorasani
«Ruhul qüds» qəzetində cəsarətli sözlər yazmışdı ki, bu sözlərin başında Məhəmmədəli Mirzə dururdu.
Təhsil nazirinin məhkəməyə müraciəti nəticəsində Sultanül üləma oraya dəvət edildi. Məhəmmədəli
Mirzənin ünvanını «qəssab dükanı» adlandırılmasının səbəbi soruşulduqda «Sultanül üləma» münsiflər
heyəti çağırılmasını tələb etdi. Bu bəhanə idə cavab verməkdən boyun qaçırdı və iddia təmin olunmadı» [62,
87].
Bu dövrdə Azərbaycanda 50-yə yaxın şəzet və jurnal nəşr olunurdu. Tədqiqatçı Hüseyn Umud onlardan
səkkizinin Azərbaycan-fars, birinin Azərbaycan, qalanlarının farsca çıxdığını qeyd edir [65, 49].
1906-cı ildə Təbrizdə «İttahad», «Azad», «Dəbistan», «Əcnümən», «Azərbaycan», 1907-ci ildə «Hərfe-
həqq», «Mücahid», 1908-ci ildə «İttihad» (II), «Həşərətül-ərz», «Xeyrəndiş», «Molla əmi», «Naleyi-millət»,
1909-cu ildə «İstiqlal», «Buqələmun», 1910-cu ildə «Təbriz», «Şəfəq», 1911-ci ildə «Səadət» qəzetləri nəşrə
başladı. Bu illərdə Urmiyə şəhərində «Fərvərdin» (1911) və «Fəryad» (1907) qəzetləri, Həmədanda «Ülfət»
(1907), Kəmaliyyə (1910), «Səadət» (1907), Ərdəbildə «Bərge-səbz» (1908) qəzeti, «Şəfəq» (1911),
«Mükafat» (1909) qəzetləri nəşr olunurdu.
Məşrutə inqilabı dövründə mətbuat həqiqətən dövrünün ictimai-siyasi və ədəbi həyatının güzgüsünə
çevrilmişdi. Bu dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii
nümunələrdə deyil, məhz mətbuat səhifələrində əks olunması idi. Məsələn, Əşrəfəddin Gilani tərəfindən
Rəştdə nəşr olunan «Nəsimi-Şimal» qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Yusifxan
Etisalınmülkün redaktorluğu ilə çıxan «Bahar» qəzetində Yusif xanın şeirləri və rus, fransız, ərəb
ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuiurdu. «Sure-İsrafil» qəzetində bu mətbu orqanının baş yazısı
Əli Əkbər Dehxudanın daimi rubrikası olan «Çərənd pərənd»də o dövr üçün yeni olan siyasi felyetonun
nümunələri verilirdi.
İstanbul şəhərində azərbaycanlı ziyalıların daha iki mətbu orqanı çap olunurdu. Bunlardan biri Seyid
Həsən Təbrizi və Seyid Məhəmməd Tofiqin rəhbərliyi ilə 1909-1920-ci illərdə nəşr olunan «Şəms» qəzeti
idi. İstanbulda nəşr olunan «Şeyda» adlı digər qəzetin redaktoru təbrizli Hacı Həsən xan Cəfərzadə idi.
Azərbaycan və fars dillərində nəşr olunan bu qəzet demokratik yönlü idi və öz səhifələrində siyasi satirik
materiallara geniş yer ayırırdı. İstanbulda təhsil alan azərbaycanlı tələbələr qəzetdə fəal iştirak edirdilər.
İnqilab illərində İranın digər şəhərlərində də azərbaycanlı inqilabçı publisistlər tərəfindən bir sıra
[Skriv text]
www.achiq.info
[Skriv text]
7
qəzetlər nəşr olunurdu. Tehranda M.Rəsulzadənin və Əbuziyalının redaktorluğu ilə «İrane-noy»,
S.H.İbrahimzadənin redaktorluğu ilə «Carçiye-millət», Rüşdiyyənin qələmi ilə «Tehran», Həsənxan
Təbrizinin mühərrirliyi ilə «Əsr», Mahmud Əfşarın redaktorluğu ilə «Cənteye-paborəhne», Xorasanda
Məhəmmədsadıq Təbrizi və S.H.Ərdəbilinin redaktorluğu ilə «Xurşid» və «Xorasan» qəzetləri çıxmış,
Tehran sosial-demokrat təşkilatının orqanı «Sure-İsrafil» qəzetinin redaktorlarından biri Mirzə Qasımxan
Təbrizi (Sure İsrafil) olmuşdur. Cənubi Azərbaycanın tərəqqipərvər ziyalıları, o cümlədən S.Salmasi, Mirzə
Qafar xan Zunuzi, Heydər Əmioğlu və buşqaları Zaqafqaziya mətbuatında da, xüsusilə «İrşad» qəzetinin
İrana aid səhifələrində, Tiflisdə çıxan sosial-demokrat qəzetlərində İranda ictimai-siyasi vəziyyətə və
inqilabi mübarizəyə həsr edilən demokratik məzmunlu məqalələrlə çıxış edirdilər [8, 47].
1910-1911-ci illərdə Azərbaycanda vətənpərvərlik və azadlıq ideyalarını təbliğ edən digər milli burjua
mətbuatı, o cümlədən Təbrizdə «Şəfəq», «Təbriz», Xoyda «Mükafat» və «İslah», Urmiyada «Fərvərdin»
qəzetləri dərc olunurdu. Bu dövrdə hərbi müdaxiləyə qarşı xalq hərəkatının təşkilinə kömək mətbuatın əsas
mübarizə hədəfini təşkil edirdi. Bu zaman mütərəqqi qəzetlər Səttarxanla Bağırxanın adından xalqa
müraciətlə yazılan bəyanatları dərc etməklə mühüm iş görürdü (Kəsrəvi). Onlar bu müraciətlərdə xarici
müdaxiləyə qarşı kəskin etirazlarını bildirir, çar konsulluğunun inqilabçılara qarşı uydurduğu «quldurluq»,
«iqtişaşçılıq» böhtanlarını rədd edir, xalqı sayıq olmağa, konstitusiyanın müdafiəsi uğrunda mübarizəni
davam etdirməyə çağırırdılar.
«Şəfəq» qəzeti 1910-cu ildə yaranan və Təbrizdə gizli iş aparan demokrat təşkilatının qeyri-leqal
mətbuat orqanı idi. Yaranan bu qəzet öz kəsərli yazıları ilə xüsusilə fərqlənir, milli istiqlaliyyət və
demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi.
«Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı
məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu.
Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu.
1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq
əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında
dərc olunub yayılırdı.
Terrora və təqiblərə baxmayaraq inqilabdan sonra mütərəqqi qüvvələr öz mətbuat fəaliyyətini tədricən
bərpa etməyə başladılar, onların içərisində «İnsaf» qəzeti xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına
mənsub olan Xiyabani, İskəndani və İbrahim Şəbüstərinin başçılığı ilə 1913-cü ilin payızından gizli surətdə
nəşr olunmağa başladı.
«İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica qüvvələri arasında məclis və
konstitusiyanın bərpası və xarici hərbi müdaxiləyə münasibət məsələləri ətrafında kəskin siyasi mübarizə
gedirdi.
Əksinqilabi çevriliş yaratmaq cəhdi və Azərbaycan feodallarını silahlı çıxışa təhrik etməsi mütərəqqi
mətbuatın kəskin tənqid hədəfinə çevrildi. «Şəfəq», «Təbriz» qəzetləri «Qardaşlar, birləşin! Azadlıq
düşmənlərini qovun!» çağırışları ilə xalqı mübarizəyə çağırır, daxili və xarici düşmənlərin fitnələrini ifşa
edirdi.
Bu zaman İstanbulda əsasən azərbaycanlı inqilabçı ziyalılar tərəfindən Azərbaycan və fars dillərində
nəşr olunan demokratik istiqamətli satirik «Şeyda» qəzeti də əcnəbilərin İran işlərinə hərbi-siyasi
müdaxiləsinə kəskin etirazını bildirir və hakim dairələri kəskin tənqid atəşinə tuturdu.
[Skriv text]
www.achiq.info
[Skriv text]
8
İnqilab məğlub olduqdan sonra ölkənin hər yerində olduğu kimi, Cənubi Azərbaycanda da bütün
demokratik təşkilatlar qadağan edildikdə demokratik qəzetlər bağlandı, onların leqal fəaliyyəti yenidən
dayandırıldı. Bunun əksinə, əksinqilabçı qüvvələr və hakimiyyətini möhkəmlətmək üçün mətbuatdan daha
geniş istifadə edirdi [8,47].
Bu dövrdə qatı monarxist məsləkli və imperializmə xidmət göstərən «Fikir», «Tofiq» kimi (mürtəce
mövqedə duran bu iki qəzetin redaktorları mənşəcə erməni idi – P.M.) əksinqilabi qəzetlər nəşr edilirdi ki,
bunlar maliyyə cəhətdən çar konsulu tərəfindən təmin olunurdu.
Meydanı boş görən həmin qəzetlər xalq kütlələrini aldatmaqda irtica əlində bir silaha çevrilmişdi.
«İnsaf» qəzeti yazırdı ki, bunlar köhnə istibdadçı və din alverçisi idi. Azərbaycan xalqını təmsil edə
bilməzlər: «Millətimiz şəhidlərin qanı bahasına aldığı məşrutədən əl çəkməyəcəkdir. Yaşasın və paydar
olsun qanuni-əsasi və məclisi-milli! Ey vətənin şərəfli övladları, düşmən müqabilində əyilməyin başınızı uca
tutun, vətənin istiqlalı, məşrutə və azadlığının ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır [86].
Dostları ilə paylaş: |