Məzmun xətləri ( heç vaxt dəyişmir)



Yüklə 18,76 Kb.
tarix21.05.2023
ölçüsü18,76 Kb.
#118567
Kodlaşdırma


  1. Məzmun xətləri ( heç vaxt dəyişmir)

Məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissələridir. Bu hissələr bir-biri ilə həm məntiqi, həm də xronoloji cəhətdən bağlı olur, məzmunun bütöv və əhatəli ifadə olunmasını təmin edir. Bir sözlə fənnə hansı aspetlərdən yanaşıb öyrənmək lazımdırsa o aspetlər üzrə fənnin mükəmməl öyrənilməsini təmin edir.
Fənnin məzmun xəttinin dəyişilməz olması o deməkdir ki, məsələn şagirdlər tarix fənnini 5 ci sinifdə də 11 ci sinifdə də bir sözlə tarix fənninin tədris olunduğu bütün siniflərdə eyni aspektlərdən öyrənirlər. Tarix fənni siniflər üzrə sistemləşdirilmiş və beş məzmun xətti üzrə qruplaşdırılmışdır.
1. Tarixi zaman
2. Tarixi məkan
3. Dövlət
4. Şəxsiyyət
5. Mədəniyyət
kodlaşmada verilmiş ilk rəqəm hər zaman məzmun xəttini ifadə edir məsələn 3.1.2 kodunda yazılmış “3” rəqəmi üçüncu məzmun xəttini bildirir ( 3.Dövlət)

2. Əsas standart ( əsasən dəyişmir lakin istisna hallar olanda bəzən dəyişə bilər)
Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir. Əsas standart məzmun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir.Məzmun xətləri üzrə Əsas Standartlar aşağıdakı kimidir.
Tarixi zamana uyğun əsas standartlar

    1. Xronologiya ilə bağlı əsas anlayışları fərqləndirir.

    2. Tarixi mənbələri tanıdığını nümayiş etdirir

    3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

Tarixi məkana uyğun əsas standart :
2.1 Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
Dövlət məzmun xəttinə uyğun əsas standart :
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
Şəxsiyyət məzmun xəttinə uyğun əsas standart :
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
Mədəniyyət məzmun xəttinə uyğun əsas standart:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
Əsas standart bəzən dəyişir. Bu o zaman baş verir ki, əsas standartın tələb etdiyi bacarıq formalaşır və növbə illərdə şagirdlərdə daha mürəkkəb bacarığın formalaşdırılması tələb olunur. Kodlaşmada verilmiş ikinci rəqəm hər zaman əsas standartı ifadə edir məsələn yuxarıda da qeyd etdiyimiz kodlaşmaya baxsaq 3.1.2 kodundakı “1” rəqəmi əsas standartı bildirir ( 3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.)

3.Alt standart ( siniflər üzrə daima dəyişir inkişaf edir)
Ümumi şəkildə verilmiş əsas standartı konkretləşdirir. 4 əsas funksiyası var.

  1. Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.

  2. Təlim strategiəalarının düzgün seçilməsində mühüm rol oynayır.

  3. Təlimdə inteqrativliyi təmin edir.

  4. Təlimin məzmununun davamlı inkişafını təmin edir.

( Alt standar hər sinif üçün fərqli olduğundan nümunə üçün 5,6,7 siniflər üzrə Dövlət məzmun xəttinin əsas standartını konkretləşdirən alt standartı qeyd etmişik.)

5 ci sinifdə Dövlət məzmun xəttinin əsas standartına uyğun verilmiş alt standartlar.
3.1.1. Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir.
3.1.2. Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.
3.1.3. Kiçikhəcmli tarixi hekayə qurur.

6 cı sinif üzrə Dövlət məzmun xəttinin əsas standartına uyğun verilmiş alt standartlar.
3.1.1. Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edir.
3.1.2. Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir.
3.1.3. Qədim Azərbaycan dövlətləri haqqında mənbələr əsasında məlumatlar toplayır, təqdimat hazırlayır.

7-ci sinif üzrə Dövlət məzmun xəttinin əsas standartına uyğun verilmiş alt standartlar.
3.1.1. Azərbaycan feodal dövlətlərinin inkişafı, müstəqilliyini itirməsi və siyasi müstəqilliyinin bərpası səbəblərini şərh edir.
3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir.
3.1.3.Azərbaycan feodal dövlətləri ilə bağlı cədvəllər hazırlayır. Və.s
Kodlaşmada verilmiş üçüncu rəqəm hər zaman Alt standartı ifadə edir əvvəlcədən qeyd etdiyimiz koda diqqət yetirsək 3.1.2 kodunda “2” rəqəmi alt standartı ifadə edir. (məsələn 6 ci sinifdə 3.1.2 Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir.)
Yüklə 18,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin