1
Kitab: “Əl-Bəyan fi təfsiril-Qur`an”
Müəllif: Ə
bul-Qasim Xoi
MÜƏLLİFDƏN
Hələ kiçik yaşlarımdan Qur᾽an oxumağa və onun sirləri ilə tanış olmağa yüksək maraq
göstərirdim. Hər bir həqiqi müsəlman, hətta hər bir həqiqətsevər insan Qur᾽anı oxuyub dərk
etməyə və onun dərin sirlərindən agah olmağa sə᾽y etməlidir. Çünki, Qur᾽an bəşəriyyəti haqqa
hidayət edən və onların xoşbəxt həyatını tə᾽min edən asimani kitabların ən sonuncusu və
kamilidir. Qur᾽an hər şeyi açıq-aşkar bəyan edən, hamı üçün xeyirli olan ilahi nur mənbəyidir.
Qur᾽an lüğət alimləri üçün ən böyük söz mənbəyi, qrammatika alimləri üçün aşkar izahlar
toplusu, fiqh alimləri üçün ən canlı şahid, filosofların axtardığı maarif, xətiblər üçün fəsahətli
bəyan tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir.
Bir sözlə Qur᾽an, alimlərin bütün sahələrdə apardıqları təhqiqatların tükənməz elm və bilik
xəzinəsidir.
İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin ictimai idarəetmə üsulları və s.
Qur᾽anda hamının başa düşə biləcəyi bir tərzdə bəyan edilmişdir. Bir çox dini elmlər məhz bu
asimani kitabdan bəhrələnmiş və zaman keçdikdcə vahid məktəb kimi formalaşmağa başlamışdır.
Qur᾽an, dünyaya hakim olan bir çox qanunları kəşf etmiş və insanlar üçün sirr olaraq qalan bir
çox məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır.
Bu müqəddəs kitab, mövcud olan həqiqi din üçün əbədi mö᾽cüzə və mükəmməl qanunlar
məcmusudur. Bütün bunlar, mənim uşaq ikən Qur᾽ana həvəs göstərməyimdə və onun sirləri ilə
tanış olmağımda çox tə᾽sirli olmuşdur. Mən, müntəzəm olaraq Qur᾽anın açılmayan sirlərinə yol
tapmağa sə᾽y edir və buna nail olduqda özümdə Qur᾽ana qarşı oyanan yüksək rəğbətin daha da
artdığını hiss edirdim.
Beləliklə də, müxtəlif təfsir kitablarını araşdırır və orada, haqqında söhbət açılan mövzulara
diqqət yetirirdim. Mütaliə zamanı Qur᾽anın nə qədər fəsahətli və hikmətli olmasının, Allah-
taalanın mütləq və tükənməz elminin və insanların onu dərk etməkdə necə də aciz qaldıqlarının
şahidi olurdum. Belə bir qənaətə gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında
nə qədər kiçik və aciz hesab etsədə də, o, təsəvvür etdiyindən daha aciz və daha gücsüzdür.
Qur᾽an təfsirini mütaliə etdikcə onun əzəməti mənim nəzərimdə daha da ucalır, insanın bilik və
məharəti isə bir o qədər kiçilir və dəyərsizləşirdi.
Yazılmış təfsir kitablarını mütaliə edərkən belə bir qənaətə gəldim ki, təfsir alimlərinin Qur᾽an
ayələrindən əldə etdikləri cüz᾽i mə᾽lumatlar yalnız onun açılmayan sirlərinin bir hissəsini təşkil
edir. Onlar əldə etdikləri mə᾽lumatları bir yerə toplayaraq kitab halına salmış və müxtəlif
2
ünvanlar altında ona təfsir adını vermişlər. İlk baxışda bu təfsirlər Qur᾽anın açılmayan sirlərinin
hamısını aşkara çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli idilər. Amma bu
qeyri-mümkündür. Çünki, insan kimi əql və şüur baxımından naqis olan bir varlıq, elmi hər şeyi
əhatə edən kamil bir varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə yozması qeyri-
mümkündür.
Amma necə olursa-olsun biz, bu yolda böyük zəhmətlər çəkən və ömürlərinin sonunadək Qur᾽an
ayələri ətrafında araşdırmalar aparan təfsir alimlərinin gördükləri işləri qiymətləndirməli və onları
lazımınca dəyərləndirməliyik.
Çünki onlar, bu müvəfffəqiyyətə, qəlblərinə saçan Qur᾽an nuru ilə nail olmuş və bu yolda
əllərindən gələni əsirgəməmişlər. Ümumiyyətlə, adi insanlardan Qur᾽anın mükəmməl və
nöqsansız təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir.
Lakin, onlardan bə᾽zilərinin böyük və bəlkə də bağışlanmaz bir nöqsanı vardır. O da bə᾽zi
alimlərin Qur᾽anın əzəmət və böyüklüyündən xəbərsiz olduqları halda, ayələrini öz ixtisaslarına
uyğun olaraq tərcümə etmələridir. Məsələn, dilçi alimlər Qur᾽anı yalnız lüğət və qrammatik
qanunlar əsasında, filosoflar fəlsəfi qanun və terminlərə uyğun şəkildə və bə᾽ziləri də yeni elmi
üsullarla təfsir etməyə çalışmışlar. Onlar belə güman etmişlər ki, Qur᾽an məhz bu nöqteyi-
nəzərdən nazil olmuşdur. Bütün bunlarla yanaşı, təfsir kitablarında bə᾽zən başqa bir üslubla da
qarşılaşırıq. O da bə᾽zi alimlərin Qur᾽anı öz şəxsi rə᾽yləri və heç bir e᾽tibarı olmayan şəxslərin
söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır.
Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində müəyyən nöqsan və çatışmamazlıqlar
vardır. Buna görə də hər bir alim təfsirə başlamazdan qabaq öz şəxsi rə᾽y və nəzərlərini kənara
qoymalı, Qur᾽anın həqiqi mə᾽nasına yol tapıb, ixtisar və yersiz əlavələrə yol vermədən təfsir
etməlidir. Başqa sözlə desək, Qur᾽an müfəssirin şəxsi rə᾽yi ilə deyil, Qur᾽anın öz zahiri ayələri ilə
təfsir olunmalıdır.
Sözün əsl mə᾽nasında həqiqi müfəssir o kəsdir ki, fəlsəfə bəhslərindən agah, əxlaqi dəyərlərə
yiyələnmiş və fiqhin dərinliklərinə yol tapmış olsun. O, yaşadığı cəmiyyəti yaxşıca tanımalı və
orada baş verən prosesləri bir sosioloq kimi araşdırmağa qadir olduqdan sonra Qur᾽anı təfsir
etməlidir. Qur᾽anda işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli və Qur᾽anı
həmin elmin tələbatını ödəyəcəyi qaydada təfsir etməlidir. Bəli, hər bir müfəssir ilk növbədə
Qur᾽anın bütün elm və fəsillərindən agah olmalı, bu barədə lazım olan mə᾽lumatları əldə etdikdən
sonra Qur᾽anı təfsir etməyə başlamalıdır. Belə olduqda o, neçə cilddən ibarət olan Qur᾽an
təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi və s. ensiklopediyasını tə᾽lif edə bilər.
Bütün bunları nəzərə alaraq belə qərara gəldim ki, Qur᾽anın bütün gözəlliklərini bəyan edə
biləcək bir təfsir yazım. Bu müqəddəs işdə Allah-taaladan mərhəmət və kömək etməsini, bütün
səhv və batil təfəkkürdən qorumasını diləyirəm.
* *
3
Bu təfsirdə qrammatik qanunlara və ədəbi mövzulara işarə etməyəcək, əvəzində isə Qur᾽anın
müxtəlif mə᾽nalarına toxunan mövzular haqqında söhbət açacağıq. Çünki, Şeyx Tusi «Tibyan»da,
Təbərsi «Məcməul-bəyan»da, Zəməxşəri «Kəşşaf»da qrammatik və ədəbi mövzular ətrafında
geniş mə᾽lumatlar vermiş və nəzərə çarpan bütün çətinlikləri qismən də olsa, aradan qaldırmışlar
və biz yalnız onların toxunmadıqları mövzulara işarə edəcək və müxtəsər şəkildə təfsir edəcəyik.
Burada, siz əziz oxucuların diqqətini bir neçə məsələyə cəlb etmək istəyirəm:
a) İstinad etdiyimiz mövzular bunlardan ibarətdir:
1. Qur᾽anın zahiri ayələri;
2. Qur᾽anın hamıya bəlli olan açıq-aşkar ayələri;
3. Sənəd baxımından mö᾽təbər olan mütəvatir hədis və rəvayətlər;
4. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş hədislər;
5. Sağlam fitri əql. Çünki əql xarici və batini dəlil hesab olunur.
Belə ki, Peyğəmbər (s) və onun pak Əhli-beyti bizim üçün zahiri (xarici) dəlil hesab olunur.
b) Adətən təfsir etmək istədiyimiz ayəni digər ayələrin məfhumu ilə izah etməyə çalışacağıq. Bir
sözlə, Qur᾽anı dərk etmək üçün ilk növbədə onun özündən istifadə etmişik və eyni zamanda təfsir
etdiyimiz ayələrə dəlalət edən hədis və rəvayətlərdən də sübut və dəlil kimi istifadə etmişik.
* * *
Müqəddimədə təfsirin özü ilə bilavasitə bağlı olan mətləblərə işarə edilmişdir. Bu mə᾽lumatlar,
təfsir elmində hələ toxunulmayan məsələlərin açılmasında və müfəssirin təfsir sahəsində istifadə
etdiyi üsullardan agah olmasında xeyirli ola bilər. Biz bu kimi məsələləri təfsirə başlamazdan
əvvəl araşdırır və adını «Qur᾽an təfsirinə giriş» qoyuruq.
Burada Qur᾽anın e᾽cazı, dəyişikliyə yol verilməməzliyi, əbədi olaraq vahid formada qalaraq
qorunacağı və bu kimi mətləblər ətraflı izah edilmişdir. Bu kitabı yazıb başa çatdırmaqda Allah-
taaladan müvəffəqiyyət arzulayıram və həmçinin Ondan bu kiçik işimizi Qur᾽ana xidmət kimi
qəbul etməsini diləyirəm.
BİRİNCİ FƏSİL
QUR᾽ANIN ƏZƏMƏTİ QARŞISINDA
1. Qur᾽an — Qur᾽an və hədis baxımından;
2. Qur᾽an ayələrinin fəziləti və oxunma qaydaları;
3. Qur᾽an tilavətinin fəziləti haqqında uydurulmuş hədislər;
4. Qur᾽an [ayələrinin] mə᾽nalarında diqqət və təfəkkür.
4
QUR᾽AN — QUR᾽AN VƏ HƏDİS BAXIMINDAN
Söhbət Qur᾽anın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədə danışmaq istəyən özünü onun
əzəməti qarşısında kiçik saysın, onun dərin mə᾽nalarını dərk etməkdə aciz olduğunu e᾽tiraf etsin.
Bəlkə də bu, səmimi bir e᾽tiraf Qur᾽an barəsində nə isə deməkdən daha münasib olardı?!
İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və naqis varlıq olduğu bir halda, özünün
elm və qüdrəti hər şeyi əhatə edən mütləqiyyəti, hər şeyi yoxdan yaradan kamil bir varlığı dərk
edə bilərmi?
Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin bəyan tərzi nə qədər güclü olsa da,
Qur᾽andan üstün və ya ona bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi məhdud
varlıqdan başqa bir vücudu vəsf və ya tə᾽rif etməyi bacararmı?
Qur᾽anın əzəmətini layiqincə bəyan etməyə qadir olan yalnız onun öz ayələri və bəşəriyyətin
(həzrət Peyğəmbər (s)) vasitəsilə haqqa hidayət, habelə xoşbəxt həyatlarının tə᾽min olunmalarının
mö᾽cüzəsi ola bilər.
Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat tə᾽minatçılığını və eyni zamanda onların
üzərində olan rəhbərliyi öz öhdəsinə götürmüşdür.
Qur᾽anın bir çox ayələrində bu haqda deyilir:
«Həqiqətən, bu Qur᾽an [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir». (9/17).
«Bu Qur᾽an elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura
[küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tə᾽rifə, şükrə layiq olan Allahın
yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir». (1/14).
«Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən
ötrü isə doğru yola göstəriş və nəsihətdir». (138/9).
Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:
«Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən
üstün və fəzilətlidir.»
Demək, Qur᾽anın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və
belə olduğu bir halda, bu işi Qur᾽anın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət
edən Əhli-beytin (ə) və Qur᾽an həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.
Qur᾽anın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.
Belə ki, Qur᾽anı bəşəriyyətə çatdıran və onları şər᾽i hökmlərlə tanış edən şəxs, onların (Əhli-
beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Qur᾽anın fəziləti haqqında buyurduğu
hədislərdən birində deyilir:
5
«Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Qur᾽an və
Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər
hovuzunun kənarında mənə qovuşacaqlar.»
Buradan belə mə᾽lum olur ki, Peyğəmbər (s) və onun Əhli-beyti Qur᾽anı hamıdan daha çox dərk
etmiş, özlərində yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa doğru hidayət etmişlər.
Belə isə, Qur᾽anı yaxından dərk etmək üçün onlar tərəfindən nəql olunmuş hədisləri nəzərdən
keçirib, onların haqq yoluna qoşulmalıyıq.
Qur᾽anın fəziləti haqqında Əhli-beyt (ə) tərəfindən onlarlca hədis və rəvayət nəql olunmuşdur.
Əllamə Məclisi bu hədisləri «Biharul-ənvar»ın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir fəsil
tərtib etmişdir. Burada həmin hədislərdən bir neçəsini təqdim edirik:
Birinci hədis:
Haris Həmdani deyir: «Günlərin bir günündə məscidə daxil olub orada bir dəstə şəxsin faydasız
mübahisələrə məşğul olduğunu gördüm. Əli (ə)-ın yanına gedib gördüklərimi ona danışdım.
Buyurdu: Doğrudanmı sən bunları özün müşahidə etdin? Dedim: Bəli. Sonra buyurdu: Haris! Bir
gün Peyğəmbər (s) mənə bu sözləri dedi: «Çox keçməz (müsəlmanlar arasında) fitnə və
qarşıdurmalar yaranar.» Dedim: Ya Rəsuləllah! Bunlardan necə yaxa qurtara bilərik? Buyurdu:
«Siz Allahın nazil etdiyi Qur᾽anla bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.
Onun vasitəsilə haqq ilə batil bir-birindən asanlıqla ayrılar. Qur᾽an elə bir kitabdır ki, orada nə bir
kəlmə zarafat, nə də bir mə᾽nasız ifadələrə rast gəlmək olar. O elə bir kitabdır ki, zalım və
sitəmkarlar onu özlərindən uzaq etmək istəyirlər. Allah-taala da onları xar edərək fəlakətə düçar
edər. Hər kim hidayət yolunu Qur᾽andan ayrı bir vasitələrlə axtararsa, şübhəsiz, yolunu azacaq və
zəlalətə düçar olacaqdır. Qur᾽an Allahla insanlar arasında olan qırılmaz rabitədir. Bəşəriyyəti
haqqa hidayət edən Qur᾽an, nəfsani istəklər və əhrimənlər tərəfindən dəyişilməsi mümkün
olmayan hikmətlə dolu bir kitabdır. Qur᾽an keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə
edir.
Qur᾽an vasitəsilə dillər təhrif və dəyişikliklərdən qorunar və heç bir faydası olmayan
mübahisələrə birdəfəlik son qoyular. Alim və mütəfəkkirlər Qur᾽an ayələri ətrafında araşdırmalar
aparar və heç vaxt yoruldum deməzlər. İllər, əsrlər keçdikcə, Qur᾽an öz mö᾽cüzəsini saxlayar və
aşiqlərinin qəlbində daha dərin izlər qoyar.
Qur᾽an hətta cinləri belə, heyrətə gətirmiş və onlar Qur᾽an haqqında bu sözləri demişlər:
«Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir Qur᾽an eşitdik. O, [xalqa] haqq yolu
göstərir. Biz ona iman gətirdik».
Qur᾽anla danışanların sözü kəsərli və məntiqli olacaqdır. Onunla qəzavət edən şəxsin çıxardığı
hökm ədalətli, öz əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə nəticələnəcəkdir. Hər
kim insanları Qur᾽ana doğru çağırarsa, onları haqqa hidayət etmiş olar.
6
Nəsihətlərin sonunda Əli (ə), Harisə bu sözləri buyurdu: «Ey Ə᾽vər, bu hədisi məndən yadigar
saxla.» (Sünən Darəmi, 2/435, Səhih Termizi, 11/30).
Hədisin izahı:
Hədisdə bir neçə maraqlı mətləbə toxunulur:
«Qur᾽an keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.» Burada bir neçə mətləb nəzərə
çarpır:
a) Bəlkə də «gələcəkdə baş verən əhvalatlar» deyildikdə, qiyamət günü nəzərdə tutulur. Çünki,
Qur᾽anın bir çox ayələrində insanın qiyamət gününə, məhşərdə aparılacaq sorğu-suallara, onların
gördükləri işlərə müvafiq olaraq mükafatlandırılıb-cəzalandırılacaqlarına əhəmiyyət vermələrinə
xüsusi diqqət yetirilmişdir. Və eyni zamanda Əli (ə)-ın buyurduğu «Qur᾽anla siz bütün ixtilaf və
qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Qur᾽an sizin axirət dünyanızı və öldükdən sonra bir
daha diriləcəyinizi belə bəyan edir» sözləri bir daha bunları sübuta yetirir.
b) Bəlkə də «gələcək» deyildikdə məqsəd, Qur᾽anın gələcək hadisələr barəsində əvvəlcədən xəbər
verməsidir. Belə ki, bir çox hadisələr Qur᾽an ayələri nazil olduqdan sonra baş vermişdir.
v) Bu barədə verilən üçüncü nəzəriyyə Qur᾽anın keçmiş qövm və millətlər barəsində xəbər
verməsidir. Qur᾽an onların keçmiş tarixinə nəzər salaraq gələcək millət və nəsillərin bu yolu
keçəcəklərinə işarə etmişdir. Bu ehtimala əsasən deyə bilərik ki, yuxarıdakı hədislərdə İnşiqaq
surəsinin 19-cu ayəsi nəzərdə tutulur. Orada deyilir:
«Siz [ey kafirlər, qiyamət günü] haldan-hala düşəcəksiniz».
Yə᾽ni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil yolu gedəcək və özünüzü ağır həlakətə
düçar edəcəksiniz.
Eyni zamanda bu hədis Peyğəmbər (s)-dan nəql olunmuş hədisə də dəlalət edə bilər. Hədisdə
deyilir: «Siz də özünüzdən əvvəlkilərin puç və batil həyat tərzini dirildəcək və onların adət-
ən᾽ənələrini davam etdirəcəksiniz.» (Kənzul ummal, 6/40).
2. «Qur᾽an elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istərlər. Allah-taala
da onları xar və böyük fəlakətə düçar edər» deməklə, Peyğəmbər (s) Qur᾽anın zalım və bid᾽ətçilər
tərəfindən təhrif olunmayacağını və əbədi olaraq öz əzəmətini saxlayacağını bəyan etmək
istəmişdir.
Onlar əvvəlki səmavi kitabları təhrif etdikləri kimi, heç vaxt Qur᾽anı əyləncə vasitəsinə
çevirməyə və onun hökümlərini dəyişməyə nail olmayacaqlar. («Əlhuda ila dinul Mustəfa»,
1/34).
«Şəxsi meyl və istəklər orada dəyişikliklər apararaq onun həqqaniyyətinə xələl gətirə bilməzlər.»
7
Biz bilirik ki, bəşər Qur᾽an ayələrini öz şəxsi rə᾽y və nəzərləri ilə təfsir etmiş və oradan müxtəlif
mə᾽nalar əldə etmişlər. Amma bütün bunlara baxmayaraq, onun həqiqi mə᾽nası öz
dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər də toxunulmaz olaraq qalacaqdır.
3. Hədisdən əldə etdiyimiz üçüncü mühüm mətləb Qur᾽anın bütün ixtilaf və keşməkeşləri həll
etməsidir. Belə ki, hədisdə deyilir «Allahın nazil etdiyi Qur᾽anla siz bütün ixtilaf və
qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.» Bu bir daha Qur᾽anın qəzavət və ictimai ədalətin
bərqərar olunması üçün ən gözəl vasitə olduğunu sübuta yetirir.
Bəli, əgər müsəlmanlar öz maddi və mə᾽nəvi həyatlarında Qur᾽ana sığınaraq onun hökmlərindən
lazımı qaydada istifadə etsəydilər, həqiqəti tamamilə dərk edər və Peyğəmbər (s)-ın Əhli-beytinin
(ə) məqamından agah olardılar. O Əhli-beyt ki, Peyğəmbər (s) onların əhəmiyyətini Qur᾽anla eyni
səviyyədə tutmuş və özündən sonra məhz onları canişin tə᾽yin etmişdir.
Həqiqətən, əgər müsəlmanlar Qur᾽anı özləri üçün haqq və ədalət şüarı bilsəydilər, bu gün belə bir
çıxılmaz vəziyyətə düşməzdilər. Əgər onlar Qur᾽an nuru altında hərəkət etsəydilər, hər bir ali
hədəflərinə çatar və bir daha haqq yoldan azmazdılar.
Amma təəssüflər olsun ki, müsəlmanlar Qur᾽ana arxa çevirib cahiliyyət dövrünün adət-
ən᾽ənələrinə üz tutmuşlar. Onlar zəlalət bayrağı altına pənah aparmış və nəticədə din, əqidə,
təriqət və s. bu kimi ixtilaflara düçar olmuşlar. Bu ixtilaflar günbəgün böyüyərək müxtəlif
cərəyanların yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə təqsirləndirir, nahaq
qanını tökür və var-dövlətini haqsız olaraq qarət edir. Onlar müxalif təriqətləri təhqir və tənqid
etməyi, hətta lə᾽nət oxumağı belə özləri üçün ibadət sanır və bununla Allaha yaxınlaşmaq
istəyirlər. Bütün bunların səbəbi isə bizə mə᾽lumdur. Qur᾽andan uzaq düşmək, onu şəxsi rə᾽y,
yaxud müəyyən nəzərə əsaslanaraq təfsir etmək bütün fəsadların mənşəyidir.
İkinci hədis:
Əli (ə)-dan nəql olunmuş ikinci hədisdə Qur᾽an belə vəsf edilir: «Qur᾽an sönməz əbədi nur və
dərinliyi bilinməyən böyük bir dənizdir. Qur᾽an haqq yolu və ümid mənbəyidir. Bu yolun
yolçuları qət etdikləri mərhələdə zülmət və qarnlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət
olunarlar. Qur᾽anın gətirdiyi dəlil və sübutlar dəyişilməz və əbədidir. Qur᾽an bütün dərdlərin
dərmanı və şəfa mənbəyidir. Qur᾽anı özündə yaşadan şəxslər daim alnıaçıq və vüqarlı olarlar.
Qur᾽anın tərəfdarları bir an olsun belə, himayəsiz qalmaz və onu özlərinə ən böyük hami və
dayaq hesab edərlər. Qur᾽an iman xəzinəsi, tükənməz elm mənbəyi, ədalət və qəzavət
gülüstanıdır.
Qur᾽an islamın təməli və geniş həqiqət düzənliyidir. Qur᾽an suyu tükənmək bilməyən dəniz və
bulanmayan bir çeşmədir. Qur᾽an öz yolçularının yoluna nur saçan hidayət carçısıdır. Onun
yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan bir an olsun belə, sapınmazlar. Allah-taala
Qur᾽anla elm susuzlarının susuzluğunu yatırar, fiqh alimlərinin qəlblərinə təravət bəxş edər və
əməli-saleh insanları öz məqsədlərinə çatdırar. Qur᾽ana iman gətirənlər ömürlərini izzət və əmin-
amanlıqla başa vurarlar. Qur᾽an ona pənah gətirmiş şəxsləri ümidsiz qoymaz və onları özünün
8
səadət və xoşbəxtlik yoluna hidayət edər. Qur᾽an dəlil axtaranlar üçün ən tutarlı sübut və istidlal
mənbəyidir. Qur᾽an mütəfəkkirlər üçün əlamət və nişanələr, silaha ehtiyacları olanlar üçün ən
gözəl sığınacaq, alimlər üçün tükənməz elm mənbəyi, onu nəql edən kəslər üçün ən böyük hədis,
hökm çıxaran qazilər üçün isə ən gözəl ədalət nümunəsidir. (Nəhcül-bəlağə, 198-ci səh.)
Bu xütbədə də bir neçə mühüm məsələyə işarə olunmuşdur və biz onlardan bə᾽zilərini şərh edirik.
«Qur᾽an nuru sönməyən əbədi hidayət çırağıdır». Hədisdə buna oxşar ifadələrlə dəfələrlə
qarşılaşırıq. Buradan məqsəd, Qur᾽anın həqqaniyyətinin müvəqqəti olmamasıdır. Onun ayələrinin
əbədi verdiyi hökmlər isə, həmişəlik qüvvə və icra məqamında qalacaqdır. Məsələn, Qur᾽anın
bə᾽zi ayələri müəyyən şəxs və ya hadisələr barəsində nazil olmuşdur, amma buna baxmayaraq,
onun ümumi məfhum və mə᾽nası qiyamət gününədək müəyyən şəxs və ya hadisələrə deyil,
ümumi şeylərə aid olacaqdır.
Əyaş, İmam Baqir (ə)-ın «Hər tayfanın [doğru yol göstərən] bir rəhbəri vardır» (Rə᾽d-7) ayəsinə
verdiyi təfsir haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək deyir: «Ayədə rəhbər
[yol göstərən] deyildikdə, Əli ibni Əbu Talib (ə) nəzərdə tutulur. Və rəhbər hər zaman bizim
Əhli-beytimizdən olacaqdır.»
Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də ayədə işarə olunan rəhbərlərdənsiniz.
Buyurdu: Bəli, ayə mənə də şamil olunur. Qur᾽an ayələri hər zaman qüvvədə olduğu üçün mən də
ayənin aid olduğu nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Qur᾽an üçün heç bir əhəmiyyət
kəsb etməyir. Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı,
bu günə kimi Qur᾽andan heç bir əsər-əlamət qalmazdı. Halbuki belə deyildir. Qur᾽an ayələri
əbədi olaraq keçmiş qövm və millətlərə şamil olduğu kimi, gələcək nəsillərə də şamil olunur və
bu mə᾽lumatlar onlar üçün də e᾽tibarlı sayılır.
İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir:
«Qur᾽an, diri və əbədi bir kitabdır. O, heç vaxt məhv olub aradan getməyəcəkdir. Gecə və gündüz
əsrlər boyu eyni cərəyanda olduğu kimi və günəş əsrlər boyu aləmi işıqlandırdığı kimi, Qur᾽an da
həm keçmişdə, həm də gələcəkdə müsəlmanlar üçün əbədi mə᾽nəviyyat nuru olmuş və
olacaqdır.»
Üsuli-kafidə Ömər ibni Yəziddən nəql olunmuş hədisdə deyilir:
«O kəslər ki, Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir [qohumluq əlaqələrini
qoruyub saxlayır, mö᾽minlərə hörmət edir]» (Rə᾽d-21) ayəsinin mə᾽nasını imam Sadiq (ə)-dan
soruşduqda buyurdu: «Bu ayə Peyğəmbər (s)-ın Əhli-beyti haqda nazil olmuşdur. Mö᾽minlər
onları sevməli və onlarla əlaqələrini kəsməməlidirlər. Sonra sözünə davam edərək buyurdu: Ayə
Peyğəmbər (s)-ın Əhli-beyti barəsində nazil olsa da, sənə yaxın olan qohum-əqrəbaya da şamil
ola bilər. Sənə tövsiyə edəcəyim şey budur ki, müəyyən şəxslər barəsində nazil olmuş ayələri
yalnız onların özlərinə aid etməyəsən».
9
Fərat Kufinin təfsirində deyilir: «Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət
barəsində nazil olsaydı, indi Qur᾽andan heç bir əsər-əlamət qalmazdı. Amma bu bir həqiqətdir ki,
yer və göylər durduqca, Qur᾽an da duracaq və dünyanın ömrü qədər bəşəriyyətin həyatında
aparıcı rol oynayacaqdır. Belə ki, Qur᾽an bütün qövm və millətlərin istər müsbət və istərsə də
mənfi xüsusiyyətlərini açıq-aşkar tərzdə bəyan etmişdir.» «Miratul-ənvar, 3-4-cü səh».
Bu məzmunda istənilən qədər hədis və rəvayət nəql olunmuşdur, amma bu bir neçə hədislə
kifayətlənib xütbənin izahını davam etdiririk.
2. «Bu yolun davamçıları qət etdikləri mərhələlərdə zülmət və qaranlıqlarla qarşılaşmaz və haqq
yoluna hidayət olunarlar:» Buradan məqsəd Qur᾽anın insanları haqq yola hidayət etməsidir. Hər
kəs bu yolun yolçusu olsa, bir daha cəhalət və nadanlığa üz tutmaz. Çünki, Allah-taala Qur᾽anı
bəşəriyyətin haqq yola hidayəti və xoşbəxt həyatının tə᾽min olunması üçün nazil etmişdir.
Beləliklə, haqq və ədalətsevər insanlar zəlalətdən üz çevirib əbədi xoşbəxt həyata qovuşarlar.
3. «Qur᾽anın ayələri açıq-aşkar, verdiyi hökmlər isə dəyişilməzdir.»
Burada iki ehtimal vermək olar:
a). Qur᾽anın maarif və tə᾽lim prinsiplərinin əsasını bəşəri fitrət və təbii qanunlar təşkil edir. Belə
ki, bu prinsiplər sabit və dəyişilməz qanunlar üzərində qurulmuşdur.
b). Qur᾽anın həqiqi formasını təşkil edən kəlmə və ifadələr öz orjinallığını itirmədən qorunub
saxlanmış, hətta cüz᾽i əlavə və ya ixtisara yol verilməmişdir.
4. «Qur᾽an haqq-ədalət gülüstanıdır» deyildikdə, əqidə və təfəkkür, əməl və əxlaq, qəzavət və
mühakimə, ictimai ədalət və s. sahələrdə ədalətə ayırdığı xüsusi diqqət nəzərdə tutulur. Bu
səbəbdən də Qur᾽an ədalət ağaclarının becərildiyi «gülüstan» adlanır.
5. «Qur᾽an imanın təməlidir». Buradan məqsəd islam dininin istər əxlaqi, istərsə də əməli
hökmlərinin Qur᾽an ayələrinə əsasən vahid formada qorunub saxlanılmasıdır.
6. «Qur᾽an geniş həqiqət düzənliyidir.» Düzənlikdə hər şey maneə olmadan necə varsa elə də
göründüyü kimi, Qur᾽an da bütün həqiqətləri açıq-aşkar bəyan edir. Bu səbəbdən də Qur᾽an
burada geniş səhra və düzənliyə və orada maniəsiz görünən şeylər isə həqiqətə oxşadılmışdır.
Burada başqa bir mətləbə də işarə olunmuşdur. O da insanların haqq-ədalətə nail olmaq üçün
yalnız Qur᾽ana üz tutmalarıdır. Hər kim həqiqəti Qur᾽anda deyil, ayrı yerlərdə axtararsa, istəyinə
nail ola bilməyəcəyini yəqin etməlidir.
7. «Qur᾽an suyu tükənmyən bir dənizdir.» Yə᾽ni, hər kim Qur᾽anın bütün sirlərinə yiyələnmək
istəsə, buna tam şəkildə nail ola bilməyəcəkdir. Çünki, onun kəşf olunan sirləri nə tükənmək bilir,
nə də öz e᾽tibarını itirir. Yerin dərin qatlarından qaynayan bulaqların suyu tükənmədiyi kimi,
Qur᾽anın da əsrarəngiz sirləri tükənmək bilmir.
10
Qur᾽anın əhatə dairəsi o qədər genişdir ki, onun hər hansı bir mövzusu haqqında araşdırma aparan
tədqiqatçılar, ondan yalnız öz şüur və düşüncələri qəbul etdiyi səviyyədə bəhrələnə bilərlər.
Elm şahinləri nə qədər çalışsalar da, onun yüksəkliyinin qülləsinə çatmazdan əvvəl özlərində
yorğunluq hiss edir, çatdıqları mərhələyə qənaət etməli olurlar. Onlar bu mərhələyə çatmaqla öz
məqsədlərinə nail olduqlarını zənn edir, amma bir addım irəli getdikdə qarşılarında yeni-yeni
mətləblərin açıldığının şahidi olurlar.
QUR᾽AN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Bu barədə nəql olunmuş hədislər:
Qur᾽an bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini tə᾽min edən əbədi ilahi qanundur.
Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Hər kim bu iki
dünyada xoşbəxt həyata nail olmaq istəsə, gecə və gündüz Qur᾽anla ünsiyyətdə olmalı və onu
özündə yaşatmalıdır. Hər gün onunla öz əhd-peymanını təzələməli və əhdinə vəfadar olmalıdır.
Qur᾽anla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük
addımları Qur᾽anla atar və gördükləri bütün işləri Qur᾽anla yerinə yetirərlər.
Qur᾽an tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql olunmuşdur. Biz burada
onlardan yalnız bir neçəsini təqdim edirik.
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s) Qur᾽an tilavətinin fəziləti haqda
buyurmuşdur: «Hər axşam on ayə Qur᾽an oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən
hesab olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı yad edən şəxslər kimi
yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə
bəndəlik edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə oxuyan (məhşərdə)
ibadətə tələsən və bu yolda qalmış kəslər kimi tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah
yolunda saysız-hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.» (Üsuli-kafi, «Qur᾽anın fəziləti).
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Qur᾽an bəşəriyyətin səadət və xoşbəxtliyini
tə᾽min edən həyat qanunudur. Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl
şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir ki, bu həyat proqramına diqqət
yetirməklə, hər gün ən azı əlli ayə oxumuş olsun.» (Üsuli-kafi, «Qur᾽anın fəziləti).
Yaxşı olar ki, hər bir tacir gecə evinə qayıdarkən yatmazdan əvvəl Qur᾽an ayələrindən birini
tilavət etsin. Əgər belə edərsə, oxuduğu hər bir ayənin müqabilində əməl dəftərinə on savab iş
yazılar və o miqdarda da günahlarından bağışlanar. (Üsuli-kafi, «Qur᾽anın fəziləti).
Qur᾽an oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin sarayları Qur᾽an ayələrinin sayı
qədərdir. Qiyamət günü Qur᾽an qarilərinə Qur᾽an oxumaq əmr olunar. Onlar nə qədər çox
oxuyarlarsa məqamları bir o qədər ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar.
(Üsuli-kafi).
11
Bir çox hədis kitablarında, o cümlədən «Biharul-ənvar»ın 19-cu cildində Qur᾽an oxumağın
fəzilətləri barəsində kifayət qədər hədis nəql olunmuşdur. Bu kitablarda Qur᾽an oxumağın
fəzilətlərindən başqa digər mühüm mətləblərə də işarə olunmuşdur.
1. QUR᾽ANIN ÜZÜNDƏN OXUNMASI
Nəql olunmuş hədislərin bir qismi, Qur᾽anın üzündən oxunmasının onun əzbər oxunmasından
daha fəzilətli olduğuna dəlalət edir. Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir:
İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Qur᾽anı artıq hifz etmişəm (əzbərləmişəm),
onu əzbər olaraq oxusam yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: «Üzündən oxu, bunun
savabı daha çoxdur. Və bil ki, Qur᾽anın yazılarına baxmaq özü bir ibadətdir.»
İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: «Qur᾽anı üzündən oxuyan şəxslərin
gözləri də Qur᾽andan bəhrələnər. Ata-anasının günahları küfr ilə dünyadan köçsələr belə, azalar.»
Qur᾽anın üzündən oxunmasına müsəlmanların sövq etdirilməsinin bir neçə səbəb və sirri vardır.
1. Qur᾽an nüsxələri çoxalır və qədim nüsxələrin məhv olub aradan getməsinin qarşısı alınır. Əgər
müsəlmanlar Qur᾽anı hifz edərək bu qayda ilə oxuyarlarsa, getdikcə Qur᾽an nüsxələrinə olan
ehtiyac azalar və nəticədə Qur᾽an nadir nüsxələrdən birinə çevrilər.
2. Hədislərdə qeyd olunduğu kimi, Qur᾽anın üzündən oxunması insanın mə᾽nəviyyatına müsbət
tə᾽sir göstərir. Eyni zamanda Qur᾽an yazılarına baxmaqdan ləzzət alır və bir çox hallarda göz
ağrılarından amanda qalır.
3. Qur᾽anı üzündən oxumaq, oxucunun Qur᾽ana daha çox diqqət yetirməsinə səbəb olur. Belə
olduqda, insan Qur᾽anın açılmayan sirr və incəlikləri barəsində daha çox araşdırmalar aparır. Belə
ki, insan ürək açan mənzərəyə diqqətlə baxdıqda ruhən arxayınlaşır və özündə mə᾽nəvi rahatlıq
hiss edir.
Qur᾽an ayələrinə nəzər salaraq onun dərin mə᾽nalarını dərk etməyə çalışan oxucu, ondan
vəsfolunmaz ləzzətlər alır. Nəticədə qəlbi nurlanır və mə᾽nəvi paklığa nail olur.
2. QUR᾽ANIN EVLƏRDƏ OXUNMASI
Bu məzmunda da bir neçə hədis və rəvayət nəql olunmuşdur. Hədislərin məzmununa diqqət
yetirdikdə, müsəlmanların evlərdə Qur᾽an tilavət etmələrinə sövq olunmalarının bir neçə
səbəbinin və onun bir neçə müsbət tə᾽sirinin şahidi oluruq.
1. Qur᾽anın evlərdə tilavət olunması, haqq kəlməsinin (islam hökmləri və əxlaq normalarının) ev
sakinləri tərəfindən dinlənərək qəbul olunmasına səbəb olur. Belə ki, ev sahibi vaxtaşırı Qur᾽an
oxuyarsa, digər ev sakinləri də onun tə᾽siri altına düşərək bu gözəl adətə meyl edər və nəticədə
Qur᾽an oxuyan şəxslərin sayı birə on artar. Əgər müsəlmanlar Qur᾽an tilavət etmək üçün
müəyyən zaman və yer tə᾽yin edərlərsə, təbiidir ki, hamının eyni zamanda həmin yerdə Qur᾽an
12
oxuması mümkün olmayacaqdır. Bu səbəbdən də Qur᾽anın evlərdə oxunması islam hökmlərinin
hamı tərəfindən rəğbətlə qəbul olunmasına səbəb olur.
2. Evlərdə Qur᾽an oxunarsa, səhər-axşam oradan Qur᾽an səsi ucalar və onu dinləyən şəxslərin
qəlbləri bununla təskinlik tapar.
3. Qur᾽anın evlərdə oxunması, həmən evin daha da bərəkətli olmasına səbəb olur. Mələklər bu
evlərə nazil olar, şeytanlar isə qorxuya düşərək oradan uzaq olmaq istəyərlər. Ulduzlar yer üzünü
işıqlandırdıqları kimi, Qur᾽an oxunan evlər də səma əhlinə nur saçar. Qur᾽an oxunmayan evlərdə
bərəkət olmaz, mələklər bu evlərə gəlməkdən çəkinər və oralar şeytanların daimi gediş-gəliş
yerinə çevrilər. (Üsuli-kafi, 2-ci cild. «Qur᾽anın oxunma fəziləti).
QUR᾽AN TİLAVƏTİNİN FƏZİLƏTİ HAQDA UYDURULMUŞ HƏDİSLƏR
Bu məzmunda o qədər hədis nəql olunmuşdur ki, onun çoxluğu insanı heyrətə gətirir.
Biz onlardan bir neçəsinə işarə edəcəyik.
Peyğəmbər (s) buyurur: «Qur᾽andan bir hərf oxuyan şəxsin əməl dəftərinə bir xeyirli əməl yazılar
və hər bir xeyirli əməl on bərabər savabla mükafatlandırılar.» Sonra əlavə edərək buyurur: “«
Əlif, lam, mim»in bir hərf olduğunu deməyirəm. Bəlkə Əlif bir hərf, lam iki hərf, mim isə üç
hərfdir.”
Bir çox əhli-sünnət alimləri bu hədisi öz kitablarında nəql etmişlər. Qurtəbini, Termizini, İbni
Məs᾽udu onlara misal çəkmək olar.
Mərhum Koleyni də öz kitabında bu məzmunda imam Sadiq (ə)-dan hədis nəql etmişdir.
Əbu İsmət Fərəc ibni Əbi Məryəm Məruzi, Məhəmməd ibni Əkaşə Kermani və Əhməd ibni
Abdullah Cuveybari Qur᾽an fəziləti barəsində böyük saxtakarlıqlar göstərmiş hədis
dəccallarındandırlar.
Hətta Əbu İsmət özü bu həqiqəti e᾽tiraf etmişdir. Ondan «Əkrəmənin müasiri olmadığın halda,
onun Qur᾽anın bütün surələri haqda İbni Abbasdan hədis söylədiyini haradan bilirsən?» - deyə
soruşduqda belə cavab vermişdi: Camaatın Qur᾽andan uzaqlaşıb Əbu Hənifənin fiqhinə və
Məhəmməd ibni İshaqın «Məğazi» adlı kitabına üz tutduqlarını görüb, xalis niyyətlə özümdən bir
neçə hədis uydurub onların ixtiyarına qoydum ki, bəlkə müsəlmanlar bu yolla Qur᾽an oxumağa
meyl etsinlər.
Osman ibni Səlah, Ubəy ibni Kə᾽bin Peyğəmbər (s)-dan Qur᾽anın fəziləti barəsində nəql etdiyi
məşhur hədis haqda deyir: «Bu hədis ətrafında kifayət qədər araşdırmalar aparılmışdır. Əldə
olunan nəticə, onu nəql edən şəxsin dediyi bu sözlər olmuşdur: “Bu hədisi mən bir neçə nəfərlə
həmkarlıq edərək özümdən uydurub camaatın ixtiyarına qoydum.”
Demək, Vahidi və digər müfəssirlər bu hədisi öz kitablarında nəql etməklə böyük bir səhvə yol
vermişlər. (Təfsir Qurtəbi, 1/18-19).
13
Allaha və Onun peyğəmbərinə iftira yaxan hədis dəccallarının gördükləri işlər insanda təəccüb
doğurur. Bəli, şeytan onların gördükləri bu çirkin işləri, nəzərlərində xeyirxah işlər kimi
cilvələndirmişdir.
«Müşriklərin etdikləri əməllər beləcə yaxşı göstərildi.»
QUR᾽AN AYƏLƏRİNİN MƏ᾽NALARINDA DİQQƏT VƏ TƏFƏKKÜR
Digər mövzularda olduğu kimi, bu mövzu ətrafında da kifayət qədər hədis və rəvayət nəql
olunmuşdur.
Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur:
«Onlar Qur᾽an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? [Yoxsa
ürəklərinin öz kilidləri vardır?]»
Göründüyü kimi Qur᾽an ayələrinə olan diqqətsizlik, hətta Qur᾽anın özü tərəfindən qətiyyətlə
tənqid olunmuşdur.
İbni Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir: «Qur᾽anı uca və açıq tərzdə oxuyun!
Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.»
Əbu Əbdürrəhman deyir: Bizə Qur᾽anı tə᾽lim edən Peyğəmbər səhabələrindən biri deyərdi:
«Səhabələr Qur᾽anı Peyğəmbərdən on ayə-on ayə öyrənirdi. Peyğəmbər (s) ilk on ayəni tə᾽lim
verər və onlar da bu on ayədə bəyan olunan şər᾽i qanunlara və əxlaq normalarına əməl etməyincə
növbəti on ayənin izahını verməzdi.» (Biharul-ənvar, 19/27).
İbni Məs᾽ud, Osman və Ubeyddən nəql olunmuş rəvayətdə deyilir: «Peyğəmbər (s) səhabələrə on
ayə tə᾽lim verər və onlar bu ayələri əməli olaraq icra etməyincə, növbəti ayələrə keçməzdi. O
həzrət çalışırdı ki, səhabələr Qur᾽anı əməli olaraq öyrənsinlər.» (Təfsir Qurtəbi, 1/9).
Günlərin bir günündə Əli (ə) ənsarla elmi mübahisə aparan Cabir ibni Abdullah Ənsariyə
yaxınlaşıb ondan bə᾽zi elmi məsləhətlər verməsini istədi. Ənsardan biri Əli (ə)-ın bu xahişindən
təəccüblənərək dedi: Ya Əmirəl-mö᾽minin! Malik olduğun elm və biliklə yenə də Cabirdən elmi
məsləhətlər alırsanmı?! Buyurdu: Cabir bu tə᾽rifə layiqdir. Çünki o, bu ayənin təfsirini çox gözəl
dərk etmişdir.
«[Ya Məhəmməd!] Qur᾽anı [oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi] sənə
vacib buyuran Allah, qayıdacağın yerə [hicrət edərək çıxdığın Məkkəyə] səni yenə də
qaytaracaqdır.» (Qəsəs-85).
Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri toplamış və Biharul-ənvarda
ayrıca fəsil ayırmışdır.
14
Qur᾽an bəşəriyyətin dünya və axirət həyatının səadət və xoşbəxtliyini tə᾽min etdiyi üçün hər
zaman ona müraciət etməli və yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti
təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl edir.
Zəhəri, imam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir: «Qur᾽anın hər bir ayəsi sənin üçün
tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini
dərk etməyə cəhd etməlisən.» (Üsuli-kafi, 2-ci cild, Qur᾽anın fəziləti fəsli).
İKİNCİ FƏSİL
QUR᾽ANIN MÖ᾽CÜZƏSİ
13. Mö᾽cüzəni tanımaq;
14. Mö᾽cüzə, peyğəmbərliyi təsdiq edən amillərdən biridir;
15. Mö᾽cüzələr arasında olan oxşarlıq;
16. Qur᾽an ilahi mö᾽cüzədir;
17. Qur᾽an əbədi mö᾽cüzədir;
18. Qur᾽anın əql və fəlsəfə baxımından mö᾽cüzəliyi;
19. Qur᾽anın Tövrat və İncil ilə müqayisəsi;
20. Qur᾽anın həmahəngliyinin mö᾽cüzəsi;
21. Qur᾽anın qanunvericilik mö᾽cüzəsi;
22. Qur᾽anın dəyişilməzliyi və daimi sabitliyi;
23. Qur᾽anın qeyb barəsində verdiyi xəbərlər;
24. Qur᾽anın yaradıcılıq [xilqət] sirləri.
MÖ᾽CÜZƏNİ TANIMAQ
Mö᾽cüzənin mə᾽nası:
Mö᾽cüzə – «e᾽caz» kəlməsindən götürülmüşdür və e᾽caz kəlməsinin özünün bir neçə mə᾽nası
vardır:
1. Nəyi isə əldən vermək; Məsələn, ərəblər bir şeyi əldən verdikdə deyirlər «ə᾽cəzəhul əmrul
fulani» yə᾽ni, filankəs bu işi əldən verdi.
15
2. Bir başqasının acizliyini və ya çarəsizliyini hiss etmək; Məsələn, əgər Əhməd hər hansı bir işin
müqabilində aciz qalarsa, bu halda deyilir: «ə᾽cəztu əhmədən» yə᾽ni, Əhmədin aciz və çarəsiz
qaldığını gördüm.
3. Bir başqasını görülən iş və deyilən ifadələrlə heyrətə gətirərək aciz etmək; Burada artıq, e᾽caz
kəlməsi «tə᾽ciz» mə᾽nasını daşıyır (təc᾽iz – yə᾽ni kimisə aciz etmək). Məsələn, əgər bir şəxs
Əhmədi acizliyə vadar edərsə, bu halda deyəcəkdir: «ə᾽cəztu Əhmədən» yə᾽ni, Əhmədi aciz və
çarəsiz etdim.
Kəlam alimləri isə bu kəlməni tam başqa mə᾽nada işlədirlər. Onlar mö᾽cüzəni tə᾽rif edərək
deyirlər: Allah-taala tərəfindən peyğəmbərliyə tə᾽yin olunmasını iddia edən şəxs, gərək öz
sözlərinin həqiqətini sübuta yetirmək üçün zahirdə xilqət qanunlarının ziddinə olan və adi
insanların icra etməkdə aciz qaldıqları qeyri-təbii və qeyri-adi işlər görsün. Belə bir xariqul᾽adə iş
mö᾽cüzə adlanır və bu işin icrası isə e᾽caz sayılır.
MÖ᾽CÜZƏ HANSI ŞƏRAİTDƏ YERİNƏ YETİRİLMƏLİDİR
Mö᾽cüzəyə lazım olan şərtlər:
Xariqul᾽adə iş yalnız o zaman mö᾽cüzə adlana bilər ki, aşağıdakı xüsusiyyətlərə malik olsun:
1. Peyğəmbərlik iddiası edən şəxs həmin əməli öz risalətinin haqq olmasını sübuta yetirmək üçün
həyata keçirməlidir;
2. İddia etdiyi şey, bəşər əqli baxımından qəbul ediləsi bir iş olmalıdır. Əgər onun müddəasını
əqli yolla inkar və ya təkzib etmək mümkün olsa, gördüyü xariqul᾽adə işlərin düzlüyünə e᾽tibar
etmək olmaz və bu işə başqaları qadir olmasalar da belə, onu mö᾽cüzə adlandırmaq olmaz;
Məsələn, Allahlıq iddiası edən şəxsin dedikləri təbii ki, yalan və iftira olmalıdır. Çünki, belə bir
iddianı təkzib edəcək kifayət qədər əqli dəlillər vardır. Demək, onun irəli sürdüyü iddia tamamilə
yalandır.
3. İrəli sürdüyü iddia şəriət baxımından da məqbul olmalıdır. Yə᾽ni, əgər onun müddəası şər᾽i
dəlillərlə təkzib olunsa, yerinə yetirdiyi xariqul᾽adə işlər onun sözlərinin həqiqətini sübuta
yetirməyəcək və gördüyü işlər də mö᾽cüzə adlandırılmayacaq. Məsələn, bir şəxs həzrət
Məhəmməddən (s) sonra peyğəmbərlik iddiası edir. Təbii ki, onun iddiası tamamilə batil və
əsassızdır. Çünki, həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu təsdiqləyəcək kifayət
qədər Qur᾽an ayələri və o həzrətin özündən və mə᾽sum imamlardan nəql olunmuş hədislər vardır.
Peyğəmbərlik həzrət Məhəmmədlə (s) başa çatmış və ondan sonra bəşəriyyətə peyğəmbər
göndərilməyəcəkdir. İrəli sürülən iddia əql və sənəd yolu ilə batil olunarsa, daha iddia edən şəxsin
gətirdiyi dəlil və sübutlara heç bir ehtiyac qalmayacaqdır. Və belə olduqda, Allah-taalanın onun
əməllərini batil etməyə heç bir ehtiyac duyulmayacaqdır.
4. Mö᾽cüzənin digər şərtlərindən biri də, göstərilən mö᾽cüzənin iddia olunan məsələni təsdiq
etməsidir. Belə ki, peyğəmbərlik iddiası edən şəxsin göstərdiyi mö᾽cüzələr bu ilahi məqamı
16
(peyğəmbərliyini) təkzib etməməlidir. Əgər təkzib edərsə, artıq biz onu mö᾽cüzə
adlandırmamalıyıq. Məsələn, Peyğəmbərlik iddiası edən Museyləmə adlı bir şəxs mö᾽cüzə
göstərmək məqsədilə, suyu azalmış quyunun suyunu çoxaltmaq üçün oraya tüpürür, amma
gözlənilən nəticənin tam əksinə olaraq, quyunun suyu tamamilə quruyur. Amma bütün bunlara
baxmayaraq o, yenə də peyğəmbərlik iddiası edir və yaxın qəbilələri özünə cəlb etməyə çalışır. O,
günlərin bir günündə Hənifə qəbiləsinin yanına gəlir və əlini onların uşaqlarının başına çəkir. Bu
uşaqların bir qismi keçəl xəstəliyinə tutuldu, digər bir qisminin isə dilində pəltəklik yarandı. (İbni
Əsir, 2-ci cild, 138-ci səh).
Belə bir halda Allah-talanının onun gördüyü işlərin batil olmasını başqa yollarla aşkara çıxarmağa
heç bir ehtiyac qalmır.
5. Mö᾽cüzə bəşəriyyətə mə᾽lum olan elmi anlayışlar vasitəsilə həyata keçirməməli və eyni
zamanda öyrədib-öyrəniləsi olmamalıdır. Əgər bir şəxs müxtəlif elmlərdən istifadə edərək, (hətta
başqaları buna qadir olmasalar da belə) qeyri-adi işlər görərsə, bunu mö᾽cüzə adlandırmaq olmaz.
Sehirbaz və cadugərlərin müxtəlif elm və fənlərə yiyələnərək göstərdikləri bir çox qeyri-adi
işlərini dediklərimizə misal çəkmək olar. Onların gördükləri bu kimi işləri mö᾽cüzə adlandırmaq
olmaz və onların əməllərinin Allah-taala tərəfindən batil olunmasına heç bir lüzum da yoxdur.
Allah, öz batil iddialarını sübuta yetirmək üçün müxtəlif elm və fənlərdən istifadə edən şəxslərin
niyyətlərini batil, özlərini isə xar və rüsvay edər. Çünki, onlar bütün bunları dəqiq elmi
qanunlardan istifadə edərək həyata keçirirlər. Və mə᾽lum məsələdir ki, bu işlərə yiyələnən və
təcrübə halında həyata keçirən hər bir şəxs belə bir nəticələrə nail olacaqdır.
Təbabət elmi ilə məşğul olan bə᾽zi alimləri buna misal çəkmək olar. Onların təbabət haqda olan
bə᾽zi mə᾽lumatları təkcə adi insanlara deyil, hətta bir çox həkimlərə də namə᾽lumdur. Amma
buna baxmayaraq biz onların məharətini mö᾽cüzə adlandıra bilmərik.
Hətta, əgər Allah-taala insanlardan yalnız birini, tövbənin sirlərindən və elmi qanunlardan agah
edərsə və bundan sui-istifadə olunmadığı təqdirdə Allah-taalanın yaradılış qanununa heç bir eyb
və nöqsan tutmaq olmaz. Çünki, bütün bunlar mö᾽cüzə deyil və eyni zamanda irəli sürülən iddia
üçün də dəlil hesab olunmayır.
Mö᾽cüzənin hər hansı bir yalançı şəxs tərəfindən göstərilməsi və batil iddianın sübuta yetirilməsi
isə qeyri-mümkündür. Belə olduqda insanlar haqq yoldan azır və cəmiyyətdəki hərc-mərclik birə
on artmağa başlayır. Bu isə Allah-taalanın müqəddəs zatından uzaq və münəzzəhdir.
«Allah onların dediklərindən çox uca və çox yüksəkdir».
MÖ᾽CÜZƏ, PEYĞƏMBƏRLİYİ TƏSDİQ EDƏN AMİLDİR
Mö᾽cüzənin vacibliyi:
17
Əqli və fitri dəlillərlə mə᾽lum oldu ki, Allah-taala bəşəriyyəti əbədi səadətə çatdırmaq üçün
onların qarşısında müəyyən həyati proqram və vəzifələr qoymuş və bununla da insanın, müəyyən
mərhələləri qət etmədən kamal və səadətə nail olmasını qeyri-mümkün hesab etmişdir.
Bəşəriyyəti kamal və səadətə çatdıran qanunlar olmadıqda isə, Allah-taalanın bəşəriyyətin
ehtiyaclarından xəbərsiz olduğunu güman etmək olar. Bu isə bir qədər əvvəl qeyd etdiyimiz kimi,
Onun müqəddəs Zatından uzaq və münəzzəhdir.
Allah-taalanın bəşəriyyəti xoşbəxt etmək istəməsi və ya istəyib tə᾽min edə bilməməsi də qeyri-
mümkündür. Çünki, bu iki mənfi xislət (paxıllıq və acizlik) də Allah-taalaya xas olmayan
xüsusiyyətlərdəndir.
Demək, Allah-taala bəşəriyyətin xoşbəxt həyat qanunlarını tə᾽yin etməklə yanaşı, onları bütün bu
mə᾽lumatlarla da agah etməlidir. Bir qədər əvvəl qeyd etdik ki, bəşəriyyətin xoşbəxt həyatının
tə᾽min olunması və haqqa hidayət olmaları üçün Allah tərəfindən lazımı qanun və vəzifələr tə᾽yin
olunmalı və bundan sonra, onun bəşəriyyətə çatdırılması üçün kimlərsə müəyyənləşməlidir. Öz
iman və davranışları ilə başqalarından fərqlənən bu şəxslər, «peyğəmbər» adlanır. Peyğəmbərin
əsas vəzifəsi, bəşəriyyəti haqqa hidayət etmək və onları tək olan Allaha ibadət etməyə sövq
etdirməkdir. Onlar bununla da öhdələrinə düşən məs᾽uliyyəti yerinə yetirmiş olurlar. İnsanlar isə
öz ixtiyarları ilə ya haqqı seçir, ya da batilə meyl edərək özünü əbədi fəlakətə düçar edirlər.
«Lakin, Allah olacaq işi [mö᾽minlərin qələbəsini, kafirlərin məğlubiyyətini] yerinə yetirmək üçün
belə etdi ki, həlak olan, aşkar bir mö᾽cüzə ilə [dəlillə] həlak olsun, sağ qalan da aşkar bir mö᾽cüzə
ilə sağ qalsın». (8/42).
Bu uca və ilahi məqam olan peyğəmbərliyə gəldikdə isə, qeyd etməliyik ki, bu mənsəbə nail
olmaq üçün çoxları yalan və hiyləyə əl atmış və bu yolda heç bir şeydən çəkinməmişlər.
Bu səbəbdən də, Allah tərəfindən peyğəmbərliyə tə᾽yin olunmuş şəxslər, iddialarının sübuta
yetirilməsi və başqalarının bundan sui-istifadə etməməsi üçün, kimsənin qadir olmadığı
mö᾽cüzələri göstərməli və tutarlı dəlillər gətirməlidirlər. Belə ki, onun gördüyü xariqul᾽adə işlər
adi təbii qanunlardan fərqli olmalı və qeyd etdiyimiz kimi, adi insanların iste᾽dad və bacarığından
xaric olmalıdır. Yalnız belə olduqda, peyğəmbərliyin yeganə dəlili olan bu qeyri-adi işləri
«mö᾽cüzə», onun icrasını isə e᾽caz adlandırırıq.
MÖ᾽CÜZƏNİN PEYĞƏMBƏRLİYİN SÜBUTUNDA QOYDUĞU TƏ᾽SİR
Mö᾽cüzə təbiət qanunlarından xaric olduğu üçün yalnız Allahın izn və qüdrətilə həyata keçirilə
bilər. Yə᾽ni, qeyb aləmindən ilham almayınca, kimsənin mö᾽cüzə iddia etməsi qeyri-mümkündür.
Demək, peyğəmbərlik iddiası edən şəxsin mö᾽cüzə yolu ilə Allah tərəfindən himayə olunması və
onun öz mövqeyindən istifadə edərək insanları haqq yoldan azdırması Allah-taalanın müqəddəs
Zatına zidd olan xüsusiyyətlərdəndir. Bu nəticəyə gəlirik ki, peyğəmbərlərin mö᾽cüzə göstərməsi
yalnız Allahın izn və qüdrəti ilə müyəssər ola bilər. Bu müddəa ümumi bir qanun və nəzər
sahibləri tərəfindən təsdiq olunan bir həqiqətdir.
18
Məsələn, camaat padşah və ya soltan tərəfindən rə᾽iyyətin işlərini idarə etmək üçün tə᾽yin
olunmuş şəxsin tutduğu mövqeyə şəkk və tərəddüdlə yanaşsalar, onlar tutduğu vəzifəni sübuta
yetirmək üçün padşah tərəfindən tutarlı sənəd və dəlillər gətirməlidirlər. Rəislik iddiası edən şəxs
padşahın, onun digər rəislər kimi mükafatlandırılacağını iddia edərsə və padşah da onu nəzərdə
tutulan hədiyyələrlə mükafatlandırarsa bunu, həmin şəxsin padşahın nəzərində e᾽tibarlı olduğuna
sübut kimi göstərmək olar. Çünki, əzəmətli və haqsevər padşahın, yalançı və fırıldaqçı bir şəxsi
ona xidmət edəcək bir vəzifəyə və rəislik məqamına tə᾽yin etməsi və onu müxtəlif hədiyyələrlə
mükafatlandırması qeyri-mümkündür.
Demək, adi insan üçün təsəvvür etmək mümkün olmayan bir şeyi (mənfi xüsusiyyəti) aləmlərin
Rəbbinə və elmi hər şeyi əhatə edən bir varlıq üçün də təsəvvür etmək qeyri-mümkündür.
«Əgər o, [peyğəmbər] özündən bə᾽zi sözlər uydurub Bizə istinad etsəydi Biz ondan mütləq
şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq.» (Əl-haqqə, 69-44/46).
Yə᾽ni, «Məhəmmədi» peyğəmbərliyə seçərək bir çox mö᾽cüzələri ixtiyarına qoysaq da o, istədiyi
şeyləri Bizim adımızdan bəyan edə bilməz. Belə bir şey fərz olunduqda, Biz bu itaətsizliyin
əvəzini çıxar və onu şiddətlə cəzalandırarıq (şah damarını qırarıq). Çünki, din və şəriətin həqiqi
qoruyucusu və haqq ilə batili bir-birindən ayıran da Bizik.
ƏŞ᾽ƏRİLƏRİN NƏZƏRİYYƏSİ
Diqqət yetirmək lazımdır ki, mö᾽cüzəni peyğəmbərliyin sübutu kimi qəbul edən şəxslər, əqlin
yaxşı və pisi ayırd etmək qbiliyyətinə malik olmasına e᾽tiqadlı olmalıdırlar ki, bu mərhələdə də
əqlin hakimliyini qəbul edə bilsinlər.
Əş᾽ərilər isə bu həqiqəti qətiyyətlə rədd edir və bəşər əqlini pisi-yaxşıdan ayıran əsas me᾽yar
hesab etmirlər. Bu səbəbdən də peyğəmbərliyin sübutu məsələsi hələ də onlar üçün qaranlıq
olaraq qalmışdır.
Çünki, mö᾽cüzənin peyğəmbərin haqq olmasını sübuta yetirməsi, insanın mö᾽cüzəni dərk etməsi
və bunun yalançı iddiaçılar tərəfindən mümkün olmadığına yəqinlik hasil etməsindən irəli gəlir.
İnsan, hansı işlərin Allaha aid olub-olmamasını ayırd etmədikdə təbii ki, kimin haqq, kimin nahaq
olmasını dərk edə bilməyəcəkdir.
Əqlin yaxşını-pisdən ayıra bilməməsi nəzəriyyəsi «peyğəmbər tanıma» (həqiqətlə yalan arasında
fərq qoyma) məsələsində böyük çətinliklər meydana gətirir.
Fəzl ibni Ruzbəhan, Əş᾽ərilərin əql haqda irəli sürdükləri nəzəriyyəyə bir neçə əsaslı irad
tutmuşdur. O, verdiyi cavabların birində deyir: Xoşagəlməz işləri Allah-taala üçün fərz etmək
qeyri-mümkün olmasa da, bunu bilmək lazımdır ki, O, mö᾽cüzəni daim haqq peyğəmbərlərin
ixtiyarına qoyur və belə bir mühüm işi heç vaxt yalançı və fırıldaq adamlara həvalə etməz.
Demək peyğəmbərlərin, haqla batilin yalançı şəxslər tərəfindən tanınıb üzə çıxarılması hətta,
Əş᾽ərilər üçün də qaranlıq qalmayacaqdır.
Ruzbəhanın verdiyi bu cavaba isə bir neçə nöqsan və irad tutulmuşdur:
19
1. Ruzbəhanın burada Allah-taalaya nisbət verdiyi işlər heç bir hiss orqanı ilə dərk olunmayır.
Bunu yalnız əql və şüur yolu ilə dərk etmək olar və bu yolu isə, Əş᾽ərilər öz üzlərinə bağlamışlar.
Çünki, əgər əql yaxşı ilə pisi ayırd etməyə qadir olmasa, onda Allahın da verdiyi və᾽dlərə əməl
etməməsinə, heç də qeyri-adi hal kimi baxılmayacaqdır.
2. Bütün bunlarla yanaşı Ruzbəhan, keçmiş peyğəmbərlərin hamılıqla mö᾽cüzəyə malik
olduqlarına əsaslanaraq, mö᾽cüzənin iftiraçı şəxslər tərəfindən həyata keçə bilməməsini bəyan
edir.
Amma bu məsələyə tərəddüdlə yanaşan şəxslər Allahın, mö᾽cüzənin əməli-saleh və sadiq insanlar
vasitəsilə həyata keçirməsinə qətiyyətlə inanmırlar. Nəticədə onlar mö᾽cüzəni, peyğəmbərliyi
sübuta yetirən me᾽yar kimi qəbul etmirlər.
3. Ruzbəhan deyir: Əgər əql baxımından hər hansı bir işin görülməsi və ya tərk olunması eyni
səviyyədə olarsa və əql onlardan hansının yaxşı və ya pis olduğunu dərk etməyə qadir olmazsa,
hər şeyə qadir olan və görəcəyi işlər üçün məs᾽uliyyət daşımayan (kimsə tərəfindən nəzərdə
olmayan) bir varlıq, (Allah) öz adətini dəyişərək mö᾽cüzəni əməli-saleh insanların ixtiyarına
qoyduğu kimi, onu yalançı və fırıldaqçı şəxslərin də ixtiyarına qoya bilər.
4. Adət, dəfələrlə təkrar olunan işlərin nəticəsində meydana gəlir. Və təkrar olaraq baş verən
işlərin də təbii ki, müəyyən zamana ehtiyacı vardır. Belə olduğu bir halda, iş və hadisələr adət
halını almazdan əvvəl ilk peyğəmbərin həqqaniyyətini hansı dəlillərlə sübuta yetirmək olar?
Gələcək fəsillərdə Əş᾽ərilər və onların bu barədə irəli sürdükləri nəzəriyyələr haqda söhbət
açacağıq.
MÖ᾽CÜZƏLƏR ARASINDA OLAN OXŞARLIQ
Bir qədər əvvəl qeyd etdik ki mö᾽cüzə, kimsənin qadir olmadığı, təbii qununlardan fərqlənən və
yalnız Allahın izni ilə peyğəmbərlər tərəfindən yerinə yetirilən qeyri-adi işlərə deyilir.
Amma mö᾽cüzəni tanımaq heç də hamıya müyəssər olmayır. Mö᾽cüzəni yalnız o kəslər tanıya
bilər ki, həmən mö᾽cüzəyə oxşar elm və fənlərə dərindən yiyələnmiş olsun. Çünki, alim və
mütəxəssislər yiyələndikləri elm və fənlərin sirlərini başqalarından daha dəqiq və daha ətraflı
dərk edirlər. Və belə bir halda yalnız onlar mö᾽cüzənin kimin üçün mümkün, kimin üçünsə qeyri-
mümkün olduğunu bilirlər.
Bu səbəbdən də elm adamları mö᾽cüzəni hamıdın tez təsdiq etmiş, sair insanlar isə əksinə olaraq,
bə᾽zən ona şübhə ilə yanaşmış və hətta bir çox hallarda onu inkar da etmişlər.
Onlar belə güman edirlər ki, mö᾽cüzə iddiası edən şəxslər bunları hər hansı bir elm və ya fənnə
yiyələnməklə həyata keçirirlər. Buna görə də onlar daim mö᾽cüzəyə şəkk-şübhə ilə yanaşmışlar.
Bu səbəbdən də ilahi hikmət, mö᾽cüzənin cəmiyyətdə geniş yayılmış işlərə aşkar olaraq uyğun
olmasını tələb edir. Allah öz peyğəmbərinə geniş yayılmış elm və fənlərə oxşar mö᾽cüzələr verir
20
və onun məqamını, şan-şöhrətini hamının nəzərində ucaldır. Demək, zəmanəsinin peyğəmbəri o
dövrün yayılmış elm və sənətinə oxşar mö᾽cüzələr göstərmiş və bu yolla yaşadığı məntəqənin
tanınmış və nüfuzlu şəxsiyyətlərini özünə cəlb edə bilmişdir. Belə olduğu bir şəraitdə insanların
əksəriyyəti həqiqətdən agah olur, ən başlıcası isə Allah-taala öz höccətini onların [insanların]
üzərində tamamlayır.
Bu ilahi qanuna əsasən, tarixə nəzər saldıqda baxıb görürük ki, sehrkarlıq və cadugarlıq baş alıb
getdiyi bir gündə Allah-taala həzrət Musa (ə)-a əsanı, Yunan tibbi aləmə səs saldığı vaxtda isə
həzrət İsa (ə)-a ağır xəstələri, hətta ölüləri diriltməyi mö᾽cüzə olaraq bəxş edir.
Həzrət Musa (ə) öz əsasını sehrkarların qarşısına atır və əsa Allahın izni ilə əjdahaya dönüb
onların bütün sehr alətlərini udur və beləliklə də, başda cadugarlar olmaqla, yəhudilərin böyük bir
hissəsi Musa (ə)-a iman gətirir. Çünki, onlar sehr və cadunun nə olduğunu bilir və Musa (ə)-ın
mö᾽cüzəsini isə ilahi qeyb tərəfindən olduğunu da yaxşıca dərk edirdilər.
İsa (ə)-ın zamanında da biz həmən həqiqətin bir daha şahidi oluruq. Yunan tibbi yunanların
müstəmləkəsi olan Suriya və Fələstin ərazilərində özünün son inkişaf mərhələsinə çatdığı bir
vaxtda Allah-taala, İsa (ə)-ı məhz burada peyğəmbərliyə seçir, mö᾽cüzə yolu ilə ağır xəstələri və
ölüləri diriltməyi onun ixtiyarına qoyur. Musa (ə)-ın dövründə olduğu kimi, Yunan təbibləri də
İsa (ə)-ın mö᾽cüzəsinin qarşısında diz çöküb onun göstərdiyi mö᾽cüzələrin ilahi qeybdən
qaynaqlandığını dərk edir və ona iman gətirirlər.
Bir anlığa qayıdaq Ərəbistan yarmadasının cahiliyyət dövrünə. Onların ictimai həyat tərzini
nəzərdən keçirdikdə baxıb görürük ki, cahil ərəblərin məharətlə yiyələndikləri və fəxr edəcəkləri
yeganə şey vardırsa, o da onların şe᾽r sənətində əldə etdikləri fəsahət və bəlağətdir. Müxtəlif
qəbilələrin söz ustadları şəhərin mərkəzində şe᾽r məclisləri qurur və orada özlərinin ən gözəl
şe᾽rlərini oxuyurdular. Burada oxunan şe᾽rlər adətən özünütə᾽rif və ya başqalarını tənqid-təhqir
xarakterini daşıyırdı. Şairlərin sayı artıqda onlar mərkəzi bazarlarda toplanır və öz iste᾽dadlarını
fəxrlə nümayiş etdirirdilər. Şairlər arasında münsiflər hey᾽əti seçilir və ilin ən gözəl şe᾽ri elə
oradaca e᾽lan olunurdu.
Şairlər çoxaldıqca oxunan qəsidələrin sayı da çoxalır və onlardan ən yaxşısını seçmək daha da
çətinləşirdi. Belə ki, münsiflər hey᾽əti yeddi ən gözəl qəsidəni seçib onları Kə᾽bənin
divarlarından asmaq qərarına gəlir. Şe᾽rlər qızıl su ilə yazılır və camaat arasında «qızıl şe᾽rlər» və
ya «muəlliqati səb᾽ə» [yeddi asılmış şe᾽r] adlanırdı. Münsiflər hey᾽ətinə Nabicə Zibyani rəhbərlik
edirdi. O, həcc ziyarəti zamanı Məkkənin Ukkaz bazarına gələr və yeni yazılmış şe᾽rləri oxuyardı.
Ehtiram əlaməti olaraq Zibyani üçün qırmızı çadır qururlar və şairlər növbə ilə onun görüşünə
gəlib yeni qəsidələrini ona təqdim edirdilər. O, da şe᾽rləri diqqətlə dinləyir və ən gözəl şe᾽r
ustalarına fəxri mükafatlar təqdim edirdi. (Şuəraul Nəsraniyyə, 2/640. Beyrut çapı).
Şe᾽r və ədəbiyyatın inkişaf etdiyi belə bir dövrdə həzrət Məhəmməd (s) Allah tərəfindən
peyğəmbərliyə seçilir və qiyamətə qədər qüvvədə olacaq müqəddəs Qur᾽anı ona vəhy edir.
Şöhrəti bütün Ərəbistan yarmadısana yayılmış şe᾽r ustaları Qur᾽an ayələrini oxuyaraq onun
21
fəsahətinə məftun olurdular. Nəhayət onlar da Qur᾽anın bəşər yaradıcılığı olmadığını və Allah
tərəfindən həzrət Məhəmmədə (s) vəhy olaraq nazil edildiyini dərk etdilər.
İbni Sukəytdən nəql olunmuş hədisdə bu həqiqət bir daha açıqlanır. Hədisdə deyilir:
«İmam Rza (ə)-ın yanına gəlib ondan soruşdum ki, nə üçün Allah-taala mö᾽cüzə olaraq Musa (ə)-
a əsa və parlaq əli, İsa (ə)-a tibbi, Məhəmməd (s)-a isə e᾽cazkar kəlamları bəxş etmişdir?
İmam Rza (ə) buyurdu: Allah-taala Musa (ə)-ı peyğəmbərliyə tə᾽yin etdiyi zaman sehr və
cadugarlıq geniş yayılaraq hamı tərəfindən rəğbətlə qarşılanırdı. Musa (ə) da məhz bu üslubdan
istifadə edərək Allahın izni ilə kimsənin bacarmadığı mö᾽cüzə göstərir və bu yolla həm öz
peyğəmbərliyini sübuta yetirir, həm də cadugarların sehrlərini bütünlüklə batil edirdi.
İsa (ə)-ın zamanında isə bir çox ağır xəstəliklər yarandığından bu sahədə mütəxəssislərə böyük
ehtiyac hissi duyulurdu. Belə bir şəraitdə Yunanıstanda və onun müstəmləkələrində görkəmli
təbiblər meydana gəldi, tibb elmi get-gedə əsil gəlir mənbəyinə çevrilməyə və bir çoxları
tərəfindən sui-istifadə edilməyə başladı. Tibb elmi öz inkişaf mərhələsini keçdiyi belə bir
şəraitdə, İsa (ə)-a bu elmə oxşar mö᾽cüzə verilir. O, ağır xəstələri, anadangəlmə kor və karları
sağaldır, hətta bə᾽zi hallarda Allahın izni ilə ölüləri də dirildirdi. Beləliklə, həm onun
peyğəmbərliyi, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olurdu.
Həzrət Məhəmməd (s)-ın dövründə isə, şe᾽r və ədəbiyyat özünün son inkişaf mərhələsinə
çatmışdı. Belə bir şəraitdə Məhəmməd (s) peyğəmbərliyə tə᾽yin olunaraq, vəhy yolu ilə Qur᾽an
ayələrini şe᾽r, qəsidə və yüksək sənətkarlıqla söylənilmiş söz vurğunu olan cahil ərəblərə tilavət
etməyə başlayır. Beləliklə, həm onun peyğəmbərliyi sübuta yetirilir, həm də Allahın insanlar
üzərindəki höccəti tamamlanmış olur. (Üsuli-kafi, 1-ci cild. Əql və cəhalət fəsli, 20-ci hədis).
Diqqət yetirmək lazımdır ki, Peyğəmbər (s)-ın Qur᾽andan başqa «şəqqul qəmər», kərtənkələni
danışdırması, daşların onun qarşısında Allahı zikr etməsi və s. mö᾽cüzələri olmuşdur. Amma
Qur᾽an bir neçə səbəbə görə bütün bu mö᾽cüzələrdən daha çox əhəmiyyət kəsb edir.
1. Yaradılış və bir çox elmlərin sirlərindən agah olmayan ərəblər bu kimi mö᾽cüzələrə şəkk və
tərəddüdlə yanaşa bilsəydilər də, şe᾽r sənətindən kifayət qədər mə᾽lumatları olduqları üçün
Qur᾽anın fəsahətini heç cür inkar edə bilmirdilər. Çünki, onların özləri bu elmlərə yiyələnmiş və
bir çox dəyərli əsərlər yarada bilmişdilər. Amma necə olursa-olsun özlərini Qur᾽anın qarşısında
tamamilə aciz hesab edirdilər.
2. Peyğəmbər (s)-ın göstərdiyi bə᾽zi mö᾽cüzələr müəyyən zaman, məkan və şərait çərçivəsində
idi və məhz bu səbəbdən də onlar müvəqqəti olmalı, zaman keçdikcə bir tarixi hadisəyə
çevrilməli və ağızdan-ağıza nəql olunmalıydı. Qur᾽an isə əbədi mö᾽cüzə olaraq Məhəmməd (s)-a
nazil olmuş və qiyamətə qədər qüvvədə qalacaqdır.
Biz növbəti fəsillərdə bə᾽zi şəxslər tərəfindən tərəddüd ilə yanaşılan, Peyğəmbər (s)-ın digər
mö᾽cüzələrinə işarə edəcəyik.
22
QUR᾽AN İLAHİ MÖ᾽CÜZƏDİR
İslam və Qur᾽an tarixindən mə᾽lumatı olan hər bir insan bu həqiqəti tərəddüd etmədən qəbul edir.
Həzrət Məhəmməd (s) bəşəriyyəti Qur᾽anla birliyə, qardaşlığa çağırır. Müxalif olanların
e᾽tirazlarının qarşısında Qur᾽an ayələrinə istinad edir və bunun bəşər kəlamı olduğunu iddia
edənlərə Qur᾽an ayələrinə oxşar bir ayə gətirmələrini tələb edirdi. O, deyərdi: Əgər dedikləriniz
düzdürsə Qur᾽ana oxşar bir kitab gətirin, gətirərsinizsə mən öhdəmə düşən vəzifədən əl
çəkəcəyəm. Bununla da o, həm Allahın yer üzündəki höccətini, həm də öz peyğəmbərliyinin
həqqaniyyətini sübuta yetirmiş olurdu.
O, iddiaçıların uğursuzluqlarını görüb Qur᾽ana oxşar on ayə gətirmələrini təklif etdi. Bunun da
öhdəsindən gələ bilməyəcəklərini görüb, yalnız bir ayə gətirmələrini istədi.
Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək davam edəcəkdir.
İlk baxışda şe᾽r və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin dərinliklərinə yol tapan ərəblər üçün
Qur᾽ana oxşar ikinci bir kitabın tərtib olunması heç də çətin bir iş deyildi. Onlar belə bir kitab
yazmaqla həm öz adlarını əbədi olaraq tarixə zəbt edər, həm də ərəb millətini gələcək sarsıntı və
çətinliklərdən xilas edə bilərdi.
Amma fəsahətli ərəblər Qur᾽an ayələrini tilavət etdikləri ilk gündən onun ilahi mö᾽cüzə olduğunu
dərk etdilər. Onlar artıq başa düşürdülər ki, Qur᾽anla mübarizə aparmaq yalnız onların
məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də Qur᾽anın əzəmətinin qarşısında
aciz olduqlarını e᾽tiraf etdilər.
Beləliklə onlardan bə᾽ziləri İslamı qəbul edərək Məhəmməd (s)-a iman gətirdi, bə᾽ziləri isə
inadkarlıq edərək mübarizəni qılınc-qalxan ilə davam etdirməyi hər şeydən üstün tutdular.
Fəsahətli ərəblərin Qur᾽anı ilahi mö᾽cüzə kimi qəbul etmələri və onun qarşısında özlərinin aciz
olduqlarını e᾽tiraf etmələri, Qur᾽anın bir daha ilahi vəhy olduğunu sübuta yetirir.
BİR İRAD VƏ ÜÇ CAVAB
Bə᾽zi mə᾽lumatsız şəxslər belə bir iddia irəli sürürlər ki, ərəblər o zaman Qur᾽ana oxşar kitab
yazmış, amma zaman keçdikcə istifadə olunmadığından unudularaq aradan getmişdir.
Bu nəzəriyyəni üç cəhətdən əsassız hesab edə bilərik:
1. Həqiqətən əgər belə bir əsər olsaydı, şe᾽rsevər ərəblər ondan öz şe᾽r məclislərində istifadə edər
və öz məqsədlərinə nail olmaq üçün ondan səmərəli istifadə edərdilər.
Digər tərəfdən isə belə bir kitabın mövcud olduğu tarix və ədəbiyyat kitablarında qeyd olunar və
nəticədə yaddaşlardan silinməzdi.
23
2. Qur᾽anın mübariztələblik çağırışı təkcə ərəblərə deyil, eləcə də bütün bəşəriyyətə şamil
olunurdu. Çünki, Qur᾽anın bu də᾽vəti ümumbəşəri xarakter daşıyırdı. Bu haqda İsra surəsinin 88-
ci ayəsində deyilir:
«[Ya Peyğəmbərim!] De ki: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur᾽ana bənzər bir şey
gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.»
Tarix boyu məsihilər və islamın digər düşmənləri bu müqəddəs ilahi dinin əzəmətini aradan
aparmaq üçün milyonlarla pul xərcləmiş və saysız-hesabsız məkirli planlar tərtib edərək həyata
keçirmişlər. Əgər onlar Qur᾽ana oxşar bir surə də yazmış olsaydılar, islamın məhvi uğrunda gecə-
gündüz fədakarlıq göstərən şəxslər bundan səmərəli istifadə edər və öz hədəflərinə nail olardılar.
«Onlar Allahın nurunu [islam dinini] öz ağızları [öz iftiraları və şər sözləri] ilə söndürmək
istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də – öz nurunu [dinini] tamamlayacaqdır.» ( Əs-
səf-8).
3. Kəlam nə qədər fəsahətli və bəlağətli olsa belə, insan bir müddət məşğul olduqda onun kimi və
ya heç olmasa ona oxşar ifadələr bəyan etməyə qadir olur. Bu hamıya mə᾽lum olan ümumi bir
qanundur. Qur᾽ani-kərim isə bu ümumi qanundan istisnadır.
Belə ki, insan nə qədər çox Qur᾽an əzbərləsə, onun ayələri haqda düşünüb-daşınsa, nəhayət
fəsahət və bəlağət elmlərinə dərindən yiyələnsə bu işin qeyri-mümkünlüyünü daha yaxşı dərk
etmiş olar. Demək, e᾽tiraf etmək lazımdır ki, Qur᾽anın bəyan tərzi və onun ifadə üslubu
təkrarolunmaz olub tə᾽lim olunası deyildir.
Buradan belə mə᾽lum olur ki, əgər Qur᾽an Peyğəmbər (s)-ın öz buyurduqları sözlərdən ibarət
olsaydı, onda o, nəql olunmuş digər hədis və rəvayətlərə oxşar olmalıydı. Qur᾽an və hədis
üslubları arsında belə bir oxşarlıq nəzərə çarpsaydı, islam düşmənləri bunu nəzərdən qaçırmaz,
onu istifadə etdikləri planlara və müsəlmanlara qarşı tərtib etdikləri mübarizə proqramına daxil
edərdilər.
Bunu da nəzərdən qaçırmamalıyıq ki, adətən ədəbiyyatın bir sahəsində va ya müəyyən bir janrda
müvəffəqiyyət qazana bilən şəxslər, digər bölümlərdə öz məharətlərini bir o qədər də göstərə
bilmirlər.
Məsələn, gözəl şe᾽r ustaları nəsr yazmaqda, dastan yazanlar şe᾽r sənətində, nohə yazanlar hekayə
və poema yazmaqda bir o qədər də uğur qazana bilmirlər. Qur᾽ani-kərimdə isə biz bunun tam
əksini müşahidə edirik. Bu müqəddəs kitabda müxtəlif mövzular haqda söhbət açılmasına
baxmayaraq, bir neçə ədəbi fənlərdən istifadə olunmuş və onların hamısında fəsahət və bəlağət
qanunlarından ən yüksək formada istifadə olunmuşdur.
QUR᾽AN ƏBƏDİ MÖ᾽CÜZƏDİR
Bir qədər əvvəl mə᾽lum oldu ki, peyğəmbərləri yalnız onların göstərdikləri mö᾽cüzələrlə tanımaq
mümkün olur. Onlar müəyyən müddət ərzində yaşadıqları üçün, göstərdikləri mö᾽cüzələr də
24
məhdud və müvəqqəti olmuşdur. Mö᾽cüzələr müvəqqəti olsa da, Allah-taala, peyğəmbərlərin
vasitəsilə öz höccətini onların üzərində tamamlamış və beləliklə mö᾽cüzələr nəsilbə-nəsil nəql
olunmuşdur.
Amma belə nəzərə gəlir ki, bu mö᾽cüzələr içərisində əbədi olaraq öz tə᾽sirini qoruyub saxlayacaq
bir mö᾽cüzəyə də ehtiyac vardır. Çünki, əvvəlki peyğəmbərlərin mö᾽cüzələri zaman keçdikcə ya
unudulur, ya da müxtəlif səbəblər üzündən müəyyən şəkk-şübhələrə mə᾽ruz qalır. Belə bir halda,
gələcək nəsillər peyğəmbərlərin mö᾽cüzələrindən agah olmayıb, yəqinlik hasil etməkdən məhrum
olarlar. Ən başlıcası isə Allahın insanlar üzərindəki höccəti tamamlanmaz, onların üzərlərinə
düşəcək vəzifələr müəyyənləşdirilməmiş qalar. Bu isə ilahi hikmətlə heç bir şəkildə uyğun
gəlmir. Bu səbəbdən də əbədi peyğəmbərlik, əbədi bir mö᾽cüzə tələb edir. Çünki əbədi
peyğəmbəri təsdiqləyəcək yeganə amil, onun gətirdiyi əbədi mö᾽cüzə olacaqdır. Allah-taala əbədi
mö᾽cüzə olan Qur᾽anı, əbədi və sonuncu peyəmbəri (s) təsdiqləmək üçün nazil etmişdir. Onun
peyğəmbərliyi keçmiş nəsillər üçün dəlil olduğu kimi, gələcək nəsillər üçün də açıq-aşkar höccət
və dəlil olacaqdır.
Dediklərimizdən belə bir nəticəyə gəlirik:
1. Qur᾽an, Məhəmməd (s)-ın özünün və eləcə də digər peyğəmbərlərin mö᾽cüzələrindən daha
üstün və daha fəzilətlidir. Çünki, Qur᾽an müəyyən dövr və şəxslər üçün deyil, əbədi olaraq bütün
bəşəriyyət üçün nazil olmuşdur. Qur᾽an, mübarizə səhnəsində rəqibi olmayan, qiyamət
gününədək bəşəriyyətə hakim olan əbədi ilahi qanundur.
2. O dövrün mö᾽cüzələri məhdud və müvəqqəti olduğu üçün, keçmiş şər᾽i hökm və ictimai
qanunlar da qüvvədən düşmüş hesab olunur.
Qur᾽anın özünəməxsus xüsusiyyəti, onu digər peyğəmbərlərin mö᾽cüzələrindən fərqləndirir və
ona xüsusi dəyər verir. O da, Qur᾽anın bəşəriyyəti xoşbəxt həyata, kamala, səadətə hidayət etməsi
və onlara belə bir həyat tərzini tə᾽lim verməsidir. Bildiyimiz kimi cahiliyyət dövründə yaşayan
ərəblər əxlaq normalarına yiyələnməyən, bütpərəstliyə, günahsız qanlar tökməyə adət etmiş kəslər
olmuşlar. Qur᾽an belə bir inadkar qövmü, daha dəqiq desək milləti, cəhalət, rəzalət və zülmətdən
çıxarıb yüksək mədəniyyətə, həqiqi əxlaq və insaniyyətə qovuşdurdu. İslamın və Peyğəmbər (s)-
ın şəhadət şərbətini, səhabələrinin parlaq tarixini mütaliə edən hər bir şəxs, Qur᾽anın əzəmətini və
bəşəriyyətin hidayətində qoyduğu izin şahidi olacaqdır.
Ərəbistan yarımadasının o dövrdəki ictimai durumu yerli əhalini uçuruma doğru aparır və onların
qarşısına zülmət pərdəsi çəkirdi. Qur᾽an bütün bəşəriyyəti, xüsusilə də cəhalət zülmündə qərq
olmuş ərəbləri səadətə və xoşbəxt həyata qovuşdurdu. Bir qədər əvvəl kiçik bəhanələrlə bir-
birinin qanını tökməyə hazır olan cahil ərəblər, islamı qəbul etdikdən sonra Allah yolunda
canlarını, mallarını və hətta övladlarını qurban verməyə, Peyğəmbər (s)-ın haqq yolunda şəhadət
şərbətini içməyə tələsirdilər.
Təbəri öz tarix kitabında yazır: «Müsəlmanlar Bədr döyüşünə tədarük gördükləri zaman, islam
fədailərindən biri olan Miqdad, Peyğəmbər (s)-ın yanına gəlib deyir:
25
Ya Rəsuləllah! Allahın sənə əmr etdiyi haqq yolunu davam etdir! Biz də son damla qanımıza
qədər bu yolda sənə yardımçı olacağıq. And olsun Allaha! Biz sənə Bəni-israilin Musa (ə)-a «Sən
öz Allahınla birgə vuruş, biz isə burada səni gözləyəcəyik!» söylədiklərini deməyəcəyik. Biz sənə
deyirik: «Allahın sənə yardımçı olsun və get düşmənlərinlə vuruş. Biz də son nəfəsimizə kimi
sənə yardımçı olacaq və tutduğun haqq yolda cihad edəcəyik. And olsun səni haqq olaraq
peyğəmbərliyə göndərən Allaha! Əgər bizi dəhşətli tufanlardan keçərək Həbəşistana doğru
hərəkət etməyimizi əmr etsən, son mənzilədək səninlə birgə olacaq və bu yolda əlimizdən gələni
əsirgəməyəcəyik.» Peyğəmbər (s) Miqdada öz təşəkkürünü bildirib onun üçün xeyir-dua etdi.»
Miqdad elm və fədakarlığı ilə şöhrət tapmış, haqqı söyləməkdən çəkinməyən və bütpərəstliklə
mübarizə aparan qabaqcıl müsəlmanlardan idi. Onun kimi, Peyğəmbər (s)-ın ətrafını əhatə edən
mö᾽minlər onlarca idi.
Qur᾽an, bütləri özlərinə tanrı bilən daşürəkli insanlardan olan düşmənlərə qarşı barışmaz,
mö᾽minlərə isə mehriban olan haqsevər insanlar tərbiyə etdi. Qur᾽an, səksən il ərzində
müsəlmanları, başqalarının səkkiz yüz il müddətində nail ola bilmədikləri qələbəyə çatdırdı.
Peyğəmbər (s)-ın səhabələrinin tarixini digər peyğəmbərlərin səhabələri ilə müqayisə etsək
görərik ki, onların qısa müddət ərzində əldə etdikləri zəfər və müvəffəqiyyətlərin əsas səbəbi,
müsəlmanların Qur᾽ana olan bağlılıqları və ondan aldıqları mə᾽nəvi ilham olmuşdur.
Bir anlıq həzrət İsa (ə)-ın və digər peyğəmbərlərin səhabələrinin tarixinə nəzər salaq. Onların
barəsində azacıq mütaliə etməklə, həmin qövmlərin iman gətirdikləri peyğəmbərlərə qarşı nə
qədər biganə olduqlarının şahidi oluruq. Belə ki, onlar bir çox hallarda öz düşmənləri ilə
birləşərək peyğəmbərləri ağır şəraitdə qoymuş, ya da onları cəmiyyətdən təcrid edərək mağaralara
sığınmağa və mübarizə meydanını tərk etməyə məcbur etmişlər.
Bütün bunları nəzərə alaraq, müsəlmanların Peyğəmbər (s)-a və islam dininə olan
fədakarlıqlarını, Qur᾽anın digər mö᾽cüzələrindən biri hesab edə bilərik. Gələcək fəsillərdə biz bu
barədə ətraflı söhbət açacağıq.
QUR᾽ANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN MÖ᾽CÜZƏLƏRİ
QUR᾽AN VƏ SAVADSIZ PEYĞƏMBƏR
Qur᾽ani-kərimin bir çox ayələrində Peyğəmbərin (s) savadsız olması və kimsədən dərs
almamasına dəfələrlə işarə olunmuşdur. Peyğəmbər (s) özü də, böyüyüb boya-başa çatdığı qəbilə
ilə ünsiyyətdə olarkən dəfələrlə bu həqiqəti onlara bəyan etmiş və bu haqda nazil olmuş Qur᾽an
ayələrini onların qarşısında tilavət etmişdir. Onlar da hamılıqla bu həqiqəti qəbul etmiş, inkar
etməyə heç bir dəlil tapa bilməmişlər.
O həzrət, hətta ibtidai savad almamasına baxmayaraq, bəşəriyyətə hikmət dolu, alim və
mütəfəkkirləri özünə cəlb edən, şərq və qərb filosoflarını heyran qoyan və qiyamət gününədək
əbədi olaraq qalacaq ilahi vəhyi – Qur᾽anı özü ilə gətirdi.
26
* * *
Əgər bə᾽zi inadkar şəxslərin Peyğəmbər (s)-ın müxtəlif elm və fənlərə yiyələndiyinə dair irəli
sürdükləri iddianı həqiqət olaraq qəbul etsək də belə, yenə irəli sürülən iddia cavabsız olaraq
qalacaqdır. Çünki, əgər Peyğəmbər (s) zəmanəsinin alim və bilicilərindən dərs alsaydı, öz də᾽vət
və bəyanatlarında onların təcrübəsindən istifadə etməli idi. Amma tarixə nəzər saldıqda, biz
bunun tam əksini müşahidə edirik.
Peyğəmbər (s) bütpərəstlik və xurafatla mübarizə aparır, təkallahlıq e᾽tiqadının əsasını qoyurdu.
Peyğəmbərlə (s) müasir olanlarlar da ya bütpərəstlər, yaxud da Kitab əhli adlanan yəhudi və
məsihilər idi. Peyğəmbər (s)-ın islamın təbliğində onlardan bəhrələndiyini güman edənlər də
sözsüz ki, böyük səhvə yol vermiş olarlar. Belə bir fərziyyəni yalnız o zaman qəbul etmək olardı
ki, Qur᾽anın, Tövrat və İncillə mə᾽na və məfhum baxımından müəyyən bir oxşarlığı olmuş olsun.
Həqiqət isə tam bunun əksinədir. Qur᾽an xurafat və yanlış e᾽tiqadlarla mübarizə aparır. Tövrat və
İncilin ayələrində isə bundan savayı bir şey nəzərə çarpmayır. Qur᾽anın bəşəriyyətə təqdim etdiyi
təkallahlıq, əxlaq, elm, mə᾽rifət prinsipləri «ətiqeyn» (Tövrat və İncil) də bir çox hallarda nəzərə
çarpan xurafat və iftiralardan uzaq və oxşarsızdır. Qur᾽an tövhid və Allahtanıma prinsiplərinə
xüsusi diqqət yetirir. Burada Allah-taala bütün eyb və nöqsanlardan münəzzəh tutularaq, Ona
layiq olan ən gözəl sifətlərlə vəsf edilmişdir.
QUR᾽ANDA TƏKALLAHLIQ
«[Yəhudilər, xaçpərəstlər və müşriklər] dedilər: “Allah özü üçün övlad götürmüşdür.” Allah pak
və müqəddəsdir [bu sözlərin Ona heç bir aidiyyatı yoxdur, O bütün eyb və nöqsanlardan xalidir].
Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!» (Bəqərə
116-117).
«Sizin tanrınız tək olan Allahdır. Ondan başqa tanrı yoxdur. O rəhimli və mərhəmətlidir.»
(Bəqərə-163).
«Allahdan başqa heç bir tanrı yoxdur [Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı
yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan] əbədi və əzəli
varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa hamısı Onundur!»
(Bəqərə-255).
«Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz. Anaların bətnində sizə istədiyi surəti verən
Odur! O qüdrət və hikmət sahibindən başqa heç bir tanrı yoxdur!» (Ali İmran 5-6).
«O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də
yalnız Ona itaət edin. O hər şeyə vəkildir. Gözlər Onu [görüb] dərk etməz O, gözləri dərk edər.» (
Ən᾽an 102-103).
«De ki: Allah məxluqu yoxdan yaradır, sonra da [öldürüb yenidən] dirildir. Elə isə [haqdan] üz
döndərirsiniz?» (Yunus-34).
27
«Göyləri, gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan,
müəyyən vaxta [dünyanın axırına, qiyamətə] qədər [səmada] dolanan günəşi və ayı [iradəsinə]
tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. [Bütün bu
dəlillərdən sonra] Rəbbinizlə qarşılaşacağınıza [qiyamət günü dirilib haqq-hesab hüzurunda
duracağınıza] bəlkə inanasınız!» (Rə᾽d-3).
«Allah Odur. Allahdan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona
məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız.» (Qəsəs-70).
«O özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhimli və
mərhəmətlidir! [Allah dünyada bütün bəndələrinə rəhm edən, Rəhman, axirətdə isə yalnız
mö᾽minləri bağışlayan Rəhimdir!]
O özündən başqa heç bir tanrı olmayan, [bütün məxluqatın] sahibi, müqəddəs və pak bəxş olan
[bəndələrinə] əmin-amanlıq, salamatlıq bəxş edən, [peyğəmbərlərini öz köməyinə] arxayın edən,
[hər şeyə] göz-qulaq olan, yenilməz qüvvət və qüdrət sahibi, [hər işdə] qalib olub hökmü keçən
[bəndələrinin işini yoluna qoyan, həm də onları istədiyi hər bir şeyə məcbur etməyə qadir olan] və
[hər şeyin] fövqündə olan Allahdır! Ən gözəl adlar [əsmayi hüsna] ancaq Ona məxsusdur.
Göylərdə və yerdə olanların hamısı Onu təsdiq edib, şə᾽ninə tə᾽riflər deyər. O, yenilməz qüvvət
və hikmət sahibidir!» (Həşr 22-24).
Göründüyü kimi Allah-taala Qur᾽ani-kərimdə ən gözəl ad və sifətlərlə vəsf edilmişdir. Belə ki,
insan əqli dəlillərlə bütün bunları asanlıqla qəbul edir və ona tərəddüd etmədən iman gətirir.
Əziz oxucular! Özünüz nəticə çıxarın, kimsədən dərs almamış, həddindən artıq geri qalmış bir
mühitdə yaşayan insan bu kimi ifadələri bəyan edə bilərdimi?
QUR᾽ANDA PEYĞƏMBƏRLİK
Qur᾽an keçmiş peyğəmbərlərin tarixi, mö᾽cüzələri, ismət və şəxsiyyətləri barəsində də dəyərli
mə᾽lumatlar verir. Peyğəmbərlərin ən gözəl xüsusiyyətlərlə vəsf olunaraq bütün mənfi xislət,
adət-ənənələrdən uzaq olduqları bəyan edilmişdir.
«O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri
rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli] peyğəmbərə tabe
olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz [pak]
ne᾽mətləri halal, murdar [napak] şeyləri haram edər.» ( Ə᾽raf-157).
«[Əksəriyyəti yazıb-oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu
peyğəmbər – əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları
[günahlardan, şirk və küfr çirkabından] təmizləyər, onlara kitabı və hikməti [Qur᾽an və şəriəti]
öyrədir.» (Cümə-2).
«Və həqiqətən, səni minnətsiz, tükənmək bilməyən mükafat gözləyir. Doğrudan da, sən böyük bir
əxlaq sahibisən! [Böyük bir din üzərindəsən!]»
28
«Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat [insanlar, bəşər övladı]
üzərində seçilmiş [üstün] etdi.» (Ali İmran-33).
«Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: Mən sizin ibadət etdiklərinizdən
[bütlərdən] tamamilə uzağam. Yalnız mən, yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni
doğru yola müvəffəq edəcəkdir.» (Zuxruf 26-27).
«Beləcə, İbrahimə göylərin və yerin mülkünü, səltənətini [oradakı qəribəlikləri və gözəllikləri,
onların Allahın qüdrəti ilə yaranmasını] göstərdik ki, tam qənaətlə inananlardan olsun.» ( Ən᾽am-
75).
«Biz İshaqı və Yə᾽qubu Ona əta etdik. Onların hər birini hidayətə [peyğəmbərliyə] çatdırdıq.
Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və
Harunu da hidayətə qovuşdurduq. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.
Zəkəriyyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onlar hamısı əməli-salehlərdən idi. Biz həmçinin
İsmaili, Əl-Yəsə᾽i, Yunusu və Lutu da hidayətə qovuşdurduq və onları [özləri ilə bir dövrdə
yaşayan bütün] insanlardan üstün etdik.» ( Ən᾽am 84-86).
«Biz Davud və Süleymana elm [insanlar arasında mübahisələri həll edib, ədalətli hökm
çıxartmaq, quşların dilini bilmək və s.] verdik. Onlar dedilər «Bizi öz mö᾽min bəndələrinin
çoxundan üstün tutan Allaha həmd olsun».» (Nəml-15).
«[Ya Peyğəmbər!] İsmaili, [İlyasın əmisi oğlu] Əl-Yəsə᾽i və Zül Kifli də xatırla! Onların hamısı
seçilmiş, ən yaxşı kimsələrdir.» (Sad-48).
«Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsamilin
[Yə᾽qubun] nəslindən seçilib haqq yola yönəltdiyimiz və Allahın ne᾽mət bəxş etdiyi
peyğəmbərlərdəndir. Onlar Rəhmanın [Allahın] ayələri özlərinə oxunduğu zaman ağlayaraq
səcdəyə qapanardılar.» (Məryəm-58).
QUR᾽ANIN TÖVRAT VƏ İNCİLLƏ MÜQAYİSƏSİ
Qur᾽anın təkallahlıq, ilahi sifətlər, Peyğəmbər (s)-ın əzəmət və şəxsiyyəti haqda irəli sürdüyü
mülahizələri nəzərdən keçirdiniz. İndi isə Tövrat və İncilin bu haqda verdiyi mə᾽lumatları
nəzərdən keçirməyinizi və sonra onu Qur᾽anla müqayisə etməyinizi tövsiyə edirik.
Mətləbi daha da aydınlaşdırmaq üçün Əhdeyndə nəql olunmuş bir neçə rəvayəti siz əziz
oxuculara təqdim edirik.
1. Tövratda Adəmlə Həvvanın Cənnətdən çıxarılmaları haqda deyilir:
«Allah-taala Adəmə Cənnətin bütün meyvələrindən yeməyə icazə vermişdi. Ona qadağan olan
yalnız agahlıq, yə᾽ni xeyirlə-şəri tanıma ağacı idi. Allah, Adəmə vəhy edərək buyurdu: Ey Adəm!
Bil ki, bu ağacın meyvəsindən yediyin gün öləcəksən. Sonra Adəmdən Həvvanı yaratdı və onlar
hər ikisi lüt-üryan idilər. Çünki, yaxşı ilə pisin nə olduğunu dərk etməyirdilər. Onlar Cənnətdə şad
29
və xürrəm yaşadıqları zaman, bir ilan onlara yaxınlaşıb qadağan olunmuş ağaca tərəf apardı və
onları bu ağacın meyvəsindən yeməyə sövq etdi. Onları bu işə razı salmaq üçün dedi: Əgər bu
ağacın meyvəsindən yeyərsinizsə, əbədi həyata qovuşacaqsınız. Allah sizi bu ağacın meyvəsindən
yeməyi qadağan etməklə nəyin pis, nəyin də yaxşı olduğunu dərk etməməyinizi istəmişdir.
Adəmlə Həvva ilanın söylədiklərinə inanıb qadağan olunmuş ağacın meyvəsindən yedilər və
həmən an üryan olduqlarını hiss etdilər. Utanaraq övrətlərini örtdülər. Elə bu zaman Allah
Cənnətdə gəzişirdi. Adəmlə Həvva Onu görüb özlərini gizlətmək istədilər. Allah Adəmi
səsləyərək harada olduğunu soruşdu. Adəm çarəsiz qalıb cavab verdi. Sənin səsini eşidib
gizləndim. Çünki bir anda özümü üryan hiss etdim. Allah dedi: Üryan olduğunu necə başa
düşdün? Yoxsa, sənə qadağan etdiyim meyvədənmi yemisən? Hər şey Allaha bəlli oldu. Artıq
Adəm də bizim kimi oldu. O, da bundan belə yaxşı ilə pisi, gözəl ilə çirkinin nə olduğunu
biləcəkdir. Belə getsə həyat ağacının meyvəsindən yeyəcək və bizim kimi əbədi yaşayacaqdır. Bu
səbəbdən də Allah, Adəmi Cənnətdən qovub onunla həyat ağacı arasında böyük fasilə [məsafə]
qoydu.» (Yaradılış səfəri. 2-3-cü fəsillər.)
Yenə də Tövratda deyilir: «Şeytan, deyilən həmin ilandır. O Şeytan ki, bütün dünyanı zəlalətə və
uçruma sövq edir.» (12-ci fəsil, 9-cu bölüm).
Bir anlıq diqqət yetirin, görün səmavi adlanan kitablarda elm və qüdrəti hər şeyi əhatə edən
Allaha nə kimi yalan və iftiralar qoşulur. Acizlik, qorxu, yalançılıq və s. Belə ki, Allah agahlıq
ağacını yalan olaraq Adəmə ölüm ağacı kimi tanıtdırmışdır. Sonra isə onun həyat ağacının
meyvəsindən yeyərək əbədi yaşamasından qorxaraq, dünyaya hökmranlıq etməkdə onunla şərik
olmasın deyə, Adəmi Cənnətdən qovur. Daha sonra Allahın cism olaraq cənnətdə gəzişməsinə
işarə olunur. Ən başlıca isə, Allahın Adəm və Həvvanın tutduqları işdən xəbərsiz olduğuna, yə᾽ni
məxluqatın gördükləri işlərdən agah olmadığına toxunulur. Bir halda ki, Zatı bütün eyb və
nöqsanlardan münəzzəh olan bir varlığa, bu kimi sifət və xüsusiyyətləri aid etmək qeyri-
mümkündür.
2. Tövrat İbrahim (ə) ilə Nəmrudun əhvalatında deyir: «İbrahim zövcəsi Saranı Nəmrudun
hüzurunda bacısı kimi qələmə verdi və Sara olduqca gözəl olduğu üçün Nəmrud onu əldən
vermək istəmədi. Onu özünə arvad edib İbrahimə xeyli maddi yardım etdi. Artıq İbrahimin
ixtiyarında xeyli mal-qara və saysız-hesabsız xəzinələr var idi. Nəmrud, Saranı İbrahimin bacısı
yox, zövcəsi olduğunu başa düşdükdə İbrahimə dedi: Nə üçün həqiqəti gizlədib, Saranı əlindən
almağıma razı oldun? Sonra Nəmrud, Saranı İbrahimə qaytardı.» (Tövrat, Yaradıcılıq səfəri, 12-ci
fəsil).
Buradan belə mə᾽lum olur ki, fitnə-fəsada və əxlaqsızlığa yol verən, İbrahim (ə)-ın özü olmuşdur.
Çünki, o, Saranı zövcəsi olduğunu danmaqla Nəmrudun onu ələ keçirməsinə əlverişli imkan
yaratmışdır. Adi insanlar bu işə yol vermədikləri bir halda, Allahın əziz peyğəmbəri belə bir
pozğunluğa yol verə bilərdimi?! Əstəğfirüllah! Allaha pənah aparırıq bu kimi yalan və
iftiralardan!
3. Tövrat Lut (ə) və qızlarının əhvalatı haqda deyir: «Günlərin bir günündə Lutun böyük qızı
bacısına deyir: Artıq atamız qocalıb əldən düşüb və yer üzündə bizimlə yaxınlıq edəcək kimsə
30
qalmayıb, gəl atamızı məst edib onunla yaxınlıq edək. Beləliklə atamızın nəslini qoruyub
saxlamış olarıq. Həmən günün gecəsi Lutu içirdirlər, böyük qızı onunla yaxınlıq edir. İkinci gün
yenə də bu iş təkrar olur və bu dəfə kiçik qızı onunla yaxınlıq edir. Beləliklə hər iki bacı atasından
hamilə olur. Onların hər birinin bir oğlu olur. Böyük bacının oğlu «Mu abin» sülaləsinin banisi
«Mu ab», kiçik bacının oğlu isə «Bəni-əmum» sülaləsinin banisi «Bin-əma» adı ilə şöhrət tapır.»
(Tövrat, Yaradıcılıq səfəri, 19-ci fəsil).
Bu da Tövratda həzrət Lut və onun qızları haqda uydurulmuş növbəti təhqiramiz əfsanə.
4. Tövratda deyilir:
«İshaq özündən sonra peyğəmbərliyi oğlu İsuya vermək istəyirdi. Lakin Yə᾽qub adlı başqa bir
oğlu atasının korluğundan istifadə edib qardaşının paltarını geyinir və özünü İsu kimi tanıtdırır.
İshaq təmtəraqlı məclis qurub oğlunun peyğəmbərliyə tə᾽yin olunduğunu qeyd edir və özü də
məclisə qoyulan şərablardan bir qədər içir. Sonra oğlu üçün dua edib deyir: Sən bundan sonra
qardaşlarının ağası və sərvərisən. Anan və övladlarım qarşında kiçilməli və ehtiram etməlidirlər.
Allah lə᾽nət etsin, sənə lə᾽nət oxuyanlara! Allah yar olsun, səni sevib yar olanlara!
İsu məclisə daxil olub, qardaşının peyğəmbərliyi ondan qəsb etdiyini başa düşür. Atasının yanına
gəlib deyir: Atacan mənə də xeyir-dua et! İshaq deyir: Mən onu sənin və qardaşlarının üzərində
rəhbər tə᾽yin etdim. Buğda və şərabla ona sərvət və qüdrət verdim. Oğul belə olduğu bir halda
mən sənə nə edə bilərəm? İsu atasından rədd cavabını eşidib uca səslə nalə etdi.» (Tövrat,
Yaradıcılıq səfəri, 27-ci fəsil).
Qəribədir, peyğəmbərliyi başqa birisindən qəsb etmək olarmı? Həqiqətən Allah peyğəmbərlik
məqamını hiylə və yalan işlətməklə birinin üzərindən götürüb başqa birisinin öhdəsinə qoya
bilərmi? Görəsən doğrudan da Yə᾽qub, hiylə ilə atası İshaqı aldatdığı kimi, Allahı da aldada
bilmiş və O, da bu məqamı həqiqi sahibinə qaytara bilməmişdirmi?
Bəlkə də bu əfsanəni uyduran şəxslərin özlərini şərab məst etmiş və belə bir çirkin iş tutmağa
vadar etmişdir.
Tövratda deyilir:
«Yəhda, oğlu Əirin zövcəsi Samar ilə zina edir və ondan Faris və Zari adda iki oğlu olur.»
(Tövrat - Yaradıcılıq səfəri, 38-ci fəsil).
Başqa bir tərəfdən isə Məttanın İncilində Yəsu Məsihin şəcərənaməsi geniş şəkildə verilir və
orada həzrət Məsih, Süleyman və onun atası Davudun öz oğlunun arvadı ilə qeyri-qanuni cinsi
əlaqədən dünyaya gələn Faresdən olmaları bildirilir.
Əstəğfirullah! Əgər peyğəmbərlər zinadan, özü də məhrəmlə edilən zinadan dünyaya gəlmiş
olsalar, daha hansı müqəddəslikdən danışmaq olar?!
Amma nədənsə Tövratı tə᾽lif və sonralar təhrif edən şəxslər Allah peyğəmbərlərinə iftira yaxmağı
özlərinə adi peşə seçmişlər.
31
6. Tövratda deyilir:
«Davud, qabaqcıl sərkərdəsi Uryaya adlı imanlı bir şəxsin zövcəsi ilə zina edir. Uryayın zövcəsi
bu yaxınlıqdan sonra hamilə olur. Davud rüsvay olacağından qorxub müxtəlif tədbirlərə əl atır.
Bir gün o, Uryaya əmr edir ki, evə gedib öz zövcəsi ilə yaxınlıq etsin. Amma Uryay bundan
imtina edərək deyir: Heç rəvadırmı ki, ağam Yuab və onun havadarları səhrada aclıqdan-
susuzluqdan əziyyət çəksin, mən də gedim öz zövcəmlə yaxınlıq edim?! Yox! Heç vaxt! And
olsun əziz canına, mən bu işə heç vaxt razı olmaram.
Davud bunun da bir nəticə vermədiyini gördükdə, Uryayı yanında saxlayıb yedirdib içirir. Onu
məst etdikdən sonra Yuaba belə bir məktub yazır. Uryayı ağır döyüşə göndər. Onu düşmənlə
qarşı-qarşıya qoyun. Döyüşüb həlak olsun.
Yuab da Davudun göstərişinə əməl edir. Uryay döyüşdə həlak olduqdan sonra, Davuda bu haqda
xəbər verir. Davud Uryayın zövcəsini öz evinə aparır və əzadarlıq günləri başa çatdıqdan sonra
onunla rəsmi ailə qurur.» (Şemuel – kitab 2, 11-12-ci fəsillər).
Məttanın İncilində də deyilir ki, «Süleyman peyğəmbər və Davud (ə)-ın oğlu həmən qadından
dünyaya gəlmişlər.»
Azacıq da olsa, qeyrət hissi olan bir şəxsə bu işi aid etmək mümkün olmadığı bir halda, ismət və
şəxsiyyətilə hamıdan fərqlənən Allah peyğəmbərlərinə belə bir çirkin və nalayiq işi aid etmək
olarmı?
Şəxsi rə᾽ylər əsasında yazılmış incillərdə başqa bir nöqsan nəzərə çarpır. O da həm Süleyman (ə)-
ın, həm də həzrət Məsihin Davud (ə)-ın oğlu olmasıdır. Necə ki, Lukanın İncilində deyilir:
«Məsih, atası Davudun taxtında oturardı...» Maraqlıdır, görəsən Davud (ə)-ın oğlu, həzrət Məsih
olumuşdur, ya Süleyman? Yoxsa, onlar iki doğma qardaş olmuşlar!?
7. Tövratda deyilir:
«Süleyman peyğəmbərin yeddi yüz azad, üç yüz də kəniz qadını var idi. Qadınlar onu bütlərə
ibadət etməyə sövq edirdilər. Süleyman onların hiyləsinə uyub Sədunilərin pərəstiş etdikləri
Əşturət və Əmunilərin pərəstiş etdikləri Məlkum bütünə ibadət etməyə başladı. Allah-taala onun
bu xoşagəlməz işindən qəzəblənib deyir: İxtiyarında olan bu padşahlıq və səltənəti səndən geri
alıb kölələrindən birinə verəcəyəm.» (Padşahlar - birinci kitab, 11-ci fəsil).
Yenə Tövratda deyilir:
«Süleyman peyğəmbər Səydanilər pərəstiş etdikləri Əşturət, Muabilərin pərəstiş etdikləri Kəmuş
və Əmunilərin pərəstiş etdikləri Məlkum bütləri üçün böyük və gözəl bütxanalar düzəltdirmişdir.
Yuşanın padşahı bütxanaları nəcislə murdarlayıb bütləri sındırır.» (Padşahlar - ikinci kitab, 23-cü
fəsil).
Müəllif: Əqli yolla peyğəmbərlərin mə᾽sum və günahsız olduqları sübuta yetsə də, bir anlıq
onların mə᾽sum olmadıqlarını fərz edək. Bəs, bəşəriyyəti təkallahlığa də᾽vət edən ilahi
32
peyğəmbərin bütlər üçün ibadətgah tikməsini necə, qəbul etmək olarmı? Bu haqda yetgin nəticəyə
gəlməyi əql və düşüncə sahiblərinin öz üzərinə qoyuruq!!
8. Huşənin kitabında deyilir: «Allahın Huşəyə etdiyi ilk xitab bu olmuşdur:
Get özün üçün zinakar qadın və zinazadə övladlar seç. Çünki, yaşadığın dünya zinakar Allah
tərəfindən yaradılmışdır. Huşə, Bəyimin qızı Göhər ilə zina etdi və ondan iki oğlu və bir qızı
oldu.»
Yenə də həmən kitabda deyilir: «Allah Bəni-israili sevdiyi kimi, sən də ərli və zinakar qadını
sev.»
Öz insafınızla qəzavət edin, Allah bəşəriyyətə nümunə olaraq göndərmiş olduğu bir şəxsi
zinakarlığa vadar edə bilərmi?
Yazıçının təklif etdiyi mətləbin qəbahətini dərk etməməsinə təəccüb etməmək olar. Lakin insanda
təəccüb doğuran ziyalı təbəqələrin tövrata səmavi kitab olaraq iman gətirmələri və bir çox
hallarda mö᾽təbər mənbə kimi ona istinad etmələridir!!
Bəli! Təqlid dəyişilməz bir adətdir. İnsanın kor-koranə təqliddən yaxa qurtarması və özünü bütün
asılılıq və tabeçilikdən azad etməsi olduqca çətin məsələdir.
9. İncildə deyilir:
«Günlərin bir günündə Məsih camaata nəsihətamiz xütbə oxuyurdu. Anası və qardaşları isə onu
eşikdə gözləyirdilər. Orada olanlardan biri həzrət Məsihə müraciət edərək deyir: Anan və
qardaşların səni eşikdə gözləyirlər. Onların sənə sözləri vardır. Məsih dedi: Anam kimdir,
qardaşım kimdir? Sonra əli ilə şagirdlərinə işarə edərək dedi: Bunlar mənim anam və
qardaşlarımdır. Mənim həqiqi anam və qardaşlarım o kəslərdir ki, göylərdə deyilənlərə qulaq
asmış və ona iman gətirmiş olsunlar.» (Huşənin kitabı, 3-cü fəsil).
Əziz oxucular! Bir anlıq sözlərdəki səxavətə diqqət yetirin, görün şagirdlərini hamıdan üstün
tutan Məsih, doğma anasını özündən uzaqlaşdıraraq onun müqəddəsliyinə xələl gətirəcək ifadələr
işlədir. Bir halda ki, o özü başqa bir yerdə şagirdləri haqda bu sözləri demişdir. «Onlar hələ də
iman gətirməmişlər.» (Markos 4-cü fəsil).
«Onların qəlblərində xaş-xaş dənəsi qədər də iman yoxdur.» (Mətta 17-ci fəsil).
Mətta, kitabının 26-cı fəslində həzrət Məsih (ə)-ın şagirdləri haqda bu sözləri deyir: «Yəhudilər
Məsihə həmlə edəcəkləri gün şagirdlərindən onu qorumalarını istəmişdi. Amma onlardan heç biri
Məsih (ə)-ın dediklərinə qulaq asmayır. Məsih (ə), yəhudilərin əlinə düşdüyü zaman onu tərk
edən ilk şəxslər məhz şagirdləri oldu.»
Bu, Məsih (ə)-ın şagirdləri haqda İncildə nəql olunmuş nümunələrdən biri idi.
10. Yuhənnanın İncilində deyilir:
33
«Günlərin bir günündə Məsih toy məclisində iştirak edir. Orada şərab qurtardıqda mö᾽cüzə yolu
ilə altı kuzə şərab düzəldir.»
Mətta, Məsih (ə)-ın şərab içməsi haqda yazır: «Məsih bə᾽zən şərab içməkdə həddi aşardı.»
Əstəğfirullah! Allaha pənah aparırıq müqəddəs peyğəmbərlərə vurulan böhtan və iftiralardan. O
ki, qaldı şərabın haramlığına, istər tövratda, istərsə də incildə şərabın haram olması haqda kifayət
qədər ayə və fəsillər vardır.
Belə ki, tövratda Allah-taala Haruna etdiyi xitabələrin birində buyurur: «İctimaiyyət içinə daxil
olduqdan sonra ömrünüzün son gününədək şərab için.»
Qəribədir, görəsən tövratda və incildə şərabın haramlığı haqda kifayət qədər dəlil və sübutlar
olduğu bir halda, həzrət Məsihi şərabxorluqda günahlandırmaq hansı məqsəd daşıyır?
NƏTİCƏ
«Əhdeyn»dəki xurafatlarla az da olsa tanış oldunuz. Göründüyü kimi peyğəmbərlərə və Allaha
yaxılan iftiralar əql və məntiqlə tam ziddiyyət təşkil edir. Biz bütün nümunələri siz əziz
oxucuların ixtiyarına qoyuruq. Diqqətlə mütaliə etdikdən sonra, vicdan və ədalətlə yetgin nəticəyə
gəlib hökm çıxarın. Deyin görək həzrət Məhəmmədin (s) bəşəriyyət üçün əbədi olaraq gətirdiyi
hikmətlə dolu və heç bir nöqsana yol verilməyən Qur᾽an, xurafat əsasında yazılan tövrat və
incildən götürülə bilərdimi? Digər tərəfdən, bütün xurafat, yalan və iftiraları nəzərə alaraq,
Əhdeyni həqiqi səmavi kitab və ilahi vəhy adlandırmaq olarmı?
QUR᾽ANIN UYĞUNLUQ E᾽CAZI
Qur᾽anın bir neçə mö᾽cüzəvi xüsusiyyətləri haqda söhbət açdıq və bir qədər əvvəl, əql və fəlsəfi
e᾽cazına da müxtəsər işarə etdik. Haqqında söhbət açmaq istədiyimiz mövzu, Qur᾽anın həmahəng
və uyğunluq e᾽cazıdır. Yə᾽ni, Qur᾽an ayələrində azacıq da olsun ixtilaf və tərtib baxımından
nöqsan nəzərə çarpmayır.
Hər bir normal insan əldə etdiyi həyati təcrübələrdən belə bir qənaətə gəlməlidir ki, yalan və iftira
əsasında qurulan qanun və nizamnamələr çox keçmədən öz e᾽tibarını itirib aradan getməlidir. O
ki qaldı e᾽tiqadi və əxlaqi məsələlərə, burada bu məsələ daha qabarıq nəzərə çarpır. Yalançı
şəxslər nə qədər sə᾽y etsələr də, öz ifadələrində ziddiyyət və nöqsanlara yol verməlidir. Necə
deyərlər, «yalançının yaddaşı az olar».
Amma Qur᾽ani-kərim, insanların həyatına daxil olmaqla onların ictimai, siyasi, dini və s.
məsələlərinə toxunmuş, azacıq da olsun nöqsan və çatışmamazlıqlara yol verməmişdir.
Allah-taala peyğəmbərlik, siyasət, ictimaiyyət, şəhər və ölkələrin idarəetmə üsulları, əxlaq və s.
qanunlar haqda ətraflı mülahizələr aparmışdır. Burada astronomiya, tarix, müharibə və sülh
qanun-qaydalarına ümumi şəkildə olsa da, toxunulur. Mələk və insanlar, heyvanlar, yağış, külək,
bitkilər aləmi və bu kimi yer və səmavi varlıqlar haqda da maraqlı mə᾽lumatlar verilir. Bütün
bunlarla yanaşı, Qur᾽anda, qiyamətin qorxunc səhnəsi, insanların məhşərdəki sorğu-sualı da öz
34
əksini tapmış və qeyd etdiyimiz kimi, mövzu və qanunların heç birində ziddiyyət, nöqsan və
çatışmamazlıqlara yol verilməmişdir.
Qur᾽an bə᾽zən bir mövzu ətrafında iki dəfə və ya daha artıq söhbət açır, amma buna baxmayaraq
onların heç birində çatışmamazlıq nəzərə çarpmayır. Məsələn, götürək Musa (ə)-ın əhvalatını. Biz
Qur᾽anda bu əhvalatla dəfələrlə qarşılaşsaq da, onların heç birində nöqsan və ziddiyyətlərlə
qarşılaşmırıq. Növbəti ayə özündən əvvəlki ayələri təsdiqləyir və onu daha da təkmilləşdirir.
Qur᾽anın 23 il ərzində müxtəlif hadisə və münasibətlər əsasında nazil olduğunu nəzərə aldıqda,
onun həqiqətən ilahi vəhy olduğunun, insanın elm və qüdrətindən xaric olduğunun bir daha şahidi
oluruq. Qur᾽anın 23 il ərzində nazil olmasını yaranmış ictimai, siyasi, dini şərait tələb edirdi. Bu
müqəddəs kitab ayə-ayə nazil olmasına baxmayaraq, öz həmahəngliyini qoruyub saxlaya
bilmişdir. Bu da Qur᾽anın mö᾽cüzəvi xüsusiyyətlərindən biridir.
«Onlar Qur᾽an barəsində [onun Allah kəlamı olması haqda] düşünməzlərmi?
Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət [ixtilaf, uğursuzluq]
tapardılar.»
Bu mübarək ayə insanı daxili və fitri mətləblərə də᾽vət edir. O da bundan ibarətdir ki, insan irəli
sürdüyü iddia və söylədiyi ifadələrdə yalan və iftiraya əsaslanarsa, gec-tez söylədiyi ifadələrdə
ziddiyyət və nöqsan yaranacaqdır. Lakin biz, Qur᾽anda bu kimi çatışmamazlıqlarla qarşılaşmırıq.
Qur᾽anın nöqsan və çatışmamazlığını sübuta yetirmək üçün heç bir təsdiq və dəlilə ehtiyac
duyulmayır. Bu həqiqəti hətta, o dövrün cahil ərəbləri də dərk edirdi. Fəsahət və bəlağət alimləri,
görkəmli şe᾽r ustaları, ədəbiyyatşünaslar dəfələrlə bu mətləbə toxunmuş, Qur᾽anın əbədi və ilahi
mö᾽cüzə olduğunu e᾽tiraf etmişlər.
Bir anlıq Vəlid ibni Müğeyrənin söylədiklərinə diqqət yetirin. Əbu Cəhl ondan Qur᾽an barəsində
öz nəzərini bildirməsini istədikdə, bu sözləri demişdir:
«Mən Qur᾽an barəsində nə deyə bilərəm? And olsun Allaha! Sizlərdən, məndən çox ərəb şe᾽r və
qəsidələrini bilən yoxdur. Şe᾽rin sirlərində, fəsahət və bəlağət elminin dərinliklərində, rəcəz
şe᾽rlərində məndən bilikliniz yoxdur. Mən şe᾽rin bütün növlərinə, hətta cinlərin şe᾽rlərindən belə
agaham. Amma and olsun Allaha! Məhəmmədin söylədikləri bunların heç birinə bənzəməyir.
Bəli! Məhəmmədin söylədiklərində özünəməxsus şirinlik vardır. Onun söylədiklərindən daha
şirin və daha mə᾽nalı bir şey söyləmək mümkün deyildir. Məhəmmədin hər bir sözü, hər sözdən
daha üstün və təsəvvür olunmazdır.
Əbu Cəhl dedi: And olsun Allaha! Əgər onun əleyhinə bir söz deməsən, qəbilə üzvləri səndən
razı qalmayacaqdır.
Vəlid dedi: Elə isə bir qədər səbr edin, bir şey fikirləşim. Bir qədər fikirləşdikdən sonra dedi:
Qur᾽an, Məhəmmədin sehrkarlardan öyrəndiyi sehrdir.» (Təfsir Təbəri, 29/98).
35
Başqa bir yerdə Vəlidin verdiyi cavab bir qədər fərqli olaraq nəql olunur: «And olsun Allaha!
Məhəmmədin söylədikləri nə insan sözüdür, nə də cin. Dediyi sözlərin özünəməxsus şirinliyi
vardır. Kimsə bu vaxta qədər bu sözləri deməmiş və deməyə də qadir deyildir. İstifadə etdiyi hər
bir ifadə də yenilik və cazibəlik hiss olunur.»
Əgər səmavi kitab adlanan tövrat və incili diqqətlə araşdırsanız, haqq və batili olduğu kimi dərk
edib həqiqətə nail olacaqsınız.
İndi isə incildəki bir neçə ziddiyyətli ayələrə diqqət yetirin:
1. Lukanın incilində deyilir:
Məsih (ə) dedi:
«Mənimlə olmayanlar mənə müxalif olanlardır.» (Mətta. 12-ci fəsil. Luka 11-ci fəsil).
Amma başqa bir yerdə yenə də incildə oxuyuruq: «Bizimlə müxalif olmayanlar bizimlədirlər.»
(Markos və Luka. 9-cu fəsil).
2. İncildə deyilir: «Məsih (ə)-ı saleh müəllim adlandırdıqda e᾽tiraz edərək dedi: Saleh?! Allahdan
başqa kimsə saleh deyildir.» (Mətta. 19-cu fəsil. Markos 10-cu fəsil).
Amma başqa bir yerdə bunun tam əksilə rastlaşırıq. «Mənəm saleh gözətçi. Sonra dedi: Saleh
gözətçi mən özüməm.» (Yuhənna 10-cu fəsil).
3. Məttanın İncilində deyilir:
«Həzrət Məsih ilə dar ağacına asılan oğruların hər ikisi onu danlayır, təhqiramiz sözlər
deyirdilər.» (Mətta. 27-ci fəsil).
Başqa bir incildə isə bunun tam əksi deyilir: «Oğrulardan biri Məsihə dedi: Əgər həqiqətən
Məsihsənsə (Allah peyğəmbərisənsə) həm özünü, həm də bizi bu bəladan qurtar. Başqa birisi
dedi: Məsihi danlamaqla Allahın əzabından qorxmursanmı.» (Luka 5-ci fəsil).
4. Yuhənnanın İncilində deyilir:
«Əgər mən öz xeyrimə şəhadət verirəmsə, şəhadətim heç də düzgün olmayacaqdır.» (Yuhənna 5-
ci fəsil).
Amma həmən incildə başqa bir fəsildə deyilir:
«İsa dedi: Əgər mən şəhadət verərəmsə, şəhadətim tamamilə düzgün olacaqdır.» (Yuhənna 8-ci
fəsil).
Bunlar həcm baxımından bir o qədər də böyük olmayan incildən, bir-biri ilə fərqli və ziddiyyətli
nümunələr idi. Amma nə qədər az olsa da, həqiqətsevər insanlara həqiqəti bilmək üçün kifayət
qədər dəlil və sübut ola bilər.
36
QUR᾽ANIN QANUNVERİCİLİK BAXIMINDAN E᾽CAZI
QUR᾽ANDAN ƏVVƏLKİ DÖVRLƏR
Bu bir həqiqətdir ki, aləmi öz nuru ilə işıqlandıran islam dini, zühur etməzdən əvvəl bir çox
millətlər, xüsusilə cahil ərəblər zülmət və qorxunc həyat tərzi keçirirdi. Savadsızlıq, əxlaqsızlıq,
ictimai pozğunluq hakim olan bir cəmiyyətdə elm öyrənmək ərəblər üçün böyük rüsvayçılıq, qan
töküb ticarət karvanlarını qarət etmək isə mərdanəlik hesab olunurdu.
İslamdan əvvəl onlar özlərinin qorxunc və xurafi adət-ən᾽ənələrindən böyük bəhrələr aparırdılar.
Cahil ərəblərin, vahid əqidə adı altında bir yerə toplayacaq nə dini, nə də ictimai qanun
çərçivəsində vəhdət yaradacaq qanunları var idi. Ata-babalarının adət-ən᾽ənələri onları heyran
edir və onu davam etdirməyi özləri üçün böyük fəxr bilirdilər. Bütpərəstlik cahil ərəblər arasında
ən çox yayılmış ayinlərdən biri hesab olunurdu. Onlar öz əlləri ilə yonduqları bütlərə pərəstiş edir
və onları şəfaətverici vasitə kimi müqəddəsləşdirirdilər.
Ata-analarından onlara irs olaraq qalan var-dövlət və qarət yolu ilə əldə etdikləri mallar, onlar
arasında püşk atma yolu ilə bölünürdü. Hər şeydən çox, geniş yayılmış qumarbazlıq əksəriyyət
tərəfindən rəğbətlə qarşılanır, hətta bunu özlərinə böyük iftixar hesab edirdilər. Adət şəklini almış
ən çikrin işlərdən biri də, atalarının zövcələri ilə evlənmələri, ondan da dəhşətlisi isə qız
uşaqlarını diri-diri torpağa basdırmaları olmuşdur.
QUR᾽AN ƏSRİ
Ərəbistan yarmadasının islamdan əvvəlki ictimai vəziyyəti ilə az da olsa tanış oldunuz. Cəhalət
və hərc-mərclik baş alıb getdiyi bir halda, orada parlaq islam günəşi doğdu. Cəhalətdə qərq olmuş
qaranlıq ürəklər, islam nuru ilə işıqlandı.
Təkallahlıq, bütpərəstliyin cəhalət və fəsadını elm və əxlaqla, illər boyu davam edən qəbiləvi
düşmənçiliklərini isə dostluq və məhəbbətlə əvəz etdi. Qarətçi və pərakəndə ərəb qəbilələri
təqvalı vahid müsəlman ümmətinə çevrildi. Belə ki, iqtidarda olduqları illər ərzində elm,
mədəniyyət, insaniyyət və svilizasiyanın ən yüksək mərhələlərinə nail olaraq, fəth etdikləri
ölkələrdə də bunların yayılmasında böyük nailiyyətlər əldə etdilər. Həmin dövrdə elm,
mədəniyyət və tərəqqi artıq islam bayrağı altında dalğalanırdı.Görkəmli fransız elm xadimi Durus
bu haqda deyir:
«Müsəlmanların peyğəmbəri olan Məhəmməd, özünün səmavi tə᾽limlərini pərakəndə ərəb
qəbilələri arasında asanlıqla yayaraq onların vəhdət və birliyinə nail oldu. O, öz hakimiyyətini
İspaniyadan Hind yarmadasınadək yayaraq svilizasiya və tərəqqi bayrağını bu ölkələrdə ucalda
bildi. O böyük insan, Avropa ölkələrindən fərqli olaraq, bir zaman Ərəbistan yarmadasında dərin
islahatlar apara bildi.
Orta əsrlərdə elm və mədəniyyətə yiyələnən yeganə millət var idisə, o da cəhalət pərdəsini kənara
çəkmiş və onu elm və mədəniyyətlə əvəz etmiş ərəb milləti idi.» (Sifvətul ürfan. Məhəmməd
Fərid Vəcdi-119).
37
Demək, ərəblər qazandıqları bütün zəfər və nailiyyətləri, müqəddəs islam dinini qəbul etmək və
səmavi bir kitab kimi Qur᾽ana iman gətirmələri ilə əldə etmişlər. O, Qur᾽an ki, bütün qanun
nizamnamələri məntiq və əql əsasında qoyulmuşdur. Qur᾽an özünəməxsus bəyanetmə üslubu ilə
digər səmavi kitablardan fərqli və müqayisəolunmaz dərəcədə üstündür. Bu halda biz bunu,
Qur᾽anın başqa bir mö᾽cüzəvi xüsusiyyətlərindən biri kimi qəbul edə bilərik.
QUR᾽ANDA BƏRABƏRLİK
Qur᾽anın digər mö᾽cüzəvi xüsusiyyətlərindən biri də qanunvericilik və əxlaq prinsiplərində
tutduğu orta mövqe və ədalətdir. Belə ki, bu müqəddəs kitabda qanunvericilikdə ifrat və təfritə
varmadan orta mövqe tutulmuşdur. Qur᾽an ədalət və bərabərliyə diqqət yetirir və bu iki
xüsusiyyət üzərində qurulan bütün işləri insanlar üçün zəruri hesab edir. Və eyni zamanda onların
dilindən, Allah-taaladan bütün işlərin ifrat və təfritə yol vermədən həyata keçirməsini diləmələrini
bəyan edir.
«Bizi doğru yola yönəlt.» (Fatihə-5).
Qur᾽anın digər ayələrində də insanların bütün işlərdə orta mövqe tutmaları (ifrat və təfritə yol
verməmələri) tövsiyə olunur.
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman
ədalətlə hökm etmənizi əmr edir.» (Nisa-58).
« Ədalətli olun. Bu təqvaya daha yaxındır » (Maidə-8).
«Söz söylədiyiniz zaman [lehinə və ya əleyhinə danışdığınız adam] qohumunuz olsa belə, ədalətli
olun» (Ən᾽am-152).
«Həqiqətən, Allah [Qur᾽anda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını]
verməyi [kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis
işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə
öyüd-nəsihət verir!» (Nəhl-90).
Qur᾽an həyatın bütün sahələrində ədaləti hər şeydən üstün tutur və müsəlmanlara da daim bu
me᾽yara əsaslanmağı tövsiyə edir. Onlardan bir neçəsi haqda söhbətə bəşlayırıq.
1. SƏRVƏT VƏ MÜLKİYYƏT
Qur᾽an insanın orta həyat səviyyəsində yaşamasını, israfa yol verməyib, imkansızlara qarşı xəsis
olmamasını tövsiyə edir. Qur᾽anın bir çox ayələrində insanların xəsislik və paxıllıqdan uzaq
olmaları əmr olunur:
«Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər, heç də bunu özləri
üçün xeyirli hesab etməsinlər. Xeyir, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey
qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər
bir əməlinizdən xəbərdardır.» (Ali İmran-180).
38
Eyni zamanda insanların israfdan çəkinərək bir qədər əliaçıq olmaları tövsiyə olunur.
«İsraf etməyin. Allah israf edənləri sevməz!» ( Ən᾽am-141).
«Həqiqətən, [malını əbəs yerə] sağa-sola səpələyənlər Şeytanın qardaşlarıdır.» (İsra-27).
«Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də
peşiman olarsan.» (İsra-29).
2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT
Qur᾽an insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına çıxan bəla və müsibətlərə səbr
etməyə tövsiyə edir. Səbr edənlərin böyük ne᾽mətlərlə mükafatlandırılacaqlarına bəşarət verir:
«Yalnız [dünyada Allah yolunda çətinliklərə] səbr edənlərə [axirətdə] saysız-hesabsız mükafat
veriləcəkdir.» (Zumər-10).
«Allah səbr edənləri sevər.» (Ali İmran-146).
Amma bu heç də o demək deyildir ki, Qur᾽an insanları zülmə qarşı mübarizə aparmaqdan
çəkindirir və onların zülmə tabe olmalarını tövsiyə edir. Xeyir! Qur᾽an məzlumlara, öz haqlarını
tələb etmək lazım gələrsə, mübarizəyə belə qoşulmasını əmr edir. Bəqərə surəsinin 194-cü
ayəsində bu haqda deyilir:
«Sizə qarşı həddini aşanlarla siz də həmən ölçüdə həddi aşın [cavab verin].»
* * *
Qur᾽an, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yə᾽ni daha ağır əzab növlərindən istifadə
etmədən) qisas almaq ixtiyarın vermişdir.
«Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə [və ya varisinə qatil barəsində] bir ixtiyar
verdikdə [istəsə qatildən qisas alar, istəsə bağışlayar və ya qanbahası tələb edər]. Lakin, o da qətl
etməkdə ifrata varmasın. [qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin.» (İsra-33).
3. MADDİ VƏ MƏ᾽NƏVİ İŞLƏRDƏ ƏDALƏT
Qur᾽anın qanunvericilik prinsipləri ədalət üzərində qurulduğu üçün, onda dünya və axirət
qanunları arasında müəyyən oxşarlıq vardır. Qur᾽an, tövratda olduğu kimi yalnız insanların maddi
həyatlarına diqqət yetirərək axirət dünyasını onların zehnindən silməmişdir. Belə ki, xeyirxah
işlər görən şəxslərin mükafatını, məhz dünyəvi var-dövlətdə və başqalarının üzərində
hakimiyyətdə görür. Və eyni zamanda incildə olduğu kimi, yalnız axirətə qapılaraq dünyəvi
həyatdan əl çəkməyi kimsəyə tövsiyə etməyir.
Qur᾽an həm insanları axirət dünyasına sövq edir, həm də dünyəvi halal ləzzətlərdən zövq almağı
tövsiyə edir.
39
«Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacların altında çaylar axan cənnətlərə
əbədi olaraq daxil edər ki, bu da [mö᾽minlər üçün] böyük uğur və qurtuluşdur! Hər kəs Allaha və
peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil
edər. Onu rüsvayedici əzab gözləyir. (Nisa 13-14).
«Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini görəcəkdir [mükafatlanacaqdır].
Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir [cəzasnı çəkəcəkdir].» (Zilzal 7-8).
«Allahın sənə verdiyindən özünə axirət qazan [malını Allah yolunda sərft et]. Dünyadakı nəsibini
də unutma.» (Qəsəs-77).
Qur᾽anın bir çox ayələrində elm və təqvaya tövsiyə olunmaqla yanaşı, dünyəvi halal ne᾽mətlərdən
səmərəli istifadə etməyə də xüsusi diqqət yetirilir.
«[Ya Məhəmməd!] De ki, Allahın öz bəndələri üçün yaratdığı zinət və təmiz [halal] ruziləri
onlara kim haram buyurmuşdur?» ( Ə᾽raf-32).
* * *
Qeyd etdiyimiz kimi Qur᾽an, insanların dünyəvi həyatları ilə yanaşı axirət dünyasının mə᾽nəvi
məsələlərinə də xüsusi diqqət yetirir. Bütün bunlarla yanaşı insan, yaradılış dünyasında mövcud
olan varlıqlara və vücudunun əsrarəngiz sirlərinə yol tapmasına sövq olunur. Burada tək insanla
Allah arasında olan rabitəyə deyil, onların bir-biri ilə ünsiyyətdə olma və qarşılıqlı həmkarlıq və
ehtiram prinsiplərinə də diqqət yetirilir.
4. İQTİSADİYYATDA ƏDALƏT
Qur᾽ani-kərimdə qanuni alqı-satqı və digər müamilə üsulları halal, sələm, çəkidə və digər ölçü
vahidlərində edilən kələkbazlıqlar isə haram buyurulmuşdur.
«Allah, alış-verişi halal, sələm almağı isə haram [qadağan] etmişdir.» (Bəqərə-275).
«Ey iman gətirənlər! Əhdlərə sadiq olun!» (Maidə-1).
5. HƏYAT YOLDAŞINI SEÇMƏKDƏ ƏDALƏT
Bəşəriyyətin yer üzündə çoxalaraq qalmasının yeganə amili varsa, o da evlənmək və ailə
qurmaqdır. Bu səbəbdən də Allah-taala insanlara müəyyən olunmuş qanunlar çərçivəsində
evlənmə əmrini vermişdir.
«[Ey mö᾽minlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə
qabil] kölə və qariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları
dövlətli edər. Allah [lütf, mərhəmət] geniş olan və [hər şeyi] biləndir!» (Nur-32).
« Əgər yetim qızlarla [evlənəcəyiniz təqdirdə] ədalətlə rəftar edə biləcəyinizdən qorxarsınızsa, o
zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfəri ilə nikah bağlayın.» (Nisa-3).
40
6. RƏFTAR VƏ ÜNSİYYƏTDƏ ƏDALƏT
Qur᾽an, insanı həyat yoldaşı ilə xoş rəftar etməyə, onun maddi-mə᾽nəvi ehtiyaclarını ödəməyə və
digər müsəlmanlarla, xüsusilə ata-ana, yaxın qohumlarla da gözəl rəftar etməyə də᾽vət edir.
Başqalarına qarşı xoş rəftar etmək və səmimi ünsiyyətdə olmaq yalnız müsəlmanlara deyil, eləcə
də bütün bəşəriyyətə vacib olan məsələlərdəndir.
«Onlarla [qadınlarınızla] gözəl [Allah buyurduğu kimi] rəftar edin.» (Nisa-19).
«Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar [kişilər]
üzərində hüquqları vardır.» (Bəqərə-228).
«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə,
yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, [pulu qurtarıb yolda qalan]
müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənənləri
və lovğalıq edənləri sevməz.» (Nisa-36).
«Allah sənə [sərvət verməklə] yaxşılıq etdiyi kimi, sən də [varından yoxsullara, qohum-əqrəbaya
xərcləməklə] yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah
fitnə-fəsad törədənləri sevməz.» (Qəsəs-77).
«Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır.» ( Ə᾽raf-56).
«Yaxşılıq edin! Allah yaxşılıq [ehsan] edənləri sevər.» (Bəqərə 195).
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
Qur᾽an yaxşı işlərə də᾽vət, pis işlərdən çəkindirməyi müəyyən şəxslərə deyil, «ümumi nəzarət
qanunu» adı altında hamıya eyni səviyyədə vacib etmişdir.
Ümumi şəkildə şamil olan belə bir qanun, ümumbəşəri bir inanc olan müqəddəs islam dininə
əbədilik ruhu vermişdir.
İslam, cəmiyyətin bütün üzvlərini və hər bir ailə üzvlərini bir-birlərinin üzərində nəzarətçi və
haqq-ədalətə sövq edən hidayətçi tə᾽yin etmişdir. Başqa sözlə desək, hər bir müsəlman yaşadığı
cəmiyyətdə bir növ hüquq-mühafizə işçisi rolunu oynayır. O, cəmiyyətdə yaranmış fitnə-fəsadın,
pozğunluğun qarşısını almalı və ictimai ədalətin bərqərar olunması üçün əlindən gələni
əsirgəməməlidir.
Diqqətli olun, cəmiyyətin maddi-mə᾽nəvi maraqlarını qoruya biləcək bundan böyük, qüdrətli və
tə᾽siredici ordu yaratmaq olarmı?!
Yaşadığımız əsrdə ölkə və şəhərlərə nəzarət etmək üçün xüsusi tə᾽yinatlı polis və ordu
hissələrindən istifadə olunur. Amma bununla belə, ictimai problemlərin, qanun pozğunluqlarının
qarşısı tamamilə alınmır. Çünki, hər bir nəzarətçi orqan nə qədər güclü və təchiz olunmuş olsa da,
daim cəmiyyətin arasında olmaq imkanına nail ola bilmir. Daha dəqiq desək, bu iş onlar üçün
qeyri-mümkündür.
41
Amma islam «yaxşı işlərə də᾽vət, pis işlərdən çəkindirmək» proqramını tərtib etməklə,
ümumdünya müsəlmanlarından əzəmətli könüllü ordu yaratmışdır. Belə bir ordu, kimsə
tərəfindən maliyələşdirilmədən hər zaman, hər yerdə üzərinə düşən məs᾽uliyyəti lazımınca yerinə
yetirir və ictimai sabitliyin bərqərar olunması üçün tam zəmanət verir.
QUR᾽ANDA BƏRABƏRLİK QANUNU VƏ ÜSTÜNLÜK ME᾽YARI
Qur᾽anın hər şeydən daha çox əhəmiyyət verdiyi məsələ, bərabərlik prinsipləridir. Belə bir
prinsipin həyata keçməsilə sinfi, irqi ixtilaflar aradan qaldırılmış, birinin digərindən güc, var-
dövlət və s. baxımdan üstün tutma tərz-təfəkkürünə bir dəfəlik son qoyulmuşdur. Üstünlük
me᾽yarı isə, Qur᾽an nöqteyi-nəzərindən elm və təqva qəbul olunmuşdur. Bu haqda Qur᾽an
ayələrində deyilir:
«Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.» (Hücurat-13).
«Heç, bilənlərlə bilməyənlər [alimlə cahil] eyni ola bilərmi?!» (Zümər-9).
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: «O böyük Allah, cahiliyyət dövründə xar və
rüsvay olanlara islam kölgəsi altında, izzət və hörmət bəxş etdi. İslamı qəbul etməklə, cahiliyyət
dövründəki ata-babaları və qəbilələri ilə etdikləri iftixar hisslərini kənar qoyub, birliyə,
bərabərliyə nail oldular. İstər ərəb olsun, istərsə də əcəm, istər ağ olsun, istərsə də qara, bütün
insanlar Adəmin övladlarıdırlar və Adəm torpaqdan xəlq olunmuşdur. Qiyamət günü Allah
yanında ən hörmətliniz, pərhizkarlar [Allahdan qorxanınız] olacaqdır.» (Fürui Kafi. 2-ci cild, 21-
ci fəsil).
Başqa bir hədisdə buyurur:
«Alimlərin digər insanlardan fəzilətli [üstün] olması, mənim sizlərdən fəzilətli olmağım kimidir.»
(Camiussərcir. Mənavinin şərhi. 4-cü cild, 432-ci səh).
Milliyyətcə ərəb olmayan Salman Farsi öz imanı ilə hamıdan fərqlənir və məhz belə bir
xüsusiyyətinə görə Peyğəmbər (s)-ın nəzərində daha da ucalır. Əhli-beyt üzvlərindən biri kimi
tanınmağa başlayır. Lakin Əbu Ləhəb, Peyğəmbər (s)-ın əmisi olmasına baxmayaraq, Allaha
şərik qoşduğu üçün müsəlman ümmətinin sıralarından xaric olunur.
Peyğəmbər (s)-ın tarixini mütaliə edərkən bir daha bunun şahidi oluruq ki, o böyük insan, heç
vaxt öz qohum-əqrəbası, qəbiləsi ilə fəxr etməmişdir. Elm və təqvanı hər şeydən üstün tutur,
insanları təkallahlığa, bərabərliyə, birliyə, qardaşlığa də᾽vət edirdi. Beləliklə o, qəlblərə yol tapıb
cahiliyyət dövrünün qeyri-insani adət-ən᾽ənələrini vəhdət və bərabərliyə çevirdi. Bir qədər əvvəl
bə᾽zi qəbilələrə xiffət gözü ilə baxan Məkkənin ə᾽yan-əşrəfi, öz qızlarını islamı qəbul etmiş və
heç bir maddi imkanı olmayan şəxslərə ərə verməyə razı olurdular.
NƏTİCƏ
Göründüyü kimi, Qur᾽anda bəyan olunan ilahi qanunlar müəyyən dövr və şəxslər üçün deyil,
nazil olduğu ilk gündən qiyamət gününədək bütün bəşəriyyətə şamil olmuş və olacaqdır.
42
Bəşəriyyətin maddi və mə᾽nəvi ehtiyaclarını tə᾽min edən bu qanunlar həm dünya, həm də axirət
xarakteri daşıyır. Bütün bunları nəzərə alaraq Məhəmməd (s)-ın haqq peyğəmbərliyinə şəkk və
tərəddüdlə yanaşmaq olarmı? Bir haldakı o, yarımvəhşi və nadan bir cəmiyyətdə peyğəmbər
tə᾽yin olunmuş və öz də᾽vətini o dövr və məkanın əqidəvi məsələləri ilə heç bir əlaqəsi olmadığı
bir şəraitdə həyata keçirmişdir. Belə ki, onun risaləti ərəb qəbilələrinin təsəvvür etdiklərindən
daha yüksək idi.
QUR᾽ANDA DƏYİŞİLMƏZ HƏQİQƏTLƏR
Qur᾽ani-kərimin ayələrində bir çox mətləblərə toxunulmuş, bə᾽ziləri haqda ötəri mə᾽lumat,
bə᾽ziləri haqda isə ətraflı izahlar verilmişdir. Bə᾽zən, olduqca böyük əhəmiyyət kəsb edən
Allahtanıma, təfəkkür, yaradılış, qiyamət, metafizika aləmi, ruh, mələklər, cin, Şeytan, qalaktika,
keçmiş peyğəmbərlərin və onların davamçılarının tarixi haqda söhbət açılmış və nəsihətamiz
məsəllər çəkilmişdir. Bütün bunlarla yanaşı, bə᾽zən ailə hüquqları, döyüş, ölkə idarəetmə, ictimai-
sosial qanunlarına da toxunulur. Eyni zamanda siyasət, ictimai əlaqələr, iqtisadiyyat, evlənmə və
s. məsələlərə də toxunaraq bəşəriyyətə ədalətli üsul və qanunlar təklif edir.
Bütün bunlar bəşəriyyətin ixtiyarına qoyulmuş ən kamil, nöqsan və çatışmamazlıqlara yol
verilməyən ilahi qanunlar silsiləsidir.
Demək, insanlar belə bir qanunlar silsiləsini tərtib etməkdə, sadəcə olaraq acizdir. Xüsusilə
yarımvəhşi və cahil bir cəmiyyətdə bunun həyata keçməsi qeyri-mümkündür.
Bir anlığa nəzəri elmlər haqda yazılmış əsərlərə nəzər salaq. Bu sahədə bir çox alimlər minlərlə
məqalə və əsərlər yazıb-yaratmışlar. Amma çox keçmədən onların hər birində nəzərə çarpacaq
dərəcədə nöqsan və çatışmamazlıqlar müşahidə olunmuşdur. Çünki, nəzəri elmlər ətrafında nə
qədər araşdırmalar aparılarsa, bir o qədər çatışmamazlıq və boşluqlarla qarşılaşmaq olar. Həqiqət,
bəhs və araşdırmaların səmərəsidir.
İstər keçmiş nəsillərdən gəlib çatmış həll olunmayan elmi əsərlər, istərsə də keçmişdə yazılmış
fəlsəfi kitablar, sonrakı nəsillər tərəfindən oxunub nəql edilmişdir. Belə ki, bir çox hallarda,
keçmiş alimlərə müxtəlif dəlillər yolu ilə sabit olmuş böyük əhəmiyyət kəsb edən məsələlər,
sonralar daha ətraflı araşdırılmışdır. Amma yüz illərin keçməsinə baxmayaraq, Qur᾽an ayələri
ətrafında yüzlərlə təhqiqatlar aparılmış lakin, ilahi qanunlara kiçicik də olsa nöqsan və iradlar
tutulmamışdır. Əgər bu barədə nə isə yazılmışsa da, çox keçmədən tutarlı dəlillərlə batil
olunmuşdur. Bu barədə gələcək fəsillərdə ətraflı səhbət açacağıq.
QUR᾽ANDA QEYBİ XƏBƏRLƏR
Qur᾽anın bə᾽zi ayələrində gələcəkdə baş verəcək mühüm tarixi hadisələrə işarə olunur. Belə ki,
tarixə nəzər saldıqda, bu haqda xəbər verən Qur᾽an ayələri nazil olduqdan sonra həmən hadisələr
baş vermiş və azacıq da olsa səhvə yol verilməmişdir.
1. BƏDR DÖYÜŞÜNÜN ƏVVƏLCƏDƏN XƏBƏR VERİLMƏSİ
43
«O zaman Allah, sizə iki dəstədən birinin [Şamdan qayıdan karvanın və ya Məkkədən qalxıb
onların köməyinə gələn Qüreyş əsgərlərinin] sizin olmasını və᾽d edirdi. Siz, silahsız karvanın
sizin olmasını arzu edirdiniz. Allah isə öz sözlərini [bu barədə nazil etdiyi ayə] ilə haqqı [islamı]
bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.» ( Ənfal-7).
Döyüş başlamazdan əvvəl islamı təzə qəbul etmiş mö᾽minlər həm silah və sursat, həm də canlı
qüvvə baxımından azlıq təşkil edirdilər.
Müsəlmanlardan yalnız Zubeyr ibni Əvvamın və Miqdadın miniyi vardısa, Qüreyş əsgərləri həm
ordu baxımından çoxluq təşkil edir, həm də hamılıqla döyüş silahları ilə təchiz olunmuşdular. Bu
səbəbdən də onlar qorxuya düşərək mə᾽nəvi sarsıntı keçirirdilər. Lakin ayə nazil olmaqla, onların
sayca az olmalarına baxmayaraq, qalib gələcəklərinə və kafirlərin məğlubiyyətə uğrayacağına
bəşarət verilir.
1. PEYĞƏMBƏRİN (S) DÜŞMƏNLƏRİ HAQDA VERİLƏN XƏBƏRLƏR
«[Ya Məhəmməd!] Sənə əmr olunan Qur᾽anı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!
Şübhəsiz ki, istehza edənlərin [şərindən] səni qorumağa Biz kifayət edərik. O kəslər ki, Allahdan
başqa tanrıya şərik qoşdular, onlar [başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd
əməllərinin aqibətini] mütləq biləcəklər.» (Hicr 94-95-96).
Ayə islamın zühur etdiyi ilk günlərdə Məkkədə nazil olmuşdur. Bəzzaz və Təbərani kimi
müfəssirlər ayənin nazil olma səbəbləri haqda Ənəs ibni Malikdən nəql etdikləri hədisdə deyirlər:
«İslamın zühur etdiyi ilk günlərdə Peyğəmbər (s) Məkkə müşriklərinin yanından keçərkən
onlardan biri istehza ilə dedi: özünü peyğəmbər sanan və daim Cəbraillə birgə olduğunu güman
edən şəxs budur.» Həmən anda ayə nazil olur və Peyğəmbərə (s) qeyb aləmindən yardım olacağı
və kafirlərin tezliklə xar və rüsvay olacaqları bildirilir.
Ayə nazil olarkən kimsə, iqtidarda olan qüdrətli və adlı-sanlı Qüreyş qəbiləsinin tez bir zamanda
məğlubiyyətə uğrayacağını güman etmirdi. Lakin, ayə nazil olmaqla hər şey əvvəlcədən bəyan
oldu və çox keçmədən həqiqət öz yerini tapdı.
3. İSLAMIN BÜTÜN DİNLƏRƏ QALİB GƏLMƏSİ
«Müşriklərin xoşuna gəlməsə də, islamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz
Peyğəmbərinə doğru yolu göstərən, rəhbərlə [Qur᾽anla] və haq dinlə göndərən Odur!» (Səf-9).
Ayə nazil olarkən hələ islam dini Ərəbistan yarmadasında bütünlüklə yayılmışdı. Lakin, bir neçə
il əvvəl bu ayə nazil olmaqla, islam dininin bütün dinlərə qalib gələcəyi və qiyamət gününədək öz
əzəmətini qoruyub saxlayacağı bildirilirdi.
4. İRAN-RUM MÜHARİBƏSİ
«Rumlular [bizanslılar iranlılara] məğlub oldular. [ Ərəbistana] ən yaxın bir yerdə [Şamda ya
Urdunda] lakin onlar [bu] məğlubiyyətlərindən sonra qalib gələcəklər.» (Rum 2-3).
5. İSLAM DÜŞMƏNLƏRİNİN MƏĞLUBİYYƏTİ
44
«Yoxsa onlar: «Biz [Məhəmməddən və mö᾽minlərdən] intiqam ala biləcək bir zümrəyik!» -
deyirlər?
[Bədr vuruşunda] bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!» (Qəmər 44-45).
Bədr döyüşü baş verməzdən əvvəl, Məkkə müşriklərinin böyük məğlubiyyətə uğrayacağı haqda
Peyğəmbərə (s) xəbər verilir. Hər tərəfli təchiz olunmuş doqquz yüz nəfərlik Qüreyş ordusunun
müqabilində duran, hərbi ləvazimat baxımından olduqca acınacaqlı vəziyyətdə olan üç yüz
nəfərlik müsəlman qoşunu üçün bu xəbər hər şeydən mühüm ola bilər.
6. ƏBU LƏHƏBİN AQİBƏTİ
«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! [Qiyamət günü] ona nə mal-dövləti fayda verəcək, nə də
qazandığı [və ya oğul-uşağı]. O, alovlu atəş görəcəkdir. Onun odun daşıyan [Peyğəmbərlə
düşmənçilik edən, adamlar arasında göz gəzdirən] övrəti də həmçinin.» (Ləhəb 1-4).
Ayə Əbu Ləhəbin həyatı haqda nazil olmuşdur. Göründüyü kimi onun özünün və övrətinin
cəhənnəmin dəhşətli əzabına düçar olacağı, onlar hər ikisi sağ ikən bəyan olunur.
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ
Qur᾽ani-kərimdə dəfələrlə yaradılışın sirr və qanunlarına toxunulur. Yer və digər səmavi
cisimlərin qalaktikadakı müntəzəm hərəkəti, vahid və dəyişilməz qanuna tabe olmaları və s.
mövzuları əhatə edir.
Qur᾽anın nazil olduğu bir dövrdə, vəhy yolu ilə bunlardan agah olan peyğəmbərlərdən savayı,
kimsənin bu kimi elmlərdən azacıq mə᾽lumatı belə yox idi.
Qeyd etmək lazımdır ki, yunan alimlərindən bə᾽ziləri astronomik hesablamalar apararaq
yaradılışın müəyyən sirlərinə yol tapa bilmişdilər. Lakin elm və svilizasiyadan uzaq düşmüş
Ərəbistan yarmadasında bu kimi faktlarla qarşılaşmaq qeyri-mümkün idi. Lakin, Qur᾽anın verdiyi
və olduqca dəqiq olan mə᾽lumatları hələ heç bir yunan alimi tərəfindən təklif olunmamışdı. Belə
ki, yüz illər keçdikdən sonra bu elmlər bəşəriyyətə mə᾽lum olmuş və onun müxtəlif sahələrində
araşdırmalar aparılmağa başlamışdır. Bir şeyə də diqqət yetirmək lazımdır ki, Qur᾽anda o dövrə
aid olan elmi mövzular olduqca sadə bir tərzdə bəyan olunmuş, başa düşülməsi bir o qədər də
asan olmayan mətləblərə isə yalnız qısa şəkildə toxunulmuş və geniş şəkildə araşdırılması isə
gələcək nəsillərin üzərinə qoyulmuşdur. Qur᾽ani-kərimdə yaradılış və onun sirlərinə toxunan
ayələrə istənilən qədər rast gəlmək olar. Biz onlardan bir neçəsinə işarə edirik:
«Hər şeydən [bütün meyvələrdən] müəyyən ölçüdə [lazım olan qədər] yetişdirdik.» (Hicr-19).
Ayədə bitkilər aləminin müəyyən ölçüdə yaradıldığına işarə olunmuşdur.
Son zamanlar botanika alimlərinə mə᾽lum olmuşdur ki, təbiətdə mövcud olan bitkilərin hər biri
özünəməxsus tərkibə malikdir. Belə ki, tərkib hissəsinin bir qismi başqa bir qismindən çoxluq və
ya azlıq təşkil edərsə, onların xarici görünüşündə nəzərə çarpacaq fərq və dəyişikliklər əmələ
45
gəlir. Bitkilər aləminə hakim olan belə bir sabit qanun, əsrlər boyu dəyişmədən qalmış və
qalmaqdadır. Və göründüyü kimi, yaradılış aləmində böyük əhəmiyyət kəsb etdiyi üçün Qur᾽ani-
kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur.
QUR᾽ANDA CÜTLƏŞMƏ QANUNU
Qur᾽an haqqında söhbət açan əsrarəngiz mövzulardan biri də, bitkilər aləminin külək vasitəsilə
cütləşməsi və ya daha dəqiq desək, tozlanma prosesidir.
Bu təbii prosesin nəticəsində ağaclar (bitkilər) tozlanır və yeni-yeni bitkilərin göyərməsinə səbəb
olur. Hicr surəsinin 22-ci ayəsində bu haqda deyilir:
«Biz [buludla] yüksəlmiş [bitkilərə, ağaclara həyat verən, onları tozlandıran] külək göndərdik.»
Keçmişdə müfəssirlər ayədəki «təlqih» kəlməsinin lüğəvi (yükləmək) mə᾽nasından istifadə
edərək, ayəni belə təfsir etmişlər: «Buludları yükləyib hərəkətə gətirmək üçün küləyi göndərdik
və ya yağışı buludların qatlarında yüklədik (yerləşdirdik) və onu küləklə hərəkətə gətirdik.»
Lakin bu nəzəriyyə, ayənin mə᾽nası ilə bir o qədər də uyğun gəlmir. Çünki, əvvəla nəzərdə
tutulan mövzu bir o qədər də əhəmiyyət kəsb etmir və Qur᾽anın şə᾽nindən olduqca aşağıdır.
Sonra isə onlar buna diqqət yetirməli idilər ki, külək buludları yalnız hərəkətə gətirir və onların
qatlarına heç bir şey yükləmir.
Demək, ayə bə᾽zi keçmiş müfəssirlərin dərk edə bilmədiyi və olduqca əhəmiyyətli elmi bir
məsələyə də᾽vət edir. O da bundan ibarətdir ki, bitkilər aləmi də nəsil artımı üçün heyvanlar kimi
cütləşmə prosesini keçməlidirlər. Və bu proses bitkilər aləmində əksər hallarda külək vasitəsilə
həyata keçdiyi üçün tozlanma adlanır. Məsələn nar, portaxal, sənubər, ərik, pambıq və s. bitkilərin
cütləşməsi yalnız tozlanma yolu ilə həyata keçir. Tumurcuqların içindəki kisəciklər yetişdikdən
sonra açılır və küləklə ətrafa yayılan erkək toz dənələri onlara daxil olur və beləliklə tozlanma
prosesi başa çatır.
3. QUR᾽ANDA EVLƏNMƏ QANUNU
Qur᾽an, evlənmənin və ya müştərək həyat tərzinin qurulmasını təkcə insan və heyvanlarda deyil,
bitkilər aləmində də baş verdiyini bizə xəbər verir.
«Bütün meyvələrdən [erkək-dişi, yaxud şirin-acı, turş-meykai və s. olmaqla] cüt-cüt yetişdirən...
Odur.» (Rə᾽d-3).
«Yerin yetişdirdiklərindən, onların [insanların] özlərindən və bilmədiklərindən [erkək-dişi
olmaqla] cütlər yaradan Allah pak və müqəddəsdir!
[Eybsiz və nöqsansızdır!]» (Yasin-36).
«O [böyük Allah] ki, yer üzünü sizin üçün döşəmiş [döşək etmiş]...» (Taha-20).
46
Qur᾽an, çox zərif və incə ifadələrdən istifadə edərək yer üzünü döşəyə və ya uşaq beşiyinə
bənzətmişdir. Mə᾽lum olduğu kimi, ayədə istifadə olunan «məhd» kəlməsi, ərəb dilində uşaq
beşiyinə deyilir. Südəmər körpə beşikdə rahatlıq tapdığı kimi, yer üzündə baş verən dəyişikliklər
(gündüzün gecə ilə əvəz olması, fəsillərinin dəyişdirilməsi və s.) insanlarda mə᾽nəvi rahatlığın və
asayişin yaranmasına səbəb olur.
Təbiətdə baş verən dəyişikliklər təkcə insanlarda deyil, heyvan və bitkilər aləmində də asayişin
bərqərar olmasına səbəb olur.
Göründüyü kimi, ayədə yerin hərəkət etməsinə ötəri və qısa ifadələrlə işarə olunur. Bunun isə
əsas səbəbi Ərəbistan yarmadasında hökm sürən o dövrün cəhalət rejimi olmuşdur.
Yerin sabit və hərəkətsiz olduğuna əsaslanan nadan bir camaata təbii ki, elə bir şəraitdə yerin
daim hərəkətdə olmasını birbaşa açıq-aşkar ifadələrlə bəyan etmək olmazdı. (Peyğəmbərin (s)
vəfatından on əsr sonra Qaliley, yerin iki növ hərəkətdə (həm öz oxu ətrafında fırlanması və
günəş qalaktikasındakı daimi hərəkəti) olduğunu sübut etməyə cəhd etdi. Lakin onun irəli
sürdüyü nəzəriyyə iqtidarda olan katolik keşikçiləri tərəfindən küfr kimi qarşılandı. Qaliley
işkəncələrə mə᾽ruz qalaraq zindanlara atıldı. Beləliklə, Avropa alimləri öz ixtiralarını kimsəyə
bildirməməyi hər şeydən üstün tutdular.) Beləliklə, Qur᾽an yerin hərəkət etməsini icmali və qısa
ifadələrlə bəyan edir.
5. QUR᾽ANDA TANINMAYAN QİTƏLƏR
Qur᾽anın on dörd əsr bundan əvvəl açdığı sirlərdən biri də, yer üzündə mövcud olan digər
qitələrdir. Qaf surəsinin 17-ci ayəsində bu haqda deyilir:
«İki məşriqin və iki məğribin Rəbbi [günəş və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi]
Odur.»
İki məşriq və iki məğrib deyildikdə nəyin nəzərdə tutulduğu, bir çox müfəssirlərin nəzərini özünə
cəlb etmişdir. Onlardan bə᾽ziləri ayəni təfsir edərkən iki məşriq və məğribdən, bir məşriq və
məğribin ay, ikinci məşriq və məğribin günəş olduğunu izah etmişlər. Başqa bir qismi isə məşriq
və məğrib deyildikdə, yay və qış nəzərdə tutulduğunu bildirmişlər.
Lakin bu məzmunda nazil olmuş digər ayələr yer üzündə mövcud olan, hələ o zaman kəşf
olunmamış qitələrə dəlalət edir. Məsələn, Zuxruf surəsinin 38-ci ayəsində deyilir:
«Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasında məsafə qədər uzaqlıq olaydı.»
Ayədən belə mə᾽lum olur ki, insanlar üçün ən uzaq məsafə şərqlə qərb arasında olan məsafədir.
Demək, iki məşriq və məğrib deyildikdə, bunu ay və günəş və ya yayla qış kimi mə᾽nalandırmaq
olmaz. Çünki, onların arasında olan məsafə bir o qədər də uzaq deyildir. Demək, məşriq və
məğrib deyildikdə, şərq və qərb tərəfindən əhatə edən qitələri nəzərdə tutmalıyıq. Belə ki, şərq
hesab etdiyimiz qitədə yaşayan əhali yer kürrəsinin ikinci yarısında yaşadıqları üçün, bizim
yaşadığımız qitəni artıq şərq deyil, qərb hesab etməliyik. Göründüyü kimi Qur᾽an, on dörd əsr
əvvəl qitələr, dəniz səyyahları tərəfindən kəşf edilməzdən əvvəl bizə bu haqda xəbər verir.
47
«Şərq də qərb də Allahındır» ayəsini misal olaraq deyə bilərik ki, məşriq və məğrib kəlmələri tək
halda işlənilən ayələrdən məqsəd, şərq və qərb istiqamətlərini bəyan etməkdir. Təsniyə (ikilik)
«məşriqəyn» «məğribəyn» və cəm halında (məşriq, məğrib) işlənilən ayələrdən isə, üfüq
baxımından bir-birləri ilə fərqli olan yer üzündəki bütün şəhərlərin şərq və qərb nahiyələrini
nəzərdə tutmalıyıq. Gələcək fəsillərdə bu mətləbə yenidən qayıdacağıq.
6. QUR᾽ANDA YERİN DAİRƏLİYİ
Qur᾽ani-kərimdə bu haqda deyilir:
«Zəif, fəqir görünən o tayfanı [İsrail oğullarını] yer üzünün daimi xeyir-bərəkət verdiyimiz şərq
və qərb tərəflərinə [Şam diyarına] varis etdik.» (Ə᾽raf-137).
«O, göylərin, yerin və onların arasında olanların [bütün məxluqatın] Rəbbidir. Məşriqlərin [şərqin
və qərbin] Rəbbi Odur.» (Saffat-5).
«Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən qadirik.» (Məaric-40).
Ayə günəşin müxtəlif yerlərdən qürub edib doğmasına dəlalət etməklə yanaşı, yerin dairəvi
olmasına da işarə edir.
Çünki, əgər yer dairəvi olarsa, günəş onun başqa bir hissəsindən qürub etməlidir və belə olduqda
şərq və qərbin müəyyən olunması bir o qədər də zəhmət tələb etməyəcək. Yox əgər yerin dairəvi
olmadığını fərz edəriksə, şərq və qərbin dərk olunması bizim üçün qeyri-mümkün olacaqdır.
Lakin Qurtəbi və digər müfəssirlər məşriq və məğribləri günəşin illik hərəkəti və il ərzində
günlərin dəyişilməsi ilə təfsir etmişdir. Bu isə ayənin zahiri mə᾽nası ilə tamamilə ziddiyyət təşkil
edir. Çünki, günəşin il ərzində müəyyən şərq və qərbi olmur və belə olduqda o, heç bir əhəmiyyət
də kəsb etmir. Belə bir nəticəyə gəlirik ki, ayədə şərq və qərb deyildikdə, yerin hərəkəti
nəticəsində yaranmış cəhətlər nəzərdə tutulur.
YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
Şərq və qərb ayələrinin yerin dairəvi olduğuna dəlalət etdiyi artıq bizə mə᾽lum oldu. İndi isə bu
haqda nəql olunmuş hədis və rəvayətləri nəzərdən keçirək.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Günlərin bir günündə bir nəfər şəxslə səfərə
çıxdım. O, hər gün məğrib namazını qaş qaraldıqdan, sübh namazını isə günəş qürub etməzdən
əvvəl gecə yarısı qılardı. Amma mən əksinə olaraq, məğrib namazını gün qürub edərkən, sübh
namazını isə dan yeri söküləndə qılardım. O, mənə dedi: Sən də mənimlə eyni vaxtda qıl çünki,
günəş üfüqdə bizim üzərimizdə görünməzdən əvvəl başqaları onu bizdən tez görür və axşamlar
bizim üzərimizdə qürub edərkən başqa üfüqlərdə hələ də qürub etməyir.
İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü
əsasında həyata keçirməlidir.»
48
Göründüyü kimi, həmin şəxs burada şərq və qərb arasında fərq qoymaqla yer kürəsinin dairəvi
olduğuna işarə edir. İmam Sadiq (ə) da öz növbəsində onun dediklərini təsdiq edir və eyni
zamanda buraxdığı səhvlərə diqqət yetirməsini tövsiyə edir.
2. İmam Səccad (ə) sübh və axşam namazlarından sonra bu duanı edərdi: «Allah gecə və gündüz
üçün müəyyən hədd və ölçü tə᾽yin etmişdir. Onlardan hər birini digərinə daxil edir və eyni
zamanda digərindən o birinə qovuşdurur.»
İmam Səccad (ə) insanlardakı tərz-təfəkkürü nəzərə alaraq gündüzün gecə, gecənin də gündüzlə
əvəz olunmasını çox zərif ifadələrlə bəyan edir və yerin dairəvi olduğuna toxunur.
Bə᾽ziləri belə güman edə bilər ki, imam Səccad (ə) gecənin gündüzə, gündüzün də gecəyə daxil
olmasını (bir-birilə əvəz olunmasını) dedikdə, onların ilin fəsillərində uzanıb qısalması olmuşdur.
Bu isə tamamilə yanlış bir fikirdir. Çünki, əgər imam yalnız hamının dərk edə bildiyi bir
məsələni, yə᾽ni gündüzün uzanmasını və gecənin qısalmasını və ya bunun əksini bəyan etmək
istəsəydi, «onlardan (gecə və gündüz) hər birini digərinə daxil edir» deməklə kifayətlənər və
əlavə olaraq «və eyni zamanda digərini də o birinə qovuşdurur» ifadəsindən də istifadə etməzdi.
Çünki, bu cümlə ilk baxışda birinci cümləni bir növ təkrar edir. Buna əsasən deməliyik ki, ikinci
cümlə hal formasında işlənmişdir. Demək gecənin gündüz, gündüzün də gecə ilə əvəz olunmasını
yalnız o zaman fərz etmək olar ki, yerin dairəvi olduğunu qəbul etmiş olaq.
NƏTİCƏ
Qur᾽anın mö᾽cüzə və səmavi kitab olduğuna dair gətirdiyimiz dəlillərlə kifayətlənirik. Artıq
cəsarətlə deyə bilərik ki, Qur᾽an bəşəriyyətin bacarıq və iste᾽dadından xaric olan ilahi bir vəhy
toplusudur.
Qur᾽anın ilahi vəhy olduğunu sübuta yetirmək üçün, islamın bəşəriyyət üçün Əli ibni Əbi Talib
(ə) kimi bir şəxsiyyət yetişdirməsini dəlil gətirmək kifayət edər.
Dünyanın tanınmış alimləri İmamın (ə) ifadələrini (xütbə və hikmətli kəlamlarını) dərk etməyi
özlərinə böyük iftixar bilirlər. Mütəfəkkir və təhqiqatçılar onun tükənməz elm dəryasından
bəhrələnir və ondan öz elmi əsərlərində lazımı qaydada istifadə edirlər. Onun söylədiyi ifadələr
qarşısında nə bir şəxs yeni nəzər verir, nə də ondan üstün bir şey söyləməyə cəsarət edirlər.
Əli (ə)-ın həyatı ilə tanışlığı olmayan şəxslər, onun xütbələrindən birini mütaliə etdikdən sonra
belə güman edə bilərlər ki, haqqında söhbət açdığı bütün elmi mövzularda xüsusi məharəti olmuş
və bütün ömrünü bu sahələrdə təhqiqat işləri aparmaqla başa vurmuşudur. Lakin onun elm və
zəkası ilahi vəhy məktəbindən qaynaqlanmışdır. Ərəbistan yarmadasının, xüsusilə də Hicazın o
günkü ictimai vəziyyətilə azacıq tanış olan şəxs, qətiyyətlə belə bir nəticəyə gələcəkdir ki, Əli (ə)
öz elmini Peyğəmbərə (s) iman gətirdiyi ilk gündən ilahi vəhy məktəbindən əxz edə bilmişdir.
Məşhur söz ustadlarından biri Nəhcül-bəlağə haqda bəyan etdiyi gözəl ifadələrdən birində deyir:
49
«Nəhcül-bəlağə, Xaliqin dediklərindən aşağı, məxluqun [insanların] dediklərindən olduqca
üstündür.»
Əlinin (ə) məqamını yalnız o zaman dərk etmək olar ki, onun yiyələndiyi elmlərlə, xüsusilə də
fəsahət və bəlağət elmləri ilə tanışlığın olsun. Belə ki, onun elm və zəkası hamını heyran qoymuş,
hətta düşmənlərini də bu e᾽cazkarlıqları e᾽tiraf etməyə vadar etmişdir. Elmlə yanaşı o, özünün
iman və təqvası ilə də fərqlənərək kamil insan simvoluna çevrilmişdir. O, eyş-işrətə və dünya
ləzzətlərinə göz yumar, hər zaman təqvanı me᾽yar tutardı. Hakimiyyət məsələsi meydana
çıxdıqda, Əbu Bəkrin idarəetmə üsulunu qəbul etmək şərtilə xilafəti ona təqdim etməyə hazır
olurlar. O isə buna razı olmayaraq, necə olursa-olsun haqq-ədaləti hər şeydən üstün tutur, dövlət
idarəetmə üsulunu yalnız Qur᾽anda görürdü. Müaviyə Şamda hakimiyyəti ələ keçirdikdən sonra,
öz mövqeyini möhkəmləndirmək üçün, hətta bir gün də olsun onun hakimiyyətdə olmasına razı
olmurdu. Çünki o, bunun acınacaqlı aqibətini əvvəlcədən görür və nə ilə nəticələnəcəyini çox
gözəl şəkildə dərk edirdi.
ÜÇÜNCÜ FƏSİL
QUR᾽ANIN E᾽CAZI HAQDA İRƏLİ SÜRÜLƏN MÜLAHİZƏLƏR VƏ ONUN CAVABLARI
1. Qur᾽anda ədəbi səhvlər;
2. Qur᾽anın e᾽cazı hamı tərəfindən dərk olunurmu?;
3. Qur᾽anla mübarizə mümkündürmü?;
4. Qur᾽an əvvəlki səmavi kitablarla müxalifdirmi?;
5. Qur᾽andakı ziddiyyətsizlik;
6. Qur᾽anın e᾽cazı rədd olunasıdırmı?;
7. [Qur᾽anla] mübarizə aparmaqdan çəkinməyin dəlilləri;
8. Qur᾽anın tərtib olunması ilə onun e᾽cazı arasında olan mütənasiblik;
9. Qur᾽anın bəyan üsulu ilə şair və yazıçıların üsulları arasındakı fərqlər;
10. Qur᾽anla mübarizə.
QUR᾽ANDA ƏDƏBİ SƏHVLƏR
Qur᾽an öz müxaliflərini daim mübarizə meydanına çağırmış və onlardan iddialarını sübuta
yetirmək üçün öz ayələrinə bənzər heç olmasa kiçik bir nümunə gətirmələrini tələb etmişdir.
Lakin, onlar həmişə olduğu kimi, buna qadir olmadıqlarını görüb bu işin qarşısında aciz
olduqlarını e᾽tiraf etmişlər.
50
Rüsvayedici məğlubiyyətə uğrayan müxaliflər yeni-yeni mübarizə yollarına əl atır və bu ağır
məğlubiyyət ilə heç cür razılaşa bilmirdilər. Onların növbəti iradı, guya Qur᾽anda ədəbi səhvlərin
mövcud olması idi.
Təəssübkeş və inadkar insanların Qur᾽ana tutduqları və heç bir məntiqə əsaslanmayan ədəbi
səhvlər haqqında:
1-ci səhv;
Onlar deyirlər ki, Qur᾽anda istifadə olunan bə᾽zi cümlələr ərəb dilinin leksika, orfoqrafiya,
fəsahət və bəlağət elmləri ilə tamamilə ziddiyyət təşkil edir. Onların irəli sürdükləri belə bir
əsassız iddianı biz iki yolla batil edə bilərik.
1. Qur᾽an, fəsahət və bəlağət incəliklərinin sirlərinə yiyələnmiş şair və ədiblərin yaşadıqları
zaman və məkanda [Məkkədə] nazil olmuşdur. Əgər belə bir şeyə yol verilsəydi, dövrün söz
ustaları tərəfindən diqqətlə araşdırılar və ən əlverişli mübarizə üsullarından birinə çevrilərdi.
Beləliklə onlar qarşılaşdıqları maneəni birdəfəlik dəf edə bilərdilər. Digər tərəfdən isə, biz bunu
tarixi kitablarda və ya heç olmasa müxaliflər tərəfindən nəql olunmuş «rəvayətlərdə» görərdik.
Lakin istər dost, istərsə də düşmənlər arasında belə bir cərəyanın baş verdiyini müşahidə etmirik.
2. Qur᾽an nazil olarkən hələ ərəb dilinin qarammatikası bir elm kimi formalaşmamışdı və o
dövrün məşhur ədib və şairləri tərəfindən qarammatik təhlillər aparılmırdı. Bu sahədə yalnız
Qur᾽an nazil olub qurtardıqdan sonra araşdırma və təhqiqatlar aparmağa ehtiyac duyuldu.
Beləliklə, ərəb dilinin qarammatik qanunları tərtib olundu və burada Qur᾽an ən başlıca me᾽yar
götürüldü.
Demək, Qur᾽anla tətbiq olunmayan qarammatik qanunlar nöqsanlı və e᾽tibarsız hesab olunur.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Qur᾽anda istifadə olunan «ziddiyyətli ifadələri»
yalnız o zaman fərz etmək olardı ki, o, bütün Qur᾽an qariləri tərəfindən təsdiq olunmuş olsun.
Yox əgər ixtilaf onlardan birinin qiraətində müşahidə olunarsa, bunu ümumilikdə deyil, yalnız
onun özünün batil qiraətə yiyələndiyini deyə bilərik. Və kimlərinsə yanlış qiraəti Qur᾽anın
böyüklüyünə heç bir xələl gətirə bilməz. Çünki bütün mö᾽təbər qiraətlərə, Peyğəmbərdən (s) nəql
olunmuş mütəvatir hədislərdə işarə olunmuşdur.
QUR᾽ANIN E᾽CAZI HAMI TƏRƏFİNDƏN DƏRK OLUNASI DEYİLDİR
2-ci səhv:
Onlar deyirlər ki, insanlar Qur᾽an kimi ikinci bir kitab gətirə bilməsələr də biz, heç bir fəsahətli
kəlamı mö᾽cüzə adlandıra bilmərik. Çünki, fəsahət və bəlağət elmlərinə yiyələnmək hamıya deyil,
yalnız bu sahədə iste᾽dad və bacarığı olan şəxslərə müyəssər olur. Bir halda ki, mö᾽cüzə göstərən
şəxsləri təsdiq etmək, daha dəqiq desək, onlara iman gətirmək üçün, mö᾽cüzəni hamı dərk edib
başa düşməlidir.
Cavab:
51
İrəli sürülən bu iddia da birinci iddia kimi olduqca zəif və əsassızdır. Çünki, onların təsəvvür
etdikləri kimi mö᾽cüzəni tanımaq üçün lazım olan şərtlərdən biri də, heç də onun hamı tərəfindən
dərk olunması deyildir. Əgər biz belə bir şərti qəbul edəriksə, onda peyğəmbərlər tərəfindən
göstərilən mö᾽cüzələri mö᾽cüzə hesab etməməliyik. Çünki, mö᾽cüzələrdən hər biri bir və ya bir
neçə baxımdan hamı üçün dərk olunası olmamışdır.
Mö᾽cüzəni yalnız ona oxşar elmlərə yiyələnən şəxslər dərk etmiş və sonralar başqalarına da onlar
tərəfindən mütəvatir və ardıcıllıqla nəql və sübut olunmuşdur. Qur᾽an isə, bir qədər əvvəl
dediyimiz kimi, ilahi peyğəmbərlərin mö᾽cüzələrindən fərqli olaraq, özünəməxsus xüsusiyyətlərə
malikdir. Belə ki, peyğəmbərlər ehtiyac duyularkən xüsusi şəraitlərdə mö᾽cüzələr göstərmiş və
zaman keçdikcə ya unudulmuş, ya da öz tə᾽sirini itirmişdir. Nə vaxta qədər ki, müsəlman ümməti
və ərəb dilinin incəliklərinə yiyələnən şəxslər var, Qur᾽an əbədi mö᾽cüzə olaraq yaşayacaqdır.
QUR᾽ANLA MÜBARİZƏ APARMAQ MÜMKÜNDÜRMÜ?
3-cü səhv:
Onlar deyirlər ki, ərəb dilinə yiyələnən hər bir şəxs, Qur᾽anda istifadə olunan və ya onlara oxşar
ifadələrdən istifadə etməklə Qur᾽ana oxşar ikinci bir kitabı asanlıqla tərtib edə bilər.
Cavab:
Bu mövzu ətrafında bəhs etməyə belə dəyməz. Çünki, bir şəxsin Qur᾽anda istifadə olunan
ifadələrdən istifadə etməsi heç də o demək deyildir ki, o, Qur᾽an kimi ikinci bir kitabı tərtib
etməyə qadir və bacarıqlıdır.
İxtiyarında tikintiyə lazım olan bütün avadanlıqlar qoyulan Hər bir şəxs uca və gözəl saraylar tikə
bilərmi? Əgər onların irəli sürdükləri bu iddia doğrudan da mümkün olsaydı, onda bütün ərəb dilli
xalqlar ixtiyarlarında olan söz ehtiyatından istifadə edərək fəsahətli və bəlağətli xütbələr oxuyar
və dinləyiciləri heyran qoyardılar.
Sanki onlar da «Nizam» və onun ardıcılları kimi «Sərfə» nəzəriyyəsini irəli sürməklə irad tutmaq
istəmişlər. Nizamçılar belə bir əqidəyə əsaslanırlar ki, Qur᾽an kimi ikinci bir kitab yazmaq qeyri-
mümkündür və bunun səbəbi yazıçının acizliyində deyil, Allah-taalanın bu yolda çalışanları
hədəflərinə çatmaqda nakam qoymasıdır. Amma bütün bunlar Qur᾽anın mö᾽cüzə olmasına əsla
dəlalət etmir. Lakin onların irəli sürdükləri bu nəzəriyyəni iki əsaslı səbəbə görə qəbul etmək
qeyri-mümkündür.
1. Əgər «Sərfə» dedikdə, Allah-taalanın bütün insanlara Qur᾽an kimi ikinci bir kitab yazmaq
bacarığı verə bildiyi halda, bunu heç kimə verməməsi nəzərdə tutulsa, tamamilə düz bir fikirdir.
Lakin belə olduqda «Sərfə» nəzəriyyəsi təkcə Qur᾽ana deyil, peyğəmbərlərin bütün
mö᾽cüzələrinə şamil olardı.
Yox əgər «Sərfə» nəzəriyyəsindən məqsəd, bəşəriyyətin Qur᾽an kimi ikinci bir kitab tərtib
etməyə qadir olması, lakin Allah-taalanın bu işdə onlara maneçilik törətməsi olsa, belə bir
52
fərziyyənin batil olduğu asanlıqla hamıya bəlli olar. Çünki, bir çoxları Qur᾽anla mübarizə
meydanına çıxmış və bu yolda heç kim onların qarşısını maneə ilə almamışdır. Onlar bütün sə᾽y
və cəhdlərindən istifadə etmiş, lakin son mərhələdə Qur᾽anın fəsahət və bəlağətinin qarşısında
aciz olduqlarını e᾽tiraf etmişlər.
2. Əgər Qur᾽anın e᾽cazı «Sərfə» ilə bağlı olsaydı, yə᾽ni Allah-taala Qur᾽anı nazil etdikdən sonra
insanları onunla mübarizə etməkdən məhrum etsəydi, onda heç olmasa Qur᾽an nazil olmazdan
əvvəl yaşamış söz ustalarının əsərlərində Qur᾽anda istifadə olunan ifadələrlə qarşılaşardıq. Əgər
belə bir şey olsaydı, Qur᾽an müxalifləri öz mübarizə üsullarında bundan səmərəli istifadə edər və
onu öz davamçılarına irs qoyardılar. Belə bir ifadələrdən istifadə olunmadığı üçün mə᾽lum olur
ki, Qur᾽anın e᾽cazı yalnız onun özünə aiddir və onunla mübarizə aparmaq sadəcə olaraq
bəşəriyyət üçün qeyri-mümkün bir işdir.
QUR᾽AN ƏVVƏLKİ SƏMAVİ KİTABLARLA MÜXALİFDİRMİ?
4-cü səhv:
Deyirlər ki, Qur᾽anın mö᾽cüzə olduğunu qəbul etməyi, onu gətirən şəxsin doğruluğuna dəlil
hesab edə bilmərik. Çünki, Qur᾽anda nəql olunmuş əhvalatlar Tövrat və İncildə nəql olunmuş
əhvalatlarla tamamilə ziddiyyət təşkil edir. Bir halda ki, Tövrat və İncil də Allah-taala tərəfindən
göndərilmiş səmavi kitablardır.
Cavab:
Qur᾽an, Tövrat və İncildə nəql olunmuş qondarma dastanlarla müxalif olmaqla yanaşı, onları
tənqid atəşinə tutaraq qətiyyətlə rədd edir və beləliklə qəlblərdəki şəkk-şübhələri aradan
aparmaqla öz həqiqətini bəşəriyyətə sübut edir.
Çünki Qur᾽an, batil və xurafi əqidələrlə mübarizə aparan, Allah və Onun peyğəmbərlərinin
müqəddəsliyinə xələl gətirən amillərə qarşı çıxan yeganə səmavi kitabdır.
Buna əsasən deyə bilərik ki, Qur᾽anın Əhdeyn kitabları ilə müxalif olması, onun həqiqi səmavi
kitab olmasına tutarlı bir dəlildir.
Ötən fəsillərdə Tövrat və İncildə nəql olunmuş xurafi dastan və əhvalatlar haqda ümumi
mə᾽lumat verib, onlardan bə᾽zilərinə işarə etdik. Orada sübuta yetirildi ki, hal-hazırda mövcud
olan Tövrat və İncil Musaya və İsaya (ə) nazil olmuş həqiqi ilahi vəhylər toplusu deyildir.
Qur᾽anın Allah tərəfindən nazil olmuş Tövrat və İncilə qarşı münasibətinə gəldikdə isə, qeyd
etməliyik ki, Qur᾽an nəinki onlarla müxalifətçilik etmir, hətta onları tamamilə təsdiq edən ən
mö᾽təbər bir sənəd də sayılır.
QUR᾽ANDA HEÇ BİR ZİDDİYYƏT YOXDUR
1- ci irad:
53
Deyirlər ki, Qur᾽anda bir-biri ilə ziddiyyət təşkil edən mətnlər, bizdə onun ilahi vəhy və səmavi
kitab olduğuna dair şəkk və şübhə yaradır.
Cavab:
Ərəb dilində «yovm» kəlməsi gün (gün çıxandan gün batana qədər olan zaman) mə᾽nasında
işlənilir. «Ləyl» isə (axşam) gündüzün müqabilində istifadə olunan ifadədir.
69-cu surənin 7-ci ayəsində deyilir:
«Allah, küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.»
Göründüyü kimi burada «yovm» kəlməsi gündüz, «ləyl» isə gecə mə᾽nasında işlədilmişdir.
Bə᾽zən də «yovm» kəlməsinin gecə və gündüz mə᾽nasında işlədilməsinin şahidi oluruq.
«[Saleh onlara dedi] Daha üç gün yurdunuzda yaşayıb keyf çəkin.» (Hud-65).
Belə ki, «ləyl» kəlməsi bə᾽zən gecəyə, bə᾽zən də günəşin üfüqdə gizlənməsinə deyilir.
«And olsun günəşə və onun işığına [günəşin qaldığı vaxta].» (Şəms-1).
«Yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən...» (Haqqə-7).
Bə᾽zən də «ləyl» gündüzlə gecəyə deyilir.
«[Bir daha] xatirinizə gətirin ki, biz Musaya [Tur dağında vəhy üçün] qırx gecəlik və᾽də
vermişdik.» (Bəqərə-51).
Göründüyü kimi, birinci ayədə «yovm» gecə ilə gündüz, ikinci ayədə isə «ləyl» gecə-gündüz,
yə᾽ni bir gün mə᾽nasında işlənmişdir.
Bu iki ifadə - «yovm və ləyl» Qur᾽ani-kərimin digər ayələrində də gecə-gündüz mə᾽nalarında
işlənmişdir.
Buradan belə mə᾽lum olur ki, ayədə istifadə olunan bu ifadələrin hər biri eyni mə᾽na daşıyır.
Demək, ayədə ziddiyyət deyil, əksinə uyğunluq nəzərə çarpır. Hər iki ayə bir-birini təsdiq və
təfsir edir.
Ziddiyyət o zaman ola bilərdi ki, «ləyl» yalnız gecə, «yovm» isə yalnız gündüz mə᾽nasını daşımış
olsun. Bir halda ki, «ləyl», həm də «yovm» gecə və gündüz mə᾽nalarını verir və belə olduqda heç
bir ziddiyyətdən söhbət açmaq olmaz.
Bu, inkarolunmaz bir həqiqət olsa da, bə᾽zi inadkar və təəssübkeş insanlar Qur᾽anın əzəmətinə
xələl gətirmək məqsədilə belə bir məntiqsiz iradlara əl atırlar. Belə bir ixtilafı Məttanın incilində
də müşahidə edirik.
Orada deyilir: «Məsih ölməzdən əvvəl, dünyasını dəyişdikdən sonra cəsədinin yerdə yalnız üç
gün dəfn olunacağı haqda xəbər verdi.» (12-ci fəsl).
54
Lakin həmən kitabın digər fəsillərində və digər incillərdə bu haqda deyilir: «Məsih çox qısa bir
müddət ərzində yerdə dəfn olundu. Onun cəsədi yalnız cümə gününün axırı, bazar və bazar ertəsi
günləri yerdə dəfn olundu.
Bu incilləri diqqətlə mütaliə etdikdən sonra, onu ilahi vəhy adlandıran şəxslərdən soruşun:
Dediyiniz üç gecə-gündüz ilə incildəki gecə və gündüz arasında nə kimi oxşarlıq görürsünüz?!
Təəccüb doğuran burasıdır ki, qərb alimləri xurafat və mövhumatlarla dolu olan incil və tövrata
iman gətirib, haqq-ədalət me᾽yarı olan Qur᾽andan üz çevirir və onun əzəmət və böyüklüyünü dərk
etmək istəmirlər.
Nə etmək olar, haqsevər insanlar az, təəssüb fəlakətinə düçar olanlar isə olduqca çoxdur.
2-ci irad:
Deyirlər ki, Ali İmran surəsinin 41-ci ayəsində Zəkəriyya peyğəmbərin dualarının qəbul olunması
əlaməti üç gün göstərilir.
«[Allah] dedi: Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə [əl, baş və gözlə]
danışmaq olacaqdır.»
Lakin başqa bir yerdə həmən əlamət üç gecə göstərilib.
«[Allah] dedi: Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışa bilməyəcəksən.»
(Məryəm-10).
Ayədəki ziddiyyət göz qabağındadır. Belə ki, birinci ayədə həzrət Zəkəriyyanın dualarının qəbul
olma əlaməti üç gün, digər ayədə isə onun üç gecə sükut edib heç bir şey danışmaması göstərilir.
4-cü irad:
Onlar deyirlər: Qur᾽anda nəzərə çarpan ikinci ziddiyyətli məsələ bundan ibarətdir ki, bə᾽zən
insanların öhdəsinə düşən vəzifə yalnız onların özlərinə aid edilir «Kim istəyir inansın, kim də
istəyir inanmasın [kafir olsun]» (Kəhf-29), bə᾽zən də bütün işlərin Allahın ixtiyarında olduğu
bəyan edilir.
«Allah istəməsə siz bunu istəyə bilməzsiniz.» (Dəhr (insan)-30).
Ümumilikdə götürsək, Qur᾽anın bə᾽zi ayələrində insanlar ixtiyar sahibi kimi qələmə verilir. Bə᾽zi
ayələrdə də onların heç bir ixtiyara malik olmadıqları və bütün işlərin Allahın istək və iradəsi ilə
həyata keçməsi bildirilir.
Bu ayələr arasındakı ixtilaf və ziddiyyətlər göz qabağındadır və onlara heç cür don geyindirmək
olmaz.
Cavab: Qur᾽an insanların öhdəsinə düşən vəzifələri bə᾽zən onların özlərindən, bə᾽zən də Allahın
istək və iradəsindən asılı olduğunu bəyan edir. Əlbəttə, onların hər biri öz yerində tamamilə
düzgün və nöqsansızdır. Lakin, bunun bir neçə səbəbi vardır.
55
1. Hər bir insan öz fitrəti ilə bu həqiqəti dərk edir ki, o bə᾽zi işləri öz ixtiyarı ilə görməyə qadir
olduğu kimi, onu tərk də edə bilər.
Bu səbəbdən də əql və düşüncə sahibləri insanları gördükləri saleh əməl və xeyirxah işlərə görə
daim tə᾽rifləyir, nadan insanları isə tənqid atəşinə tuturlar. Demək, insanlar öz işlərində tamamilə
azad və muxtar yaradılmışdır. Sağlam düşüncəli hər bir insan bu həqiqəti də dərk edir ki, o özünə
aid olan işlərdə azad olsa da, görəcəyi əksər işlərin bir sıra başlanğıc və müqəddiməsi onun
ixtiyarından xaricdir.
Məsələn, insanın görəcəyi işlərə səbəb olan müqəddimələrdən biri də onun özünün mövcud
olmasıdır. Həyatı, onu əhatə edən varlıqları dərk etməsi, görmək istədiyi işlərə qarşı rəğbət
bəsləməsini buna misal vurmaq olar. Diqqət yetirilsə mə᾽lum olar ki, insanın görəcəyi işlərin
özünü onun öz istəyi ilə, həmin işlərin müqəddiməsini isə Allah-taalanın istək və iradəsi ilə
əlaqələndirmək olar.
2. Fəlsəfədə sübuta yetirilmişdir ki, aləmdə mövcud olan varlıqları yaradan Xaliq, onları
yaratdıqdan sonra heç bir məxluqu öz ixtiyarına buraxmaz və onların idarəçiliyində bir an da olsa
belə, qəflət etməz. Məxluqat yaranışda Xaliqə ehtiyaclı olduğu kimi, idarəçilik və həyatı davam
etdirməkdə də qırılmaz şəkildə Ona bağlıdır. Demək, aləmdə mövcud olan varlıqlardan heç biri
Allahın istək və iradəsi olmadan bir an olsun belə, davam gətirə bilməz.
Yaradan ilə yaradılmışlar arasında olan bağlılığı, bənna ilə onun tikdiyi bina arasında olan
rabitəyə oxşada bilmərik. Binanın tikilişi bənnadan asılı olsa da, tikildikdən sonra bənnanın olub-
olmaması həmin bina üçün heç bir əhəmiyyət kəsb etmir. Biz bu misalı şairlə onun yazdığı şe᾽rə
də bənzədə bilərik. Belə ki, həmin şe᾽r üçün şairin yaşayıb-yaşamamasının heç bir fərqi yoxdur.
Yaradanla yaradılmışlar arasında olan rabitəyə, işıqla işıq mənbəyi arasında olan rabitəni misal
çəkə bilərik. Belə ki, lampa öz ətrafını işıqlandırmaq üçün ilk növbədə elektrik mənbəyindən
kifayət qədər enerji almalıdır. Bu proses qırılmaz şəkildə həyata keçməli və bir an olsun belə,
elektrik lampası və enerji mənbəyi arasında olan əlaqə kəsilməməlidir. Ani olaraq bu rabitənin
kəsilməsi ilə ətrafa qaranlıq çökəcəkdir.
Elektrik lampasının öz nur və hərarətini qoruyub saxlaması üçün onun enerji mənbəyi ilə qırılmaz
rabitəsi tələb olunduğu kimi, aləmdə mövcud olan bütün varlıqların da öz həyatlarını davam
etdirməsi üçün yaradıcı qüvvəyə, hər şeyə həyat verən, elmi, qüdrəti hər şeyi əhatə edən mütləq
bir varlığa ehtiyacları vardır.
Bu ehtiyac hissi varlıqların yaradıldıqları ilk gündən mövcud olacağı son ana qədər davam edir.
Onun rəhməti hər şeyi əhatə edir və yaratdığı varlıqları bir an olsun belə nəzərindən qaçırmayır.
Xaliq ilə məxluqat arasında olan rabitə labüd və qırılmazdır. Bu rabitənin bir anlıq kəsilməsi
həyat çırağının sönərək aləmin zülmətə qərq olması ilə bərabərdir.
Demək, insanın gördüyü işlər ya cəbridir (icbari), ya da ixtiyari (azad). O, bu iki ünsürün hər
birindən istifadə edir. Belə ki, o, öz güc və qüvvəsindən istifadə etməklə görəcəyi və tərk edəcəyi
işlərdə azad olsa da, ixtiyarında olan qüdrət və iste᾽dadlardan istifadə etməkdə öz Xaliqinə
56
tamamilə möhtacdır. Belə bir nəticəyə gəlirik ki, insan gördüyü işlərdə müəyyən qədər azad olsa
da, bə᾽zi səbəblərə görə Allahdan asılıdır.
Qur᾽an da bizə bu həqiqəti başa salmaq istəyir ki, insan azad varlıq olsa da, görəcəyi işlər Allahın
istək və iradəsindən asılıdır. Kəlam alimləri bu məsələni dini termin olaraq «Əmrun beynə
əmreyn» adlandırmışlar. Vahid məktəb halını almış belə bir təfəkkür tərzi daha da formalaşaraq
«cəbr» (yə᾽ni, insan bütün işləri ixtiyarsız və məcburi olaraq həyata keçirir) və «təfviz» (yə᾽ni,
insan özünü tam ixtiyar sahibi bilərək bütün işlərini öz istək və iradəsi ilə həyata keçirir) adlanan
iki ziddiyyətli nəzəriyyəni batil etmişdir. Mətləbi daha da aydınlaşdırmaq üçün bu barədə sadə bir
misal çəkməyi daha məqsədə uyğun görürük.
Bir anlıq əlini tərpədə bilməyən əlil bir şəxsi gözləriniz önünə gətirin. Əlini hərəkətə gətirə
bilmədiyi üçün onu müalicə edən həkim kiçik elektrik cihazının vasitəsilə cərəyan yaratmaq və
onun qolunu hərəkətə gətirməklə bə᾽zi işləri görməkdə ona köməklik edir. O, elektrik cərəyanını
kəsdikdə, əlil yenə də hərəkətsiz qalır. Sonra elektrik cərəyanını yaratmasını onun öz ixtiyarına
qoyur və beləliklə də o, xəstənin əlini hərəkətə gətirməsində heç bir rol oynamır. Bundan belə o,
bizim nəzərimizdə elektrik cihazını ixtira edən adi bir şəxs kimi olacaqdır. Xəstənin öz əlini
hərəkətə gətirməsini də, qeyd etdiyimiz kimi «Əmrun beynə əmreyn» prinsipi əsasında qəbul
edəcəyik. Çünki, xəstənin əlini hərəkətə gətirib-gətirməməsi öz ixtiyarındadır və kimsə onu bu işə
vadar etmir. Lakin unutmaq olmaz ki, o bu işi öz ixtiyarı ilə həyata keçirsə də, elektrik cihazının
cərəyana qoşulub oradan ayrılması onu müalicə edən həkimin ixtiyarındadır. Demək, xəstənin
əlini hərəkətə gətirməsində nə həkim, nə də xəstə tam ixtiyara malikdir.
Bu səbəbdən də kəlam alimləri insanın gördüyü işləri nə cəbr və nə də təfviz adlandırırlar.
Onların fikrincə insan görmək istədiyi işləri öz iradəsi ilə həyata keçirsə də, Allahın istək və
iradəsi də buna tə᾽sir göstərir və nəzərdə tutulan işlərin həyata keçməsi üçün lazımı şərtlər tələb
olunur. Qur᾽anda rast gəldiyimiz bir çox ayələr bu mətləbə dəlalət edir. Burada insanın tam
ixtiyar sahibi olması ilə yanaşı, Allahın da istək və iradəsinin tə᾽sirli olması açıq-aşkar bəyan
olunur. Bu mətləbə Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə də rast gəlmək olar.
Hədislərdən birində deyilir:
«İmam Sadiqin (ə) səhabələrindən biri ondan soruşur: Allah öz bəndələrini xoşagəlməz işlərə
vadar edirmi?
Buyurdu: Xeyr.
Dedi: O, bütün işləri öz bəndələrinin öhdəsinə buraxıbdırmı?
Buyurdu: Xeyr.
Dedi: Elə isə, Allahla insanlar arasında olan bu bağlılığı mənə izah edin.
İmam (ə) buyurdu: Allah-taala öz lütf və mərhəmətini öz bəndələrinin üzərindən bir an olsun
belə, kəsmir və insanlar gördükləri işlərdə cəbr ilə təfviz arasında olan mərhələni qət edirlər.»
(Üsuli-kafi. Tövhid, Cəbr və təfviz, əmrun bəynə əmreyn fəsli).
57
İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Bu nə cəbrdir nə də təfviz,
(ixtiyar) sadəcə olaraq onların arasında olan bir mərhələdir.» (Həmin mənbə).
Yuxarıda qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, Qur᾽an ayələri zahirdə cəbr və
ixtiyara dəlalət etsə də, əslində heç bir ziddiyyət olmadan eyni mə᾽na və eyni məqsəd daşıyırlar.
Bu ayələr (cəbr və ixtiyara dəlalət edən ayələr) bir-birini tamamlayır və təfsir edir. Belə ki,
ayələrə istinad etməklə belə bir qənaətə gəlirik ki, insanın gördüyü işlər həm onun özündən, həm
də Allahın istək və iradəsindən asılı olur. Bu növ əqidə tərzi Əhli-beytdən (ə) nəql olunmuş
hədislərdə dəfələrlə rast gəldiyimiz «əmrun beynə əmreyn» yoludur.
QUR᾽ANIN E᾽CAZINDA ZİDDİYYƏT
5-ci irad:
Onlar deyirlər: Əgər insanların Qur᾽an kimi ikinci bir kitab tə᾽lif edə bilmədiklərini mö᾽cüzə
hesab edəriksə, onda Eqleydsinin və Maçestinin kitablarını da mö᾽cüzə adlandırmalıyıq. Yə᾽ni,
təkcə müəyyən bir kitabın oxşarının yazılmaması mö᾽cüzə hesab edilərsə, onda dünyada nə çox
kitablar vardır ki, onların da bənzəri yoxdur.
Cavab:
Əvvəla, adları çəkilən bu iki kitabın oxşarının yazılması heç də çətin bir iş deyildir və kimsə bu
kitabların bənzərinin hazırlanmasının qeyri-mümkünlüyünü ehtimal belə verməyib. Tarixə nəzər
saldıqda da bu kitabların qarşısında kimsənin aciz qalmadığının şahidi oluruq. Çünki, son dövrün
alimləri bu kitablardan dəfələrlə elmi və mükəmməl kitablar yazıb-yaratmışlar. Buraya əlavə
mətləblər daxil edilmiş və nəzərə çarpan fəsillərdə müəyyən dəyişikliklər aparılmışdır. Bunu da
qeyd edək ki, bir qədər əvvəl mö᾽cüzə haqda söhbət açdıqda mö᾽cüzənin şərtlərindən bir neçəsinə
işarə etdik. Onlardan biri bu idi ki, mö᾽cüzə peyğəmbərlik iddiası edən şəxsin doğruluğunu
sübuta yetirməli və onun iddiası ilə müvafiq olmalıdır. Və mö᾽cüzənin digər şərtlərindən biri də
onun təbii qanunlardan xaric olmasıdır. Bu kitablarda isə bu xüsusiyyətlərin heç birini müşahidə
etmirik.
QUR᾽ANLA MÜBARİZƏ APARILMASININ SƏBƏBLƏRİ
6-cı irad:
Onlar deyirlər: Ərəblərin Qur᾽an kimi ikinci bir kitab yazmamasının səbəbi heç də onların bu işə
aciz olmaları deyildir. Bunun bir neçə səbəbi olmuşdur.
İstər Peyğəmbərin (s), istərsə də xəlifələrin dövründə iqtidarı ələ keçirmiş müsəlmanlar böyük
qüdrət və nüfuz əldə etdikləri üçün, bütpərəst ərəblər Qur᾽an kimi ikinci bir kitab yazmağa
cəsarət etmirdilər. Onlar çox gözəl bilirdilər ki, Qur᾽anla mübarizə müsəlmanlar tərəfindən necə
qarşılana bilər.
58
Əməvi sülaləsi xilafəti ələ keçirdikdən sonra isə mərkəzi hakimiyyətin islama və Qur᾽ana olan
marağı getdikcə zəifləyib məhvə doğru yönəlirdi. Və təbii ki, belə bir şəraitdə Qur᾽an və islam
dini ilə mübarizə heç bir əhəmiyyət kəsb etməməli idi.
Digər tərəfdən isə illər ötdükcə müsəlmanlar Qur᾽anın şirin mə᾽na və ifadələrindən ilham alır və
qəlbən ona bağlanırdılar. İllər ötdü və Qur᾽an qəlblərdə dərin iz qoydu və insanlarla Qur᾽an
arasında qırılmaz ünsiyyət yarandı.
Cavab: Biz bu iradı bir neçə səbəbə görə rədd edə bilərik.
1. Peyğəbmər (s) öz müxaliflərini Qur᾽anla mübarizəyə də᾽vət etdiyi zaman hələ Məkkədə
yaşayır və islamı gizlincə təbliğ edirdi. Mə᾽lum olduğu kimi, o illər iqtidarda müsəlmanlar deyil,
öz şe᾽r və ədəbiyyatı ilə fəxr edən Məkkə müşrikləri idi. Amma buna baxmayaraq, fəsahət və
bəlağət elmlərinə yiyələnmiş ərəblər Qur᾽anın qarşısında aciz olduqlarını e᾽tiraf edir və həqiqəti
dərk etdikdə onun qarşısında diz çökürdülər.
2. Qorxu məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu heç vaxt qeyri-müsəlmanların Qur᾽an və
islamla apardıqları mübarizəyə maneçilik törədə bilməzdi. Belə ki, islamdan əvvəl və sonra
Səudiyyə Ərəbistanında kitab əhli azad və toxunulmazlıq şəraitində yaşamış və müsəlmanlar
tərəfindən heç bir zorakılığa mə᾽ruz qalmamışlar. Məkkə bütpərəstləri də kitab əhlinin malik
olduqları toxunulmamazlıq hüququna yiyələndikləri üçün, kimsədən çəkinmədən e᾽tiraz edə
bilərdilər. İctimai ədalət müsəlmanların xəlifələri tərəfindən qorunub saxlanılır və qanun
pozğuntuluğuna yol verilmirdi. Əlinin (ə) xilafəti dövründə ictimai ədalətə daha çox diqqət
yetirilir və müxalif qrup və qəbilələrə öz sözlərini deməyə xüsusi şərait yaradılırdı.
Bəli, belə bir azad şəraitdə Qur᾽ana bənzər ikinci bir kitab yaza bilməsələr də, hamıya söz
azadlığı verilir, din və Qur᾽ana qarşı öz e᾽tirazlarını açıq-aşkar bəyan etməyə şərait yaradılırdı.
3. Fərz edək ki, elə doğrudan da Məkkə müşriklərində bu işdə onlara maneçilik törədə biləcək
qorxu hissi olmuşdur. Bəs görəsən bu işdə kitab əhlinə hansı amil maneçilik törətmişdir? Nə üçün
onlar gizlində də olsa, Qur᾽ana qarşı mübarizə apararaq istəklərinə nail ola bilməmişlər? Onlar
Tövrat və İncilə istənilən qədər xurafi dastanlar əlavə etsələr də, Qur᾽an ayələrində kiçik bir
ziddiyyət və ixtilaf yaratmağa cəsarət etməmişlər.
4. İnsan təbiəti daim yenilik və dəyişiklik tələb edir. Bir şey dəfələrlə təkrar olunduqda insanın
nəzərində adiləşir və bir çox hallarda həmən şeyə qarşı nifrət hissinin yaranmasına səbəb olur.
Yazılmış şe᾽r və ədəbi əsərlər isə nə qədər fəsahətli və bəlağətli olsalar da, bir neçə dəfə
oxunduqdan sonra adiləşir və özünün əvvəlki dəyərini itirməyə başlayır.
Məsələn, insan yeni yazılmış qəsidəni oxuyur və bundan mə᾽nəvi zövq alır, lakin bir neçə dəfə
təkrarlandıqdan sonra həmin əsər öz təravətini itirir və adiləşir. Əlinə yeni qəsidə düşdükdə isə
onu ilk qəsidədən daha maraqla oxumağa başlayır. Zaman keçdikcə o da əvvəlki kimi adiləşir və
öz əhəmiyyətini itirməyə başlayır.
59
İnsanın yeniliyə və dəyişikliyə olan meyli təkcə ədəbiyyatda deyil, yemək-içməkdə, geyinib-
keçinməkdə və s. şeylərdə də özünü büruzə verir.
Əgər Qur᾽an mö᾽cüzə olmasaydı, bəşəriyyətin yenilikaxtarma hissi özünü burada da büruzə
verərdi. Mə᾽lum olduğu kimi, bu müqəddəs kitabın nazil olduğu vaxtdan illər, əsrlər keçməsinə
baxmayaraq, dəfələrlə oxunmuş, əzbərlənmiş amma öz təravət və şirinliyini qoruyub saxlaya
bilmişdir.
Əgər Qur᾽an da oxucu və ya dinləyicidə yorğunluq hissi yaratsaydı, müxaliflər bunu mübarizə
üçün ən gözəl üsul hesab edərdilər. Qur᾽an nə qədər çox təkrar olunursa, öz cazibədarlığını bir o
qədər çox qoruyub saxlayır və oxunduqca özünə qarşı rəğbət hissinin artmasına səbəb olur.
Qur᾽anın tilavəti insanda ruh yüksəkliyi yaradır və imanın daha da möhkəmlənməsinə böyük
tə᾽sir göstərir. Belə bir xüsusiyyət nəinki Qur᾽anın əzəmətinə xələl gətirmir, hətta onu daha da
dəyərləndirir və ilahi mö᾽cüzə olduğunu bir daha sübuta yetirir.
5. Müxaliflərin, «müsəlmanlar əsrlər, illər boyu Qur᾽anla ünsiyyətdə olmuş və bu səbəbdən də
onunla mübarizə etməmişlər» iddiasına gəldikdə isə, bunu biz yalnız müsəlmanlar barəsində
qəbul edə bilərik. Çünki, ərəb olmayan qeyri-müsəlmanlar da Qur᾽anın tilavətindən mə᾽nəvi zövq
aldıqlarını e᾽tiraf etmiş və mə᾽nasını başa düşməsələr belə, özlərində ona qarşı böyük rəğbət və
ruh yüksəkliyi duymuşlar.
QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
7-ci irad:
Onlar deyirlər: Tarixdə göstərilir ki, Əbu Bəkr Qur᾽anı vahid kitab halına salmaq istədikdə Ömərə
və Zeyd ibni Sabitə, məscidin kandarında oturub, iki nəfər tərəfindən Qur᾽an ayəsi olması təsdiq
edilən cümlələri yazmağı və nəticədə onları kitab halına salmağı əmr etdi. Qərara alınmışdı ki,
onların toplayıb təsdiq etdikləri və vahid nüsxə halına saldıqları nümunə hamı tərəfindən qəbul
edilsin. Əgər Qur᾽an həqiqətən mö᾽cüzə olsaydı, nə onların şəhadətinə ehtiyac olardı, nə də
kimlərinsə onu vahid nüsxə halına salmasına.
Cavab:
Bu iddianı da bir neçə səbəbə görə rədd edə bilərik:
1. Qur᾽anın mö᾽cüzə olması onun kəlmələrinin ayrı-ayrılığında deyil, fəsahət və bəlağətindədir.
Qur᾽anın bir yerə yığılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, orada artıq kəlmə və
hərflərin əlavə olunması və ya çıxarılması tamamilə adi hal ola bilərdi. Bunun üçün də iki nəfər
şəxsin – əgər bunu həqiqət hesab etmək olarsa – şəhadət verməsini (yə᾽ni toplanmış nüsxələrə
nəzarət etmələri) tamamilə məntiqi hesab etmək olardı.
2. İnsanlar Qur᾽anın fəsahəti qarşısında acizdirlər - dedikdə, bu heç də o demək deyildir ki, onlar
ona oxşar, hətta bir kəlmə və ya bir ayə gətirməyə belə qadir deyillər. Qur᾽an ayələrinə oxşar
ikinci bir ifadəni bəyan etmək bəlkə də onlar üçün mümkün olmuşdur, lakin müsəlmanlar heç
60
vaxt belə bir iddia irəli sürməmişlər. O ki qaldı Qur᾽ana, o da öz müxaliflərini öz ayələrinə oxşar
bir ayə deyil, bir surə gətirmələrini tələb edir. Buna əsasən deyə bilərik ki, iki nəfərin, yığılmış
nüsxələrə və ya oxunan ayələrin düzlüyünə şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır.
3. Səhabələrdən ikisinin məsciddə bir şahid kimi iştirak etmələri haqda nəql olunmuş rəvayətə
gəldikdə isə, onun mö᾽təbərliyinə bir o qədər də istinad etmək olmaz. Çünki, rəvayət mütəvatir
hədislər silsiləsinə daxil deyildir.
4. Rəvayətin məzmunu bu haqda nəql olunmuş digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki,
Qur᾽an Əbu Bəkrin xilafəti dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır.
Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və rəvayətlərə işarə edəcəyik. O ki qaldı
Qur᾽an hafizlərinə, hələ Peyğəmbərin (s) zamanında onların sayı yüzlərlə, bəlkə də minlərlə idi.
Belə olduğu bir halda səhabələrdən yalnız ikisinin Qur᾽an nüsxələrinə və tilavətinə etdikləri
nəzarət bir o qədər də düzgün olmazdı.
Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış müsəlmanlar gecə-gündüz Qur᾽anı tilavət edir və onu
zehnlərinə həkk edirdilər. Qur᾽an hafizlərinin bol olduğu bir şəraitdə belə bir məs᾽uliyyətli işin
yalnız iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı.
QUR᾽ANIN İFADƏ TƏRZİ İLƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ
8-ci irad:
Onlar deyirlər:
Qur᾽anın bəyan tərzi ilə, mahir ədib və şe᾽r ustalarının üslubu tamamilə fərqli və ziddiyyətlidir.
Belə ki, surələrdə bir neçə mövzuya və bir-biri ilə əlaqəsi olmayan mətləblərə toxunulduğunun
şahidi oluruq. Məsələn, hər hansı bir tarixi mövzu haqda söhbət açıldığı zaman dərhal əxlaq, alış-
veriş və ya digər mövzulara da toxunulur. Əgər Qur᾽anda hər bir mövzu üçün ayrıca fəsil
ayrılsaydı, daha yaxşı olardı.
Cavab:
Qur᾽an, bəşəriyyəti haqq-ədalətə hidayət etmək və onları dünya və axirət səadətinə qovuşdurmaq
üçün nazil olmuşdur. Qur᾽an fiqhi, tarixi, və əxlaqi kitab olmadığı üçün bu elmlərə ayrıca başlıq
və fəsillər ayrılmamışdır.
Şübhəsiz, Qur᾽anın bəyan etmə üslubu digər üslublardan daha qənaətbəxş olduğu üçün, nəzərdə
tutulan mövzunu oxuculara daha tez çatdırır. Qur᾽an surələrindən hər birini mütaliə etdikdə
yaradılış, mə᾽ad, əxlaq və keçmiş qövmlərin tarixi haqda dəyərli mə᾽lumatlar əldə etməklə
yanaşı, onların aqibətlərindən də ibrət dərsi alınır, kamil insana xas olan əxlaq normaları və dinin
bir çox şər᾽i məsələləri ilə yaxından tanışlıq hasil olur.
Mövzuların müxtəlif olmasına baxmayaraq, surələrin heç birində istər fəsahət və bəlağət, istərsə
də ümumi mə᾽na baxımından heç bir nizamsızlıq müşahidə etmirik.
61
Əgər Qur᾽an ayrı-ayrı fəsillərə bölünsəydi öz nəzmini itirər və oxucu üçün bir o qədər də faydalı
olmazdı. Belə ki, hər hansı bir mövzunu mütaliə edən oxucu, Qur᾽anın digər müqəddəs
hədəflərindən xəbərsiz qalar və nəticədə ən başlıca məqsədə, yə᾽ni kamala çatmaqdan məhrum
olardı.
Qur᾽ana xas olan belə bir bəyan tərzi onu digər dini, ədəbi mətnlərdən fərqləndirir və ona xüsusi
yaraşıq verir.
Amma nə etmək olar, düşmənçilik və ədavət hissi həqiqəti dərk etmək üçün daşürəkli, təəssübkeş
insanların gözlərini kor, qulaqlarını isə kar etmişdir.
Əgər Qur᾽an ayrı-ayrı fəsillərə bölünsəydi başqa bir ciddi çatışmamazlıqla qarşılaşardı. O da
Qur᾽anda bir neçə dəfə təkrar olunan keçmiş peyğəmbərlərin əhvalatı və tarixi əhəmiyyət kəsb
edən hadisələrdir. Əgər dəfələrlə təkrar olunan bu əhvalatlar eyni fəsildə nəql olunsaydı, Qur᾽an
öz təravət və cazibədarlığını itirər və belə olduqda təkrar heç bir mə᾽na kəsb etməzdi.
QUR᾽ANLA MÜBARİZƏ
9-cu irad:
«Husnul iycaz» kitabının müəllifi deyir: Qur᾽anda istifadə olunan oxşar ifadələrin yerini
dəyişdirməklə, Qur᾽an kimi ikinci bir kitab yazmaq heç də çətin deyildir. O, öz iddiasını isbat
etmək üçün Qur᾽anın müxtəlif yerlərindən cümlələr toplamış və bununla da fəsahət və bəlağət
elmlərinə dair olan mə᾽lumat səviyyəsinin hansı dərəcədə olduğunu çatdırmaq istəmişdir.
Cavab:
Bir qədər sonra müəllifin Qur᾽anla mübarizə tədbirində istifadə etdiyi ifadələrə və onun zəif
nöqtələrinə işarə edəcəyik. Biz «Nəfəhətul e᾽caz» adlı kitabda bu haqda ətraflı söhbət açmışıq.
FATİHƏ SURƏSİ İLƏ MÜBARİZƏ
Bu xəyalpərəst insan elə güman edir ki, ağlına gəldiyi bu qısa ifadələr Fatihə surəsindən qısa
olmaqla yanaşı, onun əhatə etdiyi bütün mətləblərə də şamil olur:
«Şükr olsun bağışlayan Rəhmana [O Allah ki] varlıqların sahibi və pərvərdigarıdır, [O Allah ki]
mükafat verəndir. İbadət sənin üçün, kömək də səndəndir. Bizi iman yoluna hidayət et!»
Dərin mə᾽nalı Qur᾽an ayələrini, heç bir mə᾽na kəsb etməyən qısa ifadələrdən ayıra bilməyən
yazıçıya təəccüb edirik?!
Yaxşı olardı ki, yazıçı hər şeydən əvvəl öz yazılarını ərəb ədəbiyyatı ilə tanışlığı olan məsihi
alimlərinə təqdim edəydi və özünü bu dərəcədə rüsvay etməyəydi.
O, bilməli idi ki, mübarizə məqsədilə hər hansı bir mətnə qarşı istifadə etdiyi ifadələr mə᾽na və
heca baxımından bir-birindən fərqli və ziddiyyətli olmamalıdır.
62
Mübarizə dedikdə, heç də belə təsəvvür etmək lazım deyil ki, müxalif mövqe tutmuş şəxs mətndə
istifadə olunmuş ifadələrin yerini dəyişib onu bir qədər fərqli ifadələrlə bəyan etmiş olsun. Əgər
mübarizə bu qədər asan olsaydı, Peyğəmbərlə (s) mübarizə aparan Məkkə müşrikləri belə bir
əlverişli üsuldan istifadə edər və asanlıqla öz məqsədlərinə nail olardılar. Lakin onlar ədəbi
mübarizə üsulunun nə olduğunu çox gözəl dərk edir və bu səbəbdən də Qur᾽anla mübarizə
aparmağa cəsarət etmirdilər.
Onlardan bə᾽ziləri həqiqəti yə᾽ni, Qur᾽anın ilahi mö᾽cüzə olduğunu dərk edib iman gətirdi.
Qəlbləri daşdan da möhkəm olan inadkar və cahil kəslər isə Qur᾽anı sehr və cadu adlandıraraq
dedilər:
«Bu [başqasından] öyrənilən sehrdən başqa bir şey deyildir!» (Müddəssir-24).
Görəsən özünü bu dərəcədə rüsvay edən yazıçının bəlağət elmindən heç bir mə᾽lumatı
olmamışdırmı?
1. Axı necə demək olar ki, «Şükr olsun bağışlayana (Rəhmana)» kəlməsi, «Şükr Allaha» kəlməsi
ilə mə᾽na və məfhum baxımından eynidir. Bir halda ki, «Allah» kəlməsi Allah-taalanın bütün
sifətlərinə şamil olan müqəddəs Zatın adı, «Rəhman» isə yalnız onun sifətlərindən biridir.
Demək, «Əlhəmdulillah – həmd olsun Allaha» kəlməsindəki şükürdən məqsəd, Allah adının
bütün sifətlərə şamil olması, «Şükr Rəhmana – Əlhəmdu lirrəhman» kəlməsində edilən şükürdən
məqsəd isə, yalnız Allahın Rəhman sifətinə edilən şükürdür və göründüyü kimi, burada artıq
Allahın digər sifətləri nəzərdə tutulmur.
2. «Aləmlərin Rəbbinə [bu dünyada hamıya] rəhimli, axirətdə isə ancaq mö᾽minlərə mərhəmətli
olana» ayəsini «Varlıqların pərvərdigarı» kimi naqis və münasib olmayan qısa bir ifadəylə bəyan
edir. Bu qısa ifadə isə hər iki ayənin mə᾽na və məfhumunu bütünlüklə aradan aparır. Çünki, hər
iki ayə aləmlərin çoxluğuna, Allahın hakimiyyət və rəhmətinin onların hamısına şamil olduğuna
dəlalət edir. Onun hakimiyyəti əzəli və əbədidir.
Bütün bunları «varlıqların pərvərdigarı» kimi qısa və mə᾽nasız bir ifadədən əldə etmək olarmı?
Bir halda ki, «kovn», lüğətdə baş vermək, qayıtmaq mə᾽nalarını verir. Malik və başçı mə᾽nasını
verən «Rəbb» kəlməsini məsdər halında işlənilən « Əkvan» kəlməsinə birləşdirmək isə
qrammatik qanunlarla əsla uyğun gəlmir. Cümlə quruluşuna gəldikdə isə, «xaliq» ifadəsindən
istifadə edərək «xaliqul əkvan» – yə᾽ni «varlıqların xaliqi» deyə bilərik. «Əkvan» kəlməsinə
gəldikdə isə, onu nə aləmlər mə᾽nasında istifadə edə bilərik, nə də Allahın varlıqlara şamil olan
daimi rəhmətinə.
3. «Maliki yəvmiddin» – haqq-hesab gününün [qiyamət] gününün sahibinə» ayəsini « Əlməlikud-
dəyyani – [O Allah ki] mükafat verəndir» ifadəsilə əvəz etməklə biz ayədən tam başqa bir mə᾽na
əldə edir və nəzərdə tutulan hikmətli ifadələrdən uzaq düşmüş oluruq. Çünki, ayə Allahın qiyamət
gününün sahibliyinə, müəllifin uydurduğu ifadə isə Allahın [mö᾽minlərə] mükafat verəcəyinə
dəlildir. Göründüyü kimi burada qiyamət gününə və orada insanların gördükləri işlərin
63
müqabilində mükafat və ya cəzaya layiq görüləcəyinə dəlalət edən heç bir mə᾽na nəzərə çarpmır.
Mə᾽lum olduğu kimi, qiyamət günü aləmə yalnız Allahın özü hakim olacaq və hamı Onun əmrinə
itaət edəcəkdir. Kimi cənnətə, kimisi də cəhənnəmə daxil ediləcəkdir. Bu səbəbdən də Allah-taala
bu ayədə «Malik» adlandırılmışdır. Lakin yuxarıda qeyd olunan ifadələrdə biz bu mə᾽na ilə də
qarşılaşırıq.
Bəli, «Əlməlikud-dəyyan» «Maliki yəvmiddin» ayəsinin verdiyi mə᾽naların heç birini daşımır.
Bu ifadələrdən yalnız bu nəticəyə gəlmək olar ki, Allah öz bəndələrini xeyirxah işlərinə görə
mükafatlandırır və beləliklə onları səadət və kamala sövq etmiş olur. Bu isə ayənin batini
mə᾽naları ilə olduqca fərqli və hətta ziddiyyətlidir.
4. «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.»
Yazıçı belə güman etmişdir ki, ibadət və kömək diləmək yalnız çarəsizlik üzündən edilməlidir.
Bu səbəbdən də ayə həqiqəti bəyan etməklə yanaşı, iman sahiblərinə təlqin etmək istəyir ki, ibadi
məsələlərindəki tövhid prinsiplərini və Allaha olan ehtiyac hisslərini hətta ibadətdə belə aşkar
etsinlər. Burada ən başlıca məqsəd, mö᾽minlərin bu həqiqəti e᾽tiraf etmələridir ki, Allahdan başqa
heç bir varlığa pərəstiş etməyib, yalnız Ondan kömək diləsinlər.
Biz bunları üzdəniraq yazıçının uydurduğu «Ləkəl ibadətu və bikəl mustəan» – ibadət Sənin üçün
və kömək də səndəndir ifadəsindən əldə edə bilərikmi?
5. «Bizi doğru yola yönəlt»
Ayədən məqsəd budur ki, insan ibadət zamanı Allahdan onu haqq yola, doğru yola yönəltməyini
diləsin. Bu yol onu saf əqidəyə, xeyirli işlərə və bir sözlə bütün insani dəyərlərlə hidayət etmiş
olsun.
Göründüyü kimi ayə bir neçə mühüm mətləbə toxunur.
(İhdinas-siratəl iman)
«Bizi iman yoluna hidayət et.»
Qeyd olunan ifadədən bu mə᾽nalardan heç birini əldə etmirik.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, yuxarıdakı ifadə yalnız haqq yola hidayət
prinsipini izlədiyi üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Lakin iman yolunun doğru yol
olduğuna və bu yolun yolçularının heç vaxt haqq yoldan sapınmayacaqlarına heç bir işarə
edilməmişdir.
Yazıçı özünün naqis və əsassız iradları ilə bu ayəyə qədər kifayətlənmiş və surənin ardını heç bir
ifadələrlə əvəz etməmişdir. Bu isə bir daha bu həqiqəti sübuta yetirir ki, yazıçı surənin mə᾽na və
məfhumunu dərk etmişdir. Çünki, surənin ardı, yə᾽ni «Ne᾽mət verdiyin kəslərin yoluna! Qəzəbə
düçar olanların və [haqdan] azanların yoluna yox!»
64
6-7-ci ayələr doğru yolun mövcud olduğuna dəlalət edir. Allahın razılığını qazananlar bu yolun
yolçuları və ilahi ne᾽mətlərlə mükafatlandırılan şəxslərdir. Bu yol peyğəmbərlərin, şəhidlərin və
əməli-saleh insanların yoludur. Allahın qəzəbinə düçar olan kəslər isə haqq yoldan azan və
inadkarlıq üzündən həqiqətdən üz çevirənlərdir. Cəhalət və nadanlıq onları zəlalətə doğru
sürüklədiyi üçün, həqiqəti axtarmaq əvəzinə ata-babalarının getdikləri yolu davam etdirmiş və
kor-koranə təqlidi hər şeydən üstün tutmuşdur. Ayələri diqqətlə oxuyub işarə olunan mühüm
mətləblərə diqqət yetirən hər bir şəxs bir çox həyati və əxlaqi məsələlərlə qarşılaşmış olur. Belə
ki, yaxşını pisdən ayıra bilən hər bir adi insan bu ayələrdən ibrət dərsi almalı, peyğəmbərləri və
əməli-saleh insanların tutduqları yolu davam etdirməlidir. İndi özünüz deyin, dərin mə᾽nalı və
hikmətli ilahi kəlamları kənara qoyub hansısa xəyalpərəst yazıçının uydurduğu əsassız ifadələrə
e᾽timad etmək olarmı?
KOVSƏR SURƏSİ İLƏ MÜBARİZƏ
Elə həmin yazıçı Kovsər surəsini bu ifadələrlə bəyan edir:
«Biz sənə cəvahiri bəxş etdik, sən də uca səslə namaz qıl, sehirbaz və cadugərlərin sözlərinə
e᾽tina etmə.»
Bu iddianı biz bir neçə səbəblərə görə batil və əsassız hesab edə bilərik.
1. Göründüyü kimi, yazıçı Qur᾽andakı oxşar ifadələrdən istifadə etmiş və heç nədən çəkinmədən
bunun adını mübarizə qoymuşdur.
2. Qoşduğu ifadələrdən belə mə᾽lum olur ki, bu onun öz sözləri deyil, sadəcə olaraq
peyğəmbərlik iddiası etmiş Musəyləmə Kəzzabın uydurduğu ifadələrdir. O, bu surəni belə ifadə
edir:
«Biz sənə [insan] kütlələr bəxş etdik. Sən də namaz qıl və mühacirət et. [Və bil ki,] düşmənin
kafir bir kəsdir.»
3. Təəccüb doğuran burasıdır ki, o, iki kəlmənin qafiyə baxımından bir-birinə oxşar olmasını
fəsahət və bəlağət elmlərində də bu qayda üzərində olacağını güman etmişdir. Bir halda ki,
fəsahət qanunlarının ilk şərtlərindən biri kəlmələr arasında uyğunluq və rabitənin olmasıdır.
Yazıçının ifadələrində isə biz bunların heç birini müşahidə etmirik.
4. Buradan belə bir sual meydana gəlir. Görəsən hansı səbəblər üzündən yazıçı «cəvahir»
kəlməsini müəyyənlik əlaməti olan «əlif-lam» ilə qeyd etmişdir.
Əgər müəyyən cəvahiri nəzərdə tutursa, belə olduqda heç bir müəyyənlik şəkilçisindən istifadə
etməyə ehtiyac duyulmur. Əgər dünyada mövcud olan bütün cəvahiratı nəzərdə tutursa – belə ki,
«əlif və lam» hərfləri ismin müəyyənlik formasının cəm halına dəlalət edir – bunu da həqiqi
olaraq qəbul edə bilmərik. Çünki, dünyada mövcud olan ləl-cəvahiratın yalnız bir nəfərə
verilməsi qeyri-mümkündür.
65
5. Burada başqa bir sual meydana gəlir. O da bundan ibarətdir ki, görəsən birinci cümlə ilə «Vəla
tə᾽təmidu qovlə sahir – sehirbaz və cadugərlərin söylədiklərinə e᾽tina etməyin» cümləsi arasında
nə kimi rabitə vardır? Cadugər dedikdə kimləri nəzərdə tutur? «Söylədiklərinə e᾽tina etmə»
dedikdə hansı sözləri nəzərdə tutur? Əgər o hər hansı bir cadugəri və onun söylədiklərini nəzərdə
tutursa onda, mətləbin daha da açılması və onun söylədiklərinin nədən ibarət olduğunu sübuta
yetirmək üçün müəyyən dəlil və sübutlar gətirməlidir. Yox əgər müəyyən şəxsi və onun
söylədiklərini nəzərdə tutmayırsa – belə ki, hər iki ifadə, yə᾽ni həm «qovl» – söyləmək, həm də
«sahir» – sehirkar qeyri-müəyyənlik və inkar formasında işlənilmiş və ümumiyyət xarakteri
daşıyır. Belə olduqda bu mə᾽nanı daşıyacaqdır: Heç bir sehirbaz və cadugərin söylədiyi sözlərə
e᾽tina etməyin. Lakin biz, cümləni bu mə᾽nada qəbul edə bilmərik. Çünki bizim, sehirkarların
hətta adi məsələlərdə belə söylədiklərinə e᾽tina etməyimizə heç bir əqli dəlilimiz yoxdur.
Əgər buradan məqsəd sehirkar və cadugərlər olarsa, yenə də biz bunu həqiqət kimi qəbul edə
bilmərik. Çünki, cadugərlərin işi sehramiz ifadələr söyləmək deyil, özünəməxsus hiylə və
məkrlərdən istifadə edərək müəmmalı işlər göstərməkdir.
6. Kovsər surəsi Peyğəmbəri (s) istehza edən şəxs barəsində nazil olmuşdur. O, Peyğəmbər (s)
haqda bu sözləri deyirdi: Məhəmməd övladı olmayan sonsuz bir insandır (övladı olmayan
deyildikdə oğlan uşağı nəzərdə tutulur). Tezliklə öləcək və gətirdiyi din unudularaq aradan
gedəcəkdir.
Tur surəsinin 30-cu ayəsində bu haqda deyilir:
«Yoxsa onlar [sənin barəndə]: «O, şairdir. Biz [ruzigarın gərdişi nəticəsində] onun başına gələcək
müsibəti [ölüb getməsini] gözləyirik!» – deyirlər.
Bütün bu iftiraların müqabilində Peyğəmbərə (s) təskinlik olsun deyə «Kəusər» surəsi nazil oldu.
(ərə) «Yə᾽ni biz sənə böyük ne᾽mət «kəusəri» bəxş etdik.»
Bəli, bu Peyğəmbərə (s) bəxş olunan ən böyük və ən dəyərli ne᾽mət idi. Ömrünün son gününədək
öhdəsinə düşən peyğəmbərlik vəzifəsinə məs᾽uliyyətlə yanaşır və insanları təkallahlığa, haqq-
ədalətə də᾽vət edirdi. Ona iman gətirmiş kəslərlə düşmənlərə qarşı mübarizə aparır və bütün
ömrünü islamın yayılmasına həsr edirdi. Onun nəsli, qızı Fatimənin (ə) övladları ilə artıb çoxaldı.
Dünya durduqca onun nəsli duracaq, axirət dünyasında isə birlikdə kovsər hovuzunun kənarına
yığılıb şəfaətindən bəhrələnəcəklər.
«Yə᾽ni bütün bu ne᾽mətlərin müqabilində Allaha şükr et! Namaz qıl və Allah yolunda qurban
kəs.»
Ayədəki «Nəhr» sözü bir neçə mə᾽na daşıyır.
1. Həcc ziyarəti zamanı Minada kəsilən qurbanlıq dəvə;
2. Qurban bayramı «eyd zuha» günü kəsilən dəvə;
3. Namaza başlarkən ilk təkbirdə əllərin qulaqlara qədər qalxması;
66
4. Namazda ikən bədənin bütünlüklə qibləyə tərəf olması.
Lakin «nəhr» sözü haqda deyilən bütün mə᾽naları ayəyə şamil edə bilərik və onların hər birini
nəzərdə tutduqda, Peyğəmbərin (s) ona bəxş olunan ne᾽mətlərə şükr etməsi kimi qəbul edə
bilərik.
Allah-taala bəxş etdiyi ne᾽mətlərə, Peyğəmbərə (s) şükr etməsini əmr etdikdən sonra növbəti 3-cü
ayəni nazil etdi: «Səni istehza edən düşmənin sonsuz qalacaqdır və onun ad və şöhrətindən heç
bir əsər-əlamət belə qalmayacaqdır!»
Peyğəmbərə (s) istehza edən kəslərin aqibəti Qur᾽anın xəbər verdiyi kimi də oldu. Onun nəsli
kəsilərək ad-sanından heç bir əsər-əlamət qalmadı.
Axirətdə isə onların məskun olacaqları yer cəhənnəmin əzablı təbəqələri olacaqdır.
Kovsər surəsi haqda qısa mə᾽lumat verdik.
İndi özünüz deyin, hikmətlə dolu olan ilahi kəlamları, üzdəniraq yazıçının bir-biri ilə əlaqəsi
olmayan əsassız ifadələri ilə müqayisə etmək olarmı?!
O, Musəyləmə Kəzzabın Qur᾽anla mübarizə üsulundan istifadə etsə də, nəticədə məqsədinə çata
bilməmişdir.
DÖRDÜNCÜ FƏSİL
HƏZRƏT MƏHƏMMƏDİN (S) VƏ KEÇMİŞ PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏLƏRİ
1. Mö᾽cüzəni inkar edən ilk ayənin araşdırılması;
2. Mö᾽cüzəni inkar edən ikinci ayənin araşdırılması;
3. Mö᾽cüzəni inkar edən üçüncü ayənin araşdırılması;
4. Həzrət Məhəmmədin (s) Tövrat və İncildə peyğəmbərliyi haqda;
5. Mətləblərin xülasəsi.
MÖ᾽CÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN ARAŞDIRILMASI
İSLAM
PEYĞƏMBƏRİNİN
MÖ᾽CÜZƏSİNİN
DİGƏR
PEYĞƏMBƏRLƏRİN
MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ
Bu haqda mə᾽lumatı olan hər bir şəxs, Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽anın,
keçmiş peyğəmbərlərin mö᾽cüzəsindən daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir. Ötən
fəsillərdə Qur᾽anın bə᾽zi mö᾽cüzəvi xüsusiyyətlərinə və onun digər peyğəmbərlərin
mö᾽cüzələrindən daha üstün olduğuna dair qısa mə᾽lumat verdik.
67
Lakin Peyğəmbərin (s) mö᾽cüzəsi yalnız Qur᾽anın nazil olması ilə bitmir. Qur᾽ani-kərimdən
başqa onun digər mö᾽cüzələri də olmuş və bə᾽zi xüsusiyyətləri ilə onlarla şərik olmuşdur. Qur᾽an
isə ona xas olan əbədi və ilahi mö᾽cüzədir.
Qur᾽anın digər mö᾽cüzələrdən üstünlüyünə və Peyğəmbərin (s) digər mö᾽cüzələri ilə keçmiş
peyğəmbərlərin mö᾽cüzələri arasında olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə
bilərik:
1. Mütəvatir hədis və rəvayətlər;
Müsəlmanlar Peyğəmbərin (s) mö᾽cüzələrinə dair yüzlərlə hədis və rəvayətlər nəql etmiş, bu
barədə əqidə ixtilaflarının olmasına baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb
yaratmışlar.
Peyğəmbərin (s) mö᾽cüzəsi haqda nəql olunmuş mütəvatir hədislərin, kitab əhlinin öz
peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır:
a) Zaman yaxınlığı;
Peyğəmbərin (s) göstərdiyi mö᾽cüzələr haqda nəql olunmuş hədis və rəvayətlər zaman
baxımından olduqca yaxın və qısa müddətli idi. Bu səbəbdən də bu haqda mə᾽lumat əldə etmək
bir o qədər də çətin deyildi.
b) Hədislərin mütəvatirliyi və çoxluğu.
Peyğəmbərə (s) iman gətirmiş və onun mö᾽cüzələrini öz gözləri ilə müşahidə etmiş şəxslərin sayı
minlərlə olduğu üçün təbii ki, bu haqda nəql olunmuş hədis və rəvayətlər də mütəvatir və çox
olmalı idi. Həzrət İsaya (ə) və Musaya (ə) iman gətirənlərin sayı az olduqları üçün onların
mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər də olduqca azdır.
Demək həzrət İsa və Musanın (ə) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər çox və
mütəvatirdisə, həzrət Məhəmmədin (s) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər daha
çox mütəvatir olmalıdır.
2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.
Həzrət Məhəmmədin (s) keçmiş peyğəmbərlərin mö᾽cüzələrinə yiyələnməsinə dəlalət edən ikinci
dəlil bundan ibarətdir ki, o Həzrət keçmiş peyğəmbərlərin bir çoxunun göstərdiyi mö᾽cüzələri
həyata keçirmiş və bununla da öz həqqaniyyətini sübuta yetirmişdir. Məhz belə bir xüsusiyyətə
malik olduğu üçün o, özünü digər peyğəmbərlərdən üstün və ən başlıcası isə peyğəmbərlərin
sonuncusu olduğunu bildirmişdir. Onun digər peyğəmbərlərdən üstün olma xüsusiyyəti bütün
peyğəmbərlərin yiyələndiyi mö᾽cüzələrə malik olmasını tələb edir. Belə ki, əgər bir şəxs
başqalarından üstün olarsa, bə᾽zi xüsusiyyət baxımından onlardan naqis olması qeyri-
mümkündür. Məsələn, təbabət elmində hamıdan bilikli olduğunu iddia edən hər hansı bir şəxs,
bə᾽zi xəstəliklərin müalicəsinin öhdəsindən asanlıqla gəlməlidir. Əks halda ziddiyyət meydana
gələr. Çünki, bir tərəfdən o hamıdan bilikli və bacarıqlı olduğunu iddia edir, digər tərəfdən isə adi
68
bir xəstəliyin öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər saldıqda görürük ki,
peyğəmbərlik iddiası edən şəxslər, onlardan mö᾽cüzə tələb olunmasın deyə, mö᾽cüzəni qətiyyətlə
inkar etmiş və bu məzmunda nazil olmuş Qur᾽an ayələrini müxtəlif mə᾽nalarda yozmağa cəhd
göstərmişlər.
YANLIŞ TƏSƏVVÜR
Bə᾽zi inadkar şəxslər peyğəmbərlərin mö᾽cüzələrə malik olmasını qətiyyətlə rədd etdikləri kimi,
heç bir elm və məntiqə əsaslanmayan nadan və cahil şəxslər də həzrət Məhəmmədin (s)
mö᾽cüzələrinin yalnız Qur᾽andan ibarət olduğunu və onun digər başqa mö᾽cüzələrə sahib
olmadığını iddia edirlər. Hətta bə᾽zi sadəlövh insanlar əldə etdikləri yanlış mə᾽lumatlara
əsaslanaraq – öz nəzərlərində – bu mətləbə toxunan Qur᾽an ayələrinə istinad edirlər.
Onların istinad etdikləri ayələrdən bir neçəsinə işarə edib, məntiqi dəlillərlə belə bir təfəkkür
tərzinin yanlış olduğunu sübuta yetirəcəyik.
«Bizə mö᾽cüzələr göndərməyə mane olan şey ancaq, əvvəlkilərin [keçmiş ümmətlərin] onları
yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir mö᾽cüzə olaraq dişi [maya] dəvə
verdik, lakin onlar ona zülm etdilər [dəvəni tutub kəsdilər]. Biz mö᾽cüzələri yalnız
[bəndələrimizi] qorxutmaq üçün göndərdik.»
Onlar deyirlər: Ayədən belə mə᾽lum olur ki, Məhəmmədin (s) Qur᾽andan savayı başqa bir
mö᾽cüzəsi olmamışdır. Və Allah-taala ona Qur᾽andan başqa ayrı bir mö᾽cüzə vermədiyi üçün,
keçmiş ümmətlər öz gözləri ilə gördükləri mö᾽cüzələri təkzib edir və onun qarşısında təslim
olmurdular.
Cavab: Ayədən məqsəd, heç də Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələrə malik
olmaması deyildir. Sadəcə olaraq o həzrət müşriklərin yersiz tələblərini rədd etmiş və onlara
mö᾽cüzə göstərməkdən boyun qaçırmışdır.
Başqa sözlə desək, Peyğəmbər (s) müşriklərin əyləncə məqsədilə görmək istədikləri
mö᾽cüzələrdən imtina etmiş və onların istəklərini yerinə yetirməkdən boyun qaçırmışdır.
Demək ayədən məqsəd, Peyğəmbərin (s) bütün mö᾽cüzələri deyil, əyləncə məqsədilə görmək
istədikləri mö᾽cüzələri rədd etməsi olmuşdur.
Ayənin özündə dediklərimizi sübuta yetirəcək bir neçə əsaslı dəlillər vardır:
1. Ayədə əlamət və nişan mə᾽nasını verən «ayə» sözünün cəm formasından, yə᾽ni «ayat»
sözündən istifadə olunmuş, özü də müəyyənlik formasında, yə᾽ni «əlif-lam» ilə işlənmişdir. Bu
səbəbdən də burada «əlif-lam»ın istifadə olunmasına dair üç ehtimal verə bilərik:
a) «Əlif-lame cinsi»;
Bu halda ayənin mə᾽nası aşağıdakı kimi olacaqdır. Allah-taala Həzrət Məhəmmədin (s)
həqqaniyyətini sübuta yetirəcək heç bir dəlil və mö᾽cüzə göndərməmişdir. Demək, Allah
69
tərəfindən göndərilmiş peyğəmbərlərin öhdəsinə heç bir məs᾽uliyyət düşməmiş və onların
fəaliyyəti hədər yerə olmuşdur. Çünki peyğəmbərlik iddiası edən şəxsin öz həqqaniyyətini sübuta
yetirmək üçün dəlil və sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun iftirası
aşkara çıxarılacaqdır.
b) «Əlif-lame cəm᾽i»;
Bu mə᾽na da peyğəmbərliyi sübuta yetirən mö᾽cüzə ayələrinin bütövlükdə inkar olunması
deməkdir. Lakin bu ehtimal da əvvəlki ehtimal kimi batil və əsassızdır.
v) Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki, ayədəki müəyyənlik şəkilçisi olan
«əlif-lam» şərt və əhd mə᾽nasında işlənmişdir. Buradan belə mə᾽lum olur ki, Qur᾽anın inkar
etdiyi mö᾽cüzələr məhz müşriklərin əyləncə məqsədilə Peyğəmbərdən (s) tələb etdikləri
mö᾽cüzələrdir.
2. Əgər müşriklərin inkar və təkzib etmələri onların mö᾽cüzə göstərməsinə mane olsaydı,
Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽ani-kərim də nazil olmazdı. Çünki, ümumi bir
qanun olduğu yerdə heç bir istisnaya yol vermək olmaz. Belə bir nəticəyə gəlirik ki, Qur᾽anın
inkar etdiyi və ya daha dəqiq desək, qadağan etdiyi mö᾽cüzələr peyğəmbərlərin bütün
mö᾽cüzələri deyil, yalnız müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzədir.
3. Ayədə mö᾽cüzənin göstərilməməsi keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri ilə
əlaqələndirilmişdir. Bunu yalnız o zaman qəbul etmək olar ki, mö᾽cüzənin həyata keçməsinə
ehtiyac duyulmuş olsun və bunun qarşısını alacaq heç bir amil olmasın. Qeyri halda isə
mö᾽cüzənin baş verməməsini nə iləsə əlaqələndirmək heç bir mə᾽na daşımayacaqdır. Məsələn
biz, od olmadığı bir halda ağacların yaş olduğu üçün yanmadığını deyə bilmərik. O ki qaldı
mö᾽cüzənin həyata keçməsinə, bunun üçün yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi
hikmət, ikincisi isə insanların istək və tələbləridir.
İlahi hikmətin iki səbəbi vardır:
1. Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə bir iş görməz.
2. Əgər insanları təkzib etmək mö᾽cüzənin qarşısını alsaydı, peyğəmbərlərin göndərilməsinə də
maneçilik törədərdi.
İkinci əsas səbəbə, yə᾽ni insanların istək və tələblərinə gəldikdə isə, qeyd etməliyik ki, insanlar
mö᾽cüzəni gördükdən və bütün lazımı göstərişləri peyğəmbərlər tərəfindən aldıqdan sonra yenə
də əyləncə məqsədilə mö᾽cüzə görmək istəyirdilər. Belə bir halda mə᾽lum məsələdir ki, Allah-
taala onlara mö᾽cüzə göstərməyəcəkdir.
Nəticə: Qeyd olunan ayə peyğəmbərlərin haqq olmasını sübuta yetirmək üçün göstərdikləri
mö᾽cüzələrə deyil, müşriklərin mö᾽cüzələr gördükdən sonra onlardan əyləncə məqsədilə tələb
etdikləri mö᾽cüzələrə dəlalət edir.
70
Burada belə bir sual meydana gəlir. Keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri sonralar baş
verəcək mö᾽cüzələrin qarşısını necə ala bilərdi?
Cavab: Onların mö᾽cüzəni təkzib etmələri şiddətli əzaba düçar olmaları ilə nəticələnə bilərdi.
Belə ki, əgər onlar mö᾽cüzə tələb edib sonra onu təkzib etsəydilər, dərhal Allahın qəzəbinə gələr
və şiddətli əzaba düçar olardılar. Bunu da bilirik ki, Allah-taala öz peyğəmbərlərinə öz ümməti
arasında olduğu müddət ərzində yer üzərinə əzab göndərməyəcəyinə söz vermişdir.
«Halbuki sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən
deyil.» (Ənfal-33).
Bu səbəbdən də əzaba düçar olmamaları üçün Allah tərəfindən heç bir mö᾽cüzə
göndərilməmişdir.
İnsanlar tələb etmədən peyğəmbərlərin həqqaniyyətini sübuta yetirmək və onların özləri haqda
hidayət məqsədilə baş verən mö᾽cüzələrin təkzib olunması heç də peyğəmbərlərin özlərinin
təkzib olunmasından az olmayırdı. İstər peyğəmbərlərin, istərsə də mö᾽cüzələrin insanlar
tərəfindən təkzib olunması axirət əzabından başqa ayrı bir şeylə nəticələnməyir. Amma əgər
əyləncə məqsədilə göstərilən mö᾽cüzə də insanlar tərəfindən təkzib olunsaydı, onlar həm axirət,
həm də dünyəvi əzaba düçar olmuş olardılar. Çünki, həqiqətə nail olmaq istəyən şəxs, gördüyü
birinci mö᾽cüzəyə iman gətirər və bununla da kifayətlənər.
Əgər bir şəxs mö᾽cüzə görmək istəyirsə, əslində bununla o, peyğəmbərlik iddiası edən şəxsin
həqqaniyyətini dərk etmək istəyir. Əgər həmin şəxs bundan sonra yenə də peyğəmbəri təkzib etsə
həm dünyəvi, həm də axirət əzabına düçar olacaqdır. Çünki o, bu əməli ilə peyğəmbəri istehza
etmiş və öz istəyinin əksinə çıxmış olur.
Tələb olunan mö᾽cüzələr təkzib olunduğu üçün Allah-taala bu kimi mö᾽cüzəni ayənin sonunda
«qorxuducu mö᾽cüzələr» adlandırır. Beləliklə, Allah-taala insanlara peyğəmbərləri və onların
mö᾽cüzələrini təkzib etdikləri üçün ciddi xəbərdarlıq edir. Qeyd etməliyik ki, belə bir xəbərdarlıq
bütün hallarda deyil, yalnız insanları haqqa hidayət edən və peyğəmbərlərin həqqaniyyətini
sübuta yetirən mö᾽cüzələrdə də müşahidə edilə bilər.
4. Ayənin mətninə diqqət yetirdikdə bir daha bu həqiqətin şahidi oluruq ki, Allah tərəfindən
qadağan olunan mö᾽cüzələr ümumi xarakter daşımır və məhz inadkar insanların əyləncə
məqsədilə tələb etdikləri və insanlara xəbərdarlıq məqsədilə göstərilən mö᾽cüzələrə aiddir.
a) İsra surəsinin 58-ci ayəsində insanların inadkarlıq üzündən düçar olduqları fəlakətlərə
toxunulur.
«Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl biz onun əhalisini məhv etməyək və ya
onu şiddətli əzaba düçar etməyək. Bu, kitaba [lövhi məhfuzda] yazılmışdır.»
b) Həmən ayədə Səmud qövmünün düçar olduğu fəlakətə işarə olunur.
71
v) Bu mö᾽cüzələr həmən xəbərdarlıq ayələri altında qeyd olunmuş və «Biz mö᾽cüzələri yalnız
[bəndələrimizi] qorxutmaq üçün göndərdik» ifadəsilə sona çatır.
Bütün deyilənlərdən belə mə᾽lum olur ki, qadağan olunan mö᾽cüzələr deyildikdə, inkar edilməsi
ilahi əzabla nəticələnən mö᾽cüzələr nəzərdə tutulur.
5. Bu mətləbə toxunan digər Qur᾽an ayələrində də qadağan olunmuş mö᾽cüzələrin müşriklərin
əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə aid olduğuna dəlalət edir. Bu ayələri diqqətlə
araşdırdıqda mə᾽lum olur ki, müşriklər özləri üçün əzab göndərilməsini istəmiş və ya tələb
etdikləri mö᾽cüzəni təkzib etməklə keçmiş ümmətlərdə olduğu kimi, əzaba düçar olmuşlar.
Bu məzmunda nazil olmuş ayələr ümumi şəkildə üç qismə bölünür.
1. Bəla istənilən ayələr;
2. Əyləncə məqsədilə tələb və sonralar təkzib olunan mö᾽cüzələr haqda nazil olmuş ayələr;
3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr.
1. BƏLA İSTƏNİLƏN AYƏLƏR
«Bir zamanda: Ya Allah! Əgər [Qur᾽an] Sənin tərəfindən gəlməsi haqdırsa, onda başımıza
göydən daş yağdır və ya şiddətli bir əzab göndər. Halbuki, sən onların arasında ola-ola Allah
[sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyildir. [Tövbə edib bağışlanmalarını diləyərkən
də Allah onlara əzab verməz.» (Ənfal 32-33).
«De ki: Bir deyin görək əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə [nə edərsiniz?]
Günahkarlar buna [əzabın gəlməsinə] niyə tələsirlər?» (Yunus-50).
«Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, [istehza ilə]: «Bu əzabı gecikdirən
[ona mane olan] nədir?» deyəcəklər.» (Hud-8).
«Müşriklər [istehza ilə] səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər [bunun üçün]
əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab
onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.» (Ənkəbut-53).
«Onlara bir ayə gəldiyi zaman: «Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, mö᾽cüzələrin]
misli bizə verilməyincə biz iman gətirməyəcəyik!» – deyərlər. Allah peyğəmbərliyi hara [kimə]
göndərəcəyini özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə
və şiddətli əzaba düçar olacaqlar.» (Ən᾽am-124).
«[Onlar belə dedilər. Əgər o həqiqi peyğəmbərdirsə bunu sübut etmək üçün] qoy əvvəlki
peyğəmbərlər kimi bizə bir mö᾽cüzə gətirsin!» (Ənbiya-5).
«Dərgahımızdan müşriklərə haqq [Qur᾽an və peyğəmbər] gəldikdə onlar: «Musaya verilən
[mö᾽cüzələri] nə üçün eynilə ona da verilmədi?» – dedilər. Məgər onlar daha öncə Musaya
verilənləri danıb: «İki sehr [tövrat və Qur᾽an] bir-birilə köməkləşdi [və ya iki sehrbaz – Musa və
72
Məhəmməd bir-birinə yardım etdi]», yaxud da: «Biz onların hər birini [Tövratı, Qur᾽anı, Musanı
və Məhəmmədi] inkar edirik!» – deməmişdilərmi?» (Qəsəs-48).
3. MÖ᾽CÜZƏLƏR TƏKZİB OLUNDUQDAN SONRA GƏLMİŞ BƏLALAR HAQDA NAZİL
OLMUŞ AYƏLƏR
«Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal
tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi.» (Nəhl-26).
«Onlardan [Məkkə müşriklərindən] əvvəlkilər də [peyğəmbərləri] təkzib etmişdilər. Buna görə də
heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.» (Zümər-25).
Dediklərimizin xülasəsi.
Haqqında bəhs etdiyimiz ayə bir qrup inadkar insanların, peyğəmbərlərin həqqaniyyətini dərk
edərək onların mö᾽cüzələrini öz gözləri ilə müşahidə etdikdən sonra, bir daha mö᾽cüzə tələb
etmələrinə dəlalət edir. Əslində isə onlar nə həqiqət axtarır, nə də ona nail olmaq istəyirdilər.
Ayədən mə᾽lum olur ki, bu kimi mö᾽cüzələr heç bir peyğəmbər tərəfindən həyata keçməmişdir.
Bütün deyilənlərlə yanaşı ayənin məzmununu şərh edəcək istər sünnü, istərsə də şiə mənbələrində
nəql olunmuş bir çox hədis və rəvayətlərlə qarşılaşırıq. Lakin biz onlardan ikisi ilə kifayətlənirik.
1. İmam Baqir (ə) buyurur: «Müşriklərdən bir neçəsi Peyğəmbərdən (s) mö᾽cüzə göstərməsini
istədilər. Cəbrail nazil olub Peyğəmbərə (s) dedi: Ya Məhəmməd! Allahın buyurur ki, onların
istəklərinə (yə᾽ni mö᾽cüzənin göstərilməsinə) mane olan yalnız keçmiş peyğəmbərləri təkzib
etmələridir. Əgər Qüreyş camaatının istəyini nəzərə alaraq onlara mö᾽cüzə göstərsəydik və onlar
da keçmiş ümmətlər kimi mö᾽cüzələrimizi təkzib etsəydilər, onlara da əzab nazil edərdik. Bu
səbəbdən də biz mö᾽cüzələri bir qədər tə᾽xirə salırıq.» (Təfsir burhan. 1-ci cild, 607-ci səh).
2. İbni Abbasdan nəql olunmuş hədisdə deyilir: «Məkkə camaatı Peyğəmbərdən (s) mö᾽cüzə yolu
ilə Səfa dağını qızıla çevirməsini və ətrafdakı dağları əkinçiliyə əlverişli olsun deyə yox və ya yer
ilə bərabər etməsini tələb edirdilər. Dərhal Allah tərəfindən belə bir vəhy nazil oldu: Əgər
istəyirsənsə onların istəklərini bir qədər tə᾽xirə salım. Bəlkə də onların arasında kimsə iman
gətirmiş olsun. Yox əgər istəyirsənsə onların istəklərini yerinə yetirim. Amma əgər təkzib
edərlərsə keçmiş ümmətlər kimi onları da hamılıqla həlak edəcəyəm. Peyğəmbər (s) buyurdu:
İlahi! Bir qədər onlara möhlət ver! Sonra Allah-taala bu ayəni nazil etdi. Mö᾽cüzənin
göndərilməsinə mane olan yeganə şey varsa o da keçmiş peyğəmbərlərin təkzib olunması və
əzabın göndərilməsidir.» (Təfsir Təbəri. 15-ci cild, 74-cü səh).
Bu haqda bir çox hədis və rəvayətlər nəql olunmuşdur. Maraqlananlar hədis kitablarına müraciət
edə bilərlər.
MÖ᾽CÜZƏNİ RƏDD EDƏN İKİNCİ AYƏNİN ARAŞDIRILMASI
İstinad etdikləri ayələrdən başqa birisi, İsra surəsinin 90-93-cü ayələridir.
73
«[Qur᾽anın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan
müşriklər] belə dedilər: «Biz yerdən [Məkkədən] bir bulaq çıxarmayınca: Yaxud [ağacları]
arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağı olmayınca, və yaxud iddia etdiyi kimi, göyü
parça-parça edib başımıza endirməyincə, yaxud da Allahı və mələkləri [peyğəmbərliyinin
doğruluğuna şahid olaraq] açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca,
yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik. Əgər oxumaq üçün bizə [səmadan]
bir kitab endirməyəsən, göyə qalxmağına da əsla inanmayacağıq!» [Ya Məhəmməd!] De ki,
Rəbbim pak və müqəddəsdir! [Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan
xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız peyğəmbər olan bir insanam!» [Allahın izni olmayınca,
heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]
Deyirlər: Ayənin məzmunundan belə bir nəticəyə gəlirik ki, müşriklər Peyğəmbərdən (s)
mö᾽cüzələr göstərməsini tələb etmiş, O isə buna qadir olmadığını bu ifadələrlə bəyan etmişdir.
«De ki, Rəbbim pak və müqəddəsdir! [Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid
olan xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız peyğəmbər olan bir insanam!» [Allahın izni
olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]»
Buradan belə mə᾽lum olur ki, Peyğəmbərin (s) Qur᾽andan başqa heç bir mö᾽cüzəsi olmamışdır.
Cavab: Bu məsələyə dair bir neçə cavab vermək olar.
1. Ayədəki müşriklərin tələb etdikləri mö᾽cüzələr əsassız olaraq Məkkə müşriklərinin
inadkarlıqla, əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə bənzəyir. Bir qədər əvvəl biz bu
kimi mö᾽cüzələrin hansı şəraitdə baş verdiyini və nə ilə nəticələndiyini qeyd etmişdik. Demək bu
ayədə, peyğəmbərlərin öz həqqaniyyətini sübuta yetirmək üçün gətirdikləri ibtidai mö᾽cüzələrə
deyil, inadkar müşriklərin əyləncə və bəhanə olaraq tələb etdikləri mö᾽cüzələrə dəlalət edir.
Çünki onlar peyğəmbərlərin, öz həqqaniyyətini sübuta yetirmək üçün qarşılarına müəyyən şərtlər
qoyur, hətta hansı mö᾽cüzəni göstərmələrini belə, əvvəlcədən tə᾽yin edirdilər. Əgər onlar
doğrudan da həqiqəti bilmək istəsəydilər, zəmanə peyğəmbərlərinin göstərdikləri mö᾽cüzələrlə
kifayətlənməli və onlara iman gətirməli idilər. Belə olduqda peyğəmbərlərdən mö᾽cüzə tələb
etmək və mö᾽cüzələrin birini digərindən üstün tutmağa heç bir lüzum olmayacaqdı. Bütün
bunlarla kifayətlənməyən Məkkə müşrikləri, Peyğəmbərdən (s) mö᾽cüzə yolu ilə göyə qalxmağı
və Allah tərəfindən peyğəmbərliyini təsdiq edəcək məktub gətirməsini tələb edirdilər.
Görəsən Peyğəmbərin (s) göyə qalxması bir mö᾽cüzə kimi onlara kifayət etmirdimi?! İnadkarlıq
üzündən irəli sürdükləri puç və əsassız iddialar təbii ki, onları həqiqəti dərk etməkdən məhrum
etməli idi.
2. Peyğəmbər (s), «Rəbbim pak və müqəddəsdir» deməklə, heç də bu işin qarşısında aciz
olduğunu bildirmək istəməmişdir. O həzrət belə bir ifadədən istifadə etməklə Allahın bütün eyb
və nöqsanlardan uzaq və mümkün olan hər bir şeyə qadir olduğunu bəyan etmək istəmişdir. O,
uca və münəzzəh olduğu üçün gözlərə görünməz və cism olaraq bizim gözlərimiz önündə
canlanmaz. O, təsəvvür olunandan daha uca və daha qüdrətlidir. Demək Onun, insanların şəxsi
74
meyl və istək üzündən tələb etdikləri mö᾽cüzələrin qarşısında aciz qalması qeyri-mümkündür. O
ki qaldı Peyğəbərə (s), o da adi bir insandır. Görəcəyi bütün işlərdə Allahın əmrini gözləyir və
Onun izni olmadan nə bir mö᾽cüzə göstərir, nə də [dini məsələlərdə] kimsəyə əmr edirdi. Bütün
işlər Allahın istək və iradəsindən asılıdır. O, istədiyini edir və nəzərdə tutduğu hər bir işi
peyğəmbərlərinin vasitəsilə həyata keçirir.
3. Ayəyə diqqət olunsa mə᾽lum olar ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri
mö᾽cüzələrin bir qisminin həyata keçməsini qeyri-mümkün, digərlərini isə peyğəmbərin
həqqaniyyətini təsdiq edəcək amillər kimi qəbul etmək olmaz. Bu səbəbdən də hətta əgər əyləncə
və şəxsi istək üzündən tələb olunan mö᾽cüzələrin həyata keçməsi vacib olarsa, yenə də bu kimi
istəklər cavabsız qalacaqdır.
İzah: Müşriklərin tələb etdikləri mö᾽cüzələrin altısından üçünün həyata keçməsi mümkün olsa da,
onları peyğəmbərlərin həqqaniyyətinə dəlil olaraq qəbul edə bilmərik. 1. Göylərin yerə enməsi;
Göy cisimlərinin parçalanaraq yerə tökülməsi qeyri-mümkün olan bir işdir. Çünki göy
cisimlərinin parçalanaraq yer kürəsinə tökülməsi, yer əhalisinin hamılıqla məhvinə səbəb ola
bilərdi.
Belə bir hadisə isə yalnız dünyanın sonunda yə᾽ni, qiyamət günündə baş verəcəkdir. Allah-taala
bu hadisəni öz peyğəmbərlərinə qabaqcadan xəbər vermişdi. Belə ki, ayədə gətirilmiş
«düşündüyü kimi» ifadəsi də Peyğəmbəri (s) baş verəcək bu böyük hadisədən xəbərdar edirdi.
Qur᾽ani-kərimdə bu mətləbə dəfələrlə toxunulmuş və bu haqda bəşəriyyətə ciddi xəbərdarlıq
edilmişdir.
«Göy yarıldığı zaman.» (İnşiqaq-1).
«Göy parçalandığı zaman.» (İnfitar-1).
«Əgər istəsək onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik.» (Səba-9).
Göylərin parçalanmasının və ya yerə enməsinin qeyri-mümkün olduğunu dedikdə, heç də Allahın
buna qadir olmadığını təsəvvür etməməliyik. Sadəcə olaraq bu hadisələrin baş verməsi üçün
lazımi şərait yaranmalıdır. İnsanların təkamülü hər şeydən önəmli olduğu üçün ilahi hikmət
prinsipləri tələb edir ki, bu prosesin həyata keçməsi üçün müəyyən zaman və şərait yaranmış
olsun. Hər şey başa çatdıqdan sonra isə Allahın əmri ilə yer və digər səma cisimləri öz hərəkət
dairəsindən xaric olub şiddətli toqquşma və dəyişikliklərə səbəb olacaqdır. Bu ilahi əmr daim
qüvvədə olub və olacaqdır. Hər şeyə qadir olan Allahın isə öz və᾽dəsinə xilaf çıxması qeyri-
mümkündür.
2. Allahın gətirilməsi;
Müşriklər deyirdilər: Sənə yalnız o zaman iman gətirəcəyik ki, Allahı bizim yanımıza gətirəsən
və biz onu öz gözlərimizlə görək. Bu isə qeyri-mümkündür. Çünki əgər Allah gözlə görünsəydi,
müəyyən rəngə, ölçüyə və cismə xas olan digər xüsusiyyətlərə malik olmalı idi. O, cism olmadığı
75
üçün gözlə görünməsi qeyri-mümkündür. Demək, cismə xas olan xüsusiyyətləri də Ona aid etmək
qeyri-mümkün olmalıdır.
4. Allahdan məktub gətirmək.
Bu da qeyri-mümkün olan bir işdir. Çünki, onların istədikləri adi məktub deyil, Allahın öz dəsti-
xətti ilə yazmış olduğu məktubdur. Yox əgər adi məktub istəsəydilər, bunun üçün göyə qalxmağın
heç bir zərurəti olmazdı.
Digər tərəfdən isə, Allahın insan kimi əli və digər bədən üzvləri olmadığı üçün Onun əlinə qələm
götürüb məktub yazması da təbii ki, qeyri-mümkün olmalıdır.
Allah-taala belə işlərdən daha uca, daha ali və münəzzəhdir.
Həyata keçməsi mümkün olan, lakin əqli baxımdan əsassız sayılan tələblər isə bunlardan ibarət
idi:
1. Çeşmənin qaynaması və yerdən su çıxması;
2. Meyvəli və çeşməli bağlara malik olmaq;
3. Qızıl evə malik olmaq.
Peyğəmbər (s) bütün bunlara yiyələnsəydi də bunu, onun peyğəmbərliyinin həqqaniyyətini sübuta
yetirəcək amil hesab etmək olmazdı. Çünki, adi insanların bir çoxu bu kimi var-dövlətə yiyələnsə
də, biz onlardan heç birini peyğəmbər hesab etmərik. Başqa sözlə desək, bu iki şeyin arasında heç
bir əlaqə yoxdur. Demək var-dövlət peyğəmbərlərin həqqaniyyətini təsdiq edəcək amil deyildir. O
ki qaldı dünyəvi sərvət və əyləncəyə, bütün bunlar fani və müvəqqətidir. Peyğəmbərlərin
yiyələndikləri ne᾽mət isə ilahi hikmət və elmdir. Onların gördükləri bütün işlər və söylədikləri
bütün sözlər dərin hikmətə əsaslanır.
Bə᾽ziləri belə təsəvvür edə bilərlər ki, var-dövlət adi yol ilə əldə edildiyi üçün bunu,
peyğəmbərlərin həqqaniyyətinə dəlil hesab etmək olmaz. Əgər qeyri-adi yol ilə əldə olunarsa biz,
bunu [ilahi] mö᾽cüzə hesab etməli və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirəcək amil kimi
qəbul etməliyik. Belə bir təsəvvür tərzi tamamilə batil və əsassızdır. Çünki, peyğəmbərlərin qeyri-
adi yolla var-dövlət sahibi olması onun həqqaniyyətinə dəlalət edən dəlil kimi hesab edilsə də,
müşriklərin istəkləri təkcə bu deyildi. Onlar belə güman edirdilər ki, peyğəmbər adi yolla var-
dövlət sahibi olmalı və peyğəmbərlik də yoxsul insanlara verilməməlidir.
Zuxruf surəsinin 31-ci ayəsində bu haqda buyurulur:
«Onlar dedilər: Məgər bu Qur᾽an iki şəhərdən [Məkkə və Taifdən] olan böyük bir adama [ya
Vəlid ibni Müğəyrə, yaxud da Ürvan ibni Məs᾽uda] nazil edilməli deyildimi?»
Belə bir yanlış təsəvvür və əqidəyə əsaslanan Məkkə müşrikləri Peyğəmbərdən (s) var-dövlət
sahibi olmasını tələb edirdilər.
76
Dediklərimizi sübuta yetirəcək məsələ müşriklərin, Peyğəmbərin (s) meyvəli bağlara və qızıl evə
malik olmasını tələb etmələridir. Onlar Peyğəmbərdən (s), başqa bir mö᾽cüzə istəmirdilər. Əgər
onlar, Peyğəmbərin (s) bütün bunlara qeyri-adi yolla malik olmasını və bunu onun
peyğəmbərliyinin həqqaniyyətinə dəlalət edən amil kimi qəbul etmək istədikləri təqdirdə, belə bir
uzun və zəncirvari şərtlər heç bir məna-məfhum kəsb etməzdi. Çünki, peyğəmbərliyinin
həqqaniyyətini sübuta yetirmək üçün bir salxım üzümün və ya bir misqal qızılın mö᾽cüzə olaraq
gətirilməsi kifayət edərdi və belə bir qeyri-adi işi onun peyğəmbərliyinin həqqaniyyətini sübuta
yetirəcək amil kimi qəbul etmək olardı. Və belə olduqda, meyvəli bağların və qızıl evin
yaradılmasına heç bir ehtiyac duyulmazdı.
O ki qaldı yerdən su çıxarmasına, onlar bunu heç də özləri üçün istəmirdilər. Onların niyyəti bu
idi ki, Peyğəmbər (s) yerdən çeşmələr qaynatmaq və s. vasitələrdən istifadə etməklə öz
imkanlarını artırsın və peyğəmbərlik üçün lazım olan şeylərə malik olsun.
MÖ᾽CÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN ARAŞDIRILMASI
«Müşriklər: «Barı peyğəmbər [bizə dediklərinin doğru olduğunu bilməyimiz üçün] Rəbbi
tərəfindən bir mö᾽cüzə nazil edəydi!» – deyirlər. Onlara belə cavab ver: «Qeyb [aləmi] ancaq
Allaha məxsusdur. Elə isə [Allahın əzabını] gözləyin.» Doğrusu mən də sizinlə birlikdə
gözləyirəm!» (Yunus-20).
Onlar deyirlər: Ayənin məzmunundan belə mə᾽lum olur ki, müşriklər Peyğəmbərdən (s) mö᾽cüzə
gətirməsini istədikdə o, mö᾽cüzənin onun ixtiyarında deyil, Allahın istək və iradəsindən asılı
olduğunu bildirmişdir. Buradan belə bir nəticəyə gəlirik ki, Peyğəmbərin (s) Qur᾽andan başqa heç
bir mö᾽cüzəsi olmamışdır. Bu məzmunda ayələrə Qur᾽anın digər surələrində də rast gəlirik.
Məsələn Rə᾽d surəsinin 1-ci və Ən᾽am surəsinin 37-ci ayəsində deyilir.
«Kafir olanlar: «Məgər ona Rəbbindən bir mö᾽cüzə endirilməli deyildimi?» – deyirlər. Sən ancaq
[insanları Allahın əzabı ilə] qorxudansan, hər tayfanın [doğru yol göstərən] bir rəhbəri
[peyğəmbəri] vardır.» (Rə᾽d-7).
«[Məkkə müşrikləri] dedilər: “Məgər ona [Peyğəmbərə Rəbbindən bir mö᾽cüzə endirilməli
deyildimi?” De ki: Allah mö᾽cüzə endirməyə qadirdir. Lakin onların əksəriyyəti [belə bir
mö᾽cüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti]
bilməz!» ( Ən᾽am-37).
Müşriklərin istidlal etdikləri bu mətləbə də biz iki cür cavab verə bilərik.
Birinci cavab: Əvvəlki ayələrdə olduğu kimi bu ayədə də inkar olunan mö᾽cüzələr Peyğəmbərin
(s) bütün mö᾽cüzələri deyil, müşriklərin inadkarlıqla Peyğəmbərdən (s) tələb etdikləri
mö᾽cüzələrdir. Bir qədər əvvəl qeyd etdik ki, müşriklər tələb etdikləri mö᾽cüzələri peyğəmbərlərə
iman gətirmək və ya onların həqqaniyyətini dərk etmək məqsədilə deyil, məhz öz istəklərinə nail
olmaq üçün idi.
77
Belə ki, müşriklərin irəli sürdükləri tələblərin özünəməxsus xüsusiyyətləri var idi və onlar heç bir
məntiqə əsaslanmırdı.
Qur᾽ani-kərimdə dəfələrlə bu mətləbə toxunulmuşdur və biz bir daha bu məzmunda nazil olmuş
ayələrdən bir neçəsinə işarə edirik.
«Onlar dedilər: Məgər ona [həzrət Məhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən]
bir mələk endirilməli deyildimi?» (Ən᾽am-8).
«[Müşriklər Peyğəmbərə] belə dedilər: “Ey özünə kitab nazil edilən kəs! Axı sən divanəsən. Əgər
sən doğru danışanlardansansa [peyğəmbər oldğun barədəki iddian düzgündürsə] mələkləri bizə
gətirsənə!”» (Hicr 6-7).
«Müşriklər dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib-dolaşır? Məgər ona
özü ilə birlikdə [insanları Allahın əzabı ilə qorxudan və onun həqiqi peyğəmbər olduğunu təsdiq
edən bir mələk göndərilməli deyildimi?
Yaxud ona [ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə, göydən] bir xəzinə endirilməli və
ya onun [meyvəsindən] yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalimlər [müşriklər
mö᾽minlərə] dedilər: “Siz ancaq ovsunlaşmış [buna görə də ağlını itirmiş] bir adama tabe
olursunuz!”» (Furqan 7-8).
Yuxarıda qeyd olunan ayələrdən bir daha belə bir nəticəyə gəlirik ki, müşriklərin Peyğəmbərdən
(s) tələb etdikləri mö᾽cüzələr onların şəxsi istək və inadkarlıqlarından irəli gəlmiş və heç bir əqli
dəlillərə əsaslanmamışdır. O ki qaldı Peyğəmbərə (s), o da müşriklərin ardı-arası kəsilməyən
tələblərinin qarşısında təslim olmamalı və onlara müsbət cavab verməməli idi. Çünki, qeyd
etdiyimiz kimi müşriklər bu tələbləri peyğəmbərə iman gətirmək məqsədilə deyil, əyləncə və
inadkarlıq üzündən tələb edirdilər. Bu səbəbdən də əgər onlar, mö᾽cüzələrdən hər birini
Peyğəmbərin (s) həqqaniyyətinə dəlalət edəcək amil kimi qəbul etsəydilər, onlara mənfi cavab
verməzdi. Belə olduqda, heç olmasa Qur᾽anı bir mö᾽cüzə olaraq onların qarşısına qoyar və
mübarizə meydanına də᾽vət edərdi.
Yuxarıda qeyd olunan ayələrdən iki mühüm nəticəyə gəlirik.
1. Peyğəmbər (s) ixtiyarında olan mö᾽cüzələrdən yalnız biri ilə, yə᾽ni Qur᾽anla müşriklərin
mübarizə meydanına varid oldu. Başqa cür ola da bilməzdi. Çünki, əbədi peyğəmbərlik əbədi
mö᾽cüzəyə əsaslanmalıdı və belə bir əbədi mö᾽cüzəvi xüsusiyyətə yalnız Qur᾽an malikdir. Digər
mö᾽cüzələr isə müvəqqəti və məhduddur. Yə᾽ni bütün insanlara deyil, bə᾽zi zaman və ərazilərdə
yaşamış millətlərə şamildir.
2. Mö᾽cüzə göstərmək peyğəmbərin ixtiyarında deyildir. O, Allah tərəfindən peyğəmbərliyə
tə᾽yin olunur və Onun izn və əmri olmadan nə kimsəyə əmr edir, nə də özü bir iş görür.
Bu xüsusiyyət təkcə həzrət Məhəmmədə deyil, həmçinin bütün peyğəmbərlərə şamildir. Belə ki,
Allahın izni olmadan onlar nə peyğəmbərlik iddiası etmiş, nə də mö᾽cüzə göstərmişlər. Qur᾽ani-
kərimdə bu haqda deyilir:
78
«Allahın izni olmadıqda heç bir peyğəmbər heç bir mö᾽cüzə gətirə bilməz.» (Rə᾽d-38).
«Heç bir peyğəmbər Allahın izni olmadan mö᾽cüzə gətirə bilməz. Allahın [kafirlərə əzab verməsi
barədə] əmri gəldikdə [peyğəmbərlər və onları təkzib edənlər arasında] ədalətlə hökm olunar.
Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayacaqlar.» (Mu᾽min-78).
Bunu da qeyd etmək lazımdır ki, Qur᾽anda [bə᾽zi] mö᾽cüzələri inkar edən ayələrlə yanaşı,
Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələrinə də dəlalət edən ayələrə rast gəlmək olur.
Məsələn:
«Qiyamət yaxınlaşdı, ay [Peyğəmbərin mö᾽cüzəsi ilə] parçalandı.
Əgər müşriklər [Məhəmmədin (s) peyğəmbərliyinin həqiqiliyini təsdiq edən] bir mö᾽cüzə
görsələr [imandan] üz döndərib: Bu uzun müddət davam edən bir sehrdir! – deyərlər.» (Qəmər 1-
2).
«Onlara bir ayə gəldiyi zaman: Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, mö᾽cüzələrin]
misli bizə verilməyincə biz iman gətirməyəcəyik! – deyərlər.» (Ən᾽am-124).
Hər iki ayədə istifadə olunan «ayə» kəlməsindən məqsəd Qur᾽an ayəsi deyil, mö᾽cüzə və onun
əlamətləridir. Yə᾽ni «ayə» sözü hər iki ayədə mö᾽cüzə mə᾽nasında işlənmişdir. Çünki, əgər
Qur᾽an ayəsi nəzərdə tutulsaydı, «parçalanmaq» və «görmək» fe᾽lindən deyil, «eşitmək»
fe᾽lindən istifadə olunardı. Ayənin məzmunu da Qur᾽an ayələri ilə deyil, mö᾽cüzə ilə əlaqəlidir.
Buradan belə mə᾽lum olur ki, Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələri də olmuşdur
və «uzun müddət davam edən sehrdir» cümləsindən belə bir nəticəyə gəlmək olar ki, onun
mö᾽cüzələri dəfələrlə təkrar olunmuşdur. Haqqında söhbət açdığımız ayələrin məzmununu nəzərə
alaraq biz onları iki hissəyə bölə bilərik.
1. Müvəqqəti olaraq mö᾽cüzələrin dayandırılmasına dəlalət edən ayələr;
2. Bu müddət başa çatdıqdan sonra yenidən Peyğəmbərin (s) göstərdiyi mö᾽cüzələr haqda nazil
olmuş ayələr.
İNCİL VƏ TÖVRATDA HƏZRƏT MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYİ HAQDA
Qur᾽an, Tövratda və İncildə həzrət Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verildiyinə
dəfələrlə işarə etmişdir.
«O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri
rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli] peyğəmbərə tabe
olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər.» (Ə᾽raf-157).
79
«Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğulları! Həqiqətən mən,
özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir
peyğəmbərlə [sizə] müjdə verən Allahın elçisiyəm!» (Səf-6).
Bununla yanaşı, tarixə nəzər saldıqda Peyğəmbərin (s) dövründə kitab əhlindən, yə᾽ni məsihi və
yəhudilərdən bir çoxunun Peyğəmbərə (s) iman gətirərək islamı qəbul etdiklərinin şahidi oluruq.
Kitab əhlinin kütləvi şəkildə islamı qəbul etməsi, Tövrat və İncildə həzrət Məhəmmədin (s)
zühuru haqda xəbər verilməsini bir daha sübuta yetirir.
Çünki əgər bu kitablarda Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verilməsəydi, yəhudi və
məsihilər çox asanlıqla onu təkzib edər və ona iman gətirmək fikrinə düşməzdilər. Qəlblərində
kin-küdurət olmayan, həzrət Musa və İsaya (ə) iman gətirmiş şəxslər təbii ki, peyğəmbərlərin
sonuncusu və ən şərəflisi olan Məhəmmədə (s) də iman gətirməli idilər.
Onlara iman gətirməyənlər isə, Məhəmmədin (s) peyğəmbərliyini qəbul edib ona iman
gətirmələri üçün mö᾽cüzə görməli idilər. O ki qaldı Məhəmmədin (s) mö᾽cüzələrinə, Qur᾽andan
başqa onun bir çox digər mö᾽cüzələri də olmuş və bəşəriyyətin haqqa hidayət olması üçün digər
peyğəmbərlərin mö᾽cüzələrindən daha böyük tə᾽sir göstərmişdir. Çünki, onun mö᾽cüzələri haqda
nəql olunmuş hədis və rəvayətlər zaman və e᾽tibar baxımından digər peyğəmbərlərin mö᾽cüzələri
haqda nəql olunmuş hədis və rəvayətlərdən daha yaxın və daha mö᾽təbərdir.
MƏTLƏBLƏRİN XÜLASƏSİ
1. Qur᾽an ayələri nəinki mö᾽cüzəni inkar etmir, hətta onları sübuta belə yetirir;
2. Mö᾽cüzə, peyğəmbərin ixtiyarından xaric bir işdir. Belə ki, o yalnız Allahın istək və iradəsilə
mö᾽cüzə göstərə bilər;
3. Peyğəmbərlik iddiası edən şəxs iddiasını sübuta yetirmək üçün mö᾽cüzə göstərməlidir. Lakin,
Allah-taala bundan artıq nə ona mö᾽cüzə izni verməli, nə də özü mö᾽cüzə göstərməlidir.
İnsanların bütün istəklərinə, o cümlədən onların hər dəfə mö᾽cüzə istəyinə müsbət cavab vermək
düzgün təvəqqö deyildir.
4. Mö᾽cüzə inkar və təkzib olunduğu zaman insanların əzab və fəlakəti ilə nəticələnir. Lakin
müşriklər bu qəbildən olan mö᾽cüzələri istədilərsə də, müsəlman ümməti belə bir fəlakətə düçar
olmadı;
5. Əbədi olan yeganə mö᾽cüzə, Allah tərəfindən peyğəmbərlərin sonuncusu olan həzrət
Məhəmmədə (s) nazil olmuş Qur᾽ani-kərimdir. Məhəmməd (s), qiyamət gününədək qalacaq bu
ilahi mö᾽cüzə ilə müşrikləri mübarizə meydanına, ona iman gətirmiş şəxsləri isə haqq-ədalətə
də᾽vət edirdi;
6. Məhəmmədin (s) mö᾽cüzələri mütəvatir olaraq sübuta yetməklə yanaşı, Tövrat və İncildə də o
həzrətin zühur edəcəyi haqda əvvəlcədən xəbər verilmişdir;
80
7. Məhmmədin (s) mö᾽cüzələri çox olsa da, Qur᾽andan başqa onların hamısı yaşadığı zaman və
məkana aid olmuşdur. Bu mö᾽cüzələrin heç biri keçmiş peyğəmbərlərin mö᾽cüzələri kimi əbədi
olmamışdır.
BEŞİNCİ FƏSİL
YEDDİ QUR᾽AN QARİSİ
1. Abdullah ibni Amir Dəməşqi;
2. İbni Kəsir Məkki;
3. Asim ibni Bəhdiləi Kufi;
4. Əbu Əmr Bəsri;
5. Həmzə Kufi;
6. Nafe Mədəni;
7. Kəsai Kufi.
1. Xələf ibni Haşimi;
2. Yə᾽qub ibni İshaq;
3. Yəzid ibni Qə᾽qa.
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU
YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Qur᾽anın yeddi qiraət üsulu haqda din alimləri tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.
Əhli sünnə alimlərinin bir qismi belə bir fikirdədirlər ki, yeddi qiraət üsullarının hamısı
Peyğəmbərin (s) özünə gedib çatır. Yə᾽ni Peyğəmbər (s) özü Qur᾽anı bu üsullarla tilavət etmişdir.
Şiə alimləri bu fikirdədirlər ki, mütəvatir olaraq nəql olunmuş yeddi qiraət üsulu və onların
Peyğəmbərə (s) aid olması heç də qəti deyildir. Əhli sünnə alimlərinin bir qismi belə bir
nəzəriyyəni qəbul etmişlər və bizim fikrimizcə bu nəzəriyyə daha dəqiq və daha e᾽tibarlıdır.
Müsəlmanlar arasında əqidə ixtilafının olmasına baxmayaraq, onların hamısı bu fikirdədirlər ki,
Qur᾽an [və onun qiraəti] yalnız mütəvatir hədis və rəvayətlər yolu ilə sabit oluna bilər.
Şiə və sünnü alimlərinin əksəriyyəti bu mətləbə istinad edərək demişlər:
81
«Qur᾽an islam dininin əsasını təşkil etdiyi və peyğəmbərlərin həqiqətini təsdiq edəcək ilahi
mö᾽cüzə olduğu üçün bütün sahələrdə böyük əhəmiyyət kəsb edir.»
Müsəlmanlar arasında onun nəql olunmasına olan maraq və səbəb də, təbii olaraq çox olmuşdur.
Belə ki, daha çox əhəmiyyət kəsb edən məsələ, başqalarından fərqli olaraq, mütəvatir olması üçün
bir çox mühəddis və ravilər tərəfindən nəql olunur.
Bu səbəbdən də hər hansı bir hadisə və ya xəbər mütəvatir şəkildə deyil, «vahid xəbər»
formasında nəql olunarsa, bir o qədər də əhəmiyyət kəsb etmədiyi üçün Qur᾽an hesab
olunmayacaqdır.
Süyuti deyir: Qazi Əbu Bəkr özünün «İntisar» adlı kitabında yazır: «Fiqh və kəlam alimlərinin bir
qismi belə bir əqidədədirlər ki, əgər hər hansı bir ayə «vahid xəbər» formasında nəql olunsa,
qətiyyətlə onu Qur᾽anın bir hissəsi hesab etmək olmasa da, Qur᾽an hökmündə olacaqdır.
Lakin, yuxarıda gətirdiyimiz dəlil bu nəzəriyyənin batil olduğunu bir daha sübuta yetirir. Çünki,
hər hansı bir mövzu bir neçə səbəblər üzündən «vahid xəbər» formasında nəql olunarsa, özünün
yalan olduğuna dəlalət edəcəkdir. Çünki, əgər mö᾽təbər olsaydı, mütəvatir olaraq nəql olunardı.
Məsələn, əgər padşahın şəhərə daxil olacağını bir-iki nəfər xəbər verərsə (bir haldakı padşahın
şəhərə daxil olmasının gizli qalması şəhər əhalisi üçün heç bir əhəmiyyət kəsb etmir) və həmən
xəbəri bu iki nəfər şəxsdən savayı başqaları bilməzsə, xəbəri eşidən dəgər şəxslər özlərində şəkk-
şübhəyə yol vermədən bunun yalan olduğunu qəbul edəcəklər. Təbiidir ki, belə bir vəziyyətdə
padşahın şəhərə gəlməsi münasibətilə heç bir tədbir görülməyəcəkdir.
Buradan belə mə᾽lum olur ki, hər hansı bir mətləb «vahid xəbər» formasında bəyan edilərsə,
Allah kəlamı və Qur᾽an ayəsi hesab olunmaz. Onun yalan olduğu sübuta yetirildikdə isə, onun
şər᾽i hökm kimi əməl olunmasına heç bir lüzum olmayacaqdır.
Məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar belə bir əqidədədirlər ki, Qur᾽an ayələrinin
sabit olması yalnız onun mütəvatir olaraq nəql olunması ilə həyata keçə bilər. Bunu da qeyd edək
ki, ayələrin mütəvatir olması ilə qiraət üsullarının mütəvatir olması arasında heç bir əlaqə yoxdur.
Ümumiyyətlə bunun üçün heç bir lüzum da yoxdur. Qur᾽an ayələri mütəvatir olsa da, qiraət
üsullarının mütəvatir olmaması tamamilə təbii bir haldır. Çünki, Qur᾽anın mütəvatir olmasını
qiraət üsullarının mütəvatir olması üçün dəlil hesab etmək olmaz. Belə ki, qiraət üsullarının
mütəvatir olmasını inkar edən dəlillər Qur᾽an ayələrinin mütəvatir olmamasına dəlil hesab
olunmur. Növbəti fəsillərdə bu barədə ətraflı söhbət açacağıq.
Qiraət üsullarının mütəvatir olmaması haqda mövcud olan mühüm bəhslərdən biri də qarilərin
özü ilə tanışlıq və onların qiraətlərini nəql edən şəxslərin e᾽tibarlı olub-olmamasıdır. Ən məşhur
Qur᾽an qariləri isə yeddi nəfərdən ibarətdir. Biz onların hər biri haqda ətraflı mə᾽lumat verdikdən
sonra, onların siyahısına əlavə olunan daha üç qari haqda söhbət açacağıq.
1. ABDULLAH İBNİ AMİR DƏMƏŞQİ
82
Adı: Abdulla ibni Amir Dəməşqi;
Kunyəsi: Əbu Umran;
Ləqəbi: Yəhsəbi.
Abdulla ibni Amir Qur᾽anı Muğəyrət ibni Əbi Şəhabdan öyrənmişdir.
Heysəm ibni Umran deyir: Abdulla ibni Amir Əməvi xəlifəsi Vəlid ibni Əbdülməlikin
hakimiyyəti dövründə məsciddə imamlıq vəzifəsini daşıyırdı.
Heysəm belə hesab edir ki, Abdulla Bəni-humeyr qəbiləsindən olmuşdur və buna görə də o,
bə᾽zən ona irad tutardı.
Əbu Əmr Dani deyir: Abdulla ibni Amir Bilal ibni Əbi Dərdadan sonra Şama baş qazi tə᾽yin
olundu... Şam camaatı Qur᾽an qiraətində onu özlərinə başçı tə᾽yin hesab edirdi.
İbni Cəzri deyir: İbni Amirin qiraəti haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bə᾽zən
onların sayı doqquza çatır. Lakin, mö᾽təbər yazıçılardan bə᾽zilərinin dediklərinə görə İbni Amirin
qiraəti kimdən öyrənməsi dəqiq mə᾽lum deyildir.
Abdullah Hicrətin 9-cu ilində doğulmuş, 118-ci ilində isə vəfat etmişdir.
İBNİ AMİRİN RAVİLƏRİ
İbni Amirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql edir. Bu iki şəxs Hişam və Zəlvandır.
1. Adı Hişam, kunyəsi ibni Amir, atasının adı isə Nəsir ibni Musəyrə olmuşdur. Qiraəti Əyyub
ibni Təmimdən öyrənmişdir.
Rical* alimləri Hişamın kimliyi haqda iki müxtəlif nəzəriyyə irəli sürmüşlər. Yəhya ibni Muin
Hişam haqda deyir: «O, mö᾽təbər kəslərdən idi və ona e᾽tibar etmək olardı.»
Nəsai deyir: «Onun şəxsiyyətində heç bir eyb və nöqsan olmamışdır.»
Dar Qutni onun haqqında belə bir nəzər vermişdir: «Hamı ona ehtiram qoyar və söylədiklərinin
həqiqiliyinə kimsə şübhə etməzdi.»
Amma bütün bunların əksinə olaraq, bə᾽zi rical alimləri onu kəskin şəkildə tənqid etmişlər. Acuri,
Əbi Davuddan nəql edərək deyir: «Əbu Əyyub Süleyman ibni Əbdürrəhman, Hişamdan daha
mö᾽təbər olmuşdur. Çünki, Hişamın istinad etdiyi hədislərdən dörd yüzü həqiqətə uyğun
deyildir.»
İbni Davud deyir: «Bir zamanlar belə qərara gəlmişdim ki, Hişamın söylədiyi hədisləri nəql
etməyəm. Çünki o, hədis dəllalı idi!»
Saleh ibni Məhəmməd deyir: «Hişam hədis nəql etmək üçün pul alardı. İstədiyi məbləği əldə
etməyincə hədis nəql etməzdi.»
83
Mə᾽ruzi deyir: « Əhməd, Hişamı xatırlayarkən bu sözləri deyərdi: «O, ikiüzlü və sadəlövh bir
insan idi.» Sonra onun, Qur᾽anın məxluq olduğu haqda irəli sürdüyü nəzəriyyəni inkar edərək
sözlərini bu ifadələrlə başa vurmuşdur: «Onun arxasında namaz qılan şəxs, namazını yenidən
qılmalıdır!»
Müəllif, Hişam barəsində irəli sürülmüş ixtilaflı nəzəriyyələrin kimlər tərəfindən nəql olunduğunu
bilmək üçün, oxuculara «Təbəqatul qurra» adlı kitaba nəzər salmağı daha məqsədəuyğun hesab
edir.
2. İbni Zəkvan, İbni Amirin ikinci ravisi hesab olunur. Adı Abdulla, atasının adı Əhməd ibni
Bəşir olmuşdur. Bə᾽zən onu Bəşir ibni Zəkvan da adlandırırlar. Qiraəti Əyyub ibni Təmimdən
öyrənmişdir və onun qarşısında tilavət etmişdir.
Əbu Əmr və Hafiz deyir: «Kəsai Şama gəldikdə İbni Zəkvan qiraəti ondan öyrəndi.»
İbni Zəkvan Hicrətin 173-cü ilində doğulmuş, 242-ci ilində isə vəfat etmişdir.
Müəllif: İbni Zəkvanın raviləri də Hişamın raviləri kimi tanınmışdır.
İBNİ KƏSİR MƏKKİ
Adı Abdulla, atası Kəsir ibni Abdulla ibni Zadan ibni Firuzan ibni Hermez, Məkkənin «Dar»
qəbiləsindən olmuşdur. Əslən iranlı olub. «Təysir» adlı kitabda yazılanlara görə İbni Kəsir qiraəti
Abdulla ibni Məsaildən öyrənmişdir və onun qarşısında tilavət etmişdir.
Hafiz Əbu Ömər və başqaları bu fikri qəbul etmiş və onun doğruluğuna istinad etmişlər. Lakin
Hafiz Əbu Əla bu məsələyə şübhə ilə yanaşmış və bunu o qədər də mö᾽təbər hesab etməmişdir.
İbni Kəsir öz qiraət üsulunu Mücahid ibni Cəbrə, Dərbas və Qulam ibni Abbasa təqdim etmiş və
onlar tərəfindən təsdiq olunmuşdur.
İbni Kəsir Hicrətin 45-ci ilində Məkkədə doğulmuş və 120-ci ilində elə oradaca vəfat etmişdir.
(Təbəqətul qurrə. 1-ci cild, 443-cü səh).
Əli ibni Mədini, İbni Kəsir haqda bu sözləri deyir: «O, e᾽tibarlı və inanılmış kəslərdən idi.» İbni
Sə᾽d onun mö᾽təbər olduğuna işarə etdikdən sonra deyir: Əmr Daninin fikrincə o, qiraəti Abdulla
ibni Saib Məz᾽ufidən öyrənmişdir. Lakin onun, qiraəti Mücahiddən öyrəndiyi də göstərilir və bu
xəbər daha mö᾽təbərdir. (Təhzibut-təhzib. 5-ci cild, 37-ci səh).
İBNİ KƏSİRİN RAVİLƏRİ
İbni Kəsirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql etmişdir.
1. Bəzi – Əhməd ibni Məhəmməd ibni Abdulla ibni Qasim ibni Nafe᾽ ibni Ubey Əsl, adı isə
Bəşardır. Əsli İranın Həmədan vilayətindəndir. Saib Məxzufinin vasitəsilə müsəlman olmuşdur.
Onun barəsində də iki müxtəlif fikir irəli sürülmüşdür.
84
İbni Cəzri deyir: İbni Kəsir illər boyu Qur᾽anı tədris etmiş və müəllimlik vəzifəsində çalışmışdır.
Onun güclü hafizəsi və Qur᾽an elmləri ilə xüsusi əlaqəsi var idi. Hicrətin 170-ci ilində doğulmuş,
250-ci ilində isə vəfat etmişdir. (Təbəqətul qurra. 1-ci cild, 119-cu səh).
Bəzi qiraətini Qəvvas ləqəbi ilə məşhur olan Əbdül Həsən Əhməd ibni Məhəmməd ibni Ələqədən
və Əbul Əxrix Vəhəb ibni Vadh Məkkidən və Abdulla ibni Ziyad ibni Abdulla ibni Yəsardan
öyrənmişdir. ( Ənnəşr fi qiraatil əsir. 1-ci cild, səh.119).
Əqili deyir: «İbni Kəsir yalançı və e᾽tibar olunmayan bir şəxs olmuşdur.»
Əbu Hatim deyir: «O, hədis nəql etməkdə mö᾽təbər olmadığı üçün mən ondan hədis nəql
etmirəm.» (Lisanul Mizan. 1-ci cild, səh. 120).
Müəllif:
Qiraət ustalarının kimliyi haqda daha dəqiq mə᾽lumat əldə etmək üçün «Təbəqatül qurra»ya
müraciət edin.
2. Qənbəl – Məhəmməd ibni Əbdürrəhman, Xalid ibni Məhəmməd, Əbu Əmr künyəsi ilə
tanınmışdır. Məxzum tayfası tərəfindən köləlikdən azad edilmiş və ömrünün sonunadək Məkkədə
yaşamışdır.
Qiraəti Əhməd ibni Məhəmməd ibni Ovn Nəbaldan öyrənmiş və onun hüzurunda tilavət etmişdir.
Sonralar Əhməd ibni Məhəmməd onu öz yerinə Məkkədə qiraət ustadı tə᾽yin etmişdir. Qənbəl,
Bəzidən də qiraət nəql etmişdir və hicazda Qur᾽anın tədris olunmasını ona həvalə etmişdir. O,
Məkkədə xəlifə ordusunun hərbiçilərindən sayılırdı. Hicrətin 195-ci ilində doğulmuş, 291-ci
ilində vəfat etmişdir. (Təbəqətul qurra. 2-ci cild, 119-cu səh).
Qənbəl, sonralar nizami orduya sərkərdə tə᾽yin olunur. Elə bu səbəbdən də qiraət üsulunda
dəyişikliyə yol verir və yaşlandıqca qiraətində yaranmış fərq daha çox nəzərə çarpmağa başlayır.
Belə ki, vəfatından yeddi il əvvəl Qur᾽an tədrisini və müəllimliyi tərk etməli olur. (Lisanul
Mizan. 5-ci cild, 249-cu səh).
Müəllif: Digər ravilər arasında olan ixtilaf, Qənbəlin qiraətini nəql edən ravilərdə də nəzərə
çarpır.
ASİM İBNİ BƏHDİLƏ KUFİ
Əbu Bəkr ibni Əbinnucud Əsədi Kufə şəhərində yaşamış və Bəni-əsəd qəbiləsi tərəfindən
köləlikdən azad olunmuşdur.
Qiraəti Zərr ibni Hubəyş və Əbu Əbdürrəhman Sələmidən və Əbu Əmr Şeybanidən öyrənmiş və
onların qarşısında tilavət etmişdir.
Əbu Bəkr ibni Əyyaş deyir: «Günlərin bir günündə Asim mənə dedi: Qur᾽an qiraətini mənə tədris
edən kəs yalnız Əbdürrəhman Sələmi olmuşdur. Onun yanından qayıtdıqdan sonra eşitdiklərimi
Zərrə dedim və o da Asimin dediklərini təsdiq etdi.»
85
Həfs deyir: «Asim nəql edir ki, Qur᾽an qiraətindən sənə tədris etdiyim bütün incəlikləri
Əbdürrəhman Sələmidən o isə Əli ibni Əbi Talib Fəradan öyrənmişdir. Və Əba Bəkr Əyyaşa
tədris etdiyim şeyləri Zərr ibni Hubeyşdən, o isə qiraəti İbni Məs᾽uddan öyrənmişdir.»
İbni Məs᾽ud deyir: «Asim mö᾽təbər kəslərdən idi. Əməşin hafizəsi ondan daha güclü idi.»
Abdulla ibni Əhməd atasından nəql edərək deyir: «Asimin özünəməxsus qiraət üslubu var idi.
E᾽tibarlı olduğu üçün Xəlifə Osman tərəfindən Qur᾽an qarilərinin rəhbəri tə᾽yin olunmuşdu.»
Yə᾽qub ibni Süfyan deyir: «Mö᾽təbər bir şəxsiyyət olmasına baxmayaraq, nəql etdiyi hədislərdə
bə᾽zi nöqsanlar da nəzərə çarpır.»
İbni Əliyyə, Asimə irad tutaraq deyir: «Asim haqda hədis və rəvayət nəql edən şəxslər hamılıqla
zəif hafizəyə malik olmuşlar.»
Nəsai deyir: «Asimdə heç bir nöqsan nəzərə çarpmırdı, lakin İbni Xərraş onun nəql etdiyi
hədisləri qətiyyətlə rədd edirdi.
Əqilinin fikrincə Asimin yeganə mənfi xüsusiyyəti varsa, o da onun hafizəsinin zəif olmasıdır.
Dar Qutbi də Asimə bu iradı tutmuşdur. Həmmad ibni Sələmə deyir: «Asim ömrünün son
illərində hədis və rəvayətləri mö᾽təbərlik baxımından ayırd etməyə çətinlik çəkirdi. Asimin
doğulduğu il mə᾽lum deyildir. Vəfat tarixi isə Hicrətin 127-ci və ya 128-ci ilində baş vermişdir.
ASİMİN RAVİLƏRİ
Asimin qiraətini Həfs və Əbu Bəkr heç bir vasitə olmadan onun özündən nəql etmişlər.
1. Həfs ibni Süleyman Bəni-əsəd qəbiləsindən olmuşdur.
Zəhəbi deyir: Həfs hədis nəql etməkdə güclü hafizəyə malik olsa da, Qur᾽an qiraəti sahəsində bir
o qədər də e᾽tibarlı hesab olunmurdu. Onun qiraəti yazılı şəkildə saxlanılırdı. Həfs deyərdi:
Qiraətdə Asimilə heç bir ixtilafımız olmamışdır. Qiraətdə olan cüz᾽i fərq, yalnız Rum surəsinin
54-cü ayəsində nəzərə çarpır.
Ayədə deyilir:
(Allahulləzi xələqəkum min zə᾽fin.)
Həfs «zə᾽f» kəlməsini zəmmə ilə, yə᾽ni «zə᾽fu», Asim isə fəthə ilə, yə᾽ni «zə᾽fə» kimi qiraət
etmişdir.
Asim ibni Bəhdələ Kufi Hicrətin 90-cı ilində doğulmuş, 180-cı ilində vəfat etmişdir. (Təbəqatul-
qurra. 1-ci cild, səh.254).
RİCAL ALİMLƏRİNİN HƏFSƏ OLAN MÜNASİBƏTLƏRİ
86
İbni Əbi Hatəm Abdullah ibni Əhməd ibni Hənbəl o da atası Əhməd ibni Hənbəldən nəql edərək
deyir: «Həfs hədis elmindən uzaq düşmüş və heç bir e᾽tibarı olmayan bir şəxs olmuşdur.» Osman
Dar və başqaları İbni Muindən belə nəql edir. Həfs digər mühəddislər kimi bir o qədər də e᾽tibarlı
deyildi. İbni Mədini deyir: «Həfs hədis nəql etməkdə olduqca zəif və qeyri-mö᾽təbər olmuşdur.
Bu səbəbdən də mən heç vaxt ondan hədis nəql etmirəm.» Buxari onun haqda deyir: «Rical
alimləri onun nəql etdikləri hədisləri qətiyyətlə rədd etmişlər.»
Müslüm öz kitabında yazır: «Həfs kimsə tərəfindən qəbul olunmayan mühəddis olmuşdur.» Nəsai
onun haqda deyir: «Həfs mö᾽təbər şəxs olmadığı üçün, nəql etdiyi hədislər kimsə tərəfindən
yazılmırdı.» Saleh ibni Məhəmməd deyir: «Onun nəql etdiyi hədislər yalan və əsassız olduğu
üçün, kimsə onu yazmaq fikrinə düşmürdü.» İbni Xərram, Həfsi yalan danışmaqda və hədis
uydurmaqda ittiham etmişdir.» İbni Həyyanın fikrincə Həfs hədislərin mətnində dəyişikliklər
aparır və sənədi olmayan əsassız hədisləri mö᾽təbər olsun deyə, qondarma mənbələrlə nəql edirdi.
Bə᾽zən də hədisi vasitəçi ravilərin adı ilə bağlayırdı. İbni Cəzri özünün «Movzuat» kitabında
Əbdürrəhman ibni Məhdəvidən belə nəql edir: «And olsun Allaha! Həfsdən rəvayət nəql etmək
düzgün deyildir.» Dar Qutni deyir: «Həfs hədis nəql etməkdə olduqca zəif olmuşdur.» Saci deyir:
«Həfs, nəql etdiyi hədislər aradan getmiş kəslərdəndir. Onun söylədikləri yalan və iftiradan
savayı bir şey deyildir.»
Müəllif: Rical alimlərinin Həfs ibni Bəhdilə haqda irəli sürdükləri nəzəriyyələr barədə ətraflı
mə᾽lumat əldə etdiniz. Bunu da qeyd edək ki, Həfs barəsində fikir irəli sürən ravilər, digər
qarilərin raviləri kimi şəxsiyyəti və kimliyi mə᾽lum olmayan kəslərdir.
2. Əbu Bəkr – Adı Şə᾽bə, atasının adı Əyyaş ibni Salim Hənatdır. Bəni-əsəd və Kufi qəbilələrinə
mənsub olmuşdur.
İbni Cəzri onun barəsində bu sözləri deyir: «O, öz qiraət üslubunu müəllimi Asimə, həmçinin Əta
ibni Saibə və Əsləmə Munqirə təqdim etmişdir. Şə᾽bə yüz il ömür sürmüş və ölümündən yeddi il
əvvəl qiraətdən əl çəkmişdir.
Şə᾽bə zəmanəsinin ən tanınmış qiraət və şəriət alimlərindən biri hesab olunurdu. Bə᾽zən o, özü
haqda deyərdi: Tək mən özüm islam dininin yarısını təşkil edirəm! Ölüm ayağında bacısını
ağlayan görən Şə᾽bə deyir: «Evin o küncünə bax! Mən orada on səkkiz min dəfə Qur᾽anı xətm
etmişəm.» Şə᾽bə Hicrətin 95-ci ilində doğulmuş, 193-cü və ya 194-cü ilində vəfat etmişdir.
Abdullah ibni Əhməd ibni Hənbəl atasından Əbu Bəkr haqda deyərdi: «Şə᾽bə mö᾽təbər
şəxsiyyətlərdən olmaqla yanaşı, səhvə də çox yol verərdi.»
İbni Əbi Hatəm deyir: «Atamdan, Əbu Bəkr Əyyaşın və Əbul Əhvəsin kimliyi haqda soruşduqda
bu sözləri dedi: Onlardan heç birinin mö᾽təbər olmasını təsdiq etmirəm. İbni Sə᾽d deyir: «O, düz
danışan və e᾽tibarlı bir şəxs idi, hədislə yanaşı digər elmlərə də yiyələnirdi. Lakin səhvə də çox
yol verərdi.»
Əbu Nəsim deyir: «Hədis və qiraətdə Əbu Bəkrdən çox səhvə yol verən ikinci bir şəxs
görmədim.»
87
Bəzad deyir: «Hafizəsi zəif olduğu üçün hədis əzbərləmirdi.»
Yə᾽qub ibni Şeybə deyir: «Nəql etdiyi hədislərdə bir növ zəiflik nəzərə çarpırdı.»
ƏBU ƏMR BƏSRİ
Zəbban ibni Ə᾽la ibni Əmmar Mazəni Bəsrə əhalisindən olmuşdur. Bə᾽ziləri, hətta onun iranlı
olduğunu da qeyd etmişlər.
Tə᾽qibə mə᾽ruz qaldığı üçün atası ilə birlikdə Hicazı tərk etməyə məcbur olmuş və qiraət elminə
Məkkə və Mədinədə yiyələnmişdir. Bəsrə və Kufə şəhərlərində də tanınmış qiraət ustalarının
dərslərində iştirak etmiş, sonralar daha da məşhurlaşaraq yeddi qiraət ustalarının sırasına daxil
edilmişdir.
Şam camaatı Hicrətin 5-ci yüz illiyinə qədər İbni Amirin qiraət üsulundan istifadə edərdi. Amma
sonralar İraqdan Şama gəlmiş bir şəxs Əməvi məscidində Əbu Əmr Bəsrinin qiraətini geniş
şəkildə təbliğ etmiş və onu yerli əhaliyə öyrətməyə başlamışdır. Əsməi, Əbu Əmrdən nəql edərək
deyir: «Hətta keçmiş qiraət ustalarından kimsənin məndən bilikli olduğunu güman etmirəm.»
Əbu Əmr Hicrətin 68-ci ilində doğulmuş və bir çoxlarının dediyinə görə, 154-cü ildə vəfat
etmişdir.
Dovri, İbni Muindən nəql edərək deyir: «Əbu Əmr mö᾽təbər və e᾽timad olunası bir şəxs
olmuşdur.»
Əbu Xeysəmə deyir: «Əbu Əmrin heç bir nöqsanı yox idi, lakin nəql etdiyi rəvayətləri yadda
saxlaya bilmirdi.»
Nəsr ibni Əli Cəhzəmi atasından nəql edərək deyir: «Günlərin bir günündə Şə᾽bə mənə dedi: Əbu
Əmrin qiraətinə diqqət yetir! Hər hansı bir qiraəti seçərsə, onu kağız üzərinə köçür. Çünki, o,
yaxın gələcəkdə qiraət tədris edəcəkdir.»
Əbu Müaviyə Əzhəri nəql edərək deyir: «Əbu Əmr bir neçə qiraət üsuluna yiyələnmişdi. O, ərəb
dilinin incəliklərinə fəsahət alimlərindən daha çox tanış idi.»(Təhzibut-təhzib, 12-ci cild, səh.178-
180)
ƏBU ƏMRİN RAVİLƏRİ
Əbu Əmrin qiraətini iki nəfər şəxs Yəhya ibni Mübarəkin vasitəsilə nəql etmişdir. Dovri və
Səuəsini də onların sırasına daxil etsək, onların sayı üçə çatacaqdır.
1. Yəhya ibni Mübarək;
İbni Cəzri onun haqqında deyir: « Əbu Əmr nəhv və qiraət elmlərini tədris edərdi. O, e᾽tibarlı və
hamı tərəfindən hörmətlə qarşılanan şəxslərdən idi. Bağdada gəldikdən sonra hamı onu Yəzidi
adlandırmağa başladı. Çünki, Abbasi xəlifəsi Yəzid ibni Mənsur Humeyri ilə sıx əlaqədə idi. Belə
ki, xəlifənin övladlarının tərbiyəsi də onun üzərinə düşürdü. Yəhya ibni Mübarək qiraət dərslərini
88
başa vurduqdan sonra onu Əbu Əmrə təqdim edir. Əbu Əmr ona öz nəzəriyyələrindən istifadə
etməyi tövsiyə edir və onu Qur᾽an qiraətini tədris etmək üçün öz yerinə canişin tə᾽yin edir.
Yəhya, Əbu Əmrlə yanaşı, məşhur qari Həmzədən də dərs almışdır. O, qiraət elmində ictihada
nail ola bilmiş və ustadı Əbu Əmr ilə çox az məsələlərdə ixtilafı olmuşdur. Qiraəti isə ondan
Dovri və Əbu Şueyb Səuəsi nəql etmişdir.
İbni Mücahid deyir: «Əbu Əmrin digər şagirdləri Yəzididən (Yəhyadan) daha fəal olmalarına
baxmayaraq, burada məhz onun mö᾽təbərliyini qeyd etdik. Bunun isə əsas səbəbi onun başqaları
ilə deyil, məhz Əbu Əmrlə maraqlanıb ondan hədis nəql etməsidir. O, Əbu Əmrin digər
şagirdlərindən daha fə᾽al və hafizəli idi.»
Yəhya, Hicrətin 402-ci ilində doğulmuş və 72 yaşında Mərvdə vəfat etmişdir. Bə᾽ziləri isə onun
yaşının daha çox olduğunu qeyd etmişlər.
2. Dovri, Yəhyanın ravisi və şagirdi olmuşdur. Adı Həfs, atasının adı isə Əmr ibni Əbdül Əziz
Dovri, Bəni-əzd və Bağdadi qəbiləsinə mənsub olmuşdur.
İbni Cəzri deyir: «Dovri hamı tərəfindən hörmət və izzətlə qarşılanan bir şəxs olmuşdur. Nəql
etdiyi bütün mətləbləri yazır və hifz edirdi. O, qiraət elminin qanun və qaydalarını bir yerə
toplayan ilk şəxs olmuşdur. Təvəllüdü dəqiq mə᾽lum deyildir, vəfat tarixi isə Hicrətin 246-cı ili
göstərilir. (Təhzibut-təhzib, 2-ci cild, səh.408.)
Müəllif: Dəvəridən qiraət haqda nəql edən şəxslərin kimliyi digər ravilər kimi mə᾽lum
olunmamışdır.
3. Səuəsi – Adı Saleh, künyəsi Əbu Şueyb, atasının adı Ziyab ibni Abdullahdır.
İbni Cəzri onun haqda deyir: «Səuəsi bütün mətləbləri yazır və onu hifz edirdi. Bu səbəbdən də
onun nəql etdikləri mö᾽təbər hesab olunurdu. O, öz təhsilini Əbu Məhəmməddən almış və onun
rəğbətini qazanmışdı. 261-ci ilin əvvəllərində 70 yaşında vəfat etmişdir.» .(Təbəqatul-qurra, 1-ci
cild, səh.261.)
Əbu Hatəm, Nəsai və Əbu Həyyan, Səuəsinin e᾽tibarlı bir şəxs olduğunu tə᾽yid etmişlər.
Əbu Əmr Dani deyir: Nəsai qiraəti ondan nəql edirdi, lakin Müslim ibni Qasim Əndəlosi heç bir
dəlil və əsas olmadan Səuəsini mö᾽təbər hesab etmişdir. (Təhzibut-təhzib, 4-cü cild, səh.392.)
Müəllif: Səuəsinin ravilərinin kimliyi digər ravilər kimi namə᾽lum qalmışdır.
HƏMZƏ KUFİ
Həmzə ibni Həbib ibni Əmmarət ibni İsmail, Kufənin Bəni-təmim qəbiləsinə mənsub olmuş və
Əbu Əmmarə ləqəbi ilə tanınmışdır.
Qiraət dərslərini başa vurduqdan sonra qiraətini Süleyman ibni Ə᾽məş və Həmran ibni Ueynə
təqdim edir.
89
«Kifayətul-kubra» kitabında deyilir: «Həmzə, qiraəti Məhəmməd ibni Əbdürrəhman ibni Əbi
Leyla və Təlhə ibni Musrifdən öyrənmişdir. «Əttəysir» kitabında isə deyilir: «Həmzə, Muğeyrət
ibni Muqsimin, Mənsurun və Leys ibni Əbi Səlimin qiraət dərslərində iştirak etmiş və ilk təhsilini
onlardan almışdır. «Əttəysir» və «Mustəkir» kitablarının müəllifi yazır: «Həmzə qiraəti imam
Sadiqdən (ə) öyrənmişdir.»
Bunlar deyir: «Həmzə ilk qiraət təhsilini Həmrandan almış və sonralar Ə᾽məşə, Əbu İshaqa və
Əbi Leylaya təqdim etmişdir. Asim və Ə᾽məşdən sonra qiraət tədrisinin rəhbərliyi ona həvalə
olunmuşdur.
Həmzə e᾽tibarlı və misilsiz bir şəxsiyyət olmşudur.»
Abdulla Əcli deyir: «Əbu Hənifə, Həmzəyə deyir: “Qur᾽ana və şəriətin vacib hökmlərinə bizdən
daha bilikli olduğun üçün bu barədə səninlə bəhs etmək istəmirəm.”»
Süfyan Suri deyir: «Həmzə Qur᾽an və şəriətin vacib hökmlərində hamıdan bilikli idi.» Abdulla
ibni Musa deyir: « Ə᾽məş şagirdi Həmzəni hər dəfə gördükdə deyərdi: «Həmzə Qur᾽an elmlərinə
yiyələnmiş böyük bir alim və mütəxəssisdir. Həmzə Hicrətin 80-cı ilində doğulmuş, 156-cı ilində
isə vəfat etmişdir.(Təbəqatul-qurra, 1-ci cild, səh.261.)
İbni Muin deyir: «Həmzənin doğru və mö᾽təbərliyi hamı tərəfindən qəbul olunurdu.»
Nəsai deyir: «Həmzənin heç bir eyb və nöqsanı olmamışdır.»
Əcli deyir: «O, əməli-saleh və e᾽tibarlı bir şəxs idi.»
İbni Sə᾽d deyir: «Qiraət elmində özünəməxsus üsluba malik idi. Öz e᾽tibarı ilə hamıdan
fərqlənirdi və hamının ehtiramını qazanmışdı.» Saci deyir: «Həmzə düz danışan, amma hafizəsiz
bir şəxs idi. Bu səbəbdən də onu hədis söyləməkdə bir o qədər də mö᾽təbər hesab etmək olmaz.
Hədisi əsas me᾽yar götürən bə᾽zi şəxslər onun qiraətinə irad tutmuşlar. Bə᾽ziləri isə onun qiraət
üsulu ilə qılınan namazları batil hesab etmişlər.»
Yenə də Saci və Əzdi deyir: «Alimlər Həmzə haqda müxtəlif nəzəriyyələr irəli sürmüş və bə᾽zən
onu məzəmmət etməyə çalışmışlar.»
Əsləmət ibni Şəbib deyərdi: «Əhməd ibni Hənbəli namazda Həmzənin qiraətindən istifadə edən
şəxsin arxasında namaz qılmazdı.»
Acəri, Əhməd ibni Sənandan nəql edərək deyir: «Yəzid ibni Harun, Həmzənin qiraətindən əsla
razı deyildi.» Əhməd ibni Sənan deyir: «İbni Məhdi deyərdi: Əgər ixtiyarım olsaydı, Həmzənin
qiraət üsulundan istifadə edən və ondan təqlid edən şəxsləri şallaqla cəzalandırardım.» Əbu Bəkr
Əyyaş, Həmzənin qiraətini bir növ bid᾽ət hesab edirdi. İbni Dərid deyərdi: «Çox istərdim ki,
Həmzənin qiraəti unudularaq Kufədə bir dəfəlik aradan getsin. (Təhzibut-təhzib, 3-cü cild,
səh.27.)
HƏMZƏNİN RAVİLƏRİ
90
Həmzənin vasitəsi ilə onun qiraətini nəql edən şəxslər Xələf ibni Hişam və Xəlad ibni Xalid
olmuşlar.
1. Əbu Məhəmməd künyəsi ilə tanınmış və Bəni-əsəd qəbiləsinə mənsub olmuş Xələf, Bağdadlı
Hişam ibni Sə᾽lət Bəzadın oğlu olmuşdur.
İbni Cəzri deyir: «Xələf on məşhur qarilərdən və Səlimin vasitəsilə Həmzənin qiraətini nəql edən
ravilərdən biridir. On yaşında ikən Qur᾽anı əzbərləmiş, on üç yaşına çatdıqda isə qiraət elminə
yiyələnməyə başlamışdır. Ümumi şəkildə götürsək Xələf, Həmzənin qiraət üsulundan istifadə
etmiş, lakin yüz iyirmi yerdə onunla müxalif olmuşdur. Xələf Hicrətin 150-ci ilində doğulmuş,
229-cu ilində isə vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh.272.)
Ləlkai deyir: «Abbas Dovridən, Əhməd ibni Hənbəlin Xələf ibni Hişam haqda nəql etdiyi əhvalat
barəsində soruşduqda deyir: Bu əhvalatı mən özüm Əhməd ibni Hənbəldən eşitmişəm. Lakin belə
nəql edirlər ki, günlərin bir günündə Əhməd ibni Hənbələ, Xələf barəsində xoşagəlməz mə᾽lumat
verirlər. Belə ki, hətta onu şərabxorluqda belə ittiham edirlər. Əhməd onların dediklərini təsdiq
edir və sonra deyir: Onun barəsində nə deyirlər desinlər. Hər halda o, bizim nəzərimizdə ən
e᾽tibarlı şəxslərdəndir.»
Nəsai deyir: «Xələf Bağdadi mö᾽təbər şəxslərdəndir.» Dar Qütni isə onun haqda bu sözləri deyir:
«Xələf abid və fəzilət sahibidir. Sözünü davam edərək deyir: Qıldığım qırx illik namazları Kufi
məzhəbçiləri kimi şərab içdiyim üçün yenidən təzələməli oldum.»
Xətib Bağdadi öz kitabında Məhəmməd ibni Hatəm Kəndidən nəql edərək yazır: «Yəhya ibni
Muindən Xələf haqda soruşdum. Cavabında dedi: Xələf sadəcə olaraq hədisin nə olduğunu
bilmir.» (Təhzibut-təhzib, 3-cü cild, səh.156.)
Müəllif: Xələfin barəsində rəvayət nəql edən şəxslərin kimliyi haqda bir qədər sonra söhbət
açacağıq.
2. Xəlad ibni Xalid, Əbu İsa Şeybani kimi Kufənin tanınmış şəxsiyyətlərindən olmuşdur.
İbni Cəzri onun barəsində deyir: «Xəlad qiraət elminə mükəmməl yiyələnmiş təhqiqatçı alim
olmuşdur. Qiraəti Səlimdən öyrənmiş və onun özünə təqdim etmişdir. Öz yaşıdları arasında
hamıdan e᾽tibarlı və hafizəli sayılırdı. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə Hicrətin
220-ci ilinə təsadüf etmişdir.
Müəllif: Digər ravilər kimi Xələf barəsində rəvayət nəql edən şəxslərin kimliyi namə᾽lum
qalmışdır.
NAFE᾽ MƏDƏNİ
Nafe᾽ ibni Əbdürrəhman ibni Əbi Nəim.
91
İbni Cəzri onun barəsində deyir: «Nafe᾽ tanınmış yeddi qaridən biri hesab olunur. O, əməli-saleh
və mö᾽təbər bir şəxs olmuşdur. Əsli İranın İsfahan şəhərindən olmuş, lakin təhsilini Mədinə
tabeinlərindən* almışdır.»
Səid ibni Mənsur deyir: «Malik ibni Ənəs deyərdi: Mədinə camaatı qiraəti Peyğəmbərdən (s) əxz
etmişlər. Ondan - Mədinə camaatının qiraəti dedikdə, Nafe᾽nin qiraətini nəzərdə tutursunuz?-deyə
soruşduqda, «Bəli!» – deyə, cavab vermişdi.»
Abdulla ibni Əhməd ibni Hənbəl deyir: «Atamdan qiraətlərdən hansı birini daha çox sevdiyini
soruşdum. Dedi: Mədinə camaatının qiraətini. Dedim: Bu qiraətə yiyələnmək mümkün olmazsa
necə? Dedi: Asimin qiraətinə üstünlük verərəm.»
Nafe᾽nin doğum tarixi haqda dəqiq mə᾽lumat göstərilmir. Vəfatı isə Hicrətin 169-cu ilinə aid
olunur. (Təbəqatul-qurra, 2-ci cild, səh-330.)
Əbu Talib, Əhməd ibni Hənbəldən nəql edərək deyir: «Camaat, Qur᾽anı Nafe᾽dən öyrənsələr də,
nəql etdiyi hədislərə əsla e᾽tina etmirdilər.»
Dovri, İbni Muindən nəql edərək onun e᾽timad olunası şəxs olmadığına işarə etmişdir. Nəsai
deyir: «Nafe᾽nin heç bir nöqsanı olmamışdır.» İbni Həyyan da onun mö᾽təbərliyinə işarə
etmişdir. Əhməd ibni Hənbəl və Yəhya onun haqqında müxtəlif rə᾽ylər vermişlər. Belə ki, Əhməd
ibni Hənbəl onun nəql etdiyi hədisləri bütünlüklə yalan, Yəhya isə mö᾽təbər hesab edir.
NAFE᾽NİN RAVİLƏRİ
Nafe᾽nin qiraətini Qalun və Vərəş arada heç bir vasitə olmadan nəql etmişlər.
1. Qalun: İsa ibni Mina ibni Vərdan, Əbu Musa ləqəbi ilə tanınmış və Bəni-zəhrə qəbiləsi
tərəfindən köləlikdən azad edilmişdir.
Deyir: İsa Rəbib fitri iste᾽dada və qeyri-adi hafizəyə malik olduğuna görə, Nafe᾽ ona Qalun
ləqəbini vermişdir. Qalun isə Rum dilində zirək və gözəl mə᾽nasını verir.
Abdulla ibni Əli deyir: «Ona Qalun ləqəbinin verilməsinin əsas səbəbi əsliyyətcə rumlu və babası
Abdullahın Rum əsirlərindən olmasıdır.»
Qalun, qiraəti Nafe᾽dən öyrənmiş və onun özünə təqdim etmişdir.
İbni Əbi Hatəm deyir: «Qalun lal olduğu üçün Qur᾽anı dodaqlarını tərpətməklə oxuyur, hətta
başqaları qiraətdə səhvə yol verdikləri zaman işarələrlə onların səhvini düzəldirdi. Qalun Hicrətin
120-ci ilində doğulmuş və 220-ci ildə 100 yaşında vəfat etmişdir.» (Təbəqatul-qurra, 1-ci cild,
səh.615.)
İbni Həcər deyir: «Qalun qiraət elmində hamıdan bilikli və e᾽tibarlı olsa da, nəql etdiyi hədislər
bir o qədər də mö᾽təbər deyildi. Əhməd ibni Saleh, Misirdən Qalunun nəql etdiyi hədislər
barəsində soruşduqda, gülümsəyərək demişdir: Məgər hamıdan hədis nəql etmək olar?!»
92
Müəllif: Qalunun qiraətini nəql edən ravilər digər ravilər kimi namə᾽lum qalmışlar.
2. Vərəş: Osman ibni Səid.
İbni Cəzri onun barəsində deyir: «Vərəş Misirdə olduğu illər ərzində qiraət tədrisi ona həvalə
olunmuşdu. Onun özünəməxsus qiraət üsulu var idi. Qiraətdə Nafe᾽ ilə müxalif olmasına
baxmayaraq, zəmanəsinin ən mö᾽təbər şəxsiyyətlərindən biri hesab olunurdu.»
Vərəş Hicrətin 110-cu ilində Misirdə doğulmuş, 197-ci ildə elə oradaca vəfat etmişdir.
(Təbəqatul-qurra, 1-ci cild, səh-502.)
KƏSAİ KUFİ
Əsli iranlı olmuş Əli ibni Həmzət ibni Abdullah ibni Bəhmən ibni Firuz, Kəsai ləqəbi ilə məşhur
olmuşdur. Bəni-əsəd qəbiləsi tərəfindən köləlikdən azad olunmuşdur.
İbni Cəzri onun barəsində deyir: «Həmzə Zəyyatdan sonra qiraət elminin tədris olunması Kəsaiyə
həvalə edildi. O, qiraəti Həmzədən öyrənmiş və dörd dəfə onun qarşısında tilavət etmişdir.»
Əbu Ubeyd isə özünün «Əl-qiraət» adlı kitabında yazır: «Kəsainin özünəməxsus qiraət üsulu var
idi. Bə᾽zən o, Həmzənin qiraətindən də istifadə edərdi. Vəfat tarixi haqqında müxtəlif
mə᾽lumatlar söylənmişdir, lakin daha dəqiq nəzərə çarpan tarix Hicrətin 189-cu ilidir.»
(Təbəqatul-qurra, 1-ci cild, səh. 535.)
Kəsai qiraəti Həmzə Zəyyatdan, Məhəmməd ibni Əbdürrəhman ibni Əbi Leyladan və İsa ibni
Əmr Ə᾽məşdən müzakirə yolu ilə və şifahi olaraq öyrənmişdir. Onun qiraətini Süleyman ibni
Ərqəm, imam Sadiq (ə), Əzrəmi və İbni Ueynə də dinləmişdir. Sonralar o, qiraəti Rəşidə və oğlu
Əminə də tədris etmişdir. (Təhzibut-təhzib, 8-ci cild, səh. 313.)
Mərzbani İbni Ə᾽rabidən nəql edərək deyir: «Kəsai şərab içərək bilərəkdən bə᾽zi günahlara
mürtəkib olsa da, Qur᾽an elmlərinə mükəmməl yiyələnmiş və güclü hafizəyə malik olmuşdur.»
(Mö᾽cəmül-üdəba, 5-ci cild, səh. 185.)
KƏSAİNİN RAVİLƏRİ
Leys ibni Xalid və Həfs ibni Əmr, Kəsainin qiraətini heç bir rabitə olmadan nəql etmişlər.
1. Leys ibni Xalidin əsil adı Haris, künyəsi Əbdülharis, atasının adı isə Xalid Bağdadi olmuşdur.
İbni Cəzri onun barəsində deyir: «O, qiraəti Kəsaidən öyrənmiş, öz elmi gücü və hafizəsi ilə
hamıdan fərqlənirdi. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfat tarixi isə Hicrətin 240-cı ilinə aid
edilir.» (Təbəqatul-qurra, 2-ci cild, səh. 34.)
2. Həfs: Onun kimliyi haqda Asim barədə söhbət açarkən ətraflı mə᾽lumat verdik.
* * *
93
Yeddi məşhur qari və onların raviləri haqda ətraflı mə᾽lumat əldə etdik. Onlardan əlavə, Xələf
ibni Hişam, Yə᾽qub ibni İshaq və Yəzid ibni Qə᾽qadan ibarət olan başqa bir üçlük də vardır. İndi
isə onlar barəsində:
XƏLƏF İBNİ HİŞAM
Həmzənin şərh-halını verərkən Xələf barəsində də kifayət qədər mə᾽lumat əldə etdik. Xələfin
qiraətini nəql edənlər də iki nəfər olmuşdur.
1. İshaq: İbni Cəzri onun barəsində deyir: «Adı İshaq, atasının adı İbrahim ibni Osman ibni
Abdullah, künyəsi isə Əbu Yə᾽qub olmuşdur. Əsli Mərv vilayətindən olsa da, Bağdadda
yaşamışdır. Xələfin hədislərini köçürür və onları nəql edirdi. İshaqın düzlüyü və mö᾽təbərliyi
hamıya bəlli idi. Doğum tarixi dəqiq mə᾽lum deyildir, vəfatı isə Hicrətin 286-cı ilinə təsadüf
edilir.» (Təbəqatul-qurra, 1-ci cild, səh. 155.)
Müəllif: Digər ravilər kimi onun qiraətini nəql edən şəxslərin də kimliyi mə᾽lum deyildir.
2. İdris: İbni Cəzri onun barəsində deyir: «Adı İdris, atasının adı Əbdülkərim Həddad, künyəsi isə
Əbül Həsəndir; Bağdadda sakin olmuşdur. Güclü hafizəyə malik olduğu üçün şəriət elminin
dərinliklərinə yiyələnə bilmişdir. Nəql etdiyi hər bir şey hamı tərəfindən rəğbətlə qarşılanardı.
Qiraəti ona Xələf tədris etmişdir.
Dar Qutnidən İdris barəsində soruşduqda cavabında deyir: «İdris inanılmış və e᾽tibarlı bir şəxsdir.
Doğum tarixi dəqiq mə᾽lum deyildir, vəfatı isə Hicrətin 292-ci ilinə təsadüf edilir.» (Təbəqatul-
qurra, 1-ci cild, səh. 154.)
Müəllif: Digər ravilər kimi İdrisin də qiraətini nəql edən şəxslərin kimliyi namə᾽lumdur.
YƏ᾽QUB İBNİ İSHAQ
Adı Yə᾽qub, atasının adı isə İshaq olmuşdur. Bəsrənin Bəni-həzrəm qəbiləsi tərəfindən köləlikdən
azad olunmuş və Əbu Məhəmməd künyəsi ilə tanınmışdır.
Əbu Cəzri onun barəsində deyir: «Yə᾽qub on məşhur qarilərdən biri hesab olunurdu. Öz dediyinə
görə, qiraəti ilk dəfə Səlam adlı şəxsin yanında öyrənmiş və beş gün müddətində Şəhab Şərnəfə
Məcaşeyinin qarşısında tilavət etmişdir. Şəhab özü isə doqquz gün müddətində öz qiraətini
Muslimət ibni Məharib, Müslim isə Əbul Əsvəd Duəliyə və nəhayət Əbul Əsvəd Duəli də qiraəti
ilk dəfə Əlidən (ə) öyrənmişdir. Doğum tarixi dəqiq mə᾽lum deyildir, vəfatı isə 88 yaşında ikən
Hicrətin 205-ci ilinə təsadüf edilir.
Əhməd, Əbu Hatəm və İbni Həyyan onun doğruluğuna və mö᾽təbərliyinə istinad etmişlər. İbni
Sə᾽d isə onun rical alimləri tərəfindən bir o qədər də rəğbətlə qarşılanmadığını söyləmişdir.
Yə᾽qubun qiraətini Ruvəys və Ruh adlı şəxslər nəql etmişlər.
94
1. Ruvəys: Adı Məhəmməd, atası isə Bəsrə sakini və Lu᾽luyi ləqəbi ilə məşhur olan bir şəxs
olmuşdur.
İbni Cəzri deyir: «Ruvəys güclü hafizəyə malik idi. Qur᾽an elmlərində özünəməxsus iste᾽dad və
məharətə yiyələndiyi üçün qiraəti tədris edirdi. Özü isə bu sahədə Yə᾽qub Həzrəminin şagirdi
olmuş və elə ona da təqdim etmişdir.»
Dani deyir: «Ruvəys, Yə᾽qubun ən fə᾽al və iste᾽dadlı şagirdlərindən biri idi. Məhəmməd ibni
Harun Təmmar və Əbu Abdulla Zubeyr ibni Əhməd Zubeyri Şafei Ruveysin ravilərindən hesab
olunurlar.»
Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə Hicrətin 338-ci ilinə təsadüf olunur.” (Təbəqatul-
qurra, 2-ci cild, səh.233.)
2. Ruh: Əbdül Həsən künyəsi ilə məşhur olmuşdur. Atası Əbdülmu᾽min Bəni-hüzəl qəbiləsi
tərəfindən köləlikdən azad olunmuş və Bəsrənin tanınmış Nəhv alimlərindən biri olmuşdur.
İbni Cəzr onun barəsində deyir: «O, Bəsrənin ən mö᾽təbər şəxsiyyətlərindən biri hesab olunurdu.
Alimliklə yanaşı hərbi işlərlə də məşğul olurdu. Qiraəti Yə᾽qubdan öyrənmiş və onun ən
iste᾽dadlı şagirdlərindən biri kimi tanınmışdı. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə
Hicrətin 235 və ya 234-cü ilinə təsadüf olunur.» (Təbəqatul-qurra, 1-ci cild, səh.285.)
Digər ravilər kimi onun da raviləri hələ də namə᾽lum qalmışdır.
YƏZİD İBNİ QƏ᾽QA
İbni Cəzri deyir: «Yəzid ibni Qə᾽qa bir rəhbər kimi tanınmışdı. Mədinənin Bəni-məxzum
qəbiləsinə mənsub olmuş və Əbu Cə᾽fər künyəsi ilə şöhrət tapmışdı.
O, tabeinlərin ən məşhur on qarilərindən biri idi. Qiraəti Abdulla ibni Əyyaş ibni Əbi Rəbiədən,
Abdullah ibni Abbasdan və Əbu Hüreyrədən öyrənmiş və onların özlərinə təqdim etmişdir.»
Yəhya ibni Muin deyir: «İbni Qə᾽qa Qur᾽an elmlərinə mükəmməl yiyələndiyi üçün Mədinəyə baş
qari tə᾽yin olunmuşdu. Bu səbəbdən də hamı onu Qari adlandırırdı. O bir alim kimi hamı
tərəfindən sevilir və ehtiramla qarşılanırdı. Digər ravilərdən fərqli olaraq az rəvayət nəql edərdi.»
İbni Əbi Hatəm deyir: «Atamdan İbni Qə᾽qanın necə şəxsiyyət olduğunu soruşduqda, onun
mö᾽təbər şəxs olduğunu e᾽tiraf etdi. Doğum tarixi dəqiq mə᾽lum deyildir. Vəfatı isə Hicrətin 130-
cu ilinə təsadüf olunur.»
Yəzid ibni Qə᾽qanın raviləri isə İsa və İbni Cəmaz adlı şəxslər olmuşdur.
1. İsa: Künyəsi Əbdül Haris, Mədinədə isə Hiza ləqəbi ilə tanınan İsa ibni Vərdan.
İbni Cəzri deyir: «İsa qiraət və hədis elmlərinə mükəmməl yiyələnmiş, nəql etdiyi hədislər isə
hamı tərəfindən rəğbətlə qarşılanmış mö᾽təbər bir şəxsiyyət idi. Güclü hafizəyə malik olmuş və
95
Qur᾽an elmlərində bir çox təhqiqat işləri aparmışdır. Qiraəti ilk dəfə Əbu Cə᾽fər Şeybdən və
sonralar Nafe᾽dən öyrənmişdir.»
Dani deyir: «İsa, Nafe᾽nin ilk şagirdlərindən biri olmuşdur. Bə᾽zən hədislərin nəql olunmasında
və mənbələrin araşdırılmasında Nafe᾽yə dəyərli məsləhətlər verərdi. Mənə belə gəlir ki, İsa
Hicrətin 160-cı ilində vəfat etmişdir.»
2. İbni Cəmmaz: Adı Süleyman, atasının adı Müslim ibni Cəmmaz, künyəsi isə Əbdürrəb
olmuşdur. Bəni-zəhra qəbiləsi tərəfindən köləlikdən azad edilmiş və Mədinədə məskunlaşmışdır.
İbni Cəzri deyir: «O, güclü hafizəyə malik idi. Qiraət elmini tədris etməklə yanaşı, hərbi işlərlə də
məşğul olurdu. «Əl-Kamil» və «Əl-Mustənir» kitablarının yazdıqlarına görə, İbni Cəmmad
qiraəti ilk dəfə Əbu Cə᾽fər Şeybədən və sonralar Nafe᾽dən öyrənmişdir. Deyilənlərə görə İbni
Cəmmaz Hicrətin 170-ci ilində vəfat etmişdir.»
Yuxarıda adları çəkilən şəxslər Qur᾽an elmlərinə mükəmməl yiyələnmiş on məşhur qari hesab
olunurlar. Onların kimliyi və nəql etdikləri rəvayətlərin mö᾽təbər olub-olmaması haqda rical
alimləri arasında fikir aydınlığı olsa da, biz kimsəyə irad tutmaq fikrində deyilik.
ALTINCI FƏSİL
YEDDİ QİRAƏT ÜSULU
1. Yeddi qiraət üsulunda nəzərə çarpan mütəvatirsizlik;
2. Yeddi qiraət üsulunun mütəvatirliyi haqda irəli sürülmüş nəzəriyyənin araşdırılması;
3. Yeddi qiraət üsulu;
4. Yeddi qiraət üsulunun düzgünlüyü və mö᾽təbərliyi.
YEDDİ QİRAƏT ÜSULUNDA NƏZƏRƏ ÇARPAN MÜTƏVATİRSİZLİK
QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA DƏLALƏT EDƏN DƏLİLLƏR
Bir qədər əvvəl qeyd etdik ki, Qur᾽an hər bir müsəlman tərəfindən mütəvatir olaraq qəbul edilir.
Bu müqəddəs kitabın qiraəti haqda isə bir neçə müxtəlif nəzəriyyələr irəli sürülmüş və onun
mütəvatir olmaması bir neçə dəlil vasitəsilə sübuta yetirilmişdir.
1. Qiraət ravilərinin şərhi-halını nəzərdən keçirdikdən sonra bir daha bəlli olur ki, qiraətlər
mütəvatir şəkildə deyil, vahid xəbər formasında nəql olunmuşdur. Belə olduqda onlardan
bə᾽zilərinin doğru və mö᾽təbər olması bizim üçün müəmmalı qalır. Demək biz, qiraətlərin
mütəvatir olaraq qarilərin özlərinə aid olması haqda heç bir söz deyə bilmərik.
2. Qiraət ustalarının qiraəti harada və necə öyrənmələri bir daha qiraətin onların özlərinə
mütəvatir olaraq deyil, vahid xəbər formasında nəql olunuduğunu sübuta yetirir.
96
3. Bütün qiraət üsullarının ravilərinin bütün təbəqələrdə mütəvatir olduğunu və nəql etdikləri
rəvayətlərdə yalana yol vermədiklərini fərz etsək də belə, nəticədə ravilərə yetişəcək sənəd
silsiləsi mütəvatirlik baxımından öz e᾽tibarını itirəcək və vahid xəbər formasında bəyan
ediləcəkdir. Çünki, hər bir qiraət üsulunu yalnız bir qari tərtib edərək özünəməxsus üsulla qiraət
etmişdir.
4. Hər bir qari və onun ardıcılları yalnız öz qiraət üsulunun düzgünlüyünə istinad edərək, həmən
dəlillərlə digər qiraət üsullarına qarşı çıxır. Buradan belə mə᾽lum olur ki, hər bir qiraət üsulu
qarilərin şəxsi rə᾽y və nəzərlərindən irəli gəlmişdir. Çünki, əgər onların hər biri Peyğəmbərdən (s)
mütəvatir olaraq nəql olunsaydı, doğruluğunu sübuta yetirəcək heç bir dəlilə ehtiyac duyulmazdı.
5. Bə᾽zi böyük alim və qiraət ustalarının, digər qiraət üsullarına qarşı çıxaraq onları inkar
etmələri, qiraət üsullarının bütünlüklə mütəvatir olmamasını sübuta yetirir. Çünki, əgər qiraət
mütəvatir olaraq nəql olunarsa, onun alim və mütəxəssislər tərəfindən inkar olunması qeyri-
mümkün olardı. Belə ki, İbni Cərir Təbəri, İbni Amirin qiraətini bütünlüklə və digər qarilərin
qiraətini isə qismən inkar və tənqid edir. Qiraət ustaları Həmzənin, Əbu Əmrin, İbni Kəsirin
qiraətlərini də qeyri-mö᾽təbər hesab edərək onları qətiyyətlə rədd etmişlər. Alimlərdən bir çoxu
kökü ərəb dili ilə əlaqəli olmayan qiraət üsullarını inkar etmiş və bu üsullar əsasında Qur᾽anı
tilavət edən şəxsləri tənqid atəşinə tutmuşlar.
Həmzənin şərh-halını nəzərdən keçirərkən bunun şahidi olduq ki, onun qiraəti Hənbəli
məzhəbinin banisi Əhməd ibni Hənbəl, Yəzid ibni Harun, İbni Məhdi, Əbu Bəkr Əyyaş və İbni
Dərid tərəfindən qətiyyətlə rədd edilmişdir.
Zərkeşi, qiraətlərin ictihad yolu ilə formalaşmamasına əsaslanaraq deyir: “Zəməxşəri və onun
kimi bir çoxları, qiraətlərin ixtiyari olaraq ictihad və ərəb dili mütəxəssisləri tərəfindən tərtib
olunmasına əsaslanaraq bizimlə müxalif mövqedə durmuşlar.” Sonra onların nəzəriyyələrini rədd
etmək məqsədilə Həmzənin qiraətini misal çəkərək deyir: Həmzə səhv olaraq «Vəl ərham»
kəlməsində həmzəni kəsrə ilə, yə᾽ni «irham» kimi tələffüz etmişdir. Yə᾽qub və Həzrəmi onun
«Və maəntum bimusriki» ayəsini kəsrə ilə oxumasına irad tutmuşlar. Bu kimi səhvlərə Əbu Əmr
də yol vermişdir. «Yəğfirkum» kəlməsində (ra) hərfini (lam) ilə idğam etməsi onun ən böyük
səhvlərindən biridir.
MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA DAİR
İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR
1. İbni Cəzri deyir: «Qiraət üsullarından hər biri ərəb dilinin qarammatikası və ya xəlifə Osmanın
zamanında yığılmış Qur᾽an nüsxələri ilə uyğun gələrsə, onun mö᾽təbərliyinə istinad etmək olar.
Bu xüsusiyyətlərə malik olan qiraət ustaları ilə, Qur᾽anın nazil olmuş orjinal nüsxəsi arasında heç
bir fərq nəzərə çarpmır. Belə bir halda hər bir müsəlman - istər yeddi mö᾽təbər qari tərəfindən
nəql olmuş olsun, istərsə də yox - onu düzgün qiraət üsulu kimi qəbul etməlidir.
Qiraət bu xüsusiyyətlərdən birinə malik olmadıqda isə, yeddi mö᾽təbər qari tərəfindən nəql
olunmasına baxmayaraq batil və əsassız hesab edilməlidir.
97
Bu nəzəriyyə bir çox məşhur alim və təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Əbu Əmr Osman
ibni Səid Dani, Əbu Məhəmməd ibni Əbitalib Məkki, Əbul Abbas Əhməd ibni Əmmar Məhdəvi
də bu mətləbi açıq-aşkar bəyan etmişlər.
Əbi Şammə ləqəbi ilə tanınan məşhur təhqiqatçı Əbül Qasim Əbdürrəhman ibni İsmayıl da
keçmiş alimlərin əsaslandıqları bu nəzəriyyəni əlində əsas tutmuşdur. Və bu nəzəriyyədə
kimsənin onlarla müxalif olduğu qeydə alınmamışdır.
2. Əbu Şammə özünün «Əl-mürşidul vəciz» adlı kitabında yazır: «Əsaslı dəlillər olmayınca
qiraətlərdən hər hansı birinin, hətta yeddi məşhur qarilərdən birinə aid olunduğu hesab edilsə də,
həqiqətən Qur᾽anın nazil olmuş orjinal nüsxəsilə tamamilə eyni olduğunu qəbul etmək heç də
düzgün olmazdı. Əgər müəyyən bir qiraət yeddi məşhur qari tərəfindən nəql olunmayıbsa, bu heç
də o demək deyildir ki, həmən qiraət səhv və əsassızdır. Çünki, qiraətin düzgün olub-olmamasına
dəlalət edən əsas me᾽yar, onun kimlər tərəfindən nəql olunmasında deyil, mö᾽təbərliyini sübuta
yetirən özünəməxsus xüsusiyyətlərdir. Lakin, yeddi məşhur qarinin qiraətlərinin ərəb dilinin
qarammatikası və ədəbi janrı ilə müqayisə olunması yəqin ki, onların digər qarilərdən daha çox
şöhrət tapmalarından irəli gəlir.
2. İbni Cəzri deyir: «Son illərin mütəxəssisləri bu qənaətə gəlmişlər ki, qiraətlərin doğru və
düzgün olması vacib olduğu kimi, onların mütəvatir olması da lazım və zəruridir. Demək,
Qur᾽anın sübuta yetirilməsi üçün ilk növbədə onun mütəvatir olaraq nəql edilməsi lazımdır. Əks
təqdirdə biz onu Qur᾽an adlandıra bilmərik. Nəticə olaraq qeyd etməliyik ki, Qur᾽anın mütəvatir
olması zəruri olduğu kimi, onun qiraətinin də mütəvatir olması vacib və zəruridir.
Sonra, onların irəli sürdükləri bu nəzəriyyəni rədd edərək deyir: Belə bir nəzəriyyəni qəbul etmək
məntiqdən uzaq olardı. Çünki, əgər qiraətlər mütəvatir olsaydı, biz artıq heç bir şərt və
xüsusiyyətlərə ehtiyac duymazdıq. Belə ki, Peyğəmbər (s) tərəfindən nəql olunmuş hər bir
mütəvatir hədis və rəvayəti arada heç bir şərt olmadan qəbul etməliyik. Yox əgər müxtəlif qiraət
üsullarının mütəvatir olmasını lazımı şərtlərdən biri hesab edəriksə, onda bir çox qiraətlər
mütəvatir olmadıqları üçün istər-istəməz aradan gedəcəkdir.
İbni Cəzri sözlərinə əlavə edərək deyir: Əvvəllər mən də bu əqidəyə əsaslansam da, sonradan
böyük səhvə yol verdiyimi başa düşüb yanlış əqidəmdən əl çəkdim və qiraət elmində müasir
alimlərin fikirlərini qəbul etməyə başladım.
4. Əbu Şammə özünün «Əl-Murşid» adlı kitabında yazır: «Bə᾽zi qiraət mütəxəssisləri yeddi
qiraət üsulunun hər birini mütəvatir hesab edirlər. Onlar bu qiraət üsullarının Allah tərəfindən
nazil olduğunu iddia edir və belə bir əqidəyə əsaslanmağı hər bir müsəlmana zəruri hesab edirlər.
Sonra deyir: Biz də belə bir əqidəyə əsaslanırıq. Lakin bütün qiraətlərdə deyil, yalnız bütün
ravilər tərəfindən qəbul olunmuş və kimsənin inkar etmədiyi qiraətləri. Bir haldakı, qiraətlər
ətrafında yaranmış ixtilaf və qarşıdurmalar istənilən qədərdir. Bu səbəbdən də əgər qiraət
mütəvatir olmazsa, heç olmasa ixtilaf və inkara da səbəb olmamalıdır.»
98
5. Süyuti deyir: «Qiraət barəsində söylənilən ən gözəl sözlərə Əbülxeyr ibni Cəzrinin kitabının
əvvəlində söylədiyi ifadələrdə rast gəlirik. O, deyir: Qiraətin düzgün olmasının üç şərti vardır.
1. Ərəb dilinin qarammatik qanunlarına müvafiq olmalı;
2. Osmanın tərtib etdiyi nüsxələrdən biri ilə müvafiq olmalı;
3. Sənəd baxımından doğru və mö᾽təbər olmalıdır.
Sonra əlavə edərək deyir: İbni Cəzri olduqca mühüm bir mətləbə toxunmuş və məntiqi dəlillərə
əsaslanmışdır.» (Əl-itqan. 1-ci cild, 129-cu səh).
6. Əbu Şammə özünün «Əl-bismilə» adlı kitabında qarilər arasında yaranmış ixtilaflı məsələlərə
toxunaraq deyir: «Biz onları bütünlüklə mütəvatir hesab etmirik. Onlardan bə᾽ziləri mütəvatir,
bə᾽ziləri isə qeyri-mütəvatirdir. Və bu həqiqəti hər bir təhqiqatçı çox gözəl dərk edir.»
7. Alimlərdən bə᾽ziləri deyirlər: «Üsul alimlərindən kimsə hələ də qiraətlərin mütəvatirliyi haqda
bir söz deməmişdir. Bə᾽zilərinin fikrincə isə, yeddi mö᾽təbər qarinin hər birinin nəql etdiyi qiraət
özləri kimi tamamilə düzgün və mö᾽təbərdir. Lakin, onların Peyğəmbər (s) tərəfindən mütəvatir
olması sual altındadır. Çünki, mö᾽təbər hesab olunan yeddi qaridən hər biri nəql etdiyi qiraətin
Peyğəmbərə (s) mütəvatir olaraq deyil, vahid xəbər formasında çatmasını e᾽tiraf edir.» (Tibyan
105-ci səh).
8. Son dövrün mütəxəssisləri deyirlər: «Üsul alimlərindən bir qismi yeddi qiraət üsulunun
hamısının mütəvatir olduğunu iddia etmişlər. Bə᾽ziləri isə belə bir iddianı on qari barəsində irəli
sürmüşlər. Lakin, onların bu əsassız iddiaları sübuta yetirəcək heç bir məntiqi dəlilləri yoxdur.
Belə ki, qarilərin özləri yeddi qiraət üsulunun bir qisminin mütəvatir, digər bir qisminin isə qeyri-
mütəvatir olmasını dəfələrlə e᾽tiraf etmişlər. Belə bir halda, artıq digər on qari barəsində nə isə
demək tamamilə yersiz olardı. Bəli, bütün qiraət üsullarının mütəvatir olması üsul alimlərinin
şəxsi nəzəridir. Lakin, hər bir elm və fənnin mütəxəssisləri yiyələndikləri sahənin sirlərinə
hamıdan daha çox agahdırlar.» (Tibyan 106-cı səh).
9. Məkki, qiraətlər barəsində deyir: «Bir çoxları Asim və Nafe᾽nin qiraətini mö᾽təbər hesab
etmişlər. Çünki onların qiraətləri daha düzgün və ərəb dilinin fəsahət və bəlağətinə daha
yaxındır.» (Tibyan 90-cı səh).
10. Qiraətlərin mütəvatir olmasına əsaslanan şəxslərdən biri də, məşhur qiraət ustadı şeyx
Məhəmməd Səid Üryandır. O, öz yaddaşlarının birində yazır: «Qiraətlərin hər birinin müəyyən
irad və nöqsanları vardır. Biz bu kimi nöqsanları hətta mö᾽təbər hesab olunan yeddi qiraət
üsullarında da müşahidə edirik.»
Sonra əlavə edərək deyir: Lakin, bu qiraətlərin e᾽tibar baxımından daha düzgünü Asim və
Nafe᾽nin qiraətləridir. Fəsahət elmi baxımından müqayisə etdikdə isə Əbu Əmr Kəsainin qiraəti
digər qiraətlərdən daha cazibəli və daha fəsahətlidir.»
NƏTİCƏ
99
Qiraətlərin mütəvatir olmadıqlarına dair irəli sürülən nəzəriyyələri və qarilərin özlərinin bu
həqiqəti e᾽tiraf etmələrini ixtisarla da olsa, nəzərdən keçirdik.
Əziz oxucular, indi özünüz nəticə çıxarın. Qarilər özləri bu qiraətlərin mütəvatir olmadığını
e᾽tiraf etdikləri bir halda, heç bir sübut və dəlilə əsaslanmadan təəssüb hissi ilə belə bir əsassız
iddianı bir daha irəli sürmək olarmı?!
Lakin, daha təəccüblüsü budur ki, Qazi Əbu Səid Müfti Əndəlosi, qiraətləri mütəvatir hesab
etmədiyi üçün Kəsaini kəskin şəkildə tənqid atəşinə tutmuş və onun küfr etdiyinə dair hökm sadir
etmişdir. Bir anlığa fərz edək ki, alimlər də qiraətlərin mütəvatir olduğuna əsaslanmışlar. Məgər
bunu əldə əsas tutaraq müsəlman bir şəxsi, hətta dinin zəruri olmayan məsələlərinin birində kafir
olmaqda ittiham etmək olarmı?!
Bunu da fərz edək ki, qiraətlərin mütəvatir nəql olunması dinin zəruri məsələlərindəndir. Məgər
belə bir zərurət qarinin özünə sabit olmayınca, onu küfrdə ittiham etmək olarmı?!
İlahi! Sən özün daha yaxşı bilirsən ki, belə bir iddianı irəli sürmək, Sənin qanunlarına qarşı
çıxmaqdan və müsəlmanlar arasında ixtilaf və ikitirəlik yaratmaqdan savayı bir şey deyildir.
QİRAƏTLƏRİN MÜTƏVATİRLİYİ HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏNİN
ARAŞDIRILMASI
Qiraətlərin mütəvatir olduğunu iddia edən şəxslər irəli sürdükləri nəzəriyyəni sübuta yetirmək
üçün bir neçə dəlilə istinad edib deyirlər:
1. Qiraətlərin mütəvatir olması icmai şəkildə qəbul olunan və bütün dövrlərdə alimlər tərəfindən
hamılıqla qəbul edilən bir məsələdir.
Müəllif: Bir qədər əvvəl bu nəzəriyyənin tamamilə əsassız olduğu oxuculara bəlli oldu. O ki qaldı
onun icmai bir məsələ olmasına, bunu yalnız o zaman qəbul etmək olar ki, müxalif mövqe tutmuş
şəxslər bu barədə öz ziddiyyətli nəzəriyyələrini irəli sürməmiş olsunlar. Bir haldakı yeddi qari
üsulunun mütəvatirliyinin sübuta yetirilməsində biz bunun tam əksini müşahidə edirik. Çünki, hər
bir qiraət üsulunun davamçıları digər qiraətləri tənqid atəşinə tutmuşlar.
2. Hicrətin birinci və ikinci yüzilliklərində Peyğəmbərin səhabələri və sonralar ona iman gətirmiş
müsəlmanların Qur᾽ana hər şeydən daha çox əhəmiyyət vermələri, bütün qiraətlərin mütəvatir
olmasına səbəb olmalı idi.
Bu mətləbi hər bir ədalətli və həqiqətsevər insan dərk edir.
Müəllif: Müsəlmanların Qur᾽ana əhəmiyyət vermələri onun qiraətinin deyil, özünün mütəvatir
olduğunu sübuta yetir. Bunu da qeyd edək ki, Qur᾽an qiraətinin düzgünlüyü bə᾽zi qarilər üçün,
hətta əgər bir nəfər tərəfindən olsa da, ictihad və dinləmək yolu ilə sabit olur.
Əgər bu doğrudan da həqiqətdirsə, onda bu məsələ yeddi və ya on mö᾽təbər qiraət üsullarında
deyil, Qur᾽anın bütün qiraət üsullarında müşahidə olunmalıydı. O ki qaldı istifadə olunan bə᾽zi
terminlərə, biz bunun üçüncü yüzillikdən sonra meydana gəldiyinin şahidi oluruq.
100
Qiraətlər isə qarilər tərəfindən yeddi və ya on mö᾽təbər üsullara bölünərək, ayrı-ayrılıqda
məktəblərin yaranmasına səbəb oldu. Bu məntiqə əsaslanaraq, bütün qiraət üsullarının hamısını
birlikdə mütəvatir və ya qeyri-mütəvatir hesab etməliyik. Birinci nəzəriyyə, yə᾽ni bütün
qiraətlərin mütəvatir olması batil və əsassızdır. Belə olduqda ikinci nəzəriyyəni, yə᾽ni qiraətlərin
heç birinin mütəvatir olmadığını qəbul etməliyik.
3. Yeddi qiraət üsullarının mütəvatir olmaması, Qur᾽anın mütəvatir olmaması deməkdir. Və
Qur᾽anın mütəvatir olmaması nəzəriyyəsi batil olduğu üçün, yeddi qiraət üsullarının da mütəvatir
olmaması batil və əsassızdır. Hamıya mə᾽lumdur ki, Qur᾽anın orjinal mətni bizlərə məhz qari və
hafizlərin vasitəsilə gəlib çatmışdır. Əgər onların qiraəti mütəvatirdirsə, demək Qur᾽an da
mütəvatirdir və əgər qiraətlərdə nöqsana yol verilibsə, onda Qur᾽anın orjinal mətninə də şəkk-
şübhə ilə yanaşılacaqdır.
Müəllif: Əvvəla Qur᾽anın və qiraətin mütəvatirliyi arasında heç bir zərurət yoxdur. Çünki, hər
hansı bir kəlmənin tələffüzündə mövcud olan ixtilaf onun əsl mə᾽nasına heç bir mənfi tə᾽sir
göstərmir. Məsələn, Mutənəbbinin şe᾽r və qəsidələrini nəql edən ravilərin, onun istifadə etdiyi
ifadələrin hər hansı birində bir-birinə müxalif olan nəzəriyyələr irəli sürmələrinə baxmayaraq,
qəsidənin ümumi mətninə heç bir zərər yetirməmişlər. Və qəsidələrin Mütənəbbiyə mənsub
olduğuna şübhə ilə yanaşmayan şəxslər, onun mütəvatirliyinə də heç bir xələl yetirmirlər. Həzrət
Peyğəmbərin hicrəti buna aid olan digər bir misaldır ki, onun xırdalıqları haqda fikir ayrılığı
olmasına baxmayaraq, məsələnin ümumiliyində hamı yekdildir.
İkincisi də, qarilər tərəfindən bizə gəlib çatan yalnız onların yiyələndikləri qiraət üsullarının
xüsusiyyətləridir. Qur᾽anın özü isə müsəlmanlar arasında mövcud olan ümumi təvatür vasitəsi ilə
bizə gəlib çatmışdır. Hamıya mə᾽lumdur ki, müsəlmanlar bütün dövrlərdə Qur᾽anı yazılı və şifahi
şəkildə hifz edərək bir-birlərinə nəql etmiş və onu bizlərə çatdırmışlar. Qarilər isə Qur᾽anın
gələcək nəsillərə nəql olunmasında heç bir rol ifa etməmişlər.
Buradan belə bir nəticəyə gəlirik ki, yeddi və ya on mö᾽təbər qarinin Qur᾽anın mütəvatirliyini
nəql edib-etməmələri və ümumiyyətlə onların mövcud olub-olmamaları Qur᾽anın mütəvatirliyinin
sübuta yetirilməsində heç bir tə᾽sir göstərməmişdir. Çünki, Qur᾽an təsəvvür olunduğundan daha
uca və daha münəzzəhdir. Bu səbəbdən də onun mütəvatirliyinin sübuta yetirilməsi üçün bir neçə
qarinin qiraət və nəql etdikləri rəvayətlər heç də dəlil kimi qəbul olunmur.
4. Əgər qiraətlər mütəvatir olmazsa, Qur᾽anda istifadə olunan «Məlik» və «Malik» və bu kimi
ifadələri də mütəvatir hesab etmək olmazdı. Çünki, bu qiraətlərdən birinin qəbul, digərinin isə
rədd olunması əsassız bir iddiadır. Bu səbəbdən də biz onların hər ikisini mütəvatir hesab
etməliyik.
İlk dəfə bu dəlilə İbni Hacib istinad etmiş və sonralar bir çoxları ondan təqlid etmişlər.
Müəllif: Qiraətdə olan ixtilaf yalnız kəlmələrin quruluşunda və ya onun tələffüzündə nəzərə
çarpır və kəlmənin özünün və Qur᾽anın mütəvatirliyinə heç bir xələl gətirmir. Belə bir məntiqə
101
əsaslanaraq, bütün qiraətləri mütəvatir hesab etməliyik, lakin bunun sübuta yetməsi üçün heç bir
dəlil yoxdur.
Alimlərdən bə᾽zilərinin yeddi və ya on qarini digər qarilərdən üstün tutmasını isə xüsusilə qeyd
etmək lazımdır. Fərz edək ki, doğrudan da yeddi məşhur qari digər qarilərdən daha mö᾽təbər və
Qur᾽an elmlərinə onlardan daha yaxşı yiyələnmişlər. Lakin buna baxmayaraq, yeddi qarinin
mö᾽təbər olduğunu bilavasitə Qur᾽anın mütəvatirliyinə də me᾽yar olaraq qəbul edə bilmərik. Bəli,
yeddi qarinin üstün xüsusiyyətlərini nəzərə alaraq, onları digər qarilərdən daha mö᾽təbər hesab
etmək olar. Qur᾽anın mütəvatirliyinə gəldikdə isə, bir-birindən fərqli olan bu iki şeyi əsla
əlaqələndirmək olmaz.
Nəticə: Yuxarıda qeyd olunan dəlilləri nəzərə alaraq, yeddi qarini digər qarilərdən daha mö᾽təbər
hesab edə bilmərik. O ki qaldı digər qiraət üsullarına, onların mütəvatir olduqlarına kimsə
əsaslanmır.
ARAŞDIRMA
Belə bir nəticəyə gəlirik ki, Qur᾽anla qiraətlər arasında mütəvatirliyin bərqərar olunmasına heç bir
lüzum yoxdur. Bunu alimlərdən bir çoxu təsdiq etmişlər. O cümlədən Zərqani deyir: «Alimlərdən
bə᾽ziləri bu məsələni daha da şişirdərək, yeddi qarinin mö᾽təbərliyini qəbul etməyən şəxsləri
küfrdə ittiham etmişlər. Çünki onlar, qiraətləri mütəvatir hesab etməyən şəxsləri Qur᾽anı da
mütəvatir hesab etməməkdə günahlandırır və bu səbəbdən də, belə şəxsləri küfr etməkdə
suçlayırlar. Bir zamanlar Əndəlosun (İspaniyanın) müftisi olmuş Əbu Səid Fərəc ibni Ləb, bu
əqidənin bünövrəsini qoymuş ilk şəxslərdən olmuşdur. O, öz əqidəsini sübuta yetirmək üçün
böyük sə᾽y göstərmiş, hətta bu sahədə kitab da yazmışdır. Lakin bütün bunlar bir nəticə verməmiş
və Əbu Səid öz əqidəsini sübuta yetirə bilməmişdir. Bir qədər əvvəl qeyd etdik ki, qiraətlə
Qur᾽anın mütəvatirliyi arasında olduqca böyük fərq vardır. Məgər Qur᾽an qiraətlər olmadan
mütəvatir ola bilməzmi? Necə ki, bütün qarilərə gəldikdə, onlar hamılıqla mütəvatir hesab
olunurlar.
Alimlərin bə᾽ziləri deyirlər: «Qiraətlərlə Qur᾽anın mütəvatir olması arasında heç bir əlaqə
yoxdur. Üsul alimlərindən kimsə bu haqda heç bir nəzər irəli sürməmişdir. Bu barədə, sayı
həddindən artıq az olan şəxsi nəzər sahiblərindən biri də İbni Hacibdir.»
Zərkeşi «Burhan» kitabında yazır: «Qur᾽an və qiraət bir-birlərindən fərqlənən iki müxtəlif
həqiqətlərdir. Onların arasında olan müştərəklikdən danışa bilmərik. Çünki Qur᾽an həzrət
Məhəmmədə (s) nazil olmuş ilahi vəhy, qiraət isə tələffüz və yazılış baxımından bir-birindən
fərqlənən özünəməxsus bir elmdir. Bununla yanaşı bə᾽ziləri qiraətləri mütəvatir, bə᾽ziləri isə
sadəcə olaraq mö᾽təbər hesab edirlər. Bunu da qeyd etmək lazımdır ki, bizə gəlib çatan qiraətlər
qarilər tərəfindən mütəvatir olaraq nəql olunmuşdur. Lakin qarilərin özlərinin Peyğəmbər (s)
tərəfindən mütəvatir olaraq nəql olunmaları, yə᾽ni mö᾽təbər olduqlarına dəlalət edən hədisin nəql
olunması kimsəyə mə᾽lum deyildir. Çünki, qiraətlər Peyğəmbər (s) tərəfindən vahid xəbər
102
formasında nəql olunmuşdur və onlara yalnız qiraət kitablarında rast gəlmək olar. (Əl-itqan. 1-ci
cild, 138-ci səh).
YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-AYRI ŞEYLƏRDİR
Bə᾽zən belə təsəvvür olunur ki, Qur᾽anın nazil olduğu «yeddi hərf» və «yeddi oxunuş» üslubu
yeddi qiraət növü ilə eyni şeydir. Onlar buna əsaslanaraq öz iddialarını sübuta yetirmək üçün
«yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda varid olan hədisləri öz müddəalarının dəlili kimi
göstərməyə çalışmışlar.
Çarəsizlikdən bu mövzunu burada araşdırmaq və onda olan səhvləri aydınlaşdırmaq
məcburiyyətindəyik.
1. Biz «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda nəql olunmuş rəvayətləri əsla qəbul etmirik;
2. Bu rəvayətlərin mö᾽təbərliyinə istinad etsək də belə, «yeddi hərf» və «yeddi oxunuş» üslubunu
yeddi qiraət növü ilə əlaqələndirməməliyik. Çünki, bu mövzu ətrafında təhqiqat və araşdırmalar
aparmış alimlərdən heç biri, onların bir olduqlarına dair fikir irəli sürməmişlər. Burada Cəzairinin
bu barədə söylədiklərini xatırlamaq yerinə düşərdi. O deyir: «Əbu Bəkr Əhməd ibni Musa ibni
Abbas ibni Mücahidin üçüncü yüzillikdə Bağdad qiyamına qədər mö᾽təbər sayılan yeddi qiraət
üsulu digər qiraətlərdən əsla fərqlənmirdi. O Məkkə, Mədinə, Kufə, Bəsrə, Şam şəhərlərinin
qarilərindən yeddi nəfəri seçib onlara rəsmiyyət verdi. Onlar aşağıdakılardan ibarətdir: Nafe᾽,
Abdulla ibni Kəsir, Əbu Əmr Ə᾽la, Abdulla ibni Amir, Asim, Həmzə və Kəsai.
Bə᾽ziləri belə güman edirlər ki, yeddi qiraət üsulu ilə yeddi qiraət növü arasında heç bir fərq
yoxdur. Lakin bu, heç də belə deyildir... Alimlərin bə᾽ziləri hətta Əbu Bəkr ibni Mücahidi yeddi
qiraət üsulunu mö᾽təbər hesab etdiyi üçün tənqid atəşinə tutmuşlar. Onlar deyirlər: Yeddi
deyildikdə, bir çoxları qiraətlə üslub arasında heç bir fərqin olmadığını güman edir və bu
səbəbdən də əksər hallarda səhvə düçar olurlar.
Sonra əlavə edərək deyir: Əhməd ibni Amir Məhdəvi deyir: Yeddi qiraət üsullarını mö᾽təbər
hesab edən şəxslər, camaatı anlaşılmaz vəziyyətdə qoyurlar. Çünki bu barədə kifayət qədər
mə᾽lumatı olmayan kütlə, nəql olunmuş rəvayətlərdən səhv nəticə çıxardaraq qiraətlərin yeddi
üslubla əsla fərqlənmədiyini güman edir. İbni Mücahid qiraətləri müəyyən etdiyi zaman belə bir
ixtilafın meydana gəlməməsi üçün onlardan yalnız birini müəyyən etsəydi, çox gözəl olardı...
Məşhur qiraət ustası İsmayıl ibni İbrahim ibni Məhəmməd Qurab «Şafi» kitabında yazır: Yalnız
yeddi qarinin qiraətini seçib, digər qiraətləri rədd etməkdə heç bir rəvayətə əsaslanmaq olmaz.
Lakin son illərin alim və mütəxəssisləri, yeddi qaridən savayı kimsəni tanımadıqları üçün, öz
əsərlərində yalnız onların qiraətlərinə işarə etmiş və onları «Kitabus-səb᾽ə» (Yeddi kitab)
adlandırmışlar. Bu kitablar tədriclə camaat arasında yeddi qiraət üsulunu sübuta yetirəcək dəlilə
çevrilmişdir.»
103
Əbu Məhəmməd Məkki deyir: «Alimlərdən bə᾽ziləri öz kitablarında yetmişə yaxın qarinin adını
çəkmiş və onlardan bə᾽zilərini elmi baxımdan yeddi mö᾽təbər qaridən daha üstün tutmuşlar. Belə
bir halda bu yeddi qarinin qiraətini Qur᾽anın yeddi qiraət üslubu ilə necə uyğunlaşdırmaq olar?!
Görəsən bu mətləbə istinad etmək haqq və ədalətdən uzaqlaşmaq deyildirmi?! Ümumiyyətlə bunu
təsdiq edəcək hər hansı bir dəlilə istinad etmək olarmı? Peyğəmbərdən (s) bu barədə rəvayət nəql
olunduğu bir halda bu qiraətləri, yeddi Qur᾽an üslubu ilə eyni hesab etmək düzgün olardımı?
Tarixə nəzər saldıqda görürük ki, Kəsai, Mə᾽munun xilafəti dövründə qarilər sırasına daxil olur.
Əvvəllər yeddinci qari Yə᾽qub Həzrəmi hesab olunardı və Hicrətin 300-cü ilində İbni Mücahid,
Kəsaini, Yə᾽qub Həzrəminin yerinə tə᾽yin edir!!» (Tibyan 82-ci səh).
Şərəf Musa deyir: «Bir çoxları qiraətlə yeddi Qur᾽an üslubunu eyni hesab etməklə böyük bir
səhvə yol vermiş olurlar. Şübhə yoxdur ki, belə bir təfəkkür tərzi onlarda, kifayət qədər mə᾽lumat
əldə edə bilmədikləri üçün yaranmışdır.»(Tibyan, səh.61.)
Qurtəbi deyir: «Davudi və İbni Səfrə kimi bir çox alimlərimiz də qiraətlərlə üslublar arasında heç
bir fərqin olmamasına dair fikir irəli sürmüşlər. Onlar deyirlər: Səhabələr qiraətlərin hər hansı
birini seçməkdə tamamilə azaddırlar.»
İbni Nuhas və başqaları bu haqda deyir: «Üslub dedikdə, biz yalnız bir şeyi nəzərdə tutmalıyıq. O
da, xəlifə Osmanın dövründə yığılmış Qur᾽an nüsxələridir. O ki qaldı qiraət üslublarına, bu,
sonralar alimlər tərəfindən müəyyən olunmuşdur müxtəlif oxunuş qaydalarıdır.» (Təfsir Qurtəbi.
1-ci cild, 46-cı səh).
İbni Cəzri də Kəsainin Qur᾽anın yeddi üslubda nazil olduğunu, qiyamət gününədək bu əsasda
oxunacağına dair irəli sürdüyü nəzəriyyəsini tamamilə batil və əsassız hesab edərək demişdir: Siz
özünüz bu nəzəriyyənin nə qədər zəif və əsassız olduğunun şahidisiniz. Çünki, kifayət qədər
mə᾽lumat əldə etmiş şəxslər yeddi, on, on üç qiraət üslublarının yalnız son illərdə meydana gəlib
məşhurlaşdığını çox gözəl dərk edirlər. Bu qiraət üsullarını hicrətin birinci yüz illiyində istifadə
olunan qiraətlərlə müqayisə etsək, sanki dənizdən bir damla su götürmüş kimi oluruq. Belə ki,
yeddi mö᾽təbər qarinin qiraətindən təqlid və istifadə etmiş şəxslər olduqca çox olmuşlar.
Biz burada onlarla yanaşı, saysız-hesabsız qiraət nəql etmiş ravilərin də fəaliyyətinin şahidi
oluruq. Hicrətin üçüncü yüz illiyinə qədər onların fəaliyyəti bu minvalla davam etmiş və üçüncü
yüz illiyin axırlarında özünün ən son həddinə çatmışdır. Üçüncü yüz illik sona çatdıqda
məşğuliyyətlər çoxalır və yaddaşlarda zəiflik yaranmağa başlanır. Bir tərəfdən də, digər elmlərlə
müqayisədə hədis və təfsir elmlərinə daha çox diqqət yetirilməyə başlanır. Alimlərdən bə᾽ziləri
özlərinin və ya təhsil aldıqları qiraət ustalarının qiraətini yazılı şəkildə qoruyub saxlamağa daha
çox üstünlük verirdilər.
Hamının e᾽timadını qazanmış Əbu Ubeyd Qasim ibni Səlami ilk dəfə olaraq qiraətləri bir yerə
toplayaraq kitab halına salmışdır. Hicrətin 224-cü ilində vəfat etmiş Əbu Ubey nəql olunmuş bu
qiraətləri 25 qiraət üslubunda xülasə və tənzim edə bilmişdir. Sonra Əhməd ibni Ubeyr ibni
Məhəmməd Kufi (258-ci Hicri ili) Antakiyada yaşadığı illərdə beş böyük şəhərin hər birindən
(Məkkə, Mədinə, Bəsrə, Kufə, Şam) bir qari seçərək onlar barəsində ayrıca kitab yazmışdır.
104
Qalun ilə birlikdə təhsil almış Qazi İsmayıl ibni İshaq Maliki (282-ci Hicri) öz kitabında iyirmi
məşhur qari haqda ətraflı mə᾽lumat vermişdir. Onların siyahısında yeddi mö᾽təbər qarinin adlarını
da görmək olur. Qazidən sonra Məhəmməd Cərir Təbəri (301-ci Hicri) «Əl-cam» adlı kitabını
yazmış və orada iyirmidən çox qari haqda ətraflı mə᾽lumat vermişdi. Sonra Əbu Bəkr Məhəmməd
ibni Əhməd ibni Əmr Dağuyi (324-cü Hicri) məşhur qiraətlər haqda kitab tərtib edərək orada Əbu
Cə᾽fər Təbərinin də on mö᾽təbər qaridən biri olduğunu qeyd etmişdir. Və nəhayət Əbu Bəkr
Əhməd ibni Musa ibni Abbas ibni Mücahid (324-cü Hicri) ilk dəfə bu qiraətləri yeddi mö᾽təbər
qiraət adlandırmışdır. O, öz kitabında Dacuyi və Təbəri haqda da ətraflı mə᾽lumat vermişdir.
Qiraət barəsində kitab yazmış İbni Cəzri öz əsərində digər təhqiqatçıların həyat və yaradıcılıqları
haqda söhbət açdıqdan sonra deyir: «Qiraətlərin tarixi haqda ətraflı mə᾽lumat verməkdən əsas
məqsəd, kifayət qədər mə᾽lumat əldə etməyən şəxslərə həqiqəti bildirməkdir.»
Çünki onlar, Peyğəmbərin (s) dəfələrlə işarə etdiyi «yeddi hərf» və «yeddi oxunuş» üslubu ilə
yeddi mö᾽təbər qiraətlər arasında heç bir fərqin olmadığını güman edirlər. Bu isə tamamilə yanlış
bir əqidədir. Bə᾽zi mə᾽lumatsız şəxslər belə güman edirlər ki, mö᾽təbər hesab olunan qiraətlər
yalnız «Əşşatibiyyə» və «Əttəysir» adlı kitablarda, haqqında söhbət açılan qiraətlərdir. İstinad
etdikləri yeganə mənbə isə Peyğəmbərdən (s) nəql olunmuş «yeddi hərf» və «yeddi oxunuş»
hədisidir. Onlar hətta bu kitabda adları çəkilməyən qiraətləri qeyri-mö᾽təbər və əsassız hesab
etmişlər. Bir halda ki, orada adları çəkilməyən və yeddi qiraət üsullarından hesab olunmayan
bə᾽zi qiraətlər onların bir çoxundan daha mö᾽təbər və daha düzgündür. Belə bir böyük səhvə yol
vermələrinin əsas səbəbi, onların «Qur᾽an yeddi üslubda nazil olmuşdur» hədisindən çıxardıqları
səhv nəticə, digər tərəfdən isə yeddi qiraət üslubu haqda əldə etdikləri bə᾽zi mə᾽lumatlardır. Buna
əsasən də onlar yeddi qiraət üslubu ilə Qur᾽anın «yeddi hərf» və «yeddi oxunuş» üslubu arasında
heç bir fərqin olmadığını zənn etmişlər. Bir çox keçmiş alimlər İbni Mücahidi qiraətləri yeddi
hissəyə böldüyünə və onun sayını yeddidən nə çox, nə də az qeyd etmədiyinə görə tənqid atəşinə
tutmuşlar. Çünki, mə᾽lumatı olmayan bir çox şəxslər qiraətlərlə üslublar arasında heç bir fərqin
olmadığını güman edərək böüyk səhvlərə yol verirlər.
Əbu Şammə deyir: «Bir çoxları belə güman edirlər ki, yeddi qiraət deyildikdə hədisdə nəzərdə
tutulan ifadələr nəzərdə tutulur. Bir halda ki, alimlər belə bir nəzəriyyəni rədd edirlər. Bəli, belə
bir yanlış mə᾽lumata bu haqda heç bir mə᾽lumatı olmayan cahil insanlar əsaslanırlar.» (Əl-itqan
(Süyuti). 1-ci cild, 138-ci səh).
Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, qiraətlərin heç biri mütəvatir olaraq qarilərin
özləri və ya Peyğəmbər (s) tərəfindən nəql olunmamışdır. Onların mütəvatirliyinin qarilər
tərəfindən nəql olunduğu fərz olunsa da, qəti şəkildə bilmək lazımdır ki, Peyğəmbərdən (s) bu
məzmunda mütəvatir olaraq bircə rəvayət də nəql olunmamışdır.
Demək, mö᾽təbər qiraətlər ya vahid xəbər formasında nəql olunmuş, ya da qarilərin özlərinin
ictihadı nəticəsində meydana gəlmişdir. Belə olduqda biz burada iki mətləbi aydınlaşdırmalıyıq:
1. Bütün qarilərin mö᾽təbər olub-olmaması;
105
2. Bu qiraətlərdən namazda istifadə olunub-olunmamasının düzgünlüyü.
Gələcək fəsillərdə biz onların hər biri haqda ətraflı söhbət açacağıq.
QİRAƏTLƏRİN DƏLİL OLMASI HAQDA
ŞƏRİƏT MƏSƏLƏLƏRİNDƏ YEDDİ QİRAƏT ÜSLUBU İLƏ İSTİDLAL ETMƏK
OLARMI?
1. Alimlərin bə᾽ziləri bütün qiraət üslublarını mö᾽təbər hesab edərək bir çox şəriət məsələlərində
onlara istinad etmişlər. Belə ki, Həfs istisna olmaqla, Kufə qariləri «Heyz zamanı qadınlardan
kənar olun, heyzdən təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin» ayəsinə istinad edərək,
heyz qusulu almamış qadınla yaxınlıq etməyin haram olduğuna istinad etmişlər. Göründüyü kimi
onlar «yəthərnə» kəlməsini təşdidlə, yə᾽ni «yəttəhhərnə» oxumuşlar. Yə᾽ni «heyzdən uzaq olun
və (qadınlarınız) qüsl almayınca onlarla yaxınlıq etməyin».
Cavab: Bu qiraətin düzgünlüyünə dair heç bir dəlil yoxdur və qiraətlər arasında ixtilaf olduğu bir
halda şəriət məsələlərində onlardan birinə istinad etmək olmaz. Bunun isə iki əsas səbəbi vardır:
Birincisi, qiraətlərin səhv olmasının mümkünlüyü;
İkincisi, qiraətlərə əməl olunmasının vacibliyinə dəlalət edən əqli və şər᾽i dəlillərin olmaması ilə
yanaşı, əql və şəriətin insana yəqinlik hasil etmədiyi hər hansı bir şeyə əməl etməyi qadağan
etməsi. Bu haqda gələcək fəsillərdə ətraflı söhbət açacağıq.
2. Deyə bilərlər ki, qiraətlər mütəvatir olmasa da, Peyğəmbərdən (s) nəql olunduğu üçün, onları
heç olmasa vahid xəbər formasında nəql olunmuş hədislərə aid edə bilərik. Demək, vahid xəbərin
e᾽tibarlı olmasına dəlalət edən amillər bu qiraətin də mö᾽təbərliyinə dəlalət edəcəkdir.
Cavab: Qiraətlərin rəvayət olunduğu sübuta yetmədiyi bir halda təbii ki, vahid xəbərin də dəlil
olması onları sübuta yetirməyəcəkdir. Belə ki, bir qədər əvvəl qiraətlərin qarilərin şəxsi rə᾽y və
ictihadları nəticəsində meydana gəlməsinin ehtimal verildiyinə işarə etdik. Bə᾽zi alimlərin bu
mətləbə əhəmiyyət verməsi bu ehtimalı bir daha təsdiq edir.
Əgər qarilər arasında yaranmış ixtilafların əsas səbəbini ilk vaxtlar hərflərin nöqtəsiz, durğu
işarələrinin olmamasında görmüşdüksə, onların ictihad etməsi haqda irəli sürülmüş nəzəriyyə bir
daha özünü sübuta yetirir. İbni Əbi Haşim bu barədə deyir: Qarilərin qiraətlərində yaranmış
ixtilafların əsas səbəbi, səhabələrin fəth olunmuş məntəqələrə göndərilərək, orada yerli əhaliyə
Qur᾽an ayələrini nöqtə və işarələrsiz öyrətmələri olmuşdur. Yazıb-oxumaq savadı olmayan
şəxslər Qur᾽anı başqalarından şifahi şəkildə dinləməklə əzbərləməyə çalışırdılar. Əzbərlədikləri
hər bir ayə Qur᾽an nüsxələri ilə uyğun gəldikdə ona əməl edir, ziddiyyətli nəzərə çarpdıqda isə
onu tərk etməli olurdular. Beləliklə də müxtəlif şəhər və məntəqələrdə bir-birindən fərqlənən
qiraət üsulları meydana gəldi.
106
Zərqani deyir: Müsəlmanlar İslamın zühur etdiyi ilk illərdə Qur᾽anın orjinallığını qoruyub
saxlamaq və müxtəlif qiraətlərin qarşısını almaq məqsədilə, hərflərin üzərinə nöqtə və hərəkələr
qoymadan oxumağa cəhd edirdilər. Lakin gözlənildiyinin tam əksi baş verdi. Qiraətlərdəki fərq
daha çox hiss olunmağa başladı. Müxtəlif qiraət və tələffüzlərin çoxaldığını hiss edən
müsəlmanlar hərflərə nöqtələr əlavə etməyə məcbur oldular. (Mənahilul irfan. 402-ci səh).
2.Ravinin vahid xəbər formasının doğruluğuna dair mö᾽təbər hesab etdiyi dəlilləri nə qiraətlərin
ravilərinə, nə də qiraət üslublarının rəvayət olunmasına şamil etmək olar. Çünki, onların şərh-halı
artıq e᾽timad olunası şəxslərin olmadıqlarını sübuta yetirmişdir.
3. Bütün qiraətlərin şəxsi rə᾽y və ictihadlara deyil, yalnız rəvayətlərə istinad olunduğunu, bütün
qarilərin e᾽timad olunası şəxs olduqlarını fərz etsək də, onların tamamilə mö᾽təbər olduqlarını
qəbul edə bilmərik. Çünki, əldə etdiyimiz icmali elmin vasitəsilə belə mə᾽lum olur ki, qiraətlərin
bir qismi əsla Peyğəmbər (s) tərəfindən bəyan olunmamışdır. Belə bir halda təbii ki, icmali elm
qiraətlər arasında ixtilafın yaranmasına səbəb olmalı idi. Belə ki, qiraətlərin biri digərini təkzib
edəcək və nəticədə hər biri öz e᾽tibarını itirməli olacaqdı. Qiraətlərdən birini digərindən üstün
tutmaq yalnız o zaman düzgün ola bilər ki, əlimizdə onun e᾽tibarlığını sübuta yetirəcək kifayət
qədər dəlil olsun. Əks təqdirdə qiraətlərdən birinin digərindən üstün tutulması şəriət qanunlarına
əsasən, tamamilə zidd olacaqdır.
Əgər bütün qiraətlərin mö᾽təbərliyinə istinad etsək, yenə də həmin nəticəyə gələcəyik. Şəriət
məsələlərinin həllində onlardan istifadə etməyə gəldikdə isə, burada üstün xüsusiyyətləri bəyan
edən və mə᾽na baxımından bir-biri ilə ziddiyyət təşkil edən rəvayətlərə istinad etməli olacağıq.
Çünki, əgər hər iki qiraətin mütəvatir olduğunu təsdiq etsək, onların hər ikisinin Allah tərəfindən
nazil olmasını qəbul etməli olacağıq. Demək, qiraətlərin hər ikisi sənəd baxımından eyni, zahiri
mə᾽na baxımından isə bir-biri ilə tamamilə müxtəlif olacaqdır. Bu isə qeyri-mümkündür.
İcmali olaraq qiraətlərdən birinin mö᾽təbər olmadığını bilsək, onda gərək hər ikisini inkar edib
digər üsul və qanunlara müraciət edək. Çünki, zahiri mə᾽nanı nəzərə alaraq onlardan birini
digərindən üstün və həmçinin üstün tutduğumuz qiraəti mö᾽təbər hesab edə bilmərik. Belə ki, iki
şeydən birini digərindən yalnız o zaman üstün tutmaq olar ki, onlardan hansınınsa mö᾽təbər olub-
olmamasında yəqinlik hasil etmiş olaq. Qiraətlərdən hər hansı biri ziddiyyətli olsa artıq, onlardan
heç birini mö᾽təbər saya bilmərik. Çünki, belə olduqda onlar sənəd baxımından bir-birindən
fərqlənməyəcək.
YEDDİ QİRAƏT ÜSLUBLARININ HƏR BİRİ İLƏ NAMAZ QILMAQ OLARMI?
İstər sünnü, istərsə də şiə alimlərinin bir çoxu yeddi qiraət üslubu ilə, bə᾽ziləri isə mövcud olan on
və ya daha çox qiraət üslubları ilə namaz qılmağı düzgün hesab edirlər.
Lakin, namazda Qur᾽an ayələrinin düzgün tələffüz edilməsinin vacib şərtlərdən olmasını nəzərə
alaraq deyə bilərik ki, qiraətə olduqca böyük əhəmiyyət yetirilməli, namazda bütün qiraətlərdən
deyil, yalnız Peyğəmbər (s) və ya imamlar tərəfindən düzgünlüyü təsdiq olunan qiraətlərdən
istifadə olunmalıdır. Demək, düzgünlüyü sabit olmayan hər hansı bir surə və ya kəlməni Qur᾽an
107
adlandırmaq olmaz və insan, üzərinə düşən məs᾽uliyyəti elə yerinə yetirməlidir ki, nəticədə ona
olduğu kimi əməl etməsinə yəqinlik hasil etsin. Diqqət yetirsək mə᾽lum olar ki, ya gərək
qiraətlərin sayı miqdarında namaz qılınsın, ya da ixtilafa səbəb olan kəlmə və ya ifadə müxtəlif
tələffüz formalarında təkrar edilsin. Yalnız belə olduqda insan üzərinə düşən məs᾽uliyyəti olduğu
kimi yerinə yetirmiş olur. Məsələn, Fatihə surəsinin 4-cü ayəsi həm «Maliki yəvmiddin», həm də
«Məliki yəvmiddin» şəklində oxunsun.
Namazda Fatihə surəsindən sonra oxunan surələrə gəldikdə isə, gərək qiraətində heç bir ixtilaf
olmayan surələr oxunsun.
Bir anlıq imamların tövsiyələrinə nəzər salaq. Onlar zəmanələrində istifadə olunan qiraətlərin
düzgünlüyünə nəzarət edir və öz davamçılarına bu qiraətlərdən istifadə etmələrini tövsiyə
edirdilər. «Öyrəndiyiniz kimi oxuyun», «Sən də camaat oxuduğu kimi oxu». (Kafi-nəvadir fəsli.
Qur᾽anın fəziləti).
Qiraətlərdən bə᾽zilərinin yasaq olunmasına gəldikdə isə, qeyd etməliyik ki, bu barədə onlar
tərəfindən rəvayət nəql olunmamışdır. Və əgər nəql olunsaydı təbii ki, mütəvatir və ya vahid
xəbər formasında bizlərə gəlib çatardı.
Buradan belə bir nəticəyə gəlirik ki, namazdakı Qur᾽an qiraətlərini yeddi və ya on üsluba ayırmaq
heç bir mə᾽na kəsb etmir. Yə᾽ni insan, qondarma və qeyri-mö᾽təbər qiraətləri çıxmaq şərti ilə,
namazda istədiyi qiraətlərdən istifadə edə bilər. Məsələn, «Maliki yəvmiddin» ayəsini«mələkə
yəvməddin» kimi oxumaq düzgün deyildir.
«İnnəma yəxşəllahə min ibadihil uləmau» ayəsindəki Allah kəlməsini zəmmə ilə «yəxşəllahu» və
«uləma» kəlməsini fəthə ilə «uləmaə» kimi oxumaq tamamilə yanlış və səhv qiraət üsuludur. Bu
qiraəti Əbu Hənifə, Xəzaidən nəql etmişdir. (Ayənin mə᾽nası belədir: «Allahdan öz bəndələri
içərisində ancaq alimlər qorxar.» Xəzainin şəraitindən isə bunun tam əks mə᾽nasını əldə edirik.
Yə᾽ni, «Alimlərdən qorxan yalnız Allahdır.»)
Qeyd olunanlardan belə bir nəticəyə gəlirik ki, imamların zamanında mövcud olmuş, düzgünlüyü
onlar tərəfindən təsdiq olunan qiraətlərdən gündəlik namazlarda istifadə etmək tamamilə doğru və
düzgündür.
YEDDİNCİ FƏSİL
1. «Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdırılması;
2. «Yeddi hərf» və «yeddi oxunuş» üslubunun mə᾽na və məfhumu.
«Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdırılması;
«YEDDİ HƏRF» VƏ «YEDDİ OXUNUŞ» HAQDA NAZİL OLMUŞ RƏVAYƏTLƏRİN
ARAŞDIRILMASI
HƏDİSLƏRİN MƏTNİ
108
Əhli sünnə alimləri öz kitablarında Qur᾽anın «yeddi hərf» və «yeddi oxunuş»u haqda bir çox
hədis və rəvayətlər nəql etmişlər. Burada onlardan bir neçəsini araşdırmağı məqsədəuyğun
görürük.
1. Təbəri, Yunus və Əbi Kəribdən, onlar da İbni Şəhabdan, o da İbni Abbasdan və o da
Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir:
Peyğəmbər (s) buyurur: «Cəbrail Qur᾽anı mənə yalnız bir səbkidə oxudu. Mən də onu bir müddət
həmən səbkidə oxuyurdum. Sonra mən ondan bunun sayını artırmasını xahiş etdim. O da,
qiraətlərin sayını artırıb yeddiyə çatdırdı.»
Bu hədisi Müslim öz kitabında Hərmələdən, o da İbni Vəhəbdən və o da Yunusdan nəql etmişdir.
(Səhih Müslüm. 2-ci cild, 202-ci səh).
2. Buxari, Əbi Kəribdən, o da Əbdürrəhman ibni Əbi Leyladan, o da babası Ubeyy ibni Kə᾽bdən
nəql edərək yazır: «Məsciddə idim, bir şəxs daxil olub namaz qılmağa başladı. Qiraəti xoşuma
gəlmədiyi üçün ona bir neçə irad tutdum. Sonra başqa birisi daxil olub tam başqa bir qiraətlə
namaz qılmağa başladı. Mən onun da qiraətinə irad tutdum. Yaranmış anlaşılmamazlığı aradan
qaldırmaq üçün hər üçümüz Peyğəmbərin (s) yanına getdik. O həzrəti gördükdə dedim: Bu iki
nəfər məsciddə qiraətləri bir-birindən fərqli namaz qılırdılar və mən hələ bu vaxta qədər onların
qiraətinə bənzər qiraət eşitməmişdim. Peyğəmbər (s) onların qiraətlərini dinləyib hər ikisini
alqışladı. Bu əhvalat məndə şübhə hissi yaratdı, lakin bu hiss, cahiliyyət dövründəki hisslərimdən
fərqli idi. Peyğəmbər (s) mənim nigaran qaldığımı görüb əlini ahəstəcə sinəmə qoydu. Xəcalət
hissi bütün vücudumu bürüdü. O həzrət buyurdu: Ey Ubeyy! Mənə, Qur᾽anın yalnız bir səbkidə
oxunması əmr olundu. Lakin mən, bunun ümmətim üçün bir qədər asan olmasını istədim. İkinci
dəfə əmr olundu və mən yenə də öz xahişimi təkrar etdim. Bu əhvalat üç dəfə təkrar olundu və
mən öz xahişimi üçüncü dəfə də təkrar etdim. Bu dəfə mənə Qur᾽anın yeddi səbkidə oxunması
əmr olundu. Sonra mənə dedilər: İstəklərin tə᾽xirə düşdüyü üçün onların hər birinin müqabilində
bir şey istəyə bilərsən. Belə olduqda mən ikinci istək olaraq, Allah-taaladan ümmətin
bağışlanmasını istədim! Üçüncü istəyimi isə hamının mənə ehtiyacı olacağı günə saxlamışam.»
Bu rəvayəti bir qədər qısa şəkildə Müslim də öz kitabında nəql etmişdir. Təbəri də digər ravilərə
istinad edərək bu rəvayəti bir qədər fərqli şəkildə öz kitabında gətirmişdir.
3. Təbəri, Əbi Kəribdən, o da Süleyman ibni Sərddən və o da Ubeyy ibni Kə᾽bdən nəql edərək
deyir: «Günlərin bir günündə məscidə daxil oldum və orada olduğum müddət ərzində namaz
qılanların qiraətini dinləməyə başladım. Lakin, onlardan birinin qiraəti məni lap təəccübləndirdi.
Ondan bu qiraəti kimdən öyrəndiyini soruşdum. O, «Peyğəmbərdən (s)»-deyərək cavab verdi.
Sonra onu Peyğəmbərin (s) yanına aparıb qiraətini dinləməsini xahiş etdim. Peyğəmbər (s) onu
dinlədikdən sonra öz razılığını bildirdi. Dedim: Ya Rəsuləllah! Sizin mənə öyrətdiyiniz qiraət bu
şəxsin qiraəti ilə bir qədər fərqlidir. Buyurdu: «Həm onun, həm də sənin qiraətin tamamilə
düzgündür.» Dedim: Ya Rəsuləllah! Həm mənə, həm də ona afərin deyirsiniz?!
Sonra əlini sinəmə vurub bu duanı etdi. İlahi! Ubeyin qəlbindəki şəkk-şübhəni ondan uzaq et!
109
Ubeyy deyir: Qorxu hissi büs-bütün vücudumu bürüdü. Sonra Peyğəmbər (s) buyurdu: «Günlərin
bir günündə yanıma iki mələk gəldi. Onlardan biri Qur᾽anı yalnız bir səbkidə oxumağımı əmr
etdi, ikinci mələk isə dedi: Bir qədər də əlavə et! Dedim: Bu xahişi mən də ondan etdim. Dedi:
Elə isə iki səbkidə oxu! Biz bu xahişi bir neçə dəfə təkrar etdik. Səbkilərin sayı yeddiyə çatdıqda
daha ondan heç bir şey istəmədik.»
4. Təbəri, Əbu Kəribdən, o da atasına istinad edərək Əbdürrəhman ibni Bəkrədən və o da
Peyğəmbərdən (s) nəql edərək deyir: «Cəbrail nazil olub dedi: Qur᾽anı yalnız bir səbkidə oxu!
Mikayıl (mələk), ondan əlavə etməsinə xahiş etməyimi məsləhət gördü. Mən də ondan əlavə
etməsini xahiş etdim. Cəbrail dedi: Elə isə iki səbkidə oxu! Mən səbkilərin sayı yeddiyə çatana
qədər ondan xahiş etdim. Sonra dedi: Bu səbkilər artıq kifayət edər. Lakin diqqət yetirmək
lazımdır ki, əzab ayələri mə᾽na baxımından rəhmət (bağışlama) və rəhmət ayələri əzab ayələrinə
çevrilməsin.»
5. Təbəri, Əhməd ibni Mənsurdan, o da Abdullah ibni Təlhədən, o da atasından nəql edərək deyir:
«Günlərin bir günündə bir şəxs Ömər ibni Xəttabın qarşısında Qur᾽an oxuyur. Ömər bu qiraətə
qane olmayıb ona e᾽tiraz edir. Həmən şəxs deyir: Peyğəmbər (s) mənim qiraətimi dinləmiş və
düzgünlüyünü təsdiq etmişdir. Ömər bu sözlərə də inanmayıb onu Peyğəmbərin (s) yanına aparır.
Həmən şəxs dedi: Ya Rəsuləllah! Məgər mən hüzurunuzda Qur᾽an oxuduqdan sonra siz
qiraətimin düzgünlüyünü təsdiq etmədinizmi? Peyğəmbər (s) buyurdu: «Bəli!» Ömər bu
əhvalatdan çox narahat olur. Belə ki, Peyğəmbər (s) onun narahatlığını hiss edir və əlini sinəsinə
qoyub üç dəfə bu sözləri təkrar etdi: Şeytanı özündən uzaq et!» Sonra buyurdu: «Ömər, bu
qiraətlərin hamısı tamamilə düzdür. Lakin diqqət yetirmək lazımdır ki, əzab ayələri mə᾽na
baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələrinə çevrilməsin.»
Təbəri buna oxşar başqa bir əhvalatı, Ömər ibni Xəttab və Hişam ibni Həkəm arasında baş
verdiyini də Yunus ibni Əbdül Ə᾽ladan nəql etmişdir.
Bu əhvalatı Buxari, Müslüm, Termizi də öz kitablarında gətirmişlər.
6. Təbəri, Məhəmməd ibni Musənnadan, o da İbni Əbi Leyladan, o da Ubeyy ibni Kə᾽bdən nəql
edərək deyir: «Peyğəmbər (s) Ğəffar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir və
deyir: «Ya Rəsuləllah! Allahın sənə Qur᾽anı öz davamçılarına yalnız bir səbkidə öyrətməyini və
onların bu səbkidə oxumalarını əmr edir. Peyğəmbər (s) buyurur: «Allahın bizə rəhm etməsini
istəyirəm. Çünki, mənə iman gətirmiş şəxslər belə bir ağır hökmü icra etməyə qadir deyillər.»
Ubeyy deyir: Cəbrail ikinci dəfə yerə enərkən ona bu xəbəri çatdırır: Allahın sənə Qur᾽anı iki
səbkidə oxumağını əmr edir. Peyğəmbər bir daha həmən xahişi təkrar edir. Bu əhvalat bir neçə
dəfə təkrar olur və nəhayət Cəbrail dördüncü dəfə nazil olduqda Peyğəmbərə (s) Qur᾽anı yeddi
səbkidə oxumaq icazəsini verir. Bu qiraətlərin hər birindən istifadə edən şəxs, onların tamamilə
düzgün olmasına əmin olmalıdır. (Səhihi Müslüm. 2-ci cild, 203-cü səh.).
7. Təbəri, Əbi Kəribdən, o da Zərrdən, o da Ubeydən nəql edərək deyir: «Peyğəmbər (s) Məra-
əhcar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir. Peyğəmbər (s) ona deyir: «Mən heç
bir savadı olmayan və içərilərindən çoxlu yaşlı qadın və kişi olan bir ümmətə peyğəmbər olaraq
110
göndərilmişəm.» Cəbrail onun nə demək istədiyini başa düşüb deyir: «Elə isə Qur᾽anı yeddi
səbkidə qiraət edin.» (Səhihi Termizi. 11-ci cild, 64-cü səh.).
8. Təbəri, Əmr ibni Osman Osmanidən, o da Məqbəridən və o da Əbu Hüreyrədən nəql edərək
deyir: Peyğəmbər (s) buyurdu: «Qur᾽an yeddi səbkidə nazil olmuşdur. Onu istədiyiniz bu
səbkilərin hər hansı birində qiraət edə bilərsiniz. Lakin diqqət yetirmək lazımdır ki, qiraət zamanı
əzab ayələri mə᾽na baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələri ilə əvəz olunmasın.»
9. Təbəri, Ubeyd ibni Əsbatdan, o da Ubeyy Sələmədən və o da Əbu Hüreyrədən nəql edərək
deyir: «Peyğəmbər (s) buyurur: «Qur᾽an yeddi səbkidə nazil olmuşdur. Orada Əlim, Həkim,
Ğəfur, Rəhmi kimi ifadələr bir-birinin yerində işlənmişdir.»
10. Təbəri, Səid ibni Yəhyadan, o da Abdullah ibni Məs᾽uddan nəql edərək deyir: «Surələrdən
birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə
son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Evə daxil olduqda,
Peyğəmbərin (s) Əli ibni Əbi Talib (ə)-la birlikdə nə haqdasa söhbət etdiyini gördük. Mətləbi
açıqladıqda qəzəbdən Peyğəmbərin üzünün rəngi dəyişdi. Sonra bizə tərəf gəlib buyurdu:
«Keçmiş ümmətlər bu kimi mə᾽nasız ixtilaf və qarşıdurmaların nəticəsində məhv olub aradan
getmişlər.» Bizdən ayrılıb Əliyə (ə) təklikdə nə isə dedi. Sonra Əli (ə) üzünü bizə tutub buyurdu:
«Allahın peyğəmbəri Qur᾽anı öyrəndiyiniz kimi qiraət etməyi əmr edir.» (Təfsiri Təbəri. 1-ci cild,
9-15-ci səh).
11. Qurtəbi, Əbu Davuddan, o da Ubeydən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu: «Mənə
Qur᾽anın bir və ya iki səbkidə oxunması təklif olundu. Mələklərdən biri yanıma gəlib iki səbkidə
oxumağı tövsiyə etdi. Sonra iki və ya üç səbkidə oxunması təklif olundu. Mələk yenə də yanıma
gəlib üç səbkidə oxumağı tövsiyə etdi. Bu əhvalat bir neçə dəfə təkrar olundu və Qur᾽anın
oxunma səbkisinin sayı yeddiyə çatdırıldı. Sonra mənə deyildi: İstərsən “Əliymən”, istərsən
“Səliymən”, istərsən “Əziyzən”, istərsən də “Həkiymən” oxu. Lakin əzab ayələrini rəhmət ayələri
ilə əvəz etmə.»
Qur᾽anın müxtəlif səbkilərdə oxunmasına dair nəql olunmuş rəvayətlərin xülasəsini nəzərinizə
çatdırdıq. Gələcək fəsillərdə bu rəvayətlərin əsassız olduğu haqda ətraflı söhbət açacağıq.
RƏVAYƏTLƏRİN ZƏİF NÖQTƏLƏRİ
Qur᾽anın yeddi səbkidə oxunmasına dair nəql olunmuş rəvayətlərin hamısı əhli sünnə
mənbələrində nəql olunmuşdur. Biz burada daha çox əhəmiyyət kəsb edən rəvayətləri nəzərinizə
çatdırdıq. İndi isə onların zəif nöqtələrinə toxunacaq və nə qədər əsassız olduqlarını sübuta
yetirməyə çalışacağıq.
1. Bu rəvayətlər Zürarənin imam Baqirdən (ə) nəql etdiyi hədisin məzmunu ilə tamamilə
ziddiyyət təşkil edir. Hədisdə deyilir: «Qur᾽an birdir, o bir olan Allah tərəfindən nazil olmuşdur.
Qiraətdə yaranmış ixtilaflar isə qarilər tərəfindən meydana gəlmişdir.» (Üsuli-kafi, Nəvadir fəsli,
12-ci rəvayət).
111
Fəzl ibni Yəsar imam Sadiqdən (ə) Qur᾽anın yeddi səbkidə nazil olması haqda soruşdu. İmam (ə)
cavabında deyir: «Bu yalanı Allahın düşmənləri uydurmuşlar. Qur᾽an bir olan Allah tərəfindən
yalnız bir səbkidə nazil olmuşdur.» (Üsuli-kafi, Nəvadir fəsli, 13-cü rəvayət).
Qur᾽an və Peyğəmbərdən (s) sonra insanların dini məsələlərdə müraciət edə biləcəkləri ən
mö᾽təbər mənbə Peyğəmbərin (s) hər bir eyb, günah və nöqsandan uzaq olan Əhli-beytidir.
Onların bütün əmr və qadağaları bizlər üçün qanundur.
Belə bir halda onların tövsiyə və buyuruqları ilə ziddiyyət təşkil edən hədis və rəvayətlər heç bir
əhəmiyyət kəsb etməməlidir.
2. Rəvayətlərin məzmununda nəzərə çarpan ixtilaflar onların öz e᾽tibarını itirməsinə səbəb olur.
1) Məsələn, rəvayətlərdən birində deyilir: «Mikayıl, Peyğəmbərə (s) Cəbraildən oxunuş
səbkilərinin artırılmasını xahiş edir. O da, Peyğəmbərin (s) xahişini və müsəlmanların Qur᾽anı bir
səbkidə oxumağa qadir olmamalarını nəzərə alaraq, Allahın izni ilə onların sayını yeddiyə
çatdırır. Digər rəvayətdə isə bu işin həzrət Mikayılın tövsiyəsi olmadan həyata keçdiyi göstərilir.
2. Rəvayətdən birində deyilir: Ubey məscidə daxil olub orada bir şəxsin ona tanış olmayan bir
səbkidə qiraət etdiyini eşidir. Digər bir rəvayətdə isə, məsciddə olarkən oraya iki nəfər şəxsin
gəldiyi və onun qiraəti ilə zidd olan bir səbkidə qiraət etdikləri göstərilir.
3. Bə᾽zən verilən cavabların suallarla müvafiq olmadığının şahidi oluruq. Məsələn, İbni
Məs᾽udun nəql etdiyi rəvayətdə deyilir: Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması
haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına
getmək qərarına gəldik. Əhvalatı ona danışdıq. Əli (ə) Peyğəmbər (s)-la bir qədər söhbət etdikdən
sonra bizə tərəf gəlib buyurdu: Allahın peyğəmbəri sizə öyrəndiyiniz kimi qiraət etməyi əmr edir.
Göründüyü kimi sualla verilən cavab arasında heç bir əlaqə yoxdur.
4. Qur᾽anın yeddi müxtəlif səbkilərdə nazil olması mə᾽na və məfhum baxımından heç bir
əhəmiyyət kəsb etmir. Qur᾽anın müxtəlif səbkilərdə nazil olması ayələrin müxtəlif, bəlkə də
ziddiyyətli mə᾽nalar verməsinə səbəb ola bilər. Qur᾽anın ən başlıca hədəfi isə, bəşəriyyətin
nadanlıq və cəhalətdən uzaqlaşıb haqqa, ədalətə hidayət olmalarıdır.
YEDDİ OXUNUŞ SƏBKİNİN MƏ᾽NA VƏ MƏFHUMU
Bu haqda bir çox nəzəriyyələr irəli sürülmüşdür. Biz onlardan bə᾽zilərini burada qeyd edəcək və
onların mənfi xüsusiyyətlərinə toxunacağıq.
1. SİNONİM KƏLMƏLƏR
Birinci nəzər: Yeddi oxunuş səbki deyildikdə, eyni mə᾽nalar verən sinonim kəlmə və ya ifadələr
nəzərdə tutulur.
Məsələn, «əccil», «əsri᾽» və «is᾽ə» kəlmələrinin hər üçü «tələsmək» mə᾽nasını verir. Bu
məzmunda nəql olunmuş rəvayətlərə əsasən Qur᾽anı, eyni mə᾽na daşıyan, lakin yazılışı bir-biri ilə
112
fərqli olan ifadələrlə qiraət etmək olar. Bu nəzəriyyənin tərəfdarları belə bir fikir irəli sürmüşlər
ki, eyni mə᾽na daşıyan sinonim ifadələri Osmanın xilafəti dövründə Qur᾽an nüsxələrində görmək
olardı. Qiraətdə yaranmış ixtilafları nəzərə alaraq, Qur᾽anın orjinal formada yazılması və bir-biri
ilə fərqlənən nüsxələrin yandırılması əmr edilir. Təbəri və digər müfəssirlər bu nəzəriyyəyə
xüsusi diqqət yetirmişlər. Həmçinin Qurtəbi və İbni Əbdulbərr Qur᾽anın yeddi səbkidə
oxunmasına gəldikdə, bu nəzəriyyənin alimlərin bir çoxu tərəfindən irəli sürüldüyünə işarə
etmişlər.
NƏZƏRİYYƏNİ SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR
Əbu Bəkr və Əbu Davudun nəql etdikləri rəvayətlərlə yanaşı, bu nəzəriyyəni sübuta yetirəcək
digər dəlillər də vardır.
1. Yunus, İbni Şəhabdan nəql edərək deyir: «Sə᾽d ibni Museyyib deyir: «Nəhl» surəsinin 13-cü
ayəsində «[Biz, müşriklərin: Qur᾽anı] Məhəmmədə bir insan öyrədir! – dediklərini də bilirik»
deyildikdə, Peyğəmbərin (s) vəhy katiblərindən biri nəzərdə tutulur. Ayələr nazil olduqca
Peyğəmbər (s) onu imla edir, o isə ayələri kağız üzərinə köçürürdü. Ayələrin sonunda gələn
«səmiun əlimun» və «əzizun həkimun» kimi ifadələrlə qarşılaşdıqda, Peyğəmbərdən (s) onlardan
hansı birini yazmalı olduğunu soruşar və o həzrət də cavabında buyurardı: «Elə yazdıqların
düzdür.» Bu səbəbdən də o, özündə qürur və təkəbbürlük hiss etdi. Bə᾽zən bunu özünə böyük fəxr
bilib deyərdi: «Peyğəmbər (s) ayələrdə istifadə olunan bə᾽zi ifadələrin yazılmasını mənə həvalə
etmişdi. Mən də onları istədiyim kimi yazırdım.»
2. Ənəsin dediklərinə istinad edərək deyir:
O, «Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli
və [o zaman] söz demək [Qur᾽an oxumaq, dua etmək] daha münasibdir!» ayəsindəki «əqvəm»
kəlməsini «əsvəb» kimi qiraət edən zaman yoldaşları ona irad tutaraq deyirdilər. Ey Əba Həmzə!
Ayədə «əsvəb» deyil, «əqvəm»dir. Cavabında demişdi: «əqvəm, əsvəb və əhda kəlmələrinin hər
üçü eyni mə᾽na daşıyır.»
3. İbni Məs᾽udun qiraətinə istinad edərək deyir:
«[Onların cəzası] ancaq dəhşətli, tükürpədici bir səs [Cəbrailin qışqırtısı] oldu» ayəsində
«səyhətən vahidətən» birləşməsini «zəyqətən vahidətən» kimi oxumuşdu. «Səyhə» və «zəqyə»
eyni mə᾽nalı sözlər olub, dəhşətli və tükürpədici səs mə᾽nasını daşıyır.
4. Təbəri, Həmmama istinad edərək Məhəmməd ibni Bəşşar və Ubeyy Saibdən nəql edib deyir:
Əbu Dərda «Həqiqətən [Cəhənnəmdəki] zəqqum ağacı günahkar [kafir] kimsənin yeməyidir»
ayəsində «təamul əsim» birləşməsini «təamul yətim» kimi oxumuşdu. Əbu Dərda ayəni bir neçə
dəfə təkrar edir, lakin onu dinləyən şəxs ayənin mə᾽nasını başa düşmür. Sonra o, ayəni bir qədər
də dəyişərək «təamul facir» kimi oxumağa başlayır. Çünki «facir» və «əsim» kəlmələri eyni
mə᾽na daşıyır.
113
5. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə nəticəyə gəlirik ki, Qur᾽an, əzab ayələri rəhmət
və rəhmət ayələri əzab ayələri ilə əvəz olmamaq şərtilə yeddi müxtəlif səbkilərdə oxuna bilər.
Eləcə də ayədəki eyni mə᾽nalı sinonim sözlər bir-biri ilə əvəz oluna bilər.
Cavab: Gətirilən dəlilləri bir neçə səbəbdən əsassız hesab edə bilərik.
1) Yeddi oxunuş səbkisi deyildikdə, ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, sinonim sözlər
Qur᾽anın bütün ayələrində deyil, yalnız bir neçə yerində nəzərə çarpır. Belə bir halda, heç bir
zərurət olmadan eyni mə᾽nalı ifadələri bir-biri ilə əvəz etmək nə dərəcədə düzgün ola bilər?!
2) Qur᾽an öz fəsahət və bəlağəti ilə bütün səmavi kitablardan fərqləndiyi və əbədi mö᾽cüzə
olduğu bir halda, Peyğəmbər (s) orada istifadə olunan eyni mə᾽nalı sözlərin bir-biri ilə əvəz
olunmasına icazə verə bilərdimi?
Mə᾽lum məsələdir ki, sonuncu səmavi kitab olan Qur᾽an Qiyamətə qədər bəşəriyyətin istinad
edəcəyi yeganə ilahi mənbədir və onun mö᾽təbərliyinin əsaslı dəlillərindən biri də bu müqəddəs
kitabın orjinallıq və toxunulmazlıq məsələsidir. Əgər Qur᾽anda belə dəyişikliklərin aparılmasına
icazə verilsə və ümumiyyətlə belə bir şey mümkün olsa, onda artıq bu kitab nə orjinal sayılar və
nə də onun mö᾽cüzə olmasından danışmağa dəyməz. Əziz oxucular! Fikrimizi daha aydın şəkildə
çatdırmaq üçün misal olaraq «Yasin» surəsinin bir neçə ayəsini məhz Qur᾽anın özündə işlənən
sinonim sözlərlə əvəz edib sizin mühakimənizə verirəm.
Yasin. Vəzzikril həkim. İnnəkə ləminəl ənbiyai əla təriqin səviyy. İnzalil həmidil kərim.
Lətəxəvvəfə qovmən ma xəvvəfə əslafəhum fəhum sahun.
Hansı bir ağıllı insan qəbul edə bilər ki, Peyğəmbər (s) Allahın əmanəti olan müqəddəs kitabda
belə dəyşikliklərin aparılmasına icazə versin!? Əgər belə bir şey mümkün olsa, onda Qur᾽anın
təhrif edilməsini məqbul sayanlara gözaydınlığı vermək lazımdır. Çünki bu iddialara əsasən,
Peyğəmbər (s) özü şəxsən belə bir işə icazə vermiş olur.
Allah özü şahiddir ki, bu sözlər yalan və iftira, eyni zamanda bağışlanmaz günahdır.
Allah-taala öz peyğəmbərinə xitabən buyurur:
«Onlara de ki: Mən onu öz başına [istədiyim kimi] dəyişə bilmərəm. Mən ancaq mənə gələn
vəhyə tabe oluram».
Bu əmrdən sonra o həzrət bu kimi dəyişikliklərə yol verə bilərdimi?!
Rəvayətlərdən birində deyilir: Peyğəmbərin (s) Bərra ibni Azibə öyrətdiyi duaların birində belə
bir ifadə var idi: «Və nəbiyyukəlləzi ərsəltə». Bərra burada «nəbi» kəlməsini «rəsul» sözü ilə əvəz
edir. Bu sözlər mə᾽na baxımından bir-biri ilə o qədər də fərqli olmamasına baxmayaraq,
Peyğəmbər (s) belə bir dəyişikliyin aparılmasını ona qadağan edir. (Tibyan 58-ci səh.).
Şəxsən özü tə᾽lim etdiyi bir duanın mətninin əvəz olunmasına bu qədər diqqətli olan bir
peyğəmbər, Allah tərəfindən nazil olmuş və qiyamət gününədək toxunulmaz qalacağına və᾽də
114
verilən Qur᾽an ifadələrini bir-biri ilə əvəz edə bilərdimi?! Peyğəmbərin (s) Qur᾽anı yeddi səbkidə
oxumasını iddia edən şəxslər isə, ilk növbədə bu iddianı sübuta yetirməli və nümunə olaraq bir
neçə mətləbə işarə etməlidirlər. Həqiqətən əgər belə bir qiraət üsulu mövcud olsaydı, bu günə
qədər mütləq qorunub saxlanılardı. Qur᾽ani-kərimdə bu haqda deyilir:
«Şübhəsiz ki, Qur᾽anı biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən, artırıb
azalmadan] qoruyub saxlayacağıq.» (Hicr-9).
2. Rəvayətlərdən belə mə᾽lum olur ki, Qur᾽anın müxtəlif səbkilərdə qiraət olunmasının əsas
səbəbi, onun bir səbkidə oxunmasının müsəlmanlar üçün olduqca çətin olması olmuşdur. Qiraətin
asanlaşması məqsədilə Peyğəməbrin (s) xahişi ilə onların sayı yeddiyə çatdırılır. Lakin təəssüf
hissi ilə qeyd etmək lazımdır ki, qiraətlərin çoxalması nəinki müsəlmanların xeyrinə olmamış,
hətta ixtilaf və ayrı-seçkiliyin yaranmasına da səbəb olmuşdur. Belə ki, onlardan bə᾽ziləri
digərlərini fərqli qiraətlərinə görə küfrdə ittiham etmişlər. Bu səbəbdən də xəlifə Osman,
Qur᾽anın orjinal nüsxəsindən istifadə etməyi və digər nüsxələrin yandırılmasını əmr edir.
Buradan bir neçə nəticəyə gələ bilərik.
1. Qur᾽anın müxtəlif səbkilərdə oxunması müsəlman ümmətinə ağır nəticələr verdi və bu böhran
Osmanın xilafəti dövründə daha aşkar şəkildə zahir oldu.
Belə bir halda biz, qiraətlərin artırılmasına və bunun həyata keçməsinə dəlalət edən rəvayətlərin
mö᾽təbərliyinə istinad edə bilmərik. Bir haldakı bu məzmunda nəql olunmuş digər rəvayətlərdə
Peyğəmbərin (s) qiraətlərdə mövcud olan ixtilaflara qarşı çıxması və hətta bə᾽zi hallarda
qəzəbləndiyinin də şahidi oluruq. Ötən fəsillərdə bu mətləbə dəlalət edən bir neçə rəvayəti
nəzərdən keçirdik, növbəti fəsillərdəbu mövzuya bir daha qayıdacağıq.
2. Müsəlmanların Qur᾽anı yalnız bir səbkidə qiraət etməyə qadir olmamalarına gəldikdə isə, bu
tamamilə yanlış və əsassız bir dəlildir. Çünki, islamı qəbul etmiş ilk şəxslər milliyyətcə ərəb
olmuş və Qur᾽anın orjinal nüsxəsini tələffüz etmək onlar üçün heç də çətin olmamışdır. Hətta
Osmanın xilafəti dövründə belə, milliyyətcə ərəb olmayan ətraf məntəqələrin islamı qəbul etmiş
sakinləri də belə bir çətinliklə üzləşməmişlər.
3. Rəvayətlərdən belə mə᾽lum olur ki, Osmanın xilafəti dövründə meydana gəlmiş böhran
Peyğəmbərin (s) zamanında da mövcud olmuşdur. Lakin o həzrət hüzurunda Qur᾽an oxuyan hər
bir qarinin özünəməxsus səbkisini təsdiq etmiş və bu ixtilafın müsəlmanlar üçün rəhmət və böyük
ne᾽mət olduğunu bildirmişdir. Bu halda müsəlmanlar hansı səbəblər üzündən Peyğəmbərin (s) izn
verdiyi bir şeyi Osmanın xilafəti dövründə qadağan etmişlər.
Yoxsa, xəlifə müsəlmanların çətinliklərini Peyğəmbərdən (s) daha yaxşı dərk edir və bu
məsələləri o həzrətdən daha mükəmməl bilirdi?..
Bu kimi dəlillərin əsassız olduğu o qədər asanlıqla sübuta yetirilir ki, artıq heç bir əlavə dəlilə
ehtiyac duyulmur. Hətta Süyuti və sünnü məzhəbinin fəal davamçılarından olan tanınmış nəhv
115
mütəxəssisi Hafiz Cəmaləddin də, son illər bu kimi rəvayətlərin həqiqətdən uzaq olduğunu e᾽tiraf
etmişlər. (Tibyan 61-ci səh).
Rəvayətlərin batil və əsassız olması tamamilə göz qabağındadır və onların qondarma olmasına
şübhə yoxdur.
İkinci nəzər: Bu barədə irəli sürülmüş ikinci nəzəriyyədə deyilir: Yeddi oxunuş səbki deyildikdə,
ayələrin yeddi hissəyə bölündüyü nəzərdə tutulur. Bunlar əmr, halal, haram, möhkəm, mütəşabih,
məsəl və Zəcr ayələridir. Bu nəzəriyyənin tərəfdarları Yunus ibni Məs᾽uddan nəql olunmuş
rəvayətə əsaslanırlar. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: İlk səmavi kitab yalnız bir
səbkidə nazil olmuşdur və o yalnız bir fəsildən ibarət idi. Qur᾽an isə yeddi fəsil və yeddi səbkidən
ibarətdir. (Əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr). Belə isə, Qur᾽anın haram
etdiyini özünə haram, halal etdiyini halal bil; Əmr olunduğunuz şeylərə əməl edin, yasaq etdiyi
şeylərdən uzaq olun; Məsəl ayələrindən ibrət götürün; Möhkəm və mütəşabih ayələrə iman gətirib
əməl edin.
Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən tamamilə batil və əsassızdır.
1. Rəvayətlərin zahiri mə᾽nasından mə᾽lum olur ki, yeddi oxunuş səbki deyildikdə, heç də
ayələrin yeddi fəslə bölündüyü nəzərdə tutulmur;
2. Bu rəvayətlər Əbi Kureybin nəql etdiyi rəvayət ilə tamamilə ziddiyyət təşkil edir. İbni Məs᾽ud
rəvayəti nəql edərək deyir: Allah-taala Qur᾽anı beş səbkidə nazil etmişdir. Halal, haram, möhkəm,
mütəşabih və məsəl;
3. Rəvayətin məzmunundan qəti nəticəyə gəlmək bir o qədər də asan deyildir. Çünki, zəcr və
haram sözləri eyni mə᾽na daşıyır. Demək, Qur᾽andakı fəsillərin sayı yeddi deyil, altı olmalıdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Qur᾽anda haqqında söhbət açılan bir çox mövzular bu
fəsillərin heç birinə daxil olunmamışdır. Məsələn yaradılış, mə᾽ad, peyğəmbərlərin və keçmiş
ümmətlərin sərgüzəştləri və s. Əgər bu nəzəriyyənin tərəfdarları bu kimi mövzuları möhkəm və
mütəşabih ayələr fəslinə aid etmək istəyirlərsə, gərək zahiri mə᾽naları aşkar olduğu üçün bütün
mövzular «möhkəm» ayələr fəslinə daxil edilsin. Belə olduqda biz, Qur᾽anı artıq yeddi deyil,
yalnız iki fəslə bölməli olacağıq. Çünki, Qur᾽ani-kərimdə bəyan olunan mövzular mə᾽na
baxımından ya aşkar (möhkəm) və ya mübhəmdirlər (mütəşabih).
Üçüncü nəzər: Yeddi fəsil haqda irəli sürülən digər nəzəriyyələrdən biri də Qur᾽an ayələrinin
əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, dini mübahisələr, keçmiş ümmətlərin
əhvalatları və çəkilən məsələlərə bölünməsidir. Bu nəzəriyyəyə əsaslananlar Məhəmməd ibni
Bəşşarın istidlal etdiyi rəvayətə istinad edirlər. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Qur᾽an
yeddi səbkidə nazil olmuşdur. Onlar əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma,
mübahisə, əhvalat və məsəl ayələrindən ibarətdirlər.
FƏSAHƏTLI IBARƏTLƏR
116
Bu nəzəriyyəni irəli sürənlər iddia edirlər ki, Qur᾽an o dövrün tanınmış yeddi böyük qəbilənin
istifadə etdikləri ifadələrlə nazil olmuşdur.
Yeddi qəbilə aşağıdakılardan ibarətdir:
«Qüreyş, Huzeyl, Həvazən, Yəmən, Kənanə, Təmim və Səqif» Əbhəri və Beyhəqi kimi alimlər
bu nəzəriyyəyə əsaslanmışlar.
Cavab: Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab edə bilərik.
1. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə yeddi fəsil deyildikdə, tam başqa bir mə᾽na nəzərdə
tutulurdu.
2. Yeddi qiraət səbkini yeddi ləhcə kimi mə᾽nalandırmaq, Əmrin bu haqda dedikləri ilə tamamilə
zidd bir fikirdir. O, deyir: Qur᾽an yalnız Muzərr ləhcəsində nazil olmuşdur. Əmr, İbni Məs᾽udun
«hətta himnə» kəlməsini «ətta himnə» kimi oxumasına e᾽tiraz edir. Ona yazdığı məktublardan
birində deyir: Qur᾽an Huzeyl ləhcəsində deyil, Qüreyş ləhcəsində nazil olmuşdur və camaata da
məhz bu səbkini öyrətməlisən.
3. Osman üç Qüreyş tayfasına göstəriş verərək deyir: Əgər Zeyd ibni Sabitin qiraəti ilə ixtilafınız
olsa, Qüreyş qiraətini əsas tutun. Çünki, Qur᾽an Qüreyş ləhcəsində nazil olmuşdur.
4. Başqa bir rəvayətdə deyilir: Əmr və Hişam, Furqan surəsini müxtəlif səbkilərdə qiraət etdikləri
üçün aralarında ixtilaf yaranır və Peyğəmbərin (s) yanına gəlib onun hüzurunda həmin surələri
qiraət etmək qərarına gəlirlər. Onların hər biri qiraət edib qurtardıqdan sonra, Peyğəmbər (s) hər
ikisinin düzgünlüyünü təsdiq edib buyurur: «Qur᾽an yeddi səbkidə nazil olmuşdur, onların hansı
biri ilə qiraət etsəniz düzdür.» (Səhih Buxari).
Hişam və Əmrin Qüreyş qəbiləsindən olması mə᾽lum olduğu halda, qiraət baxımından onların
arasında heç bir ixtilaf ola bilməzdi və bu halda yeddi qiraət səbkilərini, yeddi ləhcə kimi
mə᾽nalandırmaq olmaz.
5. Əgər bu nəzəriyyəyə əsaslananlar Qüreyş ləhcəsinin bu ləhcələr arasında olmadığını nəzərdə
tuturlarsa, onda onlar qiraəti asanlaşdırmaq əvəzinə, onu daha da qəlizləşdirmiş olurlar. Çünki,
Qüreyş ləhcəsi ərəb qəbilələrinin mö᾽təbər hesab etdikləri ləhcələrdən biri olmuşdur və onlar
istifadə etdikləri ifadələrin həqiqətən ərəb kəlməsi olub-olmadığını məhz, Qüreyş ləhcəsi ilə
müqayisə edirdilər.
Əgər onlar digər ləhcələrin Qüreyş ləhcəsilə tamamilə eyni olduğunu nəzərdə tuturlarsa, onda
onları yeddi hissəyə bölməyin heç bir lüzumu olmayacaqdır. Çünki, Qur᾽ani-kərimdə Qüreyş
ləhcəsinə oxşar əlliyə yaxın ləhcədən istifadə olunmuşdur.
Beşinci nəzər:
117
Muzərr ləhcəsi: Yeddi oxunuş səbki deyildikdə, yalnız Bəni-muzər qəbiləsinə mənsub olan yeddi
(Qüreyş, Əsəd, Kənanə, Huzeyl, Təmim, Zəbbə və Qeys) qəbiləsinin istifadə etdikləri ləhcələr
nəzərdə tutulur.
Cavab: Dördüncü nəzəriyyəyə tutulan irad və nöqsanlar bu nəzəriyyəyə də şamil olunur.
Altıncı nəzər:
Qiraətlərdəki ixtilaflar: Bu nəzəriyyənin tərəfdarları yeddi səbki deyildikdə, yeddi qiraət üsulunu
nəzərdə tuturlar. Onlar nəzəriyyələrini bəyan edərkən deyirlər: Apardığımız araşdırmalardan
sonra belə bir nəticəyə gəldik ki, Qur᾽an məhz yeddi qiraət üsulunda nazil olmuşdur.
1. Bə᾽zən, yalnız kəlmənin mə᾽na və quruluşu deyil, hərəkəsi (sait hərfləri) dəyişilir. Məsələn,
«Hunnə əthəru ləkum» cümləsindəki zəmmə ilə (u) oxunan «əthəru» «əthərə» oxunur.
2. Bə᾽zən hərəkənin əvəz olması ilə cümlənin quruluş və mə᾽nasında da dəyişiklik baş verir.
Məsələn, «Rəbbəna baid əsfarina – Ey Rəbbimiz! Səfərlərimizin arasını [məsafəsini] uzaq et!»
(Səba-19).
3. Bə᾽zən hərflər dəyişildikdə yazılış formasında heç bir dəyişiklik baş vermir, mə᾽na isə
tamamilə əvəz olunur. Məsələn, «nunşizuha – nunşiruha» kəlməsi həm (z), həm də (r) hərfi ilə
tələffüz olunur. Belə ki, «nəşərə» (yaymaq), «nəşəzə» isə (uzaq etmək) mə᾽nasını verir.
4. Bə᾽zən kəlmənin yazılış forması dəyişilsə də, mə᾽nası olduğu kimi qalır. Məsələn, «kəl ihni
mənfuş» (dağlar isə didilmiş yun kimi olacaqdır) ayəsi, «Kəssovfil mənfuş» oxunmuşdur. Çünki,
«ihn» və «sovf» eyni mə᾽nanı (didilmiş yun) daşıyır.
5. Bə᾽zən qiraətdə yaranmış ixtilaflar həm kəlmənin yazılış formasının, həm də mə᾽nasının əvəz
olunmasına səbəb olur. Məsələn, «və təlhin mənzud» (salxım-salxım sallanmış banan ağacları
altında) ayəsi «və təl᾽in mənzud» kimi oxunmuşdur.
6. Bə᾽zən qiraətlərdə ifadələr bir-birindən ya əvvəl, ya sonra (yə᾽ni yerləri dəyişilərək) tələffüz
olunur. Məsələn, «və caət səkrətul movti bil həqqi» (ölüm məstliyi həqiqətən gəlir) ayəsi «Və
caət səkrətul həqqi bilmovti» oxunmuşdur.
7. Bə᾽zən də ayəyə əlavə və əskiltmələr etməklə mə᾽na baxımından nöqsanlar yaradılır. Məsələn,
«Tis᾽ə və tis᾽unə nə᾽cətən unsa» (Onun doxsan doqquz dişi qoyunu var).
«Və əmməl ğulamu fəkanə kafirən və kanə əbəvahu mu᾽minin» (Oğlana gəldikdə isə, onun ata-
anası mö᾽min kimsələr idi). «Fə innəllahə min bə᾽di ikrahihinnə ləhunnə ğəfərun rəhim» (Kim
cariyələri zinakarlığa məcbur edərsə, [bilsin ki,] onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah
[zinakarlığa vadar olanları] bağışlayar və rəhm edər).
Belə ki, birinci ayəyə [ehtiyac duyulmadığı bir halda] «unsa – dişi», ikinci ayəyə «kafirən – kafir»
və «kanə – oldu, idi», üçüncü ayəyə isə «ləhunnə – həqiqət o cariyələrə, qadınlara» ifadələri əlavə
olunmuşdur.
118
Cavab: beşinci nəzəriyyədə yeddi oxunuş səbkisinə verilən izahatların xülasəsi bundan ibarət idi.
Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab etmək olar.
1. Yeddi oxunuş səbkisini belə bir tərzdə mə᾽nalandırmağın heç bir mə᾽na və məfhumu yoxdur.
Ümumiyyətlə, adları çəkilən şəxslərin qiraətdə mövcud olan ixtilaflardan əsla mə᾽lumatları
olmamışdır.
2. İxtilafa səbəb olan amillərdən biri də, ayələrin mə᾽nalarının dəyişilib-dəyişilməməsidir. Bir
haldakı biz, bu iki müxtəlif amili eyni şey hesab etməməliyik. Çünki, dəyişilən yalnız kəlmənin
zahiri formasıdır – istər mə᾽na dəyişilsin, istərsə də dəyişilməsin – belə olduqda qiraətdə heç bir
dəyişiklik baş verməyəcəkdir. Çünki, qiraətin əvəz olunmasına səbəb mə᾽na deyil, kəlmələrin
yazılış formasıdır.
Bu səbəbdən də iki qismə bölünən qiraəti eyni hesab etməliyik və belə olduqda qiraət səbkilərinin
sayı yeddi deyil, altı göstərilməlidir.
3. «Təlhin» kəlməsinin «təl᾽in» və «nənşizu» sözünün «nənşuru» kimi oxunması ixtilafa səbəb
olan digər amillərdən hesab olunur. Göründüyü kimi, hər iki ifadədə hərflər dəyişilməklə «ha»
hərfinin «ayn» hərfilə, «təlhin» sözünün «təl᾽inlə», «za» hərfinin «ra» hərfilə və «nunşizuha»
kəlməsinin «nunşiruha» ilə əvəz olunması qiraətdə müəyyən dəyişikliklər yaradır. Göründüyü
kimi, fərq yalnız qiraətdə nəzərə çarpır və bu səbəbdən də bu iki fərqliliyi eyni hesab
etməməliyik. Çünki, daha çox əhəmiyyət kəsb edən yazılış deyil, qiraətdir.
4. Nəql olunmuş rəvayətlərdən mə᾽lum olur ki, Qur᾽an yalnız bir səbkidə nazil olmuşdur. Lakin,
sonralar Peyğəmbərin (s) xahişi nəticəsində onların sayı yeddiyə çatdırılmışdır.
Mə᾽lum olduğu kimi, Qur᾽anın bir səbkidə nazil olması bu kimi ixtilafların yaranmasına səbəb
ola bilməzdi. Belə bir halda yeddi oxunuş səbki deyildikdə, qiraətdə yaranmış yeddi ixtilafı
nəzərdə tutmaq nə dərəcədə düzgün olardı?
5. Qur᾽ani-kərimin əksər ayələri qarilər tərəfindən eyni səbkidə tilavət olunur. Qiraətdə nəzərə
çarpan fərqləri nəzərə aldıqda isə yeddi deyil, səkkiz üslub haqqında danışmalıyıq.
6. Əmr və digər ravilərin nəql etdikləri rəvayətlərdən belə mə᾽lum olur ki, qarilər arasında
mövcud olan ixtilaflar yalnız kəlmələrin tələffüzündə olmuşdur və bu ixtilaflar yeddi qiraət
üsulunun yalnız birini təşkil edir. Lakin Peyğəmbər (s) heç vaxt bu kimi ixtilafların aradan
qaldırılması üçün qiraətlərin iki, üç və sonra yeddi səbkiyə çatdırılmasına ehtiyac duymamışdır.
Ümumiyyətlə, qiraətlərin Cəbrailin vasitəsilə iki, üç və nəhayət yeddi üsluba qədər artırılmasını
yaranmış ixtilaflar ilə əlaqələndirmək olarmı?!
Cəzairi nəhayət bir qədər orta mövqe tutaraq bu barədə demişdir: Yeddi qiraət səbki barəsində bir
çox nəzəriyyələr irəli sürülmüşdür ki, onların əksəriyyəti tamamilə yanlış və əsassızdır. Sanki bu
nəzəriyyənin tərəfdarları Peyğəmbərdən (s) nəql olunmuş «Qur᾽an yeddi səbkidə nazil olmuşdur»
hədisindən əsla agah deyillər. (Tibyan 59-cu səh).
YEDDİNCİ NƏZƏR
119
QUR᾽ANDA NƏZƏRƏ ÇARPAN DIGƏR IXTILAFLAR
Deyirlər: Yeddi qiraət üsulu deyildikdə [altıncı nəzərdə işarə olunan mətləblər deyil], qiraətin
özündə olan ixtilaflar nəzərdə tutulur.
Bu nəzəriyyəyə əsaslanan Zərqani, özünün «Ləvayih» adlı kitabında Əbülfəzl Razidən nəql
edərək yazır: Hər bir ifadədə mövcud olan ixtilaf bu yeddi xüsusiyyətdən xaric deyildir.
1. Şəxsi adların kişi və ya qadın cinsində tək, təsniyə* (ikilik – bu ərəb dilinə aid olan bir
xüsusiyyətdir) və cəm halında işlənməsi;
2. Fe᾽llərdə indiki, keçmiş, gələcək və əmr formasında yaranmış ixtilaflar;
3. Hərəkə (sait hərflər) və e᾽rab (ismin müxtəlif halları) baxımından yaranmış ixtilaflar;
4. Edilən əlavələr və nöqsanlardan yaranmış ixtilaflar;
5. İfadələrin bir-birlərindən əvvəl və ya sonra tələffüz olunması nəticəsində yaranmış ixtilaflar;
6. Kəlmələrin əvəz olunması və ya dəyişilməsi nəticəsində yaranmış ixtilaflar;
Fəth, imale, tərqiq, təfxim, idğam, izhar kimi yeni kəlmə və ləhcələrin meydana gəlməsi. Belə ki,
bə᾽zi qəbilələr bu kimi ifadələri bir mə᾽nada, digər qəbilələr isə tam başqa bir mə᾽nada
işlətmişlər.
Cavab: Bu nəzəriyyə də digər nəzəriyyələr kimi batil və əsassızdır. Çünki, 6-cı nəzəriyyəyə
tutulan 1-ci, 4-cü və 5-ci iradları bu nəzəriyyəyə də aid etmək olar.
Nəzəriyyəyə tutulan digər iradlardan biri də ad (sifət) və fe᾽llərdəki ixtilafların ayrı-ayrılıqda
hesab olunmasıdır. Bir haldakı, ixtilaf onların hər birinin yalnız zahiri formasındadır. Demək biz,
onların hər ikisini ixtilafa səbəb olan eyni amil hesab etməliyik və belə olduqda ixtilafların sayı
altıdan artıq olmayacaqdır.
Yox, əgər bütün xüsusiyyətləri nəzərə almalı olsaq, gərək fe᾽llərin indiki, keçmiş, gələcək, əmr,
tək, təsniyə və cəm halında istifadə olunmalarını ayrı-ayrılıqda müxtəlif fərqlərə (hissələrə)
ayıraq. Və belə olduqda isə ixtilafların sayı nəzərdə tutulandan daha çox olacaqdır.
Zərqani, İbni Quteybədən nəql edərək deyir: Cümlələrdə idğam, izhar, rum, işmam, təxfif və
təshildə ixtilafın yaranması onun bir cümlə kimi formalaşmasına heç bir mənfi tə᾽sir göstərmir və
bu halda onları ixtilafa səbəb olan amillərdən biri hesab edə bilmərik. Demək, qiraətdə nəzərə
çarpan ixtilafların sayını altıdan çox təsəvvür etmək mümkün deyil.
1. Kəlmənin əslində deyil, zahiri formasında nəzərə çarpan ixtilaf «baid» (uzaqlaşdırmaq) fe᾽linin
keçmiş və ya əmr formasında və «əmanətəhum» (sizə əmanət olunan şeylər) cümləsinin tək və ya
cəm halda istifadə olunmasında yaranmış ixtilaf kimi;
120
2. Kəlmənin zahiri formasında deyil, əslində mövcud olan ixtilaf «nunşizuha» kəlməsinin bə᾽zən
«ra», bə᾽zən də «za» hərfləri ilə tələffüz olunması kimi;
3. Həm kəlmələrin əslində, həm də zahiri formasında nəzərə çarpan ixtilaf «ihn» və «sovf»
kəlmələri arasında olan ixtilaf kimi;
4. E᾽rabda nəzərə çarpan ixtilaflar; Məsələn, «və ərculkum» kəlməsi bə᾽zən fəthə ilə, yə᾽ni «və
ərculəkum» və bə᾽zən də «və ərculikum» oxunur.
5. İfadələrin bir-birindən əvvəl və ya sonra qiraət olunması nəticəsində yaranan ixtilaflar;
6. Əlavə və ya əskiltmələr nəticəsində yaranan ixtilaflar.
SƏKKİZİNCİ NƏZƏR
SAYLARIN ÇOXLUĞU
Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, müəyyən rəqəm nəzərdə tutmurlar.
Yə᾽ni, yeddi rəqəmi qiraətdəki ixtilafların çoxluğuna dəlalət edir, başqa sözlə desək, yeddi rəqəmi
burada mə᾽cazi mə᾽nada işlənmişdir.
Qazi Əyyaz və onun sadiq davamçıları bu nəzəriyyəyə əsaslanmışlar.
Cavab: Bu nəzəriyyəyə iki əsaslı irad tutmaq olar.
1. Bu mətləbə dəlalət edən rəvayətlərin heç birində yeddi rəqəmi say çoxluğu mə᾽nasında
işlənməmişdir.
2. Yeddi səbki dedikdə nəyi nəzərdə tutduqlarını və onun hansı mə᾽na daşıdığını açıqlamamışlar.
Demək biz, yeddi səbki ifadəsini bir qədər əvvəl qeyd olunan nəzəriyyələrdə olduğu kimi
mə᾽nalandırırıq. Belə olduqda isə əvvəlki nəzəriyyələrə tutulan iradlar bu nəzəriyyəyə də şamil
olacaqdır.
DOQQUZUNCU NƏZƏR
YEDDİ QİRAƏT ÜSULU
Bu barədə irəli sürülən nəzəriyyələrdən biri də, yeddi səbkinin yeddi qiraət üsulu kimi
mə᾽nalandırmaları olmuşdur.
Cavab: Əgər yeddi qiraət dedikdə, yeddi mö᾽təbər qiraət üsulunu nəzərdə tuturlarsa, «Qiraətlərə
baxış» fəslində bu nəzəriyyənin tamamilə batil və əsassız olduğu haqda ətraflı söhbət açdıq. Yox,
əgər bütün qiraətləri nəzərdə tuturlarsa, onda qiraətlərin yeddidən daha çox olduğunu da nəzərdən
qaçırmamalıdırlar.
Belə bir nəzər də irəli sürülə bilər ki, Qur᾽andakı qiraətlərin sayı çox olsa da, kəlmələri ayrı-
ayrılıqda qiraət etsək, onları yeddi oxunuş qaydasından artıq tələffüz edə bilməyəcəyik. Demək,
121
kəlmələrin qiraətində mövcud olan ixtilafın sayı da yeddidən artıq olmayacaqdır. Cavabında deyə
bilərik ki, əgər Qur᾽anın əksər kəlmələrini nəzərdə tuturlarsa, bu tamamilə yanlış bir fikirdir.
Çünki, Qur᾽anda yeddi səbkidə oxunan kəlmələrin sayı çox azdır. Yox, əgər yalnız bə᾽zi
kəlmələri nəzərdə tuturlarsa, bu halda başqa irad meydana gəlir. Belə ki, müxtəlif qiraət
formalarında tələffüz olunan kəlmələr yeddidən daha artıq səbkilərdə tələffüz olunur. Məsələn,
«və əbədəttağuti» kəlməsi 22, «uffi» kəlməsi isə 34 qiraət səkbilə tələffüz olunur.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bu nəzəriyyə də digər nəzəriyyələr kimi, həmin
məzmunda nəql olunmuş rəvayətlərin məzmunu ilə əsla müvafiq deyildir.
ONUNCU NƏZƏR
MÜXTƏLİF LƏHCƏLƏR
Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, Qur᾽anda istifadə olunan ifadələrin
bir-birindən fərqli olan müxtəlif ləhcələrdə tələffüz olunduğunu nəzərdə tuturlar.
Rafei bu nəzəriyyəni öz kitabında qeyd etmişdir. (E᾽cazi Qur᾽an 70-ci səh.).
Belə ki, ərəb qəbilələri müxtəlif ləhcələrdə danışdıqları üçün bə᾽zi kəlmələri məxsus tərzdə
tələffüz edirdilər. Məsələn iraqlılar, «yəqulu» kəlməsində boğazda tələffüz olunmalı «qaf» hərfini
qeyri-ərəb xalqların tələffüz etdiyi adi «q» hərfi kimi, şamlılar isə onu «ə» hərfinə çevirərək
tələffüz edirlər. Bu kimi dəyişikliklərin aparılmasından əsas məqsəd, müxtəlif ləhcələrdə danışan
müsəlmanlar üçün Qur᾽an qiraətinin asanlaşdırılmasıdır. Çünki, hamının Qur᾽anı yalnız bir
səbkidə qiraət etməsi olduqca çətin bir məsələdir. Bu səbəbdən də Qur᾽anın hər bir qəbilə və
millətin öz ləhcəsində oxunmasına icazə verilmişdir. O ki qaldı ləhcələrin yeddi hissəyə
bölünməsinə, burada məqsəd yeddi rəqəmi deyil, ləhcələrin çoxluğudur. Başqa sözlə desək, yeddi
rəqəmi burada çoxluq mə᾽nasında işlənmişdir.
Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən əsassız hesab olunur.
1. İrəli sürülmüş bu nəzəriyyə Ömər və Osmandan nəql olunmuş rəvayətlərlə tamamilə ziddiyyət
təşkil edir. Belə ki, nəql olunmuş rəvayətdə Qur᾽anın yalnız Qüreyş ləhcəsində oxunmasına işarə
olunur. Bir qədər əvvəl qeyd etdik ki, Osman, İbni Məs᾽udu «hətta hiynə» kəlməsini «ətta hiynə»
kimi tələffüz etməsini qadağan və Qur᾽anı yalnız Qüreyş ləhcəsində oxunmasını əmr etmişdir.
2. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə ixtilafın kəlmələrin tələffüzündə deyil, mahiyyət və
mə᾽nasına əsasən yarandığına işarə edilmişdir.
3. Yeddi rəqəminin çoxluğa dəlalət etməsi, onun kinayə və rəmz olaraq istifadə olunması
rəvayətlərin zahiri mə᾽nası ilə uyğun gəlmir.
4. Bu nəzəriyyəyə istinad edərək Qur᾽anı, hal-hazırda da müxtəlif ləhcələrdə qiraət etmək olar.
Lakin bu da ümumdünya müsəlmanlarının adət-ən᾽ənələri ilə ziddiyyət təşkil edən
məsələlərdəndir.
122
5. Əgər bu nəzəriyyənin tərəfdarları Qur᾽anın əvvəllər müxtəlif ləhcələrdə oxunmasını, lakin
onun sonradan qadağan olunduğunu iddia edərlərsə, cavabında deməliyik: Bu heç bir dəlil və
əsası olmayan bir iddiadır. Bir haldakı məzhəbindən asılı olmayaraq bütün alimlər, Qur᾽anın
yalnız bir səbkidə oxunmasını tə᾽kid etmiş və ərəb qəbilələrinin ləhcələrinin Qur᾽anın qiraətinə
sirayət etməsinə qarşı çıxmışlar. Bunu da qeyd etmək lazımdır ki, Peyğəmbərin (s) zamanında
islamı qəbul etmiş müsəlmanların əksəriyyətini, əsasən Ərəbistan yarımadasında yaşayan bədəvi
ərəblər təşkil etmiş və sözsüz ki, onların da Qur᾽anda istifadə olunan ifadələri tələffüz etməkdə
heç bir çətinlikləri olmamışdır. Peyğəmbərin (s) vəfatından sonra ətraf məntəqələrin milliyyətcə
ərəb olmayan sakinləri islamı qəbul edir və müsəlman dünyasının ərazisi birə on artmağa
başlayır. Belə bir şəraitdə necə ola bilər ki, ərəb dilinin tələffüzündə heç bir çətinliyi olmayan,
milliyyətcə ərəb olan müsəlmanlara Qur᾽anı (asanlaşdırmaq məqsədilə) öz ləhcələrində oxumağa
icazə verilir, lakin milliyyətcə ərəb olmayan və tələffüz baxımından çətinlik çəkən şəxslər bu
imkandan məhrum olurlar?!
Biz bununla da Qur᾽anın yeddi səbkidə nazil olması haqda irəli sürülmüş nəzəriyyələrin
araşdırılmasını dayandırıb, yeni mətləblər haqda söhbət açmaq istəyirik.
Belə bir nəticəyə gəlirik ki, Qur᾽an yeddi qiraət üslubunda deyil, yalnız bir səbkidə nazil olmuş
və Peyğəmbər (s) öz səhabələrinə Qur᾽anı yalnız bir səbkidə tə᾽lim etmişdir. Demək, Qur᾽anın
yeddi səbkidə nazil olmasına dair nəql olunmuş bütün hədis və rəvayətlər qondarma və heç bir
əsası olmayan iftiralardır.
SƏKKİZİNCİ FƏSİL
QUR᾽ANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏR VƏ
MÜLAHİZƏLƏR
1. Təhrifin mə᾽na və növləri;
2. Müsəlmanlar Qur᾽anın təhrif olunub-olunmaması haqda hansı əqidəyə əsaslanırlar;
3. Qur᾽anda qiraətin nəsx (ləğv) olunması;
4. Qur᾽anın təhrif olunmamadığına dəlalət edən dəlillər;
***
1. Qur᾽anın təhrifə olan baxışı;
2. Sünnə və hədislərin təhrifə olan baxışları;
3. Qur᾽an surələrinin namazda oxunması;
4. Qur᾽an xəlifələr tərəfindən təhrif olunmamışdır;
5. Qur᾽anın Osmanın xilafəti dövründə təhrif olunmaması;
123
6. Qur᾽an dörd xəlifənin xilafəti dövründən sonra təhrif olunmamışdır;
***
5. Qur᾽anın təhrif olma nəzəriyyəsinin tərəfdarlarının gətirdikləri dəlillər və onlara verilən
cavablar;
***
1. Tövrat və İncilin təhrifə mə᾽ruz qalması;
2. Əlinin (ə) yığdığı Qur᾽an nüsxəsi;
3. Təhrifə dəlalət edən rəvayətlər;
4. Qur᾽anın orjinal nüsxəsi necə yığıldı?
TƏHRİFİN MƏ᾽NA VƏ NÖVLƏRİ
TƏHRİF NƏDİR?
Təhrif – lüğətdə bir neçə mə᾽na daşıyır. Bu mə᾽naların bə᾽zilərinə Qur᾽anda da rast gəlirik.
1. Əgər hər hansı bir kəlmə və ya ifadə özünün həqiqi mə᾽nasında deyil, digər mə᾽nalarda
işlənilərsə təhrif olunmuş hesab olunur; Nisa surəsinin 46-cı ayəsində bu haqda deyilir:
«Yəhudilərdən bir qismi sözlərin yerini dəyişib təhrif edir...»
Biz təhrifə Qur᾽ana verilən təfsirlərdə daha çox rast gəlirik. Bir çox bid᾽ətçi və batil əqidələrin
sadiq davamçıları öz əqidələrini sübuta yetirmək üçün, Qur᾽an ayələrinin təfsirində təhrifə yol
verərək, öz batil əqidələrini onun üzərində tətbiq etməyə çalışmışlar. İmamlar və onların
davamçıları bu məsələyə ciddi yanaşmış, Qur᾽anda təhrifə yol verməyi qətiyyətlə qadağan
etmişlər. Məsələn, imam Baqirin (ə) Sə᾽d Xəyrə yazdığı məktubda deyilir: «Onlar Qur᾽andan üz
çevirib ayələrin mə᾽nalarını təhrif edirlər. Gecə-gündüz Qur᾽an oxuyar, lakin onun göstərişlərinə
əməl etməzlər. Dar düşüncəli şəxslər Qur᾽anı üzündən oxumaqla zövq alar, alimlər isə ona əməl
olunmadığını görəndə kədərlənərlər.» (Vafi «Namaz» fəslinin sonu, 5-ci cild, 284-cü səh.).
2. Hərf və hərəkələrdəki təhriflər;
Əgər kəlmələrdən bə᾽zilərinin hərf və ya hərəkəsi dəyişilərsə, mə᾽nada heç bir dəyişiklik baş
verməsə də təhrifə yol vermiş oluruq.
On qiraət üsulu haqda söhbət açarkən biz bu mətləbə işarə etdik. Müxtəlif səbəblər üzündən
meydana gəlmiş on qiraət üsullarında bu kimi dəyişikliklərin dəfələrlə şahidi oluruq. Bu səbəbdən
də onlardan yalnız birini Qur᾽anın orjinal nüsxəsi ilə tətbiq etmək mümkündür.
3. Kəlmələrdəki təhriflər;
124
Əgər Qur᾽anın kəlmələrindən bə᾽zilərini oradan çıxarsaq və ya ayrı bir kəlməni oraya əlavə etsək,
mə᾽nasında heç bir dəyişiklik baş verməsə, yenə də təhrifə yol vermiş oluruq.
Bu kimi təhriflər, hətta Peyğəmbərin (s) zamanında belə Qur᾽ana yol tapa bilmişdir.
Bunu sübuta yetirəcək bir neçə tarixi dəlillər vardır:
1. Osman öz xilafəti dövründə ətraf məntəqələrin valilərinin hər birinə yeni yazılmış Qur᾽anın bir
nüsxəsini göndərməklə, bu nüsxənin artırılmasını və mövcud olan bütün nüsxələrin
yandırılmasını əmr edir. Buradan belə mə᾽lum olur ki, Osmanın xilafəti dövründə Qur᾽anın
yazılış baxımından bir-birindən fərqli nüsxələri olmuş və xəlifə qiraətdə yaranmış ixtilafları
nəzərə alaraq bu nüsxələrin yandırılmasını əmr etmişdir.
2. Əbu Davud Sicistani özünün tə᾽lif etdiyi «Sünən ibni Davud» adlı kitabında, o dövrün Qur᾽an
nüsxələrində mövcud olmuş ixtilafları müəyyən etmişdir.
Birincisi, Osmanın xilafəti dövründə mövcud olmuş Qur᾽an nüsxələrində, kəlmələrin oxunuş və
yazılış formasında nəzərə çarpacaq dərəcədə fərq və ixtilaflar olmuşdur. Onlardan yalnız biri,
Qur᾽anın Peyğəmbərə (s) nazil olmuş nüsxəsi ilə hər cəhətdən uyğun idi və xəlifə Osmanın tətbiq
etdiyi Qur᾽anlar məhz bu nüsxədən köçürülmüşdür.
İkincisi, hər bir saf düşüncəli müsəlman belə bir əqidəyə əsaslanır ki, hal-hazırda hamı tərəfindən
mütəvatir olaraq tilavət olunan Qur᾽an nüsxəsi, Osmanın xilafəti dövrünədək müxtəlif nüsxələrdə
mövcud olmuş və bir-birindən fərqli üsullarla qiraət edilmişdir. Xəlifə Osman, bütün nüsxələrin
yandırılmasını və yalnız Qur᾽anın orjinal nüsxəsinin saxlanılmasını əmr edir.
Lakin, yalnız Peyğəmbərin (s) zamanında mövcud olmuş Qur᾽an nüsxələrinin mütəvatir və
sonralar yazılmış nüsxələri təhrif olunmuş hesab edən şəxslər, hətta hal-hazırda mövcud olan
Qur᾽an nüsxələrini belə mütəvatir olaraq qəbul etmirlər.
Çünki, Təbəri və bu kimi əqidəyə əsaslanan bə᾽zi müfəssirlər öz kitablarında Qur᾽anın yeddi
səbkidə nazil olduğunu və Ömərin xilafəti dövründə bir yerə yığıldığını qeyd etmişlər.
4. Ayələrdəki təhriflər;
Əgər hər hansı bir ayə və ya surəni Qur᾽ana əlavə etsək, yaxud oradan çıxarsaq, mə᾽na
baxımından heç bir dəyişiklik baş verməsə, həmçinin insanda həqiqi səmavi kitab olduğuna dair
şəkk-şübhə yaratmasa belə, təhrifə yol vermiş olarıq. Biz bu kimi təhriflərin də Qur᾽ana yol
tapdığının şahidi oluruq. Məsələn, «Bismillahir-rəhmanir-rəhim» ayəsi peyğəmbər və
müsəlmanların əksəriyyəti tərəfindən Tövbə surəsi istisna olmaqla, bütün surələrin əvvəlində
oxunmasına baxmayaraq, bu ayənin, Qur᾽anın bütün surələrinin bir hissəsini təşkil edib-
etməməsinə dair ixtilaf meydana gəlmişdir.
Belə ki, əhli sünnə alimlərinin bir qismi «Bismillah» ayəsini Qur᾽an ayələrinin bir hissəsi hesab
etmir. Hətta Maliki məzhəbinin davamçıları bir neçə yer istisna olmaqla, bu ayənin gündəlik
vacib namazlarda «həmd» surəsindən qabaq oxunmasını məkruh hesab edirlər. Başqaları isə bu
125
ayəni həmin surənin tərkib hissəsi hesab edirlər. Diqqət yetirmək lazımdır ki, bu ixtilaf yalnız əhli
sünnə alimləri tərəfindən meydana gəlmişdir. Şiə alimləri isə hamılıqla, «Bismillah» ayəsini
Tövbə surəsi istisna olmaqla, Qur᾽anın bütün surələrinin tərkib hissəsi hesab edirlər. Həmd
surəsinin təfsirində bu barədə ətraflı söhbət açacağıq.
5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;
Əgər Qur᾽ana hər hansı kəlməni əlavə edəriksə, bu əlavə Qur᾽anın mə᾽na və mahiyyətinə xələl
gətirərsə, və nəhayət onun əlavə olunduğu açıq-aşkar bəlli olarsa, təhrifə yol vermiş olarıq. Bu
kimi təhriflər Qur᾽ana yol tapmamışdır və bu, hər bir müsəlmanın zəruri hesab etdiyi
məsələlərdən biri kimi qəbul olunur.
6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.
Təhrifə səbəb olan məsələlərdən biri də, Qur᾽anın ayə və ya kəlmələrini ixtisara salmaq və ya
əskiltməkdir. Belə ki, bə᾽ziləri belə bir iddia irəli sürmüşlər ki, Qur᾽an ayələri zaman keçdikcə
müxtəlif amillər üzündən bə᾽zən ixtisara düşmüş və nəticədə Qur᾽an öz orjinallığını itirmişdir.
Biz isə bu əsassız iddianı qətiyyətlə rədd edir və Qur᾽anın Peyğəmbərə (s) nazil olduğu surətdə
qorunub saxlanıldığına e᾽tiqad bəsləyirik.
MÜSƏLMANLAR QUR᾽ANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA HANSI
ƏQİDƏYƏ ƏSASLANIRLAR
Mə᾽lum oldu ki, müsəlmanların əksəriyyəti Qur᾽ani-kərimdə istər əlavələr, istərsə də ixtisar yolu
ilə təhrifə yol verildiyinə istinad etməmişlər.
Belə ki, görkəmli şəxsiyyətlərindən biri olmuş mərhum Şeyx Səduq (r.ə.) Qur᾽anın təhrif
olunmamasını imamiyyə məzhəbinin ən başlıca əqidələrindən biri kimi qələmə vermişdir. Şeyxut-
taifə Əbu Cə᾽fər Tusi, özünün «Tibyan» adlı təfsirində bu mətləbə toxunmuş və bunu ustadı
Seyyid Murtəza Ələmul Hudadan nəql etdiyini vurğulamışdır.
Qur᾽anın təhrif olunmaması haqda fikir irəli sürmüş digər məşhur müfəssirlərdən biri də
«Məcməul-bəyan» təfsirinin müəllifi Təbərsidir. O, kitabının müqəddiməsində bu haqda ətraflı
mə᾽lumat vermişdir.
Həmçinin Şeyxul-füqəha təxəllüsünü almış «Kaşiful-ğitanın» müəllifi Şeyx Cə᾽fər, «Urvətul-
vüsqa»nın müəllifi Əllamə Şəhşəhani Qur᾽anın təhrif olunmadığı haqda əsaslı fikir və
mülahizələr irəli sürmüşlər. «Vafi» və «Elmul-yəqin» kitabının müəllifi mərhum molla Möhsin
Feyz, «Alurrəhman» təfsirinin müəllifi Şeyx Məhəmməd Cavad da bu mətləbə böyük əhəmiyyət
vermişlər.
Adları çəkilən nəzər sahibləri ilə yanaşı, Qur᾽anın təhrif olunmaması haqda fikir irəli sürmüş
şəxslərə gəldikdə, Şeyx Mufidin, bütün islam elmlərinin və eləcə də bir çox dəqiq və humanitar
sahələrin mütəxəssisi mərhum Şeyx Bəhaəddin Amili və Qazi Nurullah Şuştərinin adlarını
xüsusilə qeyd etmək lazımdır. Şiə alimlərinin imamət barəsində tə᾽lif etdikləri əsərlərə nəzər
126
saldıqda, Qur᾽anın təhrif olunması haqda heç bir mətləbə rast gəlmirik. Bu isə bir daha üçüncü
xəlifənin dövründən sonra Qur᾽an nüsxələrində mövcud olmuş təhriflərə birdəfəlik son
qoyulduğunu sübuta yetirir.
Ümumiyyətlə, Qur᾽anın təhrif olunmaması şiə alimlərinin bir çoxu, əhli sünnə alimlərinin isə bir
qismi tərəfindən qəbul olunmuşdur. Bu mətləbi inkar edən varsa, onların sayı çox az və irəli
sürdükləri nəzəriyyələr isə əsassızdır. Rafei bu barədə deyir: «Şəxsi nəzəri olmayan bə᾽zi kəlam
alimləri heç bir dəlil və əsasları olmadan keçmiş və eyni zamanda batil nəzəriyyəyə əsaslanaraq,
Qur᾽anın təhrif olunduğuna dair heç bir məntiqə əsaslanmayan mülahizələr irəli sürmüşlər.»
(E᾽cazul Qur᾽an 41-ci səh.).
Mərhum Təbərsi «Məcməul-bəyan» təfsirində, Qur᾽anın təhrifi haqqındakı nəzəriyyənin
Həşviyyə və onun kimi heç bir mə᾽lumatı olmayan şəxslər tərəfindən irəli sürüldüyünü qeyd
etmişdir.
QUR᾽ANDA TİLAVƏTİN NƏSX OLUNMASI
Əhli sünnə alimlərinin bir çoxu «Peyğəmbər (s) dövründə mövcud olan Qur᾽an bir qədər fərqli
idi» rəvayətinə istinad edərək, bə᾽zi ayələrin müxtəlif səbəblər üzündən Qur᾽anda yazılmadığını
iddia etmişlər. Bunu nəzərə alaraq bu məzmunda nəql olunmuş bütün rəvayətləri nəzərdən keçirir
və onların irəli sürdükləri bu nəzəriyyənin nə dərəcədə düzgün olub-olmadığını araşdırmaq
istəyirik. Belə ki, ayələrin bə᾽zilərinin ixtisara salınması onun təhrif olunmasına səbəb ola bilər.
BU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
İbni Abbas deyir: «Ömər minbərə çıxıb dedi: Allah-taala, Məhəmmədi (s) haqq olaraq
peyğəmbərliyə tə᾽yin etdi. Ona «Daşqalaq» ayəsini (zinakarların daşqalaq olunmasını) nazil etdi.
Biz onu oxuyub başa düşdük və ona əməl etdik. Amma qorxuram elə bir zaman gəlib çatsın ki,
müsəlmanlardan birisi «Qur᾽anda daşqalaq barəsində bir şey deyilməmişdir» deyib zəlalətə
(günaha) düçar olmuş olsun.»
Ömər sözünü davam etdirib dedi:
«Bəli, Allah-taala öz kitabında zinakarlıq edən evli kişi və qadınların daşqalaq olunmasını açıq-
aşkar bəyan etmişdir. Qur᾽anda oxuduğumuz ayələrdən biri də bu idi:
«Ata-babalarınızdan üz çevirməyin. Onlardan üz çevirərsinizsə küfrə düçar olmuş olarsınız» və
ya belə olmalı idi:
«Ata-babalarınızdan üz çevirərsinizsə küfr etmiş olarsınız.» (Səhih Buxari 8-ci cild, 26-cı səh.).
Süyuti deyir: İbni Əştə özünün «Əl-musahif» adlı kitabında Leys ibni Sə᾽ddən nəql edərək deyir:
Qur᾽anı ilk dəfə bir yerə yığan şəxs Əbu Bəkr olmuşdur. Zeyd ona belə bir məktub yazır: Ömər
də «Daşqalaq» ayəsini Qur᾽ana əlavə etmək istəmişdir. Lakin, onun Qur᾽an ayəsi olduğunu təsdiq
edəcək ikinci bir şəxs olmadığı üçün Qur᾽an nüsxəsinə daxil edilməmişdir. (İtqan 2-ci cild, 101-ci
səh.).
127
Müəllif: Ömərin Qur᾽ana əlavə etmək istədiyi daşqalaq ayəsi və onun bu təklifinin qəbul
olunmaması hadisəsi müxtəlif şəkillərdə fərqli olaraq nəql olmuşdur.
«Əgər qoca kişi və qoca qadın zina edərlərsə, onları daşqalaq edin. Bu ilahi bir hökmdür. O Allah
ki, yenilməz qüvvət və hikmət sahibidir.»
«Əşşəynu vəşşəyxətu fərcumu huma əlbəttətən bima qəzəya minəlləzzəti.»
«İnnəşşəynə vəşşəyxətə iza zənəya fərəcumuhuma əlbəttətən.»
Lakin hal-hazırda mövcud olan Qur᾽an nüsxələrində biz daşqalaq hökmünə dəlalət edən bu kimi
ayələrlə qarşılaşmırıq. Əgər bu rəvayəti mö᾽təbər hesab edəriksə, ayənin Qur᾽anın orjinal
nüsxəsindən ixtisara salındığını qəbul etməliyik.
2. Təbərani, mö᾽təbərliyinə istinad etdiyi Ömər ibni Xəttabdan nəql edərək deyir: «Qur᾽anda bir
milyon iyirmi yeddi hərf vardır.» (İtqan 1-ci cild, 101-ci səh.).
Bir haldakı mövcud olan Qur᾽an nüsxələrində hərflərin sayı bu rəqəmin heç üç də birini də təşkil
etmir. Bu rəvayətə əsaslansaq, onda Qur᾽anın üçdə ikisinin ixtisara salındığını qəbul etməliyik.
3. Yenə də İbni Abbas, Ömər ibni Xəttabdan nəql edərək deyir: «Allah-taala Məhəmmədi (s)
peyğəmbərliyə tə᾽yin edib, ona kitab [Qur᾽anı] göndərdi. Orada bir çox ilahi hökmlərlə yanaşı
zinakarlara dair daşqalaq hökmü də verilmişdir. Biz bu ayələri oxuyar və lazım olduqda ona əməl
edərik. Sonra əlavə edərək dedi: Biz Qur᾽anda bu ayələri oxuyardıq:
«Ata-babalarınızdan üz çevirməyin...»
«Ata-babalarınızdan üz çevirsəniz...» (Məsnəd Əhməd. 1-ci cild, 47-ci səh.).
4. Nafe᾽, İbni Ömərdən nəql edərək deyir: «Mütləq sizlərdən biriniz özünü öyərək, mən Qur᾽anı
bütünlüklə hifz etdim deyəcəkdir. Lakin o haradan bilsin ki, Qur᾽anın böyük bir hissəsi ixtisara
salınaraq aradan getmişdir. Yaxşı olar ki, o, «mən Qur᾽anın mövcud olan hissəsini hifz etdim»
desin.» (İtqan 2-ci cild, 40-41-ci səh.).
5. Urvət ibni Zubeyr, Ayişədən nəql edərək deyir: «Peyğəmbərin (s) zamanında Əhzab surəsi iki
yüz ayədən ibarət idi. Osmanın xilafəti dövründə Qur᾽an vahid nüsxə halına salındıqdan sonra
orada, hal-hazırkı nüsxələrdə mövcud olan ayələr qaldı.» (İtqan 2-ci cild, 40-41-ci səh.).
6. Əbu Yunusun qızı Həmidə nəql edərək deyir: «Atamın səksən yaşı olarkən mənim üçün
Ayişənin yazdığı səhifələrdən bu ayəni oxudu:
«Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərir [xeyir-dua verirlər]. Ey iman
gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın [Allahummə səlli əla Muhəmməd və
ali Muhəmməd: Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuhu – deyin!] (İtqan
2-ci cild, 100-cü səh.).
Həmidə deyir: «Bu əhvalat, xəlifə Osman Qur᾽anı yığmazdan əvvəl baş vermişdir.»
128
7. Əbu Hərb ibni Əsvəd atasından deyir: «Əbu Musa Əş᾽əri, Bəsrənin üç yüz nəfər görkəmli
qarilərini yığıb onlar üçün ziyafət təşkil etdi. Sonra üzünü onlara tutub dedi: «Siz əməli-saleh
insanlar, Bəsrənin ən yaxşı qarilərindən hesab olunursunuz. Dünya malına bel bağlayıb hər şeyi
arzu etməyin. Əgər belə edərsinizsə qəlblərinizi qəsavət bağlayar və sizi həqiqətdən uzaq salar.
Keçmiş ümmətlər xam xəyallarla yaşamış və tükənməyən arzular onların qəlblərinə qəsavət
möhrü vurmuşdur.»
Sonra sözlərinə əlavə edərək dedi:
Əvvəllər Qur᾽anda həcm və qafiyə baxımından Bəraət surəsinə bənzər bir surə oxuyardıq. Lakin
həmən surədən mənim yadımda qalan yalnız bu ayə olmuşdur.
«Əgər Adəm övladı var-dövlət ilə dolu iki səhraya malik olarsa, üçüncü arzunu da edəcəkdir.
[Axırda isə] Adəm övladının qarnını torpaqdan başqa heç bir şey doyuzdurmayacaqdır.»
Yadımdadır, Musəbbihat surəsinə oxşar başqa bir surə də oxuyardıq. Amma təəssüflər olsun ki,
ondan da yalnız bu ayə yadımda qalmışdır.
«Ey iman gətirənlər! Etməyincə bir şeyi niyə deyirsiniz? Bilin ki, bu kimi sözlər sizin əməl
dəftərlərinizdə yazılacaq və qiyamət günü sorğu-sual olunacaqsınız.» (Səhihi Müslüm. 3-cü cild,
100-cü səh.).
8. Zərr deyir: Günlərin bir günündə Ubeyy ibni Kə᾽b məndən soruşdu: Ey Zərr! Əhzab surəsi
neçə ayədən ibarətdir? Dedim: Yetmiş üç ayədən. Sözümü kəsərək dərhal dedi: Əhzab surəsi
həcm baxımından Bəqərə surəsi kimi, bəlkə ondan da böyükdür. (Musnəd Əhməd 2-ci cild, 43-cü
səh.).
9. İbni Əbi Davud və İbni Ənbar Şəhabdan nəql edərək deyir: Bizə bəlli olmuşdur ki, (Osmanın
xilafəti dövrünədək) mövcud olmuş Qur᾽anlar həcm baxımından hal-hazırkı Qur᾽an
nüsxələrindən daha böyük olmuşdur. Lakin, Yəmamə döyüşündə Qur᾽an hafizlərinin həlak
olması nəticəsində Qur᾽anın böyük bir hissəsi aradan getmişdir. (Musnəd Əhməd ibni Hənbəl 2-ci
cild, 50-ci səh.).
10. Ömər Ayişədən nəql edərək deyir: Əvvəllər «[Uşaq anadan] on dəfə [və ya on dəfədən artıq]
süd əmərsə [ananın] digər uşaqları məhrəm olmuş olur» ayəsi Qur᾽an nüsxələrində mövcud olmuş
lakin, «Xəmsu mə᾽lumatin – beş dəfə əmərsə...» ayəsi nazil olmaqla, əvvəlki hökm öz qüvvəsini
itirmişdir. Hər iki ayə, hətta Peyğəmbərin (s) vəfatından sonra digər ayələrlə yanaşı qiraət
olunardı. (Səhihi Buxari 4-cü cild, 167-ci səh.).
11. Musəvvər ibni Muxrəmə nəql edərək deyir: Ömər ibni Əbdürrəhman ibni Ovf deyərdi: Sən də
«Əgər döyüşərsinizsə, əvvəl döyüşdüyünüz kimi döyüşün» ayəsini Qur᾽anda tapa bilmirsən?!
Əbdürrəhman cavabında dedi: Digər ayələr kimi bu ayə də aradan getmişdir. (İtqan 2-ci cild, 42-
ci səh.).
129
12. Əbu Süfyan Kəlai deyir: Günlərin bir günündə Muslimət ibni Muxlid Ənsari bizə dedi:
Əvvəllər Qur᾽anın bir hissəsini təşkil edən, lakin sonradan ixtisara salınmış iki ayə haqda nə deyə
bilərsiniz?
Onlardan heç biri, hətta Əbu Kənud Səhd ibni Malik belə onun hansı ayəni nəzərdə tutduğunu
xatırlaya bilmədi. Sonra İbni Muslimə özü bu iki ayəni oxudu:
«İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər [Mühacirlər!]
Müjdələr olsun ki, nicat tapanlardan oldunuz!
Onlara [mö᾽minlərə] sığınacaq verən, [çətinliklərdə] köməklik edən və Allahın qəzəbinə gəlmiş
şəxslərin qarşısında onları müdafiə edən şəxslər, kimsənin təsəvvür etmədiyi ne᾽mətlərlə
mükafatlandırılarlar. Bütün bunlar onlara gördükləri xeyirli işlərin müqabilində bəxş olunar.»
Bütün bunlarla yanaşı İbni Abbasın və Ubeyy ibni Kə᾽bin yazdıqları səhifələrdə Xələ᾽ və Həfəd
adlı surələrə də rast gəlmək olar. Surələrin hər birindən bir ayəni sizin nəzərinizə çatdırırıq.
«İlahi! Biz səndən kömək diləyir və bağışlanmağımızı istəyirik. Şə᾽ninə şükr və səna deyir və
sənə şərik qoşmayırıq. İtaətindən çıxıb günahkar şəxsləri özümüzdən uzaq edirik. İlahi! Yalnız
sənin üçün ibadət edir, qarşında namaz qılıb səcdəyə qapanırıq. Hər zaman sənə pənah gətirib
bütün işlərimizi sənə xatir görürük. Əzabından qorxur, rəhmətinə ümid edirik. Çünki, əzabın
yalnız kafirlərə şamil olar.»
Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur. Lakin biz, bunlarla kifayətlənib verilən
cavabları nəzərdən keçirməyə daha çox əhəmiyyət veririk.
Cavab: Qur᾽anın bə᾽zi ayələrini tilavət, bə᾽zilərini də ixtisara salınaraq onun orjinal nüsxəsindən
çıxarılması təhrifdən savayı bir şey deyildir. Bir sözlə Qur᾽anın təhrif olunduğuna dair irəli
sürülmüş nəzəriyyə heç bir məntiqə əsaslanmadığı kimi orada bə᾽zi ayələrin ixtisara salınması da
tamamilə batil və əsassız nəzəriyyədir. Çünki, bu kimi dəyişikliklər ya Peyğəmbərin (s) özü, ya
da ondan sonra xilafəti idarə edən şəxslər tərəfindən həyata keçirilməli idi.
Birinci nəzər:
Qur᾽an ayələrinin Peyğəmbər (s) tərəfindən ixtisara salınmasını (və ya əvəz olunmasını) sübuta
yetirmək üçün əsaslı dəlillərə istinad etmək lazımdır. Bu kimi məntiqsiz rəvayətlərlə belə bir
əhəmiyyətli mətləbin sübuta yetirilməsi qeyri-mümkündür. Çünki, alimlərin fikrincə Qur᾽anın
vahid xəbər ilə əvəz olunması və ya ixtisara salınması qeyri-mümkündür. Belə ki, onlardan
bə᾽ziləri öz kitablarında bu mətləbə xüsusi diqqət yetirmişlər.
Şafei və onun davamçıları Qur᾽anın zahiri mə᾽nasına istinad edərək, Qur᾽anın sünnət və mö᾽təbər
rəvayətlərlə nəsx olunmasını (əvəz olunmasını və ya ixtisara salınmasını) tamamilə əsassız hesab
edirlər. Əhməd ibni Hənbəl də bu əqidəyə əsaslanmışdır. Bə᾽ziləri Qur᾽anın nəsx olunmasını
mütəvatir rəvayətlərlə düzgün hesab etməsələr də, belə bir prosesin həyata keçməsini qeyri-
mümkün hesab edirlər. Bütün bu rəvayətlərin vahid xəbər formasında nəql olunduğunu nəzərə
130
alaraq, Qur᾽anın nəsx olunmasını Peyğəmbərə (s) aid etmək olarmı? Qeyd etmək lazımdır ki, bu
rəvayətlərin məzmununda da bir sıra ziddiyyətlər nəzərə çarpır. Belə ki, onlardan bə᾽zilərində
nəsxin Peyğəmbərin (s) özü tərəfindən, bə᾽zilərində isə onun vəfatından sonra baş verdiyinə işarə
olunur.
İkinci nəzər:
Qur᾽anın Peyğəmbərdən (s) sonra iqtidarda olmuş xəlifələr dövründə təhrif olunmasına gəldikdə
isə, bunu deyə bilərik ki, belə bir nəzəriyyəni qəbul etmək, Qur᾽anın təhrif olunmasını qəbul
etmək deməkdir. Belə bir nəzəriyyəyə əsaslanaraq deyə bilərik ki, Qur᾽an tilavətində nəsxə yol
verildiyinə e᾽tiqadı olan əhli sünnə alimlərinin bir çoxu, Qur᾽anın özündə də təhrifə yol
verildiyinə istinad edirlər. Çünki, onlar Qur᾽an ayələrinin tilavətinin nəsx olunmasına əsaslanırlar.
Hətta əhli sünnə alimlərinin bə᾽ziləri, bu ayələrlə bağlılığı olan şər᾽i məsələlərdə bir sıra
çətinliklərlə qarşılaşmışlar. Məsələn, boynuna cənabət qüslü gəlmiş şəxs, tilavəti nəsx olmuş
ayələri oxuya bilərmi? Və ya dəstəmazı olmayan şəxslər bu ayələrə toxuna bilərmi?
Bə᾽ziləri bu barədə qəti hökm verərək, boynuna cənabət qüslü gəlmiş və həmçinin dəstəmazı
olmayan şəxslərə, nəsx olmuş ayələrin oxunmasını və onlara toxunmasını qadağan etmişdir. Bu
da əhli sünnənin Qur᾽an ayələrinin nəsx olunduğuna dair olan e᾽tiqadlarını bir daha sübuta yetirir.
Əhli sünnə məzhəbinin bir hissəsini təşkil edən mö᾽təzilə məzhəbinin davamçıları isə bu
nəzəriyyəni qətiyyətlə rədd edirlər.
Lakin təəccüb doğuran budur ki, əhli sünnə alimlərinin bə᾽ziləri əhli sünnə davamçılarının belə
bir e᾽tiqada əsaslanmadığını inkar və təkzib etmişlər. Hətta Alusi, Mərhum Təbərsinin təhrifin
Həşfiyyəyə aid etdiyini təkzib edərək deyir: Əhli sünnə alimlərinin heç biri Qur᾽anın təhrif
olunmasına dair fikir irəli sürməmişdir.
Daha təəccüblüsü budur ki, o, şiə alimlərini təhrif nəzəriyyəsini qəbul etməkdə ittiham etmişdir.
Alusi bu haqda deyir: Şiə alimlərinin irəli sürdükləri fərziyyələr, onların «Qur᾽anın təhrif olma
nəzəriyyəsini» qəbul etmələrini bir daha sübuta yetirir. Belə ki, Təbərsi onların belə bir batil və
yanlış əqidələrinin üstünü örtmək üçün bir sıra dəlillərə istinad etməyə cəhd göstərmişdir. (Ruhul
Məani. 1-ci cild, 24-cü səh.).
Bu iradların əksinə olaraq, ötən fəsillərdə şiə alimlərinin «təhrif nəzəriyyəsini» qətiyyətlə rədd
etdiklərini və onların bu barədə heç bir fikir irəli sürmədikləri haqda ətraflı izahatlar verdik. Hətta
Təbərsi öz kitabında Seyyid Mürtəzanın «təhrif nəzəriyyəsinin» batil olduğuna dair gətirdiyi
əsaslı dəlillərə işarə etmişdir. (Məcməul-bəyan. 1-ci cil, 15-ci səh.).
QUR᾽ANIN TƏHRİFƏ OLAN BAXIŞI
QUR᾽ANIN TƏHRİF OLUNMAMASINA DƏLALƏT EDƏN AYƏLƏR
Artıq, təhrifin nə olduğu və onun hansı amillər üzündən yarandığı bəlli oldu.
131
Lakin, bu nəzəriyyənin tamamilə əsassız və batil olduğuna dəlalət edəcək bir sıra ayələr də vardır
və biz onlardan bir neçəsini misal olaraq burada qeyd edirik.
Birinci ayə:
«Şübhəsiz ki, Qur᾽anı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən –
artırıb-əksiltmədən] qoruyub saxlayacağıq.» (Hicr-9).
Buradan belə mə᾽lum olur ki, Qur᾽an nazil olduğu ilk gündən Allah-taala tərəfindən təhrif və
dəyişikliklərdən qorunub saxlanılmış və qiyamət gününədək toxunulmaz olaraq qalacaqdır.
Lakin «təhrif nəzəriyyəsinin» tərəfdarları bu ayəni müxtəlif mə᾽nalarda təfsir etməyə çalışmışlar:
1. Ayədə qeyd olunan «zikr» kəlməsindən məqsəd Qur᾽an deyil, Peyğəmbərdir (s). Belə ki, Təlaq
surəsinin 10-11-ci ayələrində zikr deyildikdə, Peyğəmbər (s) nəzərdə tutulur.
«Allah sizin üçün Qur᾽anı nazil etmiş və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura
[küfrdən imana] çıxartmaq üçün Allahın açıq-aşkar [halal-haramı bəyan edən] ayələrini sizə
oxuyan bir peyğəmbər göndərmişdir.»
Göründüyü kimi burada haqqında xəbər verilən şəxs Peyğəmbər (s) özüdür.
Yə᾽ni, Allah-taala həzrət Məhəmmədi (s) peyğəmbərliyə tə᾽yin etdikdən sonra, bu ayəni nazil
etməklə onu xoşagəlməz hadisələrdən qoruyacağını bildirmək istəmişdir.
Cavab: Ayəyə verilən bu təfsir tamamilə səhv və əsassızdır. Çünki, ayədə istifadə olunan «İnzal»
və «Tənzil» kəlmələri (nazil etmək – nazil olmaq) mə᾽nalarını daşıyır. Demək «zikr» deyildikdə,
hər iki ayədə Peyğəmbər (s) deyil, Qur᾽an nəzərdə tutulur. Və əgər «zikr» deyildikdə Peyğəmbər
(s) nəzərdə tutulsaydı, «irsal» (göndərmək) və ya buna oxşar ifadələrdən istifadə olunardı.
Əgər burada «zikr» deyildikdə Peyğəmbərin (s) nəzərdə tutulduğunu fərz etsək, bir qədər əvvəl
misal olaraq qeyd etdiyimiz Hicr surəsinin 9-cu ayəsindən üç ayə əvvəl «zikr» deyildikdə,
Peyğəmbərin (s) nəzərdə tutulduğunu deyə bilməyəcəyik.
«[Müşriklər peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil edən kəs! Axı sən divanəsən!» (Hicr-
6).
Göründüyü kimi «və qalu ya əyyuhəlləzi nuzzələ ələyhizzikru innəkə ləməcnun» ayəsində «zikr»
deyildikdə, Peyğəmbərə (s) nazil olmuş Qur᾽an nəzərdə tutulur.
2. Deyirlər: Qur᾽anın qorunması deyildikdə, onun təhrif və təbdildən qorunması deyil, eyb və
nöqsanlardan qorunması və onun haqq olmasının sübutu nəzərdə tutulur.
Cavab: Gətirdikləri bu dəlilin birinci dəlildən daha əsassız və batil olduğu göz qabağındadır. Əgər
onlar Allahın, Qur᾽anı kafirlərin tənqid və iradından qorumasını nəzərdə tuturlarsa, gəldikləri
nəticənin batil olduğuna şəkk etməməlidirlər. Çünki, Qur᾽an hər şeydən daha çox kafirlərin tənqid
132
və iradlarına məruz qalmışdır. Demək ayədən məqsəd, heç də kafirlərin tutduqları irad və
nöqsanlar deyildir.
Yox, əgər onlar Qur᾽anın özünəməxsus bəyan tərzini və başqalarının onunla mübarizə etməyə
qadir olmadıqlarını nəzərdə tuturlarsa, demək lazımdır ki, bu barədə düzgün nəticəyə gəlmişlər.
Lakin heç də nəzərdən qaçırmaq olmaz ki, Qur᾽an nazil olduğu ilk gündən bu yüksək xüsusiyyətə
malik olmuşdur. O ki qaldı onun toxunulmazlığına, bu məsələ Qur᾽anın zati xüsusiyyətlərindən
deyildir. Belə ki, Allah-taala belə bir toxunulmazlıq xüsusiyyətini ona nazil olduqdan sonra
vermişdir. Buna əsasən deyə bilərik ki, zati toxunulmazlıq onun təhrifə qarşı zati istehkamı və
müqavimət göstərməsidir. Bunun isə, yuxarıda qeyd olunan ayənin mə᾽na və məfhumu ilə heç bir
əlaqəsi yoxdur.
Əvvəla ona görə ki, Qur᾽an əvvəldən malik olduğu üstün xüsusiyyətlərlə öz müxaliflərinə qarşı
sinə gərmiş və özünü lazımınca müdafiə edə bilmişdir. Təbiidir ki, belə bir halda onun heç bir
xarici mühafizəkara ehtiyacı olmayacaqdır.
Digər tərəfdən isə ayə Qur᾽anın toxunulmazlığına, nazil olarkən deyil, yalnız nazil olduqdan
sonra zəmanət verir.
3. Deyirlər: Doğrudur, ayədə Qur᾽anın toxunulmazlığından söhbət açılır, lakin burada hansı
Qur᾽an nəzərdə tutulur? Onların fikrincə, burada yalnız zəmanənin imamında olan Qur᾽an
nəzərdə tutula bilər. Çünki ayənin zahiri mə᾽nasından onun ümumi xarakter daşıdığını müşahidə
etmirik.
Cavab: Bu fərziyyə bir qədər əvvəl qeyd olunan fərziyyələrdən daha zəif və əsassızdır. Çünki,
Qur᾽anın toxunulmaz qalması, ilk növbədə onu gündəlik tilavət edən camaat üçün lazımdır. O ki
qaldı zəmanənin imamında olan Qur᾽ana, o, lövhi-məhfuzda və ya mələklərin yanında olan
Qur᾽an kimi toxunulmaz qalacaqdır. Sanki birisi hədiyyə vermək istədiyi şəxsə deyir: Mən sizin
üçün bir hədiyyə göndərmişəm, lakin onu ya özüm, ya da dostlarımdan biri qoruyub
saxlayacaqdır.
Daha təəccüblüsü budur ki, onlar «toxunulmaz» dedikdə bütün Qur᾽anlar deyil, yalnız bir Qur᾽anı
nəzərdə tuturlar. Onlar belə güman edirlər ki, «zikr» deyildikdə, kağız üzərində yazılmış və
üzərindən oxunan ayələr nəzərdə tutulur. Bir halda ki, bu tamamilə yanlış bir fərziyyədir. «Zikr»
deyildikdə Allah tərəfindən Peyğəmbərə (s) nazil olmuş Qur᾽an nəzərdə tutulur. Mövcud olan
Qur᾽an nüsxələri isə, Peyğəmbərə (s) nazil olmuş orjinal nüsxənin zahiri formasıdır. Bu Qur᾽an
nüsxələri isə zaman keçdikcə köhnəlib aradan gedər. Belə ki, toxunulmaz dedikdə, kağız üzərinə
köçürülmüş, zaman keçdikcə çürüyərək aradan gedəcək nüsxələri deyil, Allah tərəfindən
Peyğəmbərə (s) nazil olan və əməli-saleh insanların qəlblərindəki Qur᾽anı nəzərdə tutmalıyıq.
Belə bir Qur᾽an dünya durduqca duracaq və orada istifadə olunan ifadələrdən heç biri təhrif və
təbdilə mə᾽ruz qalmayacaqdır.
4. İrəli sürülən fərziyyələrə cavab verilsə də, şübhə doğuran bir məsələ də vardır və o da bundan
ibarətdir ki, əgər «təhrif nəzəriyyəsinin» tərəfdarları Qur᾽anın bu ayəsində də (Hicr-9) təhrifə yol
133
verildiyini ehtimal etsələr və ya bu ayə ilə Qur᾽anın təhrif olunmasını sübuta yetirmək istəsələr,
onların iddiaları bir o qədər də inandırıcı olmayacaqdır. Çünki, təhrif olunduğu ehtimal olunan bir
ayə ilə Qur᾽anın təhrif olunmasını isbat etmək həm məntiqdən uzaq, həm də sağlam əql və
düşüncə ilə qəbul olunması qeyri-mümkün olan bir işdir. Lakin burada olduqca böyük əhəmiyyət
kəsb edən bir məsələyə toxunmaq lazımdır. O da, Peyğəmbərin (s) Əhli-beyti tərəfindən Qur᾽an
ayələrinin təhrif olunub-olunmaması haqda nəql olunan rəvayətlərin mö᾽təbərliyini qəbul edib-
etməməkdən ibarətdir. Yə᾽ni, Qur᾽anın təhrif olunub-olunmamasına dair e᾽tibar baxımından onlar
tərəfindən nəql olmuş hədis və rəvayətlərə istinad edən kəslər, bu məsələnin həllində heç bir
çətinliklərlə üzləşməzlər. Onlara qarşı kin-küdurət bəsləyən, buyurduqlarına istinad etməyən
kəslər isə təhrif və bu kimi bir çox məsələlərdə çətinliklərlə üzləşəcək, əldə etdikləri nəticə isə
batil və əsassız olacaqdır.
İkinci ayə:
«Özlərinə Qur᾽an gəldiyi zaman onu yalan hesab edənlər [mütləq cəzalarına çatacaqlar] o
[Qur᾽an], şübhəsiz ki, çox dəyərli, qiymətli bir kitabdır.
Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. [Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə
bilməz] o, hikmət sahibi və şükrə, tə᾽rifə layiq olan [bütün işləri bəyənilən] Allah tərəfindən nazil
edilmişdir.» (Fussilət 41-42).
Ayənin məzmunundan belə mə᾽lum olur ki, Qur᾽an bütün kitablardan fərqli olaraq toxunulmaz
qalmış və öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir.
«Təhrif nəzəriyyəsi»nin tərəfdarları, qeyd etdiyimiz ayə barəsində irəli sürdükləri fərziyyədə
deyirlər: Qur᾽anın toxunulmazlığı deyildikdə, burada bəyan olunan hökm və qanunların yalan,
eyb və nöqsanlardan uzaq olduğu nəzərdə tutulur. Onlar bu barədə Əli ibni İbrahim Qumidən nəql
olunmuş rəvayətə istinad edirlər. O, öz təfsirində imam Baqirdən (ə) bu rəvayəti nəql edir:
«Qur᾽an, nə ondan əvvəl nazil olmuş Zəbur, Tövrat və İncil ilə, nə də sonradan yazılmış kitablarla
batil olunar.»
Mərhum Təbərsi «Məcməul Bəyan»da imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Qur᾽anda
keçmiş ümmətlər və gələcəkdə baş verən hadisələr haqda doğru və düzgün mə᾽lumatlar verilir.
Burada nə yalan, nə də heç bir əsası olmayan fərziyyələr görmək olar.»
Cavab: Ayəni belə mə᾽nalandırmaq heç də düzgün olmazdı. Çünki, burada misal olaraq qeyd
olunan iki rəvayətin bu mətləblə heç bir əlaqəsi yoxdur. Belə ki, rəvayətlərdə yalnız Qur᾽anın,
əvvəlki səmavi kitabların (Zəbur, Tövrat, İncilin) batil olunması, keçmiş ümmətlər və gələcək
haqda verilən mə᾽lumatların həqiqət olması bildirilir.
Qur᾽anın [batini və zahiri] xüsusiyyətlərini bəyan edən və ümumiyyət xarakteri daşıyan ayələrə
müraciət etdikdə isə, zaman və məkandan asılı olmayaraq, hətta qiyamət gününədək Qur᾽ana batil
əqidələrin, yalan və iftiraların yol tapmayacağının və toxunulmaz olaraq qalacağının şahidi
oluruq. Və əgər ayəni, yalnız Qur᾽anda yalan və iftiralara yol verilmədiyi kimi mə᾽nalandırsaq,
134
onda Qur᾽anın tarix boyu tağut rejimlərə, batil ən᾽ənə və əqidələrə zəfər çalmasını və bu kimi
digər əhəmiyyətli məsələləri nəzərdən qaçırmış olarıq.
SÜNNƏ VƏ HƏDİSLƏRİN TƏHRİFƏ OLAN BAXIŞI
«Səqəleyn» hədisi və Qur᾽anın təhrifi:
Qur᾽anın təhrif olunmamasına dəlalət edən ən əsaslı dəlil onun öz ayələridir. Biz bir qədər əvvəl
onlardan ikisi haqda ətraflı mə᾽lumat verdik. Bu mətləbə dəlalət edəcək ikinci əsaslı dəlil,
Peyğəmbərdən (s) nəql olunmuş «Səqəleyn» hədisidir. Hədisdə deyilir:
«Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın
kitabı(Qur᾽an) və digəri isə mənim Əhli-beytimdir.»
Hədisin məzmunundan belə mə᾽lum olur ki, Peyğəmbər (s) özündən sonra Qur᾽anı və Əhli-
beytini (ə) müsəlmanların üzərində canişin tə᾽yin etmiş, müsəlmanlar da öz növbəsində qiyamət
gününədək bir-birindən ayrılmayacaq bu iki şeyə tabe olmalı və onlara itaət etməlidirlər.
Bu kimi hədislər istər sünnü, istərsə də şiə mənbələrində kifayət qədər nəql olunmuşdur. Buradan
biz Qur᾽anın təhrif olunmasına dəlalət edən iki əsaslı dəlilə işarə edə bilərik.
1. «Təhrif nəzəriyyəsi»ni qəbul edən müsəlmanlar Qur᾽ana istinad etməməklə yanaşı, onun
hökmlərinə də əməl edə bilməzdilər. Çünki, təhrifə yol verdikdə ayələrdən bə᾽ziləri ya
dəyişilməli, ya ixtisara salınmalı, yaxud da onlara müəyyən əlavələr edilməli idi. Bir halda ki, bu
müqəddəs kitab nazil olduğu ilk gündən, məzhəbindən asılı olmayaraq hər bir müsəlman
tərəfindən oxunmuş və həmçinin onun verdiyi hökmlərə əməl olunmuşdur. Buradan belə bir
nəticəyə gəlmək olar ki, «təhrif nəzəriyyəsi» tamamilə batil və əsassızdır.
İzah: «Səqəleyn» hədisi Qur᾽anla Əhli-beytin qiyamət gününədək ayrılmaz və əbədi qalacağına
dəlalət edir.
Bu səbəbdən də insanların haqqa hidayət olmaları üçün həm Qur᾽an, həm də Əhli-beyt (ə)
üzvlərindən biri qiyamət gününədək insanların arasında olmalıdır.
Mə᾽lum məsələdir ki, əgər insanlar Qur᾽an və Əhli-beyti (ə) sevərək onlara tabe olsalar, onların
getdikləri hidayət yolunun yolçularına çevrilərlər.
İnsanların haqqa hidayəti və bu yolun həqiqi davamçılarından olmaları, onların zəmanə imamı ilə
birbaşa ünsiyyətdə olmalarından asılı deyildir. Çünki, birbaşa ünsiyyət onlar sağ ikən də hamıya
müyəssər olmurdu. O ki qaldı qeybət dövründə müəyyən şəxslərin imamla ünsiyyətdə olmalarının
zəruriliyini iddia etmələrinə, bu tamamilə əsassız bir iddiadır. Belə ki, şiə məzhəbinin davamçıları
istər imamların həyatı dövründə, istərsə də onlar qeybdə olan zaman onlarla ya birbaşa, ya da
müxtəlif şəxslərin vasitəsilə ünsiyyətdə olmuşlar. Onlar imamlara qarşı məhəbbət göstərir və
onların buyruqlarını həyatın bütün sahələrində həyata keçirərdilər.
135
Qur᾽ana gəldikdə isə, qeyd etmək lazımdır ki, müsəlmanlar bütün mə᾽nəvi dəyərləri daim oradan
götürmüş və bütün işlərdə onu özləri üçün örnək hesab etmişlər. Onları zəlalətdən səadətə
qovuşduran və xoşbəxt həyatlarını tə᾽min edən də məhz Qur᾽an olmuşdur.
«Qur᾽anın əsli zəmanənin imamındadır» deyənlər isə, böyük səhvə yol vermiş olurlar. Çünki,
belə bir halda müsəlmanların istədikləri vaxt Qur᾽ana müraciət etmələri heç də asan olmazdı.
Bilavasitə haqq-ədalət və hidayət mənbəyi olan Qur᾽an, daim müsəlmanların ixtiyarında olmalı
və onlar istədikləri vaxt ona müraciət edə bilməlidirlər.
«Səqəleyn» hədisinin Qur᾽anın təhrif olunmamasına dəlalət etməsi bundan ibarət idi.
Lakin bu dəlillərə irad tutaraq deyirlər: «Səqəleyn» hədisi Qur᾽anın təhrif olunmamasına dəlalət
etsə də, burada bütün Qur᾽an deyil, yalnız fiqh və şəriət qanunlarının toxunulmamazlığı nəzərdə
tutulur. Çünki, müsəlmanlar [şəriət məsələlərində] bütünlüklə Qur᾽ana deyil, yalnız fiqhi ayələrə
istinad edirlər. Bu hədis həmin ayələrlə əlaqəli olmadığı üçün Qur᾽anın təhrif olunmamasına
dəlalət edə bilməz.
Cavab: Bu nəzəriyyənin heç bir əsası yoxdur. Çünki bəşəriyyəti haqqa hidayət edən, Qur᾽anın
müəyyən surələri deyil, Peyğəmbərə (s) 23 il müddətində nazil olmuş bütün surə və ayələridir.
İnsanların xoşbəxt həyatını tə᾽min edən və onları səadətə qovuşduran yalnız fiqh ayələri deyil,
onun bəşər həyatını hərtərəfli əhatə edən bütün ayələri, o cümlədən əxlaq, rəftar, ailə, siyasət,
hüquq, ticarət və s. qanunvericilik ayələri də şamildir. Qur᾽anın fəziləti barəsində söhbət açarkən
qeyd etdik ki, bə᾽zi ayələrdə keçmiş ümmət və peyğəmbərlərin sərgüzəştləri əhvalat şəklində
bəyan olunsa da, əsas məqsəd ilahi hökmlərin izahı və insanların bundan ibrət götürərək haqqa
hidayət olmalarıdır. Buna əsasən müsəlmanlar Qur᾽ana iman gətirərək onun bütün ayələrinə
istinad etmişlər.
«Təhrif nəzəriyyəsi»ni qəbul edənlər arasında elələri də vardır ki, təhrif deyildikdə yalnız vilayət
ayələrinin təhrif olunduğunu nəzərdə tuturlar. Bir halda ki, vilayət ayələri də digər ayələr kimi hər
bir müsəlman tərəfindən qəbul olunmalı və əməli olaraq sübuta yetirilməlidir. Və belə bir halda
bu ayələrdə də təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkündür.
Təhrif nəzəriyyəsinin əsassızlığının «Səqəleyn» hədisi vasitəsilə sübuta yetirilməsinin ikinci yolu
bundan ibarətdir ki, təhrif məsələsi düzgün olsa, onda Qur᾽an tədricən öz e᾽tibarını itirəcək və
nəticədə dəlil olaraq kimsə tərəfindən mö᾽təbər sayılmayacaqdır. Belə bir çətinliklə qarşılaşan hər
bir şəxs, şəkk-şübhəni aradan qaldırmaq üçün Əhli-beytə (ə) müraciət etməli, onların Qur᾽an
barəsində verdikləri nəzəriyyəyə, yə᾽ni bu ilahi kitabın təhrif olunmamasına e᾽tiqad bəsləməli və
bu barədə heç bir əlavə fərziyyələrə istinad etməməlidir. Çünki, hədisdən əldə etdiyimiz mə᾽naya
əsasən Əhli-beyt (ə), Qur᾽andan sonra müsəlmanların istinad edəcəkləri ikinci ən mö᾽təbər
mənbədir. Belə bir halda, Qur᾽anın təhrif olunduğuna ehtimal verib sonra bu nəzəriyyənin əsassız
olduğunu Əhli-beytin (ə) buyuruqları ilə sübuta yetirməliyikmi?!
136
«Təhrif nəticəsində Qur᾽an öz e᾽tibarını itirir» dedikdə isə, ayələrdə olunan ixtisar, əlavələr,
dəyişikliklər və bunun nəticəsində mə᾽na, məfhum baxımından nəzərə çarpan fərqlər nəzərdə
tutulur.
Nəticə: Təhrif nəzəriyyəsindən əldə olunan nəticə, Qur᾽anın öz e᾽tibarını itirməsi və ayələrin
zahiri mə᾽nalarına istinad olunmasıdır. Bu isə qeyd etdiyimiz kimi, tamamilə yanlış bir nəticədir.
Belə ki, Qur᾽anın dəlil olmaması onun təhrif olunduğuna dəlalət edir və belə bir halda bunun
sübuta yetirilməsi üçün «icmali elm»dən istifadə olunmasına heç bir ehtiyac duyulmur. Bu halda
biz belə bir qənaətə gəlməliyik: Təhrif nəticəsində «icmali elm» yolu ilə bə᾽zi ayələrin zahiri
mə᾽nalarında yaranmış ixtilaflar artıq bizə bəlli olur və icmali elmə istinad etməklə Qur᾽an öz
e᾽tibarını itirir. Çünki, əgər Qur᾽anın zahiri mə᾽nasının dəlil olduğunu icmali elm yolu ilə sübuta
yetirmək istəsək, cavabında gərək deyək:
Əvvəla, Qur᾽anda təhrifə yol verilməsi icmali elmə və ayələrin zahiri mə᾽nasında ixtilafın
yaranmasına səbəb olmur. Digər tərəfdən isə icmali elm, Qur᾽anın zahiri mə᾽nalarına istinad
olunmasında heç bir tə᾽sirə malik deyildir. Çünki, icmali elm yalnız o zaman tə᾽sirli ola bilər ki,
ona hər tərəfli əməl olunmuş olsun, əks təqdirdə onun heç bir vəzifə tə᾽yin etmək səlahiyyəti
olmayacaq. Belə olduqda isə icmali elm, Qur᾽an ayələrinin zahiri mə᾽nalarının şəriət məsələlərini
bəyan edən və bəyan etməyən ayələri arasında ixtilafın yaranmasının qarşısını alır. Şəriət
hökmlərini bəyan etməyən ayələrə əməl olunmadıqda isə, icmali elm heç bir rol oynamayacaq.
Təhrif nəzəriyyəsinin tərəfdarları bə᾽zən belə güman edirlər ki, Qur᾽anın dəlil olması onların
istinad etdikləri nəzəriyyə ilə heç də ziddiyyət təşkil etmir. Yə᾽ni onlar həm Qur᾽anın dəlil
olmasını, həm də onun təhrif olunduğunu qəbul edərək, belə bir fərziyyəyə istinad edirlər. Onlar
deyirlər: Təhrif nəzəriyyəsini qəbul etməklə yanaşı, Qur᾽an ayələrinin zahiri mə᾽nalarına da
istinad edə bilərik. Çünki, ayələrin zahiri mə᾽nalarının dəlil olması təhrif nəzəriyyəsinin
e᾽tibarsızlığına səbəb olur. Lakin, imamlar mövcud Qur᾽anların mö᾽təbərliyini, həmçinin öz
səhabələrinin Qur᾽anın zahiri mə᾽nalarına əməl etmələrini təsdiq etmişlər. Beləliklə, təhrif
nəzəriyyəsinin tərəfdarları həm bu nəzəriyyəyə istinad etmək, həm də Qur᾽anın zahiri
mə᾽nalarının imamlar tərəfindən təsdiq olunduğuna e᾽tiqad bəsləmək istəmişlər.
Lakin, bu tamamilə batil və əsassız fərziyyədir. Çünki, imamların öz davamçılarını haqqa hidayət
etmələri və onların Qur᾽an ayələrinin zahiri mə᾽nalarına istinad etdiklərini təsdiq etmələri, heç də
Qur᾽anın dəlil olduğunu sübuta yetirmək məqsədilə olmamışdır. Əksinə onlar, Qur᾽an nazil
olduğu ilk gündən onun zahiri mə᾽nalarının dəyişilmədiyinə istinad etmiş və belə bir saf əqidəyə
əsaslanaraq bəşəriyyətin hidayətini öz üzərlərinə götürmüşlər. Yə᾽ni, onların mövcud Qur᾽anların
mö᾽təbərliyini təsdiq etmələri, onun zahiri e᾽tibarına deyil, həqiqi dəlil və höccət olduğuna dəlalət
edir.
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUNMASI
Qur᾽anın təhrif olunmamasına dəlalət edən başqa bir dəlil, vacibi namazlarda 1-ci və 2-ci
rə᾽kətlərdə «Həmd» surəsindən sonra hər hansı bir surənin tam şəkildə və ayət namazında isə bir
137
surənin beş yerə bölünərək oxunmasıdır. Bu hökm namaz vacib olunduğu ilk gündən məhz bu
şəkildə müəyyənləşmiş və müsəlmanlar tərəfindən icra olunmuşdur.
Buna əsasən təhrif nəzəriyyəsini qəbul edən şəxslər, gündəlik namazlarında təhrifə yol verilmiş
surələr oxumamalıdırlar. Həmd surəsindən sonra hər hansı bir surənin tam və düzgün şəkildə
oxunması vacib olduğu üçün, təhrif olunmuş surələrin oxunması mükəlləfin üzərindən
məs᾽uliyyəti götürməz.
İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları belə bir iddia irəli sürə bilərlər ki, surənin tam oxunması,
yalnız onun təhrifə mə᾽ruz qalmadığını bilmədikdə vacib olur. Bundan qeyri-halda surənin tam
oxunması heç də vacib deyildir.
Cavab: Bu iddianı yalnız o zaman düzgün hesab etmək olar ki, Qur᾽anın bütün surələrinin təhrif
olunduğuna ehtimal vermək olsun. Lakin bu surələrdən heç olmasa biri – hətta təhrif
nəzəriyyəsinin tərəfdarlarının əqidəsinə əsasən – təhrif olmasa, onda gərək bu nəzəriyyənin
tərəfdarları gündəlik namazlarında bu surədən başqa heç bir surə oxumasınlar.
Başqa bir irad:
Mə᾽sum imamlar namazda Həmd surəsindən sonra hər hansı bir surənin oxunmasını icazə
vermişlər. Əgər belə bir icazə verilməsəydi, təhrif olması ehtimal verilən surələrin oxunması
düzgün olmazdı.
Cavab: İmamların, Qur᾽an surələrinin gündəlik namazlarda oxunmasına icazə vermələri, onun
təhrif olunmamasını bir daha sübuta yetirir. Yox, əgər imamların bu icazəsi müsəlmanların
qıldıqları namazları təhrif olmuş surələri oxumaqla batil edəcəkdisə, bu halda onlar təhrif
olunmamış surələrin oxunmasını tövsiyə edərdilər. Və belə olduqda təqiyyə ilə də heç bir
ziddiyyət yaranmazdı. Çünki, Tövhid və Qədr surələrinin oxunmasına daha çox diqqət yetirər və
onların fəziləti haqda dəyərli mə᾽lumatlar verərdilər. Belə bir halda bu iki surənin fəziləti haqda
söhbət açmaq əvəzinə, təhrif olunmamış digər surələrin də oxunmasının vacibliyini bəyan
edərdilər.
Nəticə: Gündəlik namazlarda Həmd surəsindən sonra hər hansı bir surənin tam oxunmasının
vacibliyi imamlar tərəfindən dəfələrlə bəyan olunmuşdur. Və müsəlmanların bu məsələ ətrafında
təqiyyə etmələrinə heç bir səbəb olmamışdır. Çünki, bu hökm ya Peyğəmbərin (s) zamanında, ya
da ondan sonra imamlar tərəfindən verilmişdir.
Demək, Həmd surəsindən sonra hər hansı bir tam surənin oxunmasının vacibliyi, hələ
Peyğəmbərin (s) zamanında bəyan edilmiş və bu hökm hər bir müsəlman tərəfindən gündəlik
namazlarda icra olunmuşdur. Buna əməl etmək yalnız o zaman düzgün olardı ki, surələr təhrif
olunmadan özünün həqiqi formasını saxlaya bilmiş olsun. Təhrifə mə᾽ruz qaldıqda isə, elə bir
surə seçilməli idi ki, təhrif olunmamış olsun. Belə ki, bu məqsəd üçün heç bir surə müəyyən
olunmamış və istənilən hər bir surənin tam oxunmasına icazə verilmişdir. Bu isə bir daha
Qur᾽anın təhrif olunmadığını sübuta yetirir.
138
Bu hökm təkcə surələrin namazlarda oxunmasına deyil, bütün surə və ayələrin (istənilən vaxtlarda
da) qiraət olunmasına şamil olur.
QUR᾽AN XƏLİFƏLƏR TƏRƏFİNDƏN TƏHRİF OLUNMAMIŞDIR
Dördüncü dəlil: «Təhrif nəzəriyyəsi»nin tərəfdarları tərəfindən bu barədə üç müxtəlif fərziyyə
irəli sürülmüşdür. Qur᾽an ya Əbu Bəkr və Ömərin, ya Osmanın, yaxud da başqa xəlifələrin
xilafəti dövründə təhrifə mə᾽ruz qalmışdır.
Qur᾽anın Əbu Bəkr və Ömərin xilafəti dövründə təhrif olunmaması haqda:
Bunun həyata keçməsi üç haldan xaric deyildir:
1. Təhrif ya zərurət üzündən, ya da qeyri-iradi olaraq baş vermişdir;
2. Xilafət (hakimiyyət) haqda olan ayələrin bilərəkdən təhrif olunması;
3. Digər ayələrin bilərəkdən təhrif olunması.
1. Bilərəkdən yaranmış təhriflər;
Deyirlər: Qur᾽an, Əbu Bəkr və Ömərin xilafəti dövründə bir yerə yığılmadığı üçün onun bütün
ayələrinin qorunub saxlanılması mümkün olmamış və bu səbəbdən də bə᾽zi ayələr unudularaq
aradan getmişdir.
Cavab: Bu fərziyyə üç əsas səbəbə görə tamamilə batil və əsassızdır:
1. Peyğəmbərin (s) və onun səhabələrinin Qur᾽ana və onun tilavətinə olan sonsuz diqqət və
əhəmiyyəti, bu nəticəyə gəlmək imkanı verir ki, Qur᾽an hələ Peyğəmbərin (s) zamanında bir yerə
yığılmış, oradan bir kəlmə, yaxud bir hərf də olsun belə, ixtisara salınmamışdır. Ayələr pərakəndə
və ya əzbərləmək yolu ilə olsa da, müsəlmanlar tərəfindən qorunub saxlanılmışdır. Cahiliyyət
dövründə yazılmış yüzlərlə şe᾽r misralarını əzbərləmiş şəxslərin Qur᾽anın əzbərlənməsində səhvə
yol vermələrini təsəvvür etmək olarmı?!
O Qur᾽an ki, müsəlmanlar onun yolunda həyatın bütün ağırlıqlarına sinə gərir, hətta öz can, mal
və əzizlərini belə qurban verməyə razı olurdular. Onlar tarixin qara səhifələrini öz qanları ilə
yumuş və Qur᾽anın bu günlərədək qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Bütün
bunları nəzərə alaraq, bu nəzəriyyə də digər nəzəriyyələr kimi əqli və tarixi dəlillərlə əsassız və
batil hesab olunur.
2. Bütün bunlarla yanaşı «Səqəleyn» hədisi bir daha bu ehtimalı batil edir. Çünki, «Səqəleyn»
hədisinin Qur᾽anın bir hissəsinin aradan getməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, əgər təhrif
olunarsa, Peyğəmbərdən (s) bizlərə gəlib çatan kitabın [Qur᾽anın] tam nüsxəsi deyil, yalnız bir
hissəsi olacaqdır. Lakin hədisin məzmunundan belə mə᾽lum olur ki, Qur᾽anın Peyğəmbərdən (s)
bizlərə müəyyən hissəsi deyil, tam və kamil nüsxəsi gəlib çatmışdır.
139
Hədisin məzmununa diqqət yetirdikdə bir daha bunun şahidi olacağıq ki, Qur᾽an hələ
Peyğəmbərin (s) zamanında toplanmış və vahid nüsxə halına salınmışdır. Belə ki, hədisdə deyilir:
«Mən sizin üçün [özünüzdən sonra] iki ağır [əhəmiyyətli] şey qoyuram. Allahın kitabını və Əhli-
beytimi.» Demək, Qur᾽anı yalnız o zaman kitab adlandırmaq olardı ki, bütün surə və ayələri bir
yerə yığılmış olsun.
3. Digər tərəfdən isə müsəlmanlar islamı qəbul etdikləri ilk gündən Qur᾽ana böyük əhəmiyyət
vermiş və onun vahid nüsxə halına salınmasına xüsusi diqqət yetirmişlər. Əgər müsəlmanların
Qur᾽ana əhəmiyyət verməyərək onu vahid nüsxə halına salmamalarını fərz etsək də belə,
Peyğəmbər (s) o zamanın şəraitini və gələcəkdə yaranacaq ixtilafı, qarşıdurmaları nəzərə alaraq,
bunun həyata keçməsinə hamıdan daha çox əhəmiyyət verməli idi. Məgər ona bu işdə mane olan
amillər var idimi?!
Bütün bu sualların cavabı mənfidir. Çünki Peyğəmbər (s) həm Qur᾽ana, həm də onun vahid nüsxə
halına salınmasına hamıdan daha çox diqqət yetirirdi və bunu həyata keçirmək üçün ixtiyarında
hər cür imkanlar var idi. Bu səbəbdən də qətiyyətlə deməliyik ki, Qur᾽an hələ Peyğəmbərin (s)
zamanında yığılmış və vahid nüsxə halına salınmışdır.
2. Siyasi mə᾽na daşımayan ayələrin təhrifi;
İrad: Bu haqda irəli sürülmüş başqa bir fərziyyədə deyilir: Birinci və ikinci xəlifə siyasətləri ilə
heç bir əlaqəsi olmayan ayələri şəxsi rə᾽ylərinə əsasən bilərəkdən təhrif etmişlər.
Cavab: Bu fərziyyə də digər fərziyyələr kimi bir neçə səbəbdən batil və əsassızdır.
Əvvəla belə bir təhrifə heç bir ehtiyac duyulmamışdır. Və mə᾽lum məsələdir ki, heç bir adi insan
onun şəxsi həyatı və işi ilə əlaqəsi olmayan belə böyük, eyni zamanda qorxulu olan bir işi
görməzdi.
Digər tərəfdən isə hər iki xəlifənin hakimiyyəti dövrünə nəzər saldıqda bunun şahidi oluruq ki,
islam dini və müsəlmanlar o günlər özünün dirçəliş mərhələsini keçmiş, ictimai, siyasi, dini və s.
məsələlər Qur᾽anla tətbiq olunmuşdur. Demək, müsəlmanların Qur᾽ana böyük əhəmiyyət
verdikləri belə bir zamanda, onun kimsə tərəfindən təhrifə yol verilməsi sadəcə olaraq qeyri-
mümkün idi. Və eyni zamanda mərkəzi xilafət ilə müxalif olan Sə᾽d ibni Ubadə və başqaları o
günlər baş verən bütün hadisələri diqqətlə izləyir və bir o qədər də əhəmiyyət kəsb etməyən
məsələləri belə nəzərdən qaçırmayırdılar. Əgər xilafət başçıları Qur᾽anda təhrifə yol vermiş
olsaydı, təbii ki, bu iş müxaliflər tərəfindən e᾽tirazla qarşılanar və tez bir zamanda bunun qarşısı
alınardı. Lakin tarixi mənbələr bizə bu haqda heç bir mə᾽lumat verməyir.
Həzrət Əlinin (ə) mərkəzi xilafətə qarşı çıxış etdiyi «Şəqşəqiyyə» kimi həyacanla dolu olan
xütbəsinə nəzər saldıqda belə, biz bu mətləbə toxunulduğunun şahidi olmuruq.
«Qur᾽an təhrif olunmuşdur lakin, kimsə buna e᾽tiraz etməmişdir» kimi iddia edənlər isə, böyük
bir səhvə yol vermiş olurlar. Çünki, tarixdə baş verən böyüklü-kiçikli bütün hadisələr yazılaraq
indiki zamana kimi gəlib çatmışsa, əgər doğrudan da islamın və müsəlmanların müqəddəratına
140
böyük tə᾽sir göstərən belə bir əhəmiyyətli hadisə baş vermişdisə, sözsüz ki, bu iş tarix
kitablarında nəql olunmalıydı.
3. Qur᾽anın siyasi xarakter daşıyan ayələrinin təhrifi;
Təhrif nəzəriyyəsinə istinad edən digər şəxslər iddia edirlər ki, Qur᾽anın siyasi xarakter daşıyan
ayələri birinci və ikinci xəlifə tərəfindən hakimiyyəti əldə saxlamaq məqsədilə təhrif olunmuşdur.
Lakin bu, tamamilə əsassız bir nəzəriyyədir. Belə ki, Əli (ə) xilafətdən məhrum olduqdan sonra
həyat yoldaşı həzrət Zəhra (ə) və yaxın səhabələri ilə birlikdə xəlifəyə öz e᾽tirazlarını bildirir,
Peyğəmbərin (s) Əli (ə) haqda buyurduğu hədis və rəvayətləri onlara xatırladırdılar. Əliyə (ə)
yaxın olan səhabələr Peyğəmbərdən (s) bu barədə nəql olunmuş Qədr və bu kimi digər mö᾽təbər
hədislərə istinad edərək, dəfələrlə mərkəzi xilafətə qarşı öz e᾽tirazlarını bildirmişdilər. «İhticac»
adlı kitabda səhabələrdən on iki nəfərinin xəlifəyə qarşı çıxışları və istinad etdikləri rəvayətlər
açıq-aşkar işıqlandırılmışdır. Bu barədə ətraflı mə᾽lumat əldə etmək istəyənlər yuxarıda adı
çəkilən kitaba müraciət edə bilərlər.
Bir sözlə, əgər belə bir əhəmiyyətli mövzuya dəlalət edən ayələr təhrif olunsaydı, ilk növbədə Əli
(ə) və onun səhabələri tərəfindən böyük e᾽tiraza səbəb olar və dərhal həmən təhriflərin qarşısı
alınardı.
QUR᾽ANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF OLUNMASI
Osmanın xilafəti dövründə Qur᾽anın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyə, digər
nəzəriyyələrdən daha əsassızdır.
1. Osmanın xilafəti dövründə müsəlmanlar elə bir inkişaf mərhələsinə çatmışdılar ki, nə Osman,
nə də başqa birisi Qur᾽anı təhrif etməyə cür᾽ət edə bilməzdi.
2. Osmanın, Qur᾽anın siyasi xarakter daşımayan ayələrini təhrif etməyə heç bir səbəb olmamışdır.
O ki qaldı xilafət mövzusuna dəlalət edən ayələrə, biz belə bir ayənin təhrif olunduğunu müşahidə
etmirik. Əgər belə bir ayə mövcud olsaydı, Osmanın xilafəti dövrünədək müsəlmanlar yaşayan
məntəqələrdə yayılar və təhrifə yol verilməsin deyə, Osmanın xəlifəliyə tə᾽yin olunmasının
qarşısı alınardı. Və ya heç olmasa bu işdə Osmana irad tutular və onunla müxalif olan şəxslərin
əlində sübut və dəlilə çevrilərdi.
3. Əgər Osman həqiqətən də Qur᾽anı təhrif etmiş olsaydı, bu onu qətlə yetirən şəxslərin əlində ən
gözəl bəhanələrdən birinə çevrilərdi. Belə ki, onlar Osmanı beytul-maldan sui-istifadə etməkdə
günahlandırmış və bu səbəbdən də onu qətlə yetirmişlər.
4. Əgər Qur᾽an xəlifə Osman tərəfindən təhrif olunsaydı, ondan sonra xəlifə tə᾽yin olunmuş Əli
(ə) bunların qarşısını alar və lazımı düzəlişlər aparardı. Lakin, bu barədə xəlifəyə hətta onun
müxalifləri belə e᾽tiraz etməmişlər.
Əli (ə) öz çıxışlarının birində, üçüncü xəlifənin beytul-maldan sui-istifadə etməsi haqda deyir:
«And olsun Allaha! Əgər ərə gedən qadınların mehriyyəsi və alınan kənizlərin pulu beytul-
141
maldan ödənilmişsə, mən onu yenidən buraya qaytaracağam. Çünki, ədalətin əhatə dairəsi çox
genişdir. Ədalət kölgəsi altında həyat ona dar gələn şəxslərə, zülm kölgəsi altında daha da dar
gələcəkdir.» (Nəhcül-bəlağə).
Beytul-mala belə bir əhəmiyyət verən və onu əvvəlki vəziyyətinə qaytarmaq istəyən bir şəxs,
sözsüz ki, Qur᾽anda təhrifə yol verilmiş olsaydı, onun qarşısını alaraq əvvəlki vəziyyətinə
qaytarmağa çalışardı.
QUR᾽ANIN SONRAKI DÖVRLƏRDƏ TƏHRİF OLUNMASI
Qur᾽anın təhrif olunmasına dair irəli sürülmüş üçüncü nəzəriyyədə bunun sonrakı dövrlərdə baş
verdiyinə işarə olunur. Lakin artıq bizə mə᾽lumdur ki, kimsə tərəfindən belə bir iddia və ya
nəzəriyyə irəli sürülməmişdir.
İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları bu barədə deyirlər: Həccac ibni Yusif qiyam etdikdən
sonra, Qur᾽anda Bəni-üməyyənin əleyhinə nazil olmuş ayələri çıxararaq, oraya bə᾽zi əlavələr
edir. Sonra nüsxələrin sayını artırıb böyük şəhərlərə (Məkkəyə, Mədinəyə, Bəsrəyə, Kufəyə,
Şama və Misrə) göndərilməsini əmr edir. Köhnə nüsxələr isə yığılır və onlardan hətta bir nüsxə
belə saxlanılmayır. Sonralar oxunan və tədris olunan Qur᾽anlar, məhz bu Qur᾽anlardan
köçürülürdü. (Mənahicul irfan 257-ci səh).
Cavab: Həccac adi bir Bəni-üməyyə hökmdarı idi və onun belə bir böyük dəyişikliyə yol verməsi
sadəcə olaraq qeyri-mümkün idi. O nəinki Qur᾽anda, hətta şəriətin adi məsələlərində belə
dəyişiklik aparmağa qadir deyildi. Bir anlıq fərz edək ki, elə doğrudan da Həccac bütün Qur᾽an
nüsxələrini yığdırıb oraya bə᾽zi əlavələr etmiş və bütün köhnə nüsxələrin yandırılmasını əmr
etmişdir. Ətraf məntəqə, şəhər və ölkələrdə Qur᾽an sədası altında yaşayan yüz minlərlə müsəlman
necə, bütün bunlara göz yumub xəlifəyə öz e᾽tirazlarını bildirmirdilərmi?!
Necə ola bilər ki, belə bir mühüm hadisə heç bir tarixçi tərəfindən nəql olunmamış və Qur᾽an
mütəxəssislərinin tə᾽lif etdikləri yüzlərlə əsərdə araşdırılmamış qalsın?!
Daha təəccüb doğuran burasıdır ki, müsəlmanlar hətta Həccacın hakimiyyəti dövründən sonra
belə heç bir tədbirə əl atmamış və onun yolunu davam etdirmişlər.
Həccac bütün Qur᾽an nüsxələrini yığıb məhv etməyə qadir olduğu kimi, onu müsəlman
məntəqələrində yaşayan yüz minlərlə Qur᾽an hafizlərinin sinələrindən pozmağa da qadir idimi?!
Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, əgər Qur᾽anda Bəni-üməyyə əleyhinə ayə
olmuş olsaydı, Həccacdan əvvəl iqtidarda olan və daha çox nüfuza malik olan Müaviyə, Mərvan
və digər xəlifələr də belə tədbirə əl atardı. Və əgər onlar da belə bir iş görmüş olsaydılar, Əli (ə)
və onun tərəfdarları onlara qarşı öz e᾽tirazlarını bildirər, verdikləri hökmlərin əsassız olduğuna
dair məntiqi dəlillər gətirərdilər. Belə ki, onlar dəfələrlə Müaviyənin çıxardığı digər hökmlərə
qarşı öz e᾽tirazlarını bildirmiş və qismən də olsa bunun qarşısını ala bilmişlər.
142
Göründüyü kimi, «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının irəli sürdükləri bu fərziyyə təkcə Qur᾽an
və sünnə ilə deyil, sağlam əql, düşüncə ilə də tam şəkildə ziddiyyət təşkil edir.
TƏHRİFƏ DAİR DƏLİLLƏR
Təhrif nəzəriyyəsinin tərəfdarları Qur᾽anın təhrif olnumasına dair bir neçə əsassız dəlilə istinad
etmişlər. Və biz onlardan bir neçəsini siz əziz oxuculara təqdim edirik.
1. Tövrat və İncilin təhrif olunması:
Bir çox şiə və sünnü mənbələrində deyilir: Keçmiş ümmətlərin qarşılaşdıqları çətinliklərlə
müsəlman ümməti də qarşılaşacaqdır. Yə᾽ni əgər təhrif Tövrat və İncilə yol tapmışdırsa, mütləq
biz bunu Qur᾽anda da görəcəyik.
Mərhum şeyx Səduq özünün «Kamaluddin» adlı kitabında Qiyas ibni İbrahimdən, o da imam
Sadiqdən (ə) nəql edərək deyir: «Keçmiş ümmətlərin başına gələn əhvalatlar, olduğu kimi
müsəlman ümmətinin də başına gələcəkdir.» (Biharul-ənvar 4-cü cild, 8-ci səh).
Hədisin ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, bu kimi təhriflər Qur᾽ana da yol tapa
bilmişdir.
Cavab: Bu dəlili dörd səbəbə görə əsassız hesab etmək olar.
1. Bu kimi dəlillərin əsasını təşkil edən rəvayətlər, şiə məzhəbinin istinad etdiyi dörd mö᾽təbər
hədis kitablarının heç birində mütəvatir olaraq nəql olunmamışdır. Əgər nəql olunmuşdursa da,
vahid xəbər formasında nəql olunmuşdur.
Demək, bu kimi rəvayətlərə istinad etməklə Qur᾽anın, Tövrat və İncil kimi təhrifə mə᾽ruz
qaldığını qəbul etmək olmaz.
2. Əgər bu dəlilin doğruluğuna istinad olunarsa, Qur᾽ana əlavələr olunduğu da qəbul edilməlidir.
Çünki, Tövrat və İncilə istənilən əlavələr olunmuşdur. Bir haldakı, Qur᾽ana əlavələr olunmasına
dair irəli sürülmüş nəzəriyyələrin sayı demək olar ki, yox dərəcəsindədir.
3. O ki qaldı keçmiş ümmətlərin başına gələn hadisələrə, onların bir çoxu ilə müsəlman ümməti
heç də qarşılaşmamışdır. Məsələn, İsrail camaatının qırx il səhralarda didərgin düşməsi, buzova
pərəstiş etmələri, Fir᾽on və onun adamlarının qərq olmaları, Süleyman peyğəmbərin insanlar və
cinlər üzərindəki səltənəti, İsanın (ə) asimana qalxması, Musanın (ə) davamçısı olan Harunun
onun özündən tez vəfat etməsi, Musanın (ə) göstərdiyi doqquz mö᾽cüzə, İsanın (ə) atası olmadan
dünyaya gəlməsi, bir çox keçmiş ümmətlərin Allah-taalanın qəzəbinə gələrək meymuna, donuza
və s. çevrilmələri və bu kimi yüzlərlə qeyri-adi hadisələr. Bir halda ki, müsəlman ümməti
bunların heç biri ilə qarşılaşmamışdır. Bu kimi fərqli xüsusiyyətlər bu məzmunda hədis və
rəvayətlərin əsassız oluduğunu bir daha sübuta yetirir. Fərz edək ki, bəlkə də onlar müsəlman
ümmətinin gələcəkdə məhz bu hadisələrlə deyil, onlara oxşar hadisələrlə qarşılaşacaqlarına işarə
etmək istəmişlər.
143
Buna əsasən müsəlmanlar, Qur᾽anın batini mə᾽naları ilə ziddiyyət təşkil edən zahiri mə᾽nalara
istinad etməklə təhrifə yol vermiş olurlar.
Əgər bu fərziyyəni qəbul etmiş olarıqsa, Əbu Vaqid Ləysidən nəql olunmuş tamamilə əsassız
olan bu rəvayəti təsdiq etmiş oluruq. Rəvayətdə deyilir: Peyğəmbər (s) Xeybər döyüşünə getdiyi
zaman, yolda kafirlərin Zati-ənvat adlandırdıqları ağaca rast gəlir. Kafirlər səhrada olarkən adətən
silahlarını onun budaqlarından asıb, kölgəsi altında istirahət edirdilər. Səhabələrdən bir neçəsi
Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Müşriklərdə olduğu kimi, bizim üçün də bu
səhrada Zati-ənvat tə᾽yin et. Peyğəmbər (s) onların bu xahişindən bir qədər narahat olub buyurdu:
Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə) əshabının ondan istədikləri şeyi tələb
edirsiniz. Onlar Musaya (ə) dedilər: Hamıda olduğu kimi bizim də Allahımızı gözlə görüləsi et!
Sonra Peyğəmbər (s) buyurdu: And olsun Allaha! Keçmiş ümmətlərin yolunu gedirsiniz. (Səhih
Termizi 6-cı cild, 29-cu səh).
Hədisin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, müsəlman ümmətinin başına gələnlər,
keçmiş ümmətlərin başına gələnlərin təkrarı deyil, sadəcə olaraq onlara oxşar hadisələrdir.
4. Əgər bu rəvayətlərin sənəd baxımından mütəvatir və həqiqət olduğu sübuta yetsə belə, yenə də
Qur᾽anın təhrif olunuduğunu qəbul edə bilmərik. Əgər gələcəkdə təhrifə mə᾽ruz qalarsa, təkrara
yol verilmiş olunur. Bir halda ki, rəvayətdə müəyyən zaman göstərilməmiş və qiyamət gününədək
həyata keçməsinin mümkünlüyünə işarə olunmuşdur.
Bütün bunları nəzərə alaraq Qur᾽anın, Peyğəmbərin (s) və ya ondan sonra dörd xəlifənin
dövründə təhrifə mə᾽ruz qaldığına necə iddia etmək olar?!
ƏLİ (Ə)-IN YAZDIĞI QUR᾽AN NÜSXƏSİ
İkinci dəlil: Təhrif nəzəriyyəsinin tərəfdarları mö᾽təbər hesab etdikləri bir çox hədis və
rəvayətələrə istinad edərək belə fərziyyə irəli sürmüşlər ki, Əli (ə)-ın adi Qur᾽an nüsxələrindən bir
qədər fərqli ayrı bir Qur᾽an nüsxəsi olmuşdur. Belə ki, orada olan bə᾽zi surə və ayələr digər
nüsxələrdə olmamış, Əli (ə) onu camaata təqdim etdikdə onlar tərəfindən qəbul olunmamışdır.
Hal-hazırda mövcud olan Qur᾽an nüsxələri isə həcm baxımından həmən Qur᾽an nüsxəsindən
kiçikdir. Bu barədə bir çox rəvayətlər nəql olunmuşdur. Onlardan birində deyilir: Günlərin bir
günündə Əli (ə) Təlhəyə deyir: Peyğəmbərə (s) nazil olmuş halal-haramı və digər şəriət
məsələlərini bəyan edən bütün ayələri bir yerə yazıb kamil nüsxə halına saldım. Və indi o mənim
ixtiyarımdadır. (Təfsir Burhan 28-ci səh).
Başqa bir yerdə deyilir: Qur᾽anın möhkəm, mütəşabih, nasix, mənsux və ümumiyyət xarakteri
daşıyan bütün ayələri Əli (ə) tərəfindən yığılıb vahid nüsxə halına salınmışdır. Burada nə bir söz,
nə də bir hərfdə səhvə yol verilməmişdir. (Təfsiri Safi. 6-cı müqəddimə-11).
Koleyni də öz kitabında bu məzmunda bir neçə rəvayət nəql etmişdir. Onlardan birində deyilir:
144
Cabir, imam Baqir (ə)-dan nəql edərək deyir: Kimsə Qur᾽anın nazil olduğu halda ixtiyarında
olduğunu iddia etməyir. Əli ibni Əbi Talibdən başqa kim bu iddianı etsə, şübhəsiz yalan söyləyir.
(2-ci cild, 72-ci fəsl, 130-cu səh).
Cavab: Əli (ə)-ın yazdığı Qur᾽an nüsxəsinin hal-hazırda ki, Qur᾽an nüsxələri ilə (surələrin
ardıcıllıq baxımından) fərqli olması kimsədən gizli deyildir. Oradakı əlavələrə gəldikdə isə, bu
əlavələr (əlbəttə əgər olmuşsa) bə᾽zi ayələrə verilən təfsir və ya izahatlar olmuşdur.
İzahat: Belə bir səhv nəticəyə gəlməyin əsas səbəbi «tə᾽vil» və «tənzil» kəlmələrinin son dövrün
mütəxəssisləri tərəfindən düzgün mə᾽nalandırmaması olmuşdur. Çünki, onlar «tənzil» deyildikdə
yalnız Qur᾽anın nazil olmasını, «tə᾽vil» deyildikdə isə orada istifadə olunan ifadələrin izahını
nəzərdə tuturlar.
Lakin diqqət yetirmək lazımdır ki, bu iki ifadələrə verilən mə᾽na yeni terminalogiyaya daxildir və
onlar özlərinin lüğəvi mə᾽nalarını daşımırlar. Bu səbəbdən də biz heç də Əhli-beyt tərəfindən nəql
olunmuş rəvayətlərdə istifadə olunan bu ifadələri, məhz özünün yeni və terminaloji mə᾽nasında
işlətməməliyik. O ki qaldı «tə᾽vil» kəlməsinin əsl mə᾽nasına, məsdər xarakteri daşıyan bu kəlmə
«təf᾽il» vəzninə daxildir. Sözün əsli isə «əvəl»dir və bunun da mə᾽nası «qayıtmaq» və ya
«qaytarmaqdır». Belə ki, ərəblər el arasında deyirlər: «Əvvəkun hukumu ila əhlihi» yə᾽ni (hər bir
şey öz sahibinə qaytarılmalıdır).
«Tə᾽vil» bə᾽zən bir işin sonu, aqibəti mə᾽nasında da işlənir. Məsələn:
«Sənə yuxu yozmağı öyrədəcək» (Yusif-6).
«Gəl bu yuxunu bizə yoz» (Yusif-36).
«Bu əvvəl gördüyüm yuxunun yozumudur» (Yusif-100).
«Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili [batini] mə᾽nası budur» (Kəhf-83).
Göründüyü kimi, bu ayələrin hamısında «tə᾽vil» (işin sonu) «aqibət» mə᾽nasında işlənmişdir.
«Tənzil» – məsdər xarakteri daşıyır və «təf᾽il» vəzninə daxil olduğu üçün (aşağı enmək) və ya
endirmək mə᾽nasını daşıyır. Və bə᾽zən «tənzil» nazil olmuş şeyin özü ilə işlənilir.
Məsələn:
«[Sizə oxunan bu kitab]» (Vaqiə-77).
«O [Allah dərgahında] qorunub saxlanılan bir kitabdır» (Vaqiə-78).
«Ona yalnız pak olanlar toxunar» (Vaqiə-79).
«O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir» (Vaqiə-80).
145
Göründüyü kimi bu ayələrdə «tənzil» deyildikdə, Qur᾽an nəzərdə tutulur. Lakin, bir çox hallarda
da özünün məsdər formasında (enmə mə᾽nasında) işlənmişdir.
Bir daha qayıdaq Əli (ə)-ın yığdığı Qur᾽an nüsxəsinə. Əgər biz burada bə᾽zi əlavələr görəriksə,
heç də onu Qur᾽an ayəsi hesab etməməliyik. Bunlar sadəcə olaraq Qur᾽ana verilən təfsir və ya
izahatlardır.
Götürək elə münafiqlər barəsində nazil olmuş ayələri. Mə᾽lum olduğu kimi Qur᾽ani-kərimdə
onlardan hansınınsa müəyyən olaraq adı çəkilməmişdir. Bundan isə əsas məqsəd onların
maraqlarını ələ gətirmək və qəlblərində islama qarşı rəğbət hissi yaratmaq idi. Lakin Əli (ə)-ın
yazdığı nüsxədə isə, onlardan bə᾽zilərinin adları ilə qarşılaşırıq. Demək, adların çəkilməsindən
məqsəd ayələrə bir qədər ətraflı izahat vermək olmuşdur. O ki qaldı Qur᾽anda adı çəkilən Əbu
Ləhəbə, o münafiq deyil, Peyğəmbərlə (s) açıq-aşkar düşmənçilik edən inadkar bir bütpərəst idi.
3. TƏHRİFƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
Üçüncü dəlil:
İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları deyirlər: Qur᾽anın təhrif olunmasına dair Əhli-beyt
tərəfindən kifayət qədər hədis və rəvayət nəql olmuşdur və biz bu rəvayətlərə istinad edərək
qətiyyətlə deyə bilərik ki, Qur᾽an təhrifə mə᾽ruz qalaraq öz orjinallığını itirmişdir.
Cavab: Əvvəla bu məzmunda nəql olunmuş hədis və rəvayətlərdə təhrif kəlməsi ilə qarşılaşdıqda,
heç də Qur᾽anın təhrif olunduğunu nəzərdə tutmaq lazım deyildir. Digər tərəfdən isə bu
rəvayətlərin sənəd baxımından heç bir e᾽tibarı yoxdur. Çünki, bu rəvayətlərin əksəriyyəti Əhməd
ibni Məhəmməd Səyyarinin və Əli ibni Əhməd Kufinin tə᾽lif etdikləri kitablarda nəql
olunmuşdur. Bir halda ki, onlar Rical alimləri tərəfindən istinad olunası bir mənbə kimi qətiyyətlə
rədd olunmuşlar. Lakin bu məzmunda nəql olunmuş və istinad olunası bir neçə mö᾽təbər
rəvayətlər də vardır. Bu səbəbdən də biz bu hədislərin araşdırılmasından daha çox, onların necə
dəlalət etmələrinə diqqət yetiririk. Və belə bir nəticəyə gəlirik ki, rəvayətlər mə᾽na və dəlalət
baxımından dörd hissəyə bölünürlər. Onların mətnini nəzərdən keçirdikdən sonra Qur᾽anın
təhrifinə dəlalət edib-etməmələri haqda ətraflı söhbət açacağıq.
1. Birinci hissə:
«Təhrif» kəlməsi istifadə olunan və burada məhz Qur᾽anın nəzərdə tutulduğuna dair nəql
olunmuş rəvayətlərin sayı otuzdan artıq deyildir.
Onlardan bir neçəsini misal olaraq sizlərə təqdim edirik:
1. Əli ibni İbrahim Qumi özü Əbuzərə istinad edərək nəql etdiyi rəvayətlərdən birində deyir:
«Bə᾽zilərinin üzləri ağ, bə᾽zilərinin üzləri isə qara olacağı gündə...» ayəsi nazil olarkən,
Peyğəmbər (s) buyurdu: Qiyamət günü mənim davamçılarım yanıma beş [müxtəlif] bayraq və
əlamətlərlə daxil olacaqlar. Sonra mən onlardan Səqəleyn – yə᾽ni Qur᾽an və Əhli-beyt – ilə necə
rəftar etdiklərini soruşacağam.
146
Onlardan bir qismi deyərlər: Sənin bizə qoyduğun böyük əmanəti [Qur᾽anı] təhrif və sonra hissə-
hissə etdik. Orada verilən hökmlərdən boyun qaçıraraq ona qarşı müxalif mövqe tuturduq. Kiçik
əmanətinlə (Əhli-beyt) isə daim düşmənçilik edir, hətta onlara qarşı zülm və müharibə belə
edirdik.
2. Seyid ibni Tavus və Muhəddis Cəzairi, Həsən ibni Həsən Samiriyə istinad edərək nəql etdiyi
rəvayətdə deyir: Günlərin bir günündə Huzəyfəyə, ilahi qanunlara tabe olmayan şəxslər haqda bu
sözləri dedi: Onlar camaatı haqq yoldan azdırar, Qur᾽anı və mənim sünnətimi əvəz etmək istərlər.
3. Sə᾽d ibni Abdulla Qumi, Cabir Cofiyə istinad edərək və o da imam Baqir (ə)-dan nəql etdiyi
hədisdə deyir: «Peyğəmbər (s) Minada* olarkən dua etdi, sonra üzünü camaata tutub buyurdu: Ey
camaat, mən sizin arazınzda iki ağır əmanət qoyuram. Agah olun ki, əgər onlara sığınarsınızsa
heç vaxt haqq yoldan azmayacaqsınız. Bu iki əmanət Allahın kitabı [Qur᾽an] və Əhli-beytimdir
və onlarla yanaşı Allahın evi Kə᾽bəyə də ehtiramla yanaşmalısınız».
İmam Baqir (ə) hədisi nəql etdikdən sonra buyurdu: Lakin camaat Allahın kitabını təhrif etmiş,
Əhli-beyti qətlə yetirmiş, Allahın evi olan Kəbəyə qarşı böyük hörmətsizliklər etmişlər. Onlar
ilahi hökmlərə qarşı çıxır və ona tabe olmaqdan boyun qaçırırdılar.
4. Şeyx Səduq özünün «Xisal» adlı kitabında Cabirə istinad edərək və o da Peyğəmbərdən (s)
nəql etdiyi hədisdə deyir: Qiyamət günü Allahın ədalət məhkəməsinə üç şey daxil olub camaatdan
şikayət edəcək. Onlar Qur᾽an, məscid və mənim Əhli-beytimdir. Qur᾽an deyəcək: İlahi! Camaat
məni təhrif edib əzəmət və müqəddəsliyimi aradan apardı. Məscid deyəcək: İlahi! Camaat
məndən üz döndərib lazımınca bəhrələnmədi. Əhli-beytim deyəcək: İlahi! Camaat bizi qətlə
yetirir, yerimizdən, yurdumuzdan didərgin salırdı...
5. Koleyni (Üsuli Kafidə) və şeyx Səduq Əli ibni Suveydə istinad edərək nəql etdiyi hədisdə
deyir: Həzrət Əbul Həsən Musa ibni Cə᾽fər (ə) zindanda olarkən bir məktub yazdım. O da
məktubun cavabında yazdı: Camaat Allahın kitabını əmanət olaraq qəbul etdi, lakin sonra xəyanət
edərək onu təhrif etdilər.
6. İbni Şəhr Aşub, Abdullaha istinad edərək nəql etdiyi hədisdə deyir: Həzrət imam Hüseyn (ə)
Aşura günü xütbə oxudu. Orada deyilirdi: Siz Allahın hökmündən çıxan inadkar və haqdan uzaq
düşmüş bir camaatsınız. Qur᾽andan üz çevirib, Şeytandan ilham alırsınız. Sizlər günahlarınızla
fəxr edər, Allahın kitabını təhrif edərsiniz.
7. İbni Qəuluyyə özünün «Kamizziyarat» adlı kitabında Həsən ibni Ətliyyəyə istinad edərək
imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Hair Hüseyninin» yanına gedərkən bu duanı oxu:
İlahi! Peyğəmbərlərini təkzib edən kəslərə lə᾽nət et.
8. Həcal Qutbə ibni Məymundan o da Abdul Ə᾽ladan nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə)
buyurur: Ərəb dilinin təəssübkeşləri (yə᾽ni onu digər dillərdən üstün tutan kəslər) Qur᾽anı təhrif
edərlər.
147
Cavab: Rəvayətlərdə «təhrif» deyildikdə, heç də Qur᾽anın sözün əsl mə᾽nasında təhrif olunduğu
nəzərdə tutulmayır və bunun bir qədər əvvəl haqqında söhbət açdığımız «təhrif nəzəriyyəsi» ilə
heç bir əlaqəsi yoxdur. Rəvayətlərdə «təhrif» deyildikdə ya qarilərin qiraətində olan ixtilaflar, –
belə ki, bu da təhrifin bir növü hesab olunur – ya bə᾽zi müfəssirlərin Əhli-beytə qarşı qərəzli
mövqe tutaraq bə᾽zi ayələrə verdikləri yanlış təfsirlər, ya da şəriət məsələlərinin bilərəkdən
dəyişdirilməsi nəzərdə tutulur. İmam Baqir (ə) bu mətləbə işarə edərək buyurur: Camaat Allahın
kitabını təhrif etmiş və onu istədikləri kimi mə᾽nalandırmışlar...
Bir qədər əvvəl qeyd etdik ki, tarixdə bu kimi təhriflərə dəfələrlə yol verilmiş və bunun
nəticəsində müsəlman ümməti arasında nəzərə çarpacaq qədər ixtilaf və ikitirəlik yaranmışdır.
Əgər bu təhriflərə yol verilməsəydi nə Peyğəmbər (s) mə᾽nəvi sarsıntı keçirər, nə də Əhli-beyt öz
haqqından məhrum olardı. Lakin bir daha diqqət yetirmək lazımdır ki, yuxarıda haqqında söhbət
açılan «təhrif üsulları»nın nəzərdə tutduğumuz mövzu ilə heç bir əlaqəsi yoxdur.
İkinci hissə:
«Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup belə bir fərziyyə irəli sürmüşlər ki, Qur᾽anın
orjinal nüsxəsində bə᾽zi dini məzhəb və təriqət rəhbərlərinin adları çəkilmiş, lakin təhrif
nəticəsində aradan getmişdir. Bu məzmunda bir neçə rəvayət nəql olunmuşdur.
1. Mərhum Koleyni «Üsuli-kafi»də Məhəmməd ibni Fəzldən nəql edərək deyir: İmam Əbul
Həsən (ə) buyurur: Əli ibni Əbi Talibin (ə) imamət və vilayəti, bütün peyğəmbərlərin kitablarında
qeyd olunmuşdur. Allah, peyğəmbərlərin hamısına Məhəmmədin (s) sonuncu peyğəmbər və onun
vəsisi Əli (ə) haqda xəbər vermişdir.
2. Əyaşi, imam Sadiq (ə)-dan nəql edərək deyir: Əgər Qur᾽an indinin özündə də nazil olduğu
kimi qalsaydı, hal-hazırda orada biz Əhli-beytin adlarına rast gələrdik.
3. Koleyni «Üsuli-kafi»də və Əyaşi öz təfsirində İbni Abbasdan, həmçinin Furat Kufi öz
təfsirində Əsbəs ibni Nəbatədən nəql edərək deyir: Əli (ə) buyurur: Qur᾽an dörd hissədən ibarət
olmaqla nazil olmuşdur. Onun ayələrinin dörddə biri bizim, dörddə biri düşmənlərimiz, dörddə
biri ibrətamiz məsələlər, dörddə biri isə icra olunması vacib, müstəhəb, haram və məkruh olan
şəriət məsələləri haqda nazil olmuşdur. Qur᾽ana ehtiramla yanaşıb onun göstərişlərinə əməl etmək
bizim ən başlıca vəzifəmizdir.
4. Koleyni imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: Cəbrail Bəqərə surəsinin 23-cü ayəsini
Peyğəmbərə (s) nazil edərkən orada Əlinin adı çəkilmişdir. Ayədə deyilir:
«Əgər bəndəmizə [Məhəmmədə] [Əli barəsində] nazil etdiyimizə [Qur᾽ana] şəkkiniz varsa, siz də
[fəsahətdə və bəlağətdə] ona bənzər bir surə gətirin.»
Cavab: İmamların adlarına gəldikdə deməliyik ki, heç bir ayədə birbaşa onların adları
çəkilməmişdir. Bu kimi rəvayətlərdə imamların adları ilə qarşılaşdıqda isə, ayənin təfsir və ya
izah olunduğuna ehtimal verməliyik. Demək, belə bir əsassız dəlilə istinad edərək, heç də
Qur᾽anın təhrif olunduğunu iddia etmək olmaz.
148
Yox əgər təhrifdən savayı heç bir mə᾽na əldə etmiriksə, bu məzmunda nəql olunmuş rəvayətlər,
Qur᾽anın təhrif olunmadığını açıq-aşkar bəyan edən digər «möhkəm» ayələr və Peyğəmbərdən (s)
nəql olunmuş mütəvatir hədislərlə ziddiyyət təşkil etdiyi üçün kənara qoyulmalı və ona mö᾽təbər
rəvayət kimi istinad olunmamalıdır. Deməli ilk növbədə ayənin məzmununa diqqət yetirmək
lazımdır. Əgər ayənin məzmununda Əli (ə) və ya digər imamlar nəzərdə tutulursa, biz yalnız
ayəni təfsir edərkən onların adlarına işarə etməliyik. Əks təqdirdə nə bu məzmunda nəql olunmuş
rəvayətlərə istinad etməliyik, nə də ayəni istədiyimiz tərzdə təfsir etməliyik.
Təhrif rəvayətlərinə istinad edən şəxslərin irəli sürdükləri nəzəriyyənin əsassız olduğunu bir neçə
dəlillə sübuta yetirə bilərik.
1. Hamı tərəfindən mö᾽təbər hesab olunan və eyni zamanda tarixi xarakter daşıyan «Qədir»
hədisindən bir daha mə᾽lum olur ki, Əli (ə)-ın adı Qur᾽ani-kərimdə birbaşa çəkilməmişdir. Çünki,
Əli (ə)-ın «Qədir» hədisi vasitəsilə xilafətə tə᾽yin olunması Allahın əmri ilə həyata keçmişdir. Elə
bir şəraitdə ki, bu hadisəni yüz minlərlə müsəlman öz gözləri ilə müşahidə edib və bu hadisənin
canlı şahidlərinə çevrilirdilər. Əli (ə) bundan belə Peyğəmbərə (s) bütün işlərində köməklik etməli
və qarşılaşdığı bütün çətinliklərdə onu qorumalı idi.
Əgər Əli (ə)-ın adı Qur᾽anda açıq-aşkar göstərilsəydi, onun belə bir şəraitdə («Qədir»
hadisəsində) xilafətə tə᾽yin olunmasına heç bir ehtiyac duyulmazdı. Demək Əli (ə)-ın adı
Qur᾽anda birbaşa çəkilsəydi, Peyğəmbər (s) heç nədən çəkinmədən bunu bəyan edər və bu
mətləbi təsdiqləyəcək ayə nazil olmazdı. Belə ki, «Qədir» hadisəsindən bir daha bizə mə᾽lum olur
ki, Əli (ə)-ın adı Qur᾽ani-kərimdə birbaşa olaraq bir dəfə də olsun çəkilməmişdir. Bu əhvalat
həccətul-vidada Peyğəmbərin (s) ömrünün son günlərində baş vermişdir. Elə bir vaxtda ki,
Qur᾽an demək olar ki, tam şəkildə nazil olmuş və müsəlmanlar arasında geniş yayılmışdır.
2. Əli (ə)-ın Qur᾽ani-kərimdə adı çəkilməsinə dəlalət edən bə᾽zi rəvayətlərin tamamilə yalan və
əsassız olduğu göz qabağındadır. Belə ki, bir qədər əvvəl qeyd etdiyimiz dördüncü hədisdə Əli
(ə)-ın, Bəqərə surəsinin 23-cü ayəsində adının birbaşa çəkilmədiyini görürük. Bir halda ki, həmin
ayənin vilayət və ya imamət mövzusu ilə heç bir əlaqəsi yoxdur.
3. Əbu Bəkrin «Üsuli-kafi»də imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə, Əli (ə)-ın adının Qur᾽ani-
kərimdə birbaşa çəkilmədiyini bir daha sübuta yetirir. Hədisdə deyilir: İmam Sadiq (ə)-dan Nisa
surəsinin «Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin!» ayəsini soruşdum.
İmam Sadiq (ə) buyurdu: Bu ayə Əli ibni Əbi Talib və oğlanları Həsən və Hüseyn barəsində nazil
olmuşdur. Dedim: Camaat deyir ki, nə üçün Əlinin və onun Əhli-beytinin adları Qur᾽anda
çəkilməmişdir? İmam (ə) buyurdu: Onlara de ki, namaz əmri verilərkən onun üç və ya dörd rə᾽kət
qılınacağı barəsində bir ayədə olsun nazil olmamışdır. Onun necə qılınacağı sonralar Peyğəmbər
(s) tərəfindən izah olundu. (Vafi. 2-ci cild, 30-cu səh).
Bu rəvayətlə bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həm təfsir, həm də nəyin nəzərdə
tutulduğu bəlli olur. Yə᾽ni Əli (ə)-ın adı Qur᾽anda çəkilməmişdir. Lakin bə᾽zi ayələrin təfsir və ya
izahlarında onun adına rast gəlmək olur, Peyğəmbərə (s) bunun bəşəriyyətə bəyan olunması Allah
tərəfindən əmr olunmuşdur.
149
4. Əbu Bəkrə bey᾽ət etməyən və ona qarşı hər növ mübarizə üsuluna əl atan şəxslər, Əli (ə)-ın
Qur᾽anda adının çəkilməsinə heç bir işarə etməmişlər. Əgər Əli (ə)-ın adı həqiqətən Qur᾽anda
çəkilsəydi, Əbu Bəkrin yaratdığı yeni xilafətə qarşı çıxan şəxslər əsaslı dəlil olaraq buna istinad
edər və onun iste᾽fasını tələb edərdilər.
ÜÇÜNCÜ HİSSƏ
«Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup iddia edirlər ki, müsəlmanlar Peyğəmbərdən (s)
sonra Qur᾽anın bə᾽zi ayələrində müəyyən dəyişikliklər aparmışlar. Belə ki, ayələrdə istifadə
olunan ifadələrdən bə᾽ziləri ya oradan çıxarılmış və ya başqa bir ifadələrlə əvəz olunmuşdur.
Misal olaraq bu məzmunda nəql olunmuş bir neçə rəvayətə işarə edirik.
1. Əli ibni İbrahim Qumi, Hureyzdən və o da imam Sadiqdən (s) nəql etdiyi hədisdə deyir: Fatihə
surəsinin altıncı ayəsi belə nazil olmuşdur:
«Siratə mən ən əmtə ələyhim ğəyril məğzubi ələyhim və ğəyrizzallin.»
2. Əyaşi, Hişam ibni Salimdən nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə)-dan «Allah Adəmi,
Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat [insanlar, bəşər övladı] üzərinə seçilmiş
[üstün] etdi.» İmam (ə) buyurdu: Ayə əslində belə nazil olmuşdur: «İbrahim övladı və
Məhəmməd ailəsini...» göründüyü kimi burada «İmran ailəsi», «Məhəmməd ailəsi» ilə əvəz
olunmuşdur.
Cavab: Əvvəla bu rəvayətlər sənəd və e᾽tibar baxımından olduqca zəif və əsassızdır. Digər
tərəfdən də Qur᾽anın bir çox ayələri bu məzmunda nəql olmuş və mö᾽təbər hədis və rəvayətlər,
həmçinin Qur᾽anın dəyişilməz olaraq qaldığına və təhrifə yol verilmədiyinə istinad edən hər bir
müsəlman belə bir fərziyyəni qətiyyətlə rədd edir. Şeyx Mufid, Şeyx Tusi və Şeyx Bəhai təhrifə
dair tə᾽lif etdikləri əsərlərdə bu mətləbə xüsusi diqqət yetirmiş və qətiyyətlə Qur᾽anda bircə hərfin
də dəyişilmədiyini bildirmişlər. Onlar son nəticəyə gələrək deyirlər: «Hal-hazırkı Qur᾽an
nüsxələri Peyğəmbərə (s) nazil olmuş nüsxə ilə heç də fərqli deyildir və bu həqiqəti təsdiqləyəcək
kifayət qədər hədis və rəvayət vardır.
DÖRDÜNCÜ HİSSƏ
«Təhrif rəvayətinə» istinad edən başqa qrup deyir: Qur᾽anda bə᾽zi ifadələr ixtisara salınmaqla
mətnində nöqsan və çatışmamazlıqlar meydana gəlmişdir.
Cavab: Bu məzmunda nəql olunmuş rəvayətlər də digər rəvayətlər kimi tamamilə zəif və
əsassızdır. Biz bu rəvayətləri də digər rəvayətlər kimi diqqətlə araşdırmalı və yetkin nəticəyə
gəlməliyik. Yə᾽ni biz onları Qur᾽anın təhrif olunub-olunmadığına dair nəql olunmuş rəvayətlə və
ya Qur᾽anın öz ayələri ilə tətbiq etməli, həqiqət olub-olmadığına yəqinlik hasil etməliyik. Bu
rəvayətələr Qur᾽an və mö᾽təbər rəvayətlərlə ziddiyyət təşkil etdikdə, digər qeyri-mö᾽təbər
rəvayətlər kimi kənara qoyulmalı, ona istinad olunmamalıdır.
150
Məşhur Qur᾽an təhqiqatçılarından biri olan Kobasi bu haqda deyir: Qur᾽anın təhrif olunduğuna
dəlalət edən rəvayətlər, bə᾽ziləri istisna olmaqla müsəlman icması tərəfindən qətiyyətlə rədd
olunur. Qur᾽anda təhrif və ya nöqsana yol verilməsinə heç bir əsas yoxdur. Əgər bu həqiqətə
uyğun olsaydı, digər mühüm hədislər kimi tez bir zamanda yayılar və hamının, xüsusilə təhrif
nəzəriyyəsinin maraq dairəsinə çevrilərdi. Çünki, bu heç də kiçik və az əhəmiyyətli məsələ
deyildir.
Belə bir nəzəriyyə Bağdadi və Kurki kimi digər təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Kurki,
Qur᾽anın təhrif olunmadığına dair tə᾽lif etdiyi kitabda yazır: Qur᾽anda təhrif və ya nöqsana yol
verildiyinə dair nəql olunmuş bütün hədis və rəvayətləri diqqətlə araşdırmalı, əsassız olduğu isbat
olduqda, dərhal kənara qoyulmalı və mö᾽təbər sənəd kimi istinad olunmamalıdır. Çünki, bu kimi
rəvayətlər Qur᾽an ayələri və Peyğəmbər (s) tərəfindən nəql olunmuş hədislərlə, müsəlman
icmasının e᾽tiqadı, əqidəsilə tamamilə ziddiyyət təşkil edir.
Müəllif: Mərhum Kurki bir qədər əvvəl, bizim haqqında söhbət açdığımız mətləbə toxunmuş və
bu rəvayətləri Qur᾽an, hədis və icma ilə tətbiq olunmasına işarə etmişdir. Belə ki, bu üç mənbə ilə
ziddiyyət təşkil edən bütün rəvayətlərin əsassız və qeyri-mö᾽təbər olduğunu bildirmişdir.
Şeyx Səduq, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Şübhə doğuran bir məsələ ilə
qarşılaşdıqda, onu tezliklə həll edib, çətinliklərlə qarşılaşmamaq əvəzinə bir qədər səbr edib,
təmkinli olmanız daha məqsədə uyğun olar. Çünki, hər bir həqiqətin öz me᾽yar və şahidi, hər bir
düz işin isə işıqlı gələcəyi vardır. Qur᾽an da həqiqət me᾽yarıdır. Belə isə görünən hər bir işi və
söylənilən hər bir sözü Qur᾽anla müqayisə edin. Onunla müvafiq olduqda qəbul edin, əks təqdirdə
onu tərk etməyə çalışın.» (Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).
2. Qutb Ravəndi, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Bir-biri ilə zidd olan iki müxtəlif
hədislə qarşılaşdıqda, onları Qur᾽anla müqayisə və tətbiq edin. Qur᾽anla müvafiq olanı qəbul,
digərini isə rədd edin.» (Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).
DOQQUZUNCU FƏSİL
QUR᾽ANIN YIĞILIB KİTAB HALINA SALINMASI
1. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər;
2. Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlərə verilən cavablar:
Birinci cavab: Rəvayətlərdə nəzərə çarpan nöqsan və çatışmamazlıqlar.
İkinci cavab: Rəvayətlərdəki ziddiyyətlərin araşdırılması.
Üçüncü cavab: Qur᾽anın rəvayətələrə olan baxışı;
Dördüncü cavab: Qur᾽anın yığılmasına dair nəql olunmuş hədislərə əqli baxış;
Beşinci cavab: Qur᾽anın yığılmasına dair nəql olunmuş hədislər və müsəlman icması;
151
Altıncı cavab: Müsəlman icmasının Qur᾽ana əlavələr olunmasına olan mənfi baxışları;
3. Qur᾽anın yığılmasına dair irəli sürülmüş düzgün nəzəriyyə;
4. Nəticə.
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏN EDİLƏN SUİ-
İSTİFADƏLƏR
Ötən fəsillərdə «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının Qur᾽anın təhrif olunmasına dair irəli
sürdükləri nəzəriyyə və dəlillərə işarə edib, onlara ayrı-ayrılıqda qənaətbəxş cavablar verildi. Bu
fəsldə də onların istinad etdikləri dördüncü dəlilə işarə edib onlara lazımı cavablar verəcəyik.
Qur᾽anın yığılması «təhrif nəzəriyyəsi» tərəfdarlarının daim diqqət mərkəzində olmuş və ondan
sui-istifadə etmək istəmişlər.
İstinad etdikləri dəlillərin birində deyilir: Qur᾽anın yığılması adətən təhrifə yol verilməklə həyata
keçmişdir. Bu səbəbdən də biz, Qur᾽anın təhrif olunduğunu tərəddüd etmədən qəbul etməliyik.
Cavab: Onlar belə güman edirlər ki, Qur᾽an Əbu Bəkrin fərmanı ilə yığılmışdır. Belə ki, «Bi᾽r
Məunə» döyüşündə Qur᾽an hafizlərinin yetmiş, Yəmamə döyüşündə isə dörd yüz nəfərinin həlak
olması Əbu Bəkri təşvişə saldı. O, qorxur ki, əgər baş verən hadisələr bu minvalla davam edərsə,
hafizlər son nəfərə kimi həlak olacaq və nəticədə Qur᾽an aradan gedəcəkdir. Bu səbəbdən də
Qur᾽anın vahid nüsxə halına salınması üçün Ömər və Zeyd ibni Sabitə pərakəndə olaraq yayılmış
ayələri iki nəfərin şahidliyi ilə yığılmasını əmr edir. Demək nəticədə, ya Qur᾽an təhrif olunmuş və
ya heç olmasa təhrif olunuduğuna ehtimal vermək olar. Məsələn, bir və ya bir neçə şairin
pərakəndə olaraq yayılmış şe᾽rlərini vahid şe᾽r toplusu halına salmaq istəyiriksə, unutqanlıq,
çatışmamazlıq və ya müxtəlif səbəblər üzündən heç olmasa onlardan bir neçəsini bu topluya daxil
edə bilməyəcəyimizə ehtimal verməliyik.
Belə bir əsassız dəlilə istinad edərək, Qur᾽anın təhrif olunduğunu qəbul edirlər. Bu səbəbdən də
cavab olaraq, Qur᾽anın yığılmasına dair nəql olunmuş mö᾽təbər rəvayətlərə istinad edərək bu
nəzəriyyənin əsassız olduğunu, Qur᾽an elmləri məcmuəsində yeni fəsil açmaqla isbat etmək
istəyirik. İndi isə bu məzmunda nəql olunmuş rəvayətlərə diqqət yetirin.
1. Zeyd ibni Sabit nəql etdiyi rəvayətdə deyir: Yəmamə döyüşü zamanı Əbu Bəkr məni yanına
çağırdı. Onun xeyməsinə girdikdə Ömər ibni Xəttabın da orada olduğunu gördüm. Məni görcək
dedi: Zeyd! Ömər deyir ki, döyüş qanlı-qadalı keçdiyi üçün Qur᾽an hafizlərinin bir çoxu həlak
olmuş və onların sayı nəzərə çarpacaq qədər azalmışdır. Qorxuram ki, ağır döyüşlər baş versin və
Qur᾽an hafizlərinin bu döyüşlərdə bütünlüklə həlak olması, Qur᾽an ayələrinin bir çoxunun
unudularaq aradan getməsinə gətirib çıxarsın. Bu səbəbdən də belə bir qərara gəlmişik ki,
pərakəndə Qur᾽an ayələrini bir yerə yığıb vahid nüsxə halına salaq.
152
[Əbu Bəkr deyir:] Ömərə dedim: Peyğəmbərin (s) görmədiyi bir işi məndən tələb edirsən?!
Ömər dedi: And olsun Allaha! Görə biləcəyimiz ən xeyirli iş varsa, o da budur. O, özü bunu
dəfələrlə təklif etmişdir. Nəhayət, Allah qəlbimi öz nuru ilə işıqlandırdı və onun təklifini qəbul
etdim.
Zeyd deyir: Sonra Əbu Bəkr mənə dedi: Sən cavanlığından öz ağıl və dərrakənlə hamıdan
fərqlənir, sədaqətinlə hamının e᾽timadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil
olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər və Qur᾽anla yaxın ünsiyyətdə ola
bilirdin. Gəl bu ağır və eyni zamanda məs᾽uliyyətli işi öz üzərinə götür.
Zeyd sözlərinə əlavə edərək deyir: And olsun Allaha! Əgər Əbu Bəkr dağı qazıb başqa yerə
daşınmasını əmr etsəydi, bu mənim üçün Qur᾽anı bir yerə yığmaqdan asan olardı. Bu səbəbdən də
Əbu Bəkrin, Ömərə dediyini təkrar etdim. Peyğəmbərin (s) görmədiyi bir işi necə yerinə yetirə
bilərsiniz? Əbu Bəkr dedi: And olsun Allaha! Müsəlmanlar yalnız buna ehtiyac duyurlar. Bu
səbəbdən də Qur᾽anın yığılmasını tə᾽kidlə mənə əmr edir və mümkün qədər bu işə tez
başlamağımı istəyirlər. Nəhayət özümün bu işə hazır olduğumu hiss etdim, pərakəndə olan ayələri
kağız üzərindən və hafizlərin yaddaşlarından bir yerə yığıb vahid nüsxə halına saldım. Tapılması
bir qədər çətin olan, Tövbə surəsinin son ayələri idi «[Ey ümmətim!] Sizə özünüzdən bir
peyğəmbər gəldi ki...» onu da Kəzimə Ənsaridən əldə edə bildim.
Böyük zəhmətlə yığılan Qur᾽an nüsxəsini, Əbu Bəkr xəlifə olduğu müddət ərzində özündə
saxlayırdı. Sonra onu Ömər və ondan sonra qızı Həfsə saxlayırdı. (Səhih Buxari. 6-cı cild, 98-ci
səh).
2. İbni Şəhab, Ənəs ibni Malikdən nəql edərək deyir: Osman, Huzeyfə İraq və Şam camaatını
Azərbaycan və Ermənistanın fəthinə hazır olmalarını əmr etdi. Huzeyfə səfər tədarükü görərkən
onların qiraətində müşahidə etdiyi ixtilaflardan bərk narahat olur. Bunun qarşısını almaq
məqsədilə Osmana belə bir məktub yazır: Ya Əmirəl-mö᾽minin! Yəhudi və nəsranilər islamı
qəbul edib qiraətdə ixtilafa düçar olmazdan əvvəl, islamı qəbul etmiş müsəlmanların dadına çat!
Osman, yığılmış Qur᾽an nüsxələrini üzündən köçürmək məqsədilə Həfsəyə məktub yazıb, ondan
həmin Qur᾽anın göndərilməsini istəyir. Həfsə nüsxəni ona göndərir. Xəlifə Zeyd ibni Sabitə,
Abdulla ibni Zubeyrə, Səid ibni Asa, Abdurrəhman ibni Hərs ibni Hişama bu nüsxənin üzünü
köçürməyini əmr edir.
Sonra Osman onlardan üçünü yanına çağırıb deyir: Əgər sizinlə Zeyd ibni Sabit arasında
Qur᾽anın yazılış və oxunuşunda ixtilaf meydana gəlsə, Qüreyşin ləhcə və istifadə etdiyi ifadələrə
müraciət edin. Çünki, Qur᾽an onların ləhcəsində və istifadə etdiyi ifadələrlə nazil olmuşdur.
Bu dörd nəfər şəxs xəlifənin əmrinə əsasən bir neçə nüsxə köçürüb ona təqdim edir. Xəlifə əsl
nüsxəni Həfsəyə qaytarır və yazılmış nüsxələri ətraf məntəqələrə göndərir, sonra isə mövcud olan
nüsxələri yandırıb məhv olunmasını əmr edir.
153
İbni Şəhab hədisi nəql etdikdən sonra deyir: Zeyd ibni Sabitin oğlu Xaricə nəql edir ki, atam
deyərdi: Nüsxənin üzərindən köçürdüyümüz zaman, Peyğəmbərin (s) özündən eşitdiyim Əhzab
surəsinin ayələrindən birini itirmişdik. Nəhayət onu Xəzimət ibni Sabit Ənsaridən əldə edə bildik
və onu nüsxələrə əlavə etdik. Həmən ayə bundan ibarət idi:
«Mö᾽minlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.»
3. İbni Əbi Şeybə Əli (ə)-dan nəql edərək deyir: Əbu Bəkrin savabı hamıdan daha çoxdur. Çünki
o, Qur᾽anı bir yerə yığan ilk şəxs olmuşdur.
4. İbni Şəhab, Salim ibni Abdulla və Xaricədən nəql edərək deyir: Əbu Bəkr kağız üzərinə
yazılmış pərakəndə Qur᾽an ayələrini bir yerə yığıb, Zeyd ibni Sabitədən ona nəzər salmasını
istədi. Lakin Zeyd bundan imtina etdi. Əbu Bəkr ilə Ömər bir daha yığılmış nüsxədə düzəliş
aparmasını israr etdikdə Zeyd nəhayət öz razılığını bildirdi.
Bu nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərin və ondan sonra Peyğəmbərin (s) zövcəsi Həfsənin
yanında saxlanılırdı. Osman öz adamlarını göndərib Həfsədən həmən nüsxələri təhvil verməsini
istədi. Lakin Həfsə Qur᾽anı Osmana verməkdən imtina etdi. Osman bir daha öz adamlarını
göndərib, Qur᾽anın yenidən ona qaytarılacağını söz verir. Həfsə bu dəfə Qur᾽anı onlara verməyə
razılıq verir. Osman onun üzərindən bir neçə nüsxə köçürüb, əsl nüsxəni yenidən Həfsəyə
qaytarır.
5. Hişam ibni Urvə atasından nəql edərək deyir: Yəmamə döyüşündə iştirak edən Qur᾽an qariləri
həlak olduqdan sonra, Əbu Bəkr, Ömər ibni Xəttaba və Zeyd ibni Sabitə məscidə gələn mö᾽təbər
qarilərin qiraətlərini dinləmələrini və onların qiraətlərinin yalnız o zaman kağız üzərinə
köçürmələrini əmr edir ki, iki nəfər mö᾽təbər şəxs qiraətlərin düzgünlüyünə şəhadət vermiş olsun.
Peyğəmbərin (s) səhabələrindən və Qur᾽an hafizlərindən bir çoxunun bu döyüşdə həlak olması,
belə bir zərurətə səbəb olmuşdu və xəlifə lazımınca bunu yerinə yetirdi.
6. Məhəmməd ibni Səyreyn nəql etdiyi rəvayətdə deyir: Ömər ibni Xəttab öldürüldüyü zaman
hələ Qur᾽an bir yerə yığılmamışdı.
7. Həsən rəvayət edir ki, Ömər, Qur᾽an ayələrinin biri haqda sual verdi. Cavabında ona deyilir:
Bu ayə Yəmamə döyüşündə həlak olmuş filan şəxsdə idi. Ömər, qarilər ölməklə Qur᾽anın zaman
keçdikcə unudularaq aradan getməsindən qorxub, həyacanlanaraq «Hamımız Allah tərəfindən
gəlmişik və Ona tərəf qayıdacağıq» ayəsini oxudu və sonra tez bir zamanda Qur᾽anın bir yerə
yığılmasını əmr etdi. Beləliklə deyə bilərik ki, Ömər, Qur᾽anı vahid nüsxə halına salan ilk şəxs
olmuşdur.
8. Yəhya ibni Əbdürrəhman ibni Xəttab nəql etdiyi rəvayətdə deyir: Ömər ibni Xəttab, Qur᾽anın
bir yerə yığılması qərarına gəldikdə, minbərə qalxıb dedi: Peyğəmbərdən (s) kim nə öyrənibsə,
yazılı şəkildə onları bizə təhvil versin. Kimdə nə vardısa gətirib onu xəlifəyə təhvil verdi. Lakin,
Ömər o yazıları qəbul edirdi ki, iki nəfər mö᾽təbər şəxs onun Qur᾽an ayələri olduğuna şəhadət
vermiş olsun. Xəlifə, Qur᾽anın yığıldığı ərəfədə qətlə yetirildi. Ondan sonra xilafətə Osman tə᾽yin
154
olundu. O da Ömərin başladığı işi davam etdirdi və yalnız o səhifələri qəbul edirdi ki, iki nəfər
mö᾽təbər, adil şəxs yazılının həqiqətən Qur᾽an olduğuna şəhadət vermiş olsun.
Xəzimə ibni Sabit xəlifənin yanına gəlib deyir: Ayələrdən ikisi Qur᾽ana daxil edilməmişdir.
Ondan bu ayələrin hansılar olduğunu soruşduqda, Tövbə surəsinin son ayələrini oxudu:
«[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz
ona ağırdır...» Xəzimə bu ayələri oxuduqdan sonra Osman dedi: Mən şəhadət verirəm ki, bu iki
ayə həqiqətən Allah tərəfindən nazil olmuşdur. Siz nə məsləhət görürsünüz, bu ayələri Qur᾽anın
hansı surəsinə əlavə edək? Xəzimə dedi: Bu ayələri Peyğəmbərə (s) nazil olmuş son surələrə
əlavə edin! Beləliklə bu iki ayə Tövbə surəsinə əlavə edildi və onun son iki ayəsi kimi qəbul
olundu.
9. Ubeydə ibni Uməyr deyir: Ömər iki nəfərin şəhadəti olmadan heç bir yazılını Qur᾽ana əlavə
etmirdi. Ənsardan biri «sizə özünüzdən bir peyğəmbər gəldi...» ayəsini Ömərə təqdim etdi. Ömər
dedi: Peyğəmbərin (s) əxlaqı həqiqətən bu ayələrdə bəyan olunduğu üçün, səndən şahid
istəmirəm. (Bütün bu rəvayətlər Kənzul-ummalda nəql olunmuşdur. 2-ci cild, 361-ci səh).
10. Süleyman ibni Ərqəm Həsəndən, İbni Seyrəyndən və İbni Şəhab Zəhradan nəql edərək deyir:
Yəmamə döyüşündə qarilərin böyük bir hissəsi həlak oldu. Daha dəqiq desək, onlardan dörd yüz
nəfəri amansızcasına qətlə yetirildi. Zeyd ibni Sabit, Ömərlə görüşdükdə ona deyir: Qanun olaraq
Allah tərəfindən tə᾽yin olunmuş şər᾽i məsələlər bütünlüklə Qur᾽anda bəyan edilmişdir. Qur᾽an
aradan getməklə bu hökmlər də unudulub zehnlərdən silinəcəkdir. Belə bir qərara gəlmişəm ki,
ayələri bir yerə yığıb, Qur᾽anı kitab halına salım. Ömər dedi: Bir qədər səbr et! Bu barədə Əbu
Bəkr ilə məşvərət etməliyəm!
Onlar Əbu Bəkrin yanına gedib bu barədə onunla ətraflı söhbət edirlər. Əbu Bəkr onları
dinlədikdən sonra deyir: Bir qədər səbr edin, görək camaat bu barədə nə deyir. Məscidə gəlib
hamının qarşısında xütbə oxudu və onları bu məsələdən agah etdi. Hamı bir nəfər kimi bu işi
bəyənib öz razılıqlarını bildirdilər. Carçı, bütün yazılı nüsxələrin xilafətə təhvil verilməsini e᾽lan
etdi və Qur᾽an bir yerə yığılaraq kitab halına salındı...
11. Xəzimət ibni Sabit nəql etdiyi rəvayətdə deyir: «Sizə özünüzdən bir peyğəmbər gəldi...»
ayəsini Ömər və Zeyd ibni Sabitə təhvil verdikdə, Zeyd dedi: Özündən başqa bunların həqiqətən
Qur᾽an ayəsi olduğuna şəhadət verəcək bir kəs varmı? Dedim: And olsun Allaha ki, bilmirəm.
Ömər dedi: Mən bunların Qur᾽an ayələri olduğuna şəhadət verirəm.
12. Əbu İshaq, səhabələrdən bə᾽zilərindən nəql edərək deyir: Ömər ibni Xəttab Qur᾽anı bir yerə
yığmaq istəyirdi. Camaatı məscidə yığıb onlardan soruşdu: Ərəb dilinin yazı qanunlarının
(kəlmələrin yazılış formasına) ən biliklisi kimdir? Dedilər: Səid ibni As. Sonra bir daha soruşdu:
Ən gözəl xəttə malik olan kimdir? Dedilər: Zeyd ibni Sabit. Ömər deyir: Belə isə Səid imla
etməli, Zeyd isə onu kağız üzərinə köçürməlidir. Beləliklə dörd nüsxə köçürülür. Ömər onlardan
birini Kufəyə, birini Bəsrəyə, birini Hicaza, birini isə Şama göndərir.
155
13. Abdulla ibni Fəzalə nəql etdiyi rəvayətdə deyir: Ömər Qur᾽anın əsl nüsxədən köçürülməsi
qərarına gəldikdə, öz səhabələrindən bir neçəsinə bu işə başlamalarını əmr etdi. Xəlifə tə᾽kidlə
onlara deyərdi: Hər hansı bir ayənin yazılışında ixtilaf meydana gələrsə, Muzər qəbiləsinin
tələffüzünə müraciət edin. Çünki, Qur᾽an Muzər qəbiləsində olan bir şəxsə [Peyğəmbərə (s)] nazil
olmuşdur.
14. Əbu Qulabə deyir: Ömər özünün xilafəti dövründə Qur᾽an qarilərindən bir neçəsinə yerli
əhaliyə Qur᾽anı tə᾽lim etməyi əmr etdi. Onlar ətraf məntəqələrə gedib müəllimlik edir, Qur᾽anın
qiraət üsullarını onlara tə᾽lim verirdilər. Cavan və yeniyetmələr arasında Qur᾽an oxuya bilənlərin
sayı birə-on artsa da, onların qiraətində nəzərə çarpacaq qədər ixtilaflar müşahidə olunurdu.
Müəllimlər şagirdlərinin qiraətlərində yaranmış ixtilafları eşitdikdə onlarla çox ağır rəftar edir,
hətta onları kafir olmaqda ittiham edirdilər. Xəbər Osmana çatdıqda xütbələrinin birində deyir:
Mərkəzi xilafətə yaxın olmaqla yanaşı, əgər sizlərin qiraətlərinizdə ixtilaf olarsa, sözsüz ətraf
məntəqələrdə yaşayan və əsli ərəb olmayan müsəlmanların qiraətində ixtilaf daha çox olmalıdır.
Belə isə Qur᾽anı bir yerə yazıb kitab halına salaq. Ona müraciət etməklə həm sizin, həm də
başqalarının ixtilaflarına son qoya bilərik.
Əbu Qulabə, Malik ibni Ənəsdən nəql edərək deyir: Mən Qur᾽anı imla edənlərdən biri idim.
Bə᾽zən ayələrin bə᾽zilərində ixtilaf meydana gəlirdi. Belə olduqda biz, bu ayələri Peyğəmbərin
(s) özündən eşidən (və ya öyrənən) kəslərə müraciət edərdik. Bə᾽zən onların özlərini tapmaq çətin
olurdu. Osman onların ardınca ya adam göndərir ya da onlarla ünsiyyətdə olan şəxslərlə əlaqə
saxlayırdı. Bu müddət ərzində həmən ayələrin yerlərini boş qoyur, ondan əvvəlki və sonrakı
ayələri yazırdıq. Nəhayət nüsxələrin köçürülməsi başa çatdırıldı. Xəlifə ətraf məntəqələrə bu
məzmunda bir neçə məktub yazdı: Yeni yazılmış nüsxəni özümdə saxlayıb, digər nüsxələri
yandırdım. Siz də göndərdiyim nüsxədən başqa bütün nüsxələri yığıb yandırın.
15. Məs᾽əb ibni Sə᾽d nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Ömər, xütbələrinin
birində belə bir mətləbə toxundu: Peyğəmbərin (s) vəfatından cəmi on üç il keçib. Sizlər isə
Qur᾽anın oxunuşunda bir-birinizlə mübahisə edir və deyirsiniz ki, Ubəyin qiraəti belə, Abdullanın
qiraəti isə tam başqa bir tərzdədir. Biriniz digərinizi qiraətin oxunuşunda ittiham edir, lakin heç
cür razılığa gələ bilmirsiniz. Sizi and verirəm Allaha! Bu ixtilafları kənara qoyub, evlərinizdə
pərakəndə saxladığınız yazıları gətirin ki, onları bir yerə yığıb kitab halına salaq.
Bir neçə gündən sonra evlərdə saxlanılan dəri və kağız üzərinə yazılmış yüzlərlə Qur᾽an ayələri
xəlifəyə təhvil verildi. Xəlifə onları bir-bir çağırıb gətirdiyi nüsxələri şəxsən Peyğəmbərin (s)
özündən eşidib yazdıqlarına and içdirirdi. Onlar da bir nəfər kimi nüsxələrin həqiqətən Qur᾽an
ayələri olduqlarına and içir və Osmanın verdiyi suallara «bəli» - deyərək cavab verirdilər.
Sorğu-sual başa çatdıqdan sonra, Osman onlardan soruşdu: Hansınız gözəl xəttə maliksiniz?
Dedilər: Zeyd ibni Sabit. O, Peyğəmbərin (s) ən yaxın dostlarından biri və onun katibi olmuşdur.
Sonra onlardan soruşdu: Ərəb dilinin yazılış qanunlarına necə, ən bilikli şəxs kimdir? Dedilər:
Səid ibni As. Osman Səidə imla etməyi, Zeydə isə ondan eşitdiklərini kağız üzərinə köçürməyi
əmr etdi. Zeyd bir neçə nüsxə köçürüb onu camaata payladı.
156
Məs᾽əb ibni Sə᾽d əlavə edərək deyir: Səhabələrdən bir çoxu xəlifənin həyata keçirdiyi bu işi
bəyənib, ona öz razılıqlarını bildirdilər.
16. Abdul Ə᾽la ibni Abdulla ibni Amir Qərşi nəql etdiyi rəvayətdə deyir: Qur᾽anın yazılması başa
çatdıqdan sonra, Osmana təhvil verildi. O, Qur᾽ana baxıb dedi: Olduqca xeyirli və lazımlı iş
gördünüz. Lakin mən burada bir neçə kiçik səhvlər görürəm, zaman keçdikcə ərəb milləti qiraət
etməklə özü onları düzəldəcək.
17. Əbu Məlih deyir: Osman ibni Ofvan Qur᾽anın yazılması qərarına gəldikdə dedi: Ayələri
Huzəyl qəbiləsi imla etməli, Səqif qəbiləsi isə onu kağız üzərinə köçürməlidir.
18. Əkrəmə deyir: Qur᾽an yazıldıqdan sonra Osmana təqdim olundu. Xəlifə orada bir neçə səhv
gördükdə deyir. Əgər Qur᾽anı Huzeyl qəbiləsi imla və Səqif qəbiləsi onu kağız üzərinə
köçürsəydi, bu səhvlərə yol verilməzdi.
19. Əta deyir: Osman Qur᾽anın pərakəndə ayələrini aradan aparmaq istədiyi zaman, Ubey ibni
Kə᾽bi yanına çağırıb lazımı göstərişlər verdi. Ubey ayələri imla edir, Zeyd isə onları kağız üzərinə
köçürürdü. Səid ibni As da yazdıqlarına nəzarət edir, buraxdıqları səhvləri düzəldirdi. Beləliklə
yeni nüsxə Ubey və Zeydin vasitəsi ilə yazıldı.
20. Mucahid nəql edərək deyir: Osman Qur᾽anı bir yerə yığmaq istədiyi zaman, Ubeyə imla,
Zeydə yazmağı, Səid ibni Asa isə buraxılan səhvləri düzəltməyi əmr etdi.
21. Zeyd ibni Sabit deyir: Yığılmış nüsxələri köçürdüyüm zaman, Peyğəmbərdən (s) eşitdiyim
ayələrdən birini nüsxələrdən heç birində tapa bilmədim. Nəhayət mən onu Xəzimət ibni Sabit adlı
şəxsdən əldə edə bildim. Həmən ayə bu idi: «Mö᾽minlərin içərisində elələri də vardır ki, Allaha
etdikləri əhdə sadiq olarlar.» Peyğəmbər (s) ona «Zuşşəhadəteyn» [yə᾽ni, iki nəfərin verdiyi
şəhadət] ləqəbini verdiyi üçün, onu öz şəhadətini qəbul edib gətirdiyi ayəni Qur᾽ana əlavə etdim.
22. İbni Əştə Leys ibni Səiddən nəql edərək deyir: Qur᾽anı ilk dəfə bir yerə yığan şəxs, Zeyd ibni
Sabit olmuşdur. Camaat pərakəndə nüsxələri xəlifəyə təhvil verir və onlar kağız üzərinə
köçürülürdü. Lakin Zeyd, nüsxələri yalnız iki nəfər mö᾽təbər şəxs şəhadət verdikdən sonra kağız
üzərinə köçürürdü. Bəraət [Tövbə] surəsinin sonuncu ayələrindən başqa, bütün ayələr kağız
üzərinə köçürüldü. Nəhayət bu ayələri Xəzimət ibni Sabit, Zeydə təhvil verdi, amma onun
özündən başqa onların həqiqətən Qur᾽an ayələri olduqlarına şəhadət verə biləcək ikinci bir şəxs
yox idi. Bütün bunlara baxmayaraq, Xəzimətin gətirdiyi ayələr Qur᾽ana əlavə olundu. Çünki,
Peyğəmbər (s) onun şəhadətini iki nəfərin şəhadət verməsi ilə bərabər tuturdu. Sonra Ömər, Rəcm
ayəsini gətirdi. Lakin heç bir şahidi olmadığı üçün həmin ayə Qur᾽ana əlavə olunmadı. (İtqan. 1-
ci cild, 101-ci səh).
Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər bunlardan ibarət idi. Bu rəvayətlər vahid xəbər
formasında nəql olunmaqla yanaşı, bir neçə mənfi xüsusiyyətlərə də malikdir. Gələcək fəsillərdə
bu xüsusiyyətləri təklikdə araşdıracaq və kitabı bu fəsillə başa vuracağıq.
157
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ VERİLƏN
CAVABLAR
BİRİNCİ CAVAB
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ
ÇARPAN NÖQSAN VƏ ÇATIŞMAMAZLIQLAR
Əvvəlki fəsildə Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətləri nəzərdən keçirdik. Belə ki,
bə᾽zən bu rəvayətlərdən şəxsi məqsədlər üçün sui-istifadə olunmuşdur. Lakin bu rəvayətlərin heç
birinin mö᾽təbər olduğu nəzərə çarpmır. Bə᾽zən «təhrif nəzəriyyəsi»nin tərəfdarları da bu
rəvayətlərə istinad edərək, Qur᾽anın təhrif olunduğuna dair müxtəlif fərziyyələr irəli sürmüşlər.
Mö᾽təbər olmadığı bir halda isə, təhrif olub-olmadığı haqda bir söz demək tamamilə əsassız
olacaqdır. Biz bu fəsildə rəvayətlərin zəif xüsusiyyətlərini ayrı-ayrılıqda araşdıracaq və onların
mö᾽təbər olmadıqlarını sübuta yetirəcəyik.
Birinci xüsusiyyət:
Rəvayətlərdə nəzərə çarpan, oxucuda sual doğuran nöqsan və ziddiyyətlər.
BİRİNCİ SUAL:
QUR᾽AN NƏ VAXT BİR YERƏ YIĞILMIŞDIR?
Bu məzmunda nəql olunmuş rəvayətlər üç qismə bölünür: İkinci rəvayətdən belə mə᾽lum olur ki,
Qur᾽an Osmanın xilafəti dövründə kitab halına salınmışdır. Lakin birinci, üçüncü və dördüncü
rəvayətlərdə bunun Əbu Bəkrin xilafti dövründə həyata keçirildiyinin şahidi oluruq. Yeddinci və
on ikinci rəvayətlərdə isə Qur᾽anın yığılması Əbu Bəkr və Osmanın xilafəti dövründə deyil,
Ömərin xilafəti dövründə göstərilir.
İKİNCİ SUAL
ƏBU BƏKRİN XİLAFƏTİ DÖVRÜNDƏ QUR᾽ANIN YIĞILMASINI KİM ÖZ ÖHDƏSİNƏ
GÖTÜRMÜŞDÜR?
Birinci və on ikinci rəvayətlərdə bu işin Zeyd ibni Sabitə həvalə olunduğu göstərilir. Dördüncü
rəvayətdə isə deyilir: Bu işi Əbu Bəkr özü öz öhdəsinə götürmüşdür. Zeyd ibni Sabit isə onun
göstərişi ilə yazılmış nüsxələrə nəzarət edir və onlarda lazımı düzəlişlər aparırdı. Beşinci
rəvayətdə isə belə mə᾽lum olur ki, bu iş Ömər və Zeyd ibni Sabitə həvalə olunmuşdur.
ÜÇÜNCÜ SUAL
QUR᾽ANIN YIĞILMASI ZEYD İBNİ SABİTƏ HƏVALƏ OLUNMUŞDURMU?
Birinci rəvayətdən belə mə᾽lum olur ki, Əbu Bəkr Qur᾽anın yığılmasını Zeyd ibni Sabitə həvalə
etmişdir. Orada deyilir: Əbu Bəkr Zeydə deyir: «Sən cavanlığından öz əql və dərrakənlə hamıdan
fərqlənir və sədaqətinlə hamının e᾽timadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında
158
nazil olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər (s) və Qur᾽anla yaxından
ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məs᾽uliyyətli işi öz üzərinə götür.» Buradan
belə mə᾽lum olur ki, Qur᾽anın yığılması Zeyd ibni Sabitə həvalə olunmuşdur. Digər rəvayətlərdə
isə bu işə başqalarının cəlb olunduğu göstərilir.
DÖRDÜNCÜ SUAL
QUR᾽ANIN BƏ᾽Zİ AYƏLƏRİ OSMANIN XİLAFƏTİ DÖVRÜNƏDƏK YAZILMIŞDIRMI?
Rəvayətlərin bir çoxundan bizə mə᾽lum olur ki, Qur᾽anın bütün ayələri pərakəndə olasa da, (hələ
Peyğəmbərin (s) zamanında) dəri və kağız üzərinə yazılmışdır. Lakin ikinci rəvayətdə hələ
Osmanın xilafəti dövründə ayələrdən bə᾽zilərinin kağız üzərinə köçürülmədiyi və onun
hafizələrdə saxlanıldığı göstərilir.
BEŞİNCİ SUAL
OSMAN ÖZÜNÜN XİLAFƏTİ DÖVRÜNDƏ YAZILMIŞ AYƏLƏRDƏN BƏ᾽ZİLƏRİNİ
İXTİSARA SALIBMI?
Rəvayətlərin bir çoxunda Osmanın xilafəti dövrünədək ayələrdən heç birinin ixtisara salınmadığı
göstərilir. Lakin dördüncü rəvayətdə Osmanın, özündən əvvəl mövcud olan nüsxələri məhv
etməsi və bunun ətraf məntəqələrdə yaşayan müsəlmanlara da əmr olunması göstərilir.
ALTINCI SUAL
OSMAN ÖZ NÜSXƏSİNİ HANSI MƏNBƏDƏN YIĞA BİLMİŞDİR
İkinci və dördüncü rəvayətlərdən belə mə᾽lum olur ki, Osman Əbu Bəkrin yığdığı nüsxələrə
istinad etmiş və özünün nüsxəsini onun əsasında yığdırmışdır. Altıncı, on dördüncü və on beşinci
rəvayətlərdə isə bunun tam əksinə olaraq, Osmanın öz nüsxəsini iki nəfər mö᾽təbər şəxsin şəhadət
verməsi ilə yığdırdığı göstərilir.
YEDDİNCİ SUAL
QUR᾽ANIN YIĞILMASINI ƏBU BƏKRDƏN KİM İSTƏMİŞDİR?
Birinci rəvayətdə deyilir: Qur᾽anın yığılaraq kitab halına salınmasını ilk dəfə Ömər, Əbu Bəkrdən
istəmişdir. Lakin, Əbu Bəkr bundan imtina edir və yalnız Ömərin dəfələrlə israr etməsindən sonra
buna razı olur. Sonra Əbu Bəkr, Zeyd ibni Sabiti yanına çağırıb Ömərin irəli sürdüyü təklifi ona
da bildirir. Zeyd də bir qədər imtina etdikdən sonra nəhayət bu işə öz razılığını bildirir. Lakin
onuncu rəvayətdə bu təklifin Əbu Bəkrə, Ömər və Zeyd tərəfindən edildiyi və Əbu Bəkrin
əshabla məşvərət etdikdən sonra onlara müsbət cavab verdiyi göstərilir.
SƏKKİZİNCİ SUAL
QUR᾽ANIN ƏSL NÜSXƏSİ HANSI XƏLİFƏ TƏRƏFİNDƏN YIĞILMIŞDIR VƏ BU
NÜSXƏDƏN KÖÇÜRÜLDÜKDƏN SONRA HANSI ŞƏHƏRLƏRƏ GÖNDƏRİLMİŞDİR?
159
İkinci rəvayətdən, Qur᾽anın əsl nüsxəsinin Osman tərəfindən yığıldığı göstərilir. Lakin on ikinci
rəvayətdə bunun Ömər tərəfindən həyata keçirildiyinə işarə olunur.
DOQQUZUNCU SUAL
TÖVBƏ SURƏSİNİN SON İKİ AYƏSİ HANSI XƏLİFƏNİN DÖVRÜNDƏ QUR᾽ANA
ƏLAVƏ EDİLMİŞDİR?
Birinci, on ikinci və iyirmi ikinci rəvayətdən belə mə᾽lum olur ki, bu iki ayənin Qur᾽ana Əbu
Bəkrin xilafəti dövründə əlavə olunduğu göstərilir. Lakin səkkizinci və digər rəvayətlərdə bu
ayələrin Ömərin xilafəti dövründə Qur᾽ana əlavə olunduğu qeyd olunur.
ONUNCU SUAL
BU AYƏLƏRİ QUR᾽AN KATİBLƏRİNƏ KİM TƏHVİL VERMİŞDİR?
Birinci və iyirmi ikinci rəvayətlərdə biz, Əbu Xəzimətin adı ilə rastlaşırıq. Lakin səkkizinci və on
birinci rəvayətlərdə bu ayələrin Xəzimət ibni Sabit tərəfindən xəlifəyə təhvil verildiyi göstərilir.
İbni Əbdül Bərr bu haqda deyir: Əbu Xəzimə və Xəzimət ibni Sabit iki müxtəlif şəxs olmuşdur və
onların arasında heç bir qohumluq rabitəsi olmamışdır.
ON BİRİNCİ SUAL
BU İKİ AYƏNİN HƏQİQƏTƏN QUR᾽AN AYƏSİ OLDUĞU HANSI YOLLA İSBAT
OLUNUR?
Bu barədə rəvayətlər üç qismə bölünür:
1. Yalnız bir nəfərin şəhadəti ilə sabit olunur;
2. Doqquzuncu və iyirmi üçüncü rəvayətlərdə isə buraya Osmanın da əlavə olunduğu göstərilir;
3. On birinci rəvayətdə isə şəhadət verən kəslərin arasında Ömərin adının birinci çəkildiyinin
şahidi oluruq.
ON İKİNCİ SUAL
OSMAN QUR᾽ANIN İMLA VƏ YAZILMASINI KİMLƏRƏ HƏVALƏ ETMİŞDİR
İkinci rəvayətdə Osmanın, Qur᾽anın imla olunmasını və yazılmasını İbni Zubeyr, Səid ibni Asa
və Əbdürrəhmana həvalə etdiyi göstərilir. Lakin on beşinci rəvayətdə xəlifənin, Zeydin ayələrin
köçürülməsinə, Səid ibni Asın isə ayələri imla etməyə tə᾽yin olunduqları göstərilir. On altıncı
rəvayətdə isə xəlifə tərəfindən Səqif qəbiləsini nüsxələrin köçürülməsinə, Huzəyl qəbiləsinin isə
ayələri imla etməyə tə᾽yin olunduğu göstərilir. On səkkizinci rəvayətə gəldikdə isə burada, bütün
bunların təkzib olunduğunun şahidi oluruq. Yə᾽ni, Səqif qəbiləsinin ayələrin köçürülməsinə,
Huzeyl qəbiləsinin isə ayələrin imla edilməsinə tə᾽yin olunduğu göstərilir.
160
Bütün bunlarla yanaşı, on doqquzuncu rəvayətdə ayələrin imla olunmasının Ubey ibni Kə᾽bə,
yazılmasının Zeyd ibni Sabitə, nüsxələrə nəzarət olunmasına (səhvlərin düzəlişinə) isə Səid ibni
Asın tə᾽yin olunduğu göstərilir. İyirminci rəvayətdə bu məzmunda nəql olunmuşdur. Lakin, orada
nüsxələrə nəzarət olunması işi Əbdürrəhman ibni Hərsə həvalə olunduğu göstərilir.
İKİNCİ CAVAB
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ
ÇARPAN ZİDDİYYƏTLƏR
QUR᾽AN PEYĞƏMBƏRİN (S) ÖZ ZAMANINDA YIĞILMIŞDIR
Qur᾽anın Peyğəmbərin (s) zamanında yığılmasına dair nəql olunmuş mö᾽təbər rəvayətlər, bir
qədər əvvəl yuxarıda nəql olunan rəvayətləri bütünlüklə e᾽tibardan salır və eyni zamanda maraq
doğuran yeni bir məsələnin meydana gəlməsinə səbəb olur.
Əziz oxucular, biz bu rəvayətlərdən bir neçəsini sizə təqdim edirik:
1. İbni Əbi Şəybə, Əhməd ibni Hənbəl, Termizi, Nəsai, İbni Həbban, Hatəm, Biyhəqi və Ziya
Məqdəsi kimi mühəddislər İbni Abbasdan nəql etdikləri rəvayətdə deyirlər:
Günlərin bir günündə Osmandan soruşdum: «Ənfal» «Məsani»,* «Tövbə» surəsi isə miəyn*
surələrindən olduğu bir halda nə üçün onları bir-birlərindən sonra və aralarında «Bismillah»
olmadan yerləşdirmisiniz, bir halda ki, onların hər ikisi “Tival”* surələrindən sonra gəlir? Osman
dedi: Peyğəmbərə (s) bir neçə ayədən ibarət surə nazil olarkən, katiblərinə bu surələri bə᾽zi
ayələrdən sonra yerləşdirməyi göstəriş verərdi. Bir neçə ayə ardıcıl olaraq nazil olduqda isə,
onların lazım olan surələrə əlavə olunmasını göstəriş verirdi. Bütün bu əlavə və dəyişikliklər
Peyğəmbərin (s) göstərişi ilə həyata keçirilirdi. Osman əlavə edərək deyir: Peyğəmbərə (s)
Mədinədə nazil olmuş ilk surə «Ənfal», son surə isə «Tövbə» surəsi olmuşdur. Lakin hər iki surə
eyni xüsusiyyətlərə və eyni məzmuna malikdir. Surələrin arasındakı oxşarlıq və Peyğəmbərin (s)
onların ayrı və ya bir surə olmasını deməməsi, məndə belə təsəvvür yaratdı ki, “Ənfal” və
“Tövbə” surələrini bir surə hesab etmək olar. Bütün bunları nəzərə alaraq bu iki surəni “Tival”
surəsindən sonra aralarında «Bismillah» olmadan yerləşdirdik.
2. Təbərani və İbni Əsakir, Şə᾽bidən nəql edərək deyir: Qur᾽an, Peyğəmbərin (s) zamanında
ənsardan olan altı nəfər şəxsin iştirakı ilə kitab halına salınmışdır. Həmən şəxslər Ubey ibni Kə᾽b,
Zeyd ibni Sabit, Muaz ibni Cəbəl, Əbu Dərda, Sə᾽d ibni Ubeyd və Əbu Zeyd olmuşlar. Onlarla
yanaşı Məciə᾽ ibni Cariyə də iki və ya üç surə istisna olmaqla Qur᾽anı bir yerə yığa bilmişdir.
3. Qətadə deyir: Malik ibni Ənəsdən, Peyğəmbərin (s) zamanında Qur᾽anın kimlər tərəfindən
yığıldığını soruşdum. O, cavabında ənsardan olan bu dörd nəfərin adını çəkdi: Onlar, Ubey ibni
Kə᾽b, Muaz ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd adlı şəxslər olmuşlar.
161
4. Məfuq deyir: Günlərin bir günündə Abdulla ibni Ömər, Abdulla ibni Məs᾽ud barəsində söz
düşdükdə dedi: Ömrümün sonunadək onu sevəcək və ehtiram edəcəyəm. Çünki, Peyğəmbər (s)
bizlərə Qur᾽anı ondan, Salim Muazdan və Ubey ibni Kə᾽bdən öyrənməyimizi tövsiyə etmişdir.
5. Nəsai, mö᾽təbər mənbələrdən birində Abdulla ibni Ömərdən nəql edərək deyir: Qur᾽anı bir
yerə yığıb, hər gecə bir dəfə onu oxuyardım. Xəbər Peyğəmbərə (s) çatdıqda mənə, Qur᾽anı ayda
bir dəfə fasilə verməklə oxumağımı tövsiyə etdi!...
Qur᾽anın Peyğəmbərin (s) zamanında yığılmasına dair digər rəvayətlər də vardır. Bu məzmunda
nəql olunmuş rəvayətlərdən belə mə᾽lum olur ki, Qur᾽an, Peyğəmbərin (s) öz nəzarəti altında
yığılmış və burada heç bir təhrifə yol verilə bilməzdi.
İRAD VƏ CAVAB
Deyə bilərik ki, Qur᾽anın yığılması deyildikdə, onun kitab halına salınması deyil, əzbər olaraq
hafizələrə salındığı nəzərdə tutulur. Lakin, bu tamamilə yanlış və əsassız bir təsəvvürdür. Əvvəla
ona görə ki, belə bir fərziyyəni sübuta yetirəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə, əgər
Qur᾽anın yığılması deyildikdə, onun hifz olunması nəzərdə tutularsa, bunu yalnız altı nəfərə aid
etmək düzgün olardımı? Bir halda ki, Peyğəmbərin (s) zamanında Qur᾽an hafizlərinin sayı
təsəvvür olunduğundan daha çox olmuşdur. Demək, Qur᾽anın yığılması deyildikdə onun hifz
olunması deyil, kağız üzərinə köçürülərək kitab halına salınması nəzərdə tutulur. Belə ki,
Peyğəmbər (s) və onun səhabələrinin tarixinə nəzər saldıqda, bir daha bunun şahidi oluruq ki, o
dövrdə bu kimi Qur᾽an hafizlərinin və pərakəndə nüsxələri kitab halına salan şəxslərin sayı heç də
az olmamışdır. O ki qaldı Buxarinin və Malik ibni Ənəsin nəql etdikləri rəvayətlərdə onların
sayının dörd nəfərdən ibarət olduqlarının göstərilməsinə, bu rəvayətləri bir neçə əsaslı səbəbə
görə tamamilə əsassız hesab edə bilərik.
Əvvəla ona görə ki, Buxarinin nəql etdiyi başqa bir rəvayətdə onların sayının dörddən çox olduğu
göstərilir. Digər tərəfdən isə ravi hansı əsasa görə Peyğəmbər (s) vəfat edərkən Qur᾽anı yığan
şəxslərin sayının məhz dörd nəfərdən ibarət olduğunu tə᾽kid edir? Müsəlmanların ətraf
məntəqələrə yayıldığı və Qur᾽an hafizlərinin sayının on mindən artıq olduğu bir vaxtda, Qur᾽anı
yığan şəxslərin sayını qətiyyətlə və belə bir məhdud sayla göstərmək olarmı? Əlbəttə xeyir! Belə
bir fərziyyə, həqiqətdən çox təxmini hesablamalara bənzəyir.
NƏTİCƏ
Qur᾽anın Peyğəmbərin (s) zamanında yığıldığına dəlalət edən bu kimi bir çox rəvayətləri nəzərə
alaraq, bu ağır işin Əbu Bəkrin xilafəti dövründə və onun təşəbbüsü ilə həyata keçdiyini qəbul
etmək nə dərəcədə düzgün olardı?
Bir anlıq fərz edək ki, elə doğrudan da Qur᾽an Əbu Bəkrin xilafəti dövründə yığılmışdır. Bu
zaman belə bir sual meydana gəlir: Nə üçün Əbu Bəkr Qur᾽anın yığılmasını, o zaman hələ sağ
olan və Peyğəmbər (s) tərəfindən Qur᾽anın tədrisinə tə᾽yin olunan Abdulla ibni Məs᾽uda, Muasa,
Ubey ibni Kə᾽bə və Salimə deyil, məhz Zeyd ibni Sabitə və Ömərə həvalə etmişdir. O ki qaldı
Yəmamə döyüşündə hafizlərin hamılıqla şəhid olmasına, əvvəla bu döyüş Qur᾽anın kitab halına
162
salınmasından sonra baş vermiş və döyüşdə hafizlərdən yalnız Salim həlak olmuşdur. Bütün
bunlarla yanaşı, bunu da qeyd etmək lazımdır ki, Zeyd, Peyğəmbərin (s) katiblərindən biri olmuş
və Qur᾽anla yaxından ünsiyyətdə olmuşdur. Belə olduğu bir halda Əbu Bəkrin, Zeyd barəsində
tə᾽rifli sözlər deməsinə heç bir ehtiyac olmayacaqdır. Məzhəbindən asılı olaraq mö᾽təbər hesab
olunan Səqələyn hədisi bir daha bu həqiqəti sübuta yetirir ki, Qur᾽an Peyğəmbərin (s) sağlığında
yığılmış və kitab halına salınmışdır.
ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ CAVAB
ƏQL VƏ QUR᾽AN NÖQTEYİ-NƏZƏRİNDƏN QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL
OLUNMUŞ RƏVAYƏTLƏR
QUR᾽ANIN, QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ
BAXIŞI
Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər bir-birləri ilə və bu məzmunda nəql olunmuş
digər rəvayətlərlə ziddiyyətlik təşkil etməklə yanaşı, Qur᾽anın bir çox ayələri ilə də düz gəlmir.
Əvvəla bunu qeyd etmək lazımdır ki, Qur᾽an nazil olduğu ilk gündən onun bə᾽zi surələri kitab
əhlinin, hətta müşriklərin də ixtiyarında olmuşdur. Belə ki, Peyğəmbər (s), islamla mübarizə
aparan müşrikləri mübarizə meydanına çağırır və onlara Qur᾽an kimi ikinci bir kitab, buna qadir
olmadıqları təqdirdə Qur᾽an surələrinə oxşar on surə və buna da qadir olmadıqda heç olmasa bir
surə gətirmələrini təklif edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, Qur᾽an nüsxələri nəinki
əhli kitabın, hətta müşriklərin ixtiyarında belə olmuşdur.
Digər tərəfdən isə, bir çox ayələrdə, eləcə də Səqələyn hədisində Qur᾽anın «kitab»
adlandırıldığının şahidi oluruq. Belə ki, əgər Qur᾽an pərakəndə olaraq kağız, dəri və sümük
parçalarının üzərinə yazılmış olsaydı, onu kitab adlandırmaq olmazdı. Çünki kitab, kamil nüsxə
halına salınmış yazı toplusuna deyilir.
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ ƏQLİ DƏLİLLƏR
Qur᾽anın Peyğəmbərdən (s) sonrakı xəlifənin dövründə yığılmasına dəlalət edən rəvayətlər əql və
dərrakə ilə də müvafiq deyildir. Peyğəmbərin (s) Qur᾽ana verdiyi əhəmiyyət, qiraət və yazılışı
haqda nəql etdiyi hədislər, Qur᾽anın, hələ həzrət sağ ikən yığılmasını bir daha sübuta yetirir. Bir
sözlə Qur᾽anın Peyğəmbərdən (s) sonrakı xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər
istər tarixi sənədlər, istər Peyğəmbərin sünnəti, istərsə də müsəlmanların Qur᾽anın kamil yazılı
nüsxəsinə olan ehtiyacları ilə tamamilə ziddiyyət təşkil edir.
Çünki, Qur᾽an özünəməxsus xüsusiyyətləri ilə hər bir müsəlmanın diqqətini özünə cəlb edə
bilmişdir. Qur᾽ana olan belə bir batini və fitri əlaqə istər böyüklərdə, istərsə də az yaşlı uşaqlarda
böyük tə᾽sir qoymuşdur.
163
İndi isə sizi Qur᾽anın hər bir müsəlmanı özünə cəlb edən xüsusiyyətlərinin bə᾽ziləri ilə tanış
edəcək, nəticə çıxarmağı isə öz öhdənizə buraxacağıq. Məhz bu xüsusiyyətlər, Qur᾽anın hələ
Peyğəmbər (s) zamanında yığılmasını və sonrakı xəlifələrə həvalə olunmamasını sübuta yetirir.
1. QUR᾽ANIN BƏLAĞƏTİ
Cahiliyyət dövründə yaşayan ərəblər bəlağətli şe᾽r, xütbələr əzbərləyir və onlara xüsusi
əhəmiyyət verirdilər. Belə olduğu bir şəraitdə sonralar islamı qəbul etmiş şe᾽rsevər ərəblərin
Qur᾽anın bəlağəti qarşısında heç bir əksül-əməl göstərməmələrini təsəvvür etmək olarmı? O
Qur᾽an ki, bəlağətli şe᾽rləri ilə şöhrət tapmış şe᾽r ustalarını mübarizə meydanına də᾽vət edir və
onları özünün fəsahətli və bəlağətli ayələri qarşısında diz çökməyə vadar edirdi.
Bəli, ərəblər (istər mö᾽min olsun, istərsə də kafir) Qur᾽ana xüsusi diqqət yetirir, onun ayələrini
həvəs və diqqətlə əzbərləməyə çalışırdılar. Lakin, onların hər birinin öz arzu və hədəfi var idi.
Mö᾽minlər, Qur᾽ana iman gətirir və öz əqidələrini onun üzərində qururdular. Kafirlər isə,
Qur᾽anla mübarizə aparmaq məqsədilə onun ayələrini əzbərləməyə çalışırdılar.
2. PEYĞƏMBƏR
Peyğəmbər (s) müsəlmanlar arasında böyük qüdrət və nüfuza malik idi. Ona iman gətirmiş hər bir
müsəlman verdiyi bütün göstərişlərə dərhal əməl edir və ona müti və tabe olduqlarını heç zaman
gizlətməyirdilər. O, müsəlmanlara Qur᾽anın əhəmiyyətini bəyan edir, onun əzbərlənməsinin
fəzilətli olduğunu dəfələrlə tə᾽kid edərdi. Belə bir şəraitdə tərbiyə olunan müsəlmanlar, Qur᾽an
oxumağa və ayələrin əzbərlənməsinə xüsusi diqqət yetirirdilər. Beləliklə, qısa bir müddət ərzində
Qur᾽an hafizlərinin sayının artıb çoxalması Qur᾽anın tə᾽lim və tədrisinin geniş vüs᾽ət almasına
zəmin yaratdı.
3. QUR᾽ANIN ƏZBƏRLƏNMƏSİ
Qur᾽anın əzbərlənməsi müsəlmanlar tərəfindən daim rəğbətlə qarşılanmış və bu işə böyük
əhəmiyyət vermişlər. Tarixə nəzər saldıqda, Qur᾽an hafizlərinin müsəlmanlar arasında böyük
hörmət və izzətə yiyələndiklərinin şahidi oluruq. Onlara hamı tərəfindən ehtiram olunur və
yiyələndikləri ilahi elmə böyük qiymət verirdilər.
4. SAVAB
Müsəlmanları bu işə daha da sövq etdirən, onlara Peyğəmbər (s) tərəfindən Qur᾽anın qiraət və
əzbərləmələrinə görə veriləcək savablar idi. Onlar Qur᾽anın əzbərlənməsini var-dövlətlərindən,
hətta doğma övladlarından da çox əhəmiyyət verərdilər.
Belə ki, evdar qadınların bir çoxu Qur᾽an səhifələrini yığır və onları əzbərləməyə çalışırdılar.
İbni Məs᾽ud özünün«Təbəqat» adlı kitabında yzır: Fəzl ibni Dəkkin deyir: Vəlid ibni Abdulla ibni
Cəmi᾽ nənəsindən nəql edərək deyir: Abdulla ibni Harisin qızı Ümmi Vərəqə Qur᾽anın bütün
ayələrini yığa bilmişdir. Peyğəmbər (s) onu şəhid adlandırardı. O deyir: Peyğəmbər (s) Bədr
164
döyüşünə gedərkən onunla birlikdə döyüşə getməyi və orada yaralılara yardım etməyi xahiş
etdim. Hər şeydən əvvəl Allah yolunda xeyirli işlər görməyi və bu yolda şəhid olmağı arzu
edirdim. Peyğəmbər (s) cavabında buyurdu: Allah-taala şəhadəti sənin üçün hazır etmişdir. (İtqan.
1-ci cild, 125-ci səh).
Demək, əgər qadınlar Qur᾽anın yığılmasına və ayələrin əzbərlənməsinə bu qədər diqqət
yetirmişlərsə, sözsüz ki, kişilərin də Qur᾽ana verdikləri əhəmiyyət heç də az olmamışdır.
Peyğəmbərin (s) zamanında mövcud olmuş Qur᾽an hafizləri haqda mə᾽lumat əldə etmək
istəyənlər, mö᾽təbər tarix kitablarına müraciət edə bilərlər.
Qurtəbi deyir: Yəmamə döyüşündə Qur᾽an hafizlərindən yetmiş nəfəri həlak oldu. Peyğəmbərin
(s) zamanında baş vermiş «Bi᾽r məunə» döyüşündə də qətlə yetirilənlərin sayı bir o qədər idi.
Bir qədər əvvəl qeyd etdiyimiz onuncu rəvayətdə isə Yəmamə döyüşündə həlak olanların sayı
dörd yüz nəfər göstərilirdi.
Qur᾽an hafiz və qariləri ilə yanaşı Peyğəmbərin (s) özü də Qur᾽anın yığılmasına və
əzbərlənməsinə xüsusi diqqət yetirirdi. İyirmi üç il ərzində tədricən nazil olmuş Qur᾽an,
Peyğəmbərin (s) xüsusi diqqət mərkəzinə çevrilmişdi. O, hər bir ayənin oxunub hifz olunmasını
həm öz katiblərinə, həm də digər əshaba dəfələrlə tə᾽kid edərdi.
Zeyd ibni Sabit deyir: Biz Peyğəmbərin (s) hüzurunda kağız, ağac qabığı, dəri üzərinə yazılmış
pərakəndə Qur᾽an ayələrini bir yerə yığırdıq.
Hakim bu hədisi nəql etdikdən sonra deyir: Buxari və Müslim bu hədisi mö᾽təbər hesab etmiş,
lakin onu öz kitablarında nəql etməmişdir. Amma necə olursa-olsun, biz bunu Qur᾽anın
Peyğəmbərin (s) zamanında yığıldığına əsaslı dəlil hesab edə bilərik. (Mustədrak. 2-ci cild, 611-ci
səh).
Qur᾽anın əzbərlənməsi hər bir müsəlman kişi və qadın tərəfindən həvəslə həyata keçirilirdi. Belə
ki, elə bir müsəlman ailəsi olmazdı ki, orada heç olmasa bir neçə surə və ya ayə olmamış olsun.
İbadət ibni Samit nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), yanına gələn şəxsləri vaxtı
olmadıqda Qur᾽an öyrətmək üçün bizim yanımıza göndərərdi.
Kuləyb nəql etdiyi rəvayətdə deyir: Mən Əli (ə)-ın yanında idim. Müsəlmanların məsciddən
ucalan Qur᾽an səslərini eşitdikdə buyurdu: Xoş onların halına!... (Kənzul-ummət 2-ci cild, 185-ci
səh).
İbadən nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s), ətraf məntəqələrdən Qur᾽an
öyrənmək üçün yanına gələn kəsləri bizlərdən birinə həvalə edərdi. Hər zaman peyğəmbər
məscidindən Qur᾽an sədaları ucalardı. Lakin, sonralar müsəlmanlar bir-birini çaşdırmasınlar deyə,
Qur᾽anı yavaş və aram-aram oxumalarını əmr etdi. (Kənzul-ummət 2-ci cild, 185-ci səh).
165
Bəli, Qur᾽anın əzbərlənməsi müsəlman qadın və kişilərin arasında böyük rövnəq tapa bilmişdi.
Belə ki, qadınlar bə᾽zən Qur᾽anın tə᾽limini özlərinə mehriyyə tə᾽yin edərdilər.
Əziz oxucu! Bütün bunları nəzərə alaraq, Qur᾽anın Əbu Bəkrin xilafəti dövrünədək tə᾽xirə
düşdüyünü və xəlifənin bunun həyata keçməsi üçün iki nəfəri tə᾽yin etməsini iddia etmək olarmı?
Demək, müsəlmanların Peyğəmbərin (s) sağlığındakı şəraiti və onların Qur᾽ana verdikləri
əhəmiyyəti nəzərə alaraq, belə bir nəzəriyyəni qətiyyətlə rədd edə bilərik.
BEŞİNCİ VƏ ALTINCI CAVAB
MÜSƏLMAN İCMASININ QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ
RƏVAYƏTLƏRƏ BAXIŞI
MÜSƏLMAN İCMASI MÜTƏVATİR OLMAYAN RƏVAYƏTLƏRLƏ QUR᾽ANIN İSBAT
OLUNMASINI QEYRİ-MÜMKÜN HESAB EDİRLƏR
Qur᾽anın, Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətlərin hansı
səbəblər üzündən əsassız olduqları barədə bə᾽zi izahatlar verdik. Bu fəsldə də biz, həmən
rəvayətlərin beş və altıncı zəif xüsusiyyətlərini nəzərdən keçirəcək və şübhə yaradacaq məsələləri
aradan qaldırmağa çalışacağıq.
Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, müsəlman icması iki mühüm məsələdə əqidə
ixtilaflarını kənara qoya bilməmişdir.
1. Qur᾽anın yalnız mütəvatir rəvayətlərlə isbat olunması;
2. Qur᾽anda təhrifə yol verilməməsinin qəbul olunması.
Lakin, bir qədər əvvəl Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər, bu iki məsələ ilə
tamamilə ziddiyyət təşkil edir. Müsəlman icmasının Qur᾽anın yalnız mütəvatir rəvayətlərlə isbat
olunmasını qəbul etdikləri bir halda, bu məzmunda nəql olunmuş rəvayətlərdə isə biz, yazılı
nüsxələrin həqiqətən Qur᾽an ayəsi olduğunu bir, iki və ya bir nəfərin, iki nəfərin yerinə şəhadət
verməsi ilə qəbul olunduğunun şahidi olurduq. Bu isə o deməkdir ki, Qur᾽an mütəvatir
rəvayətlərlə deyil, vahid xəbər formasında yazılmışdır. Qur᾽anın yalnız mütəvatir rəvayətlərlə
isbat olunduğu bir halda, görəsən bə᾽zilərinin vahid xəbər formasına istinad etmələrinə hansı
amillər səbəb olmuşdur?
Təəccüb doğuran burasıdır ki, İbni Həcər və onun kimi bə᾽zi mühəddislər, rəvayətlərdə qeyd
olunan «şəhadət» kəlməsini «yazmaq» və «qorumaq» kimi mə᾽nalandırmışlar.
Lakin, rəvayətlərə verilən belə bir təfsiri bir neçə səbəbdən əsassız hesab edə bilərik.
1. Belə bir təfsirin Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlərlə heç bir əlaqəsi yoxdur və
biz burada şəhadəti «qorumaq» və ya «yazmaq» kimi mə᾽nalandıra bilmərik.
166
2. Bu o deməkdir ki, Qur᾽anı yığan şəxslər ayələri yaddaşlarda olan, lakin kağız üzərinə
köçürülməyən ayələri Qur᾽ana əlavə etmişlər. Hərçənd bu nüsxələrin Qur᾽an ayələri olduğu
mütəvatir olaraq sübuta yetirilmişdir, bu isə o deməkdir ki, mütəvatirliyi sübuta yetirilməyən
bə᾽zi ayələr Qur᾽anın əsl nüsxəsinə daxil edilmişdir.
3. Əgər ayənin mütəvatirliyi sübuta yetirilmişsə, demək onu yazmağa və ya əzbərləməyə heç bir
ehtiyac olmayacaqdır. Yox əgər mütəvatirliyi sübuta yetməmişsə, onun həqiqətən Qur᾽an ayəsi
olduğunu yazmaqla heç cür sübut etmək olmaz və belə olduqda təbii ki, həmən ayələr Qur᾽ana
əlavə olunmayacaqdır. Demək, Qur᾽anın yığılmasında ayələrin yazılması və ya əzbərlənməsinin
heç bir əhəmiyyəti olmayacaqdır.
Nəticə: Müsəlman icmasının Qur᾽anın mütəvatirliyinə olan e᾽tiqadlarını, Qur᾽anın öz ayələrini və
nəhayət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətləri əsas tutaraq, Qur᾽anın yığılmasına dair nəql
olunmuş qeyri-mütəvatir rəvayətləri kənara qoymalı və onların mö᾽təbərliyinə istinad
etməməliyik.
MÜSƏLMAN İCMASI QUR᾽ANA ƏLAVƏLƏR OLUNMAMASINA İSTİNAD EDİRLƏR
Əgər Qur᾽anın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətləri
mö᾽təbər hesab edəriksə, belə ki, (təhrif nəzəriyyəsinin tərəfdarları bunu iddia edirlər) Qur᾽anın
təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyələrin genişlənməsinə lazımı şərait yaratmış olarıq.
Belə olduqda təhrif istər nöqsan və ya ixtisara salma ilə, istərsə də əlavə etmək yolu ilə olsun,
bunun heç bir fərqi olmayacaqdır.
Əgər Peyğəmbər (s) Qur᾽anın yığılmasına şəxsən nəzarət etməsəydi, sonrakı dövrlərdə təbii ki,
oraya bə᾽zi əlavələr və ya ixtisarlar olunardı. Bu isə Qur᾽anın əzəmətinə xələl gətirə bilərdi. Bir
halda ki, müsəlman icması bu nəzəriyyəni qətiyyətlə rədd edir və yalnız Qur᾽anın
toxunulmamazlığına istinad edir. Belə bir tərz-təfəkkür bu məzmunda (təhrifə dair) nəql olunmuş
rəvayətlərlə ziddiyyət təşkil etdiyi üçün bunu, rəvayətlərin növbəti zəif xüsusiyyətlərindən biri
kimi qəbul etməliyik.
İRAD VƏ CAVAB
Bə᾽ziləri deyə bilər ki, Qur᾽an qeyri-adi xüsusiyyətlərə (bu xüsusiyyətlərdən biri də orada istifadə
olunan ifadələrdir) malik olduğu üçün, oraya Qur᾽an ayələrindən savayı hər hansı bir ifadə və ya
kəlmə əlavə olunarsa, dərhal özünü büruzə verər və həqiqi ayələrdən fərqlənər. Bu
xüsusiyyətlərinə görə Qur᾽anın təhrif olunub-olunmamasını bilmək, bizim üçün heç də çətin
olmayacaqdır.
Başqa sözlə desək, Qur᾽anın, əsas me᾽yar hesab etdiyimiz mö᾽cüzəvi xüsusiyyətləri (e᾽cazı)
bütün biganə ifadələrin Qur᾽ana əlavə olunmasının qarşısını alacaqdır. Nöqsan və ixtisara
gəldikdə isə, biz bu xüsusiyyətləri əsas me᾽yar hesab edə bilmərik. Çünki, əldə olunmayan bir
şeyi hər hansı bir me᾽yar ilə müqayisə və ya tətbiq edə bilmərik. Bu səbəbdən də təhrif
167
nəzəriyyəsinin tərəfdarları Qur᾽ana əlavələrin edilməsi fərziyyəsini inkar etsələr də, nöqsan və
çatışmamazlığa yol verildiyini qəbul edirlər.
Cavab: Qur᾽an özünün e᾽caz və bəlağəti ilə, oraya hər hansı bir surənin əlavə olunmasının
qarşısını ala bilibsə də, bir və ya iki cümlənin (xüsusilə, əgər qısa olarsa) əlavə olunmasının
qarşısını ala bilməyib. Əgər bu iş mümkün olsaydı, iki nəfərin şəhadətinə heç bir ehtiyac
duyulmazdı. Və belə olduqda ayələr bəlağət və özünün qeyri-adi xüsusiyyətləri ilə digər
ifadələrdən fərqlənərdi.
Belə bir qənaətə gəlirik ki, Qur᾽anın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasını qəbul
edənlər təbii ki, təhrif nəzəriyyəsinə istinad edəcəklər və bizə mə᾽lumdur ki, təhrif deyildikdə
Qur᾽ana edilən əlavələr nəzərdə tutulur. Bu isə qeyd etdiyimiz kimi müsəlman icmasının e᾽tiqad
və əqidəsi ilə tamamilə ziddiyyət təşkil edir.
NƏTİCƏ
QUR᾽ANIN YIĞILMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ DÜZGÜN NƏZƏRİYYƏ
Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, Qur᾽an Peyğəmbərin (s) zamanında yığılmış və kamil
nüsxə halına salınmışdır. Əbu Bəkrin və ya digər xəlifələrin dövründə yığılmasına dəlalət edən
rəvayətlər isə, əsassız olmaqla yanaşı Qur᾽an, sünnə, əql və icma ilə də ziddiyyət təşkil edir. Belə
ki, təhrif nəzəriyyəsinin tərəfdarları qeyd olunan qeyri-mö᾽təbər rəvayətlərlə irəli sürdükləri
əsassız iddiaları isbat edə bilməzlər.
Qur᾽anın Əbu Bəkrin xilafəti dövründə yığıldığını qəbul etsək də belə, bu məzmunda nəql
olunmuş rəvayətlərin nəql olunma səbkisi öz mö᾽təbərliyinə qarşı oxucuda şübhə yaradar. Çünki,
Qur᾽an ayələri bütünlüklə mütəvatir olaraq nəql olunmuş və müsəlmanlar arasında sənəd
baxımından mö᾽təbər olaraq qəbul edilmişdir. Bunun nəticəsində müsəlmanlar Qur᾽anla daha çox
ünsiyyətdə ola bilmiş və hələ Peyğəmbərin (s) zamanında onun vahid nüsxə halına salınmasında
böyük rol oynamışlar.
Bəli, Osmanın xilafəti dövründə Qur᾽anın bir yerə yığılması kimsədən gizli deyildir. Lakin, bu
heç də o demək deyildir ki, o pərakəndə surə və ayələri bir yerə yığaraq onu kitab halına
salmışdır. Osman yalnız Qur᾽anın müxtəlif səbkilərdə oxunmasının qarşısını almış və fərqli
səbkilərdə yazılmış Qur᾽an nüsxələrini bir yerə yığaraq yandırılmasını əmr etmişdir. Belə ki, qısa
bir müddət ərzində onun verdiyi hökm müsəlmanlar yaşayan digər məntəqələrdə də icra olundu.
Və bununla da xəlifənin verdiyi hökm «tövhidul məsahif» adlandırıldı.
Əhli sünnə məzhəbinin görkəmli almilərindən biri olan Haris Muhasibi bu barədə deyir: Camaat
belə güman edir ki, Qur᾽an Osmanın xilafəti dövründə yığılmışdır. Lakin bu heç də belə
olmamışdır. Sadəcə olaraq İraq və Şam camaatının qiraətində yaranmış ixtilaflar xəlifəni narahat
etdiyi üçün, hamıya ənsarın seçdiyi qiraət üsulundan istifadə etməyi əmr etmişdir.
168
Müəllif: Xəlifənin qiraətdə yaranmış ixtilafların qarşısını alaraq (yeddi qiraət səbkisi barəsində
nəql olunmuş rəvayətlər daxil olmaqla), mütəvatir olaraq Peyğəmbərdən (s) nəql olunmuş qiraət
səkbisini yenidən qüvvəyə mindirməsi kimsədən gizli deyildir.
Bəli, bu Osmanın xilafəti dövründə həyata keçirdiyi ən mühüm və tə᾽rifəlayiq işlərindən biri idi.
Bəlkə də əgər xəlifə bu ixtilafın qarşısını almasaydı, müsəlmanlar arasında bu barədə böyük
ziddiyyətlik yaranar və bunun nəticəsində onlar hətta bir-birlərini küfrdə ittiham edərdilər.
Biz ötən fəsillərdə Peyğəmbərdən (s), Qur᾽anın müxtəlif səbkilərdə oxunmamasına və bunun
qətiyyətlə qadağan etməsinə dair nəql olunmuş hədislər barəsində ətraflı mə᾽lumatlar verdik.
Bütün bunları nəzərə alaraq, xəlifənin islam dünyasına göstərdiyi bu böyük xidmətini heç cür
inkar edə bilmərik. Lakin, xəlifəyə tutulan əsaslı iradlardan biri də, onun [bir-birindən
oxunuşunda fərqli olan] nüsxələri yandırması və bu hökmü ətraf məntəqələrə də göndərməsidir.
Hökm sadir olduqdan sonra müsəlmanlardan bə᾽ziləri ona öz e᾽tirazlarını bildirsələr də, heç bir
nəticə vermədi və xəlifənin bu fərmanı tək mərkəzi xilafətdə deyil, ətraf məntəqələrdə də icra
olundu.
Bu səbəbdən də onu «hərracul məsahif», səhifələri yandıran adlandırdılar.
Nəticə: Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, təhrif barəsində irəli sürülmüş müxtəlif
nəzəriyyələr tamamilə batil və əsassızdır. Bu nəzəriyyələri yalnız o zaman qəbul etmək olar ki,
insan bu barədə heç bir araşdırma aparmadan xurafata qapılaraq, özünü belə bir yanlış təfəkkürün
əsiri etmiş olsun. Sağlam düşüncəli, həqiqətsevər hər bir insan isə əql və dərrakəsini işə salmaqla,
özünü bu böyük xürafat uçrumundan xilas etmiş olar.
ONUNCU FƏSİL
AYƏLƏRİN ZAHİRİ MƏ᾽NALARININ HÖCCƏT VƏ DƏLİL OLMASI
Ayələrin zahiri mə᾽nalarının höccət olmasını isbat edən dəlillər:
1. Qur᾽an ümumbəşər kitabdır;
2. Qur᾽an peyğəmbərliyi sübuta yetirəcək dəlildir;
3. Qur᾽an müsəlmanların müraciət etdikləri ən böyük və ən mö᾽təbər mənbədir;
4. Qur᾽an rəvayətlərin məhək daşıdır;
5. İmamlar Qur᾽anın zahiri mə᾽nalarına istinad etmişlər.
Qur᾽anın zahiri mə᾽nalarının höccət olmamasını sübuta yetirən dəlillər:
1. Qur᾽anı yalnız müəyyən şəxslər başa düşür;
169
2. Qur᾽anın şəxsi meyl və istəklə təfsir olunması yolverilməz bir haldır;
3. Qur᾽anın dərin və köklü mə᾽naları;
4. Qur᾽anın zahiri mə᾽naları həqiqəti bəyan etməyirmi?
5. Mütəşabih ayələrə istinad və əməl olunmur;
6. Qur᾽anın zahiri mə᾽nalarının dəlil olmasına təhrifin göstərdiyi tə᾽sir.
QUR᾽ANIN ZAHİRİ MƏ᾽NALARININ HÖCCƏT OLMASINI İSBAT EDƏN DƏLİLLƏR
Ərəb dili ilə tanışlığı olan hər bir şəxs ayələrin zahiri mə᾽nalarını asanlıqla başa düşür və bir çox
şəriət məsələlərinin icrasında onlara istinad edirlər.
Ayələrin zahiri mə᾽nalarına istinad etmək, Qur᾽an elmləri terminalogiyasında «Qur᾽anın zahiri
mə᾽nalarının höccəti» adlanır. Bu səbəbdən də bir çox şər᾽i məsələlərin həyata keçirilməsində və
irəli sürülən nəzəriyyələrin isbatında onlara istinad olunur. Çünki, Qur᾽anın zahiri mə᾽nası ümumi
kütlə tərəfindən istinad olunası ən mö᾽təbər mənbə və sənəd hesab olunur.
Qur᾽anın zahiri mə᾽nalarının höccət olmasına dair irəli sürülmüş nəzəriyyəni sübuta yetirəcək
kifayət qədər hədislər vardır və burada diqqətinizi onlardan bir neçəsinə cəlb etmək istəyirik.
1. QUR᾽AN ÜMUMBƏŞƏRİ KİTABDIR
Mə᾽lum olduğu kimi, Peyğəmbər (s) ünsiyyətdə olduğu şəxsiyyətlərlə xüsusi davranış və ya
danışıq tərzi seçməmişdir.
Qəbiləsinin bir üzvü kimi o da, başqalarının danışdığı kimi danışır və onlarla adət halını almış bir
tərzdə rəftar edərdi.
Bu da hamıya mə᾽lumdur ki, Qur᾽an nazil olduqdan sonra belə, onun nazil olmuş ayələrini çox
sadə, ərəb qəbilələrinin adət etdiyi bir tərzdə bəyan edər, həmçinin Qur᾽anın qadağan etdiyi və ya
icra olunması vacib olan məsələləri onlara iqrar edərdi.
Qur᾽ani-kərimin bir çox ayələrində bu məsələyə dəfələrlə işarə olunmuşdur.
1. «Onlar Qur᾽an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur.?» (Məhəmməd-
24).
2. «Biz bu Qur᾽anda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə öyüd-nəsihət qəbul etsinlər.»
(Zumər-27).
3. «Şübhəsiz ki, bu [Qur᾽an] aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!* Onu Cəbrail
[Ruhuləmin] endirdi.* [Günahkarları Allahın əzabı ilə] qorxudan peyğəmbərlərdən olasan deyə,
sənin qəlbinə [nazil etdi]* özü də açıq-aydın ərəb dilində.» (Şuəra 192-195).
170
4. «Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən
ötrü isə doğru yola göstəriş və nəsihətdir.» (Ali-İmran-138).
5. «Biz Qur᾽anı [ümmətin üçün] ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət
qəbul etsinlər.» (Casiyə-58).
6. «And olsun ki, Biz Qur᾽anı [ondan] ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə
asanlaşdırdıq. Amma hanı ibrət alan, öyüd-nəsihət qəbul edən?!» (Qəmər-17).
7. «Onlar Qur᾽an barəsində [onun Allah kəlamı olması haqqında] düşünməzlərmi? Əgər o,
Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə ondan çoxlu ziddiyyət [ixtilaf, uyğunsuzluq]
tapardılar.» (Nisa-82).
2. QUR᾽AN PEYĞƏMBƏRLİYİ SÜBUTA YETİRƏCƏK DƏLİLDİR
Qur᾽an həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün nazil
olmuşdur. Nazil olduğu ilk gündən öz müxaliflərini mübarizə meydanına çağırmış və onlara
Qur᾽anın surələrinə oxşar heç olmasa bir surəni gətirmələrini təklif etmişdir.
Peyğəmbərin (s), müşriklərlə mübarizə meydanına çıxması Qur᾽anın ilahi mö᾽cüzə olduğunu bir
daha sübuta yetirir. Buradan belə mə᾽lum olur ki, ərəblər Qur᾽anı asanlıqla başa düşüb və onun
zahiri mə᾽nalarını olduğu kimi dərk edə bilirmişlər. Çünki, əgər Qur᾽an ayələrinin başa düşülməsi
çətin və müəmmalı olsaydı, əvvəla nə müşriklər mübarizə meydanına çağırılar, nə də onun ilahi
mö᾽cüzə olduğu isbat olunardı. Və belə olduğu bir halda insanların haqq-ədalətə, imana də᾽vət
olunmaları heç bir mə᾽na kəsb etməzdi.
3. QUR᾽AN, MÜSƏLMANLARIN MÜRACİƏT ETDİKLƏRİ ƏN BÖYÜK VƏ ƏN
MÖ᾽TƏBƏR MƏNBƏDİR
Nəql olunmuş bir çox rəvayətlərdə müsəlmanların Peyğəmbərin (s) tövsiyə etdiyi «Səqələyn»ə
(Qur᾽an və Peyğəmbərin (s) Əhli-beytinə) müraciət etmələri və bütün işlərini onlarla tətbiq
etmələrinə tə᾽kid olunmuşdur. Bu isə Qur᾽anın zahiri mə᾽nalarının asanlıqla başa düşülməsini və
həyata keçirilməsinin vacibliyini bir daha sübuta yetirir.
4. QUR᾽AN RƏVAYƏTLƏRİN MƏHƏK DAŞIDIR.
Bir çox mütəvatir rəvayətlərdən bizə mə᾽lum oldu ki, nəql olunmuş rəvayətlər Qur᾽anla tətbiq
olunmalı və bununla da onun mö᾽təbər olub-olmaması aşkara çıxarılmalıdır. Daha dəqiq desək,
Qur᾽anla müvafiq olan rəvayətlər qəbul olunmalı, digər rəvayətlər isə kənara qoyularaq istinad
olunmamalıdır.
171
Nəql olunmuş yüzlərlə mütəvatir rəvayət Qur᾽anın zahiri mə᾽nasının dəlil olmasını açıq-aşkar
isbat edir. Çünki, anlamı bir o qədər də asan və heç bir e᾽tibarı olmayan hər hansı bir mətnlə
rəvayətləri tətbiq etmək düzgün olmazdı.
5. İMAMLAR QUR᾽ANIN ZAHİRİ MƏ᾽NALARINA İSTİNAD ETMİŞLƏR
1. Zürarə, imam Sadiq (ə)-dan soruşur: Belə bir qənaətə necə gəlmisiniz ki, dəstəmaz alarkən
məsh başın bütün hissəsinə deyil, yalnız bir hissəsinə çəkilməlidir? İmam (ə) sualın cavabında
buyurur: Dəstəmaz ayəsində «Birüusikum» kəlməsində ön şəkilçi kimi işlənmiş «Ba» hərfindən.
Bu halda ayənin zahiri mə᾽nasından belə bir qənaətə gəlirik ki, məshi başın hər tərəfinə deyil,
yalnız bir hissəsinə çəkmək lazımdır.
2. Günlərin bir günündə imam Sadiq (ə)-dan soruşurlar: Adətən çox istirahət edirəm. Və istirahət
etdiyim zaman qonşu həyətdən haram edilmiş musiqi sədası eşidilir. Bir halda ki, məqsədim
həmən musiqiyə qulaq asmaq deyil, yalnız istirahət etməkdir. Bu haqda nə deyə bilərsiniz. İmam
(ə) buyurur: Qur᾽anın bu ayəsini nəzərə alaraq «Çünki qulaq, göz və ürək – bunların hamısı
[sahibinin etdiyi əməl, dediyi söz barəsində] - sorğu-sual olunacaqdır.» (İsra-36) sənin gördüyün
bu işin haram olduğuna istinad etmək olar.
3. İmam Sadiq (ə) oğlu İsmayıla deyir: Mö᾽minlərdən bir neçəsi sənin yanında şəhadət verərlərsə,
o zaman onların şəhadətini qəbul et. Çünki, Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur:
«Allah da inanır, mö᾽minlər də.» (Tövbə-61).
5. İmam Sadiq (ə), üç dəfə təlaq verilmiş və artıq ərinin onun üçün haram olduğu qadınlar haqda
buyurur: Əgər həmən qadın başqa birisi ilə evlənib və sonra boşanarsa, yenidən əvvəlki əri ilə
evlənə bilər. Allah-taala Qur᾽ani-kərimdə bu haqda buyurur:
«Ayrı bir kişi ilə nikah etməyincə...»
6. İmam Sadiq (ə) buyurur: Üç dəfə təlaq verilmiş qadın, başqa birisi ilə müvəqqəti evlənərsə
(siğə edilərsə), əvvəlki ərinə halal olmayır. Allah-taala bu haqda buyurur:
«Yə᾽ni əgər sonrakı əri həmin qadını boşasa, əvvəlki ərlə ailə qurmağın eybi yoxdur.»
Ayələrin zahiri mə᾽nasından belə mə᾽lum olur ki, üç dəfə təlaq verilmiş bir qadın öz əri ilə yalnız
o zaman yenidən evlənə bilər ki, bir başqasına ərə getmiş və ondan boşanmış olsun. Müvəqqəti
evlənmədə isə təlaq olmadığı üçün qadının birinci əri ilə evlənməsinə icazə verilmir.
7. Dırnağı düşmüş bir şəxs, imam Sadiq (ə)-dan dəstəmaz alarkən necə məsh çəkəcəyini soruşur.
İmam (ə) sualın cavabında buyurur: Soruşduğun bu sualın cavabı Qur᾽anda açıq-aşkar bəyan
edilmişdir.
«O [öz dini üçün] sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı.»
Sonra sözünə davam edərək buyurdu: Dəstəmaz alarkən yaranın üzərinə bağladığın tənzifin
üzərindən də məsh çəkə bilərsən.
172
8. İmam Sadiq (ə)-dan bə᾽zi qadınlarla evlənmək barəsində soruşduqda buyurur: Allah-taala
onlarla evlənməyi sizlərə halal etmişdir. Qur᾽ani-kərimdə bu haqda deyilir:
«Və uhillə ləkum ma vəraə zəlikum.»
9. Əti halal olan bə᾽zi heyvanlar haqda isə bu ayəyə istinad etmişdir.
«[Ya Rəsulum!] De ki: Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar
qan, donuz əti və ya Allahdan başqasının adı ilə [Bismillah deyilmədən] kəsilmiş heyvanlar
istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey
görmürəm...» (Ən᾽am-145).
10. İmam Sadiq (ə)-dan kölə və kənizlərin, sahiblərinin icazəsi olmadan evlənmələri haqda
soruşduqda, bu ayəyə istinad edir:
«Əbdən məmlukən la yəqdiru əla şəy᾽in.»
QUR᾽ANIN ZAHİRİ MƏ᾽NALARININ HÖCCƏT OLMADIĞINI İSBAT EDƏN DƏLİLLƏR
Bir qədər əvvəl Qur᾽anın zahiri mə᾽nalarının höccət olduğuna dəlalət edən dəlil və sübutlara işarə
etdik. Lakin, hədis alimlərinin bir qismi bunun tam əksinə olaraq yeni bir nəzəriyyə irəli sürərək,
Qur᾽anın zahiri mə᾽nalarının höccət olmadığını iddia edirlər. Onların fikrincə Qur᾽anın zahiri
mə᾽nalarında, həmişə heç də nəzərdə tutulan şeyləri dərk etmək olmur. Onlar da öz
nəzəriyyələrini sübuta yetirmək üçün bir neçə dəlilə istinad edirlər.
1. QUR᾽ANIN DƏRK OLUNMASI MÜƏYYƏN İXTİSASMI TƏLƏB EDİR?
Qur᾽anın zahiri mə᾽nalarının höccət olmadığını iddia edənlər deyirlər: Qur᾽anın həqiqi
mə᾽nalarını dərk etmək heç də hamıya müyəssər deyildir. Onu yalnız Qur᾽an elmləri ilə yaxından
tanış olan bə᾽zi mütəxəssislər dərk edə bilər. Və dediklərini sübuta yetirmək üçün bu məzmunda
nəql olunmuş bir neçə rəvayətə istinad edirlər.
1. Şueyb ibni Ənəs, imam Sadiq (ə)-dan nəql etdiyi mursəl* rəvayətdə deyir: İmam Sadiq (ə),
Əbu Hənifəyə deyir: İran camaatının fiqhi suallarına sənmi cavab verirsən?
Dedi: Bəli.
Buyurdu: Nəyə istinad edərək fitva verirsən?
Dedi: Allahın kitabına (Qur᾽ana) və Peyğəmbərin (s) sünnəsinə.
Buyurdu: Əbu Hənifə! Allahın kitabını lazımınca dərk edə bilirsənmi? Nasix və Mənsux ayələrini
tanıyırsanmı?
Dedi: Bəli.
173
Buyurdu: Belə bir böyük elmə yiyələndiyini iddia etdiyin üçün vay halına! Məgər bilməyirsənmi
ki, bu elmlərə yalnız Peyğəmbərin (s) Əhli-beyti və müəyyən şəxslər yiyələnirlər?! Ey Əbu
Hənifə! Bil ki, Allah-taala Qur᾽anda sənin biləcəyin bir şey nazil etməmişdir və orada sənə bir
hərf də olsun irs qoymamışdır.
2. Zeyd nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə), Qətadədən soruşur: Bəsrənin fəqihliyini öz
üzərinə sənmi götürmüsən?
Dedi: Belə təsəvvür edirlər.
İmam Sadiq (ə) buyurdu: Düzdürmü ki, Qur᾽anı təfsir edirsən?
Dedi: Bəli.
İmam (ə) buyurdu: Ey Qətadə! Əgər Qur᾽anı öz rə᾽yinlə təfsir edirsənsə bil ki, həm özünü, həm
də başqalarını uçruma yönəltmiş olursan. Yox əgər başqalarının rə᾽yi ilə təfsir etmiş olsan, yenə
də həm özünü, həm də başqalarını uçruma yönəltmiş olarsan. Bil ki, Qur᾽anı yalnız o kəslər təfsir
və dərk edə bilər ki, onların haqqında Qur᾽anda xitab və ya söhbət açılmış olsun.
Cavab: Nəql olunmuş birinci rəvayətdə yalnız Qur᾽anın zahiri mə᾽naları deyil, həm də batini
mə᾽naları («Nasix» və «Mənsux» ayələri) ilə tanışlıq və həmçinin bu kimi məsələlər nəzərdə
tutulur. Belə ki İmam (ə), Əbu Hənifədən «Nasix» və «Mənsux» barəsində soruşur. Bu isə bir
şəxsin Qur᾽anın batini mə᾽nalarına yiyələnib-yiyələnməməsinə dəlalət edir. Bütün bunları nəzərə
alaraq, imam Sadiq (ə) belə bir məs᾽uliyyətli vəzifəyə tə᾽yin olunmuş bir şəxsi — Əbu Hənifəni,
Qur᾽an elmlərinə daxil olan bu kimi məsələlərə agah olmadığı üçün danlamaq qərarına gəlir.
İkinci rəvayətdə isə biz, imam Sadiq (ə)-ın Qətadədən təfsir etməsi haqda soruşduğunun şahidi
oluruq. Qur᾽an təfsir olunduqda isə bir çoxlarına mə᾽lum olmayan dərin mə᾽na və məfhumlar üzə
çıxarılır. Bu isə olduqca mühüm və məs᾽uliyyət tələb edən bir işdir. Belə bir dərin elmə
yiyələnmək isə heç də hamıya müyəssər olmayır. Demək, rəvayətlərdən məqsəd Qur᾽anın zahiri
mə᾽nalarının dərk olunması deyil, onun dərin [batini] mə᾽nalarına yol tapmasıdır.
Əvvəlki fəsldə nəql olunan mö᾽təbər rəvayətlər, dediklərimizi bir daha təsdiq edir. Belə ki, bu
rəvayətlərdən bizə mə᾽lum olur ki, Qur᾽anın zahiri mə᾽nalarının dərk olunması heç də təsadüfü
şəxslərə aid deyildir.
Birinci rəvayətdə, imam Sadiq (ə)-ın Əbu Hənifəyə «Orada [Qur᾽anda] sənə bir hərf də olsun irs
qoyulmamışdır» deməsi, bir daha bu mətləbi sübuta yetirir ki, Allah-taala yalnız öz
peyğəmbərlərini Qur᾽anın varisləri qərar vermişdir. Fatir surəsinin 32-ci ayəsində bu haqda
deyilir:
«Sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq.»
Bu səbəbdən də Qur᾽an ayələrini tam şəkildə dərk edib, kimsəyə açıqlamaq, sirlərinə agah olmaq
Peyğəmbər, övliya və onların sadiq davamçılarından savayı kimsəyə nəsib olmayıb. Bütün
174
bunları nəzərə alaraq, imam Sadiq (ə)-ın Əbu Hənifəyə etdiyi xəbərdarlığı heç də belə qəbul
etmək olmaz ki, o hətta «Qul hu vəllahu əhəd» (De ki, O Allah birdir) kimi sadə ayələri belə başa
düşməmişdir.
2. QUR᾽AN ŞƏXSİ RƏ᾽Y ƏSASINDA TƏFSİR OLUNMAMALIDIR
Qur᾽anın zahiri mə᾽nalarının höccət olmadığını iddia edən şəxslər deyirlər: Qur᾽anın zahiri
mə᾽nasına istinad edərək ayələri təfsir etmək, şəxsi rə᾽y və nəzər əsasında təfsir etmək deməkdir.
Bir halda ki, bir çox mütəvatir rəvayətlərdə Qur᾽anın şəxsi rə᾽y əsasında təfsir edilməsi qətiyyətlə
qadağan olunmuşdur.
Cavab: Bir qədər əvvəl qeyd etdik ki, təfsir dedikdə biz, ayələrin həqiqi mə᾽nalarının üzə
çıxarılmasını və ayələrin anlamında mövcud olan çətin ifadə və müəmmaların hamısının başa
düşüləcək bir tərzdə izah olunması nəzərdə tutulur. Çünki, ayələrin zahiri mə᾽nalarında heç bir
anlaşılmazlıq nəzərə çarpmır.
Ayələrin zahiri mə᾽nası təfsir adlandırılsa belə, biz onu şəxsi rə᾽y və nəzər əsasında yazılmış
təfsir kimi qəbul etməməliyik. Belə bir təfsir və onun məfhumu, ümumi kütlənin anlayacağı və
dərk edə biləcəyi təfsirdir.
Məsələn, əgər Nəhcül-bəlağədə Əli (ə)-ın oxuduğu dərin mə᾽nalı xütbələrdən birini çox sadə
ifadələrlə tərcümə edəriksə, biz onu ümumi kütlənin başa düşə biləcəyi tərzdə bəyan etmiş oluruq.
Və belə bir təfsiri biz, şəxsi rə᾽y əsasında olunmuş təfsir adlandırmamalıyıq. Bu səbəbdən də
imam Sadiq (ə) həmən mətləbə toxunaraq buyurur: Camaat mütəşabih ayələrin batini və həqiqi
mə᾽nalarını dərk edə bilməyib, özlərini böyük çətinliyə düçar etmişlər. Onlar ayələrin batini
mə᾽nalarına yol tapmadıqda, onu istədikləri kimi təfsir etmiş və özlərini ilahi övliyalardan
ehtiyacsız güman etmişlər. Buna görə də, ayələrin həqiqi mə᾽nalarını soruşmağı belə özlərinə
rəva bilməmişlər.
Qur᾽anın şəxsi rə᾽y və nəzər əsasında təfsir olunmasının imam Sadiq (ə)-ın nöqteyi-nəzərindən
haram buyrulduğu, nəql olunmuş rəvayətlərdən bir daha bizə bəlli oldu. Qur᾽anın təfsirini öz
öhdəsinə götürmüş şəxs, ilk növbədə Peyğəmbərin (s) tövsiyələrinə əməl edərək Əhli-beytə (ə)
müraciət etməli və onların buyurduqlarından ilham almalıdır. Onlar bəşəriyyətin ilham və hidayət
mənbəyi olduqları bir halda, kimsə Qur᾽anın zahiri mə᾽naları ilə qənaətlənərək şəxsi rə᾽y və nəzər
əsasında ilahi qanunlara dair hökm və fitva sadir etməməlidir.
Əgər hər hansı bir müfti (fiqh alimi, dini rəhbər) və ya müfəssir, imamların Qur᾽an ayələrinə
verdikləri izahatları, əlavə və istisna qanunları nəzərə almadan ayələrin zahiri mə᾽nalarına və
ümumi qanunlara istinad edərsə, Qur᾽anı özünün şəxsi rə᾽yi əsasında təfsir etmiş olur. Bir halda
ki, nəql olunmuş bir çox rəvayətlərdə Qur᾽anın şəxsi rə᾽y əsasında təfsir olunması qətiyyətlə
pislənmiş və belə üsulun ilahi qanunlara zidd olduğu bildirilmişdir.
175
Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, Əhli-beytin (ə) Qur᾽anın təfsirinə dair verdikləri
izahatları nəzərə alaraq, yenidən onun zahiri mə᾽nalarına istinad etmək, onu nəinki şəxsi rə᾽y
əsasında olunmuş təfsir, hətta adi bir təfsir adlandırmaq belə olmaz.
Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Qur᾽anın zahiri mə᾽nasına istinad
olunmasının düzgünlüyünə dəlalət edəcək bir çox rəvayət nəql olunmuşdur.
Bu iki qrup rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Qur᾽anın şəxsi rə᾽y ilə təfsir olunması,
onun kəlmələrinin zahiri mə᾽nalarına əməl etmək deyil; onlardan birincisi (şəxsi rə᾽ylə təfsir)
haram, ikincisi isə düzgün və təqdirə layiqdir.
3. QUR᾽ANIN DƏRİN MƏ᾽NA DAŞIYAN AYƏLƏRİ
Qur᾽anın höccət olmadığını iddia edənlərin bir qismi istinad etdikləri üçüncü dəlildə deyirlər:
Qur᾽anın geniş mətləbi əhatə edən bir çox ayələri dərin mə᾽nalar daşıdıqları üçün hamı onu heç
də asanlıqla başa düşmür.
Qədim dövrlərdə tə᾽lif olunmuş bir çox alimlərin əsərlərini nəzərdən keçirdikdə, belə mətləbin
böyük kütlə tərəfindən dərk olunmadığının şahidi oluruq. Onları dərk edə biləcək şəxslər yalnız
bu sahədə təcrübəsi olan mütəxəssis və təhqiqatçılardır. Bəşər tərəfindən yazılmış bu kitablar
asanlıqla dərk olunmayandan sonra, ilahi kəlam olan, keçmiş və gələcəkdən xəbər verən vəhy
məcmuəsini dərk etmək təbii ki, asan olmayacaqdır.
Cavab: Qur᾽an, keçmiş və gələcəyin dərin, batini elmlərini əhatə edib [bə᾽zi ayələri] yalnız Əhli-
beyt tərəfindən dərk olunsa da, orada mövcud olan digər ayələrin zahiri mə᾽naları ərəb dili ilə
tanışlığı olan hər bir şəxs tərəfindən dərk olunur. Və beləliklə, nəqli dəlilləri nəzərə almaqla ilahi
hökm və göstərişlər lazımı qaydada icra olunur.
4. QUR᾽ANIN ZAHİRİ MƏ᾽NALARI NƏZƏRDƏ TUTULMURMU?
Deyirlər: Ümumi şəkildə bilirik ki, ümumiyyət və müəyyən xarakteri daşıyan Qur᾽anın bütün
zahiri mə᾽naları nəzərdə tutulmur. Onlardan bir çoxu müəyyən maddələrlə məhdudlaşdırılmışlar.
Eyni zamanda, zahiri mə᾽nalarda Qur᾽anın bə᾽zi ifadələrinin nəzərdə tutulmaması haqda ümumi
mə᾽lumat əldə etdik. Lakin, bu kimi ifadə və cümlələr nəzərdə tutulmadığı üçün onlardan digər
mə᾽nalar hasil olunur. Bunu da qeyd edək ki, bu kimi mə᾽nalar tam şəkildə
müəyyənləşdirilməmişdir və bəlkə də Qur᾽anın digər ayələri ilə qarışaraq onları bir-birinə
oxşatmışlar. Biz, Qur᾽anda istifadə olunan bu kimi ifadələr barəsində də ümumi mə᾽lumat əldə
etdik, bu səbəbdən də Qur᾽anın bütün ifadə və ayələrinin zahiri mə᾽nalarına müraciət etməkdən
çəkinməli və onlara istinad etməməliyik. Çünki, onlar da nəzərdə tutulmayan cümlə və
ifadələrdən ola bilər.
Cavab: İcmali elm yalnız o zaman Qur᾽an ayələrinin zahiri mə᾽nalarına əməl etməyə mane ola
bilər ki, onun ayələrində heç bir araşdırma və təhqiqat aparılmamış olsun. Lakin, bir qədər
yaxından diqqət yetirdikdə və zahiri mə᾽naları nəzərdə tutulmayan bə᾽zi ayələri araşdırdıqda
mə᾽lum olur ki, elm və əql baxımından digər ayələrə də istinad və əməl olunmasına heç bir
176
maneə yoxdur. Çünki, belə olduqda əldə etdiyimiz icmali elm, yalnız Qur᾽anda istifadə olunan və
zahiri mə᾽nası nəzərdə tutulmayan ifadələrə aid olacaqdır. Bə᾽zi ayələr araşdırılaraq onlarda bu
xüsusiyyətlərin olması müəyyənləşdirilmişdir. Digər ayələrə isə belə bir ehtimal verilməmişdir və
belə olduqda onların zahiri mə᾽nalarına istinad və əməl etmək düzgün olacaqdır.
Belə bir elmi təhlil “İcmali elmin təcziyə və təhlili” adlanır və biz onun vasitəsi ilə bütün hallarda
əməl və istinad edəcəyimiz şeylərin düzgünlüyünü asanlıqla ayırd edəcəyik.
Hər
yerdə
olduğu kimi, nəql olunmuş rəvayətlərin mö᾽təbər olub-olmamadığını
müəyyənləşdirmək üçün bu üsuldan (icmali elmdən) istifadə edir və beləliklə yetkin nəticəyə
gəlirik.
Əgər icmali elmin bir tərəfini ləğv edib digər tərəfini saxlamaqla da həmin şeyə əməl etmək
mümkün olmasaydı, onda təkcə Qur᾽anın deyil, eləcə də hədis və rəvayətlərin də höccət olması
qüvvədən düşərdi və onlara əməl etmək mümkün olmazdı. Onların zahiri mə᾽nalarına istinadən
də əməl edə bilməzdik. Çünki hədis və rəvayətlərin də ümumi və xüsusi mə᾽naları vardır ki,
onların zahiri mə᾽nalarından ayrı bir şeydir. Müxaliflərin əqidəsinə görə, Qur᾽anın zahirinin
höccət olmasını da qüvvədən bir növ icmali elm hədis və rəvayətlərdə də vardır və onların da
zahirini qüvvədən salır.
Və əgər «icmali elmin təhlil» olunması bu xüsusiyyətə malik olmasa, terminalogiyada «əsli
bəraət» adlanan, insanın üzərinə düşən vəzifələrin hansılarının icrası vacib, hansılarının isə haram
olduğuna dair qəti hökm sadir edə bilmərik. Çünki, üzərinə şər᾽i vəzifə düşən hər bir insan nəyin
ona vacib və nəyin haram olduğunu çox yaxşı bilir. Və icmali elm ilə vacib və haram olan bə᾽zi
məsələlərə diqqət yetirdikdən sonra nə qədər mə᾽lumat əldə etmişsə, bir o qədər yetkin nəticəyə
gələ bilər. Digər məsələlərdə isə halallıq hökmü verilir və buna terminalogiyada «əsli bəraət»
deyilir.
Alimlərdən bir qismi bə᾽zi məsələlərdə «ehtiyata» üstünlük verirlər. Lakin, onların verdikləri bu
kimi hökmlər «icmali elmə» və «əsli bəraət» deyil, müəyyən rəvayət və hədislərə əsaslanır. Bu
barədə ətraflı mə᾽lumat əldə etmək istəyənlər «Əcvədul-təqrirat» adlı kitaba müraciət edə bilərlər.
5. MÜTƏŞABİH AYƏLƏRƏ ƏMƏL OLUNMAMALIDIR
Deyirlər: Mütəşabih adlanan bə᾽zi ayələrin zahiri mə᾽nalarına əməl etmək, Qur᾽anın özündə də
yasaq edilmişdir. Belə ki, Ali-İmran surəsinin 7-ci ayəsində Qur᾽anın zahiri mə᾽nalarına əməl
edənlər haqda buyurulur:
«Onun bir hissəsi Qur᾽anın əslini, əsasını təşkil edən möhkəm [mə᾽nası aydın, hökmü bəlli], digər
qismi isə mütəşabih [mə᾽naca bir-birinə oxşar, məğzi bəlli olmayan] ayələrdir. Ürəklərində
əyrilik [şəkk-şübhə] olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mə᾽na vermək məqsədilə
mütəşabih ayələrə uyarlar [tabe olarlar].»
177
Burada Allah-taalanın zahiri və ya başqa bir mə᾽na nəzərdə tutduğunu qətiyyətlə müəyyən edə
bilmərik. Bu səbəbdən də ayələrin zahiri mə᾽naları mütəşabih adlanır. Onlara istinad və əməl
etmək isə düzgün deyildir.
Cavab: «Təşabuh» – o ifadələrə deyilir ki, iki və ya daha çox mə᾽na daşımış olsun və eyni
zamanda daşıdığı bütün mə᾽nalar həmən ifadələrlə eyni səviyyədə olsun. Belə ki, ifadə tələffüz
olunduğu zaman daşıdığı mə᾽nalar dinləyicinin zehnində fikir ayrılığına səbəb olmamalıdır.
Oxucu və ya dinləyici bu kimi ifadələrlə qarşılaşdığı zaman mə᾽nalardan hər hansı birini qəbul
etməzdən əvvəl mətləbi bəyan edən şəxsin nəzərdə tutduğu şeyi diqqətlə araşdırmalı və yalnız
onun nəyi nəzərdə tutduğunu müəyyən və mətləbi isbat edəcək dəlillər əldə etdikdən sonra qəbul
etməlidir. Deməli, ifadələrin zahiri mə᾽nalarını biz heç də mütəşabih kimi qəbul etməməliyik.
Çünki, ifadələrin zahiri mə᾽naları hamıya mə᾽lum və bəllidir.
Əgər mütəşabih kəlməsinin bir neçə mə᾽nada işləndiyini və bu mə᾽naların heç birinin asanlıqla
başa düşülmədiyini, habelə zahiri ifadələrə (kəlmələrə) mütəşabih deyildiyini fərz etsək belə,
yenə də bizi cümlənin zahiri mə᾽nasına əməl etməyimizə mane ola bilməz. Çünki, istər əql və
düşüncəyə, istsərsə də ümumi kütlənin adət-ən᾽ənəsindən qaynaqlanan bu üsuldan hər zaman və
hər yerdə istifadə olunur. Qur᾽anın zahiri mə᾽nalarına gəldikdə, biz yenə də həmən üsuldan
istifadə etməliyik. Əldə olunan qəti dəlillər və sübutlar bizi ayənin zahiri mə᾽nasından başqa bir
mə᾽naya istiqamətləndirdikdə isə, biz [istisna olaraq] artıq zahiri mə᾽nanı qəbul etməməliyik.
6. TƏHRİFİN, QUR᾽ANIN ZAHİRİ MƏ᾽NASININ HÖCCƏT OLMASINA GÖSTƏRDİYİ
TƏ᾽SİR
Gətirdikləri son altıncı dəlildə deyilir: Qur᾽anın təhrif olunması, kəlmələrin zahiri mə᾽nalarının
mütəşabih və mücməl olmasına (izah olunmalı) və bunun nəticəsində də öz e᾽tibarını itirməsinə
səbəb olmuşdur.
Cavab: Bir qədər əvvəl Qur᾽anın təhrif olunmadığı, müxtəlif dəlil və sübutlarla isbat olundu.
Onun təhrif olunduğunu fərz etsək belə, bu heç də onun öz e᾽tibarını itirməsinə səbəb olmur.
Çünki, nəql olunmuş bir çox rəvayətlərdən belə mə᾽lum olur ki, hər bir müsəlman bütün işlərini
Qur᾽anla tətbiq etməli və onu ən başlıca me᾽yar kimi qəbul etməlidir. Qur᾽an hər bir müsəlmanın
istinad və mə᾽nəvi qida aldığı ilham mənbəyidir.
Demək, Qur᾽an (fərz edək ki,) təhrif olunsa belə, yenə də ona müraciət olunmalıdır. Bir halda ki,
onun ayələrində təhrifə yol verilməsi sadəcə olaraq mahal və qeyri-mümkündür.
Nəticə: Qeyd etdiklərimizdən belə bir nəticəyə gəlirik ki, Qur᾽anın zahiri mə᾽naları ən mö᾽təbər
istinad mənbəyidir. Çünki, Qur᾽an islam dininin təməli, haqq və batilin, maddi və mə᾽nəvi
dəyərlərin me᾽yar və məhək daşıdır. Onunla müxalif olan [qondarma] rəvayət və hədislər öz
e᾽tibarını itirərək istinad olunmadan kənara qoyulmalıdır.
ON BİRİNCİ FƏSİL
178
Haşiyə və qeydlər.
1. Səqələyn hədisini nəql edən mənbələr;
2. Haris Həmədaninin şərhi-halı;
3. «Lətərkəbunnə sunənun min qəblikum» hədisini nəql edən mənbələr;
4. Müəllifin, yəhudi alimlərinin biri ilə apardığı elmi mübahisə;
5. Qur᾽anın tərcüməsi və tərcüməyə lazım olan şərait;
6. Qüreyşin Peyğəmbərə (s) qarşı mücadilə və çəkişmələri.
SƏQƏLƏYN HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR
1. Səqələyn hədisini Əhməd ibni Hənbəl özünün «Musnəd» adlı kitabında (1-ci cild, 14-17-26 və
29-cu səh) Əbu Səid Xidridən (4-cü cild, 366, 371-ci səh) Zeyd ibni Ərqəmdən (5-ci cildin 182-ci
səh) və Zeyd ibni Sabitdən nəql etmişdir.
2. «Fəzailul Qur᾽an» (müəllif Dərəli) 2-ci cild 431-ci səh.
3. «Camil Səğir» (müəllif Cəmaləddin Süyuti, Təbəranidən və o da Zeyd ibni Sabitdən nəql
edərək, rəvayətin mö᾽təbərliyini öz imzası ilə təsdiqləyir).
4. «Əllamə Mənavi» şərhinin (3-cü cild 15-ci səh-də) nəql edir, Heysəmi hədisi nəql edən
ravilərin şərh-halını bəyan etdikdən sonra onların mö᾽təbər olduqlarını təsdiq edir.
5. Hədisi nəql edən və mö᾽təbərliyinə istinad olunan şəxslərdən biri də Əbu Yə᾽la olmuşdur.
6. Hafiz ibni Əbdüləziz Əxzəri hədisi nəql etdikdən sonra deyir: Peyğəmbər (s) bu hədisi həccətül
vidada bəyan etmişdir. Hər kim İbni Cozi kimi bu hədisi qondarma hesab edirsə böyük səhvə yol
vermiş olur.
7. Səmhudi deyir: (Müəllif Hakim Nişapuri 3-cü cild 109-cu səh) hədis Zeyd ibni Ərqəmə
tərəfindən nəql və mö᾽təbərliyi təsdiq olunmuşdur. Daim müxalif mövqe tutan və nəql olunmuş
rəvayətlərə haşiyə yazan Zəhəbi belə, bu rəvayətə irad tutmamışdır.
Səqələyn hədisini nəql edən mənbələrin istifadə etdikləri kəlmə və ifadələrdə müəyyən fərqlər
nəzərə çarpsa da, mə᾽na və məfhum baxımından tamamilə eynidir.
HARİS İBNİ HƏMDANİNİN ŞƏRHİ-HALI
İmamiyyə alimləri hamılıqla belə bir fikirdədirlər ki, Haris ibni Abdulla Həmdani, Əli (ə)-ın
yaxın silahdaşlarından biri olmuşdur. O, böyük nüfuza malik olmuş və Əli (ə)-la ünsiyyətdə
olduğu illərdə böyük, əhəmiyyət kəsb edən xidmətlər göstərmişdir.
179
İmamiyyə alimləri onu daim təqva və pəhrizkarlığı ilə xatırlayar və haqqında yalnız tə᾽rifəli
sözlər deyərlər. Rical alimləri və bir çox təhqiqatçılar onun nəql etdiyi rəvayətləri mö᾽təbər hesab
edir və bir çox hallarda onlara istinad etmişlər.
Əhli sünnə alimlərinin bir çoxu Harisin şərh-halını yazarkən onu xoş ifadələrlə yad etmişlər.
İbni Həcər Əsqəlani özünün «Təhzibut-təhzib» adlı kitabında Harisin şərh-halını Davəridən nəql
edərək İbni Muinin bu sözlərinə işarə edir. Mən onun şərh-halını İbni Məs᾽uddan eşitdim. O,
Harisi e᾽timad olunası bir şəxs kimi qələmə verirdi.
Osman Darəmi, İbni Muindən nəql edərək deyir: O, hamının e᾽timadını qazanmış bir şəxs idi.
Əşə᾽s ibni Səvar, İbni Seyreyndən nəql edərək deyir: Kufə camaatı beş nəfər şəxsə daha çox
ehtiram edərdi. Lakin onlardan ikisinə, yə᾽ni Haris və Ubeydəyə daha artıq ehtiram edər və onlar
haqda daim tə᾽rifli sözlər deyərdilər. Ubeydə barəsində söz düşərkən Haris yad olunur, Haris
barəsində bir söz deyildikdə, həmçinin Ubeydə xoş sözlərlə yad olunardı.
İbni Əbi Davud deyir: Haris zəmanəsinin ən bilikli fiqh alimi idi. O, olduqca hörmətli və şərəfli
bir nəslə mənsub idi. «İrs» məsələsini Əli (ə)-dan öyrənmiş və onun incəliklərinə hamıdan daha
çox yiyələnmişdi.
Əbu Cə᾽fər Təbəri «Zilul Muzəyyil» adlı kitabında, Hicrətin 161-ci ilində vəfat etmiş şəxslər
barəsində mə᾽lumat verərkən deyir: Haris ibni Abdulla Əur, Əli (ə)-ın qabaqcıl səhabələrindən
biri idi. O, zəmanəsinin «fiqh»,* «hesab*», «fəraiz*» elmlərinə yiyələnmiş ən bilikli alimlərindən
sayılırdı.
Zəhəbi, Harisin şərh-halında yazır ki, Harisin nəql etdiyi rəvayətlər Əhli sünnənin istinad etdikləri
dörd mö᾽təbər mənbələrdə də nəql olunmuşdur. Nəsai, ravilərin mö᾽təbərliyinə və onların
şəcərənaməsinə (əsliyyətinə) hamıdan daha çox diqqət yetirsə də, Harisin nəql etdiyi rəvayətlərə
istinad edirdi. Çünki o, özünün elm və şöhrəti ilə hamının nüfuzunu qazanmış və cəmiyyətdə
özünəməxsus məqama nail olmuşdur.
Mərrət ibni Xalid deyir: Məhəmməd ibni Seyreyn günlərin bir günündə mənə dedi: İbni Məs᾽uda
yaxın olan beş nəfər şəxsdən hədis nəql olardı. Mən onlardan dördü ilə görüşə bilsəm də, Haris ilə
görüşməyə nail olmadım. Əlbəttə o, digərlərindən daha nüfuzlu və daha bilikli idi.
Yazıçı: Şiə və sünni alimlərinin Harisin biliyi və şəxsiyyəti barəsində söylədikləri tə᾽riflərə
baxmayaraq, Şə᾽bi onu qətiyyətlə təkzib edir və onun barəsində bu sözləri deyir: Haris Əur,
mənim üçün hədis nəql edərdi, lakin o, yalançının biri idi. Sonralar bə᾽ziləri Şə᾽bənin dediklərini
qəbul edib, Harisi yalançı kimi qələmə verməyə başlamışdılar. Lakin bizə belə gəlir ki, bu kimi
iftiralar təəssüb və inadkarlıqdan savayı başqa bir şeydən irəli gəlməyir. Çünki, bir qədər əvvəl
qeyd etdik ki, rical alimlərinin və təhqiqatçılarının bir çoxu Harisi mö᾽təbər bir şəxs kimi qələmə
vermiş və ondan yalan hədis və rəvayət nəql olunmadığını e᾽tiraf etmişlər. Bu səbəbdən də
alimlərin bir qismi, Şə᾽binin Haris barəsində söylədiklərinin yalnız quru təəssüb üzündən
meydana gəldiyinə işarə etmişlər.
180
Əbu Abdulla Qurtəbi deyir: Şə᾽bi, Harisi yalançılıqda ittiham etsə də, onun sözlərini qəbul etmək
olmaz. Çünki, kimsə Harisin nə vaxtsa yalan bir söz dediyini eşitməmişdir. Bəlkə də Şə᾽bi, Əli
(ə)-ın Harisə olan yaxın münasibətini və onu başqalarından üstün tutduğu üçün ona qarşı qərəzli
mövqe tutmuş və haqqında xoşagəlməz sözlər söyləmişdir. Bu səbəbdən də Şə᾽bi, Əbu Bəkri
hamıdan daha çox üstün tutar və onun barəsində deyərdi: O, islamı qəbul etmiş ilk şəxs olmuşdur.
(Təfsir Qurtəbi 1-ci cild 5-ci səh).
İbni Həcər, Harisin şərh-halında yazır: İbni Əbdülbərr özünün «Elm» adlı kitabında, Şə᾽bənin
hansı səbəblər üzündən Haris barəsində bu sözləri deməsini belə izah edir: Şə᾽bi, Harisi Əli (ə) ilə
yaxın və səmimi ünsiyyətdə olduğu üçün daim tənqid və təkzib edərdi. Və mənim fikrimcə o,
özünün belə bir xoşagəlməz işinin cəzasını çəkdi. O da bundan ibarətdir ki, kimsənin Harisdən
yalan bir rəvayət eşitmədiyi bir halda onu yalançılıqda ittiham etmiş və irəli sürdüyü belə bir
əsassız iddia, kimsə tərəfindən qəbul olunmayaraq öz yalanını sabit etmişdir.
İbni Şahin deyir: Əhməd ibni Saleh deyərdi: Haris Əur e᾽timad olunası şəxslərdən idi. Əli (ə)-dan
nəql olunmuş rəvayətdə onun tə᾽rif və mədh olunması çox gözəl ifadələrlə bəyan edilir!!
Ona, Şə᾽binin Harisi təkzib etməsini dedikdə buyurur: Harisin nəql etdiyi rəvayətlərin heç biri
yalan deyildir. Sadəcə olaraq o, Əli (ə) ilə yaxın ünsiyyətdə olduğu üçün Şə᾽bi tərəfindən təkzib
edilmişdir.
Yazıçı: Üzümü nəzər sahiblərinə və təhqiqatçılara tutub onlardan soruşmaq istəyirəm: Sizi and
verirəm Allaha! Deyin görək günahsız bir müsəlmanı, Allahın əməli-saleh bəndəsini,
mö᾽minlərin əmiri Əli (ə) kimi bir şəxsiyyət ilə səmimi ünsiyyətdə olduğu üçün, onu yalan və
qondarma rəvayətlər nəql etməkdə ittiham etmək olarmı? Yiyələndiyimiz elm və mə᾽lumatlar,
apardığımız təhqiqatlar, əqidə və e᾽tiqadımız bizə belə bir yanlış işin görülməsinə icazə verirmi?!
Məgər Peyğəmbərin (s) özü Əli (ə)-ın fəzilətinin hamıdan üstün olduğunu bəyan edərək onun
barəsində dəfələrlə bu sözləri deməzdimi?! «Ey Əli! Harun, Musaya nə qədər yaxın olmuşsa, sən
də mənə bir o qədər yaxın və əzizsən.»
Ümumiyyətlə hədis tarixinə nəzər saldıqda bunun şahidi oluruq ki, Peyğəmbər (s), Əli (ə)
barəsində söylədiyi tə᾽rifli sözləri, digər səhabələrin heç biri barəsində bəyan etməmişdir.
Dost və düşmən, Əli (ə)-ın fəzilətini Peyğəmbərin (s) dilindən dəfələrlə eşitmiş və özləri bunu
e᾽tiraf etmişlər. Elə bir fəzilətlər ki, başqa birisi barəsində nə deyilməmiş, nə də işlədilməmişdir.
Belə ki, Hakim Nişapuri deyir: Günlərin bir günündə Müaviyə, Sə᾽d ibni Vəqqası Əli (ə)-ı
söyməyə və onun barəsində nalayiq sözlər deməyə vadar etmək istəyirdi. Sə᾽d, bundan imtina
edərək Müaviyəyə deyir: Ey Müaviyə! (Allah özü səninlə hesab çəkər! İnşaalah!) Peyğəmbər (s),
bu böyük şəxsiyyət barəsində dəfələrlə tə᾽rifli sözlərini və həmçinin tükənməz fəzilətini bəyan
etdiyi bir halda, mən onun ünvanına necə xoşagəlməz sözlər deyə bilərəm?! Əgər bu
rəvayətlərdən heç olmasa biri mənim barəmdə nəql olunsaydı, bu şərəf mənim üçün qırmızı tüklü
dəvələrdən daha qiymətli olardı. Sonra Kəsa, Mənzələt, Bidəq hədislərini və Xəndək əhvalatını
Müaviyəyə nəql etdi. (Mustədrak (Hakim Nişapuri) 3-cü cild 108-ci səh).
181
Peyğəmbər (s) bununla kifayətlənməyib, Əli (ə)-ın fəzilətlərini bəyan etdiyi hədislərdə onun elm
və əxlaqına, ictimai-siyasi mövqeyinə də dəfələrlə işarə etmişdir.
Hakim nəql etdiyi rəvayətlərdən birində deyir: Peyğəmbər (s), Əli (ə)-a buyurur: Ey Əli! Hər kim
mənə itaət etmiş olarsa, Allaha itaət etmiş olur və hər kim səndən itaət etmiş olarsa, mənə itaət
etmiş olur. Hər kim səninlə müxalif olub düşmənçilik edərsə, mənimlə düşmənçilik etmiş olur.
(Həmən bənbə).
Bu hədis, Peyğəmbərdən (s) Əli (ə)-ın fəzilətləri barəsində nəql olunmuş rəvayətlərin kiçik bir
hissəsidir. Bu məzmunda nəql olunmuş rəvayətlər isə, qeyd olunanlardan olduqca çoxdur.
Lakin Şə᾽binin, Harisi yalançılıqda ittiham etməsi heç də təəccüblü deyildir. Çünki, o, Əməvilərin
yaxın havadarlarından biri idi, dəfələrlə onların təşkil etdiyi rəngarəng ziyafətlərdə iştirak edər və
bu əlverişli şəraitdən səmərəli istifadə edərdi. Bu səbəbdən də onların rəğbətini qazanmaq üçün
istək və niyyətlərinə müvafiq sözlər deyir, lazım gəldikdə isə qondarma hədislər belə nəql
etməkdən çəkinmirdi.
Tarixə nəzər salsaq, bu kimi təəssüf doğuran əhvalatlarla dəfələrlə qarşılaşmış olarıq. Məsələn,
Təbəri, kitabının 5-ci cildinin 310-cu səhifəsində yazır: Abdul Məlik ibni Mərvan, Şə᾽bini Misir
camaatından, oğlu Vəlid ibni Əbdülməlik üçün bey᾽ət almağa oraya göndərir. Sonra isə
Əbdülməlik tərəfindən Kufəyə vali tə᾽yin olunmuş Bəşər ibni Mərvanın nəzarət etdiyi
məntəqələrdən birinə, maliyə işlərini idarə etməyə tə᾽yin olunur. Və daha sonra Ömər ibni
Əbdüləziz tərəfindən Kufə şəhərinin qəzavət işlərinin rəhbərliyini öz üzərinə götürür.
Bəli, Şə᾽bi, Mərvanın yaxın havadarlarından biri olmuşdur. Onun və Əməvi sülaləsinin digər
nümayəndələrinin razılığını qazanmaq üçün nə yalan danışmaqdan çəkinər, nə də başqalarına
iftira qoşmaqdan. Əbül Fərəc, Həsən ibni Ömər Fəqihdən nəql edərək deyir: Günlərin bir
günündə Şə᾽binin evinə getdim. Həyətə daxil olduqda evdən cəlbedici qəribə səs eşitdim. Ondan
bu səsin qonşu evdən gəldiyini soruşduqda, əlimdən tutub şəxsi otağına gətirdi. Birdən, gözüm
gözəl və yaraşıqlı bir cavana düşdü. O, şəhvətedici təranələr oxuyur və məclis əhlini əyləndirirdi.
Şə᾽bi üzünü mənə tutub dedi: Onu tanıyırsanmı? Dedim: yox. Dedi: Bu həmən kəsdir ki, hələ
uşaq ikən bir çox elm və məharətlərə yiyələnmişdir. Onun adı İbni Səricdir.
Başqa bir yerdə deyir: Xəlifə Ömər ibni Ubəydən bu sözlərin deyildiyi nəql olunmuşdur. Şə᾽bi,
atamla birlikdə evin ikinci mərtəbəsində idilər. Evin alt mərtəbələrindən xanəndələrin gözəl
səsləri eşidilirdi. Atam Şə᾽bəyə dedi: Eşidirsənmi? Dedi: Xeyr!! Aşağı nəzər saldıqda gözəl və
yaraşıqlı bir cavan gördük. O, öz gözəl təranələri ilə hamını valeh edirdi. Bu cavan və məşhur
xanəndə İbni Ayişə idi. Şə᾽bi heyrətə gəlib barmaqlarını dişləri ilə sıxıb dedi: Allah, elm və
məharəti istədiyi şəxsə bəxş edir.
Əbül Fərəc nəql etdiyi başqa bir rəvayətdə deyir: Məs᾽əb ibni Zubeyr Kufəyə vali olduğu dövrdə,
günlərin bir günündə Şə᾽bini evinə gətirir. Onlar birlikdə Məs᾽əbin zövcəsi olan Ayişənin otağına
girirlər. Ayişə bu zaman yatağında tam üryan halda istirahət edirdi. Məs᾽əb dedi: Şə᾽bi! Ayişə
182
barəsində nə deyə bilərsən? Şə᾽bi, Ayişəni Məs᾽əbin ürəyincə tə᾽rifləyib, gözəl ifadələrlə vəsf
etdi. Məs᾽əb bu tə᾽riflərindən razı qalıb, ona on min dirhəm pul və otuz dəst paltar hədiyyə verdi.
Belə ki, Qurtəbi öz kitabında yazır: Şə᾽bi and içərdi ki, Əli (ə) Qur᾽andan bir ayə də olsun belə,
əzbərləməmiş dünyasını dəyişdi.
Sahibi deyir: Əli (ə) barəsində deyilən bu sözlər olduqca nalayiq və tamamilə əsassızdır. Elə bir
şəxs barəsində ki, dəfələrlə ümumi kütlə arasında uca səslə bu sözləri deyərdi. Məni itirməmişdən
əvvəl, elmi və dini suallarınızı məndən soruşun, mən də sizə cavab verim. Çünki, mən Qur᾽anda
nazil olmuş bütün ayələrin xüsusiyyətlərinə hamıdan çox agaham. Hətta onların gecə, gündüz,
dağda və səhrada nazil olduqlarını belə bilirəm.
Sudey, Əbdü Xəyrdən nəql edərək deyir: Əli (ə), Peyğəmbər (s) vəfat etdiyi gün, camaatın
Qur᾽ana qarşı diqqətsizliyini görüb, Qur᾽anı bir yerə yığmayınca əbasını geyinməyəcəyinə (yə᾽ni
evdən bayıra çıxmayacağına) and içdi. O gündən e᾽tibarən evində oturub Qur᾽anın pərakəndə
nüsxələrini bir yerə yığıb onu kitab halına saldı. Əli (ə)-ın yığdığı bu nüsxə, ilk Qur᾽an nüsxəsi
oldu. Oradakı bütün ayələri öz hafizəsindən kağız üzərinə köçürdü və bu nüsxə sonralar imam
Sadiq (ə)-ın övladlarında idi.
Ey qürurlu müsəlman! Görün bu şəxs dilinə Allah və Onun peyğəmbəri barəsində necə nalayiq və
xoşagəlməz sözlər gətirir?!
Bəli! Mö᾽minlərin Əmiri olan həzrət Əli (ə), nəql olunmuş bir çox rəvayətlərdə elm, hikmət və
xilqətin (yaradılışın) sirlər şəhəri adlandırılmışdır. Əli (ə) hər zaman Qur᾽anla, Qur᾽an da
onunladır. Bu iki qiymətli bəşər və kitab qiyamət gününədək bir-birlərindən ayrılmayacaqdır və o
gün kovsər hovuzunun kənarında Peyğəmbərin (s) yanında olacaqlar.
Budur Əli (ə)-ın həqiqəti. Günəş tək nurlu olan, şiələrin qolunun gücü və düşünən beyni, Allahın
yer üzündə canişini sayılan bir şəxsiyyətin danılmaz həqiqətini görməyə qadir olmayan Şə᾽bi
kimilər isə, öz yalan və iftiraları ilə özlərini belə bir böyük günaha düçar edərək layiqili cəzalarını
çəkəcəklər. (İnşaallah).
«LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM» HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR
Bu hədis «Kənzul-ummal» ilə yanaşı, digər mö᾽təbər mənbələrdə də nəql olunmuşdur.
O cümlədən:
1. «Musnəd» (Əhməd ibni Hənbəl, Vaqedidən nəql edir, 5-ci cild, 218-ci səh) 3-cü cildin 14-cü
səhifəsində isə Əbu Səid Xidridən nəql edir.
2. «E᾽tisam» (Buxari) Peyğəmbərin (s) buyurduqları fəsil, 8-ci cild 151-ci səh. Hədisi belə nəql
edir: (ərə)
3. «Səhih Müslim» «Elm» (Müslim «Yəhudi və nəsranilərin adət-ən᾽ənələrini davam etmək»
fəsli, 8-ci cild 51-ci səh).
183
4. «Məcməuz-zəvayid» (Hisəmi) 7-ci cild, 261-ci səh. Hədisi İbni Abbasdan nəql edir.
MÜƏLLİFİN BİR YƏHUDİ ALİMİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ
Mən, yəhudi alimlərinin biri ilə «Yəhudi dininin dövranı arxada qaldığı və hal-hazırda heç bir
mö᾽cüzəyə malik olmadığı haqda» fikir mübadiləsi apardığım zaman, ona belə bir sual verdim:
Şəriət (din) təkcə yəhudilərə aiddir, yoxsa bütün bəşəriyyətə? Əgər yalnız yəhudilərə aiddirsə,
onda digər millətlər peyğəmbərlərin göndərilməsinə ehtiyac duyacaqlar və həmən peyğəmbər
sizin nəzərinizcə islam peyğəmbərindən (həzrət Məhəmməddən (s)) başqa kim ola bilər? Əgər
Musa (ə)-ın gətirdiyi şəriət ümumbəşəri və əbədidirsə, demək o, əbədiliyinə dəlalət edəcək dəlil
və sübutlara malik olmalıdır. Bir halda ki, hal-hazırda bunu sübuta yetirəcək heç bir dəlil yoxdur.
Çünki, Musa (ə)-ın göstərdiyi mö᾽cüzələr yalnız öz dövrünə aid idi və hal-hazırda onun gətirdiyi
dinin həqqaniyyətini sabit edəcək mö᾽cüzələrdən heç bir əsər-əlamət qalmamışdır.
Əgər «Bu mö᾽cüzələr hal-hazırda mövcud olmasa da lakin, nəql olunmuş bir çox mütəvatir
rəvayətlərdə onların mövcud olduğu açıq-aşkar bəyan edilmişdir.» desəniz, cavabında deyəcəyik:
Əvvəla mö᾽cüzə yalnız o zaman mütəvatir rəvayətlərlə sabit ola bilər ki, nəql edən ravilərin sayı
camaat tərəfindən mö᾽təbərliyini isbat edəcək miqdara çatmış olsun. Siz belə mütəvatir
rəvayətlərlə Musa (ə)-ın mö᾽cüzələrini bütün əsrlərdə və bütün millətlər üçün sabit edə
bilməzsiniz.
Digər tərəfdən isə, əgər yalnız mö᾽cüzələrin nəql olunması har hansı bir həqiqəti isbat etməyə
kifayət edərsə, bunu təkcə Musa (ə)-ın mö᾽cüzələrinə aid etmək olmaz. Belə ki, siz Musa (ə)-ın
mö᾽cüzələrini nəql etdiyiniz halda, məsihilər İsa (ə)-ın mö᾽cüzələrini, müsəlmanlar da öz
peyğəmbərlərinin mö᾽cüzələrini nəql edəcəklər. Mö᾽cüzələr haqda nəql olunmuş bu rəvayətlər
arasında nə kimi fərq var? Demək, başqalarının öz peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql
etdikləri rəvayətlər yox, təkcə sizin Musa (ə)-ın mö᾽cüzələri haqda nəql etdiyiniz rəvayətlər qəbul
olunur?! Əgər hər hansı bir peyğəmbərin göstərdiyi mö᾽cüzələr onun həqqaniyyətini sübuta
yetirirsə, bəs nə üçün siz, digər peyğəmbərlərin mö᾽cüzələri haqda nəql olunmuş rəvayətləri qəbul
etmirsiniz?
Cavabında dedi: Yəhudilərin, Musa (ə)-ın mö᾽cüzələri haqda nəql etdikləri rəvayətləri həm
məsihilər, həm də müsəlmanlar təsdiq edir və onların mö᾽təbərliyini e᾽tiraf edirlər. Lakin, digər
peyğəmbərlərin mö᾽cüzələri isə hamı tərəfindən qəbul olunmayır. Bu səbəbdən də onların
həqqaniyyətini isbat etmək üçün digər dəlillərə ehtiyac vardır.
Cavabında dedim:
Düzdür, Musa (ə)-ın mö᾽cüzələrini müsəlmanlar və məsihilər hamılıqla qəbul edir. Lakin, onlar
bu rəvayətləri yəhudilərin mö᾽təbər mənbələrindən deyil, öz peyğəmbərlərinin mö᾽cüzələr haqda
verdikləri mə᾽lumatlardan əldə etmişlər. Müsəlmanlar və məsihilər Musa (ə)-ın mö᾽cüzələrini öz
peyğəmbərlərinin ilahi mö᾽cüzələri vasitəsilə tanıya bilmişlər. Demək, onlar əgər Məhəmmədin
(s) və İsa (ə)-ın peyğəmbərliyini qəbul etməzlərsə, Musa (ə)-ın, peyğəmbər kimi qəbul olunması
üçün göstərdiyi mö᾽cüzələri də heç cür təsdiq edə bilməyəcəklər.
184
Bu irad tək yəhudi dininə deyil, bütün qədim dinlərə aiddir. Əbədi mö᾽cüzəyə malik olan din
varsa, o da müqəddəs islam dinidir. Onun mö᾽cüzəsi bütün dövr və millətlərə şamil olunur,
qiyamət gününədək bəşəriyyəti haqqa hidayət edəcək və öz əzəmətini itirməyəcəkdir.
Biz bu əbədi mö᾽cüzə [Qur᾽anla] ilə islamı qəbul edib, onun həqqaniyyətini təsdiq etdik. İslamı
qəbul edib həqqaniyyətini təsdiq etdikdən sonra, keçmiş peyğəmbərlərin də haqq olaraq Allah-
taala tərəfindən bəşəriyyətə göndərildiklərini qəbul etməliyik. Çünki, Qur᾽an və Peyğəmbər (s)
onların həqqaniyyətini dəfələrlə təsdiq etmişdir. Belə bir nəticəyə gəlirik ki, Qur᾽an əbədi
mö᾽cüzə olduğu üçün, bütün səmavi kitabların və ilahi peyğəmbərlərin həqqaniyyətini təsdiq
etmiş və onlara lazımı qiymət vermişdir.
QUR᾽ANIN TƏRCÜMƏSİ VƏ TƏRCÜMƏYƏ LAZIM OLAN ŞƏRTLƏR
Allah-taala həzrət Məhəmmədi (s) bəşəriyyətin haqqa hidayət olması üçün peyğəmbərliyə tə᾽yin
etmiş, bu müqəddəs hədəfə nail olması üçün onu bütün din və ayinlərin, cəhalət və nadanlığın
üzərində qalib etmişdir. Demək, Qur᾽an insanı əbədi səadətə qovuşdurmaqla, onun kamala
çatmasında böyük rol oynayır. Allah-taala tərəfindən insanlara bəxş olunan bu böyük ne᾽mət
müəyyən millət və qəbiləyə deyil, bütün bəşəriyyətə şamil olunur. Lakin ilahi hikmət, Qur᾽anın
peyğəmbərin yaşadığı qəbilənin danışdığı dildə nazil olmasını tələb edir. Orada bəyan olunan
ilahi qanunlar isə, bütün millətlərə eyni dərəcədə şamil olunur. Belə isə hamı Qur᾽anı qəbul
etməli və haqqa hidayət olmaq üçün ondan lazımınca bəhrələnməklə əbədi səadətə qovuşmalıdır.
Qur᾽anın ümumbəşəri bir kitab olduğunu nəzərə alaraq, şübhəsiz ki, onun bütün millətlərin
dillərinə tərcümə olunması vacibdir. Belə ki, ərəb dili ilə tanışlığı olmayan digər millətlər,
bütünlüklə hamıya şamil olan ilahi qanunlardan agah olsun.
Lakin, Qur᾽anı hər hansı bir dilə tərcümə edən şəxs, ilk növbədə həm ərəb dilinin, həm də
tərcümə edəcəyi dilin incəliklərinə dərindən yiyələnməlidir. Çünki, Qur᾽an başqa dillərə nə qədər
səlis tərcümə olunsa da, e᾽cazkarlıq və zinət bəxş edən bəlağətli bəyan etmə tərzi, ərəb dilində
olduğu kimi özünü biruzə verə bilməyəcəkdir. Amma bütün bunlara baxmayaraq, mütərcim,
ayələrin bəyan etmə üsulunda istifadə olunan incəlikləri nəzərə almalı və öz tərcüməsində
onlardan lazımı qaydada istifadə etməlidir. Ayələrdə istifadə olunan kəlmə və ifadələrin əsl
mə᾽nasını hamının başa düşə biləcəyi sadə üsullarla bəyan etməlidir. Bu yalnız o zaman mümkün
ola bilər ki, mütərcim ayələrin məzmun və məfhumunu yaxşıca dərk etmiş olsun. Həmçinin,
aşağıda qeyd edəcəyimiz üç mühüm məsələyə diqqət yetirsin:
1. Ayənin (və ya ayədəki kəlmələrin) zahiri mə᾽naları ilə tanışlıq;
2. İnsanın sağlam əql (düşüncə) və fitrətinin hökm verdiyi mətləblərə diqqət yetirmək;
3. Qur᾽anın təfsirinə dair Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətləri nəzərə almalı və
onlardan səmərəli istifadə etməlidir.
185
Mütərcim bu üç mühüm məsələ ilə yaxından tanış olduqdan sonra, ayələrin əsl mə᾽nasına yol
tapmaq üçün onlardan istifadə etməli və nəhayət nəzərdə tutulan mətləbi tərcümə edəcəyi dildə
çox sadə ifadələrlə bəyan etməlidir.
Lakin, mö᾽təbər hesab olunmayan bir çox müfəssirlərin irəli sürdükləri nəzəriyyələrə tərcümə
zamanı istinad etməməlidir. Əgər tərcüməçi qeyd olunan bu üç məsələyə riayət edərsə, tərcümədə
heç bir çatışmamazlıq və nöqsana yol verilməyəcəkdir. Beləliklə hər bir qövm və millət, öz dilinə
tərcümə olunmuş Qur᾽anı asanlıqla başa düşəcək, həmçinin onun əsl mahiyyətini də olduğu kimi
dərk edəcəkdir. Hər bir mütərcimin yuxarıda qeyd olunan şərtlərdən istifadə etməsi labüd və
zəruridir. Çünki, Qur᾽an ümumbəşəri bir kitab olduğu üçün, onun mətni tək ərəb dili ilə tanışlığı
olan şəxslərə deyil, hər bir adi insana da bəlli olmalıdır.
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
Qüreyşin və digər qəbilələrin inadkarlıq üzündən Peyğəmbərdən (s) mö᾽cüzə tələb etdikləri haqda
nazil olmuş rəvayətlərə dəlalət edən hədislər, kitabın əvvəlki fəsillərində işarə etdiyimiz ayələrin
təfsirini bir daha təsdiq edir. Belə ki, «Təfsire Burhan»da deyilir: «Günlərin bir günündə
Peyğəmbər (s) Kə᾽bənin kənarında oturarkən Qüreyş qəbiləsindən bir neçə nəfər ona tərəf
yaxınlaşır. Vəlid ibni Muğeyrə Məxzumi, Əbu Bəxtəri ibni Hişam, Əbu Cəhl ibni Hişam, Asim
ibni Vail Səhmi, Abdulla ibni Bəni Uməyyə Məxzumi və həmən qəbilənin digər şəxsləri də
onların arasında idi. Peyğəmbər (s), səhabələrinin biri ilə onlara Qur᾽an oxuyur və Allahın
hökmlərini bəyan edirdi. Onlar Peyğəmbərdən (s) bir qədər uzaqlaşıb bir-birlərinə dedilər:
Məhəmmədin dini ətrafa yayılıb, dediyi sözlər daha cəzzabiyyət və əzəmət tapmışdır. Gəlin bir
tədbir görüb onun nüfuzunun artmasının qarşısını alaq. Harada görsək danlaq və tənqid atəşinə
tutaq. Belə olduqda tutduğu mövqeyi zəifləyəcək və dediyi sözlərin heç bir tə᾽siri olmayacaqdır.
Getdikcə nüfuzu, ona yaxın olan şəxslərin yanında azalıb, etdiyi müraciət və çıxışları öz dəyərini
itirəcəkdir. Nəhayət o, bu işindən əl çəkib insanları yoldan çıxarmayacaqdır. Buna nail
olmadığımız təqdirdə daha sərt tədbirlərə əl atmalı olacağıq və onda bizimlə onun arasında qılınc
hökm edəcək. Ona həmlə edib məhv edəcəyik.
Söz bu yerə çatdıqda Əbu Cəhl dedi: Bəs Məhəmmədlə danışığa girib onunla mücadiləni kim
edəcəkdir?
Abdulla ibni Əbi Uməyyə dedi: Bu işi mən öz üzərimə götürürəm. Mənim nə qədər şücaətli və
hazırcavab olduğumu özünüz yaxşı bilirsiniz. Əgər məni bu işə tə᾽yin etsəniz, elə bu saat
Məhəmmədin yanına gedərəm. Əbu Cəhl dedi: Heç bir e᾽tirazımız yoxdur. Başda sən olmaqla
onun yanına gedin və hamının adından özün danış. Birlikdə Peyğəmbərin (s) yanına gəlirlər və
Abdulla sözə başlayaraq deyir:
Ey Məhəmməd! Düzünü desək böyük məqam iddiası edirsən!! Dediyin sözlər çox böyük və
qəribədir!! Deyirsən guya aləmlərin Rəbbinin peyğəmbəri və yer üzərindəki nümayəndəsisən.
Aləmlərin Rəbbinə sənin kimisini peyğəmbərliyə tə᾽yin etmək əsla yaraşmaz. Çünki, sən də
bizim kimi bir insansan, bizdən fərqlənəsi heç bir xüsusiyyətin yoxdur. Bizim kimi yeyir, bizim
kimi içir və bizim kimi küçə və bazarda yol gedirsən.
186
İran və Rum padşahlarının nümayəndələri olduqca dövlətli və böyük nüfuza malikdirlər. Onlar
böyük imarətlərdə yaşayır, yüzlərlə kəniz və qulluqçu onlara xidmət edir.
Aləmlərin Rəbbi isə həmin padşah və onların nümayəndələrindən daha uca və daha əzəmətlidir.
Və onlar Allahın bəndələridirlər. Onların nümayəndələri Allahın nümayəndələrindən üstün
olmamalıdırmı!? Əgər Allah bizlərə peyğəmbər göndərmək istəsə, bu məqama hamıdan
yoxsulunu deyil, varlı birisini tə᾽yin etməlidir. Belə isə əgər Qur᾽an həqiqətən Allah tərəfindən
göndərilmişsə, nə üçün Məkkə və ya Mədinənin ən varlı və tanınmış şəxsiyyətlərindən birinə
nazil olmamışdır?! Nə üçün Qur᾽an Məkkədə Vəlid ibni Muğəyrəyə və ya Taifdə Urvət ibni
Məs᾽ud Səqəfiyə nazil olmamışıdır. Onlar ki, bu şəhərlərin ən varlı və ən tanınmış
sakinlərindəndirlər?!
Abdulla sözlərini burada bitirdikdə Peyğəmbər (s) buyurdu: Ey Allah bəndəsi! Yenə deyəcəyin
bir şey varmı?
Abdulla: Xeyr. Deyəcək bir sözüm yoxdur. Lakin bunu da demək istəyirəm ki, quraqlıqdan
torpaqları cadar-cadar olan Məkkədə çeşmələr çıxarmayınca, dərələrdə dağlar yaratmayınca,
özünün və bizim istifadə edə biləcəyimiz xurma və üzüm bağları və orada axar çaylar
yaratmayınca, sənə iman gətirməyəcəyik. Və ya özün dediyin kimi, «əgər asiman onların başları
üzərinə parça-parça düşərsə, yenə də deyərlər: bu parçalanmış buludlardan savayı bir şey
deyildir.» Göylərdən yağış yağdırıb bizləri razı salasan. Bundan sonra bəlkə biz də bu sözləri
deyək.
Abdulla sözlərinə davam edərək dedi: Əgər bütün bunları yerinə yetirsən belə, mələkləri bizim
hüzurumuza gətirməyincə və biz onları yaxından görməyincə, özün üçün qızıldan qəsr yaradıb
ondan bizlərə də tüğyan etməyimiz üçün ehtiyacımızı ödəyəcək qədər bəxş etməyincə, hətta
göylərə qalxıb oradan bizim üçün bu məzmunda «bu kitab Allah tərəfindən, Abdulla ibni Ubey və
onun tərəfdarlarına göndərilir ki, Məhəmməd ibni Abdullaha iman gətirsinlər. O, həqiqətən
Mənim peyğəmbərimdir. Onun dedikləri təsdiq olunmalıdır. Çünki, onun dedikləri Mənim
sözlərimdir.» bir şey gətirməyincə sənə iman gətirmərik.
Ey Məhəmməd! Bütün bunları yerinə yetirsən belə, bilmirəm sənə iman gətirəcəyəm ya yox.
Çünki, əgər bizi özünlə göylərə qaldırıb oranın qapılarını bizim üzümüzə açsan, bəlkə də
gözlərimizi bağlayıb bizi sehr etdiyini deyəcəyəm.
Peyğəmbər (s): İlahi! Sən hər şeyi eşidən və bilənsən. Bəndələrinin dediklərinə də hamıdan
agahsan. Sonra üzünü Abdullaha tutub dedi: Rum və İran padşahları barəsində dediklərin və
onların nümayəndələrinin, valilərin varlı və nüfuzlu şəxslər olduğu tamamilə doğrudur. Lakin
Allahın qanun və hökmləri öz tədbir və müqəddəsliyi ilə onların hakimiyyət üsulundan və adət-
ən᾽ənələrindən tamamilə fərqlidir. O, istədiyi hökmü verir və istədiyi şəxsi peyğəmbərliyə tə᾽yin
edir. Əgər peyğəmbərlərini camaatdan fərqli olaraq ixtiyarlarında yüzlərlə kəniz və qulluqçu, cah-
calallı qəsrlərdə yaşasaydılar, qürurlanaraq peyğəmbərlik məqamına xələl gətirməzdilərmi?! Belə
olduqda bəşəriyyətin hidayəti süstləşərək uçruma yönəlməzdimi?!
187
«Əgər həqiqətən peyğəmbər olsaydın, sənin həqqaniyyətinə şəhadət verəcək bir mələk gətirərdin.
Və biz də onu öz gözlərimizlə görüb şəhadət verərdik» deməyin isə çox qəribədir. Çünki, əvvəla
mələklər gözlə görüləsi bir məxluq deyillər. Mələk havaya bənzər zahiri bir varlıqdır.
Mələkləri mə᾽nəvi gözlərinizlə görmənizi fərz etsək də, onları gördükdə deyəcəksiniz: Bunlar
mələk deyillər, bəşərdirlər. Çünki, əgər mələk sizə görünməli olarsa, ünsiyyətdə olduğunuz şəxs
kimi zahir olar. Və beləliklə siz onunla sərbəst danışa bilər və peyğəmbərin həqqaniyyətinə dair
verdiyi şəhadəti dərk edə bilərsiniz. Belə olduqda isə deyəcəksiniz ki, «o adi bir insandır və sənin
xeyrinə mələyin adından şəhadət verir».
Sonra məni sehrkarlıqda ittiham edərək deyərsən. Sən sehirlənmişsən. Sənin bu sözün olduqca
yersiz və əsassızdır. Əql və dərrakəmin sizdən üstün olduğunu çox yaxşı bilirsiniz, amma buna
baxmayaraq yenə də məni sehrlənmiş adlandırırsınız. Məni tanıdığınız gündən qırx yaşı arxada
qoyduğum bu günə qədər məndən səhv və yersiz bir iş görmüsünüzmü? Yalan və nalayiq sözlər
danışdığımı, əqlə zidd olan bir hərəkət etdiyimi görmüsünüzmü? Bu müddət ərzində həyatın
şirinli-acılı günlərini görən, həyatın bütün çətinliklərinə sinə gərən, amma bütün bunlara
baxmayaraq bir dəfə də olsun günaha düçar olmayan bir şəxs, ilahi və mə᾽nəvi qüvvədən başqa
ayrı bir şeyə arxalana bilərmi?
«Qur᾽anın Məkkə və ya Mədinənin varlı və nüfuzlu sakinlərindən birinə nazil olmadığı» haqda
verdiyin sualın cavabı isə bəllidir. Çünki, Allah-taala, insaniyyətin kamal və əzəmətini siz
düşündüyünüz kimi var-dövlətlə qiymətləndirmir. Dünyadakı var-dövlət onun üçün heç bir
əhəmiyyət kəsb etmir. Siz iqtidarda olan bə᾽zi varlı şəxslərdən qorxduğunuz üçün onları hər bir
məqama, hətta peyğəmbərliyə belə layiq bilirsiniz.
«Yerdən çeşmələr çıxarmayınca sənə iman gətirməyəcəyəm» deməyin də irəli sürdüyün digər
şərtlər kimi məntiqsiz və tamamilə əsassızdır. Çünki, siz bununla yanaşı elə bir mö᾽cüzələr
göstərməyimi tələb edirsiniz ki, onların həyata keçməsi sadəcə olaraq qeyri-mümkündür.
Onlardan bə᾽ziləri həyata keçsə də, peyğəmbərliyi sübuta yetirəcək dəlil hesab etmək olmaz.
(Məsələn çaylar axan xurma və üzüm bağlarına malik olmaq və s.) Məhəmməd bir Allah
peyğəmbəridir. Camaatın cəhl və nadanlığından sui-istifadə etmək və peyğəmbərliyin
həqqaniyyətini və dəlalət etməyən dəlillərə istinad etmək isə onun şə᾽nindən uzaq və təsəvvür
olunmazdır.
Tələb etdiyin mö᾽cüzələrin bə᾽ziləri əgər həyata keçərsə, sizin həlak olmağınıza səbəb ola bilər.
Bir halda ki, peyğəmbər öz həqqaniyyətini sübuta yetirmək üçün insanları həlak deyil, məntiqə
əsaslanan mö᾽cüzələr göstərir. Sən bu kimi mö᾽cüzələri tələb etməklə öz həlakətini istəmiş
olursan. Allah-taala öz bəndələrinə qarşı olduqca mehriban və diqqətlidir. O, insanların nəyə
ehtiyac duyduqlarını onların özlərindən daha yaxşı bilir. Allahı və mələklərin görünməsinin,
Allahdan məktub gətirilməsini tələb etməyin isə sadəcə olaraq qeyri-mümkündür.
İrəli sürdüyün tələblərdən belə mə᾽lum olur ki, məqsədin həqiqəti dərk etmək deyil, inadkarlıq
üzündən müxtəlif bəhanələrə əl ataraq Allahı və Onun peyğəmbərini istehza etməkdir. Lakin
188
Allah və Onun peyğəmbəri bu cür böhtan və istehzalardan uzaq və münəzzəhdir. Sözün qısası,
gətirdiyin bəhanələr icra olunmayacaq və onlara müsbət cavab verilməyəcəkdir.
İndi isə ayrı-ayrılıqda verdiyim mənfi cavablara təmkinlə qulaq as.
1. «Quraqlıq səhrada çeşmələr çıxarıb orada çaylar axan xurma və üzüm bağları yaradılması»
barəsində irəli sürdüyün birinci tələbin cavabında deyə bilərəm ki, sənin irəli sürdüyün bu tələb
cəhalət və nadanlığından irəli gəlir. Onu da deyim ki, ilhai mö᾽cüzələrdən heç bir mə᾽lumatı
olmayan bir insansan.
Əgər tələblərinin hər birini yerinə yetirərəmsə və dediyin hər bir şeyə malik olaramsa, onda
həqiqətən peyğəmbərmi olacağam?!
İrəli sürdüyün bütün bu tələb buna bənzəyir ki, sanki demiş olursan durub qarşımda bir qədər yol
getsən peyğəmbərliyini qəbul edəcəyəm!! Məgər sənin havadarlarının Taifədə çay altından çaylar
axan xurma və üzüm bağlarınız yoxdurmu? Məgər siz onlara malik olmaqla peyğəmbər
olmusunuzmu ki, mən də bu bağlara yiyələnməklə peyğəmbər olum.
2. Göylər parça-parça olub başlarınız üzərinə töküldükdə məgər həlak olmayacaqsınızmı?! Belə
bir tələbi irəli sürməklə Allah peyğəmbərinin sizi həlak etməyinimi istəyirsiniz? Lakin o, sizin
təsəvvür etdiyinizdən daha mehriban və sizə qarşı daha səmimidir. O, sizi həlak deyil, əksinə
olaraq ilahi dəlillər gətirməklə haqqa hidayət edəcək. Lakin daha bir mühüm məsələyə diqqət
yetirməlisiniz ki, Allah-taala gətirdiyi dəlilləri insanların istək və iradəsi ilə deyil, öz hikmət və
tədbiri əsasında həyata keçirir. Çünki, insanlar bə᾽zən bu kimi məsələlərdə nəyin onun xeyirinə
və nəyin onun zərərinə olduğunu ayırd edə bilməyib, tələb edərək özünü fəlakətə düçar etmiş
olar. Ey Abdulla, məgər bu vaxta qədər görmüsənmi ki, həkim xəstənin istəyilə onu müalicə və
qazi şikayətçinin istədiyi dəlilə istinad etmiş olsun?!
3. «Qızıl qəsrə malik olmağıma» gəldikdə isə deməliyəm ki, bunu heç də peyğəmbərliyimə
dəlalət edəcək dəlil hesab etmək olmaz. Misir padşahlarının qızıl qəsrlərə malik olduqlarını
eşitmisənmi?
Abdulla: Bəli.
Peyğəmbər (s): Onlar bu qəsrlərə malik olmaqla peyğəmbərlik məqamına çata bilmişlərmi?
Abdulla: Xeyr.
Peyğəmbər (s): Belə isə Məhəmməd də qızıl qəsrələrə malik olmaqla peyğəmbərlik məqamına
nail ola bilməz. Bil ki, Məhəmməd sənin savadsızlığından (cəhalətindən) istifadə edib öz
peyğəmbərliyini sabit etmək istəmir.
Bütün bunlarla yanaşı «göylərə qalxıb oradan Allah-taala tərəfindən məktub gətirməyimi» tələb
və yalnız belə olduqda iman gətirəcəyini bildirirsən. Bu da əsassız bəhanədən savayı bir şey
deyildir. Çünki, göylərə qalxmaq, oradan enməkdən daha çətindir. Özün e᾽tiraf edirsən ki,
«göylərə qalxmağın iman gətirməyinə səbəb olmayacaqdır». Belə olduğu bir halda oradan
189
məktub gətirməmi necə təsdiq edəcəksən. Lakin bütün bunlara baxmayaraq axırda bir daha
tərəddüdlə iman gətirib-gətirməyəcəyini e᾽tiraf edirsən!! Demək sən Allah-taalanın dəlilləri
qarşısında inadkarlıq edirsən. Sən və sənin havadarların bəhanə axtaran və haqqa göz yuman
inadkar insanlarsınız.
Allah-taala kitabında sizlərə cvavab olaraq buyurur:
«De ki Ey Məhəmməd! Allah [Onun barəsində düşündüklərinizdən] pak və münəzzəhdir. Mən
yalnız peyğəmbərliyə göndərilmiş bir bəşərəm. Onun adından nə hökm verir, nə də istədiyim
mö᾽cüzələri ondan tələb edirəm.»
İZAHAT
Təqiyyə – Can təhlükədə olarkən insanın öz əqidəsini gizli saxlaması.
Nasix – O ayələrə (şər᾽i hökmə) deyilir ki, zaman keçdikcə yeni hökm sadir olmaqla əvvəlki
hökmləri əvəz etmiş olur.
Mənsux – Zaman keçdikcə əvəz olunmuş şər᾽i hökmlər.
Mina – Məkkədə yerləşən dağlardan birinin adı?
Məsani surələr – Miəyn surələrindən sonra gələn surələr.
Miəyn surələr – tival surəsindən sonra ayələrinin sayı yüzdən bir qədər çox və ya bir qədər az
olan surələr. Buraya yeddi surə daxildir. Bəni-israil, Kəhf, Məryəm, Taha, Ənbiya, Həcc,
Mu᾽minun.
Tival surələr – Qur᾽anın yeddi böyük surələri tivani adlanır. Bəqərə, Ali-İmran, Nisa, Maidə,
Ən᾽am, Ə᾽raf, Ənfal (Tövratla birlikdə).
Mütəvatir – o rəvayətlərə deyilir ki, onların mö᾽təbərliyi hamı tərəfindən qəbul olunmuş olsun.
Fiqh – Xüms, zəkat, namaz, oruc, həcc kimi şəriət hökmləri haqda söhbət açan elm.
Fəraiz – Üsuli əqaid kimi vacib olan elmlər.
Hesab – Riyaziyyat, hey᾽ət, astranomiya və s. elmlər.
190
MÜNDƏRİCAT
MÜƏLLİFDƏN
5
BİRİNCİ FƏSİL
9
QUR᾽ANIN ƏZƏMƏTİ QARŞISINDA 9
QUR᾽AN — QUR᾽AN VƏ HƏDİS BAXIMINDAN
10
QUR᾽AN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
18
1. QUR᾽ANIN ÜZÜNDƏN OXuNMASI
20
2. QUR᾽ANIN EVLƏRDƏ OXUNMASI
21
QUR᾽AN TİLAVƏTİNİN FƏZİLƏTİ HAQDA UYDURULMUŞ HƏDİSLƏR 21
QUR᾽AN AYƏLƏRİNİN MƏ᾽NALARINDA DİQQƏT VƏ TƏFƏKKÜR
23
İKİNCİ FƏSİL 25
QUR᾽ANIN MÖ᾽CÜZƏSİ
25
MÖ᾽CÜZƏNİ TANIMAQ
26
MÖ᾽CÜZƏ HANSI ŞƏRAİTDƏ YERİNƏ YETİRİLMƏLİDİR 26
MÖ᾽CÜZƏ, PEYĞƏMBƏRLİYİ TƏSDİQ EDƏN AMİLDİR
29
MÖ᾽CÜZƏNİN PEYĞƏMBƏRLİYİN SÜBUTUNDA QOYDUĞU TƏ᾽SİR
30
ƏŞ᾽ƏRİLƏRİN NƏZƏRİYYƏSİ
31
191
MÖ᾽CÜZƏlƏr ARASINDA OLAN OXŞARLIQ
33
QUR᾽AN İLAHİ MÖ᾽CÜZƏDİR
36
BİR İRAD VƏ ÜÇ CAVAB
37
QUR᾽AN ƏBƏDİ MÖ᾽CÜZƏDİR
39
QUR᾽ANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN MÖ᾽CÜZƏLƏRİ
42
QUR᾽AN VƏ SAVADSIZ PEYĞƏMBƏR
42
QUR᾽ANDA TƏKALLAHLIQ 43
QUR᾽ANDA PEYĞƏMBƏRLİK
44
QUR᾽ANIN TÖVRAT VƏ İNCİLLƏ MÜQAYİSƏSİ
46
NƏTİCƏ
52
QUR᾽ANIN UyĞUNLUQ E᾽CAZI
53
QUR᾽ANIN QANUNVERİCİLİK BAXIMINDAN E᾽CAZI
57
QUR᾽ANDAN ƏVVƏLKİ DÖVRLƏR 57
QUR᾽AN ƏSRİ 57
QUR᾽ANDA BƏRABƏRLİK 58
1. SƏRVƏT VƏ MÜLKİYYƏT 59
2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT 60
3. MADDİ VƏ MƏ᾽NƏVİ İŞLƏRDƏ ƏDALƏT
60
4. İQTİSADİYYATDA ƏDALƏT
62
5. HƏYAT YOLDAŞINI SEÇMƏKDƏ ƏDALƏT
62
6. RƏFTAR VƏ ÜNSİYYƏTDƏ ƏDALƏT
62
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
63
QUR᾽ANDA BƏRABƏRLİK QANUNU VƏ ÜSTÜNLÜK ME᾽YARI 64
NƏTİCƏ
65
QUR᾽ANDA DƏYİŞİLMƏZ HƏQİQƏTLƏR 65
192
QUR᾽ANDA QEYBİ XƏBƏRLƏR
66
1. BƏdr dÖyüşünün ƏvvƏlcƏdƏn xƏbƏr verilmƏsi
67
1. PEYĞƏMBƏRin (S) DÜŞMƏNLƏRİ HAQDA VERİLƏN XƏBƏRLƏR
67
3. İSLAMIN BÜTÜN DİNLƏRƏ QALİB GƏLMƏSİ 68
4. İRAN-RUM MÜHARİBƏSİ 68
5. İSLAM DÜŞMƏNLƏRİNİN MƏĞLUBİYYƏTİ
68
6. ƏBU LƏHƏBİN AQİBƏTİ 69
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ 69
QUR᾽ANDA CÜTLƏŞMƏ QANUNU 70
3. QUR᾽ANDA EVLƏNMƏ QANUNU 71
5. QUR᾽ANDA TANINMAYAN QİTƏLƏR
72
6. QUR᾽ANda YERİN DAİRƏLİYİ
73
YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR 74
NƏTİCƏ
75
ÜÇÜNCÜ FƏSİL
77
QUR᾽ANIN E᾽CAZI HAQDA İRƏLİ SÜRÜLƏN MÜLAHİZƏLƏR VƏ ONUN CAVABLARI
77
QUR᾽ANDA ƏDƏBİ SƏHVLƏR
78
QUR᾽ANIN E᾽CAZI HAMI TƏRƏFİNDƏN DƏRK OLUNASI DEYİLDİR
79
QUr᾽ANLA MÜBARİZƏ APARMAQ MÜMKÜNDÜRMÜ?
80
QUR᾽AN ƏVVƏLKİ SƏMAVİ KİTABLARLA MÜXALİFDİRmi?
81
QUR᾽ANDA HEÇ BİR ZİDDİYYƏT YOXDUR
82
QUR᾽ANIN E᾽CAZINDA ZİDDİYYƏT
88
QUR᾽ANLA MÜBARİZƏ APARILMASININ SƏBƏBLƏRİ
88
QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
91
193
QUR᾽ANIN İFADƏ TƏRZİ ilƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ
92
QUR᾽ANLA MÜBARİZƏ
93
FATİHƏ SURƏSİ İLƏ MÜBARİZƏ
94
KOVSƏR SURƏSİ İLƏ MÜBARİZƏ 97
DÖRDÜNCÜ FƏSİL 101
HƏZRƏT MƏHƏMMƏDİN (S) VƏ KEÇMİŞ PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏLƏRİ 101
MÖ᾽CÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN ARAŞDIRILMASI
102
İSLAM
PEYĞƏMBƏRİNİN
MÖ᾽CÜZƏSİNİN
DİGƏR
PEYĞƏMBƏRLƏRİN
MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ
102
YANLIŞ TƏSƏVVÜR 103
1. BƏLA İSTƏNİLƏN AYƏLƏR
108
3. MÖ᾽CÜZƏLƏR TƏKZİB OLUNDUQDAN SONRA GƏLMİŞ BƏLALAR HAQDA NAZİL
OLMUŞ AYƏLƏR
109
MÖ᾽CÜZƏNİ RƏDD EDƏN İKİNCİ AYƏNİN ARAŞDIRILMASI
110
MÖ᾽CÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN ARAŞDIRILMASI 115
İNCİL VƏ TÖVRATDA HƏZRƏT MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYİ HAQDA 118
MƏTLƏBLƏRİN XÜLASƏSİ 119
BEŞİNCİ FƏSİL
121
YEDDİ QUR᾽AN QARİSİ
121
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU
122
YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ 122
1. ABDULLAH İBNİ AMİR DƏMƏŞQİ
124
İBNİ AMİRİN RAVİLƏRİ
124
İBNİ KƏSİR MƏKKİ 125
İBNİ KƏSİRİN RAVİLƏRİ
126
ASİM İBNİ BƏHDİLƏ KUFİ 127
194
ASİMİN RAVİLƏRİ 128
RİCAL ALİMLƏRİNİN HƏFSƏ OLAN MÜNASİBƏTLƏRİ 129
ƏBU ƏMR BƏSRİ
130
ƏBU ƏMRİN RAVİLƏRİ
131
HƏMZƏ KUFİ 133
HƏMZƏNİN RAVİLƏRİ
134
NAFE᾽ MƏDƏNİ
135
NAFE᾽NİN RAVİLƏRİ 136
KƏSAİ KUFİ 137
KƏSAİNİN RAVİLƏRİ
138
XƏLƏF İBNİ HİŞAM 138
YƏ᾽QUB İBNİ İSHAQ 139
YƏZİD İBNİ QƏ᾽QA 140
ALTINCI FƏSİL
142
YEDDİ QİRAƏT ÜSULU
142
YEDDİ QİRAƏT ÜSULUNDA NƏZƏRƏ ÇARPAN MÜTƏVATİRSİZLİK
143
QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA DƏLALƏT EDƏN DƏLİLLƏR
143
MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAmaSINA DAİR
İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR 144
NƏTİCƏ
148
QİRAƏTLƏRİN MÜTƏVATİRLİYİ HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏNİN
ARAŞDIRILMASI
148
araşdırma
151
YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-AYRI ŞEYLƏRDİR 152
QİRAƏTLƏRİN DƏLİL OLMASI HAQDA
157
ŞƏRİƏT MƏSƏLƏLƏRİNDƏ YEDDİ QİRAƏT ÜSLUBU İLƏ İSTİDLAL ETMƏK
OLARMI?
157
195
YEDDİ QİRAƏT ÜSLUbLARININ HƏR BİRİ İLƏ NAMAZ QILMAQ OLARMI?
160
YEDDİNCİ FƏSİL
162
«YEDDİ HƏRF» VƏ «YEDDİ OXUNUŞ» HAQDA NAZİL OLMUŞ RƏVAYƏTLƏRİN
ARAŞDIRILMASI
163
HƏDİSLƏRİN MƏTNİ 163
RƏVAYƏTLƏRİN ZƏİF NÖQTƏLƏRİ
167
YEDDİ OXUNUŞ SƏBKİNİN MƏ᾽NA VƏ MƏFHUMU
168
1. SİNONİM KƏLMƏLƏR
168
NƏZƏRİYYƏNİ SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR 169
FƏsahƏtli ibarƏtlƏr
174
YEDDİNCİ NƏZƏR 179
QUR᾽ANDA NƏZƏRƏ ÇARPAN DIGƏR IXTILAFLAR
179
SƏKKİZİNCİ NƏZƏR 180
SAYLARIN ÇOXLUĞU
180
DOQQUZUNCU NƏZƏR
181
YEDDİ QİRAƏT ÜSULU
181
ONUNCU NƏZƏR
182
MÜXTƏLİF LƏHCƏLƏR
182
SƏKKİZİNCİ FƏSİL 184
QUR᾽ANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏR VƏ
MÜLAHİZƏLƏR
184
TƏHRİFİN MƏ᾽NA VƏ NÖVLƏRİ
185
TƏHRİF NƏDİR?
185
MÜSƏLMANLAR QUR᾽ANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA HANSI
ƏQİDƏYƏ ƏSASLANIRLAR 188
QUR᾽ANDA TİLAVƏTİN NƏSX olunması
189
BU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
189
196
QUR᾽ANIN TƏHRİFƏ OLAN BAXIŞI 195
QUR᾽ANIN TƏHRİF OLUNMAMASINA DƏLALƏT EDƏN AYƏLƏR
195
SÜNNƏ VƏ HƏDİSLƏRİN TƏHRİFƏ OLAN BAXIŞI 200
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
204
QUR᾽AN XƏLİFƏLƏR TƏRƏFİNDƏN TƏHRİF OLUNMAMIŞDIR 206
QUR᾽ANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF OLUNMASI
209
QUR᾽ANIN SONRAKI DÖVRLƏRDƏ TƏHRİF OLUNMASI 210
TƏHRİFƏ DAİR DƏLİLLƏR 211
ƏLİ (Ə)-IN YAZDIĞI QUR᾽AN NÜSXƏSİ
213
3. TƏHRİFƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
216
ÜÇÜNCÜ HİSSƏ
221
DÖRDÜNCÜ HİSSƏ 222
DOQQUZUNCU FƏSİL
224
QUR᾽ANIN YIĞILIB KİTAB HALINA SALINMASI 224
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
225
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏN EDİLƏN SUİ-
İSTİFADƏLƏR
225
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ VERİLƏN
CAVABLAR 234
BİRİNCİ CAVAB
234
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ
ÇARPAN NÖQSAN VƏ ÇATIŞMAMAZLIQLAR
234
BİRİNCİ SUAL:
234
QUR᾽AN NƏ VAXT BİR YERƏ YIĞILMIŞDIR?
234
İKİNCİ SUAL 235
ƏBU BƏKRİN XİLAFƏTİ DÖVRÜNDƏ QUR᾽ANIN YIĞILMASINI KİM ÖZ ÖHDƏSİNƏ
GÖTÜRMÜŞDÜR?
235
197
ÜÇÜNCÜ SUAL
235
QUR᾽ANIN YIĞILMASI ZEYD İBNİ SABİTƏ HƏVALƏ OLUNMUŞDURMU?
235
DÖRDÜNCÜ SUAL
235
QUR᾽ANIN BƏ᾽Zİ AYƏLƏRİ OSMANIN XİLAFƏTİ DÖVRÜNƏDƏK YAZILMIŞDIRMI?
235
BEŞİNCİ SUAL
236
OSMAN ÖZÜNÜN XİLAFƏTİ DÖVRÜNDƏ YAZILMIŞ AYƏLƏRDƏN BƏ᾽ZİLƏRİNİ
İXTİSARA SALIBMI? 236
ALTINCI SUAL
236
OSMAN ÖZ NÜSXƏSİNİ HANSI MƏNBƏDƏN YIĞA BİLMİŞDİR 236
YEDDİNCİ SUAL
236
QUR᾽ANIN YIĞILMASINI ƏBU BƏKRDƏN KİM İSTƏMİŞDİR?
236
SƏKKİZİNCİ SUAL
237
QUR᾽ANIN ƏSL NÜSXƏSİ HANSI XƏLİFƏ TƏRƏFİNDƏN YIĞILMIŞDIR VƏ BU
NÜSXƏDƏN KÖÇÜRÜLDÜKDƏN SONRA HANSI ŞƏHƏRLƏRƏ GÖNDƏRİLMİŞDİR?
237
DOQQUZUNCU SUAL
237
TÖVBƏ SURƏSİNİN SON İKİ AYƏSİ HANSI XƏLİFƏNİN DÖVRÜNDƏ QUR᾽ANA
ƏLAVƏ EDİLMİŞDİR?
237
ONUNCU SUAL
237
BU AYƏLƏRİ QUR᾽AN KATİBLƏRİNƏ KİM TƏHVİL VERMİŞDİR?
237
ON BİRİNCİ SUAL
237
BU İKİ AYƏNİn HƏQİQƏTƏN QUR᾽AN AYƏSİ OLDUĞU HANSI YOLLA İSBAT
OLUNUR?
237
ON İKİNCİ SUAL
238
OSMAN QUR᾽ANIN İMLA VƏ YAZILMASINI KİMLƏRƏ HƏVALƏ ETMİŞDİR
238
İKİNCİ CAVAB
239
198
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ
ÇARPAN ZİDDİYYƏTLƏR 239
QUR᾽AN PEYĞƏMBƏRİN (S) ÖZ ZAMANINDA YIĞILMIŞDIR
239
İRAD VƏ CAVAB
240
NƏTİCƏ
241
ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ CAVAB 243
ƏQL VƏ QUR᾽AN NÖQTEYİ-NƏZƏRİNDƏN QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL
OLUNMUŞ RƏVAYƏTLƏR 243
QUR᾽ANIN, QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ
BAXIŞI
243
QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ ƏQLİ DƏLİLLƏR
243
1. QUR᾽ANIN BƏLAĞƏTİ
244
2. PEYĞƏMBƏR
244
3. QUR᾽ANIN ƏZBƏRLƏNMƏSİ
245
4. SAVAB
245
BEŞİNCİ VƏ ALTINCI CAVAB
248
MÜSƏLMAN İCMASININ QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ
RƏVAYƏTLƏRƏ BAXIŞI
248
MÜSƏLMAN İCMASI MÜTƏVATİR OLMAYAN RƏVAYƏTLƏRLƏ QUR᾽ANIN İSBAT
OLUNMASINI QEYRİ-MÜMKÜN HESAB EDİRLƏR 248
MÜSƏLMAN İCMASI QUR᾽ANA ƏLAVƏLƏR OLUNMAMASINA İSTİNAD EDİRLƏR
249
İRAD VƏ CAVAB
250
NƏTİCƏ
251
QUR᾽ANIN YIĞILMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ DÜZGÜN NƏZƏRİYYƏ
251
ONUNCU FƏSİL
253
AYƏLƏRİN ZAHİRİ MƏ᾽NALARININ HÖCCƏT VƏ DƏLİL OLMASI
253
199
QUR᾽ANIN ZAHİRİ MƏ᾽NALARININ HÖCCƏT OLMASINI İSBAT EDƏN DƏLİLLƏR
254
1. QUR᾽AN ÜMUMBƏŞƏRİ KİTABDIR
254
2. QUR᾽AN PEYĞƏMBƏRLİYİ SÜBUTA YETİRƏCƏK DƏLİLDİR 255
3. QUR᾽AN, MÜSƏLMANLARIN MÜRACİƏT ETDİKLƏRİ ƏN BÖYÜK VƏ ƏN
MÖ᾽TƏBƏR MƏNBƏDİR
256
4. QUR᾽AN RƏVAYƏTLƏRİN MƏHƏK DAŞIDIR.
256
5. İMAMLAR QUR᾽ANIN ZAHİRİ MƏ᾽NALARINA İSTİNAD ETMİŞLƏR 256
QUR᾽ANIN ZAHİRİ MƏ᾽NALARININ HÖCCƏT OLMADIĞINI İSBAT EDƏN DƏLİLLƏR
258
1. QUR᾽ANIN DƏRK OLUNMASI MÜƏYYƏN İxTİSASMI TƏLƏB EDİR? 258
2. QUR᾽AN ŞƏXSİ RƏ᾽Y ƏSASINDA TƏFSİR OLUNMAMALIDIR 260
3. QUR᾽ANIN DƏRİN MƏ᾽NA DAŞIYAN AYƏLƏRİ 262
4. QUR᾽ANIN ZAHİRİ MƏ᾽NALARI NƏZƏRDƏ TUTULMurmu?
262
5. MÜTƏŞABİH AYƏLƏRƏ ƏMƏL OLUNMAMALIDIR
264
6. TƏHRİFİN, QUR᾽ANIN ZAHİRİ MƏ᾽NASININ HÖCCƏT OLMASINA GÖSTƏRDİYİ
TƏ᾽SİR 265
ON BİRİNCİ FƏSİL
267
SƏQƏLƏYN HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR 268
HARİS İBNİ HƏMDANİNİN ŞƏRHİ-HALI
268
«LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM» HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR
274
MÜƏLLİFİN BİR YƏHUDİ ALİMİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ
274
QUR᾽ANIN TƏRCÜMƏSİ VƏ TƏRCÜMƏYƏ LAZIM OLAN ŞƏRTLƏr
276
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ 278
İZAHAT
284
200
Dostları ilə paylaş: |