Microsoft Word az decision 225 Infectious Diseases



Yüklə 100,85 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü100,85 Kb.
#2178


“2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair 

Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 



 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, yoluxucu 

xəstəliklərin  qarşısının  alınması  və  onunla  mübarizəni  təmin  etmək  məqsədi  ilə 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1.  “2011-2015-ci  illər  üçün  yoluxucu  xəstəliklərin  immunoprofilaktikasına  dair 

Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur). 

2.  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi  və  digər  aidiyyəti  dövlət 

orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər. 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ 



 

Bakı şəhəri, 26 noyabr 2010-cu il 

№ 225

 

 



Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 

2010-cu il 26 noyabr tarixli 225 nömrəli 

qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR

 

 



2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair 

 

T Ə D B İ R L Ə R   P R O Q R A M I  



 

1. Giriş 

 

Azərbaycan  Respublikasında  yoluxucu  xəstəliklərlə  mübarizə  işi  səhiyyənin 



prioritet  sahələrindən  biridir.  İmmunoprofilaktikaya  dair  proqram  körpə  və  uşaq 

ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır. 

Dünya  miqyasında  immunoprofilaktika  tədbirləri  nəticəsində  bir  sıra  xəstəliklərin 

yayılma səviyyəsi xeyli azalmış, bir neçəsi isə tam ləğv olunmuşdur. 

2006-2010-cu  illəri əhatə edən “Yoluxucu xəstəliklərin  immunoprofilaktikasına 

dair  Tədbirlər  Proqramı”  çərçivəsində  respublikanın  poliomielitdən  azad  olması 

statusunun  saxlanılması,  qızılca  və  məxmərəyin  eliminasiyası,  anadangəlmə 

məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər hazırlanaraq 

həyata  keçirilmiş,  eləcə  də,  planlı  şəkildə  vaksinlərlə  idarə  olunan  digər  yoluxucu 

xəstəliklərə  qarşı  immunoprofilaktika  və  nəzarət  tədbirləri  aparılmışdır.  Aparılan 

tədbirlərin nəticəsidir ki, 2006-cı ildə qızılca xəstəliyi 270 hadisə, məxmərək xəstəliyi 

137  hadisə  qeydə  alındığı  halda,  2009-cu  ildə  bu  xəstəliklər  tamamilə  qeydə 




alınmamış, göyöskürək xəstəliyi azaldılmış, tetanus, difteriya xəstəlikləri isə tək-tək 

hallarda qeydə alınmışdır. 

Yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə rotavirus, B 

tipli  hemofil  infeksiyası  tərəfindən  törədilən  bakterial  meningitlər,  pnevmokok  və 

meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət tətbiq edilmişdir. Həmçinin 

yoluxucu  və  parazitar  xəstəliklərin  nozologiyaları  Xəstəliklərin  Beynəlxalq 

Təsnifatının  (XBT)  10-cu  baxışına  uyğunlaşdırılmış  və  rotavirus  infeksiyası, 

pnevmokok  meningiti  və  digər  infeksiyalar  tərəfindən  törədilən  meningitlər  kimi 

hesabat formasına əlavə edilmişdir. 

Yoluxucu xəstəliklər haqqında məlumatların toplanması, ötürülməsi, işlənməsi 

və 

bu 


məlumatların 

geniş 


təhlili 

prosesi 


təkmilləşdirilmiş, 

nəzarətin 

gücləndirilməsinə  və  operativliyinə  imkan  verən  yoluxucu  xəstəliklər  üzərində 

Elektron Müşahidə Sistemi tətbiq edilmişdir. 

Respublika  səviyyəsində  vaksin  və  digər  peyvənd  materiallarının  ehtiyatı 

yaradılmış və onların etibarlı saxlanması məqsədi ilə lazımi həcmdə “soyuq zəncir” 

avadanlığı  alınaraq,  onların  elektrik  enerjisi  ilə  fasiləsiz  təchizatı  təmin  edilmişdir. 

Vaksinlərin  və  digər  peyvənd  materiallarının  “soyuq  zəncir”  sisteminin  tələblərinə 

uyğun qaydada rayonlara daşınması təmin edilmişdir. 

Bundan  əlavə,  “soyuq  zəncir”  sisteminin  tələblərinə  uyğun  işləmək  üçün 

mütəxəssislər  hazırlanmışdır.  Vaksinlərin  alınmasının  planlaşdırılması,  vaksin  və 

inyeksiya  materialları  ehtiyatının  tənzimlənməsi  sistemi  təkmilləşdirilmişdir. 

Proqram  çərçivəsində  vaksinlərin  vurulması  üçün  özüməhvolan  şprislərin  və 

təhlükəsiz  qutuların  istifadə  edilməsinə  keçid  tədbirləri  başa  çatdırılmış  və 

epidemioloji  göstərişlərə  əsasən  əhalinin  immunlaşdırılması  üçün  vaksin  fondu 

yaradılmışdır. 

 

Azərbaycan Respublikasında profilaktik peyvənd təqvimi 



 

Yaşı


 

Peyvəndlər

 

Doğulduqdan 12 saat ərzində



 

Hepatit B

 

4-7-ci gün



 

BSJ (vərəmə qarşı), OPV (poliomielitə qarşı)

 

2 aylıqda



 

Hib- AGDT-HepB (hemofilis influenza, göyöskürək, 

difteriya, tetanusa qarşı), OPV

 

3 aylıqda



 

Hib- AGDT-HepB, OPV

 

4 aylıqda



 

Hib- AGDT-HepB, OPV

 

12 aylıqda



 

QPM (qızılca, parotit, məxmərəyə qarşı), vitamin A

 

18 aylıqda



 

AGDT (göyöskürək, difteriya, tetanusa qarşı), OPV, vitamin 

A

 

6 yaşında



 

QPM, ADT (difteriya, tetanusa qarşı), vitamin A

 

 

2. Tədbirlər Proqramının məqsəd və vəzifələri 



 

Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır: 




-  profilaktik  peyvənd  təqviminə  uyğun  olaraq,  peyvəndləmənin  yüksək 

səviyyədə saxlanılması;  

- immunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi;  

-  bütün  mərhələlərdə  yoluxucu  xəstəliklər  üzərində  epidemioloji  nəzarətin 

təmin edilməsi;  

- immunoprofilaktika sahəsində kadr hazırlığı;  

- məqsədli qruplar və əhali arasında sosial səfərbərliyin aparılması. 

 

3. Tədbirlər Proqramının maliyyələşdirilməsi 



 

Tədbirlər 

Proqramının 

reallaşması 

üçün 

tələb 


olunan 

xərclərin 

maliyyələşdirilməsi  müvafiq  illər  üzrə  dövlət  büdcəsinin  mərkəzləşdirilmiş 

xərclərində  “Səhiyyə”  bölməsi  üzrə  nəzərdə  tutulmuş  vəsaitlər  dairəsində  həyata 

keçirilir. 

 

4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər 



 

Sıra 


№-si

 

Tədbirlərin adı



 

İcraçılar

 

İcra müddəti 



(illər üzrə)

 

1



 

2

 



3

 

4



 

1. Profilaktik peyvənd təqviminə uyğun olaraq, peyvəndləmənin yüksək səviyyədə 

saxlanılması

 

1.1.



 

Məqsədli kontingent üçün profilaktik 

peyvənd təqviminə uyğun olaraq, 

vaksinlərin alınması üçün davamlı 

maliyyələşdirmənin təmin edilməsi

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi, 

Azərbaycan 

Respublikasının 

Maliyyə Nazirliyi

 

2011 — 2015



 

1.2.


 

Məqsədli kontingent üçün profilaktik 

peyvənd təqviminə uyğun olaraq, 

özüməhvolan şprislərin, həlledici şprislərin 

və immunlaşdırma zamanı əmələ gələn 

tullantıların zərərsizləşdirilməsi məqsədi 

ilə təhlükəsiz qutuların alınması üçün 

maliyyələşdirmənin təmin edilməsi

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi və 

Azərbaycan 

Respublikasının 

Maliyyə Nazirliyi

 

2011 — 2015



 

1.3.


 

Elektron sağlamlıq kartlarından istifadə 

etməklə, peyvəndləmənin səviyyəsinin 

monitorinqinin daima təmin edilməsi 

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi 

 

mütəmadi


 

1.4.


 

Peyvəndləmə səviyyəsi qənaətbəxş 

olmayan ərazilərdə monitorinqin 

keçirilməsi

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi 

 

tələb 


olunduqda

 

1.5.



 

Ərazilərdə seçmə yolu ilə əhali qrupları 

Azərbaycan 

2012 — 2013

 



arasında peyvəndləmənin səviyyəsi üzrə 

qiymətləndirici sorğunun aparılması

 

Respublikasının 



Səhiyyə Nazirliyi 

 

2. İmmunlaşdırmanın keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi



 

2.1.


 

Respublika səviyyəsində anbarlarda 

immunobioloji preparatların saxlanılması 

üçün 


soyuq zəncir

 sisteminin tələb 



olunan həcminin təmin edilməsi məqsədi 

ilə sıradan çıxmış dondurucu 

avadanlıqların dəyişdirilməsi 

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi 

 

2011


 

2.2.


 

Respublika səviyyəsində anbarlarda 

temperatur rejiminin daima monitorinqinin 

aparılması üçün onların lazımi texniki 

avadanlıqla təminatı 

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi 

 

2011


 

2.3.


 

İmmunobioloji preparatların daşınması 

üçün respublika səviyyəsində əlavə xüsusi 

avtonəqliyyat vasitəsilə təminat 

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi 

 

2011


 

2.4.


 

Yerli səviyyədə immunobioloji 

preparatların saxlanma şəraitinin 

yaxşılaşdırılması məqsədi ilə Gəncə şəhəri, 

Quba, Şəki, Sabirabad və Qazax 

rayonlarında soyuducu anbarların yenidən 

qurulması 

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi 

 

2012 — 2014



 

2.5.


 

Yerli tibb məntəqələri səviyyəsində 

immunlaşdırma tədbirlərini həyata keçirən 

tibb müəssisələrində sıradan çıxmış 

soyuq 


zəncir

 sisteminin avadanlıqlarının 



dəyişdirilməsi 

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi 

 

2011 — 2015



 

2.6.


 

İmmunobioloji preparatların keyfiyyətinin 

yoxlanılması üçün Dərman Vasitələrinin 

Analitik Ekspertiza Mərkəzinin xüsusi 

laboratoriya avadanlığı ilə təmin edilməsi

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi 

 

2012


 

2.7.


 

İmmunlaşdırma tədbirlərini həyata keçirən 

müalicə-profilaktika müəssisələrinin şok 

əleyhinə preparatlarla təmin edilməsi 

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi 

 

mütəmadi


 

3. Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin təmin edilməsi

 

3.1.


 

Yoluxucu xəstəliklər üzərində epidemioloji 

nəzarətin təmin edilməsi üçün respublika 

səviyyəsində laboratoriya xidmətinin 

maddi-texniki təminatının gücləndirilməsi 

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi

 

2012


 

3.2.


 

Yerlərdə mütəxəssislər üçün epidemioloji 

və laboratoriya nəzarətinə aid təlimlərin 

Azərbaycan 

Respublikasının 

2012 — 2013

 



keçirilməsi 

 

Səhiyyə Nazirliyi 



 

4. İmmunoprofilaktika sahəsində kadr hazırlığı

 

4.1.


 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)-in 

təcrübədə immunlaşdırma təlim kursuna 

aid metodiki tövsiyələrinin həkimlərin və 

orta tibb işçilərinin diplomdan sonrakı 

təlim proqramına mərhələlərlə tətbiqi

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi

 

2011 — 2014



 

5. Əhali arasında sosial səfərbərliyin aparılması

 

5.1.


 

Azərbaycan Respublikası Səhiyyə 

Nazirliyinin saytında immunoprofilaktika 

üzrə veb-resursun yaradılması 

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi

 

2011


 

5.2.


 

İmmunlaşdırmaya dair populyar ədəbiyyatın, 

bukletlərin, vərəqələrin, plakatların çap 

edilməsi


 

Azərbaycan 

Respublikasının 

Səhiyyə Nazirliyi

 

2011 — 2015



 

5.3.


 

Kütləvi informasiya vasitələri ilə məqsədli 

qruplar arasında immunlaşdırma 

proqramının təbliğinə dair məlumatların 

verilməsi

 

Azərbaycan 



Respublikasının 

Səhiyyə Nazirliyi, 

kütləvi informasiya 

vasitələri

 

mütəmadi


 

 

 



 

Yüklə 100,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin