“Siyasi və sosial iqtisadi coğ rafiya” fə nnində n imtahan suallarının
cavabları.
I kollokvium
1. Fənnin predmeti: dünya dövlətlərinin siyasi – iqtisadi cəhətdən
formalaşması və inkişaf xüsusiyyətləri. Məqsədi: bütün dünya ölkələri haqda
məlumat, onların təbii resurs potensialı, əmək ehtiyatları, dünyada tutduqları siyasi
ə
həmiyyəti və s. ilə əlaqədar araşdırmalar. Vəzifələri: Yerli ehtiyatlardan səmərəli
istifadə etməklə istehsalın intensivləşdirilməsi; dünyada və ayrı – ayrı bölgələrdə
bəşər cəmiyyətinin ərazi-təşkili xüsusiyyətləri; ölkələrin tarixi inkişafı
xüsusiyyətlərini nəzərə almaqlaməhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi;
dünyada baş verən proseslər və s.
2.İstehsalın yerləşmə qanunauyğunluqları: 1) İctimai istehsalın inkişafı
ə
sasında istehsalın yeni formalarının-ərazi–istehsal komplekslərinin (ƏİK)
yaradılması. 2) Regionların və iqtisadi rayonların təsərrüfatlarının kompleks
inkişafı. 3) Respublikaların, ayrı – ayrı rayonların inkişaf səviyyələrinin
bərabərləşdirilməsi;
İstehsalın yerləşmə prinsipləri:
1) istehsalın xammal, yanacaq, enerji
mənbələrinə və istehlak rayonlarına yaxınlaşması. 2) beynəlxalq əmək bölgüsünün
üstünlüklərindən istifadə etmək.
İstehsalın ərazi təşkilinin əsas tipləri:
1) texniki – iqtisadi amillər 2) təbii
amillər. 3) tarixi amillər. 4) sosial, siyasi, hərbi – strateji və başqa amillər.
3. İnsan cəmiyyətinin inkişafını əks etdirən dünyanın müasir siyasi xəritəsinin
formalaşması uzun tarixi yol keçmişdir. Siyasi xəritə bir neçə formalaşma
mərhələlərinə bölünür. 1) Qədim dövr-eramızın V əsrinə qədərki dövrü əhatə edir.
2) Orta əsrlər dövrü-V-XV əsrləri əhatə edir. 3) Yeni dövr-XV – XVI əsrlərdən I-
Dünya Müharibəsinin qurtarmasına qədər olan dövrə uyğun gəlir. 4) Ən yeni dövr
– I Dünya Müharibəsinin qurtarması və Rusiyada Oktyabr inqilabının qələbəsindən
sonra başlamışdır. XX əsrin 90- cı illərindən SSRİ daxilində milli – azadlıq
hərəkatının baş qaldırması ilə əlaqədar SSRİ kimi qüdrətli dövlət dünyanın siyasi
xəritəsindən silinir, müstəqil dövlətlər ortaya çıxır. Dünyanın siyasi xəritəsində
dəyişikliklər hələ də davam edir.
4. Dövlətlər iqtisadi – sosial inkişaf səviyyəsinə, yəni əhalinin adambaşına
düşən ərzaq və sənaye məhsulları, təhsil səviyyəsi, nəqliyyatla təminat, tibbin
keyfiyyəti və s-yə görə olan qruplara aid edilir.
Dünya ölkələri 2: İnkişaf etmiş ölkələr (İEÖ) və İnkişaf etməkdə olan ölkələr
(İEOÖ) qruplarına ayrılırlar. İEÖ - ə 60 – a qədər ölkə daxildir. Böyük 7 – lərə -
ABŞ, Yaponiya, AFR, Fransa, Britaniya, İtaliya və Kanada aid edilir. Yüksək
sosial inkişaf səviyyəsinə çatmış kiçik ölkələrə İsveçrə, Avstriya, Belçika,
Niderland, Norveç, və s. aid edilir. İEOÖ – in (inkişaf etməkdə olan ölkələr)
ə
ksəriyyətini – Asiya, Afrika, Latın Amerikası və Okeaniyada olan keçmiş
müstəmləkə ölkələri təşkil edir. (160 – a yaxın ölkə.)
5. Hal – hazırda dünyanın müasir siyasi xəritəsində 249 dövlət, xüsusi statuslu
ə
razi, müstəmləkə mülkü və ərazi mövcuddur. Ərazi dedikdə - keç kim tərəfindən
tanınmayan, qondarma, səlahiyyəti olmayan varlıq nəzərdə tutulur. Məsələn
Dağlıq Qarabağ, Kəşmir və s. Bundan başqa Şərq Avropada – Yuqaslaviyanın 5
dövlətə bölünməsi və Çexoslovagiyanın 2 yerə ayrılmasının yaddan çıxarmaq
olmaz.
6. Siyasi xəritədə dövlətlər ərazilərinin böyüklüyünü və kiçikliyinə (böyük,
orta, kiçik və cırtdan – mikro dövlətlər), əhalisinin sayına (100 mly – dan artıq
ə
halisi olan), coğrafi mövqelərinə (materikdaxili, dənizkənari; yarimada, ada,
arxipelaq
dövlətlərinə)
okeana
çıxışı
olmayan
dövlətlərə,
idarəetmə
formalaşmasına (respublika və monarxiya), inzibati - ərazi quruluşuna (Unitar və
fedarativ) və iqtisadi sosial – inkişaf səviyyəsinə (İEÖ və İEOÖ) görə
qruplaşdırılmışlar.
7. Təbii resurslar cəmiyyətin tələbatının ödənilməsi üçün istifadə olunan təbii
elemetlərdir. Bura – insan həyatı və məhsuldar qüvvələrin inkişafı üçün təbiətdə
istifadə edilən və edilməsi mümükün olan resurslar daxildir. Bu fəaliyyətdə iştirak
etməyən, lakin maddi istehsal və qeyri maddi istehsal sahələrində zəruri olan
komponenetlərdə var ki, o da təbii şərait anlayışıdır. Təbii resurslardan səmərəli
istifadə bütün dünya ölkələrinin başlıca problemidir. Təbii resurslar bəşəriyyət
yaranmamışdan əvvəl mövcud olmuş və onun insanlara ehtiyacı yoxdur. Lakin
insan yarandığı gündən indiyədək özünün tələbatlarını ödənilməsi üçün təbiətə
müraciət edir. Təbii resurslar tükənən, tükənməyən, bərpa olunan, bərpa
olunmayan, real, potensial, sadə, mürəkkəb, bir məqsədli, müxtəlif məqsədli və s.
bu kimi təsnifatlara bölünür.
8. Təbii resurslar bir çox sahələrə bölünür. Onların ən başlıcası – mineral
resurslardır. Mineral – xammal resurslarının ən əsas sahəsi olan – faydalı
qazıntılardır. Faydalı qazıntılar sırasında ən başlıca yer – mineral yanacaq
ehtiyatlarına məxsusdur. Mineral yanacaq ehtiyatları içərisində kömür
özünəməxsus yer tutur. Dünyada 15-30 trln ton kömür ehtiyatı aşkarlanmışdır.
Kömür ehtiyatının 90% - dən çoxu Şimal yarımkürəsində cəmlənmişdir. Dünya
ölkələri arasında ən çox kömür ehtiyatına malik – MDB, ABŞ və ÇXR – dır.
Ümumi ehtiyatın 80% - i bu dövlətlərin ərazisindədir. İEOÖ – dən – Hindistan,
Botsvana, Latın Amerikasının bir çox ölkələri də kömür ehtiyatlarına malikdirlər.
Dünyanın 83 ölkəsində kömür ehtiyatı kəşf edilmişdir.
9. Mineral resurslardan neft və qaz yanacağ növləri istehsalında xüsusi yer
tutur. Neft 102, qaz isə 85 ölkədə ehtiyatlara malikdir. Mövcud 30 nəhəng neft
yatağının 15 – i İran körfəzi sahillərində yerləşir. Bunlardan: Səudiyyə
Ə
rəbistandakı Qavar yatağını, həmin regionda Es – Saffaniya yatağını,
Küveytdəki – El – Burkan yatağını, İran İslam Respublikasındakı – Ağacari
yatağını, Alyaskadakı Prado-Bey yataşını və s. göstərmək olar. Bu ölkələrdən
başqa neft hasilatına görə - Rusiya, Meksika, Venesuela, Nigeriya, Litviya, ABŞ,
Kanada, Böyük Britaniya və s. fərqlənirlər. Qaz hasilatına görə isə RF, ABŞ,
Kanada, İran körfəzi ətrafi ölkələri, Böyük Britaniya, Hollandiya, Türkmənistan
və s. fərqlənir. Dünyanın nəhang qaz yataqları Qətərdə “Nord” adlanır. Bundan
başqa İranın Cənubi Pars yatağını, Niderlandın Qraningen əyalətindəki Slokteran
yatağını və s. göstərmək olar. Dünyadakı 20 nəhang qaz yatağından 9 – u RF – da
yerləşir.
10. Yer kürəsi alternativ enerji mənbələri ilə , yəni – geotermal enerji ilə də
zəngindir. Geotermal enerji mənbələri 2 tipə bölünür: 1) yeraltı təbii istilik
mənbələri (qaynar sular, buxar) 2) dağ süxurlarının daxili istiliyi. Geotermal enerji
4 əsas xasusiyyətcə malikdir: 1) onlar tükənməyən sərvətlərə aiddir. 2) bu enerji
mənbələri çox geniş yayılmışlar. 3) geotermal enerji böyük vəsait qoyuluşu tələb
etmir. 4) bu enerji mənbələri ekoloji cəhətdən tam zərərsizdir.
11. Torpaq resursları dünya torpaq fondunun təsərrüfat üçün yararlı hissəsidir.
Ümumi sahəsi 149 mln km
2
və ya 14, 9 mlrd ha – r. Ayrı-ayrı regionlar içərisində
torpaq fondunun böyüklüyünə görə Afrika, MDB, Xarici Asiya, Şimali və Cənubi
Amerika fərqlənirlər. İnsanlar torpaq fondunun strukturuna təsir etmiş, onu
tədricən dəyişdirmişlər. Bu, əkilən torpaqların genişlənməsi, otlaq və meşə
sahələrinin sıxışdırılması ilə izah olunur. Daha çox beçərilən torpaq sahələrinə
dövlətlərdən: ABŞ, Hindistan, RF, ÇXR, Kanada, Qazaxıstan və s-dir. Təbii
çəmənlik və otlaq sahələri bütün dünya regionlarında becərilən torpaqlardan
üstünlük təşkil edir. Meşə torpaqları – MDB; Xarici Avropa, Şimali Amerikada
böyük sahə tutur.
12. Dünya torpaq fondununh əsas problemi – kənd təsərrüfatına yararlı
torpaqların deqradasiyasıdır. Torpaqların deqradasiyasına – onların eroziyası,
çirklənməsi, şoranalaşma, bataqlıqlaşma və s. aid edilir. Bəşəriyyət artıq buna görə
2 mlrd ha məhsuldar torpaq sahəsini itirmişdir. Səhralaşma – Yer Kürəsində helə
insan cəmiyətinin formalaşdığı dövrdən əvvəl mövcud olmuşdur. Hal – hazırda
dünyanın 1/3 – ni tutan arid qurşaqda 8 mly km
2
sahəni səhralar tutur. (Şimali
Afrika və Asiyanın səhraları.) Bu sahənin yarıya qədəri dünyanın böyük səhrası –
Saxaranın payına düşür. Hazırda da məhsuldar torpaqların səhralara çevrilməsi
prosesi davam edir. Səhralaşmanın davam etməsinin başlıca amillərindən biri
insan fəaliyyətidir.
13. Yer kürəsinin ümumi su ehtiyatı 1386 mln km-dir. Onun yalnız 2,5% - i
həyat üçün zəruri olan şirin su ehtiyatıdır. Onların böyük həcmi Antraktida və
Qrenlandiyanın buzlaqlarında çəmlənmişdir. Hər nəfərə dünyada 230 mln m
3
– su
düşür. Suyun tükənməyən sərvətlərə aid edilməsinə baxmayaraq, o, dünyada qeyri
– bərabər paylanmışdır. Müasir dövrdə sürətlə artan şəhərlərin, sənayenin, kənd
təsərrüfatının su ilə təminatı müəyyən iqtisadi və ekoloji çətinliklərlə rastlaşır Bir
çox böyük şəhərlər üçün “su acılığı” xarakterikdir. Suyun böyük əhəmiyyəti var.
İ
nsan susuz – 3- 4 gündən artıq qala bilməz, tarlaların suvarılmasında, məişətdə,
bütün coğrafi təbəqədə, proseslərdə su iştirak edir.
14. Dünya Okeanının tərkibinə dənizlər, körfəzlər, boğazlar daxildir. Dünya
okeanının orta dərinliyi 3794 m, maksimal dərinliyi 11022 m – dir. (Marian
çökəkliyi) . Dünya okeanı 4 hissəyə ayrılır: 1) Sakit okean. 2) Atlantik okean. 3)
Hind okeanı. 4) Şimal Buzlu okeanı. Dünya okeanının mineral ehtiyatları 2
hissəyə: onun suyunda və dibində olan resurslara ayrılır. Dəniz suyunun əsas
resurslarından biri xörək duzu, maqneziumdur. Bundan başqa, kükürd, brom,
aliminium, mis, uran, gümüş, qızıl da vardır. Self zonasının əsas resursları neft və
qazdır. Bundan başqa, dəmir filizi, nikel, qalay, civə kimi faydalı qazıntıları da
göstərmək olar. Dəniz sahillərində səpələnmiş sərvətlər də Dünya okeanı
ehtiyatlarına aid edilir. (qalay, sirkon, almaz, kəhraba və s.)
15. Bitki resurslarının arasında meşələrin böyük əhəmiyyəti var. Meşələr
bərpa olunan resurslardır. Son 200 il ərzində meşə sahələri 2 dəfə azalmışdır.
Dünyanın meşə sahəsi 2 qurşaqda: şimal və cənub qurşaqlarında yerləşir. Şimal
meşə qurşağının meşə sahələri– RF, Kanada, ABŞ – dir. (iynəyarpaqlı meşələr
üstünlük təşkil edir.) Cənub meşə qurşağının 97% - i enli yarpaqlı meşələrdir.
Cənubda yerləşən tropik meşələr 76 dövlətin ərazisində: Afrikada, Latın
Amerikasında və Asiya dövlətlərindədir. Meşələr oksigeni bərpa edir, yeraltı suları
və torpağın məhsuldarlığını qoruyur. Meşə xammalından müxtəlif məhsullar
(kağız, mebel, tikinti materialları və s.) əldə olunur.
16. İqlim resurslarına tükənməyən günəş və külək enerjisi, rütubət daxildir.
Günəş enerjisi müxtəlif kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. O müxtəlif
göstəricilərlə ölçülü (coul, kilokolori və kilovat). Günəş enerjisindən bir çox
ölkələr istifadə edirlər. (ABŞ, Yaponiya, Fransa, İtaliya, Brazilya və s.) Küləyin
enerji potensialı da müxtəlif cür qiymətləndirilir. Bu potensial 300 mlrd kvt/saat
hesablanmışdır. Külək enerjisindən Çin, Hindistan, Misirdə 2000 il əvvəl istifadə
edilib. Hazırda Fransa, İtaliya, Danimarka, ABŞ və s. ölkələr külək qurğuları
sahəsində təcrübə yığmışlar. İqlim resursları kənd təsərrüfatına xidmət edən,
havanı, rütubəti, işiğı, istini özündə birləşdirən aqroiqlim resurslarını da əhatə edir.
17. İstirahət, müalicə, turizm məqsədləri üçün istifadə olunan rekreasiya
resursları istifadə olunma xüsusiyyətlərinə görə tanınırlar. Reakreasiya resursları
estetik və müalicə - sağlamlıq xüsusiyyətlərinə də malikdir. Onları təbii və
antropogen – rekreasiya resurslarına ayırırlar. Təbii – rekreasiya resurslarına –
okean, dəniz, çimərliklər, meşə örtüyü, mineral bulaqlar və s aiddir. Antropogen –
rekreasiya resurslarına - Misir ehramları, Qədim Çin Səddi, Yunanıstan, Romanın
qədim abidələri, Sankt – Peterburqdakı – Ermitaj, Hindistanda Tac – Mahal
məqbərəsi, və s. icəri – şəhər misal ola bilər.
18. Əhali məhsuldar qüvvələrin aparıcısi elementi olmaqla ən qiymətli kapital
hesab edilir. O istehsalla istehlak arasında körpü rolunu oynayır. Əhali dinamikası
onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Dünya
ə
halisinin sayı 7 milyarddan çoxdur. Hazırda dünya əhalisinin yarısının yaşı 25 –
dən az, 1 milyarddan çoxu 15-24 yaşındadır. Hazırda dünya əhalisi ildə 89 mly
nəfər artır. (1,33%). Proqnozlara görə, 2050 – ci ildə dünya əhalisinin sayı 7,3 –
10,7 mlrd nəfərə çatacaqdır. Əmək ehtiyatları dedikdə - əmək prosesində iştirak
edən (işləmək qabiliyyəti olan) insanlar baza düşürlər. (kişilər 17 – 65 yaş, qadınlar
17-60 yaş)
19. Dünya təsərrüfatı bütün ölkələrin təsərrüfatlarının məcmusu olaraq bir-
birilə sıx əlaqədə olan sahələrdən ibarətdir. Dünya təsərrüfatı müxtəlif ictimai –
iqtisadi – siyasi amillərin təsiri altında formalaşmış və çox mürəkkəb quruluşa
malikdir. O ən sadə alətlər istehsalından başlayaraq mürəkkəb elektron
texnikasından robot istehsalına qədər yol keçmişdir. Dünya təsərrüfatının əsas
sahəsi – sənayedir. Dnnya sənayesində 500 mln nəfərdən artıq işçi qüvvəsi çalışır.
(Çin, ABŞ, RF və s.) Sənayedə yanacaq energetika, metallurgiya, maşınqayırma,
kimya, tikinti, xalq istehlakı malları istehsalı dünya təsərrüfatının tanılan sahələri
sayılır.
20. Energetikaya – yanacaq növlərinin, elektrik enerjisi mənbələrinin axtarışı,
mənimsənilməsi, hasilatı, emalı və nəql edilməsi daxildir. Əsas enerji
daşıyıcılarına – neft, qaz, kömür, atom enerjisi aiddir. Yanacaq – energetikanın
ə
sas sahələrindən biri neft sahəsidir. Onun emalından 2500 – dən artıq məhsullar
alınır. Neftin geoloji ehtiyatı 800 mlrd tondan çoxdur. Bunun 70% - i Yaxın və
Orta Şərq ölkələrinin payına düşür. Neft ehtiyatlarının çoxu İEOÖ ərazisindədir.
Ə
n çox neft ixrac edən ölkələr Səudiyyə Ərəbistanı, İran, İraq, BƏƏ, Küveyt, RF,
ABŞ, Venesuela və s-dir. Yanacağın aparıcı sahələrindən biri də qaz sənayesidir.
RF – da 33%, Yaxın və Orta Şərqdə 30%, Şimali Amerika ölkələrində 5% qaz
ehtiyatı müəyyən edilmişdir. (İran, Səudiyyə Ərəbistanı, ABŞ, Əlcəzair, və s.).
Kömür yanacaq – energetika kompleksinin ən qədim sahələrindəndir. Ehtiyatı 30
trln t-dan çoxdur. Çində, ABŞ – da, CAR, Böyük Britaniya, Kanada və s.
Ölkələrdə istehsal edilir. Bunların payına ümumi istehsalın 60% - dən çoxu düşür.
21. Metallurgiya ağır və yüngül metallar istehsalını özündə birləşdirir.
Metallurgiya iki sahəyə ayrılır: qara və əlvan metallurgiya. Məhsul istehsalında
ölçüsünə görə qara metallurgiya üstünlük təşkil edir. Qara metallurgiyanın
xammalı olan dəmir filizi ehtiyatı dünyada 800 mlrd ton olmaqla – RF – da,
Brazilya, Avstraliya, Kanada, Hindistan və s. ölkələrdə aşkarlanmışdır. Dəmir filizi
hasilatında – Çin, Brazilya, Avstraliya, RF, Ukrayna, ABŞ və s. dövlətlər seçilirlər.
Regionlar arasında – polad istehsalında - Xarici Avropa, AFR, İtaliya, Böyük
Britaniya və s. tanınırlar.
22. Əlvan metallurgiya çuqun və polad əridilməsi kimi dünya sənayesinin
qədim sahələrindən hesab edilir. Dünyada 70 – dən artıq əlvan metal növü istehsal
olunur. Hal – hazırda dünyanın 50- dən artıq ölkəsində alüminium istehsal olunur.
Müasir dünyada ABŞ, RF, Çin, Kanada, Avstraliya, CAR ən çox alüminium
istehsal edir. Mis konsentratı istehsalında Çili, ABŞ, Kanada, Çin, Peru tanınırlar.
Dünyanın 100 dən çox ölkəsində qızıl hasil olunur. (CAR, ABŞ, Avstraliya,
Kanada və s.)
23. Maşınqayırma dünya emal sənayesinin aparıcı sahələrindəndir.
Maşınqayırmanın metal emalı da daxil olmaqla 200-dən çox istehsal sahəsi var. O,
ümumi maşınqayırma, nəqliyyat maşınqayırması, elektron, elektrotexnika,
cihazqayırma, kənd təsərrüfatı maşınqayırması, hərbi – texniki və s. sahələrə
ayrılır. Müasir maşınqayırmanın ən yeni sahəsi aviaraket – kosmik sənayesi sayılır.
Raket və kosmik aparatlar istehsalı ABŞ, Rusiya, Fransa, Böyük Britaniya üçün
səciyyəvidir.
Robot
texnikasında
Yaponiya
dünyada
liderlik
edir.
Dəzgahqayırmada Qərbi Avropa ölkələri, Şimali Amerika, Yaponiya, Çin;
gəmiqayırmada
–
Koreya,
Yaponiya,
Çin,
Almaniya,
avtomobil
maşınqayırmasında ABŞ, Yaponiya, AFR, Fransa, Koreya Respublikası və s. təşkil
edirlər. Dünyada “Ceneral - Motors” (ABŞ) Yaponiyanın “Toyota”, “Nissan”,
“Xonda”, Almaniyanın “Folksvagen”, İtaliyanın “FİAT”, Fransanın “Reno” və s.
avtomobil koorporasiyaları fəaliyyət göstərirlər.
24. Kimya dünya sənayesinin ən cavan sahələrindəndir. Kimyanı başqa
təsərrüfat sahələri ilə kombinələşdirdikdə koks – kimya, neft – kimya, meşə -
kimya və s. kimi istehsal sahələri yaranır. Kimya müxtəlif mineral sərvətlərdən,
oduncaqdan, sudan, havadan, istehsal tullantılardan geniş istifadə edir. Kimya
sənayesi mədən, əsas sintez, polimerlər və s. kimyasından, habelə parfumeriya,
kosmetika məhsulları verən zərif kimyadan ibarətdir. Mineral kübrə üzrə
ixtisaslaşmış regionlardan: 40% - Xarici Asiya, 25% - Şimali Amerika, 15% -
MDB, 12% - Qərbi Avropa – dır.Kimya sənayesi üzrə ixtisaslaşmış ölkələrdən:
Çin, ABŞ, Kanada, Hindistan,RF,AFR, Belarusiya, Fransa və s – dir.
25. Dünya təsərrüfatının aparıcı sahələrindən biri də tikinti materialları
sahəsidir. Dünyanın ayrı – ayrı regionlrında sement, kərpic, qips, şüşə və s verə
bilən müəssisələr yaradılmışdır.. Bu məhsullar əsasında iri evtikmə kombinatları,
dəmir-beton, şifer, divar blokları və s. istehsal olunmaqdadır. Tikinti materialları
sahəsində sement istehsalı aparıcı sayılır. Hazırda RF – da 50 mlyn ton,
Azərbaycanda 1,3 myn ton çox sement istehsal olunur. Dünya ölkələrindən Çin,
ABŞ, Fransa, Yaponiya, Kanada və s. fərqlənirlər. Digər istehsal sahələrindən biri
də tikinti şüşələri müəssisələridir. (RF, Ukrayna, Mərkəzi Asiyada, Azərbaycan və
s.)
Dostları ilə paylaş: |