Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı



Yüklə 121,03 Kb.
səhifə1/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
  1   2   3   4   5   6   7   8   9   ...   65
mikro imtahan sualları
sitologiya

  1. Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı

Mikrobiologiya (yunanca mikros-kiçik, bios-həyat, loqos-elm) mikroblar – mikroorqanizmlər haqqında elmdir. Mikroorqanizmlər təbiətdə geniş yayılmışdır, onlar havada, suda, torpaqda, qida məhsullarında, insan və heyvan orqanizminin, eləcə də bitkilərin həm daxilində, həm də bədən səthində rast gəlinir. Mikroblar bitkilər və heyvanlar aləminə münasibətinə görə iki cür: xeyirli və zərərli olur. Xeyirli mikroorqanizimlər torpaqdan bitkilər üçün zəruri olan maddələrin parçalanmasinda, zülalarin, antibiotiklərin, fermentlərin,və vitaminlərin sintez olunmasinda,  böyük əhəmiyyətə malikdir. Faydalı mikroorqanizimlərlə yanaşı, insan, heyvan və bitkilərdə müxtəlif xəstəlik törədən, yəni patogen mikroblar da mövcuddur. Mikroorqanizimlər 17 ci əsrin axırlarında kəşf olunmuşdur. Mikrobiologiyanın bir elm kimi formalaşması mikroskopun kəşfi ilə bağlıdır. A.Levenhuk cavan yaşlarında şüşə cilalamaqla məşğul olmuş və 160-300 dəfəyə qədər böyütmə qabiliyyətinə malik linzalardan ibarət sadə mikroskoplar hazırlamışdır. A.Levenhuk tərəfindən bu canlıların hər yerdə müşahidə edilməsinə baxmayaraq o, onların nə kimi proseslərdə iştirak etdiklərinə dair heç bir fikir söyləməmişdir. Lakin mikrobiologiya məşhur fransız alimi Lui Pasterin kəşflərindən sonra 19 cu əsirdə bir elim kimi formalaşmağa başlamış və qısa bir zamanda çox böyük nailiyyətlər əldə etmişdir. Mikrobların təbiətdəki geniş rolu ilə əlaqədar olaraq, mikrobiologiyanın vəzifələri də çox şaxəli istiqamət almışdır.   Hazırda mikrobiologiyanın ümumi mikrobiologiya, tibbi mikrobiologiya, baytarlıq mikrobiologiyası, texniki mikrobiologiya kimi sahələri müstəqil elm kimi inkişaf etməkdədir. Müasir tibbi mikrobiologiya bir neçə hissəyə bölünür: 1.Bakteriologiya . 2.Protozoologiya . 3.Virusologiya . 4.Mikologiya. Keçmiş zamanlarda insanlar mikroorqanizimlərin yolxucu xəstəlik törətməsindən şübhələnirdilər. İbn Sina hesab edirdi ki, yolxucu xəstəliklərin baş verməsinin səbəbi gözlə görünməyən xırda, canlı varlıqlardır və bunlar su, hava vasitəsilə insanlara keçir. 16 cı əsirdə italyan həkimi Frakastor infeksion xəstəliklərin əmələ gəlməsi haqqında canlı “kontagia” nəzəriyyəsini irəli sürmüş və yoluxmanın 3 yolunu müəyyən etmişdi: 1.Bilavasitə təmasda olmaqla; 2. Yoluxmuş əşyalarla; 3. Müəyyən məsafədən hava vasitəsilə. Lakin bu dövrdə heç kəs mikroorqanizmlərin mövcudluğunu sübut edə bilməmişdi. Çünki bunun üçün nə praktik elmi baza, nə də maddi-texniki şərait var idi. A.Levenhuk çirkli gölməçə suyunu, dişin üzərindəki ərpi və s. materialları mikroskop altında tədqiq edərək, onlarda daima mikroblar olduğunu müəyyən etmişdi. A.Levenhukun çəkdiyi  şəkillərə və onun təsvirlərinə əsaslanaraq güman etmək olar ki, o, mikrobların əsas 3 formasını: dəyirmi, çöpəbənzər və qıvrım formalarını müşahidə etmişdi. Bu dövr mikrobiologiyada morfoloji dövr adlanır. Mikrobiologiya 19 cu əsrin ikinci yarısından etibarən müstəqil bir elm kimi inkişaf etməyə başlamış və qısa bir müddətdə, demək olar ki, məlum olan xəstəliklərin çoxunun törədiciləri kəşf edilmişdi. Müasir mikrobiologiyanın qabaqcıl bir elm kimi inkişaf etməsində fransız alimi Lui Paster olduqca mühüm rol oynamış və onun əsasını qoymuşdur. L.Paster mikrobioloji tədqiqata qıcqırma prosesini öyrənməkdən başlamış və 1857-ci ildə sübut etmişdi ki, bütün qıcqırma prosesləri mikrobların həyat fəaliyyətindən asılıdır. Mikroorqanizmlərin öz-özünə törəməsi haqqındakı mübahisəni də qəti surətdə həll etmək şərəfi L.Pasterə nəsib oldu. Demək olar ki, mikrobiologiyanın ən mühüm inkişaf mərhələləri Lui. pasterin  adı ilə bağlıdır.   Alman alimi Robert  Kox da mikrobiologiyanın görkəmli nümayəndələrindən biridir. O, vərəm və vəba törədicilərini kəşf etməklə bərabər, onların becərilməsi və təmiz kurturalarının əldə edilməsi üsulunu ilk dəfə təklif etmişdir. R.Kox bakteriyaları anilin boyaqları ilə boyamaq təklifi bakteriyaların morfologiyasını daha ətraflı öyrənməyə imkan vermişdir. Mikrobiologoya sahəsindəki bir çox əhəmiyyətli kəşflər görkəmli rus alimlərinin adı ilə bağlıdır. Onlardan İ.İ.Meçnikovu, S.N.Vinoqradskini, Qamaleyi misal gösdərmək olar.



  1. Yüklə 121,03 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə