MikroorqanizmləRDƏ qicqirma prosesi



Yüklə 21,02 Kb.
səhifə7/8
tarix02.01.2022
ölçüsü21,02 Kb.
#35912
1   2   3   4   5   6   7   8
qıcqırma prosesi

Sirkə turşusuna qıcqırma.

Sirkə turşusu qıcqırması bakteriyaların etil spirtini sirkə turşusuna oksidləşdirməsi prosesidirki, buda aşağıdakı reaksiya üzrə reallaşır:

CH3CH2OH + O2 = CH3COOH + H2O + X kkal enerji.

Belə qıcqırma qədim dövrlərdən məlumdur. Süfrəçaxırı və ya pivə ağzı açıq qaldıqda bir-iki gündən sonra içkinin səthində bozumtul ərp əmələ gəlir. Bu zaman çaxır (pivə) bulanır və turşuyur, yəni çaxır sirkəyəçevrilir. Bu sirkə turşusu bakteriyaları ilə əlaqədardır. Sirkə turşusu qıcqırması zamanı etil spirtinin oksidləşməsi reaksiyası iki mərhələdə gedir. Əvvəlcə sirkə aldehidi əmələ gəlir, sonra isə bu sirkə turşusuna oksidləşir.

2CH3CH2OH + O2  2CH3CHO + 2H2O – sirkə aldehidi.

2CH3CHO + O2  2CH3COOH – sirkə turşusu.

Sirkə turşusuna qıcqırmanın törədiciləri. Sirkə turşusu bakteriyaları, qrammüsbət, çöpşəkilli, sporəmələgətirməyən, mütləq aerob orqanizmlərdir. Onların arasında hərəkətli və hərəkətsiz bakteriyalar vardır. Onlar turşuya davamlıdır və bəziləri mühitin turşuluğu 3,0 olduqda belə inkişaf edə bilir. Bunlar üçün pH-ın optimalgöstəricisi 5,4-6,3-dür. Sirkə turşusu bakteriyaları iki cinsə daxil edilir: Gluconobacterium – polyar qamçılıçöpdür, sirkə turşusunu oksidləşdirə bilmir və Acetobacter – peritrix qamçılıdır, sirkə turşusunu karbon qazı və suya oksidləşdirir. Bu bakteriyalar hüceyrələrinin ölçüsünə, spirtə davamlılığına, mühitdə çox və ya az miqdarda sirkə turşusu əmələgətirmə qabiliyyətinə və digər əlamətlərə görə fərqlənirlər. Məsələn, Acetobacter aceti mühitdə 6% sirkə turşusu, A.aceti.orleanensis - 9,5% sirkə turşusu əmələ gətirir. Bu bakteriyalar 30°C temperaturada, mühitdə 10-12% etil spirti olduqda prosesi daha fəal aparırlar.


Yüklə 21,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə