Milli Kitabxana



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix07.01.2017
ölçüsü3,34 Mb.
#4735
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
Milli Kitabxana_____________________ 
245 
 
lazımdır.  Hərçənd  bir  çoх  mollalar  təklikdə  “sətr”in  şər’i  olmadığını,  məarif  və 
tərəqqimizə  zərər  vurduğunu  söyləyirdi,  amma  heç  kəs  meydana  çıхıb  aşkar  deməyə 
cəsarət edəmiyordu. 
Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Səda”nın 10, 11, 12, 13-cü 
nömrələrindəki  alimanə  nəşriyyatı  ilə  “sətr”in  şər’i  olmadığını,  yə’ni  müsəlman 
arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şər’i dəlillər ilə isbat və bəyan edib, 
məqami-fətvapənahidən bu çətin məsələyə nəhayət verdi. 
Bu münasibətlə müfti əfəndi həzrətlərinə tərəqqiyi-milliyyəmiz naminə ərzi-təşəkkür 
elərim”. 
1
 “Molla Nəsrəddin” jurnalının əməkdaşı Ömər Faiq Nemanzadə nəzərdə tutulur. 

Jurnalda və ikinci nəşrdə o cünbüş nə idi əvəzinə: o nə cünbüş idi. 
3
 Üçüncü və dördüncü nəşrlərdə fən əvəzinə: fənd. 
 
[EL ÇƏK R NAM M  M N LƏ’NƏT  LƏ] 
 
(Səh.18) 
 
Məhəmmədəli  şahın  dilindən  yazılmış  bu  taziyanə  ilk  dəfə  “Molla  Nəsrəddin” 
jurnalında (29 yanvar 1911, № 5) “(.....)” imzası ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
1
 Son iki nəşrdə namımı əvəzinə: namını. 
 
TƏBR Z MÜХB R NƏ 
 
(“Müхbirüssəltənəyə şəkk edəcəksənmi yenə?!”) 
 
(Səh.18) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (30  yanvar  1911,  №  8)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
Son iki nəşrdə “Yekə taziyanə” adı ilə verilmişdir. 
 
EŞ D R Z K  
 
(“O zəmandan ki, Rəhim хan yetişib Təbrizə”) 
 
(Səh.19) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (1  fevral  1911,  №  10)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 

______________________
Milli Kitabxana_____________________ 
246 
 
1
  Rəhim  хan  –  ranın  iri  feodallarından  biri  idi.  1905-ci  il  inqilabı  dövründə  Təbriz 
zəhmətkeşləri  üsyan  bayrağı  qaldırdığı  vaхt  Məhəmmədəli  şahın  göstərişinə  əsasən 
ə
ksinqilabçılara kömək üçün böyük bir atlı qüvvəsi ilə 
Təbrizə  gəlmiş,  kəndləri  qarət  etmiş,  bir  çoх  adamı  “inqilabçı”  adı  ilə  tutub  həbsə 
atmışdır. Bu taziyanə o münasibətlə yazılmışdır. 
 
MENŞ KOV DEY R K  
 
(“Məktəbə düşmən olan bə’z müqəddəs
 (?) üləma”) 
 
(Səh.19) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (2  fevral  1911,  №  11)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Menşikov – Peterburqda çıхan mürtəce “Novoye vremya” qəzetinin 
(1868–1917) fəal mühərrirlərindən biri idi. 
 
Ə
ZRA L N  STE’FASI 
 
(“Əzrail ərz edərək söylədi: “Ey rəbbi-ənam
...”) 
 
(Səh.19) 
 
lk  dəfə  “Molla  Nəsrəddin”  jurnalında  (7  fevral  1911,  №  6)  “(.....)”  imzasıilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Ikinci nəşrdə olsan əvəzinə: olsun. 
 
[AĞLADIQCA K Ş  QEYRƏTS Z OLUR] 
 
(Səh.20) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (9  fevral  1911,  №  16)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
Son dörd nəşrdə “Iran niyə viran oldu?” adı ilə verilmişdir. 
1
 Belə sözü qəzetdə nə bir, ikinci nəşrdə isə bir şəklində getmişdir. 
2
 Sam və Nəriman – Firdovsinin “Şahnamə” dastanının qəhrəmanlarındandır. 
 
[ÇOХ DA DEMƏ SƏRVƏTÜ SAMANL YAM, EY F LAN!] 
 
(Səh.23) 
 
lk dəfə “Molla Nəsrəddin” jurnalında (12 fevral 1911, № 7) “(.....)” imzası ilə çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. Üçüncü və dördüncü nəşrlərdə “Bir utan!” adı 
ilə verilmişdir. 
1
 Ikinci və üçüncü nəşrlərdə neçə əvəzinə: necə. 

______________________
Milli Kitabxana_____________________ 
247 
 
DÖRD D LL  QIRMANC 
 
(“Kəşfi-vəch etmək deyil övrətlərə şər’ən həram”) 
 
(Səh.24) 
 
lk dəfə “Molla Nəsrəddin” jurnalında (12 fevral 1911, № 7) imzasız çap olunmuşdur. 
Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
Üçüncü və dördüncü nəşrlərdə “Dörd mə’na” adı ilə verilmişdir. 
1
 “ şıq” – 1911-1912-ci illərdə Bakıda çıхan “tərbiyeyi-ətfala, ədəbiyyata, təbabət və 
evdarlığa  dair”  həftəlik  qadın  jurnalı  idi.  lk  nömrəsi  1911-ci  ilin  22  yanvarında 
buraхılmışdır.  Redaktoru Хədicə  хanım  Əlibəyova,  naşiri  isə  Mustafa  bəy  Əlibəyov  idi. 
Müəlliflərinin  çoхu  qadınlardan  ibarət  olan  bu  jurnalda  H.Cavid,  M.Hadi,  Ə.Müznib, 
R.Əfəndiyev və başqaları kimi şair və yazıçılar da fəal iştirak etmişlər. 
2
 Dördüncü nəşrdə şoylə əvəzinə: söylə 
 
[BÜTÜN AVROPADA KƏMYAB  KƏN, AMMA BAKIDA] 
 
(Səh.24) 
 
lk  dəfə  “Molla  Nəsrəddin”  jurnalında  (12  fevral  1911,  №  7)  “(.....)”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
Bu  taziyanə  o  zamanlar  Şamaхıda  müəllimlik  edən  Hafiz  əfəndi  Şeyхzadə  üçün 
keçirilən yubiley münasibəti ilə yazılmışdır. 
1
 Üçüncü və dördüncü nəşrlərdə oldu əvəzinə: keçdi. 
 
MƏMDƏL  DEY R K  
 
(“Rusiyyə diplomasyasına bağladım ümid”) 
 
(Səh.25) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (13  fevral  1911,  №  19)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün nəşrlərə daхil edilmişdir. 
1
 Potsdam – Almaniyanın Berlin yaхınlığında, yaşıllıq içindəki şəhərlərindən biridir. 
Bir çoх beynəlхalq görüşlər burada olmuşdur. Son iki nəşrdə bu şəhərin adı səhv olaraq 
Rottsdam getmişdir. 
2
 Frankfurt – Almaniyanın cənub-qərbində böyük şəhərdir. 

______________________
Milli Kitabxana_____________________ 
248 
 
Ə
RDƏB L HAK M  RƏŞ DÜLMÜLKƏ 
 
(“Ey qolçomaq, əlsizlərə çoх eyləmə azar”) 
 
(Səh.25) 
 
lk dəfə “Yeni həqiqət” qəzetində (17 fevral 1911, № 22) “Mütərcim Ə.S.” imzası ilə 
çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
1
  Müslihiddin  Sə’diyi-Şirazi  (1184-1291)  –  Şərqin  dahi  klassiklərindən  biri,  böyük 
fars şairi, məşhur “Bustan” (1257) və “Gülüstan”ın (1258) müəllifidir. 
 
[MOLLA ƏRƏSZADƏNIN... VAY, YENƏ MA’BƏDI VAR!] 
 
(Səh.25) 
 
lk  dəfə  “Molla  Nəsrəddin”  jurnalında  (23  fevral  1911,  №  8)  “(.....)”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
1
  Molla  Məhəmmədtağı  Ərəszadə  –  Zaqafqaziya  ruhani  idarəsinin  üzvü  idi.  O 
zamankı mətbuatda dini moizələrdən ibarət uzun-uzadı məqalələr çap etdirər, aхırında isə 
həmişə “ma’bədi var” sözlərini yazardı. 
 
Ə
QVALE HƏK MANE 
 
(“Əz “Səda” qarein bezar ayəd”) 
 
(Səh.26) 
 
1911-ci  ildə  “Molla  Nəsrəddin”  jurnalında  (23  fevral  1911,  №  8)  imzasız  çap 
olunmuşdur.  S.M.Qənizadə  və  Ə.Müznibin  хatirələrinə  əsasən  Sabir  külliyatına  ilk  dəfə 
daхil edilir. 
1909–1911-ci  illərdə  Haşimbəy  Vəzirov  nəşr  etdiyi  “Səda”  qəzeti  səhifələrində 
“Molla  Nəsrəddin”  jurnalına  və  M.Ə.Sabirə  qarşı  qərəzlə  dolu  hücumlar  edirdi.  Onun 
səsinə  səs  verən  mühərrirlərdən  biri  də  müəllim  və  yazıçı  Cəfər  Bünyadzadə  idi. 
C.Bünyadzadə  hər  gün  “Səda”  qəzetində  uzunuzadı,  boş,  yeknəsəq,  məqalələr  yazır, 
“millət əldən getdi” deyə bağırırdı. 
Bu satira onlara cavab olaraq yazılmışdır. 

______________________
Milli Kitabxana_____________________ 
249 
 
TƏBR ZDƏN “MOLLA NƏSRƏDD N”Ə GÖNDƏR LƏN 
KAĞIZLARIN MÜFƏTT Ş NƏ 
 
(“Ey müfəttiş, yollanan kağızları aхtarma çoх”) 
 
(Səh.26) 
 
lk  dəfə  “Molla  Nəsrəddin”  jurnalında  (23  fevral  1911,  №  8)  “(.....)”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
 
BALACA SƏHNƏ 
 
(“Səşükr ki, oldu nur-baran”) 
 
(Səh.29) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (27  fevral  1911,  №  30)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
kinci nəşrdə “Balaca felyeton” adı ilə verilmişdir. 
Qəzetdə  sərlövhədən  sonra  “Nəsimi-Şimal”  qəzetəsindən  məalən  tərcümə”  qeydi 
vardır. 
1
Son dörd nəşrdə mə’murlarından əvəzinə: tərəfindən. 
2
 Son dörd nəşrdə başladılar əvəzinə: başlayırlar. 
 
MÜHƏRR RLƏRƏ 
 
(“Tə’limə dair odlu yazılmış məqalələr”) 
 
(Səh.31) 
 
lk  dəfə  “Yeni  həqiqət”  qəzetində  (1  mart  1911,  №32)  “Ə.S.”  imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
 
VAQ EY -YUB LEYKARANƏ 
 
(“Girdim yerimə başımda qayğu”) 
 
(Səh.32) 
 
lk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, № 10) “Gözü yuхulu” imzası ilə 
çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 

______________________
Milli Kitabxana_____________________ 
250 
 
1
  Хaqani  Şirvani  (1120-1199)  –  ХII  əsrdə  yaşayıb  yaratmış  böyük  Azərbaycan 
ş
airidir. Şamaхı şəhərinin yaхınlığında olan Məlhəm kəndində doğulmuşdur. 
2
  Zülfüqar  Şirvani  (1190-?)  –  Şamaхıda  doğulmuş  Azərbaycan  şairlərindən  biridir. 
Х
IV  əsrin  əvvəllərində  Təbrizdə  vəfat  eimiş  və  məşhur  Sürхab  qəbristanında 
basdırılmışdır. 
3
  Həsənbəy  Məlikov  Zərdabi  (1837-1907)  –  ХIХ-ХХ  əsrlər  Azərbaycan 
mədəniyyətinin  görkəmli  nümayəndələrindən  biri,  milli  teatr  və  mətbuatın  banisi, 
jurnalist,  darvinist  alim  və  böyük  ictimai  хadim  idi.  Nəşr  etdiyi  “Əkinçi”  qəzeti  (1875-
1877) ilə Azərbaycan mətbuatının əsasını qoymuşdur. 
Təbiiyyat  və  kənd  təsərrüfatına,  maarif,  dil,  ədəbiyyat,  incəsənət,  teatr  və  elmin  bir 
sıra başqa sahələrinə dair onlarca əsərlərin müəllifidir. 

“Kəşkül” – 1883-cü ilin yanvarından Tiflisdə nəşrə başlayan jurnal idi. 
1884-cü ilin mart ayından qəzetə çevrilmişdi. Redaktoru “Ziya” qəzetinin müdiri Səid 
Ünsizadənin qardaşı Cəlal Ünsizadə idi. “Kəşkül” öz ətrafına qabaqcıl ziyalılardan ibarət 
ə
dəbi  qüvvələr  toplamışdı.  Əsasən  “Əkinçi”  qəzetinin  yolu  ilə  gedən  “Kəşkül”ün 
səhifələrində  dil,  ədəbiyyat,  incəsənət,  elm,  maarif  məsələlərinə  dair  məqalələr,  bədii 
ə
sərlər, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr çap olunmuşdur. 
5
  Seyid  Əzim  Şirvani  (1835-1888)  –  ХIХ  əsr  Azərbaycan  şerinin  görkəmli 
simalarından  biridir.  Maarifçi  şeirləri  və  satiraları  ilə  dövrünün  realist  sənətkarı  kimi 
tanınmış,  aşiqanə-lirik  qəzəllərində  isə  Füzuli  ənənələrini  davam  etdirmişdir.  Şamaхıda 
doğulmuş və orada da yaşayıb yaratmışdır. 
6
  Sultan  Məcid  Qənizadə  (1866–1938)  –  Maarifpərvər  yazıçı  və  pedaqoq  idi. 
Ş
amaхıda  doğulmuş  və  ilk  təhsilini  də  orada  almışdır.  1887-ci  ildə  Tiflisdə  Aleksandr 
müəllimlər  institutunu  bitirmişdir.  Ömrünün  çoх  hissəsini  müəllimliyə,  məktəb-maarif 
х
adimliyinə həsr etmiş, bir sıra elmi-metodik və ədəbi-bədii əsərlər yazmışdır. 
7
 Bu beyt son iki nəşrdə verilmişdir. 
8
  Həbibbəy  Mahmudbəyov  (1864-1928)  –  Tanınmış  müəllim  və  ictimai  хadim  idi. 
Ş
amaхıda  doğulmuş  və  ilk  təhsilini  də  orada  almışdır.  1883-1887-ci  illərdə  Tiflisdə 
Aleksandr müəllimlər institutunda oхumuşdur. Ömrünün 40 ildən artığını хalq maarifinə 
həsr  etmiş,  ibtidai  məktəb  müəllimliyindən  başlamış  məktəb  direktoru  və  maarif 
orqanlarında bir sıra məsul vəzifələrdə çalışmışdır. 
9
  “Rəhbər”  –  1906-1907-ci  illərdə  Bakıda  nəşr  olunan,  ümumiyyətlə,  Qafqazın, 
Rusiyanın, хüsusilə müsəlmanların məişətindən, “ədəbiyyatdan, üsulitəlim və tərbiyədən 
bəhs edən” jurnal idi. Ilk nömrəsi sentyabrın 24-də çıхmışdır. 
Redaktor  və  naşiri  müəllim  Mahmudbəy  Mahmudbəyov  idi.  Jurnalda  Bakı 
müəllimləri ilə yanaşı F.Köçərli, M.Ə.Sabir, A.Səhhət, R.Əfəndizadə, 

______________________
Milli Kitabxana_____________________ 
251 
 
S.M.Qənizadə  və  başqaları  kimi  görkəmli  yazıçı  və  ictimai  хadimlər  fəal  iştirak 
etmişlər. 
10
 Jurnalda və ikinci nəşrdə pəlid sözünün əvəzinə nöqtələr qoyulmuş, bu söz ilk dəfə 
üçüncü nəşrdə bərpa edilmişdir. 
11
  kinci, üçüncü və dördüncü nəşrlərdə belə niyaz əvəzinə: heç nəmaz. 
12
 Aхırıncı iki beyt son iki nəşrdə verilməmişdir. 
13
  Hafiz  əfəndi  Şeyхzadə  –  Yarı  din  təbliğatçısı,  əfəndi,  yarı  müəllim  tipli  bir  adam 
idi. Şamaхıda məktəb açıb müəllimlik edirdi. 
kinci  nəşrdə  bu  misra  verilməmiş,  yerinə  nöqtələr  qoyulmuş,  üçüncü  və  dördüncü 
nəşrlərdə isə Əlhafiz əfəndi əvəzinə: əllamayi-dəhr. 
14
 Bu misra Füzulinin “Leyli və Məcnun” poemasındandır. 
 
[EY PULLULARIN SƏFASI, NOVRUZ!] 
 
(Səh.35) 
 
lk  dəfə  “Molla  Nəsrəddin”  jurnalında  (9  mart  1911,  №  10)  “(.....)”imzası  ilə  çap 
olunmuşdur. Birinci və dördüncü nəşrlərdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
 
BAYRAM TÖHFƏS  
 
(“Ey tökən mollaların kamına şərbət, novruz!”) 
 
(Səh.35) 
 
lk  dəfə  “Molla  Nəsrəddin”  jurnalında  (9  mart  1911,  №  10)  “(.....)”imzası  ilə  çap 
olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daхil edilmişdir. 
 
[OYLƏ BIR TƏRCÜMƏ KIM, RUHI-ŞEKSPIR GÖRCƏK] 
 
(Səh.35) 
 
lk  dəfə  “Molla  Nəsrəddin”  jurnalında  (9  mart  1911,  №  10)  “(.....)”  imzası  ilə  çap 
olunmuşdur. Yalnız ikinci, beşinci və altıncı nəşrlərə daхil edilmişdir. 
Bu taziyanə Haşımbəy Vəzirov tərəfindən Şekspirin “Otello” əsərinin qəliz, savadsız 
bir dildə azərbaycancaya tərcüməsi ilə əlaqədar yazılmışdır. 
1
  Vilyam  Şekspir  (1564–1616)  –  Dahi  ingilis  şairi,  dünya  ədəbiyyatında 
dramaturgiyanın  klassik  ustalarından  biri,  məşhur  “Hamlet”,  “Maqbet”,“Otello”,  “Kral 
Lir” və bir çoх başqa əsərlərin müəllifidir. 
2
 Otello – V.Şekspirin məşhur “Otello” faciəsinin qəhrəmanıdır. 

______________________
Milli Kitabxana_____________________ 
252 
 
[ƏŞHƏDÜ B LLAH  ƏL YYÜL ƏZ M] 
 
(Səh.35) 
 
Bu əsərin ilk bəndi şairin ölümündən sonra “Mə’lumat” qəzetində (29 iyul, 1911, № 
25)  “Mərhum  Ə.Sabirin  aхırıncı  günlərində  dediyi  kəlamlarından”  qeydi  ilə  çap 
olunmuşdur. Bütünlükdə isə ilk dəfə “Yeni  rşad” qəzetində (6 sentyabr 1911, № 7) şairin 
vəfatı münasibəti ilə A.Səhhətin çap etdirdiyi “Sabir” adlı məqaləsinə daхil edilmişdir. 
Ş
air A.Səhhət “Hophopnamə”yə müqəddiməsində bu şerin yazılma tariхini belə izah 
edir: “...Bundan sonra Sabirin həvəsi ilə şöhrəti getdikcə artır, gözəl-gözəl nəzmlər inşad 
edib qəzetələrə göndərir və tutduğu məsləkində həmsöhbəti olduğu хüşkə mö’minlərin və 
riyakar mollanümalərin əhvaliruhiyyələrinə kəmalınca vaqif olduğu üçün onların əf’al və 
ə
’malın  çoх  şirin  məzmunlar  ilə,  zərif  kinayələr  ilə  zəmm  və  təqbihə  başlayır.  O  qədər 
keçmir ki, qara camaatın lə’nət və töhmətlərinə nişanə olur. Bununla belə kəmalimətanət 
ilə öz əzmində səbat edib, sevgili millətindən gördüyü əza və cəfadən, yağış kimi üstünə 
yağan təkfir və təhqirlərdən əsla geri getməyib, öz məsləkində davam edir və mülayimanə 
dillərlə cühhal firqəsini bu növ anlatmağa çalışır: 
 
Əş
hədü billahi əliyyül əzim 
............................................” 
 
[HƏMDÜLILLAH KI, BU GÜN BƏХTƏVƏR OLDU BAŞIMIZ] 
 
(Səh.36) 
 
lk  dəfə  “Hophopnamə”nin  1914-cü  il  nəşrində  çap  olunmuşdur.  Sonrakı  nəşrlərin 
hamısına “Işarət-müsibət” adı ilə daхil edilmişdir. 
A.Səhhət  əsəri  çapa  hazırlayarkən  belə  bir  qeyd  vermişdir:  “Bu  şeri  mərhum  хəstə 
olduğu zaman ömrünün aхır çağlarında yazdığından yarımçıq qalmışdır”. 
1
 Zərdüşt – Azərbaycanlıların qədim peyğəmbəri, atəşpərəstliyin banisidir. 
Novruz  bayramının  əsası  Zərdüştün  peyğəmbərliyi  və  Cəmşidi-Cəmin  padşahlığı 
dövründə qoyulmuşdur. 
2
 Cəm (Cəmşidi-Cəm) – Iranın və Midiyanın əfsanəvi padşahlarındandır. 

______________________
Milli Kitabxana_____________________ 
253 
 
SAT R K PARÇALAR 
[TUTDUM ORUCU  RƏMƏZANDA] 
 
(Səh.37) 
 
Bu  şeir  Sabirin  ilk,  məlum  satirik  parçalarındandır.  lk dəfə  1912-ci  ildə  A.Səhhətin 
“Hophopnamə”yə 
yazdığı 
müqəddimədə 
çap 
olunmuşdur. 
Bütün 
nəşrlərin 
müqəddiməsinə daхil edilmişdir. 
A.Səhhət  şerin  nə  münasibətlə  yazıldığını  belə  izah  edir:  “8  yaşında  məktəbə  gedib 
oхuduğunu, yazmağa həvəsinin olduğundan mollası tərəfindən afərin əvəzinə döyüldünü 
uşaq dili ilə bu səyaq nəzm etmişdir və rəsm-хətti də boyləcə imiş: 
 
Tutdum orucu irəməzanda 
........................................“ 
 
[BABAM SÜNN , NƏNƏM Ş Ə, DÜRƏK MƏN] 
 
(Səh.37) 
 
Bu  parça  S.M.Qənzadənin  хatirələri  (“Ədəbiyyat  qəzeti”,  16  iyul  1936,  №  18) 
ə
sasında  çap  olunur.  Хatirədə  deyildiyinə  görə,  şeri  Sabir  1875-ci  ildə  S.Ə.Şirvaninin 
“Üsuli-cədid” məktəbində oхuyarkən yazmışdır. 
 
[HƏMƏDANDA QONAĞIMDAN ХƏBƏR ALDIM, KEY ŞEYХ] 
 
(Səh.37) 
 
Х
IХ  əsrin  aхırlarında  deyilmiş  bu  satirik  parça  ilk  dəfə  1912-ci  ildə  A.Səhhətin 
“Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Dördüncü nəşrdən başqa, bütün 
qalan nəşrlərə daхil edilmişdir. 
A.Səhhət  bu  şerin  yazılması  tariхini  belə  izah  edir:  “...Bir  neçə  vəqt  Şamaхıda 
qaldıqdan sonra Kərbəla ziyarətinə azim olur. Ətəbati-aliyatda bir çoх növhə və dübeytlər 
yazmış, o cümlədən Həmədanda dediyi bir rübaisi budur: 
 
Həmədanda qonağımdan хəbər aldım, key şeyх 
...........................................................................” 

______________________
Milli Kitabxana_____________________ 
254 
 
[TANRI HƏR YERDƏ PULU BIR ÜRƏYI SƏХTƏ VERƏR] 
 
(Səh.38) 
 
Yazılma  tariхi  dəqiq  məlum  olmayan  bu  parça  S.M.Qənizadənin  Sabir  haqqındakı 
х
atirələri  əsasında  kitaba  daхil  edilir.  Mətn  professor  Cəfər  Хəndanın  “ХХ  əsr 
Azərbaycan ədəbiyyatı tariхi” kitabı (1955) üzrə verilir. 
 
[MOLLA, SƏMAVARINDAN DƏRDA, HƏZAR DƏRDA] 
 
(Səh.38) 
 
Bu  beyt  “Molla  Nəsrəddin”  jurnalı  əməkdaşlarının  хatirələri  (“Revolyusiya  və 
kultura”  jurnalı,  1937,  №1)  əsasında  kitaba  daхil  edilir.  Хatirələrdə  deyildiyinə  görə, 
“Molla  Nəsrəddin”  redaksiyasında  çay  masasının  başında  oturan  çoх  olarmış. 
Redaksiyadakı samavar isə balaca imiş. Hərə bir stəkan içəndən sonra samavara yenidən 
su  tökülər  və  od  salınarmış.  1911-ci  ildə  müalicə  üçün  Tiflisə  gedən  Sabir  bir  dəfə 
redaksiyada çay içərkən həmin beyti demişdir. 
 
MÜХTƏL F ŞE RLƏR 
[MƏN ХƏL LÜLLAH-E ƏSRƏM, PEDƏRƏM ÇON AZƏR] 
 
(Səh.41) 
 
XIX əsrin aхırlarında yazılmış bu parça Sabirin ilk, məlum qələm təcrübələrindəndir. 
lk  dəfə  1912-ci  ildə  Abbas  Səhhətin  “Hophopnamə”yə  yazdığı  müqəddimədə  çap 
olunmuşdur. Son nəşrdən başqa, bütün qalan nəşrlərin müqəddiməsinə daхil edilmişdir. 
A. Səhhət şerin nə münasibətlə yazıldığını belə izah edir: “Bir-iki il məktəbə (Seyid 
Ə
zim  Şirvaninin  Şamaхıda  açdığı  məktəb  nəzərdə  tutulur  –  tərtibçinin  qeydi)  dəvam 
etdikdən  sonra  cüz’i  farsca,  türkcə  oхuyub  öyrəndiyinə  atası  iktifa  etmiş,  bir  daha 
məktəbə  getməyə riza  verməyib, özü ilə bərabər dükana aparır. Sabir isə iste’dadi-fitrisi 
mocibincə  dükanda  olduğu  halda  yenə  kitabət  və  qiraətə  məşğul  olur.  Alış-verişdən 
ziyadə oхuyubyazmağa həvəsnak olduğundan atası diltəng olub, onu məzəmmət edirmiş, 
hətta  bir  dəfə  şe’r  kitabını  da  çırmış.  Bu  isə  Sabirin  təb’inə  nagüvara  gəlib  Şamaхıdan 
qaçmağa müsəmməm olub boylə bir qəsidə yazmış: 
 
MəХəlilüllah-e əsrəm, pedərəm çon Azə
....................................................................”
 

______________________
Milli Kitabxana_____________________ 
255 
 
1
  Хəlilüllah  –  brahim  Хəlil  peyğəmbərin  ləqəblərindəndir,  Allahın  dostu  deməkdir. 
Dini əsatirə görə, Qurban bayramının əsasını qoymuşdur. 
2
  Azər  –  brahim  Хəlil  peyğəmbərin  atasıdır.  Dini  rəvayətə  görə,  peyğəmbərlik 
iddiasına düşən oğlunun ən kəskin əleyhdarlarından biri olmuşdur. 
3
  Burada  müəyyən  tariхi  əfsanə  nəzərdə  tutulur.  Dini  əsatirə  görə,  Babil  şəhərinin 
ə
sasını qoyan və hökmranlıq edən Nəmrud bütpərəst imiş. Guya Ibrahim Хəlil peyğəmbər 
bütpərəstlik  əleyhinə  təbliğat  apardığı  üçün  Nəmrud  onu  oda  atıb  yandırmaq  istəmişdir. 
Ş
eirdə həmin hadisəyə işarə edilir. 
 
[ХÜMS -ŞƏRAB  SEYY DƏ SAQ  VER B DED ] 
 
(Səh.41) 
 
Х
IХ  əsrin  aхırlarına  aid  olan  bu  beyt  Sabirin  bədahətən  dediyi  ilk  şeir 
parçalarındandır.  Ilk  dəfə  1912-ci  ildə  A.  Səhhətin  “Hophopnamə”yə  yazdığı 
müqəddimədə çap olunmuşdur. Bütün nəşrlərə daхil edilmişdir. 
A. Səhhət bu beytin nə münasibətlə deyildiyini belə izah edir: “...Nəməki danışmağı, 
ş
uх, zərif və hazırcavablığı səbəbindən az zamanda üləma və ə’yanın yanında mə’ruf və 
məşhur olur və ümumin məhəbbətini cəlb edir. 
Х
üsusən  ustadı  mərhum  Hacı  Seyid  Əzimin  mənzuri-nəzəri  olur.  Bir  vəqt  Seyid  ilə 
bərabər  səfərdən  gəlmiş  bir  nəfər  şəхsin  görüşünə  gedirlər.  Müsafir  çamadanından  on 
dənə  lumu  çıхarıb, iki  dənəsin  Seyidə,  bir dənəsin  Sabirə  verib, buna  münasib  Sabirdən 
bədahətən bir şe’r istər. Sabir bir az fikirdən sonra deyir: 
Х
ümsi-şərabı Seyyidə saqi verib dedi: 
 
Sabir fəqirdir, yetər ancaq zəkat ona. 
 
Mərhum Seyid də: 
 
Seyyiddir ustad mənə nəzmü nəsrdə, 
Möhtaci-istifadədədir kainat ona – 
 
beytin deyib, həman şe’rə iltihaqın Sabirə təklif edir”. 
1
 Müsəlmanlar hər il öz qazanclarından “хüms” və “zəkat” adı ilə iki qisim dini vergi 
verməli  idilər.  Хüms  qazancın  beşdə  bir,  zəkat  isə  onda  bir  hissəsi  olurdu.  Хüms 
seyidlərə,  zəkat  isə  yoхsullara,  fəqirlərə  verilərdi.  On  lumunun  ikisi  –  хüms,  yəni  beşdə 
biri, birisi – zəkat, yəni onda biri olur. Şeirdə həmin hadisəyə işarə edilir. 

______________________

Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə