Milli Virtual Kitabxana



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix08.12.2016
ölçüsü0,65 Mb.
1   2   3   4   5   6   7

PİR 

 

Povest 

 

  



 

  

 



  

 

  



 

İyun ayının ortası idi. Günlər çox isti keçirdi....  Məşədi Allahverən sabah namazına durub 

arvadını tələsik durquzdu: 

 

  



 

"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola 

düşək." 

 

  



 

Gülbadam sərsəm yuxudan oyanıb oturdu, gözlərini ova-ova o yan-bu yanına baxdı, istədi ərinə 

deyə: "Nə üçün çığır-bağır edirsən, yatmağa qoymursan?...." Sonra fikrinə gəldi ki, gərək pirə 

gedələr.... Heç bir şey söyləməyib bir az gərnəşdi, sonra əlləri ilə gözlərinə düşən saçlarını 

düzəltdi, boynuna düşmüş ağ çit, qara çiçəkli yaylığı başına salıb boğazının altından sıxdı. Ağ 

donunu geyindi, əsnədi, istər-istəməz ayağa durdu. Üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən  

mitəkkəni döşəyin ortasına qoydu, sonra yorğan əvəzinə üstünə saldığı ağ döşək üzünü qatlayıb 

istəyirdi yerini yığsın, bu  vaxt Məşədi Allahverən namazını qurtarıb arvadına dedi: 

 

  

 



"Yerləri yığmaq istəməz, gələrsən sonra yığarsan, vaxt keçir,sən uşağı durquz." 

 

  



 

Gülbadam döşəyi buraxıb iki dizləri üstə çökdü, bir az uşağın üzünə baxıb ağ kisəyi köynəyinin 

enli qolları ilə uşağın alnındakı təri sildi və sonra: "Cəbi! Anan sənə qurban, Cəbi! Oyan, dur 

gedək. Dədən səni toşiyə mindirəcəkdir" deyə durquzurdu. 

 

  

 



57

 

"Bir az yavaş, qorxar!"--deyib, Məşədi Allahverən axırıncı duasından əl çəkdi. 

 

  

 



Axırıncı sözləri də bu idi: "Pərvərdigara! Mənim bu balama nicat ver!". Ondan qabaqkı sözlər də 

buna oxşar sözlər  idi. Daha doğrusu, sözlər deyildi, fikirlər idi. Həmişə namazdan sonra əllərini 

yuxarı qaldırıb fikrindən keçirərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun əmrləri yerinə 

yetirirəm: orucumu tuturam, namazımı vaxtında qılıram....Özün şahidsən, rəbbim! Yetir, 

pərvərdigara! Bu "yetir" sözünü hər vaxt deyəndə tamam məişətini, alını-verini, zərərini-xeyrini 

fikrindən keçirərdi. Elə də deyilidi ki, "ehdinəssiratəl müstəqim"in mənasını bilib də daha "allah, 

mənə doğru yol göstər" kimi sözləri bir də təkrar etməyə ehtiyac qalmaya idi. Xeyr, Məşədi 

Allahverən düz əlli yaşında idi və on beş yaşından namaz qılardı, bu sözlərin mənasını bilməzdi 

və heç fikrinə gəlməzdi ki, namazda deyirlər: Allah! Mənim ürəyimi təmizlə, mənə doğru yol 

göstər, o yolu ki, sənin tərəfinə gedir, o yoldan uzaq et ki, səndən uzaq düşür. Mənim qəlbimi 

yumşalt, həlim və mehriban et.... Belə fikirləri Məşədi Allahverən nəinki namaz vaxtında, hətta 

mərsiyəxan oxuyanda da başından keçirtməzdi. Bir gün hətta mərsiyəxan ağzı qızışmış bir 

vaxtda dedi: 

 

  



 

"Ey camaat, dürüst qulaq veriniz. Dizi üstə əyləşiniz, bir fərd oxuyacağam, demirəm başınıza 

vurun, yox. Ancaq bu oxuduğum sözlərə göz yaşı tökərsinizsə və haman dəm ürəyinizdən nə 

istəsəniz qəbulə keçər. 

 

  

 



Məşədi Allahverən doğrudan çox-çox ağladı və ürəyindən bunu keçirtdi: "Allah, mənə bir övlad 

ver!" 


 

  

 



Zatən Məşədi Allahverənin ancaq bu fikirdə olmağının və bu kimi şeylər öz allahından 

istəməyinin səbəbi var idi. Onun heç bir şeyə ehtiyacı yox idi: dükanı yaxşı işləyirdi, yaxşı 

qazanırdı. Hələ bir az bankda, bir az da əllərdə faizlə pulları dolanırdı. Fəqət bir şeydən bədbəxt 

idi: övladı olmurdu. 

 

  

 



Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək. 30 il onunla gün keçirib övladı olmadı. 

Sonra istədi birini də alsın, arvad razı olmurdu. Ürəkdən boşamaq da istəyirdi. Fəqət qorxurdu. 

Çünki arvadın qohumları bir az qolçomaq hesab olunurdular. Axırda əlacı üzülüb arvad ilə 

gündə dava-qalmaqal edirdi, deyirlər, guya döyərdi, söyərdi, hətta ac da qoyardı.... Bu 

səbəbdənmi və ya qeyri bir səbəbdən arvadı öldü. İkinci dəfə yenə bir pakizə qız aldı. Üç ilin 

ərzində iki dəfə uşağa  qaldı: birində üç aylıq, ikinci dəfə altı aylıq uşaqları düşürdü. Bu biçarə 

arvad vaxtsız doğmaqdanmı və ya qeyri bir səbəblərdən ağrılara, mərəzlərə mübtəla oldu. 

Günbəgün əriyib gah qarnından dad vurardı, gah başından, gah bütün  bədənini ağrı tutardı. 

Məşədi Allahverənin buna yazığı gəlib boşamaq istəməzdi. Çünki arvadın heç bir kəsi yox idi. 

Fəqət atasından qalan bir-iki evin sahibi idi. Məşədi Allahverən bilirdi ki, boşasa yazıq arvad 

evləri tək dolandıra bilməyəcəkdir. Buna binaən boşamaq da istəmirdi. Fəqət arvad həmişə 

naxoş, zəif olduğuna görə ev işləri yaxşı  getmirdi....  Məşədi də "məhrəm" bir "qulluqçu" 

gəzirdi. Bu fikrini aşkar edib arvadından izin istədi. Arvadı da çarəsiz qalıb razı oldu. Tələsik 

 

58



yavuq kənddən dul, çopur Gülbadamı aldı. Doğrusunu da demək Məşədinin daha o vaxtı deyildi 

ki,  gözəl qız arasın. Əlli yaşında, başı balaca, üzü enli, burnuyekə, balacaboy, gözləri bir az çəp, 

həna altından bozaran saqqallı bir kişiyə nə gözəllik aramaq? Xeyr, Məşədi Allahverən öz "qədr-

qiymətini" bilən adam deyildisə də, daha çox da  gözəl arvad almaq fikirlərini etməzdi. Ona 

ancaq övlad lazım idi. Ona bina Gülbadamı aldı. Fəqət nə üçün şəhərdən  almayıb kənddən aldı? 

Gülbadam kimi şəhərdə çox dullar var idi. Bu da bir gizlin məsələ idi. Ancaq Məşədi özü 

bilirdi.... Hər halda pirin adı çəkiləndə Gülbadamın da adı çəkilirdi....  Məşədi  də fikir edərdi: 

"Bəlkə Gülbadam pirsevən xoşbəxtlərdəndir...." İştə Gülbadamı aldı ki, bəlkə övladı ola. 

 

  

 



Doğrudan da bir il keçməmiş Gülbadam uşağa qaldı. O vaxtlarda da Məşədi Allahverənin naxoş 

arvadı bir sümük bir dəridə ikən canını tapşırdı. Bunun ölməyi Məşədi Allahverəni ağlatmadısa 

da, ürəyini yandırdı. Çünki əli arvadın mülkündən çıxırdı; vərəsələr var idi.... 

 

  



 

Gülbadam arvadın ölməyinə qeyri günülər kimi nəinki sevinmədi, hətta bir az da qəmgin oldu. 

Çünki naxoş, zəif arvada yazığı gəlirdi. Gülbadam ürəyi yumşaq, rəhmli adam idi. Sağlığında 

zəif, naxoş arvada nəinki "günülük" etməzdi, hətta bir az da hörmət edərdi. Vaxtında xörəyini 

verərdi, yedizdirərdi və hamama aparıb çimizdirərdi. Deyirlər, guya "günü gününün ölməyini 

istər", fəqət bu arşınla hamı günüləri ölçsək işimiz fəna olar. Doğrudan da, insanda bir-birinin 

ölməyini istəmək vəhşilikdir, deyilmi? Belə isə iki arvad, üç arvad və daha çox arvad almaq neçə 

milyon arvadları vəhşi edərdi....  Nə isə, özgə günüləri bilmirəm, fəqət Gülbadam qeyrilərinə 

oxşamazdı. Bu naxoş arvada Gülbadamın yazığı gələrdi, yazığı gələn adamın ölməyini. də 

istəməzlər.... 

 

  

 



Məşədi Allahverən də vaxtında bu naxoş məzlumə arvadı sevərdi, fəqət uşaq məsələsində 

ümidini ondan üzəndən sonra Gülbadama məhəbbətini salmışdı....  İndi odur, hələ dünyanın 

işığını görməyən balasının səbəbinə Gülbadamın başına pərvanə kimi fırlanırdı, əlini isti sudan 

soyuq suya vurmağa qoymur, səhər-axşam samovarı özü qaldırardı. Hətta doğmağına bir neçə 

gün qalmış pilləkənlərdən çıxıb-düşməyə də qoymazdı. Çünki əvvəlinci arvadın uşaq 

düşürməyini mamalar ağır şey götürməkdən bilirdilər və deyirdilər: "Uşaqlıq yerindən 

oynayıbdır"....  Məşədi bunların hamısına inanardı. Fəqət hamıdan çox qorxunu səbəb bilərdi və 

öz aləmində ikinci arvadının uşaq salmasını da qorxudan bilərdi. Çünki arvad bir gün mülkündən 

gələn mədaxilin hesabını bilmək istərkən bərk döyülmüşdü və hətta ortalıqda xəncər də 

işləmişdi. O idi ki, Məşədi Allahverən çox mərəzin səbəbini qorxudan bilərdi, hətta axır vaxtlar 

axşamlar evə gələndə  darvazadan uca səslə oxuya-oxuya gələrdi ki, arvad qeyri bir adam bilib 

diksinməsin. 

 

  

 



Vaxt yetişdi, dükana xəbər apardılar ki, arvad ağrı çəkir. Məşədi Allahverən tez dükanı bağlayıb 

evə gəldi. Mamaları çağırtdı, mamalar işə məşğul oldular. Bir gün, bir gecə Gülbadam ağrı 

çəkdi. Bir gün, bir gecə Məşədi Allahverən yeməyini, içməyini bilmədi. Gah bu qapıdan mamanı 

çağırardı, gah o qapıdan arvadının əhvalını xəbər alardı. 

 

  

 



 

59


"Hə, necə oldu? Necə olacaq? Bəs necə olsun?"--deyib o yan-bu yana yüyürərdi. Neçə-neçə 

qurbanlar vəd etdi, nəzirlər çıxdı, olmadı....  Axırda şəhərin yavuqluğundakı məşhur qoz ağacını, 

"pir"i fikrindən keçirtdi və nəzir etdi ki, uşaq tez  olsun, iyirmi manat pirə göndərsin. Bunu 

fikrindən keçirtmişdi, o biri otaqdan: "Allah şükür, allah şükür! Oğlandır!" sədası gəldi. 

 

  

 



Məşədi bu yaşa gəlmişdi, hələ belə bir şadlıq bunun üçün üz verməmişdi. Uşaq kimi atılıb-

düşürdü. İyirmi manata qədər muştuluq pulu buraxdı. Tez bazara çıxdı ki, bir az tədarük üçün 

şeylər alsın. Çuxasının bir qolunu geyib birini  də çiyninə atdı. Papağını əyriqoydu, belə ki, çirkli 

araqçınının yarısı görünürdü. Tanış-biliş görəndə uzaqdan  gülərdi, ucadan salam verərdi, hətta 

tanımayan adamlara da salam  verərdi. 

 

  



 

Bunun şadlığının səbəbini bilmirdilər. Əlbəttə, bilsə idilər: "Məşədi, gözün aydın"sa da 

deyərdilər. Özü utanıb şadlığının səbəbini deyə bilmirdi. Bununla belə, Məşədi Allahverən çox 

istəyirdi ki, "Məşədi, gözlərin aydın!" sözlərini eşidə, tərs kimi bir soruşan da yox idi ki, bilinsin. 

Nə üçün həmişə qaşqabaqlı Məşədi bu gün adamların üzünə baxıb irişir, uzaqdan uca səslə salam 

verir, nə üçün papağını yan qoyubdur? Xeyr, heç kəs! Hətta Məşədi Allahverən bir neçə adamın 

kefini də xəbər aldı: "Hə! Xala oğlu, kefin necədir?" Fəqət bu adamlardan da heç biri Məşədinin 

kefini xəbər almadı ki, bəlkə söz açıla....  Deyəsən o gün hamının tələsik işi var idi. Biri o yana 

gedirdi, biri bu yana, salam da verəndə quru salam verib keçirdilər. Axırda Məşədi Allahverən 

uzaqdan ən yavuq dostu Kərbəlayı Xudaverdini görüb gülümsündü, sonra yavuqlaşanda gülə-

gülə dedi: 

 

  



 

"Rəfiq! Yaxşı yarpaq dolması yemək istəyirsənsə, bu axşam gəl bizə." 

 

  

 



Bu sözləri deyib Kərbəlayı Xudaverdinin gözlərinə baxdı ki, bəlkə bu isə şadlığının səbəbini 

soruşa. Yox, soruşmadı, bununla belə Məşədi Allahverənin dolması Kərbəlayı Xudaverdinin bir 

az fikirləşməyinə səbəb oldu. Çünki Məşədi Allahverən hər saatda dolma yedizdirən adamlardan 

deyildi; ona görə Kərbəlayı Xudaverdi təəccüblə rəfiqinin üzünə baxdı: 

 

  

 



"Hə, mat-mat nə üçün baxırsan? Soruş, soruş də!" Kərbəlayı Xudaverdi yoldaşının əlindən tutub 

dedi: 


 

  

 



"Doğrudan, bu nə qonaqlıqdır, rəfiq?" 

 

  



 

"Qonaqlıq-zad yoxdur, fəqət bir səni çağırıram. Əsil qonaqlıq sonradır...." 

 

  

 



 

60


"Yəni, necə sonra?" 

 

  



 

"A kişi, rəhmətliyin oğlu, nə üçün düşünmürsən? Sonra da! Beş-altı gündən sonra!" 

 

  

 



Məşədi Allahverən bu sözləri gülə-gülə deyirdisə də, fəqət içindən qovrulur idi: "Nə üçün bu 

adamlar bunun şadlığının səbəbini soruşmurlar? Nə üçün belə bir böyük işdən bunların xəbərləri 

olmasın? Nə üçün bu öz dili  ilə gərəkdir desin: "Oğlum dünyaya gəlibdir!...." 

 

  



 

Kərbəlayı Xudaverdi çox da nazik mətləb düşünənlərdən deyildi. Hətta "beş-altı gündən sonra" 

sözləri də buna kifayət deyildi, gərək açıq-açığına deyilə idi: "Beş-altı gündən sonra ad 

qoyulacaqdır". Məşədi Allahverən daha səbir etməyib bu sözləri özü dedi. 

 

 

 



  

 

"Ay sağ ol! Sağ ol! Gözün aydın, Məşədi! Gözümüz aydın! Çox əcəb!" 



 

  

 



Kərbəlayı Xudaverdinin bu sözləri Məşədi Allahverənin bütün damarlarına işlədi. Yəni bu 

sözləri Məşədi  Allahverən bütün varlığı ilə  hiss etdi, sonra guya utanıb yerə baxa-baxa dedi: 

 

  

 



"Bəli, allah-taala bizə bir oğul bağışladı." 

 

  



 

Bu sözləri deyib Kərbəlayı Xudaverdinin üzünə baxdı, elə bir baxdı ki, guya Kərbəlayı 

Xudaverdidən yenə də bir söz  gözləyirdi. Məşədi Allahverənə xəyal, Kərbəlayı Xudaverdi 

bunun sözlərindən sonra gərək deyə idi: "İnşaallah, sünnətində, toyunda yeyək, yainki toyunda 

oynayaq....". 

 

  



 

Nə isə, Kərbəlayı Xudaverdi düşünmədi və demədi. Deməyib də əli plovdan çıxdı; çünki 

Kərbəlayı Xudaverdi  gözaydınlığı verənvaxt Məşədinin fikrindən plov da keçdi, fəqət sonra 

sözlərinin dalı gəlmədi....  Məşədi də ancaq  bir dolmalıq  alıb apardı. 

 

  

 



Məşədi Allahverən hələ çuxasını çıxarmamış böyük mamanı səslədi: 

 

  



 

 

61



"Hə, əhvalı necədir?" 

 

  



 

"Yaxşıdır, yaxşıdır!" 

 

  

 



"Göbəyi-zadı öz yerindədirmi?" 

 

  



 

"Bəli, bəli!" 

 

  

 



Mama "yaxşıdır-yaxşıdır" sözlərini ürəkdən demirdi. Fəqət qabaqda üzgörümçəyi olmağa körə 

çarəsi yox idi. Nə isə, mama üzgörümçəyi  alıb Məşədi Allahverəni uşağın yanına buraxdı. 

 

  

 



"Hə, necəsən?" 

 

  



 

İstər-istəməz arvadının əhvalını xəbər alıb uşağa baxdı və əlinə götürdü. Bu dəqiqə Məşədi 

Allahverənin həyatında ən qiymətli, ən hissli bir dəqiqələrdən idi. Neçə illərlə arzusunda olan 

balanı Məşədi indi əlində tutur. Bu hində Məşədi Allahverənin fikrindən nələr keçmədi: balaca, 

dəmir, qəşəng kravat. Bir az sonra balaca ərəbə, daha bir az sonra quzu, eşşək, at, fayton, daha nə 

bilim nə, nə ...  hamısı bir-bir fikrindən keçirdi. 

 

  

 



Haman bu hində də mamanın fikrindən qeyri şeylər keçirdi. Böyük mama təcrübəli bir mama idi: 

doğrudur, elmsiz idi, oxumamışdı, fəqət təcrübəsi çox idi. 20 il idi mamalıq edirdi. Bu iyirmi ilin 

ərzində çox balaları gözdən  keçirmişdi. Bu uşaq qeyri uşaqlara bir az oxşamayırdı: üzü şiş, başı 

qədərindən yekə bir uşaq idi və bir az da qeyri  bir iy verirdi.... 

 

  

 



Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı 

isə günbəgün  zorbalaşırdı. Nə ki, danışmaq, yerimək vaxtı deyildi, Məşədi Allahverən və arvadı 

uşağın başına və zəif olmağına çox da diqqət etməzdilər. Hətta qeyrilər Məşədi Allahverənə 

uşağın başına dair bir söz söyləyəndə, Məşədi gülə-gülə deyərdi: "Görünür ağıllı olacaqdır". 

Hətta belə bir şey eşitmişdi və yainki istəyirdi eşitsin ki, başı böyük adamın  ağlı da çox olar.... 

 

  



 

Nə isə, vaxt yetişdi: gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun....  Fəqət Cəbidə 

bu əhvalatlar  görünmürdü. Cəbini haraya qoyurdun orada dinməz-söyləməz uzanırdı. Verəndə 

yeyirdi, verməyəndə heç. Su istəyəndə dodaqlarını bir-birinə sürtürdü. Çox vaxt matdım-matdım 

bir nöqtəyə balaca gözləri ilə baxırdı. Fəqət bu gözlərdə təbii şəfəq, qığılcım yox idi. Alnı 

 

62



qabağa çıxıb gözləri çuxura düşmüşdü. Ümumi zəiflikdən başqa ayaqları da əyri bitirdi. 

Ayaqlarını ələ alıb buraxanda sanki bir rezin (trubka) kimi yerə düşürdü.... 

 

  

 



Nə isə, bir çox dualardan, nəzirlərdən sonra bir gün Gülbadam ərinə dedi: 

 

  



 

"Şəhərə, deyirlər, bir yaxşı həkim gəlibdir. Gələsən aparaq uşağı bir baxsın." 

 

  

 



Məşədi əvvəl dinmədi. Sonra razı oldu. Sabahı Gülbadam qonşusu Pərini də götürüb həkimə 

getdi. 


 

  

 



Həkim diqqətlə uşağa baxıb başını buladı və xeyli fikrə getdi. Arvadlara naxoşa dair bir söz də 

deməyib dərman yazdı.  Fəqət dedi ki, çox yaxşı olardı ki, uşağın atasını görmək....  Arvadlar evə 

qayıdıb əhvalatı Allahverənə nağıl etdilər. Məşədi dedi: 

 

  



 

"Mən əvvəl heç razı deyildim ki, siz uşağı həkimə aparasınız, çünki bu həkimləri mən jaxşı 

bilirəm, yaxşı  tanıyıram. Bir az çətinə düşəndə, ya mərəzi tapmayanda, naxoşun atasını istərlər, 

anasını çağırarlar, babasını  qəbirdən  çıxartmaqdan da bunlar çəkinməzlər....  Gör nə axmaq-

axmaq sözlərdir. Naxoşdur, gəlibdir bax, müalicəni et,  yoxsa sənin atası ilə nə işin? Xeyr, bunlar 

boş sözlərdir.... 

 

  

 



Yenə dualar, yenə cadubazlıq meydana gəldi. Fəqət Gülbadam çox da duaya-zada inanan deyildi. 

Bir azdan sonra Gülbadam  uşağı daha bir təzə gəlmiş həkimə apardı. O da diqqətlə baxıb dedi 

ki, atasına baxmaq lazımdır. Bu dəfə Gülbadam  ərindən izinsiz getmişdi. Gülbadam  əhvalatı 

açıb dedi: 

 

  

 



"Doğrudan, gələsən bir özün həkimə gedəsən, görək nə demək istəyir. Mən səndən izinsiz təzə 

həkimə getmişdim. Uşağa diqqətlə baxıb  o da dedi, atasını görsək yaxşı olardı. 

 

  

 



Məşədi Allahverən istədi çığır-bağır etsin. Ancaq uşaq yatırdı, bir söz də söyləmədi. Sonra öz-

özünə fikir edirdi:  "Yaxşı, həkim məni yeməyəcəkdir ki, bəlkə doğrudan da fikir edir ki, arvad 

xeylağı onun dediklərinə layiqnncə əməl edə bilməyəcəklər. Onun üçün kişi xeylağı çağırır". Bu 

fikirdə ikən Məşədi Allahverən səhəri həkimə getdi. 

 

  

 



 

63


Həkim uşağı görüb bir neçə xəyallara düşmüşdü. Mərəzin səbəbini bilmək istəyirdi. Çünki 

haman mərəzin bir neçə səbəbi ola bilərdi. Dürüst səbəbini bilib müalicəsinə girişmək istəyirdi. 

Məşədi Allahverən həkimə özünü tanıdıb soruşdu: 

 

  



 

"Həkimbaşı, mənim uşağımın mərəzi nədir?" 

 

  

 



Həkim dedi: 

 

  



 

"Uşağın beynini su alıbdır. Ayaq sümükləri də əyri bitibdir. Mənimcə, səbəbini atasında və 

anasında aramaq lazımdır  və tez də müalicəsinə şüru etmək gərəkdir. Yoxsa uşaq ya tez tələf 

olar və yainki ağılsız, çolaq bir vücud  qalacaqdır. Bunu da demək lazımdır:  mərəz ağır bir 

mərəzdir.... 

 

  



 

Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kif azarına mübtəla 

olubmuş. Bir az sonra yenə də  məlum olur ki, Gülbadamın əvvəlki əri də bu mərəzə düçar 

olubmuş ki, bu mərəzdən tez tələf olur. Deyirlərmiş guya azar beyninə vurubmuş. Sonra yazıq 

Gülbadamın ağzında bir yara var imiş və həkim əri içdiyi davanı buna da verərmiş.... 

 

  



 

Həkim bu məlumatı yığıb, mərəzin səbəbini özü üçün aşkar etdi və müalicəsini tədriclə başlamaq 

istədi. Bununla belə Məşədi Allahverənə və Gülbadama dedi: 

 

  



 

"Hərgah istəyirsinizsə belə bədbəxt balalarınız bir də dünyaya gəlməsinlər, özünüzə müalicə 

ediniz...." 

 

  



 

Həkimin bu sözləri Məşədi Allahverənin heç beyninə batmadı, qulağına heç girmədi. Bu fikir 

edərdi: "Həkim boş sözdür söyləyir. Bu doğrudur, 30 yaşında bərk kif azarına mübtəla 

olmuşdum. İndi bu iyirmi ilin ərzində bədəndə azarmı qalar?" Fəqət onu düşünməyirdi ki, ikinci 

arvadının uşaq düşürməyinə də bunun mərəzi səbəb olmuşdu. İndisə iki tərəfdən--həm 

Gülbadam və həm özü Cəbi kimi  bədbəxt bir uşağın dünyaya gəlməsinə səbəb olduğunu nəinki 

düşünmürdü, hətta həkimin sözlərini cəfəng bir şey hesab edirdi. Daha həkim sözü yanında 

danışmaq olmurdu. Yenə dualar yazıldı, nəzirlər çıxıldı.... Axırda fikir etdi ki, "uşaq anadan olan 

vaxt  Gülbadam çox zəhmət çəkdi, axırda "qoz ağacı--pirə" nəzir dedikdə uşaqdan xilas oldu.... 

Nə üçün daha oturmuşam!...."  O idi ki, Məşədi Allahverən  cümələr uşağı pirə aparırdı. Bu 

cümə də axşamdan pirə getmək üçün hər bir şey hazırlamışdılar. Ona bina Məşədi Allahverən 

namazını qurtarıb Gülbadama deyirdi ki, uşağı durquzsun. 

 

  

 



 

64


  

 

  



 

  

 



II 

 

  



 

  

 



Bu cümə pirə gedən tək bir bunlar deyildilər. Çox adam gedirdi. Hər məhəllədən iki-üç nəfər 

adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib gedəcəkdilər və hər biriiin 

getməyinə də bir səbəb var idi. Biri Məşədi  Allahverən kimi oğlunu aparırdı, digəri anadanolma, 

yainki sonratapma çaxotkalı qızını yanına salmışdı. Üçüncüsü vaxtında  müalicə etməyib 

traxoma göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi, dördüncüsü ərə getmiş doğmayan 

qızını yanına salmışdı. Daha bir çoxu da Sibirə gedən oğlanları üçün nəzir aparırdılar.... Nə isə, 

hər cümə günü kar, kor, şil, çolaq, çaxotkalı, yaralı, qızdırmalı, qarnı ağrıyan, övladı olmayan, 

oğlan doğmayan, dul arvad, dul kişi, sonsuz, kimi arabada, kimi faytonda, kimi piyada pirə 

gedən yolu tapdalayırdılar. Bunların içindəhətta elə bir arvadlar var idilər ki, ərləri pirə 

qoymayanda cümədən qabaq yuxu da görərdilər. Səhər durub ərinə deyərdi: "Rəhmətlik ananı 

pirin qapısında durmuş gördüm, məni görəndə dedi: "Ay balam, sənin yolunu gözləyirəm. Nə 

üçün iki cümədir gəlmirdin...." Bu sözlərdən sonra əri də yumşalıb nəinki rüsxət verərdi, hətta 

nəzir də göndərərdi. Elə vaxt olardı ki, kişilər özləri də cümə günləri işsiz qalıb pirə gedərdilər. 

Fəqət çox adam Məşədi Allahverən kimi  "mühüm məsələni" həll etmək üçün gedərdi, elə də 

deyildi ki, işsiz gedən kişilər pirə inanmasınlar. Xeyr. Bu şəhərdə dürlü-dürlü adamlar vardı, 

kimi Məşədi Allahverən kimi səmim-qəlbdən inanmışdı, kimi ondan bir az. Kimi nəziri  qəbula 

keçməyib, inanmasa idi də, ürəyindəkini heç kəsə deməzdi, şübhəli idi. Doğrudan da, 

inanmamaq da olmazdı. Çünki  bir də eşidirsən deyirlər: filankəsin neçə il imiş övladı olmur 

imiş, pirə nəzir deyibmiş....  İndi övladı olubdur. Filankəsə on beş gün həkim baxıbdır, bir şey 

çıxmayıbdır. Elə ki, pirə nəzir çıxıblar, dərhal şəfa təri gəlib, yaxşı olubdur....  Filankəs filan 

şeyini itirmişdi, pirə nəzir dedi, tapıldı.... Nə bilim, daha nə ...  nə....  Fəqət il uzunu pirə sürünən 

çolaqlar, korlar, karlar, çaxotkalılardan səs çıxmayırdı.... 


Kataloq: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə