Milli Virtual Kitabxana



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix08.12.2016
ölçüsü0,65 Mb.
1   2   3   4   5   6   7

 

  

 



"Arvad! Nə yatmaq vaxtıdır? Bilirsənmi, bu yuxu nə yuxudur?" 

 

  



 

Gülbadam: "A kişi, yuxum gəlir, qoy yataq"--deyib daha söylənmədi, fəqət yatmadı da. Məşədi 

Allahverən bir az, o yan-bu yana baxıb uzandı, yatdı. Gülbadam isə üzünü Məşədidən çöndərib 

gözlərini yumdu, yuxuya gedə bilmədi. Məşədinin  yuxusu Gülbadamın tamam mazisini göz 

qabağına gətirdi. 

 

  



 

  

 



  

 

  



 

 



  

 

  



 

 

72



Gülbadam Ə... kəndində anadan olmuşdu. Uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən 

məlum idi. Fəqət nazik  çopur idi. Uzaqdan çopurluğu nəinki məlum etməzdi, hətta bir az da 

üzünü gözəl göstərərdi. Gülbadamın çopuru dərin olsa  idi də üzünü eyibli etməzdi; çünki onun 

böyük ala, uzun kiprikli gözləri üzündə tamam eybini örtərdi. Doğrudan da bu  gözlərdə qeyri bir 

hissi-məlahət var idi! Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adamlar 

istəyirdi. Fəqət anası tələsməzdi. Gülbadam on yaşında ikən atası öldü, anası Nənəcanın 

tərbiyəsində qaldı. Nənəcan mamalıq edib qızını saxlardı və yaxşı da saxlardı. Qızını artıq 

dərəcədə sevərdi, başına dolanardı və mümkün olan qədər  çalışardı ki, qızı atasının yoxluğunu 

hiss etməsin. Nənəcan ağıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir  arvad idi. Əri öləndən 

sonra mamalıqdan başqa ona-buna iş də tikərdi. İşdən, zəhmətdən qorxmazdı, bir qarından ötəri 

ərə getməkdən dul yaşamağı əfzəl bilərdi. Əri öləndən sonra çox adamlar istədi, getmədi və nə 

üçün də istəməyə  idilər; bir kişicə pul qazanırdı. Arvad pulu ilə, arvad zəhməti ilə yaşamaq 

istəyən kişilər də az deyildi. Fəqət Nənəcan qızını çox istəyirdi: bilirdi ki, ərə getsə qızının günü 

olmayacaqdır.... Və bir də Nənəcan vəfalı arvad idi. Yaxşı ərdən sonra getməyi özünə eyib 

bilirdi. Daha doğrusu, Nənəcanın özünə görə fəlsəfəsi var idi. Fikir edirdi: ərə getmək borcdursa 

getdim, borcu verdim. Arvadlar dolanacaqları keçməkdən ötrü ərə gedirlərsə, mənim ona 

ehtiyacım  yoxdur. Özüm qazanıb özüm də yeyirəm. Kişinin yaxşısı da var, yamanı da. Bəlkə bir 

yaman adama rast gəldim. Yox, yaxşısı  budur ki, öz əlim öz başımda, tək bir qızım üçün 

gərəkdir işləyəm, onu xoşbəxt edəm, sonra ölsəm də arxayın ölərəm.... 

 

  



 

Kənddə tərbiyə tapmış elmsiz bir arvaddan belə bir fəlsəfəni gözləmək çətin görünsə də, fəqət 

tapılırdı. Bu hələ heç. Gülbadam hərdənbir gəlib deyərdi: "Anacan, mən filan yerdən keçirdim, 

yel vurub çarşabımı açdı; filankəs də keçirdi,   məni gördü". 

 

  

 



"Eybi yoxdur, qızım"--deyib Nənəcan qızını sakit edərdi: "Adamı görəndə yeməzlər. Sən çalış 

ki, adına bir söz deməsinlər.... Yoxsa gördülər, görmədilər boş sözlərdir. Mən, qızım, çoxdan 

bəri mamalıq edirəm, məni çox adam da görübdür və görür. Mən gecələr yad kişilərlə ağrı çəkən 

arvad üstə tək gedirəm. Fəqət bu vaxtadək bir adamın hünəri varmı, mənim adıma bir pis söz 

desin?...." Həqiqət,  

 

Nənəcan artıq dərəcədə namuslu, həyalı bir arvad idi. Ona görə də tamam kənddə onu yaxşı 



arvad bilərdilər və hörmətini saxlardılar. 

 

  



 

Bu minval Nənəcan qızını böyüdüb 18 yaşında ərə verdi. Gülbadamın əvvəlki əri Molla 

Cəfərqulunun qardaşı  Məşədi Həsənəli idi. Məşədi Həsənəli qardaşının dəstgahını eşidib, 

İrandan Qafqaza gəlmişdi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. İndiki 

olduğu yerdə bir balaca evi vardı. Qardaşına da bir balaca baqqal dükanı açmışdı. Dükanın 

mayası da Molla Cəfərqulunun idi. Çünki özü savadsız olmağa görə əlindən özgə  bir şey 

gəlmirdi. Doğrusunu demək, Həsənəli Qafqaza gələndə bir az səhv etmişdi. Elə bilirdi ki, 

qafqazlıları  savadsız adam da ələ sala bilər. Gəldi gördü ki, xeyr, elə deyil, laməhalə gərək 

Racinisə də oxumaq bilsin. Nəisə, qardaşının adına, sanına da layiq deyildi ki, meymun oynatsın. 

Naçarlıqdan Molla Cəfərqulu buna bir dükan açdı və dükanda yaxşı işləməyə başladı....  Axırda 

bir az özünü düzəldəndən sonra Gülbadamı istədi, çox istədi, anası vermədi. Çox istəməyinin də 

səbəb vardı, bilirdi ki, ananın tək qızıdır və anadan sonra bir az "pul-mul" da qalacaqdır. Hətta 

bu işin xatirəsi üçün möminlər cərgəsinə  daxil olmaq fikrində ikən bir az pul düzəldib Xorasana 

getdi. Xorasandan qayıdandan sonra böyük vasitələr salıb bir güc-bəla ilə Gülbadamı aldı. 

 

73


 

  

 



İki il Gülbadamla ömrünü sürüb öldü. Deyirdilər, guya Xorasandan azarlı gəlmişdi. Orada, guya 

kif azarı tapmış imiş. Doğrudan Xorasana getməmiş boynu albuxara torbasına oxşar, canlı, 

ucaboy, qoyungöz, burnu bir az yekə kişi idi; özünün də otuz yaşı olardı. Nə isə, Həsənəli 

"Məşədi Həsənəli", olandan sonra gah yara çıxarardı, gah burnundan şikayət edərdi. Gah gecələr 

ayaqlarının ağrısından, sümüklərinin sızıltısından yata bilməzdi. Axırda burnunda yara əmələ 

gəldi və burnu  ortadan çökəldi. 

 

  

 



Sonralar Gülbadamın da ağzında bir yara peyda oldu, nə yara isə bilinmirdi. Fəqət şəhərdəki 

həkim onun dərmanından buna  da verərdi....  Çox çəkmədi Məşədi Həsənəli yaman bir dərdlə 

canını tapşırdı. Bir il ondan müqəddəm Gülbadamın anası dünyadan getmişdi. Gülbadam ərindən 

sonra bir ay qaynı Molla Cəfərqulunun evində qalıb qoca əmisinin evinə köçdü və belə  tez 

köçməyinə də səbəb var idi. Bir gün Gülbadamın əmisi naxoşlayıb Molla Cəfərqulunu çağırtdı 

ki, müalicə etsin. Qoca  kişi bir az artıq yeyib zərərini görmüşdü: bir az qusurdu....  Günbatan 

vaxtı Molla Cəfərqulu əminin yanına getmək istədi. Gülbadam da təvəqqe etdi ki, bunu da 

aparsın, əmisinə lazım olarsa, qulluq etsin....  Xülasə, ikisi də yola düşdülər. Bunlar  gəlməkdə, 

əminin də mərəzi bitməkdə. Xoş-beş edib oturdular, sonra çay içib evə qayıtdılar.... 

 

  



 

Əmisi M...  kəndində olmağa görə yolları qoz ağacının yanında idi. Molla Cəfərqulu gecə vaxtı 

həmişə cibində şam və  spiçka gəzdirərdi. Fəqət lazım deyildi. Çünki yol məlum, düz bir yol idi. 

Bunlar yavaş-yavaş gəlirdilər. Qoz ağacına  çatanda Molla Cəfərqulu yalandan büdrəyib yıxıldı. 

Ürəyi təmiz, rəhmli Gülbadam "vay" edib bunun qolundan tutdu.  Molla Cəfərqulu  qızışmış 

heyvan kimi Gülbadamın boynundan sarılıb öpdü və dedi: "Mən sənin dərdindən ölürəm...." 

Gülbadam özünü itirib uca, dəhşətli bir səslə "vay" edib qəşş etdi. Molla Cəfərqulu bir dəqiqəlik 

özünü itirib   Gülbadamdan bir neçə addım geri çəkildi.Əzqəza Gülbadamın səsini kəndin 

kənarından keçərkən bir adam eşidib  səslənir: "Ay adam, kimsən?" Molla Cəfərqulu görür ki, 

haman səslənən adam qaranlıqda qoz ağacına tərəf hərəkət edir. Molla Cəfərqulu ətəyinin altında 

tez  şamı yandırıb qoz ağacının dibində qoydu və başladı namaz qılmağa. 

 

  



 

Bu adam çoban Dünyamalı idi. Yavuqlaşıb gördü ki, bir arvad yerə sərilmiş, hərəkətsiz 

uzanıbdır, Molla Cəfərqulu  isə namaz qılır, şam da qibləsidir....  Çoban:--Nə olubdur?--deyə 

soruşdu. 

 

  

 



Molla Cəfərqulu namaz üstündə cavab verməyib qurtarandan sonra ağlamağa başladı və dedi: 

 

  



 

"Təzim, təzim et, qardaş, bu pirdir. Biz yolla gedirdik, gördük burada şam yanır. Ağaca 

yavuqlaşanda ağacdan səs çıxdı.  Bu  zavallı arvad tab gətirə bilməyib qəşş etdi...." 

 

  



 

 

74



Çoban bunu eşitcək dizləri üstə çöküb yeri öpdü, ağladı. "Atam-anam sənə qurban" deyib alnını 

torpağa qoydu və sonra ayağa  durub dedi: 

 

  

 



"Gedim bu saat adamlara deyim, ziyarətə gəlsinlər." Molla Cəfərqulu dedi: 

 

  



 

"Yox, pir tapılanda qayda bunadır ki, əvvəl piri tapan adam özü gərəkdir camaatı yığıb nağıl edə, 

qeyri bir adam xəbər verərsə  pir yox olar....  İndi sən get, özün də dalına baxmayasan, evdə 

danışa bilərsən. Ancaq pirin barəsində bir söz də söyləməzsən,  sabah bunun duasını oxuyub elan 

edəcəyəm.... 

 

  



 

Çoban tez durub getdi və molla dediyinə də əməl etdi. Çoban bir qədər getmişdi, Gülbadam 

yavaş-yavaş ayılıb başının üstə  Molla Cəfərqulunu gördü. Tamam bədəni iztirabda ikən 

ağladı.... 

 

  

 



Molla Cəfərqulu bunun ayaqlarına düşüb yalvardı və çobanın əhvalatını nəql etdi və dedi:--

Aramızda olan əhvalat  açılmasın deyə, mən buranı çobana pir nişan verdim. İndi sən qurana and 

iç ki, bu sirri heç kəsə ölənədək deməyəcəksən. 

 

Gülbadam çox da fikir etməyib dedi:  



 

  

 



"Səni  and verirəm qurana, mənə əl vurmayıb salamat evə buraxasan, mən də qurana and içirəm 

ki, sənin bu hiyləni  ölənədək  açmayacağam. Mənim ismətim mənə hər şeydən qiymətlidir...." 

 

  

 



Bu sözlərdən sonra qalxdı və heç bir şey söyləməyib ev tərəfə yeriş etdi. Molla Cəfərqulu da 

dinməz-söyləməz  dalıca  gəlirdi.... Ertəsi gün Molla Cəfərqulu pirin tapılmağını min hiylə ilə 

elan etdi. Gülbadam isə şeylərini  yığıb  əmisinin evinə köçdü. 

 

  



 

Molla Cəfərqulunun arvadı Molla Tutu Gülbadamın çox o yan-bu yanına keçdi ki, bunun tez-

tələsik köçməyinin səbəbini  bilsin. Fəqət "əmim yalqızdır, baxanı yoxdur", sözləri ilə canını 

qurtardı. 

 

  

 



Zatən Molla Tutu Gülbadamın köçməyinə çox şad idi. Çünki ərinin Gülbadama olan 

"mehribançılığını" görürdü  və hiss  edirdi.Gülbadamın əri öləndən sonra bu "mehribançılıq" 

daha da artmışdı. Molla Tutu Gülbadamın  tərəfindən arxayın  idi. ÇünkiGülbadamı ürəkdə 

təmiz adam bilir idi. Fəqət ərinin vicdansız bir hərif olmağını  da çox yaxşı bilir idi. Yenə  necə 

olsa fikir edirdi: bəlkə əri Gülbadamı aldı. Çünki Molla Tutudan Molla  Cəfərqulunun tək bir 

 

75



oğlu vardı. Hətta  qardaşı öləndən bir neçə gün sonra övlad barəsində bir balaca söhbət də 

olmuşdu....  Molla Tutu isə bununla belə dərin  məsələləri tez başa düşərdi. Yəni bir çətin də 

məsələ yox idi ki, başa düşməsin....  Molla Tutu kişilərin xasiyyətini  bilirdi, bilirdi ki, ciblərində 

bir az artıq pul olanda arvad fikrinə düşərlər....  Xüsusən öz ərini yaxşı tanımışdı. Hələ qardaşı 

sağ ikən Molla Cəfərqulunun başından hərdənbir qara fikirlər keçirdi....  O deyildi ki, qardaşının  

ölməyini istəyə idi....  Xeyr, qardaşı yaman bir mərəzə düçar olmuşdu.  Ona binaən hərdənbir 

fikir edərdi: bəlkə birdən öldü, sonra? Gülbadam necə olsun? 

 

  



 

Molla Cəfərqulu özünü qeyrətli müsəlmanlardan hesab edirdi. İstəyirdi ki, "islam milləti 

artsın....". 

 

  



 

Hətta Molla Tutunun qulağını doldurmaq üçün qardaşı öləndən sonra hərdənbir söhbət açıb 

deyərdi: "Bilirsənmi,  islamda  bir çox şey var ki, biz hələ onu lazımınca anlamamışıq. Məsələn, 

iki, üç, dörd arvad almaq məsələsi böyük əhəmiyyətli bir  məsələdir.Heyfa ki, biz başa 

düşmürük. Bunun əsil səbəbi budur ki, islam milləti çoxalsın, qüvvətli olsun....". 

 

  



 

Molla Tutu da çünki mərsiyəxanlıq edərdi, ona binaən belə nazik mətləbləri tez düşünərdi və 

onun cavabında həmişə  deyərdi: "Çox oldu nə xeyri? Odur, bir oğlun var, yaxşı quran oxumaq 

da bilmir". Molla Tutunun fikrincə, bir müsəlman   ki, quran  oxumaq bilmədi, bütün müsəlman 

olmazdı. Və həmişə arvadlara deyərdi: "Ey uşaqlarına quran oxutmayan  analar! O dünyada nə  

cavab verəcəksiniz?". 

 

  

 



Doğrudan da, bunun sözləri təsirsiz qalmazdı: bir də görərdin səhəri ananın biri qorxub qızını 

Molla Tutunun  yanına  göndərdi ki, quran oxutsun....Əlbəttə, quran oxumaq istəyənin əvvəl 

çərəkə qurtarmağı var, sonra quran başlamağı və sonra quran qurtarmağı. Bunlar da  hamısı 

müəllimənin, yəni Molla Tutunun zəhmətinə bağlı bir iş idi və yaxşı da işə keçirdi.... 

 

  

 



Nə isə, Molla Cəfərqulu belə söhbətləri açanda Molla Tutu aciz qalmazdı. Fəqət bununla belə 

Gülbadamı da gözündən buraxmazdı. Hara getsə idi, Gülbadamı da özü ilə aparardı. Onu tək 

evdə qoymazdı və ərinin də hərəkətlərinə dörd gözlə  baxardı. Bir az əri Gülbadamın üzünə xoş 

baxsa idi, üç günlərlə yeməzdi, içməzdi, donquldanardı. Belə əhvalatlar da  Gülbadamın əri 

öləndən sonra tez-tez olardı. Molla Cəfərqulu çox "mehribançılıq" edərdi, hətta hərdənbir 

paltarlıq da  alardı. Molla Tutu acıqlananda deyərdi: "Arvad! Allah heç kəsi yiyəsiz etməsin, 

onun bu saat ürəyi sınıqdır, alanı yoxdur",deyib keçərdi. Gülbadam isə öz-özünə deyərdi: "Bu 

mənim ərimin qardaşıdır, məni öz balası kimi istəyir...." Hətta hərdənbir  fikir edərdi: "Mənə 

quru çörək də versələr, buradan getməyəcəyəm. Onsuz da bunlara qulluqçu lazımdır, mən də 

bunlara qulluqçu əvəzinə işlərəm, günümü keçirərəm". 

 

  

 



Doğrudan da, Gülbadam işsevən, zəhmətkeş bir arvad idi. Evdə qalarkən səhərdən axşamadək 

işlərdi. Fəqət əri öləndən sonra  Molla Tutunun məcburi quyruğu olmuşdu. Molla Tutu, evdə tək 

 

76


qalmasın deyə, qaynı öləndən sonra ərinin qorxusundan Gülbadamı özü ilə həmişə aparardı. 

Molla Cəfərqulu da bunu xoşlamazdı, hətta bir gün dilə gəlib dedi: "Canım, özün  gedirsən 

gəlinisə də evdə qoymursan ki, vaxtında çayımı verə". 

 

  



 

Fəqət belə sözlər Molla Tutunun qulağına girməzdi....  O gecə də bir fürsət idi, Molla 

Cəfərqulunun əlinə düşmüşdü.... Xəbər gəldi ki, Gülbadamın əmisi yaman haldadır, Molla 

Cəfərqulunu çağırır. Haman gün də Molla Tutunun bir az keyfi yox idi. Çünki gündüz mərsiyə 

oxuyub çox çığır-bağır etmişdi ki, məclisi ağlatsın; pul yığılan gün idi. Nə isə bunları  bir yerdə 

buraxdı. Buraxıb da ərinin tamam hiyləsinin açılmağına səbəb oldu. Molla Cəfərqulu hələ 

əmisigilə gedən baş  istəyirdi başlasın. Sonra fikir etdi ki, Gülbadamın halına müvafiq yarayan iş 

deyil.... Hətta fikrindən bu da keçdi: əmi  yaman halda olursa, orada qalsınlar, çünki bunlardan 

başqa əmisigildə heç kim yox idi....  Nə isə, Molla Cəfərqulu bir ayın,  bəlkə daha çox vaxtın 

ərzində başında bəslədiyi fikirləri əlacsızlıqdan tab gətirə bilməyib, qoz ağacının dibində aşkar  

etdi. Aşkar edib də Gülbadam kim olduğunu düşündü.... 

 

  



 

Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. Fikir edirdi: "Hələ qızların 

barəsində bədgüman  olmaq yaxşı deyil, dul  arvada nə var? Nə üçün də olmasın?" Fəqət onu 

düşünə bilmirdi ki, arvadın yaman yola düşməyinə çox-çox ağır səbəblər lazımdır....  Pozğun 

əxlaqı, çirkin tərbiyəsi, paslanmış beyni nazik bir mətləbi düşünməyə qoymurdu, qoymurdu ki, 

arvadın ruhuna yavuqlaşıb da arvadda olan gizlin xəzinəni bilsin, düşünsün. Düşünsün ki, arvad 

ancaq məhəbbətinin qurbanı ola bilər....  Onu bilmirdi ki, namus meydanında kişi ilə arvadda 

böyük fərq var. Qız, məhəbbətinin  qurbanı olub da bir çox vaxt əvvəlinci halından ikinci hala 

düşməyinə heyfsilənər, yanar, qovrular, oğlanınsa heç halına  təfavüt etməz....  Qızda olan bu 

hiss bir çox arvadda dərin kök salıb arvad olduqda da bu hiss onun çox vaxt təmiz qalmağına 

səbəb olar. Kişilər yanında qadınların mərtəbəsini ucaldan bu hiss arvadların kişilər haqqında 

həqir bir nəzərdə  olmaqlarına da səbəb olar.... 

 

  

 



Əlbəttə, Molla Cəfərqulu bunları düşünsə idi, birdən-birə palçıqlı əlləri ilə Gülbadamın 

boynundan qucaqlamazdı. Zəhərli dodaqlarıilə onun üzündən öpməzdi.... Bu vaxtadək mömin, 

müqəddəs, allah bəndəsi xəyala gələn Molla Cəfərqulu  bir dəqiqədə Gülbadam üçün dəhşətli  

bir ilan olmağını düşündümü, ya yox?! Düşünmədi. Düşünsə idi xalqdan qorxub dərhal pir 

yapmazdı. 

 

  



 

Gülbadam tək bir vicdanından çəkinib təmiz qalmağını tələb edərkən molla fəqət keçinəcəyini və 

bu məsələdə xalqın  nəzərinifikrindən keçirib dərhal yalvardı və and verdi ki, bu sirr açılmasın.... 

 

  



 

  

 



  

 

  



 

 

77



VII 

 

  



 

  

 



Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib indi əri Məşədi 

Allahverənin yuxusuna öz  yanında gülürdü. Fəqət bilmirdi ki, bu yuxu onun rahatsızlığına və 

axırda daxili bir inqilabın törənməsinə səbəb olacaqdır. Məşədi Allahverən səhər namazını qıldı, 

çayını içib dükana hazırlaşırdı. Adət üzrə balasının yanına  gəlib danışdırdı, yəni özü deyirdi,özü 

də eşidirdi: "Yaxşı, balam! Nə alım, nə gətirim?" Bu sözlər həmişəki sözlər idi.... Fəqət bu gün: 

"İnşaallah, bir həftədən sonra ayaq tutub gəzərsən, mənimlə dükana gedərsən...." sözlərini də 

artırdı.... Bu sözləri deyib getdi. Qapıdan küçəyə çıxmışdı, gördü qonşularından bir neçəsi yığılıb 

söhbət edirlər. Bunu görüb  çağırdılar və dedilər: 

 

  

 



"Məşədi, eşidibsən? Deyirlər Molla Cəfərqulu bu gecə ölübdür." 

 

  



 

"A kişi, nə deyirsiniz? Elə şey ola bilməz, dünən bir yerdə deyildikmi? Sağ və salamat indi nə 

oldu ki?" 

 

  



 

"Deyirlər özü də vəbadan ölübdür." 

 

  

 



"İnanmayınız" --deyib Məşədi bir az da gülümsündü. Hərgah doğrudan ölübdürsə, qeyri bir 

səbəbdən ölübdür, vəbadan ölməyi yalandır. "Xeyr, xeyr, bu saat tədarük üçün pirdən adam 

gəlibdir. O söyləyirmiş."Hətta deyirlər öləndə deyirmiş: "Məni pir çağırır...." 

 

  



 

Məşədi bir az fikrə gedib dedi: 

 

  

 



"Hə, bu ola bilər...." Xoşbəxt adam imiş, allah rəhmət eləsin! A kişilər, bu pirin kəramətlərinə 

daha sözmü demək olar? 

 

  

 



Bu sözləri deyib Məşədi tələsik dükanına getdi. Sonra dükana gələn adamlara Molla 

Cəfərqulunun ölmək əhvalatını söyləyirdi və axırda da "xoşbəxt imiş, allah rəhmət eyləsin, pir 

deyirlər çağırıbmış" sözlərini təkrar edirdi.Molla Cəfərqulunu bu balaca şəhərdə demək olar ki, 

tanımayan yox idi. Çünki balacadan böyüyə kimi pirə getmişdilər, bunu qonaqsevən pir sahibi 

bilirdilər.... Bir çox adam: da dəfn günü pirə getmişdi. 

 

  



 

78


 

Burada dürlü-dürlü danışıqlar vardı: kimi deyirdi namaz vaxtı ölübdür; kimi deyirdi gecə qayda 

üzrə pirə ziyarətə gedibmiş, pirdən guya bir səs gəlibdir: "sənin axır məkanın buradır". Guya bu 

sözlərdən sonra qorxub evə gəlibdir, ürəyi çatlayıbdır....  Nə bilim, daha nələr söyləyirdilər. 

Fəqət ölünü yuyanlar fikir edirdilər: belə bir sağlam, ətli-canlı adam,  əcəba, nə üçün bir gecənin 

ərzində belə tez ərisin? Nə üçün bunun gözləri belə dərinə düşsün və ovurdu illərlə mərəz çəkmiş 

naxoşun ovurdu kimi batsın? Bu sirri heç kim bilməsəydi də ev adamları yaxşı bilirdilər, xüsusən 

ev qulluqçuları--gədə Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. Pəri tez-tez 

ləyən tökərdi, Almaz da mollanın gah ayaqlarını ovardı, gah belini, gah əllərini. "Ay, ayaqlarım 

yığışır" deyib bağıranda, Almaz var qüvvəti ilə oyuşdurardı....  Molla Tutu da işsiz deyildi: "Gah 

onu gətir, gah bunu gətir" deyib ayaq üstə ora-bura qaçardı və cındırlarla qusuntusunu 

təmizlərdi....  İşsiz gözə görünən bir Molla Cəfərqulunun oğlu idi. Yəni o da işsiz  

 

deyildi. Gündüz atası pirin  kəramətlərindən söyləyəndə yadında qalmışdı ki, pirin torpağı vəba 



mərəzində şəfavericidir və eşitmişdi vəbada qusarlar və ayaqlar çən olar....  Bu da fikir etdi ki, 

bəlkə atasını vəba tutubdur. Tez qoz ağacının torpağından gətirdi. Bir kasa suya torpaqdan salıb 

atasına verdi və dedi:--Ata, indicə gedib pirin torpağından gətirmişəm, al bu suyu iç.... 

 

  



 

Atası oğluna baxıb üzünü çöndərdi.... Doğrudan da zarafat məqamı deyildi, kişi ölürdü. Dərisi 

quruyub dili atəş kimi yanırdı, oğlunun da zarafatı bir tərəfdən....  Bu hində yarımcan Molla 

Cəfərqulunun ürəyindən bir şey keçdi, istədi oğluna deyə: 

 

  

 



"Oğul, həkim! həkim! Torpaqdan bir şey olmaz!. "Fəqət demədi, qorxdu oğlu bu sözləri xalqa 

deyə xalq da pirdən üz çöndərə və bunun da nəşi yerdə qala. Molla Cəfərqulu nahaq yerə bu 

fikirlərə düşmüşdü. Çünki arvadı Molla Tutu bunların hamısını ürəyində düzəltmişdi. Molla Tutu 

görürdü əri gedir, fəqət necə etmək ki, əri ilə pir də getməsin? Nə tövr etmək ki, bu ocağın pirlə 

ruhani əlaqəsini həmişəlik saxlamaq? Molla Tutunu təşvişə salan fəqət bu fikirlər idi....  Ona 

binaən səhər ağlaşmaya gələn arvadlara deyirdi: 

 

  

 



"Bilirsinizmi?" Molla xoşbəxt adamdır. Həmişə adət üzrə gecələr yalqız pirin ziyarətinə gedərdi. 

Bu gecə də getmişdi. Bir də gördüm ürəyi ağzından çıxmış, saralmış evə qayıtdı. Əhvalını 

soruşduqda dedi: "Arvad, başıma bir iş gəldi. Ziyarət edirdim, birdən pirdən səs eşitdim: "Axır 

məkanın buradır", dedi. Bu sözləri deyib əlimdə bir az çabalayıb canını  tapşırdı...." 

 

  

 



Bu sözləri deyib arvadların üzlərinə baxardı görsün, sözlərinin təsiri varmı. 

 

  



 

Əlbəttə, arvadlar da mərsiyəxan Tutuya inanmayıb kimə inanacaq idilər. "Şükür pərvərdigara! 

Şükür kərəminə! Doğrudan da xoşbəxt adam imiş" deyib başlarını yırğaladılar.... 

 

  



 

 

79



Bu sözlər arvadlardan kişilərə yayıldı, kişilər həyəcana gəldilər, pirin dərəcəsi, mənası birə-beş 

artdı. Bu vaxtadək pirə az inanlar, indi piri bir müqəddəs yer bilirdilər. Fəqət arada hərdənbir 

vəba məsələsi barəsində də zəif-zəif səslər eşidilirdi. Bu zəif səslər zəiflərdən çıxırdı. Ona görə 

təsirsiz qaldı....  Hamı bir ağızdan: "Mollanın yeri qoz ağacının dibidir" deyib şəhərdən gələn 

adamlar, kəndçilər  ittifaq bağladılar və böyük bir təntənə ilə Mollanı pirə verdilər ... və pirin 

ixtiyarını Molla Cəfərqulunun oğluna və Molla Tutuya  tapşırdılar. 

 

  

 



  

 

  



 

  

 



VIII 

 

  



 

  

 




Kataloq: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə