Milli Virtual Kitabxana



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix08.12.2016
ölçüsü0,65 Mb.
1   2   3   4   5   6   7
Şəhərdən gələnlər bu əhvalatı şəhərə, kəndlərdən gələnlər kəndlərə yaydılar. Aradan dürlü-dürlü 

sözlər pırtladı çıxdı. Hər başdan bir söz! Axırda hətta bunu da deyən oldu, guya o gecə mollanın 

gözünə bir nur da görünübmüş....  Məşədi  Allahverən, əlbəttə, mollanın ziyarətinə getmişdi. 

Xalqın həyəcana gəlməyi bunu da həyəcana gətirmişdi. Pirdən evə qayıdıb Gülbadama istehza 

ilə dedi: 

 

  



 

"Hə, sən elə qaç həkimə...." 

 

  

 



"Nədir? Nə olubdur?"--Bu sözləri deyib Gülbadam təəccüblə ərinin gözlərinə baxdı. 

 

  



 

"Daha nə olacaqdır? Get, gör pirdən nələr söyləyirlər." Məşədi Allahverən tamam gördüyünü, 

eşitdiyini Gülbadama nağıl etdi. 

 

  



 

Gülbadam ancaq bunu dedi: 

 

  

 



"Pirin pir yeri var, həkimin həkim yeri...." 

 

  



 

"Yox, burada həkimin yeri yoxdur. Mənim yuxum və bu əhvalat göstərir ki, burada həkimin 

meydanı deyil. Mənim balamı qurtarsa bir pir qurtaracaqdır. Gərək də yuxuma əməl edəm." 

 

80



 

  

 



"Necə yəni əməl edəsən?"--Gülbadam ixtiyarsız səsini ucaldıb balasını bəladan qorumaq istəyən 

pişik kimi tamam  bədənini  yığışdırdı. 

 

  

 



"Necə ki, yuxuda görmüşəm elə də gərək edəm.... Balamı bir gün-bir gecə pirə gərəkdir 

salam...." 

 

  

 



"Yox, mən balamı bir saat da gözümdən uzağa vermərəm." 

 

  



 

"Sənin ağlın çaşıbdır. Doğrudur, ana balasını istər, lakin dindən, məzhəbdən də çıxmaq 

yaramır...." 

 

  



 

"Hankı din, hankı məzhəb?" 

 

  

 



"Canım, xalqın ağzını bağlamayacaqsan ki, deyirlər möcüz görünübdür. Mollanın gözünə bir 

adam görünübdür.... "Sənin məkanın buradır...."  deyib qeyb olubdur.... " Belə şeylərə 

inanmamaq, dinə-məzhəbə şəkk gətirmək deyilmi? 

 

  



 

"Bu möcüzü kim görübdür? Kim söyləyir?" 

 

  

 



"Xalq söyləyir." 

 

  



 

"Xalq kimin dilindən söyləyir?" 

 

  

 



"Mollanın." 

 

  



 

"Bu xalqdan hansı biri bu sözləri molladan eşitdi?" 

 

  

 



 

81


"Arvad, arvad! Bu aşkar şeydir. Möcüzü ancaq bir adam görər. Hamı görərsə, o möcüz olarmı? 

Allah öz qüdrətini ancaq  seçilmiş adamların vasitəsilə bildirir. İndi bu rəhmətlik də görübdür, 

səsi eşidib qorxubdur, tab gətirə bilməyib ürəyi  çatlayıbdır. Hamı əhvalatı da arvadına 

söyləyibdir...." 

 

  

 



Gülbadam yenə də bir sual vermək istədi. Fəqət əri sözünü ağzında qoyub dedi: 

 

  



 

"Daha tamamdır. Mən görürəm həkimlər sənin beynini yeyiblər....  Yox! Tamamdır! Bu, arvad 

işi deyil. Arvadın ağlı belə şeyləri dərk edə bilməz....  Təvəqqe edirəm belə şeylərə şəkk 

gətirməyəsən. Yoxsa sənin şəkkinbalamın bədbəxtliyinə səbəb  olar....  İnşaallah, bu cümə günü 

gedərik, bir gecəlik uşağı qoyarıq....  İnşaallah, şəfa tapar!" --Bu sözləri deyib Məşədi  evdən 

çıxdı. 


 

  

 



Gülbadam xeyli vaxt ayaq üstə qurumuş qaldı. Gözünü bir nöqtəyə dirəyib dərin-dərin fikirlərə 

getdi. Sonra ixtiyarsız balasının yanına gedib ağladı.... "Dilsiz, ayaqsız, ağılsız balam" deyib 

yenə də ağladı....  Cəbi matdım-matdım anasına baxırdı....  Baxıb da guya istəyirdi desin: 

"Mənim ağılsız, dilsiz olmağımın səbəbi siz valideynim deyilsinizmi?" Zatən demədisə də, 

Gülbadam bu sözləri həkimdən eşitmişdi.... Fəqət nə çarə? İş-işdən keçibdir! Həkimin "bəlkə 

çarə olar" sözləri yenə heç olmazsa bir az ümid yolu açırdı....  Bəs bu pir məsələsi? Daha 

doğrusu, ərinin yuxusu və yuxusuna əməl etmək  istəməsi? Bu əhvalat Gülbadamı büsbütün 

dəyişdirdi. Həlim, mehriban, təmiz ürəkli Gülbadam birdən-birə şirə döndü. Hələ cümə gününə 

qalmışdı. Bu gündən ərinin sözlərinə cavab qaytarardı. Belə bir cürətli olmağına özü də təəccüb 

edirdi. Özünü  aslan hesab edirdi. Ərindən başlamış hamını özünə düşmən bilirdi. İstəyirdi bir 

şey etsin, bir şeyi cırsın, dağıtsın, bir söz desin, fəqət bir söz ki, onun acılığı bu xalqı yandırsın. 

Sonra istehza ilə qəhqəhə çəkib bunların üstə gülsün.... Bunların hamısını istəyirdi, ürəyindən 

qovurdu, keçirirdi, beyni qaynayırdı. Fikri-fikri çaparaq qovurdu da bütün bədənini iztiraba 

salırdı. Hazır neftə basılmış bir quru ot idi, bir qığılcıma bənd idi.... 

 

  

 



Doğrudur, bundan əvvəl də pirin adını eşitmək istəməzdi. Hətta arvadlar pir söhbəti edəndə, bu, 

içindən gülərdi, istehza edərdi. Fəqət açıq-açığına deməyə ixtiyarı yox idi. Nə üçün? Ondan ötəri 

ki, qurana and içmişdi.... 

 

  



 

Bilməyirəm, Gülbadamın vicdanı bu vaxtadək pirin gizlin qalmasına neçə davam edirdi? Özü 

görürdü: kor, şil, kar, çaxotkalı, kif azarı tutmuş bu pirə pənah aparıb müalicədən bilmərrə üz 

çöndərmişdilər. Nə üçün bu biçarələrin bədbəxtliyinə səbəb olurdu? Bu naxoş validələrdən Cəbi 

kimilərinin dünyaya gəlmələrinə və Cəbi kimi müalicəsiz qalmalarına nə üçün səbəb olub da bu 

vaxtadək pirin sirrini açmırdı? Bilmirəm, bu suallar Gülbadamın başından keçirdimi və keçirdisə 

necə cavab verirdi? Bilmirəm, fəqət bunu bilirəm ki, Gülbadam pirin sirrini iki səbəbdən 

gizlədirdi, bir səbəb öz namusunu güdmək, ikinci səbəb qurana and içməyi idi....  Namusunu, 

ismətini qorumaq üçün Gülbadam söyləməyirdi, çünki fikir edirdi. Hərgah əhvalatı açsa, ola 

bilsin bir çox adam bunun haman vaxt təmiz qalmağına inanmayalar, bəlkə bir iş olubdur deyə 

özü də, əri də bədnam olalar....  Bu əhvalatı həmin gecə, yainki həmin gecənin səhəri açıb desə 

 

82



idi, bəlkə inana idilər....  Bu əhvalatdan bir neçə vaxt keçmiş, yəni pir şöhrət tapandan sonra 

əhvalatın açılması həqiqət bir çox adamı şübhəyə salardı. Öz aləmində vaxtını keçirtmiş idi. 

Fəqət nə üçün keçirtdi? Ondan ötəri ki,qurana and içmişdi. Qurana and içməyinə də səbəb yenə 

bunun namusu oldu. Həmin dəqiqə Gülbadam bu hiylənin aqibətinidüşünsə idi, bəlkə də and 

içməyə idi. Fəqət həmin dəqiqə Gülbadamın ancaq bir fikri var idi: namusunu saxlamaq, təmiz  

qalmaq, zəhərli ilandan  özünü xilas etmək. 

 

  

 



Bundan savayı başqa bir fikri yox idi. Bu da qurana and içməyinə səbəb oldu. Qurana and 

içəndən sonra da sirr vermək Gülbadam kimi inanmış bir adama asan deyildi. Gülbadama tərbiyə 

belə verilmişdi. Heç bir şeyə and etməmək, xüsusən  allaha və qurana, bunlara  and etdin əməl 

etmək gərəkdir. Anası Gülbadama deyərdi: "Qızım, olmaya-olmaya qurana and içəsən. Çox 

adamlar qurana and içib  sonra andlarını pozub, böyük bəlalara giriftar olublar. Bundan böyük 

and yoxdur, qızım...." deyib həmişə təkrar edərdi. Uşaqlıqdan bu, qulağında qalmışdı. Doğrudan 

da, Gülbadam and içmək sevməzdi.  Xüsusən qurana heç vaxt and içməzdi. Bu gecə ömründə 

əvvəlinci dəfə idi ki, ürəkdən qurana and içdi, ancaq bundan ötəri ki, təmiz qalsın....  İlanın 

soyuq, çirkin əllərindən xilas olsun. Bu da arvadların bir sirridir: təmiz qalıb tərlan kimi gəzmək, 

bir çox heyvandan seçilməyən kişilərə yuxarıdan aşağa baxmaq bir çox arvadın sirridir.... 

 

  

 



Doğrudan da, ertəsi gün Gülbadam bir ağır daşı üstündən atan bir zor, dəhşətli müharibədə qalib 

gələn pəhləvan, bir təhlükəli vaqiədən xilas olan adam kimi özünü hiss edirdi....  Fəqət bir söz də 

deyə bilmirdi. 

 

  



 

Əcəba! İndi nə üçün şirə dönüb istəyir bir söz söyləsin? Bu sual Gülbadamın başından keçərkən 

yavaş-yavaş gəlib balası Cəbiyə baxdı, gördü ki, işarə ilə dodaqlarını uzadır, su istəyir, su verib 

də birdən fikrinə gəldi: "Bəlkə pirdə gecə su  istədi, kim verəcəkdir?" Bu fikri başından keçirib 

ildırım çaxmış kimi uşağın üstünə döşənib ağladı və sonra özünə gəlib dedi: 

 

  



 

"Yox! Balacığım, mən səni gözümdən iraq vermərəm. Yox! Mən nifrət etdiyim məbuda qurban 

vermərəm!"--deyib hünərləndi, guya bir adam, ya bir qüvvə ona ürək verirdi, guya buna 

deyirdilər: haqq sən tərəfdədir, de, söylə, bag?r!.... 

 

  

 



Sonra bir az fikrə gedib öz-özünə dedi: "Bəs andım? Mən qurana and içdim! Ah, rəbbim! Ah, 

mənim allahım! Mənə yol göstər!"  Uca səslə yenə uşağın üstünə düşüb ağladı.... 

 

  

 



Əlbəttə, ana hamı övladını bir gözdə görər. Hamısı bir qüvvətdə, bir dərəcədə cigərparasıdır. 

Fəqət balalardan zəifi, həmişə naxoş bala ana ürəyinin ən hissli guşəsində yer tapar....  Balaca 

Cəbi tək olduğuna, həmişə dilsiz, ayaqsız, zəif olmağına cəhət Gülbadamın bütün vücudunu 

məşğul etmişdi. Yuxusuz gecələrmi, ya bir vücuda həmişə diqqətini cəlb etməkmi, yainki 

Cəbinin məzlumluğu, hərəkətsizliyi, istədiyi şeyi söyləməyə imkanı olmamağımı, bilmirəm. 

Fəqət onu bilirəm ki, Cəbiyə bağladığı məhəbbət Gülbadamı bütün-bütünə yandırırdı. 

 

83


 

  

 



Məşədi Allahverən də, əlbəttə, balasını sevirdi və çox da sevirdi: o da bütün-bütünə bunun 

uğrunda yanırdı. Fəqət ikisinin məhəbbətində bir az fərq var idi. Məşədi Allahverən çalışırdı ki, 

Cəbi tez ayaq tutsun, gəzsin, söyləsin, bir bunu söysün, saqqalından tutsun, yolsun, sonra 

böyüyüb dükanda otursun, sonra buna toy etsin və daha ...  nə ...  nə....  Əlbəttə, Gülbadam da 

bunları istəyirdi. Fəqət vaxt olurdu ki, Gülbadamın başından bu da keçirdi: "Belə də qalsa, 

qalsın, təki ölməsin". Məşədi isə deyirdi: "Xeyr, belə qalmağın nə ləzzəti?" 

 

  

 



  

 

  



 

  

 



VIII 

 

  



 

  

 



"Allahu-əkbər! Allahu-əkbər! Əşhədu-ən la ilahə illəllah!...." Səhər sübh vaxtı gün çıxmamış 

tamam canlı şeylər hələ yuxuda ikən təbiətin sükut bir zamanında yarıoyanmış, yarıyuxuda iraq 

bir minarədən bu sözlər, bu səda sizə necə təsir edir, bilmirəm, fəqət mən sevirəm. Mən çalışıram 

bu sözləri aşkar, aydın eşidəm. Bilmirəm bu əzanın musiqisimi, ya bu sözlərin mənasımı, yainki 

uşaqlıqdan qulaqlarımın bu sözləri adət etməyimi, bilmirəm hankısı, fəqət onu bilirəm ki, bunda, 

bu sözlər sübh vaxtı məni bir qeyri aləmə dəvət edirlər. Hələ cocuqkən sözlərin mənasını 

düşünmürdüm, yenə də bu sözlər mənim üçün təsirsiz deyildi. O vaxt bunu düşünürdüm ki, dua 

edirlər. Fəqət nə deyirlər,nə demək istəyirlər, bilmirdim. Mənasını biləndən sonra bu sözlər məni 

daha artıcaq maraqlandırdı. "Allah böyükdür. Şəhadət verirəm ki, bir allahdan başqa yoxdur 

qeyri-məbud". Əcəba, təbiətin belə bir sükut, gözəl vaxtında allahın varlığına və birliyinə şəhadət 

verənlər nə üçün qeyri-məbud gərəkdir arasınlar? N...  şəhəri müsəlman şəhəridir; yəni üçdən iki 

hissəsi müsəlmandırlar. Məscidləri  var, məscidlərinin uca minarələri var. Bu uca minarələrdən  

müəzzinlər səhər, günorta, axşam hamı bir ağız gözəl səslə deyirlər: "Şəhadət veririk ki, bir 

allahdan başqa qeyri məbud yoxdur". Bunlar heç! Hər bir müsəlman özlüyündə namazdan 

müqəddəm bu sözləri deyib də sonra namaza şüru edir.... 

 

  



 

Odur, Məşədi Allahverən də səhər namazına durub bu sözləri deyir, onun qonşusu Hacı filan da 

bu sözləri deyir, hamı bir ağızdan şəhadət verirlər: bir allahdan başqa qeyri məbud yoxdur. 

 

  



 

 Əcəba, nə üçün bunlar pirə hazırlaşırlar?....  Hətta bir çoxu namaz vaxtında bu sözləri deyə-deyə 

pirə getməklərini  fikir edirdi. 

 

  



 

 

84



Həqiqət, bu cümə pirə hazırlaşan çox idi. Molla Cəfərqulunun qəflətən ölməyi və ölümü 

barəsində dürlü-dürlü xəbərlər, danışıqlar çox adamı həyəcana gətirmişdi. Bir çoxu da gedirdi ki, 

bu müxtəlif xəbərlərin hansı biri  doğru olmağını bilsin....  Məşədi Allahverən üçün müxtəlif 

xəbər yox idi. Bu, bildiyini bilirdi, inanmışdı. Hətta bu gecə yuxusunu da bir az qarışdırmışdı və 

səhər duranda öz-özünə dedi: "Bəlkə işi təxirə salmaqdan yuxumu da qarışdırıram. Gərəkdi yuxu  

gördüyüm  gecəsinin səhəri uşağı apara idim". 

 

  

 



Gecə hətta Gülbadamla sözləşdi, Gülbadam yenə razı olmurdu. Məşədi ağzına gələn yamanı 

deyib Gülbadamı döymək də istədi. Haman bu gecə cümənin axşamı idi. Məşədi Allahverən 

çığırıb-bağırıb sonra tez yuxuya getdi. Gülbadam isə xeyli vaxt oyaq qalıb min-min fikirlərə 

düşdü. Bilirdi ki, əri sabah Cəbini aparıb pirə atacaqdır. Yenə səhərdən axşamadək olsa, yaxşı. 

Lakin əri yuxusunda bir gün-bir gecə görmüşdü. Naçarlıqdan gündüzə davam etmək olar, bəs bu 

qaranlıq gecədə, quru yerdə işarə ilə su istəsə kim su verəcəkdir? Yenə yuxuda olarsa, yaxşı. 

Bəlkə birdən ayıldı? Qaranlıqda qorxub daha yaman olmazmı?....  Bu tövr fikirləri başından 

keçirib də gahöz-özünə deyirdi: "Yox! Gözüm görə-görə balamı murdar bir yerə dəxil salmağa 

qoymaram. Nə olursa-olsun, açıb tamam əhvalatı söyləyəcəyəm....". Bu  sözlərdən sonra həmişə 

qurana and içməyi də fikrinə gələrdi....  Yenə vicdansız Molla Cəfərqulu sağ olsa idi, gizlin  

gedərdi, yalvarardı ki, bəlkə ərini bu fikirdən daşındırsın....  O da öldü....  Ölməyi heç. Bunun 

ölməyi pirin mənəvi cəhətcə daha artıq şöhrət tapmağına səbəb oldu. İndi bunun sözlərinə kim 

inanacaqdır? Bu fikirləri başından  keçirib ürəyi sıxılardı: zavallı gah həzin-həzin yorğan altında 

ağlardı, gah birdən yorğanı üstündən atıb durub oturardı və hərdənbir balasına baxıb ürəyi od 

tutub yanardı. "Yox! Mən səni əlimdən buraxmaram....  Səni diri-diri  qəbrə qoymaram!...." 

 

  



 

Yox! Bu sözləri deyirdi....  Fəqət müəyyən bir yol da tapa bilmirdi. Vaxt olur ki, belə bir halətdə 

insan əlacsız qalıb  özünü, bəxtini zəmanəyə, keçinəcəyə tapşırır. Bilmirəm nə yolla, fəqət "bu iş 

baş tutmasın gərəkdir" deyib də axırıncı dəqiqəni gözlüyür....  Gülbadam da bu halətdə, bu 

fikirdə ikən yuxuya getdi. Fəqət çox da yatmadı. Məşədi  Allahverənin "allahu-əkbər!" səsi bunu 

oyatdı. 


 

  

 



Gulbadam bir söz də söyləməyib getmək üçün hazırlaşırdı. Məşədi Allahverən gecəki çovğundan 

sonra bunun  sözsüz yığışmağını görüb ürəkdən şad oldu ki, arvadı da bunun fikrinə şərikdir, 

"davasız-qalmaqalsız" iş tamam olacaqdır. Məşədi  Allahverən hətta dünənki hərəkətindən bir az 

da xəcalət çəkirdi. Nə üçün Gülbadama elə sözlər dedi və döymək istədi. Sonra yenə öz-özünə 

deyirdi: "Xeyr, arvad xeylağını xoş sözlə yola gətirmək çətindir. Gərəkdir bir az çığırmaq, 

bağırmaq və hətta hərdənbir də üzünü silləyə öyrətmək...." Bu fikirləri başından keçirərkən 

Gülbadamın gah bu yanına, gah o yanına keçirdi, istəyirdi könlünü alsın, fəqət Gülbadam bir söz 

də söyləməyib lazım  olan tədarükü görürdü. Ərinin sözlərinə ancaq "hə-yox" deyib tələsirdi.... 

 

  

 



Əcəba! Nə üçün bu zavallı arvad istəmədiyi bir vaqiənin tez olmasına tələsirdi? Gərək hər 

dəqiqənin, hər saatın  uzanmasına  şad ola idi, fəqət, biləks,bu tələsirdi.... 

 

  

 



 

85


Bu bir həftənin müddətində daxili müharibə bunu büsbütün yormuşdu, əzmişdi, tamam hiss 

damarlarını  çaxnaşdırıb boşaltmışdı. Bir elektrik qüvvəsi lazım idi ki, bu hiss damarlarını 

birdən-birə hərəkətə gətirsin....  Bəlkə Gülbadam tələsirdi ki, bu halətdən tez xilas olsun! Ürəyini 

ağır bir daş basırdı. 

 

  

 



İstəyirdi biryolluq bu ağır daşı atsın, çünki bu daşın ağırlığına daha davam gətirə bilməyirdi.... 

 

  



 

Nə isə, balasını götürüb faytona mindi, əri də şad-xürrəm Cəbinin üzünə baxa-baxa fikir edirdi: 

indi qucaqda gedirsən, sabah  oynaya-oynaya gələcəksən.... 

 

  



 

Yolda yenə pirə gedənlər bir-birini çaparaq qovurdular. Bu dəfə hava isti deyildi. Sübhdən göyün 

üzünü qara buludlar tutmuşdu....  Gəlib çatdılar....  Ziyarətə gələnlər çox idi: korlar, şillər, dürlü-

dürlü naxoşlar hələ dünəndən gəlib dəxil  düşmüşdülər. Həqiqət, Molla Cəfərqulunun yoxluğu 

məlum olurdu.... 

 

  



 

Hamı sanki bir yasa batmışdı. Kişilər öz aralarında bir-birinə pirin barəsində söyləyirdilər. Molla 

Tutu da arvadların arasında istədiyini işlədirdi. Bu dəfə qeyri kənddən gələn bir molla meydanı 

boş görüb pirin kəramətlərindən söyləyirdi. Hamı: arvad, uşaq, kişilər qoz aqacının altına yığılıb 

qulaq asırdılar. Molla  Cəfərqulunun əhvalatını nəql edən vaxt: "Allah sənə çox şükür!" deyib 

xalq bir-birinə dəydi. 

 

  

 



Çolaqlar, korlar, çaxotkalılar: "A kişilər, bircə qoyunuz bizi pirə yavuq gedək" deyib qoz ağacına 

tərəf  sürünürdülər. Bu hində Məşədi Allahverən öz yuxusunu söylədi və indi balasını sabaha 

kimi pirə dəxil salmağını  da elan etdi. Bu əhvalat daha artıcaq xalqı tərənnümə gətirdi. "Allah 

sənə çox şükür!" sədası daha da ucaldı.... 

 

  

 



Göy guruldayır idi, şimşək oynayır idi.... Məşədi Allahverən arvadına tərəf gedib oğlunu 

anasından aldı. Gulbadam bir söz də söyləməyib Cəbini verdi. Fəqət verən vaxt Cəbi anasına 

baxdı.... 

 

  



 

Bu baxışda bir sirr vardı. Bilmək olmurdu nə sirrdir. Cəbi  həmişə anasına baxardı, fəqət indiki 

baxışda bir atəş, bir elektrik qüvvəsi vardır. Bu qeyri bir baxış idi. Guya anası bu baxışda hiss 

etdi ki, dilsiz Cəbi istəyir desin: 

 

  

 



"Anacığım! Sən məni nifrət etdiyin quru yerə nə üçün buraxırsan?" 

 

 



86

  

 

Gülbadam özünü itirib tam bədəni iztirabda ikən, dizi üstə çökdü, əllərini yuxarı tutub dedi: "Ey 



mənim allahım! Mənə bir qüvvət ver ki, ürəyimdəkini deyə bilim".... 

 

  



 

Bu vaxt xalq bir-birinə keçdi. Arvadlar həyəcana gəldilər. Dünəndən bəri dilsiz, heykələ bənzər 

Gülbadam indi  dəhşətli, yırtıcı bir şirə oxşayırdı. Gözləri parıldadı.... Bütün bədəni titrəyərək 

uca səslə dedi: 

 

"Mən nifrət etdiyim məkandan balama nicat gözləməyirəm!" 



 

  

 



Bu sözlərn dedikdə hamı bir ağızdan:--İstiğfar et! Allah amandır! Arvad dəli olubdur! 

 

  



 

"Yox! Mən dəli olmamışam, fəqət sizin dəli olmağınıza səbəb olmuşam." 

 

  

 



"Yumsana bunun ağzını!"--deyib Məşədi Allahverənə tərəf hamı üz çöndərdi. 

 

  



 

Məşədi əlində balası, arvadın tərəfinə hirsli gələrkən, Gülbadam sanki bir arslan olub dedi:--

Gəlmə yavuq! Mən  indi bu hində bir allahdan başqa kimsəni böyük bilməyirəm. 

 

  



 

Haman allahdır məni indi danışdıran. Kimsə mənim ağzımı yuma bilməz. Bu vaxtadək mənim 

ağzımı yuman da  haman allahın  kəlamı idi. Namusumu təmiz saxlamaq üçün mən hənuz burada 

qurana and içdim ki, o yatan bədbəxtin  hiyləsini ölənədək söyləməyim--əlini mollanın qəbrinə 

uzadır--haman bu yerdə mənim ismətimə, namusuma əl uzatdı. Mən çığırdım, qəşş etdim. 

Ayılandan sonra qurana and içdi ki, mənim namusuma əl uzatmasın, mən də qurana and içdim 

ki, ölənədək bunun hiyləsini aşkar etməyim....  Fəqət çoban olmasaydı, bu pir də olmazdı. 

 

  



 

Hamı bir-birinə baxıb heyran qaldılar. Bu vaxt kişilərin içindən bir şəxs ayrılıb əlində böyük bir 

daş, günbəzə tərəf gəldi  və daşı günbəzə vurub dağıtdı və dedi: 

 

  



 

"Bu torpaqlara əvvəlinci üzünü sürtən mən olmuşam...."   Bu vaxt Gülbadam uca səslə 

dedi:"Balamı mənə veriniz! Veriniz balamı!" Bütün bədəni titrəyib yıxıldı, qəşş etdi. 

 

  



 

Arvadlar tab gətirə bilməyib ağladılar, kişilər başlarını yerə dikdilər.... 

 

87


 

  

 



Bilməyirəm bu vaqiədən sonra bu mahalın müsəlmanları həqiqi məbudlarını tapdılarmı? 

 

88



Kataloq: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə