Mmtx-nin məqsəd və vəzifələri. Mmtx yardımın növləri



Yüklə 15,83 Kb.
tarix07.01.2022
ölçüsü15,83 Kb.
#51081
Mülki müdafiə-7202-MMTX məqsəd və vəzifələri


MMTX-nin məqsəd və vəzifələri.MMTX yardımın növləri.

MMTX təşkilində əsas məqsəd FH ocağında fəlakətə düçar olmuş mülki əhaliyə lazımi tibbi yardım göstərilməsi, həyat üçün təhlükəli halların təcili aradan qaldırılması, pozulmuş həyati funksiyaların bərpası, sağlamlıq vəziyyətinin möhkəmləndirilməsi və normal həyat fəaliyyətinə qaytarılmasıdır.

MMTX qüvvələrinin əsas vəzifələri aşağıdakılardır:


  • dinc dövrdə MMTX qurumlarının təşkili, təchizatı, vəzifələrin müəyyənləşdirilməsi, FH ərazisində davranış, rəftar, ilkin tibbi yardım və fərdi tibbi mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi;

  • fəlakət, bədbəxt hadisə və ya müharibə kimi-FH baş verdikdə isə xəstə, zədələnmiş, şüalanmış, yoluxmuş zərərçəkənlərə bütün mümkün olan ilk tibbi yardım növlərinin, elementlərinin göstərilməsi, fəlakət ocağından vaxtında çıxarılması, sonrakı müalicə üçün ilk tibbi yardım dəstələrinə və başqa MMTX müəssisələrinə çatdırmaq;

  • FH-ın törədə biləcəyi xoşagəlməz sanitariya nəticələrinin qarşısını almaq üçün ərazidə əlverişli sanitariya vəziyyətinin təmini, əhalinin sanitariya təhlükəsizliyinə şərait yaradan sanitar-gigiyenik və əksepidemik tədbirlər görmək;

  • əhali arasında kütləvi yoluxucu xəstəliklərin yaranması və yayılmasının qarşısını alan tədbirlər həyata keçirmək.

Mərhələli müalicə sistemində zədəli və xəstələrə 3 növ tibbi yardım nəzərdə tutulur:

-ilk tibbi yardım (İTY)

-ilk(ümumi) həkim yardımı (İHY)

-ixtisaslaşmış həkim yardımı (İxt.HY)

İTY bədbəxt hadisələr, zədələnmələr, qəflətən baş verən kəskin xəstəliklər zamanı gözlənilən fəsad və ağırlaşmaların, baş verə biləcək əlillik və ölüm nəticələrinin qarşısını almaq üçün aparılan təcili və sadə tədbirlər kompleksidir.

Həkiməqədərki yardım tələb edən hallara ürək və tənəffüs fəaliyyətinin dayanması və ya kəskin pozulması, güclü ağrılar, qanaxmalar, şok, komalar, yaralar, sınıqlar, zəhərlənmələr, ilan dişləməsi və s. çoxlu ağır vəziyyətlər daxildir.

ÜHYD-ləri, adətən, fövqəladə hal ocağı və onun yaxınlığında zədələnməmiş,yaxud yararlılığını tam itirməmiş tibb müəssisələri nəzdində təşkil olunur.Burada zədələrin və xəstəliyin növündən, ağırlıq dərəcəsindən və həkimin ixtisasından asılı olmayaraq,bütün daxil olanlara ilkin həkim yardımı göstərilir.

ÜHY-nın məqsədi həkiməqədərki yardımın çatışmazlıqlarını, göstərilməyən yardım elementlərini yerinə yetirmək, gözlənilən fəsad və ağırlaşmaların qarşısını almaq, qüsurlarını aradan qaldırmaq, pozulmuş həyati funksiyaları bərpa etməklə, ehtiyacı olanları növbəti mərhələdəki müalicə müəssisələrinə göndərməkdir.



İxtisaslaşmış həkim yardımı müxtəlif ixtisaslı həkimlər tərəfindən hospitallarda və ya xəstəxana bazalarında göstərilir.Burada xəsarət alanlar və xəstələr yaşına, xəstəliyin növünə, ağırlığına görə seçilərək, müxtəlif profilli şöbələrdə, mütəxəssis həkimlər tərəfindən sonadək müalicə olunurlar.


Yüklə 15,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin