Motivlər dedikdə şəxsiyyəti fəaliyyətə sövq edən konkret niyyətlər, səbəblər başa düşülür. Motivasiya nədir?



Yüklə 396,7 Kb.
tarix31.12.2021
ölçüsü396,7 Kb.
#49821
motivasiya prezentasiya

Motiv nədir?

Motiv (latınca – hərəkətə gətirmək, itələmək deməkdir) dedikdə, tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur. Motivlər dedikdə şəxsiyyəti fəaliyyətə sövq edən konkret niyyətlər, səbəblər başa düşülür.

Motivasiya nədir?

İnsanların hədəflərinə necə çatdıqları ilə heç maraqlanmısız?

  • Ən yuxarıya doğru irəliləmək və hədəfinizə çatmaq istəyirsiz? Bunun üçün güclü bir motivasiyaya ehtiyac var. Bəs bu motivasiya nədir? Motivasiya ən sadə mənası ilə “ bir şeyləri etmə arzusu”dur. Motivasiya hərəkətə başlamanız üçün bir qüvvədir. İlk dəfə bu termini A. Şopenqauer öz məqaləsində işlətmişdir. Motivasiyanın üç əsas hissəsi vardır: hərəkətə keçmə (aktivasiya), davamlılıq (israr), sıxlıq (məşğulluq).

Hərəkətə keçmə (aktivasiya)

Hərəkətə keçmə (aktivasiya) – bir davranışı başlama qərarını bildirir. Məsələn, riyaziyyat fənni ilə məşğul olmaq üçün bir riyaziyyat kursuna hazırlığa yazılmaq.

Davamlılıq (israr)

  • Davamlılıq (israr) – mane ortaya çıxsa da, hədəfə çatmaq üçün səy göstərməyə davam etməkdir. Psixologiya nümunəsindən bir misal gətirək, Universitetə daxil olmaq üçün daha çox zaman və enerji sərf etmək lazımdır.

Sıxlıq (məşğulluq)

Son olaraq, sıxlıq (məşğulluq) – hədəfi nə qədər coşğulu və güclü olduğunuzdur. Məsələn, bir şagird çox enerji sərf etmədən, başqa bir dərslərdəki müzakirələrə qatılaraq, dərs xaricində araşdırma imkanlarını istifadə edərək, hədəfə nə qədər yaxın getdiyini göstərir.

Motivasiyanın növləri

Daxili motivasiya

  • Daxili motivasiya insanın daxilindən qaynaqlanır, şəxsin işindən məmnun olması, həzz alması, öz-özünü motivləşdirməsi, düşüncə və davranışlarının cəmini təşkil edir.

Xarici motivasiya

  • Xarici motivasiya insanın ətrafı, çevrəsi və onu daim ruhlandıran insanlardır.

Müxtəlif meyarlara görə motivlərin növləri:

  • Sosial motivlər (sosial dəyəri olan motivlər)
  • İdraki motivlər
  • Peşə motivləri
  • Estetik motivlər
  • Kommunikativ motivlər
  • Status-mövqe motivləri
  • Ənənəvi-tarixi motivlər
  • Utilitar-praktiki motivlər (merkantil (xəsis, pulgir) motivlər)

Təsir gücünə görə motivlərin növləri:

  • Təhrikedici (sövqedici) motivlər – onlar müxtəlif məqsədyönlü hərəkətlərin əsasında durur.
  • Məna kəsb edən motivlər- onlar ictimai məna kəsb edən dəyərləri özünün şəxsi səviyyəsinə “keçirir”, yəni şəxsi “mən”ə çevirir.

Şagirdin öyrənmə prosesinə qoşulmasının bir neçə mərhələsi var:

  • Mənfi – oxumağa mənfi münasibəti olan şagirdlərin motivləri üçün məhdudluq xarakterikdir.Onlar müvəffəqiyyət qazanmağa az maraq göstərir, qiymət almağa meyl edir, qarşıya məqsəd qoymağı ona nail olmağı bacarmırlar.
  • Biganə - belə şagirdlər üçün də mənfi münasibət xarakterikdir, amma onların qabiliyyətləri, imkanları vardır. Onların maraqlarının yönümünü dəyişdikdə müsbət nəticələr əldə etmək olur.
  • Müsbət – şagirdlərin oxumağa müsbət münasibətinin müxtəlif səviyyələrində motivasiyanın qeyri-sabitlikdən tədricən düşünülmüş motivasiyaya doğru getdiyi müşahidə olunur.

Motivasiyanın yaradılma yolları:

Tələbatlar nəzəriyyəsi

Tələbatlar motivlərlə üzvi əlaqədə mövcuddur. Tələbatların əsasında nəyə isə olan ehtiyac durur. Tələbatlar aktivliyin mənbəyi və onun hərəkətverici qüvvəsidir. Tələbatın mövzusu, predmetii aydın olanda o, motiv statusu kəsb edir. Amerikan alimi Abraxam Maslounun tələbatlar nəzəriyyəsinin pedaqogika üçün böyük əhəmiyyəti vardır. A.Maslou belə hesab edir ki, şəxsi məqsədləri, həyatın mənasını axtarmaq motivasiyası insanın davranışını müəyyən edir. Hər bir insanın aşağı və yüksək tələbatları var. Onlar mürəkkəb iyerarxik asılılığa bağlıdır. Ona görə də onu piramidaya bənzədirlər.

Motivasiya üçün xüsusi priyomlar:

  • Situasiyaların seçilməsi
  • Yoldaşın seçilməsi
  • Tamamlanmamış cümlələr priyomu
  • Tamamlanmamış hekayələr priyomu
  • Şəkil üzrə nağıl söyləmək, təxəyyüldə situasiyalar yaratmaq.

Müəllimlərə tövsiyələr:

  • Uşağın heysiyətinə müraciət edin;
  • Şagirdə öz nailiyyətlərini göstərin;
  • Rəqabəti ehtiyatla himayə edin;
  • Şagirdləri tərifləyin;
  • Şagirdlərin halına acıya-acıya onu tənqid edin;
  • Problemlərin həllinin qeyri-standart yollarını axtarıb tapın;
  • Şagirdə öz nüfuzunu qoruyub saxlamağa imkan yaradın

Yüklə 396,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin