Mövzu 1: Azərbaycan SSR yeni iqtisadi siyasət illərində
Azərbaycan da sovet rejiminin milli siyasəti. DQMV və Naxçıvan
MSSR-in yaranması
Vətəndaş müharibəsi illərində ərzaq sapalağı və hərbi kommunizm
siyasəti tətbiq edilmişdir. Ərzaq sapalağının mahiyyəti ondan ibarət idi
ki, kəndli istehsal etdiyi məhsulun özünə lazım olan hissəsini saxlayıb
yerdə qalan hissəsini isə dövlətə təhvil verməli idi.Bu siyasət ölkədə
kənd təsərrüfatı istehsalının aşağı düşməsinə və şəhərlərdə aclığın
yaranmasına gətirib çıxarırdı.
Bundan başqa fəhlə və kəndli İttifaqının pozulmasına səbəb olmuşdur.
1921 ci ilin mart ayında kommunist partiyasının 10 cu qurultayında
ərzaq sapalağının ərzaq vergisinə keçirilməsinə qərar verildi.
Artıq ərzaq vergisinə keçidlə dövlət tərəfindən vergici təyin olunurdu
və kəndli həmin vergini ödədikdən sonra məhsulu sata bilərdi.Yeni
iqtisadi siyasət bir növ kapitalizm canlanması demək idi. 1921 ci ildən
Azərbaycanda da yeni iqtisadi siyasət tətbiq olunmağa başlayır.
Azərbaycan da ərzaq sapalağı çanaq rüsum vergisi ilə əvəz olunurdu.
Bu vergidə,bu siyasətə görə hər bir vətəndaş dövlətə 20
qirvənkə,buğda verməli idi (8kq).sonra
isə çanaq rüsum vergisi
Azərbaycan da ərzaq vergisi ilə əvəz olundu. Azərbaycan da ərzaq
vergisinin özünə məxsus xüsusiyyətləri var idi.
1.
Pambıq əkin sahəsi və bağ sahibləri bu vergidən azad idilər.
2.
Üzüm və bostan sahibləri azaldılmış vergi ödəyirlər.
3.
Azərbaycan da Rusiyaya nisbətən ərzaq vergisi aşağı idi.
Yeni iqtisadi siyasət illərində Azərbaycan da 602 xüsusi ticarət mərkəzi
yaradıldı,əhaliyə pay torpaqları verildi. 13 Pambıq təmizləmə zavodu,
37 barama açan müəssisə zavodu icarəyə verildi. Yeni iqtisadi siyasət
tətbiqi 30 cu ilin ortalarına qədər davam etdi .
1.
Kənd təsərrüfatı inkişaf etdi.
2.
Şəhərlərdə aclığa son qoyuldu.
3.
Fəhlə və kəndli İttifaqı möhkəmləndirildi.
4.
Bakıda Tovuzda sement zavodu,Gədəbəy də mis əritmə zavodu,
Salyan və Ucar da Pambıq təmizləmə zavodu, Ordubad və
Şəkidə barama açan zavodu fəaliyyətə başladı.
Azərbaycanda sovet rejimin milli siyasəti SSR nin yaranması ilə
Azərbaycan da öz formal müstəqilliyini itirdi .
Bu siyasətin əsas
istiqamətlərindən biri ruslaşdırma siyasəti idi. Belə ki. Kadr
çatışmazlığı bəhanə edərək Ruslar və ermənilər Azərbaycan da yüksək
vəzifəyə təyin edilirdilər. Azərbaycan da dövlət dili rus dili idi. Bütün
mətbuat rus dilində çap edilirdi. Qarışıq ailələrin qurulmasında bu
siyasətə xidmət edirdi və bu siyasətinin nəticəsi idi ki,
əhalinin
tərkibində ciddi dəyişikliklər baş verirdi. Xalqın tarixinə, milli
ənənəsinə
biganə
münasibət
göstərilirdi.
Tarixi
faktı
saxtalaşdırmışdılar. Bu dövrdə Azərbaycanın ən ağır
problemlərindən
biri DQ idi.1921 ci il iyul ayının 4də bu məsələyə baxılır. Moskvanın
kinayəsi nəticəsində bu məsələyə ermənilərin xeyrinə həll edilirdi. DQ
Ermənistana birləşdirilməsinə qəbul olundu. Lakin həmin iclasda
iştirak edən N. Nərimanov qəti etirazını bildirdi və nəticədə iyulun 5
də yenidən bu məsələyə baxıldı. Həmin iclasda
Stalin özü iştirak edirdi. DQ Azərbaycanın
tərkibində muxtar vilayət
statusu verildi. Paytaxt şəhəri isə Şuşa şəhəri oldu. 1923 cü il iyul 27
qərar təsdiq olundu. 1923 cü il iyul ayının 7də DQ muxtar vilayətinin
yaranması élan olunur. S.M.S istiqamətlərindən biri də Naxçıvan
məsələsi idi. Naxçıvanın strateji coğrafi yerlərdə yerləşməsi
ermənilərin Naxçıvana olan ideyaların daha da aktuallaşdırırdı. Lakin o
dövrdə milli qüvvələrin qətiyyəti və Türkiyə dövlətinin dəstəyi ilə
Naxçıvan və Azərbaycan məsələsi Azərbaycanın xeyrinə həll olundu və
Azərbaycanın tərkibində Naxçıvan SSR yaradıldı. 1921 ci il martın
16da Rusiya Naxçıvan müqaviləsi imzalandı. Müqavilə 16 maddə 3
əlavədən ibarətdir. Müqaviləyə əsasən Naxçıvan Azərbaycan ərazisidir
və əgər Naxçıvan təhlükədə olarsa Türkiyə Naxçıvan ordu çıxara bilər.
1921 ci il oktyabrın 23də Qars müqaviləsi imzalanır.
Müqavilə
Rusiyanın iştirakı ilə Ermənistan, Gürcüstan,
Türkiyə və Azərbaycan
arasında imzalanır. Müqavilə dostluq və əməkdaşlıq haqqında idi.
1924 cü il fevralın 9da Naxçıvan MSSR yaradıldı.