Mövzu 1 İdarəetmədə istifadə edilən iki əsas yanaşma hansıdır?



Yüklə 20,52 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü20,52 Kb.
#43506
  1   2   3   4   5   6   7   8
1-2


Mövzu 1


  1. İdarəetmədə istifadə edilən iki əsas yanaşma hansıdır?

Təşkilatın fəaliyyətinin təhlili və qurulması ilə bağlı idarəetmədə əsasən iki yanaşmadan – funksional və proses yanaşmasından istifadə edilməsinə üstünlük verilir. İlk növbədə qeyd etmək lazımdır ki, istənilən təşkilatda idarəetmədə tətbiq olunan yanaşmalardan asılı olmayaraq funksiyalar (bölmələr) və proseslər mövcuddur.

Funksional yanaşma məntiqinə görə, bütün təşkilat ayrı-ayrı işlərin yerinə yetirilməsində ixtisaslaşan müstəqil funksiyaların (bölmələrin) dəsti kimi nəzərdən keçirilir. Bu funksiyalar iyerarxik tabeçilik sistemində şaquli əlaqələrin mövcudluğunu özündə ehtiva edir. Funksional yanaşmanın fərqləndirici xüsusiyyəti - qiymətləndirmə, təhlil və bölmələrin fəaliyyətinin optimallaşdırılmasıdır. Çünki, hər hansı bir bölmənin fəaliyyətinin optimallaşdırılması, bütövlükdə təşkilatın fəaliyyətinə müsbət təsir göstərir.

Proses yanaşması əsas diqqəti təşkilatdakı proseslərə yönəldir. Bu yanaşmaya görə bütövlükdə biznes proseslərin iştirakçıları olaraq nəzərdən keçirilir. Hər bir təşkilatın fəaliyyətinə ilk növbədə qarşılıqlı əlaqəli proseslər kompleksi (şəbəkəsi) kimi baxılmalıdır. İstehlakçı üçün daha dəyərli məhsulun (prosesin nəticəsi) yaradılması və bütün prosesin effektivliyinin artırılması məqsədilə keçirilir.

Təcrübədə funksional və proses yanaşmasının uzlaşdırılması, xüsusilə də bu yanaşmalardan birinə üstünlük verilməsi hallarına tez-tez rast gəlinir. Bu kimi hallar təşkilatlarda fikir ayrılığının və müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Məsələn, digər proses iştirakçılarını nəzərə almadan əgər hər hansı rəhbər öz bölməsinin fəaliyyətini optimallaşdırarsa (yəni, funksional yanaşmaya üstünlük verərsə ), bu halda həmin bölmənin fəaliyyəti ilə müqavilənin konkret sifarişçi ilə reallaşdırılmasına, daha dəqiq desək, bütövlükdə prosesə cavabdeh olan menecerin fəaliyyəti arasında ziddiyyət yarana bilər.






  1. Yüklə 20,52 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin