MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə10/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   91
§ 2. Mülki hüquq münasibətlərinin subyekt və obyektləri  

1. Mülki hüquq münasibətlərinin subyektləri  

Mülki hüquq münasibətlərinin subyektləri (latınca — sybjectum) bu münasibətlərdə çıxış edən iştirakçı-

lardır. Həmin münasibətlər ən azı iki subyekt arasında yaranır. Bu subyektlər mülki hüquq normalarına müvafiq 

olaraq subyektiv hüquq və vəzifələrin daşıyıcısıdırlar. Onlar qarşılıqlı hüquq və vəzifələrə malikdirlər.  

Mülki hüquq münasibətlərində çıxış edən subyektlərdən birinin hüquqları vardır. Bu subyektə səlahiy-



yətli şəxs deyilir. Məsələn, bank əmanəti hüquq münasibətində öz sərbəst pul vəsaitini banka əmanətə qoyan 

vətəndaş (əmanətçi) səlahiyyətli şəxs hesab olunur. Ona görə ki, onun əmanətin verilməsini bankdan tələb et-

mək hüququ vardır. Başqa bir misalda delikt hüquq münasibətində (ziyan vurmaq nəticəsində əmələ gələn mü-

nasibətdə) zərərçəkən vətəndaş səlahiyyətli şəxs sayılır. Ona görə ki, o, zərərin əvəzinin ödənilməsini zərərvu-

ran vətəndaşdan tələb etmək hüququna malikdir.  

Mülki hüquq münasibətlərində çıxış edən subyektlərdən digəri vəzifə daşıyır. Bu subyektin özərinə müəy-

yən hüquqi vəzifə düşür. O, həmin vəzifəni icra etməyə borcludur. Buna görə də həmin subyekt borclu şəxs ad-

lanır. Məsələn, yuxarıda misal çəkdiyimiz bank əmanəti hüquq münasibətində bank, delikt hüquq münasibətin-

də isə zərərvuran vətəndaş borclu şəxs hesab edilir. Ona görə ki, bank müəssisəsi əmanəti qaytarmaq kimi, zə-

rərvuran vətəndaş isə vurulan zərərin əvəzini ödəmək kimi vəzifə daşıyır.  

Elə  mülki  hüquq  münasibətləri  də  vardır  ki,  bu  münasibətlərdə  iştirak  edən  subyektlərdən  hər  biri  eyni 

vaxtda və zamanda həm səlahiyyətli şəxs, həm də borclu şəxs sayılır. Məsələn, alqı-satqı hüquq münasibə-

tində satıcı səlahiyyətli şəxs hesab edilir. Ona görə ki, o, satdığı əşyanın pulunun ödəniləsini tələb etmək hüqu-

quna malikdir. Bununla bərabər, satıcı həm də borclu şəxs sayılır. ×ünki onun özərinə alqı-satqı müqaviləsində 

nəzərdə tutulan əşyanı alıcıya vermək vəzifəsi düşür. Alıcı borclu şəxsdir. Ona görə ki, o, satın aldığı əşyanın 

pulunu ödəmək vəzifəsini daşıyır. Alıcı həm də səlahiyyətli şəxsdir. ×ünki o, alqı-satqı müqaviləsində nəzərdə 

tutulan əşyanın verilməsini satıcıdan tələb etmək hüququna malikdir. Deməli, satıcı eyni zamanda həm səlahiy-

yətli şəxs, həm də borclu şəxsdir. Alıcı da eyni vaxtda həm borclu, həm də səlahiyyətli şəxs hesab edilir. Bu 

sözləri icarə, kirayə, daşıma, podrat, kredit, borc və digər hüquq münasibətlərində iştirak edən subyektlər barə-

də də demək olar. Əksər mülki hüquq münasibətlərində səlahiyyətli şəxs eyni zamanda borclu şəxsdir, borclu 

şə

xs isə eyni vaxtda səlahiyyətli şəxsdir. 



Mülki hüquq münasibətlərinin bəzi növlərində səlahiyyətli şəxs və borclu şəxs başqa adla əvəz oluna bilər. 

Söhbət öhdəlik hüquq münasibətlərindən (məsələn, alqı-satqı, icarə, kirayə, daşıma, kredit, delikt və s. hüquq 

münasibətlərindən) gedir. Bu münasibətlərdə səlahiyyətli şəxs kreditor (latınja creditor — borj verən), borclu 

şə

xs isə debitor (latınja debitor — borcu olan) adlanır.  



Mülki hüquq münasibətlərində çıxış edən səlahiyyətli şəxs borclu şəxsə qarşı durur. Onların biri olmadan di-

gəri bu münasibətlərdə subyekt kimi iştirak edə bilməz. Bir qayda olaraq, adətən, həm səlahiyyətli şəxs, həm də 

borclu  şəxs  tərəfində  bir  subyekt  çıxış  edir,  yəni  hüquq  münasibətində  bir  səlahiyyətli  şəxsə  qarşı  bir  borclu 

şə

xs durur. Məsələn, bank müəssisəyə kredit verirsə, onda burada bir səlahiyyətli və bir borclu şəxs iştirak edir.  



Elə mülki hüquq münasibətləri də vardır ki, bu münasibətlərdə həm səlahiyyətli şəxs tərəfində, həm də 

borclu şəxs tərəfində bir yox, bir neçə subyekt iştirak edir. Belə halda münasibətlər mürəkkəb xarakter alır. 

Məsələn,  yaşayış  evi  vərəsəlik  yolu  ilə  atadan  dörd  qardaşa  keçir.  Bu  qardaşlar  həmin  evi  ər-arvada  satırlar. 

Başqa bir misalda üç nəfər vətəndaş ümumi mülkiyyət hüququ əsasında beş nəfər vətəndaşa məxsus olan əmla-

kı yandırır və bununla onlar arasında delikt hüquq münasibəti əmələ gəlir.  

Bəzi hüquq münasibətlərində borclu şəxs tərəfində əhatə dairəsi müəyyən edilməyən, yəni qeyri-müəyyən saylı 

borclu şəxslər çıxış edə bilərlər. Məsələn, mülkiyyət hüquq münasibətlərində belədir. Elə götürək müəlliflik hü-

quq münasibətlərini. Burada əsərin müəllifi (əsərə müəlliflik hüququnun subyekti) səlahiyyətli şəxsdir. Ona qarşı 

qeyri-müəyyən saylı, əhatə dairəsi bilinməyən borclu şəxslər dururlar: onlar müəllifin hüquqlarını pozmamaq ki-

mi vəzifə daşıyırlar.  

Səlahiyyətli şəxs və borclu şəxs mülki hüquq münasibətinin tərəfləri adlanır. Hər bir tərəfi, bir az əvvəldə 

qeyd etdiyimiz kimi, bir və ya bir neçə subyekt təmsil edə bilər. Müqavilə hüquq münasibətlərində tərəflərdən 

biri (qarşı tərəf) kontragent (lat. contrakens — razılıüa gələn, müqavilə bağlayan) adlanır. Məsələn, alqı-satqı 

hüquq münasibətində alıcı kontragent hesab edilir və ya alıcıya qarşı duran satıcı kontragent sayılır və s. 

Belə bir fikri söyləmək yersiz və artıqdır ki, mülki hüquq münasibətlərinin subyekti yalnız insanlar və ya in-

sanların birliyinə əsaslanan qrupu (qurumu) ola bilər. Heyvanların bu münasibətlərdə subyekt qismində iştirak 

etməsi, istisnasız olaraq, mümkün deyil. Onlar mülki hüquq münasibətlərinin obyekti ola bilər. Məsələn, hey-

vanların alqı-satqı müqaviləsinin obyekti (predmeti) olmasını mülki qanunvericilik ayrıca olaraq nəzərdə tutur 

(MM-in 608-613-cü maddələri). Bundan əlavə, mülki qanunvericilikdə heyvanlarla bağlı münasibətləri təznim-

ləyən bir sıra normalar ifadə olunmuşdur. Məsələn, MM-in 192-ci maddəsi nəzarətsiz heyvanlarla əlaqədar mə-


 

63 


sələləri nizama salır. MM-in 135-ci maddəsinin 3-cü bəndində heyvanların əşya olması, onların hüquqi vəziy-

yətinin xüsusi qanunlarla müəyyənləşdirilməsi, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyala-

rın hüquqi reæiminin heyvanlara şamil edilməsi barədə göstəriş ifadə edilir.  

Bununla  belə,  heyvanlar  bəzi  ölkələrdə  «hüquq  münasibətlərinin  iştirakçısı»  ola  bilər.  Məsələn,  mətbuatın 

verdiyi məlumata görə, ABŞ-da heyvanlar «hüququn subyekti» kimi çıxış edə, «vərəsə» ola bilər və s. Hələ in-

qilabaqədərki hüquq ədəbiyyatında müəlliflərdən L.Petraæitski at, ev itinin hüquq münasibətlərində iştirak et-

məsinin mümkünlüyü barədə fikir irəli sürürdü. O, göstərirdi ki, bu münasibətlərə görə heyvanın sahibləri hey-

vanlardan müəyyən işləri yerinə yetirməyi və ona qulaq asmaüı tələb etmək, heyvanlar isə öz sahiblərindən on-

larla lazımi qaydada davranmaüı tələb etmək hüququna malikdir.  

Mülki hüquq münasibətlərində iştirak edən subyektləri iki yerə bölmək olar:  

 fərdi subyektlər; 



 kollektiv subyektlər.  



Fərdi  subyektlər  dedikdə,  mülki  hüquq  münasibətlərində  subyekt  qismində  çıxış  edən  fiziki  şəxslər  başa 

düşülür. Fiziki şəxslər kateqoriyasına aiddir: 

 Azərbaycan Respublikasının vətəndaşları; 



 xarici ölkə vətəndaşları (əcnəbilər); 

 vətəndaşlıüı olmayan şəxslər (apatridlər); 



 ikiqat vətəndaşlıüı olan şəxslər (bipatridlər).  

Mülki hüquq münasibətlərində subyekt qismində çıxış edən fiziki şəxslərin mütləq əksəriyyətini Azərbay-

can Respublikasının vətəndaşları təşkil edirlər. Vətəndaşlıq Azərbaycan Respublikasının  «Vətəndaşlıq haq-

qında» qanunu ilə müəyyən edilir.  

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər, apatridlər və bi-

patridlər ölkəmizin vətəndaşlarının istifadə etdiyi mülki hüquqlardan istifadə edirlər. Qanun onlara geniş əm-

lak və şəxsi qeyri-əmlak hüquqları verir. Həmin şəxslər öz istək və mülahizələrinə görə istənilən hər hansı mül-

ki hüquq münasibətinə girə və bu münasibətdə subyekt rolunda çıxış edə bilərlər. Amma bir şərtlə ki, qanun bu-

nu qadaüan etməsin. Əgər qanun qadaüan edərsə, onda onlar mülki hüquq münasibətlərində subyekt qismində 

iştirak edə bilməzlər. Məsələn, əcnəbilərin və apatridlərin Azərbaycan Respublikasında torpaüın mülkiyyətçisi 

olması yolverilməzdir. 



Kollektiv subyektləodur ki, onlar daimi qurumlar olub, vahid iradə və məqsədlə, habelə müəyyən daxili 

təşkilati quruluşla xarakterizə edilir. Bu subyektlər insanların birliyinə əsaslanan qruplarda birləşməsidir. Mülki 

hüquq münasibətlərinin kollektiv subyektlərinə aiddir: 

 Azərbaycan Respublikası (dövlət); 



 yerli özünüidarə orqanları (bələdiyyələr); 

 hüquqi şəxslər. 



Dövlətin (Azərbaycan Respublikasının) iştirakçısı olduüu mülki hüquq münasibətləri müxtəlifdir. O, mül-

kiyyət,  öhdəlik,  vərəsəlik  və  digər  hüquq  münasibətlərində  çıxış  edə  bilər.  Dövlət  mülki  hüququn  xüsusi  və 



spesifik  xarakterli  subyekti  hesab  olunur.  O,  mülki  hüquq  münasibətlərində  dövlət  hakimiyyət  orqanlarının 

vasitəsilə çıxış edir. 



Dövlət  hakimiyyət  orqanları  dedikdə,  qanunverici,  icra  və  məhkəmə  hakimiyyət  orqanları  başa  düşülür. 

Bir qayda olaraq, həmin orqanlar dövləti (Azərbaycan Respublikasını) təmsil edir. Məsələn, Iqtisadi Inkişaf Na-

zirliyi icarə hüquq münasibətlərində dövlət adından çıxış edir. Belə ki, o, daşınmaz dövlət əmlakı icarəyə veri-

lərkən dövlət adından icra müqavilələrini bağlayır. Bundan əlavə, dövlət hakimiyyət orqanları fiziki və ya hü-

quqi şəxslərə vurduqları zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan delikt hüquq münasibətlərində iştirak edir 

(MM-in 1100-cü maddəsi). 



Yerli özünüidarə orqanları (bələdiyyələr) da mülki hüquq münasibətlərində subyekt qismində iştirak edə 

bilər. Bələdiyyələr xüsusən mülkiyyət hüquq münasibətlərin ən fəal iştirakzılarından biridir. Onlar fiziki və ya 

hüquqi şəxslərə vurduqları zərərin əvəzinin ödənilməsi ilə əlaqədar yaranan delikt hüquq münasibətlərində işti-

rak edir (MM-in 1100-cü maddəsi). 



Hüquqi şəxsləmülki hüquq münasibətlərində subyekt rolunda çıxış edən ən fəal subyektdir. Əmtəə istehsalı-

na və təsərrüfatına əsaslanan mülki (əmlak) dövriyyəni, cəmiyyətin müasir həyatını hüquqi şəxslərsiz təsəvvür et-

mək qeyri-mümkündür. Hüquqi şəxslər elə bir subyektdir ki, onlar məhz xüsusi olaraq mülki dövriyyədə iştirak 

etmək məqsədi ilə yaradılmışdır. Onların subyekt kimi çıxış etdiyi mülki hüquq münasibətlərinin əhatə dairəsi ki-

fayət qədər genişdir.  

Hüquqi şəxslər insanların sadəcə olaraq birliyi, qrupu, ittifaqı, ümumiliyə əsaslanan qurumu deyildir. Onları 

insanların  təsadüfi,  müvəqqəti  birliyi  də  hesab  etmək  olmaz.  Hüquqi  şəxslər  əhəmiyyətli,  möhkəm  və  daimi 


 

64 


olan elə qurumdur ki, onlar məqsəd və iradənin vəhdəti, təşkilati quruluşun vahidliyi ilə xarakterizə olunur. Ailə 

ittifaqı,  istehsal  briqadaları,  təhsil  qurumları  və  insanların  digər  birlik  və  kollektivləri  bu  cür  xüsusiyyətdən 

məhrum olduüuna görə hüquqi şəxs hesab edilmir və bunun üçün də mülki hüquq münasibətlərində iştirak edən 

subyekt kimi tanınmır. 

Sahibkarlıq  fəaliyyəti  ilə  məşüul  olub-olmamasına  görə  mülki  hüquq  münasibətlərinin  subyektləri  iki  cür 

olur:  


 sahibkar statuslu subyektlər;  

 qeyri-sahibkar statuslu subyektlər. 



Mülki hüquq münasibətlərinin sahibkar statuslu subyektləri odur ki, onlar mənfəət əldə etmək məqsədi 

ilə müstəqil surətdə, öz riskləri əsasında əmlakdan istifadə edirlər, əmtəə (mal) satırlar, işlər görürlər və ya xid-

mətlər göstərirlər, yəni bir sözlə, sahibkarlıq fəaliyyəti ilə məşüul olurlar. Bu cür subyektlərə hüquqi şəxslərin 

kommersiya təşkilatlarını (tam şərikli müəssisələri, məhdud məsuliyyətli cəmiyyətləri, səhmdar cəmiyyətlərini 

və s.), habelə sahibkar statuslu vətəndaşları (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşüul olan fizi-

ki şəxsləri) misal göstərmək olar.  



Mülki hüquq münasibətlərinin qeyri-sahibkar statuslu subyektləri odur ki, onlar, bir qayda olaraq, sa-

hibkarlıq  fəaliyyəti  ilə  məşüul  olmurlar.  Bu  cür  subyektlərə  hüquqi  şəxslərin  qeyri-kommersiya  təşkilatlarını 

(ictimai təşkilatları, əmtəə biræalarını, dini təşkilatları, fondları və s.), habelə istehlakçı vətəndaşları misal gös-

tərmək olar. Bununla belə, qeyri-sahibkar statuslu subyektlər, məsələn, qeyri-kommersiya təşkilatları sahibkar-

lıq fəaliyyəti ilə məşüul ola bilərlər. Amma bir şərtlə ki, bu fəaliyyət onların qarşısına qoyulmuş məqsədlərə na-

il olmaüa xidmət etsin və həmin məqsədlərə uyüun gəlsin (MM-in 43-cü maddəsinin 6-cı bəndi).  

Yeri gəlmişkən, «mülki hüququn subyektləri» və «mülki hüquq münasibətlərinin subyektləri» kimi iki anla-

yış arasındakı münasibətə aydınlıq gətirək. Prinsip etibarilə bunlar eyni mənalı anlayışlardır. Amma bu iki anla-

yış arasında əlaqənin müəyyən aspektləri və cəhətləri vardır. Belə ki, birincisi, mülki hüququn konkret hər han-

sı bir subyekti eyni zamanda bütün hüquq münasibətlərinin subyekti ola bilməz.  kincisi, elə kateqoriya 

şə

xslər vardır ki, onlar mülki hüququn subyekti kimi tanınır. Amma həmin şəxslər mülki hüquq münasibətlə-



rinin  əksəriyyətində  subyekt  qismində  çıxış  edə  bilmirlər.  Söhbət  yeni  doüulanlardan,  azyaşlılardan,  ruhi 

xəstələrdən və digər kateqoriya şəxslərdən gedir. Məsələn, 12 yaşlı uşaq mağazaya gedərək, özü üçün dəftər, 

qələm və kitab alır, yəni xırda məişət xarakterli müqavilə hüquq münasibətinə girir. O, mülki hüququn subyek-

tidir. Lakin həmin uşaq qeyri-xırda məişət xarakterli müqavilə hüquq münasibətlərinə (məsələn, özü üçün yaşa-

yış evi, minik avtomobili almaq üçün alqı-satqı hüquq münasibətinə və s.) girə bilməz. Başqa bir misalda bağ 

evi vərəsəlik yolu ilə (vəsiyyət qaydasında) babadan 10 yaşlı nəvəyə keçir. Bununla nəvə bağ evi özərində mül-

kiyyət hüququ əldə edir. O, mülkiyyətçi kimi mülki hüququn subyekti hesab olunur. Amma nəvə həmin bağ 

evini müstəqil surətdə sata, bağışlaya, kirayəyə verə, girov qoya, ümumiyyətlə, özgəninkiləşdirə bilməz. Üçün-

cüsü, mülki hüququn subyektləri öz hüquqlarını təkcə mülki hüquq münasibətlərində iştirak etməklə hə-

yata  keçirmirlər.  Daha  doürusu,  mülki  hüquq  münasibətləri  mülki  hüquqların  həyata  keçirilməsinin  yeganə 

forması deyildir.  



2. Mülki hüquq münasibətlərinin subyekt tərkibinin  

dəyişməsi 

Bir qayda olaraq, mülki hüquq münasibətləri subyektləri əmələ gəlmiş hüquq və vəzifələri özləri gerçəkləş-

dirirlər. Belə ki, səlahiyyətli şəxs malik olduüu subyektiv hüquqları, borclu şəxs ilə daşıdığı vəzifələri özləri hə-

yata keçirirlər. Başqa sözlə desək, çox vaxt və əksər hallarda mülki hüquq münasibətləri subyekt tərkibi dəyiş-

mədən realizə olunur. Bəzən də həyatda elə hallar yaranır ki, bu hallar mülki hüquq münasibətlərinin subyekt 

tərkibinin dəyişilməsini tələb edir və şərtləndirir. Bu cür məqamlarda köhnə subyekt yeni subyektlə əvəz olu-



nur, mülki hüquq münasibətinin məzmunu isə dəyişmir, sabit qalır. Daha doürusu, subyektiv hüququ və ya 

hüquqi vəzifəni köhnə subyektin əvəzinə, yeni subyekt həyata keçirir.  

Mülki hüquq münasibətlərinin subyekt tərkibinin dəyişilməsini şərtləndirən həyat halları kifayət qədər müx-

təlifdir. Bu hallara misal olaraq vətəndaşın ölümünü, hüquqi şəxslərin yenidən təşkil olunmasını, mülki-hü-



quqi  əqdləri  (alqı-satqı,  dəyişmə,  bağışlama  və  s.  müqavilələri)  misal  göstərmək  olar.  Məsələn,  borc  hüquq 

münasibətinin subyektləri — borc verən və borc alan qəflətən eyni vaxtda ölürlər. Bu cür halda həmin münasi-

bət ləğv edilmir. Belə vəziyyətdə ölmüş borc verənin borcun qaytarılmasını tələb etmək hüququ onun vərəsəsi-

nə keçir. Ölmüş borc alanın borcu qaytarmaq vəzifəsi də onun vərəsəsinə keçir. Bununla borc hüquq münasibə-

tinin subyekt tərkibi dəyişir, köhnə subyektlərin yerini onların vərəsələri tuturlar. Başqa sözlə desək, subyektlə-

rin hüquq və vəzifələri onların vərəsələrinə keçir.  

Başqa bir misalda müəssisə (məhdud məsuliyyətli cəmiyyət) bankdan kredit alır və onlar arasında kredit hü-

quq münasibəti yaranır. Məhdud məsuliyyətli cəmiyyət yenidən təşkil olunaraq səhmdar cəmiyyətinə çevrilir. 



 

65 


Krediti qaytarmaq vəzifəsi, habelə digər vəzifə və hüquqlar səhmdar cəmiyyətinə keçir. Bununla kredit hüquq 

münasibətinin  subyekt  tərkibi  dəyişir.  Bu  dəyişikliyə  əsas  olan  hal  isə  hüquqi  şəxsin  (məhdud  məsuliyyətli 

cəmiyyətin) yenidən təşkil olunmasıdır.  

Daha bir misalda sifarişçi haqqını əvvəlcədən ödəyib özünə bağ evi tikdirmək barədə tikinti təşkilatı ilə pod-

rat müqaviləsi bağlayır.  Onlar arasında bununla podrat hüquq münasibəti  yaranır. Evin hazırlanmasına iki ay 

qalmış sifarişçi həmin evi tikinti təşkilatından tələb etmək hüququnu alqı-satqı müqaviləsi əsasında öz qonşusuna 

satır. Beləliklə, sifarişçinin evi tələb etmək hüququ qonşuya keçir. Qonşu podrat hüquq münasibətində əvvəlki, 

köhnə subyekti — sifarişçini əvəz edir. Bununla həmin münasibətin subyekt tərkibi dəyişir. Bu cür dəyişikliyə 

ə

sas olan hal mülki-hüquqi əqddir, yəni alqı-satqı müqaviləsidir. 



Subyektiv mülki hüquq və vəzifələrin bir şəxsdən digər şəxsə keçməsinə hüquqi varislik deyilir. Subyektiv 

mülki hüquq və vəzifələrin əvvəlki daşıyıcısına hüquqi sələf deyilir. Bu hüquq və vəzifələri qəbul edən şəxs isə 



hüquqi varis adlanır. Yuxarıda çəkdiyimiz misallarda ölən borcverən və borc alan vətəndaş, məhdud məsuliy-

yətli  cəmiyyət,  bağ  evi  tikməyi  tapşıran  sifarişçi  hüquqi  sələf  hesab  edilir.  Ölənlərin  vərəsələri,  səhmdar 

cəmiyyəti, sifarişçinin qonşusu isə hüquqi varis sayılır. Hüquq və vəzifələr hüquqi varislik qaydasında hüquqi 

sələfdən hüquqi varisə keçməklə mülki hüquq münasibətlərinin subyekt tərkibi dəyişir. Hüquqi varislik hüquq 

və vəzifələrin mülki hüquq münasibətlərinin hər hansı bir subyektindən digər subyektlərə keçməsi üsuludur. Bu 

zaman mülki hüquq münasibətinin yeni subyekti əvvəlki köhnə subyekti əvəz edir. Amma ona keçmiş hüquq və 

vəzifələr dəyişmir, mülki hüquq münasibəti ləğv edilmir.  

Hüquqi varislik qaydasında hüquqi sələfdən hüquqi varisə həm ayrı-ayrı hüquq və vəzifələr, həm də komp-

leks və məcmu halında hüquq və vəzifələr keçə bilər. Bu baxımdan mülki hüquqda hüquqi varisliyin iki növü 

fərqləndirilir: 

 xüsusi (sinqulyar) hüquqi varislik; 



 ümumi (universal) hüquqi varislik. 



Xüsusi (sinqulyar) hüquqi varislik odur ki, bu varisliyə əsasən hüquqi sələfin yalnız bəzi hüquq və vəzifə-

ləri hüquqi varisə keçir. Bu zaman hüquqi varis bütün mülki hüquq münasibətlərində yox, ancaq bir və ya bir 

neçə mülki hüquq münasibətində hüquqi sələfini əvəz edir. Daha doürusu, xüsusi (sinqulyar) hüquqi varislik 

qaydasında hüquqi sələfin bütün mülki hüquq münasibətləri özrə hüquq və vəzifələri yox, yalnız bir və ya bir 

neçə mülki hüquq münasibəti özrə hüquq və vəzifələri keçir. Bu növ hüquqi varisliyə misal olaraq öhdəlik hü-

quq münasibətində şəxslərin dəyişməsini (ühdəliklərin verilməsini) göstərmək olar (MM-in 26-cı fəsli). Əgər 

öhdəlik  hüquq  münasibətində  səlahiyyətli  şəxs  (kreditor)  başqa  birisi  ilə  əvəz  olunarsa,  buna  tələbin  gözəşti 

(verilməsi) deyilir (MM-in 194-202-ci maddələri). Məsələn, yuxarıda çəkdiyimiz misalda sifarişçi podrat öhdə-

lik münasibətindən irəli gələn bağ evini tələb etmək hüququnu öz qonşusuna gözəşt etdi, yəni verdi. Başqa bir 

misalda sahibkar kənd sakininə borc pul verir və onlar arasında borc öhdəlik hüquq münasibəti yaranır. Sahib-

kar bu münasibətdən irəli gələn borcu tələb etmək hüququnu öz qardaşına bağışlama qaydasında gözəşt edir. 

Göründüyü kimi, bu münasibətdə sahibkarın (hüquqi sələfin, kreditorun) yerini onun qardaşı (hüquqi varis) tu-

tur.  


Ə

gər öhdəlik hüquq münasibətində borclu şəxs əvəz olunarsa, buna borcun köçürülməsi deyilir. Məsələn, 

yuxarıda misal kimi zəkdiyimiz borc hüquq münasibətində sahibkar yox, borclu şəxs, yəni kənd sakini fermer 

təsərrüfat başçısı ilə dəyişdirilir. Bu zaman hüquq münasibətində kənd sakininin (hüquqi sələfin) yerini fermer 

təsərrüfatı başçısı (hüquqi varis) tutur. Onun sahibkara borcu qaytarmaq və ödəmək vəzifəsi hüquqi varisə ke-

çir. Göründüyü kimi, belə halda hüquq yox, vəzifə bir şəxsdən digərinə keçir.  

Hüquqi varis bir yox, bir neçə mülki hüquq münasibətində də öz hüquqi sələfini əvəz edə bilər. Məsələn, və-

təndaş üç mülki hüquq münasibəti — kirayə hüquq münasibəti özrə istifadə hüququnu, borc hüquq münasibəti 

özrə borcu tələb etmək hüququnu, bank əmanəti hüquq münasibəti özrə əmanətin faizini almaq hüququnu başqa 

şə

xsə verir.  



Elə hüquqlar da vardır ki, bu hüquqları xüsusi (sinqulyar) hüquqi varislik qaydasında vermək olmaz. Söhbət 

öhdəlik hüquq münasibətinin tərəflərindən biri olan səlahiyyətli şəxsin (kreditorun) şəxsiyyəti ilə qırılmaz bağlı 

olan tələb hüquqlarından gedir. Məsələn, şəxs öz portretinin hazırlanmasını rəssama sifariş edir. Onlar arasında 

mülki hüquq münasibəti əmələ gəlir. Aydın bir həqiqətdir ki, həmin şəxs göstərilən münasibət özrə hüququnu 

başqa şəxslərə gözəşt edə bilməz. Bundan əlavə, alimentlər haqqında və həyata və ya saülamlıüa vurulan zərə-

rin  əvəzinin  ödənilməsi  haqqında  tələblərin  gözəşt  edilməsinə  yol  verilmir  (MM-in  194-cü  maddəsinin  3-cü 

bəndi). 

Ümumi (universal) hüquq varisliyi odur ki, bu varisliyə görə qanunun, ümumiyyətlə, hüquq varisliyinə yol 

vermədiyi hallar istisna olmaqla, bir hüquqi akt nəticəsində hüquqi varis bütün hüquq münasibətlərində öz hü-

quqi sələfinin yerini tutur və onu əvəz edir. Bu zaman hüquqi sələfin bütün hüquq münasibətləri özrə hüquq və 


 

66 


vəzifələri tam kompleks və məcmu halında hüquqi varisə keçir. Məsələn, vərəsəlik ümumi (universal) hüquq 

varisliyinə misaldır. Ata ölür. Onun bütün hüquq münasibətləri özrə (alqı-satqı, kredit, podrat, sığorta, delikt, 

icarə, kirayə, bank hesabı, bank əmanəti, girov, daşıma, borc və s.) hüquq və vəzifələri vərəsəlik qaydasında və-

rəsələrə keçir. Vərəsələr ölmüş atanı bütün hüquq münasibətlərində əvəz edir və onun yerini tuturlar.  

Ümumi  (universal)  hüquq  varisliyinə  hüquqi  şəxslərin  yenidən  təşkil  olunmasını  da  misal  göstərmək  olar 

(MM-in 56-cı maddəsi). Onların təşkil olunması yolları müxtəlifdir: birləşmə yolu; bölünmə yolu; ayrılma yolu; 

qoşulma yolu; çevrilmə yolu. Məsələn, iki özəl təhsil kolleci yenidən təşkil olunaraq universitet halında birləşir. 

Hər bir kollecin (hüquqi sələfin) hüquq və vəzifələri yeni yaradılmış universitetə (hüquqi varisə) keçir. Univer-

sitet onları bütün hüquq münasibətlərində əvəz edir. Belə halda, söz yox ki, ümumi (universal) hüquq varisliyi 

göz qabağındadır.  

Qanun bəzi hüquqların universal (ümumi) hüquq varisliyi qaydasında keçməsinə yol vermir. Bu cür hüquq-

lara aiddir: səlahiyyətli şəxsin (kreditorun) şəxsiyyəti ilə bağlı olan hüquqlar; alimentlər barədə tələblər; həyata 

və ya saülamlıüa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblər.  

3. Mülki hüquq münasibətlərinin obyektləri  

Obyekt (lat. «obcectum» - predmet) mülki hüquq münasibətinin elementlərindən biridir. Bu, fəlsəfə elmində də 

işlədilən anlayışdır, fəlsəfi kateqoriyadır. Fəlsəfi nöqteyi-nəzərdən obyekt dedikdə, subyektin fəaliyyət və şüuru-

nun predmeti başa düşülür. Obyekt odur ki, insanın idrak və digər fəaliyyəti məhz ona yönəlir. Fəlsəfədə obyekt 

subyektə qarşı qoyulur. Mülki hüquq elmində və qanunvericilikdə obyekt anlayışı kifayət qədər tez-tez işlədilir. 

Lakin hüquqi nöqteyi-nəzərdən onun özünəməxsus spesifik cəhətləri vardır. Obyekt mülki hüquq münasibətinin 

elementlərindən biri olmaqla hüquqi kateqoriya kimi çıxış edir.  

Mülki hüquq münasibətinin obyekti odur ki, məhz onun barəsində mülki hüquq subyektləri hüquq müna-

sibətinə girirlər, məhz onun haqqında bu münasibət yaranır, məhz onun barəsində subyektlərin hüquq və vəzifə-

ləri əmələ gəlir. Obyektsiz mülki hüquq münasibəti yaranmır və müvcud olmur.  

Nələr mülki hüquq münasibətinin obyekti ola bilər? Bu məsələ barəsində uzun müddətdir ki, alimlər arasın-

da kəskin diskussiya gedir. Həmin məsələ haqqında diskussiya gedişində üç konsepsiya yaranmışdır:  

 obyektin monist konsepsiyası (hərəkət nəzəriyyəsi); 



 obyektin əşya nəzəriyyəsi;  

 obyektin plüralist konsepsiyası.  



Monist konsepsiyaya görə, yalnız subyektlərin hərəkəti hüquq münasibətlərinin obyekti ola bilər. Belə ki, 

ancaq  insanların  hərəkəti,  əməlləri  hüquqi  tənzimlənməyə  məruz  qalır,  yalnız  insanın  davranışı  hüquqi  təsirə 

cavab vermək iqtidarındadır. Maddi predmetlərə və əşyalara faktiki cəhətdən təsir etmək olar (istifadə etməklə, 

məhv etmək vasitəsilə), amma onlara hüquqi cəhətdən təsir göstərmək qeyri-mümkündür. Bu konsepsiya tərəf-

darlarından  biri  olan  O.S.Ioffe  göstərirdi  ki,  obyektin  ümumi  anlayışı  fəlsəfədə  verilmişdir:  obyekt  dedikdə, 

subyektə qarşı duran elə xarici predmet başa düşülür ki, subyektin fəaliyyəti və şüuru məhz ona yönəlir. Buna 

uyüun olaraq, o, mülki hüquq münasibətinin obyektinə anlayış verirdi: mülki hüquq münasibətinin obyekti odur 

ki, mülki subyektiv hüquq və mülki hüquqi vəzifə məhz ona yönəlir, daha doürusu, ona təsir göstərir. Müəllif 

daha sonra göstərirdi ki, xarici aləmin bütün hadisələri arasında yalnız insanın davranışı subyektiv hüquq və və-

zifələrin göstərdiyi təsirə cavab verə bilər. Nə əşyalar, nə şəxsi qeyri-maddi nemətlər bu cür təsirə cavab ver-

mək iqtidarındadır. Ona görə də əşyalar, şəxsi qeyri-maddi nemətlər hüququn obyekti ola bilməz. O.S.Ioffenin 

fikrincə, hüquq münasibətinin obyekti insanın davranışından, onların fəaliyyət və ya hərəkətlərindən ibarətdir. 

Başqa bir müəllif N.Q.Aleksandrovun mövqeyincə, hüququn obyekti odur ki, məhz hüquq münasibəti ona 

təsir göstərir. Müəllif buradan belə nəticə çıxarırdı ki, hüquq münasibətinin obyekti həmin münasibətdə iştirak 

edən şəxslərin hərəkətindən ibarətdir. Sovet müəlliflərindən Y.M.Maqaziner göstərirdi ki, hər bir hüququn ob-

yekti  başqa  şəxsin  hərəkətidir.  Onun  fikrincə,  mülki  hüquq  münasibətinin  obyektini  insanın  davranışı  təşkil 

edir. Öhdəlik hüquq münasibətində iştirak edən səlahiyyətli şəxsə başqa şəxsin (borclu şəxsin) hərəkətinə olan 

hüquq məxsusdur və bu, onu göstərir ki, öhdəlik hüquq münasibətinin obyekti yalnız hərəkətdən ibarət ola bi-

lər. 

Beləliklə, monist konsepsiyaya görə, bütün hüquq münasibətlərinin ümumi, vahid və yeganə obyekti vardır. 



Bu, insanın davranışından ibarətdir. Həmin obyekt təkdir. Ona görə də monist konsepsiya obyektin təkliyi nə-

zəriyyəsi də adlanır 

Obyektin əşya nəzəriyyəsi kifayət qədər geniş yayılmışdır. Bu nəzəriyyə hərəkəti hüquq münasibətinin ob-

yekti kimi inkar edir və qəbul etmir. Həmin nəzəriyyənin fəal tərəfdarlarından biri M.Aqarkov olmuşdur. Onun 

fikrincə, hüquq münasibətinin obyekti əşyadır və ya hər ehtimala qarşı, hər şeydən əvvəl, əşyadır. Borclu şəxsin 

davranışı bu əşyaya yönəlir. Əşya nəzəriyyəsi hüquq ədəbiyyatında tənqid olundu. Bu nəzəriyyəyə qarşı çıxaraq 

O.S.Ioffe göstərirdi ki, obyekt anlayışını elmi cəhətdən dözgün işıqlandırmaq üçün cinayət hüquq elminin ob-


 

67 


yektə verdiyi tərifdən istifadə etmək lazımdır. O qeyd edirdi ki, cinayət hərəkətlərinin obyektlərindən əşyalar 

çıxarılmışdır, çünki cinayət əməli həmin əşyalara hər hansı bir təsir göstərmir. Buna uyüun olaraq mülki hüquq-

da da əşyaları hüququn obyekti hesab etmək olmaz. Ona görə ki, əşyalar hüququn göstərdiyi təsirə cavab ver-

mək qabiliyyətində deyil. Bu təsirə yalnız davranışın cavab verməyə qabiliyyəti çatır. Buna görə də mülki hü-

quqların obyekti əşyalar yox, davranışdır. O.S.Ioffe məsləhət görürdü ki, mülki hüquqda obyektə tərif verərkən 

«cinayətin obyekti» və  «cinayətin predmeti» kimi iki anlayışı bir-birindən fərqləndirən cinayət hüquq elminə 

müraciət edilsin. Belə çıxır ki, alim əşyaları mülki hüquq münasibətinin predmeti, davranışı isə bu münasibətlə-

rin obyekti kimi qəbul etmək niyyətində olmuşdur.  

O.S.Ioffe əşyanı mülki hüquq münasibətinin maddi obyekti hesab edirdi. Davranış isə onun fikrincə, bu mü-

nasibətin hüquqi obyektini təşkil edir. 



Plüralist konsepsiyaya görə, hüquqla tənzimlənən ictimai münasibətlər, həmçinin həyatın özü rəngarəng və 

cürbəcürdür.  Buna  uyüun  olaraq  hüquq  münasibətlərinin  obyektləri  də  müxtəlifdir.  Belə  ki,  hüquq  normaları 

təkcə insanlara təsir etmir. Bu normalar həm də insanlar vasitəsilə maddi dünyanın obyektlərinə, sosial birliklə-

rə, təşkilatlara, idarələrə təsir göstərir. Səlahiyyətli şəxsə təkcə hərəkətə olan hüquq yox, həm də müəyyən ne-

mətlərə olan hüquq məxsusdur. Hüquqi təsirə cavab verməyə gəldikdə isə onu həddindən artıq hərfi mənada ba-

ş

a düşmək lazım deyil. Hər bir hüquq münasibəti növündən və xarakterindən, onun məzmunundan (subyektiv 



hüquq və hüquqi vəzifədən) asılı olaraq özünün obyektinə malikdir. Ona görə də hüquq münasibətlərinin tək və 

yeganə yox, çoxlu və müxtəlif obyektləri vardır. Plüralist konsepsiya obyektlər çoxluüu nəzəriyyəsidir. 

Plüralist  konsepsiyaya  görə,  mülki  hüquq  münasibətlərinin  obyektlərinə  maddi  nemətlər  (əşyalar,  əmlak 

növləri, pul, qiymətli kaüızlar), şəxsi-qeyri maddi nemətlər (insanın həyatı, şərəfi, ləyaqəti, saülamlıüı, təhlükə-

sizliyi, toxunulmazlıüı və s.), əqli mülkiyyət obyektləri, yəni yaradıcılıq fəaliyyətinin nəticələri (elm, ədəbiyyat, 

incəsənət əsərləri, ixtiralar, sənaye nümunələri, faydalı modellər və s.), subyektlərin hərəkəti (işlər, xidmətlər), 

informasiya daxildir. Özü də hüquq ədəbiyyatında bu konsepsiya tərəfdarlarının mövqeyi üstünlüyə malikdir. 

Bizim fikrimizcə, plüralist nəzəriyyə tərəfdarlarının mövqeyi həqiqətə daha yaxındır.  

RF-in müasir mülki qanunvericiliyi plüralist konsepsiya — obyektlər çoxluüu nəzəriyyəsi tərəfdarlarının möv-

qeyini nəzərə almışdır. Belə ki, bu qanunvericiliyə görə, mülki hüquq münasibətlərinin obyektlərinə əşyalar, pul, 

qiymətli kaüızlar, əmlak hüquqları, digər əmlak növləri, işlər və xidmətlər, informasiya, əqli fəaliyyətin nəticələri, 

qeyri-maddi nemətlər daxildir (MM-in 128-ci maddəsi).  

Ölkəmizin mülki qanunvericiliyi plüralist konsepsiyanı rəsmən dəstəkləyərək, mopist konsepsiyadan və əşya 

nəzəriyyəsindən imtina etmişdir. Azərbaycan Respublikası MM-in 4-cü maddəsi mülki hüquq münasibətlərinin 

obyektlərinin dairəsini müəyyən edir. Burada ümumi formada obyektlərin çoxluüu nəzəriyyəsi ifadə olunur: 

 maddi nemətlər;  



 əmlak dəyəri olan qeyri-maddi nemətlər; 

 əmlak dəyəri olmayan qeyri-maddi nemətlər. 



Göründüyü kimi, bizim ölkə qanunvericiliyi mülki hüquq münasibətləri obyektlərini üç növə bölür. Yeri gəl-

mişkən qeyd edək ki, mülki hüquq münasibətləri obyektlərinin təsnifatı, yəni növlərə bölünməsi sivilistika dokt-

rinasında (elmində) mübahisə doüuran məsələlərdəndir. Bəzi müəlliflər dörd növlü təsnifata üstünlük verirlər: əm-

lak; hərəkət; əqli fəaliyyətin nəticələri; qeyri-maddi nemətlər. Bəzi müəlliflər üç növlü təsnifatı daha aülabatan sa-

yırlar: əmlak (əşyalar, əmlak hüquqları, pul, qiymətli kaüızlar); hərəkət; qeyri-maddi nemətlər. Azərbayjan Res-

publikasının mülki qanunvericiliyi üç növlü təsnifatı nəzərdə tutur.  



Maddi nemətlər mülki hüquq münasibətləri obyektlərinin əsas növüdür. Insanların maddi ehtiyajlarını tə-

min edən müxtəlif əşyalar — torpaq, meşə, binalar, avadanlıqlar, geyim şeyləri, ərzaq məhsulları, nəqliyyat va-

sitələri və s. maddi nemətlər hesab olunur. Əşyalar, bir qayda olaraq, mülkiyyət hüquq münasibətlərinin obyekti 

olur. 


Ə

mlak dəyəri olan qeyri-maddi nemətlər dedikdə, əqli fəaliyyətin — yaradıcılıq fəaliyyətinin nəticələri, 

yəni əqli mülkiyyət obyektləri başa düşülür. Söhbət müəlliflik hüququnun obyekti olan elm, ədəbiyyat və incəsə-

nət əsərlərindən, patent hüququnun obyekti olan ixtiralardan, sənaye nümunələrindən, faydalı modellərdən və s. 

gedir. Onlar yalnız müəyyən obyektiv formada ifadə olunduqda, mülki hüquq münasibətlərinin obyektləri rolunda 

çıxış edir. Məsələn, alimin əsəri maddi daşıyıcıda (maddi obyektdə) — kitabda ifadə olunur. Nüsxələri oxuculara 

satılarkən kitab alqı-satqı hüquq münasibətinin obyekti olur.  

Ə

mlak dəyəri olmayan qeyri-maddi nemətlədedikdə, subyektin şəxsiyyətindən ayrılmayan, özgəninki-

ləşdirilməyən elə obyektlər başa düşülür ki, bu obyektlər cəmiyyətdə şəxsiyyətin sosial-hüquqi vəziyyətini xa-

rakterizə edir və onu fərdiləşdirir. Bu nemətlər hər bir insanın şəxsiyyəti ilə qırılmaz surətdə bağlıdır. Bu cür 

nemətlərə misal olaraq insanın şərəf və ləyaqətini, şəxsi toxunulmazlıüını, işgözar nüfuzunu həyatı, sağlamlığı 

və s. göstərmək olar.  


 

68 


Insan mülki hüquq münasibətinin obyekti ola bilməz. Bunu hüquq qadaüan edir. Müasir dünya hüquq sis-

temlərində insanı hüquq münasibətinin obyekti kimi nəzərdə tutan normalara rast gəlinmir. Lakin buna baxma-

yaraq, bəzi ölkələrdə təcrübədə gənc qızların alqı-satqısı, uşaq ticarəti kimi hallarla rastlaşmaq mümkündür. In-

san  qul  kimi  yalnız  quldarlıq  cəmiyyətində  alqı-satqı  hüquq  münasibətinin  obyekti  ola  bilərdi.  Qul  «danışan 

alət» adlanırdı.  

Bəzi müəlliflər göstərirlər ki, boşanma zamanı valideynlər arasında uşaüın kiminlə qalması barədə mübahisə 

yaranan hallarda, uşaq hüquq münasibətinin obyekti kimi çıxış edir. Bu fikir həqiqətdən uzaqdır. Bu cür hallar-

da uşaüın özü yox, onun normal və dözgün tərbiyə edilməsi üçün vacib olan mənafe, habelə bununla bağlı ola-

raq yaranan kompleks hüquq və vəzifələr müvafiq hüquq münasibətinin obyekti olur.  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə