MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə12/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   91
§ 4. Mülki hüquq münasibətlərinin növləri  

1. Mülki hüquq münasibətlərinin təsnifi anlayışı və  

ə

həmiyyəti  

Insan cəmiyyətinin özü elə bil ki, hüquq münasibətlərinin sonsuz zəncirlərindən ibarətdir. Bu münasibətlərin 

geniş bir sahəsini mülki hüquq münasibətləri təşkil edir.  

Cəmiyyətdə yaranan mülki hüquq münasibətləri son dərəcə müxtəlif və rəngarəngdir. Onların əhatə dairəsi ki-

fayət qədər genişdir. Lakin mülki hüquq münasibətləri nə qədər müxtəlif olsa da, onları müvafiq qayda əsasında 

təsnifləşdirmək, yəni ayrı-ayrı növlərə bölmək olar. Bu cür təsnifin, hər şeydən əvvəl, nəzəri əhəmiyyəti vardır. 

Mülki hüquq münasibətlərinin təsnifi imkan verir ki, onun ayrı-ayrı növləri nəzəri cəhətdən təhlil olunsun. Bunun-

la belə, həmin təsnif praktiki əhəmiyyətə malikdir. Belə ki, o, həm də praktik məqsəd güdür. 

Hər şeydən əvvəl, mülki hüquq münasibətlərinin hüquqi məzmunu, yəni subyektlərin hüquq və vəzifələri bu 

münasibətlərin növlərindən asılı olaraq müəyyən edilir. Bax, mülki hüquq münasibətlərinin təsnifi imkan verir 

ki, həmin münasibətlərin hüquqi məzmunu aydınlaşdırılsın. 



kincisi, mülki hüquq münasibətlərinin subyekt tərkibi bu münasibətlərin növlərindən asılı olaraq müəyyən-

ləşdirilir. Mülki hüquq münasibətlərinin təsnifi həmin münasibətlərin subyekt tərkibinin müəyyən edilməsinə 



imkan verir. Məsələn, biz, bilirik ki, mütləq hüquq münasibətlərində iştirak edən subyektlərdən yalnız biri mə-

lum olur. Digər tərəf isə naməlumdur. Nisbi hüquq münasibətlərində isə bundan fərqli olaraq, hər iki tərəf mə-

lumdur. 

Üçüncüsü, mülki hüquq münasibətləri subyektlərinin (səlahiyyətli şəxslərin) hüquqlarının kimlərdən mü-

dafiə  olunması  bu  münasibətlərin  növləri  ilə  şərtlənir.  Məsələn,  mütləq  hüquq  münasibətində  səlahiyyətli 

şə

xsin hüququ istənilən hər hansı şəxs tərəfindən pozulmaqdan, nisbi hüquq münasibətində isə konkret müəy-



yən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki hüquq münasibətlərinin təsnifi həmin məsələni müəy-

yən etməyə imkan verir.  



Dördüncüsü, mülki hüquq münasibəti subyektləri hüquq pozuntusu törətdiyi hallarda, onlara tətbiq ediləcək 

məsuliyyət  tədbirinin  forması  həmin  münasibətin  növündən  asılı  olaraq  müəyyən  edilir.  Belə  ki,  mülki 

hüquq  münasibətlərinin  təsnifi  hüquq  pozuntusu  törədən  şəxsə  tətbiq  edilən  məsuliyyət  tədbirinin  formasını 

müəyyən etməyə imkan verir. Məsələn, əmlak hüquq münasibətlərində hüquq pozuntusuna yol verən subyektə 

zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət tədbiri tətbiq edilir. Şəxsi qeyri-maddi nemətlərlə bağlı ya-

ranan hüquq münasibətlərində (şəxsi qeyri-əmlak hüquq münasibətlərində) isə, şübhəsiz ki, bu cür formadan is-

tifadə olunmur. 

Beləliklə, mülki hüquq münasibətlərinin təsnifi imkan verir ki, mülki qanunvericilik praktikada bu münasi-


 

73 


bətlərin konkret növünə dözgün tətbiq edilsin, istifadə olunacaq mülki hüquq norması səhv seçilməsin. Onun 

güddüyü praktiki məqsəd də məhz bundan ibarətdir.  

Mülki  hüquq  münasibətləri  müxtəlif  əsas  və  meyarlara  görə  təsnif  edilir.  Mülki  hüquq  elmi  və  sivilistika 

doktrinası bu əsas və meyarlara görə onların bir sıra növlərini ayırır və fərqləndirir: 

 əmlak və şəxsi qeyri-əmlak hüquq münasibətləri; 



 mütləq və nisbi hüquq münasibətləri; 

 əşya və öhdəlik hüquq münasibətləri; 



 müddətli və müddətsiz hüquq münasibətləri; 

 sadə və mürəkkəb hüquq münasibətləri. 



2. Əmlak və qeyri-əmlak mülki hüquq münasibətləri 

Obyekt kimi meyara və əlamətə görə bütün mülki hüquq münasibətləri iki yerə ayrılır:  

 əmlak hüquq münasibətləri; 



 qeyri-əmlak hüquq münasibətləri. 

Ə

mlak hüquq münasibətləri odur ki, bu münasibətlərin obyekti maddi nemətlərdən (əmlakdan) ibarətdir. 

Onlar iqtisadi mə



zmuna malikdir. 

Ə

gər mülki hüquq normaları ilə əmlak münasibətləri tənzimlənərsə, onda bunlara əmlak hüquq münasibətlə-



ri  deyilir.  Deməli,  əmlak  hüquq  münasibətləri  əmlak  münasibətlərinin  hüquqi  formasıdır.  Onlar  əmlak 

münasibətlərinin hüquqi rəsmiləşdirmə forması və vasitəsidir. 

Ə

mlak hüquq münasibətləri mülki hüquq münasibətlərinin əsas hissəsini təşkil edir. Onlar digər hüquq mü-



nasibətlərinə nisbətən üstünlüyə malikdir. Bu hüquq münasibətlərinin əhatə dairəsi kifayət qədər genişdir.  

Ə

mlak hüquq münasibətlərinin iki əsas və başlıca qrupu fərqləndirilir:  



 əşya hüquq münasibətləri; 

 öhdəlik hüquq münasibətləri. 



Əş

ya hüquq münasibətləri o münasibətlərdir ki, onlar əşyanın bu və ya digər şəxsə məxsus olmasını hüqu-

qi cəhətdən rəsmiləşdirmə formasıdır. Məsələn, mülkiyyət hüquq münasibətləri əşya hüquq münasibətinə aid-

dir. Bundan əlavə, məhdud əşya hüquq münasibətləri (girov, servitut və digər hüquq münasibətləri) də bu növ 

hüquq münasibətinə daxildir.  



Öhdəlik hüquq münasibətləri dedikdə isə əmlakın bir şəxsdən digərinə keçməsinin, yəni əmtəə-pul müba-

diləsi prosesinin hüquqi cəhətdən rəsmiləşdirmə forması başa düşülür. Bu cür hüquq münasibətləri, bir qayda 

olaraq, mülki-hüquqi müqavilələrdən əmələ gəlir. Məsələn, alqı-satqı, icarə, kirayə, dəyişmə, daşıma, sığorta, 

bank əmanəti, podrat, borc, kredit və digər hüquq münasibətləri bunlara misaldır. Öhdəlik hüquq münasibətləri 

müqavilədənkənar (qeyri-müqavilə) yolla da yarana bilər. Məsələn, ziyan vurmaq nəticəsində əmələ gələn hü-

quq münasibətlərini (delikt hüquq münasibətlərini), əsassız varlanmadan yaranan hüquq münasibətlərini (kon-

dikasiya hüquq münasibətlərini), müsabiqə hüquq münasibətlərini və s. bu cür öhdəlik hüquq münasibətinə mi-

sal kimi göstərə bilərik.  



Qeyri-əmlak  hüquq  münasibətləri  o  hüquq  münasibətləridir  ki,  qeyri-maddi  nemətlər  bu  münasibətlərin 

obyekti qismində çıxış edir. Əgər mülki hüquq normaları ilə qeyri-əmlak münasibətləri tənzimlənərsə, belə hal-

da qeyri-əmlak hüquq münasibətləri əmələ gəlir. Qeyri-əmlak hüquq münasibətləri qeyri-əmlak münasibətləri-

nin hüquqi cəhətdən rəsmiləşdirmə formasıdır. Özü də onlar əmlak hüquq münasibətlərindən fərqli olaraq, iqti-



sadi məzmundan məhrumdur. Qeyri-əmlak hüquq münasibətləri özləri iki cür olur: 

 əmlak hüquq münasibətləri ilə bağlı olan qeyri-əmlak hüquq münasibətləri; 



 əmlak hüquq münasibətləri ilə bağlı olmayan qeyri-əmlak hüquq münasibətləri.  

Ə

mlak hüquq münasibətləri ilə bağlı olan qeyri-əmlak hüquq münasibətləri o hüquq münasibətləridir 

ki, onların obyektini əqli mülkiyyət obyektləri, yəni yaradıcılıq fəaliyyətinin nəticələri (elm, ədəbiyyat və incə-

sənət əsərləri, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları, firma adları, seleksiya nailiyyətlə-

ri, kəşflər və s.) təşkil edir. Məsələn, yazıçının əsər (şer, dram, faciə, komediya, hekayə və s.) yazması ilə müəl-

liflik hüquq münasibəti, mühəndisin ixtira (yeni təyinatlı saat, paltaryuyan maşın, tozsoran, soyuducu, kondisio-

ner və s.) etməsi ilə patent (ixtira) hüquq münasibəti əmələ gəlir. Bunların iqtisadi məzmunu yoxdur. Ona görə 

ki, həmin hüquq münasibətləri pulla qiymətləndirilmir. Lakin iqtisadi məzmuna malik olmamalarına baxmaya-

raq, həmin hüquq münasibətləri əmlak hüquq münasibətləri ilə bağlıdır. Belə ki, əqli mülkiyyət obyektləri olan 

ə

sərlərdən, ixtiralardan və s. istifadə ilə əlaqədar yaranan münasibətlər əvəzli olub, əmlak xarakterlidir. Məsə-



lən, əsərin maddi daşıyıcısı (maddi obyekti) olan kitablar oxuculara satılır və bununla alqı-satqı hüquq münasi-

bəti əmələ gəlir. Bu isə əmlak hüquq münasibətidir. Başqa bir misalda mühəndis ixtiradan (məsələn, yeni təyi-

natlı soyuducudan) istifadə hüququnu sənaye müəssisəsinə satır. Belə halda onlar arasında alqı-satqı hüquq mü-

nasibəti yaranır. Bu isə əmlak hüquq münasibətidir. Deməli, əqli mülkiyyət obyektlərinin (əsərlərin, ixtiraların 



 

74 


və s.) yaranması ilə bağlı olaraq yaranan qeyri-əmlak hüquq münasibətləri (müəlliflik, patent hüquq münasibət-

ləri və s.) bu obyektlərdən istifadə olunması ilə əlaqədar yaranan əmlak münasibətləri ilə bağlıdır. Amma buna 

baxmayaraq,  obyekti  yaradıcılıq  fəaliyyətinin  nəticələri  (əqli  mülkiyyət  obyektləri)  olan  hüquq  münasibətləri 

qeyri-əmlak hüquq münasibətləri hesab edilir.  

Ə

mlak hüquq münasibətləri ilə bağlı olmayan qeyri-əmlak hüquq münasibətləri odur ki, onların obyekti 

şə

xsi qeyri-maddi nemətlərdən ibarətdir. Şəxsi qeyri-maddi nemətlər insanın özündən ayrılmaz olub, özgəninkiləş-



dirilmir, digər şəxslərə verilmir. Bu cür nemətlərə, əvvəllərdə qeyd etdiyimiz kimi, insanın şərəf və ləyaqətini, iş-

gözar nüfuzunu həyatını, sağlamlığını və s. misal göstərə bilərik. Həmin nemətlər insana anadangəlmə və ya qanun 

ə

sasında məxsus olur. Göstərilən nemətlər qeyri-maddi, qeyri-əmlak təbiətinə malik olduqları üçün onlar barəsində 



ə

mələ gələn hüquq münasibətləri də qeyri-əmlak xarakterli olub, iqtisadi məzmundan məhrumdur, pulla ifadə edil-

mir və qiymətləndirilmir. 

Bəs, mülki hüquq münasibətlərinin əmlak və qeyri-əmlak hüquq münasibətləri adlı iki növə bölünməsinin nə 

kimi praktiki əhəmiyyəti vardır? Bu cür bölgünün birinci praktiki əhəmiyyəti ondan ibarətdir ki, əmlak hü-

quq münasibətlərindən yaranan hüquq və vəzifələr pozulduüu hallarda hüquq pozuntusu törədənə yal-

nız əmlak xarakterli sanksiyalar (məsuliyyət tədbirləri) tətbiq edilə bilər. Bu cür pozuntu hallarında zərərin 

ə

vəzinin ödənilməsi formasında məsuliyyət tədbirindən (sanksiyadan) istifadə edilir və mülki-hüquqi məsuliy-



yət əmlak xarakterinə malik olur. Qeyri-əmlak hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr pozuldu-

üu hallarda isə həm mənəvi ziyanın ödənilməsi formasında əmlak sanksiyası, həm də digər spesifik tədbir-



lər  tətbiq  edilir.  Lakin  mənəvi  ziyanın  ödənilməsi  formasında  əmlak  sanksiyası  pozulmuş  hüquqların  bərpa 

edilməsi üçün kifayət etmir. Belə halda spesifik tədbirlər həlledici və mühüm rol oynayır. Məsələn, kütləvi in-

formasiya vasitəsində fiziki şəxsin şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyüun olmayan məlumat (məsələn, 

şə

xsin guya tənbəl, müftəxor, əyyaş və dələduz olması barədə məlumat) dərj edilir. Vətəndaş bu məlumatların 



təkzib olunmasını məhkəmə qaydasında tələb edir. Məhkəmə qərarına əsasən, həqiqətə uyüun olmayan məlu-

mat həmin kütləvi informasiya vasitəsində təkzib edilir. Təkzibetmə kimi spesifik müdafiə tədbirindən istifadə 

olunmaqla vətəndaşın qeyri-əmlak hüquq münasibətindən irəli gələn hüquqları müdafiə olunur və bərpa edilir. 

Ə

mlak hüquq münasibətlərindən irəli gələn hüquqların bu cür spesifik tədbir vasitəsilə müdafiə olunması qeyri-



mümkündür. Başqa bir misalda nəşriyyat müəllifin (yazıçının) əsərini müəllifin icazəsi olmadan nəşr edərək ya-

yır. Bununla o, yazıçının müəlliflik hüquq münasibətindən irəli gələn hüququnu pozur. Həmin əsərin nüsxələri 

kontrafakt nüsxələr hesab edilir. Kontrafakt (fransızja contrefaction — saxta; latınja contra əks, facare etmək) 

nüsxələr hesab etmək spesifik müdafiə tədbiridir. 

Bu bölgünün ikinci praktiki əhəmiyyəti ondan ibarətdir ki, əmlak hüquq münasibətlərindən irəli gələn tə-

ləblərə, bəzi tələblər istisna olmaqla (məsələn, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri və 

s.) iddia müddəti aid edilir. Qeyri-əmlak hüquq münasibətlərindən irəli gələn qeyri-maddi nemətlərin müdafi-

ə

si (məsələn, yazıçının yaratdığı əsərinin müəllifi kimi tanınması hüququnun müdafiəsi və s.) haqqında tələblə-



rə iddia müddəti şamil edilmir (MM-in 384-cü maddəsi). 

3. Mütləq və nisbi hüquq münasibətləri  

Subyektlərin dəqiq olaraq müəyyən edilməsi və onlar arasında qarşılıqlı əlaqənin xarakteri kimi me-

yara görə mülki hüquq münasibətlərinin iki növü fərqləndirilir:  

 mütləq hüquq münasibətləri;  



 nisbi hüquq münasibətləri. 



Mütləq  hüquq  münasibətləri  odur  ki,  bu  münasibətlərdə  subyekt  (tərəf)  rolunda  çıxış  edən  səlahiyyətli 

şə

xsə qarşı əhatə dairəsi qeyri-müəyyən olan, qeyri-məhdud saylı borclu şəxslər («hamı və hər kəs») durur. Hə-



min münasibətlərin yalnız bir subyekti — səlahiyyətli şəxs (subyektiv mülki hüququn daşıyıcısı) konkret və də-

qiq olaraq məlum olur. Münasibətin ikinci subyekti olan borclu şəxsi (özərinə hüquqi vəzifə düşən şəxsi) isə 

konkret olaraq adbaad müəyyənləşdirmək qeyri-mümkündür. Ona görə ki, borclu şəxs rolunda əhatə dairəsi na-

məlum olan, qeyri-məhdud saylı şəxslər çıxış edir. Başqa sözlə desək, mütləq hüquq münasibətlərində borclu 

şə

xs qismində səlahiyyətli şəxsi əhatə edən bütün digər şəxslər — «hər kəs və hamı» iştirak edirlər. Əhatə edən 



bütün şəxslər («hər kəs və hamı») səlahiyyətli şəxsin hüquq və mənafeyini pozmamaq kimi vəzifə daşıyır-

lar. Bu cür vəzifəyə passiv tipli vəzifə deyilir. Səlahiyyətli şəxs isə özü subyektiv mülki hüquqları həyata keçi-

rir. 


Mütləq hüquq münasibətlərinin üç əsas növü fərqləndirilir. Birincisi, mülkiyyət hüquq münasibətləri onla-

rın əsas hissəsini təşkil edir. Burada səlahiyyətli şəxsə (mülkiyyətçiyə) qarşı onu əhatə edən bütün şəxslər («ha-

mı və hər kəs») durur. Bu şəxslərin əhatə dairəsi və sayı məlum deyil. Onların özərinə belə bir vəzifə düşür: 

mülkiyyətçiyə məxsus əmlaka sahiblik, əmlakdan istifadə və onun özərində sərəncam vermək hüququnun həya-

ta keçirilməsində ona mane olan hər hansı hərəkət etməmək (passiv tipli vəzifə). Mülkiyyətçi (səlahiyyətli şəxs) 


 

75 


isə bu cür hərəkətlər etməkdən çəkinməyi borclu şəxsdən - «hamıdan və hər kəsdən» tələb etmək hüququna ma-

likdir. 


kincisi, mütləq hüquq münasibətlərinin digər hissəsini əqli mülkiyyət hüquq münasibətləri təşkil edir. Bu 

cür hüquq münasibətləri əqli mülkiyyət obyektlərinin (əsərlərin, ixtiraların, faydalı modellərin, sənaye nümunə-

lərinin, kəşflərin, firma adlarının, əmtəə nişanlarının, seleksiya nailiyyətlərinin və s.) yaranması ilə əmələ gəlir. 

Ə

qli mülkiyyət hüquq münasibətləri yaradıcılıq fəaliyyəti nəticələri (əqli mülkiyyət obyektləri) ilə bağlı yara-



nan  ictimai  münasibətlərin  hüquqi  cəhətdən  rəsmiləşdirmə  formasıdır.  Onların  dairəsi  kifayət  qədər  genişdir: 

müəlliflik hüquq münasibətləri; patent (ixtira, sənaye nümunəsi, faydalı model və s.) hüquq münasibətləri; kəşf 

hüquq münasibətləri; əmtəə nişanı ilə bağlı yaranan hüquq münasibətləri; firma adları ilə bağlı hüquq münasi-

bətləri və s.  

Ə

sərin  yaradılması  ilə  müəlliflik  hüquq  münasibəti  əmələ  gəlir.  Bu  münasibətdə  səlahiyyətli  şəxs  rolunda 



müəllif, borclu şəxs rolunda isə müəllifi əhatə edən bütün digər şəxslər («hamı və hər kəs») çıxış edirlər. Müəl-

lif yaratdığı əsərə münasibətdə subyektiv müəlliflik hüquqlarına malikdir. Borclu şəxs («hamı və hər kəs»), yə-

ni müəllifi əhatə edən qeyri-müəyyən saylı şəxslər belə bir vəzifə daşıyır: əsərə münasibətdə subyektiv müəllif-

lik hüquqlarını həyata keçirməkdə müəllifə mane olmamaq, buna əngəl olan hər hansı hərəkətə yol verməmək 

(passiv tipli vəzifə). Müəllif həmin şəxslərdən bu cür hərəkətlərdən çəkinməyi tələb etmək hüququna malikdir. 

Ə

qli mülkiyyətin digər obyekti olan əmtəə nişanının qeydiyyata alınması ilə mülki hüquq münasibəti əmələ 



gəlir. Bu hüquq münasibəti əmtəə nişanını qeydiyyata aldıran müəssisə ilə həmin müəssisəni əhatə edən bütün 

digər şəxslər («hamı və hər kəs») arasında yaranır. Özü də əmtəə nişanı barədə. Göstərilən hüquq münasibətin-

də borclu şəxs («hamı və hər kəs») belə bir vəzifə daşıyır: əmtəə nişanı barəsində müəssisənin malik olduüu hü-

quqları həyata keçirməkdə ona mane olmamaq.  

Özüncüsü, mütləq hüquq münasibətlərinin başqa bir hissəsini əmlak hüquq münasibətləri ilə bağlı ol-

mayan qeyri-əmlak hüquq münasibətləri təşkil edir. Bu hüquq münasibətlərinin obyekti, qeyd etdiyimiz ki-

mi, şəxsi qeyri-maddi nemətlərdən (şərəf və ləyaqət, işgözar nüfuz, şəxsi həyatın sirri, şəxsi toxunulmazlıq, hə-

yat və saülamlıq və digər nemətlərdən) ibarətdir. Həmin nemətlərin sahibi səlahiyyətli şəxsdir. Bu nemətlərə 

malik olduüu andan səlahiyyətli şəxslə onu əhatə edən bütün digər şəxslər («hamı və hər kəs») arasında mülki 

hüquq münasibəti əmələ gəlir. Səlahiyyətli şəxsə qarşı duran borclu şəxslərin özərinə belə bir vəzifə düşür: sə-

lahiyyətli şəxsin şəxsi qeyri-maddi nemətlərə olan subyektiv hüququnu pozmamaq, bu hüququn həyata keçiril-

məsinə mane olan hər hansı hərəkətdən çəkinmək (passiv tipli vəzifə). Dediklərimizdən belə çıxır ki, mütləq 

hüquq münasibətlərində borclu şəxs aktiv yox, passiv vəzifə daşıyır.  



Nisbi hüquq münasibətləri odur ki, burada müəyyən konkret səlahiyyətli şəxsə (şəxslərə) konkret müəyyən 

borclu şəxs (şəxslər) durur. Bu cür hüquq münasibətlərinin subyekt tərkibi — həm səlahiyyətli şəxs, həm də 

borclu şəxs adbaad, konkret və dəqiq olaraq məlumdur. Özü də borclu şəxs mütləq hüquq münasibətlərində ol-

duüu kimi passiv yox, aktiv vəzifə daşıyır. Onun özərinə səlahiyyətli şəxsin xeyrinə müsbət hərəkətlər etmək 

— ya istifadəyə və mülkiyyətə əmlak vermək, ya iş görmək, ya xidmət göstərmək, ya da ki pul ödəmək vəzifəsi 

düşür.  


Nisbi hüquq münasibətlərinin əhatə dairəsi son dərəcə geniş və müxtəlifdir. Onlara öhdəlik hüquq münasi-

bətlərini misal çəkmək olar. Söhbət həm müqavilədən (alqı-satqı, podrat, icarə, kirayə, daşıma, bank əmanəti, 

kredit və digər müqavilələrdən), həm də qeyri-müqavilədən (zərər vurmaqdan, əsassız varlanmadan, müsabiqə 

keçirməkdən, xüsusi mükafatlandırma vədindən və s.) əmələ gələn öhdəliklərdən (öhdəlik hüquq münasibətlə-

rindən) gedir. Məsələn, alqı-satqı hüquq münasibəti alqı-satqı müqaviləsindən əmələ gəlmişdir. Burada hər iki 

tərəf (subyekt tərkibi) dəqiq və konkret olaraq adbaad məlumdur: satıcı və alıcı. Podrat hüquq münasibətində də 

hər iki tərəfi adbaad çaüırmaq olar: podratçı və sifarişçi. Daşıma hüquq münasibətində də belədir: daşıyıcı və 

yük göndərən. 

Bəs, mülki hüquq münasibətlərinin mütləq və nisbi hüquq münasibətləri adlı iki növə bölünməsinin nə kimi 

praktiki əhəmiyyəti və mənası vardır? Bu cür bölgünün praktiki əhəmiyyəti ondan ibarətdir ki, mütləq mülki 

hüquq münasibətlərində səlahiyyətli şəxsin hüquqları istənilən şəxs («hamı və hər kəs») tərəfindən pozula bilər. 

Ona görə də bu münasibətlərdə səlahiyyətli şəxsin hüquqları istəniləşəxsdən müdafiə edilir. Səlahiyyətli 

şə

xsin hüquqları pozulduüu hallarda hüquq pozuntusu törədən istənilən şəxsə mülki-hüquqi sanksiyalar tətbiq 



olunur.  

Nisbi mülki hüquq münasibətlərində isə səlahiyyətli şəxsin hüquqları həmin hüquq münasibətlərində iştirak 

edən konkret, dəqiq və müəyyən subyekt (borclu şəxs) tərəfindən pozula bilər. Ona görə də bu cür hüquq müna-

sibətlərində səlahiyyətli şəxsin hüquqları konkret və dəqiq olaraq müəyyən edilmiş şəxsin törətdiyi hüquq 



pozuntusundan müdafiə edilir. Səlahiyyətli şəxsin hüquqları pozulduüu hallarda yalnız konkret şəxslər mül-

ki-hüquqi məsuliyyətə cəlb edilirlər və onlara sanksiyalar (müdafiə və məsuliyyət tədbirləri) tətbiq olunur.  



 

76 


4. Əşya və öhdəlik mülki hüquq münasibətləri  

Səlahiyyətli şəxsin — subyektiv mülki hüquq daşıyıcısının mənafe və maraqlarını təmin etmək üsulu 

kimi əlamətə və meyara görə mülki hüquq münasibətləri iki növə bölünür: 

 əşya hüquq münasibətləri;  



 öhdəlik hüquq münasibətləri. 

Əş

ya hüquq münasibətlərində səlahiyyətli şəxsin mənafeyi əşya ilə bilavasitə qarşılıqlı təsir və əlaqədə ol-

maq yolu ilə həmin əşyanın fayda verməsi hesabına təmin edilir. Bu hüquq münasibətlərində səlahiyyətli şəx-



sin ehtiyacı onun öz şəxsi-xüsusi (fərdi) hərəkətləri vasitəsilə ödənilir. Burada səlahiyyətli şəxs borclu şəx-

sin hərəkəti olmadan öz subyektiv hüquqlarını həyata keçirir. Borclu şəxsin (səlahiyyətli şəxsi əhatə edən bütün 

şə

xslərin) özərinə isə bu hüquqların həyata keçirilməsinə mane olan hər hansı hərəkətdən çəkinmək kimi passiv 



tipli vəzifə qoyulmuşdur. Bu passiv vəzifəyə əməl etmək səlahiyyətli şəxsin mənafeyinin təmin olunmasına də-

lalət edir.  

Əş

ya hüquq münasibətləri səlahiyyətli şəxsin əşyaya olan münasibətinin, onun əşya özərində sahibliyinin və 



yiyəliyinin hüquqi cəhətdən rəsmiləşdirmə formasıdır. Bu münasibətlər əşya özərində səlahiyyətli şəxsin hüqu-

qu  ilə  bağlıdır.  Məsələn,  yaşayış  evi  əşyadır.  Onun  fayda  vermək  xüsusiyyəti  vardır.  Belə  ki,  yaşayış  evinin 

ə

sas təyinatı insanın yaşamasını təmin etməkdir. Yaşayış evinin mülkiyyətçisi (səlahiyyətli şəxs) öz ehtiyac və 



tələbatını  ödəmək  üçün  yaşayış  evindən  istifadə  edir,  orada  yaşayır.  Beləliklə,  mülkiyyətçinin  yaşayış  evinə 

olan mülkiyyət hüququ ilə bağlı olaraq əşya hüquq münasibəti əmələ gəlir. Bu hüquq münasibəti mülkiyyətçi-

nin öz hərəkətləri ilə həyata keçirilir. Amma bir şərtlə ki, mülkiyyətçini əhatə edən şəxslər ona mane olmasın-

lar. Həmin şəxslər öz passiv vəzifəsini icra etsələr, mülkiyyətçinin mənafeyi təmin olunacaqdır.  

Əş

ya  hüquq  münasibətlərində  səlahiyyət  şəxs  (subyektiv  hüququn  daşıyıcısı),  əgər  əşya  qanunsuz  olaraq 



başqa  şəxsin  sahibliyinə  keçərsə,  onun  əşya  hüququ  ləğv  edilmir,  əksinə  saxlanılır,  müvcud  olmaqda  davam 

edir. Məsələn, əşya öz mülkiyyətçisinin iradəsindən asılı olmayaraq oüurlanır. Mülkiyyətçinin bu cür halda əş-

ya hüququ saxlanılır.  

Əş

ya hüquq münasibətləri müxtəlifdir. Bu münasibətlər özü iki yerə ayrılır:  



 mülkiyyət hüquq münasibətləri; 

 məhdud əşya hüquq münasibətləri.  



Mülkiyyət hüquq münasibətləri dedikdə, konkret mülkiyyətçinin özünə məxsus əmlaka (istehsal vasitələri-

nə və istehlak predmetlərinə) sahiblik, əmlakdan istifadə və onun özərində sərəncam vermək hüququnu rəsmi-

ləşdirən  hüquqi  forma  başa  düşülür.  Bu  münasibətlər  əşya  hüquq  münasibətlərinin  başlıca  və  əsas  növüdür. 

Onun məzmunu məhdud əşya hüquq münasibətlərinin məzmunundan son dərəcə və olduqca genişdir.  



Məhdud əşya hüquq münasibətləri odur ki, bu cür hüquq münasibətləri mülkiyyətçi olmayan şəxsin başqa 

şə

xsin (mülkiyyətçinin) əmlakından öz mənafeyi üçün istifadə etməsi özrə münasibətləri hüquqi cəhətdən rəs-



miləşdirmə formasıdır. Bu hüquq münasibətlərinə aiddir: 

 girov hüquq münasibətləri; 



 ipoteka hüquq münasibətləri; 

 servitut hüquq münasibətləri; 



 superfitsi (tikiliyə vərəsəlik) hüquq münasibətləri;  

 uzufrukt hüquq münasibətləri. 



Girov  hüquq  münasibətləri  ikili  təbiətə  malikdir.  Onlar  həm  məhdud  əşya  hüquq  münasibətləri,  həm  də 

öhdəlik hüquq münasibətləri (öhdəlik) kimi çıxış edir. Girov (əşya) hüquq münasibətləri odur ki, bu münasi-

bətlər  girov  qoyanın  daşınar  əşyası  barəsində  girov  saxlayanın  məhdud  əşya  hüququnu  rəsmiləşdirir.  Girov 

(öhdəlik) hüquq münasibətləri borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının tə-

min edilməsi özrə münasibətlərin hüquqi rəsmiləşdirmə formasıdır. 



Ipoteka hüquq münasibətləri girov hüquq münasibətlərinə son dərəcə  yaxındır. Bu münasibətlər də ikili 

təbiətə malikdir. Onlar həm də bir sıra fərqli cəhətlərə malikdir Girov hüquq münasibətlərinin obyekti yalnız 

daşınar əşyalardan ibarətdir. Ipoteka hüquq münasibətlərinin obyektini isə daşınmaz əşyalar, habelə rəsmi re-

yestrdə qeydə alınmalı olan daşınar əşyalar (məsələn, mülki hava gəmisi və s.) təşkil edir.  



Servitut hüquq münasibətləri servitut münasibətlərinin hüquqi rəsmiləşdirmə formasıdır. Servitut münasibə-

tinə misal olaraq qonşuya məxsus torpaq sahəsindən o biri qonşunun icazə əsasında piyada və avtomobillə keçmə-

si özrə münasibəti göstərmək olar. Torpaq sahəsinin mülkiyyətçisi servitut verən, həmin sahədən keçid üçün isti-

fadə edən qonşu isə servitut alan şəxsdir. Onlar arasında münasibətlər servitut verilməsinə dair müqavilə ilə rəs-

miləşdirilir. 

Superfitsi hüquq münasibətləri torpaq sahəsində mülkiyyətçinin razılıüı əsasında tikili ucaldan şəxsin hə-

min tikilidən istifadə etməsi özrə münasibətləri hüquqi cəhətdən rəsmiləşdirir. Məsələn, böyük torpaq sahəsinə 



 

77 


malik olan kənd sakini şəhərdən gəlmiş vətəndaşa həmin torpaq sahəsində yaşayış evi (tikili) tikməyə icazə ve-

rir. Vətəndaş həmin evdən istifadə etmək, evi özgəninkiləşdirmək (satmaq, dəyişdirmək, bağışlamaq və s.) və 

onu vərəsəlik özrə vermək hüququna malikdir. Amma vətəndaş həmin evə mülkiyyət hüququ əldə etmir. Super-

fitsi müddəti (həmin müddət tərəflərin razılıüı ilə müəyyən edilir, amma 99 ildən çox ola bilməz) bitdikdə, ya-

ş

ayış evi torpaq sahəsinin mülkiyyətçisinə keçir. Bax, bu münasibətlər superfitsi müqaviləsi ilə rəsmiləşdirilir. 



Superfitsi hüquq münasibətləri tikiliyə vərəsəlik hüquq münasibətləri də adlanır (MM-in 250-ci maddəsi).  

Uzufrukt hüquq münasibətləri mülkiyyətçinin razılıüı ilə başqa şəxsin (uzufruktuarın) onun əşyasından is-

tifadə  etməsi  və  fayda  götürməsi  özrə  münasibətlərin  hüquqi  formasıdır.  Məsələn,  kəndli  (fermer)  təsərrüfatı 

başçısı torpaq sahəsini sahibkara uzufrukta verir. Sahibkar həmin sahədən istifadə edərək, oradan tikinti materi-

alları — qum, daş, gil, çınqıl və s. çıxarır. Mülki hüquq normaları ilə tənzimlənən bu cür münasibətlər uzufrukt 

hüquq münasibəti kimi hüquqi forma alır.  

Öhdəlik hüquq münasibətləri o münasibətlərdir ki, burada səlahiyyətli şəxsin mənafeyi borclu şəxsin mü-

ə

yyən hərəkətlər etməsi hesabına təmin edilir. Borclu şəxsin hərəkətlər etməsi əmlak verilməsində, pul ödənil-



məsində, iş görülməsində, xidmətlər göstərilməsində ifadə olunur. Bu cür hüquq münasibətlərinə müqavilədən 

ə

mələ gələn hüquq münasibətlərini misal göstərmək olar. Məsələn, götürək alqı-satqı müqaviləsindən əmələ gə-



lən öhdəlik hüquq münasibətini. Burada alıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan pul məbləüini ödəməklə 

satıcının (səlahiyyətli şəxsin) mənafeyini təmin edir. Podrat müqaviləsindən əmələ gələn hüquq münasibətində 

podratçı (borclu şəxs) tikdiyi yaşayış evini sifarişçiyə (səlahiyyətli şəxsə) verməklə onun ehtiyacını ödəyir. De-

məli, öhdəlik hüquq münasibətlərində səlahiyyətli şəxsin maraqları borclu şəxsin fəal, müsbət hərəkətləri ilə tə-

min edilir.  

Bəs mülki hüquq münasibətlərinin əşya və öhdəlik hüquq münasibətləri adlı iki yerə ayrılmasının nə kimi 

praktiki əhəmiyyəti vardır? Bu bölgünün praktiki əhəmiyyəti ondan ibarətdir ki, əşya hüquq münasibətləri əş-

ya-hüquqi iddiaların vasitəsi və köməyi ilə müdafiə edilir. Söhbət vindikasiya, neqator və s. kimi iddialardan 

gedir. Həmin iddialar bilavasitə əşyaya yönəlir. Məsələn, vətəndaş öz qonşusunun əşyasını oüurlayır. Beləliklə, 

həmin əşya vətəndaşın qanunsuz sahibliyində olur. Əşyanın mülkiyyətçisi olan qonşu vindikasiya iddiası verə-

rək, onu vətəndaşın qanunsuz sahibliyindən geri tələb edir.  

Öhdəlik  hüquq  münasibətlərində  isə  səlahiyyətli  şəxsin  hüquqları  öhdəlik-hüquqi  iddiaların  vasitəsilə 

müdafiə olunur. Söhbət, hər şeydən əvvəl, zərərin əvəzinin ödənilməsi barədə iddiadan gedir. Məsələn, şəhər 

sakini öz mənzilini tələbəyə kirayəyə verir və bununla kirayə hüquq münasibəti yaranır. Kirayəçi tələbənin təq-

siri özündən mənzilin bir hissəsi yanır. Kirayəyə verən ona vurulmuş zərərin əvəzinin ödənilməsi barədə kira-

yəçi tələbəyə qarşı iddia verir. Tələbə həm bərpa üçün təmirə çəkilən xərcləri ödəyir (buna real zərər deyilir), 

həm də mənzilin təmiri müddəti üçün kirayə haqqını verir (buna əldən çıxmış fayda deyilir).  

Bəzən də elə olur ki, əşya hüquq münasibətlərində səlahiyyətli şəxsin hüququnu əşya-hüquqi iddianın kömə-

yi ilə müdafiə etmək mümkün olmur. Məsələn, yuxarıdakı misalda öz qonşusunun əşyasını oüurlayan vətəndaş-

da həmin əşya müəyyən edilmir (məsələn, o, əşyanı naməlum şəxsə satır və s.). Belə halda qonşu (səlahiyyətli 

şə

xs)  öz  pozulmuş  hüququnu  zərərin  əvəzinin  ödənilməsi  kimi  öhdəlik-hüquqi  iddianın  vasitəsi  ilə  müdafiə 



edir.  

Əş

ya və öhdəlik hüquq münasibətləri konsepsiyası XIX əsrin axırlarında-XX əsrin əvvəllərində alman sivi-



listika doktrinasında əsaslandırılmışdır. Bu konsepsiyanı bir çox fransız və inqilabaqədərki rus hüquqşünasları 

da dəstəkləmişlər. Həmin konsepsiyaya  görə, əşya hüquq münasibətləri insanın əşyaya olan münasibəti olub, 

onun əşya özərində sahibliyini hüquqi cəhətdən rəsmiləşdirir. Bu münasibətlərdə yalnız təkcə səlahiyyətli şəxs 

(əşya hüququnun daşıyıcısı) məlumdur. Öhdəlik hüquq münasibətləri ilə, heç olmazsa, iki subyekt arasında ya-

ranan münasibətlərdir.  

Əş

ya və öhdəlik hüquq münasibətləri konsepsiyasına qarşı öhdəlik hüquq münasibətləri konsepsiyası qoyul-



du. Bu konsepsiyaya görə, hüquq münasibətləri yalnız insanlar arasında yaranan münasibətlərdir. Hüquq ancaq 

bu və ya digər şəxs arasında müvcud ola bilər. Bütün hüquq münasibətləri öhdəlik hüquq münasibətləri ilə əha-

tə olunur. 

Öz mənbəyini Roma hüququndan götürən əşya və öhdəlik hüquq münasibətləri konsepsiyasını kontinental 

ölkələrin qanunvericiliyi nəzərə almışdır. Pandekt modeli özərində qurulan mülki məcəllələrdə (məsələn, Alma-

niya Mülki Qanunnaməsində, RF-in Mülki Məcəlləsində və s.) bu konsepsiya mühüm əhəmiyyət kəsb edir. Ins-

titusiya sisteminə əsaslanan mülki məcəllələrdə isə (məsələn, Fransa Mülki Məcəlləsində və s.) həmin konsep-

siyaya bir o qədər də xüsusi diqqət yetirilmir. Burada o, özünü aydın şəkildə büruzə vermir.  

Əş

ya və öhdəlik hüquq münasibətləri konsepsiyasını Azərbaycan Respublikasının yeni MM-i nəzərə almış-



dır. Bu məcəllədə əşya və öhdəlik münasibətlərini tənzimləyən çoxsaylı mülki hüquq normaları ifadə olunmuş-

dur.  


 

78 


5. Müddətli və müddətsiz mülki hüquq münasibətləri  

Müddət kimi meyara və əlamətə görə mülki hüquq münasibətləri iki cür olur:  

 müddətli mülki hüquq münasibətləri; 



 müddətsiz (qeyri-müəyyən müddətli) mülki hüquq münasibətləri. 



Müddətli mülki hüquq münasibətləri odur ki, onlar müəyyən müddətə qüvvədə olur. Bu hüquq münasi-

bətlərinin qüvvədə olması müəyyən vaxtla məhdudlaşır. Həmin müddət ötüb keçdikdən sonra tərəflərin hüquq 

və vəzifələri ləğv edilir. Məsələn, müəlliflik hüquq münasibətləri əsərin yaradılması ilə yaranır, müəllifin bütün 

həyatı boyu, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 50 il müddətində qüvvədə 

olur. Superfitsi hüquq münasibətlərinin (tikiliyə vərəsəlik hüquq münasibətlərinin) qüvvədə olma müddəti dox-

san doqquz ildən çox ola bilməz (MM-in 250-ci maddəsinin 3-cü bəndi). Patent hüquq münasibətləri ixtira üçün 

20 il, faydalı model və sənaye nümanəsi üçün isə 10 il müddətində qüvvədə olur. 

Müddətsiz mülki hüquq münasibətləri odur ki, bu münasibətlərin qüvvədə olması vaxt və zaman kateqori-

yası ilə məhdudlaşdırılmır. Bu cür hüquq münasibətləri müddətsiz, yəni qeyri-müəyyən müddətə qüvvədə olur-

lar.  Buna  görə  də  onlar  qeyri-müəyyən  müddətli  mülki  hüquq  münasibətləri  də  adlanır.  Müddətsiz  mülki 

hüquq münasibətlərinə misal olaraq mülkiyyət hüquq münasibətlərini göstərmək olar. Mülkiyyət son və axırınjı 

müddət kimi ideyanı qəbul etmir: müvəqqəti mülkiyyətin müvcudluğu  qeyri-mümkündür. Bundan başqa, ob-

yekti  qeyri-maddi  nemətlərdən  (şərəfdən,  ləyaqətdən,  işgözar  nüfuzdan,  şəxsi  toxunulmazlıqdan  və  s.)  ibarət 

olan mülki hüquq münasibətləri (yəni əmlak hüquq münasibətləri ilə bağlı olmayan qeyri-əmlak hüquq münasi-

bətləri) də bu növ hüquq münasibətlərinə daxildir. Ona görə ki, qeyri-maddi nemətlərin müvcud olması müd-

dətlə məhdudlaşdırılmır.  

6. Sadə və mürəkkəb mülki hüquq münasibətləri  

Mülki hüquq münasibətləri struktur (quruluş) kimi əlamətə görə iki növə bölünür:  

 sadə mülki hüquq münasibətləri; 



 mürəkkəb mülki hüquq münasibətləri.  



Sadə mülki hüquq münasibətləri odur ki, bu münasibətlərdə səlahiyyətli şəxs yalnız bir subyektiv mülki 

hüquqa  malik  olur,  borclu  şəxs isə  yalnız  bir  hüquqi  vəzifə  daşıyır.  Özü  də  səlahiyyətli  şəxsin  malik  olduüu 

subyektiv hüquq, borclu şəxsin daşıdığı mülki-hüquqi vəzifəyə uyüun gəlir. Məsələn, vətəndaş özünün hüquqa-

zidd təqsirli hərəkəti ilə qonşunun əmlakına zərər vurur. Onlar arasında ziyan vurmaq nəticəsində yaranan öh-

dəlik hüquq münasibəti (öhdəlik) əmələ gəlir. Bu hüquq münasibəti delikt hüquq münasibəti də adlanır. Həmin 

hüquq münasibətində zərərvuran vətəndaş borclu şəxs hesab edilir. Ona görə ki, onun özərinə vurduüu zərərin 

ə

vəzini ödəmək vəzifəsi düşür. Özü də yalnız bir vəzifə. Ziyan çəkən qonşu isə səlahiyyətli şəxsdir (kreditor-



dur). Ona görə ki, onun zərərvuran vətəndaşdan ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Özü 

də yalnız bir hüquqa malikdir. Bank əmanəti hüquq münasibəti də sadə mülki hüquq münasibətinə misal ola bi-

lər. Burada əmanətçinin əmanətin və ona hesablanmış faizlərin verilməsini bankdan tələb etmək kimi bir hüqu-

qu vardır. Bank isə əmanətin və ona hesablanmış faizlərin ödənilməsi kimi yalnız bir vəzifə daşıyır. Deməli, sa-



də mülki hüquq münasibətləri öz strukturuna görə, bir subyektiv hüquqdan və bir subyektiv hüquqi və-

zifədən ibarətdir. 

Mürəkkəb mülki hüquq münasibətləri odur ki, bu münasibətlərdə iştirak edən subyektlərdən hər biri eyni 

vaxtda subyektiv hüquqa malik olur və hüquqi vəzifə daşıyır. Söhbət səlahiyyətli şəxsin eyni vaxtda subyektiv 

hüquqa malik olmasından və hüquqi vəzifə daşımasından, habelə borclu şəxsin eyni zamanda vəzifə daşımasın-

dan və hüquqa malik olmasından gedir. Başqa sözlə desək, mürəkkəb mülki hüquq münasibətlərində hər iki 



tərəf eyni zamanda həm hüquqlara malikdirlər, həm də hüquqi vəzifələr daşıyırlar. Özü də bu münasibət-

lərdə səlahiyyətli şəxs eyni vaxtda həm də borclu şəxsdir, borclu şəxs isə eyni vaxtda həm də səlahiyyətli şəxs-

dir. Məsələn, elə götürək podrat hüquq münasibətini. Podratçı həm hüquqa (gördüyü işin haqqının ödənilməsini 

tələb etmək hüququna) malikdir, həm də vəzifə (tapşırılan işi icra etmək vəzifəsini) daşıyır. Sifarişçi həm vəzifə 

(görülən işin haqqını ödəmək vəzifəsini), həm də hüquqa (işin nəticəsinin verilməsini tələb etmək hüququna) 

malikdir.  

Mürəkkəb mülki hüquq münasibətləri olduqca müxtəlif olub, son dərəcə geniş əhatə dairəsinə malikdir. On-

ların xüsusi çəkisi sadə  mülki hüquq münasibətlərinə nisbətən müqayisəedilməz dərəcədə zoxdur. Alqı-satqı, 

daşıma, sığorta, bank hesabı, borc, kredit, icarə, kirayə, lizinq və digər mülki hüquq münasibətləri struktur (qu-

ruluş) etibarilə mürəkkəbdir.  



7. Tənzimləyici və qoruyucu mülki hüquq münasibətləri 

Həyata keçirdiyi funksiya və malik olduüu təyinata görəmülki hüquq münasibətlərinin iki növü fərqlən-

dirilir:  

 tənzimləyici mülki hüquq münasibətləri;  



 

79 


 qoruyucu mülki hüquq münasibətləri. 

Mülki hüquq münasibətlərinin bu iki növü mülki hüququn tənzimləyici və qoruyucu funksiyalarına (vəzifələri-

nə) uyüundur. Belə ki, mülki hüququn tənzimləyici funksiyası tənzimləyici mülki hüquq münasibətləri vasitəsilə, 

qoruyucu funksiyası ilə qoruyucu mülki hüquq münasibətləri vasitəsilə həyata keçirilir.  

Tənzimləyici mülki hüquq münasibətləri odur ki, bu hüquq münasibətləri normal iqtisadi (əmlak) dövriy-

yəni hüquqi cəhətdən rəsmiləşdirir. Normal əmlak dövriyyəsi elə münasibətlərdir ki, bu münasibətlər subyektlə-

rin razılaşmasına, iradə sərbəstliyinə, hüquq bərabərliyinə və əmlak müstəqilliyinə əsaslanır. Bu növ mülki hü-

quq münasibətləri bazar-mal dövriyyəsinin, əmtəə-pul mübadiləsinin hüquqi rəsmiləşdirmə formasıdır. Onların 

ə

sas məqsədi iqtisadi (əmlak) dövriyyə münasibətlərini tənzimləməkdən və nizama salmaqdan ibarətdir.  



Tənzimləyici mülki hüquq münasibətlərinin əsasını müqavilə öhdəlikləri (müqavilə öhdəlik hüquq münasi-

bətləri) təşkil edir. Müqavilə öhdəlikləri normal iqtisadi proseslərin hüquqi ifadəsidir. Söhbət alqı-satqı, dəyiş-

mə, icarə, sığorta, kredit, daşıma və digər öhdəliklərdən, yəni mülki öhdəlik hüquq münasibətlərindən gedir. 

Qoruyucu mülki hüquq münasibətləri anomal (qeyri-normal) əmlak münasibətlərinin hüquqi rəsmiləşdir-

mə formasıdır. Onların əsas məqsədi əmlak (mülki) dövriyyə iştirakçılarının əmlak mənafeyini müdafiə etmək-

dən ibarətdir. Bu növ mülki hüquq münasibətlərinə delikt öhdəliklərini (ziyan vurmaq nəticəsində əmələ gələn 

öhdəlikləri), habelə əsassız varlanma öhdəliyini misal göstərmək olar.  



8. Birtərəfli və ikitərəfli (qarşılıqlı) hüquq münasibətləri  

Mülki hüquq münasibətlərində iştirak edən subyektlər arasında hüquq və vəzifələrin bölgösü əlamətinə gö-

rə həmin münasibətlərin iki növü fərqləndirilir: 

 birtərəfli mülki hüquq münasibətləri; 



 ikitərəfli mülki hüquq münasibətləri. 



Birtərəfli mülki hüquq münasibələri odur ki, bu münasibətlərdə iştirak edən subyektlərdən biri (səlahiy-

yətli şəxs) yalnız subyektiv hüquqa malik olur, digəri isə (borclu şəxs) yalnız vəzifə daşıyır. Bu növ mülki hü-

quq münasibətlərinə bank əmanəti hüquq münasibətlərini və delikt öhdəliklərini (ziyan vurmaq nəticəsində ya-

ranan mülki hüquq münasibətlərini) misal göstərmək olar.  



Ikitərəfli mülki hüquq münasibətləri odur ki, bu münasibətlərdə iştirak edən subyektlərdən hər biri eyni 

zamanda həm hüquqlara malikdir, həm də vəzifələr daşıyır. Bu cür münasibətlərdə səlahiyyətli şəxs eyni vaxtda 

həm borclu şəxs, borclu şəxs isə eyni zamanda həm də səlahiyyətli şəxs rolunda çıxış edir. Mürəkkəb quruluşlu 

bütün mülki hüquq münasibətləri (məsələn, alqı-satqı, podrat, daşıma, sığorta, icarə, kirayə və digər hüquq mü-

nasibətləri) ikitərəfli hüquq münasibətləri hesab edilir. Tərəflərin hüquq və vəzifələri qarşılıqlı surətdə bir-biri-

nə uyüun gəldiyinə görə, onlar qarşılıqlı mülki hüquq münasibətləri də adlanır.  




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə