MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə15/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   91
§ 1. Fiziki şəxslərin mülki hüquq subyektliyi.  

Mülki hüquq qabiliyyəti 

1. Fiziki şəxs anlayışı  

Hər gün tələbələr avtobusdan, metrodan və digər nəqliyyat vasitəsindən istifadə etməklə təhsil aldıqları uni-

versitetə  gəlirlər.  Tələbələrlə  nəqliyyat  vasitələri  (daşıyıcılar)  arasında  sərnişin  daşıma  münasibətləri  yaranır. 

Neçə-neçə şəhər sakini öz ailə-məişət, şəxsi-maddi ehtiyaclarını təmin etmək məqsədi ilə geyim şeyləri, ərzaq 

məhsulları, ev avadanlıqları, məişət predmetləri və s. alır. Bununla alqı-satqı münasibətləri əmələ gəlir. Vətən-

daş öz qonşusundan borc pul aldıqda isə borc münasibətləri meydana gəlir. Öz pulunu banka qoyan əmanətçi 

ilə həmin bank arasında əmanət münasibətləri əmələ gəlir. Ev sahibi yaşayış evini xarici ölkə vətəndaşına (əc-

nəbiyə) kirayəyə verir. Belə halda isə ev sahibi ilə əcnəbi arasında kirayə münasibəti yaranır. Kənd sakini torpa-

üı sahibkar statuslu vətəndaşa icarəyə verir. Bu isə icarə münasibətidir. Vətəndaşlıüı olmayan şəxs özünə məx-

sus pulları və qiymətli şeyləri qaldığı mehmanxananın sahibinə saxlanca verir. Bu cür halda saxlanc (saxlama) 

münasibəti göz qabağındadır. Sadaladığımız bütün bu münasibətlərin hamısı ictimai münasibətlər olub, mülki 

hüquqla tənzimlənir və mülki hüquq münasibətləri kimi hüquqi forma alır. Bax, bu hüquq münasibətlərində işti-

rak edən tələbə də, sahibkar da, vətəndaş da, əmanətçi də, xarici ölkə vətəndaşı da, vətəndaşlıüı olmayan şəxs 

də fiziki şəxslər hesab olunurlar. Göstərdiyimiz hüquq münasibətlərində tərəf və subyekt rolunda məhz onlar çı-

xış  edirlər.  Fiziki  şəxslər  mülki  hüquq  münasibətlərinin  iştirakçıları  —  subyektdirlər.  Deməli,  onlar  həm  də 

mülki hüququn subyekti hesab olunurlar.  

Mülki  hüquqla  tənzimlənən  ictimai  münasibətlərin  əsas  iştirakçılarından  biri  fiziki  şəxslərdir.  Fiziki  şəxs 

mülki hüququn psixoloæi-bioloæi (fizioloæi) varlıq, yəni insan kateqoriyasından olan subyektini ifadə et-

mək üçün işlədilən termindir. Mülki hüquq insan cinsindən olmayan subyektlərini əhatə etmək üçün hüquqi 

şə

xs anlayışından istifadə edir. Bəs fiziki şəxs nədir? Fiziki şəxs kateqoriyasının mənasını dərindən, hərtərəfli 



və dözgün başa düşmək üçün dürd kateqoriyanı yanaşı qoyub, onlar arasındakı münasibəti aydınlaşdırmaq la-

zımdır. Yalnız bu cür yanaşma fiziki şəxs kateqoriyasının mahiyyətini açmaüa imkan verə bilər. Göstərdiyimiz 

həmin dörd kateqoriya bunlardır: 

 vətəndaş kateqoriyası; 



 şəxsiyyət kateqoriyası; 

 insan kateqoriyası; 



 fərd kateqoriyası. 



Vətəndaş kateqoriyası ilə, hər şeydən əvvəl, Azərbaycan Respublikasının vətəndaşı anlayışı əhatə olunur. Azər-

baycan Respublikasının vətəndaşı dedikdə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılıüı, 

habelə  qarşılıqlı  hüquq  və  vəzifələri  olan  şəxs  başa  düşülür.  O,  siyasi  və  hüquqi  cəhətdən  Azərbaycan  dövlətinə 

mənsub olan şəxsdir. Buradan belə bir nəticəyə gələ bilərik ki, «Azərbaycan Respublikasının vətəndaşı», ümumiy-

yətlə, «şəxs» kateqoriyasına daxildir. Bəs «şəxs» kateqoriyası dedikdə, nə başa düşülür?  



«Şəxslər» cinsi və ümumiləşdirilmiş kateqoriyadır. O, özündə iki anlayışı əhatə edir və birləşdirir:  «fiziki 

şə

xslər» anlayışını; «hüquqi şəxslər» anlayışını. Məntiqi təfsir üsulunun, yəni formal məntiq qaydalarının kö-



məyi ilə müəyyənləşdirə bilərik ki, vətəndaş hüquqi şəxs — müəssisə, idarə və təşkilat ola bilməz. Ona görə ki, 

hüquqi  şəxslər,  vətəndaşlardan  fərqli  olaraq  psixoloæi  (mənəvi)  —  bioloæi  (fizioloæi)  xüsusiyyətlərə  malik 

olan ictimai varlıq deyil. Məhz buna görə də qanunun göstərişini genişləndirici yox, məhdudlaşdırıcı təfsir et-

mək lazımdır: vətəndaş fiziki şəxsdir. Qanunun göstərişini məhz bu mənada başa düşmək lazımdır. Amma «və-

təndaş» və «fiziki şəxs» kimi iki anlayış eynimənalı, identik və sinonim anlayış deyildir. Məzmunca yaxın ol-

malarına baxmayaraq, onlar mühüm dərəcədə bir-birindən fərqlənirlər. Belə ki, mülki hüquq münasibətlərində 

vətəndaşlardan savayı, əcnəbilər (xarici dövlətin vətəndaşları) və vətəndaşlıüı olmayan şəxslər də iştirak edə bi-

lərlər. Əcnəbilər də, vətəndaşlıüı olmayan şəxslər də fiziki şəxs anlayışına daxildir. Buradan belə bir nəticəyə 

gələ bilərik ki, «fiziki şəxs» kateqoriyası özündə «vətəndaş», «xarici dövlət vətəndaşı» və «vətəndaşlıüı ol-

mayan şəxs» kimi üç cür anlayışı birləşdirir və əhatə edir. Bu isə onu göstərir ki, «fiziki şəxs» məzmunca 

«vətəndaşa» nisbətən daha geniş anlayışdır. Belə ki, bütün vətəndaşlar həmişə fiziki şəxsdir, amma fiziki şəxs 

həmişə Azərbaycan Respublikasının vətəndaşı olmaya da bilər. Məsələn, əcnəbi fiziki şəxsdir, ancaq Azərbay-

can Respublikasının vətəndaşı deyil.  

Bax, buna görə mülki hüququn psixoloæi-bioloæi varlıq olan insan cinsindən subyektlərini vətəndaş anlayışı 

ilə əhatə etmək məsələyə birtərəfli, qeyri-dözgün, dəqiq olmayan yanaşmanı ifadə edir. Keçmiş qanunvericilik 

məhz uzun müddət «vətəndaş» anlayışından istifadə etmişdi.  

«Fiziki şəxs» və «şəxsiyyət» kimi iki anlayış arasındakı münasibət haqqında nə demək olar? Fəlsəfi mənada 



 

94 


şə

xsiyyət ictimailəşmiş, ictimai münasibətlərin iştirakçısı olan, inkişaf etmiş fiziki şəxsdir. «Şəxsiyyət» anlayışı 

üçün başlıca  cəhət bioloæi, psixoloæi-fizioloæi mahiyyət  yox, ictimai mahiyyətdir.  ctimai  mahiyyətli fiziki 

şə

xs şəxsiyyət adlanır. Şəxsiyyət ictimai münasibətlərin məcmusu və daşıyıcısıdır, ictimai mənalı keyfiyyətlə-

rə malik olan fiziki şəxsdir. Əgər fiziki şəxs ictimai keyfiyyətlərə (fiziki şəxsin cəmiyyətdəki oynadığı rol, hə-

yata keçirdiyi ictimai funksiyalar, daxili mənəvi potensialı, xarakter və iradəsi, mənlik şüuru və s.) malikdirsə, 

deməli, o, şəxsiyyətdir. 

Aristotel  şəxsiyyəti  «ictimailəşmiş  varlıq»  kimi  xarakterizə  etmişdir.  Alman  klassik  fəlsəfəsində  Feyerbax 

şə

xsiyyətə ictimai mahiyyət verməyə çalışmışdır. O, belə hesab edirdi ki, yalnız ictimai münasibətlərə girdikdə 



insan şəxsiyyət kimi çıxış edir. 

Dediklərimizdən belə çıxır ki, yalnız ictimai məzmunlu keyfiyyətlərə malik olan fiziki şəxs şəxsiyyət kimi 

çıxış edə bilər. Fiziki şəxs anadan şəxsiyyət kimi doüulmur. Yalnız o, ictimai həyatda yaşamaqla, öz əməlləri 

ilə şəxsiyyət adını və statusunu qazana bilər.  ctimai məzmunlu keyfiyyətlərdən məhrum olan fiziki şəxs şəxsiy-

yət kimi tanına bilməz. Beləliklə, fəlsəfə elmi baxımından hər bir fiziki şəxsi şəxsiyyət hesab etmək olmaz. Fi-

ziki şəxs şəxsiyyət olmaqla ictimai mahiyyətə çevrilir. Şəxsiyyət həmişə ictimai inkişaf etmiş sosial münasibət-

lərin daşayıcısına çevrilmiş fiziki şəxsdir.  

Psixologiya  elmi  baxımından  şəxsiyyət  müəyyən  inkişaf  və  yaş  səviyyəsinə  çatan,  psixi  cəhətdən  saülam, 

ə

qli və mənəvi keyfiyyətlərə malik olan fiziki şəxsdir. Bu xüsusiyyət imkan verir ki, o, ictimai münasibətlərin 



iştirakçısı olsun, öz davranışına görə məsuliyyət daşısın və cavab versin, habelə öz mövqeyini formalaşdırsın. 

Belə çıxır ki, psixologiya elmi baxımından da hər bir fiziki şəxsi şəxsiyyət hesab etmək olmaz. Məsələn, mülki 

hüquq qabiliyyətinə malik olan, xırda məişət xarakterli müqavilələri (məsələn, dükandan çörək, bulka, dəftər, 

kitab, qələm və s. almaq kimi müqavilələri) müstəqil surətdə bağlayan və bununla mülki hüquq münasibətləri-

nin iştirakçısı olan azyaşlılar fiziki şəxslərdir, lakin şəxsiyyət deyildir. Başqa bir misalda mülki hüquq qabiliy-

yətli ruhi xəstələr yaşayış evi, geyim şeyləri, məişət predmetləri, ev avadanlıqları və digər əmlak növləri özərin-

də mülkiyyət hüququna malik ola bilərlər. Amma onlar fiziki şəxslər olsalar da, şəxsiyyət sayılmırlar. 

Deməli, fəlsəfə və psixologiya elmi baxımından «fiziki şəxs» və «şəxsiyyət» kimi anlayış eyni mənalı, üst-

üstə düşən anlayışlar deyildir. «Fiziki şəxs» anlayışının əhatə dairəsi daha genişdir. Belə ki, şəxsiyyət həmişə və 

bütün hallarda fiziki şəxsdir, amma hər bir fiziki şəxs şəxsiyyət statusu və adı ala bilməz. Şəxsiyyət hesab edi-

lən də, şəxsiyyət hesab edilməyən də «fiziki şəxs» anlayışına aiddir. Odur ki, mülki hüququn fərdi subyektlərini 

«şəxsiyyət» anlayışı ilə əhatə etmək məsələyə qeyri-dəqiq və birtərəfli yanaşmanı ifadə edir. 

«Fiziki şəxs» anlayışı ilə «insan» kateqoriyası arasında münasibətə gəldikdə isə qeyd etmək lazımdır ki, in-

san fəlsəfi anlayışdır. Insan dedikdə, aydın nitqə, təfəkkür və şüura malik olan biososial varlıq başa düşülür. In-

sanda təbii (bioloæi), ictimai (sosial) və mənəvi (psixoloæi) amillər qarşılıqlı vəhdətdə təzahür edir. Onun for-

malaşmasında bioloæi, psixoloæi və sosial amillər mühüm rol oynayır. Materialist fəlsəfə insana bioloæi sosial 

varlıq kimi baxır, onu bəşər cəmiyyətinin yaratdığı ən qiymətli sərvət hesab edir.  

Insan ictimai münasibətlərin iştirakçısıdır. K.Marksın dediyi kimi, «insan ictimai münasibətlərin məcmusu-

dur». Insan həm də hüququn subyektidir. O, subyekt kimi çoxsaylı hüquq və vəzifələrin, o cümlədən mülki hü-

quqların  daşıyıcısıdır.  Buna  görə  də  beynəlxalq  sənədlərdə  —  «Insan  hüquqlarının  ümumi  Bəyannaməsi»nin 

(1948) 6-cı maddəsində və «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın (1966) 16-cı maddəsində 

hüququn subyekti kimi «insan» anlayışından istifadə olunur. Həmin maddələrdə göstərilir ki, harada olmasın-

dan asılı olmayaraq hər bir insanın özünün hüquq subyektliyinin tanınması hüququ vardır.  

Insan ümumiləşdirilmiş fəlsəfi-mücərrəd anlayışdır. Ona görə də hüququn subyektini, o cümlədən mülki hü-

quq münasibətləri subyektini ifadə etmək üçün bu anlayışdan istifadə etmək münasib, əlverişli və məqsədəmü-

vafiq  deyildir.  Lazımdır  ki,  hüququn  subyekti  mənasında  «insan»  anlayışı  konkret  formada  nəzərdə  tutulsun. 

Bunun üçün bu anlayışın əhatə etdiyi məfhumları müəyyənləşdirmək lazımdır.  

Insan  konkret  fərdlərin  məcmusudur.  Fərd  isə  ayrıca  götürülmüş  insandır,  insanın  təkcə  nümayəndəsidir. 

K.Marks yazırdı ki, fərd ictimai varlıqdır. Fiziki şəxs də ictimai varlıq olub, ayrıca götürülmüş insandır. Demə-

li, fiziki şəxs insan fərdidir. Dediklərimiz bizə belə bir nəticə çıxarmaq imkanı verir ki, «fiziki şəxs» və «insan 

fərdi» kimi iki anlayış eynimənalıdır.  

Bir çox xarici ölkələrin qanunvericiliyi mülki hüququn insan kateqoriyasından olan subyektini ifadə etmək 

üçün məhz insani fərd kimi  «fiziki şəxs»  anlayışından istifadə edir. Məsələn, Hollandiya Mülki Məcəlləsinin 

«Şəxslər və ailə» adlı birinci kitabında fiziki şəxslərin hüquqi vəziyyətinin bütün məsələlərini tənzimləyən nor-

malara rast gəlmək olur. Italiya Mülki Məcəlləsinin «Şəxslər və ailə» adlı birinci kitabının 1-ci bölməsi «Fiziki 

şə

xslər» adlanır. Almaniya Mülki Qanunnaməsinin «Ümumi hissə» adlı birinci kitabının birinci bölməsi «Şəxs-



lər» (personen) adlanır. Bu bölməyə «Fiziki şəxslər» kimi fəsil daxildir. 

Qeyd etmək lazımdır ki, roman-german (kontinental) hüquq sistemi «fiziki şəxs» termini ilə mülki hüququn 



 

95 


ə

sas subyektlərindən birini ifadə edir. Bu sistemə daxil olan Fransa qanunvericiliyi bundan fərqli başqa termin 

tətbiq edir. Belə ki, bu ölkənin MM-i mülki hüququn fərdi subyektini ifadə etmək üçün «fransız» və «əcnəbi» 

kimi iki anlayışa üstünlük verir. Ingilis-amerikan hüquq ailəsi də «fiziki şəxs» anlayışını tanıyır və ondan istifa-

də edir. 

«Fiziki şəxs» anlayışının tarixi Roma hüququ ilə bağlıdır. Roma hüququ qeyd etməliyik ki, hüquq qabiliy-

yətli varlıüı, yəni hüququn subyektini persona (latınca) - şəxs adlandırırdı. Persona mülki dövriyyənin baza ka-

teqoriyası hesab olunurdu.  

Yeri gəlmişkən, qeyd edək ki, «persona» əvvəllər qədim yunan teatrlarında aktyorların geyindikləri maskaya 

verilmiş ad olmuşdur. O, ilk dəfə «teatr maskası» mənasını ifadə etmişdi. Sonralar Romada «persona» anlayışı 

ilə  hüququn  subyekti  olan  şəxslər  anlayışı  əhatə  olunmuşdur.  Roma  hüququ  «persona»nı  iki  yerə  bölürdü: 

«personae physicae» (fiziki şəxslərə); «personae morales» və ya «personae curidicae» (hüquqi şəxslərə). Sonra-

dan «personae physicae» termini kontinental ölkələrin, ilk növbədə, Almaniyanın qanunvericiliyi tərəfindən qə-

bul olanaraq iqtibas edilmişdir. 

Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi kontinental Avropa ölkələrinin qanunvericilik ənə-

nələrinə əsaslanaraq mülki hüququn fərdi subyektini ifadə etmək üçün «fiziki şəxs» anlayışından istifadə edir. 

Bununla o, köhnə qanunvericiliyin «vətəndaş» kimi dəqiq olmayan, birtərəfli və qeyri-dözgün anlayış işlətmək 

tendensiyasından birdəfəlik imtina etmişdir.  

MM-in 24-cü maddəsinin 1-ci bəndi fiziki şəxsin leqal anlayışını formulə edir. Fiziki şəxs hüquq münasi-

bətlərində öz adından iştirak edən insan fərdidir. Özü də dərhal qeyd etməliyik ki, Azərbayjan Respublikası-

nın qanunvericiliyi fiziki şəxsə anlayış verərkən Almaniya qanunvericilik təcrübəsini və ənənəsini olduüu kimi 

nəzərə almışdır. Daha doürusu, Almaniya Mülki Qanunnaməsinin fiziki şəxsə verdiyi anlayış Azərbaycan Res-

publikasının yeni qanunvericiliyi tərəfindən qəbul edilmişdir. Beləliklə, bizim ölkə mülki qanunvericiliyi mülki 

hüququn fizioloæi-psixoloæi ictimai varlıq kimi insan cinsindən olan subyektlərini ifadə etmək üçün «insan», 

«şəxsiyyət», «vətəndaş» anlayışlarından istifadə etmir. Burada insani fərd olan «fiziki şəxs» anlayışının tətbiq 

edilməsinə üstünlük verilir.  

2. Fiziki şəxslərin mülki hüquq qabiliyyəti  

Fiziki şəxslərin mülki hüququn subyekti rolunda çıxış etməsi üçün onların qanunla müəyyənləşdirilən key-

fiyyətlərə malik olması vacibdir. Bu keyfiyyətlərin məcmusu mülki hüquq subyektliyini yaradır. Mülki hüquq 

subyektliyi, qeyd etdik ki, mülki hüquq münasibətlərinin əmələ gəlməsinin və fəaliyyət göstərməsinin normativ 

zəminlərindən (ilkin şərtlərindən) biridir.  

Mülki hüquq subyektliyi mürəkkəb, ümumiləşdirilmiş hüquqi kateqoriyadır. Bundan əvvəlki fəsildə qeyd et-

diyimiz kimi, o, özündə bir neçə elementi birləşdirir. Həmin elementlərdən biri mülki hüquq qabiliyyəti adlanır.  

«Hüquq qabiliyyəti» termininin ifadə etdiyi mənanın genezisi (əmələ gəlmə mənbəyi) qədim Roma hüququ 

ilə bağlıdır. Qədim Roma hüququ bu termini işlətmirdi. Hazırda işlədilən «hüquq qabiliyyəti» termininə Roma-

da «caput» sözü uyüun gəlirdi. Daha doürusu, Roma hüququ hüquq qabiliyyətini «caput» anlayışı ilə əhatə edir-

di.  Tam  hüquq  qabiliyyəti  üç  cür  statusun  (latınca  status  —  vəziyyət)  cəmindən  ibarət  idi:  azadlıq  statusu 

(status libertatis), yəni azad olmaq, qul olmaq yox; vətəndaşlıq statusu (status civitatis), yəni Roma vətəndaşı 

olmaq, yadelli, əcnəbi yox; ailə vəziyyəti (status familiae), yəni ata hakimiyyəti altında olmamaq. 

Ilk dəfə olaraq hüquq qabiliyyəti anlayışı 1804-cü ildə qəbul edilmiş Fransa Mülki Məcəlləsində — Napole-

on Məcəlləsində formulə edilmişdir. Bunun ardınca, 1896-cı il tarixli Almaniya Mülki Qanunnaməsinin «Ümu-

mi hissəsi» hüquq qabiliyyətinə müəyyən hüquq normaları həsr edərək bu kateqoriyanı daha da inkişaf etdir-

mişdir. Həmin dövrdə hüquq qabiliyyəti kateqoriyasından Ingiltərə mülki hüququnda da istifadə olunurdu. Bu 

kateqoriya özünün yaranmasına görə əsasən Fransa və Almaniya kimi ölkələrin mülki qanunvericiliyinə «borc-

lu» olmalıdır. 

Mülki  hüquq  qabiliyyəti  kateqoriyası  roman-german  (kontinental)  hüquq  ailəsi  üçün  xarakterikdir.  Ingilis-

amerikan (ümumi) hüquq ailəsində hüquq qabiliyyəti kateqoriyasından istifadə olunmur. Burada vahid hüquq 

subyektliyi anlayışı (legal capacity) tətbiq edilir. 

Mülki hüquq qabiliyyətinin leqal anlayışı MM-in 25-ci maddəsinin 1-ci bəndində formulə edilmişdir. Mülki 

hüquq qabiliyyəti dedikdə, fiziki şəxsin mülki hüquqlara malik olmaq və mülki-hüquqi vəzifələr daşımaq 

qabiliyyəti başa düşülür. Özü də buradaja dərhal qeyd etməliyik ki, mülki hüquq qabiliyyəti fiziki şəxslərin 

faktiki və real olaraq konkret subyektiv hüquqlar əldə etməsi, hüquqlar qazanması demək deyildir. Bu, o de-

məkdir ki, dövlət özünün yaratdığı mülki hüquq normaları ilə fiziki şəxslərə mümkün olan olan bütün mülki hü-

quq münasibətlərinin (şübhəsiz ki, qanunla qadaüan olunan və yol verilməyən mülki hüquq münasibətləri istis-

na olmaqla) iştirakçısı olmaüa, bununla isə konkret subyektiv hüquqlar əldə etməyə və konkret subyektiv vəzi-

fələr daşımaüa hüquqi imkan verir. Mülki hüquq qabiliyyəti faktiki olaraq hüquqlar əldə etmək üçün postulat 



 

96 


(latınca postulatum - tələb) kimi qabaqcadan qəbul olunmuş imkandır və ya qabiliyyətdir. O, hüquq və vəzifələ-

rin daşıyıjısı olmaq qabiliyyətidir. 

Qeyd etmək lazımdır ki, mülki hüquq qabiliyyətini, yəni mülki hüquqlar əldə etmək imkanını «bu hüquqla-

rın əldə edilməsinin özü» kimi anlayışla qarışdırmaq olmaz. Mülki hüquq qabiliyyəti özlüyündə hər hansı bir 

real maddi və qeyri-maddi nemət və yaxud faktiki konkret subyektiv hüquq yaratmır. Mülki hüquq qabiliyyətli 

olmaq hələ o demək deyildir ki, fiziki şəxs real surətdə, faktiki olaraq qanunda nəzərdə tutulan konkret mülki 

hüquqlara artıq malik olmuşdur. Məsələn, qanun hər kəsə və hamıya əsərin müəllifi olmaq və ya ixtiranın müəl-

lifi olmaq kimi hüquqi imkan (qabiliyyət) vermişdir. Bu, mülki hüquq qabiliyyətidir. Lakin bu, onu ifadə etmir 

ki, artıq fiziki şəxs əsər yazmış və ya ixtira yaratmış, onlara müəlliflik hüququ əldə etmişdir. Başqa bir misalda 

qanun fiziki şəxslərə hüquqi imkan verir ki, onlar minik avtomobilinə, yaşayış evinə və digər əmlak növlərinə 

mülkiyyət hüququ əldə etsinlər. Bu da mülki hüquq qabiliyyətidir. Lakin bu, o demək deyildir ki, fiziki şəxs ar-

tıq özünə minik avtomobili, yaşayış evi və s. almış, onlar özərində mülkiyyət hüququ qazanmışdır. Bax, bunlar 

mülki hüquqların əldə edilməsinin özüdür. XX əsrin əvvəllərində rus hüquqşünas alimlərindən N.M.Korkunov 

yazırdı ki, hüquq qabiliyyəti yalnız şəxsin məlum hüquqlara malik ola bilməsini ifadə edir. Amma bu, hələ şəx-

sin həmin hüquqları həqiqətən əldə etməsi demək deyildir. Hər kəsin əmlak özərində mülkiyyət hüququna ma-

lik olmaq qabiliyyəti vardır, lakin bu onu ifadə etmir ki, artıq əmlak özərində mülkiyyət hüququ əldə olunmuş-

dur. 

Mülki hüquq qabiliyyəti konkret mülki hüquqlar əldə etmək üçün yol açır. Bu anlayışın əsl məözini və əsası-



nı  «hüquq»  yox,  bu  hüququ  əldə  etmək  üçün  açar  rolunu  oynayan  «qabiliyyət»,  yəni  «hüquqi  imkan»  təşkil 

edir. Ona görə də hüquq ədəbiyyatında haqlı olaraq göstərilir ki, hüquq qabiliyyəti yalnız hüquq əldə etməyin 

ə

sasıdır, onun ilkin şərtidir. Doürudan da, hüquq qabiliyyəti konkret subyektiv hüquqların əmələ gəlməsi üçün 



zəmin rolunu oynayır. Əgər qanun fiziki şəxsə mülki hüquqlar qazanmaq üçün hüquqi imkan (hüquq qabiliyyə-

ti) vermirsə, onda o, nə cür və hansı yolla konkret subyektiv mülki hüquqlar əldə edə bilər? Bunu adam təsəv-

vürünə belə gətirə bilmir. 

Dediklərimizdən belə nəticə çıxır ki, mülki hüquq qabiliyyəti olmadan hər hansı bir konkret subyektiv mülki 

hüququn əmələ gəlməsi və yaranması mümkün deyil. Başqa sözlə desək, mülki hüquq qabiliyyəti olmadan fizi-

ki şəxsin mülki hüquq münasibətlərinin iştirakçısı (subyekti) kimi çıxış etməsindən söhbət gedə bilməz. Bu ka-

teqoriyanın sosial qiyməti, əhəmiyyəti və rolu məhz bununla bağlıdır. Belə ki, yalnız mülki hüquq qabiliyyəti 

müvcud olduqda, konkret subyektiv hüquqlar əmələ gələ bilər. Mülki hüquq qabiliyyəti konkret hüquq və 

vəzifələr yox, yalnız onların əldə edilməsinin mücərrəd və ümumi zəminidir. 

Beləliklə,  mülki  hüquq  qabiliyyəti  dedikdə,  fiziki  şəxsin  qanunda  nəzərdə  tutulan  mülki  hüquqlara 

malik olmaüın və vəzifələr daşımaüın dövlət tərəfindən tanınan ümumi, mücərrəd imkanı, bu hüquq və 

vəzifələrin daşıyıcısı olmaq qabiliyyəti başa düşülür. Mülki hüquq qabiliyyəti kateqoriyasının məna və ma-

hiyyətinin aydınlaşmasında keçmiş sovet dövrünün görkəmli sivilist alimlərinin — O.S.Ioffenin, S.N.Bratusun, 

O.A.Krasavçikovun, E.A.Fleyşitsin və başqalarının böyük elmi əməyi olmuşdur. Onların irəli sürdükləri müd-

dəalar bu kateqoriyanın əsl təbiətinin müəyyənləşdirilməsində böyük rol oynamışdır. 



3. Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyətləri  

Mülki  hüquq  qabiliyyəti  fiziki  şəxsin  ictimai  vəziyyətini  hüquqi  cəhətdən  ifadə  edən  hüquqi  hadisədir.  O, 

hüquqi üstqurum kateqoriyasına şamil edilən məsələdir. Buna görə də o, cəmiyyətin bazisi ilə, yəni istehsal mü-

nasibətləri ilə müəyyən olunur.  

Mülki hüquq qabiliyyəti fiziki şəxsin anadangəlmə təbii keyfiyyəti deyildir. O, fiziki şəxsə təbiət tərəfindən 

anadangəlmə verilmir. Mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imkanı ona dövlət tərəfindən mülki 

hüquq normaları vasitəsi ilə verilir. Nə vaxt ki, fiziki şəxs doüulur və yaşayır, dərhal da o, mülki hüquq qabiliy-

yətli olur. Harada ki, ümumiyyətlə, mülki hüquqi tənzimetmə və hüquqi mühit vardır, orada da mülki hüquq qa-

biliyyəti müvcuddur. Deməli, mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imkanı fiziki şəxsə dövlət tə-

rəfindən hüquq əsasında (daha doürusu, hüququn xaricən ifadə olunduüu qanunvericilik aktlarının vasitəsi ilə) 

verilir. Bu fikrin doüru olması belə bir tarixi faktla təsdiqlənir və sübut olunur ki, quldarlıq cəmiyyətində qullar 

dövlət tərəfindən rəsmi olaraq hüquq əsasında hüquq qabiliyyətli hesab edilmirdi. Onlar yalnız hüququn obyekti 

— alqı-satqının predmeti kimi çıxış edə bilərdilər. Roma hüququ qullara «danışan alət», predmet, əşya kimi ba-

xırdı.  Həmin  dövrdə  Romada  tam  hüquq  qabiliyyətli  vətəndaşlar  da  yaşayırdı.  Feodalizm  dövründə  təhkimli 

kəndlilər tam hüquq qabiliyyətli vətəndaşlar sayılmırdı. Feodal hüququ imtiyazlar hüququ idi. Bu hüquq vətən-

daşların hüquqlara malik olmaq qabiliyyətini onların sosial mənşəyindən, mənsub olduüu silkdən, tutduüu vəzi-

fədən, rütbədən və s. asılı olaraq müəyyən edirdi. Deməli, mülki hüquq qabiliyyəti fiziki şəxsin görmə, eşit-

mə və sair kimi anadangəlmə təbii yox, ictimai-hüquqi keyfiyyət və xüsusiyyətdir.  

Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, real xarakterə malikdir. Bu, 



 

97 


onu ifadə edir ki, hər bir fiziki şəxsin mülki hüququn tanıdığı bütün hüquq və vəzifələrin subyekti olmaq, yəni 

qanunun yol verdiyi bütün mülki hüquq münasibətlərinin iştirakçısı olmaq imkanına təminat verilir. Hər 

bir dövlətin vəzifəsidir ki, fiziki şəxslərin hüquq qabiliyyətinə təminat versin və onu müdafiə etsin.  

Azərbaycan Respublikası (dövləti) fiziki şəxslərin mülki hüquq qabiliyyətinə təminat verir. Mülki qanunve-

ricilik göstərir ki, fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz (MM-in 25-ci maddəsinin 4-cü bən-

di).  Bununla  bərabər,  fiziki  şəxsin  hüquq  qabiliyyəti  yalnız  qanunla  müəyyənləşdirilmiş  hallarda  və  qaydada 

məhdudlaşdırıla bilər. Belə təsəvvür yaranır ki, fiziki şəxsi mülki hüquq qabiliyyətindən tamamilə və bütövlük-

də məhrum etmək mümkün deyil. Ona görə ki, o, insan haqları barədə beynəlxalq paktlardan, ədalət, azadlıq və 

humanizm prinsiplərindən irəli gəlir.  

Yaşadığımız  ölkədə  fiziki  şəxslərin  mümkün  olan  bütün  hüquq  və  vəzifələrin  subyekti  olmaq  imkanına 

Konstitusiya qaydasında və səviyyəsində təminat verilir: hər kəsin doüulduüu andan hüquqları vardır və bu hü-

quqları gözləmək, qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin hüquq-

ların pozulması və vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Dövlət bü-

tün fiziki şəxslərin hüquq qabiliyyətinin müdafiəsinə təminat verir. 

Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, ayrılmaz və özgəninkiləşdi-



rilməz xarakterə malikdir. O, fiziki şəxsin özünün müvcud olmasından ayrılmazdır. Nə vaxt ki, fiziki şəxs ya-

ş

ayır, o zaman da həmin şəxs mülki hüquq qabiliyyətinə malik olur. Fiziki şəxslər doüulduüu andan ayrılmaz 



hüquqlara malik olub, bütün həyatı boyu saülamlıq vəziyyətindən və yaşından asılı olmayaraq hüquq qabiliy-

yətli sayılır. O, mülki hüquq qabiliyyətindən tamamilə və ya qismən imtina edə bilməz. Bu cür imtinanın hüqu-

qi əhəmiyyəti yoxdur və hüquqi nəticəsi olmur. Bununla belə, fiziki şəxsin ixtiyarı yoxdur ki, o, öz mülki hü-

quq qabiliyyətini məhdudlaşdırsın. Fiziki şəxsin mülki hüquq qabiliyyətinin məhdudlaşdırılmasına yönələn hər 

hansı əqdin hüquqi əhəmiyyəti yoxdur. Bu cür əqd etibarsız sayılır və hüquqi nəticə doüurmur (MM-in 31-ci 

maddəsinin 3-cü bəndi). Məsələn, borc hüquq münasibəti özrə borc verən verdiyi borcu borc alandan geri tələb 

etmək hüququndan imtina edə bilər. Bu, onun subyektiv hüququdur. Amma borc verən bu münasibətdən irəli 

gələn mübahisə üçün məhkəmələrə müraciət imkanından qabaqcadan imtina etmək barədə vəd verə bilməz. Bu 

cür vəd vermə əqdi hüquqi nəticəyə səbəb olmur. O, etibarsız əqdir. Ona görə ki, həmin əqd borc verənin mülki 

hüquq qabiliyyətinin məhdudlaşdırılmasına yönəlir.  

Mülki hüquq qabiliyyətinin fiziki şəxsin özündən ayrılmaz olması (ayrıla bilməməsi) onun özgəninkiləşdiril-

məz olmasına (özgəninkiləşdirilə bilməməsinə) dəlalət edir. Mülki hüquq qabiliyyətinin başqa şəxslərə verilmə-

si tamamilə istisna edilir.  

Hüquq və vəzifələrin bağlılıüı mülki hüquq qabiliyyətinin əsas cəhətlərindən biridir. Bu kateqoriya təkcə 

fiziki şəxsin mülki hüquqlara malik olmaq qabiliyyətini ifadə etmir. O, həm də fiziki şəxsin mülki-hüquqi vəzi-

fələr daşımaq qabiliyyətini əhatə edir. Buna görə də mülki hüquq qabiliyyəti fiziki şəxsin hüquqlara malik ol-

maq imkanı ilə vəzifələr daşımaq imkanını əlaqələndirən kateqoriyadır.  

Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, bərabərlik prinsipinə əsasla-

nır. Bu prinsipə görə, bütün fiziki şəxslərin mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imkanı ey-

nidir. Mülki qanunvericilik mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq üçün bütün fiziki şəxslərə bəra-

bər və eyni dərəcədə hüquqi imkan verir. Bu, o deməkdir ki, bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni 

dərəcədə tanınır (MM-in 25-ci maddəsinin 1-ci bəndi). Odur ki, mülki hüquq qabiliyyətini xarakterizə edən bə-

rabərlik prinsipi mülki hüquqlara malik olmaqda hər hansı bir fiziki şəxsə üstün və imtiyazlı imkan verilməsini 

qeyri-mümkün edir.  

Bərabərlik prinsipi, hər şeydən əvvəl, beynəlxalq sənədlərdə öz ifadəsini tapır. «Insan Hüquqlarının Ümumi 

Bəyannaməsi»nin 2-ci maddəsi hüquq qabiliyyətinin insanın irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, 

dinindən, siyasi əqindəsindən, sosial mənşəyindən, milli mənsubiyyətindən, əmlakından və s. asılı olmayan bü-

tün fiziki şəxslər üçün bir bərabərdə tanınmasını nəzərdə tutur. Bu prinsip Azərbayjan Respublikasının Konsti-

tusiyasında daha da inkişaf etdirilmişdir. Belə ki, Konstitusiyada bütün fiziki şəxslərin (vətəndaşların) bərabər 

hüquqlu olması təsbit olunur. Bu, fiziki şəxslərin hüquq qabiliyyəti baxımından bərabər olmasını ifadə edir.  

Bərabərlik prinsipi barədə Konstitusiya normasının mahiyyəti ondan ibarətdir ki, fiziki şəxslərin hüquqlara 

malik  olmaq  qabiliyyəti  (imkanı)  onun  irqindən,  milliyyətindən,  dilindən,  dinindən,  cinsindən,  mənşəyindən, 

ə

mlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və s. asılı deyildir. Bu cür amillərə görə hüquq qabiliy-



yətini məhdudlaşdırmaq yolverilməzdir. Deməli, Konstitusiya hər hansı bir əlamətə fərq qoymadan və əhəmiy-

yət vermədən hər kəsin hüquq bərabərliyinə təminat verir.  

Bərabərlik prinsipinin böyük əhəmiyyəti vardır. Belə ki, bu prinsip ictimai ayrı-sezkilik halının aradan qaldı-

rılması üçün, habelə adicə hüquqi ədalətin müəyyən edilməsi üçün irəliyə doüru atılan addımdır. Bu yerdə XIX 

ə

srdə alman müəlliflərindən birinin dediyi sözləri xatırlamaq yerinə düşərdi. O, yazırdı ki, real həyatda amansız 



 

98 


qeyri-bərabərlik müvcuddur. Bütün insanlar — xəstələr və saülamlar, qocalar və azyaşlılar, kasıblar və varlılar, 

kübarlar və kübar olmayanlar — ümumiyyətlə, bütün insanlar hüquq qabiliyyətli elan edildikdə, bu qeyri-bəra-

bərlik bir az yüngülləşir.  

4. Mülki hüquq qabiliyyəti və subyektiv mülki hüquq  

Mülki hüquq qabiliyyəti və subyektiv mülki hüquq kimi iki kateqoriyanın arasındakı münasibət mülki hüquq 

elmində mübahisə doüuran məsələrdəndir. Bu məsələnin aydınlaşdırılmasına xeyli əsərlər həsr edilmişdir. Sub-

yektiv  hüquqla  hüquq  qabiliyyəti  arasındakı  münasibət  problemi  öz  elmi  əhəmiyyətini  saxlayır.  Bu  problem 

haqqında elmi polemika və diskussiya indi də davam edir. 

Mülki hüquq qabiliyyəti ilə subyektiv mülki hüquq kateqoriyaları arasındakı birinci fərq ondan ibarətdir ki, 

fəlsəfi planda və məzmunda əgər hüquq qabiliyyəti mücərrəd və imkan kimi kateqoriyalara aiddirsə, sub-

yektiv mülki hüquq isə konkret və gerçəklik kimi kateqoriyalara daxildir. Onlar arasında əlaqə mücərrəd 

və konkret, imkan və gerçəklik kimi iki cür fəlsəfi kateqoriya arasındakı nisbət kimidir. Mülki hüquq qabiliyyə-

ti hüquqi cəhətdən imkandır (hüquqi imkandır). Məsələn, mülkiyyət hüququna malik olmaq, əqli mülkiyyət hü-

ququna malik olmaq, şərəf və ləyaqətin müdafiəsi hüququna malik olmaq və s. Mülki hüquq qabiliyyəti həm də 

mücərrəd kateqoriyadır. O, subyektiv mülki hüquqlara malik olmaüın mücərrəd (ümumi) imkanıdır. Daha doü-

rusu, mülki hüquq qabiliyyəti mülki hüquq münasibətlərinin yaranmasının, yəni fiziki şəxslər üçün konkret sub-

yektiv mülki hüquqların əmələ gəlməsinin ümumi, mücərrəd zəminidir. Lakin o, hələ subyektiv mülki hüquq-

ların özü deyil, yalnız bu hüquqlara malik olmaüın mücərrəd qabiliyyəti və imkanıdır. Bu mücərrəd imkan mü-

ə

yyən  hüquqi  faktlar  (hərəkətlər  və  hadisələr)  əsasında  gerçəkliyə  çevrilir,  konkretləşir,  yəni  konkret  fiziki 



şə

xslər üçün konkret subyektiv hüquqlar əmələ gəlir. Deməli, subyektiv mülki hüquq konkret və gerçəklik kate-

qoriyasına aiddir. Məsələn, Konstitusiya müəyyən edir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak 

ola bilər. Bu, bütün fiziki şəxslərə verilən mülkiyyət hüququna malik olmaüın mücərrəd imkanı olub, mülki hü-

quq qabiliyyətini ifadə edir. Hər hansı konkret müəyyən vətəndaş bu hüquqi imkandan istifadə edərək alqı-satqı 

müqaviləsi əsasında özünə yaşayış evi alır. Həmin vətəndaşın bu ev özərindəki mülkiyyət hüququ artıq subyek-

tiv mülki hüquqdur, gerçəklikdir. Alqı-satqı müqaviləsi isə mücərrəd hüquqi imkanı konkret gerçəkliyə çevirən 

hüquqi fakt (hərəkət) rolunu oynayır. Subyektiv mülki hüquq gerçəkliyə çevrilən imkandır. O, konkret şəxsə 

məxsus olan artıq müvcud hüquqdur.  

kincisi, subyektiv mülki hüquqa münasibətdə mülki hüquq qabiliyyəti ilkindir, əsasdır, çıxış və başlan-

üıc kateqoriyasıdır, habelə zəmin (ilkin şərt) rolunu oynayır. Subyektiv hüquq isə özünün lazımi və vacib 

ümumi zəmini kimi mülki hüquq qabiliyyətinə əsaslanır.  



Üçüncüsü,  mülki  hüquq  qabiliyyəti  mülki  hüquq  subyektliyi  kateqoriyasının  elementlərindən  biridir

Artıq qeyd etdiyimiz kimi, o, fiziki şəxsin ictimai-hüquqi keyfiyyəti və xüsusiyyətidir. Subyektiv mülki hüquq 

isə mülki hüquq münasibətlərinin elementi hesab edilir.  

Dördüncüsü, mülki hüquq qabiliyyəti bütün fiziki şəxslər üçün bir bərabərdə və eyni dərəcədə tanınır. 

Bu, o deməkdir ki, qanun mülki hüquqlar əldə etməkdə hamıya eyni və bərabər hüquqi imkan verir. Qadının və 

kişinin, xəstə və saülamın, azyaşlı və yetkinin, varlı və kasıbın və digər kateqoriya şəxslərin mülki hüquqlara 

malik olmaqda hüquqi imkanı eynidir və bərabərdir. Daha doürusu, bütün fiziki şəxslər eyni həcmdə mülki hü-

quq qabiliyyətinə malikdirlər. Subyektiv mülki hüquqların həcminə gəldikdə isə qeyd etməliyik ki, o, ayrı-ayrı 

subyektlərdə müxtəlif cür olur. Başqa sözlə desək, müxtəlif subyektlərin malik olduqları subyektiv mülki hü-

quqlar həcm etibarilə eyni və bərabər deyil. Ola bilsin ki, hər hansı bir müəyyən vətəndaşın konkret subyektiv 

hüququ (məsələn, minik avtomobili özərində mülkiyyət hüququ) olmasın. Vətəndaşın biri bağ evi ala bilər, o 

biri isə yox. Qonşulardan biri qaraæ tikdirə bilər, digər qonşu isə yox və s. Özü də subyektiv mülki hüquqların 

həcmi fiziki şəxsin necə işləməsindən və gəlir (qazanc) götürməsindən, hansı bacarıq və qabiliyyətə malik ol-

masından asılıdır. «Işləməyən dişləməz» kimi məşhur atalar sözünü burada işlətmək yerinə düşərdi. 

Beşincisi, mülki hüquq qabiliyyətindən, yuxarıda qeyd etdiyimiz kimi, fiziki şəxsi məhrum etmək olmaz. 

Bu, yolverilməzdir. Qanun bu cür halı qadaüan edir. Amma fiziki şəxsi ayrı-ayrı konkret subyektiv mülki hü-

quqlardan məhrum etmək olar. Məsələn, vəzifəli şəxs aldığı rüşvət hesabına özünə minik avtomobili alır və bu-

nunla həmin avtomobil özərində mülkiyyət hüququ əldə edir. O, cinayət  məsuliyyətinə cəlb edilir. Məhkəmə 

hökmü  əsasında  minik  avtomobili  törədilmiş  vəzifə  cinayətinə  (rüşvət  almaya)  görə  sanksiya  kimi  müsadirə 

edilir. Bu, vəzifəli şəxsin subyektiv mülki hüquqdan — minik avtomobili özərində mülkiyyət hüququndan məh-

rum edilməsini ifadə edir. Bu və ya digər şəxsin vərəsəlik hüququndan məhrum edilməsi də konkret subyektiv 

hüquqdan məhrum olunma deməkdir.  



Altıncısı, qeyd etdiyimiz kimi, mülki hüquq qabiliyyəti onun daşıyıcısı olan fiziki şəxsin özündən ayrıl-

mazdır,  onu  özgəninkiləşdirmək  olmaz.  Fiziki şəxsin  mülki  hüquq  qabiliyyətindən  tamamilə  və  ya  qismən 

imtina edə bilməyə ixtiyarı çatmır. Bunu qanun qadaüan edir. Amma fiziki şəxs konkret subyektiv hüquqdan 



 

99 


imtina edə, onu başqa şəxslərə verə bilər.  

Beləliklə, biz mülki hüquq qabiliyyəti və subyektiv mülki hüquq kimi iki müxtəlif kateqoriyanı bir-birindən 

ayırmaüa və fərqləndirməyə əsas verən cəhətləri aydınlaşdırdıq. Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, 

mülki hüquq qabiliyyəti konkret subyektiv mülki hüquqlar vasitəsi ilə həyata keçirilir. Harada ki fiziki 

şə

xs konkret subyektiv mülki hüquqlara malik olur və onları əldə edir, bu, mülki hüquq qabiliyyətinin həyata 



keçirilməsini ifadə edir. Onlar bir-birindən fərqli anlayışlardır. Bununla belə, söylədiklərimiz hüquq ədəbiyya-

tında irəli sürülən belə bir nəzəri konsepsiyanın əsassız olmasını sübut edir ki, guya hüquq qabiliyyəti hər bir 

konkret  şəxsin  müəyyən  subyektiv  hüququdur.  Bu  konsepsiya  S.N.Bratus  tərəfindən  əsaslandırılmış  və  digər 

müəlliflər tərəfindən isə inkişaf etdirilmişdir. S.N.Bratus yazırdı ki, hüquq qabiliyyəti hüquq və vəzifələrin sub-

yekti olmaq hüququdur. Onun fikrincə, hüquq qabiliyyətinin istənilən təzahürü və ifadəsi subyektiv hüquqlar-

dır.  


S.N.Bratusun əsaslandırdığı konsepsiyanı dəstəkləyən müəlliflər öz fikirlərini əsaslandırmaq üçün müəyyən 

arqument və dəlillər gətirirlər. Onlar göstərirlər ki, bütün subyektiv hüquqlar üçün xarakterik olan cəhətlər mü-

ə

yyən subyektiv hüquq mənasında çıxış edən hüquq qabiliyyətində vardır: birincisi, bu hüquqa qarşı hüquq qa-



biliyyətini pozmamaq kimi passiv vəzifə durur; ikincisi, bu hüquq müdafiədən istifadə edir. 

Göstərilən nəzəri konsepsiya  həqiqətdən uzaq olub, əsassızdır. Bu konsepsiya ilə çətin ki razılaşmaq olar. 

Ona görə ki, müəlliflərin mütləq çoxluüu subyektiv hüquqların hüquq münasibətlərindən kənarda müvcud ol-

ması ideyasını qəbul etmirlər. Həmin müəlliflər belə hesab edirlər ki, hüquq münasibətləri subyektiv hüquqların 

ə

mələ gəlməsinin məcburi formasıdır: hüquq münasibəti yoxdursa, subyektiv hüquq da müvcud deyil. Hüquq 



qabiliyyəti isə bu münasibətlərin ümumi zəmini, ilkin şərtidir. Belə olan halda, hüquq qabiliyyətini subyek-

tiv hüquq hesab etmək olarmı? Hüquqi faktlar olmazsa, ümumi müjərrəd zəmin rolunu oynayan mülki hüquq 

qabiliyyəti konkret subyektiv hüquqlar vasitəsi ilə həyata keçə bilməz. 

5. Mülki hüquq qabiliyyətinin məzmunu  

Qüvvədə olan mülki qanunvericiliyə görə, fiziki şəxslərin malik ola bildiyi mülki hüquq və vəzifələrin 

məcmusuna mülki hüquq qabiliyyətinin hüquqi məzmunu deyilir. Mülki hüquq qabiliyyətinin hüquqi məz-

mununu hüquqların özü yox, bu hüquqlara malik olmaq imkanı təşkil edir. Qüvvədə olan mülki qanunverici-

lik fiziki şəxslərə həm əmlak, həm də şəxsi qeyri-əmlak xarakterli hüquq və vəzifələrə malik olmaq imkanı ve-

rir.  


Fiziki şəxslər mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan (müqavilələrdən, əqdlərdən, dövlət orqanla-

rının  və  yerli  özünüidarə  orqanlarının  aktlarından,  məhkəmə  aktlarından,  başqa  şəxsə  zərər  vurulmasından, 

ə

sassız varlanmadan, hadisələrdən və s.) əmələ gələn mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imka-



nına malikdirlər. Onların bununla belə, mülki qanunvericilikdə nəzərdə tutulmayan əsaslardan  yaranan mülki 

hüquq və vəzifələrin daşıyıcısı olmaq qabiliyyəti də vardır, amma bir şərtlə ki, bu, mülki hüququn prinsiplərinə 

zidd olmasın. Söhbət, hər şeydən əvvəl qanunvericilikdə nəzərdə tutulmayan əqdlərdən və müqavilələrdən, ha-

belə fiziki şəxslərin digər hərəkətlərindən əmələ gələn mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imka-

nından gedir. Məsələn, Azərbayjan Respublikasının qanunvericiliyi əmlakın etibarlı idarə olunması, sadə ortaq-

lıq, əvəzli xidmət (rabitə, tibb, informasiya, audit, məsləhət və s. xidmətlər) göstərilməsi və s. hüquqi konstruk-

siyalar (müqavilələr) tanımır və nəzərdə tutmur. Lakin buna baxmayaraq, fiziki şəxslər bu cür müqavilələr bağ-

lamaq, bu müqavilələrdən əmələ gələn hüquqlara malik olmaq və vəzifələr daşımaq imkanına malikdir. Bir sözlə 

desək, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, fiziki şəxslərin qanunla qadaüan edilməyən və 

mülki hüququn prinsiplərinə zidd olmayan istənilən hər hansı mülki hüquqa (istər əmlak hüququ olsun, istərsə də 

şə

xsi qeyri-əmlak hüququ olsun, fərqi yoxdur) malik olmaq və vəzifələr daşımaq qabiliyyəti vardır.  



Dediklərimizdən belə məlum olur ki, mülki qanunvericilik hüquq qabiliyyətinin məzmununa daxil olan 

mülki hüquq və vəzifələrin dəqiq və qəti yox, təxmini siyahısını verir. Bu, onunla izah edilir ki, bazar müna-

sibətləri əsasında iqtisadi dövriyyənin və əmtəə-pul əlaqələrinin inkişafı şəraitidə mülki hüquqla  tənzimlənən 

ictimai münasibətlərin əhatə dairəsi durmadan dinamik surətdə genişlənir və artır; bu münasibətlər, sözsöz, in-

kişaf edir. 

Fiziki şəxslərin mülki hüquq qabiliyyətinə daxil olan əmlak və şəxsi qeyri-əmlak hüquqları Konstitusiyada 

nəzərdə tutulmuşdur. Özü də Konstitusiya əsasən beynəlxalq-hüquqi sənədlərdə göstərilən mülki hüquqları təs-

bit edir. Söhbət, hər şeydən əvvəl, «Insan hüquqlarının ümumi Bəyannaməsi»ndən, «Mülki və siyasi hüquqlar 

barədə Beynəlxalq pakt»dan, «Uşaq hüquqları barədə Konvensiya»dan gedir.  

Ə

mlak özərində mülkiyyət hüququna malik olma qabiliyyəti mülki hüquq qabiliyyətinin məzmununa daxil 

olan ən vacib hüquqi imkandır. Bu hüquqi imkan «Insan hüquqlarının ümumi Bəyannaməsi»nin 17-ci maddəsin-

də nəzərdə tutulmuşdur: hər bir insanın həm şəxsən, həm də başqaları ilə birgə əmlaka malik olmaq hüququ var. 

Həmin hüquqi imkan həm də Konstitusiyada formulə edilmişdir. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə görə 



 

100


hər kəs daşınar və daşınmaz əmlak özərində mülkiyyət hüququna malikdir. Konstitusiyanın 43-cü maddəsi fiziki 

şə

xslərin mənzilə malik olmaq qabiliyyətini ifadə edir.  



Ə

qli mülkiyyət hüququna malik olma qabiliyyəti mülki hüquq qabiliyyətinin məzmununa daxil olan hü-

quqi  imkanlardan  biridir.  Bu  hüquqi  imkan  «Insan  hüquqlarının  ümumi  Bəyannaməsi»nin  27-ci  maddəsində 

ifadə olunmuşdur: hər bir insanın elmi, ədəbi və bədii əsər yaratmaq, bu əsərlərin müəllifi kimi tanınmaq hüqu-

qu vardır. Həmin hüquqlar qorunur.  

Göstərilən hüquqi imkan, həm də Konstitusiyada möhkəmləndirilmişdir. Konstitusiyanın 30-cu maddəsində 

göstərilir ki, hər kəsin əqli mülkiyyət hüququ vardır. Bu, o deməkdir ki, fiziki şəxslər elm, ədəbiyyat və incəsə-

nət əsərləri, ixtiralar, faydalı modellər, sənaye nümunələri, kəşflər, səmərələşdirici təkliflər yaratmaq və onların 

müəllifi olmaq hüququna malikdirlər. Özü də hər bir müəllifin əsər barəsində həm şəxsi (qeyri-əmlak), həm də 

ə

mlak (iqtisadi) xarakterli hüquqlara malik olmaq imkanı vardır.  



Vərəsəlik hüququna malik olmaq mülki hüquq qabiliyyətinin məzmununu təşkil edən hüquqi imkanlardan 

biridir. Qanun fiziki şəxslərə hüquqi imkan verir ki, onlar ölmüş şəxsin (miras qoyanın) əmlakını vərəsəlik yolu 

ilə əldə etsin, yəni əmlakı miras alsın və ya ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr 

(övlad, ər-arvad, valideynlər və s.) sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiy-

yət etsinlər. Bu hüquqi imkan əsasında vərəsələr ölmüş şəxsin əmlakı barəsində hüquq və vəzifələrin daşıyıcıla-

rı olurlar. Konstitusiyanın 29-cu maddəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. 



Sahibkarlıq hüququna malik olma qabiliyyəti mülki hüquq qabiliyyətinin məzmununa daxil olan mühüm 

elementlərdən biridir. Bu hüquqi imkan Konstitusiyanın 59-cu maddəsində təsbit edilmişdir. Həmin hüquqi im-

kana görə hər kəs azad sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq qabiliyyətinə malikdir. Sahibkarlıq sahibkarın, 

yəni gəlir (qazanc) götürmək məqsədi ilə risk edərək bütün əmlak məsuliyyətini öz özərinə götürən şəxsin hə-

yata keçirdiyi işgözar iqtisadi fəaliyyətdir. Sahibkarlıq hüququ bazar iqtisadiyyatının yaranması və inkişafı ilə 

bağlıdır. Bu cür  fəaliyyət bazar iqtisadiyyatının formalaşmasında böyük rola malikdir. O, həm də bütün sivil 

dünyanın  tanıdığı  və  qəbul  etdiyi  vətəndaş  cəmiyyətinin  ayrılmaz  atributlarından  biridir.  Vətəndaş  cəmiyyəti 

qurmaq, bazar iqtisadiyyatı yaratmaq niyyətində olan ölkələrin qanunvericiliyində şəxslərin sahibkarlıq hüqu-

qunun möhkəmləndirilməsi olduqca vacib və zəruridir.  

Qanunvericilikdə nəzərdə tutulmuş əqdlər (o cümlədən müqavilələr), habelə qanunvericilikdə nəzərdə 

tutulmayan, amma ona zidd olmayan əqdlər (o cümlədən müqavilələr) bağlamaq qabiliyyəti fiziki şəxslə-

rin mülki hüquq qabiliyyətinin məzmununa şamil edilən hüquqi imkandır. Fiziki şəxslər öz tələbat və ehtiyacla-

rını təmin etmək üçün müxtəlif cür müqavilələr və digər əqdlər bağlamaq imkanına malikdirlər. Bu müqavilələ-

rin hüquqi parametrləri Mülki Məcəllədə göstərilmişdir. Onlar ictimai münasibətlərin hüquqi forması, iqtisadi 

(əmlak) dövriyyənin hüquqi rəsmiləşdirmə vasitəsidir. 

Komanda  (sovet)  iqtisadiyyatından  bazar  iqtisadiyyatına  keçidlə  bağlı  olaraq  mülki-hüquqi  müqavilələrin 

ə

həmiyyəti artır. Müqavilə kateqoriyasından iqtisadi (əmlak) dövriyyədə geniş surətdə istifadə olunur. Iqtisadi 



dövriyyə  münasibətlərini  rəsmiləşdirməkdə  xüsusilə  dörd  qrup  müqavilənin  rolu  xüsusilə  böyükdür:  əmlakın 

mülkiyyətə verilməsi özrə müqavilələr (alqı-satqı, pərakəndə alqı-satqı, mal göndərmə, dəyişmə, bağışlama və 

s. müqavilələr); əmlakın istifadəyə verilməsi özrə müqavilələr (icarə, kirayə, lizinq, əvəzsiz istifadə müqavilələ-

ri); iş görülməsi özrə müqavilələr (podrat müqaviləsi); xidmət göstərilməsi özrə müqavilələr (daşıma, sığorta, 

kredit və digər müqavilələr). Müqavilə bağlamaqda fiziki şəxslər azad və sərbəstdirlər. Mülki hüququn prinsip-

ləri arasında müqavilə azadlıüı prinsipi mühüm yer tutur.  



Qeyri-maddi nemətlərə malik olmaq qabiliyyəti fiziki şəxslərin mülki hüquq qabiliyyətinin məzmununu 

təşkil edən hüquqi imkanlardan biridir. Qeyri-maddi nemətlər onun daşıyıcısı olan fiziki şəxsin özündən ayrıl-

maz olub, iqtisadi məzmuna malik deyildir. Özü də onlar fiziki şəxsin fərdiləşdirilməsinə, daxili mənəvi aləmi-

nin toxunulmazlıüına, fiziki-sosial cəhətdən yaşamasının təmin edilməsinə yönəlir. Bu nemətlər şəxsi qeyri-əm-

lak hüquqlarının obyektidir. Həmin hüquqlara aiddir: yaşamaq hüququ; saülamlıq hüququ; saülam ətraf mühit-

də yaşamaq hüququ; şəxsi toxunulmazlıq hüququ; təhlükəsiz yaşamaq hüququ, şərəf, ləyaqət və işgözar nüfuz 

hüququ; şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ; ad hüququ; ölkə ərazisində sərbəst hərəkət edə bilmək, 

özünə yaşayış yeri seçə bilmək hüququ. 

Şə

xsi qeyri-əmlak hüquqları əsasən,  «Insan hüquqlarının ümumi Bəyannaməsi»ndə ifadə olunmuşdur. Bə-



yannamənin 3-cü maddəsi hər bir insanın  yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna, 12-ci maddəsi 

hər kəsin öz şəxsi və ailə sirrini saxlamaq, şərəf və işgözar nüfuz hüququna, 13-cü maddəsi dövlətin hüdudla-

rında  sərbəst  hərəkət  etmək  və  özünə  yaşayış  yeri  seçmək  hüququna  malik  olmasını  müəyyənləşdirir.  Şəxsi 

qeyri-əmlak  hüquqları  Konstitusiyada  da  təsbit  olunmuşdur.  Bu  səbəbdən  onların  çoxu  konstitusion  xarakter 

daşıyır.  

Bununla bərabər, qeyd etmək lazımdır ki, mülki hüquq qabiliyyətinin məzmununa daxil olan hüquqi imkan-



 

101


ların sərhədləri sonsuz və hüdudsuz deyildir. Bu, o deməkdir ki, fiziki şəxslərin yalnız qanunvericiliyə, mülki 

hüququn prinsiplərinə zidd gəlməyən mülki hüquqlara malik olmaq imkanı vardır. Məsələn, vətəndaşlar partla-

yıcı maddələr, döyüş təyinatlı hərbi texnika, radioaktiv maddələr, qiymətli kaüız istehsal edən avadanlıq və di-

gər əmlak növləri özərində mülkiyyət hüququna malik ola bilməzlər. Ona görə ki, qanun bunu qadaüan edir. Fi-

ziki şəxsin ictimai mənafeyə, humanizm və əxlaq prinsiplərinə zidd olan ixtira, faydalı model və sənaye nümu-

nəsi yaratmaq imkanını qanun yolverilməz hal hesab edir. Bu cür əqli mülkiyyət obyektlərinə patent verilmir, 

yəni həmin obyektlər patentlə mühafizə edilmir. Cinayət qanunvericiliyinə görə, törədilmiş cinayətə görə məhkə-

mə hökmü əsasında şəxs müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşüul olmaq hüququndan məhrum 

edilə bilər.  

Beləliklə, qanun bəzi mülki hüquqlara malik olmaq imkanını birbaşa qadaüan edə bilər. Bu, mülki hüquq 



qabiliyyətinin məzmununun məhdudlaşdırılmasını ifadə edir. Belə təsəvvür yaranır ki, fiziki şəxsin hüquq 

qabiliyyəti yalnız qanunla müəyyənləşidirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər (MM-in 31-ci maddə-

sinin 1-ci bəndi).  

Hüquq ədəbiyyatında mülki hüquq qabiliyyətinin hüquqi məzmunu mübahisə doüurur. Bu barədə iki nəzə-

riyyə yaranmışdır: dinamik hüquq qabiliyyəti nəzəriyyəsi (1940-cı ildə M.M.Aqarkov tərəfindən irəli sürülmüş-

dür); statik hüquq qabiliyyəti nəzəriyyəsi (1950-ci ildə S.N.Bratus tərəfindən əsaslandırılmışdır). Dinamik nəzə-

riyyəyə görə, hüquq qabiliyyətinin məzmunu onun təkcə dövlət tərəfindən müəyyənləşdirilməsindən yox, həm 

də şəxsin hansı konkret hüquqlara malik olmasından, faktiki surətdə digər subyektlərlə hansı münasibətlərə gir-

məsindən asılıdır. Statik nəzəriyyəyə görə isə hüquq qabiliyyətinin məzmunu tamamilə onun dövlət tərəfindən 

müəyyənləşdirilməsindən  asılıdır.  Bizim  fikrimizcə,  statik  nəzəriyyə  həqiqətə  daha  yaxın,  daha  inandırıcıdır. 

Almaniyalı professor Helmut Haynriks demişkən, hüquq qabiliyyəti qanunverici tərəfindən gündərilmişdir. 

6. Mülki hüquq qabiliyyətinin əmələ gəlməsi və  

xitam edilməsi  

Bəs mülki hüquq qabiliyyəti nə vaxt yaranır? Fiziki şəxs nə vaxtdan mülki hüquqlara malik ola və vəzifələr 

daşıya bilər? Mülki qanunvericilik bu suala dəqiq olaraq cavab verir: fiziki şəxsin hüquq qabiliyyəti onun do-

üulduüu an əmələ gəlir (MM-in 25-ci maddəsinin 2-ci bəndi). Doüum faktı Vətəndaşlıq Vəziyyəti Aktlarının 

Dövlət Qeydiyyatı (VVADQ) orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Amma bu faktla yox, fiziki şəxsin 

dünyaya  gəlməsi faktı ilə onun mülki hüquqlara  malik olmaq və vəzifələr daşımaq imkanı da  yaranır. Başqa 

sözlə desək, fiziki şəxsin doüum faktı onun mülki hüquq qabiliyyətli hesab edilməsi üçün əsasdır. Fiziki 

şə

xs doüulduqdan sonra bir neçə gün və ya bir neçə saat yaşamış olsa belə o, həmin müddət ərzində mülki hü-



quq qabiliyyətli hesab edilir.  

Mülki  qanunvericilik  mayası  bağlanmış,  ana  bətnində  olan  gələcək  uşaüın  (hüququn  gələcək  subyektinin) 

hüquq və mənafeyini nəzərə alır, qoruyur. Həyatda bəzən elə hallar yaranır ki, miras qoyan atanın saülıüında 

gələcək uşaüın mayası bağlanır. Bax, hələ doüulmamış, ana bətnində olan, mayası bağlanmış gələcək uşaüın 

vərəsə olmaq hüququ vardır. Axı, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir (MM-in 25-ci mad-

dəsinin 3-cü bəndi). Deməli, ölüm yataüında can verən ata mayası bağlanmış, hələ ana bətnində olan, doüulma-

mış uşaüı özünün vəsiyyəti özrə vərəsəsi təyin edə bilər. Həmin uşaq miras qoyan atanın qanuni vərəsəsi də ola 

bilər. Qanun bu göstərişlə miras qoyan atanın ölümündən sonra doüulmuş uşaqların miras əmlakdakı mümkün 

pay hüququnu müdafiə etmək məqsədini güdür. Daha doğrusu, bu, ana bətnində olan uşağın mənafeyini müda-

fiə etmək özün görülən tədbirdir. Amma burdan belə bir nəticə çıxarmaq olmaz ki, bu cür hallarda mülki hüquq 

qabiliyyəti fiziki şəxsin doüulması anına kimi, yəni onun ana bətnində olması vaxtı əmələ gəlir. Bu hal ümumi 

qaydadan istisna təşkil etmir. Ona görə ki, əgər uşaq saü doüulmazsa, onda hüquq qabiliyyəti də yaranmır.  

Bəs fiziki şəxsin doüum anı hansı meyarla müəyyən edilir? Fiziki şəxsin doüulması fizioloæi prosesdir. Ona 

görə də onun doüulması hüquq elminin yox, tibb elminin müəyyən etdiyi meyarla təyin edilir. Tibb elminə gö-

rə, fiziki şəxsin müstəqil olaraq tənəffüs etməyə başladığı an onun doüum anı hesab olunur. Deməli, fiziki şəxs 

müstəqil olaraq tənəffüs etməyə başladığı andan onun mülki hüquq qabiliyyəti yaranır.  

Daha bir sual meydana çıxır: doüulması ilə fiziki şəxs qanunda nəzərdə tutulan bütün mülki hüquq və vəzifə-

lərə malik ola bilərmi? Fiziki şəxs doüulduüu andan hansı həcmdə — tam və ya natamam həcmdə mülki hüquq 

qabiliyyətli olur? Qeyd etmək lazımdır ki, mülki hüquq qabiliyyətinin bərabərliyi prinsipi bütün fiziki şəxslərin 

mülki hüquq qabiliyyətinin eyni həcmə malik olması demək deyildir. Belə ki, bəzi fiziki şəxslər tam həcmdə, 

digərləri isə natamam həcmdə mülki hüquq qabiliyyətli ola bilərlər. Bax, yeni doüulmuş fiziki şəxs tam həcmli 

mülki hüquq qabiliyyətli hesab edilmir. Bu, o deməkdir ki, doüulması anı ilə fiziki şəxs mümkün olan bütün 

mülki hüquqlara və vəzifələrə malik ola bilmir. Bu, onunla izah olunur ki, fiziki şəxsin bəzi mülki hüquq və 

vəzifələrə malik olmaq imkanı onun müəyyən yaş həddinə çatması ilə yaranır. Məsələn, fiziki şəxsin sənət və 

yaşayış yeri seçmək qabiliyyəti doüulduüu andan yox, müəyyən yetkinlik yaşına çatdığı andan yaranır. Fiziki 


 

102


şə

xsin ailə qurmaq hüququ (nikah hüququ) kişilər üçün 18, qadınlar üçün 17 yaşa çatdıqda əmələ gəlir. Əmək 

müqaviləsi bağlamaq qabiliyyəti 16 yaşdan yaranır. Sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq qabiliyyəti, hüquqi 

şə

xs yaratmaq imkanı fiziki şəxsin tam yetkinlik yaşına çatması ilə əmələ gəlir. Nümayəndə olmaq qabiliyyəti 



də onun yetkinlik yaşına çatması ilə yaranır.  

Doüulduüu an əmələ gələn mülki hüquq qabiliyyəti fiziki şəxsə onun bütün ömrü boyu, necə deyərlər, «yol 

yoldaşı» olur, onu müşayiət edir. O, fiziki şəxsin ölümünə kimi, doüum prosesindən başlayan həyatın axırına və 

sonuna kimi hüquqi qüvvəyə və əhəmiyyətə malik olur. Həyatın təbii, mütləq və labüd sonu, orqanizmin qocal-

ması ölümlə nəticələnir. Buna fizioloæi (bioloæi) ölüm deyilir. Məhz mülki qanunvericilik fiziki şəxsin mülki 

hüquq qabiliyyətinə xitam verilməsi anını bu cür ölümlə bağlayır və əlaqələndirir. Belə ki, fiziki şəxsin hüquq 

qabiliyyəti onun ölümü ilə xitam edilir (MM-in 25-ci maddəsinin 2-ci bəndi). Burada «ölüm» ifadəsini ya fizio-

loæi, ya da pataloæi (bioloæi) ölüm mənasında başa düşmək və təfsir etmək lazımdır. Həmin ifadənin «klinik 

ölüm» kimi izah edilməsi tamamilə istisna olunur. Mülki hüquq üçün yalnız fizioloæi və ya pataloæi (biolo-

æi) ölüm hüquqi əhəmiyyət və məna kəsb edir. Belə ki, bu cür ölüm halları fiziki şəxsin mülki hüquq qabi-

liyyətinin, bununla da mülki hüququn subyekti olmaq imkanının (mülki hüquq subyektliyinin) xitam edilməsinə 

səbəb olur. Kliniki ölüm isə mülki-hüquqi əhəmiyyətə malik deyil. Ona görə ki, bu cür ölüm halı mülki hüquq 

qabiliyyətinin xətm olunmasına dəlalət etmir. Gəlin, göstərilən ölüm hallarının mənasına aydınlıq gətirək. 



Fizioloæi ölüm dedikdə, orqanizmin təbii inkişafının labüd sonu kimi insanın qocalması nəticəsində baş ve-

rən  ölüm  başa  düşülür.  Patoloæi  (bioloæi)  ölüm  kənar  zorakı  təsirlərin,  o  cümlədən  orqanizmdəki  xəstəlik 

nəticəsində baş verən ölümdür. Bu halda ürək döyüntüsününün və tənəffüsün dayandığı, mərkəzi sinir sistemi-

nin funksiyasının itdiyi andan insan ölmüş hesab edilir. Bioloæi ölüm zamanı toxumalarda bərpaolunmaz dəyi-

ş

ikliklər gedir. Insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. 



Klinik ölüm halına gəldikdə isə qeyd etmək lazımdır ki, bu halda insan orqanizminin ayrı-ayrı orqanlarının 

— beyin, ürək və böyrəyin işi dayanır, amma orqanizmin yaşamaq qabiliyyətinin bərpa olunmaq imkanı tama-

milə itmir. Bu cür ölüm halında toxumalarda və mərkəzi sinir sistemində bərpaolunmaz dəyişikliklər baş ver-

mir. Ona görə də göstərilən vəziyyətdə tənəffüsü və ürək döyüntüsünü bərpa etmək və insan həyatını geri qay-

tarmaq mümkün olur. Odur ki, klinik ölüm halını fiziki şəxsin mülki hüquq qabiliyyətinə xitam verilməsinə 

dəlalət edən hadisə hesab etmək olmaz. Odur ki, mülki hüquq qabiliyyəti bir dəfə yarandığı kimi, bir dəfə də 

xitam olunur. Klinik ölüm halında isə insanı həyata qaytarmaq mümkündür. Mülki hüquq qabiliyyəti fiziki şəx-

sin özündən ayrılmazdır. Fiziki şəxs əgər yaşayırsa, o, mülki hüquq qabiliyyətli sayılır.  

7. Xarici ölkə vətəndaşlarının və vətəndaşlıüı olmayan  

şə

xslərin mülki hüquq qabiliyyəti  

Azərbayjan  Respublikasının  qanunvericiliyi  fiziki  şəxs  anlayışına  Azərbaycan  Respublikasının  vətəndaşla-

rından savayı, həm də Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər 

və vətəndaşlıüı olmayan şəxsləri daxil edir (MM-in 24-cü maddəsinin 2-ci bəndi). Buna görə də fiziki şəxslərin 

mülki hüquq qabiliyyəti kateqoriyası əcnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin mülki hüquqlara malik ol-

maq və vəzifələr daşımaq imkanını da əhatə edir.  

Ə

cnəbilər o fiziki şəxslərdir ki, onlar Azərbaycan Respublikasının vətəndaşı sayılmırlar və başqa dövlətin 

vətəndaşlıüına mənsub olurlar. Onlara xarici vətəndaşlar da deyilir. Azərbaycan Respublikasının vətəndaşı ol-

mayan və başqa dövlətin vətəndaşlıüına mənsub olmayan şəxslərə vətəndaşlıüı olmayan şəxslər deyilir.  

Ə

cnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin mülki hüquq qabiliyyətinin müəyyən edilməsində milli reæim 



prinsipinin  həlledici  əhəmiyyəti  vardır.  Milli  reæim  prinsipi  dedikdə,  hər  hansı  dövlətin  öz  ərazisində  digər 

dövlətin (yəni xarici dövlətin) fiziki şəxslərinə (vətəndaşlarına və vətəndaşlıüı olmayan şəxslərə) özünün fiziki 

şə

xsləri (vətəndaşları) ilə eyni hüquqlar verməsi başa düşülür. Bu prinsipə görə, xarici vətəndaşlar və vətəndaş-



lıüı olmayan şəxslər başqa bir dövlətin ərazisində həmin dövlətin öz vətəndaşları ilə bərabər surətdə hüquqlara 

malik olur və bu hüquqlardan istifadə edirlər. Azərbaycan Respublikasının mülki qanunvericiliyi xarici vətən-

daşların  (əcnəbilərin)  və  vətəndaşlıüı  olmayan  şəxslərin  mülki  hüquq  qabiliyyətinə  münasibətdə  milli  reæim 

prinsipindən  çıxış  edir.  «Beynəlxalq  xüsusi  hüquq  haqqında»  qanun  müəyyən  edir  ki,  əcnəbilər  Azərbaycan 

Respublikasının vətəndaşları ilə bərabər mülki hüquq qabiliyyətinə malikdirlər. Başqa sözlə desək, onlar bizim 

ölkəmizdə  mülki  hüquq  qabiliyyətindən  Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  bərabər  surətdə  istifadə 

edirlər.  

Milli  reæim  prinsipinin  əsasını  ölkəmizin  Konstitusiyası  təşkil  edir.  Konstitusiyada  ifadə  olunan  belə  bir 

müddəanın  milli  reæim prinsipi  üçün  mühüm  əhəmiyyəti  vardır:  əcnəbilər  və  vətəndaşlıüı  olmayan  şəxslə

Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Bu prinsip 

«Əcnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin hüquqi vəziyyəti» haqqında qanunda inkişaf etdirilərək daha da 

konkretləşdirilmişdir.  Əqli  mülkiyyət  hüquqları  sahəsində  milli  reæim  prinsipi  «Müəlliflik  hüququ  və  əlaqəli 


 

103


hüquqlar haqqında», «Patent haqqında», «Əmtəə nişanları və coürafi göstəricilər haqqında» və digər qanunlarda 

ifadə olunmuşdur. 

Milli reæim prinsipinə görə, əcnəbilər və vətəndaşlıüı olmayan şəxslər Azərbaycan Respublikasının vətən-

daşları  kimi  xüsusi  mülkiyyətdə  əmlaka,  yaşayış  evindən,  mənzillərdən,  torpaqdan,  su  obyektlərindən,  meşə 

fondu sahələrindən və digər əmlak növlərindən istifadə etmək hüququna, əmlakı miras almaq və əmlakı vəsiy-

yət etmək, sənət və yaşayış yeri seçmək hüququna, əqli mülkiyyət obyektlərinin (elm, ədəbiyyat və incəsənət 

ə

sərlərinin, ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin) müəllifi olmaq hüququna, habelə başqa əmlak 



və şəxsi qeyri-əmlak hüquqlarına malik ola bilərlər. Onlar investisiya və sahibkarlıq fəaliyyəti ilə məşüul ola və 

bu  zaman  Azərbaycan  Respublikasının  vətəndaşları  üçün  müəyyən  edilmiş  hüquqlardan  istifadə  edə  bilərlər. 

Ə

cnəbilər  və  vətəndaşlıüı  olmayan  şəxslər  nikah-ailə  münasibətlərində  Azərbaycan  Respublikası  vətəndaşları 



ilə eyni hüquqlara malikdirlər.  

Bununla belə, əcnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin mülki hüquq qabiliyyətinin həcmi Azərbaycan 

Respublikası vətəndaşlarının mülki hüquq qabiliyyətinin həcminə nisbətən məhdud olub, bir o qədər geniş de-

yil. Bu, o deməkdir ki, qanun onların bəzi mülki hüquqlara malik ola bilmə şansını qadaüan edir. Bu halda qa-

nunun göstərişinə əsasən əcnəbilər və vətəndaşlıüı olmayan şəxslər həmin hüquqlara malik olma imkanını ta-

mamilə itirirlər. Məsələn, onlar su obyektləri özərində xüsusi mülkiyyət hüququna malik ola bilməzlər. Azər-

baycan Respublikasında torpaüın əcnəbilərin və vətəndaşlıüı olmayan şəxslərin xüsusi mülkiyyətinə verilməsini 

qanun  yasaqlayır.  Bəzi  hallarda  vərəsəlik,  bağışlama  və  ipoteka  əqdləri  nəticəsində  torpaq  sahələri  özərində 

mülkiyyət hüququ xarici fiziki şəxslərə kezə bilər. Bu cür məqamlarda torpaq sahələri özərində mülkiyyət hü-

ququ  özgəninkiləşdirilir.  Əgər  özgəninkiləşdirilməzsə,  onda  müvafiq  ijra  hakimiyyəti  orqanı  və  ya  bələdiyyə 

torpaq sahəsini məjburi surətdə satın alır. 

Ə

cnəbilərin mülki hüquq qabiliyyəti retorsiya qaydasında (latınja retorsio — javab hərəkəti) məhdudlaşdı-



rıla bilər. Retorsiya dedikdə, xüsusi xarakterli cavab məhdudiyyətləri başa düşülür. Bəzən hər hansı dövlət baş-

qa bir xarici dövlətin vətəndaşlarının mənafeyinə əsassız olaraq ziyan vuran diskriminasiya qaydasında tədbirlər 

qəbul edir. Onda xarici dövlət də öz növbəsində buna cavab olaraq həmin dövlətin vətəndaşları barəsində məh-

dudiyyət tədbirləri görə bilər. 

 Bax,  bu  cür  xüsusi  xarakterli  cavab  məhdudiyyət  tədbirləri  retorsiya  adlanır.  Onun  əsas  məqsədi,  adətən, 

diskriminasiya qaydasında görülən tədbirləri ləğv etməkdən ibarətdir.  

Azərbayjan Respublikasının qanunvericiliyinə görə, retorsiya qaydasında əcnəbilərin mülki hüquq qabiliyyə-

tinin məhdudlaşdırılması mümkündür. Retorsiyanın tətbiq olunması üçün vacibdir ki, xarici dövlət Azərbaycan 

Respublikası vətəndaşları barəsində əsassız olaraq diskriminasiya qaydasında tədbirlər görsün. Buna cavab təd-

biri kimi analoæi məhdudiyyətlərin müəyyən edilməsi barədə təkliflə Nazirlər Kabineti və Xarici Işlər Nazirliyi 

Azərbaycan Respublikası Prezidentinə müraciət edir. Prezident həmin təklifə baxaraq Azərbaycan Respublikası 

vətəndaşlarına  münasibətdə  məhdudiyyətlər  tətbiq  edən  dövlətlərin  vətəndaşlarına  cavab  tədbiri  kimi  analoæi 

məhdudiyyətlər müəyyən edə bilər. Məsələn, prezident xarici vətəndaşların Azərbaycan Respublikası ərazisində 

investisiya və sahibkarlıq hüququnu, müəyyən növ əmlak özərində mülkiyyətə malik olma hüququnu və s. məh-

dudlaşdırmaq barədə qərar qəbul edə bilər.  

Ə

cnəbilərə  tətbiq  edilən  retorsiyalar  xarici  dövlətin  diskriminasiya  xarakterli  aksiyasına  (hərəkətinə



verilən məhdudlaşdırıcı cavab tədbiridir. Ona görə də bu cür cavab tədbirini beynəlxalq hüququn müddəaları 

baxımından  diskriminasiya  etməmək  prinsipinin  pozulması  kimi  qiymətləndirmək  olmaz.  Əgər  xarici  dövlət 

məhdudiyyətləri  aradan  qaldırdıqda,  onda  Azərbaycan  Respublikası  da  retorsiya  kimi  cavab  tədbirlərini  ləğv 

edir.  


Azərbayjan  Respublikasının  qanunvericiliyi  milli  reæim  prinsipinə  təminat  verir.  Bu  cür  təminatın  əsasını 

beynəlxalq sənədlərdə ifadə olunan belə bir mühüm müddəa təşkil edir ki, hər bir insan irqinə, dərisinin rəngi-

nə, cinsinə, dilinə, dininə, siyasi, yaxud digər əqidəsinə, milli, yaxud sosial mənşəyinə, mülkiyyətinə, yaxud di-

gər vəziyyətinə görə heç bir fərq qoyulmadan «Insan hüquqlarının ümumi Bəyannaməsi»ndə elan edilən bütün 

hüquqlara malik olmalıdır.  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə