MÖvzu 1 Mülki hüquq vƏ xüsusi hüquq § Mülki hüquq xüsusi hüququn bir sah



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə16/91
tarix06.05.2017
ölçüsü8,78 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   91
§ 2. Fiziki şəxslərin mülki fəaliyyət qabiliyyəti 

1. Fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin anlayışı və əhəmiyyəti 

Fəaliyyət qabiliyyəti fiziki şəxslərin mülki hüquq subyektliyi anlayışının elementlərindən biridir. Mülki hü-

quq münasibətlərinin tam hüquqlu iştirakçısı yalnız o fiziki şəxs ola bilər ki, həmin şəxs sözün əsl mənasında, 

fəaliyyət qabiliyyətli hesab edilsin. 

Mülki fəaliyyət qabiliyyəti kimi hüquqi kateqoriyanın tarixi kökü Roma hüququ ilə bağlıdır. Dözdür, Roma 

hüququ bu kateqoriya ilə tamamilə mənaca üst-üstə düşən termin işlətmirdi. Fiziki şəxsin öz adından və öz istə-

yi ilə hüquqi hərəkətlər etmək (məsələn, müqavilə münasibətlərinə girmək, əqd bağlamaq və s.) qabiliyyətini, 


 

104


yəni  hüquqi  nəticəsi  olan  hərəkətlər  etmək  qabiliyyətini  və  etdiyi  hüquqazidd  hərəkətlərə  görə  şəxsən  cavab 

vermək qabiliyyətini bu hüquq «capacitas agenda» anlayışı ilə əhatə etmişdi.  

Roma hüququnun fəaliyyət qabiliyyəti barədə müəyyən etdiyi müddəalar bu barədə müasir dünya qanunveri-

ciliyinin əsasını və təməlini təşkil edir. Söhbət, hər şeydən əvvəl, roman-german (kontinental) hüquq ailəsinə 

mənsub olan ölkələrin qanunvericiliyindən gedir. Əvvəlcə Fransa Mülki Məcəlləsi, sonra isə Almaniya Mülki 

Qanunnaməsi ilk dəfə olaraq mülki fəaliyyət qabiliyyəti kateqoriyasını rəsmən qanunvericilik qaydasında möh-

kəmləndirmişdir.  Yaponiya,  Tailand,  Hollandiya,  Yunanıstan,  Peru,  Argentina,  Isveçrə  və  digər  ölkələrin  qa-

nunvericiliyi  də  bu  kateqoriyanı  tanıyır.  Amma  həmin  kateqoriya  ingilis-amerikan  (ümumi)  hüquq  ailəsinə 

mənsub olan ölkələrin qanunvericiliyinə məlum deyil. Həmin ölkələrin qanunvericiliyi, artıq qeyd etdiyimiz ki-

mi, hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti kimi iki anlayışın əvəzinə vahid «hüquq subyektliyi» kateqoriyası 

işlədir. Təcrübədə «fəal hüquq subyektliyi» terminindən istifadə olunur ki, bu, mənaca fəaliyyət qabiliyyəti an-

layışına yaxındır.  

Roman-german (kontinental) hüquq ailəsinə aid edilən bizim ölkə qanunvericiliyi mülki fəaliyyət qabiliyyə-

tinə mühüm əhəmiyyətə malik olan hüquqi kateqoriya kimi xüsusi diqqət yetirir. Mülki Məcəllənin 28-ci mad-

dəsinin 1-ci bəndi fiziki şəxsin mülki fəaliyyət qabiliyyətinə verilən leqal anlayışı nəzərdə tutur. Fəaliyyət qa-

biliyyəti dedikdə, fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün 

mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür.  

Mülki hüquq qabiliyyəti kimi fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti də iqtisadi-ictimai münasibətlərlə şərt-

lənir və mülki hüquq normalarına əsaslanır. O, dövlət tərəfindən mülki qanunvericilik aktları ilə müəyyən edi-

lir. Deməli, mülki fəaliyyət qabiliyyəti cəmiyyətin iqtisadi bazis münasibətləri özərində yüksələn hüquqi üstqu-

ruma aid edilən hadisədir. Bu hüquqi hadisə cəmiyyətin müəyyən inkişaf dövründəki ictimai-iqtisadi quruluşu-

na əsaslanır. Dediklərimiz isə onu sübut edir ki, mülki fəaliyyət qabiliyyəti hüquqi kateqoriyadır, yəni hüquq-

la (hüquq normaları ilə) bilavasitə bağlı olan anlayışdır. Məhz buna görə də onu fiziki şəxsin anadangəlmə tə-

bii keyfiyyəti və xüsusiyyəti hesab etmək olmaz.  

Mülki fəaliyyət qabiliyyəti fiziki şəxslərə hüquqi nəticəsi olan hərəkətlər — hüquqi hərəkətlər etmək üçün 

dövlət tərəfindən mülki hüquq normaları vasitəsilə verilmiş hüquqi imkandır. Hüquqi hərəkətlər etmək imka-

 dedikdə, fiziki şəxsin müqavilə bağlamaq, etibarnamə vermək, vəsiyyət etmək və digər hərəkətlər etmək qa-

biliyyəti başa düşülür. Amma mülki fəaliyyət qabiliyyəti hələ özlüyündə bu cür hərəkətlərin faktiki və real ola-

raq edilməsini ifadə etmir. Məsələn, fiziki şəxsin alqı-satqı müqaviləsi bağlamaq imkanı o demək deyildir ki, 

artıq o, faktiki surətdə alqı-satqı müqaviləsi bağlamışdır. Fiziki şəxsin öz minik avtomobilini sürmək üçün digər 

şə

xslərə etibarnamə vermək imkanı onu ifadə etmir ki, artıq o, faktiki surətdə hər hansı bir şəxsə etibarnamə 



vermişdir. Mülki hüquq qabiliyyəti kimi, mülki fəaliyyət qabiliyyəti də yalnız fiziki şəxslərə verilmiş hüquqi 

imkandır. Özü də hüquqi nəticəsi olan hərəkətlər etmək imkanı.  

Mülki fəaliyyət qabiliyyəti mülki hüquq qabiliyyəti ilə sıx surətdə bağlıdır. Elə bil ki, mülki fəaliyyət qabi-



liyyəti mülki hüquq qabiliyyətinə əsaslanır. Məsələn, vətəndaş alqı-satqı müqaviləsi bağlayaraq, özünə yaşa-

yış evi alır. Bununla o, müqavilə bağlamaq qabiliyyətini (mülki fəaliyyət qabiliyyətini) həyata keçirir. Şübhəsiz 

ki, əgər vətəndaşın mülki hüquq qabiliyyəti, yəni yaşayış evi özərində mülkiyyət hüququna malik olmaq qabi-

liyyəti olmasaydı, onda o, mülki fəaliyyət qabiliyyətindən (müqavilə bağlamaq qabiliyyətindən) istifadə edə bil-

məzdi. Fiziki şəxslər mülki dövriyyədən çıxardılmış əmlak özərində (yerin təki, meşə fondu, partlayıcı maddə-

lər, hərbi silah və s.) mülkiyyət hüququna malik ola bilməzlər, yəni onların mülki hüquq qabiliyyəti məhdud-

dur. Təbii ki, fiziki şəxsin bu cür əmlak növləri barəsində də mülki fəaliyyət qabiliyyəti məhdudlaşır. Belə ki, 

fiziki şəxslər öz hərəkətləri ilə, məsələn, alqı-satqı müqaviləsi bağlamaqla, həmin əmlak növləri özərində mül-

kiyyət hüququ əldə edə bilməzlər. Dediklərimizdən belə çıxır ki, mülki hüquq qabiliyyəti sanki mülki fəaliyyət 

qabiliyyətinin «sələfidir». 

Mülki fəaliyyət qabiliyyəti çox böyük əhəmiyyətə və rola malik olan kateqoriyadır. Fiziki şəxsləri mülki hü-

ququn subyekti kimi tanımaq və görmək üçün onun təkcə hüquq qabiliyyətli olması yetərli deyil. Bunun üçün 

fiziki şəxsin həm də mülki fəaliyyət qabiliyyətinə malik olması gərəkdir. Mülki fəaliyyət qabiliyyəti elə bir hü-

quqi hadisədir ki, o, fiziki şəxsin öz hərəkətləri ilə hüquqi nəticə yaratması (hüquq münasibətinin əmələ gəlmə-

si, dəyişməsi və ya xitam olunması) üçün və məsuliyyət daşıması üçün ümumi hüquqi zəmin (ilkin şərt) rolunu 

oynayır.  

Mülki fəaliyyət qabiliyyəti elə bir hüquqi vasitədir ki, o, fiziki şəxsə iqtisadi (əmlak) dövriyyə münasibətlə-

rində fəal iştirak etməyə, sahibkarlıq, kommersiya və təsərrüfat fəaliyyətini, biznes işini həyata keçirməyə, əm-

lak və şəxsi qeyri-əmlak hüquqlarını gerçəkləşdirməyə imkan verir. Onun vasitəsilə iqtisadi (əmlak) dövriyyə 

subyektləri öz hüquq və mənafelərini müdafiə etmək imkanı əldə edirlər. 



 

105


2. Mülki hüquq qabiliyyəti ilə mülki fəaliyyət qabiliyyəti  

arasında fərqli cəhətlə

Ümumi cəhətlərə malik olmalarına baxmayaraq, mülki hüquq qabiliyyəti və mülki fəaliyyət qabiliyyəti bir-

birindən fərqlənən kateqoriyalardır. Onlar arasında mühüm fərqli cəhətlər vardır. Bu cəhətləri müəyyənləşdir-

məklə mülki fəaliyyət qabiliyyəti kimi hüquqi kateqoriyanın əsl mahiyyətinə aydınlıq gətirmək olar.  



Birinci  fərqli  cəhət  ondan  ibarətdir  ki,  mülki hüquq  qabiliyyəti  mülki  fəaliyyət  qabiliyyətinə  nisbətə

daha geniş anlayışdır. Ona görə ki, mülki hüquq qabiliyyəti daha əhatəli və geniş şəxslər dairəsinə şamil edi-

lir. Bu, onunla izah olunur ki, bütün fiziki şəxslər doüulduüu andan mülki hüquq qabiliyyətinə malik olurlar. 

Amma elə kateqoriya fiziki şəxslər var ki, həmin şəxslər mülki hüquq qabiliyyətli hesab edilsələr də, eyni za-

manda mülki fəaliyyət qabiliyyətli şəxslər sayılmırlar. Məsələn, yeddi yaşınadək olan azyaşlılar, habelə aülı zə-

if və ya ruhi xəstə olan şəxslər mülki hüquq qabiliyyətinə malikdirlər. Amma bu kateqoriya şəxslərin mülki fəa-

liyyət  qabiliyyəti  yoxdur.  Bunun  əksinə  olaraq,  fəaliyyət  qabiliyyətli  bütün  fiziki  şəxslər  eyni  vaxtda  həmişə 

mülki hüquq qabiliyyətinə malikdirlər. Deməli, mülki fəaliyyət qabiliyyəti olmayanlar öz mülki hüquq qabiliy-

yətlərini saxlayırlar.  



kinci fərqli cəhət ondan ibarətdir ki, mülki fəaliyyət qabiliyyəti iki amildən asılıdır: fiziki şəxsin yaşın-

dan; fiziki şəxsin ruhi-psixi saülamlıq vəziyyətindən. Mülki hüquq qabiliyyəti isə bu cür hallardan asılı deyil.  

Mülki fəaliyyət qabiliyyəti, mülki hüquq qabiliyyətindən fərqli olaraq, fiziki şəxs tərəfindən iradəvi, şüurlu, 



şünülmüş və dərk olunmuş hərəkətlər edilməsi ilə bağlıdır. Müəyyən hüquqi nəticə doüurmaq niyyəti ilə 

edilən bu cür hərəkətlər fiziki şəxsin psixi yetkinlik (bişkinlik) dərəcəsindən asılıdır. Psixi yetkinlik dərəcəsi isə 

fiziki şəxsin yaşı və ruhi-psixi saülamlıq vəziyyəti ilə birbaşa bağlıdır. Yalnız müəyyən psixi yetkinlik səviyyə-

sinə — müəyyən yaş həddinə çatan, habelə ruhi-psixi cəhətdən saülam olan fiziki şəxslər hüquqi əhəmiyyətli 

hərəkətlər edə (məsələn, müqavilə bağlaya, etibarnamə verə, vəsiyyət edə və s.) bilərlər. Ona görə ki, bu cür 

şə

xslər öz hərəkətlərinin əhəmiyyətini, mənasını və nəticəsini başa düşürlər, öz hərəkətlərinə rəhbərlik edə bilir-



lər, bu hərəkətlər nəticəsində mülki hüquqlar əldə etmək, özü üçün mülki vəzifələr yaratmaq imkanına (mülki 

fəaliyyət  qabiliyyətinə)  malik  olurlar.  Yeddi  yaşına  kimi  olan  azyaşlıların  yetkinlik  yaş  həddinə  çatmadıqları 

üçün, ruhi xəstələrin isə ruhi-psixi cəhətdən saülam olmadıqları üçün mülki fəaliyyət qabiliyyəti yoxdur. 

Üçüncü fərqli cəhət ondan ibarətdir ki, mülki hüquq qabiliyyəti fiziki şəxslərə, necə deyərlər, onun bütün 

ömrü və həyatı boyu, mülki fəaliyyət qabiliyyəti isə müəyyən yaş həddindən «yol yoldaşı» olur. Fiziki şəxs 

yalnız 18 yaşından tam fəaliyyət qabiliyyətinə malik olur.  

3. Mülki fəaliyyət qabiliyyətinin hüquqi məzmunu  

Mülki fəaliyyət qabiliyyətinin elementlərinə (tərkib hissələrinə) onun məzmunu deyilir. Elementlər de-

dikdə  isə  fiziki  şəxsin  hüquqi  nəticəsi  olan  hərəkətlər  etmək  imkanı  başa  düşülür.  Bu  elementlərin  məcmusu 

mülki fəaliyyət qabiliyyətinin məzmununu təşkil edir. Həmin elementlər MM-in mülki fəaliyyət qabiliyyətinə 

leqal anlayış verən müvafiq maddəsində göstərilmişdir.  

Mülki  fəaliyyət  qabiliyyətinin  məzmununa  daxil  olan  birinci  element  fiziki  şəxsin  öz  hərəkətləri  ilə  özü 

üçün mülki hüquqlar əldə etmək və mülki vəzifələr yaratmaq imkanından ibarətdir. Bu imkanın həyata ke-

çirilməsi fiziki şəxs tərəfindən müxtəlif cür əqdlər bağlanmasında ifadə oluna bilər. Ona görə həmin imkan əqd 



bağlamaq qabiliyyəti də adlanır. Əqdlər isə müxtəlif olub, əmlakın özgəninkiləşdirilməsinə və ya əldə edilmə-

sinə (məsələn, alqı-satqı, dəyişmə, bağışlama müqavilələri), xidmət göstərilməsinə (məsələn, daşıma, saxlama, 

kredit, borc və digər müqavilələr), iş görülməsinə (məsələn, podrat müqaviləsi) və s. yönəlir. Məsələn, alqı-sat-

qı müqaviləsi bağlananda hər iki tərəf — həm alıcı, həm də satıcı müəyyən hüquqlar əldə edirlər, habelə onlar 

üçün müvafiq vəzifələr yaranır. Daşıma, podrat, icarə, kirayə və digər mülki-hüquqi müqavilələr bağlananda da 

müqavilə iştirakçıları üçün hüquqlar yaranır və buna müvafiq vəzifələr əmələ gəlir. 

Mülki  fəaliyyət  qabiliyyətinin  məzmununa  aid  edilən  ikinci  element  fiziki  şəxsin  müstəqil  surətdə  əldə 

edilmiş mülki hüquqları həyata keçirmək və yaranmış mülki vəzifələri icra etmək imkanından ibarətdir 

(mülki hüquqları həyata keçirmək və vəzifələri icra etmək imkanı). Əldə edilmiş mülki hüquqları həyata keçir-

mək imkanı mülkiyyətçi tərəfindən ona məxsus olan əmlaka sahiblik, əmlakdan istifadə və əmlak özərində sə-

rəncam hüquqlarının gerçəkləşdirilməsində ifadə oluna bilər. Məsələn, alqı-satqı müqaviləsi özrə alıcı (mülkiy-

yətçi) satın aldığı əmlak özərində özünün mülkiyyət hüququnu həmin əmlakdan istifadə etməklə, ona sərəncam 

verməklə  və  s.  həyata  keçirir.  Yaranmış  mülki  vəzifələri  icra  etmək  imkanı  isə  bağlanmış  müqavilələr  özrə 

borclu şəxslərin öz özərinə düşən vəzifələri yerinə yetirməsi ilə həyata keçirilir. Məsələn, borc müqaviləsi bağ-

lanan zaman borc alan üçün borcu qaytarmaq kimi vəzifə yaranır. O, nəzərdə tutulan müddətdə borcu qaytar-

maqla özərinə düşən vəzifənin icra edilməsini həyata keçirir. 

Mülki fəaliyyət qabiliyyətinin məzmununa şamil edilən elementlərdən biri fiziki şəxsin yol verdiyi mülki 



hüquq pozuntusuna (deliktə) görə əmlak məsuliyyəti daşımaq imkanından ibarətdir. Buna delikt qabiliy-

 

106


yəti və ya mülki hüquq pozuntusuna görə cavab vermək qabiliyyəti deyilir. Bu, hüquqazidd hərəkətlərə gö-

rə fiziki şəxsin məsuliyyət daşımaq qabiliyyətidir. Hüquqazidd hərəkətlər başqa (özgə) şəxsə məxsus olan əmla-

kın zədələnməsində və ya məhv olmasında, borclu şəxsin müqavilə öhdəliklərini yerinə yetirməməsində və s. 

ifadə oluna bilər. Bu hərəkətlərlə fiziki şəxs digər şəxslərə maddi (əmlak) zərər vurur. Vurulmuş zərərin əvəzini 

ödəməklə, cərimə və penya verməklə fiziki şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşımaq və cavab 

vermək imkanını həyata keçirir, gerçəkləşdirir. Məsələn, fiziki şəxs bankdan kredit alır. Müddət başa çatdıqda 

o, kreditin vaxtında qaytarılmasını altı ay gecikdirir, bununla hüquqazidd hərəkətə yol verir və banka zərər vu-

rur. Hər gecikdirilən gün üçün penya ödəməklə fiziki şəxs mülki hüquq pozuntusuna görə cavab verir.  

Beləliklə, mülki fəaliyyət qabiliyyətinin məzmununa üç cür element (hüquqi imkan) daxildir: 

 fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək imkanı (əqd bağlamaq qa-



biliyyəti);  

 fiziki şəxsin ona məxsus olan mülki hüquqları və özərinə qoyulmuş vəzifələri öz hərəkətləri ilə müstəqil 



surətdə həyata keçirmək imkanı (həyata keçirmək qabiliyyəti); 

 fiziki şəxsin yol verdiyi hüquq pozuntusuna görə mülki-hüquqi məsuliyyət daşımaq imkanı (delikt qabi-



liyyəti). 

Fiziki şəxsin mülki fəaliyyət qabiliyyətinin məzmununda onun öz hərəkətləri ilə müstəqil surətdə sahib-



karlıq  hüququnu  həyata  keçirmək  imkanı  mühüm  yer  tutur.  Buna  fiziki  şəxsin  sahibkarlıq  fəaliyyəti  ilə 

məşüul olmaq imkanı deyilir. Yeri gəlmişkən qeyd edək ki, «sahibkarlıq hüququna malik olma» və «sahibkar-

lıq fəaliyyəti ilə məşüul olma» kimi iki anlayışı bir-birindən fərqləndirmək lazımdır. Birinci halda söhbət mülki 

hüquq qabiliyyətinin, ikinci halda isə mülki fəaliyyət qabiliyyətinin məzmunundan gedir. Mülki hüquq qabiliy-

yətinin məzmunu belə bir suala cavab verir: fiziki şəxs nəyə malik ola bilər? Mülki fəaliyyət qabiliyyəti isə bu 

suala cavab verir: fiziki şəxs öz hərəkətləri ilə özü üçün nə yarada bilər?  

Sivilistika doktrinasında hüquq qabiliyyəti kimi, fəaliyyət qabiliyyətinin də öz hüquqi təbiətinə görə subyek-

tiv  hüquq  olması  konsepsiyası  əsaslandırılır  və  isbat  olunur.  Bu  cür  konsepsiya  ilə  çətin  ki  razılaşmaq  olar. 

Mülki fəaliyyət qabiliyyəti fəlsəfi planda mücərrəd və imkan kateqoriyalarına aid edilir. Subyektiv hüquq isə 

fəlsəfi məzmunda konkret və gerçəklik kateqoriyalarına şamil olunur. Mücərrədin konkretə, imkanın gerçəkliyə 

çevrilməsi üçün hüquqi fakt (hərəkət, hadisə) gərəkdir. Mücərrəd özlüyündə eyni zamanda konkret, imkan isə 

eyni vaxtda gerçəklik ola bilməz. Subyektiv hüquq həmişə konkret hüquq münasibəti ilə bağlı olaraq yaranır. 

4. Mülki fəaliyyət qabiliyyətinin məzmunu və fiziki şəxsin  

sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq qabiliyyəti 

Sahibkarlıq münasibətləri sivil dünyanın qəbul etdiyi vətəndaş cəmiyyətinin ayrılmaz atributlarından biridir. 

Yeni Mülki Məcəllə bu münasibətləri, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində yaranan mü-

nasibətləri mülki hüququn predmet tərkibinə daxil etmişdir. Bu, onun mühüm nailiyyətidir. MM-in 13-cü mad-

dəsi sahibkarlıüın (sahibkarlıq fəaliyyətinin) leqal anlayışını verir: sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surət-

də, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər 

göstərilməsindən mənfəət əldə etməkdən ibarət olan fəaliyyətdir.  

Konstitusiyanın 59-cu maddəsi azad sahibkarlıq hüququnu təsbit edir. Bu hüququn əsas daşıyıcılarından biri 

fiziki şəxslərdir. Fiziki şəxslər sahibkarlıüın (sahibkarlıq fəaliyyətinin) başlıca subyektlərindən sayılır. Sahib-

karlıüın subyekti kimi fiziki şəxslər dedikdə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşüul olan 

şə

xslər başa düşülür. Onlara sahibkar statuslu fiziki şəxslər və ya fərdi sahibkarlar deyilir. Sahibkarlıq fəa-



liyyəti ilə məşüul olan fiziki və hüquqi şəxslər birlikdə sahibkarlar adlanır.  

Xarici  doktrinada  və  qanunvericilikdə  «sahibkar»  anlayışının  əvəzinə,  eynimənalı  sinonim  termin  kimi 

«kommersant» (latınca commercium - ticarət) anlayışından istifadə olunur. Yaponiya Ticarət Məcəlləsinə görə, 

kommersant dedikdə, öz adından sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs başa düşülür. Fransa Ticarət Mə-

cəlləsinin 1-ci maddəsi kommersanta öz adından və öz hesabına ticarət əqdləri bağlayan, ticarət əməliyyatlarını 

həyata keçirən şəxs kimi anlayış verir.  

Sahibkar  anlayışına  yaxın  olan  anlayışlardan  biri  biznesmen  anlayışıdır.  Biznesmen  biznes  (ingiliscə 

business — iş, məşüuliyyət, ticarət) fəaliyyətini həyata keçirən şəxsdir. Biznes fəaliyyəti ilə sahibkarlıq fəaliy-

yətini birləşdirən ümumi cəhətlər vardır: hər iki fəaliyyətin mənfəət əldə etmək məqsədi; hər iki fəaliyyətin ba-

zarla bağlı olması; hər iki fəaliyyətin əmtəə istehsalı və ya xidmətlər göstərilməsi ilə əlaqədar olması və s.  

Bununla belə, onlar arasında bəzi fərqli cəhətlər də vardır. Biznes fəaliyyəti, birincisi, tarixən sahibkarlıq fə-

aliyyətindən çox-çox əvvəl meydana gəlmişdir. O, əmtəə istehsalının əmələ gəlməsi ilə yaranmışdır. Sahibkar-

lıq fəaliyyəti isə bazar iqtisadiyyatı şəraitində meydana gəlmişdir.  kincisi, sahibkarlıüın məzmunu biznesə nis-

bətən daha genişdir. Sahibkarlıq özündə yenilik axtarışı kimi fərqləndirici cəhəti daxil edir. Üçüncüsü, biznes 

fəaliyyəti sövdələşmənin həyata keçirilməsi ilə bağlı olan birdəfəlik aktdır. Saibkarlıq fəaliyyəti isə bazar iqtisa-


 

107


diyyatının daimi bir prosesidir, cəmiyyətin müvcudluüunun və inkişafının başlıca hərəkətverici qüvvəsidir. 

Sahibkar  statuslu  fiziki  şəxslər  (sahibkarlar)  dedikdə,  iqtisadi  yaradıcı,  təşkilati  qabiliyyətə,  mürəkkəb 

bazar konyukturası şəraitində dözgün qərar qəbul etməyə, aülabatan risk etməyə qadir olan elə təşəbbüskar in-

sanlar başa düşülür ki, onlar qanunların tələblərinə riayət etmək şərti ilə sosial-ədalət prinsipləri əsasında gəlir 

(qazanc) əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirirlər. Onlar iqtisadi (əmlak) dövriyyənin 

bir hissəsi olan sahibkarlıq dövriyyəsinin fəal və professional iştirakçılarıdırlar. 

Fiziki şəxslərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşüul olmaları üçün onların dövlət qey-



diyyatına alınmaları tələb edilir. Dövlət qeydiyyatı fiziki şəxslərin uçota götürülməsi ilə həyata keçirilir. Bu 

uçotu fiziki şəxslərin yaşadıqları və ya fəaliyyət göstərdikləri yerin vergi orqanları aparır. Sahibkarlıq fəaliy-



yəti ilə məşüul olan fiziki şəxslərin uçotu dedikdə, onların sahibkar kimi müvcudluüu və fəaliyyəti haqqında 

məlumatların toplanması və sistemləşdirilməsi başa düşülür. Uçota alınmaq üçün müvafiq sənədlərin vergi or-

qanlarına təqdim olunması tələb edilir: notarial qaydada təsdiq edilmiş ərizə (burada fiziki şəxsin soyadı, adı, 

atasının adı, anadan olduüu vaxt və yer, yaşadığı yer və sahibkarlıq fəaliyyətinin növü göstərilir, onun şəxsiyyə-

tini təsdiq edən sənəd haqqında məlumat verilir); yaşayış yerindən arayış. 

Vergi orqanı təqdim olunmuş sənədlərə baxaraq, 5 gün müddətində fiziki şəxsə müvafiq sənəd verir. Həmin 

sənəd fiziki şəxsə sahibkarlıq fəaliyyəti ilə məşüul olmaüa hüquq verir. O, sahibkarlıq fəaliyyəti ilə məşüul olan 

fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə adlanır.  

Fiziki şəxslər sahibkarlıq fəaliyyətinin bəzi növlərini yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə 

bilərlər. Bunlara lisenziyalaşdırılmış fəaliyyət növləri deyilir. Lisenziyalaşdırılmış fəaliyyət növləri preziden-

tin müvafiq fərmanı ilə tədsiq edilmiş Siyahı ilə müəyyən olunur. Onlara sığorta fəaliyyətini, bank işini, hava 

yolu ilə sərnişin və yük daşınması xidmətlərini, inşaat fəaliyyətini və s. misal göstərmək olar. 

Lisenziya (latınca licentia - hüquq, icazə) dedikdə, müəyyən sahibkarlıq fəaliyyəti növünü həyata keçirməyə 

icazə verən rəsmi sənəd başa düşülür. O, mərkəzləşdirilmiş qaydada yox, ayrı-ayrı sahibkarlıq fəaliyyəti növləri 

özrə əlaqədar (aidiyyəti) mərkəzi icra hakimiyyəti orqanları (nazirlik, dövlət komitəsi və s.) tərəfindən verilir. 

Məsələn, sığorta fəaliyyəti üçün lisenziyanı Maliyyə Nazirliyi, inşaat fəaliyyəti üçün lisenziyanı Dövlət Tikinti 

Komitəsi, hava nəqliyyatı ilə daşıma xidməti üçün lisenziyanı Nəqliyyat Nazirliyi və s. verir.  

Lisenziyalaşdırma ayrı-ayrı sahibkarlıq növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarına uyüun olaraq 

həyata keçirilirdi. Bu qaydalar Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuşdu.  ndi isə yeni qaydalar 

qüvvədədir.  

Beləliklə, fiziki şəxslər bəzi sahibkarlıq fəaliyyəti növləri ilə məşüul olmaq istədikdə o, əvvəlcə, vergi orqan-

larında uçota alınır, sonra isə xüsusi razılıq (lisenziya) üçün müvafiq və əlaqədar icra hakimiyyəti orqanlarına 

müraciət edirlər. Onlar həmin orqanlara tələb olunan sənədləri verirlər: lisenziya almaq üçün ərizə; fiziki şəxsin 

vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə. Yalnız müvafiq lisenziya aldıqdan sonra fiziki 

şə

xs sahibkar statusuna malik olur və həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edil-



miş qaydada və müddətdə məşüul ola bilər.  

Fiziki şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti, bir qayda olaraq, birprofilli, yəni biryönümlü olur. Onda 

fiziki  şəxsə  bir  lisenziya  verilir.  Bununla  belə,  fiziki  şəxsin  məşüul  olduüu  sahibkarlıq  fəaliyyəti  çoxprofilli 

(çoxyönümlü) ola bilər. Bu halda isə onun borcudur ki, müvafiq dövlət orqanlarından bir neçə lisenziya alsın.  

Sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının əsasını təşkil edir. Iqtisadiyyatın inkişafında və tərəqqisində bu 

cür  fəaliyyətin  əvəzedilməz  əhəmiyyəti  vardır.  Məsələ  burasındadır  ki,  sahibkarlıq  fəaliyyəti  bazarda  məhsul 

bolluüunu təmin edir, habelə istehsalın texnika və texnologiyasında, istehsal amillərinin kombinasiyasında mü-

tərəqqi dəyişikliklərə gətirib çıxarır. Nəticədə bazarda yeni növ məhsullar və xidmətlər meydana çıxır. Odur ki, 

sahibkarlıq fəaliyyəti cəmiyyətin ümumi iqtisadi inkişafında mühüm rol oynayır.  

Sosial  yönümlü  bazar  iqtisadiyyatının  yaradılması  istiqamətində  Qərb  ölkələrində  yüksək  nailiyyətlər  əldə 

edilmişdir. Bu, həmin ölkələrdə sahibkarlıüın geniş inkişafının nəticəsidir. Ona görə də Qərb ölkələrinin iqtisa-

diyyatını sahibkarlıq iqtisadiyyatı adlandırırlar. Bu iqtisadiyyatın inkişafında sahibkar statuslu fiziki şəxslərin 

rolu böyükdür. Sahibkarlıq fəaliyyəti ilə məşüul olmaüın hüquqi imkanı həmin şəxslərin mülki fəaliyyət qabi-

liyyətinin əsas və başlıca elementlərindən biridir. Bu cür hüquqi imkan verilməzsə, onda fiziki şəxslərin həyata 

keçirdiyi sahibkarlıq fəaliyyəti də ola bilməz.  


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə